Məhkəmə qərarları › İş №1(101)-1213/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1213/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1213/2022 17.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X11 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X10, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış sahəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 0,515 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 17 yanvar 2022-ci il tarixdə saat 09:20-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb 14-cü Polis Bölməsinə aparılaraq, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,515 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində keçmiş qayınatası Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ-2106» markalı, **-CG- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Ramana yolu ilə hərəkətdə olduğunu görüb onu saxlatdıraraq avtomobilin qabaq sağ oturacağına əyləşib, ailə münasibətləri zəminində yaranmış mübahisə fonunda üzərində olmuş istintaqla müəyyən edilməyən bıçağı Zərərçəkmiş şəxs qarın nahiyəsinə dirəməklə avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində yerləşən “Araz” marketin qarşısında Zərərçəkmiş şəxs bıçaqla qarın nahiyəsindən iki dəfə qəsdən vurmaqla ona qarının ön divarının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş səthi yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən və qarının ön divarının daxilə nüfuz edərək mədənin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 126.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ildə rəsmi qaydada boşansa da, hazırki iş üzrə tutulmamışdan əvvəl valideynləri, həyat yoldaşı və üç azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış sahəsində nömrəsiz evdə yaşamışdır. Əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Həmin vaxtdan o, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Artıq bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri ayrı-ayrı vaxtlarda tanımadığı şəxslərdən almışdır. 17 yanvar 2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün bir büküm narkotik vasitə heroin alıb, daha sonra istifadə etmək üçün bükümü əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibinə qoyub saxlamışdır. Həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsi ilə piyada hərəkətdə olduğu zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, xidməti vəsiqələrini göstərib şəxsiyyəti barədə maraqlanmışlar. Üzərində narkotik vasitə heroin olduğu üçün bir qədər həyacanlanmış və polis əməkdaşlarından aralanıb getmək istəmişdir. Lakin polis əməkdaşları onun hərəkətlərindən şübhələnərək, onlarla birlikdə 14-cü Polis Bölməsinə getməyi təklif etdikləri üçün, o da etiraz etməyib birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Həmin vaxt o, əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitə heroindir, həmin narkotik vasitəni tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixi təsir, həmçinin zor tətbiq edilməmişdir. Ona elan olunmuş ittihamın bu hissəsi ilə özünü təqsirli bilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla isə razı deyil, özünü həmin maddə ilə təqsirli bilmir. Belə ki, o, qayınatası olmuş Zərərçəkmiş şəxs bıçaqla vurmamış, hadisə ehtiyatsızlıq ucbatından baş vermişdir. Həyat yoldaşı Şahid1 ilə 7 il əvvəl rəsmi olaraq boşansalar da, faktiki olaraq bir evdə yaşamışlar. O, son illər narkotik vasitələrdən istifadə etməyə başladığına görə, həyat yoldaşı ilə aralarında tez-tez mübahisələr olmuşdur. 31 yanvar 2022-ci il tarixdə evdə olarkən arvadı Günelin telefonuna baxmaq istədikdə telefonun koda qoyulduğunu və açmaq mümkün olmadığını görüb Güneldən telefonu koda qoymasının səbəbi ilə maraqlanmış, Günel isə onun sualına kobud cavab verdiyi üçün aralarında mübahisə yaranmışdır. Həmin gün bir neçə saatdan sonra Günelin atası Mirverdi yaşadıqları evə gəlib Güneli öz evinə aparmışdır. Həmin gün saat 17:00 radələrində yaşadığı evin yanında taksilik fəaliyyəti ilə məşğul olan Etibar adlı şəxsin idarə etdiyi qırmızı rəngli “Opel” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə Sabunçu rayonu Maştağa-Ramana yolu istiqamətində gedərkən,t təsadüfən Mirverdinin idarə etdiyi «Vaz-2106» markalı avtomobillə qarşılaşmışdır. Bu zaman Etibardan avtomobilin işıqlarını yandırıb söndürməklə Mirverdiyə avtomobili saxlaması üçün işarə verməsini xahiş etmiş, Etibar da onun xahişini icra etdikdən sonra Mirverdi özünün idarə etdiyi avtomobili yol kənarına çəkib saxlamışdır. Bundan sonra o, Etibarın avtomobilindən düşüb Mirverdinin idarə etdiyi avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. Həmin vaxt o, Mirverdidən qızı Günelin banka 35000 manat borcu olduğu barədə məlumatı olub-olmamasını soruşub, ona ailəsinin söhbətinə müdaxilə etdiyinə görə iradını bildirib, ailəsində narazılıqlar yaratmamağı xahiş etmişdir. Mirverdi isə ona kobud tərzdə,- «mən istəsəm səni məhv edərəm» deyə cavab vermişdir. Söhbət edərkən Mirverdi Maştağa qəsəbəsi Daş Karxanası yaşayış sahəsində yerləşən «Araz» marketin yaxınlığında avtomobili saxlamış və avtomobilin şitinin sağ tərəfində yerləşən saxlanc yerindən bir ədəd rəngini xatırlamadığı, açılıb-qatlanan bıçağı çıxarıb əlində tutaraq onu hədələmişdir. Bu zaman o, Mirverdinin onu vurmaması üçün sağ əli ilə avtomobilin qapısını açmış, sol əli ilə isə Mirverdinin əlini kənara itələyərək avtomobildən düşüb getmişdir. O, Mirverdinin əlini kənara itələyərkən bıçaq Mirverdinin bədəninə batıb xəsarət almışdır. Mirverdidən uzaqlaşarkən sonuncu onun ünvanına nalayiq ifadələr işlədərək, söyüb təhqir etsə də, o, buna əhəmiyyət verməyib çıxıb getmişdir. Zərərçəkmiş şəxsla aralarında yaşanmış hadisə təxminən 5 dəqiqə davam etmiş, həmin vaxtı avtomobildə ondan və Mirverdidən başqa heç kim olmamışdır. Son olaraq məhkəmədən əməlinin düzgün tövsif olunmasını və barəsində olan yüngülləşdirici halları nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 onun doğma qızı, Təqsirləndirilən şəxs isə onun keçmiş kürəkəni, həmçinin də onun qohumudur. X21 Ağayevlə 2006-cı ildə rəsmi ailə həyatı qurmuş, 2013-cü ildə isə boşanmışdır. Qızının Elvinlə olan rəsmi nikahıdan 3 azyaşlı övladı var. Elvin son illər narkotik vasitələrə qurşanıb, hətta buna görə azadlıqdan məhrumetmə cəzasına da məhkum olunduğundan qızına və nəvələrinə o özü baxmışdır. X20 birgə yaşadıqları dövrdə, sonuncu qızına əl qaldırdığına görə o, dəfələrlə mübahisələrə müdaxilə edərək qızını və nəvələrini yaşamaları üçün öz evinə aparmışdır. Sonuncu dəfə 01 fevral 2022-ci il tarixdə Günelin oğlu, yəni nəvəsi ona atası tərəfindən anasının döyüldüyünü bildirdiyi üçün, Güneli götürüb öz yaşadığı evə aparmağa gəlmiş, həmin vaxtı Elvin yaşadığı evdə əlinə bıçaq götürüb onun üzərinə gəldikdə nəvələri Elvinin qarşısına keçdiyi üçün Elvin onu vura bilməmişdir. Bundan sonra o, qızı və nəvələrini Elvin istəməsə də, öz yaşadığı evə aparmışdır. 02 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində o, öz avtomobili ilə Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində hərəkətdə olarkən, qarşıdan gələn qırmızı rəngli «Opel» markalı avtomobilin qabaq fənərlərinin işıqlarını yandırıb-söndürməklə ona saxla işarəsi verildiyi üçün o, avtomobili yolun kənarında saxlamışdır. Bu zaman «Opel» markalı avtomobildə sərnişin qismində olmuş kürəkəni Təqsirləndirilən şəxs düşüb onun avtomobilinə yaxınlaşmış və avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Bundan sonra Elvin əlində tutduğu bıçağı onun qarın nahiyəsinə dirəmiş, o isə Elvinin onu vuracağından ehtiyyat edib avtomobili irəli sürmüşdür. Maştağa qəsəbəsində yerləşən «Araz» marketin qarşısında çox sayda adamlar olduğunu görüb, Elvinin qorxub həmin şəxslərin yanında onu bıçaqla vurmayacağını düşünüb, qeyd olunan yerin qarşısında avtomobilini saxlamışdır. Həmin vaxt Elvin onu nalayiq sözlərlə söyüb təhqir etmiş, onu və qızı Güneli öldürəcəyi ilə hədələyib sağ əlində tutduğu bıçaqla onun qarın nahiyəsindən vurmuşdur. Elvinə müqavimət göstərsə də, sonuncu avtomobildən düşüb qaçıb getmişdir. Bundan sonra o, avtomobili yaralı vəziyyətdə yaxınlıqda yerləşən «Cənub» kafesinə sürüb, orada işləyən qohumu Fizulidən onu xəstəxanaya aparmasını xahiş etmişdir. Hadisə baş verən zaman avtomobilində kənar şəxs olmamış, ətrafda isə tanımadığı şəxslər olmuşlar. Elvinin onun avtomobilinə əyləşməsi, onunla mübahisə edib bıçaqla vurması prosesi təxminən 5 dəqiqə davam etmişdir. Son olaraq Təqsirləndirilən şəxs Vidadi oğluna qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs isə keçmiş həyat yoldaşıdır. O, Təqsirləndirilən şəxslə təxminən 2006-cı ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 3 azyaşlı övladları var. Elvin narkotik vasitələrə qurşandığına görə onlar 2013-cü ildə rəsmi olaraq boşansalar da, övladları, Elvinin atası Ələddin və anası Tamilla ilə birlikdə Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış sahəsində nömrəsiz evdə birlikdə yaşamağa davam etmişlər. Son 1 ildə Elvin çox əsəbi, aqressiv olmuş, heç bir səbəb olmadan ailədə narazılıqlar yaratmış, onu döymüşdür. Ailəsinin dağılmaması üçün əvvəllər Elvindən heç bir yerə şikayət etməsə də, məcburiyyət qarşısında qalıb 2022-ci ilin yanvar ayının sonlarında onu döydüyünə görə Elvindən polis bölməsinə şikayət etmişdir. Elvinin onu döydüyünü eşidib bilən atası Mirverdi onu sakitləşdirmək və ailənin dağılmaması üçün bir ağsaqqal kimi yaşadıqları evə gəlib ona nəsihət vermək istədikdə Elvin atasının sözlərinə əhəmiyyət verməmiş, üzərinə bıçaqla getmişdir. Həmin vaxtı övladları araya girmiş və o, uşaqları ilə birlikdə atasının yaşadığı evə çıxıb getmişlər. 02 fevral 2022-ci il tarixdə, təxminən saat 19:00 radələrində atasının evində olarkən qardaşı Mirmehdinin qaynı Fizulidən eşidib bilmişdir ki, Elvin atasını bıçaqla vurmuş, atası aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanaya gedib Fizuli ilə görüşüb ondan nə baş verdiyini soruşuqda o, bildirmişdir ki, atası Mirverdi 02 fevral 2022-ci ildə saat 17:00 radələrində yaralı vəziyyətdə idarə etdiyi avtomobil ilə onun işlədiyi kafeyə gəlib Elvin tərəfindən bıçaqla vurulub xəsarət yetirildiyini deyib, xəstəxanaya çatdırmasını xahiş etdiyi üçün Fizuli də atasını avtomobil ilə xəstəxanaya çatdırmışdır. Sonradan ona məlum olmuşdur ki, 02 fevral 2022-ci il tarixdə atası idarə etdiyi avtomobillə hərəkətdə olarkən Elvin avtomobilinə əyləşmiş, ailəsinin söhbətlərinə müdaxilə etdiyini deyib onunla mübahisə etmiş və üzərində olmuş bıçaqla vurub ona xəsarət yetirdikdən sonra qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısının qayınatası, Təqsirləndirilən şəxs isə Mirverdinin qızı Günelin həyat yoldaşıdır. Mirverdi və Elvin ilə bir qohum kimi münasibəti olub, aralarında ədavət və düşmənçilik olmamışdır. Ailədə aparılan söhbətlərdən eşidib bilmişdir ki, Elvin ilə Günel arasında şəxsi münasibətlər zəminində tez-tez narazılıqlar olduğu üçün Günel ilə Elvin nikahlarını məhkəmə qaydasında ləğv etdirmişlər. 02 fevral 2022-ci il tarixdə təxminən saat 18:00 radələrində işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində yerləşən ünvanı olmayan «Cənub» kafesində olarkən Mirverdi işlədiyi kafeyə gəlib, kürəkəni Təqsirləndirilən şəxs onun qarnından bıçaqla vurub xəsarət yetirdiyini deyib, ondan onu təcili xəstəxanaya aparmasını xahiş etmişdir. O da Mirverdini özünün idarə etdiyi avtomobildə əyləşdirib, sükan arxasına keçib 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Yolda nə baş verdiyini soruşduqda Mirverdi bildirmişdir ki, Elvin narkotik vasitələrin aludəçisidir, heç bir səbəb olmadan ailədə narazılıqlar yaratmış, qızı Güneli döymüşdür. Elvin ailədə mütəmadi olaraq narazılıqlar yaratdığı üçün Güneli və onun övladlarını öz evinə gətirmiş, Elvin isə buna narazılıq edib onunla mübahisə etmişdir. Elvin 02 fevral 2022-ci ildə, saat 17:00 radələrində Mirverdinin avtomobilinə əyləşdikdən sonra, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında ailəsinin söhbətlərinə müdaxilə etməsi səbəbindən mübahisə etmiş və üzərində olan bıçaqla vurub ona xəsarət yetirmiş, daha sonra isə qaçıb getmişdir. Mirverdini xəstəxanaya aparıb təhvil verdikdən sonra, bir qədər orada gözləyib Mirverdinin səhhəti ilə maraqlanmış, həkimlərdən Mirverdinin səhhətinin yaxşılaşacağını eşidib xəstəxanadan çıxıb işə getmişdir. Daha sonra eşidib bilmişdir ki, Elvin Mirverdini bıçaqla vurduğuna görə hüquq mühafizə orqanı tərəfindən həbs olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, rəsmiyyətdə adı Ağamirzə olsa da, dost-tanışlar onu uşaqlıq dövründən Etibar kimi çığırırlar. Heç bir yerdə işləmir, ara-sıra idarə etdiyi «Opel» markalı avtomobili ilə yaşadığı evin yaxınlığında dayanıb fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 02 fevral 2022-ci ildə, saat 17:00 radələrində yaşadığı evin yaxınlığında avtomobilinin yanında dayanan zaman ona bir nəfər əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs yaxınlaşıb Daş Karxanasında yerləşən «Cənub» kafesinə, oradan isə Ramana qəsəbəsinə aparmağını xahiş etmişdir. Elvinin xahişini qəbul edib sonuncunu birinci «Cənub» kafesinə aparmışdır. Elvin kafenin qarşısında avtomobildən düşüb kafeyə getmiş, təxminən 20-25 saniyədən sonra geri qayıdıb avtomobilə əyləşmişdir. Bundan sonra o, Elvini Ramana qəsəbəsinə aparmaq üçün avtomobili hərəkətə başlatmış, yolda qarşı istiqamətdə öz hərəkət zolağı ilə Daş Karxanası yaşayış sahəsində yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə hərəkət etdiyini görmüşdür. Bu zaman Elvin ona avtomobilin qabaq fənərlərin işıqlarını yandırıb-söndürməklə Mirverdiyə saxla işarəsi verməyini xahiş etdiyi üçün o, da Mirverdiyə işarəsi vermişdir. Mirverdi avtomobili saxladıqdan sonra o, da avtomobili yol kənarında saxlamış və Elvin avtomobilindən düşüb Mirverdinin avtomobilin qabaq sağ oturacağında əyləşdikdən sonra Mirverdi avtomobili idarə edib Elvinlə birlikdə getmiş, o, da avtomobili idarə edib ev istiqamətində getmişdir. Sonradan qəsəbədə eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs Mirverdinin kürəkənidir və onlar aralandıqdan sonra Elvin bıçaqla Mirverdini avtomobildə vurub qaçıb getmiş, Mirverdini isə Fizuli adlı qohumu xəstəxanaya aparmışdır. Eşitdiyinə görə Elvinlə Mirverdi arasında baş vermiş mübahisəyə səbəb ailə məişət zəminində yaranmışdır. Hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 17 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Daş Karxanası yaşayış sahəsində xidmətdə olarkən bir nəfər əvvəllər tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs hərəkətlərindən özünü şübhəli apardığını görüb Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Şahid5la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs tez bir zamanda onlardan aralanıb getmək istədiyini görüb şübhələrin daha da artdığı üçün birlikdə 14-cü PB-yə getməyi təklif etdikdə, Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni 17 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu onun, Şahid5 və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə aparılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə ifadəsi elan edilməklə tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid5 cinayət işinin 1-ci cildinin 231-233-cü vərəqlərində olan ifadəsindən görünür ki, şahid əməliyyat tədbirində iştirak etmiş Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə, həmin xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olunur. Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısının Sabunçu RPİ-nin rəisinə olan xx.xx.2022-ci il tarixli raportundan görünür ki, təhqiqatçı yazılı raportla məruzə edərək həmin tarixdə vətəndaş Zərərçəkmiş şəxs qarın nahiyəsinin bıçaq xəsarəti almasına dair 3 saylı Şəhər Klinik Xəstəxanasından daxil olmuş məlumatın Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində qeydiyyata alındığını bildirmişdir (cild 01, iş vər. 03). Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin məsul növbətçisinin həmin polis bölməsinin rəisinə olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, təhqiqatçı yazılı raportla məruzə edərək həmin tarixdə saat 18:00 radələrində 3 saylı Şəhər Klinik Xəstəxanasının tibb bacısı Rzayeva Sabunçu RPİ-nin 18-ci Polis Bölməsinə xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş Zərərçəkmiş şəxs qarın nahiyəsinin bıçaq xəsarəti diaqnozu ilə müraciət etməsi barədə məlumat verməsini bildirmişdir (cild 01, iş vər. 04). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ-2106» markalı,**-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3 saylı Şəhər Kliniki Xəstəxananın inzibati həyətində Zərərçəkmiş şəxs qohumu Şahid2 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı «VAZ-2106» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində və salonunda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir zədə, ləkə, əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir (cild 01, iş vər. 8-10). “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 03 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, iş vər. 14). “Götürmə və baxış keçirilməsi haqqında” 06 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd mayka iş üçün əhəmiyyət kəsb etdiyindən 3 saylı Şəhər Kliniki Xəstəxanada götürülərək baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, mayka qara rəngli pambıq materialdandır, qolsuzdur, boyunluğunun və qollarının dairəvi dəliklərinin kənarları köbəli tikişlidir. Maykanın uzunluğu 640 mm, aşağı sərbəst kənarında eni 540 mm-dir. Maykanın boyun nahiyəsinə daxildən ağ rəngli parça etiket tikilmiş, etiketin üzərinə «Öztaş» yazısı həkk olunmuşdur. Maykanın ön səthinin orta nahiyəsində, aşağı sərbəst kənarında 306 mm məsafədə yuxarıya, şərti sol yan xəttində 260 mm məsafədə sağ tərəfə doğru çəp istiqamətli, düzxətt şəkilli 20 mm uzunluqlu bir ədəd zədə vardır. Mayka üzərində tünd qəhvəyi rəngli ləkələr müşahidə olunur (cild 01, iş vər. 32). “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdən 50220 saylı axtarış işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs saxlanılaraq tutulmuşdur (cild 01, iş vər. 40). “Üzləşdirmə və dindirmə” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək bıçaqla onu vurduğunu bildirmişdir (cild 01, iş vər. 57-59). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 1, iş vər. 64-65). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-163/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 89-91). “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Firon İsgəndərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işlərinin bir icraata birləşdirilməsinə dair qərar qəbul olunmuşdur (cild 01, iş vər. 94-95). “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 17 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin 14-cü Poli Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Firon İsgəndərov tərəfindən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 0,515 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 17 yanvar 2022-ci il tarixdə saat 09:20-də Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış sahəsində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-in 14-cü PB-in əməkdaşları tərəfindən saxlanılıb 14-cü PB-yə aparılaraq, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,515 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır (cild 01, iş vər. 97). “Şübhəli şəxsin tutulması” haqqında 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdə saat 09:20 radələrində Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Firon İsgəndərov tərəfindən müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 109). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 yanvar 2022-ci il tarixdə Sabunçu RPİ-in 14-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan dan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 14-cü PB-nin əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri izah olunmuş, daha sonra ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni 17 yanvar 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində üzdən tanıdığı, anket məlumatlarını, adını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin büküm açılaraq maddələrə baxış keçirilmiş, müvafiq qaydada qablaşdırılaraq götürüldükdən sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan bükümdən başqa sonuncunun üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmet aşkar edilməmişdir (cild 01, iş vər. 120-122). Məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 yanvar 2022-ci il tarixli 6/291 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №100» dairəvi möhür əksləri olan, «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar…» sözəlri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,515 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi-0,515 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq- 0,465 qram (cild 01, iş vər. 131-133, 145). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 1, iş vər. 149-150). “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayotu X4 tərəfindən qəbul olunmuş 18 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 165-166). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamə və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmaqla, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir (cild 01, iş vər. 169-170, 178-183). Cinayət işinin materiallarına əlavə olunmuş X5, X8 və X6 məxsus şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladı vardır (cild 01, iş vər. 201). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1748 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi və “nikahın pozulması haqqında” xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və Ağayeva (Məmmədova) Günel Mirverdi qızı arasında 12 oktyabr 2014-cü il tarixdə bağlanmış və 4 saylı Bakı şəhəri “Asan Xidmət” X9 tərəfindən verilmiş 997317 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları Ağayeva (Məmmədova) Günel Mirverdi qızının yanında qalması qət edilmişdir (cild 01, iş vər. 202-205). Sabunçu RPİ-in 14-cü PB-in təhqiqatçısı, polis mayoru Rəşad İsmayılov tərəfindən qəbul edilmiş 16 fevral 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, Şahid1 31 yanvar 2022-ci il tarixdə 14-cü PB-yə ünvanladığı müraciət əsasında araşırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilərək, Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü aidiyyəti əməkdaşa həvalə edilmişdir (cild 01, iş vər. 226-227). “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən o, əyani olaraq hadisənin baş verdiyi ünvanı göstərməklə, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, istintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında baş vermişdir (cild 01, iş vər. 240- 242). Məhkəmə-tibbi ekspertizasının 10 mart 2022-ci il tarixli 262 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edərək mədənin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş, qarının ön divarının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş səthi yaraları (cəmi iki ədəd) müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, kənar şəxs tərəfindən bıçaqla yetirilə bilər, müddəti 02 fevral 2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə qarının ön divarının daxilə nüfuz edərək mədənin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, qarının ön divarının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir (cild 01, iş vər. 255-257). Ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 17 mart 2022-ci il tarixli 1344 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 258- 259). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloci Mərkəzi» X18 19 mart 2022-ci il tarixli xx/xx-4189 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicədə olmayıb. X1 Tibbi yoxlamanın 29 mart 2017-ci il tarixli 507 saylı rəyinə əsasən tiryək narkomaniyası diaqnozu ilə qeydiyyatdadır (cild 01, iş vər. 234). Məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizaların 06 may 2022ci il tarxli 206-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin orta hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və zəif dərəcədə büruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın üzərində olan zədə onun bədəni üzərində olan qarının ön divarının daxilə nüfuz edərək mədənin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq, üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş qarının ön divarının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş səthi yarası ona məxsus və təqdim olunmuş maykanın üzərində öz əksini tapmamışdır, bu da Zərərçəkmiş şəxs həmin xəsarəti aldığı zaman yalnız bədənin zədələnməsi ilə izah oluna bilər (cild 01, iş vər. 261- 265). Məhkəmə tibbi-bioloji ekspertizasının 12 may 2022-ci il tarixli 252/MTBŞ-2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu O(1). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus mayka üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Qan ləkələrinin ABO sistemi üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni O(1) qrupun əsasını təşkil edir. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə O(1) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 01, iş vər. 267-270). Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs Vidadi oğluna qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Sıyahılar»-ından "Narkotik vasitələri" əhatə edən İ siyahısının 5-ci qrafasına əsasən narkotik vasitə heroinin 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutları müqayisəli qaydada tədqiq edərək, sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşımaqda, habelə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli olması özünün qismən etirafedici ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 02 fevral 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə gəldiyi nəticə ilə bağlı əsaslandırma və təhlil aparılmamışdan əvvəl qeyd edir ki, hazırkı məhkəmə baxışının predmeti olan qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı olan cinayət hadisəsinin iştirakçıları təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs müvafiq olaraq kürəkən və qayınata olmaqla, onların bir-biri ilə 16 ildən çox müddəti əhatə edən qohumluq münasibətləri mövcuddur. Məhkəmə kollegiyası ilk növbədə 02 fevral 2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı qeyd edir ki, ibtidai araşdırma materialları və məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17 radələrində qayınatası Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz-2106» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa-Ramana yolu ilə hərəkətdə olduğunu görüb onu saxlatdıraraq avtomobilin qabaq sağ oturacağına əyləşmişdir. Göründüyü kimi hadisələr bu məqamadək təsadüfi məcrada davam etmişdir. X13 avtomobildə olduqları zaman aralarındakı söhbət zamanı, ailə münasibətləri zəminində, bir gün əvvəl yoldaşı Şahid1 uşaqları ilə birlikdə qayınatası tərəfindən birgə yaşadıqları evdən aparılması ilə bağlı, qayınatası Zərərçəkmiş şəxs ailəsinin dağılmasında səbəbkar bilərək mübahisənin davamı olaraq üzərində olmuş istintaqla müəyyən edilməyən bıçağı Zərərçəkmiş şəxs qarın nahiyəsinə dirəmiş, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış sahəsində yerləşən “Araz” marketin qarşısında avtomobil dayandıqdan sonra isə Zərərçəkmiş şəxs bıçaqla qarın nahiyəsindən iki dəfə qəsdən vurmaqla ona qarının ön divarının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş səthi yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən və qarının ön divarının daxilə nüfuz edərək mədənin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yuxarıda qeyd olunan xəsarətləri yetirməsi Zərərçəkmiş şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə yanaşı işdə olan müvafiq ekspertiza rəyləri ilə də təsdiq olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə 02 fevral 2022-ci il tarixdə baş vermiş hadisənin insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməli olması ilə bağlı ibtidai istintaq orqanının qənaəti ilə razılaşmaqla yanaşı təqsirləndirilən şəxsin ifadəsində Zərərçəkmiş şəxs xəsarət yetirmədiyi barədəki hissədə ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən zərər yetirməsi yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin bu cinayəti xuliqanlıq niyyəti ilə törətməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticəni əsassız hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda qeyd edilən cinayət əməli cinayət-hüquq normasının (CM 126.2.4) dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri ilə uzlaşmır. Belə ki, verilmiş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyətinin mövcud olmasının əsası kimi Təqsirləndirilən şəxs cinayət hadisəsini narkotik vasitələrin aludəçisi olduğuna görə arvadı Şahid1 ondan rəsmi boşanmasına baxmayaraq keçmiş qayınatası Zərərçəkmiş şəxs ailəsinin dağılmasında səbəbkar bilib ailə söhbətlərinə müdaxilə etdiyini bəhanə gətirərək törətməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Məhkəmə hesab edir ki, göstərilən hallarla bağlı ilk növbədə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə şəxsi münasibətlərinin xarakterinin, aralarında daha əvvəl şəxsi münasibətlər zəminində mübahisələrin olub-olmamasının və bu aspektdən yanaşılmaqla cinayət hadisəsinin səbəb və motivinin müəyyən edilməsinin əməlin tövsifi hissəsində mühüm əhəmiyyəti vardır. İş materiallarından müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs qızı Şahid1 arasında 2006-ci ildə rəsmi nikah bağlanılmaqla, onların birgə nikahdan 3 övladı dünyaya gəlmiş, Zərərçəkmiş şəxsla aralarında olan münasibətlərinin pisləşməsinə səbəb, onun Zərərçəkmiş şəxs qızı olan həyat yoldaşı Şahid1 ilə aralarında yaşanmış münaqişələrlə bağlı sonuncunu ata evinə götürərək, onların ailədaxili münasibətlərinə müdaxilə etməsi olmuşdur. Göründüyü kimi 02 fevral 2022-ci il tarixdə hadisənin baş verməsinədək yaşanan hallar bilavasitə ailə-məişət və zəminində cərəyan etməklə, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında ailədaxili qohumluq və şəxsi münasibətlərin pozulması ilə bağlı olmuşdur. Qeyd edilən hallar isə Təqsirləndirilən şəxs cinayət əməlinin onun özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından qaynaqlanmadığını, sonuncunun öz cinayətkar hərəkətləri ilə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmədiyini təsdiq etməklə yanaşı, həmin hərəkətlərin ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən kimi qiymətləndirilməsini istisna edir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, yəni qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmasının məhz xuliqanlıq niyyəti ilə yetirilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticəni əsassız hesab edərək, belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməmiş, əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə belə bir xuliqanlıq niyyətinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin X7 17 yanvar 2022ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 2 (iki) gün azadlıqdan məhrumetməyə bərabər tutulmalı və həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs Vidadi oğlu Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: Bakı şəhəri Sabunçu RPİ-də saxlanılmaqla hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd mayka və Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq – 0,465 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə mərhələsində isə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Sabunçu RPİ-nin MSY-də saxlandığı 17 yanvar 2021-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək olan müddət, cəmi 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd mayka və Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq – 0,465 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar