Məhkəmə qərarları › İş №1(101)-1212/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1212/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1212/2024 03.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğullarının iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 03 noyabr 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 234.4.1 maddəsi ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3vanında yaşamış, hazırda barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satmağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə qardaşı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, qardaşı Təqsirləndirilən şəxs2la birlikdə “onlayn” qaydada 250 manat ödəniş etməklə sifariş verdikləri 1,747 qram çəkidə narkotik vasitə heroini əvvəlcədən gizlədərək onlara məlumat verilən yerdən götürüb qanunsuz əldə etmək, saxlamaq, daşımaq və konkret müştərilərə satıb qazanc əldə etmək üçün 15 may 2023-cü il tarixdə saat 02 radələrində cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 idarə etdiyi qara rəngli “Daewoo Gentra” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 26 və 51-ci küçələrin kəsişməsinə getmiş, sonuncu avtomobili həmin yerdə saxlayıb sükan arxasında əyləşməklə gözlədiyi müddətdə avtomobildən yerə düşüb 1,747 qram çəkidə narkotik vasitə heroini gizlədildiyi yerdən götürərkən ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin X12 Alayının əməkdaşları tərəfindən müşahidə və aşkar edildiklərini görüb əldə etmək istədikləri narkotik vasitə ilə birlikdə cinayət başında yaxalanacaqlarını başa düşərək cinayət məsuliyyətindən yayınmaq üçün 1,747 qram çəkidə narkotik vasitə heroini gizlədildiyi yerdən götürməyərək dərhal qaçıb bir qədər kənarda gözləyən Təqsirləndirilən şəxs2 idarə etdiyi “Daewoo Gentra” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, avtomobili onları yaxalamaq istəyən polis əməkdaşlarının üzərinə qəsdən sürüb həyat və sağlamlıqları üçün real təhlükə yaratmaqla hadisə yerindən qaçmağa nail olmuş, nəticədə Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2la birlikdə öz iradələrindən asılı olmayan səbəbə görə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 1,747 qram çəkidə narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və satmaya yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyib həmin cinayəti törətməyə cəhd etmiş, hadisə ilə bağlı daxil olmuş məlumat əsasında 15 may 2023-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 iştirakı ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 26 və 51-ci küçələrin kəsişməsində yerləşən əraziyə baxış keçirilərkən onun bir qədər əvvəl qardaşı ilə birlikdə qanunsuz olaraq əldə etməyə cəhd göstərdiyi karton stəkana yerləşdirilmiş bir ədəd bükümdə 1,747 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hadisə yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadə verərək göstərmişdir ki, bir gözü anadangəlmə tamamilə kordur. 14 may 2023-cü il tarixdə gecə radələrində qardaşı ilə birlikdə olmuşdur. Gecə vaxtı avtomobil idarə edə bilmədiyi üçün qardaşından özünə məxsus “Daewo Gentra” markalı avtomobili Badamdarda göstərdiyi ünvana qədər idarə edilməsini xahiş etmişdir. Qardaşı onun narkotik vasitə istifadəçisi olduğunu bilsə də, həmin ünvandan narkotik vasitə götürmək üçün getməsi barədə sonuncuya məlumat verməmişdir. Hadisə günü o, onlayn qaydada əldə etdiyi şəkil və yerləşmə yeri istiqamətləri əsasında narkotik vasitə əldə etməyə getmişdir. Narkotik vasitənin miqdarı, hansı bağlamada olması barədə məlumata sahib olmamış, razılığa əsasən həmin maddə hasarın dibinə yerləşdirilməli olmuşdur. Ödəniş qismində tərəfindən 50-60 manat verilməsi müəyyənləşdirilsə də həmin şəxsdən bir neçə dəfə narkotik vasitə əldə etdiyinə görə aralarında yaranmış etibarlılıq münasibətlərinə əsasən ödənişin sonradan verilməsinin mümkünlüyü razılaşdırılmışdır. Həmin şəxsi internet vasitəsilə tanımış, danışığından azərbaycanlı olduğunu düşünmüşdür. Qeyd edilən ünvana çatdıqdan sonra avtomobildən düşərək¸ arxasına keçmiş, mobil telefonun işıqlarını yandırmış, təxminən 50 metr aralıda Post Patrul Xidmətinin avtomobilinin işıqları yandırıldığını gördüyündən arxa qapını açaraq avtomobilə oturarkən Post Patrul Xidmətinin avtomobili onların avtomobilinin qarşısını kəsmişdir. Polis əməkdaşları həmin ünvana onlardan əvvəl getməklə orada gəlmələrini gözləmişdirlər. Onun xahişi ilə qardaşı avtomobili arxa-arxaya idarə edərkən polis əməkdaşı qapıdan onun ayağımdan silahla vurmuşdur. Həmin xəsarətə görə yeddi ay ərzində dörd dəfə əməliyyat olunmuşdur. Polis əməkdaşları qardaşının idarə etdiyi avtomobilin arxasınca da silahla atəş açmışdırlar. Hadisə Badamdarda ikinci massivdə villaların yanında baş vermişdir. Tərəflərindən polisə müqavimət göstərilməmişdir. Hadisə yerindən birbaşa X13 yollanmışlar. Daha sonra təxminən 20 nəfər polis əməkdaşı X13 gəlmişdirlər. Tərəflərindən narkotik vasitələrin satışı həyata keçirilməmişdir. Belə ki, narkotik vasitə satan yerdə saxlanılmamışdırlar, narkotik vasitə satmaları güman edilən şəxslər ilə üzləşdirilməsini tələb edir. Bundan başqa qardaşı dəvət üzrə könüllü şəkildə Baş Polis İdarəsinə getsə də həmin İdarədə qardaşının üzərinə şər atılmışdır. Hadisə yerindən getdikdən sonra oraya bir daha qayıtmamışdır. O, X13 çatdıqdan təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları ona hadisə yerinə narkotik vasitə əldə etmək üçün getdiyini və həmin narkotik vasitənin onlar tərəfindən götürüldüyünü bildirmişdirlər. O, polis əməkdaşlarına hadisə yerinə narkotik vasitə əldə etmək üçün getdiyini təsdiqləmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özün ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, onun həyat yoldaşı hərbi “Hospitalda” işlədiyi üçün hadisə günü növbədə olmuşdur. O, əvvəllər tikintidə və digər yerlərdə işləmişdir. Hazırda işləmir. Gecə vaxtı qardaşı Badamdar ərazisinə getməli olduğunu bildirmiş və onun avtomobilini idarə etməsini xahiş etmişdir. Qardaşının narkotik vasitə istifadəçisi olduğunu bilsə də, hadisə günü qardaşının narkotik vasitə götürmək üçün getməsindən xəbəri olmamış, qardaşı ona gedəcəyi ünvanda qızla görüşəcəyini bildirmişdir. Qardaşının avtomobilə oturaraq ondan avtomoilin hərəkətə gətirilməsini xahiş edərkən orada olan polis əməkdaşlarından birinin Vüsalın görüşmək istədiyi qızın qardaşı olduğunu düşünmüşdür. Polis əməkdaşı avtomobildən düşən kimi odlu silahdan atəş açmağa başlamış, o avtomobili birbaşa X16 mərkəzinə çatdırmışdır. Qardaşından hadisənin səbəblərini soruşmağa imkan tapmamışdır. Vüsalı həkimlər apardıqdan 5-10 dəqiqə sonra polis əməkdaşları onun qolunaa qandal vuraraq aparmışdırlar. Polis əməkdaşları onun narkotik istifadəçisi olduğu üçün saxlanıldığını bildirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Baş Polis İdarəsində dindirilərkən ona Şahinlə üzləşdirilicəyi və Şahinin narkotik vasitələrin satışı ilə məşğul olmasını söyləməsi bildirilmişdir. O, Şahinlə birlikdə narkotik vasitə istifadə etmiş, bir-birinə narkotik vasitənin tapılması üçün köməklik göstərmişdirlər. Narkotik vasitəni o, Şahinə, Şahin isə ona vermişdir. O özü taksi fəaliyyətilə məşğul olur. 4-5 ildir ki, narkotik vasitə istifadə edir. Onlar narkotik vasitələri “Kubinka” adlanan ərazidən, Arif, Ruslan, Mikayıl adlı şəxslərdən almışdırlar. Onların məhləsində hamı narkotik vasitə satmışdır. İdarədə ona Şahinin narkotik vasitə satmasını bildirməsə özünün də narkotik vasitələrin satışı ilə günahlandırılacağı bildirilmişdir. Şahin və Vüsal ona narkotik vasitəni satmamış, Vüsal isə ümumiyyətlə ona narkotik vasitə verməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 3 ildən çoxdur ki, narkotik vasitə olan heroin və metamfetamin istifadə edir, ilk zamanlar kef üçün qəbul etsə də, hazırda ağrıları olduğundan artıq narkotik vasitə aludəçisi olmuşdur. O, psixi və fiziki olaraq narkotik vasitədən asılıdır. Heroinə o və digər istifadəçilər adətən öz deyimlərində (“jarqon”) “kola”, “kakos” və.s kimi digər adları deyirlər. Metamfetaminə isə “patı” deyirlər. Qeyd etdiyi narkotik vasitələri adətən “falqa” nın üzərində yandırıb qoxusu və tüstüsü ilə qəbul edir. Öz adına olan ***- ***-**-** mobil nömrəsini istifadə edir, həmin mobil nömrədən başqa nömrə istifadə etmir təxminən 3-4 ildir ki, daimi istifadəsindədir. Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs1 və ailələrini uşaqlıqdan tanıyır, eyni məhəllədə böyümüşlər. Təxminən 2 ilə yaxındır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heroin və metamfetamin alır. Onlar qeyd etdiyi yaşadığı zonada əsas narkotik vasitələrin satışını həyata keçirən şəxslərdir. Təkcə özü deyil, həmçinin qardaşı Şahid6 üçün də, heroin və metamfetamin alır. Çünki qardaşı Elcan da, onun kimi 3 ildən çoxdur ki, narkotik vasitə istifadəçisidir. Özü və qardaşı Elcan üçün daima 2 ildir ki, hər gün bir dəfə elə olub ki, gün ərzində hətta iki dəfə heroin və yaxud metamfetamin almışdır. Şahin və Vüsal heroinin 1 qramını 50 manata, metamfetamin 1 qramını isə 70 manata satırlar. Daima ifadəsində qeyd etdiyi ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə Vüsalın istifadəsində olan ***-***-**-** və Şahinin istifadəsində ***-***-**-** mobil telefon nömrələri ilə əlaqə saxlayıb onlardan narkotik almışdır. Vüsalın və Şahinin qeyd etdiyi mobil nömrələrindən başqa mobil nömrələrini bilmir. Əlaqə olaraq daima mobil telefon zəngi, sms və “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlamışdır. Vüsal uzun illər narkotik vasitələrin satışını etsə də, Şahin ona son 4 il olar ki, qoşulub və hər ikisi iki qardaş narkotik vasitələrin satışını həyata keçirir. Özü heroin və metamfetamin istifadə etsə də, Şahin və Vüsal bu qeyd etdiyi narkotik vasitələrdən digər başqa növ narkotik vasitələrin satışını da, həyata keçirir. Şahinin və Vüsalın satdığı narkotik vasitələri adətən Vüsal Özü təşkil edir. Bu barədə Vüsal özü də, bir neçə dəfə ağzından söz qaçırmışdır, lakin konkret olaraq kimdən, nə zaman və harada əldə etməsini, yəni mənbəyini açıqlamamışdır. Vüsal və Şahin ondan başqa ən azı 15 nəfər şəxsə narkotik vasitə satışını illərdir həyata keçirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qardaşları o, qardaşı Elcan, digər məhəllə sakinləri “Kaska” ləqəbli X3 (mobil telefon nömrəsi 055-343-04- 44), Şahid8 (mobil telefon nömrəsi:***-***-**-**), X4 (mobil telefon nömrəsi 055-255052-77), müğənni Şahid3, müğənni Şahid4 və digər yadında qalmayan şəxslərə daimi narkotik vasitə satışını həyata keçirir. Bu sadəcə adları və digər məlumatları yadında qalan şəxslərdir, özlərinin də, başqa tanışlarına və bildiklərinə narkotik vasitələrin satışını həyata keçirirlər. O, daima ya Şahinə və ya Vüsaldan aldığı narkotik vasitənin pulunu çox zaman nağd olaraq əlbə-əl və ya bank kartına pul köçürmə ilə etmişdir. Bank kartlarının rekvizitləri hazırda yadında qalmamışdır. Çox az hallarda Vüsal və ya Şahinin bildirdiyi bank kartına pul yükləmişdir. Sonuncu dəfə Vüsal və Şahindən aprel ayının sonları may ayının əvvəllərində heroin almışdır. Daima onlardan 1 qrama qədər heroin ya da metamfetamin almış çünki, çox miqdarda almağa pulu olmamışdır. Həmçinin Vüsal və ya Şahinə qabaqcadan pulunu verməsə onlar narkotik vasitə satmamışlar. Aprel ayının sonları və may ayının əvvəllərində sonuncu dəfə narkotik vasitə almışdır ki, çünki Vüsal və Şahin bildirmişdi ki, “mallarımız bitib yeni partiya mal gələcək onda deyəcəyik”. Həmçinin onun kimi qardaşı da, qeyd etdiyi kimi, daima Şahin və Vüsaldan narkotik vasitə almışdır. Vüsal və Şahindən nakotikanı alma və pulunu ödəmə yeri olaraq daima onların yaşadığı ünvan 5 ünvanında məhəllənin həyəti olmuşdur. Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadələri ilə məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, dindirmə protokollarındakı imzalar ona məxsus olsa da ifadə verərkən heç kimin adını çəkməmiş, həmin şəxslərin adları istifadəsində olan telefon vasitəsilə aparılmış danışıqlar barəsində əldə edilmiş məlumatlar əsasında müəyyənləşdirilmişdir. Elvin onun uzaq qohumudur, Eltonun yanında isə sürücü kimi bir neçə müddət işləmişdir. Elton toylardan öncə narkotik vasitə istifadə etmişdir. Vüsalla bir yerdə narkotik vasitə istifadə etməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadədə adlarını çəkdiyi şəxslərlə birlikdə narkotik vasitə istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Şahinlə birgə narkotik vasitə istifadə etsələr də nə qardaşı, nə o, Şahindən narkotik vasitə almamışlar. Narkotik vasitə onda olanda Şahinə, Şahində olduqda isə ona verilmişdir. O, narkotik vasitəni müxtəlif şəxslərdən almışdır. Həmin şəxslərin adlarını xatırlamır. Dost olduqları üçün bir birimizə narkotik vasitə vermişdirlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki,o, qardaşı Şahid5 ilə eyni məzmunlu ifadələr vermişdir. Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadələri ilə məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyətlər ilə əlaqədar bildirmişdir ki, dindirmə protokollarını oxumadan imzalamış, ibtidai istintaq dövründə fiziki təzyiqə məruz qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Vüsal və Şahindən narkotik vasitə almamışdır. Onun Vüsal və Şahinlə 2011-ci ildən münasibəti kəsilmiş, onlar yalnız xeyir işlərdə görüşmüşdürlər. Vüsal və Şahinin nə üçün tutulmasını bilmir. İbtidai istintaq zamanı o, Şahinin narkotik vasitə ilə əlaqəsinin olmamasını və Vüsalın narkotik vasitə istifadəçisi olmasını bildirmişdir. Şahinin mobil nömrəsini bilmir. ***-***-**-** və ***-***-**-** saylı nömrələri xatırlamır. Elcan, Musa, Kaska, müğənni Elton adları ona tanış gəlir. Şahin və Vüsaldan narkotik vasitə almamışdır. ***-***-**-** nömrəsi ona məxsus olsa da onun daimi istifadəsində olmamışdır. Elcan, Musa, Kaska adlı şəxslərlə narkotik vasitə istifadə etməmiş, narkotik vasitəni Sovetski ərazisində İranlıdan almışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, onu yaxından tanıyan adamlar “Edik” deyə müraciət edirlər. Əvvəllər narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı məhkum olunmuş, 2015-ci ildə isə azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Bu zamana qədər bir müddət ara verməklə uzun müddət ərzində illərdir ki, marixuana istifadə etmişdir. Son bir il olar ki, narkotik vasitə istifadəçilərinin “kakos”, “torpaq", “kola” dedikləri narkotik vasitə olan heroin qəbul edir. Həmin vasitəni aliminium falqanın üzərində yandıraraq tüstüsünü qəbul edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. Əvvəllər valideynləri ilə birlikdə yaşadığı ünvanla Şahin və Vüsalın yaşadığı ünvan çox yaxın olmuş, birlikdə böyümüşdürlər. Son bir ilə qədər Şahindən heroin almışdır. Pulunu Şahinə əlbə-əl olaraq daima məhəllələrində yəni, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 157 ünvanında vermişdir. Adətən pulu az olduğu üçün 20 manat qarşılığında Şahindən heroin əldə etmişdir. Həmçinin bilirmişdir ki, Şahin bu işi tək görmür, qardaşı Vüsalla birlikdə narkotik vasitələrin satışını həyata keçirir. Çünki onları uşaqlıqdan tanıyır, lakin Şahin ilə daha yaxın münasibəti olduğu üçün ona heroin lazım olan zaman müraciət edirmiş. Onun kimi Şahin və Vüsalı tanıyan yaxın ətrafda yaşayan narkotik vasitə istifadəçilərinin çoxu bilirdi ki, onlar iki qardaş “bariqa”lıq edirlər. Şahinlə qısa müddət əvvəl daimi istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi vasitəsilə Şahinin istifadəsində olan ***-***-**-** mobil telefonu ilə əlaqə saxlamışdır. Adətən telefon əlaqəsi dedikdə “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlamışlar. Dəqiq tarixi yadında deyil bir müddət əvvəl Şahin ona narkotik vasitə heroin satışını etməkdən imtina etmişdir, çünki, onunla aralarında satdığı narkotik vasitənin miqdarı ilə bağlı narazılıq yaranmışdır. Həmçinin ondan başqa müğənni Elton da, Vüsal və Şahindən narkotik vasitə və ya psixotrop maddə almışdır. Bir müddət əvvəl təxminən, may ayının sonlarında Elton mənə zəng edərək bildirmişdir ki, Şahin və Vüsalın problemi olmuşdur, onlardan artıq “mal” ala bilmir, çünki polis onların əməllərini bilib. Onun və digər şəxslərin daha çox Şahindən narkotik vasitə almasının səbəbi odur ki, Vüsal əlildir, çox ünsiyyətçil deyil, bir az əzazil adamdır. Lakin Şahin ünsiyyətçil olduğundan çox şəxs Şahinə müraciət edir. Şahin də, özü çox zaman Vüsaldan narkotik vasitə və yaxud psixotrop maddəni götürüb çatdırmışdır. Daima Şahindən maddi imkanı az olduğu üçün 20 manat müqabilində heroin almışdır. Şahin və Vüsal həmin 20 manat qarşılığında satdıqları heroinə “yarım” deyirlər. Şahinlə əlaqəyə keçən zaman “yarım istəyirəm gəlim götürüm” sualını verirmiş. Şahin də, bu barədə razılıq verən kimi, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi yaxınlarında görüşüb əlbəəl 20 manat pulu verib heroin əldə etmişdir. Şahinin və Vüsalın satdığı narkotik vasitələrin qablaşdırılması “şponka” adlandırdığı sellofana bükülərək baş hissəsi yandırılmaqla bağlanmış formada olurdu. Bir müddət əvvəl sosial şəbəkələrdə Vüsalın videosunu görüb və məlum olmuşdur ki, həmin günü Vüsal və Şahin satacaqları narkotik vasitəni əldə etmək üçün bir ünvana getmişlər, lakin polis əməkdaşları tərəfindən əməlləri ifşa olunmuşdur. Ondan başqa Şahin və Vüsal ətrafında olan ortaq tanışları “Elcan”, “Musa”, “Kaska”, müğənni Elton, “Zaur” adlı şəxlsərə də, narkotik vasitə və psixotrop maddə satışını daimi həyata keçirmişlər. Özü heroin istifadəçisi olsa da, Vüsal və Şahin heroindən başqa marixuana və metamfetamin satışını etdiklərini də, bilirmiş. Çünki adlarını qeyd etdiyi şəxslər həmin maddələri Vüsal və Şahindən pulun qarşılığında əldə etmişlər. Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadələri ilə məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, dindirilmə protokollarını oxumadan imzalamışdır. Psixi təzyiqə məruz qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Arif oğlu ifadə verərək göstərmişdir ki, o, iki ilə yaxındır ki, Şahinlə birlikdə narkotik vasitə əldə edərək birgə istifadə etmişdirlər. Şahin 44 nömrəli məktəbin yanında qalmış, o Şahinin yaşadığı evə dost kimi gedib-gəlmişdir. Şahin və Vüsalın narkotik vasitə satmasını eşitməmişdir. İbtidai istintaq dövründə də məhkəmədə dediyi ifadəsini səsləndirmiş, lakin ibtidai istintaq dövründəki ifadəsini oxumamışdır. O hadisə yerində olmamış, hadisə günü Şahinlə telefon vasitəsilə əlaqə saxlamışdır. Onun mobil nömrəsi ***-**-** saylı nömrə, Şahinin mobil nömrəsi isə ***-**-** saylı nömrə olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid8 Arif oğlunun ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 10 ildən çoxdur ki, məktəbdə oxuyan zamanlardan tanıyır. Təqsirləndirilən şəxs2 dayısının oğlu X7 ilə bir sinifdə təhsil almışlar. 5-6 ildir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə yəni “bariqa’lıqla məşğuldur. 14 may 2023-cü il tarixdə qədər 1-2 il ərzində həftədə bir dəfə ya da, 10 gündən bir Şahin və Vüsaldan heroin və marixuana almışdır. Adətən münasibəti Şahinlə daha yaxın olmuş, həmişə ona heroin və yaxud marixuana lazım olarkən Şahinə zəng etmiş və gedib onun ata evinin qarşısında yəni, Bakı şəhəri, Nəsimi rayonu, 8.Rəhimov küçəsində olan məhəllədə əlbəəl 20 manat vermişdir ki, heroin və yaxud marixuana satsın. Vüsal ilə konkret yaxın münasibəti olmasa da, Şahin və Vüsal ikisi bir yerdə bu işlə məşğuldurlar. İmkanı zəif olduğu üçün daima 20 manat müqabilində ya heroin ya da, marixuana almışdır. Pulu daima qeyd etdiyi kimi, Şahinə əlbəəl verib istədiyi narkotik vasitəni ya dərhal yerində ondan əlbəəl almış, ya da, bir qısa müddətdən sonra Şahin ona çatdırmışdır. Görüş yerləri adətən Bakı şəhəri, Nəsimi rayonu,S.Rəhimov küçəsində, Şahinin ata evinin yerləşdiyi məhəllə və ya onun yaxın ətrafı olmuşdur. Vüsal və Şahin ona 20 manat müqabilində adətən yarım qram heroini satmış, 20 manat və yaxud 10 manat verib marixuana aldığı zaman isə ona bükümdə vermişdir, həmin marixuananın dəqiq qramını bilməmiş, adətən bir dəfəyə 20 manat qarşılığında əldə etdiyi heroin və yaxud marixuana ona 2-3 dəfə qəbul etməsinə kifayət etmişdir. Marixuananı tüstüsü çəkərək, heroini isə alimunium falqanın üzərində yandırıb tüstüsünü çəkməklə qəbul etmişdir. Marixuanaya o və onun kimi narkotik vasitə istifadəçiləri və yaxud satışını həyata keçirən şəxslər “nəşə”, “ot”, heroinə isə "kakos”, “torpaq”, kola” kimi şərti adlar verərək adlandırır. O daima Şahinlə yaxın zamanlara qədər daimi istifadəsində olmuş 050-716-76- 76 mobil telefon nömrəsi ilə ***-***-**-** mobil telefonu ilə əlaqə saxlamışdır. Sonuncu dəfə 14 may 2023-cü il tarixdən 15 may 2023-cü il tarixə keçən gecə təxminən saat 00:00 radələrində Şahinlə telefonla danışmışdır. Şahinə həmişəki kimi, üstü örtülü formada gəlib-gəlməyəcəyini sual verdikdə, o, gələ biləcəyini demişdir. Adətən belə sual verən zaman öz aralarında bilmişdir ki, gəlməyini bildirirsə deməli əlində hazırda satış üçün narkotik vasitə vardır və rahat görüşə bilərlər. Bundan sonra qeyd etdiyi kimi Şahinin ata evi olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində olan məhəlləyə getmiş, orada Şahinlə məhəllənin həyətində görüşmüşdür. Görüş zamanı Şahinə “kakos” üçün gəldiyini deyib əlbəəl 20 manat pulu vermiş, sonuncu, cibindən sellofan bükümdə baş hissəsi yandırılaraq bağlanmış bükümdə heroini vermişdir. Adətən Şahinin ona satdığı narkotik vasitələrin qablaşdırılması qeyd etdiyi kimi “şponka” adlandırdığı sellofana bükülərək baş hissəsi yandırılmaqla bağlanmış formada olmuşdur. Bundan sonra Şahin ilə sağollaşıb oradan ayrılmışdır. Həmin narkotik vasitəni ağrıları çox olduğu üçün yolun kənarında bir yerdə qəbul etmişdir. Daha sonra həmin vasitə onu qane etmədiyi üçün 15 may 2023-cü il tarixdə gecə saatlarında Şahinə zəng etmişdir. Dəqiq saatı yadında qalmamışdır, həmin günü gecə vaxtı Şahinə zəng etmişdir ki, əlavə heroin alsın. Şahin telefonuna əsəbi cavab verib danışa bilmədiyini demişdir. Bundan sonra sosial şəbəkələrdə Vüsalın videosunu görmüş və məlum olmuşdur ki, həmin günü Vüsal və Şahin satacaqları narkotik vasitəni əldə etmək üçün getmiş, lakin polis əməkdaşları tərəfindən əməlləri ifşa olunmuşdur. Şahid8 Arif oğlu ibtidai istintaq dövründə və məhkəmə iclasında tərəfindən verilən ifadələr arasındakı ziddiyyəti onunla izah etməyə çalışmışdır ki, həmin ifadələr onun sözləri ilə yazılmamışdır. Vüsalın narkotik vasitə satmasını eşitməmişdir. Hadisə günü o, Şahinə zəng etdiyi üçün müstəntiq onu şahid qismində dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təxminən 1 il bundan öncə hadisə baş verən gün Post Patrul Xidmətinin sürücüsü olmuşdur. Hadisə yerində onlar iki nəfər olmuş, həmin ərazidə xidmət etmişdirlər. Onlar təqsirləndirilən şəxslərə yaxınlaşıb hadisə yerində nə axtardıqlarını bilmək istəmiş, lakin onların yaxınlaşdığını görən təqsirləndirilən şəxslər qaçmağa cəhd göstərmişdirlər. Təqsirləndirilən şəxslər digər polis əməkdaşının üzərinə özlərinin idarə etdikləri avtomobili sürmək istəmişdirlər. Narkotik vasitəni isə əməliyyat qrupu aşkar etmişdir. Vüsal və Şahinin olduğu avtomobil xatırladığı qədər “Daevo Gentra” markalı avtomobil olmuşdur. Daha sonra təqsirləndirilən şəxslərin avtomobilini izləmişlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid 2017-ci ildən DlO-da hazırda X12 Alayının 4-cü Patrul bölüyündə polis nəfəri olaraq xidmət edir. Xidməti gecə növbəsindədir və Şahid2 ilə birlikdə edir. Xidməti ərazi rəhbərlik tərəfindən müəyyən edilmiş qrafik əsasında müəyyən edilmişdir. 15 may 2023-cü ildə saat 02 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində hərəkətdə olan zaman həmin ərazidə 26-cı küçə ilə 51-ci küçənin kəsişməsində qara rəngli “Daewoo Gentra” markalı **-XS-*** nömrəli avtomobilin dayanmış vəziyyətdə olmasını, həmin avtomobilin yanında yəni, avtomobilin arxa tərəf istiqamətindən baxdıqda sol tərəfində yolun kənarında bir nəfər şəxsin əlində fanarla daş divann dibində olan otluq sahədə nəyinsə axtardığını görmüşlər. Son zamanlarda “zakladka” adlanan onlayn formada qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi hallarının artması çox müşahidə edildiyindən, gecə saatlarında həmin ərazidə olan qeyd etdiyi şəxs özünü şübhəli apardığında onlar həmin avtomobilə doğru hərəkət etmiş və avtomobili keçib qarşısında saxlamışlar. Şübhə çəkməməsi üçün xidməti avtomobilin qırmızı-göy sayrışan işıqlarını yandırmamışlar. O, avtopatrul avtomobilindən enib yolun kənarında özünü şübhəli aparan, əvvəllər tanımadığı və orada ilk dəfə gördüyü sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxsə yaxınlaşmaq istəyən zaman birdən sonuncu “Daewoo Gentra” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə doğru sürətlə qaçıb avtomobilin sol sərnişin qapısını açıb avtomobilin salonuna özünü atmışdır. Bundan sonra o, uca səslə dayan deməsinə baxmayaraq “Daewoo Gentra” markalı **-XS- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan və sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs avtomobilini onun üzərinə yerindən cəld tərpətməklə sürməyə başlamışdır. Həmin zaman isə xidmət yoldaşı Şahid2 avtopatrul avtomobilinin sürücüsü olduğundan avtomobilini dar küçədə döndərməyə çalışırmış. Təqsirləndirilən şəxs2 bir neçə dəfə onun üzərinə avtomobilini irəli-geri yerindən cəld tərpətməklə hərəkət etdirib onu vurmaq istəmişdir. O, isə onun bu hərəkətlərindən yayınıb saxlamaq niyyətində olmuşdur. Son dəfə isə artıq üzərinə avtomobilini daha sürətlə yerindən tərpətmiş və həmin zaman tabel silahı “Zəfər” markalı tapancanı çıxarıb bir dəfə havaya xəbərdarlıq üçün atəş açmışdır. Təqsirləndirilən şəxs2 avtomobilini sürətlə geriyə doğru hərəkət etdirmiş və Təqsirləndirilən şəxs2 bu hərəkətlərinin qarşısını almaq, həmçinin avtomobilini dayandırmaq məqsədilə avtomobilinin sol arxa təkərinə atəş açmışdır. Bu zaman artıq xidmət yoldaşı Şahid2 avtopatrul avtomobilini küçədə tam döndərmiş, o, avtomobilə əyləşib birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi ‘Daewoo Gentra” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən etmək üçün həmin ərazidə patrul xidməti aparmaqlarına baxmayaraq onu müəyyən edə bilməmişdir. Bundan sonra öz rəhbərliyinə məlumat vermiş və xidməti ərazisinin dislokosiyasının yerləşdiyi 41-ci Polis bölməsinin rəhbərliyinə hadisə barədə raportla müraciət etmişdir. Hadisə baş verən günü Təqsirləndirilən şəxs2 iştirakı ilə qeyd etdiyi hadisə yerinə baxış keçirilən zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı yerdə narkotik vasitə axtarırmış, bunun üçün əvvəlcədən onlayn qaydada pul ödədiyi şəxs narkotik vasitəni həmin ərazidə gizlədilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni qanunsuz olaraq əldə etmək üçün gəlib ərazidə narkotik vasitənin olduğu bükümü axtarmışlar. Hadisə yerinə baxış zamanı qeyd etdiyi narkotik vasitə Təqsirləndirilən şəxs2 və onun iştirakı ilə hadisə yerindən müəyyən edilərək protokolla götürülmüşdür. Bundan başqa hadisə yerindən atəş zamanı yerə düşmüş bir ədəd giliz də, aşkar edilərək götürülmüşdür. Həmin baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə öz qanunsuz hərəkətlərini bir daha ifadə etmişdir. Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, ilk dəfə onları hadisə günü görmüşdür. Təqsirləndirilən şəxs2 sükan arxasında özünü adekvat aparmamış, dəfələrlə ucadan dayan deməsinə baxmayaraq özünü narkotik sərxoşluq vəziyyətində olan şəxs kimi aparmış, elə bil onu eşitməmişdir. Təqsirləndirilən şəxs2 hərəkətləri elə olmuşdur ki, o, iki dəfə cəld hərəkət etməsə idi, avtomobillə onun üzərində keçərmiş. O, isə Təqsirləndirilən şəxs2 bu hərəkətlərinin qarşısını almaq üçün bir dəfə havaya xəbərdarlıq atəşi açmış, Təqsirləndirilən şəxs2 avtomobilini sürətlə geriyə doğru hərəkət edirib qaçarkən avtomobilin məcburi dayandırılması üçün sol arxa təkərinə atəş açmışdır. Sonradan açdığı atəş nəticəsində Təqsirləndirilən şəxs1 xəsarət aldığını bilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 təxminən 3-4 ildir ki, tanıyır. Tanışlığı “Təzə Bazar” tərəfdə olan “Jalə Plaza”nın yaxınlığında bir məhəllədə olan kafedə olmuşdur. Həmin zaman dostu Əfqan ilə birlikdə yemək qəbul etmişdir. Təqsirləndirilən şəxs2 həmin zaman kafeyə daxil olmuş, orada Əfqan ilə salamlaşan zaman Əfqan ona Şahinin “məhəllə uşağı” olduğunu deyərək təqdim etmişdir. Bundan sonra kafenin qarşısına çıxan zaman orada 5-6 nəfərin yığışdığını və “nəşə” qoxusunun gəldiyini görüb onlara yaxınlaşmışdır. Həmin şəxslərin arasında Təqsirləndirilən şəxs2 da olmuşdur. Həmin şəxslərdən “nəşə” götürüb bir-iki tüstü qəbul etmişdir. Həmin ünvan dostu Əfqan Quliyevin yaşadığı yer yəni, ünvan 618-ə yaxındır. X8 hazırda Belçikadadır, Əfqan, Təqsirləndirilən şəxs2 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs1 eyni məhəllədə yaşayırlar O, daima Əfqan ilə görüşmək üçün həmin məhəlləyə gedir və ya orada kafedə olurmuş. Bir neçə dəfə Təqsirləndirilən şəxs2 orada görmüş və münasibəti yaranmışdır. O, Şahinə onun üçün narkotik vasitə təşkil edib-etməyəcəyini soruşduqda Şahin əsasən özü üçün aldığını, lakin onu artıq tanıdığı üçün təşkil edə biləcəyini demişdir. Artıq bundan sonra o, Təqsirləndirilən şəxs2 narkotik vasitə sifariş verməyə başlamışdır. Məqsədi şəxsi istifadə olmuşdur. Təqsirləndirilən şəxs2 bu illər ərzində mütəmadi olaraq əsasən heroin bəzən isə metamfetamin sifariş vermişdir. Şahin də, sifarişini qəbul edib, istədiyi narkotik vasitəni özü gətirib ona satmışdır. Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 da 2 il bundan qabaq onların yaşadığı məhəllədə görmüşdür. Əfqan ona demişdir ki, Vüsal Şahinin qardaşıdır, əsasən evdə olur, heç bayıra çıxan adam deyil. Təqsirləndirilən şəxs1 tanıyan zaman axsayırdı, çox danışan və münasibətdə olan şəxs deyildi. Həmin tanışlıq zamanı orada məhəllədə olan şəxslər dedi ki, Şahin heç kimdir, əsas Vüsaldır, Şahin “malı” Vüsaldan alır, özlərini elə göstərirlər ki, guya gedib başqa yerdən alırlar. Onun əsasən münasibəti Təqsirləndirilən şəxs2 ilə olmuşdur, Təqsirləndirilən şəxs1 ilə birbaşa əlaqədə olmamışdır, lakin qeyd etdiyi kimi, məhəllədə tanışlıq zamanı və sonradan Şahin ilə əlaqədə olan zaman başa düşmüşdür ki, Təqsirləndirilən şəxs2 çox zaman sifariş verdiyi narkotik vasitəni elə öz qardaşı Təqsirləndirilən şəxs1 alır. O, demək olar ki, hər gün Təqsirləndirilən şəxs2 narkotik vasitə sifariş vermişdir. Əsasən sifariş verdiyi narkotik vasitə 1 qram heroin olmuş, metamfetamin olan zaman isə 0,20 qram sifariş verirmiş. Təqsirləndirilən şəxs2 isə sifarişi qəbul edir, ondan ilk zamanlar pulu nağd və narkotik vasitəni satan zaman alırmış. Son zamanlar isə artıq Təqsirləndirilən şəxs2 satdığı narkotik vasitənin pulunu bildirdiyi kart nömrəsinə bank köçürməsi ilə göndərirmiş. Hətta Təqsirləndirilən şəxs2 ona bəzən deyirmiş ki, “hər gün alırsan onsuz al birdəfəlik at yastığını altına”, cavabında istifadə etdiyi qədərini aldığını, artığının ona lazım olmadığını bildirmişdir. 1 qram heroini Təqsirləndirilən şəxs2 ona 40 manata satırımış, özü Şahinə 50 bəzən 60 manat verirmiş. 1 qram metamfetaminin qiyməti isə 60-80 manat arası dəyişirdi. Ən çox olduğu zaman 20 manatlıq metamfetamin sifariş vermişdir. Adətən öz aralarında danışan və yaxud mesaj yazan zaman 1 qrama nisbətdə və ya 1 qram narkotik vasitənin qiymətinə nisbətdə olaraq ölçüləri və ya çəkiləri bildirmişlər. Belə ki, bir narkotik vasitənin 1 qramının qiyməti 80 manatdırsa o, Şahinə sifariş verən bildirmişdir ki, “mənim üçün 20 lik götür”. Bu onun üçün 20 manatlıq götür deməkdir və yaxud yarı götür dedikdə 1 qramın yarısı, bütöv dedikdə 1 qram çəkidə narkotik vasitə nəzərdə tutulmuşdur. Qeyd etdiyi kimi o, əsasən Təqsirləndirilən şəxs2 heroin almış və əksəriyyət zaman minimum 1 qram çəkidə olmuşdur. O, Təqsirləndirilən şəxs2 əsasən sifariş verdiyi narkotik vasitəni qardaşı Təqsirləndirilən şəxs1 almasını qeyd etdiyi kimi məhəllədə ilk dəfə tanış olan zaman orada olan şəxslərin deməsindən, özünü qəribə və qapalı bir şəxs kimi aparmasından ziyadə real olaraq Təqsirləndirilən şəxs2 narkotik vasitə alarkən də, şahidi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitəni alan zaman ona daima bildirmişdir ki, "qaqaş dan gedirəm götürməyə”. Təqsirləndirilən şəxs2 isə bir dənə qardaşı Vüsala “qaqaş" deyir. Bu məsələni isə o, Təqsirləndirilən şəxs2 ona satdığı narkotik vasitənin pulunu qabaqcadan istədiyi zaman bilirmiş ki, artıq o, Təqsirləndirilən şəxs1 əldə edəcəkdir. Bunu ona Təqsirləndirilən şəxs2 özü demişdir. O, bilmişdir ki, Şahin qardaşı Vüsaldan sifariş verdiyi narkotik alan zaman özü üçün də, üzərindən bir az götürür, ya da, qardaşından bir az əlavə çəki alırdı. Bunu Vüsal bildikdən sonra, Şahinə demişdir ki, “konkret pulumu əvvəldən verəcəksən və nədisə ona uyğun sənə mal verəcəyəm”. İlk zamanlarda, Şahindən narkotik vasitə alanda pulunu verirmişsə, sonradan artıq əvvəlcədən bank kartı hesabına pulu göndərirmiş. Dediyi kimi bu dəyişiklik olan zaman bilmişdir ki, konkret olaraq Təqsirləndirilən şəxs2 çox zaman aldığı, sifariş verdiyi narkotik vasitəni elə qardaşı Vüsaldan alır və gətirib ona satmışdır. Bəzən isə Şahin Vüsalda narkotik olmadığı zaman demişdir ki, “qaqaşda yoxdur, düşürəm kubinkaya”. Adətən Təqsirləndirilən şəxs2 ona narkotik vasitəni onun yaşadığı ünvan 7 ünvanına gətirirmiş. Orada görüşür və təhvil verirmiş. Təqsirləndirilən şəxs2 ona verdiyi narkotik vasitələr adətən şəffaf sellofan bükümdə olmuşdur. Həmin büküm üçün baş hissəsi yandırılaraq sellofanın ucları bir-birinə birləşdirilmiş formada olmuşdur. Elə olmuşdur ki, Şahinə günə 2 qram heroin sifariş verirmiş. Bəzən isə ağrıları olan zaman Şahinə demişdir ki, “onu falidə gətir”. Bu o, demək idi ki, artıq ağrıları çoxalmışdır, Şahin narkotik vasitəni gətirib təhvil verəndən sonra onu açıb, aliminium kağızın (“falqa”) üzərinə qoyub yandırana qədər zaman gedəcəkdir, artıq hazır edib gətirsin elə yanında “falqa”nı açıb tüstüsünü qəbul etsin ki, ağrıları azalsın. Təqsirləndirilən şəxs2 ilə qonşusu İntiqamın adına olan lakin faktiki onun istifadəsində olan ***-***-**-**, həyat yoldaşı Tamillanın adına olan, lakin faktiki onun istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələri vasitəsilə əlaqə saxlamışdır. Əlaqə vasitəsi olaraq əsasən zəng, sms və “whatsapp” ani mesajlaşma proqramı olmuşdur. Təqsirləndirilən şəxs2 ilə onun son bir il ərzində istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 son bir il bu qeyd etdiyi mobil nömrəni istifadə etmişdir, bu nömrəni istifadə etməyə başlayan zaman bildirmişdi ki, “problem olubdur, artıq bu nömrəni istifadə edirəm”. ***-***-**-** mobil nömrəsindən əvvəl isə Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil nömrəsini işlətmişdir. Həmin nömrəni başqa şəxsə satdığını demişdir. Bundan başqa əvvəl Təqsirləndirilən şəxs2 bir neçə başqa mobil nömrə işlətmiş və onları tez-tez dəyişmişdir, hazırda həmin mobil nömrələr yadında qalmamışdır. O, əsasən qeyd etdiyi mobil nömrələrinin arasında ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə Təqsirləndirilən şəxs2 son bir il ərzində istifadə etdiyi 055- ***-**-** mobil nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs1 ilə birbaşa əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2 bəzən qardaşı Təqsirləndirilən şəxs1 heroin olmadığı zaman “Kubinka” ərazisində “Musa” və qardaşı “Elcan” adlı şəxslərdən heroini alır və ona satmışdır. Bunu Şahin özü ona demişdir. Son zamanlar Təqsirləndirilən şəxs2 özünün adına olan “Kapital Bank"ın 4169- 7377-0133-0074 bank kartına ondan alacağı narkotik vasitə üçün pulu bank köçürməsi ilə göndərmişdir. O, isə bəzən öz bank kartından mobil tətbiq vasitəsilə və ya ödəmə terminalları vasitəsilə Şahinə pulu göndərirmiş. Qeyd etdiyi bank kartının nömrəsini ödəmə terminalında ödəyən zaman Təqsirləndirilən şəxs2 adı görünmüşdür, oradan bilmişdir ki, həmin kart Təqsirləndirilən şəxs2 adına olub. Bəzən isə Şahin ona başqa bir bank kartını terminalın qabağında olarkən şifahi formada telefonda demiş o da, göndərmişdir. Yadında qaldığı qədər bu “Leo Bank” adlı "xxxx" ASC-nin kartı olmuşdur, həmin kartda yadında qaldığı qədər Təqsirləndirilən şəxs2 adına olmuşdur. Təqsirləndirilən şəxs2 4169-7377-0133-0074 nömrəli kartına “ABB” nin 4127-2093-0180- 1640 nömrəli kartından dəfələrlə heroin almaq üçün pul göndərmişdir. Təqsirləndirilən şəxs2la sonuncu dəfə may ayının sonlarında əlaqədə olmuşdur. 14 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 bir gün qabaq aldığı heroin keyfiyyətsiz olmuşdur. O, Şahinə “bu zibildi çəkmək olmur” sözlərini deyib normal bir keyfiyyətdə heroin istəmişdir. 13-15 may 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs2 ona normal keyfiyyətdə bir heroin satmamışdır. 14 may 2023-cü il tarixdə verdiyi “zibil” kimi olan heroini isə “Kubinka” adlanan yerdə əsasən “xadyaşşi” dediyi, yəni yolda, hərəkətdə olaraq satan “Ceki Çan” ləqəbli bir şəxsdən aldığını demişdir. O, Şahinə həmin malın keyfiyyətsiz olduğunu dedikdə, cavabında “İnanırsan heç birimizdə qalmayıb, Vüsalın da, malı qurtarıb, axşam qardaşım Vüsalnan gedib mal götürməliyik, qaqaşın bir partiya yaxşı malı gəlməlidir, Vüsal malı götürəndə sənə xəbər edəcəyəm”. O da, Təqsirləndirilən şəxs2 əvvəlcədən 1 qram heroin sifariş verdiyi və hətta qabaqcadan onun bank kartına 100 manat pul göndərmişdir. Pulu ona görə iki dəfə artıq göndərmişdir ki, neçə gündür keyfiyyətsiz heroin verir, heç olmasa bu dəfə normal keyfiyyətdə olan heroin versin. Çünki bəzən özü şübhə etmişdir ki, Şahin özü bilə-bilə qiymət qaldırmaq üçün belə bir oyun düşünür. Bu hadisə 14 maydan 15 maya keçən tarixə baş vermişdir. 15 may 2023-cü il tarixdə gecə saatlarında dəfələrlə Şahinə zəng etsə də, bir xəbər ala bilməmişdir. Sonradan isə əlaqə saxlayan zaman bildirmişdir ki, qardaşı Vüsalın problemi olmuşdur, hazırda xəstəxanadadır, daha təfərrüatını soruşmamışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs2 bir ya iki dəfə onun bank kartını “kazino” saytına tanıtdırıb qumar oynamışdır, dəfələrlə nə üçün bunu etdiyini onu aldatdığını desə də, boynuna almamışdır. Lakin onun kartının rekvizitlərini təkcə Şahin bilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, köhnə “poloxin’ adlanan küçədə uşaqlıqdan “Vüsal” və “Şahin” adlı şəxslərlə bir məhəllədə böyümüşdür. Onlar bir-biri ilə qardaşdırlar. Vüsal uzun müddətdir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Şahin özü də bildiyi qədər son 5-6 ildir ki, narkotik vasitələrdən istifadə edir. O, bir neçə il bundan əvvəl bir məhəllədə böyüdüyü ortaq dostlarından təsadüfən eşitmişdir ki, Vüsal və Şahin qardaşları “bariqalıq” edirlər. “Bariqalıq” dedikdə narkotik vasitələrin satışı ilə məşğul olmanı nəzərdə tutur. 2020-ci ilin ortalarında, ölkə ərazisində “Koronavirus” pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunduğu ərəfələrdə ilk dəfə Vüsaldan nəyşə, yəni “marixuana” almışdır. Bundan sonrakı ərəfələrdə də dəfələrlə Vüsaldan “marixuana” və “şüşə” adlandırılan, əsl adı isə səhv etmirsə “metamfetamin” olan narkotik vasitələrdən alıb özü istifadə etmişdir. “Şüşə” adlı narkotik vasitənin 0,5 qram çəkidə olanını 30 (otuz) manata, bir siqaret bükümünə yerləşən qədərdə olan marixuananı isə 10 (on) manat pula Vüsal və ya Şahindən alırmış. Özünə narkotik vasitə istədiyi vaxtlarda istifadəsində olan ********** və ********** saylı mobil telefon nömrələrindən Vüsalın istifadəsində olan ********** saylı nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə mesaj yazaraq bu barədə demişdir. Alacağı narkotik vasitənin çəkisi, qiyməti və görüş vaxtı barədə razılıq əldə etdikdən sonra isə Vüsalın yaşadığı “Kubinka” adlanan ərazidə, 44 nömrəli orta məktəbin düz yanında yerləşən həyət evinə gedib orada pulu verərək narkotik vasitəni əlbəəl götürürmüş. Vüsala əlbə-əl nağd pul verməkdən başqa aldığı narkotik vasitələrə görə bir neçə dəfə Vüsalın göndərdiyi "xxxx"a aid plastik karta da pul göndərmişdir. Həmin bank kartının nömrəsini xatırlamır. Bəzi hallarda Vüsalın özü ilə əlaqə saxlaya bilməyəndə isə qardaşı Şahinin istifadəsində olan ********** və ********** saylı mobil telefon nömrələri ilə əlaqə saxlayıb lazım olan narkotik vasitəni almışdır. O, həmişə onlardan marixuana və “şüşə” alsa da, Vüsal və Şahin qardaşları “heroin”, “patı” və “kokos” adlı narkotik vasitələrin satışı ilə də məşğul olmuşlar. Çünki adlarını sadaladığı həmin narkotik vasitələri ona da təklif etmiş, sadəcə özü almaq istəməmişdir. Bir həftə bundan öncə isə “TikTok” sosial şəbəkə platformasında olan zaman qarşına təsadüfən çıxan videolardan birində görmüşdür ki, Vüsal xəstəxana şəraitində, çarpayıda uzanıqlı vəziyyətdə kiməsə müsahibə verərək qardaşı Şahinlə birlikdə narkotik vasitə almaq məqsədi ilə harasa gedərkən Səbail rayonu ərazisində polis əməkdaşları tərəfindən odlu silahla atəş açılmasını və ayaq nahiyəsindən yaralanmasını danışır. Həmin videonu mobil telefonuna yükləyərək onu “WhatsApp” vasitəsi ilə Vüsala göndərmişdir ki, məsələdən xəbərdar olduğunu nəzərinə çatdırsın. Təqsirləndirilən şəxs1 isə cavab mesajında belə bir hadisənin həqiqətən də baş verdiyini, adını göstərmədiyi şəxs tərəfindən onun üçün göndərilmiş narkotik vasitələri götürməyə gedəndə problemlərlə qarşılaşdığını yazmışdır. Bundan başqa danışıqları zamanı Vüsal əlavə etmişdir ki: - “atam aləmi vurub bir-birinə, polislərin silahdan ayağıma güllə atması məsələsini şişirtmək və ictimailəşdirmək istəyir, mən də soxmuşam içimə ki, boş yerə vurmayıblar ki bizi, ortada narkotik söhbəti var’. Vüsal yaralandıqdan sonra, yəni son bir həftə ərzində təxminən 2-3 dəfə Vüsaldan “marixuana” və “şüşə” narkotik vasitələrini almışdır. Lakin bu dəfə o şəxsən ona əlbə-əl narkotik vasitəni verməmişdir. Vüsalla “WhatsApp" proqramında yazışaraq sövdələşdikdən sonra Vüsal deyirdi ki, istədiyi narkotik vasitəni evinin giriş qapısının düz qarşısında olan ağ rəngli, plastmas materialdan olan zibil qutusunun altına qoyaraq bildirmişdir ki, o, narkotik vasitəni oradan götürdükdən sonra pulu həmin zibil qutusunun altına qoysun. Sonuncu dəfə 23 iyun 2023- cü il tarixdə saat 23 radələrində Vüsalla “WhatsApp" proqramında yazışaraq ondan 0,3 qram çəkidə 20 manat dəyərində “şüşə” və 30 manat dəyərində 3 (üç) baş “marixuana” almaq istədiyini yazmışdır. O da bir müddət sonra həmin narkotik vasitələri yaşadığı evin giriş qapısının qarşısında olan zibil qutusunun altına qoyduğunu ona demiş və gecə saat 00:30 radələrində idarə etdiyi “Nissan Pathfinder” markalı 90-W-049 dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən yerə gedib oradan narkotik vasitələri götürmüşdür. Gecədən səhərə qədər yatmayaraq həmin narkotik vasitələrin hamısını tək istifadə etmişdir. X8 və müğənni Şahid3 də Vüsal və Şahin qardaşlarından onun bilmədiyi narkotik vasitləri alaraq istifadə etmişlər. Lakin onları tanış etməmiş və hansı yolla bir-biri ilə əlaqəyə keçmələrini bilmir. X6 və Şahindən narkotik vasitə almalarını özü də, həmin məhəllədə olarkən görmüşdür. Lakin heç vaxt qoşularaq onlarla birgə narkotik vasitə qəbul etməmişdir. Vüsal və Şahin qardaşları ilə Eltonu xalası oğlu Əfqan tanış etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 15 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolundan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 26-cı küçə ilə 51-ci küçələrinin kəsişməsində Təqsirləndirilən şəxs2 və Şahid1 iştirakları ilə videoçəkiliş ilə baxış keçirilən zaman yolun kənarında karton stəkan qutunun içərisində yerləşdirilmiş narkotik vasitəyə bənzər kütlə və 01 ədəd giliz aşkar edilərək götürülmüşdür( cild 1,vərəqə 19-20). 15 may 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №239” möhür əksi, soyad və imzalar olan zərfdəki karton stəkana yerləşdirilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,747 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekpertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 1,607 qram təşkil etmişdir ( cild 1,vərəqə 32-33). 23 iyun 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskdən görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 tərəfindən ibtidai istintaq dövründə könüllü olaraq təqdim edilmiş “Samsung S 22 Ultra” markalı mobil telefona sonuncunun iştirakı ilə keçirilmiş baxış zamanı mobil telefonda son məlumatların qabaqcadan silindiyi və yeni danışıq mətnlərinin olmadığı aşkar edilmişdir. Mobil telefonda olan məlumatları xaric etmək və yaddaşda qalma ehtimalı olan digər məlumatları yoxlamaq məqsədi ilə, mobil telefon “USB-C" naqili vasitəsilə “Fujitsu-Siemens” markalı kompüterə qoşulmuşdur. Bundan sonra bütün məlumatlar kompüterin yaddaşına mədaxil edilərək baxış keçirilmişdir. Bu zaman mobil telefonun keçici yaddaşından silinmiş, lakin ana yaddaşında qalmış “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə narkotik vasitələrin və ya pxisotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı səsli mesajlar aşkar edilmişdir. Həmin səsli mesajlar təhlil edilən zaman protokola əlavə edilən sxem üzrə danışıqların məzmunu aşkar edilmişdir( cild 1,vərəqə 91). 23 iyun 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskdən və fotoşəkillərdən görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 tərəfindən ibtidai istintaq dövründə könüllü olaraq təqdim edilmiş “Samsung S 22 Ultra” markalı, SM-S908B/DS modelli, R5CTA2RJA9J seriya nömrəli, **********27024 və **********27020 İMEİ kodlu mobil telefona sonuncunun iştirakı ilə keçirilmiş baxış zamanı Şahid4 mobil telefonunun abunəçilər bölməsində Təqsirləndirilən şəxs1 +**********66 mobil telefon nömrəsinin “Vusal Sahin”, Təqsirləndirilən şəxs2 +**********36, +**********23 mobil nömrələrinin isə müvafiq olaraq “Shako Teze” və “Sashok" adları qeyd olunduğu məlum olmuşdur. Mobil telefonun “whatsapp” ani mesajlaşma proqramında Təqsirləndirilən şəxs1 ilə dialoqlarından görünür ki, Təqsirləndirilən şəxs1 “nə istiyirsən qaqaş sən sənə nə lazımdır” sualını verdikdə Şahid4 cavabında “10 dənə ot” cavabını verir. Bundan sonra Şahid4 Təqsirləndirilən şəxs1 sifariş verdiyi narkotik vasitənin pulunu bank kartı vasitəsilə ona göndərəcəyini və həmin vasitəni “qoyardın vedrənin altına 1 saatdan sonra götürərdim” cümləsini ifadə edir. Bundan sonra isə Şahid4 qeyd olunan yerdən narkotik vasitəni götürdüyünü bildirən səsli mesaj göndərir. “Samsung S22” markalı mobil telefon ilə çəkilərək götürülmüş məlumatlar 9 səsli mesajdan, 11 ekran fotosu və 2 videodan ibarətdir. Götürülən məlumatların məzmunu ilə Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsində “23 iyun 2023-cü il tarixdə saat 23 radələrində Vüsalla “WhatsApp” proqramında yazışaraq ondan 0,3 qram çəkidə 20 manat dəyərində Şahid4 ifadəsində göstərdiyi yəni, “şüşə’' və 30 manat dəyərində 3 (üç) baş “marixuana” almaq istədiyimi yazmışdım”, “Onunla alacağım narkotik vasitənin çəkisi, qiyməti və görüşümüzün vaxtı barədə razılıq əldə etdikdən sonra isə Vüsalın yaşadığı “Kubinka” adlanan ərazidə, 44 nömrəli orta məktəbin düz yanında yerləşən həyət evinə gedib orada pulu verərək narkotik vasitəni əlbəəl götürürdüm. Əlavə edim ki, mən ona əlbəəl nağd pul verməkdən başqa aldığım narkotik vasitələrə görə bir neçə dəfə Vüsalın mənə göndərdiyi "xxxx"a aid plastik karta da pul göndərmişəm” xüsusatları öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs1 Şahid4 narkotik vasitələrin və ya pxisotrop maddələrin qanunsuz satması ilə bağlı protokolda göstərilən sxem üzrə danışıqların məzmunu aşkar edilmişdir. Götürülmüş məlumatlar xidməti istifadəmdə olan “Fujitsu- Siemens” markalı kompüterin vasitəsilə "DVD” diskə yazılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin “DVD” disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılır( cild 1,vərəqə 111-113). 03 avqust 2023-cü il tarixli “telefonla aparılan danışıqlara və digər ötürülən məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli telefonla aparılan danışıqların və digər ötürülən məlumatların ələ keçirilməsi haqqında qərarı əsasında "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli məktubla götürülmüş, Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********66 və +**********87 mobil nömrələri ilə bağlı daxil olan və çıxan zənglərin siyahısı, bu telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi və qəbul edilməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən sms-lərin siyahısı və sms mətnləri özündə əks etdirən 01 ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 protokola əlavə edilmiş siyahı üzrə mobil telefon nömrələrinin istifadəçiləri ilə baş vermiş telefon danışığının əksər mətnlərinin məzmunu dialoq iştirakçıları arasında mütəmadi olaraq əvvəllər baş vermiş sövdələşməyə əsasən şifrələnmiş, qapalı mətnlə, danışıq zamanı açıq şəkildə adını çəkmək istəmədikləri maddə, predmet və ya əşyanın dövriyyəsi ilə bağlı danışıqlardan ibarət olmuşdur. Danışıqlar zamanı şifrələnmiş öz aralarında başa düşə biləcəkləri formada narkotik vasitələrin adları gizlədilərək “kola”, “patı”, “met”, “şüşə” kimi adlardan istifadə edilmişdir. Mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Şahin oğlu mütəmadi olaraq şəxsiyyətləri istintaqla araşdırılan şəxslər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı söhbətlər etmişlər. Qeyd olunan məlumatlar siyahı üzrə 01 ədəd “CD” diskdə olduğu kimi protokola 71 səhifədə əlavə edilmişdir ( cild 2,vərəqə 55-129 ). 03 avqust 2023-cü il tarixli telefonla aparılan danışıqlara və digər ötürülən məlumatlara baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli telefonla aparılan danışıqların və digər ötürülən məlumatların ələ keçirilməsi haqqında qərarı əsasında Bakcell MMC-dən xx.xx.2023-cü il tarixli məktubla götürülmüş, Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********36, +**********00, +**********13 mobil nömrələri ilə bağlı daxil olan və çıxan zənglərin siyahısı, bu telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi və qəbul edilməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən sms-lərin siyahısı və sms mətnlərini özündə əks etdirən bir ədəd CD diskdən görünür ki, dialoq iştirakçıları arasında mütəmadi olaraq əvvəllər baş vermiş sövdələşməyə əsasən şifrələnmiş, qapalı mətnlə, danışıq zamanı açıq şəkildə adını çəkmək istəmədikləri maddə, predmet və ya əşyanın dövriyyəsi ilə bağlı danışıqlar aparılmışdır. Danışıqlarda şifrələnmiş, öz aralarında başa düşə biləcəkləri formada narkotik vasitələrin adları gizlədilərək “kola”, “patı", “met”, “şüşə” kimi adlardan istifadə edilmişdir. Mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Şahin oğlu mütəmadi olaraq şəxsiyyətləri istintaqla araşdırılan şəxslər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı söhbətlər etmişdir. Cinayət hadisəsinin törədildiyi ərəfədə və ondan sonra Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********36 mobil nömrəsinə dair protokolda təsvir olunan sxem üzrə təhlil aparılmışdır. Qeyd olunan məlumatlar siyahı üzrə 01 ədəd “CD” diskdə olduğu kimi protokola 123 səhifədə əlavə edilmişdir ( cild 2,vərəqə133-250, cild 3, vərəqə 1-8). 20 oktyabr 2023-cü il tarixli “maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş, 18 iyul 2023-cü il tarixli Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı əsasında əldə edilmiş, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 məxsus "xxxx" ASC-nin 4127-2093- 0180-1640 nömrəli bank kartı ilə bağlı məlumatları özündə əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 adına olan "xxxx"ın 4169-7377-0133-0074 nömrəli, “Leobank”ın 4098-5844-6261-3348 nömrəli bank kart hesablarına Şahid3 tərəfindən Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 4127-2093-0180-1640 nömrəli bank kartı hesabından xx.xx.2022-ci il tarixdə ümumilikdə 4 dəfə olmaqla 201 manat, 121 manat, 241 manat 20 qəpik, 201 manat, xx.xx.2022-ci il tarixdə iki dəfə 101 manat olmaqla ümumilikdə 202 manat, xx.xx.2022-ci il tarixdə 101 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 70 manat olmaqla pul məbləğləri köçürülmüşdür. Qeyd olunan məlumatların çıxarışı 01 vərəq olmaqla protokola əlavə edilmişdir( cild 3,vərəqə 99-100). 20 oktyabr 2023-cü il tarixli “maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərarı ilə əldə edilmiş, Təqsirləndirilən şəxs2 məxsus "xxxx" ASC-nin 4169-7377-0133-0074 nömrəli bank kartı ilə bağlı məlumatları özündə əks etdirən bir ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd olunan bank kartı hesabına Şahid3 tərəfindən sonuncunun "xxxx" ASC-nin 4127-2093-0180-1640 nömrəli bank kartı hesabından 17 mart 2022-ci il tarixdə 140 manat və 1 manat 50 qəpik, 20 iyul 2022-ci il tarixdə 30 manat və 49 manat, 27 iyul 2022-ci il tarixdə 80 manat, 09 avqust 2022-ci il tarixdə iki dəfəyə 50 manat olmaqla ümumilikdə 100 manat, 22 avqust 2022-ci İl tarixdə 50 manat, 28 mart 2023-cü il tarixdə 70 manat pul məbləğlərinin köçürülmüşdür. Qeyd olunan məlumatların çıxarışı protokola cədvəl üzrə əlavə edilmişdir( cild 3,vərəqə 104-105). 03 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş bir ədəd DVD diskdən görünür ki, görünür ki, “Tik-Tok” adlı sosial şəbəkə platformasına baxış keçirilərkən aşkar edilmiş video faylda Təqsirləndirilən şəxs1 xəstəxana şəraitində çarpayıda üzərində “X15” yazıları olan döşək üzərinə çəkilmiş formada çəkiliş aparan şəxsə özü və qardaşının narkotik vasitə İstifadəçisi olduğu, yaralandığı ünvana **-XS-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtomobillə qardaşı ilə birlikdə narkotik vasitə əldə etmək üçün getdiklərini, ona narkotik vasitəni təşkil edən şəxs barədə məlumatları yolda olarkən telefonundan sildiyini bildirmişdir. Götürülmüş məlumatlar “Fujitsu-Siemens” markalı kompüterin vasitəsilə “DVD” diskə yazılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 3,vərəqə 167). “Sübutların qiymətləndirilməsi haqqında” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 baxış istintaq hərəkəti keçirilərkən üzərindən aşkar edilərək götürülən 1,747 qram olan narkotik vasitə heroininin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,607 qram çəkidə olan heroin , 15 may 2023-cü il tarixli baxış keçirilməsi istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk, Azerfon MMC-dən xx.xx.2023-cü il tarili məktubla və "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş ümumilikdə 02 ədəd “CD” disk, 23 iyun 2023-cü il tarixli X1 mobil telefonuna baxış keçirilməsi haqqında protokola əlavə edilmiş məlumatların köçürüldüyü “DVD” disk, 23 iyun 2023-cü il tarixli Şahid4 mobil telefonun baxş keçirilməsi haqqında protokola əlavə edilmiş məlumatların köçürüldüyü “DVD” disk, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd “CD”, "xxxx" ASC-nin 05 oktyabr 2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd “CD” disk, ”Kapital Bank” ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 02 ədəd “CD” disk, "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd “CD” disk, 03 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əsasən “Tik-Tok” adlı sosial şəbəkə platformasına baxış keçirilərkən aşkar edilmiş video faylın köçürüldüyü “DVD” disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır (cild 3, iş vərəqə 210-229). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki,Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (cild 1 iş vərəqə 248). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 iyun 2023-cü il tarixə verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 mart 2006-cı il tarixli qərarı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 400 (dörd yüz) misli miqdarında 440 (dörd yüz qırx) manat cərimə cəzasına məhkum edilmiş, təyin edilmiş cərimə tərəfindən tam şəkildə ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 mart 2010-cu il tarixli qərarı ilə çəkilməmiş cəzası azadlığdan məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 24 sentyabr 2010-cu ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iki il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikasının 07 may 2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndi tətbiq edilməklə çəkilməmiş 11 ay 13 gün cəzası 06 ay azaldılaraq üzərində 01 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 19 oktyabr 2013-cü ildə cəzanın sonu ilə azad olunmuşdur(cild 2,iş vərəqə 13-15). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Qanunun mənasına görə CMnin 234.2-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi ilə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma təşkil edir. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraq məqsədilə yayılması” kimi şərh edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməsi ilə müşaiyət olunduqda isə CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə görə- təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamla özlərini təqsirli bilməmələri, Təqsirləndirilən şəxs2 hadisə yerinə qardaşının narkotik vasitə əldə etmək üçün getməsindən xəbərinin olmaması, Təqsirləndirilən şəxs1 Şahin oğlunun həmin narkotik vasitənin öz şəxsi istifadəsi məqsədilə əldə etmək istəməsi barədə barədə ifadəsini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu yəni, dindirmə, baxış, üzləşdirmə protokolları, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, telefonla aparılan danışıqların və digər ötürülən məlumatlar, maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə məlumatlar və digər iş materialları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satmağa cəhd etməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarıma əlavə edilmiş elektorn məhkəmə sistemi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 19 noyabr 2010-cu il və 15 iyul 2015-ci il təvəllüdlü iki övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Cinayət işi materiallarına əlavə edilmiş 16 oktyabr 2023-cü il tarixli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs1 15 may 2023-cü il tarixində sol bud nahiyəsində güllə yarası almışdır.Sol bud sümüyünün çoxqəlpəli yerdəyişmiş odlu silahla sınığı,yumşaq toxuma zədələnməsi,kompartman sindromu,bud nahiyəsində yad cisim (güllə) diaqnozu qoyulmuşdur. 17 noyabr 2023-cü il tarixli narkoloji rəydən görünür ki,Təqsirləndirilən şəxs1 3-cü dərəcəli əlil olduğu müəyyən olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun 3-cü dərəcəli əlil olmasını, kompartman sindromu xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onlar barəsində yuxarıda sadalanan yüngülləşdirici hallar nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə tədbiri ləğv edilməlidir, barəsində həbs qətimkan tədbiri seçilməli, o dərhal məhkəmə iclas zalından həbs olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçimiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 24 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 121), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 24 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 180-186). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69-cu maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə,Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi materiallarından görünür ki,Təqsirləndirilən şəxs1 barəsində tutulma prosessual məcburiyyət tədbiri həyata keçirilməmiş,barəsində 03 noyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (Cild 3, iş vərəqə 164 ). Ona görə də Təqsirləndirilən şəxs1 növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı vaxtdan hesablanmalıdır. 15 may 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 “Sərxoşluq hallarının bütün növlərinin təyini” məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş sidik nümunəsində AMP,MET,MOP aşkar edilmişdir. 7 avqust 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. (Cild 1, iş vərəqə 18- 19, Cild 3, 59-63). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. 17 noyabr 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin,habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir (cild 3,iş vərəqə 177-179). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,607 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməli, 15 may 2023-cü il tarixli baxış keçirilməsi istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk, Azerfon MMC-dən xx.xx.2023-cü il tarili məktubla və "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş ümumilikdə 02 ədəd “CD” disk, 23 iyun 2023-cü il tarixli X1 mobil telefonuna baxış keçirilməsi haqqında protokola əlavə edilmiş məlumatların köçürüldüyü “DVD” disk, 23 iyun 2023-cü il tarixli Şahid4 mobil telefonun baxş keçirilməsi haqqında protokola əlavə edilmiş məlumatların köçürüldüyü “DVD” disk, "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd “CD”, "xxxx" ASC-nin 05 oktyabr 2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd “CD” disk, ”Kapital Bank” ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 02 ədəd “CD” disk, "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd “CD” disk, 03 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əsasən “Tik-Tok” adlı sosial şəbəkə platformasına baxış keçirilərkən aşkar edilmiş video faylın köçürüldüyü “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə elan edilmiş ittihama daxil olan narkotik vasitələrin ekspertizasına çəkilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında bərabər bölünməklə hər birindən ayrı-ayrılıqda 55(əlli beş) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 31). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı müvafiq olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “A.İ.M “ Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ziya oğluna oğlu tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 60(altmış) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 Ziya oğlunun vəkil işlədiyi A.İ.M “Vəkil Bürosunun hesabına ödənilməsi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 234.4.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,234.4.1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaçəkmə müddətinin başlanğıcı hökm elan olunduğu, yəni 03 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilsin. O, dəhal məhkəmə iclas zalından həbs olunsun. İş üzrə maddi sübutlar: - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,607 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin; - 15 may 2023-cü il tarixli baxış keçirilməsi istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk, Azerfon MMC-dən xx.xx.2023-cü il tarili məktubla və "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş ümumilikdə 02 ədəd “CD” disk, 23 iyun 2023-cü il tarixli X1 mobil telefonuna baxış keçirilməsi haqqında protokola əlavə edilmiş məlumatların köçürüldüyü “DVD” disk, 23 iyun 2023-cü il tarixli Şahid4 mobil telefonun baxş keçirilməsi haqqında protokola əlavə edilmiş məlumatların köçürüldüyü “DVD” disk, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd “CD”, "xxxx" ASC-nin 05 oktyabr 2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd “CD” disk, ”Kapital Bank” ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 02 ədəd “CD” disk, "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd “CD” disk, 03 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əsasən “Tik-Tok” adlı sosial şəbəkə platformasına baxış keçirilərkən aşkar edilmiş video faylın köçürüldüyü “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. 110 (yüz on) manat məbləğində ekspertiza xərci bərabər hissələrə bölünməklə Təqsirləndirilən şəxs2 55 (əlli beş ) və Təqsirləndirilən şəxs1 55 (əlli beş ) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla əlaqədar “A.İ.M “ Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi2 Ziya oğluna ödənilməsi üçün 360(üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar