Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-121/2023 20.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1, X5, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, onların nümayəndəsi – “Vəliyev, Bağırov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Güney kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olan və Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən, M.R.Şeyxzamanov küçəsində yerləşən sənədsiz evdə yaşayan, 25 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədilə 2013-cü ilin may ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə mobil telefon əlaqəsi saxlayıb ona Türkiyə Respublikasının Yalova şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 14 iyun 2013-cü il tarixdə, saat 02:40-da Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 18 iyun 2013-cü ildən 10 iyul 2013-cü il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqdəsilə, 2013-cü ilin avqust ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə Türkiyə Respublikasının Yalova şəhərindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb onun 18 iyun 2013-cü il tarixdən 10 iyul 2013-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 25 avqust 2013-cü il tarixdə saat 20:27-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 27 avqust 2013-cü il tarixdən 20 sentyabr 2013-cü il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə 2013-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə Türkiyə Respublikasının Yalova şəhərindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb onun 27 avqust 2013-cü il tarixdən 20 sentyabr 2013-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 03 oktyabr 2013-cü il tarixdə, saat 20:56-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 06 oktyabr 2013-cü il tarixdən 30 oktyabr 2013-cü il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə 2014-cü ilin yanvar ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə Türkiyə Respublikasının Yalova şəhərindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 02 fevral 2014-cü il tarixdə saat 19:15-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 04 fevral 2014-cü il tarixdən 01 mart 2014-cü il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə 2014-cü ilin mart ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə Türkiyə Respublikasının Yalova şəhərindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 02 aprel 2014-cü il tarixdə, saat 20:16-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 04 aprel 2014-cü il tarixdən 30 aprel 2014-cü il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə 2014-cü ilin may ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, K.Kazımov küçəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb ona Türkiyə Respublikasının Yalova şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 16 may 2014-cü il tarixdə, saat 20:15-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 19 may 2014-cü ildən 09 iyun 2014-cü il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə iki şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə 2014-cü ilin may ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlayıb ona Türkiyə Respublikasının Yalova şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 16 may 2014-cü il tarixdə, saat 20:19-da Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 19 may 2014-cü ildən 13 iyun 2014-cü il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə 2014-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən suiistifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 08 iyul 2014-cü il tarixdə, saat 20:12-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 10 iyul 2014-cü il tarixdən 04 avqust 2014-cü il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə 2014-cü ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən suiistifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 10 noyabr 2014-cü il tarixdə, saat 20:07-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 12 noyabr 2014-cü il tarixdən 07 dekabr 2014-cü il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən, insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə, 2015-ci ilin yanvar ayının əvvəllərindı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb onun 19 may 2014-cü il tarixdən 09 iyun 2014-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 19 yanvar 2015-ci il tarixdə saat, 19:29-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 22 yanvar 2015-ci il tarixdən 17 fevral 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən, insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə, 2015-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlayıb onun 19 may 2014-cü il tarixdən 13 iyun 2014-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 27 mart 2015-ci il tarixdə, saat 20:01-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 30 mart 2015-ci il tarixdən 25 aprel 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən, insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə, 2015-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb onun 22 yanvar 2015-ci il tarixdən 17 fevral 2015-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 27 mart 2015-ci il tarixdə, saat 20:01-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 30 mart 2015-ci il tarixdən 17 aprel 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə 2015-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən suiistifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 27 mart 2015-cü il tarixdə, saat 20:01-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 30 mart 2015-ci il tarixdən 25 aprel 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən, insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə, 2015-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlayıb onun 30 mart 2015-ci il tarixdən 25 aprel 2015-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 03 avqust 2015-ci il tarixdə, saat 20:52-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 05 avqust 2015-ci il tarixdən 28 avqust 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə 2015-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən suiistifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 03 avqust 2015-cü il tarixdə, saat 20:55-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 05 avqust 2015-ci il tarixdən 28 avqust 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə, 2017-ci ilin yanvar ayının əvvələrində Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb onun 30 mart 2015-ci il tarixdən 17 aprel 2015-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 17 yanvar 2017-ci il tarixdə, saat 18:53-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 20 yanvar 2017-ci il tarixdən 16 fevral 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə 2018-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən suiistifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 20 iyul 2018-ci il tarixdə, saat 18:12-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 22 iyul 2018-ci il tarixdən 18 avqust 2018-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədilə 2018-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən suiistifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 28 avqust 2018-ci il tarixdə, saat 19:16-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 30 avqust 2018-ci il tarixdən 28 oktyabr 2018-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və onun Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə irəli sürülən ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həyat yoldaşından boşandıqdan sonra maddi sıxıntıları başlamış, qazanc əldə etmək üçün Məlahət adlı bir qadınla birlikdə Türkiyə Respublikasnın Yalova şəhərinə getmiş, orada fahişəliklə məşğul olmuşdur. Artıq 1994-cü ildən etibarən isə Türkiyə Respublikasına mütəmadi olaraq təklikdə gedib orada işləmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təxminən 10 il əvvəl Bakı şəhəri, Xətai rayonunda yerləşən kafelərin birində tanışmışdır. Həmin vaxt o, həmin kafedə Dərya adı ilə tanıdığı, baxılan iş üzrə zərər çəkmiş şəxs qismində tanımış Zərərçəkmiş şəxs2 ilə birlikdə işləmişdir. O, Günel və Ramilə üçü birlikdə oturub söhbət edən zaman Ramilə və Günəl ona Türkiyə Respublikasına gedib orada fahişəliklə məşğul olmaq istədiklərini bildirmiş, lakin Türkiyəyə getmək üçün yol tanımadıqlarını və orada tanışlarının olmadığını bildirmişlər. O, Ramilə və Günelə onları Türkiyə Respublikasına apara biləcəyini bildirmişdir. Aralarında olan razılığa əsasən o, Ramilə ilə Günelin hər birinə yol pulu olaraq 100 manat pul verməli, həmçinin Türkiyə Respublikasına gedib orada onlar üçün kirayə ev tutmalı, lakin kirayə pulunu Ramiləgil özləri ödəməli imişlər. Bundan başqa, Ramiləgil cinsi əlaqə üçün özləri müştəri tapmalı, hər biri ona aylıq olaraq 300 manat pul verməli olmuşlar. Həmin 300 manata ev pulu və yemək pulu daxil olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Ramilə onun təklifi ilə razılaşmış və bundan sonra 2015-ci ildə Ramilə onunla birlikdə 3 dəfə Türkiyə Respublikasının Yalova şəhərinə gedib orada fahişəliklə məşğul olmuşdur. O, Ramilədən sadəcə 300 manat pul almış, lakin onun digər işlərinə isə qarışmamışdır. Eyni qaydada Günelin də işlərinə qarışmamış, onlara sadəcə yol göstərmişdir. Belə ki, Ramilə ilə Günelin Türkiyədə heç kimlə əlaqələri olmamışdır. O, Ramilə ilə Günelin azadlığını heç bir halda məhdudlaşdırmamış, onları fahişəliyə cəlb etməmiş, pasportlarını və ya sair sənədlərini əllərindən alıb saxlamamış, sonuncular özləri öz istəkləri ilə orada fahişəliklə məşğul olmuşlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs3 isə təxminən 10-12 il əvvəl Günelin işlədiyi kafedən tanımış, sonuncu da həmin kafedə işləmişdir. Elmira kafedə ona vəziyyətinin yaxşı olmadığını və ailəsini dolandıra bilmədiyini demiş, Türkiyə Respublikasına gedib orada fahişəliklə məşğul olmaq istədiyini demiş, bu işdə ona köməlik etməsini xahiş etmişdir. Elmiranın deməsinə görə xarici ölkələrdə olmamış və heç bir yeri tanımamışdır. O da Ramiləgildə olduğu kimi, eyni qaydada Elmiraya 100 manat yol verə biləciyini demiş, onunla birlikdə Türkiyə Respublikasına gedəcəyini, Yalova şəhərində ona ev tapacağını bildirmişdir. Razılaşdıqdan sonra Elmira ilə Yalovaya getmiş, orada ona ev tutmuş, yol xərclərini vermişdir. O, Elmiraya müştəri tapmaq üçün Yalova parkına getməsini məsləhət görmüş, sonuncu parka gedib oradan cinsi münasibət üçün müştəri tapmışdır. Müştərilərlə Elmira özü görüşmüş, müştərilərdən pulu da özü almış, ayın sonunda ona 300 manat pul vermişdir. O, Elmiranın pasportlarını ələ keçirməmiş və onu məcburi olaraq orada müştərilərlə görüşdürməmişdir. Elmira özü müstəqil şəkildə hərəkət etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, 2019-cu ildə o, Türkiyə Respublikasından 1 illik deport edilmiş, yəni məcburi çıxarılmış və bundan sonra Türkiyə Respublikasına getməmişdir. Heç kimi cinsi istismar etməmiş, sadəcə qızlara evində verdiyi yeməyin və yaşamağın qarşılığı olaraq onların hər birindən ayda 300 manat pul almışdır. Heç kimin pasportunu və ya sair sənədini almamış, özündə saxlamamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 2005-ci ildən etibarən Bakı şəhərində müxtəlif restoranlarda işləyib maddi ehtiyaclarını ödəmiş, həmin vaxtlardan da Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ünvanını xatırlamadığı fərdi yaşayış evində kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs 2014-cü ilin təxminən əvvəllərində qonşusu olan Məlahət adlı qadın vasitəsilə tanımışdır. Məlahət Pəri ilə rəfiqə olmuşdur. O, Pəri ilə tanış olduqdan sonra onunla aralarında normal münasibət olmuş, Pərinin həmin vaxtlar Türkiyə Respublikasına gedib- gəldiyini və orada işlədiyini sonuncunun özündən öyrənmişdir. Lakin Pərinin hansı işlə məşğul olması barədə onun məlumatı olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, onun baldızları Aynurə və Mətanət Türkiyə Respublikasında yaşadıqları üçün iki dəfə istirahət etmək məqsədilə onların yanına getmişdir. Mətanət İzmir şəhərində, Aynurə isə Ankara şəhərində yaşamışdır. 2014-cü ilin may ayının əvvəllərində Türkiyədən yeni qayıdıb, Əhmədli qəsəbəsində yaşadığı evdə olan zaman Pəri ilə mobil telefon əlaqəsi saxlamış, Pəri onun maddi durumu ilə marqlanmışdır. O, Türkiyədən yeni gəldiyini və hazırda işləmədiyini demiş, restoranlarda günlük 15-20 manata iş axtardığını bildirmişdir. Pəri yaxınlarda Türkiyəyə gedəcəyini, onunla getmək istədiyi təqdirdə, onunla gedib orada işləyə biləcəyini ona bildirmişdir. O hansı işlə məşğul olacağı barədə sual verdikdə Pəri cins geyimlərinin istehsal edildiyi fabrikdə yaxşı iş olduğunu və günlük 15-20 manatdan da qat-qat artıq qazanc əldə edə biləcəyini bildirmişdir. Pərinin bu təklifi onun üçün çox yaxşı görünmüşdür. O, Pəriyə qalamğa yerinin olmadığını bildirdikdə, sonuncu ona narahat olmamağı, kirayə ev tuacağını və birlikdə qalacaqlarını, həmçinin birlikdə işləyəcəklərini bildirmişdir. O, Pəri ilə razılaşmışdır. Pəri ona Türkiyədə işləyib borcunu ona qaytarmaq şərti ilə onun biletini alacağını bildirmişdir. Maddi durumu çox pis olduğundan o, Pərinin bu təklifinə çox sevinmişdir. Razılaşdıqdan sonra, Pəri ona xarici pasportunu götürüb 16 may 2014-cü il tarixdə Bakı beynəlxalq avtovağzalına gəlməyi tapşırmış və o, Pərinin dediyi kimi, 16 may 2014-cü il tarixdə, səhər saatlarında taksiylə Bakı beynəlxalq avtovağzalına getmişdir. Pəri onu orada qarşılamış və ikisi birlikdə Türkiyə Respubliksına yol düşmüşlər. Onlar həmin tarixdə, axşam saatlarında Şıxlı nəzarət-buraxılış məntəqəsindən Gürcüstana, oradan da Türkiyəyənin İstanbul şəhərinə çatmış, oradan da Yalova şəhərinə getmişlər. İstanbul şəhərində olan zaman ondan başqa Ramilə adlı başqa bir qadının da onlarla gəldiyini görmüş və Ramilə ilə tanış olmuşdur. Onlar 18 may 2014-cü il tarixdə Yalova şəhərinə çatmışlar. Yalova şəhərində Pəri onları kirayə tutduğu mənzilə aparmış, həmin gün orada qalıb istirahət etmişlər. Səhəri gün Pəri onlar üçün iş icazəsi alması məqsədilə ondan və Ramilədən pasportlarını almışdır. Növbəti gün onlar Pəridən harada işləyəcəklərini soruşduqda, Pəri Yalovada fabrikdə iş olmadığını bildirmiş, həmçinin onlara onların Türkiyəyə gəlmələri üçün xərc çəkdiyini demiş, həmin xərcləri geri ödənilməli olduqlarını onların nəzərinə çatdırmışdır. Onlar Pəriyə hələ işləmədiklərini və pullarının olmadığını bildirmişlər. Belə olduqda Pəri onun dediklərinin olacağını, onlar üçün kişi müştərilər tapacağını, həmin kişilərlə görüşüb cinsi əlaqədə olacaqlarını demiş, qazandıqları pulla da ona olan borclarını geri ödəməli olduqlarını bildirmişdir. Onlar hər ikisi də buna etiraz etdikdə, Pəri dedikləri olmayacağı halda, polislərə verib onları tutduracağı ilə onları hədələmişdir. Onlar Pəridən sənədlərini istəmiş və getmək istədiklərini bildirmiş, lakin Pəri sənədləri qaytarmaqdan imtina edərək, onun dediklərini etməli oldulqarını bildirmişdir. Yalova şəhərində Pərini, demək olar ki, hamı tanımış, lakin onların tanışları olmamış və onlar ikisi Pəridən çox qorxmuşlar. Belə ki, Pəri onlara 1994cü ildən Yalova şəhərinə gedib-gəldiyini və orada hamını tanıdığını bildirmiş, həmçinin orada geniş əlaqələri olduğuna onları inandırmışdır. Onların Pərinin borcunu qaytarıb oradan çıxıb getmələri üçün pulları olmadığından məcbur olub Pərinin dedikləri ilə razılaşmışlar. 19 may 2014-cü il tarixdən başlayaraq Pəri onu və Ramiləni parklardan tapdığı kişi müştərilərlə görüşdürüb cinsi əlaqədə olmağa məcbur etmişdir. Onlar müştərilərlə evlərdə, maşında və hotellərdə görüşüb cinsi əlaqədə olmuşlar. Müştəridən pulu Pəri almış, onun qoyduğu qaydaya əsasən müştəridən alınan pulun yarısı Pəriyə çatmışdır. Bundan əlavə Pəri onların hər birindən ayda 300 manat kirayədə qalmaq üçün pul almışdır. Pəri müştəridən 100-150 türk lirəsi pul almışdır. Həmin pulun yarısı onlara çatmalı olduğu halda, Pəri onlara pul verməmiş və onların əvəzindən pulu yığdığını bildirmişdir. Pəri onlara həmin puldan sadəcə gündəlik yemək almış, lakin onlara pul verməmişdir. Pəri hotellərə onların adlarını vermiş, onlardan sənəd tələb olunmamasını tapşırmışdır. Lakin bəzi hotellər olmuşdur ki, Pəri onlarla birlikdə gəlib sənədi verib qeydiyyata aldırmış, sonra isə pasportu yenidən özündə saxlamışdır. Ramilənin ailəsində problem yarandığından Pəri ilə Ramilə arasında mübahsiə olmuş və 09 iyun 2014-cü il tarixdə Pəri Ramiləni yola salmış, lakin onu saxlamışdır. Bundan sonra onunla Pəri arasında ciddi mübahisələr yaranmışdır. O, artıq burada qala bilmədiyini, təcili olaraq Azərbaycan Respublikasına qayıtmalı olduğunu bildirmiş, bundan sonra Pəri artıq onu saxlaya bilməyəcəyini görüb 13 iyun 2014-cü il tarixdə avtobusla Azərbaycan Respubikasına yola düşmüş və 15 iyun 2014-cü il tarixdə Azərbaycana gəlmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, o Türkiyədən qayıtdıqdan sonra xırda ticarət etmək üçün baldızlarının yanına getmiş və oradan geyim əşyaları gətirib Bakı şəhərində satmağa başlamış, xeyli müddət Pəri ilə əlaqəsi olmamışdır. Lakin 2015-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan evində olan zaman Pəri ona zəng vurmuş və onunla getməli olduğunu bildirmişdir. O, Pəriyə getmək istəmədiyini bildirsə də, Pəri onu hədələməyə başlamış, onun qohumlarına və ərinə fahişəliklə məşğul olması barədə məlumat verəcəyini, oğlunun yanında onu gözdən salacağını bildirmişdir. Həmin vaxtlar onun əri həbsə olduğu üçün bu barədə məlumatı olacağı təqdirdə çıxıb onu öldürəcəyindən çox qorxmuşdur. Ona görə də məcbur olub Pəri ilə razılaşmış və 27 mart 2015-ci il tarixdə Bakı Beynəlxaq Avtovağzalından Türkiyə Respublikasına yola düşmüşlər. Bu dəfə Ramilə və Elmira adlı qadın da onlarla birlikdə Türkiyəyə getmişdir. O, Ramiləni tanısa da, Elmiranı ilk dəfə görmüşdür. O, Ramilə ilə söhbət dən zaman Pərinin onu valideynləri ilə hədələdiyini və kənddə onu rüsvay edəcəyini dediyini bildirmişdir. 29 mart 2015-ci il tarixdə onlar Yalova şəhərinə çatmış, Pəri yenə də onları əvvəlki evə yerləşdirmiş, yenə də onları nəzarətində saxlaya bilməsi üçün onların pasportlarını əllərindən almışdır. 30 mart 2015-ci il tarixdən etibarən onları parklara aparıb onlar üçün müştərilər tapmış, müştərilər onlarla evlərində, hotellərdə yaxud avtomobildə cinsi əlaqədə olmuşlar. Müştəri onlarla cinsi əlaqədə olduqdan sonra yenidən olduqları parka gətirib Pəriyə təhvil vermişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində, həmçinin göstərdi ki, Pəri 1994cü ildən Yalova şəhərinə gedib-gəldiyindən onu çox adam, eyni zamanda polislər tanımış, onun əlaqələri çox geniş olmuşdur. Polislər Pərini gördükdə onlara yaxınlaşmamışdır. Ramilənin sağlamlığında problem olduğu üçün müştərilər onunla görüşməmiş, buna görə də Pəri Ramiləni Azərbaycana göndərmişdir. Onlar da Azərbaycana gəlmək istədiklərini bildirdikdə, Pəri onları buraxmamış və hədələməyə başlamışdır. Pəri Elmira ilə onu 25 aprel 2015-ci ilə qədər cinsi istismar etmiş, həmin tarixdə Pəri ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışlar. Yolda olan zaman Pəri yenə də onlara hədələr gəlmiş, bu barədə kiməsə, harasa məlumat veriləcəyi halda, onları rüsvay edəcəyini bildirmişdir. 27 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş və bundan sonra Pəri ilə əlaqəni kəsmişdir. Lakin 2015-ci ilin iyul ayının sonlarında Əhmədli qəsəbəsində evdə olan zaman Pəri yenidən ona zəng vuraraq onun Türkiyəyə getməli olduğunu bildirmişdir. O, etiraz etdikdə, Pəri yenə də əri ilə onu hədələmişdir. O, məcbur olub Pəri ilə razılaşmışdır. Odur ki, 03 avqust 2015-ci il tarixdə o, Pəri və Elmira avtobusla Türkiyəyə yola düşmüş, 05 avqust 2015-ci il tarixdə Türkiyəyə çatmışlar. Pəri ikisinin də pasportlarını alıb həmin tarixdən onları kişi müştərilərlə görüşdürməyə başlamış, heç vaxt onları nəzarətsiz buraxmamış, onu və Elmiranı 28 avqust 2015-ci il tarixədək əvvəl olduğu kimi eyni şərtlərlə cinsi istismar etmişdir. Həmin dövrdə Elmiranın qızı ağır xəstələndiyi üçün o, Bakı şəhərinə təcili qayıtması üçün Pəri ilə mübahisə etmiş, Elmira özünə təyyarə bileti almışdır. Onun özünün də sağlamlığında problem olduğundan o da Elmira ilə birlikdə getmək üçün özünə təyyarə bileti almışdır. Pəri məcbur olub onların ikisini də yola salmaq qərarına gəlmişdir. O Elmira ilə təyyarə vasitəsilə Bakı şəhərinə gəlmiş, Pəri isə avtobus vasitəsilə Bakı şəhərinə qayıtmışdır. Bundan sonra onun Pəri ilə əlaqəsi olmamışdır. Bundan başqa, iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ilin mart ayının təxminən sonlarında avtobusda tanımış, Pəri onun yanında əyləşmişdir. Onların arasında olan söhbət zamanı Pəri ondan hansı işlə məşğul olmasını, soruşmuş, o, kafedə günlük 15 manat müqabilində işlədiyini bildirmişdir. Pəri ona tez-tez Türkiyə Respublikasının Yalova şəhərinə gedib-gəldiyini, orada yaxşı əlaqələri olduğunu bildirmişdir. Pəri bildirmişdir ki, geyim fabrikində işləyib yaxşı pul qazanır və maddi vəziyyəti də yaxşıdır. Pəri ona mobil telefon nömrəsini vermişdir ki, əgər sualı olsa və getmək istəsə əlaqə saxlaya bilər. O Pərinin mobil nömrəsini götürmüş və səhəri gün yaşadığı evdə olan zaman Pərinin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamışdır. Aralarında olan danışıq zamanı Pəri ona bildirmişdir ki, uzun müddətdir ki, Türkiyə Respublikasına gedir və orada yaxşı qazanc əldə edir. Həmin zamanlar onun ümumvətəndaşlıq pasportu olmamışdır. Pəri bildirmişdir ki, yaxın zamanlarda Türkiyə Respublikasına gedəcəkdir, gəldikdən sonra onunla əlaqə saxlayacaqdır, əgər istəsə onunla gedə bilər. Bundan sonra o 40 manat borc tapmış və aprel ayının sonlarında Quba rayonuna gedib özünə xarici pasport almışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, 2014-cü ilin may ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, K.Kazımov küçəsində kirayədə yaşadığı ünvansız fərdi yaşayış evində olan zaman Pəri onunla əlaqə saxlamış və Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. O, özünə pasport aldığını, lakin getmək üçün pulunun olmamasını bildirmişdir. Pəri ona bildirmişdir ki, heç bir problem yoxdur, onun yol xərclərini qarşılayacaqdır. Razılaşmaya əsasən o, daha sonra işləyib həmin pulu ona geri ödəməli idi. Bundan sonra Pəriylə aralarında olan danışıq zamanı ona bildirmişdir ki, xarici pasportunu götürüb 16 may 2014-cü il tarixdə Bakı beynəlxalq avtovağzalına gəlsin. O, Pərinin dediyi kimi 16 may 2014-cü il tarixdə, səhər saatlarında Bakı beynəlxalq avtovağzalına getmiş, orada Pəri onu qarşılamış və onlar Türkiyə Respubliksına yola düşmüşlər. Onlar həmin tarixdə axşam saatlarında Şıxlı nəzarət-buraxılış məntəqəsindən Gürcüstan Respublikasına oradan Türkiyəyə Yalova şəhərinə getmişlər. Bu zaman ona məlum olmuşdur ki, Pəri ondan başqa Günel adlı qadını da Türkiyə Respublikasına gətirmişdir. O, Günellə orada tanış olmuşdur. Yalova şəhərində Pəri onları kirayə tutduğu mənzilə aparmış, həmin gün orada qalıb istirahət etmişlər. Səhəri gün Pəridən hara işləyəcəyini soruşduqda Pəri burada fabrikdə iş olmadığını bildirmişdir. O geyim fabrikində işləmək üçün gəldiyini bildirmişdir. Həmin vaxt Pəri Günelə və ona bildirmişdir ki, onların gəlmələri üçün xərc çəkmişdir və borclarını geri ödəməlidirlər. Onlar Pəriyə hələ işləmədiklərini və pullarının olmadığını bildirmişlər. Pəri bildirmişdir ki, ona olan borcları olduğu üçün tapdığı kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmalarını və qazandıqları pullarla da borclarını geri ödəməlidirlər. Onlar ikisi də buna etiraz etmişlər. Lakin Pəri bildirmişdir ki, əgər deyilənləri etməsələr polislərə verib onları tutduracaqdır. Onlar ikisi də Pəridən çox qorxmuşlar, çünki Pəri onlara demişdir ki, 1994-cü ildən Yalova şəhərinə gedib gəlir və burada hamını tanıyır. Pəri onları geniş əlaqələri olduğuna inandırmışdır. Pulları da olmamışdır ki, Pərinin borcunu qaytarıb oradan getsinlər. Pəri onlara mobil telefondan istifadə etməyə icazə verməmişdir. Onun da Yalovada tanıdığı heçkim olmamışdır. Məcbur olub Pərinin dedikləri ilə razılaşmışlar. Pərinin qoyduğu qaydaya əsasən müştəridən alının pulun yarısı ona çatmışdır. Bundan əlavə olaraq ayda 300 manat da kirayədə qalmaq üçün onlardan pul almışdır. Beləliklə 19 may 2014-cü il tarixdən Pəri onu və Güneli tapdığı kişi müştərilərlə görüşdürüb cinsi əlaqədə olmağa məcbur etmişdir. Pəri müştəriləri parklardan tapmışdır. Onlar müştərilərlə evlərdə, maşında və hotellərdə görüşüb cinsi əlaqədə olmuşlar. Müştəridən pulu Pəri almışdır. Pəri müştəridən 100-150 türk lirəsi pul almış, həmin pulun yarısı onlara çatmalı olduğu halda Pəri onlara pul verməmiş və onların əvəzindən pulu yığdını bildirmişdir. Pəri onlara sadəcə olaraq həmin puldan gündəlik yemək almışdır. Lakin onlara pul verilməmişdir. Təxminən xx.xx.2014-cü il tarixədək Pəri Yalova şəhərində onu və Güneli cinsi istismar etmiışdir. O artıq burada qala bilmədiyini təcili olaraq Azərbaycan Respublikasına qayıtmalı olduğunu bildirmişdir. Atasının və anasının ondan narahat olduqlarını 1 aydır onlarla əlaqə saxlaya bilmədiyini bildirmişdir. Pəri ilə arasında ciddi mübahisə yaranmışdır. Bundan sonra Pəri ona İstanbul şəhərinə getmək üçün avtobus bileti və Bakı şəhərinə gəlmək üçün təyyarə bileti almışdır. O Pəridən pulunu istədikdə Pəri bildirmişdir ki, həmin puldan ona gəliş gediş bileti alıb yol xərclərini götürmüş, həmçinin ev pulunu çıxmışdır ona görə də ona borcu yoxdur. O, artıq dözülməz vəziyyətdə olmuş, Pəridən canını qurtarmaq üçün ondan pul almamış və aldığı biletlə Bakı şəhərinə gəlməyi qərarlaşdırmışdır. Pəri ona bildirmişdir ki, əgər burada olanlar barədə kiməsə məlumat verəcəyi halda, onu bütün qohumları, anası və atası yanında rüsvay edəcəkdir. O, qorxusundan bu barədə heç kimə bir söz deməmiş, çünki Pərinin dediklərini edə biləcəyinə inanmamışdır. 10 iyun 2014-cü il tarixdə Azərbaycan Respublikasına geri qayıtmış, Pəri və Günel orada qalmışdır. Bundan sonra Pəri ilə əlaqəsi olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, təxminən 6 ay sonra, 2015-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən ünvansız fərdi yaşayış evində olan zaman Pəri onun mobil nömrəsinə zəng vurmuşdur. Pəri ona bildirmişdir ki, 19 yanvar 2015-ci il tarixdə Türkiyə Respublikasına gedəcək və o, da yenidən Pəri ilə birlikdə gəlməlidir. O, heç yerə getmək istəmədiyini bildirmişdir. Pəri ona bildirmişdir ki, əgər getməsə Türkiyə Respublikasında fahişəliklə məşğul olması barədə ailəsinə məlumat verəcəkdir. O, Pəridən bunu etməməsini xahiş etmişdir. Belə ki, anası və atası yaşlı, xəstə insanlar olmuş, bunu eşidəcəkləri halda başlarına nəsə gəlməsindən qorxmuşdur. Pəriyə yalvarsa da, sonuncu təkidlə Türkiyə Respublikasına getməli olmasını bildirmişdir. O Pərinin hədələrindən qorxaraq getməyə razılıq vermiş, bundan sonra Pəri ona bildirmişdir ki, 19 yanvar 2015-ci il tarixdə, səhər saatlarında Bakı beynəlxalq avtovağzalında olmalıdır. O, Pərinin dediyi vaxtda avtovağzala gəlmiş və onlar avtobus vasitəsilə Türkiyə Respublikasına yola düşmüş və 21 yanvar 2015-ci il tarixdə Yalova şəhərinə çatmışlar. Pəri ona bildirmişdir ki, əvvəlki qaydada müştəridən aldığı pulun yarısnı özünə götürəcək, onun yol xərclərini alacaqdır və əlavə olaraq da 300 manat evə pul verməlidirlər. Onun Pəri ilə razılaşmaqdan başqa çıxış yolu olmamışdır. Beləliklə 22 yanvar 2015-ci il tarixdən etibarən Pəri onu yenidən Yalova şəhərində kişi müştərilərə təqdim edib cinsi istismar etməyə başlamışdır. Pəri onu gün ərzində 5-10 nəfər kişi müştəri ilə görüşürüb cinsi əlaqədə olmağa məcbur etmişdir. Onun sağlamlığında narahatlıqlar olduqda belə onu buna məcbur etmişdir. Pəri ilə biryerdə qalmaq çox böyük əziyyət olmuşdur. Təxminən 1 ay orada qaldıqdan sonra Pəriyə artıq dözə bilmədiyini bildirmişdir. Çünki gün ərzində onu 5-10 nəfər müştəri ilə görüşdürmüşdür. Pəriyə geri qayıtmaq istədiyini bildirmiş və bunun üçün Pəriyə yalvarmışdır. Pəri artıq işləyə bilmədiyini və buna görə müştərilərin onunla görüşmək istəmədiyini görüşüb qayıtmağa razı olmuşdur. Lakin ona bildirmişdir ki, əgər bu barədə kiməsə desə onu bütün Quba rayonunun Alpan kəndində rüsvay edəcəkdir. O, da səssiz qalacağına söz vermişdir. Daha sonra 17 fevral 2015-ci il tarixdə avtobus vasitəsilə Azərbaycan Respublikasına yola düşmüş, 19 fevrpal 2015-ci il tarixdə Azərbaycan Respublikasına çatmışlar. Beləliklə 22 fevral 2015-ci il tarixdən 17 fevral 2015-ci il tarixədək Pəri onu yenidən cinsi istismar etmişdir. Bu dəfə Pəri ona çox az miqdara pul vermişdir. O, belə danışmadıqlarını bildirdikdə, yenə də gəliş gediş xərclərini özününü ödədiyini, ona yemək aldığını və 300 manat ev pulunu götürdüyünü bildirmişdir. O, məcburiyyətdən yenə də bir söz deyə bilməmişdir. Çünki onu rüsvay edəcəyindən qorxmuşdur. Bundan başqa, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, onlar Bakıya qayıtdıqdan təxminən 1 ay sonra, 2015-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində ünvansız fərdi yaşayış evində olan zaman Pəri ona yenidən zəng vurmuş və getməli olduğunu bildirmişdir. O, yenidən Pəriyə getmək istəmədiyini bildirsə də, Pəri yenə də onu valideynləri ilə və kənddə rüsvay etməklə hədələməyə başlamışdır. O, məcbur olub yenidən Pəri ilə razılaşmışdır. 27 mart 2015-ci il tarixdə o, Pəri, Günel və Elmira adlı qadın Bakı beynəlxaq avtovağzalından Türkiyə Respublikaısna yola düşmüş, 29 mart 2015-ci il tarixdə Türkiyəyə Yalova şəhərinə çatmışlar. Pəri yenə də həmin evə onları yerləşdirmiş, 30 mart 2015-ci il tarixdən etibarən onları parklara aparıb onlar üçün müştərilər tapmışdır. Müştərilər onlarla evlərində, hotellərdə yaxud avtomobildə cinsi əlaqədə olmuşlar. Müştəri onlarla cinsi əlaqədə olduqdan sonra yenidən olduqları parka gətirib Pəriyə təhvil vermişdir. Pərinin deməsinə görə o, 1994-cü ildən Yalova şəhərinə gedib-gəlmiş, orada çox insanı tanımış, çox geniş əlaqələri olmuşdur. Polislər Pərini gördükdə onlara yaxınlaşmamışdır. Pəri onu 17 aprel 2015-ci il tarixədək orada təkrarən cinsi istismar etmişdir. Onun sağlamlığında problemlər olduğu üçün müştərilər artıq onunla görüşməmişlər. Buna görə də Pəri onu Azərbaycana göndərmək qərarına gəlmiş və 17 aprel 2015-ci il tarixdə avtobus vasitəsilə onu Azərbaycan Respublikasına yola salmışdır. Onu tənbeh etmişdir ki, burada baş verənlər barədə kiməsə məlumat versə onu rüsvay edəcəkdir. O, da qorxduğu üçün heç kimə bir söz deyə bilməmişdir. Çünki Pərinin onlara etdikləri utancverici olmuşdur. Bu dəfə də Pəri çox az miqdarda ona pul vermişdir və ona çatan pulu xərclərə çıxdığını bildirmişdir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, o, 19 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikasına çatmış, bundan sonra Pəri onu narahat etməmişdir. O da Azərbaycan Respublikasına gəldikdə mobil nömrəsini, Pərinin onu tapa bilməməsi üçün dəyişmişdir. Bundan uzun müddət sonra 2017-ci ilin əvvələrində Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yaşadığı evdə olan zaman onun mobil telefonuna «Whatsapp» ani mesajlaşma proqamı vasitəsilə Türkiyə mobil operatoruna məxsus nömrədən zəng gəlmiş, telefona cavab verdikdə zəng edənin Pəri olduğunu görmüşdür. Onun mobil nömrəsini haradan tapmasını bilməmişdir. Danışıq zamanı Pəri Türkiyə Respublikasında olduğunu və yanına gəlməli olduğunu ona bildirmişdir. O, getmək istəmədiyini və restoranda normal şəkildə 15-20 manata işlədiyini bildirmişdir. Pəri yenə də ona hədələr gəlməyə başlamışdır. Pəri onun valideynlərinin də nömrələrini bildiyini, əgər etiraz etsəm onlara zəng vuracağını bildirmişdir. O, gəlməsi üçün pulunun olmamasını Pəriyə bildirmişdir. Pəri ona borc almağını və gəlikdə həmin pulu ona verəciyini bildirmişdir. O, 17 yanvar 2017-ci il tarixdə avtobus vasitəsilə Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasına getmiş, 19 yanvar 2017-ci il tarixdə Yalova şəhərinə çatmış və Pəri onu qarşılayıb yenə həmin evə aparmışdır. Bundan sonra yol pulunu istədikdə Pəri pulu sonra verəcəyini bildirmişdir. Beləliklə 20 yanvar 2017-ci il tarixdən 16 fevral 2017-ci ilədək Pəri onu Yalova şəhərində cinsi istismar etməyə başlamışdır. 16 fevral 2017-ci il tarixdə artıq Pəri ilə mübahisə edib Azərbaycan Respublikasına qayıtmışdır. Qayıdan zaman Pəri ona pul verməmiş, sadəcə olaraq biletini almışdır. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2013-cü ilin may ayının əvvəllərində rəfiqələrinin birinin ad günündə Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında isti münasibət yaranmışdır. Ad günündə söhbət edən zaman Pəri ondan nə işlədiyini soruşmuş, o, restoranda xidmətçi kimi işlədiyini bildirmişdir. Pəri maddi durumumla maraqlandıqda üç övladının olmasını və ailəsini dolandırmaqda çətinlik çəkdiyini bildikdən sonra Pəri ona uzun illər ərzində Türkiyə Respublikasına gedib orada yaxşı qazanc əldə etdiyini, orada fabriklərdə çoxsaylı iş yerlərinin olmasını demiş və əgər orada gedib işləsə yaxşı qazanc əldə edəcəyini bildirmişdir. O, bu barədə düşüncəyini bildirmişdir. Onlar mobil nömrələrini bir birlərinə vermişlər ki, əlaqə saxlasınlar. Həmin vaxtlar da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanını xatırlamadığı mənzildə kirayədə yaşamışdır. 2013-cü ilin mart ayının ortalarında Pəri ona bildirmişdir ki, yaxınlarda yenidən Türkiyə Respublikasına gedəcək, əgər istəsə onu də özüylə birlikdə apara bilər. O Pəriyə ümumvətəndaşlıq pasportunun olmamasını və heç zaman xarici ölkədə olmamasını və həmçinin getmək üçün maddi vəsaitinin olmamasını bildirmişdir. Pəri narahat olmamasını demiş, ona bütün köməklikləri edəcəyini bildirmişdir. Bundan sonra Pəriylə görüşüb ümümvətəndaşlıq pasportu almaq üçün Nəsimi Rayon Polis İdarəsinə getmişlər, orada Pəri dövlət rüsumunu ödəmiş və ona pasport almışlar. Bundan sonra Pəri getmək üçün ona bilet də almışdır. Pəri ona bildirmişdir ki, 13 iyun 2013-cü il tarixdə Balaxanı qəsəbəsinə gəlsin və oradan birlikdə Türkiyə Respublikasına yol düşsünlər. O, Pərinin dediyi vaxtda Balaxanı qəsəbəsinə Pərinin yaşadığı evə getmiş və oradan Bakı Beynəlxalq avtovağzalından Türkiyə Respublikasına yol düşmüşlər. 14 iyun 2013-cü ildə Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikasına, oradan da 16 iyun 2013-cü il tarixdə Türkiyə Respublikasının Yalova şəhərinə getmişlər. Orada Pəri onu fərdi yaşayış evlərindən birinə aparmış, onlar həmin evə yerləşmişlər. Bundan sonra Pəri ona pasportunu verməsini bildirmiş, işə düzəlmək üçün lazım olduğunu qeyd etmişdir. O da də pasportunu Pəriyə vermişdir. Bir gün istirahət etdikdən sonra 18 iyun 2013-cü il tarixdə Pəridən hansı işlə məşğul olacağını soruşduqda Pəri onun üçün pasport almasını, ev təşkil etdiyini, yol xərclərini çəkdiyini bildirmiş, ona fabrikdə işləyərək həmin borclarını qaytara bilməyəcəyini demiş və onun tapacağı kişi müştərilərlə cinsi əlaqədə olmaqla qazanc əldə edib onun borclarını qaytarmağı təklif etmişdir. O, Pəri ilə razılaşmadıqda Pəri ona dediklərini etməyəcəyi halda, burada başına oyun açacağını və pasportunu qaytarmayacağını demişdir. Pərinin deməsinə görə o, uzun müddət Yalova şəhərinə gedib-gəlmiş, Türkiyədə çoxlu tanışlarının olmasını demiş, həmin tanışları vasitəsilə onu döydürəcəyi ilə hədələmişdir. O, əlacsız vəziyyətdə olmuş, mobil nömrəsi də olmamışdır. Elmira məcburiyyət qarşısında qalıb Pərinin dedikləri ilə razılaşmış, bundan sonra 18 iyun 2013-cü il tarixdən etibarən Pəri onu tanışı olan müxtəlif kişi müştəriləri ilə görüşdürmüşdür. Pərinin dediyinə görə müştəridən alınan pulun yarısı onun yarısı isə Pərinin olmalı imiş. Lakin Pəri müştəridən pulu aldıqdan sonra ev pulu, yemək pulu və onun borcu adına pulları silmiş, ona pul verməmişdir. O əlacsızlıqdan Pərinin dediklərini etmək məcburiyyətində qalmışdır. Pəri onu gün ərzində 8-12 nəfər kişi müştəri ilə göüşdürmüşdür. Pəri müştəridən pulu özü aldığı üçün miqdarı barədə məlumatı olmamışdır. O, müştəri ilə evlərdə və hotellərdə cinsi əlaqədə olmuşduir. Pəri də onunla birlikdə həmin yerlərə gəlmişdir. Hotelə getmək lazım olduqda pasportunu özünə vermiş, hoteldən çıxdıqdan sonra isə pasportunu yenidən almışdır. O da qorxduğu üçün Pərinin bütün dediklərini etmək məcburiyyətində qalmışdır. Beləliklə, bu qaydada 10 iyul 2013-cü il tarixədək Pəri onu cinsi istismar etmişdir. Pəri ona bildirmişdir ki, geri döndükdə bu barədə kiməsə nəsə desə, uşaqlarının başına bədbəxt hadisələr gələ bilərmiş. Bundan başqa, Pərinin etdiklərini anasının və qardaşının eşidəcəyindən qorxmuş, ona görə də heç kimə bu barədə məlumat verə bilməmişdir. Onlar 10 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmaq üçnü yola düşmüşlər. Bu zaman Pəri ona cüzi miqdarda pul vermişdir. Həmin pul Pərinin aldığı pulların cüzi hissəsini təşkil etmişdir. Çünki Pəri onu gün ərzində 8-12 nəfər müştəri ilə görüşüdürmüşdür. Onlar Pəri ilə birlikdə 12 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişlər. Bundan sonra Pəri ilə əlaqə saxlamamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 2013-cü ilin avqust ayının ortalarında Bakıxanov qəsəbəsində olan evimdə olan zaman hazırda xatrılamadığı mobil nömrəyə zəng gəlmiş, mobil telefona cavab verdikdə zəng vuranın Pəri olduğunu görmüşdür. Pəri ona bildirmişdir, hazırda Türkiyə Respublikasındadır və Elmira da onun yanına gəlməlidir. O, getmək istəmədiyini bildirdikdə Pəri gəlməyəcəyi halda Bakıda olan tanışları vasitəsilə onun yanında hansı işlə məşğul olması barədə qızlarına, qardaşına və anasına məlumat verəcəyini bildirmişdir. O, bunu etməməyi Pəridən xahiş etmiş, Pəri isə bildrimişdir ki, onun üçün bilet alacaqdır və deyilən vaxtda Türkiyə Respublikasına gəlməlidir. Pərinin gəldiyi hədələrə görə məcbur olub onunla razılaşmışdır. Pəri onun üçün 25 avqust 2013-cü il tarixə bilet almış, o, həmin tarixdə Gürcüstan Respublikasından keçməklə Türkiyə Respublikasının Yalova şəhərinə getmiş, Pəri orada onu qarşılamış və öz evinə yerləşdirmişdir. Bu dəfə də Pəri onun pasportunu almış və pasportun onda qalacağını bildirmişdir. Əvvəl olduğu kimi, eyni qaydada və eyni şərtlərlə Pəri onu 20 sentyabr 2013-cü il tarixədək cinsi istismar etmiş, 21 sentyabr 2013-cü il tarixdə isə onu Azərbaycana yola salmış və bir miqdar da ona pul vermişdir. Bu dəfə də Pəri razılaşdıqları kimi pulun yarısını ona verməmiş, müxtəlif bəhanə ilə ona düşən payı özünə götürmüş və ona az miqdarda pul vermişdir. O da Pəriyə heçnə edə bilməmişdir. O, 23 sentyabr 2013-cü il tarixdə Azərbaycana geri qayıtmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, o, sonuncu dəfə Türkiyədən qayıtdıqdan bir neçə gün sonra, 2013-cü ilin sentyabr ayının sonlarında Bakıxanov qəsəbəsində yaşadığı evə olan zaman Pəri yenidən ona zəng vuraraq Yalova şəhərinə gəlib işləməli olduğunu bildirmişdir. O gəlmək istəmədiyini, evinə təzə gəldiyini bildirmişdir. Pəri isə yenə də əvvəlki qaydada gəlməyəcəyi halda ailəsinə onun yanında fahişəliklə məşğul olması barədə məlumat verəcəyini bildirmişdir. O, Pərinin hədələrindən məcburiyyət qarşında qalıb Türkiyə Respublikasına getməyə razılıq vermiş, 03 oktyabr 2013-cü il tarixdə Bakı Beynəlxalq avtovağzalından Türkiyə Respublikasına yola düşərək yenə də Şıxlı nəzarət buraxılış məntəqəsindən Gürcüstana, oradan da Türkiyə Respublikasına gedərək 05 oktyabr 2013-cü il tarixdə, axşam saatlarında Yalova şəhərinə çatmışdır. Pəri onu qarşılayıb evinə aparmış və onun pasportunu alıb özündə saxlamışdır. 06 oktyabr 2013-cü il tarixdən 30 oktyabr 2013-cü il tarixədək olan müddətdə Pəri yenə də eyni şərtlər daxilində onu cinsi istismar etmişdir. 30 oktyabr 2013-cü il tarixdə onu Azərbaycana yola salmış, geri qayıtdıqda yenə də ona cüzi miqdarda pul vermiş, söz verdiyi kimi də yol xərclərini ödəməmişdir. O, 01 noyabr 2013-cü il tarixdə Azərbaycana gəlmiş, bundan sonra bir müddət Pəri ilə əlaqəsi olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, lakin 2014-cü ilin yanvar ayının sonlarında Bakıxanov qəsəbəsində ünvanını bilmədiyi mənzildə kirayədə qalan zaman Pəri yenidən ona zəng vuraraq Türkiyəyə çağırmışdır. Həmin vaxt 3 qız övladı, anası və qardaşı ilə birlikdə yaşamış, evlərində işləyən heç kim olmamış, ona görə də o, maddi imkansızlıqdan Pəri ilə razılaşmağa məcbur olmuşdur. Ona görə 02 fevral 2014-cü il tarixdə avtobusla Türkiyəyə yola düşüb, 04 fevral 2014-cü il tarixdə Yalova şəhərinə gəlib çatmış və Pəri onu qarşılamışdır. Pəri yenidən pasportunu alaraq özündə saxlamış, bu dəfə də 04 fevral 2014-cü il tarixdən 01 mart 2014-cü il tarixədək olan müddət ərzində Pəri onu eyni qaydada, eyni şərtlər altında müxtəlif kişi müştərilərlə görüşdürmüş, onu istismar etmiş və 01 mart 2014-cü il tarixdə Pərinin özü ilə birlikdə Azərbaycana qayıtmışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, Pəri onun maddi durumunu yaxşı bilmişdir. Borclarının olmasını, ailədə işləyən heç kimin olmamasını və 3 qız övladının olmasını, onun çətin günlər yaşadığını və ailəsini dolandırmaqda çətinlik çəkdiyini bilmişdir. Ona görə də hər dəfə Türkiyə Respublikasına getdikdə ona zəng vuraraq onunla birlikdə getməsini istəmiş və yaxşı pul qazanacağını ona demişdir. O da maddi durumuna görə məcbur olub onunla razılaşası olmuşdur. Lakin Pəri ona cüzi miqdarda pul vermiş, başqa qazanc yeri olmadığından o, Pərinin verdiyi pula qane olası olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 2014-cü ilin mart ayının sonlarında Bakıxanov qəsəbəsində olan evində olan zaman Pəri ona yenidən Türkiyə Respublikasına getməyi təklif etmiş, maddi vəziyyəti ilə əlaqədar onunla razılaşmışdır. Bundan sonra da Pəri onu Türkiyəyə çağırmaqla və ya özü ilə aparmaqla 02 aprel 2014-cü il tarixdən 30 aprel 2014-cü il tarixədək, 2014-cü ilin 08 iyul 2014-cü il tarixdən 04 avqust 2014-cü il tarixədək, 12 noyabr 2014-cü il tarixdən 07 dekabr 2014-cü il tarixədək, 29 mart 2015-ci il tarixdən 25 aprel 2015-ci il tarixədək, 05 avqust 2015-ci il tarixdən 28 avqust 2015-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və 30 avqust 2018-ci il tarixdən 28 oktyabr 2018-ci il tarixədək Türkiyənin Yalova şəhərində eyni üsullarla və ya eyni şərtlərlə cinsi istismar etmişdir. O, sonuncu dəfə 28 oktyabr 2018-ci il tarixdə Azərbaycana qayıtmış və bundan sonra Pəri ilə heçbir əlaqəsi olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin yekununda zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs Türkiyənin Yalova şəhərində eyni üsullarla və ya eyni şərtlərlə cinsi istismara məruz qoyduğunu qeyd edib, hər iki zərər çəkmiş şəxsin məhkəmə baxışı zamanı ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı nelan edilməklə tədqiq olunan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, hər üç zərər çəkmiş şəçxs sərbəst ifadələrində qeyd etdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edib özlərinin sonuncu tərəfindən aldatma yolu ilə və ya hədə-qorxu ilə məcburetmə vasitələrdən istifadə etməklə cinsi istismar edilməsi məqsədi Türkiyə Respublikasına aparılıb orada cinsi istismara məruz qoyulmalarını göstərmişlər (iş vərəqə: 126-133, 134-139, 140-144). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azhərbaycan Respublikası DİN-nin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilməsi haqqında protokolun məzmunundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2014-cü il tarixdə, saat 20:15 dəqiqədə «C00252455» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2014-cü il tarixdə, saat 16:25 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı beynəlxalq hava limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2015-ci il tarixdə, saat 19:29 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə, saat 02:08 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2015-ci il tarixdə, saat 20:01 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə, saat 23:47 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə, saat 18:53 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə, saat 04:44 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2014-cü il tarixdə, saat 20:19 dəqiqədə «P5246945» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2014-cü il tarixdə, saat 03:11 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2015-ci il tarixdə, saat 20:01 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə, saat 02:21 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2015-ci il tarixdə, saat 20:52 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə, saat 05:41 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xx.xx.2013-cü il tarixdə, saat 02:40 dəqiqədə «P5418690» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2013-cü il tarixdə, saat 23:08 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2013-cü il tarixdə, saat 20:27 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2013-cü il tarixdə, saat 01:01 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2013-cü il tarixdə, saat 20:56 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2013-cü il tarixdə, saat 02:54 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2014-cü il tarixdə, saat 19:15 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2014-cü il tarixdə, saat 23:46 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2014-cü il tarixdə, saat 20:16 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2014-cü il tarixdə, saat 05:53 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2014-cü il tarixdə, saat 20:12 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2014-cü il tarixdə, saat 22:47 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2014-cü il tarixdə, saat 20:07 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2014-cü il tarixdə, saat 22:13 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2015-ci il tarixdə, saat 20:01 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə, saat 02:20 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2015-ci il tarixdə, saat 20:55 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə, saat 05:40 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı beynəlxalq hava limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2018-ci il tarixdə, saat 18:12 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə, saat 02:32 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2018-ci il tarixdə, saat 19:16 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə, saat 22:08 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə, saat 02:40 dəqiqədə «P4273782» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2013-cü il tarixdə, saat 23:07 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2013-cü il tarixdə, saat 20:10 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2013-cü il tarixdə, saat 04:28 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2013-cü il tarixdə, saat 20:33 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2014-cü il tarixdə, saat 23:47 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2014-cü il tarixdə, saat 20:16 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2014-cü il tarixdə, saat 05:51 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2014-cü il tarixdə, saat 20:20 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2014-cü il tarixdə, saat 03:13 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2014-cü il tarixdə, saat 20:13 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2014-cü il tarixdə, saat 22:48 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2014-cü il tarixdə, saat 20:05 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2014-cü il tarixdə, saat 22:12 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2015-ci il tarixdə, saat 19:28 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə, saat 02:09 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2015-ci il tarixdə, saat 20:01 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə, saat 02:20 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2015-ci il tarixdə, saat 20:48 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə, saat 23:01 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, «C01870442» nömrəli sənəddən istifadə etməklə xx.xx.2018-ci il tarixdə, saat 18:12 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə, saat 02:34 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2018-ci il tarixdə, saat 19:16 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə, saat 22:14 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur (iş vərəqə: 192-195). Beləliklə, məhkəmə məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2013-cü ilin may ayından başlayaraq qadınları cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün aldatma yolu ilə tamah niyyəti ilə cəlb etməklə iki və ya daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətdiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən 19 aprel 2013-cü il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatət qaldıraraq Təqsirləndirilən şəxs baxılan iş üzrə Zərərçəkmiş şəxs1 və qeyrilərinin Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasına aparılıb orada onları cinsi istismara məruz qoyması faktı ilə bağlı 2017-ci ildə Türkiyə Respublikasının Yalova 4-cü Əsliyə Cəza Məhkəməsində Türkiyə Respublikası Qanunun 62/1-2-ci maddəsi ilə işə baxıldığını, ona cəzasının 1/6 hissəsinə 3 dəfə güzəşt edilməklə 1 il 8 ay həbs cəzası və pul cəriməsi cəzası təyin edildiyini, Türkiyə qanunlarına əsasən ona 5 il nəzarət müddəti təyin edilməklə sərbəst buraxıldığını və nəzarət müddətinin 2022-ci ilin may ayının sonunda bitdiyini bildirmiş və qeyd olunan faktın araşdırılması məqsədilə Türkiyə Respublikası Yalova 4-cü Əsliyə Cəza Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 2017/263 saylı qərarının alınıb cinayət işinin materiallarına əlavə edilməsini və hüquqi qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi Azərbaycan Respublikası CM-nin 12.1-ci maddəsinə istinad etməklə vəsatətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olaraq həm Azərbaycan Respublikasının və həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə artıq xarici dövlətdə məhkum olunmuşdur və o, eyni cinayət əməlinə görə təkrar cinayət məsuliyyətinə cəlb edilə bilməz. Müdafiəçinin vəsatəti təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq idarəsi vasitəsi ilə məhkəmə sorğusu əsasında baxılan iş üzrə Təqsirləndirilən şəxs barəsində Türkiyə Respublikası Yalova X9 Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2017/263 saylı qərarı və həmin qərarın icrasının başa çatması ilə bağlı digər qərarı əldə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Məhkəmə baxışında Türkiyə Respublikası Yalova X9 Məhkəməsinin 2017/263 saylı qərarı tədqiq olunarkən müəyyən edilmişdir ki, həmin qərarla baxılan iş üzrə Təqsirləndirilən şəxs və daha iki nəfər Türkiyə Respublikası vətəndaşı – Sevim Tavasapı və X11 birlikdə Azərbaycan Respublikasının vətəndaşları X2, həmçinin baxılan iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 konkret tarixdə, 29 may 2015-ci il tarixdə Türkiyə Respublikasının Yalova şəhər mərkəzində bir şəxsi fahişəliyə həvəsləndirmək və ya etdirməkvə ya vasitəçilik etmək və ya yer təmin etmək cinayətini törətməyə görə Türkiyə Cinayət Məcəlləsinin 227/2, 53-cü maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs 1 il 8 ay həbs və 4 gün cərimə cəzasına məhkum edilmiş, hökmün icrası təxirə salınmış və 5 il sınaq müddəti müəyyən edilmişdir. Həmin qərarla Türkiyə Respublikası vətəndaşları Sevim Tavasapı və X13 də eyni əməli törətməyə görə təqsirli bilinib müxtəlif cəzalara məhkum edilmişlər. Tədqiq olunan sənədlərlə, həmçinin müəyyən edilmişdir ki, Türkiyə Respublikası Yalova X9 Məhkəməsinin 2017/263 saylı, 31 oktyabr 2022-ci li tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti bitdiyindən hökmün icrasının təxirə salınmasına dair həmin məhkəmənin 2017/263 saylı, 04 may 2017-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs təkrar insan alveri və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər cinayətini törətməyə görə deyil, daha iki nəfər Türkiyə Respublikasının vətəndaşı Türkiyə Respublikası Yalova X9 Məhkəməsinin 2017/263 saylı, 04 may 2017-ci il tarixli qərarına əsasən konkret gündə - 29 may 2015-ci il tarixdə Türkiyə Respublikasının Yalova şəhər mərkəzində Azərbaycan Respublikasının vətəndaşları X3, həmçinin baxılan iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı bir şəxsi fahişəliyə həvəsləndirmək və ya etdirməkvə ya vasitəçilik etmək və ya yer təmin etmək cinayətini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin baxışı zamanı araşdırılan mötəbər sübutlarla Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, həmçinin Zərərçəkmiş şəxs1 qarşı təkrar insan alveri və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər cinayətini, yəni Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 10-cu maddəsinin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli 19 aprel 2013-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə tövsif edilməli və həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı ifadələrində göstərdiyi xüsusatları rədd edir və onun belə ifadələrini özünü müdafiə məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərkibi cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər biri ayrı-ayrılıqda notarial qaydada təsdiq olunmuş ərizələrlə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs bağışladıqlarını göstərmiş, ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. Lakin məhkəmə baxışının son mərhələsində zərərçəkmiş şəxslər ərizələrlə təkrarən məhkəmyə müraciət edib Təqsirləndirilən şəxs ilə barışıq əldə edə bilmədiklərini bildirmiş, sonuncuya cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Təqsirləndirilən şəxs 1962-ci il təvəllüdlü olmaqla qadındır. Məhkəməyə təqdim olunan ölüm haqqında 04 dekabr 2018-ci il tarixli, AZ-İ № 959841 saylı şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X6 03 fevral 1994-cü il tarixdə Kəlbəcər rayonu uğrunda ərazisində şəhid olmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs qadın olmaqla 1962-ci il təvəllüdlü olmasını, qardaşının şəhid olunmasını, Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14cü maddələrində nəzərdə tutulmasa belə, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən Təqsirləndirilən şəxs özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona 19 aprel 2013-cü il tarixdən qüvvədə minmiş Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələnin müzakirəsi zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, qeyd olunan qətimkan tədbiri məhkəmə hazırlıq iclasının qərarına əsasən dəyişdirilmədən saxlanılmış, sonuncu şübhəli və ya təqsirləndirilən şəxs olaraq həbsdə və ya ona alternativ olan ev dustaqlığı qətimkn tədbiri altında saxlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanılmaması, hazırkı hökmlə ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınmalı və onun cəza çəkməsinin əvvəli hökmün elan olunduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə, Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məhkəmə hökmünün çıxarıldığı 20 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri yoxdur. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-121/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-121/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver