Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-121/2025 25.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X16 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X8, X1 qızının və X9 dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X12, zərərçəkmiş şəxs Şahid1, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 11 oktyabr 1991-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, orta təhsilli, fərdi əməklə məşğul olan, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 228.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 126.2.2 və 126.2.4-cü maddələri hökmdən çıxarılmaqla cəzası 05 il 08 ay saxlanıldıqdan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarı ilə cəzadan 01 il 08 ay 22 gün vaxtından əvvəl şərti azad olunduqdan sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid2 məxsus 2013-cü il buraxılışlı “Hyundai Grandeur” markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili dayısına məxsus avtomobil kimi təqdim etməklə həmin avtomobili Şahid1 22.000 manat məbləğində pula satmağa razılaşıb onun adına sənədləşdirəcəyini yalandan vəd edib aldadaraq 27 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsində sonuncudan ilkin ödəniş olaraq 9.500 manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs Şahid1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində gəzdirmiş, həmçinin satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən külli miqdarda 6,415 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 may 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 01:10-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 3 DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda - 6,415 qram çəkidə psixotrop maddə metamfetamin, şalvarının sağ bel hissəsindən isə soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 228.4 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonunda yol getdiyi zaman birdən bəzi şəxslərin mübahisə etdiyini görmüşdür. Bir müddət sonra yenə yolda olduğu zaman Nizami rayonunda polis işləyən Emin adlı şəxs və bir neçə nəfər ona yaxınlaşmış, Eminin özü şəxsən onun qoluna qandal vurmuş və onu “Banditizm”ə aparmışdır. Həmin zaman onun yanında bir xanım olmuşdur. Xanımı da onunla birlikdə, eyni maşında aparmışlar, lakin orada xanım başqa otaqda saxlanılmışdır. Polis idarəsində onu hədələmiş, masanın üzərinə narkotik qoyaraq onu döymüş, sonra da demişlər ki, “bunu öz üzərinə götürməlisən, əgər götürməsən, bunun yanındakı xanıma aid olduğunu söyləyəcəyik”. O da qızın üzərində qalmasın deyə, məcbur qalaraq narkotiki öz üzərinə götürmüşdür. Polis işçiləri narkotiki onun cibinə qoymuş, sonra hamısı birlikdə aşağı düşmüşlər. Videoçəkiliş zamanı o, narkotiki cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı həmin narkotiki götürərək zərfə qoymuş və narkotik vasitəni haradan aldığını soruşmuşdur. Polis əməkdaşları qeyd etmişdir ki, guya, o, narkotik vasitəni “Əcəmi”dən almışdır. Onun qardaşı maşın almış, həmin maşının içərisində də bıçaq olmuşdur. O da həmin bıçağı görən zaman bəyənmişdir. Qardaşı da həmin bıçağı ona hədiyyə etmişdir. Bu bıçaq hər zaman maşında olmuşdur. Onun qardaşı maşın alveri ilə məşğul olmuşdur. Cavad adlı bir şəxsin ona borcu yaranmışdır. Bir dəfə Cavad gəlib ona borcunu qaytara bilmədiyini demiş, bunun əvəzində maşın təklif etmişdir. O, ustaya zəng etmiş, usta da gəlib maşına baxmış, bundan sonra da öz tapdığı müştəriyə zəng etmişdir. Müştəri ilə həmin oğlan razılaşmış, satıcı maşının sənədlərini ertəsi gün təqdim edəcəyini bildirmişdir. Lakin sabahı gün oğlan sənəd verə bilməyəcəyini demişdir. Sonradan aşkar olunmuşdur ki, maşın həmin şəxsin maşını olmamışdır. Ona 24.500 manat çatmalı imiş, lakin pulun hamısını ala bilməmişdir, ona sadəcə 9.500 manat verilmişdir. Məhkəmədə verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitədən istifadə etməmişdir. Onu ilk saxlayan şəxs Nizami rayonunda serjant işləyən Emin Afşarlı olmuşdur. Emin ondan dəfələrlə pul istəmişdir. O da pulu olmadığını demiş, bundan sonra Eminlə onun arasında düşmənçilik yaranmışdır. Saxlanılan zaman yanında olan xanımın adı Şahid7 olmuşdur. O, Səyalını 10 il müddətdir ki, tanıyır, lakin yaxın münasibətləri o, həbsdən çıxdıqdan sonra yaranmışdır. O, hadisə günü Səyalı ilə şəhərdə gəzməyə çıxmış, həmin zaman 7-8 nəfər polis əməkdaşı onları saxlamışdır. Onun Eminlə uşaqlıqdan münasibəti olmuşdur. Emin ondan daim pul istəmiş, o da əvvəllər verdiyi halda, daha sonra pul verməyi dayandırmışdır. Bundan sonra Eminin ona qarşı qərəzli münasibəti yaranmışdır. Bir dəfə Emin Afşarlının qohumları yol üzərində mübahisə etmişdir. O, dava edənlərə yaxınlaşaraq belə etməmələrini demiş, onlardan biri özünü Eminin xalası oğlu kimi təqdim etmişdir. Bundan sonra Eminin xalası oğlu gedib Eminə “mən Müzəffərə sənin adını dedim, o da mənə hörmətsizlik etdi” deyə bildirmişdir. O, ziyanın ödənilməsi ilə bağlı müstəntiqə 4.200 manat pul vermişdir. O, maşını Şaiq adlı bir şəxsə satmışdır, Şaiqi Cavadla o, tanış etmişdir. Cavad sənədləri Şaiqə verməli imiş. O, CM-in 178.2.4-cü maddəsi ilə saxlanılmış, 2 gün müvəqqəti saxlama məntəqəsində qalmışdır, daha sonra vurduğu zərərin yarısını ödəmiş, yarısını da hər ay ödəməyi üzərinə götürüb sənəd imzalamışdır. Onun kimisə aldatmaq fikri olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona edilmiş Azərbaycan Respublikası CM-in 178.2.4, 228.4 və 234.1 -1 -ci maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra fərdi qaydada avtomobillərin alqı-satqısı ilə məşğul olmuşdur. Şahid1 əvvəllər tanımamış, sonuncu ilə aralarında hər hansı bir tanışlıq olmamışdır. Şahid3 isə təxminən 2 il müddət olardı ki, tanımışdır. Mircavad Bakı şəhəri, Bİnəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Yeganə” şadlıq sarayının 1-ci mərtəbəsindəki “İstanbul cars” avtomobil salonunu icarə əsasında işlətmişdir. Mircavadla aralarında normal münasibətlər olmuş, hər hansı bir narazılıq və ya söz-söhbət olmamışdır. 26 sentyabr 2022-ci il tarixdə o, Mircavadın işlədiyi avtomobil salonuna getmiş, orada ağ rəngli “Hyundai Grandeur” markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görmüşdür. Mircavaddan avtomobilin qiyməti barədə maraqlandıqda sonuncu, avtomobili 30.000 manata satışa qoyduğunu bildirmişdir. Həmin vaxt qeyd olunan avtomobili özü satıb müəyyən məbləğdə qazanc eldə edə biləcəyini düşündüyündən Mircavaddan avtomobili bir neçə saatlıq idarə etməyi xahiş etmişdir. Mircavad da onunla razılaşmış, o, avtomobili salondan götürüb idarə etməyə başlamışdır. Daha sonra rəngsaz olan Vaqif usta ilə əlaqə saxlayıb təcili satışda olan ağ rəngli “Hyundai Grandeur” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını bildirmişdir. Vaqif də ətrafında olan şəxslərlə maraqlanıb ona bir məlumat verəcəyini bildirmişdir. Bir neçə saat sonra o, Vaqiflə görüşmüş, Vaqif Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsində yaşayan Şaiq adlı tanışının avtomobili almaq niyyətində olmasını, buna görə də avtomobilə baxmaq istədiyini bildirmişdir. O da Mircavadın avtomobili ona verməyəcəyini düşündüyündən yenidən Vaqiflə birlikdə salona qayıtmışdır. Salonda olarkən Mircavaddan Vaqifi yaşadığı ünvana düşürmək üçün avtomobillə getməyini xahiş etmişdir. Mircavad da etiraz etməmişdir. Bundan sonra o, “Hyundai Grandeur” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Vaqiflə birlikdə Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsinə getmişlər. 27 sentyabr 2022-ci il tarixdə təxminən saat 01 radələrində Şaiqlə zəngləşib Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsində ünvanını dəqiq bilmədiyi ərazidə görüşmüşlər. Bir neçə dəqiqədən sonra Şaiq tək olaraq gəlmiş və onlarla görüşmüşdür. O, avtomobili Şaiqə təqdim etmiş və sonuncu avtomobilin ümumi vəziyyətini, mühərrik sistemini və xarici görünüşünü tam diqqətlə nəzərdən keçirmişdir. Daha sonra Şaiq avtomobili almaq qərarına gəlmişdir. Şaiq avtomobilin sənədləri ilə tanış olmaq istədiyini dedikdə, o, avtomobilə aid üzərində hər hansı bir sənəd olmadığını, avtomobilin dayısına məxsus olduğunu və razılaşacaqları halda növbəti gün dayısı gəldikdən sonra avtomobili birbaşa Şaiqin adına sənədləşdirəcəyini bildirmişdir. Şaiq də onunla razılaşıb avtomobilə görə hansı məbləğdə beh ödəyəcəyini soruşmüşdur. O, avtomobilə görə beh istəmədiyini, sadəcə gecə ilə təcili pul lazım olduğuna görə avtomobili bazar qiymətindən aşağı 22.000 manat məbləğində nağd pula satdığını bildirmişdir. Şaiq ona həmin məbləğdə pul verə bilmədiyini bildirdiyindən ona gecə ilə təcili 9.500 manat məbləğində pula ehtiyacı olduğunu və həmin məbləğdə pulu ona verəcəyi təqdirdə avtomobili növbəti gün X31 İdarəsində birbaşa adına sənədləşdirəcəyini demişdir. Şaiq bir qədər düşündükdən sonra onunla razılaşmış, daha sonra harasa gedib yenidən qayıdaraq 9.500 manat məbləğində pul gətirib ona təqdim etmişdir. Aralarında olan razılaşmaya əsasən səhər saat 09 radələrində X31 İdarəsində görüşüb avtomobili sənədləşdirməli, bundan sonra Şaiq razılaşdıqları 22.000 manat məbləğin qalan hissəsini də verməli imiş. O, avtomobilin açarlarını Şaiqə təqdim edib avtomobili sonuncuya təhvil vermişdir. O, gecə saatlarında Mircavadın işlədiyi salona getmiş, salonda Mircavada “Hyundai Grandeur” markalı **-HA- *** dövlət qeydiyyat nişanlı avtomobili Vaqifin tanışı olan Şaiq adlı şəxsə 9.500 manat məbləğində nağd pula satdığını bildirmişdir. Mircavad da avtomobilin başqa bir şəxsə məxsus olmasına görə avtomobili təcili geri qaytarmağını tələb etmişdir. O isə avtomobili satmaqla bağlı artıq 22.000 manat məbləğində nağd pula razılaşdığını, hətta bunun müqabilində ümumi pulun 9.500 manatını artıq aldığını bildirmişdir. Səhər saatlarında Şaiq onunla telefon əlaqəsi saxlayıb avtomobilin sənədləşdirməsini etmək üçün görüşmək lazım olduğunu bildirmişdir. O da Mircavadla telefon əlaqəsi saxladıqda sonuncu, avtomobilin sahibinin etibarnamə verməyə razı olmadığını və avtomobili təhvil verməyini tələb etdiyini demişdir. Buna görə də o, Şaiqə hadisələri necə izah edə biləcəyini bilməmişdir. Həmin günü avtomobilin sənədləşdirilməsini edə bilməmişlər. Şaiqdən almış olduğu 9.500 manat məbləğində pulu isə özünə və şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa 29 may 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrosunun yaxınlığında tanımadığı şəxsdən 50 manat müqabilində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin əldə edərək gələcəkdə şəxsi istifadəsi üçün üstündə saxlayıb daşımışdır. 30 may 2023-cü il tarixdə saat 01 radələrində ünvan 2 ünvanın yaxınlığında, idarə etdiyi “Mercedes” markalı, **-JS-*** qeydiyyat nişanlı avtomobilin yanında tanışı Şahid7 ilə birlikdə olduğu zaman üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, eləcə də qanunsuz olaraq üstündə soyuq silah saxlamağı barədə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik maddə “patı” və bıçaq var. Bundan sonra polis əməkdaşları onu və Şahid7 idarə etdiyi avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə həmin Polis İdarəsinə getmişdir. Daha sonra Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üstündə psixotrop maddə və bıçaq olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ bel hissəsindən 01 ədəd bıçağı, həmin cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü, həmin cins şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu və pul əskinasını, həmin cins şalvarının arxa sol yan cibindən isə 02 ədəd açarı çıxarıb təqdim etməklə masanın üstünə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən üstündən əlavə əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşyalara ardıcıllıqla baxış keçirilməyə başlanılmışdır. İlkin olaraq təqdim etdiyi 01 ədəd mobil telefona baxış keçirilmişdir. Bu zaman mobil telefonun özünə məxsus olmasını, içərisində isə ***-***-**-** saylı mobil telefon nömrənin olmasını bildirmişdir. Daha sonra təqdim etdiyi 02 ədəd açarlara baxış keçirilmişdir. Açarların biri avtomobil açarı olmuş, bu açarın idarə etdiyi “Mercedes” markalı, **-JS-*** qeydiyyat nişanlı avtomobilə aid olmasını bildirmişdir. Digər açarın isə yaşadığı mənzilə aid olmasını bildirmişdir. Daha sonra təqdim etdiyi pul əskinasına baxış keçirilmişdir. Pul əskinası 20 manat məbləğində olmuşdur. Pul məbləğini hər hansı bir qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd bıçağa baxış keçirilməyə başlanılmışdır. Bıçaq qəhvəyi rəngli dəstəkli, qatlana bilən olmuşdur. Daha sonra təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Həmin büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində “patı” adı ilə tanıdığı maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddəni “patı” olaraq tanıdığını, həmin maddəni 01 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə “Memar Əcəmi” metrosunun yaxınlığında tanımadığı şəxsdən 50 manat müqabilində almağını, bu maddənin onda maraq yaratmağını və gələcəkdə şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, əvvəllər narkotik maddələrdən istifadə etmədiyini, üstündən aşkar olunmuş maddəni heç kimə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını, sadəcə olaraq başqa şəxslərin istifadəsində bu maddəni gördüyü üçün həmin maddənin narkotik maddə olmasını bildiyini, üstündən aşkar edilmiş 01 ədəd bıçağı da bir neçə müddət əvvəl yeni aldığı və hazırda idarə etdiyi avtomobildən tapmağını, bu bıçağın da onda maraq yaratmasını, bu səbəbdən üstündə saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan maddə polis tərəfindən 01 ədəd kağız zərfdə, eləcə də 01 ədəd bıçaq polis tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmışdır. Daha sonra hər iki kağız zərf möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda üstündən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon polis tərəfindən götürülmüşdür. 01 ədəd avtomobil açarı və 20 manat pul əskinası isə özünə geri qaytarılmışdır. Bundan sonra Şahid7 Xeyrədddin qızının üzərinə baxış keçirilərkən üzərindən qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid7 onun tanışı olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra onun razılığı ilə idarə etdiyi “Mercedes” markalı, **-JS-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 92-95, 256-258; cild 2, iş vərəqi 167-170). İfadələri elan edildikdən sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq protokoldakı imzalar və yazıların ona məxsus olduğunu, lakin məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun Müzəffərlə tanışlığı olmamışdır. Bir gün usta tanışı ona “Azero” markalı maşını olduğunu və 22.000 manata satıldığını demiş, o da tanışından maşına baxması üçün gətirməsini xahiş etmişdir. Usta ona bildirmişdir ki, özünə təcili pul lazımdır, bu səbəbdən etibarnaməni səhərisi gün verə bilər. O da maşını öz adına rəsmiləşdirmək istədiyini demişdir. Ustaya 9.500 manat vermiş və nə vaxt rəsmiləşdirəcəklərini soruşmuşdur. Usta da ertəsi gün gedə biləcəklərini demişdir. Sabahısı gün də zəng vuranda görmüşdür ki, problem yaranır, o da maşını verməmişdir. O, Müzəffərə pulu sonuncuya verdiyini, ya adına keçirmək üçün maşının sənədini verməsini, ya da pulunu qaytarmasını bildirmişdir. O, maşını 1 aydan çox müddət ərzində verməmiş və ustaya vaxt qoymuşdur. Həmin şəxslər onu polisə vermiş, bundan sonra qapısına polis gəlmiş və onu 1 gün polis bölməsində saxlamışlar. O da bölmədə işin baş vermə hallarını, pul verdiyini danışmış, lakin maşını polislər götürmüşlər. Həmin maşının sahibi tamam başqa adam çıxmışdır. Müzəffər ona dəymiş ziyandan 5.000 manat ödəmiş, 4.500 manat qalmışdır. O, həmin pulu təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, Müzəffər barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumat daxil olmuş, məlumat rəhbərliyə məruzə olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı ona məxfi mənbədən daxil olmuşdur. Müzəffərin yeri müəyyən olunduqdan sonra ona yaxınlaşmışlar. Özlərini təqdim edib Müzəffərin anket məlumatlarını dəqiqləşdirərək sonuncunu baş idarəyə dəvət etmişlər. Vəkilin, təhqiqatçının iştirakı ilə, videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Özünə üzərində hər hansı bir qeyri-qanuni əşya varsa, təqdim etməsini bildirilmiş, Müzəffər də üzərində psixotrop maddə olduğunu bildirərək masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin maddə təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırılaraq götürülərək ekspertizaya təqdim edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, şəxsə qarşı heç bir fiziki, psixi təzyiq göstərilməmişdir. Şəxs özü səmimi etiraf edərək narkotik vasitəni təqdim etmişdir. Müzəffəri təxminən Hökümət evinin arxasında saxlamışlar. Şəxsin yanında Səyalı adında bir xanım da olmuşdur. Səyalı xanım da idarəyə dəvət edilmişdir. Şəxs saxlanılan zaman onlara heç bir müqavimət göstərməmişdir. Onun xəsarətləri barəsində də heç bir məlumatı olmamışdır. Narkotik vasitənin onun olmaması ilə bağlı təqsirləndirilən şəxs yalan demişdir, özünün olmuşdur, könüllü təqdim etmişdir. Onlar şəxsi saxlayarkən 3 nəfər olmuşlar. Yanlarında Nizami rayon Polis şöbəsinin əməkdaşı olmamışdır. Şəxsin başqa əməkdaş tərəfindən döyülməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid5 və Şahid6 eyni məzmunlu ifadələr verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Həmin şahidlər şəxs axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bıçaq da aşkarlandığını bildirdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Müzəffərlə bir evdə yaşamış, axşamtərəfi gəzmək məqsədilə evdən çıxmışlar. Ağ Şəhər tərəfdə bir az gəzmiş, sonra da Hökümət evinə tərəf getmişlər. Onları X31 saxlamışdır. Müzəffər maşından düşəndə o, maşında uzanıqlı vəziyyətdə olmuşdur. Təxminən, 15 saniyə sonra bərk səs-küy gəldiyini eşitmiş, güzgüdən baxanda Müzəffərin bir maşına salındığını görmüşdür. Daha sonra maşına bir oğlan yaxınlaşıb əyləşmişdir. Ondan Müzəffərlə olan münasibətini soruşmuş, o da sevgilisi olduğunu demişdir. Daha sonra onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. İdarədə onu birinci otağa aparmış, Müzəffəri isə digər otağa salmışlar. Sonra polis əməkdaşları onu sorğu-sual etməyə başlamışlar. Ona Müzəffərin cinayətkar olduğu deyilmişdir. Qeyd etmişdir ki, “elə bir şey olmayıb, mən görməmişəm”. Daha sonra digər otaqdan səslər gəlməyə başlamışdır. O, içəri daxil olanlara Müzəffəri döyməmələri üçün yalvarmışdır. Təxminən, 30-40 dəqiqə sonra onları aşağıya aparmışlar. Müzəffərin boğazında qırmızılıq olmuş, bunu görəndə o, Müzəffərdən nə baş verdiyini soruşmuşdur. Müzəffər isə heç nə olmadığını demişdir. Videoçəkiliş zamanı o, videoçəkiliş olmamasını istəsə də, sonda videoçəkiliş həyata keçirilmişdir. Müzəffərə və ona deyilmişdir ki, “sizi bu çəkilişdən sonra buraxacağıq”. Onu həmin gün buraxmamışlar. Çəkiliş prosesi zamanı suallar verilmişdir. Ondan üzərində hər hansısa qanunsuz vasitə olub-olmadığı soruşulmuş, o da sadəcə telefon olduğunu demişdir. Müzəffər cibindən narkotik vasitə çıxarmışdır. Müzəffərdə telefon və bıçaq da olmuş, hamısını təqdim etmişdir. Daha sonra o, aşağı, Müzəffər isə yuxarı getmişdir. Ona 1 saata buraxılacağı deyilsə də, buraxılmamış, həmin gecə orada qalmışdır. Səhər saat 9-a işləmiş buraxılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid7 bildirdi ki, o, Müzəffəri oktyabr ayından tanımışdır. Müzəffər maşın alveri ilə məşğul olmuş, lizinq maşınlar alıb satmışdır. Müzəffərin hər hansı cinayət işi ilə məşğul olması ona məlum olmamışdır. O, Müzəffərin üzərində silah daşıdığını görməmişdir. Müzəffərin başa çatmamış cəzası olduğu üçün dava-dalaşdan çəkinmişdir. O, Emin Avşarlının adını Müzəffərdən eşitmişdir. Müzəffər tutulmadan öncə Eminin adını eşitməmişdir. Avşarlı Eminin mikrorayonda qaldığını bilmişdir. Müzəffər hər həftə Emin Avşarlıya pul göndərmişdir. Bir dəfəsində o öz kartından Emin Avşarlıya pul göndərmişdir. Emin Avşarlı polis işçisi olmuş, Nizami rayonunda işləmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində otaqda olanda Emin Avşarlı da ora gəlmişdir. Həmin vaxt Avşarlı Emin mülki formada olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun avtomobili olmuşdur. Avtomobilin adı yadında qalmamışdır. Avtomobili satış üçün Şahid3 işlədiyi avtosalona qoymuşdur. Bir dəfə avtosalona gələndə görmüşdür ki, avtomobil yoxdur. Avtomobilin harada olduğunu soruşmuş, Mircavad demişdir ki, “bir nəfər maşını aparıb və göstərmək adı ilə kiməsə satıb”. O da polisə müraciət etmiş, polis də ona kömək edərək avtomobili tapmışdır. O, avtomobilini NZS qəsəbəsindən götürmüşdür. Onun avtomobili NZS qəsəbəsində kiməsə satılmışdır. Həmin şəxsin evinə gedərək avtomobilini götürmüşdür. Avtomobilinin neçəyə satıldığını bilmir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, Mircavad avtomobili Müzəffər adında birinin apardığını demişdir. O, Müzəffəri görməmiş, tanımamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin Cinayət axtarış şöbəsinin kiçik inspektoru vəzifəsində işləyən X17 ifadəsində göstərdi ki, o, Müzəffəri yaşadığı ərazi üzrə 9-cu mikrorayondan tanımışdır. Bu işlə bağlı heç bir əlaqəsi, ədavəti, düşmənçiliyi olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid X17 bildirdi ki, Müzəffərlə arasında heç bir qohumluq, tanışlıq, münaqişə və əlaqə olmamışdır. O, Müzəffərin saxlanılmasında iştirak etməmişdir. Onun mobil nömrəsi (055) ***-**-** olmuşdur. O, Müzəffərdən pul istəmiş, Müzəffər də pulunun olmadığını demişdir. Onun qohumları ilə Müzəffər arasında mübahisə olduğundan xəbəri olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən heç bir tanışı yoxdur. Mircəlalı, Tərlanı, Şahini, Fərəci, eləcə də, sadalanılan digər şəxsləri tanımamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat tədbirlərində iştirak etməmişdir, çünki həmin əməliyyatlarda iştirak etməsi üçün İdarənin əməkdaşı olmalı imiş, o isə Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşı olmuşdur. O, xx.xx.2023-cü il tarixində harada olduğunu xatırlamır. Təqsirləndirilən şəxsi “Memar Əcəmi” metrosu yaxınlığından tanımış, sadəcə salam-sağolu olmuşdur. Təqsirləndirilən şəxs həbs olunması ilə bağlı heç bir məlumatı olmamışdır, sadəcə eşitmişdir ki, belə bir adam tutulmuşdur. Müzəffəri sonuncu dəfə nə zaman və harada gördüyünü xatırlamır. Onunla Müzəffərin heç bir münaqişəsi olmamışdır. Əvvəllər idmanla məşğul olduğu üçün yaddaşında bəzi problemlər var, hər şeyi yadında saxlaya bilmir, xatırlamaqda çətinlik çəkir. Ona görə də, Müzəffərdən pul istədiyi vaxtı və pulun miqdarını unutmuşdur. Müzəffərin də ondan bir vaxtlar pul istədiyini xatırlamır, amma sonradan yadına düşmüşdür ki, belə bir hadisə olmamışdır. Səhv etmirsə, tutulmağına 10-12 gün qalmış, təxminən, ayın 18-də Müzəffərin qohumu ilə münaqişəsi, söz dalaşı olmuş, amma şəxsin adını xatırlamamışdır. Səhv etmirsə, Müzəffərin xalasıoğlu imiş. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində Şahid3 göstərmişdir ki, X18 ilə təxminən 20 il müddət olar ki, aralarında yaxın dostluq münasibətləri vardır. Həmçinin 25 il müddət olar ki, Vüsalla şərikli olaraq avtomobil alqı-satqısı fəaliyyəti ilə maşğul olmuşlar. 2022-ci ilin yay aylarından etibarən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Yeganə” şadlıq sarayının 1-ci mərtəbəsində yerləşən “İstanbul cars” avtomobil satış mərkəzini icarəyə götürüb işlədir. 30 avqust 2022-ci il tarixdə Vüsal 18.750 manat, o isə 4.300 manat məbləğində pul qoyaraq ümumilikdə 23.050 manat nağd pul müqabilində “Hyundai Grandeur” markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Həmin avtomobili Vüsalın atası Şahid2 adına sənədləşdirərək 30.000 manata icarə əsasında işlətdiyi avtomobil satış mərkəzində satışa qoymuşlar. O, avtomobilin tez bir zamanda satılması üçün bu barədə bir neçə avtomobil alverçisinə də məlumat vermişdir. 26 sentyabr 2022-ci il tarixdə axşam saatlarında işlətdiyi avtomobil satışı mərkəzində olarkən uzun illərdir ki, avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdığı Müzəffər adlı şəxs salona gələrək “Hyundai Grandeur” markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün özünün müştərisi olmasını bildirmiş, bu məqsədlə Müzəffər avtomobili müştəriyə göstərmək üçün ona verməsini istəmişdir. O, Müzəffəri uzun müddətdir ki, tanıdığından sonuncuya etibar edib avtomobili vermişdir. Avtomobili salonda Müzəffərə təhvil vermişdir. Bir qədər sonra Müzəffər tanıdığı digər avtomobil alverçisi olan Vaqif adlı şəxslə salona qayıtmışdır. Müzəffər avtomobili bəyəndiyini bildirib həmin avtomobili özünün 22.000 manat məbləğində nağd pula almaq istədiyini demişdir. Təbii ki o, Müzəffərlə razılaşmamış və avtomobili yenidən salona yerləşdirməsini tələb etmişdir. Müzəffər razılaşsa da Vaqifi avtomobillə yaşadığı ünvana aparıb geri salona qaytaracağına söz vermişdir. Yenə də Müzəffərlə razılaşmışdır. 27 sentyabr 2022-ci il gecə saat 03 radələrinə qədər Müzəffəri salonda gözləmişdir. Saat 03 radələrində Müzəffər salona gələrək avtomobili 22.000 manat müqabilində Vaqifin tanışı olan Şaiq adlı şəxsə satmağa razılaşdığını və bunun müqabilində Şaiqdən avtomobilə görə ilkin ödəniş olaraq 9.500 manat məbləğində nağd pul almasını bildirmişdir. O isə həmin qiymətə avtomobil satmadığını, bu barədə ona əvvəlcədən məlumat verməli olduğunu bildirib dərhal avtomobili geri qaytarmasını tələb etmişdir. Müzəffər isə guya onun qardaşı Rəşadla aralarında olan avtomobilin alqı-satqısından Rəşada 9.350 manat məbləğində borcunun olmasını bildirib həmin pulu da həmin borcdan çıxdığını demişdir. O, Müzəffərin qardaşı Rəşadı da həmçinin təxminən 14 il müddət olar ki, tanıyır. Rəşadla da bir neçə dəfə avtomobil alqı-satqısı ilə bağlı şərikliyi olmuşdur. Lakin hamin ərəfələrdə onun Rəşada hər hansı bir məbləğdə borcu və ödəyəcəyi məbləğ olmamışdır. Səhərisi günü, yəni 27 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Müzəffər avtomobilin Şahid2 adına olmasına görə Vaqifin tanışı olan Şaiq adlı şəxsin adına sənədləşdirə bilməmişlər. Bununla bağlı Müzəffər ona dəfələrlə zənglər etsə də o, şəriki Vüsalın razılığı olmadan belə bir addım ata bilməyəcəyini izah etmişdir. Buna görə də bildiyi qədəri ilə Şaiq adlı şəxs avtomobilə görə ilkin ödəniş etdiyi 9.500 manat məbləğində pulu çıxdıqdan sonra qalan məbləği ödəmək şərti ilə adına sənədləşdirilməsini tələb etmişdir. Bu da mümkün olmadığına görə Şaiq Müzəffərdən ona vermiş olduğu 9.500 manat məbləğində pulu tələb etməyə başlamışdır. Müzəffər də pulu qaytarmadığına görə Şaiq avtomobili da qaytarmayacağını bildirmişdir. Müzəffər isə Şaiqin pulunu ödəyib avtomobili bir neçə günə qədər ona qaytaracağına söz vermişdir. Buna görə də o, Müzəffəri 08 oktyabr 2022-ci il tarixədək gözləmişdir. Müzəffər də avtomobili həmin tarixədək gətirmədiyinə görə bu barədə Vüsala məlumat vermişdir. Bundan sonra da Vüsalın atası Şahid2 barəsində polisə ərizə ilə müraciət etmişdir. Əsl həqiqətdə Müzəffərin avtomobili Şaiqə satmasından əvvəlcədən məlumatı olmamışdır. Məlumatı olsaydı Müzəffərə avtomobili aparmasına şərait yaratmazdı. Müzəffər Şaiqdən aldığı 9.500 manat məbləğində puldan da ona hər hansı bir məbləğdə pul verməmişdir (cild 2, iş vərəqi 56-58). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Müzəffər adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək, saxlaması və daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üstündə gəzdirməsi və daşıması bildirilmişdir (cild 1, iş vərəqi 5). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 8-9). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üstündə gəzdirməsində və daşımasında şübhəli bilinən xx.xx.1991-ci ildə Naxçıvan MR-da anadan olmuş, Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 01:10-da ünvan 2 ünvanın yaxınlığında idarə etdiyi **- JS-*** qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobilin yanında olduğu zaman tanışı Şahid7 ilə birlikdə saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, tanışı Şahid7 ilə birlikdə müşayiət altında saxlanıldığı yerdən həmin avtomobili ilə Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 4). - şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üstündə, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyəti olan əşya və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə narkotik maddə və bıçaq olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ bel hissəsindən 01 ədəd bıçağa bənzər dəmir predmeti, həmin cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü, həmin cins şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu və pul əsginasını, həmin cins şalvarının arxa sol yan cibindən isə 02 ədəd açarı çıxarıb təqdim etməklə masanın üstünə qoymuş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra sonuncunun təqdim etdiyi 01 ədəd dəmir predmetə baxış keçirilməyə başlanılmışdır. Dəmir predmet qəhvəyi rəngli dəstəkli, qatlana bilən bıçaq tipli predmetdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, həmin büküm iştirakçıların şahidliyi ilə açılmış, bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni "patı" olaraq tanımasını, həmin maddəni 01 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə "Memar Əcəmi” metrosunun yaxınlığında tanımadığı şəxsdən 50 manat müqabilində almasını, bu maddənin onda maraq yaratmasını və gələcəkdə şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, əvvəllər narkotik maddələrdən istifadə etmədiyini, üstündən aşkar olunmuş maddəni heç kimə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını, sadəcə olaraq başqa şəxslərin istifadəsində bu maddəni gördüyü üçün həmin maddənin narkotik maddə olmasını bildiyini, üstündən aşkar edilmiş 01 ədəd bıçaq tipli dəmir predmeti də bir neçə müddət əvvəl yeni aldığı və hazırda idarə etdiyi avtomobildən tapmasını, bu dəmir predmetin də onda maraq yaratmasını, bu səbəbdən üstündə saxlamaqla daşımasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə, eləcə də 01 ədəd bıçaq tipli dəmir predmet 01 ədəd kağız zərfdə qablaşdırılmış, hər iki kağız zərf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes" markalı, **-JS-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid7 Xeyrədddin qızının üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 30-33). - baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes" markalı, **-JS-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər gizlədib saxlamadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi “Mercedes" markalı, **-JS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 35-37). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3084 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №6" dairəvi möhür əksləri, "Təqsirləndirilən şəxs aşkar olunan maddə..." sözləri və imzalar olan zərfin içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 6,415 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"in siyahısına (Siyahı 1) daxildir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 53-57). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 81). - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 5(005)- 1016/2023 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 116). - X5 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmayıb və qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 119). - cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublkası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli nömrəli cinayət işinə birləşdirilməklə cinayət işi ********* nömrə altında ibtidai istintaqı aparılması qərara alınmışdır (cild 1, iş vərəqi 120-121). - Şahid1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsində Müzəffər adlı şəxsdən “Hyundai Grandeur” markalı avtomaşını almaq məqsədi ilə 9500 manat pulu vermiş, lakin Müzəffər bu günə kimi nə avtomaşını onun adına keçirmiş, nə də pulunu qaytarmışdır. Müzəffər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 1, iş vərəqi 127). - könüllü təqdim etmə və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə “Hyundai Grandeur” markalı Az **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq məqsədilə Müzəffər adlı şəxsə 9500 manat pul verən Şahid1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, ev 2E fərdi yaşayış evinin həyətində saxladığı “Hyundai Grandeur” markalı Az **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili təqdim etdi. Həmin avtomobil ona dair mülkiyyətçi olan Şahid2 təqdim edildi, onun tərəfindən qəbul olundu. “Hyundai Grandeur” markalı Az **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 tərəfindən təqdim olunması və Şahid2 tərəfindən tam saz vəziyyətdə qəbul edilməsi barədə, Şahid1 və Şahid2 iştirakı ilə könüllü təqdim etmə və götürmə barədə protokol tərtib edildi və iştirakçılara ucadan oxundu (cild 1, iş vərəqi 137). - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:00 da DİN- nin 102 xidmətindən “Yeganə” şadlıq sarayı, avto salon Şahid2 zəng edərək ünvanda saxladığı “Hyundai” markalı **-HA-*** d.q.n a/m-nın qaçırılması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 141). - Şahid3 Mahmud oğlunun xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Yeganə” şadlıq sarayının 1-ci mərtəbəsində yerləşən “İstanbul Cars” avtomaşın salonunda X18 ilə şərikli aldığı Şahid2 adına olan 23050 Azn dəyərində olan **-HA-*** dövlət nömrə nişanlı “Hyundai Grandeur” markalı avtomaşını satmaq üçün ondan götürərək qaytarmayan Müzəffər adlı şəxs dələduzluq etmişdir. Müzəffərin cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 143). - hadisə yerinə baxış barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, İnzibati binada qeydiyyatda olan ünvan 5 ünvanda yaşayan Şahid2 müraciəti əsasında toplanmış material ilə bağlı hadisə yeri olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Yeganə” şadlıq sarayının 1-ci mərtəbəsində yerləşən “İstanbul Cars” avtomaşın satışı yerində hadisə yerinə baxış keçirilmişdir. Ətrafda müxtəlif təyinatlı obyektlər və “Yeganə” şadlıq sarayı vardır (cild 1, iş vərəqi 144-148). - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, ev 2E-də yaşayan Şahid1 Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsində Müzəffər adlı şəxsdən “Hyundai Grandeur” markalı avtomobili almaq məqsədilə 9500 manat nağd pul vermiş, lakin sonuncu vədinə əməl etməyərək avtomobili onun adına rəsmiləşdirməkdən yayınaraq ona qarşı dələduzluq etmişdir (cild 1, iş vərəqi 159). - Daxili İşlər Nazirliyi Baş X31 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Hyundai Grandeur” markalı avtomobil "xxxx" MMC-nin qeydiyyatında olmuş və xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, daha sonra X6 qeydiyyatında olmuş və xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, Şahid2 qeydiyyatında olmuş və xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, lakin həmin tarixdə yenidən Şahid2 qeydiyyatına salınmış və hazırda həmin şəxsin qeydiyyatındandır (cild 1, iş vərəqi 169- 170). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 180). - Daxili İşlər Nazirliyi Baş X31 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X31 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan xx xxxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (cild 1, iş vərəqi 195). - ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1991-ci ildə Naxçıvan MR-də anadan olmuş, Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs (***-***-**-**) barəsində axtarış elan edilmiş və onun tutularaq Xətai RPİ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 216-217). - axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı axtarışda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Xətai rayonu, Həzi Aslanov metrosu tərəfdə saxlanılmışdır (cild 1, iş vərəqi 230). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 248). - ziyanla bağlı ödəniş aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qardaşı X10 iş üzrə zərərçəkmiş şəxs Şahid1 vurmuş olduğu maddi ziyandan 9500 (doqquz min beş yüz) manat məbləğində maddi ziyanı ödəmək fikrində olduğunu bildirmiş, bundan sonra, zərərçəkmiş şəxs Şahid1 Xətai RPİ-nin inzibati binasındakı 207 saylı xidməti otağa dəvət olunmuşdur. Təqsirləndirilən şəxs 5000 (beş min manat) manat məbləğində pulu zərərçəkmiş şəxs Şahid1 təqdim olunmasından ötrü istintaqa təqdim etmiş, bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi 5000 (beş min manat) manat məbləğində pul götürülərək zərərçəkmiş şəxs Şahid1 təhvil verilmişdir. Zərər çəkmiş şəxs Şahid1 5000 (beş min manat) manat məbləğində pulu qəbul etmişdir (cild 2, iş vərəqi 29). - Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 9040 nömrəli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqi 77). - Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini nə vaxt və haradan əldə etməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, ondan aşkar edilmiş maddələri hansı məqsədlə əldə etməsi, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin və cinayətin törədilməsində digər şəxslərin olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. Müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunarsa sizə əlavə olaraq məlumat veriləcəkdir (cild 2, iş vərəqi 78). - Şərur rayon İcra hakimiyyətinin verdiyi xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, Şərur rayonu, Zeyvə kəndində yaşamır. Sərxanbəyov X4 ərazisində yaşadığı müddət ərzində yoldaşları arasında fərqlənmişdir. Daim tərbiyəli gənclərdən biri olmuşdur. Onun barəsində kənd nümayəndəliyinə şikayət daxil olmamışdır (cild 2, iş vərəqi 92-95). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 117-118). - məhkəmə-kimyəvi eksperizasının xx.xx.2023-cü il tarixli, 1975/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 2, iş vərəqi 119-122). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 225/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 2, iş vərəqi 123-125). - məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/876 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 2, iş vərəqi 126-129). - telefon danışıq məlumatlarına və mobil telefon cihazına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətindən 03 oktyabr 2023-cü il tarixli BKC/LGL- 14879/23 saylı məktubla daxil olan məlumatlara, eləcə də Təqsirləndirilən şəxs məxsus “İphone" markalı mobil telefon cihazına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***- ***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Məlumatlara və mobil telefon cihazına baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır (cild 2, iş vərəqi 132). - sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 178.2.4, 228.4 və 234 1-1-ci maddələrinə tövsif edilmiş, şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və və cinayət işinin materiallarına tikilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatlardan sonra təmiz çəkisi 6,315 qram psixotrop maddə metamfetamin, eləcə də soyuq silah hesab edilən 01 ədəd ov bıçağı maddi sübut hesab edilmiş və məhkəmənin hökmünə kimi saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilmiş pul vəsaitindən Şahid1 5000 manat qaytarılması maddi ziyanın ödənilməsi kimi qiymətləndirilmidir (cild 2, iş vərəqi 134-148). - qəbzdən görünür ki, X20 Müzəffərə məxsus olan “İphone” markalı mobil telefonu təhvil almışdır (cild 2, iş vərəqi 150). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.4, 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulan ittiham yenidən elan olunmuşdur (cild 2, iş vərəqi 156-157). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 228.4 və 234.1-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin məzmunundan görünür ki, o, elan olunmuş ittihamın dələduzluq və soyuq silahın qanunsuz əldə edilib gəzdirilməsi hissəsini qəbul edir və həmin hissələri mübahisələndirmir. Təqsirləndirilən şəxsin və bütövlükdə müdafiə tərəfinin mübahisələndirdiyi məsələ isə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın psixotrop maddə ilə bağlı olan hissəsidir. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində polis əməkdaşları tərəfindən saxlanılarkən onda ümumiyyətlə psixotrop maddənin olmadığını, polislər tərəfindən həmin maddənin ona təqdim edildiyini və təzyiq altında, yəni fiziki və psixi təzyiq altında, yəni yanında olan qadın tanışı Sayalı Əliyevanı da cinayət məsuliyyətinə cəlb olunacağı barədə hədələnməsi təsiri altında həmin maddəni öz üzərinə götürdüyünü göstərmişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, onun tutulmasına səbəb həmin vaxt Bakı şəhəri Nizami rayon Polis İdarəsində polis nəfəri işləyən X17 ilə onun arasında mövcud olan ədavət olmuş, həmin polis əməkdaşı şəxsən onun saxlanılmasında iştirak etmiş, hətta onun qoluna qandalı qeyd edilən polis əməkdaşı vurmuşdur. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, o, müdafiəçinin iştirakı ilə tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, təhqiqatçının müvafiq təklifindən sonra o, şalvarının sağ bel hissəsindən 01 ədəd bıçağı, şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülüdə olan metamfetamini çıxarıb təqdim etməklə masanın üstünə qoymuşdur. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakı ilə ibtidai istintaqın sonuna kimi ifadələr verərkən üzərindən aşkar edilmiş psixotrop maddəni 01 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə "Memar Əcəmi” metrosunun yaxınlığında tanımadığı şəxsdən 50 manat müqabilində aldığını etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiqin olması barədə bildirməmişdir. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin işdə olan 31 may 2023-cü il tarixli qərarından da görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ttiham elan edildikdən sonra barəsində qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmədə baxılarkən o, üstündən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 50 manat müqabilində aldığını bildirmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis idarəsində polis əməkdaşları tərəfindən ona təzyiq edildiyi və həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin iddiaları məhkəmə istintaqı zamanı yoxlanılmış, dindirilən polis əməkdaşları olan şahidlərə müvafiq suallar verilmiş, qeyd edilən iddiaları təsdiq edən hər hansı sübut məhkəmədə əldə edilməmişdir, əksinə həmin iddialar şahidlər tərəfindən rədd edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin sabiq polis nəfəri, hazırda Nəsimi RPİ-nin əməkdaşı olan X17 məhkəmə tərəfindən dəvət edilərək dindirilmişdir. Qeyd edilən şahid təqsirləndirilən şəxsi tanıdığını qeyd etsə də, aralarında hər hansı ədavətin olmadığını, sonuncunun tutulmasında iştirak etmədiyini, bu tutulmaya aidiyyətinin olmadığını bildirdi. Təqsirləndirilən şəxsin və şahidin ifadələrini yoxlamaq məqsədilə məhkəmə tərəfindən X11 istifadə etdiyi telefon nömrəsi üzrə anten məlumatları müvafiq mobil operatordan əldə edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs saxlanıldığı 30 may 2023-cü il tarixdə saat 01:10 radələrində X2 rayonu “Abu Arena” adlanan antenin ərazisində, yəni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının yerləşdityi ərazidə olmuşdur. Həmin şahid təqsirləndirilən şəxs saxlanılan andan təxminən yarım saat əvvəl isə Səbail rayonu “Dənizkənarı Bulvar İdarəsi” adlı antenin əhatə dairəsində olmuşdur. Bununla bağlı şahid X17 yenidən məhkəməyə dəvət edilərək aşkar edilmiş yeni hallarla bağlı dinidirilmiş və o, əvvəlki ifadəsini bir daha təsdiq edərək təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmədiyini bildirmiş və qeyd edilən ərazilərdə təsadüfən ola bilməsini qeyd etmişdir. Müdafiə tərəfi şahid X17 ilə təqsirləndirilən şəxs arasında olan ədavəti təsdiq edə biləcək şahidin qohumu olan “Aqşin” adlı şəxsi məhkəməyə dəvət edəcəklərini bildirsə də, belə şahidi müəyyən edə bilməmiş və məhkəməyə dəvət etməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki təsir olunub-olunmamsı ilə bağlı məsələyə aydınlıq gətirilməsi məqsədilə məhkəmə tərəfindən onun saxlanıldığı İstintaq təcridxanasından tibbi kitabçasının surəti əldə olunaraq məhkəmə iclasında tədqiq olunmuş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan bir gün sonra, yəni xx.xx.2023-vcü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı onun bədəni üzərində xəsarət aşkar edilməmiş, sol baldırının bayır səthində köhnə çapıq toxumaları müşahidə edilmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs özü də hər hansı xəsarət alması faktını inkar etmişdir. Beləliklə, müdafiə tərəfinin iddiaları üzrə məhkəmə araşdarmaları nəticəsində həmin iddiaları təsdiq edə biləcək hər hansı birbaşa sübut əldə edilməmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşı X17 ilə aralarında olan ədavətə görə tutulması, saxlanılmasında X11 şəxsən iştirak etməsi, habelə polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halları həqiqətə uyğun hallar kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə, eyni zamanda psixotriop maddənin qanunsuz əldə edilib saxlanılması ilə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Məhkəmə məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qeyri-rəsmi birgə yaşadığı Şahid7 məhkəmədə təqsirləndirilən şəxsin xeyrinə verdiyi ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahid məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişdir. Bu səbəbdən məhkəmə həmin şahidin məhkəmədə vediyi ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, qanunsuz olaraq soyuq silah əldə edib gəzdirməsi, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib, saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və məhkəmənin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 126.2.2 və 126.2.4-cü maddələri hökmdən çıxarılmaqla cəzası 05 il 08 ay saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarı ilə cəzadan 01 il 08 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarı İdarənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır (cild 2, iş vərəqi 96-98; cild 1, iş vərəqi 201-207). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən altı il keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Beləliklə, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2018ci il tarixli hökmü ilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edildiyi tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun törətdiyi əməl cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.1-1-ci maddələrinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokollarından və məhkəmə qərarlarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərarı ilə müstəntiqin Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatətinin təmin edilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 31 may 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 may 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 101-105, 230, 264-269; cild 2, iş vərəqi 1-3, 112-116). Məhkəmə hesab edir ki, İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilk dəfə şübhəli şəxs qismində tutulduğu üç gün ona təyin ediləcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı 30 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra bu iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 6,315 qram psixotrop maddə metamfetamin, eləcə də soyuq silah hesab edilən 01 ədəd ov bıçağı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 144 (yüz qırx dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra bu iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,315 qram psixotrop maddə metamfetamin və 01 ədəd ov bıçağı məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 144 (yüz qırx dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-121/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-121/2025
25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver