Məhkəmə qərarları › İş №1(101)-1212/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1212/2021

20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1212/2021 20.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1984-cü il tarixində Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Sədərək” Ticarət Mərkəzində qab-qacaq alqı-satqısı ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Məmmədbəyli ərazi dairəsi, Məmmədbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, ev 16-da yaşamış, barəsində həbs qətimkan tədbirinin seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, Türkiyə Respublikasından “Schafer” markalı qab-qacaq gətirərək satmaqla bağlı yalan vəd verib aldadaraq, 2016-cı ilin yaz aylarında ünvan 1 ünvanında Zərərçəkmiş şəxs məzənnə ilə 261152 (iki yüz altmış bir min bir yüz əlli iki) manat təşkil edən 160000 (bir yüz altmış min) ABŞ dolları və bununla bağlı yaranacaq yol xərclərini qarşılamaq üçün məzənnə ilə 6528,80 (altı min beş yüz iyirmi səkkiz manat səksən qəpik) manat təşkil edən 4000 (dörd min) ABŞ dolları məbləğində pulu almış, lakin vədinə əməl etməyərək ümumilikdə məzənnə ilə 267680,80 (iki yüz altmış yeddi min altı yüz səksən manat səksən qəpik) manat təşkil edən 164000 (bir yüz altmış dörd min) ABŞ dolları məbləğində külli miqdarda pulu ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, arvadının dayısı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, Türkiyə Respublikasından “Schafer” markalı qab-qacaq gətirərək satmaqla bağlı yalan vəd verib aldadaraq, 2016-cı ilin yaz aylarında ünvan 1 ünvanında Habildən 261.152 manat, yəni 160.000 ABŞ dolları və bununla bağlı yaranacaq yol xərclərini qarşılamaq üçün məzənnə ilə 4.000 ABŞ dolları məbləğində pulu almışdır. Lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək onun ümumilikdə 164.000 ABŞ olları məbləğində külli miqdarda pulu ələ keçirmişdir. Bundan başqa bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrdə özünü müdafiə etmək məqsədi ilə yalnış ifadə vermişdir. Əməlindən peşmandır. Hazılrda Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan cinayət əməlini törətmədə özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ilin yaz aylarında qohumunun toy məclisində digər qohumu Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Söhbət əsnasında Təqsirləndirilən şəxs birlikdə iş qurmağı ona təklif etmişdir. O, görəcəyi işin nədən ibarət olduğunu ondan soruşmuşdur. Təqsirləndirilən şəxs isə "xxxx" Şirkətinin Azərbaycan Respublikasında rəsmi nümayəndəsi olduğunu, güclü əlaqələrinin olduğunu, həmin şirkətin servis və qab-qacaq dəstlərini Bakı şəhərinə gətirərək restoran və şadlıq evlərinə sata biləcəklərini bildirmişdir. O, Təqsirləndirilən şəxs işi görmək üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs isə işə başlamaq üçün 160000 (bir yüz altmış min) ABŞ dolları pul lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin pulun nə üçün lazım olduğunu soruşduğu zaman o, həmin pula servis və qab-qacaq dəstlərini ölkəyə gətirəcəyini bildirmişdir. O, Qoşqarla razılaşmış və birlikdə iş görməyi planlaşdırmışdır. Görəcəyi iş üçün lazım olan 160000 (bir yüz altmış min) ABŞ dollar pulu təqribən bir həftə sonra Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. Qoşqar onunla razılaşmış və onlar Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsində yaşayan qaynatasının evində görüşməklə bağlı razılıq əldə etmişlər. Təqribən bir həftə sonra oğlu Şahid1 və Təqsirləndirilən şəxs qaynı Şahid3lə birlikdə Qoşqarın qaynatasının evinə gəlmişlər. Orada Qoşqarla söhbət etdikdən sonra ona 160000 (bir yüz altmış min) ABŞ dolları pulu vermişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs yol xərclərini qarşılamaq üçün əlavə olaraq 4000 (dörd min) ABŞ dolları pula ehtiyac olduğunu bildirmişdir. Bu səbəbdən o, avtomobilindən əlavə olaraq 4000 (dörd min) ABŞ dolları da götürərək oğlunun və Bəbirin yanında Qoşqara vermişdir. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra səhəri gün Türkiyə Respublikasına gedərək servis və qabqacaqları göndərəcəyini bildirmişdir. Bu hadisədən bir müddət sonra Təqsirləndirilən şəxslə əlaqə saxlamış və işlərin nə yerdə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs isə işlərin tezliklə yaxşı olacağını bildirmişdir. Təqribən 2-3 ay ərzində Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Sonda o, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirdiyini görüb pulu mənimsədiyini anlamışdır. Ona zəng edərək görüşərək verdiyi pulun hesabatını aparmağı ona təklif etmişdir. Ancaq o, yenədə müxtəlif bəhalər gətirərək vaxtı uzatmışdır. 2016-ci ilin dekabr ayının 6-da Azərbaycan Respublikası MTN-nin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikas CM-in 182-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxslə maraqlana bitməmiş və buna görə Qoşqar onun pulunu geri qaytarmayaraq ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsi, Zərərçəkmiş şəxs isə xalasının həyat yoldaşıdır. Təqribən 2016-cı ilin yaz aylarında xalasının həyat yoldaşı Zərərçəkmiş şəxs ilə söhbət etdiyi zaman Təqsirləndirilən şəxslə birlikdə servis və qab- qacaq işi görmək üçün razılıq əldə etdiklərini, bunun üçün Qoşqara 160000 (bir yüz altmış min)ABŞ dolları məbləğində pul verəcəyini bildirmişdir Bu danışıqlarından bir həftə sonra onların Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsində yerləşən evlərində baş tutan qonaqlıq mərasimində Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs görüşmüşlər. Söhbət etdikdən sonra Zərərçəkmiş şəxs avtomobilindən pul gətirərək Qoşqara vermişdir. Qoşqar pulu saydıqdan sonra 160000 (bir yüz altmış min) ABŞ dolları məbləğində pul olduğunu bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlavə olaraq 4000 (dörd min) ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. Habil ondan pulun nə üçün lazım olduğunu soruşduqda o, 4000 (dörd min) ABŞ dolları məbləğində pulun yol xərci kimi lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs təkrarən avtomobilinə gedərək 4000 (dörd min) ABŞ dolları pulu gətirmiş və onu da Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin pulu da götürdükdən sonra səhəri gün Türkiyə Respublikasına gedərək servis və qab-qacaq göndərəcəyini bildirmişdir. Bu hadisədən bir müddət sonra Zərərçəkmiş şəxs işlərin nə yerdə olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs isə Qoşqarın hər dəfə bir bəhanə ilə vaxtı uzatdığını, işlərin yaxşı olacağını bildirdiyini demişdir. 2016-ci ilin dekabr ayının 6-da Zərərçəkmiş şəxs Azərbaycan Respublikası MTN-nin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikas CM-in 182-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında olan məsələnin nə yerdə qaldığından məlumatı olmamışdır. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 164000 (bir yüz altmış dörd min) ABŞ dolları məbləğində pulu onun yanında vemişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsi, Zərərçəkmiş şəxs isə xalasının həyat yoldaşıdır, Təqribən 2016-cı ilin yaz aylarında xalasının həyat yoldaşı Zərərçəkmiş şəxs ilə söhbət etdikləri zaman Təqsirləndirilən şəxslə birlikdə servis və qab- qacaq işi görmək üçün razılıq əldə etdiklərini, bunun üçün Qoşqara 160000 (bir yüz altmış min) ABŞ dolları məbləğində pul verəcəyini bildirmişdir. Bu danışından bir həftə sonra onların Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsində yerləşən evlərində baş tutan qonaqlıq mərasimində Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs görüşmüşdür. Söhbət etdikdən sonra Zərərçəkmiş şəxs avtomobilindən 160000 (bir yüz altmış min) ABŞ dolları məbləğində pul gətirərək Qoşqara vermişdir. Sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlavə olaraq yol xərci kimi 4000 (dörd min) ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs təkrarən avtomobilinə gedərək 4000 (dörd min) ABŞ dolları pulu gətirmiş və onu da Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin pulu da götürdükdən sonra səhəri gün Türkiyə Respublikasına gedərək servis və qab-qacaq göndərəcəyini bildirmişdir. Bu hadisədən bir müddət sonra Zərərçəkmiş şəxs işlərin nə yerdə olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs isə Qoşqarın hər dəfə bir bəhanə ilə vaxtı uzatdığını, işlərin yaxşı olacağını bildirdiyini demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 164000 (bir yüz altmış dörd min) ABŞ dolları məbləğində pulu onun yanında vemişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Təqribən 2016-cı ilin yaz aylarında atası Zərərçəkmiş şəxs ilə söhbət etdikləri zaman Təqsirləndirilən şəxslə birlikdə servis və qab-qacaq işi görmək üçün razılıq əldə etdiklərini, bunun üçün Qoşqara 160000 (bir yüz altmış min) ABŞ dolları məbləğində pul verəcəyini bildirmişdir. Bu danışığından bir həftə sonra xalasıgilin Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsində yerləşən evində qonaqlıq mərasimində atası Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs görüşmüşdür. Söhbət etdikdən sonra atası Zərərçəkmiş şəxs avtomobilindən pul gətirərək Qoşqara vermişdir. Qoşqar pulu saydıqdan sonra 160000 (bir yüz altmış min) ABŞ dolları məbləğində pul olduğunu bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs əlavə olaraq 4000 (dörd min) ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. Atası ondan pulun nə üçün lazım olduğunu soruşduqda o, 4000 (dörd min) ABŞ dolları məbləğində pulun yol xərci kimi lazım olduğunu demişdir. Atası təkrarən avtomobilinə gedərək 4000 (dörd min) ABŞ dolları pulu gətirmiş və onu da Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin pulu da götürdükdən sonra səhəri gün Türkiyə Respublikasına gedərək servis və qab-qacaq göndərəcəyini bildirmişdir. Bu hadisədən bir müddət sonra atasından işlərin nə yerdə olduğunu soruşmuşdur. Atası isə Qoşqarın hər dəfə bir bəhanə ilə vaxtı uzatdığını, işlərin yaxşı olacağını bildirdiyini demişdir. 2016-ci ilin dekabr ayının 6-da atası Azərbaycan Respublikası MTN-nin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikas CM-in 182-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən onun Təqsirləndirilən şəxslə atası arasında olan məsələnin nə yerdə qaldığından məlumatı olmamışdır. Atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 164000 (bir yüz altmış dörd min) ABŞ dolları məbləğində pulu onun yanında vemişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid2 şahid Allahverdi Əlizadə ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan, Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 09 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı var. Onlar 06.06.2016-cı il təvəllüdlü X5, 01.06.2013-cü il təvəllüdlü X1 və 24.12.2011-ci il təvəllüdlü X4r. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, ailəli və himayəsində üç azyaşlı uşaqlarının olmasını, zərər çəkmiş şəxslə barışmasını, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs 08 noyabr 2020-ci il tarixdən həbsdə saxlanıldığı 09 (doqquz) ay 12 (on iki) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır və ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi”ndən bəhs edən 60-cı maddəsinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti 07 il 06 aydan artıq ola bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasındakı davranışını, zərər çəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, habelə cəzasını yüngülləşdirən digər halları nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair nəticəyə gələrkən, cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, onlarla barışmasını və bununla da törədilmiş cinayət əməlinin, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Azercell”, “Bakcell” və "Azərfon” MMC-dən götürülmüş ümumilikdə 05 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarınada saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 158, 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 noyabr 2020-ci il tarixdən həbsdə saxlanıldığı 09 (doqquz) ay 12 (on iki) gün ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 02 ( iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Azercell”, “Bakcell” və "Azərfon” MMC-dən götürülmüş ümumilikdə 05 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarınada saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar