Məhkəmə qərarları › İş №1(101)-1212/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1212/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1212/2025 23.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Praym Legal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1997-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonu, Xıdırlı ərazi dairəsi, Əhmədavar kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində 18 noyabr 2024-cü il tarixli qərar ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 23 avqust 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu park 1” yaşayış kompleksində 9 saylı binanın yaxınlığında qadınla söhbətləşib əylənərkən həmin yerdə yaşayan Zərərçəkmiş şəxs ona yaxınlaşıb əxlaqsızlıqda ittiham edərək nalayiq ifadələrlə təhqir etdiyinə görə aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə 1 dəfə zərbə vurub yerə yıxdıqdan sonra ona təpik zərbələri endirərək sonuncuya həyat üçün təhlükəli olan sol gözdə görmə qabiliyyətinin tam itirilməsi, ağlı qişasının travmatik cırılması ilə müşayiət olunan sol orbita sümüyünün yuxarı lateral divarının başın alın sümüyünə keçən xətti sınığı və sol gözün bayır bucağının əzilmiş - cırılmış yarası ilə nəticələnən xəsarətlər yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Famil adlı şəxslə gecə saat 01:00 radələrində gəzərkən iki nəfər xanım ilə rastlaşmış, həmin xanımlar onlara əllərində spirtli içki olduğundan oradan kənarlaşmasını xahiş etmişlər. Buna görə o, Famillə hadisə baş vermiş əraziyə gəlmiş, adını sonradan bildiyi Raqub adlı şəxs onları təhqir etdiyinə görə aralarında baş vermiş mübahisə zəminində sonuncunun göz nahiyəsinə yumruqla zərbə vuraraq hadisə yerindən uzaqlaşmışlar. Əməlindən peşmançılıq hissi keçirir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamış, sonuncu ona hərəkətləri ilə bağlı irad bildirərkən onu öpüb-qucaqlamış və heç bir artıq-əskik hərəkət etmədiklərini qeyd etmişdir. Daha sonra sonuncu söyüş söyməyə davam etdiyindən, onu vurmuşdur. Yerə yıxdıqdan sonra zərərçəkmiş şəxsin yerdən daş götürdüyünü düşündüyündən onun qarın nahiyəsindən təpiklə vurmuşdur. Onlar hadisə yerindən uzaqlaşarkən zərərçəkmiş şəxs özündə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bidirmişdir ki, “Qobu Park 2” ərazisində yaşayır, sürücü işləyir. Hadisə günü gecə işdən evə gedərkən təxminən saat 01:00 radələrində Zahidi 2 nəfər qızla görmüşdür. Zahidə yaxınlaşıb həmin ərazinin yaşayış məntəqəsi olduğunu qeyd edərək hərəkətin yaxşı hərəkət olmadığnı bildirmişdir. Hadisə zamanı həm o, həm də təqsirləndirilən şəxs içkili vəziyyətdə olmuşdur. Lakin təqsirləndirilən şəxsə qarşı söyüş söymədən ona davranışı ilə əlaqədar iradlarını bildirmişdir. Təqsirləndirilən şəxs isə həmin irada görə yumruqla onun göz nahiyəsinə xəsarət yetirmişdir.Təpiklə vurulduğunu sonradan hiss etmişdir. Ayıldıqdan sonra bacısı oğluna zəng etmişdir. Ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid qismində dindirilmiş Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, ünvan 2 ünvanında valideyni ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs dostudur, onunla yaxın münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə dostu Zahidlə birlikdə toy şənliyində olmuşlar. Onlar bir qədər yeyib içdikdən sonra məclisdən çıxıb yaşadıqları “Qobu Park”a gəlmişlər. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində “Qobu Park” ərazisindəki istirahət parkından keçib gedərkən iki nəfər tanımadıqları qızın oturduğunu görüb onlara yaxınlaşaraq onlarla tanış olmuşlar. Sonra isə bir qədər kənara çəkilib orada qızlarla deyib-gülməyə qərar vermişlər. Onlar mağazaya gedərək özlərinə “GO” spirtli içki, günəbaxan tumu və digər şeylər aldıqdan sonra binaların arxasında dərə kimi olan yerə gəlmişlər. Oradakı konteynerin arxasında əyləşmişlər ki, onları binalardan görən olmasın. Onlar qızlarla içki içib deyib gülərkən bir nəfər şəxs “Qobu Park” sakini kimi tanıdığı lakin adını sonradan bildiyi Raqub onlara yaxınlaşmışdır.O,konteynerin kənarında oturduğu üçün ona yaxınlaşaraq ondan alışqan istəmişdir. O, cibindəki alışqanı Raquba vermişdir. Raqub sərxoş olduğundan damağındakı siqaret yerə düşmüşdür. O, ayağa qalxmış, öz siqaretindən birini çıxarıb Raquba verib alışqanla yandırmışdır. Raqub onların yanında dayanmışdır. Bu zaman Zahid Raquba “ağsaqqal bizi bağışlaya bilərsən burda istirahət edirik” deyə müraciət etmişdir. Raqub isə onlara “durun burdan gedin binadan sizi görürlər” deyə bildirmişdir. Bu zaman qızlar ayağa qalxıb onların yanından aralaşaraq yol tərəfə getmişlər. O, qızların arxasınca getmiş, Raqubla Zahid orada qalmışlar. Raqubla Zahid arasında mübahisə baş vermişdir. Qızlar getdikdən sonra O, Zahidgilin yanına qayıtmışdır. Bu zaman Raqubla Zahid arasında mübahisə daha da dərinləşmiş, onlar biri-birilərinin yaxasından yapışıb dartışmışlar. Mübahisə zamanı Raqub Zahidin anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Zahid isə yumruqla bir dəfə Raqubun sifət nahiyəsindən vurmuş, Raqub arxası üstə yerə yıxılmışdır. Bundan sonra Zahid ayağı ilə Raqubun sifətindən zərbələr vurmuşdur. O, dərhal Zahidi aralaşdırıb kənara çəkmişdir. Həmin vaxt Raqub ayağa qalxaraq Zahidin üstünə gəlmiş, o, Zahidi tutub saxlaya bilməmişdir. Zahid əlindən çıxıb yenidən Raqubla dava etməyə başlamışdır. Zahid Raqubun sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. O, yenidən araya girib Zahidi aralayıb kənara çəkmişdir. Sonra isə Raqubu yerdən ayağa qaldıraraq oradan uzaqlaşıb evlərinə getmişlər. Hadisə yeri yaşayış yerindən aralıda yerləşir, hadisə yerində onlardan başqa heç kim olmamışdır. Zahidlə Raqub arasında dava-dalaş baş verən zaman qızlar çoxdan çıxıb getmiş, həmin qızlar dava-dalaşı görməmişdirlər. Həmin qızları tanımır, onların anket məlumatlarını bilmir. Raqubla Zahid arasındakı münaqişə 15-20 dəqiqə müddətində baş vermişdir. Hadisə zamanı onu heç kim döyməmiş, xəsarət yetirməmişdir. Nə də ki, o heç kimi döyməmiş, xəsarət yetirməmişdir. Raqub adlı şəxslə heç bir münasibəti və ya ədavəti olmamışdır. Zahidlə də Raqub arasında əvvəllər münaqişə və ya ədavətlərinin olmasını bilməmişdir (cild 1, iş vərəqə 40-42). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə ünvanlanmış 23 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 01:30 radələrində yaşadığı “Qobu Park 2”-də adını bilmədiyi, amma üzdən tanıdığı şəxsin onu döyərək bədən xəsarəti yetirdiyini bildirmişdir (cild 1, iş vərəq 5). 11 oktyabr 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - sol gözdə görmə qabiliyyətinin tam itirilməsi, ağlı qişanın travmatik cırılması ilə müşayiət olunan sol orbita sümüyünün yuxarı lateral divarının başın alın sümüyünə keçən xətti sınığı və sol gözün bayır bucağının əzilmiş - cırılmış yarası bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X6 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etdiyi xx.xx.2024-cü il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət müxtəlif şəraitdə, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni kənar şəxs tərəfindən törənə bilərdi. Şəxsin özü tərəfindən yetirməsi inkar olunur (cild 1, iş vərəqə 20-22). 20 noyabr 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə saat 01 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış massivində olan zibil qutularının yaxınlığında baş vermiş hadisə barəsində ifadəsində qeyd olunanları əyani şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 73-74). 10 mart 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 86-88). 24 fevral 2025-ci il tarixli təkrar məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözün görmə qabiliyyətinin tam itirilməsi, göz almasının travmatik cırılması, sol orbita sümüyünün yuxarı lateral divarının xətti sınığı ilə müşayiət olunan sol gözün bayır bucağının əzilmiş-cırılmış yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbə nəticəsində yarana bilərdi, dərəcəsinə görə istər ümumi əmək qabiliyyətinin 1/3-dən çox (35%) dayanıqlı itirilməsinə, istərsə də həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakter və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir (cild 1, iş vərəqə 90-92). 27 yanvar 2025-ci il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli imkanlarında dəyişiklik yaranmamışdır. Əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, hövsələsizlik aşkar olunmaqla xasiyyətin pisxopatik cizgiləri müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar olunmadı. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman şüuruna və ya fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqə 112-115). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 43). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il və xx.xx.2022ci il təvəllüdlü iki azyaşlı uşağı vardır, atası X4 birinci qrup Qarabağ əlilidir (cild 1, iş vərəqə 129,130,132). Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, atası X2 birinci qrup Qarabağ əlili olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması, atası X2 birinci qrup Qarabağ əlili olması kimi barəsində olan cəzasını yüngülləşdirən halların olmasını, haqqında cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs olunmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilməmiş, ibitdai istintaq orqanının 18 noyabr 2024cü il tarixli qərarı ilə onun haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 69). Məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən, yəni barəsində hökmlə həbs qətimkan tədbiri seçildiyi gündən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Praym Legal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Praym Legal” Vəkil Bürosunun hesabına 176 (bir yüz yetmiş altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Praym Legal” Vəkil Bürosunun hesabına 176 (bir yüz yetmiş altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar