Məhkəmə qərarları › İş №1(101)-1212/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1212/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1212/2022 30.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “AİM” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 27 avqust 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Hərbi Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki ünvan 2nvanda yerləşən yeni tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni təkrarən əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - 10,649 qram narkotik vasitə olan heroini və külli miqdarda - 9,150 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsinə qədər daşımış, 26 noyabr 2021-ci il tarixdə təxminən saat 16 radələrində özünü şübhəli apardığına görə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 14-cü Polis Bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən arxasında “200g/0.01g” yazısı və üzərində heroin, metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi, şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,649 qram olan narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,150 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən qanunsuz olaraq satış məqsədi ilə 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1,000 qram təşkil edən narkotik vasitə olan heroini 01 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində qeyrisindən 30 manat müqabilində alaraq əldə etmiş, üzərində saxlamış və daşımış, 02 fevral 2022-ci il tarixdə təxminən saat 11:30 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 14-cü Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ cibindən üç bükümdə ayrı-ayrılıqda çəkiləri 0,219 qram, 0,382 qram və 0,399 qram olmaqla ümumi təmiz çəkisi 1,000 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, tutulmazdan təxminən 3-4 ay əvvəldən “kakos” və “şüşə” kimi tanıdığı narkotik vasitələri yandıraraq tüstüsünü nəfəsə çəkməklə istifadə etməyə başlamışdır. 26 noyabr 2021-ci il tarixdə səhər saatlarında evdə yatarkən onu oyatdıqlarını hiss etmiş və oyandıqda iki nəfər polis formasında olan şəxsin başının üstündə dayandığını görmüşdür. Anar adlı əməliyyat müvəkkili əllərində iki ədəd bükümü göstərərək bunların narkotik vasitə olduğunu demişdir. Həmin bükümlərin içərisində “kakos” və “şüşə” adlı narkotik vasitələr olmuşdur. Bundan sonra yataq otağındakı mütəkkənin altından adını bilmədiyi əməliyyat müvəkkili bir ədəd elektron tərəzi çıxarmışdır. Bundan sonra onu 14-cü Polis Bölməsinə aparmışlar. Bölmədə olarkən əməliyyat müvəkilləri onlara kömək etməyini təklif etmişlər və belə olduqda işinin “yüngül” olacağını demişlər. O da bacardığı qədər kömək edə biləcəyini demişdir. Bundan sonra onu avtomobilə əyləşdirib Maştağa qəsəbəsinin içərisini gəzdirməyə başlamışlar. O, polislərin soruşduqları şəxsləri tanımadığını dedikdə, onlara köməyinin dəymədiyini demişlər və onu Polis Bölməsinə qaytarmışlar. Polis Bölməsinin saxlama yerində Səməd Liftiyev adlı tanışını görmüşdür. Səməd də narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. O, Səmədin onun yaşadığı evə gəlib orada özünə məxsus narkotik maddələri satmaq üçün qablaşdırmağı, bunun müqabilində isə Səmədin ona istifadəsi üçün narkotik maddələri pulsuz verməsi barədə razılığa gəlmişlər. Bundan sonra onu təhqiqatçının otağına aparmışlar. O, olduğu kimi danışmaq istədikdə tanımadığı polis bu formada danışsa, işinin yaxşı olmayacağını demişdir. Bu səbəbdən polislərin dedikləri ilə razılaşmışdır. Polislər ondan narkotik maddələri yaxınlıqdakı kəndlərin birindən, yəni “Zabrat dairəsi”ndən tanımadığı şəxsdən 400 manat müqabilində aldığını deməyini məsləhət görmüşlər. O da işinin yüngül olmasına görə razılaşmışdır. Bundan sonra içərisində heroin və metamfetamin olan iki bükümü və tərəzini ona vermişlər. Polislər tərəfindən üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək etirazının olubolmaması soruşulmuşdur. O da vəkil olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra ona üstündə olan əşyaları özünün təqdim etməsi təklif edilmişdi. O da şalvarının sağ cibindən bir ədəd elektron tərəzini, şalvarın sol cibindən isə iki ədəd bükümü çıxararaq masanın üstünə qoymuşdur. Polislər üzərini axtaran zaman başqa heç nə aşkar edilməmişdir. Sorğu-sual zamanı həmin bükümlərdəki maddələrin heroin və metamfetamin olduğunu, bunları 26 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Zabrat dairəsi” adlanan yerin yaxınlığında üzdən tanıdığı şəxsdən 400 manata aldığını bildirmişdir. Elektron tərəzi ilə aldığı narkotik maddələrin çəkisini ölçdüyünü, çəkidə aldadılıbaldadılmadığını yoxladığını bildirmişdir. Həmin bükümlər və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdı. Daha sonra protokol tərtib edilmiş, o və digər şəxslər həmin protokolu imzalamışlar. Bundan sonra onu X6 gətirmişlər. Amma sonradan məhkəmə onu həbsdən buraxmış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa 01 fevral 2022-ci il tarixdə X5 30 manata üç büküm heroin almış və üzərində saxlamışdır. O, dəfələrlə Səməddən heroin və metamfetamin almışdır. 02 fevral 2022-ci il tarixdə təxminən saat 11:30 radələrində Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 9 saylı ünvanda olarkən iki nəfər polis ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona suallar verməyə başlamışlar. O da həyəcanlanmış və suallara düzgün şəkildə cavab vermədiyindən polislər onu Polis Bölməsinə aparmışlar. Orada şəxsiyyəti müəyyən olunduqdan sonra polislər videoçəkilişlə üzərinə baxış keçiriləcəyini bildirmişlər, o da etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunmuş, vəkil təqdim edilmişdir. Polis əməkdaşları tərəfindən baxış keçirilərkən ondan üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması soruşulmuş, o da gödəkçəsinin sağ cibindən öz istifadəsi üçün saxladığı üç ədəd bükümü çıxarıb təqdim etmişdir. O, həmin bükümdəki maddənin heroin olduğunu və Səməd Liftiyevdən aldığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə polislər tərəfindən qablaşdırılmış, möhürlənmiş, bu barədə tərtib edilmiş protokol, həmçinin zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Polislər tərəfindən ona qarşı heç bir kobudluq edilməmiş, o cümlədən heç bir fizki təsir göstərilməmişdir. Kimsəyə qarşı heç bir narazılığı yoxdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, üstündən çıxanı isə öz istifadəsi üçün saxlamışdır. Əməlindən çox peşmandır. Bu yoldan əl çəkmək və həm də müalicə olunmaq istəyir. Bütün bu halların, cavan olmasının nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini, istifadəçi kimi məhkum olunmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 26 noyabr 2021-ci il tarixdə saat 16 radələrində 14-cü Polis Bölməsinin inzibati ərazisinə daxil olan Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində əməliyyat müvəkkili Şahid3lə birlikdə xidmət aparan zaman küçədə piyada şəkildə hərəkətdə olan bir nəfər şəxsin özünü aşkar şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Özünü təqdim edən həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs suallara qısa, rabitəsiz cavablar verib üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədin olmadığını deyərək onlardan yayınmağa və uzaqlaşmağa çalışmışdır. Hətta hərəkətləri aşkar şəkildə qaçmağa cəhdlə bağlı olmuşdur. Amma onlar cəld tərpənib Təqsirləndirilən şəxs uzaqlaşmasına imkan verməmiş və onu saxlamışlar. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etdiyini bildirməsi onlarda sonuncunun üzərində narkotik vasitə saxlaması şübhəsi yaratmış, ona görə də onu 14-cü Polis Bölməsinə aparmışlar. Polis Bölməsində olarkən Təqsirləndirilən şəxs özü də üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. X2 tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs üzərində olan əşyaları özünün təqdim edərək masanın üzərinə qoyması təklif edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzini və həmin şalvarın sol yan cibindən iki ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlərin içərisinə baxış keçirildikdə bükümlərdən birinin içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə, digər bükümün içərisində isə ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki maddələrin narkotik vasitə olduğunu, həmin maddələri şəxsi istifadəsi üçün 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, “Zabrat dairəsi’’nin yaxınlığında üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 400 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin tərəzini isə narkotik vasitələrin çəkisini ölçmək üçün saxladığını demişdir. Aşkar edilmiş bükümlər qablaşdırılmış, möhürlənmiş və hər iki zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsla bağlı əlavə məlumatlar toplanarkən bu şəxsin müntəzəm şəkildə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması məlumatlar əldə olunmuşdur. Bu şəxsi onlar Mehdi Hüseynzadə küçəsində saxlamışlar və onun evinə gedilməsi, ona narkotik vasitəni əldə etməsi halları ilə bağlı fərqli ssenari danışmasının təklif edilməsi ilə bağlı bildirdikləri həqiqətdən tam uzaqdır və ifşa olunduğu üçün özünü müdafiə məqsədi ilə uydurduğu yalanlardır. Polis Bölməsinə aparıldıqdan sonra da ona hər hansı şəkildə, o cümlədən psixoloji təsir edilməmiş, bütün hərəkətlər qanun çərçivəsində icra edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində tərəflərindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri çərviçəsində Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi Səməd Liftiyev adlı şəxs də müəyyən edilərək işfa edilmişdir. Hazırda başqa bir cinayət işi üzrə həmin Səməd Liftiyev külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı ittiham olunur və həbsdədir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 02 fevral 2022-ci il tarixdə saat 12 radələrində iş yoldaşı Şahid2la ünvan 3 ünvanda xidmətdə olarkən həmin küçədə bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etmişlər. Onlar həmin şəxsə yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim etməyini xahiş etsələr də həmin şəxs üzərində sənədinin olmadığını bildirmişdir. Həmin şəxsin özünü qeyri-adekvat apadığını görüb onu 14-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində saxlanılan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirilməsinin səbəbini, hüquq və vəzifələrini izah etmişlər, həmçinin hüquqlarının müdafiəsi üçün 7 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim etmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, sonuncunun əynindəki qara rəngli gödəkçənin sağ cibindən bir ədəd “Orbit” adlı saqqız qutusunun içərisindən üç ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin heroin olduğunu, özü istifadə etməsi üçün Səməd adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş maddələr zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanaraq düzgünlüyü təsdiq olunmuşdur. Sonra da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ay əvvəl törətdiyi oxşar əmələ görə saxlanılıb, barəsində də cinayət işi istintaq olunur. Bu şəxslə bağlı aparılan araşdırma zamanı onun xidməti ərazidə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatlar əldə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi Səməd Liftiyev adlı şəxs də sonradan külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə saxlanılmış və həbs olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 26 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzini və şalvarın sol yan cibindən iki ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin narkotik vasitə olduğunu, 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat dairəsi”nin yaxınlığında tanımadığı şəxsdən 400 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 150-151, 194-196). Şəxsi axtarış və götürmə aparılması haqqında 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindəki bir ədəd “Orbit” markalı saqqız qutusunun içərisindən üç ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlər açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər toz şəkilli maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni Bilgəh qəsəbəsində Səməd adlı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 27-29). Məhkəmə-kimyəvi ekspertizasının 27 noyabr 2021-ci il tarixli, 6/5271 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr” yazısı və imzalar olan kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 10,649 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 9,150 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Elektron tərəzinin üzərində heroin və metamfetaminin izləri vardır. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 9,050 qram, heroinin qalıq çəkisi 10,549 qram təşkil etmişdir (cild 1, iş vərəqə 155-161). Məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2022-ci il tarixli, 6/660 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №100 dairəvi möhür əksi olan, şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdəki üzərində “Orbit” sözü olan bir ədəd karton qutuda üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,219 qram, 0,382 qram, 0,399 qram, ümumi təmiz çəkisi 1,000 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponenetlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 0,910 qram təşkil etmişdir (cild 1, iş vərəqə 37-42). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 aprel 2022-ci il tarixli, 1940 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 67-68). Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 18 aprel 2022ci il tarixli 963 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. (cild 2, iş vərəqə 70-72). Diskə baxış keçirilməsi haqqında 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 16 noyabr 2021-ci il tarixdə ***-***-**-** saylı nömrədən “la qaqawun olur sehere kimi bide bawimi qata bilsem 15 20 manatlig duzelt umudem sene gecen xeyre birde gorersen oyag olarsan indiye zada alinar qaqawimsan menle elage saxla hara disen gelim pisdi vezyet”, 14 noyabr 2021-ci il tarixdə ***-***-**-** saylı nömrədən “Atam agriyir canim seher hara disen gelim haqhesab edey bidene kola ver mene”, 18 noyabr 2021-ci il tarixdə ***-***-**- ** saylı nömrədən “ Coxsağol qaqaş bele hörmet eledive göre allah canvu sağ elesin sene didim axı ağrıyram da diyedinki yoxduda yoxsa meni qapda gözdedrsen cıxmrsan nolarki allah genede canu sağ elesin”, 20 noyabr 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “ Saleh qaqaw kirov kruqundayam hara gelim qardas soyuqdan dondum burda taksiyle gelmisem astanovkadayam”, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən 28 avqust 2021-ci il tarixdə ***-***-**-** saylı nömrəyə “Qardaşım 25 manata 150qıram verərəm özüvə götürürsənsə”, 28 avqust 2021-ci il tarixdə ***-***-**-** saylı nömrəyə “ Qaqaş cox saxol allah razı olsun kola yoxundu mən tək patını neyniyim hecnə yenədə cox saxol”, 28 avqust 2021-ci il tarixdə ***-***-**-** saylı nömrəyə “Su. 130qram 15manata isdiyen olsa di”, 29 avqust 2021-ci il tarixdə ***-***-**-** saylı nömrəyə “ Qaqş sənə sözüm variydı gör isdəsən xəbər elə bura dəyəy biraz pul var səndə üsdünə qoysan əla olucey sənədə mənədə 70manat olsa təmiz 3qıram qaqa mənə bir söz diyərsən”, 01 sentyabr 2021-ci il tarixdə ***-***-**-** saylı nömrəyə “Salam qaqa mende dobru aet var 10manatdəxdə sene 5manata verərəm pul lazımdı ona görə tez ucuz verirəm” məzmunlu mesaj mətnlərinin göndərilməsi müəyyən edilmişdir (cild 2, iş vərəqə 12-13). Telefon məlumatlarına baxış keçirilməsi barədə 25 may 2022-ci il tarixli protokoldan görünür ki, 15 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə ***- ***-**-** nömrəsindən “qaqas mana 10 manatlıq kola”, 16 noyabr 2021-ci il tarixdə ***-***- **-** nömrəsindən “salam qaqas kola var”, 01 dekabr 2021-ci il tarixdə ***-***-**-** nömrəsindən “qaqas 5 varımdı nece edey bidene cixim veziyyetden qaqas evdeyem gedim eldargila negedere gelersan amma deqiq qaqas coox esebiyem qardaşımsan cixart vez.”, 20 dekabr 2021-ci il tarixdə ***-***-**-** nömrəsindən “qaqas mana kola lazimdi alnar bir cet”, 07 noyabr 2021-ci il tarixdə ***-***-**-** nömrəsinə “qaqaşım mende qram yarım patı var 50 manat vere bilersen.kimese cvb yaz bilim çatan kimi vzv ver gelim meledeyem”, həmin tarixdə həmin nömrəyə “yarım kola yarım patı verir tele mennen cvb gozdiyir he yox di mene evde seni tez gelson qeseng olar”, 16 noyabr 2021-ci il tarixdə həmin nömrəyə “salam qaqas kola varundu 5 manatım var verim man tapa bilmirem”, eləcə də bu kimi narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı mesaj mətnlərinin göndərilməsi müəyyən edilmişdir (cild 2, iş vərəqə 78-79). Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmadığından ibtidai istintaq orqanının 25 may 2022-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 102-109). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 18 yanvar 2022-ci il tarixli, 663 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 10). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Xəzər Rayon Məhkməsinin 15 noyabr 2019-cu il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir (cild 1, iş vərəqə 107-108, 109-124). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin, 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən SMS yazışmalarının məzmunları ilə tam təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı ilə məhkəmə iclas zalından azad edilmiş, ibtidai istintaq oranının 06 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan sonra o, başqa cinayət epizodu üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 02 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İbtidai istintaq orqanının 14 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işləri bir icraatda birləşdirilmişdir (cild 1, iş vərəqə 17, 84-86, 125, 139, 208-211, 232-233). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 3 (üç) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 10,549 qram və 0,910 qram təşkil edən heroin və 9,050 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışların keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd disk, “Azerfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 179 (bir yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38,156). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində “AİM” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi “AİM” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 3 (üç) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 6 (altı) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 10,549 qram və 0,910 qram təşkil edən heroin və 9,050 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışların keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd disk, “Azerfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 179 (bir yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “AİM” Vəkil Bürosunun hesabına vəkil X4 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar