Məhkəmə qərarları › İş №1(101)-121/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-121/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-121/2024 27.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), Məmmədov X13 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Abşeron rayonu Qobustan kəndində anadan olmuş, işləməyən, evli, yetkinlik yaşına çatmayan 2 uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Pirəkəşkül ərazi dairəsi, Qobustan kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, külli miqdarda 4 ədəd bükümdə ümumi təmiz çəkisi 3,334 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq, külli miqdarda 3 ədəd bükümdə ümumi təmiz çəkisi 3,656 qram psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:05-də Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər deyilən ərazidə saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd «Rotmans» markalı siqaret qabının içərisində 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,188 qram, 0,1 qarm, 0,034 qram, ümumi təmiz çəkisi 0,322 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,262 qarm, 0,407 qram, ümumi təmiz çəkisi 0,669 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra Xəzər rayon məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan təbdiri seçilməklə xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin MSY-dən "xxxx" diaqnozu ilə Penitensiar Xidmətin X3 daxil olan zaman həmin müəssisənin işçiləri tərəfindən üzərinə axtarış-baxış keçirilmiş və əynində olan şalvarın cibindən 1 ədəd bükümdə 2,987 qram psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə 3,012 qram narkotik vasitə heroin aşkar edilərək kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən yuxarıda qeyd olunan çəkilərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o təmir işləri götürüb, ev təmir edirmiş. Tutulmamışdan 3-4 gün qabaq işlədiyi yerdən onun alətləri oğurlanmışdır. Oğurlanan alətlərinin dəyəri 3 min manat olmuşdur. O da bu barədə ev yiyəsinə demiş, ev yiyəsi də əraziyə baxan polisi çağırmışdır. Anarla Gülağa adlı polis işçiləri gəlib əraziyə baxış keçirib getmişlər. Oğurluq barədə rəsmi ərizə yazmamış, şifahi məlumat vermişdir. Türkan bağlarına daş gətirən “ZİL” markalı yük avtomobilinin sürücüsü Samirin ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng gəlmişdir. Ya onun ***-***-**-** saylı nömrəsinə, ya da sonu 30-35 olan nömrəsinə zəng gəlmişdir. Hadisənin üstündən 1 il vaxt keçdiyi üçün artıq nömrəni xatırlamır. Samir ondan harada olduğunu soruşmuş, o işlədiyi yerdə olduğunu bildirmişdir. Həmin gün mala vururmuş. Yanında Ağa adlı fəhlə də olmuşdur. Samir işlədiyi tikintiyə daş gətirdiyi üçün ondan etdiyi zəngə görə şübhələnməmişdir. Alətlərinin oğurlanmasında Samirdən də, Emil adlı şəxsdən də şübhələnməmişdir. O sürücü ilə telefonda danışdığından 5-10 dəqiqə keçməmiş, sonu 800-lə bitən qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə mülki geyimli şəxslər gəlmişlər. Avtomobilin içərisində oğurluqla bağlı əraziyə baxmağa gələn Anar və digər bir əməliyyatçı Balaca olmuşdur. Anar sahə müvəkkili, Balaca isə əməliyyatçıdır. Polislər onu saxlamış, avtomobilə əyləşdirib aparmışlar. O hara apardıqlarını soruşanda gedək biləcəksən deyə cavab vermişdirlər. O da fikirləşmişdir ki, yəqin onun alətlərini tapıblar, ona görə də rahatlıqla maşına əyləşib onlarla getmişdir. Türkan qəsəbəsində Polis Bölməsinin ərazi məntəqəsinə gəlmişlər. Polis məntəqəsində 2 saata yaxın qalmışdır. O içəri girəndə görmüşdür ki, ona zəng edən sürücü Samir də oradadır. Samir yerdə uzanmış, əli də qandallı vəziyyətdə olmuşdur. Sonra orada Balaca ilə Gülağa onun əlinə qandal vurub onu döyməyə başlamışlar. Bildirmişdirlər ki, onu Polis Bölməsinə aparacaqlar, orada onların dediklərini təkrar etməlidir. Onu yumruqla, təpiklə və 1 metr 20 santimetrlik metak plastmas turba ilə vurmuşlar. Birinci onu Balaca vurmağa başlamışdır. Sonra yorulub turbanı Gülağaya vermiş, Gülağa vurmağa başlamışdır. Anar da hərdən onu vururmuş. Əsasən Balaca ilə Gülağa onu döyürmüş. Nicatla Şəhriyar adlı əməliyyatçılar da orda olmuşdur. Amma onlar onu döyməmişlər. Sahə müvəkkili də orada olmuş, əməliyyatçılar mülki formada olmuşlar. Təkcə Nicat polis formasında olmuşdur. Onu məntəqədə döyəndən sonra Post Patrul maşını ilə 2 serjant Mərdəkana Xəzər rayon 1-ci Polis Bölməsinə aparmışdır. Anar, Balaca, Gülağa avtomobildə olmamışdır. Növbətçi hissəsindən keçəndə ondan bel kəmərini, siqareti və alışqanı alıb, dəmir barmaqlıqlar arasına salmışlar. Telefonunu artıq X8 almışdılar. O bölməyə artıq telefonsuz gətirilmişdi. Yarım saat da orada qalmışdır. Balaca bölməyə gəlmiş, onun siqaret qutusunu götürüb onun cibinə qoymuşdur ki, bunun özünün olmasını boynuna almasa onu Türkandakı polis məntəqəsinə aparıb yenidən metlakla döyəcəklər. Videoçəkiliş iki dəfə olmuşdur. Siqaret qutusundan çıxan bükümlərin onun olmadığını bildirəndə çəkilişi saxlayıb, Gülağa, Anar, Balaca adlı əməliyyatçılar ona bir-iki dəfə şillə-təpik vurub bükümlərin onun olduğunun etiraf etməsinə təkid etmişlər. Bu hadisələr təhqiqatçının gözləri qarşısında baş vermişdir. Sonra yenidən çəkiliş başlamışdır. Videoçəkiliş 1-2 dəqiqə çəkmişdir Çəkiliş olanda o polislərin göstərişi ilə videoçəkiliş zamanı cibindən siqaret qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Qutudan da bükümləri çıxarıb təqdim etmişdir. Videoçəkiliş zamanı müdafiəçi olmayıb. Bəhruz adlı mülki geyimdə bir şəxs olmuşdur. Əgər o şəxs müdafiəçi olubsa və ona vəkil kimi təqdim olunubsa, onun bunu eşidəcək halı olmamışdır. Videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış quraşdırılmış bir səhnə olmuş, həqiqi şəxsi axtarış zamanı isə heç bir çəkiliş olmamış, onu döyə-döyə paltarlarını əynindən çıxarmışlar. O istintaqda birinci dəfə ifadə verən zaman təzyiq altında olmuşdur. Onun bədənindəki xəsarətlərin izləri də onun döyülməyinin sübutudur. Sonra onu X7 gətirmişlər, orada isə onu təmiz soyundurub, bütün paltarlarına baxış keçirmişlər. Bel kəmərini götürmüşlər. Orada həkim gəlmiş, o həkimə bədənindəki bütün xəsarətlərini göstərmiş, həkim də onları qeyd etmişdir. Bədənindəki xəsarətləri soruşanda demişdir ki, döyülüb. Həmin vaxt hələ əynindəki ağ maykada olan qanın ləkələri qurumamışdır. Orada müşahidə kameraları da var idi, baxmaq olar. O MSM-də 2 gün saxlanılmışdır. Onu Şüvəlana aparıb qapının ağzında barmaq izlərini götürmüşlər. 2 gün sonra onu koronovirusla əlaqədar Müalicə Müəssisəsinə aparmışlar. Orada axtarış-baxış zamanı onu soyundurub şalvarının cibini yoxlamışlar. Rejim rəisi Anar gəlmiş, cibindəkinin nə olduğunu soruşmuşdur. Şübhələnib şalvarını yoxlamağa aparmışlar. Sonra şalvarı gətirib bildirmişdirlər ki, cibindən narkotik çıxıb. Sənədləşmədə Ruslan adlı əməkdaş çağırmış, o da gedib sənədi imza etmişdir. Sonra elə rəsmiləşdirmişdirlər ki, guya üstündən yenidən narkotik maddə aşkarlanmışdır. Barəsində həbs qətimkan tədbiri seçiləndə məhkəmə iclasına onlayn qoşulmuşdur. Rayon məhkəməsinin hakimi telefon vasitəsi ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı elan etmişdir. İnternet xətti yaxşı tutmadığına görə hakimin danışıqlarını başa düşmürmüş. İstintaq Təcridxanasına daxil olanda həkim ondan nə olduğunu soruşdanda şifahi şəkildə əməliyyatçılar tərəfindən döyüldüyünü bildirmişdir. Müdafiəçisi gələndən sonra bu xəsarətləri tibbi kartına qeyd etdirmişdir. Tutulmamışdan 6 ay qabaq narkotik vasitədən istifadə etmişdir. Məhkəmə iclaslarında verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Şahid6 onun üzərinə baxış keçiriləndə hal şahidi kimi iştirak etməmişdir. Onu sonradan görmüşdür. Onun üzərində hansısa maddələr tapmışlar, ondan nə olduğunu soruşmuşlarlar, o da nə olduğunu bilmədiyini demişdir. O heç bilmir ki, koronavirus olmuşdur ya yox. Onu müəsissədə heç müalicə də etməmişlər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, anket məlumatlarında göstərilən ünvanda valideyinləri və ailəsi ilə birlikdə yaşayır. Təhsilini Türkan qəsəbəsində yerləşən 262 nömrəli orta məktəbdə azərbaycan dilində almış, azərbaycan dilində sərbəst oxumağı bacarır, tərcüməçi və ya mütəxəsissin köməyinə ehtiyacı yoxdur. Müxtəlif ev tikintilərində usta işləyir. 2 il əvvəl narkotik vasitələrdən istifadə etsə də təxminən 5-6 aydır ki, demək olar ki, narkotik maddələrin müxtəlif növlərindən istifadə edir. Narkotik vasitə qəbul etməsini heç kim məcbur etmir, narkotik vasitələri könüllü olaraq istifadə edir. Üzərindən narkotik vasitənin aşkar oluması ilə əlaqədar bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi 5 evlər deyilən ərazidə, yaşadığı evin yaxınlığında olarkən 2 nəfər polis işçsi ona yaxınlaşıb özlərini təqdim etmiş, ona narkotik maddələrin qanunsuz dövriyyəsi, istifadəsi və daşınmasında şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getməsini bildirmişlər. Polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polislər yol boyu gözləri ilə ona nəzarət etdikləri üçün cibində olan narkotk vasitəni ata bilməmişdir. Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış, ona Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, siyahı ilə tanış olduqdan sonra siyahıda olan vəkillərdən birnin hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X12 dəvət olunmmuş, təhqiqatçı tərəfindən vəkil ona təqdim edilmişdir. Polis şöbəsində video-çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis işçiləri tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edildikdə o, könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ cibində olan 01 ədəd «Rotmans» markalı siqaret qabının içərisində olan 3 ədəd bükümlərdə narkotik vasitə heroini və 2 ədəd bükümlərdə psixotrop maddə-metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Polis işçiləri tərəfindən həmin bükümlər açılıb içərisinə baxış keçirilmiş, sorğu zamanı həmin bükümlərdə olan maddələrin narkotik maddə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Həmin maddələr polis işçiləri tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə-heroin və psixotrop maddə-metamfetaminləri xx.xx.2022ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisindən üzdən şifahi tanıdığı, adını bilmədiyi şəxsdən özüm istifadə etmək üçün 30 manata almış, üzərindən aşkar olunmuş narkotik vasitəheroin və psixotrop maddə-metamfetaminləri satmaq, eləcədə kiməsə pay vermək niyəti olmamış, özü istifadə etmək üçün üzərində saxlamış, göstərilən tarixdə və yerdə üzərindən narkotik vasitəheroin və psixotrop maddə-metamfetaminlər aşkarlanan zaman və ya polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Əlavə olaraq isə ifadəsində bildirmişdir ki, müxtəlif tikintilərdə suvaq vurmaq işi ilə məşğul olur. İlkin istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Belə ki, xx.xx.2022-ci il tarixdə saxlanılmamışdan əvvəl təxminən saat 14-15 radələrində Türkan qəsəbəsində iş yerində olarkən tanışı Samir adlı şəxs ona zəng vurub harada olduğunu soruşmuş, ona iş yerində olduğunu dedikdən təxminən 10-15 dəqiqə sonra ağ rəngli, nömrəsinin son rəqəmi 800 olan «Sunny» markalı maşın gəlmiş, 2 nəfər mülkü geyimli şəxs düşüb ona yaxınlaşıb polis işçiləri olduqlarını demiş, onlardan birinin adı Anar, digəri isə adının Balaca kimi tanıdığı polis olmuşdur. Həmin polis işçiləri ona heç nə izah etmədən qolunu burub maşına oturtmuş, onu Türkan qəsbəsində yerləşən polis məntəqəsinə aparmışlar. Orada Gülağa, Nicat və Şəhriyar adlı polis işçiləri də olmuşdur. Nicatdan başqa digər polislər mülkü geyimdə olmuşlar. Həmin vaxt Balaca onu təqribən 1 metrlik turba ilə döyməyə başlamış, onlara heç bir günahı olmadığını, nə üçün döydüklərini soruşsa da xeyri olmamış, əvəzində Gülağa adlı polis turbanı Balacadan alıb onu vurmağa davam etmişdir. Digər polis işçiləri də bu mənzərəni seyr etmişlər. Onların işgəncələrinə dözməyib vurmamalarını, nə desələr qol çəkəcəyini demiş, yalnız bundan sonra vurmağı dayandırmışlar. Daha sonra onu 2 nəfər polis serjantı ilə PPX-nin maşınında 1-ci PŞ-nə aparmışlar. Təxminən 1 saatdan sonra Gülağa, Anar və Balaca da gəlmiş, Balaca onu saxlanıldığı yerdən çıxarıb sağ cibinə nə isə qoyaraq «ağıllı ol» deyib təhqiqatçının yanına aparmışdır. Təhqiqatçının yanına gedərkən “artıqəksik hərəkət eləmə cibindəkilər sənindir, çəkiliş olacaq, etiraf etsən işin tez qurtaracaq, əks halda səni təkrar Türkan qəsəbəsinə qaytararıq” demişdir. Təhqiqtaçının otağına girdikdən sonra Gülağa da gəlmiş, orada Gülağa onun sifətinə bir sillə vurub yerə yıxmış, yerdə təpikləməyə başlamışdır. Təhqiqatçı Gülağaya dayanmasını, çəkiliş başladığını demişdir. Bundan sonra Türkan qəsəbəsinə qayıtmamaq üçün çəkiliş zamanı cibindən çxan siqaret qutusu və qutunun içərisində olan narkotik maddələrin ona məxsus olduğunu etiraf etmişdir. Orada bir neçə sənədə oxumadan qol çəkmiş, çəkilişdən təqribən 1 saat sonra onu Xəzər RPİ-nin MSY-nə gətirmişlər. Orada da müstəntiqin yazdığı sənədlərə oxumadan qol çəkmişdir. Həmin vaxt onda «Covib-19» virusu aşkarlanığı üçün xx.xx.2022-ci tarixdə barəsində həbs qətimkan tədbiri telefon vasitəsi ilə online seçilmişdir. xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin MSY-nin işçiləri onu Penitensiar Xidmətin X3 aparıb təhvil vermişlər. Orada həmin müəssisənin işçiləri tərəfindən üzərinə baxış keçirilən zaman əynindəki şalvarın yan cibindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Lakin həmin narkotik maddələrdən məlumatı olmamışdır. Orada da işçilər tərəfindən müvafiq sənədləşmə işləri aparılmış, oxumadan həmin sənədlərə də qol çəkmişdir. Baş vermiş hadisə ilə bağlı özünü təqsirli bilmir, belə ki, ittiham olunmağının səbəbi, polis işçiləri tərəfindən ona verilmiş işgəncələr nəticəsində alınmış etiraf edici ifadələr olmuşdur. O narkotik vasitələrdən istifadə etsə də narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur və saxanılan zaman üzərində narkotik vasitə olmamışdır. Odur ki, barəsində araşdırılan cinayət işinin ədalətli və qanunauyğun araşdırılmasını xahiş etmişdir. İfadəsində adlarını qeyd etdiyi polis işçiləri onu döyüb işgəncə verdikləri üçün məcbur olub aşkar olunmuş narkotik maddələrin ona məxsus olduğunu bildirmiş, izahat verərəkən yanında həmin polis işçilərindən başqa heç kim olmamış, eləcə də şəxsi axtarış zamanı videoçəkilişdə də ona məxsus olduğunu bildirmişdir. Saxlanıldığı yer, MSY-i polis idarəsinin həyətində, yəni polislərə aid yer olduğu üçün onu təkrar döyəcəklərindən qorxub ilkin araşdırma zamanı verdiyi ifadələri təsdiq edərək aşkar olunmuş maddələrin ona məxsus olduğunu bildirmişdir. Lakin yenə də qeyd etmişdir ki, üzərindən aşkar olunmuş naorkotik vasitə və psixotrop maddələr ona məxsus deyil. O, PX-in X3 təhvil verilərkən müəssisənin işçiləri tərəfindən üzərinə baxış keçirilmiş və qeyd olunan maddələr şalvarının cibindən aşkar olunmuş, lakin həmin maddələrin şalvarının cibində olmasından məlumatı olmamış, orada polis işçiləri olmasa da müəssisənin işçilərinin tərtib etdikləri sənədləri də imza edərkən nə yazdıqlarını oxumadan qol çəkmişdir. Yəni orada da üzərindən aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmadığını bildirmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınarkən polislərdən başqa yanında heç kim olmamış, istintaq dövründə isə, vəkilin orada olmasına fikir verməmiş, vəkilin orada olması yadında qalmamışdır. Təhqaqat zamanı verdiyi ifadəni nəzərə alıb ifdadəsinin dəyişdirilməsini əhəmyyətli hesab etməmişdir. Həmin vaxt vəkil yanında olsa da polislərin sonra onu döyəcəklərindən qorxub eyni ifadəni vermişdir. Şəxsi axtarış zamanı vəkilin ona hər hansı zor tətbiq edilib-edilməməsi barədə sualına cavab olaraq ona heç bir zor tətbiq edilmədiyini deməsi barədə bildirmişdir ki, həmin vaxt onu döyən polis işçiləri də şöbədə olduğu üçün təkrar döyəcəklərindən qorxub vəkilin sualına cavab olaraq ona qarış heç bir zor tətbiq edilmədiyini, aşkar olunmuş narkotik maddələrin ona məxsus olduğunu demişdir. İbtidai istintaq və tibbi müayinə zamanı bədəninin müəyyən hissələrində müəyyən xəsarət izləri olduğunu, lakin yenə də onu döyən polis işçilərinin təkrar gəlib döyə biləcəklərindən qorxduğu üçün bədənindəki xəsarətlərin hansı şəraitdə alınması barədə heç kimə heç nə deməmiş, tibbi müayinə zamanı həkim xəsarət izləri olması barədə yazsa da ona da döyülməsi və işgəncələrə məruz qalması barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı şahid Babayev X21 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxsun narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə keçirilmiş əməliyyat tədbiri zamanı onu 5 evlər deyilən ərazidə, küçədə saxlamışlar. Evin yaxınlığında, 400 metr evdən aralıda tək dayanmışdır. Həmin yerdə nə işlə məşğul olduğunu bilməmişdir. Əməliyyatda Şahid2 da iştirak etmişdir. Həmin yerə Anarın mülki maşını ilə getmişlər. Şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə 1-ci polis şöbəsinə getməli olduğunu bildirmişlər. Əməliyyat zamanı təqsirləndirilən şəxsə hər hansı təzyiq olmamışdır. Onu saxlayan zaman yanında heç kim olmamış, onlara müqavimət göstərməmişdir. Maşına könüllü əyləşmişdir. Onu 1-ci Polis Şöbəsinə aparmışlar, təhqiqatçı Xəzərin otağına getmiş, sənədləşdirmə aparmışlar. İdarədə əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçrilməzdən əvvəl şəxsdən üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşulmuşdur. O, əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd “Rotmons” siqaret qabını çıxartmış və qabın içərisindən 5 ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlərdən 3 qəhvəyi rəngli maddə, 2 ədədi isə ağ rəngli kristal şəkilli maddə olmuşdur. Hər ikisi narkotik vasitə heroin və metamfetamin olmuşdur. Səhv eləmirsə 2 dənəsi heroin, 3 dənəsi metamfetamin olmuşdur. Sonda narkotik vasitə qablaşdırılmış, 157 saylı möhürlə bağlanılmış, ekspertizaya göndərilmişdir. Üzərinə baxış keçirilən zaman müdafiəçinin iştirakı təmin olunmuşdur. Üzərinə baxış keçirilən zaman o, təhqiqatçı, Şahid2, vəkil və Emil otaqda olmuşdur. Əməliyyat məlumatı məxfi əməkdaş tərəfindən daxil olmuşdur. Məlumatlar onlara daxil olur, daha sonra qeydiyyata qoyduqdan sonra tədbir keçirirlər. Əməliyyat məlumatları daxil olanda şəxsin anket məlumatları daxil olmamışdır. Onlara təkcə şəxsin adı deyilir, sonra üzərində işləyib kimliyini müəyyən edirlər. Emil onun xidmət etdiyi ərazidə yaşamış, Emili sakin kimi tanımışdır. Onunla əvvəllər başqa münasibətləri olmamışdır. Ehtimal edir ki, Emil də onu tanımışdır. Emilin telefon nömrəsini bilmir. Şəxsin telefonundan xəbəri yoxdur. Yəqin ki, telefonu təhqiqatçı müstəntiqə yollamışdır. Öz nömrəsini deyə bilər: ***-***-**-**. 2-3 il olar ki, bu nömrəni istifadə edir. Qəsəbədə sahə inspektorlarının oturduğu polis məntəqəsi var. O, orada olmamışdır. Emil tutulan gün də orada olmamışdır. Üzərində aşkar olunan xəsarət barəsində məlumatı yoxdur. Xəsarətlə bağlı Xəzər prokurorluğuna çağırmışlar. Onun tərəfindən qərar qəbul olunmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, keçən il avqust ayının əvvələrində Təqsirləndirilən şəxsun narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə keçirilmiş əməliyyat tədbiri zamanı onu 5 evlər deyilən ərazidə saxlamışlar. Həmin yerə mülki maşınla, onun maşını ilə getmişlər. **-XZ-*** qeydiyyat nişanlı Nissan Sunny markalı maşın idi. Şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə 1-ci polis şöbəsinə getməli olduğunu bildirmişlər. Saxlayan zaman yanında heç kim olmamışdır. Onlara müqavimət göstərməmiş, maşına könüllü əyləşmişdir. Onu 1-ci Polis Şöbəsinə aparmışlar. İdarədə əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilən zaman üzərində bir neçə büküm aşkarlanmışdır. Üzərinə baxış keçirilən zaman müdafiəçinin iştirakı təmin olunmuşdur. Baxış keçirilən zaman otaqda o, təhqiqatçı, Şahid1, vəkil və Emil olmuşdur. Şəxsə qarşı hər hansı zor tətbiq olunmamışdır. Dedikləri özünü müdafiə xarakteri daşıyır. Əməliyyat məlumatı ona və Balaca müəllimə daxil olmuşdur. O, şəxsən raportla bölmənin rəisinə məruzə etmişdir. Əməliyat qrupuna Balaca Bağayev rəhbərlik etmişdir. Emil onun ərazisində yaşayır, oradan tanıyır. Emin də onu tanımışdır. Əvvəllər Təqsirləndirilən şəxsla aralarında heç bir münasibət olmamışdır. Qəsəbədə sahə inspektorlarının oturduğu polis məntəqəsi var. Bəzən digər əməkdaşlar da həmin məntəqəyə gəlir. Balaca müəllim də oraya gəlir. Nömrəsini deyə bilər: ***-***- **-**. 15-20 il olar ki, bu nömrəni istifdə edir. Telefonu üstündə işlək vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxsin telefonundan xəbəri yoxdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, o Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə X6 baş inspektor vəzifəsində xidmət edirmiş, hazırda X15 rəisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən "xxxx" diaqnozu ilə X3 daxil olmuşdur. Müəssisəyə daxil olan şəxsin üzərində qanunsuz əşyaların olubolmaması kəsici-deşici alət, telefon, flaşkart, narkotik vasitə, pixotrop maddələri varsa təqdim etməsini təklif edirlər. Bununla bağlı cinayət məsuliyyətini izah edirlər. Əgər şübhə yaranarsa hal şahidlərini dəvət edib, onların iştirakı ilə axtarış-baxış keçirirlər. Təqsirləndirilən şəxs da bu barədə xəbərdarlıq etmişlər. Xəbərdarlığı o elan etmişdir, əməliyyatçı o olduğundan bu onun səlahiyyətindədir. Bütün müəssisəyə daxil olan şəxslərin yoxlanışında iştirak edir. Müəssisə rəhbəri tərəfindən əməliyyatçı və nəzarətçi ayrılır. Bu işi onlar həyata keçirir. Şəxs müəssisəyə daxil olanda axtarış-baxış zamanı ona cinayət məsuliyyəti barədə elan etməkləri haqda onlar heç bir sənəd imzalatdırmırlar. Təqsirləndirilən şəxs da heç bir sənəd imzalatdırmamışlar. Xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs üzərində axtarış-baxış tədbirləri keçirmişlər. Baxış zamanı Emil özünü qeyriadı şəkildə, yəni şübhəli aparmış, belə olan təqdirdə onlar dərhal hal şahidləri qismində Ələmşahı və Altayı dəvət etmişlər. Çünki şübhə yaranmışdı, əvvəldən Emilin üzərində narkotik vasitənin olduğunu bilmirdi. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Hal şahidi dəvət edib Emilin üzərində axtarış-baxış keçirmişlər. Təqsirləndirilən şəxs üzərinə ilkin baxışı onun göstərişilə nəzarətçi keçirmişdir. Keçirilən axtarış-baxış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ və sol ciblərindən ağ rəngli kristallardan və qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış-baxış keçirilən zaman o, Şahid4, X17 və kim olduğunu xatırlamadığı bir nəfər olmuşdur. Emilin şalvarının sağ yan cibində narkotik vasitə toz halında cibinə tökülmüş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirərkən hansı şəraitdə üzərində narkotik vasitənin bükülü yox açıq vəziyyətdə, toz şəkilində kütlə olduğunu necə izah etməyini xatırlamır. Onlar polislərə orada axtarış-baxış keçirməmisiniz mi deyə sual vermişlər. Polislər demişlər ki, onlar büküm olubolmamasını yoxlamışlar. Onlar isə müəssisədə daha dərindən yoxlayırlar. O bunun nə olduğunu soruşanda Emil demişdir ki, bilmir. Həmin vaxt Emil özündə olmamış, yorğun kimi, halsız vəziyyətdə olmuşdur. Polis əməkdaşlarının iştirakı ilə həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, aktlaşdırılmış, hal şahidləri və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. -Şəxsin üzərinə baxış keçirmə yeri həyətdə korpusun yanında olmuşdur. Müstəntiqə verdiyi ifadəsini harda verdiyini xatırlamır. Amma həmin ifadəsini təsdiq edir. Xəzər Rayon Polis İdarəsində ola bilər ki, olmuşdur, xatırlamır. Bu iş üzrə müstəntiqin onların müəssisəsinə gəlməsini, gəlib onlarla görüşməsini xatırlamır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İMM Əməliyyat Şöbəsinin inspektoru vəzifəsində çalışır, həmin vaxt karantin onlarda olmuşdur. Təqsirləndirilən şəxs Xəzər RPİ-nin Müvəqqəti saxlama yerindən "xxxx" diaqnozu ilə X3 daxil olmuşdur. Emil onların müəssisəsinə daxil olarkən şübhə yaratmışdır. Hallı olması, üst başı şübhə doğurmuşdur. Şübhəli durum yarananda onlar bilirlər, insanın üzünə baxanda aydın olur. Həm də başqa orqanın müşaiyəti ilə gəlib deyə üzərini onların yanında axtarmağa məcburdurlar, sonra axtarsalar, üzərindən nəsə çıxsa onlara şər atmaq kimi çıxar. Həmin tarixdə müəssisə rəhbərliyinin göstərişinə əsasən müəssisənin digər əməkdaşlarını iştirakları ilə xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs üzərində axtarış-baxış tədbirləri keçirmişlər. Baxışı xüsusi ayrılmış yerdə, “Şmon” otağı deyilən yerdə keçirmişlər. Sənəd üzərində cərrahiyyə şöbəsi gedir. Emilin ciblərini Qasımov Layiq axtarmışdır. Keçirilən axtarış-baxış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ və sol ciblərindən ağ rəngli kristallardan və qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Özü həmin maddələrin nə olduğuna cavab verməmiş, lakin onlar həmin maddələrin nə olduğunu bilmişlər. Metamfetamin və heroin aşkar edilmiş, ekspertizaya göndərilmişdir. X17, Şahid3, Altay və Ələmşah da orada olmuşdur. Altay nəzarətçi, digərləri mülki işçilərdir. 2 nəfər hal şahidləri digər şəxslərin də axtarışında iştirak etmişlər. Onlar polisləri xüsusi rabitə vasitəsi ilə çağırmış, polis əməkdaşlarının gözünün qarşısında obyektiv axtarış keçirmişlər. Baxışdan sonra akt tərtib olunmuş, protokollaşdırılmışdır. Kompyuter Ruslan müəllimin otağında olduğundan, orada aktlaşdırmışlar. Xəsarətlə bağlı həkimlər qeydiyyat aparır. Emilin üzərinə baxış keçirildikdən sonra, Emil onların müəssisəsində qalmış, xəstəliklə bağlı onu orada saxlamağa məcbur olmuşlar. Polisin müşaiyəti ilə müəssisəyə daxil olan şəxsdə narkotik vasitənin aşkar olunması təcrübədə olmamışdır. İstintaq dövründə əməliyyat şöbəsinin rəisi Ruslan Aslanova və məhkəməyə izahat vermişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onların müəssisəsinə Xəzər Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerindən polis əməkdaşları tərəfindən gətirilmişdir. X1 həmin vaxt koronavirusun yoxlanılması üçün xüsusi otaq ayrılmışdır. O, 16 ildir ki, X2 nəzarətçi işləyir. Kənardan gətirilən məhbusların qəbul edilmə qaydalarını yaxşı bilir. Müəsissəyə məhkum gətiriləndə ilk olaraq onu növbətçi rəis, əməliyyatçı, nəzarətçi və həkim qəbul edir. İlk olaraq məhkumu növbətçi hissə rəisi qəbul edib axtarış-baxış üçün onlara verəndə baxışda rəhbərliyi əməliyyatçı həyata keçirir. Nəzarətçi kimi onun funksiyası daxili intizam qaydalarına uyğun olaraq məhkumun üzərinə baxış keçirməkdir. Həmin qaydalarda əməliyyatçının məhkumun müəsissələrinə daxil olarkən üzərinə baxış keçirilməsində iştirak etməsi nəzərdə tutulub. Təqsirləndirilən şəxs polis gətirmişdir. Təqsirləndirilən şəxs koronavirus şübhəsi ilə avtomobildən düşürülərək yoxlanılması üçün birbaşa müəsissədə xüsusi ayrılmış otağa gətirilmişdir. Orada növbətçi rəis qəbul etmişdir, hamısı bir yerdə olmuşdur. Şəxsin üzərinə axtarış-baxış keçirilmişdir. Axtarış-baxış zamanı hal şahidləri iştirak etmiş, onları sonradan əməliyyatçı Anar müəllim çağırmışdır. Hal şahidləri 5-10 dəqiqəyə gəlmişlər. Biri onların müəsissəsində komendant, digəri isə yeməkxanada aşpaz işləyir. Hal şahidləri gələndə baxış tam başa çatmamış, davam etdirilirmiş. Yerə dağılmış maddəni yığışdıran vaxtı hal şahidləri gəlmişlər. Axtarış-baxış zamanı Təqsirləndirilən şəxs şalvarının bir cibindən toz şəkilində ağ rəngli maddə, digər cibindən açıq qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Saxlanılan şəxs əvvəl demişdir ki, cibindəkilər narkotik maddə deyil, əməliyyatçı da bildirmişdir ki, espertizaya göndərilib narkotik vasitə olub-olmaması müəyyənləşdiriləcək. Saxlanılan şəxsin üzərinə o baxış keçirmişdir. Emilin bir cibində dağılmış şəkildə, digər cibində yarım bükülü vəziyyətdə maddə olmuşdur. Siqaret kağızına bükülü vəziyətdə olmuş, amma kağız cırılmışdı. Cibinə dağılmış maddəni çıxaranda bir az yerə də tökülmüşdür. O əvvəl elə bilmişdir ki, şalvarın cibinə duz dağılıb. Amma əməliyyatçı Anar müəllim Təqsirləndirilən şəxs cibindəki maddənin narkotik olduğunu aşkar etmişdir. O nəzarətçidir, o ancaq yoxlayır. Saxlanılan şəxsə o sual verməmişdir. Əməliyyatçılar sual vermişlər. Daha sonra o saxlanılan şəxsin yanında qalmış, sonra hal şahidləri, polis əməkdaşları, əməliyyatçı Anar müəllim isə əməliyyatçıların otağına keçmişlər ki, aşkar olunmuş maddələri qablaşdırıb protokol tərtib etsinlər. O, aparıb saxlanılan şəxsi yerləşdirmiş, qayıdıb gələndə artıq maddələri qablaşdırmışdılar. O da protokola imza etmişdir, çünki axtarış-baxışda iştirak etmişdir. Müəsisələrində axtarış zamanı saxlanılmış şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi zor tətbiq olunmamışdır. Onun iş təcrübəsində polis idarəsindən, polis əməkdaşları tərəfindən gətirilmiş şəxsin üzərindən narkotik aşkar olunması olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, o, X2 yeməkxana müdiridir. O müəsissə rəhbərliyi tərəfindən koronovirus şübhəsi ilə gətirilmiş saxlanılmış şəxsin üzərinə axtarışbaxış keçirilməsində iştirak etmək üçün dəvət olunmuşdur. VAX-da oturan nəzarətçi ona zəng edib bildirmişdir ki, müəsissə rəhbərliyi tapşırmışdır ki, “Covid”-lə bir şəxs gətirilib, şübhəlidir, onun üzərinə keçirilən baxışda iştirak etmək lazımdır. O da dərhal 2 dəqiqəyə durub getmişdir. Həmin vaxtlar koronovirus xəstəliyinin geniş yayıldığı vaxtlar olduğundan onlara xüsusi qoruyucu geyim və maskalar geyindirmişdirlər. Xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs üzərinə onların iştirakı ilə baxış keçirilərkən onun əynindəki şalvarının yan sağ və sol ciblərində kristal şəkilində maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxışı Laiq adlı nəzarətçi keçirmişdir. O şəxsən baxış keçirilən vaxt iştirak etmişdir və Emilin cibindən narkotik çıxarılan vaxt görmüşdür. Cibindən çıxan maddələrin biri sellofana bükülü vəziyyətdə, biri açıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs orda nə sual verdiklərini o bilmir, yadında deyil. Baxışda ondan başqa digər hal şahidi komendant Altay olmuşdur. Qalan şəxslər də xüsusi qoruyucu geyimdə olduqlarından dəqiq kimlərin olduğunu bilməmişdir. Axtarış-baxışda müəsissənin əməkdaşları, polis əməkdaşları da olmuş, amma kimin kim olmasını seçmək olmamışdır. Özü kənar dayanmağa çalışırmış, çünki saxlanılan şəxs koronovirus şübhəsi ilə gəlmişdi. Orada nəzarətçi Laiqi tanıya bilmişdir. 5 nəfər bəlkə də, daha çox adam olmuşdur. Aşkar olunmuş maddələri əməliyyatçılar qablaşdırıb zərfə qoymuş, protokol yazmışlar. Protokolun kim tərəfindən tərtib edildiyi yadında deyil. Onlar da zərfə və protokola imza etmiş, çıxıb öz işlərinə getmişlər. Həmin maddələr ekspertizaya göndərilmişdir. Onların yanında təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi zor tətbiq olunmamışdır. Müstəntiqin bu işlə əlaqədar onu dindirməsi yadında deyil. Təqsirləndirilən şəxsin işinin hansı müstəntiqin aparması barədə məlumatı yoxdur. Bu hadisədən sonra bir neçə müddət keçəndən sonra ona bu işlə bağlı hansısa sənədlərə imza etdirilib etdirilməməsi yadında deyil. Bir neçə belə işlər olub və o hal şahidi kimi iştirak etmişdir və müstəntiqin onlara gəlib bəzi sənədlərə imza etdirməsi olmuşdur. İmza etdiyi sənədlərin məhz bu işlə bağlı olub-olmaması yadında deyil. O əməliyyatçı deyil, o yeməkxanada yemək bişirir. O müstəntiq tanımır və heç bir müstəntiqin adını çəkə bilməz. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində bildirmişdir ki, o X2 13 ildir ki, yataqxana müdiridir. Təqsirləndirilən şəxs Xəzər rayon Polis İdarəsindən koronovirusla əlaqədar onların müəsissəsinə gətirmişdilər. Cərahiyyə şöbəsində xususi ayrılmış otağa aparılaraq orada onun üzərinə axtarış-baxış keçirmişdilər. Təqsirləndirilən şəxs əynindəki şalvarının yan sağ və sol ciblərində narkotik vasitə aşar olunaraq götürülmüşdür. O narkotik vasitə aşkar olunan zaman orda hal şahidi kimi iştirak etmişdir. Narkotik vasitə qablaşdırılmış, zərfə qoyulmuş, protokollaşdırılmış və ekspertizaya göndərilmişdir. O hal şahidi kimi saxlanılan şəxsin üzərinə baxış zamanı hamı xususi qoruyucu formada, maskada olmuşdur. Orada polislər, nəzarətçi, əməliyyatçı Anar müəllim, növbətçi hissə rəisi Sahil müəllim, digər hal şahidi Şahid6 iştirak etmişlər. Saxalanılmış şəxsin üzərindən aşkar olunmuş maddə ilə bağlı nə bildirməsini xatırlamır. Maddələri qablaşdırıb zərfə qoyularaq protokollaşdırılmasını özü görmüş, protokola da imza atmışır. Onun iş təcrübəsində olmayıb ki, müəsissəyə daxil olmuş şəxslərin üzərinə baxış keçirilərkən hal şahidi qismində iştirak etsin. Onu dəvət etmişdilər ki, saxlanılmış şəxsin huquqlarını qorusun. Onu əməliyyatçı Anar müəllim dəvət edib. Kim vasitəsi ilə dəvət edildiyini xatırlamır. Təqsirləndirilən şəxsin sağ cibindən duza oxşuyan ağ rəngli açıq formada, sol cibindən isə kofe rəngli daş formasında siqaret selofanına bükülü vəziyyətdə maddə çıxdı. İkinci hal şahidi yeməkxanada işləyən Şahid6 idi. Onlar bir yerdə gəlmişdilər. Təqsirləndirilən şəxs ora polis əməkdaşları gətirib bildirdilər ki, “şəxsi Polis İdarəsinin müvəqqəti saxlanılma yerindən gətirmişik.” Üzərindən çıxan maddə barədə Təqsirləndirilən şəxs heç nə demədi, o xəstə idi, halsız idi, onlar da koronovirusa görə ondan aralı durmuşlar. Sonradan ondan deyəsən “Covid-2019” aşkar olunmuşdu. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Babayev X21, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə uyğun ifadə vermişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən «Rotmans» markalı siqaret qabının içərisində ümumilikdə 5 ədəd bükümdə olmaqla psixotrop maddə metamfetaminə və narkotik vaistə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Onun üzərində şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2022-ci il tarixli “axtarış-baxış keçirilməsi barədə” protokolundan (protokola əlavə olunmuş aktdan) görünür ki, Penitensiar Xidmətin X1 Təqsirləndirilən şəxs barəsində axtarış-baxış keçirilən zaman onun əynində olan şalvarının ciblərindən 2,987 qram metamfetaminə bənzər maddə və 3,012 qram heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli Xəzər Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yeni ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2022-ci il tarixli, 6/4276 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 157” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,188 qram, 0,1 qram, 0,034 qram ümumi təmiz çəkisi 0,322 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vaistə heroindir. Digər iki ədəd bükümdə olan ayrı-ayrılıqda təmiz çəkisi 0,262 qarm, 0,407 qram ümumi təmiz çəkisi 0,669 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2022-ci il tarixli, 6/4314 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində möhür, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 3,012 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vaistə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,987 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 noyabr 2022-ci il tarixli, 6/6365 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 2,912 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vaistə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,887 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İlkin tədqiqat zamanı heroinin təmiz çəkisi 3,012 qram və metamfetaminin təmizçəkisi 2,987 qram olmuşdur. Tədqiqata təqdim edilmiş X1 Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd bükümdəki heroin və xx.xx.2022-ci il tarixdə üzərindən aşkar edilmiş 3 (üç) ədəd bükümdə olan heroinlər (11 avqust 2022-ci tarixli 6/4276 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş X1 Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd bükümdəki metamfetamin və xx.xx.2022-ci il tarixdə üzərindən aşkar edilmiş 2 (iki) ədəd bükümdə olan metamfetamin (11 avqust 2022-ci tarixli 6/4276 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, aşkar olunmuş psixotrop maddənin (narkotik vasitənin) qanunsuz olaraq əldə edildiyi mənbəyin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən material ayrılaraq Xəzər RPİ-nin 1-ci PŞ-yə göndərilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 20 oktyabr 2022-ci il tarixli, 6174 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimuliyatorlarm birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hər bir sübutu mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapdığından, o, məhz həmin maddə ilə təqsirli bilinərək barəsində qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsində olarkən polis əməkdaları tərəfindən döyüldüyünü, fiziki və psixoloji təzyiqlərə məruz qaldığını və ona görə də, ibtidai araşdırmanın ilkin dövründə etirafedici ifadə vermək məcburiyyətində qaldığını qeyd etmiş, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsin saxlanılarkən, o cümlədən polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə məruz qaldığına görə araşdırmanın ilkin dövründə etirafedici ifadələr verdiyini bildirdiyindən və qeyd olunan məsələ təsdiq olunduğu təqdirdə bütövlükdə cinayət işi üzrə icraat şübhə altına alınabiləcəyindən, məhkəmə ilk növbədə bu məsələyə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, həm daxili qanunvericiliklə qadağan olunan, həm də Avropa İnsan Hüquqları Konvensiyasının zəmanət verdiyi əsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində təmin edilmiş sübutdan istifadə, hər zaman məhkəmə icraatının ədalətliliyi ilə bağlı ciddi suallar ortaya çıxarmışdır. Daxili qanunvericiliklə yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsində də öz əksini tapan “işgəncələrin qadağan olunması” sözügedən sənəddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri kimi təsbit edilir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Beləliklə qeyd olunanlara münasibət bildirərək məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq müvəqqəti saxlama yerindən və İstintaq Təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun müəssisəyə daxil olarkən müayinəsi zamanı sağ kürəkaltı nahiyədə, sağ qasıqüstü nahiyədə çapıqlaşmış toxumalar, sol ayaq pəncədə və sağ çıyin nahiyədə köhnə yanıq izlərinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan, Səhiyyə Nazirliyinin MTEPAB PHŞ-nin 08 oktyabr 2022-ci il tarixli, 1360 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər tibbi müayinədən 1 ay və ya daha əvvəl müddətə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 20 oktyabr 2022-ci il tarixli, 6174 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimuliyatorların birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı tutulduqdan - həbs olunduqdan sonra keçən 3 ay müddət ərzində polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiqlərə məruz qalmasına dair ifadə verməmiş və bu barədə heç bir müraciəti olmamışdır. Yuxarıda sadalananlardan da göründüyü ki, təqsirləndirilən şəxs tutulduqdan - həbs olunduqdan sonra keçən 3 ay müddət ərzində polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiqlərə məruz qalmasına dair ifadə verməmiş və bu barədə heç bir müraciəti olmamışdır. Saxlanılarkən barəsində tərtib olunmuş tibbi sənədlərdən isə görünür ki, onun müayinəsi zamanı sağ kürəkaltı nahiyədə, sağ qasıqüstü nahiyədə çapıqlaşmış toxumalar, sol ayaq pəncədə və sağ çıyin nahiyədə köhnə yanıq izlərinin olduğu müəyyən edilmişdir. Bundan əlavə, iş materiallarında olan ekspert rəyindən isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər tibbi müayinədən 1 ay və ya daha əvvəl müddətə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. Odur ki, müdafiə tərəfinin qeyd etdiyi bu xüsusat, yəni təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə polis əməkdaşları tərəfindən fiziki (psixoloji) təsirlərə məruz qalmasına dair irəli sürdüyü dəlillər öz təsdiqini tapmadığından, məhkəmə bu hissədə təqsirləndirilən şəxsin qeyd etdiklərinə tənqidi yanaşaraq həmin ifadələri bu hissədə müdafiə xarakterli ifadə kimi qəbul edir. Bundan əlavə, müdafiə tərəfinin qeyd etdiyi digər xüsusatla bağlı, yəni aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin üzərinə qoyulmasına dair dəlilləri ilə bağlı məhkəmə aşağıda sadalananları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxsin (müdafiəçişinin iştirakı ilə) üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd «Rotmans» markalı siqaret qabının içərisində 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,188 qram, 0,1 qarm, 0,034 qram, ümumi təmiz çəkisi 0,322 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,262 qarm, 0,407 qram, ümumi təmiz çəkisi 0,669 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən «Rotmans» markalı siqaret qabının içərisində ümumilikdə 5 ədəd bükümdə olmaqla psixotrop maddə metamfetaminə və narkotik vaistə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2022-ci il tarixli, 6/4276 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 157” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,188 qram, 0,1 qram, 0,034 qram ümumi təmiz çəkisi 0,322 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vaistə heroindir. Digər iki ədəd bükümdə olan ayrı-ayrılıqda təmiz çəkisi 0,262 qarm, 0,407 qram ümumi təmiz çəkisi 0,669 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Yuxarıda sadalananlardan da göründüyü kimi, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxsin (müdafiəçişinin iştirakı ilə) üzərinə şəxsi axtarış aparılan zaman hər hansı bir prosessual pozuntuya yol verilməmişdir. Cinayət işinin materiallarında olan digər sübutlarla da müdafiə tərəfinin qeyd etdiyi xüsusatlar bu hissədə də öz təsdiqini tapmadığından, yəni yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli şəxsi axtarış (baxış-götürmə) keçirilən zaman təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin üzərinə qoyulması öz təsdiqini tapmadığından, məhkəmə bu hissədə təqsirləndirilən şəxsin qeyd etdiklərinə tənqidi yanaşaraq həmin ifadələri də müdafiə xarakterli ifadə kimi qəbul edir. Digər tərəfdən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunan ümumi ittihamdan (müdafiə tərəfinin də mübahisələndirdiyi) - “Xəzər Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin MSY-dən "xxxx" diaqnozu ilə Penitensiar Xidmətin X3 daxil olan zaman həmin müəssisənin işçiləri tərəfindən təqsirləndirilən şəxsin üzərinə axtarış-baxış keçirilərkən onun əynində olan şalvarın cibindən 1 ədəd bükümdə 2,987 qram psixotrop maddə metamfetaminin və 1 ədəd bükümdə 3,012 qram narkotik vasitə heroinin aşkar edilərək (kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən yuxarıda qeyd olunan çəkilərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin) götürülməsinə dair” hissə xaric edilməlidir. İttihamın qeyd olunan hissəsinə münasibətdə məhkəmə vurğulayır ki, sözügedən narkotik vasitənin və psixotrop maddənin təqsirləndirilən şəxsdən aşkar olunması faktı, daha dəqiq xx.xx.2022-ci il tarixli şəxsi baxış (axtarış-götürmə) keçirilənədək ibtidai araşdırma oranının əməkdaşları tərəfindən yol verilmiş nöqsanlar həmin prosesin etibarlılığı ilə bağlı məhkəmə kollegiyasında əsaslı şübhələr yaratmışdır. Belə ki, iş materiallarında qeyd olunur ki, Xəzər rayon məhkəmsinin qərarına əsasən təqsirləndirilən şəxs barəsində hazırıkı cinayət işi üzrə həbs qətimkan təbdiri seçildikdən sonra o, xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin MSY-dən "xxxx" diaqnozu ilə Penitensiar Xidmətin X3 daxil olan zaman həmin müəssisənin işçiləri tərəfindən onun üzərinə baxış (axtarış-götürmə) keçirilmiş və əynində olan şalvarın cibindən 1 ədəd bükümdə 2,987 qram psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə 3,012 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu və elə həmin tarixdə də, polis şöbəsində onun üzərinə videoçəkilişdən istifadə edilərək şəxsi baxış (axtarış-götürmə) keçirildiyi qeyd olunmuşdur. Həmin baxış zamanı təqsirləndirilən şəxsdən 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,188 qram, 0,1 qram, 0,034 qram ümumi təmiz çəkisi 0,322 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vaistə heroin və iki ədəd bükümdə olan ayrı-ayrılıqda təmiz çəkisi 0,262 qarm, 0,407 qram ümumi təmiz çəkisi 0,669 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra isə Xəzər Rayon Məhkəməsinin qərarına əsasən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi baxış (axtarış-götürmə) keçirilməsi barədə protokolundan (protokola əlavə olunmuş aktdan) görünür ki, Penitensiar Xidmətin X1 Təqsirləndirilən şəxs barəsində axtarış-baxış keçirilən zaman onun əynində olan şalvarının ciblərindən 2,987 qram metamfetaminə bənzər maddə və 3,012 qram heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Yuxarıda sadalananlardan da göründüyü kimi, xx.xx.2022-ci il tarixli şəxsi baxış (axtarışgötürmə) keçirilmədən 3 gün əvvəl də, təqsirləndirilən şəxsin üzərinə Poliş Şöbəsində axtarış (baxış-götürmə) keçirilmiş, bundan sonra o, müvəqqəti saxlama yerinə təhvil verilmiş və daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı, iş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə təhvil verilərkən onun bədənində olan xəsarətlərə dair müvafiq akt da tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanının 3 gün ərzində nəzarətində (tutlmada-həbsdə) olmasına baxmayaraq, ondan həmin narkotik vasitələrin və psixotrop maddələrin xx.xx.2022-ci il tarixdə keçirilmiş birinci baxış (axtarış-götürmə) zamanı aşkar olunmaması da özü-özlüyündə əsaslı şübhələr doğurur. Təqsirləndirilən şəxsin yuxarıda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində bilavasitə ibtidai araşdırma orqanının nəzarətində olması və buna baxmayaraq xx.xx.2023-cü il tarixdə keçirilən ikinci baxış (axtarış-götürmə) zamanı onun üzərindən əlavə narkotik vasitə və psixotrop maddənin aşkar olunması məhkəmə heyətində haqlı olaraq həmin hissədə sübutun etibarsızlığı ilə bağlı əsaslı şübhələr yaratmışdır. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən xx.xx.2023-cü il tarixli şəxsi baxış (axtarış-götürmə) zamanı toplanmış məlumatlar (ifadələr,sənədlər) əsaslı sübut növü kimi qəbul edilə və təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın həmin hissədə əsasına qoyula bilməz. Sübutun mötəbərliyini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mümkünlüyünü və mənsubiyyətini şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin sözügedən qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, təqsirləndirilən şəxsin üzərində aparılmış xx.xx.2022-ci il tarixli şəxsi baxışın (axtarış-götürmə) onun saxlanılmasından-tutulmasından 3 gün sonra həyata keçirildiyi mübahisə doğurmur. Bununla yanaşı, ibtidai istintaqın sonrakı mərhələsində, həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfi israrla xx.xx.2022-ci il tarixdə də aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin də təqsirləndirilən şəxsə məxsus olmadığını qeyd etmişdir. Qeyd edilməlidir ki, hazırkı halda təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdə saxlanılması ilə onun üzərinə xx.xx.2022-ci il tarixdə növbəti şəxsi baxışın (axtarış-götürmə) keçirilməsi arasındakı təxminən 3 günlük vaxt boşluğu sübutun mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı və əsaslı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində isə təqsirləndirilən şəxs ibtidai araşdırma orqanının nəzarəti altında olmuşdur. Belə olan halda məhkəmə kollegiyasında həmin sübutla bağlı (ittihamın həmin hissəsi ilə bağlı) haqlı və əsaslı şübhələr yarandığından, o cümlədən həmin şübhələr aradan qaldırılması mümkün olmayan şübhələr olduğundan, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə qarşı elan olunan ümumi ittihamdan “Xəzər Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin MSY-dən "xxxx" diaqnozu ilə Penitensiar Xidmətin X3 daxil olan zaman həmin müəssisənin işçiləri tərəfindən təqsirləndirilən şəxsin üzərinə axtarış-baxış keçirilərkən onun əynində olan şalvarın cibindən 1 ədəd bükümdə 2,987 qram psixotrop maddə metamfetaminin və 1 ədəd bükümdə 3,012 qram narkotik vasitə heroinin aşkar edilərək (kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən yuxarıda qeyd olunan çəkilərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin) götürülməsinə dair” hissə xaric edilməlidir. Beləliklə məhkəmənin müəyyən etdiyi iş üzrə mübahisə olunmayan hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olan 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,188 qram, 0,1 qarm, 0,034 qram, ümumi təmiz çəkisi 0,322 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,262 qarm, 0,407 qram, ümumi təmiz çəkisi 0,669 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:05-də Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər deyilən ərazidə saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd «Rotmans» markalı siqaret qabının içərisində 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,188 qram, 0,1 qarm, 0,034 qram, ümumi təmiz çəkisi 0,322 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,262 qarm, 0,407 qram, ümumi təmiz çəkisi 0,669 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bununla yanaşı, məhkəmə hazrıkı cinayət işi üzrə aşağıda sadalanan hüquq normalarının qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Qanunçuluq prinsipini təsbit edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-cu maddəsinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 12-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. Həmin Məcəllənin 33-cü maddəsində müəyyən edilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 125-ci maddəsinə görə insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqlarının və X10 Haqqında” Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148, 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X10 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüququları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir. Odur ki, ibtidai istintaq orqanı tərəfidən əldə olunan sübutlar təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə ittiham olunmasına, o cümlədən sonuncunun qeyd olunan maddədə nəzərdə tutulan əməlin törədilməsində təqsirli sayılaraq məhkum edilməsinə səbəb ola bilməz. Bununla yanaşı məhkəmə kollegiyası onu da vurğulayır ki, əldə olunan sübutlar təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə imkan verməsə də, cinayət işinin materiallarında mövcud olan sübutlar təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq etmişdir. Belə olan halda o, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan iki uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını və yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Xəzər RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 0,172 qr olan narkotik vasitə heroin və qalıq çəkisi 0,559 qr olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı Xəzər RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 2,862 qr olan narkotik vasitə heroin və qalıq çəkisi 2,837 qr olan psixotrop maddə metamfetamin həmin narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı (220010573 nömrəli) cinayət işindən ayrılmış materiala əlavə edilməli və həmin iş üzrə istintaqın - araşdırmanın davam etdirilməsi ilə əlaqədar olaraq Xəzər RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xəzər RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 0,172 qr olan narkotik vasitə heroin və qalıq çəkisi 0,559 qr olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Xəzər RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 2,862 qr olan narkotik vasitə heroin və qalıq çəkisi 2,837 qr olan psixotrop maddə metamfetamin həmin narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı (220010573 nömrəli) cinayət işindən ayrılmış materiala əlavə edilsin və həmin iş üzrə istintaqınaraşdırmanın davam etdirilməsi ilə əlaqədar olaraq Xəzər RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılsın. İş üzrə ekspertiza xərci 65 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar