Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1211/2024 26.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X17 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:50 radələrində Xəzər RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş və orada saat 22:35 radələrində Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əlində olan “Esccentiric” sözü yazılış qırmızı rəngli sellofan torbanın içərisində 01 ədəd bükümdə 1060 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir, o, heç bir zaman narkotik vasitə istifadəçisi olmamış və həmin maddələrin qanunsuz dövriyyəsi ilə də məşğul olmamışdır. İstintaq zamanı polis əməkdaşlarının psixi və fiziki təzyiqi altında qalaraq etiraf edici ifadələr vermişdir. Belə ki, o, turizm işləri ilə məşğul olurmuş. Xarici ölkələrə tez-tez gedirmiş. Belə ki, təxminən hadisə olan gündən 1 ay qabaq İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Məhəmməd adlı şəxs ilə tanış olmuşdur. Sonuncu onun Dubayda meyvə işi ilə 2 il məşğul olduğunu bilmiş və onunla əlaqə saxlamış, nömrəsini isə Sadiq adlı şəxsdən öyrəndiyini bildirmişdir. O Məhəmmədə problem olmadığını və işləyə biləcəklərini bildirmişdir. Bundan bir müddət sonra, yəni xx.xx.2023-cü ildə Məhəmməd ona zəng vuraraq Mərdəkan qəsəbəsinə getməsini sonuncunun türk ortağının orda olduğunu bildirmişdir. O, birinci etiraz edərək gedə bilməyəcəyini bildirsə də, Məhəmməd ona təkid edərək türkün getməli olduğunu və vaxtı olmadığını bildirmişdir. Məhəmmədin dediyi həmin türkdən o pul götürməli imiş. Bu pulu türk ona verəcəyi təqdirdə onlar Məhəmməd ilə birlikdə meyvə işi görəcəkmişlər. Sonda o, Məhəmmədlə razılaşıb sonuncunun dediyi Mərdəkan qəsəbəsi, Makoronlu deyilən əraziyə getmək üçün Uberdən taksi sifariş vermişdir. Taksi sürücüsü isə təsadüfən tanışı Loğman olmuşdur. Onlar Loğman ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən Makoronluya getmiş lakin həmin vaxt Məhəmməd onunla əlaqə saxlayaraq türkün ora gələ bilmədiyini və onun Qala qəsəbəsinə getməli olduğunu bildirmişdir. O, taksiylə Qala qəsəbəsi istiqamətinə gedərkən bu zaman Məhəmməd ona yenidən zəng vuraraq tez getməyini, türkün işi çıxdığını, təcili hava limanına getdiyini və müəyyən məbləğdə pulu atdığı konumda qoyduğunu bildirmişdir. O, həmin konuma və şəkilə baxmış, şəkildə yarım tikili həyətin içində də sellofan paket olduğunu görmüşdür. Bundan sonra deyilən ünvana gelmiş, Loğmana onu maşında gözləməsini və tez qayıdacağını bildirmişdir. O, yarım tikili yaxınlaşıb həmin kuloku götürən zaman 6 nəfər polis əməkdaşı onu saxlamış sonra isə onu Loğmanla birlikdə maşına əyləşdirərək əlini qandallamışlar. Sonradan onları Xəzər RPİ-yə gətirərək üzlərinə şəxsi axtarış keçirmişlər. Onun üzərində hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ona qırmızı selofan torbanı ona göstərərək, saxlandığı zaman ondan aşkar edildiyini, həmin torbada narkotik vasitə olduğunu, həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməsini və təqdim etdikləri sənədləri imzalamasını tələb etmişlər. O, həmin vaxt polis əməkdaşlarına pul götürməyə getdiyini, narkotik vasitə götürmək niyyətində olmadığını bildirsə də polis əməkdaşları ona qarşı qanunsuz hərəkətlər edərək, onu nalayiq ifadələrlə təhqir etmiş, o da məcbur qalıb ona verilən sənədləri imzalamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun üzərinə şəxsi axtarış müdfafiəcinin iştirakı ilə həyata keçirilmişdir. Həmçinin polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalsa da çəkiliş zamanı o, müdafiəçinin verdiyi suala belə halın baş vermədiyini bildirmiş və bununla bağlı sonradan hər hansı orqana şikayət və ya vəsatət verməmişdir. Daha sonra özünü təqsirli bilməməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının və xəstə anasının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün məhkəmə iclasında verdiyi ziddiyətli ifadələri ilə yanaşı, məhkəməyədək istintaq dövründə, şəxsi axtarış keçirilən zamanı dəfələrlə verdiyi etiraf edici ifadələrlə, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə alınmış məlumat əsasında məlum oldu ki, «Əfran» adlı şəxs narkotik vasitələrin qəbulu, saxlanması və satışı ilə məşğul olur. Həmin şəxsin Bakı şəhəri, Qala qəsəbəsi ərazisində Dəmiryol stansiyası deyilən ərazidə olduğu müəyyən edilmişdir. Bundan sonra digər polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və sonuncunu ifşa etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Qala qəsəbəsi ərazisində Dəmiryol stansiyası deyilən ərazinin yaxınlığına yollanmışlar. Orada müşahidələr aparmağa başlamış və Təqsirləndirilən şəxs həmin yerdə, saat 21:50 radələrində “Toyota Prius” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin içərisində dayanıqlı vəziyyətdə olduğu və yanında yəni sürücü sükanında kiminsə oturduğunu görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, bu zaman Təqsirləndirilən şəxs yanındakı şəxsin Şahid3 olduğu müəyyən etmişlər. Həmin şəxslərin hər ikisini Xəzər RPİyə dəvət etmiş, Təqsirləndirilən şəxs və Şahid3 heç bir etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİnin TŞ-nin təhqiqatçısı R.Allahverdiyevə həvalə edilmişdir. Təhqiqatçı R.Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs və Şahid3 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir və sonuncular şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı R.Allahverdiyev Təqsirləndirilən şəxs dəvət olunmuş müdafiəçi B.Səfərovun və onlarla iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq sonuncuya hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əlində olan üzərində Esccentiric sözü qeyd edilmiş sellofanın içərisindən 1 ədəd böyük bükümdə içərisində tünd qəhvəyi rəngdə maddə təqdim edərək İİR-nın vətəndaşı Məhəmməd kimi təqdim edən şəxsdən satış məqsədi ilə aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. Bundan sonra protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan onlar tərəfindən sonuncuya qarşı hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də, Təqsirləndirilən şəxs əlində olan üzərində “Esccentiric” sözü qeyd edilmiş sellofanın içərisindən 1 ədəd böyük bükümdə içərisində tünd qəhvəyi rəngdə maddə təqdim edərək İİR-nın vətəndaşı və özünü Məhəmməd kimi təqdim edən şəxsdən satış məqsədi ilə aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra bu barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan onlar tərəfindən sonuncuya qarşı hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona Uberdən şifariş gəlmiş, o, həmin sifarişi təsdiqləmişdir. Həmin ünvana gəldiyi zaman şifariş verən şəxsin köhnə tanışı Əfran olduğunu görmüşdür. Bu zaman Əfranın verdiyi sifariş Mərdəkan qəsəbəsi, Makoronlu deyilən ərazisi olmuş və sonuncunu sifariş etdiyi ünvana aparan zaman Əfran ona həmin ünvana deyil, Qala qəsəbəsinə gedəcəyini demişdir. Bundan sonra o, Əfranın dediyi kimi maşını Qala qəsəbəsi istiqamətinə sürmüş, sonuncudan nə səbəbə oraya getdiyini soruşmuş, Əfran isə ona bir tanışından əmanət götürəcəyini bildirmişdir. Onlar Qala qəsəbəsinə çatdıqda Əfran maşından düşərək onu 2-3 dəqiqə gözləməsini və gedib qayıdacağını demişdir. Daha sonra Əfranın 4-5 mülki geyimli şəxslə qayıtdığını və sonuncunun əlində göy torba olduğunu görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, onu Əfranla birlikdə maşına əyləşdirib Xəzər RPİ-nə aparmışlar. Orada onun üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. O, həmçinin bildirmişdir ki, Əfranın əlində olan sellofanın içərisində narkotik olduğunu bilməmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 97-99-cu vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 199-203-cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 220-221-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 60-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4416 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 43” dairəvi möhür əksləri olan, “imza”...”soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd selofan bağlamada təmiz çəkisi 1060 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 1060 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1059,950 qram. Cinayət işinin 61-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 155-156-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6527 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etmə halları olub. Lakin hal-hazırda sonuncuda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 147-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3344 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 168-174-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş və digər maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 1059,950qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin saxlanılması üçün Xəzər Rayon Polis İdarəsinə təhvil verilmişdir. Cinayət işinin 166-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilən zamanı müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 22:35-dən 22:50-dək Bakı şəhəri Xəzər RPİ-də qeydə alınmışdır. Həmin idarənin təhqiqatçısı X5 bölməyə gətirilmiş Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otağda şəxsi axtarış keçirilir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif olunur. Sonuncu əlində olan üzərində “Esccentiric” sözü yazılmış sellofan torbanın içərisində 01 ədəd bükümü təqdim edir. O, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, maddi və anasının vəziyyətinin pis olduğunu görüb, xx.xx.2023-cü il tarixdə +**********06 mobil telefonda olan “Whatsapp” vasitəsi ilə İİR-da olan adını “Məhəmməd” kimi təqdim edən şəxs ilə əvvəlcədən danışaraq, 1000 manat pul müqabilində həmin tarixdə 1 ədəd böyük bükümdə içində narkotik maddə olan heroini Xəzər rayonu, Qala qəsəbəsi, YYM-də fərdi yaşayış evinin daş hasarının yanından götürüb, başqa bir saxlanc yerinə saxlamaqla sonradan həmin narkotik maddə olan heroini “Məhəmməd”in başqa bir tanışına təhvil verməli olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin zərflər üçün 43 saylı möhürü ilə möhürlənərək götürülür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmur. Həmçinin dövlət hesabına təyin edilmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərin edilib-edilməməsi barədə soruşduqda sonuncu belə halın baş vermədiyini bildirir. Cinayət işinə əlavə edilmiş AZ-İİİ № 183556 və AZ-İİİ № 586945 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə və X9 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş ataları Təqsirləndirilən şəxs anaları ilə X1r. Cinayət işinə əlavə edilmiş Tibbi Ərazi Bölmələri X14 Tibb Mərkəzi PHŞ-nin xəstəlik tarixindən çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin anası X10 müxtəlif ölçülü xroniki işemik-qliyotik ocaqlar, sol serebral hemisferdə bazal qanqliyalarda və kaudat nukleus başı geniş sahədən geniş kəskin dönəm işemik infarkt sahəsi hər iki maksilyar sinusda havalanma azalmasına səbəb olan mukus retansiya kistaları qeyd edilir. Cinayət işinə əlavə edilmiş X24 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MRT müayinə nəticəsindən görünür ki, C.R.Rüstəmovada hər iki serebellar hemisferdə sağda daha bariz olmaq üzrə posterior inferior serebellar arteriya sulama sahəsində keçirilmiş infarktın qalığı lehinə dəyərləndirilən fokal sahələr, pons sol yarısında millimetrik ölçülü qalıq ocaq, hər iki serebral hemisferdə periventrikulyar ağ maddədə dağınıq yerləşimli çox sayda müxtəlif ölçülü xronik işemik-qliyotik ocaqlar, sol serebral hemisferdə bazal qanqliyalarda və kaudat nukleusda geniş sahədə geniş kəskin dönəm işemik infarkt sahəsi, hər iki maksilyar sinusda havalanma azalmasına səbəb olan mukus retansiya kistaları və mukozal qalınlıq artışları və serebral serebellar atrofiya. Cinayət işinə əlavə edilmiş X24 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MRT müayinə nəticəsindən görünür ki, C.R.Rüstəmovada serebral serebellar atrofiya, sağ serebellar hemisferdə posterior inferior serebellar arteriya sulama sahəsində qismən geniş sahədə keçirilmiş infarktın qalığı lehinə dəyərləndirilən ensefalomalazik sahə, hər iki serebellar hemisferdə millimetrik ölçülü bir neçə ədəd qalıq ocaq, hər iki serebellar hemisferdə periventrikulyar ağ maddədə dağınıq yerləşimli çox sayda müxtəlif ölçülü xronik işemik-qliyotik ocaqlar, sol serebral hemisferdə bazal qanqliyalarda putamen və kaudat nukleus başı səviyyəsində keçirilmiş infarktın qalığı lehinə dəyərləndirilən fokal ensefalomalazik sahə, pons hər iki yarısında solda daha bariz olmaq üzrə millimetrik ölçülü qalıq ocaqlar, bütün paranazal sinuslarda mukozal qalınlıq artışları və havalanma azalması və sağ orta və inferior konxada hipertrofiya, nazal pasajda daralma. Qeyd: kəskin işemik infarkt və ya qanama ocağı izlənməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında verdiyi ziddiyətli və şahidlərin verdikləri ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və şəxsi axtarışı özündə əks etdirən, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 7066,6 dəfə 1 büküm olması, külli miqdarından təxminən 530 dəfə artıq olması sonuncunun narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci iltarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və narkotik vasitəni heroinin şəxsi istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmaması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şəxsi axtarış və götürmə aparılması (i/v 30-31), şübhəli şəxsin izahatından (i/v 32-33), şübhəli şəxsi dindirmə (i/v 72-73), təqsirləndirilən şəxsin dindirmə (i/v 84-86) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə dəfələrlə törətdiyi əməli tam etiraf etmiş, bunu imzaları ilə təsdiq etmişdir. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış gedişatını əks etdirən DVD diskdə olan videogörüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlində olan üzərində “Esccentiric” sözü yazılmış qırmızı rəngli sellofan torbanın içərisində 01 ədəd bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, maddi və anasının vəziyyətinin pis olduğu üçün xx.xx.2023-cü il tarixdə +**********06 mobil telefonda olan “Whatsapp” vasitəsi ilə İİR-da olan adını “Məhəmməd” kimi təqdim edən şəxs ilə əvvəlcədən danışaraq, 1000 manat pul müqabilində 1 ədəd böyük bükümdə içində narkotik maddə olan heroini Xəzər rayonu, Qala qəsəbəsi, YYM-də fərdi yaşayış evinin daş hasarının yanından götürüb, başqa bir saxlanc yerinə saxlamaqla sonradan həmin narkotik maddə olan heroini “Məhəmməd”in başqa bir tanışına təhvil verməli olduğunu bildirir (i/v 30-31). Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkət edilməsini bildirsə də, sonuncu tərəfindən onlar barəsində hər hansı orqana vəsatət və ya şikayət verməmiş, hətta üzərinnə şəxsi axtarış keşirilən zaman ona dövlət hesabına təyin edilmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili B.D.Səfərovun polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərin edilib-edilməməsi barədə sualına belə halın baş vermədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitə istifadəçisi olmadığını, heç vaxt narkotik vasitə istifadə etmədiyini bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6527 saylı rəyindən görünür ki, müayinə zamanı sonuncuda narkotik vasitə heroindən istifadə etmə halları olduğu müəyyən edilir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında onun yarım tikiliyə yaxınlaşarkən həmin selofa torbanı götürmədən polis əməkdaşları tərəfindən onun tutulduğunu bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş taksi sürücüsü L.X.Xametov əvvəlkinin 4-5 mülki geyimli şəxslə avtomaşına yaxınlaşarkən əlində göy torbanın olduğunu və bunu gördüyünü bildirmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Bununla yanaşı, məhkəmə iş üzrə toplanmış və aşağıda göstərilən digər sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan “əməliyyat qrupunun yaradılması barədə” qərardan görünür ki, əməliyyat tədbirinin həyata keçirilməsi məqsədi ilə Bakı Şəhəri Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri Q.A.Ağamaliyev və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 6-cı vərəqəsində olan “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış, onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan Bakı Şəhəri Xəzər RPİ-nə ünvanlanmış raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, saxlanması, satışı ilə bağlı məşğul olması ilə əlaqədar Bakı Şəhəri Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri Q.Ağamaliyev və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarəyə gətirildiyi bildirilmişdir. Sənəndlərin təhlili zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Q.Ağamaliyev tərəfindən “əməliyyat qrupunun yaradılması barədə”, “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərarlar və raport cinayət prosessual qanunvericilyinin normaları pozulmaqla yəni tarix qoyulmadan tərtib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində iki azyaşlı uşağının və xəstə anasının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən aşkar edilən narkotik vasitə heroinin miqdarını (heroinin təmiz çəkisi – 1,060 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6527 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onu bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, şəxsi axtarışın gedişatını əks etdirən iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut Bakı şəhəri Xəzər RPİ-də saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1059,950 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı və həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Bakı şəhəri Xəzər RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1059,950 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1211/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1211/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver