Məhkəmə qərarları › İş №1(101)-1213/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1213/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1213/2023 30.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X7 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçilər X15 və X6, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və və onun nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Şahid2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 2006-cı ildə Bakı şəhərində doğulmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1, və 08 avqust 2006-cı ildə Bakı şəhərində doğulmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11, 181.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və onunla dostluq münasibətlərində olan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 oktyabr 2022-ci il tarixdə, saat 16-17 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə hücuma məruz qalmış zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla basqın edərək quldurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişlər. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 2022-ci ilin fevral ayından "Teleqram’' sosial şəbəkəsində olan “Bot” proqramı vasitəsilə tanış olaraq dostluq münasibətlərində olduğu yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Bakı şəhərində avtomagistral yolda hərəkət edən nəqliyyat vasitələrinin hər hansı birinə sərnişin qismində əyləşərək, maşını sonuncunun bələd olduğu Hövsan qəsəbəsində yerləşən kimsəsiz əraziyə sürdürüb sürücünü qəsdən öldürdükdən sonra onun əmlakını, yəni üzərində və maşınında olan pulu və avtomaşını ələ keçirib, daha sonra avtomaşını hissələrə bölüb satmaqla qazanc əldə etmək barədə təklifini 2022-cı ilin sentyabr ayında qəbul edib Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, sonuncunun əvvəlcədən hazırladığı plana uyğun olaraq bir ədəd çantaya qablaşdırıb götürdüyü cinayət törədilərkən dəyənək kimi, həmçinin meyit basdırılarkən istifadə etmək üçün taxta materialdan dəstəyi və dəmir materialdan olan tiyəsi olan kiçik ölçülü bel, yapışqan lent (izalent) ,sürücüyə məxsus mobil telefon ələ keçirildikdən sonra telefona daxil və xaric olan siqnalların itməsi üçün folqa kağız, zibil daşınması üçün nəzərdə tutulan paket, bir cüt əlcək (motosiklet idarə olunması üçün nəzərdə tutulan), sintetik təyinatlı ip, Buzovna qəsəbəsində yerləşən təsərrüfat dükanından soyuq silah hesab edilməyən məişət təyinatlı aldığı iki ədəd bıçaq ilə 9 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri “Sabunçu körpüsü” adlanan əraziyə gəlmiş Təqsirləndirilən şəxs1la həmin yerdə görüşdükdən sonra cinayətin izini itirmək üçün istifadə edilməsi məqsədi ilə yaxınlıqdakı “Bravo” hipermarketdən qara rəngli daha iki ədəd sellofan torba və özünün istifadə etməsi üçün bir cüt rezin tibbi əlcək almış və hər ikisi Bakı şəhəri "Sabunçu körpüsü” adlanan ərazidə əyinlərindəki paltarları dəyişib, özləri ilə gətirdikləri paltarları və sifətlərini örtən maska formasında maykaları geyinərək, 9 oktyabr 2022-ci i i tarixdə, saat 16 radələrində birlikdə “Koroğlu” metrostansiyasından Hava Limam istiqamətində hərəkətdə olan avtomagistral yola çıxıb həmin yolla hərəkət edən, salonda sərnişinləri olmayan, tək sürücülərin olduğu minik maşınlarını saxlatmaq üçün Təqsirləndirilən şəxs1 işarələr vermiş, əvvəlcə iki avtomaşını saxlatsalar da birinci avtomaşının yanacağı az olduğuna, ikinci avtomaşının isə sürət ötürücüsü mexaniki olduğuna və Təqsirləndirilən şəxs1 bu tipli maşınları idarə edə bilmədiyinə görə həmin maşınlara əyləşməyərək, Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes C-klass” markalı, 10- OJ-433 dövlət qeydiyyat nişanlı, qiyməti 12.500 manat olan atvomaşınını saxladıb 15 manat yol haqqı müqabilində Hovsan qəsəbəsinə getməyi razılaşdıraraq, hər ikisi həmin maşına arxa salonda sərnişin qismində oturub maşını Suraxanı rayonu, Hovsan qəsəbəsinə sürməsini bildirmiş, avtomaşında sürücünün şübhələnməməsi üçün özünü sərxoş vəziyyətdə olan kimi aparmış. Təqsirləndirilən şəxs1 isə onu yaşadığı ünvana apardığını deyərək avtomaşını Hovsan qəsəbəsi. X18 küçəsi, ev 14 ünvanının qarşısına doğru sürdürüb, orada ünvana çatdığlarını bildirərək maşından aşağı düşməklə sürücünün diqqətini yayındırmış, həmin vaxtı sürücünün arxa oturacağında oturan qrup üzvü Təqsirləndirilən şəxs1 razılaşdıqları cinayətkar plana uyğun olaraq özgənin xeyli miqdarda əmlakını zərərçəkmiş şəxsi öldürərək ələ keçirmə məqsədilə üzərində olan bıçaqla qəflətən Zərərçəkmiş şəxs basqın edib, ilk bıçaq zərbəsini onun boynundan keçən arterial damara, daha sonra bədəninin müxtəlif nahiyələrinə ardıcıl surətdə bıçaqla vuraraq xəsarətlər yetirmiş, həmin vaxt özünü müdafiə edən sürücü Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün Alesksandr Serebrennikov da maşına sürücü tərəfdən yaxınlaşıb, Təqsirləndirilən şəxs1 əvvəlcədən ona verdiyi və kəmərində gizlətdiyi bıçağı çıxararaq, arxası ona tərəf olan sürücünün arxa bel nahiyəsinə bıçaqla onu öldürmək məqsədi ilə ardıcıl xəsarətlər yetirmiş, yetirilən xəsarətlərdən yayınmaq istəyən Zərərçəkmiş şəxs həyatını xilas etməkdən ötrü maşından düşüb qaçmaq istəyərkən hər ikisi birlikdə sonuncunu təqib edib haqlayaraq, onun həyat üçün vacib orqanlarının zədələnməsinə, kəskin qanitirməsinə səbəb olan bədəninin müxtəlif nahiyələrinə yenidən bıçaq xəsarətləri yetirməkdə davam edərək, Zərərçəkmiş şəxs ağciyərlərin zədələnməsi ilə müşayiət olunan, kürəkaltı nahiyələrin daxilə keçən 2 ədəd deşilmiş-kəsilmiş yaralan, sol böyrəyin zədələnməsi ilə müşayiət olunan daxilə keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ körpücük nahiyəsinin və döş qəfəsinin sağ yan səthinin daxilə keçən 2 ədəd deşilmişkəsilmiş yaralarından ibarət olmaqla döş qəfəsinin daxilə keçən cəmi 5 ədəd ağciyərlərin və sol böyrəyin zədələnmələri fonunda inkişaf etmiş massiv (çoxlu) qanitirmə ilə nəticələnməklə bilavasitə zərərçəkmiş şəxsin ölümünə səbəb olan və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aid deşilmiş-kəsilmiş yaralar, eləcə də sağ əlin və sağ saidin əzələ, sinir və qan damarlarının kəsilməsi ilə müşayiət olunan cəmi 2 ədəd olmaqla hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malik kəsilmiş yaraları, sol sağrı nahiyəsinin, sağ bel nahiyəsinin, sağ kürəkaltı nahiyənin, sol bazunun, boyunun arxa səthinin, sağ bazu oynağının, sağ dirsək oynağının, döş qəfəsinin, sağ qulaqaltı nahiyənin, sağ qulaqarxası nahiyənin, sağ gicgah nahiyəsinin, alının, sol qulaqönü nahiyənin deşilibkəsilməsi ilə müşayiət olunan 20 ədəd, boyunun ön səthinin kəsilməsinə dair 2 ədəd, cəmi 22 ədəd olmaqla hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər və boyunun, sağ bazunun, sol əlin İİ barmağının, sağ təpə nahiyəsinin, sağ əlin cəmi 12 ədəd səthi kəsilmiş yaraları, sağ dirsək oynağının 1 ədəd sıyrığından ibarət olmaqla hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malik, Təqsirləndirilən şəxs1 ilə birlikdə çoxsaylı bıçaq xəsarətləri yetirib Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edib, həm sayına, həm də xarakterinə görə zərərçəkmişə xüsusi əzab verən xəsarətlər yetirməklə cinayətlərin törədilməsində xüsusilə fəal iştirak edib qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə hücuma məruz qalmış zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla basqın edərək Zərərçəkmiş şəxs 12.500 manat dəyərində “Mercedes C-klass” markalı avtomobilini və 80 manat dəyərində "Redmi" markalı mobil telefon cihazını, yəni ümumilikdə 12.580 manat dəyərində xeyli miqdarda əmlakını ələ keçirib üzərində sərəncamvermə imkanları qazanaraq quldurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxslə quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmüş, daha sonra yaxınlıqdan səs gəldiyini eşidib yaxalanmalarından qorxduqları üçün əvvəlcədən razılaşdıqları plana uyğun olaraq “Mercedes C-klass” markalı 10- OJ-433 dövlət qeydiyyat nişanlı atvomaşma Təqsirləndirilən şəxs1 sükan arxasına özü isə arxada sərnişin oluracağına əyləşərək avtomaşını ələ keçirib hadisə yerindən uzaqlaşmağa çalışmış, lakin yaranmış təlaş və qorxu nəticəsində qrupun digər üzvü Təqsirləndirilən şəxs1 avtomaşını dalandan çıxartmaq üçün arxa-arxaya doğru idarə edərkən divara dəyib avtomaşını cəmi 485 manat məbləğində maddi ziyan vuraraq zədələmiş, nəhayət dalandan çıxdıqda isə cinayətkar planlarını sonadək icra edə bilməyərək avtomaşında və sürücüdə ola biləcək pulları götürməyib avtomaşını hissələrə bölə bilməyərək, sürücüyə məxsus ələ keçirdikləri bir ədəd “Redmi” markalı mobil telefon cihazım hadisə yerini tərk edərkən tanımadığı ərazidə tullayaraq həmin qrupun digər üzvü Təqsirləndirilən şəxs1 avtomaşınla Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni sahə adlanan yerə doğru hərəkət edib avtomaşını orada daşlıq sahədə saxlayaraq maşının açarını kənara tullamış, cinayəti törətdikdən sonra həmin gün və 11 oktyabr 2022-ci il tarixdə səhər saatlarında "Sabunçu körpüsü” adlanan əraziyə hər ikisi gələrək orada saxladıqları, cinayət törədərkən istifadə etdikləri alət və əşyaları gizlətmiş və həmin əşyalar sonradan istintaq zamanı özlərinin göstərdikləri yerdə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Aleksandr ilə ötən ildən Telegram sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşlar. Onunla tanışlıqdan təxmini 6-8 ay sonra maşın qaçırtmaq barədə söhbətləri olsa da Aleksandr onun fikri ilə razılaşmamışdır. Tutulmamışdan əvvəl ailəsindən aldığı pul müqabilində həftədə 1-2 dəfə spirtli içkilərdən istifadə etmişdir. Spirtli içkini “Saşa” ilə Sabunçuda, küçədə qəbul etmişdir. Təhsilə marağının olmaması səbəbindən 9-cu sinifdən təhsilini yarımçıq qoymuşdur. Hadisə ilə bağlı onu qeyd edə bilər ki, xx.xx.2022-ci il tarixində saat 13:00-14:00 aralığında görüşmüş və təxmini saat 16:00-a qədər bir yerdə olmuş, bu müddət ərzində hadisənin gedişatını planlaşdırmışlar. Zərərçəkmiş şəxsi öldürmək niyyətləri olmamış, əvvəlcədən yalnız avtomobil oğurlamaq barədə razılığa gəlmiş, bu məqsədilə hadisə günü, yəni 09 oktyabr 2022-ci il tarixdə Komsomol döngəsindən Sabunçu ərazisinə piyada gəlmiş, “Sabunçu” körpüsü yaxınlığında, yolüstü “əl edərək avtomobillərdən birini saxlamış və hər ikisi arxa oturacağına oturaraq “Hövsan” qəsəbəsinə yola düşmüşlər. Avtomatik üsulla idarə olunan avtomobili idarə edə bildiklərindən həmin avtomobili saxlamışlar. Belə ki, həmin avtomobildən əvvəl saxladıqları iki avtomobili idarə edə bilməyəcəkləri üçün buraxmışlar. Razılaşdırılmış niyyətə əsasən bıçaqla hədə-qorxu ilə tələb etmə yolu ilə təqsirləndirilən şəxslər onları dedikləri ünvana aparmağa razılaşan istənilən şəxsin getdikləri ünvanda idarə etdiyi avtomobilini ələ keçirməli imişlər. Motivlərini yalnız pul əldə etmək təşkil etmişdir. Onlara ümumilikdə 5000 AZN pul lazım olduğundan əldə edəcəkləri avtomobili satmağı planlamışdırlar. Maşını satmaq üçün hər hansı bir müştəri olmamış, saxladıqları avtomobilin qiymətini təxmin etmişlər. Hər ikisi bıçaq götürmüşlər. Bundan başqa paltarlarını yox etmək üçün kustar üsulla hazırlanmış bel, ehtiyyat üçün yapışqan lent, istifadələrində olan telefonların rabitə siqnalının itirilməsi üçün falqa və sintetik ip də aparmışlar. “Saşa”nın da həmin vasitələrdən xəbəri olmuşdur. Belə ki, kustar üsulla onun tərəfindən hazırlanmış, digər ləvazimatları mağazadan birgə almışlar. Bıçaq və digər ləvazimatlar onun idman çantasında olmuş, Aleksandrın üzərində isə yalnız bir bıçaq olmuşdur.Qeyd etdikləri ünvana çatmaqları təxminən 30 dəqiqə davam etmişdir. Avtomobili son ünvanda yəni, “Hövsan” qəsəbəsinə çatdıqdan sonra oğurlamağı planlaşdırdıqlarından, həmin ünvana çatdıqdan sonra əvvəlcədən razılaşdıqları kimi “Saşa” hadisənin şahidi olmasın deyə ətrafa nəzarət etmək üçün maşından düşmüş, o isə avtomobili ələ keçirtmək üçün bıçağın iti ucunu zərərçəkmiş şəxsin boğazına istiqamətləndirmişdir. Lakin hadisələr onların istədiyi şəkildə cərəyan etməmiş, zərərçəkmiş şəxslə aralarında sözlü mübahisə baş vermişdir. Belə ki, zərərçəkmiş şəxsdən avtomobilin onlara verilməsini tələb etdikdə sonuncu onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətdiyinə görə zərərçəkmiş şəxsə ilk zərbəni vurduqdan sonra özünün idarə etməsini itirmişdir, zərərçəkmiş şəxs ona müqavimət göstərmiş, o, sonuncuya təxminən 10-15 bıçaq zərbəsi endirmişdir. Səs-küyü eşidən Aleksandr ona kömək etmək üçün yaxınlaşmış, sürücü tərəfdən zərərçəkmiş şəxsə yaxınlaşaraq sonuncuya bıçaq zərbələri endirməyə başlamışdır. “Saşa” sürücüyə endirdiyi bıçaq zərbələrindən sonra sonuncu maşından düşərək qaçmağa cəhd etsə də arxasınca qaçıb ona yenidən zərbələr endirmişdirlər. Zərərçəkmişə qaçarkən hansı nahiyyəsindən və neçə bıçaq zərbəsi endirmələrini xatırlamır. Sonuncunu öldürdükdən sonra onun idarə etdiyi avtomobilə minərək hadisə yerindən uzaqlaşmışlar. Zərərçəkmiş şəxsin istifadəsində olan mobil telefonunu hadisə baş verən yerdən kənarda “Saşa” tərəfindən avtomobilin pəncərəsindən tullanmışdır. Əslində avtomobildə olan hadisələri tam olaraq aralarında planlaşdırmamışlar. Əməlimdən hədsiz dərəcədə peşmançılıq hissi keçirir. “Saşa” ilə tanışlığı dostluq məqsədi güdmüş, belə bir hadisəni törətməyi bir müddət sonra planlaşdırmışdır. “Saşa” ona pulun nə üçün lazım olduğunu bildirməmişdir. Qara sellofan paketlər paltarları basdırmaq üçün “Saşa”, qalan hər şeyi isə onun tərəfindən əldə edilmişdir. Bıçağı isə “Saşa”ya o vermişdir. Əlindəki çantanın içindəki əşyaların mövcudluğundan “Saşa”nın da xəbəri olmuşdur. Bıçağı “Saşa” ya verdikdə ona həmin predmetdən sürücüyə qarşı hədə qorxu üçün istifadə edəcəkləri barədə razılaşmışlar. Sonuncu ilə münasibətləri hər hansı asılılıq üzərində qurulmamış, aralarında yalnız dostluq münasibətləri olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs2la 2022-ci ilin mart ayında “Telegram” sosial şəbəkəsində tanış olmuş, sonuncu ilə tanış olduqdan sonra hadisə baş verən günədək müxtəlif vaxtlarda dəfələrlə görüşmüş aralarında dostluq münasibətləri olmuşdur. Aleksandrın hazırda 16 yaşı tamam olmuşdur. Aleksandr ilə Sabunçu rayonunda, Buzovna qəsəbəsində, Koroğlu metrosu yaxınlığında bir iki dəfə görüşüb söhbətləşmişlər, əksər vaxtlar sakit yerlərdə görüşüb ümumi söhbətlər aparmışlar. Hətta Aleksandr onların yaşadıqları evdə də olmuşdur. O, pul qazanmaq üçün Aleksandra tanımadıqları şəxslərə qarşı cinayət törətməklə pullarını ələ keçirmək təklifini etmişdir. Hadisələri Hövsan qəsəbəsi ərazisində törətməyi planlaşdırmışdır. Hövsan qəsəbəsini sakit yer kimi bildiyi üçün həmin ərazini cinayət törətmək üçün əlverişli yer hesab etmişdir. Bundan başqa atası ilə tez-tez həmin əraziyə gedərək atasına məxsus “Chevrolet Nexia” markalı avtomobili 50 qəpiklik aparatda yuduzdurduqları üçün həmin ərazini qismən tanımışdır. Aleksandr ilkin olaraq onun fikri ilə razılaşmamış və cinayət törətmək istəməmişdir. Bu səbəbdən Aleksandr bir dəfə onu ünsiyyət saxladıqları “Teleqram” sosial şəbəkəsində bloklamışdır. O, Aleksandra başqa profildən yazdıqdan sonra sonuncu onu blokdan çıxartmışdır. Bundan sonra Aleksandrla yenidən ünsiyyət saxlamağa davam etmişlər, əvvəllər olduğu kimi yenə də həmin mövzularda söhbətlər aparmışlar. Hadisədən təxminən 1-2 həftə öncə Aleksandr ona cinayət törətməyə artıq razılıq verdiyindən o, cinayəti törətmək üçün əvvəlcədən alətləri və ləvazimatları hazırlamışdır. Onun fikri ancaq asan yolla pul qazanmaq olduğundan cinayəti onu kiminsə aşkara çıxara bilməməsi kimi törətmək istəmişdir. İlkin olaraq tanımadığı taksi sürücüsünü saxlatdırmaq, daha sonra Hövsan qəsəbəsi ərazisinə sürdürüb orada öldürmək, sonra qarət etmək, üzərində olan kustar üsulla hazırlamış olduğu bellə yeri qazaraq sürücünü basdırmaq və sonda ələ keçirəcəkləri maşını hissələrə bölməklə satmaq qərarına gəlmişdir. Maşının hissələrini kimə satmasını dəqiqliklə bilməmişdir. Alətlər olaraq cinayəti törətməkdən ötrü dubinka kimi istifadə etmək məqsədi ilə bel və belin dəstəyini çıxarıb dəmir materialdan olan tiyəsi, izalent, telefon ələ keçirilən zaman bükərək siqnal itməsindən ötrü falqa kağız, zibil paketi, əlcəklər, sintetik təyinatlı ip, iki ədəd bıçaq olmuşdur. Həmin bıçaqları hadisədən təxminən bir neçə ay əvvəl Buzovna qəsəbəsində yerləşən təsərrüfat təyinatlı mağazadan almışdır. Hadisə gününədək Aleksandr cinayəti törədəcəkləri alətləri görməmişdir. Üzərində olan iki ədəd bıçağın tiyəsi qarın nahiyələrinə qoyduqda özlərinə xəsarət yetirməmələri üçün kağız kardona bükülmüşdür. Artıq cinayəti törətmək qərarına gəlmişlər. Bundan sonra razılaşdıqları kimi 09 oktyabr 2022-ci ildə səhər saatlarında sosial şəbəkədə görüşmələri ilə bağlı yazışıb həmin günü saat 14 radələrində Sabunçu körpüsünün altında görüşmək qərarına gəlmişlər. O, Buzovna qəsəbəsindən 171 saylı yol avtobusu ilə gələrək Sabunçu körpüsünün yaxınlığında avtobusdan düşmüşdür. Razılaşdırılmış görüş vaxtından bir saat gec, təxminən saat 15 radələrində həmin əraziyə gəlmişdir. Orada Aleksandr ilə yazışıb, dayanacaqda görüşmüşlər. Orada danışarkən sellofan torbaların azlığı məlum olmuşdur. Çünki cinayəti törətdikdən sonra cinayətin izlərini gizlətmək üçün həmin torbalardan istifadə etmək qərarına gəlmişlər. Dayanacaqda görüşüb körpünün alt tərəfinə getmişlər, orada kimsə olmamışdır. Bundan sonra yaxınlıqda olan “Bravo” marketə gedərək oradan zibil tullantılarının yığılması üçün nəzərdə tutulmuş sellofan torbalar almaq qərarına gəlmişlər. Daha sonra paltar çantasını körpünün altında kolluq əraziyə qoymuşlar və Sabunçu xəstəxanası ilə üzbə-üz olan "Bravo" hipermarketə yollanmışlar. O, marketə daxil olmamış, Aleksandr marketə tək keçib qara rəngli zibil tullanması üçün nəzərdə tutulmuş sellofan almışdır. Bildiyinə görə, Aleksandr həmin sellofan torbaları 2 (iki) manata almışdır. Bundan sonra onlar “Bravo” hipermarketdən bir qədər aralıda yerləşən aptekə getmiş, Aleksandr aptekə keçərək özü üçün bir cüt rezin əlçək almışdır. Bundan sonra yenidən idman çantasını saxladığı yerə qayıdaraq aldıqları sellofan torbaları və əlcəkləri çantanın içərisinə qoymuşlar. Həmin gün görüşərkən əvvəlcədən planladıqları kimi məqsədləri adam öldürmə və əşyalarını ələ keçirmək olduğundan oraya hazırlıqlı gəmişlər. Belə ki, evdən çıxarkən özü ilə iki çanta götürmüş, çantalarda birinin içərisində cinayət zamanı geyinəcəyi paltarlar olmuşdur. Evdən çıxarkən əynində qara rəngli şalvar və qara rəngli köynək (futbolka), üstündən isə qara rəngli uzunqol və papaqlı jaket (kapşonka), həmçinin boz rəngli idman üslublu ayaqqabı olmuşdur. Çantada götürdüyü paltarları isə qara rəngli kapşonka və qara rəngli idman ayaqqabısı (krossovka) olmuşdur. Digər çantada isə hadisəyə hazırlıq hərəkətləri olaraq kustar üsülu ilə hazırladığı bel (xəkəndaz və arxasına birləşdirdiyi tutacaq, tutacağın arxasında isə dəstəkli və dəmir ucluqlu dubinka), iki ədəd bıçaq, bir cüt rezin əlcək, parçadan olan motosiklet əlcəkləri, mobil telefonları bükmək üçün nəzərdə tutduğu falqa, skoç, izolent, həmçinin iki ədəd biri qara, digəri isə ağ futbolkadan hazırladığı maskalar olmuşdur. Həmin gün saat 16 radələrində Sabunçu körpüsünün altında özü ilə gətirdiyi çantada olan paltarlarla əynində olan paltarları dəyişmişdir. Ayaqqabılarını da dəyişdikdən sonra qara rəngli maska formasında maykanı boyunlarına keçirmişlər. Aleksandrın maskası isə ağ rəngdə olmuşdur. Daha sonra paltar çantasını körpünün altında kolluq əraziyə qoymuşlar. Həmin çantanın içinə hər ikisinə məxsus mobil telefonları da qoymuşlar. İçərisində cinayət hadisəsi törətmək üçün olan ləvazimatlar olan çantanı özü ilə götürdükdən sonra Aleksandrla birlikdə yolun kənarına çıxmışlar. Aleksandrla birlikdə yol kənarına çıxmazdan əvvəl sonuncu onun çantasından bir ədəd bıçağı götürüb şalvarının ön hissəsinə yerləşdirmiş, o, da digər bıçağı öz şalvarının ön hissəsinə yerləşdirmişdir. Həmin bıçağların ağzı kartonla bağlı olmuşdur. Yol kənarına çıxdıqdan sonra əl hərəkətləri ilə işarə edərək maşın saxlatmağa çalışmışlar. Saxlanılan iki avtomobildən biri mexaniki ötürücülü sürətlər qutusu olduğundan həmin maşını idarə edə bilmədiyi üçün avtomobilə minməmişlər, digəri sürücü isə Hövsan qəsəbəsini tanımadığını bildirmişdir. Hövsan qəsəbəsinə gedəcəkləri barədə Aleksandrla əvvəldən plan qurmuşlar. Əvvəllər atası ilə birlikdə Hövsan qəsəbəsinə 1-2 dəfə getdiyi üçün sakit və cinayət törətmək üçün əlverişli bir yer olduğunu bildirmişdir. 3-cü maşın gümüşü rəngli ''Mercedes çeşka” markalı olmuşdur. Həmin avtomobil sürücüsünə Hövsan qəsəbəsinə getmək istədiklərini və hansı qiymətə onları apara biləcəyini soruşduqda. sonuncu 15 manat qarşılığında onları apara biləcəyini demiş və onlar sürücü ilə razılaşıb avtomobilə minmişlər. Hər ikisi avtomobildə arxa oturacaqda oturmuşlar. Yolda olarkən sürücünün maskalardan şübhələnməməsi üçün “moped" sürücüsü olduqlarını sürücüyə bildirmişlər. Sürücüyə Aleksandrın spirtli içkidən sərxoş olduğunu və evə çatdıracağım demişdir. Təsadüf nəticəsində hadisənin baş verdiyi dar-ara küçələrə girmişlər, yolun sonuna çatdıqda avtomobili saxlatmış və Aleksandr avtomobildən düşərək guya evə keçməsi üçün yaxınlıqda yerləşən qapıya tərəf hərəkət etmişdir. O, isə guya pul çıxarması üçün əlini çibinə salmışdır. O, avtomobildə sürücünün arxasındakı oturacaqda əyləşmişdir. Həmin an bıçağı qarın nahiyəsindən çıxararaq var gücü ilə arxadan sürücünün sağ tərəfindən yuxu arteriyasına nişan almaqla zərbə endirmişdir. Yuxu arteriyasının kəsilməsinin insanın ölümünə səbəb olmasını internetdən əvvəllər oxumuşdur. İlk zərbəni vurduqdan sonra sürücü qışqırmağa başladığından ardıcıl daha 10-15 zərbə sürücüyə endirmişdir. Həmin vaxt sürücünün təhlükəsizlik kəməri bağlı olmadığı üçün ona tərəf çevrilmiş, onun əlini qolunu tutub müqavimət göstərməyə çalışmışdır. O, isə sürücünün fiziki olaraq ondan güclü olduğunu hiss edib çoxsaylı zərbələr endirməyə davam etmişdir. Aleksandr maşından düşdüyü üçün kənarda olmuş, daha sonra sürücü avtomobilin sağ ön qapısından düşüb qaçmış, o da, avtomobildən düşərək sürücünün arxasınca qaçmışdır. Aleksandr da onunla sürücünün arxasınca qaçaraq birlikdə sürücüyə bıçaq zərbələri endirmişlər. Sürücü yerə yıxıldıqda yerdə də ona bıçaq zərbələri vurmağa davam etmişlər, sürücü ayağa qalxmağa çalışarkən bıçaq zərbələri ilə təkrar təkrar onu vurmuşlar. Daha sonra yaxınlıqdakı evlərdən birindən bir nəfər nisbətən yaşlı qadın çölə çıxaraq onları görmüşdür. Həmin vaxt onlar zərbələri dayandırıb, sürücünün maşınına tərəf qaçmışlar. O, maşına sükana, Aleksandr isə arxa oturacağa oturmuşdur. Maşını tələm-tələsik sürüb qaçmağa çalışan zaman avtomobili divara vurmuşdur. Avtomobil ilə keçən zaman bıçaqladıqları sürücünün yerə yıxıldığını görmüşlər. Avtomobili bilmədikləri istiqamətdə sürüb Türkan qəsəbəsinə gedib çıxmışlar. Yolda olarkən sürücünün telefonunun avtomobildə olduğunu görüb dəqiq xatırlamadığı yerdə pəncərədən çölə tullamışlar, buna səbəb mobil telefonun köməkliyi ilə yerlərinin müəyyən olunacaqları olmuşdur. Sonda Türkan qəsəbəsinə gələrək orada sakitlik bir yerdə maşım saxlamış və açarını da bir qədər maşından kənara tullamışlar. Daha sonra avtomobili qoyduqları yerdən piyada yol kənarına gələrək taksiyə minib Sabunçu körpüsünün yanına qayıtmışlar. Taksidə gələn zaman sürücü ora dostunu götürməyə gəldiyini demiş, ona görə də, onlar maşında olduqları halda sürücü dostunu da götürmüşdür. Yolda olan vaxtı o, sürücüyə atasının qəssab işlədiyini, bütün günü yanında köməklik etdiyini demiş və bu səbəbdən paltarında qan ləkələri olduğunu izah etmişdir. Sabunçu körpüsünün yanma çatandan sonra çantasını götürüb əyinlərini dəyişmişlər. Bir qədər körpünün yanında oturduqdan sonra hərə öz evinə getmişdir. Bundan sonrakı gün, '‘Teleqram’1 sosial şəbəkəsi vasitəsilə Aleksandrla danışmışlar, törətdikləri hadisə barədə xəbərlərdə verilib-verilməməsini müzakirə etmişlər. Tezdən gedib paltarları və bıçağı tullamağı, yəni hadisənin izlərini itirməyi qərarlaşdırmışlar. O, internet saytlarının birində hadisə barədə məlumatı oxuyarkən məlum olmuşdur ki, Aleksandrla birlikdə öldürdükləri sürücünün adı Çərkəzdir. xx.xx.2022-ci ildə isə tezdən həmin yerdə görüşüb paltarları və bıçağı götürərək aparıb Sabunçu rayonu ərazisində dəmir yolunun kənarında tullamışlar. Həmçinin Aleksandrla aralarında aparılmış bütün danışıqları ələ keçməməsi üçün telefonlarında olan mesajları təmamilə silmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin belə olacağını planlaşdırmamışlar, hadisə vaxtı qadının çıxıb onları görməsi onların planını pozmuşdur. Ona görə də, özlərini itirərək qorxudan avtomabili sadəcə atıb qaçmağı planlaşdırmışlar. Həmin vaxt narkotik vasitə və ya spirtli içki qəbul etməmişlər, törətdiyi əməldən peşmançılıq hissi keçirtmişdir. Hadisə vaxtı istifadə etdikləri bıçağın birinin dəstəyi digərinə nisbətən tünd rəngli taxtadan hazırlanmışdır. Hər iki bıçaq eyni ölçülü olmaqla mətbəx bıçaqları olmuşdur. Cinayətin törədilməsi üçün istifadə etmiş olduğu alətlər, yəni ip, kustar üsulla hazırlanmış bel, beli sarıdığı özünə məxsus şortik, kapşonkalı gödəkçə, falqa, Aleksandra məxsus üzəri qanlı olan dəri gödəkçə, barsetka sumka, eynək, bir ədəd özündə olan bıçaq və Aleksandrın istifadə etmiş olduğu aptek əlcəyi qara sellofanda Sabunçu rayonu ərazisində Aleksandrın yaşadığı evin yaxınlığında dəmir yolunun kənarında tullamışdır. Həmin əşyaların olduğu yeri göstərə biləcəyini demişdir. İkinci bıçağın harada olduğunu bilməmiş, yolda və ya hadisə yerində düşdüyünü yəqin etmişdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti izah edərkən Elman Mansumov bildirmişdir ki, paltarları çantaya qoymuşlar. Mağazadan aldıqları əlavə selofanlara da paltarları qoymağı planlamışdırlar. Avtomobildə əl izləri qalmasın deyə hadisə günü Aleksandr tərəfindən aptekdən iki cüt olmaqla əlcək alınmışdır. Avtomobili satmağı planlaşdırdıqlarına görə həmin avtomobildə əl izlərinin qalmasını istəməmişlər. Maşını satana kimi əlcəkdən istifadə etməklə idarə etməyi düşünmüşlər. “Saşa” ilə tanış olarkən ona heç bir təklif etməmiş, yalnız yay aylarında cinayət yolu ilə pul qazanmaq təklifinə sonuncunun etiraz etməsi onunla bir müddət danışmaması münasibətlərində durğunluq yaranmış, lakin sonradan “Saşa” özü ona telegram sosial şəbəkəsi vasitəsilə yazmışdır. Saşa ondan borca pul istədikdə istədiyi pul məbləğinin onda olmadığını bildirmişdir. Bundan sonra “Saşa” onun cinayət yolu ilə pul qazanmaq barədə təklifi ilə razılaşmışdır. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirir. Elmanla telegram sosial şəbəkəsində 2022-ci ilin qış aylarında tanış olmuş və aralarında dostluq münasibətləri formalaşmışdır. Yay aylarında onun cinayət törətmək barədə təklifindən imtina etmiş və həmin ilin oktyabr ayının əvvəllərinə qədər Elmanla əlaqə saxlamamışdır. Belə ki, Elmanın birgə cinayət törədilməsi barədə təklifindən sonra aralarındakı dostluqlarına bir müddət fasilə vermişdir. Həbsə düşmək qorxusu Elman tərəfindən irəli sürülmüş təklifdən imtina etməsinə səbəb olmuşdur. Sonra o, Elmandan pul istəmiş, lakin sonuncuda onun istədiyi məbləğ olmadığını və yalnız cinayət yolu ilə bu pul məbləğini əldə edə biləcəklərini göstərmişdir. Ona təmininən 1000-1500 manat məbləğində pul lazım olmuşdur. Həmin pulla anasına fotoaparat almasını planlamışdır. Başqa yolla pul qazanmaq imkanları olmadığına görə həmin pul vəsaitini cinayət yolu ilə qazanmağı düşünmüşdür. Birbaşa fotoaparatı oğurlamaq ağıllarına gəlmədiyindən yolüstü avtomobillərdən birini oğurlayaraq sataraq pul bölüşdürməyi qərara almışlar. Avtomobili oğirlaya bilməyəcəkləri təqdirdə hansı hərəkət etməli olmaları barədə ikinci planı əvvəldən düşünməmişlər. Elman ona bu əməllə bağlı əvvəl səthi olaraq məlumat vermiş, sonradan həmin əməl barədə aralarında bir neçə dəfə söhbət baş tutmuşdur. Hadisə yerinə gedərkən Elmanın əlində çanta olmasını görsə də, çantanın içində ip olmasını xatırlasa da digər əşyalar yadında qalmamışdır. Hər ikisində bıçaq olmuşdur. Ona da bıçaq götürməyi Elman məsləhət etmişdir. Saxlayacaqları avtomobilin sürücüsünün onlardan güclü olması ehtimalını nəzərə almamışlar. Bıçaq onlara sadəcə sürücünü qorxutmaq üçün lazım olmuşdur. Hadisə günü Elman özüylə çanta, əlcəklər gətirmiş, selofanlar almışdır. Koroğlu metrostansiyası ətrafında yol üstü avtomobil saxlamağa çalışmışlar. Saxladıqları sonuncu maşınla qiymət barədə razılaşdıqdan sonra “ Hövsan” qəsəbəsinə getmişlər.Hər ikisi arxa sərnişin oturacağında əyləşmiş, planlaşdırdıqları ünvana çatdıqdan sonra kənar şəxslər gəldiyi təqdirdə xəbərləri olsun deyə ətrafı nəzarətdə saxlamaq üçün o maşından yerə düşərək, 10-15 addım maşından uzaqlaşmışdır. Elmanın “kömək et” məzmunda qışqırıq səsinə maşına tərəf getmiş və hər tərəfdə qan ləkələri görmüşdür. Hadisə avtomobildə başlandığından və o, həmin zaman avtomobildə olmadığından törədilməsinin təfərrüatlarını təsvir edə bilməsə də maşına tərəf qayıtmasının səbəblərini bilmir. Maşına tərəf qayıtdıqdan sonra sürücüyə bir dəfə bıçaqla xəsarət yetirmişdir. Elman sürücünü bıçaqla vuran zaman sürücü ona müqavimət göstərsə də sonuncunun əlində müqavimət göstərmək üçün istifadə edilən hər hansı predmet olmamışdır.Sürücünün əlində hər hansı predmet görməsə də ona hansı səbəbdən xəsarət yetirməsini başa düşmür. Sürücü maşından düşəndən sonra ona xəsarət yetirməkdə davam etməsini xatırlamır. Elmanın isə sürücü maşından düşdükdən sonra belə sonuncuya xəsarət yetirməsini dayandırmaması psixoloji vəziyyəti ilə əlaqədar olmuş, nə etməli olduğunu bilməmişdir. Hadisə yerini nə zaman, hansı səbəbindən tərk etmələrini xatırlamır. Sənədsiz maşını necə satacaqlarını düşünməmişlər. Sürücülük vəsiqəsi olmamasına baxmayaraq maşını necə idarə edəcəklərini da planlamamışlar, Elman avtomobil idarə etməyi bacardığından onun idarə etməsini planlamışlar. Hadisədən sonra, 11 oktyabr 2022-ci il tarixdə cinayət hadisəsinin izlərini özündə əks etdirən əşyalara gizlətmək məqsədilə görüşmüşlər. Əşyalarını sellofanlara yığaraq gizlədib atmışlar. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, 67 saylı tam orta məktəbin 11 f sinifində təhsil almış, atası Aleksandr FHN-də YMX-də xidmət edir, anası da eyni qurumda atası ilə birgə işləyir. Ailədə ondan başqa 3 yaşlı bacısı vardır, bacısına evdə nənəsi baxır. 2022- ci ilin fevral ayında X13 ilə «teleqram» sosial şəbəkəsində tanış olmaqla ordan burdan söhbətləşmişlər. O, Sabunçu rayonu ərazisində, Elman isə Buzovna qəsəbəsində yaşamışlar. Elmanın dəvəti ilə bir dəfə evlərində olmuş, Elman bildiyinə görə 9-cu sinif şagirdi olmaqla məktəbi yarımçıq saxlamış, sonuncunun deməsinə görə atası əvvəllər DİO-da xidmət etmiş, anasının işləməsi barədə bir söz deməmişdir. Elman bir dəfə pul qazanmağın asan yolu olduğunu deyərək Buzovna qəsəbəsi ərazisində tanımadığı şəxslərə qarşı cinayət törətməklə əmlaklarını, yəni mobil telefonlarını əllərindən almaq fikrini ona söyləmişdir. Elmanın əsas fikiri cinayət törətmək olmuşdur. Pula ehtiyacı olmadığına görə Elmanın fikri ilə razılaşmamışdır. Bu il yayın son günlərində anası evdə söhbət vaxtı professional fotoaparatının köhnəldiyini və yeni fotoaparat almasını istəmiş, anasının 25 oktyabr tarixində doğum gününün olması ilə əlaqədar bu arzusunu yerinə yetirməkdən ötrü Elmandan borca pul istəmiş təklif etdiyi cinayəti törətməklə həmin fotoaparatı anasına hədiyyə ala biləcəyini fikirləşmiş və tanımadıqları şəxslərə qarşı cinayət törətməklə pullarını ələ keçirmək barədə Elmanın təklifi ilə razılaşmışdır. Əvvəlcədən hazırladıqları plana görə məqsədləri yol üstü istənilən taksi maşınını saxlatdırıb, sürücünü öldürüb basdırmaları olmuş, həmçinin sürücünün üzərində olan pulu və maşını ələ keçirmək və maşım hissələrə bölüb satmaqları olmuşdur. Elman cinayəti törətmək üçün ağ rəngli maykadan maska hazırlamış, iki ədəd qatlanmayan mətbəx bıçağı, izalent, sintetik təyinatlı ip, vintaçan, kiçik ölçülü kustar üsulu ilə hazırlanmış bel, əlavə şalvar və köynəyi olmuşdur. O. həmin əşyaları görmüşdür Elmandan əşyaların nəyə lazım olduğunu soruşduda sonuncu hər ehtimal üçün əşyaların hadisə vaxtı onlara lazım ola biləcəyini demişdir. Ona görə də hadisə günü, yəni xx.xx.2022-ci ildə saat 14-15 radələrində Sabunçu rayonu ərazisində körpünün altında görüşmüşlər. Həmin vaxtı Elman ilə söhbətdə məlum olmuşdur ki, qara zibil qutusu kimi istifadə edilən sellofan az olduğundan yaxınlıqda yerləşən «Bravo» hipermarketə gedərək sellofan almaq qərarına gəlmişlər. O, hipermarketə daxil olmuş, Elman isə küçədə gözləmişdir. İlkin olaraq marketdən qara sellofan almış, sonra isə hadisə vaxtı heç bir yerdə əl izi qalmaması üçün yaxında olan aptekdən rezin tibbi əlcək almışdır. Elman əlində olan idman çantasını körpünün altında gizlətmiş, ruqzakı isə özü ilə götürmüşdür. Körpünün yanma qayıdarkən içərisində telefonlar olan ruqzakı gələcəkdə özlərinə alibi qura bilmələri üçün körpünün altında kolluqlarda gizlətmişlər. Həmçinin ruqzakm içində olan kopşonlu qara köynəyi Elman geyinmiş, kameralarda görünməmək üçün idman çantalarında olan maska kimi hazırladıqları maykanı boğazdan gözaltı nahiyəyə kimi keçirmişlər, şübhə olmaması üçün maşına minəndə aşağı keçirtməli olmuşlar. Aptekdən aldığı tibbi rezin əlçəyi əlinə keçirtmiş, daha sonra yola çıxaraq əl hərəkətləri ilə maşınlara işarə edib saxlatdırmaq qərarına gəlmişlər. İlkin olaraq saxlayan maşın «Merscdes» markalı maşın olmuş, taksi sürücüsü orta yaşlı olmaqla sürücüyə Hovsan qəsəbəsinə getmələrini demişlər, sürücü Elmanla razılaşmayıb Hövsan qəsəbəsinə işləmədiyini, adama bir manat olmaqla Koroğlu- Binə istiqamətində hərəkət etdiyini bildirmişdir. Elman sürücü ilə danışarkən o, aralıda dayanmışdır. Sonra Elman ona yaxınlaşaraq saxlatdığı maşının yanacağının az olduğunu demişdir. Digərini saxlatdıqda maşın mexaniki sürətlər qutusu olduğuna görə Elman idarə edə bilmədiyindən həmin maşının sürücüsü ilə də razılaşmamışdır. Sürücülərlə yalnız Elman danışmışdır. Bundan sonra başqa maşın saxlama qərarına gəlmişlər, üçünçü maşın da metalik rəngli «Mersedes C klass» markalı maşın olmuşdur. Həmin maşını saxladıb, Elman yaxınlaşaraq Hövsan kəndinə apara biləcəyini sonuncudan soruşmuş, sürücü 15 manat müqabilində apara biləcəyini ona demişdir. Sürücü razılaşdıqda hər ikisi avtomaşının arxa oturacağına əyləşmişlər. Həmin vaxt onun üzərində 4 manat pul olmuş. Elmanın əl çantasında 1 manatlıqlar olmaqla təxminən 10 manat civarında pul olmuşdur. Xatırladığı qədəri ilə Elman onun guya dostu olmaqla içkili olduğunu və evə yola salmaq bəhanəsi ilə onunla getmişdir. Ona görə də o, özünü içkili vəziyyətdə olan şəxs kimi aparmışdır. Yolda maşınla Hövsan qəsəbəsi istiqamətində hərəkət etmişlər, Elman kənar şəxslərin olmaması və sakitlik olması üçün elə yol istiqamətini seçmişdir. Hər ikisinin gözləri zəif olduğundan optik eynək taxmışlar. Maşına əyləşən zaman əlində olan tibbi rezin əlçəklər görünməməsindən ötrü o, hər iki əlini gödəkçəyə salmışdır. Elmanın əlində isə parça materialdan olan əlçək olmuşdur. Soruşan olduqda özlərini moped sürücüləri olduqlarını təqdim etmələrini fikirləşmişlər. Sürücü Hövsan qəsəbəsində onun tanımadığı evlərin arası ilə hərəkət etmiş, yolları Elman əli ilə işarə etmiş, sonda tupikdə yol qurtaracağında sürücü maşını saxlamışdır. Gəldikləri hadisə yeri dalan sahə olmuşdur, artıq avtomaşının hərəkət etməsi üçün yol olmamışdır. Elman ona maşından düşüb maskanı üzünə taxmağı bildirməklə arxadan sürücünü bıçaqla vuracağını demişdir. Elmanın dediyi kimi o, avtomaşından düşmüş, Elman sürücünün arxa tərəfdən üzərində şalvarın ön hissəsində olan bıçağı çıxardaraq sağ əli ilə sürücünün boğaz nahiyəsindən kəsmişdir. Bu zaman sürücü müqavimət göstərdikdə o, maşına sürücü tərəfdən yaxınlaşmış, sürücünün pəncərəsi açıq olduğundan o, da öz növbəsində ön şalvarın çibindən əvvəlcədən olan Elmanın ona verdiyi bıçağı çıxardaraq sürücünün bel nahiyəsinə bir dəfə vurmuşdur. Elman arxa oturacaqda oturduğundan sürücü arxasını sonuncuya tərəf çevirərək müqavimət göstərməyə çalışmışdır. O, bıçağı sürücünün bel nahiyəsindən vurduqdan sonra sürücü ona tərəf çevrilərək maşında olmaqla sürücü əlləri ilə müqavimət göstərmiş, bundan sonra sürücü qabaq yan oturacağın pəncərəsinin açıq olduğu sahədən maşından yerə düşmüşdür. Bu vaxtı Elman maşının arxasından düşərək sürücünün arxası ilə getmiş, bıçaqla vurduqdan sonra onu köməyə çağırmışdir. Həmin vaxt o, da yaxınlaşaraq sürücünün qarın və döş nahiyəsinə təxminən 7-10 bıçaq zərbəsi endirmişdir. Sürücünü bıçaqlayan zaman Elman da eyni zamanda əlində olan bıçaqla Çərkəzin bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri ilə vurmuşdur. Çərkəz məhəllənin giriş hissəsinə tərəf qaçarkən, o, Elmanla birgə Çərkəzin arxası ilə gedərək sonuncunu bıçaqlamışlar. Sonra qonşuluqdan çıxan qadın onları görüb yaxalanmalarından ehtiyat edərək Çərkəzin maşını istiqamətində qaçmışlar. Elman sükanın arxasına keçmiş, o, isə arxa sağ tərəfdə oturmuşdur. Orada təlaşdan qaçan vaxtı gözündə olan optik eynək yerə düşmüş, əlində olan, Çərkəzi vurduğu bıçağı da hadisə yerində atmışdır. Həmin vaxtı hadisə yerində onları kimsə görüb tanımaması üçün üzərlərində olan maskanı da gözlərinin altına kimi çəkmişlər. Elman üzərində olan bıçağı özü ilə götürmüşdür. Elman maşınla arxa istiqamətdə hərəkət edərkən maşını təxminən iki üç dəfə hasara toxundurmuşdur. Bundan sonra onlar maşınla ərazini tərk etmişlər. Maşında olan sürücünün telefonunun simkartını Elman çıxardaraq onun atmasını istəmiş, o, həmin telefonun simkartını çıxarda bilmədiyi üçün Elman telefonu tullamağı demişdir. Xatırlamadığı sahədə markasını bilmədiyi telefonu yolun kənarında tullasa da həmin sahəni hazırda xatırlamamışdır. Elman telefonun maşında olduğu təqdirdə siqnal ilə maşının aşkara çıxa biləcəyini ona demişdir. Maşınla Elmanın planı ilə tanımadığı yol ilə hərəkət etmişlər, həmin yolun Türkan yolu adlandırıldığını güman etmişdir. Yolun kənarında sakitçilik və daşlıq sahəyə dönərək maşını boşluq sahədə saxlamışlar. Elman maşından düşərək maşının açarını həmin sahədə kənara tullamışdır. Maşından düşdükdə maşının qoltuq altı və digər saxlanc yerlərini yoxlamamışlar, ümumiyyətlə sürücünü vuranda çiblərini belə yoxlamamışlar. O, Elmanla birgə hadisəni törədəndən sonra panikaya düşüb planlarında olan şəkildə hərəkət etməmişlər. Əslində plana görə həmin sürücünü sakit şəkildə qətlə yetirib üzərlərində olan kustar üsulla Elman tərəfindən hazırlanmış bel ilə yeri qazıb meyiti gizlətməli, avtomobili isə ələ keçirdərək hissələrə bölüb satmalı olmuşlar. Lakin hadisənin şahidi olduğundan panikaya düşüb planlarını tam istədikləri kimi yerinə yetirə bilməmişlər, sürücünün avtomobili ilə hadisə yerindən qaçmışlar. Maşınla hadisə yerindən yayındıqda sürücünün nə etdiyinə fikir verməmişlər. Lakin sürücüyə çoxsaylı bıçaq zərbələri vurduqlarını anlayaraq sonununun öldüyünü güman etmişlər. Bundan başqa o, bildirmişdir ki, avtomobili tərk etdikdən sonra oradan piyada yola çıxmışlar. Yolda tanımadığı taksi sürücüsünün maşınına minib 4 manat pul təklif edərək Koroğlu istiqamətində onları aparmasını bildirmişlər. Taksi sürücüsü yolda dostunu da özü ilə götürmüşdür. Həmin istiqamətdə hərəkətdə olan vaxtı sürücü onların kimliyilə maraqlandıqda onlar Türkan qəsəbəsinə dostlarına baş çəkməyə gəldiklərini, lakin telefonuna zəng çatmadığını demişlər. Sürücü və dostu onlardan hara getmələrini soruşduqda Elman Mərdəkan qəsəbəsinə gedəcəklərini ona demişdir. Həmin vaxtı sürücünün yanında olan tanımadıqları dostu, Qala yolunda olduqlarını və Mərdəkan qəsəbəsinə daha yaxın olduğunu demiş, Elman isə Koroğlu istiqamətinə getmələrini, oradan rahat olacağını bildirmişdir. Yolda Sabunçu körpüsünün altından keçən zaman onlar düşmüşlər. Cinayəti törətməmişdən əvvəl Elman üzərində olan ruqzakı Sabunçu körpüsünün altında gizlətmiş, təyinatı üzrə ora gələrək üzərlərində olan dəlilləri yox etməli və söhbətləşməli olmuşlar. Elman üzərində olan qanlı kapuşonkalı gödəkçəni orada soyunmuş və ruqzaqda olan görüşə gələn vaxtı əynində olan köynəyini təkrar geyinmişdir. Kopuşonkalı köynəyi isə idman çantasına yerləşdirmiş, o, isə üzərində qan ləkələri olan dəri gödəkçəni idman çantasında yerləşdirmişdir. Elman idman çantasını kolluqlarda gizlətmiş, ruqzakı özü ilə götürmüşdür. İdman çantasına hadisə vaxtı əlində olan qanlı tibbi rezin əlcəkləri, Elman bıçağı və özünün eynəyini yerləşdirmişdir. Elmanın ruqzaqında olan əvvəlcədən orada saxladıqları telefonlarını da özləri ilə götürmüşlər. Körpünün altında bir qədər oturub baş vermiş hadisə barədə Elmanla söhbətləşmişdir. Bundan sonra nə olacağım deyərək və daha artıq oxşar hadisələri törətməyəcəklərinə dair biri birilərinə söz vermişlər. Gecə saat təxminən 21 radələrinədək orada olmuşlar. Sonra isə Elman onunla piyada evə tərəf gəlmiş, oradan o, öz evinə, Elman isə öz evinə getmişdir. Səhəri xx.xx.2022- ci ildə o,gün ərzində hazırlıqlarda olmuş, orta təhsilinin son illəri olduğundan universitetə hazırlaşmışdır. xx.xx.2022-ci ildə səhər saatlarında Elman məhəlləyə gəlmiş, bir qədər hadisə barədə dərdləşmişlər. Hadisə ilə bağlı kimlərinsə onları sata biləcəkləri səbəbindən nə o, nə də Elman kiməsə məlumat verməmişlər. Hovsan qəsəbəsində taksi sürücüsünün qətlə yetirilməsi barədə xəbərlərdə məlumatı eşidərkən həmin taksi sürücüsünün Zərərçəkmiş şəxs olmasını bilmişlər. Həmin vaxtı körpünün altında olan Elmanın idman çantasını Sabunçu dəmir yolu relslərinin yaxınlığında aşağı uçuruma atmaq qərarına gələrək həmin dəlillərin kiminsə əlinə keçə bilməsini düşünmüşlər. İdman çantasım körpünün altından götürüb Sabunçu dəmir yolunun kənarına Elmanla gələrək orada qara sellofan bağlamalara dəlliləri bölüb kiminsə əlinə keçməməsi üçün kolluqların arasına tullamışlar. O, həmin sahədən insanların təsadüfü hərəkət etdiklərindən onları kiminsə görə bilməyəcəklərini demişdir. Daha sonra aranın bir az soyuması məqsədi ilə biri birindən aralanaraq bir müddət danışmamaq qərarına gəlmişlər. Onun istifadəsində 070 *** ** ** mobil telefon nömrəsi olmuşdur, Elman istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Əlavə olaraq o, qeyd etmişdir ki, gələcəkdə kiminsə əlinə keçməməsindən ötrü Elman ilə aralarında "Teleqram" sosial şəbəkəsində aparılan danışıqları silmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayəti törətməkdə yeganə məqsəd sürücü Zərərçəkmiş şəxs pulunu və avtomaşının ələ keçirməklə ehtiyyat hissələrini satıb pul əldə etmələri olmuşdur. Taksi sürücüsü Çərkəzi tanımamışlar, sonuncu ilə hər hansı münasibətləri olmamışdır. Planlaşdırdıqları kimi istənilən şəxsin bu hadisənin qurbanı ola bilərdi. Əsas məqsəd sürücünün əmlakını ələ keçirtmək, gizli şəkildə dəfn edib, cinayəti ört basdır etmək olmuşdur. Lakin hadisələr istədikləri kimi cərəyan etməmiş, hadisədən heç bir fayda əldə edə bilməmişlər. Xəzər rayonu, Türkan qəsəbəsində avtomaşının qoltuqaltı saxlanc yerindən aşar olunmuş dəri ciblik və həmin ciblikdə manatlıq əskinazlarm aşkar edilməsi barədə bildirmişdir ki, hadisədən sonra panikaya düşmüşlər, nə etdiklərini dərk etmədən hərəkət etmişlər. Əsas məqsədləri maşından yaxa qurtarmaları olmuşdur. Ona görə də qoltuqaltı və digər saxlanc sahələrə baxa bilməmişlər. Hadisə vaxtı Elmanın ona vermiş olduğu bıçağın dəstəyi qəhvəyi, tiyəsi metal rəngdə olmuşdur. Təqsirləndirilən şəxs1 ilə ilk dəfə birgə cinayət törətmişdir. Elmanın başqa cinayətlər törətməsini bilməmiş və eşitməmişdir, söhbət zamanı Elman ona ilk dəfə belə bir hərəkət etdiyini demişdir. Hadisə vaxtı əynində olan köynəyin üzərində «Palm Angels» sözləri yazılmışdır, qara rəngli cins şalvar olmuşdur. Ayaqqabısı göy qəhvəyi rəngdə olmaqla üzərində «Nike» etiketi olmaqla həmin əşyaların yaşadığı evdə olduğunu bildirmişdir. Hadisə günü yolda olan zaman onların taksi sürücüsü Çərkəzlə aralarında söz söhbət olmamışdır, sürücü Zərərçəkmiş şəxs ilə dalaşaraq xəsarət almamışdır. Lakin sonradan polis əməkdaşları onu gəlib evdən aparan zaman həyəcandan göz altı nahiyəsi maşına əyləşən zaman dəymişdir. Polis əməkdaşları tərəfindən ona fiziki təzyiq və ya zor tətbiq edilməmişdir. Sürücü Zərərçəkmiş şəxs məxsus avtomobildən kənara atdığı mobil telefonun arxası mavi parlaq rəngdə olmuşdur, markasını dəqiq xatırlamamamış, həmin telefonu gördükdə tanıya biləcəyini demişdir. Ümumiyyətlə hadisə vaxtı sürücü Zərərçəkmiş şəxs aid hər hansı əşyanı götürməmişlər. Elmanın cinayəti törətməsi üçün özü ilə birgə idman çantasında gətirmiş olduğu əşyaları dəmir yolunun kənarında tulladıqlarını. Elman evə gedən vaxtı cinayət törədən zaman yalnız üzərində olan şalvarını aparmışdır. Həmin şalvarı nə etməsi barədə dəqiq məlumatı olmamışdır. Özünə məxsus qara çərçivəli optik eynək hadisə yerində düşmüşdür. Əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı Elmanın da üzərində olan optik eynəyi sonuncu hadisədən sonra həmin eynəyi dəmiryolu ərazisində, cinayətin digər alətləri ilə birgə tullamışdır. Avtomobili hissələrə bölüb, satmaq barədə əvvəlcədən hər hansı şəxslə razılıq və avtomabili aparacaq yeri belə müəyyən etməmişlər. Belə bir hadisəni törətməyi onlara kimsə sövq etməmiş, Elmanla razılaşıb bu cinayəti törətdiyinə çox peşman olmuşdur. Hadisənin birbaşa şahidi olan Şahid12 o, tanımamış, həmin vaxtı özündə olmamışdır. Kənardan onu kiminsə görməsini tam dəqiq bilməmiş, yaşlı qadını isə təxmini xatırlamışdır. Ona görə də o, əvvəlcədən Elmanın hazırladığı planı tam həyata keçirtməmiş, yəni Çərkəzi basdırmamış hadisə yerindən uzaqlaşmışlar. Onlar hadisənin belə olacağını planlaşdırmamışlar, belə ki, hadisə vaxtı qadının çıxıb onları görməsi planı pozmuşdur. Ona görə də, özlərini itirib qorxaraq avtomobili sadəcə atıb qaçmışlar. Maşında olan telefonu belə xatırlamadığı ərazidə tullamış, əvvəlki kimi planlaşdırmış qaydada telefonu falqanın arasına qoymalı olacaqlarını demişdir. Bu hadisədən heç bir gəlir əldə etməmiş, əksinə özündə olan pulu xərcləmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadə verərək bildirmişdir ki, polis əməkdaşları yaşadıqları evə gələrək belə bir hadisənin baş verdiyini qeyd etmişlər. Oğlu Çərkəz tərbiyəli, gənc, işləyən, ailəsinə yaxşı baxan bir insan olmuşdur. Törədilmiş hadisə ona ağır zərər vurmuşdur, oğlu ikinci övladını belə görə bilməmişdir. zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədən təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, hadisə baş verən günü öz ailə üzvləri ilə bərabər evdə olmuşdur. Mülki formada olan polis əməkdaşları hadisə barəsində yaşadıqları evə yaxınlaşaraq məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, hadisə “Hövsan” qəsəbəsində onun evinin qarşısında baş versə də, o, həmin evdə yaşamır və hadisə olan zaman işdə olmuşdur. 2015-ci ildən həmin evin tikilməsi başa çatsa da yaşayış olmamış, həyətyanı sahəsində nəzarət kamerası quraşdırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək bildirmişdir ki, axşam saatlarında evə gedərkən Türkan yolunda mobil telefon tapmış, telefonu dükanda enerji yığana taxaraq telefonu açmış, telefonu açarkən zərərçəkmiş şəxsin qardaşı zəng etmiş, qardaşı Çərkəzin harada olduğu barədə verilən suala isə telefonu yoldan tapdığını bildirməsi məzmununda cavab vermiş, bundan sonra polis əməkdaşları gələrək telefonu aparmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadə verərək bildirmişdir ki, iki qızı, bir oğlu var, oğlu Elmanla yoldaş kimi olmuşlar, işi ilə əlaqədar 15 gün ev 15 gün işdə olduğu üçün övladlarının təhsili ilə yoldaşı maraqlanmışdır.Oğlu dərs oxumaq üçün həvəsi olmadığını bildirdiyindən təhsilini yarımçıq qoymuş, asudə vaxtlarında evdə kompüterdə maşın oyunları ilə oynamışdır. Elmanın yalnız məhəllədə olan dostlaırnı tanımış, Serebrennikovu görməmişdir. Elmanın maddi cəhətdən heç nəyə ehtiyacı olmamış, onun psixi vəziyyətində çatışmazlıq hiss etməmişdir. Oğlunda hiss etdiyi aqressivliyin səbəbi məktəb ilə əlaqədar olmuş, belə ki ona eynək taxdığına görə məktəbdə lağ etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs2 çox mehriban uşaq olmuş, validenləri ilə ünsiyyətində heç bir problem yaşamamış, hadisə törədilən andan 11-ci sinif şagirdi olmuş, 8-ci sinifdən hazırlığa getmiş, nə məktəbdə, nə həyətdə, nə yaşadığı yerdə mübahisəyə qarışmamış, oğlunun aqressiv xarakterli olmasını müşahidə etməmişdir. Bu səbəbdən onun yol verdiyi hərəkətlərin səbəbini başa düşmür. Hadisədən sonra oğlu ilə əlaqə saxlamış sonuncu əməlindən hədsiz peşman olmasını bildirmişdir. Aleksandr ilə son vaxtlar ancaq daxil olacağı universitet barədə müzakirələr aparılmış, əyləncə üçün fotoçəkilişlə məşğul olsa da oğlu ilə aralarında yeni foto aparat alınması, buna maddi imkanının olması barədə hər hansı söhbət olmamışdır.Oğlu maddi cəhətdən hər şey ilə təmin olunmuş, onun hər hansı aqressiv oyunlar oynamasını müşaiyət etməmişdir. Oğlunun digər dostlarını tanısa da Elman adlı şəxsi onun ətrafında görməmişdir. Elman onların evinə heç vaxt gəlməmişdir. Son zamanlar isə ciddi şəkildə hazırlıqlara getdiyi üçün yalnız bazar günləri onun icazəsi ilə dostları ilə görüşərək asudə vaxtını idman zalına getməklə keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 ifadə verərək göstərmişdir ki, oğlunun yeganə istirahət günü olan bazar günündə belə bir hadisə törətməsi hələ də onda böyük təəccüb hissi yaradır. Məktəbin direktoru eyni hissləri yaşayır. Hazırlıqlara vaxtında gedib-gəlməsi üçün sürücü ilə belə təmin edilmişdir. Oğlunun bütün dostlarını tanısa da Elmanı hadisədən sonra görmüşdür. Aleksandrın dostları ilə arasında münaqişə olmasına şahidlik etməmiş,oğlunun yanında təcili fotoaparat lazım olması barədə hər hansı söhbətlər aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Şahid2 ifadə verərək bildirmişdir ki,17 ildən çox tibb müəssisəsində işləmişdir. Elmanın törətdiyi əməl onun hədsiz dərəcədə təəccübləndirmişdir. Elman etdiyi hərəkəti anlasa da indiyə qədər səbəbini açıqlaya bilmir. Etdiyi əməldən çox peşmandır. Elman xaraktercə çox sakit olmuş, məktəbdə mübahisə zəminində isə döyülən tərəf həmişə o olmuşdur. Oğlu çox bacarıqlı olmaqla yanaşı həmişə onun nəzarətində olmuşdur. 4 otaqdan ibarət evdə yaşayırlar, sonuncuya məxsus ayrıca otaq olmamış, bacıları ilə birgə qalmışdır. Otağının təmizliyinə oğlu özü nəzarət etmiş, hətta yemək də bişirirmiş, təhsil almaq istəmədiyi üçün peşə məktbəinə getmiş, laki pul qazanmaq istədiyini bildirərək peşə məktəbini də buraxmışdır. Oğlunun cinayət əməlini törətməsilə bağlı alət və vasitələr düzəltməsindən xəbəri olmamışdır. Psixologiyasında çatışmazlıq müşahidə etməmiş, evdə sonuncuya məxsus məktəb çantasından başqa çanta görməmiş, çantada dərsliklərin olduğunu düşünmüşdür. Sonuncu tibblə də maraqlanmış, ona yuxu arteriyası damarlarının, şah damarın harda yerləşməsi barədə suallar vermiş, ona aid olan anatomiya kitablarını da oxumaqla da tibb sahəsində müvafiq biliklər əldə etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, ailəsi ilə birgə yaşayır, yük maşınlarında sürücü işləyir, hadisə günü özü işdə, anası 3 saylı şəhər Kliniki Xəstəxanasında, arvadı isə atasıgildə olmuşdur.

09. Oktyabr 2022-ci ildə də işdə olan zaman saat 17 radələrində atası zəng vuraraq evin giriş darvazasının qarşısında yerdə kiminsə qan ıçərəsində uzandığını, tez evə gəlməsini demiş, o dərhal istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə təcili tibbi yardıma və polisə zəng vurub bu barədə məlumat vermişdir. İşlədiyi yer ilə evlərinin arasındakı məsafə təxminən 5 dəqiqəlik olmuş, evə gəldikdə yerdə bədəni qan içərisində olan şəxsin uzandığını, atasının isə qorxduğunu görmüşdür. Ondan sonra Bəxtiyar, sonuncunun xalası oğlu Elnurda birgə məhəlləyə gəlmişlər. Atasından nə baş verdiyini soruşduqda atası ona evdən çıxarkən darvazadan təxmini olaraq 20-25 metr irəlidə 3 nəfər şəxsin bir-biri ilə dava-dalaş içərisində olduğunu, həmin şəxsləri tanımadığını, qışqırıb orada nə iş gördüklərini soruşduğunu, həmin şəxslərin ikisinin atasının səsini eşidib qaçdıqlarını, atası digər şəxsə yaxınlaşan zaman, həmin şəxsin qan içərisində yerə yıxıldığını, daha sonra isə evə gedib ona zəng etdiyini demişdir. Bir qədər sonra TTYS-nm həkimləri və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Sonradan «Mersedes» markalı maşının məhəlləyə gəlməyi, maşından düşən iki nəfərin sürücünü döyüb bıçaqlayaraq maşına minməklə hadisə yerindən qaçmaları, hadisə vaxtı istifadə etdikləri bıçağı hadisə yerində atmaları məhəllədə yerdə kimə məxsus olduğunu bilmədikləri optik eynək olduğu ona məlum olmuşdur. Hadisə barədə başqa məlumatı yoxdur. Hadisənin birbaşa şahidlərindən biri də Bəxtiyarın anası Natavan olmuşdur. Daha əvvəl yaşadıqları məhəllədə belə bir hadisə olmamışdır. Məhəllədə qonşuluqda az adam yaşamış, evlərdə və ətrafda müşahidə kameraları olmamışdır. Hadisənin nə səbəbdən baş verməsini eşitməmiş və bu barədə məlumatı olmamışdır. O. həmçinin yerdə qan içərisində gördüyü şəxsi tanımadığını, əvvəllər görmədiyini, hadisə baş verən ərazidə və həmin ərazinin yaxınlığında son vaxtlar şübhəli hər hansı şəxs və ya şəxslərin gəlməsinin şahidi olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid13 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, özünə məxsus “Mercdedes c-klass” markalı 99- RX-527 dövlət qeydiyyat nişanlı avtomobil ilə taksilik fəaliyyətilə məşğul olur. xx.xx.2022-ci ildə günortadan sonra dostu Anar ona zəng çalaraq Türkan qəsəbəsi ərazisindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə aparmasını istəmişdir. Həmin günü təxminən saat 18 radələrində evdən Anan götürmək üçün yola çıxmış, Anan yaşadığı evdən götürməsi üçün magistral yoldan kanala tərəf dönmüş, magistral yoldan torpaqlıq yola düşüb bir az irəliləmişdir. Həmin vaxt iki nəfər qara paltarlı şəxs əl edərək avtomobili saxlatmışlar. Həmin şəxslər olduqları yerdən Koroğlu metrostansiyası ərazisinə manatlıq taksilərin olubolmamasını soruşmuşlar. O, isə taksi sürücüsü olduğunu və adambaşı iki manat müqabilində apara biləcəyini demiş, həmçinin bir dostunun da onunla birlikdə Sabunçu rayonu ərazisinə gedəcəyini demişdir. Həmin şəxslər onunla razılaşaraq avtomobilə əyləşmədən 4 manat pul vermişlər və hər iki şəxs avtomobilə arxa tərəfdən əyləmişlər. O, şəxslərin hər ikisinin rus dilli olduğunu hiss etmiş, biri Azərbaycan dilində biraz danışa bilsə də, digəri isə çox zəif danışmışdır. Həmin vaxt şəxslərdən birinin üzərində qara rəngli çanta olmuşdur, yolda olarkən haradan gəldiklərini və kimlərdən olduqlarını soruşsa da sonuncular ona normal cavab verməmişlər. O, həmin şəxslərin Türkan qəsəbəsinin sakinləri olmadıqlarını hiss etmişdir. Həmin şəxslərdən Azərbaycan dilində danışa bilən onun arxasında əyləşmişdir, digərinin isə üzündə səpkiləri olmaqla Azərbaycan dilində zəif danışmış və arxa sağ tərəfdə oturmuşdur. Onunla danışan əsasən Azərbaycan dilində danışa bilən şəxs olmuşdur. Avtomobilə əyləşən kimi şəxslərdən biri ona ola bilsin ki, üzərimdən qan iyi gələr, mənim atam Şüvəlanda qəssab işləyir, mən də onun yanında işləyirəm” sözlərini demişdir. Daha sonra birlikdə dostu Anan yaşadığı evin qarşısından götürərək Koroğlu metrostansiyası istiqamətinə yola düşmüşlər. Həmin şəxsləri o, Sabunçu rayonu ərazisində olan Sabunçu körpüsünün yaxınlığında, sağ tərəfdə olan qırmızı rəngli yanacaq doldurma məntəqəsinin yaxınlığında düşürsə də sonuncuların özlərini qeyri adi aparmaqlarından narahat olmuşdur. Şəxslər avtomobilə əyləşən zaman özlərini fikirli aparmışlar və öz aralarında həyəcanlı formada rus dilində danışmışlar. Şəxsləri düşürdükdən sonra o, sonuncuların maşının içərisinə təhlükəli maddə qoya biləcəklərindən narahat olduğundan sonradan avtomobilin içərisini yoxlamışdır. Daha sonra isə dostu Anarı evində düşürmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslər hər ikisi arıq, cüssəsi zəif olmuşlar, biri sarışın olmaqla üzündə səpkiləri olmuş, ana dilində zəif danışmışdır. Digəri isə boyda bir qədər o birindən alçaq olmuşdur, hər ikisi qara rəngli paltar geyinmişlər. Boyda alçaq olanın üzərində qara rəngli idman çantasına bənzər çanta olmuşdur. Həmin şəxsləri görsə tanıya biləcəyini demişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid11 Elburus oğlunun ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yaşayır, fərdi qaydada ticarətlə məşğul olur. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci ildə təxminən saat 18 radələrində dostu Kamranı taksi kimi kəndə çağırmışdır ki, onu işi ilə bağlı gəlib Bakıxanov qəsəbəsinə aparsın. Kamran da özünə məxsus "Mercedes C-klass" markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksilik fəaliyyətilə məşğul olmuşdur. Sözü gedən maşın ilə onun arxasınca evə gəlmiş, evdən çıxarkən Kamran ona maşında iki nəfərin olduğunu demişdir. O. Kamranın maşınında qabaq sağ oturacaqda oturarkən iki nəfər şəxsin maşında arxa oturacaqda oturduqlarını görmüşdür. Həmin şəxsləri üzdən görsə də tanımamış, onlar kənd sakinləri olmamışlar. Adətədən yaşadıqları ərazidə daşkarxanalarına fəhlələr gəlib getdiklərinə görə o, maşında həmin şəxlərdən karyerdə işləmələrini soruşmuşdur. Həmin şəxslər rus dilli olmaqla cavablarında ona dostugilə gəldiklərini, zəng çatmadığından evə qayıtdıqlarını bildirmişlər. Kamran yolda şəxslərin Koroğlu metrosu tərəfə getdiklərini demişdir. Həmin vaxtı onlar da Qala yolunu gəldikləri üçün şəxslərə Qaladan Mərdəkan qəsəbəsinə daha yaxın olduğunu demiş, şəxslər cavabında «nam seravno sür gedək» sözlərini demişlər. Həmin şəxslərdən biri orta boylu, təxmini kapşonkalı gödəkçə geyimində, paltarlarının rəngi qara olmaqla əlində idman çantası olmuşdur. Digəri uzun boylu, sarışın olmuşdur. Artıq Suraxanı qəsəbəsinə çatan zaman şəxslərdən biri Sabunçu körpüsünün altında düşəcəklərini, demişlər. Onlara da əlverişli idi ki, dairəni keçib Bakıxanov qəsəbəsinə getsinlər. Həmin şəxslər körpünün altında maşından düşərək körpü istiqamətində getmişlər. Maşında olan zaman biri biriləri ilə rus dilində danışmışlar. Maşında maqnitafon işlək olduğuna görə şəxslərin nə barədə danışmalarını bilməmişdir. O, həmin şəxsləri üzdən görüb tanıya biləcəyini demişdir. Şəxslər maşından düşəndən sonra o, Kamrana şəxslərin normal adama oxşamadıqlarını, ilkin olaraq Mərdakan qəsəbəsinə getmək adı ilə Koroğlu metrosuna sürməyi, sonradan Koroğlu metrosuna çatmamış Sabunçu körpüsünün altında düşdüklərini demişdir. O, şəxslərin üz cizgilərindən yeniyetmə məktəbli olduqlarını düşünmüşdür. Kamrandan şəxslərin kimliyi barədə soruşduqda sonuncu tanımadığını, ilk dəfə həmin şəxslərin maşına müştəri kimi mindiklərini demişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid12 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, xx.xx.2022-ci ildə evdə tək olan vaxt saat 16:50-də çörək və siqaret almaq üçün mağazaya getmək üçün evdən çıxmış, darvazadan çıxarkən təxminən 20-25 metr irəlidə 3 nəfər şəxsin bir biri ilə mübahisədə olduğunu, sanki davadalaş edərək bir biriləri ilə "tutuşduğunu” görmüşdür. Həmin şəxsləri tanımadığı üçün, şəxslərin küçə sakini olmadıqlarını hiss edib, qışqıraraq orada nə iş gördüklərini soruşmuşdur. Həmin şəxslər səsi eşidib ona tərəf çevrilmişlər və həmin şəxslərdən ikisi qaçaraq oradan uzaqlaşmışlar. Digəri isə olduğu yerdə qalmışdır. O, yavaş-yavaş addımlayaraq həmin şəxsə tərəf gəlib yaxınlaşan zaman həmin şəxsin üzünü qanlı görmüşdür. Tanımadığı şəxs yerə yıxılmışdır. Həmin vaxt o, gördüklərindən qorxaraq dərhal evə keçib oğlu Tofiqə zəng edərək polisə və təcili yardıma məlumat verməsini bildirib oğlunu dərhal evə çağırmışdır. Daha sonra oğlu gəldikdən sonra o, yenidən evdən çıxmış, yerdə qan içərisində, üzərində xəsarətlər olan meyiti görmüşdür. Oğlu Tofiq DİNnin 102 çağırış xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra TTYS-mn həkimləri və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhəllədə oğlu Tofiq, qonşu Bəxtiyar və sonuncunun xalası oğlu Elnur olmuşlar. Sonradan məlum olmuşdur ki, «Mersedes» markalı maşın məhəlləyə gəlmiş, maşından düşən iki nəfər sürücünü döyüb, bıçaqlayaraq maşına minib hadisə yerindən qaçmışlar. Hadisə vaxtı istifadə olunan bıçağı hadisə yerində atmışlar. Hətta məhəllədə optik eynək də olmuşdur, həmin eynəyin kimə məxsus olmasını belə bilməmişlər. Hadisə barədə onun başqa məlumatı olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu görüb qaçan şəxslərin üzlərini dəqiq xatırlamamış, paltarlarının qara olduğunu görmüş, hər ikisi arıq, cüssəsi zəif, təxminən 175-180 boylarında olmuşlar. Həmin şəxsləri ani gördüyü üçün tanıya bilməz. Ondan başqa hadisənin birbaşa şahidi Bəxtiyarın anası Natavan olmuşdur. Məhəllədə ilk dəfə belə bir hadisə baş vermişdir, əvvəllər oxşar belə bir hadisə baş verməmişdir. Yaşadığı evdə, qonşuluqdakı evlərdə, eləcə də ətrafda müşahidə kameraları olmadığını, hadisənin nə səbəbdən baş verməsi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid9 Etibar oğlunun ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, xx.xx.2022-ci ildə saat 15 radələrinədək yaşadığı evdə olmuş, saat 15.00-dan sonra işlərini görməkdən ötrü Hövsan qəsəbəsi, “Abidə” adlanan yerin yaxınlığında yerləşən işlətdiyi kafeyə getmişdir. Daha sonra xalası oğlu Elnurla əlaqə saxlamış, yaxınlıqda yerləşən Elnurun ev alqı-satıqı ofisinə gəlmiş, bir müddət həmin ofisdə oturub söhbət etdikdən sonra, təxminən saat 17.00-də işlətdiyi kafeyə qayıtmışdır. Həmin günü saat 17:05-də anası Natavan Balayeva ona zəng edərək iki nəfər şəxsin evin qarşısında bir nəfər şəxsi bıçaqladıqlarını, həmin şəxslərin 433 nömrəli avtomobilə minərək uzaqlaşdıqlarını, uzaqlaşarkən avtomobili evin hasarına vurduqlarını, evin qarşısında yerdə üzərində qan izləri olan bıçaq olduğunu demişdir. O, dərhal öz avtomobilinə minib Elnurun ofisinə getmiş, hadisə barədə məlumat verdikdən sonra birlikdə yaşadığı evə doğru yollanmışlar. Yaşadığı küçəyə avtomobillə çatan zaman küçənin girişində yerdə qan içərisində olan kişi meyiti görərək avtomobili orada saxlamışdır. Qonşuları Akif və Şahid6lər də küçədə dayanmışlar. O, Tofiqə təcili yardıma və polisə məlumat verməsini bildirdikdə, sonuncu artıq Daxili İşlər Nazirliyinin 102 çağırış xidmətinə məlumat verdiyini demişdir. O. dərhal qaçaraq yaşadığı evə tərəf getdikdə evin qarşısında girişdə qan izləri olduğunu görmüşdür. Evə daxil olarkən anası Natavan ona yerdə üzərində qan ləkələri olan bıçağı göstərmişdir. Bundan sonra təcili yardım həkimləri və hüquqmühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, qan içində olan Zərərçəkmiş şəxs tanımamış, əvvəllər də görməmişdir. Yaşadıqları evdə video müşahidə kamerası olmamış, son vaxtlar yaşadığı küçəyə və evin yaxınlığına şübhəli hər hansı şəxs və ya şəxslərin gəlməsinin şahidi olmamışdır. X12 başqa hadisəyə hər hansı şəxsin şahid olması barədə məlumatı yoxdur. O, hadisə yerinə çatdıqda artıq meyit yerdə uzanıqlı vəziyyətdə, qan içərisində olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid X3 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, xx.xx.2022-ci ildə saat 17 radələrində evdə olan vaxtı gəlini Sura uşağı yatızdırarkən məhəllədə səs-küy eşitmiş, həmin səsə çıxanda tanımadığı üç nəfər şəxsin bir birləri ilə dalaşa-dalaşa məhəllənin giriş hissəsinə tərəf hərəkət etdiklərini görmüşdür. Həmin şəxslərdən ikisinin başında kapuşon, üzləri isə bağlanmış kimi olmuşdur. Həmin şəxslər məhəllənin giriş tərəfinə doğru hərəkət etdikləri üçün, həmçinin yaşlı olduğuna görə gözləri zəif olduğundan onları tam görə bilməmişdir. Bundan sonra başlarında kopuşon olan iki nəfər qaçaraq maşına tərəf gəlmişlər. O, qorxduğuna görə evə keçmiş, hadisəni görən şəxs kimi ona nə isə edə biləcəklərini fikirləşərək gizlənmişdir. İki nəfər maşına tərəf gəlib maşına minərək məhəllədən çıxan vaxtı o, qapıya tərəf gələrək maşının son üç rəqəm nömrəsini, yəni 433 dövlət qeydiyyat nişanlı olduğunu görmüşdür. Həmin şəxslər maşınla məhəllədən çıxarkən məhəllənin divar boyu hərəkətdə olan qaz xəttini və hasarı maşınla vuraraq məhəlləni tərk etmişlər. Bir nəfər şəxsin hara çıxıb getməsini bilməmişdir. Həmin vaxtı məhəllədə ondan başqa heç kim olmamış, qonşuluqda yaşayan şəxslər də evdə olmamışlar. Yaşadığı evin giriş darvazası dəmir reysin üzərində olmaqla həmişə açıq vəziyyətdə olmuşdur, 35 ildən artıq olar həmin ünvanda yaşamasına baxmayaraq heç bir zaman məhəllədə belə bir hal baş verməmişdir. Yaşadığı məhəllə dalan olduğundan sonuncu ev qardaşı Hüseynxana məxsus olsa da orada yaşamamış, oğlunun ailə qurub orada yaşaması üçün evdə təmir işləri aparmışdır. Maşın məhəllədən gedəndən sonra o, özünü itirmiş vəziyyətdə məhəlləyə çıxarkən yerdə giriş qapısının qarşısında qan ləkələri və yerdə qara çərçivəli optik eynək görmüşdür. Optik eynəyin bir şüşəsi çərçivədən çıxmış, digəri isə yerdə sınmış vəziyyətdə olmuşdur. Evin sağ yan hissəsinə keçdikdə yerdə qanlı vəziyyətdə olan bıçaq görmüşdür. Artıq vəziyyətin ağır olduğunu düşünərək Oğlu Bəxtiyara zəng çalaraq hadisə barədə ona məlumat vermişdir. Bəxtiyar evə gəlib ona qorxmamağı və polis əməkdaşlarının gəldiyini bildirmişdir. Bəxtiyardan nə baş verməsini soruşmuş, dalaşanların üç nəfər olduğunu, iki nəfərin isə maşınla məhəllədən getmələrini demişdir. Ümumilikdə nə baş verməsini oğluna tam təfərrüatı ilə danışmışdır. Bəxtiyar bir nəfərin öldürüldüyünü, qonşuluqda yaşayan Akifin evinin qapısında meyitin qanlı vəziyyətdə olduğunu ona demişdir. Akifin oğlu Tofiq özü meyiti görərkən Daxili İşlər Nazirliyinin 102 çağırış xidmətinə zəng çalaraq hadisə barədə məlumat vermişdir. Hadisənin nə səbəbə baş verməsini bilməmiş, məhəlləyə çıxarkən üç nəfərin nə səbəbə mübahisə etdiklərini də eşidə bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, gəlini Sura səs-küydən sonra evdən qorxusundan Bəxtiyar evə gələnədək çıxmamışdır. Evin içində əli qolu qorxusundan əsmiş, sonuncu hər hansı bir hadisənin şahidi olmamışdır. CD diskə baxış zamanı həmin görüntülərdə qeydiyyata alınmış şəxsləri o, tanımamışdır. Hadisə vaxtı iki nəfər şəxs kapşonkalı, üzləri bağlı vəziyyətdə olmuşlar, biri qara, digəri isə boz rəngli geyimdə olmuşlar. O, həmin şəxsləri əvvəl görməmişdir. Yolda maşına əl eləyib saxlatdıran şəxsləri isə bir qədər həmin şəxslərə oxşada bilmişdir. Qara geyimdə olan şəxsləri isə oxşada bilməmişdir. 07 noyabr 2022-ci il tarixli 1205 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində sol gözaltı nahiyənin qançırı və həmin gözün ağlı qişasının qansızması, sağ diz oynağının deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın əşyaların ola bilsin bıçaq, digər xəsarətlər bərk kütə əşyanın əşyaların, yumruq təpik və.s təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 09 oktyabr 2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə döş qəfəsinin qançırı sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, digər xəsarətlər hər biri ayrı ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəbə olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarət alarkən şəxs müxtəlif duruş vəziyyətlərində ola bilərdi (Cild 2, iş vərəqə 214-216). 07 noyabr 2022-ci il tarixli 1204 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, X1 bədəni üzərində sol gözaltı nahiyənin və sağ gözün bayır bucağı nahiyəsinin qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın əşyaların əl təpik və.s təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 09 oktyabr 2022-ci il tarixdə əmələ gələ bilər, hər biri ayrı ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarət alarkən şəxs müxtəlif duruş vəziyyətlərində ola bilər (Cild 2, iş vərəqə 217-219). 15 noyabr 2022-ci il tarixli məhkəmə kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd sensor ekranlı «Android 12» əməliyyat sistemi ilə təchizolunmuş «Samsung Galaxy A 12» markalı «SM-A125F/DSN» modelli «**********14426, **********14429» İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı «Android 10» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiaomi Redmi 9T» markalı «M2010J19SG» modelli «**********78948, **********78955» İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.- Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş «Samsung Galaxy A 12» markalı «SM-A125F/DSN» modelli və «Xiaomi Redmi 9T» markalı «M2010J19SG» modelli mobil smartfonların yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng. SMS) mesaj, foto, audio, video fayıllar, «Teleqram» proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulub pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı (Cild 3, iş vərəqə 29-32). 02 noyabr 2022-ci il tarixli məhkəmə daktiloskopik ekspertizasının rəyindən görünür ki, 09 oktyabr 2022-ci il tarixdə Suraxanı rayonu, Hovsan qəsəbəsi, Hövsan kəndi, S.Qılmanov küçəsi, 14 saylı evin qarşısında Zərərçəkmiş şəxs öldürülməsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd zərfin içərisində olan 07 ədəd kağız parçasının üzərinə yapışdırılmış 07 ədəd şəffaf yapışqanlı lent kəsikləri və 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd daktiloskopik plyonka üzərində olan 04 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi 08 avqust 2006-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 Aleksanroviçin sağ əlinin şahadət (Redmi markalı mobil telefonun üzərindən götürülmüş) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl barmaq izi Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Hadisə yerinin müayinəsi zamanı götürülmüş və tədqiqata təqdim edilmiş qatlanmayan taxta dəstəkli 02 ədəd bıçaq üzərində əl izləri aşkar olunmamışdır (Cild 3, iş vərəqə 19-28). 23 noyabr 2022-ci il tarixli məhkəmə genetik ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 01 (bir) ədəd çöplü pambıq tamponda eynək üzərindən götürülmüş qan nümunəsi, 06 (altı) ədəd çöplü pambıq tamponda hadisə zamanı istifadə olunmuş bıçağın üzərindən götürülmüş qan nümunəsi. 01 (bir) ədəd çöplü pambıq tamponda çənin yanında divardan götürülmüş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda nömrəsiz evin qapısının yanından götürülmüş qan nümunəsi, 02 (iki) ədəd çöplü pambıq tamponda qapı üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda metlax üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda meyitin yaxınlığında qaz borusunun üzərindən götürülmüş qan nümunəsi, meyitin sağ və sol əl dırnaq kəsiyi altında olan bioloji mənşəli materiallar, 04 (dörd) ədəd çöplü pambıq tamponda “Redmi” markalı mobil telefon üzərindən götürülmüş qan nümunəsi, şərti olaraq “2”, ”5". “6” və "7” ilə nömrələnmiş torpaq parçaları üzərində olan nümunəsi, 03 (üç) ədəd çöplü pambıq tamponda avtomobilin arxa sol qapısından götürülmüş “N1” ilə işarələnmiş qan nümunəsi. 05 (beş) ədəd çöplü pambıq tamponda avtomobilin qabaq sol qapı bayır tərəfindən götürülmüş “N2” ilə işarələnmiş qan nümunəsi. 03 (üç) ədəd çöplü pambıq tamponda avtomobilin qabaq sol qapı iç tərəfindən götürülmüş “N3” ilə işarələnmiş qan nümunəsi, 02 (iki) ədəd çöplü pambıq tamponda avtomobilin qabaq sağ qapı bayır tərəfindən götürülmüş “N4” ilə işarələnmiş qan nümunəsi, 04 (dörd) ədəd çöplü pambıq tamponda avtomobilin qabaq sağ qapı iç tərəfindən götürülmüş “N5” ilə işarələnmiş qan nümunəsi. 01 (bir) ədəd çöplü pambıq tamponda avtomobilin arxa alın şüşəsindən götürülmüş “N6” ilə işarələnmiş qan nümunəsi, 02 (iki) ədəd oturacaq yastıqcığı üzərindən götürülmüş qan nümunəsi. 03 (üç) ədəd rezin ayaqaltı üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd avtomobilin şüşəsini endirib-qaldıran düymənin plasmas örtüyünün altından götürülmüş qan nümunəsi, 01 (bir) ədəd əski parçası üzərindən götürülmüş qan nümunəsi, 02 (iki) avtomobilin oturacaq örtüyü və 02 (iki) avtomobilin söykənəcək örtüyü üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) cüt parça əlcəyin iç səthində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd ön oturacağın başlıq hissəsinin örtüyü üzərində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd rezin əlcəyin üst səthindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd dəri gödəkçə üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd kapişonlu gödəkçənin sol qolundan götürülmüş qan nümunəsi, hadisə yerindən götürülmüş 01 (bir) ədəd bıçağın tiyəsi və dəstəyi üzərindən götürülmüş qan nümunəsi. 01 (bir) ədəd barsetka üzərindən götürülmüş qan nümunəsi, ifadənin yerində yoxlanılması zamanı götürülmüş 01 (bir) ədəd linzası olan eynəyin sol linzası üzərindən götürülmüş qan nümunəsi, ifadənin yerində yoxlanılması zamanı götürülmüş 01 (bir) ədəd bıçağın tiyəsi və dəstəyi üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd “Redmi” markalı mobil telefon üzərində olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd linzası olmayan eynəyin çərçivəsi üzərində insana məxsus bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs2 məxsusdur. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kapişonlu gödəkçənin yaxalığında insana məxsus bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs1 məxsusdur. Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd şalvarın sol və sağ bud hissələri üzərindən götürülmüş tədqiqat nümunələri, Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd gödəkçənin üzərindən və sol qolunun manjetindən götürülmüş tədqiqat nümunələri, 01 (bir) ədəd kustar üsulla hazırlanmış belin dəstəyindən götürülmüş tədqiqat nümunəsi, 01 (bir) ədəd rezin əlcəyin daxili səthindən götürülmüş tədqiqat nümunəsi, 01 (bir) ədəd təsərrüfat ipi üzərindən götürülmüş tədqiqat nümunəsi, 01 (bir) ədəd dəri gödəkçənin yaxalığından götürülmüş tədqiqat nümunəsi, 01 (bir) ədəd şortikin sağ və sol ciblərinin ağzından götürülmüş tədqiqat nümunələri, ifadənin yerində yoxlanılması zamanı götürülmüş 01 (bir) ədəd linzası olan eynəyin buruna təmas edən hissəsindən götürülmüş tədqiqat nümunəsi üzərində kifayət qədər yararlı bioloji mənşəli materialın mövcud olmadığı müəyyən edilmiş və bu səbəbdən həmin tədqiqat obyektləri üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmamışdır (Cild 3, iş vərəqə 1-18). 01 noyabr 2022-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: a) ağciyərlərin zədələnməsi ilə müşayət olunan kürəkaltı nahiyyələrin daxilə keçən 2 ədəd deşilmiş-kəsilmiş yarası; sol böyrəyin zədələnməsi ilə müşayət olunan bel nahiyyəsinin daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası; sağ körpücük nahiyyəsinin və döş qədəsinin sağ yan səthinin daxilə keçən 2 ədəd deşilmiş- kəsilmiş yarası (cəmi 5 ədəd); b) sağ əlin və sağ saidin əzələ, sinir və qan damarlarının kəsilməsi ilə müşayət olunan 2 ədəd kəsilmiş dərin yarası; s) sol sağrı nahiyyəsinin, sağ bel nahiyyəsinin, sağ kürəkaltı nahiyyənin, sol bazunun, boyunun arxa səthinin, sağ bazu oynağının, sağ dirsək oynağının, döş qəfəsinin, sağ qulaqaltı nahiyyənin, sağ qulaqarxası nahiyyənin, sağ gicgah nahiyyəsinin. almın, sol qulaqönü nahiyyənin deşilmiş-kəsilmiş yaraları (cəmi 20 ədəd) və boyunun ön səthinin 2 ədəd kəsilmiş yaraları; c) boyunun, sağ bazunun, sol əlin İİ barmağının, sağ təpə nahiyyəsinin, sağ əlin səthi kəsilmiş yaraları (cəmi 12 ədəd), sağ dirsək oynağının bir ədəd sıyrığı. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl sıyrıq bərk küt əşyanın, digər xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən əmələ gəlmişlər. Dərəcəsinə görə a bəndində qeyd edilən daxilə keçən 5 ədəd deşilmiş-kəsilmiş yaralar hər biri ayrı- ayrılıqda və ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə biləvasitə səbəbli əlaqəlidirlər; b bəndində qeyd edilən sağ əlin və sağ saidin əzələ, sinir və qan damarlarının kəsilməsi ilə müşayət olunan 2 ədəd kəsilmiş dərin yarası hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malikdirlər; s bəndində qeyd edilən daxilə keçməyən 20 ədəd deşilmiş-kəsilmiş yarası və boyunun 2 ədəd kəsilmiş yarası hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər; c bəndində qeyd edilən xəsarətlər-12 ədəd səthi kəsilmiş yara və bir ədəd sıyrıq hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə döş qəfəsinin daxilə keçən deşilmiş-kəsilmiş yaraları nəticəsində ağciyərlərin və sol böyrəyin zədələnmələri fonunda inkişaf etmiş massiv (çoxlu) qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 3-5 saat əvvəl baş verə bilərdi. Deşilmiş-kəsilmiş yaraların lokalizasiyasma və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər eyni xüsusiyyətə malik müxtəlif deşici- kəsici əşyanın (əşyaların) təsirindən alınmaları inkar olunmur. Yaraların istiqaməti öndən arxaya olmaqla müxtəlif istiqamətlərdə olmuşdur. Yetirilən xəsarətlərdən sonra şəxs hərəkət etmək iqtidarında olmuşdur, hanski saniyyələrlə ölçülə bilərdi. Mərhumun bədənində və paltarlarında olan zədələr bir-biri ilə nisbi uyğunluq təşkil edirlər. Xəsarətlər çoxsaylı olduğundan zərbələrin ardıcıllığı barədə fikir söyləmək mümkün olmur. Xəsarətlərin lokalizasiyasma və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunur. Xəsarətlər yetirilən anda şəxs müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Qarşılıqlı mübarizənin təyini məhkəmə tibb ekspertinin səlahiyyətinə aid deyildir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon. 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (Cild 2, iş vərəqə 221-226). 28 noyabr 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspretizasnm rəyindən görünür ki, Volqa MMC tərəfindən tərtib edilmiş təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 1999-cu il buraxılışlı «Mercedes Benz 220 minik» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomabilin təmir bərpa xərci təxminən 485,0 manat müəyyən edilir. O cümlədən dəyişdirilməli hissələrinin qiyməti 65,0 manat təmir-bərpa işlərinin qiyməti 450,0 manat. Respublikada şəhərlərində yerləşən avtobazarlarda, internet saytlarında möbvcud olan qiymtələrdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərarda göstərilən 1999-cu il buraxılışlı «Mercedes Benz 220 minik» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 12500,0 manat müəyyən olunur (Cild 3, iş vərəqə 88-91). 29 dekabr 2022-ci il tarixli məhkəmə kriminalistik və trassoloji ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd, ön səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində 03 (üç) ədəd, arxa səthinin orta nahiyəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 04 (dörd) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 04 (dörd) ədəd, sağ qolunun arxa səthində 05 (beş) ədəd, sağ qolunun ön və arxa səthini əhatə edən 01 (bir) ədəd, sağ qolunun ön səthində 01 (bir) ədəd və sol qolunun arxa səthində 05 (beş) ədəd (cəmi 29 (iyirmi doqquz) ədəd); şalvarın ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol və sağ yarısının yuxarı hissəsində 02 (iki) ədəd və sol ayaqlığının ön səthinin orta-dizlik nahiyəsində 01 (bir) ədəd cəmi 04 (dörd) ədəd; tumanın isə, arxa səthinin sağ və sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır, bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdilər. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd və sağ qolunun ön səthində 01 (bir) ədəd (cəmi 02 (iki) ədəd), köynəyin müvafiq nahiyələrinə əvvəlcə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən və sonradan küt qüvvənin təsirindən kəskin dartılaraq cırılması nəticəsində əmələ gələn kombinə olunmuş deşilmiş-kəsilmiş-cırılmış zədələr və sol qolunun arxa səthində, dirsəklik nahiyəsində iti kənarı olan alətin (əşyanın) təsirindən əmələ gəlmiş 01 (bir) ədəd kənarı kəsilmiş zədə vardır. Ekspertizaya təqdim edilmiş və məhrum Zərərçəkmiş şəxs məxsus geyim əşyalarında olan zədələrin ekspertizaya təqdim edilmiş hər iki bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətlərə malik olan digər alətin (alətlərin) təsirindən əmələ gəlmələri inkar olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus kəmərin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs1 məxsus pulover və şortun üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs2 məxsus gödəkçənin arxa səthi üzrə astar səthində 02 (iki) ədəd küt yaranma mexanizminə malik və gödəkçənin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlmiş sökülmə zədələri vardır. Ekspertizaya təqdim olunmuş və təqsirləndirilən şəxs Serebrennikov- Aleksandr Aleksandroviçə məxsus sviterin və şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş 02 (iki) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçaqlarıdırlar və soyuq silah hesab olunmurlar. Məhrum Zərərçəkmiş şəxs məxsus geyim əşyaların üzərində olan zədələr onun meyitinin bədənində (gövdə, sağ və sol yuxarı ətraflar və sol sağrı nahiyələrində) olan eyni xarakterli xəsarətlərlə öz yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Məhrum Zərərçəkmiş şəxs meyitinin üzərində aşkar olunmuş digər xəsarətlər (sağ qulaqaltı nahiyənin, sağ qulaqarxası nahiyənin, sağ gicgah nahiyəsinin, almın, sol qulaqönü nahiyənin deşilmiş-kəsilmiş yaraları: sağ əlin kəsilmiş yarası; boynun ön səthinin 02 ədəd kəsilmiş yaraları: boyunun, sol əlin İİ barmağının, sağ təpə nahiyəsinin səthi kəsilmiş yaralan, sağ əlin çoxsaylı səthi kəsilmiş yaraları) ekspertizaya təqdim edilmiş və ona məxsus geyim əşyalarında, onların qeyd edilən bədən nahiyələri örtülmədiyi üçün öz əksini tapmamışdır. Mərhum Zərərçəkmiş şəxs geyim əşyalarının və meyitinin üzərində (o cümlədən, meyitin döş qəfəsindən tibbi-kriminalistik müayinəsi üçün götürülmüş 02 ədəd dəri parçasında) aşkar edimiş deşilmiş-kəsilmiş zədələrin və xəsarətlərin forması, xətti ölçüləri və morfoloji əlamətlərini, həmçinin eksperimentin və müqayisəli müayinələrin nəticələrini, eləcə də, ekspertizaya təqdim edilmiş hər iki bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, mərhum Zərərçəkmiş şəxs meyitinin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş xəsarətlərin ekspertizaya təqdim edilmiş hər iki bıçağın tiyəsinin təsirindən törənməsinin mümkünlüyünü inkar etmək olmaz (Cild 3, iş vərəqə 98-118). 31 oktyabr 2022-ci il tarixli 3885/K saylı məhkəmə-kimyəvi ekspretizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkaloidlər həmçinin tiryək qrupu, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri salisatlar və kannabinoid çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən akşar edilməmişdir (Cild 3, iş vərəqə 130-132). 31 oktyabr 2022-ci il tarixli 3885A/K saylı məhkəmə kimyəvi ekspretizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkaloidlər həmçinin tiryək qrupu, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri salisatlar və kannabinoid çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən aşkar edilməmişdir (Cild 3, iş vərəqə 133-135). 25 noyabr 2022-ci il tarixli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - AB/H/(İV) Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qan qrupu- A(İİ) Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu - О (İ) təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqələrinin kserosurətinə əsasən tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək, tuman və şalvar üzərindəki ləkələrdə insan qam aşkar olunmuşdur. Bu ləkələrdə qan qrupu mənsubiyyəti ABO sistemi üzrə təyin edildikdə bütün ləkələrdə "A”, ”B”. "H" antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa AB/H/ (İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə ləkələrdə əgər onlarda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da qarışmış qanlarının olması inkar olunmur. (Cild 3, iş vərəqə 92-97). 05 dekabr 2022-ci il tarixli 3252 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional- iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Aleksanr Serebrennikov öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 idrak prosesləri, əqli və intellektual imkanları normaya uyğundur. O, öz hərəkətlərini düzgün dərk edə, hadisələri qavraya, yadda saxlaya və onları təsvir edə bilər. Təqsirləndirilən şəxs2 adaptivlik, stiuativlik, soyuqqanlılıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əvvəlcədən plan qurması və məqsədyönlü şəkildə hərəkət etməsi ilə əlaqədar cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Həmin vaxt psixi-emosional halında qətiyyətlilik, qərarlılıq yaranmışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (Cild 3, iş vərəqə 120-123). 03 mart 2023-cü il tarixli 587 saylı əlavə komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanlarının (diqqət, yaddaş, qavrama, təfəkkür, təsəvvür, dərketmə vəs.) normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir.Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Situasiyanı öz xeyrinə yönəltmək, eqosentrizm, özünü psixoloji müdafiə etməyə meyillilik, öz maraqlarını üstün tutmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməzdən bilavasitə əvvəl məqsədyönlü şəkildə hərəkət etdiyi üçün psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisəni törədərkən həmin əməli törətməyə meyl oyadan qətiyyətlilik, emosionallıq yaranmışdır. Qeyd edilən hal hərəkət və davranışını şüurlu olaraq idarə olunmasına mühüm təsir göstərməmiş (belə ki. sürücünü vurarkən qadının onları görməsindən ehtiyat edib maşına əyləşərək hadisə yerindən uzaqlaşmışdırlar), emosional halından asılı olaraq etdiyi əməlin ağırlığını dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 hadisə anında iradəsini idarə edə biləcək emosional vəziyyətdə olmuşdur. Cinayət işi materiallarının təhlilinə və aparılmış psixoloji müayinəyə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ölüm cinayətini əvvəlcədən planlaşdırması, məqsədyönlü şəkildə etməsi qənaətinə gəlinir. Belə ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi hər iki ifadəsində Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin əməli törətməyə gedərkən bıçaq, bel, ip, həmçinin maskalar, əlcək, sellofan və s. özləri ilə götürmüşdürlər. Təqsirləndirilən şəxs2 hazırda törətdiyi əməldən peşman olduğunu bildirsə də, əvvəlcədən həmin əməli törətməyə məqsədyönlü şəkildə hazırlaşdığından, həmçinin törətdiyi əməllə əlaqədar psixi- emosional vəziyyətində hər hansı dəyişiklik (depressiya vəziyyəti, nevrotik hal və s.) müəyyən edilmədiyindən onun adam öldürməyə münasibətinin soyuqqanlı və laqeyd olaraq çıxış etdiyi müəyyən edilir (Cild 4, iş vərəqə 34-38) 05 dekabr 2022-ci il tarixli 3253 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiəri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Psixi-emosional sferasında qıcığa qarşı həssaslıq müşahidə edilir. Tez özündən çıxmaq, inadkarlıq, hövsələsizlik, başqalarının hiss və yaşantılarına qarşı laqeydlik, soyuqqanlılıq, kobudluq və s, kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiəri müəyyən edilir. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələr qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 idrak prosesləri, əqli və intellektual imkanları normaya uyğundur. O. öz hərəkətlərini düzgün dərk edə, hadisələri qavraya, yadda saxlaya və onları təsvir edə bilər. Təqsirləndirilən şəxs1 qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, inadkarlıq, hövsələsizlik, başqalarının hiss və yaşantılarına qarşı laqeydlik, soyuqqanlılıq, kobudluq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əvvəlcədən plan qurması və məqsədyönlü şəkildə hərəkət etməsi ilə əlaqədar cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Həmin vaxt psixiemosional halında niyyətlilik, qətiyyətlilik, qərarlıhq yaranmışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (Cild 3, iş vərəqə 124-128). 03 mart 2023-cü il tarixli 586 saylı əlavə komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanlarının normaya uyğun olduğu aşkar edilir. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini dərk etmək, Ölçüb- biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanlarının normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İnadkarlıq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, kobudluq, eqosentrizm, tez özündən çıxmaq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən bilavasitə əvvəl məqsədyönlü şəkildə hərəkət etdiyi üçün psixi- emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisəni törədərkən həmin əməli törətməyə meyl oyadan qətiyyətlilik, emosionallıq yaranmışdır. Qeyd edilən hal hərəkət və davranışını şüurlu olaraq idarə olunmasına mühüm təsir göstərməmiş (belə ki, sürücünü vurarkən qadının onları görməsindən ehtiyat edib maşına əyləşərək hadisə yerindən uzaqlaşmışdırlar), emosional halından asılı olaraq etdiyi əməlin ağırlığını dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (Cild 4, iş vərəqə 39-42). 16 oktyabr 2022-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 111 saylı MKİS-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri. Xəzər rayonu. Buzovna qəsəbəsi, R.İmanov küçəsi 32, mənzil 46-da yaşamışdır (Cild 2, iş vərəqə 169). 16 oktyabr 2022-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 111 saylı MKİS-nin xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilir (Cild 2, iş vərəqə 168). Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Sabunçu rayon MKTB-nin 69 saylı MKİS-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi 9 A, ev 7-də yaşamışdır (Cild 2, iş vərəqə 167). Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Sabunçu rayon MKTB-nin 69 saylı MKİS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilir (Cild 2, iş vərəqə 165-166). Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu rayon sektorunun məktubundan görünür ki, Zərərçəkmiş şəxs Sabunçu rayonu, Ramanı qəsəbəsi, 450 ailəlik qəsəbə, bina 80/1 mənzil 16-da müvəqqəti məskunlaşmaqla müsbət xarakterizə edilir (Cild 4, iş vərəqə 44). 16 dekabr 2022-ci il tarixli Suraxanı rayon Polis İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır (Cild 3, iş vərəqə 64-65). 16 dekabr 2022-ci il tarixli Suraxanı rayon Polis İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Aleksandr Serebennikoviçin əvvəllər məhkumluğu olmamışdır (Cild 3, iş vərəqə 66-67). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti həmin əməl qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində, xüsusi amasızlıqla törədildikdə Cinayət Məcəlləsinin 120.2.4-cü, quldurluqla əlaqədar törədilikdə isə Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsində nəzərdə tutulmuşdur. Bundan başqa zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə nəticələnən qluldurluğa görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsində nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 5-ci bəndində qeyd edilir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Həmin qərarın 8-ci bəndində isə göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Bəhs edilən qərarın 15-ci bəndinə əsasən quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. “Hüseyn və digərləri Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyun 2011-ci il tarixli qərarında göstərilmişdir ki, ədalətli və çəkişməli məhkəmə araşdırması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən şahid ifadəsinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır.Lakin mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Məhkəmə qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs yetirilmiş 41 bıçaq xəsarətindən beşi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik olmuş, habelə xəsarətlərin əksəriyyəti lokalizasiyasına görə həyat üçün mühüm orqanlara yetirilmişdir. Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, hadisələrin gedişatı zəminində özlərini itirdiklərini və belə əmələ yol verdiklərini bildirsələr də ibtidai istintaq dövründə şübhəli şəxs qismində ifadə verərkən hər iki təqsirləndirilən şəxs əvvəlcədən hazırladıqları plana görə məqsədlərinin yol üstü istənilən taksi maşınını saxlatdırıb, sürücünü öldürüb basdırmaları, həmçinin sürücünün üzərində olan pulu və maşını ələ keçirmək və maşını hissələrə bölüb satmaqları olmasını təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadədə yuxu arteriyasının kəsilməsinin insanın ölümünə səbəb olmasını internetdən əvvəllər oxuduğu üçün həmin an bıçağı qarın nahiyəsindən çıxararaq var gücü ilə arxadan sürücünün sağ tərəfindən yuxu arteriyasına nişan almaqla zərbə endirdiyini bildirmişdir. Məhkəmə iclasında isə təqsirləndirilən şəxsin anası dindirilərkən tibb bacısı olduğunu, oğlu Təqsirləndirilən şəxs1 ona məxsus anatomiya kitablarını oxuduğunu və yuxu arteriyasının, şah damarın harada yerləşməsi barədə oğlunun ona suallar verdiyini bildirmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs2 həm ibtidai istintaqda dövründə əlavə dindirilərkən, həm də məhkəmə iclasında sürücünü öldürmək barədə aralarında razılaşdırılmış planın olmamasını bildirərək ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 “sən də vur, sən də vur”, məhkəmə iclasında isə “kömək et” dediyinə görə bıçaqla onu vurmasını Elmanın özü ilə götürdüyü əşyaları sürücünü öldürəcəkləri üçün deyil, ehtiyat üçün, yəni quldurluq etmək üçün zərərçəkmiş şəxsi qorxutmaq məqsədilə götürməsini göstərsə də məhkəmə iclasında zərərçəkmiş şəxsin əlində onlara müqavimət göstərmək üçün hər hansı predmetə və silaha malik olmamasına baxmayaraq sonuncuya nə üçün bıçaqla xəsarət yetirməsi, razılaşdırılmış məqsədlərinin zərərçəkmiş şəxsin öldürülməsindən ibarət olmadığı təqdirdə zərərçəkmiş şəxsə digər Təqsirləndirilən şəxs1 tərəfindən xəsarət yetirilməsinin qarşısını almaması səbəbləri barədə verilmiş sualları cavablandıra bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verilən sualları cavablandırarkən ətrafa razılaşdırılmış plana əsasən nəzarət etmək məqsədilə maşından ilk əvvəl özünün düşməsi, zərərçəkmiş şəxsdən hədə-qorxu ilə avtomobilin istənilməsi zamanı maşında olmaması məzmununda verdiyi ifadələri ilə onun əlindəki bıçağı quldurluqda istifadə etmək məqsədilə götürməsi barədə ifadələri təkzib edilmişdir. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məqsədinin yalnız quldurluq yolu ilə maşını əldə etmək və sonra satmaq olduğu halda hansı izlərin itilməsi məqsədilə əlcək əldə etməsi barədə sualı onlar avtomobili satana qədər əlcəkdən istifadə edəcəklərini bildirmiş, əldə etdikləri sellofan torbalara isə kameraya düşəcəkləri təqdirdə törədilməsini planlaşdırdıqları cinayət hadisəsi zaman üzərlərində olan üst paltarlarını qoyacaqlarını, beldən paltarlarını basdırmaq üçün istifadə edəcəklərini bildirmişlər. Məhkəmə əvvəla qeyd edir ki, tədqiq edilmiş sübutlar məcmusundan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi əşyalardan xəbəri olmuşdur. Lakin ibtidai istintaqda və məhkəmə iclasında həmin alətlərdən biri olan bellə -əynindəki paltarlarının basdırlması məqsədilə istifadə edəcəkləri barədə Təqsirləndirilən şəxs1 fikri ilə razılaşdığını, sonuncunun cəsədi basdırmaq barədə planından xəbəri olmadığını bildirmişdir. Lakin cinayət işi materiallarından və məhkəmədə araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxslər nə hadisəni törətdikləri gün, nə də sonrakı günlərdə əyinlərində olan paltarları yox etmək üçün beldən istifadə etməmişlər. Bundan başqa hər iki təqsirləndirilən şəxs şübhəli şəxs qismində qanuni nümayəndə, tərcüməçi və müdafiəçinin iştirakları ilə dindirilərkən etiraf edici ifadələr vermişdir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs Çərkəz Ələsgərovu öldürmək niyyətinin olmaması barədə məhkəmədə verdikləri ifadələrini onlarınn müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara ,əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə hücuma məruz qalmış zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla basqın edərək quldurluq etmələri və qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmələri, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11, 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11, 181.3.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə həmin Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan olmalarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən onların barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Məhkəmə işin faktiki hallarını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan olmaları barədə cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, hər iki təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11, 181.3.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar onlara təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 oktyabr 2022-ci il tarixində şübhəli şəxslər qismində tutulmuş, (Cild 1, iş vərəqə 105, 147), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 11 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (Cild 2, iş vərəqə 55-62). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus «REDMİ» markalı mobil telefon onun ailə üzvlərinə verilməli, 02 ədəd taxta dəstəkli mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, şalvar, tuman, Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd linzası olmayan eynək, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd eynək, Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd kapişonlu gödəkçə və 01 (bir) ədəd şortik, Təqsirləndirilən şəxs2 məxsus və hadisə vaxtı üzərində olan dəri gödəkçə, 01 (bir) ədəd kustar üsulla hazırlanmış bel və onun dəstəyi, 01 (bir) ədəd rezin əlcək, 01 (bir) ədəd təsərrüfat təyinatlı ip, bir cüt parça əlçək, 01 ədəd barsetka, 01 ədəd bağlama falqa, 03 (üç) ədəd rezin ayaqaltı avtomobilin oturacaq və söykənəcək örtüyü və avtomabilin ön oturacağının başlıq hissəsinin örtüyü, 01 (bir) ədəd çöplü pambıq tamponda eynək üzərindən götürülmüş qan nümunəsi, 06 (altı) ədəd çöplü pambıq tamponda hadisə zamanı istifadə olunmuş bıçağın üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda çənin yanında divardan götürülmüş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda nömrəsiz evin qapısının yanından götürülmüş qan nümunəsi, 02 (iki) ədəd çöplü pambıq tamponda qapı üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda metlax üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda meyitin yaxınlığında qaz borusunun üzərindən götürülmüş qan nümunəsi, meyitin sağ və sol əl dırnaq kəsiyi altında olan bioloji mənşəli materiallar, 04 (dörd) ədəd çöplü pambıq tamponda "Redmi" markalı mobil telefon üzərindən götürülmüş qan nümunəsi, şərti olaraq ”2", "5”, “6" və “7” ilə nömrələnmiş torpaq parçaları üzərində olan nümunəsi, 03 (üç) ədəd çöplü pambıq tamponda avtomobilin arxa sol qapısından götürülmüş "N1" ilə işarələnmiş qan nümunəsi, 05 (beş) ədəd çöplü pambıq tamponda avtomobilin qabaq sol qapı bayır tərəfindən götürülmüş “N2” ilə işarələnmiş qan nümunəsi, 03 (üç) ədəd çöplü pambıq tamponda avtomobilin qabaq sol qapı iç tərəfindən götürülmüş “N3” ilə işarələnmiş qan nümunəsi, 02 (iki) ədəd çöplü pambıq tamponda avtomobilin qabaq sağ qapı bayır tərəfindən götürülmüş ilə işarələnmiş qan nümunəsi, 04 (dörd) ədəd çöplü pambıq tamponda avtomobilin qabaq sağ qapı iç tərəfindən götürülmüş “N5” ilə işarələnmiş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda avtomobilin arxa alın şüşəsindən götürülmüş “N6” ilə işarələnmiş qan nümunəsi, 02 (iki) ədəd oturacaq yastıqcığı üzərindən götürülmüş qan nümunəsi, 03 (üç) ədəd rezin ayaqaltı üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd avtomobilin şüşəsini endirib-qaldıran düymənin plasmas örtüyünün altından götürülmüş qan nümunəsi, 01 (bir) ədəd əski parçası üzərindən götürülmüş qan nümunəsi, 02 (iki) avtomobilin oturacaq örtüyü və 02 (iki) avtomobilin söykənəcək örtüyü üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) cüt parça əlcəyin iç səthində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd Ön oturacağın başlıq hissəsinin örtüyü üzərində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd rezin əlcəyin üst səthindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd dəri gödəkçə üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd kapişonlu gödəkçənin sol qolundan götürülmüş qan nümunəsi, hadisə yerindən götürülmüş 01 (bir) ədəd bıçağın tiyəsi və dəstəyi üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd barsetka üzərindən götürülmüş qan nümunəsi, ifadənin yerində yoxlanılması zamanı götürülmüş 01 (bir) ədəd linzası olan eynəyin sol linzası üzərindən götürülmüş qan nümunəsi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.17 və 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10, ) məsələlərdən biri də verilmiş mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə xərcləri haqqında məsələni həll edərkən, məhkəmə təqsirləndirilən şəxslərin yetkinlik yaşına çatmamasını əsas götürərək iş üzrə 130 manat ekspertiza xərci dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 48 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil kimi işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz)manat məbləğində pul köçürülməlidir. Mülki iddianın həlli ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsindən göründüyü kimi cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilməsinə, sübut olunmasına və həll olunmasına baxmayaraq mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Zərərçəkmiş şəxsin hüquq varisi mülki iddia ərizəsi təqdim edərək ailə başçısının itirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi olaraq yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 440 manat miqdarında, yəni ölən zərərçəkmiş şəxsin himayəsində olan X9 və X5 hər biri üçün, hər bir təqsirləndirilən şəxsdən ayrı-ayrılıqda hər ay 220 manat olmaqla 09 oktyabr 2022-ci il tarixdən başlayaraq həddi buluğa çatanadək həmin məbləğdə vəsaitin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1122-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin həmin Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Göründüyü kimi zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsinə mülki iddianın həlli üçün əsas olan, ölən zərərçəkmiş şəxsin gəlirinin tərkibinə daxil olan qazanc (gəlir),onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər barədə müvafiq sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən yuxarıda göstərilən tələblərə riayət edilmədən verilmiş iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ailə başçısının itirilməsinə görə zərərçəkmiş şəxslərə ödənilməli olan zərərin hesablanması üçün zəruri olan sənədlər məhkəməyə təqdim edilmədiyindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatı zamanı verilmiş mülki iddianın baxılmamış saxlanılması, Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən şəxsi mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdən məhrum etmir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,

hökmetdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11, 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11-ci maddələri ilə 10 (on) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11, 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11-ci maddələri ilə 10 (on) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın.Ona müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunsun. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus «REDMİ» markalı mobil telefon onun ailə üzvlərinə verilsin; - Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş 02 ədəd taxta dəstəkli mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, şalvar, tuman, Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd linzası olmayan eynək, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd eynək, Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd kapişonlu gödəkçə və 01 (bir) ədəd şortik, Təqsirləndirilən şəxs2 məxsus və hadisə vaxtı üzərində olan dəri gödəkçə, 01 (bir) ədəd kustar üsulla hazırlanmış bel və onun dəstəyi, 01 (bir) ədəd rezin əlcək, 01 (bir) ədəd təsərrüfat təyinatlı ip, bir cüt parça əlçək, 01 ədəd barsetka, 01 ədəd bağlama falqa, 03 (üç) ədəd rezin ayaqaltı avtomobilin oturacaq və söykənəcək örtüyü və avtomabilin ön oturacağının başlıq hissəsinin örtüyü, 01 (bir) ədəd çöplü pambıq tamponda eynək üzərindən götürülmüş qan nümunəsi, 06 (altı) ədəd çöplü pambıq tamponda hadisə zamanı istifadə olunmuş bıçağın üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda çənin yanında divardan götürülmüş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda nömrəsiz evin qapısının yanından götürülmüş qan nümunəsi, 02 (iki) ədəd çöplü pambıq tamponda qapı üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda metlax üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda meyitin yaxınlığında qaz borusunun üzərindən götürülmüş qan nümunəsi, meyitin sağ və sol əl dırnaq kəsiyi altında olan bioloji mənşəli materiallar, 04 (dörd) ədəd çöplü pambıq tamponda "Redmi" markalı mobil telefon üzərindən götürülmüş qan nümunəsi, şərti olaraq ”2", "5”, “6" və “7” ilə nömrələnmiş torpaq parçaları üzərində olan nümunəsi, 03 (üç) ədəd çöplü pambıq tamponda avtomobilin arxa sol qapısından götürülmüş "N1" ilə işarələnmiş qan nümunəsi, 05 (beş) ədəd çöplü pambıq tamponda avtomobilin qabaq sol qapı bayır tərəfindən götürülmüş “N2” ilə işarələnmiş qan nümunəsi, 03 (üç) ədəd çöplü pambıq tamponda avtomobilin qabaq sol qapı iç tərəfindən götürülmüş “N3” ilə işarələnmiş qan nümunəsi, 02 (iki) ədəd çöplü pambıq tamponda avtomobilin qabaq sağ qapı bayır tərəfindən götürülmüş ilə işarələnmiş qan nümunəsi, 04 (dörd) ədəd çöplü pambıq tamponda avtomobilin qabaq sağ qapı iç tərəfindən götürülmüş “N5” ilə işarələnmiş qan nümunəsi, 01 (bir) ədəd çöplü pambıq tamponda avtomobilin arxa alın şüşəsindən götürülmüş “N6” ilə işarələnmiş qan nümunəsi, 02 (iki) ədəd oturacaq yastıqcığı üzərindən götürülmüş qan nümunəsi, 03 (üç) ədəd rezin ayaqaltı üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd avtomobilin şüşəsini endirib-qaldıran düymənin plasmas örtüyünün altından götürülmüş qan nümunəsi, 01 (bir) ədəd əski parçası üzərindən götürülmüş qan nümunəsi, 02 (iki) avtomobilin oturacaq örtüyü və 02 (iki) avtomobilin söykənəcək örtüyü üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) cüt parça əlcəyin iç səthində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd Ön oturacağın başlıq hissəsinin örtüyü üzərində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd rezin əlcəyin üst səthindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd dəri gödəkçə üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd kapişonlu gödəkçənin sol qolundan götürülmüş qan nümunəsi, hadisə yerindən götürülmüş 01 (bir) ədəd bıçağın tiyəsi və dəstəyi üzərindən götürülmüş qan nümunəsi, 01 (bir) ədəd barsetka üzərindən götürülmüş qan nümunəsi, ifadənin yerində yoxlanılması zamanı götürülmüş 01 (bir) ədəd linzası olan eynəyin sol linzası üzərindən götürülmüş qan nümunəsi məhv edilsin. İş üzrə mövcud olan 130 (yüz otuz) manat ekspertiza xərci dövlət büdcəsi hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş 48 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi2 üçün 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Leyla Əsgərova-Məmmədova

Rasim Sadıxov

Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar