Məhkəmə qərarları › İş №1(101)-1211/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1211/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1211/2022 19.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxx 2003-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, mənzil 175-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsbəsi, Şuşa şəhərciyi, yeni tikilidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və küllü miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs barələrində ibtidai araşdırma orqanı tərəfindən cinayət işi ayrılmış qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, aralarında olan razılaşmaya əsasən İİR vətəndaşı ehtimal olunan «Davud» adlı şəxsin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı anası Mahirə Cavadova və qardaşı arvadı Aygün Həmidovaya bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən sonuncuların satış məqsədi ilə qanunsuz əldə edib, müvəqqəti yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi evə daşıyaraq saxladıqları və hissələrə ayırdıqları külli miqdarda ümumi təmiz çəkisi 691.752 qram narkotik vasitə heroinin 86,869 qramını və külli miqdarda ümumi təmiz çəkisi 29.516 qram psixotrop maddə metamfetaminin 26,706 qramını «Davud» adlı şəxsin "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi ünvanlara çatdırmaq məqsədilə Mahirə Cavadova və Aygün Həmidovanın tapşırığına əsasən istintaqla müəyyən edilməyən ünvanlara yerləşdirib qoyduğu yerin fotoşəkilini və koordinatlarını “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə Mahirə Cavadova və Aygün Həmidovaya göndərmək üçün onlardan götürərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur market” ərzaq mağazasının yaxınlığına qədər daşımış, xx.xx.2021-ci il tarixində saat 22:54-də Azərbaycan Respublikasının DİN-in 102 xidməti mərkəzi zəng sistemindən Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsinə daxil olmuş məlumatın yoxlanılması ilə bağlı şöbənin əməkdaşları tərəfindən həmin gün, saat 23:20-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur market” ərzaq mağazasının yaxınlığında şübhəli olduğuna görə saxlanılaraq Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsinə gətirilib inzibati binada üzərində şəxsi axtarış aparılan zaman əlində olan sellofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdarda 26,706 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üç ədəd bükümdə külli miqdarda 86,869 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, böyük qardaşı X3 2021-ci ilin may-iyun aylarında qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satmaqda şübhəli bilinərək polis əməkdaşları tərəfindən həbs olunmuş və hal-hazırda da həbsdədir. Qardaşı tutulduqdan sonra anası Mahirə Cavadovaona bildirmişdir ki, qardaşı arvadı Aygün Həmidova 2 azyaşlı uşağı ilə tək qalmasın deyə getsin qardaşı evində yaşasın. Onun o zaman 17 yaşı var idi. Anasının sözünə əsasən qardaşıgildə yaşamışdır. Yaşadığı ünvan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi ev idi. X6 isə Ramana qəsəbəsində yerləşən fərdi evdə xadimə işləmiş və həmin evdə də yaşamışdır. Qardaşıgildə yaşadığı zaman gəlinləri Aygün ona bildirmişdir ki, əri X19 Respublikası vətəndaşı Davud adlı şəxslə “watsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaradaraq Davudun göndərdiyi narkotik vasitələri sonuncunun bildirdiyi ünvanlara çatdırmaqla Davuddan pul alır, ailəsini bu yolla dolandırırdı. Aygün ona bildirmişdir ki, Həzrət tutulduqdan sonra Davud onunla “watsapp” əlaqə sistemi vasitəsi ilə danışaraq Həzrətlə qurduğu işi davam etməyi təklif etmişdir. Aygün bildirmişdir ki, uşaqları dolandırmaq üçün və Həzrətin yanına getmək üçün pul lazım olduğu üçün Davudun təklifini qəbul etmiş və artıq bir neçə dəfə Davudun göndərdiyi qanunsuz əşyaları onun bildirdiyi yerdən başqa ünvanlara çatdırmışdır. Bunun müqavilində Davud onun bank kartına müəyyən vəsaitlər köçürmüşdür. Qardaşının ailəsinə kömək etmək məqsədilə Aygünün təklifini qəbul etmiş, bundan sonra Aygünün bildirdiyi vaxtlar təxminən 9-10 dəfə Davudun göndərdiyi narkotik vasitələri Aygün müəyyən yerlərdən götürüb evə gətirir, o isə həmin narkotik vasitəsini digər bir yerə gizlədərək gizlətdiyi yerin şəklini telefonla çəkib Davuda göndərmişdir. 01 avqust 2021-ci il tarixdə, saat 22 radələrində Aygün növbəti dəfə ona bəzəkli torba verib demişdir ki, bağlamaları həmişəki qaydada müxtəlif yerlərə atıb, şəkillərini çəkib Davuda göndərsin. Torbanı götürüb içərisinə baxanda bir neçə bağlama olduğunu görmüş və həmin torbanı götürərək evdən çıxmışdır. Bağlamaları gizlətmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” marketin ətrafında dolaşmışdır ki, münasib yerlərə bağlamaları qoyub şəkillərini çəksin. Elə bu zaman məhəllədə olan qonşular onun hərəkətlərindən şübhələnərək əlindəki torba ilə birlikdə onu saxlayaraq polisə məlumat vermişlər. Ora gələn polis əməkdaşları onu Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar. Şöbədə onu təhqiqatçıya təhvil vermişlər. Sonuncu onun yetkinlik yaşına çatmadığı müəyyən olunduğu üçün Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətindən qanuni nümayəndə dəvət etmişdir. Qanuni nümayəndə gəldikdən sonra təhqiqatçı barəsində şübhəli şəxs qismində tutulmağı ilə bağlı qərar qəbul edib, qərarla onu tanış etmiş, sonra ona müdafiəçi dəvət etmişdir. Müdafiəçi gəldikdən sonra ona şübhəli şəxsə aid hüquq və vəzifələri izah edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərarla tanış olmuş, qərarla tanış olduqdan sonra ondan vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmamasını təhqiqatçı soruşmuşdur. O, buna etiraz etməmiş və vəkilinin iştirakı olmadan üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarışdan əvvəl təhqiqatçı üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. Bu təklifdən sonra o, Aygünün verdiyi torbada olan bükümləri təqdim etmişdir. Təhqiqatçı torbada olan bükümləri ayrı-ayrılıqda açıb baxış keçirmiş, baxış zamanı aşkar edilmiş maddələrin bir hissəsinin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin, bir hissəsinin isə “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarının sağ cibindən bir ədəd “Xiomi” markalı, bir ədəd “Samsung J4+” markalı və bir ədəd “Nokia” markalı mobil telefon aparatları aşkar edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr, psixotrop maddələr və mobil telefon aparatları bir zərfə qablaşdırılmışdır. Zərfin üzərinə baxışın iştirakçıları, o cümlədən o imzalarını qoymuşlar. Şəxsi axtarışla bağlı tərtib edilmiş protokolu o və baxışda iştirak edən digər şəxslər imzalamışlar. Etdiyi əməldən peşmandır. Həmçinin onu da qeyd etmək istəyir ki, anası Mahirə Cavadova o saxlanıldığı zaman qışqıra-qışqıra hadisə yerinə gələrək onun buraxılmasına nail olmaq istəmiş, lakin buna nail ola bilməmişdir. Anası və gəlinləri Aygünün evində axtarışlar aparılmış və hər ikisi həbsə alınmışdır. Onu bu cinayətə qardaşı arvadı Aygün cəlb etmiş, o yetkinlik yaşına çatmadığı və Aygünün himayəsində yaşadığı üçün onun tapşırıqlarını yerinə yetirməli olmuşdur. Etdiyi əməldən çox-çox peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər, Sabunçu RPİ-nin 12-PŞnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi 01 avqust 2021-ci il tarixdə saat 22:54-də şöbədə əməliyyat qrupunda növbədə olduğu zaman şöbənin növbətçi hissəsinə X1 Azərbaycan Respublikası DİN-nin 102 Xidməti mərkəzinə zəng edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” marketin yanında narkotik vasitələrin satışı ilə məşğul olan 17 yaşlı şəxsi narkotik vasitə ilə birlikdə saxladıqları barədə məlumatın şöbəyə verilməsi və növbətçi qrupun Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” marketin yanına gedən zaman tanımışdır. Belə ki, məhəllə sakinləri Təqsirləndirilən şəxs həmin gündən əvvəlki günlərdə də olan davranışına görə onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğundan şübhələnərək saxlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs şöbəyə gətirib təhqiqatçıya təhvil vermişlər. Şöbədə Dövlətəlinin yetkinlik yaşına çatmadığı müəyyən olunduqda İcra Hakimiyyətinin nümayəndəsi və vəkil dəvət edilmişdir. Müvafiq prosedur hərəkətlər təhqiqatçı tərəfindən keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs sol əlində olan sellofan paketi masanın üzərinə qoymuş və torbanın içərisindən bir ədəd şəffaf sellofan büküm və üç ədəd qara rəngli sellofan bükümləri çıxardaraq təqdim etmişdir. Təhqiqatçı ondan bükümlərdə olan maddələrin nə olduğu soruşulan zaman o, ağ rəngli sellofan bükümdə olan maddənin metamfetamin, qara rəngli sellofan bükümlərdə olan maddələrin isə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri iranlı bir şəxsin göndərdiyi, onun isə həmin bükümləri müəyyən yerə yerləşdirməklə qazanc əldə etdiyini bildirmişdir. Bu tədbirdən sonra təhqiqatçının qərarına əsasən Təqsirləndirilən şəxs anasının və gəlinlərinin yaşadıqları ünvanlarda da axtarışlar keçirilmiş, bu qadınlar hal-hazırda həbsdədirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Bakı şəhər, Sabunçu RPİ-nin 12-ci PŞnin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Lakin 01 avqust 2021-ci il tarixdə əməliyyat qrupunda növbədə olduğu zaman, saat 22:54-də X4 Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” marketin yanında narkotik vasitələrin satışı ilə məşğul olan 17 yaşlı şəxsi satdığı narkotik vasitə ilə birlikdə saxladıqlarını bildirməsi ilə əlaqədar dərhal o və bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məlumatda bildirilən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” marketin yanına getmişlər. Həmin yerə çatdıqları zaman sakinlərin Təqsirləndirilən şəxs saxladıqlarını görmüşdür. Dövlətəlinin əlində bir torba var idi. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər. Qeyd etmək istəyir ki, hadisə yerində Dövlətəlinin anası da olmuş, oğlunu saxlayan sakinlərdən onun buraxılmasını, günahsız olmasını deyirdi. Şöbədə raport yazaraq Təqsirləndirilən şəxs təhqiqatçı, polis baş leytenantı Ülvi Fərhadlıya təhvil vermişlər. Sonuncu tərəfindən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması müəyyən olunmuş, bu səbəbdən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətindən qanuni nümayəndə dəvət edilmişdir. Qanuni nümayəndə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmiş və videoçəkiliş aparılmaqla üzərinə və əlində olan torbaya baxış keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs sol əlində olan sellofan torbanı masanın üzərinə qoymuş və torbanın içərisindən bir ədəd şəffaf sellofan büküm və üç ədəd qara rəngli sellofan bükümləri çıxardaraq təqdim etmişdir. Təhqiqatçı ondan bükümlərdə olan maddələrin nə olduğunu soruşduqda o, ağ rəngli sellofan bükümdə olan maddənin metamfetamin, qara rəngli sellofan bükümlərdə olan maddələrin isə heroin olduğunu bildirmişdir. Bundan savayı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung”, bir ədəd “Nokia” və bir ədəd “Xiaomi” markalı mobil telefon aparatlarını çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əlində olan torbadan aşkar edilmiş maddə və mobil telefon aparatı təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs anası Mahirə Cavadovanın da barəsində əməliyyat tədbirləri davam olunaraq o da saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Onun böyük oğlu Həzrət Xudaverdiyev İİR-sı vətəndaşı olan Davud adlı şəxslə cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulmuş, hal-hazırda həbsdədir. Həzrət tutulduqdan sonra Dövlətəlini gəlini X11 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində olan evə göndərmişdir ki, Aygün iki azyaşlı uşağı ilə tək qalmasın. Onun özü isə Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşamışdır. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində gəlini Aygün ona zəng edərək Dövlətəlinin Şuşa şəhərciyində yerləşən «Nur» market ərzaq mağazasının yaxınlığında yerli sakinlər tərəfindən döyülərək saxlanıldığını bildirmişdir. Ora getdikdə artıq oğlunun polislər tərəfindən aparıldığını bilmişdir. Gəlini tərəfindən ona məlum olmuşdur ki, sonuncu ona əraziyə narkotik vasitə və psixotrop maddə olan bükümləri atıb həmin yerləri telefona çəkib Aygünə göndərmək üçün sonuncu tərəfindən cinayətə təhrik edilmişdir. Oğlunun törətdiyi əməldə onun heç bir günahı yoxdur. Məhkəmədən özünün, oğlu Həzrətin, gəlini Aygünün tutulmalarını nəzərə almaqla Dövlətəliyə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. X15 İİR-sı vətəndaşı olan Davud adlı şəxslə cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulmuş, hal-hazırda həbsdədir. Həzrət tutulduqdan sonra Davudla o özü əlaqə yaradaraq köməklik istəmişdir. Davud da bildirmişdir ki, Həzrətin işini davam etdirsə kartına pul yükləyəcəkdir. İşsiz olduğu və iki körpə uşağı ilə tək qaldığı üçün Davudun bu təklifi ilə razılaşmışdır. Tutulanadək ay yarım müddət ərzində Davudun Vatçapla bildirdiyi yerlərdən narkotik vasitələr və psixotrop maddə olan torbaları gizlin evinə gətirib öz otağında gizlədib, həmin maddələrin bükümlərə bölərək Dövlətəliyə vermişdir ki, o, müəyyən olan yerlərə onları yerləşdirib şəkillərini ona göndərsin. Bu hərəkətlərinə görə Davud onun bank kartına 150-300 manat civarında pul köçürmüşdür. O da həmin puldan 50-60 manat xərclik üçün Dövlətəliyə vermişdir. Həmçinin bir dəfə Dövlətəlinin velosipedinin təmirinə də pul vermşdir. Onun qaldığı ev iki otaqlı olmaqla bir otaqda iki azyaşlı uşağı ilə o qalır, əri tutulduqdan sonra isə qaynı Dövlətəli digər otaqda qalırdı. O, heç vaxt Dövlətəliyə Davudun göndərdiyi narkotik vasitələrin çəkisini bildirməmişdir. Amma Dövlətəli bilirdi ki, o, bui şlə məşğul olur. Çünki onun Dövlətəliyə verdiyi qanunsuz əşyaları sonuncu müəyyən yerlərə qoyurdu. Həmçinin axırıncı dəfə də Dövlətəli onun Davudun göndərdiyi çəkisi 691.752 qram narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 29.516 qram psixotrop maddə metamfetamindən xəbəri olmamışdır. O, həmin heroindən 86,869 qramını və 26,706 qram metamfetamini bükümlərə qablaşdıraraq Dövlətəliyə vermişdir ki, o, həmin bükümləri «Nur » marketin ətrafında yerləşdirərək şəkillərini çəkib ona göndərsin. Həmin bükümləri ona axşam saat 22-dən sonra vermişdir. Bir azdan sonra Dövlətəli ona zəng edərək sakinlərin onu narkotik vasitələrlə birlikdə saxladığını bildirmişdir. O isə dərhal Dövlətəlinin saxlanılması barədə qaynanasına zəng edib xəbər vermişdir. Dövlətəlini cinayətə o sövq etmişdir, elə bu cinayətə görə də məsuliyyətə cəlb olunmuşdur. Məhkəmədən Dövlətəliyə yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞnin rəisinə ünvanlanan xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, həmin tarixdə saat 22:54-də X4 DİN-nin 102 xidmətinə zəng edərək, 17 yaşlı narkotik satışı ilə məşğul olan şəxsi satdığı narkotiklərlə birlikdə tutub saxlanılması barədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə ünvanlanan xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları həmin gün saat 23:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin ərazisində yerləşən "Nur" marketin qarşısında xx xxxxxxx 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə gətirilmişlər. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs sol əlində saxladığı sellofan paketin içərisindən 01 ədəd şəffaf sellofan, 03 ədəd qara sellofan bükülüləri, əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd “Xiomi”, 01 ədəd “Samsung” və 01 ədəd “Nokia” markalı mobil telefonları təqdim etmiş, bükümlərə baxış keçirilən zaman 01 ədəd şəffaf sellofan bükümün içərisindən ağ rəngli, kristal maddə, 03 ədəd qara rəngli sellofan bükümlərdən isə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu zamanf Təqsirləndirilən şəxs həmin maddələri təxminən bir həftə əvvəl İran vətəndaşından sosial şəbəkə vasitəsi ilə Yasamal rayonunda yerləşən qəbiristanlığın yaxınlığından əldə etdiyini, bir hissəsini satdığını, digər hissəsini satmaq istədiyi zaman saxlanıldığını, maddələri satdıqdan sonra İran vətəndaşının ona təqribən 200 manat pul verməli olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Bakı şəhəri Sabunçu rayon prokuroru xx.xx.2021-ci il tarixli qararla müstəntiqin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətini təmin etməmiş, sonuncunun Sabunçu RPİ-nin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə “başqa yerə getməmə haqqında iltizam alma” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək - 02 gün müddətində həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021ci il tarixli, 6/3255 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 151” dairəvi möhür əksi olan və “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı və imzalar qeyd edilmiş bir ədəd paketdəki 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 86,869 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 26,706 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2022-ci il tarixli, 6/1414 saylı rəyindən müəyyən ounur ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59” ştamp əksi olan paketdəki, 02 sentyabr 2021-ci il tarixli 6/3697 saylı ekspert rəyinə əsasən üzərində vət. “X10 əl çantasına baxış keçirilən zaman...” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə heroinlərin ümumi təmiz çəkisi 2,191 qram, ilkin tədqiqat zamanı isə 5 avqust 2021-ci il tarixli 6/3325 saylı ekspert arayışına əsasən ümumi təmiz çəkisi 2,341 qram olmuşdur. Tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 58” və “Tədqiqat Obyekti № 59” ştamp əksi olan paketlərdəki: - vət. X10 üzərindən və əl çantasından aşkar edilərək götürülmüş heroinlər, eyni zamanda Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. - vət. X10 aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdəki metamfetamin, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) bükümdə olan metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021ci il tarixli, 4326 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə- psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2608 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «CD diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" ASC-dən göndərilmiş CD diskə baxış keçirilən zaman X10 adına açılmış depozit kart hesabından müxtəlif vaxtlarda X14 və Təqsirləndirilən şəxs tərəfindən bankomatlar vasitəsi ilə pulların çıxarıldığı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «mobil telefon aparatına baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi zaman aşkar edilmiş bir ədəd “Samsung J4+” markalı mobil aparatının işlək vəziyyətdə olduğu, içərisində 077 *** ** ** GSM mobil tefefon nömrəsinin olduğu müəyyən edilmişdir. Mobil telefon aparatının “Watsapp” ani mesajlaşma səhifəsinə baxıldıqda narkotik vasitələrin və psixotrop maddələrin tərəzi üzərində, həmçinin müəyyən yerlərə atılmış formada fotoşəkillərin olduğu müəyyən edilmişdir.Həmin səhifədə olan səs yazılarına qulaq asıldıqda isə Davud adlı şəxslə Aygün adlı şəxsin arasında səsli yazışmalar olduğu, yazışmalarda Aygünün Davud adlı şəxsə narkotik vasitələrin və psixotrop maddələrin çəkilərə bölünməsi mövzusunda danışdığı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «mobil telefon aparatına baxış keçirilməsi haqqında» xx.xx.2022-ci l tarixli protokoldan müəyyən olunur ki, X10 üzərinə şəxsi axtarış keçirildiyi zaman aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış zamanı mobil telefon aparatının işlək vəziyyətdə olduğu, içərisində 070 *** ** ** GSM mobil tefefon nömrəsinin olduğu müəyyən edilmişdir. Mobil telefon aparatının “vatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə aparılan danışıqlara baxış keçirilən zaman Dövlətəli adlı istifadəçiyə sms yazaraq onu yaşadığı yerdən götürməyi bildirdiyi, lakin Dövlətəlinin ona səs göndərərək vaxtında xəbər etməsini, əks halda Davudun onlara “mal” göndərdiyini, Aygünlə birlikdə həmin malı paylamağa gedəcəklərini bildirdiyi müəyyən edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 86,659 qram narkotik vasitə heroin və 26,586 qram psixotrop maddə metamfetaminin, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd “Nokia” , bir ədəd “Xiomi” markalı, bir ədəd “Samsung J4+” markalı mobil telefofon aparatları saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, CD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. X7 götürülmüş və Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd “Samsung” markalı mobil telefonun onun barəsində istintaq edilən cinayət işinə aid olması nəzərə alınmalıdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə cinayəti tam sübuta yetirilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində göstərilir ki, şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin qərarın 9-cu bəndində isə göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, çəkisinin şəxsi istehlak miqdarından artıq olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən Təqsirləndirilən şəxs götürülmüş 86,659 qram narkotik vasitə heroin və 26,586 qam psixotrop maddə metamfetamin istehlak miqdarı çəkisindən dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 86-cı maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən, məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən olunmuş hallardan başqa, həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, 14 oktyabr 2003-cü il təvəllüdlü olmaqla, hadisə törətdiyi 01 avqust 2021-ci il tarixə yetkinlik yaşına çatmamış, lakin hal hazırda yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyənləşdirərkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan tövsiyələrini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs elə cəza təyin edilməlidir ki, həmin cəza onun ailə vəziyyətinə, fiziki və mənəvi inkişafına təsir edib onun cəmiyyətə inteqrasiyasına mane olmasın. Cinayət işinə əlavə edilmiş X10 və X11 barəsində olan ittiham aktından onların Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı 170.3-cü (CM-nin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddəsi ilə ittiham olunmaları müəyyən edilir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli məhz anası və qardaşı arvadının təsiri və təzyiqi nəticəsində törətmişdir.. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, həmin cinayətin törədilməsinə anası və qardaşı arvadı tərəfindən cəlb edildiyini, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb edildiyini, etdiyi əməldən peşman olduğunu onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 2324.4.3-cü maddələri ilə CM-nin 85.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini həbsə alındığı 19 iyul 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə Təqsirləndirilən şəxs 02 gün ərzində, yəni xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 86,659 qram narkotik vasitə heroin və 26,586 qam psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung J4+”, bir ədəd “Nokia” və bir ədəd “Xiomi” markalı mobil telefon aparatları sonuncunun qohumlarına qaytarılmalı, CD disklər cinayət işinin materiallaranda saxlanılmalıdır. X7 götürülmüş “Samsung” markalı mobil telefonun isə ona aid olan cinayət işi üzrə maddi sübut olması müəyyən edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 205,76 (iki yüz beş manat yetmiş altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 180 AZN (yüz səksən) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı - 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqındpa iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 86,659 qram narkotik vasitə heroin və 26,586 qam psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung J4+, bir ədəd “Nokia” və bir ədəd “Xiomi” markalı mobil telefon aparatları sonuncunun qohumlarına qaytarılsın, məsul saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınsın, CD disklər cinayət işinin materiallaranda saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 180 AZN (yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar