Məhkəmə qərarları › İş №1(101)-1210/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1210/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1210/2022 06.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 noyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67-ci maddəsi tətbiq edilməklə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 noyabr 2017-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, cəza müddəti bitdiyindən xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımış və satmışdır. Belə ki, o, naməlum tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,209 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 1,677 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, «Kirov» dairəsi adlanan ərazinin yaxınlığına daşımış və 26 noyabr 2021-ci ildə saat 08:00-da X16 Alayının və 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına Maştağa qəsəbəsi, «Kirov» dairəsinin yaxınlığında saxlanılaraq 14-cü Polis bölməsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,209 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 1,677 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin (ümumilikdə 2 büküm) aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən naməlum tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,619 qram narkotik vasitə heroin və külli miqdarda 2,363 qram psixotrop maddə-metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 01 fevral 2022-ci il tarixdə 03 ədəd bükümdə təmiz çəkisi 1,000 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində tanışı X8 30 manata satmış, 02 fevral 2022-ci il tarixdə saat 12 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Saleh Səlimov ünvan 2 ünvanında saxlanılıb Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilərək onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ cibindən Təqsirləndirilən şəxs aldığı 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri xarici görünüşünə görünüş əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eyni olan 0,219 qram, 0,382 qram və 0,399 qram olmaqla ümumi təmiz çəkisi 1,000 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin günü, saat 12:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsində Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılıb 14-cü Polis bölməsinə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd sarı rəngli plastik qabda sarı rəngli sellofana bükülmüş şəffaf sellofana bükülmüş 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,410 qram, 0,926 qram, 0,764 qram, 0,893 qram, 0,884 qram, 0,922 qram, 0,388 qram, 0,432 qram ümumi təmiz çəkisi 5,619 qram olan öz aralarında və Saleh Səlimovun üzərindən aşkar edilmiş 1,000 qram narkotik vasitə heroin ilə xarici görünüşünə görünüş əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eyni olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şəffaf sellofana bükülmüş 04 ədəd və gümüşü rəngli siqaret falqasına bükülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,908 qram, 0,348 qram, 0,456 qram, 0,328 qram, 0,231 qram və 0,092 qram ümumi təmiz çəkisi 2,363 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi kompoııet tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 il olar ki, narkotik vasitə qəbul edir. Özü ünvan 4 ünvanında anası X9 ilə birlikdə yaşayır. Həyat yoldaşından ayrılmışdır. Narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı müxtəlif şəxslərdən almışdır. Aldığı narkotik vasitəni istifadə etmək üçün üzərində saxlayırmış. xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi «Kirov» dairəsinin yaxınlığında olan zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşmışlar və özlərini təqdim edib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə 14-cü Polis bölməsinə getməli olduğunu bildirmişlər. Həmin vaxt xx.xx.2021-ci ildə Maştağa qəsəbəsindən öz istifadəsi üçün aldığı psixotrop maddə və narkotik vasitə heroin cibində imiş. Polis əməkdaşları onu saxlayarkən həmin maddələri atmaq imkanı olmamışdır. Polis əməkdaşları onu 14-cü Polis bölməsinə gətirmişlər. Təhqiqatçı videoçəkilişlə üstündə şəxsi axtarış aparılacağını bildirmişdir. Təhqiqatçı üzərində dövriyyəsi və saxlanılması qadağan edilmiş əşya və predmetlərin olub-olmaması və olduğu halda, təqdim etməyini təklif etmişdir. O, içərisində psixotrop maddə və narkotik vasitə heroin olan bükümləri cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlər açılmış, aşkar edilən psixotrop maddə şüşə və narkotik vasitə olan heroin imiş. Maştağa qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata almışdır. Bundan sonra üzərindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitə heroin qablaşdırılmış, protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Həmin vaxt barəsində cinayət işi açılmışdır. Bununla bağlı onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan sonra 2022-ci ilin yanvar ayının sonlarında dəqiq tarixi xatırlamadığı vaxtda özü istifadə etmək üçün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən az miqdarda narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni özü istifadə emək üçün üzərində saxlamışdır. 02 fevral 2022-ci il tarixdə saat 12 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi M.Ələkbərov küçəsində olarkən polis əməkdaşları Anar və Bəhruz ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Onun üzərində narkotik vasitə olduğundan həyacanlı olmuş və bu səbəbdən onu 14-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib onlarla birlikdə 14-cü PB-nə gəlmişdir. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Videoçəkilişdən əvvəl adını bilmədiyi bir nəfər ona bir neçə büküm verib bildirmişdir ki, videoçəkiliş zamanı həmin bükümlərin ona məxsus olmasını deməlidir. Həmin vaxt onun üzərində az miqdarda 2 büküm var imiş. Ona bildirmişlər ki, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. Videoəçkiliş zamanı polis əməkdaşları ona üzərində hər hansı dövriyyəsi qadağan edilmiş əşya, narkotik vasitə, prixotrop maddə və sair əşyaların olub-olmamasını soruşmuş, olduğu halda təqdim etməyini bildirmişlər. Buna görə də o, əynində olan gödəkçəsinin cibində saxladığı narkotik vasitəni və onların ona verdikləri bükümləri təqdim etmişdir. Bundan sonra ondan aşkar edilmiş narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Sonra yaşadığı evə baxış keçirilmiş, lakin evindən hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmişdir. Narkotik vasitə aludəçisi olduğu üçün həmin maddələri öz istifadəsi üçün almışdır. Hər hansı şəxsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Şahid5 tanıyır, ona narkotik vasitəni satmamış, xəstə olduğuna görə Fəridə köməklik etmiş, narkotik vasitəni Fəridə hədiyyə etmişdir. Saleh Səlimova narkotik vasitəni pulsuz vermiş, Salehdən pul almamışdır. Birlikdə narkotik vasitə istifadə etdiklərinə görə qarşılıqlı olaraq bir-birilərinə istifadə etmək üçün narkotik vasitə vermişlər. Əməllərindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, saxlanılarkən onda az miqdarda narkotik vasitə olmuşdur. Onu da özü istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, üzərinə şəxsi axtarış zamanı vəkilin iştirakı olmadan baxış keçirilməsi barədə ərizə yazmışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 25-26-cı vərəqələrində olan 02 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olumuş imza onun imzasıdır, onda o qədər narkotik vasitə olmamışdır. Ona bildirmişlər ki, bunları etiraf etsə, ona 234.1-ci maddə ilə ittiham veriləcək. O da etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş, izahat və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 32-33-cü vərəqələrində olan izahatında, 1-ci cild 51- 53 və 64-66-cı vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... tutulmamışdan 3-4 gün əvvəl Abşeron rayonu Xırdalan şəhəri ərazisində tanımadığım şəxsin xatırlamadığım mobil nömrəyə zəng edərək görüşdüm və 150 manat pul verərək ondan 12 ədəd sellofan bükümlərdə, 2 ədəd isə siqaret falqasına bükülmüş bükümlərdə "şüşə" kimi tanıdığım metamfetamin və "kakos" kimi tanıdığım heroin aldım. Həmin bükümlərin 8 ədədində heroin, 6 ədədində isə mateamfetamin var idi. Mən həmin narkotik vasitəni və metamfetamini üzərimdə olan 2 ədəd sarı rəngli boş plasmas qaba qoyaraq əynimdəki paltarın cibində daşıdım, həmin maddələrdən bir hissəsini özüm istifadə etdim. ...Şəxsi axtarış zamanı mən əynimdə olan tünd göy rəngli gödəkçəmin sağ yan cibində saxladığım 2 ədəd sarı rəngli plasmasları təqdim etdim və bildirdim ki, həmin qabların içərisində "kakos" və "şüşə" kimi tanıdığım narkotik vasitə və psixotrop maddələr vardır. Daha sonra mənim iştirakımla həmin plasmas qablar aşkar edildi və içərisində olan 14 ədəd bükümlər götürüldü. Həmin bükümlərin 8 ədədinin içərisində narkotik vasitə olan "heroin", 6 ədədində isə "metamfetamin” olmasını dedim. Mən həmçinin həmin maddələri Xırdalan şəhərində tammadığım şəxsdən aldığımı bildirdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, onda o qədər narkotik vasitə olmamış, izahatı və ifadələri oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 1–ci cild 102-104-cü vərəqələrində olan 03 fevral 2022-ci il tarixli üzləşdirmə protokoluna və protokolda olan imzaya Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş protokolda olan imza onun imzasıdır, o, protokolu oxumadan imza etmişdir. Salehə narkotik vasitə satmamış, onlar bir-birinə narkotik vasitə vermişlər, lakin pul almamışlar. Elan olunmuş cinayət işinin 1-ci cild 142-143-cü vərəqələrində olan 26 noyabr 2021ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Həmin vaxt onun üzərindən az miqdarda narkotik vasitə aşkar olunmuşdur. Protokolu təsdiq edir. Məhkəmədə elan olunmuş cinayət işinin 1-ci cild 109-110-cu vərəqələrində olan təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs ona təqdim olumuş imzanın onun imzası olduğunu, protokolu təsdiq etdiyini, Saleh adlı şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Elan olunmuş cinayət işinin 2-ci cild 25-26-cı vərəqələrində olan telefon danışıqlarını əks etdirən protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkomandır. Ola bilər onun kiminləsə də telefon danışığı olmuş, lakin hal-hazırda onların telefon nömrələrini, anket məlumatlarını xatırlamır. Telman adı şəxsi xatırlamır. Ola bilər Telmandan narkotik vasitə olan "kakos" və "patı" istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, ƏÇPA-da polis nəfəri işləyir. Vəzifə səlahiyyətlərinə təyin olunduğu xidməti ərazidə ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə daxildir. xx.xx.2021-ci ildə 8-ci Patrul bölüyünün polis nəfəri Şahid7 ilə Maştağa qəsəbəsində xidmət aparan zaman, saat 08 radələrində «Kirov» dairəsi adlanın ərazidə olarkən bir nəfərdən narkotik vasitə istifadəçisi olmasından və üstündə narkotik vasitə saxlamasından şübhələnmişlər. Həmin şəxsin onları görən kimi tez getmək istəməsi və onlardan yayınmaq istəməsi onlarda şübhə yaratdığından onu saxlayıb, özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini, harada yaşamasını soruşanda o özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və Maştağa qəsəbəsində yaşamasını bildirmişdir. Həmin şəxsin ləng cavablarından və hərəkətlərindən narkotikin təsiri altında olması hiss edilmişdir. Təqsirləndirilən şəxs üstündə narkotik vasitə saxlamasından şübhələndiklərini və bununla əlaqədar yoxlama aparılması üçün onlarla 14-cü Polis bölməsinə getməli olduğunu bildirdikdə Səməd etiraz etmədən və müqavimət göstərmədən onlarla 14-cü polis bölməsinə gəlmişdir. Orda polis bölməsində əvvəl cinayət axtarış üzrə əməliyyat müvəkkili Səmədlə söhbət etmiş, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuşdur. Araşdırmanın aparılması bölmənin təhqiqatçısı Ramil Güləliyevə tapşırılmışdır. Təhqiqatçı tərəfindən saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitədən qanunsuz istifadədə və üstündə narkotik vasitə saxlamaqda şübhəli olduğu və bu səbəbdən saxlanıldığı izah edilmişdir. Müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üstündə narkotik çıxdığı halda vəkil onu müdafiə etməyəcək ona görə vəkilsiz şəxsi axtarış aparılmasını istəmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üstündə saxladığı qanunla dövriyyəsi qadağan olunmuş əşyaların olub-olmamasını və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs şalvarının cibindən 2 ədəd şəffaf sellofandan xırda bağlamalar və 1 ədəd mobil telefon çıxarıb təqdim etmişdir. Təhqiqatçının sualına cavab olaraq bildirmişdir ki, bağlamalarda olan kütlələr narkotikdir, 30 manata özünün istifadəsi üçün Maştağa qəsəbəsində tanımadığı şəxsdən almışdır. Həmin bağlamalar açıldıqda birində qəhvəyi rəngli toz halında, ikincidə kristal formalı maddə olduğu məlum olmuşdur. Bağlamalar zərfdə qablaşdırılmış, zərf möhürlənmiş, axtarışda iştirak edənlərin iştirakı ilə imzalanmışdır. Şəxsi axtarış protokolu tərtib edilmiş və protokol da imzalanmışdır. O, təqsirləndirilən şəxsin xx.xx.2021-ci ildə saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxsi onlarla 14cü Polis bölməsinə dəvət edərkən, həmin şəxs onlara qarşı hər hansı bir hərəkət etməmiş, onlarla getməyə razı olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, sonuncular eyni məzmunlu ifadə verərək şahid X1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin baş əməliyyat müvəkkili işləyir. 02 fevral 2022-ci il tarixdə, saat 12 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin sahə inspektoru, Şahid2 ilə birlikdə xidmətdə olarkən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyətini dəqiqləşdirmək məqsədilə ona suallar verdikdə həmin şəxs həyəcanlanaraq onlara dağınıq cavablar verməyə başlamış və onlar hiss etmişlər ki, onlardan yayınıb qaçmaq istəyir. Onlar həmin şəxsi 14-cü PB-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla 14-cü PB-nə gəlmişdir. Bu barədə raportla rəhbərliyə müraciət olunduqdan sonra həmin şəxsin şəxsiyyəti müəyyən olunmuş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiə hüquqları izah edilərək müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuş, üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra videoçəkilişlə üzərinə özünün razılığı ilə müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 2 ədəd sarı rəngli plasması təqdim etmiş və həmin plasmas qabın içərisində “heroin” və “şüşə” olduğunu, bu narkotik vasitə və psixotrop maddələri Xırdalan şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 150 manata aldığını bildirmişdir. Bundan sonra həmin plasmaslar açıldıqda içərisində 2 ədədi siqaretin gümüşü rəngli kağızından ibarət, 12 ədədi isə polietilendən ibarət ümumilikdə 14 ədəd bükümlər aşkar edilmiş, həmin bükümlər açıldıqda 6 ədədinin içərisində ağ rəngli kristalvari kütlə, digər bükümün içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin, üzərindən başqa hər hansı narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar olunmamışdır. Bu barədə tərtib olunmuş protokolda da Təqsirləndirilən şəxs və digər iştirakçılar imza edib doğruluğunu təsdiq etmişlər. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, lakin evindən hər hansı narkotik vasitə, psixotrop maddə və onun prekursorları aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda bir sıra əməliyyat məlumatları vardır və bu barədə əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Üzərinə baxış keçirilərkən təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsini istəmişdir. Təqsirləndirilən şəxs özü könüllü narkotik vasitələri təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, M.Babayev küçəsi ev 6a-da yaşayır. Bir neçə ildir ki, narkotik vasitə olan “heroin” və “patı” kimi tanıdığı psixotrop maddə olan “metamfetamin” qəbul edir. Barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi istintaq edilmiş, təxminən 5 ay əvvəldən Respublika Nakoloji Dispanserində qeydiyyata düşmüş və orada Təqsirləndirilən şəxslə tanış olmuşdur. Səməd də həmin vaxt narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra öyrənmişdir ki, Səməd qanunsuz olaraq narkotik vastənin satışı ilə məşğul olur. 2021-ci ilin dekabr ayında dəfələrlə zəng edərək narkotik vasitə istəmiş və bir neçə dəfə Səməd ona 1 bükümünü 10 manatdan “kakos” satmışdır. Səməd həmin narkotiki gətirib ona yaşadığı qəsəbədə vermişdir. 13 yanvar 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Səmədin istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng edərək “patı” istəmiş, Səməd də əvvəlcə narkotik vasitə gətirəcəyini bildirsə də vaxtı uzatmışdır. Buna görə də onun mobil telefonuna mesajlar yazmış, lakin həmin günü Səməd ona narkotik vasitə verməmişdir. 27 yanvar 2022-ci il tarixdə də anasının istifadəsində olan ***-***-**-** mobil telefonundan mesaj yazaraq ondan 2 büküm “patı” istəmiş, lakin Səməd söz versə də ona satmış, daha sonra Səməd tutulmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacışıxəli Tuti küçəsi dalan 5, ev 6-da qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, narkotik vasitə qəbul edən şəxs kimi tanımışdır. O özü də əvvəllər narkotik vasitə qəbul etmişdir. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə özünə məxsus ***-***-**-** mobil nömrə ilə dəfələrlə əlaqə saxlayaraq onunla birlikdə narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən şəxs ona əvvəllər heç vaxt narkotik vasitəni pul ilə satmamış, hədiyyə etmişdir. O, sonuncu dəfə Səmədlə 2022-ci ilin yanvar ayının sonlarında Nardaran qəsəbəsi ərazisində görüşmüşdür. Təqsirləndirilən şəxs yalan danışır, 2022-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Sabunçu qəsəbəsi Nardaran qəsəbəsi ilə Bilgəh qəsəbəsinin arasında olan yerdə görüşərkən ona “kakos” və “patı” olmadığını demişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 121-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Samir İmanov və DİN-nin ƏÇPA-nın 8-ci patrul bölüyünün polis nəfərləri Şahid6 və Şahid7 26 noyabr 2021ci il tarixli raportundan görünür ki, xx.xx.2021-ci ildə saat 08:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Kirov dairəsi adlanan ərazidə bir nəfər şəxsin şübhəli olduğunu görüb ona yaxınlaşıb özünü təqdim etməsini bildirdikdə, həmin şəxs yayınmağa başladığı üçün onu bölməyə dəvət etmişlər, bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 140-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə aparılmasına etiraz etmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 142-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində oaln göy rəngli şalvarının sağ yan cibindən ümumilikdə 2 ədəd ağ rəngli sellofan bükümü və “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Həmin bükümlər açıldıqda 1 ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli kütlə, digər bükümdə isə kristal şəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin “kakos” və “şüşə” olduğunu, Maştağa qəsəbəsində tanımdığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 153-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 26 noyabr 2021-ci il tarixli 6/5265 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,209 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 1,677 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyalıı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr »-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 166-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 noyabr 2021-ci il tarixli şəxsi axtarış prosesinin görüntülərinə baxış keçirmək barədə protokoldan görünür ki, 26.11.21-ci ildə Səməd Lifitiyevin üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış başlanılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində ola biləcək narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində oaln göy rəngli şalvarının cibindən 2 ədəd ağ rəngli sellofan bükümü və mobil telefonu təqdim etmişdir. Həmin bükümlər açıldıqda 1 ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli kütlə, digər bükümdə isə kristal şəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin kakos və şüşə olduğunu, Maştağa qəsəbəsində tanımdığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər götürülmüşdür. Cinayət işinin 1-ci cild 193-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 dekabr 2021-ci il tarixli predmetə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2 02 fevral 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 12:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim etdikdə həmin şəxsin özünü şübhəli apardığını görüb onu polis bölməsinə dəvət etmişlər və bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 22-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə aparılmasına etiraz etmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcənin sağ yan cibindən 2 ədəd sarı rəngli plasması təqdim etmişdir. Həmin plasmas qab açıldıqda 2 ədədi siqaretin gümüşü rəngli kağızından ibarət, 12 ədədi isə polietilendən ibarət ümumilikdə 14 ədəd bükümlər aşkar edilmişdir. Həmin bükümlər açıldıqda 6 ədədinin içərisində ağ rəngli kristalvari kütlə, digər bükümün içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə “kakos” və “şüşə” olduğunu, Xırdalan qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 150 manata aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 28-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq müdafiəçinin iştirakı olmadan yaşadığı evə baxış və götürmə aparılmasına etiraz etmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2022-ci il tarixli yaşayış evinə sahəyə baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 39-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2022-ci il tarixli 6/661 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №100” dairəvi möhür əksi olan “Şübhəli şəxsdən aşkar olunmuş maddi sübut” sözləri, ad, soyad və imzalar qeyd edilmiş kağız paketdə 2 ədəd sarı rəngli plastik qabda olan 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,410 qram, 0,926 qram, 0,764 qram, 0,893 qram, 0,884 qram, 0,922 qram, 0,388 qram, 0,432 qram ümumi təmiz çəkisi 5,619 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,908 qram, 0,348 qram, 0,456 qram, 0,328 qram, 0,231 qram, 0,092 qram ümumi təmiz çəkisi 2,363 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr »-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 49-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Orxan Qnyazov tərəfindən göndərilmiş 03 mart 2022-ci il tarixli, 073/220050169 saylı məktubdan görünür ki, icraatında olan X5 cinayət işi araşdırması üzrə, sonuncu üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Cinayət işinin 1-ci cild 87-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun kserosurətindən görünür ki, X11 tutulmuşdur. Cinayət işinin 1-ci cild 88-89-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun kserosurətindən görünür ki, X5 üzərindən şəxsi axtarış zamanı heroin aşkarlanmış və sonuncu həmin heroini 30 manata “Səməd” adlı şəxsdən aldığını bildirmişdir. Cinayət işinin 1-ci cild 102-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X11 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Saleh Səlimov 3 büküm heroini 01 fevral 2022-ci ildə Təqsirləndirilən şəxs aldığını bildirmiş, Təqsirləndirilən şəxs də onu təsdiq edərək 1 qram heroini 30 manata Salehə satdığını bildirmişdir. Cinayət işinin 1-ci cild 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 fevral 2022-ci il tarixli könüllü təqdim edilmiş mobil telefona baxış keçirilməsi və götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi 8” markalı telefon sonuncunun anası X2 götürülmüşdür. Cinayət işinin 1-ci cild 113-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 08 fevral 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan CM-nin 234.1-ci maddəsi ilə araşdırılan cinayət işi onun barəsində CM-nin 234.4.3-cü maddəsi ilə araşdırılan ********* saylı cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 1-ci cild 208-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 fevral 2022-ci il tarixli predmetə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi 8” markal mobil telefona baxış keçirilmiş, həmin telefonda olan Vhatsapp proqramında İran İslam Respublikası mobil operatorlarına məxsus +**********23, +**********20, +**********82 mobil telefon nömrələri ilə müxtəlif vaxtlarda qarşılıqlı zənglər olduğu, eləcə də +**********20 mobil nömrənin sahibi xx.xx.2022-ci il tarixdə 8 saniyəlik səs yazısı göndərərək “özünün yaxşı malı olduğunu” bildirdiyi müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 245-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 mart 2022-ci il tarixli şəxsi axtarış prosesinin görüntülərinə baxış keçirmək barədə protokoldan görünür ki, 02 fevral 2022-ci ildə Səməd Lifitiyevin üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış başlanılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcənin cibindən 2 ədəd sarı rəngli plasmas qabı təqdim etmişdir. Həmin plasmas qab açıldıqda 2 ədəd siqaretin gümüşü rəngli kağızından ibarət, 12 ədədi isə polietilendən ibarət ümumilikdə 14 ədəd bükümlər aşkar edilmişdir. Həmin bükümlər açıldıqda 6 ədədinin içərisində ağ rəngli kristalvari kütlə, digər bükümün içərisində tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə kakos və şüşə olduğunu, Xırdalan qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 150 manata aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 246-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 mart 2022-ci il tarixli yaşayış sahəsinə baxış keçirmə və götürmə hərəkətinin keçirilməsi protokoluna əlavə edilmiş görüntülərinə baxış keçirmək barədə protokoldan görünür ki, 02 fevral 2022-ci ildə Səməd Lifitiyevin yaşadığı evə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilən baxış zamanı hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş 11 aprel 2022-ci il tarixli, ***-*******72-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 2-ci cild 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə aparılan danışıqları özündə əks etdirən diskə baxış keçirilmiş və baxış zamanı müxtəlif sms məlumatları aşkar edilmişdir; xx-xx-2022-ci ildə saat 23:33:41-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Saleh mənim daha itirilməsi hecnəyim yoxdu onsuzda yox idi ya sənə verən Allah ya mənə yox isdisən mali gətirim götür ged niyə buların”; xx-xx-2021-ci ildə saat 19:45:46-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Patini 40 demiwam 10 gotur yigillar sani daniw cox goturur iki uc dana”; xx-xx-2021-ci ildə saat 04:42:39-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “MENEM NAYİB KELİREM PARKİN QABAGNA SATİ KETİR VE MENİ VE QAYNATAMİ NECE LOMKADA QOYMSAN MELDA KETİR MEN BİLMİRE MENİ UMUDLU ELEMİSEN İNDİ FRLADİRSAN HE ALLAHA DUVA ELE ANAN MAMAZ USTEDİ MEN QAYNATAMİ KUCLE SAXLAMSAM Kİ KELMESİN SENİN DALİNCA PARKA KEL MAL KETİR SONRA DEME Kİ DEMEDİN” məzmunlu mesajlar göndərilmişdir. Məhkəmə iclasında Bakcell MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə aparılan danışıqları özündə əks etdirən diskə baxış keçirilən zaman aşağıdakı məzmunda sms danışıqları müəyyən edilmişdir; xx-xx-2021-ci ildə saat 19:46:06-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Patini 40 demiwam” ; xx-xx-2022-ci ildə saat 23:30:36-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Sənin ölərəm atam neyniyim mən hə neyniyim ona mal lazmdi getirim”; xx-xx-2021-ci ildə saat 02:17:12-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Ay semed qurban olum gozdurem ata nolar bele qalmiyim senol qalmaram altinda bu eziyetin nolar tez yiq”, xx-xx-2021-ci ildə saat 11:28:45-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Salad kola yarida var danananda var patida var,birazdan galiram metadoma adam tap veray geti”, xx-xx-2021-ci ildə saat 10:13:46-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Samad soruw gor metadonu var lazimdi mana xabar de qaqaw”, xx-xx-2021-ci ildə saat 04:01:03-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “TELİ AC SENE ZENG EDEN NARDARANL TELMANDİ NAYİBİN QAYNATASİ , SENLE SOHBETİM VAR SİRYOZNU SENİ MEN YAXSİ TANAYİRAM VE SENDEN NESE TEMA İSTEMEY UCUN ZENG”, xx-xx-2022-ci ildə saat 23:06:42-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “X21 X4 X22 X23 X15 X19 X12 Vallah”, xx-xx-2022-ci ildə saat 14:56:34-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Brat tema lazimdi 28 ma ntdi bir qram torpag”, xx-xx-2022-ci ildə saat 17:46:47-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qagas ag yar qara yar lazimdi. ALLAHAQİ agriyiram 40ma var mende ozme lazimdi”, xx-xx-2022-ci ildə saat 03:22:45-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Semed kola alinmirsa gelim on manatda verim yar ag ver”, xx-xx-2022-ci ildə saat 04:05:17-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Suse isdirem ay semed”, xx-xx-2022-ci ildə saat 18:40:27-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Semed tem lazimdi qagas elsende yigib mene deyr tem lazimdi unvermagin qabagindayam”, xx-xx-2022-ci ildə saat 15:30:11-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Semed salam qaqawm 20 m pulm var bide yari istirem qonagim gelib bide ac cvb ver”, xx-xx-2022-ci ildə saat 18:38:11-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Ay ata telman Emin ən götürə bilir mal qıram 30 manata”, xx-xx-2022-ci ildə saat 23:45:38-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Ne oldu 30deqiqe kecdi patini yaxsi olsun 02 olsa ela”, Cinayət işinin 2-ci cild 80-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 17 may 2021-ci il tarixli cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, onda yalnız bir qram narkotik olduğunu, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələri satışı ilə məşqul olmamasını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, cinayət işinin 1-ci cild 102-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X11 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Saleh Səlimov 3 büküm heroini 01 fevral 2022-ci ildə Təqsirləndirilən şəxs aldığını bildirmiş, Təqsirləndirilən şəxs də onu təsdiq edərək 1 qram heroini 30 manata Salehə satdığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində xəstə olduğuna görə Fəridə köməklik edib, narkotik vasitəni Fəridə hədiyyə etdiyini, Saleh Səlimova narkotik vasitəni pulsuz verdiyini, Salehdən pul almadığını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Səməd Lifitiyevin istifadəsində olan mobil nömrəyə göndərilmiş SMS mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in və metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 191-192-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 134.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2004cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 132-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 01 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14 sentyabr 2005-ci ildə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhər Hərbi Məhkəməsinin 04 may 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 334.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3, 66.5 və 67-ci maddələri tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cild 13-19-cu vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 noyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67-ci maddəsi tətbiq edilməklə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 noyabr 2017-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, cəza müddəti bitdiyindən xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanununun 1.61.4-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ləğv edilmişdir. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs ilə cinayət əlaqəsinə girərək 28 iyun 2008-ci il tarixdə 2 nəfər zərərçəkmiş şəxsə qarşı 205 manat və 204 manat məbləğlərində maddi ziyan vurmaqla təkrarən oğurluq etdiyinə görə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 noyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş, cəza müddəti bitdiyindən xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ləğv edildiyindən, Təqsirləndirilən şəxs əməlində residiv yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında» 4 mart 2013-cü il tarixli Qərarında göstərilib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhküm olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətin təkrar törədilməsini yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətinin aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmin maddənin 3-cü bəndinə əsasən dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə olan halda Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 noyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67-ci maddəsi tətbiq edilməklə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi münasibətdə 4 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi beş ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və cinayətin residivini yaratmır. Cinayət işinin 1-ci cild 212-213-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 13 yanvar 2022-ci il tarixli, 169 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 48-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 28 mart 2022-ci il tarixli, 1443 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 mart 2022-ci il tarixli, 766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəsatəlik qeyd edilmir. Lakin xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müəlicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs sensorperseptiv proseslərini düzgün qavraya bilir. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs sözügedən əməli törədən anda affekt vəziyyətində olmamışdır. Cinayət işinin 2-ci cild 44-cü vərəqəsində olan Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir.dir. Bundan başqa, cinayət işinin 1-ci cild 132-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 184-186-cı vərəqələrində olan Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin 27 noyabr 2021-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 187-188-ci vərəqələrində olan Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Elməddin Köçəriyevin 27 noyabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimakn tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənə qədər həbsdə saxlama müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci iil tarixdən 27 noyabr 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin ediləcək cəza müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq 02 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 14-cü vərəqəsində olan 02 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 72- 74-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 4(008)-95/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlanılma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,059 qram və 1,627 qram narkotik vasitə heroin, 2,123 qram və 1,159 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi8” markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılmalı, 05 ədəd diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 146,82 (yüz qırx altı manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci iil tarixdən 27 noyabr 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlanılma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,059 qram və 1,627 qram narkotik vasitə heroin, 2,123 qram və 1,159 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi8” markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılsın. 05 ədəd diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 146,82 (yüz qırx altı manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar