Məhkəmə qərarları › İş №1(101)-1214/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1214/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1214/2021 21.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi: “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1962-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Xəzər rayon təhsil şöbəsinin məsləhətçisi işləmiş, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 183, mənzil 32-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 12 dekabr 2020-ci il tarixdə, saat 11 radələrində yaşadığı ünvan 1 ünvanında ailə münaqişəsi zəmnində qisas niyyəti ilə kürəkəni - xx xxxx 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 01.04.1986-cı il tarixli 242 saylı şəhadətnamə ilə özünə məxsus olan 12 kalibrli, (“MÜ 21-12” markalı), “N 7672” nömrəli, 4 ədəd patron tutumuna malik, özüdolduran (avtomatik doldurma mexanizmli), yivsiz təklüləli ov silahından fasiləsiz olaraq dalbadala 3 dəfə atəş açmaqla zərərçəkmişə sağ ağciyərin zədələnməsi kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən 1 ədəd kor odlu silah-qırma yarası, sol ağciyərin, ürək kisəsinin və ürəyin sol mədəcik əzələsinin, dalağın zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən 1 ədəd kor odlu silah - qırma yarası, sağ qaşüstü nahiyənin səthi əzilmiş yarası (1 ədəd), döş qəfəsinin arxa səthinin sol yarasının aşağı üçdə birində - sol kürəkaltı nahiyəsinin daxilə nüfuz etməyən kor odlu silah - xırda qırma yaraları yetirməklə Zərərçəkmiş şəxs, yəni başqa şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qızı Nigarın əri olmuşdur. Nigarla Rəşad 12 il əvvəl nigaha girərək ailə qurmuşlar. Ailə qurduqdan sonra onların iki qız övladı olmuşdur. Toydan qısa müddət keçmiş bilmişdir ki, Rəşadın pis vərdişləri vardır. Belə ki, Rəşad narkotik vasitələr qəbul edir, spirtli içkilərin aludəçisidir, qızına qarşı kobud davranır. Bu məsələ ilə bağlı Rəşada müalicə olunması üçün həm Rəşadın öz valideynləri, həm də onun özü tərəfindən səylər göstərilmiş, pul verilmiş, lakin nəticəsi olmamışdır. Demək olar ki, qızı Nigar Rəşadla evləndiyi vaxtdan Rəşadın pis vərdişlərinə görə əziyyət çəkmiş, amma ailəsini qoruyub saxlamaqdan ötrü Rəşadın neqativ hərəkətlərinə dözmüşdür. Hətta təxminən 2010-cu ildə qızı boşanma ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin ağsaqqalların tövsiyyəsi və səyi nəticəsində qızı Rəşadla barışmış, onlar yenə birgə yaşamışlar. Həmin vaxt Rəşadın valideynləri ilə yenə qərara gəlmişlər ki, Rəşadı müalicə etdirsinlər. Lakin Rəşad müalicəni yarımçıq qoymuş, müalicədən yayınmışdır. Sonuncu dəfə 2020-ci ilin oktyabr-noyabr aylarında Rəşadın narkotik maddələrdən istifadə etməsi, spirtli içki aludəçisi olması və bütün bunların nəticəsində evdə dözülməz şərait yaratdığına görə Nigar boşanmaq üçün yenidən məhkəməyə müraciət etmiş, həmin vaxtdan qızı Nigar övladları ilə birlikdə köçüb onun şəhərdə olan mənzilində yaşamışdır. Nigar onlarda qaldığı vaxtlarda həftədə 2-3 dəfə Rəşadın öz uşaqlarını görməsi üçün həm Nigar tərəfindən, həm də onun tərəfindən şərait yaradılmışdır. Nə qızı, nə arvadı, nə d əki, o özü heç vaxt Rəşadın övladlarını görməsinə problem yaratmamışlar. 12 dekabr 2020-ci il tarixdə səhər saatlarında Rəşad öz mobil nömrəsindən ona zəng edib aqressiv şəkildə harada olmasını soruşmuş, o isə Rəşada Mərdəkanda bağ evində olduğunu demişdir. Rəşad bağa çatanda ona darvazanın ağzında olduğunu demiş, o, evdən həyət qapısının düyməsini basmış və qapı açıldıqdan sonra Rəşad həyətə daxil olmuşdur. Rəşad ona zəng edən vaxt onunla aqressiv danışdığından Rəşadı sakitləşdirmək məqsədilə, həmçinin Rəşadın həyətdə söyüş söyməsindən, qışqırıb səs-küy salmasından ehtiyat edib Rəşadı evə dəvət etmişdir ki, Rəşadla söhbət etsin. Rəşadla evə qalxaraq masa arxasında əyləşib söhbət etmiş, ona uşaqları ilə görüşmək üçün heç kəsin mane yaratmadığını başa salmağa çalışmış, hətta Rəşadın böyük qızı ilə telefonla şəxsən danışdığını, qızının ona xəstələndiyi və onlayn dərsə qoşulduğu üçün atası ilə görüşə bilməyəcəyini deməsini, burada heç kəsin ona qarşı pis hərəkət etmədiyini izah etməyə çalışmışdır. Hətta Rəşada demişdir ki, vaxt keçər yenə barışarlar, yenə ailələlri bir-birinə qovuşar. Lakin Rəşad onun danışıqlarına əhəmiyyət verməmiş, aqressiv formada onu alçaltmağa çalışmış, əxlaqsız sözlər, ona qarşı yaşına uyğun olmayan ifadələr işlətmişdir. O isə əsəbini cilovlayaraq ona cavab verməmiş, düşünmüşdür ki, Rəşad sakitləşəcək və xoşluqla çıxıb gedəcəkdir. Əksinə Rəşad daha da qızışaraq artıq onu, uşaqlarını, ailəsini pis-pis söyüşlərlə söymüş, onu və ailə üzvülərini öldürməklə hədələmiş, evin içi olduğu üçün həmin sözləri yalnız ikisinin eşitdiyini başa düşdüyü üçün Rəşadın sözlərini sakit qəbul edib, söyüş və təhqirlərini özünü daxilən boğub cavab verməmiş, Allahdan səbr diləyib, lənət şeytana deyə-deyə özünü toxtamağa, ələ almağa çalışmışdır. Bundan sonra Rəşad ayağa qalxıb evdən həyətə çıxmış, o da onun arxasınca çıxmışdır. Həyətdə Rəşad sakitləşməyərək ona tərəf çönərək olüsünü-dirisini və nəhayət atasının qəbrini söymüşdür. Artıq buna dözməmiş, elə bil ki, havalanaraq çönüb evə girərək girişdə olan ov tüfəngini çıxarıb bayıra çıxmış və bundan sonra nə baş verdiyini xatırlamır. O zaman ayılmışdır ki, bağbanı onun kürəyindən tutaraq silkələyir . bu zaman görmüşdür ki, yerə çöküb oturmuş, əlindəki tüfəng yerə düşmüş, Rəşad isə ondan aralıda torpaqda uzanıqlı vəziyyətdədir. Bağbana təcili tibbi yardıma zəng etməsini demiş, özü isə polisə zəng etmişdir. Onun Rəşadı vurmasına səbəb həm onu və övladlarını öldürməsi barədə hədəsinin real olması və ən axmaq söyüşlərlə onu,arvadını, övladlarını, atasının qəbrini belə söyüb təhqir etməsi olmuşdur. O, Ovçular cəmiyyətinin üzvü olmaqla 4 tüfəngi vardır. 3 tüfəng şəhərdəki mənzildə seyfdə, bir tüfəng isə hadisə baş verdiyi bağ evində idi. Belə ki, həmin bağda çox vaxt tək qaldığı üçün təhlükəsizlik nöqteyi-nəzərindən bu tüfəngi bağda saxlayırdı. Zərərçəkmiş şəxs hadisədən az əvvəl ona və ailəsinə qarşı, hətta ölülərini məhkəmədə deyilməsi mümkün olmayan söyüşlərlə söyməsi, ailə üzvlərini öldürməklə hədələməsi onu özündən çıxarmış, etdiyi hərəkətlərin fərqində olmamış, havalı vəziyyətdə Zərərçəkmiş şəxs öldürmüşdür. Qeyd etmək istəyir ki, Zərərçəkmiş şəxs tapançası olmuşdur, həmin tapança ilə Rəşad bir dəfə bu bağda qızı və oğlunu qorxuzmaq üçün bağda olduğu zaman havaya atəş açmışdır. Həmin vaxt o ölkədən xaricdə olmuşdur. Həmçinin o bilirdi ki, Rəşad həmin odlu silahı daima üzərində gəzdirir, hətta bir neçə dəfə həmin tapançanı görmüşdür. Bu səbəbdən Rəşadın övladlarını və onu öldürəcəyi ilə hədəsini həqiqi kimi qəbul etmişdir. O, yaxınlarını qorumaq üçün və ağır təhqirlər səbəbindən bir anlıq üzərinə nəzarətini itirərək bu hadisəni törətmişdir. Təbii ki, hadisənin bu cür baş verməsinə görə peşmandır. Məhkəmənin nəzərinə çatdırır ki, o, onkoloji xəstəsidir, bu xəstəliklə bağlı Türkiyədə dəfələrlə müayinə olunmuş və müalicə almışdır. Həmçinin onun ürəyində kardioloji problemləri olduğu üçün bununla da bağlı əziyyət çəkir, istintaq təcridxanasında lazımi tibbi yardım ala bilmir, məhkəmədən xahiş edir ki, onun onkoloji və kardioloji problemlərini nəzərə almaqla müalicə müəsssəsinə köçürülməsinə köməklik edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs isə qardaşının qaynatasıdır. Təxminən 2008-ci ildə qardaşı X7 ailə həyatı qurmuşlar. Rəşadla Nigar mehriban olmuşlar, Rəşad Nigarı demək olar ki, dünyanın bir çox ölkələrinə gəzməyə aparmış, birgə nigahdan olan iki qızını da Rəşad Həddindən artıq çox istəmişdir. Onların ailələrində ola bilsin ki, cüzi söz-söhbətlər ola bilərdi, lakin mərhum atası Rəşidin və Təqsirləndirilən şəxs müdaxiləsi ilə yoluna qoyulurdu. Təqsirləndirilən şəxs yaxşı bir insan kimi tanımış, Azərin heç vaxt qardaşı Rəşadın ailə işlərinə qarışmadığını bilirdi. Lakin hamı bilirdi ki, Azərin arvadı Şahid4 Rəşadgilin ailə işlərinə daima müdaxilə etmiş, Rəşaddan şəhərin mərkəzində ailəsi üçün yeni mənzil almasını tələb edir, tələbi yerinə yetirilmədikdə isə qızı Nigardan boşanmağı tələb edirdi. Hər dəfə Nigar anasının təhriki ilə evdən küsüb getdiyi vaxtdan sonra barışıq əldə edildikdə qardaşı Rəşad Nigara bahalı qızıl-zinyət əşyaları alıb verirdi. Sonuncu dəfə Nigar qardaşından küsüb valideynlərinin evinə getdikdən sonra Nigarın anası Şəhla Rəşadın uşaqları ilə görüşməsinə əngəl yaratmış və Rəşad bundan bərk əsəbləşərək 12.12.2020-ci il tarixdə Mərdəkan qəsəbəsində öz bağından 150-200 metr aralı olan qaynatası Təqsirləndirilən şəxs bağına getmişdir ki, onun öz uşaqları ilə görüşməsinə olan maneələri aradan qaldırsınlar. Cinayət işinin materiallarından və məhkəmə iclasında verilən ifadələrdən bilir ki, Rəşadla Təqsirləndirilən şəxs bağda mübahisələri baş vermiş, Rəşad ola bilsin ki, əsəbi olduğundan Azərin ünvanına və onun atasının ünvanına söyüşlər etmişdir. Azər də tüfənglə 3 güllə ilə atəş açaraq Rəşadı öldürmüşdür. Bəyəm, söyüşə görə adam öz nəvələrinin atasını öldürərmi? İş materiallarından bilir ki, Rəşad Azərin bağına özünə məxsus «Lexus» markalı maşınla gəlmiş, həmin maşından axtarış zamanı bir ədəd dəyənək və bir ədəd tapança aşkar edilmişdir. Lakin tapançanın darağında güllələr olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs isə oğlunun qaynatasıdır. Təxminən 2008-ci ildə oğlu X7 ailə həyatı qurmuşlar. Rəşadla Nigar mehriban olmuşlar. Nigarın atası Təqsirləndirilən şəxs oğlu Rəşadın ailə işlərinə heç vaxt qarışmazdı. Rəşadla Nigarın arasında bir soyuqluq olanda əri Rəşidlə Təqsirləndirilən şəxs övladlarını barışdırıb məsələləri yoluna qoyurdular. Lakin Azərin arvadı Şəhla imkan vermirdi Rəşadla Nigara rahat yaşasınlar. Hamı bilirdi ki, Azərin arvadı Şahid4 Rəşadgilin ailə işlərinə daima müdaxilə etmiş, Rəşaddan şəhərin mərkəzində ailəsi üçün yeni mənzil almasını tələb edir, tələbi yerinə yetirilmədikdə isə qızı Nigardan boşanmağı tələb edirdi. Sonuncu dəfə Nigar ərindən küsüb valideynlərinin evinə getdikdən sonra Nigarın anası Şəhla Rəşadın uşaqları ilə görüşməsinə əngəl yaratmış və Rəşad bundan bərk əsəbləşərək qaynatası Təqsirləndirilən şəxs bağına getmişdir ki, onun öz uşaqları ilə görüşməsinə olan maneələri aradan qaldırsınlar. Lakin Azər məsələləri yoluna qoymaq əvəzinə heç bir səbəb olmadan evində olan tüfənglə oğlunu qətlə yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ildən artıq müddətdir ki, tanıyır. Belə ki, o, Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsindəki bağında bağban işləyir. Bağın ərazisində giriş qapısının yanında onun yaşayıb işləməsi üçün iki otaqlı evi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs isə Azər müəllimin qızı Nigarın əri olmuşdur. Azər müəllimlə mərhumun münasibətləri normal olmuşdur. Ümumiyyətlə, Azər müəllim övladlarının ailə işlərinə qarışmırdı. Əksinə, övladları üçün bütün imkanlarından istifadə edirdi. Hətta kürəkəni Rəşad bağ evi tikdirdiyi zaman ona maddi cəhətdən köməklik etmişdir. O da Azər müəllimin tapşırığı ilə həmin bağın tikintisində iştirak etmişdir. Rəşad onun yaddaşında əsəbi, dəyişkən təbiətli bir insan kimi qalmışdır. Həmin bağın tikintisi zamanı Rəşad bağa gələrək fəhlələrin bağdan çıxarılmasını ondan tələb edirdi. Bunun üçün isə heç bir səbəb olmamış, sadəcə Rəşad sərxoş olmuşdur. 2013-cü ildə isə qısa müddətə rayona gedib qayıtdıqdan sonra Azər müəllimdən eşitmişdir ki, Rəşad bağa gələrək tapança ilə göyə atəş açmışdır. Həmin vaxt bağda Azər müəllim olmamış, amma ailə üzvüləri olmuşdur. Nigardan eşitmişdir ki, Rəşad narkotik vasitələri qəbul edir, spirtli içkilər aludəçisidir. Rəşad əvvəllər Azər müəllimin bağ evinə tez-tez gəlib-getmiş, sonradan Rəşadla Nigarın ailə problemləri səbəbindən arada soyuqlaşma olmuş, bundan sonra Rəşad bağ evinə demək olar ki, heç gəlməmişdir. Hadisə haqqında bildirir ki, 11 dekabr 2020-ci il tarixdə Azər müəllim yenə bağ evinə gəlmiş, yenə adəti üzrə həyət-bacada işləmiş və bağda gecələmişdir. 12 dekabr 2020-ci il tarixdə saat 6-7 radələrindən Azər müəllim həyətdə səliqə-səhman işləri ilə məşğul olmuşdur. Təxminən saat 10 radələrində evdə olan zaman həyət qapısının açıldığını eşitmiş, pəncərədən baxdıqda Rəşadın gəldiyini görmüşdür. O, həyətə düşdükdə, görmüşdür ki, Azər müəllim evin qapısının qarşısında dayanıb Rəşadı qarşılamış, içəri dəvət etmiş, Rəşadla Azər müəllim evə daxil olmuşlar. Bu vaxt Rəşadın əsəbi olduğunu hiss etmişdir. O, həyətdə olarkən Rəşadın yüksək tonla danışdığını eşitmiş, hər hansı bir hadisənin baş verməməsi üçün Azər müəllimin oğlu Məmmədin mobil telefonuna zəng edib olanlar haqqında məlumat vermişdir. Məmməd isə ona Rəşadı evdən çıxarmasını demiş, lakin o, bunu bacarmayacağını bildirərərk Məmməddən tez bağa gəlməsini xahiş etmişdir. Məmməd də yola çıxdığını bildirmişdir. Bu vaxt Rəşadın Azər müəllimlə evdə yüksək səslə mübahisə etdiyini eşidirdi. Evin qapısı bağlı olduğu üçün utandığından və Azər müəllimdən abır-həya etdiyi üçün qapını döyməmiş və söhbətlərinə müdaxilə etməmiş, öz evinin yanına çəkilib Məmmədin gəlişini gözləmişdir. Bu zaman qapının açılmasını, evdən Rəşadla Azər müəllimin çölə çıxdıqlarını görmüşdür. Amma çalışmışdır ki, Azər müəllim onu görməsin. Rəşad əsəbi halda Azər müəllimi əxlaqsız söyüşlərlə təhqir etmiş və ona sənin oğlunu da, qızını da güllələyəcəyəm demişdir. Azər müəllimin isə səsi gəlmirdi. Birdən dalbadal açılan atəş səslərini eşitmiş, əvvəl qorxaraq evinə tərəf çəkilmiş, lakin sonra həyətə tərəf gedərək görmüşdür ki, Azər müəllim dizi üstə ayaq yalın yerdə oturmuş, silah qucağında əsirdi. Rəşadı isə görməmişdir. Azər müəllimə yaxınlaşaraq onu kürəyindən silkələyib “Azər müəllim, yaxşısız?” deyə sual vermişdir. Lakin Azər müəllim ona cavab verməmiş, ümumiyyətlə bir ağsaqqal kimi həmişə Azər müəllimlə məsafə saxladığı üçün çox da Azər müəllimi danışdırmamış, lakin bir daha Azər müəllimə “nə kömək edə bilərəm?” demiş, Azər müəllim sanki özünə gələrək «mən nə etdim?» demişdir. Bu vaxt o, çardağın alt hissəsinə tərəf baxdığında Rəşadın yerdə uzanıqlı vəziyyətdə və hərəkətsiz olduğunu görmüşdür. Bu zaman Azər müəllim ona “təcili tibbi yardıma zəng et” demişdir. O, telefonla 2 dəfə təcili tibbi yardımı yığaraq düşə bilməmiş, yalnız üçüncü dəfə yığanda təcili tibbi yardıma düşə bilmişdir. Bundan sonra Azər müəllimə ayağa qalxıb evə getməyə kömək etmişdir. Polisə hadisə haqqında Azər müəllim özü zəng vurub məlumat vermişdir. Hadisə baş verən vaxt bağ evində Azər müəllimdən və ondan başqa heç kəs olmamışdır. Bir neçə dəqiqə sonra təcili yardım həkimləri gələrək Rəşadı müayinə edib öldüyünü bildirmişlər. Bu vaxt Məmməd də bağa gəlib çatmış, qısa müddətdə isə bağa polis əməkdaşları da gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır, mərhum Zərərçəkmiş şəxs isə əri olmuşdur. Rəşadla 2008-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan iki qız övladı dünyaya gəlmişdir. İlk əvvəl Rəşadla aralarında münasibətlər yaxşı olmuş, lakin ailə qurduqdan 2 ay sonra Rəşadın narkotik vasitə olan kokain və nəşə istifadə etməsini bilmişdir. Belə ki, həmin vasitələri evdə aşkar etmiş, həmçinin Rəşadın kokain istifadə etdikdən sonra hamamda vəziyyətinin pisləşməsini dəfələrlə görmüşdür. Narkotik maddələrdən istifadə etdikdə Rəşad özündə olmamış, onu acılayır, nalayiq söyüşlərlə söymüşdür. Dəfələrlə Rəşad onu döymüş, iki dəfə Rəşad hamam otağında narkotik maddə istifadə etdiyinə görə halsız vəziyyətdə qalmışdır. Həmin vaxt qapını açıb Rəşadı çıxarmış, qaynanasına zəng edib köməyə çağırmışdır. Dəfələrlə Rəşad özündə olmayaraq onun üzərinə bıçaqla hücum çəkmişdir. Bundan sonra Rəşad narkotik vasitə və spirtli içki qəbul etdikdə hətta gecə saatlarında valideynlərinin yaşadığı evinə iki körpə qızı ilə gəlmiş, Rəşad arxasınca gələrək atasıgilin yaşayış binasının blokunda səs-küy salmış, evin qapısını təpiklə vurub sındırmağa çalışmışdır. Bu səbəbdən Rəşadla aralarındakı münasibətlər soyumağa başlamış, hətta 2009-cu ildə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Lakin atası və qaynatası işə qarışdığı və onları barışdırdığı üçün Rəşadla barışmışdır. Rəşadın valideynləri onu müalicə etdirərək narkotikdən sağaldacaqlarını söz vermiş, həqiqətən də anonim olaraq Rəşadı ayrı-ayrı narkoloji dispanser və həkimlərdə müalicə etdirməyə çalışmış, lakin Rəşadın axıracan müalicə almağa iradəsi çatmamış, müalicələrini yarımçıq buraxmış, köhnə həyat tərzini davam etdirmişdir. Rəşad atasına məxsus Bakı əyirici-tikici fabrikində müavin işləmiş, lakin daima narkotik və spirtli içkilərin təsiri altında olduğundan işə də getmirdi. 2013-cü ildə Rəşad onu yenə evdən qovmuş və o, yenə uşaqları ilə valideynlərinin Mərdəkan qəsəbəsində yerləşən bağ evinə gəlmişdir. Belə ki, həmin vaxt aralarında olan mübahisələrə görə Rəşad onu evdən qovmuşdur. Bağ evində olan zaman Rəşad bağa gəlmiş, darvazanın qabağında maşından düşüb havaya bir neçə dəfə atəş açmış, Rəşadın qabağına çıxan qardaşı Məmmədə nalayiq ifadələr işlətməklə “yaxşı edirəm atıram, hamınızı öldürərəm demişdir”. Məmməd Rəşada evi tərk etməsə, polis çağıracağını demiş, yalnız bundan sonra Rəşad maşına əyləşib çıxıb getmişdir. Rəşadda tapançanın olmasını bilirdi, həmin silahı evində, Rəşadın üzərində və maşınında görmüşdür. O, Rəşadın nə vaxtsa düzələcəyinə ümid edib, qız övladlarını atasız böyütmək istəmədiyi üçün Rəşadın bütün hərəkətlərinə dözmüşdür. Rəşadın anası Sevinc xanıma artıq Rəşadın hərəkətlərinə dözə bilmədiyini demiş, Rəşadı müalicə etdirməsini xahiş etmişdir. Sevinc xanım Rəşadı dilə tutub klinikaya aparmış, lakin bir ay müalicə aldıqdan sonra anası Rəşadın müalicə prosedurlarında əziyyət çəkdiyini görüb, müalicəni dayandırmış, Rəşadı klinikadan çıxartmışdır. 2020-ci ilin sentyabr ayında sonuncu dəfə Rəşadın ailəsi Rəşadı bərpa mərkəzinə aparmış, Rəşad bir neçə həftə orada qaldıqdan sonra müalicə prosedurlarını tam yerinə yetrimədən bərpa mərkəzindən çıxmışdır. Son zamanlar Rəşad tamamilə öz idarəetməsini itirmişdir. Hətta artıq uşaqlara da əl qaldırır, sonuncuları döymüşdür. 2020-ci ilin oktyabr ayında Rəşad yenidən özündə olmadığı vaxt mübahisə edib onu və uşaqları evdən çıxararaq onları evdən qovmuşdur. O, uşaqlarla bərabər valideynlərinin yaşadığı evə gəlmişdir. Bütün bu olanları, artıq Rəşadın düzəlməyəcəyini, uşaqlara zərər verdiyini, sonuncu ilə bir yerdə yaşamağın özünə və uşaqların həyatlarına təhlükəli olduğunu görüb boşanma ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş, lakin Rəşada uşaqları nə vaxt istəyirsə, görə biləcəyini demişdir. Ərizəsinə məhkəmədə baxılan ərəfələrdə Rəşad bir neçə dəfə uşaqları görmüş, uşaqlarla vaxt keçirmiş, öz valideynlərinin evinə aparmışdır. Birinci dəfə övladlarını götürdükdə, hətta uşaqlar Rəşadla birlikdə gecələmişdir. İkinci dəfə Rəşad uşaqları götürdükdən sonra bir neçə saat vaxt keçirib geri qaytarmışdır. Üçüncü dəfə hadisədən təxminən 2 həftə əvvəl, yəni təxminən noyabr ayının sonlarında Rəşad telefonla öz övladlarına zəng edərək uşaqları vaxt keçirmək üçün aparacağını desə də, sonradan zəng edərək gəlməyəcəyini, Quba rayonuna gedəcəyini, işinin olduğunu bildirmiş və uşaqlarla görüşməmişdir. Bu arada, yəni o, atasıgilə gəldiyi müddətdən sonra Rəşad yenə müalicə alırdı. 12 dekabr 2020-ci il tarixdə təxminən saat 10 radələrində Rəşad böyük qızı Məryəmə zəng edərək az sonra gəlib onu və kiçik bacısını götürəcəyini demişdir. Məryəm atasına xəstə olduğunu, özünü pis hiss etdiyini bildirmiş, bundan sonra Rəşad o biri qızı Mədinəni soruşmuşdur. X10 yaxşı olduğunu demişdir. Rəşad da Məryəmə gəlib Mədinəni götürücəyini bildirmiş, lakin bir neçə dəqiqə sonra yenidən Məryəmə zəng edərək onları gəlib heç vaxt götürməyəcəyini, cəhənnəmə getmələrini demişdir. O zaman qızları ağlayaraq atalarının nə üçün onlara hirsləndiyini soruşmuşlar. O da uşaqlarını sakitləşdirərək uşaqlara hər şeyin yaxşı olacağını demişdir. Ümumiyyətlə övladları ilə görüşməsinə nə o, nə də valideynləri heç vaxt maneə yaratmamışlar. Təxminən həmin vaxtdan bir-iki saatdan sonra qardaşı Məmməd zəng edib bildirmişdir ki, atası Azər Rəşada atəş açmış və Rəşad hadisə yerində ölmüşdür. Atası onun ailə işlərinə heç vaxt qarışmamış , dəfələrlə o, Rəşadla boşanmaq istədikdə səbrli olmasını bldirmiş, onları barışdırmağa çalışmışdır. Bağbanı Davuddan hadisə haqqında sorğu-sual etdikdə sonuncu ona bildirmişdir ki, Rəşad 12 dekabr 2020-ci il tarixdə səhər saatlarında atasının bağ evinə gəlib atası və atasının doğmalarını ağır ifadələrlə söyüb təhqir etmiş, həmçinin atasına övladlarını, yəni onunla Məmmədi öldürəcəyini bildirmişdir. Ona görə də atası özündə olmayaraq əsəblərini cilovlaya bilməmiş və özündə olmayaraq hadisəni törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Mərhum Zərərçəkmiş şəxs isə qızı Nigarın əri olmuşdur. Baş vermiş hadisə hər iki ailə üçün böyük bir faciədir. Onun qardaşının yoldaşı Rəşadın dayısı qızıdır. Bu səbəbdən 2008-ci ildə qızı Nigarı Rəşada ərə vermişlər. Lakin o zaman Rəşadın narkotik vasitələrindən istifadə etməsindən məlumatları olmamışdır. Məlumatları olduqda isə artıq gec olmuşdur. Qudalarına bununla bağlı müraciət etdikdə sonuncular insafən Rəşadı müalicə etmək üçün əllərindən gələni etmişlər. Rəşadı Moskvaya, Türkiyəyə, Bakı şəhərinin özündə dəfələrlə müalicəyə cəlb etmişlər. Lakin müalicə prosedurları ağır olduğu üçün həmişə yarımçıq qalmışdır. Rəşad qızını incitdiyi üçün Nigar 2009-cu ildə boşanmağa ərizə vermiş, lakin o, əri Azər və qudaları övladlarını barışdırmış, boşanmalarına icazə verməmişlər. Sonuncu dəfə keçən ilin oktyabr ayında qızı Nigar uşaqları ilə yenə evlərinə gələrək Rəşadın onları evdən qovduğunu demişdir. Buna baxmayaraq Rəşada uşaqlarını gəlib görməsinə mane olmamışlar. 11 dekabr 2020-ci il tarixdə əri Azər Mərdəkana bağ evlərinə getmişdir. Ümumiyyətlə, Azər bağ evində qalmağı xoşlayırdı. Növbəti gün isə səhər tezdən Rəşad gəlib qızlarını özü ilə aparmaq üçün zəng etmiş, böyük nəvəsi xəstə olduğu üçün atasına xəstə olduğunu demiş, Rəşad qızının bu sözünə qəzəblənib bir daha onları gəlib götürməyəcəyini demişdir. Bir-iki saatdan sonra oğlu Məmməd zəng edib əri Azərin bağda tüfəngdən atəş açmaqla Rəşadı öldürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Mərhum Zərərçəkmiş şəxs isə bacısı Nigarın əri olmuşdur. Nigar 2008-ci ildə Rəşad ilə ailə həyatı qurmuşdur. Rəşad bacısı Nigarla evləndikdən bir müddət sonra məlumatı olmuşdur ki, Rəşad narkotik maddələrin, həmçinin spirtli içkilər istifadəçisidir. Hətta Rəşadı valideynləri bu vərdişlərdən qurtarmaq üçün müalicə etdirməyə çalışmışlar. Lakin Rəşad pis vərdişlərindən əl çəkməmişdir. Demək olar ki, bacısı Nigar təxminən 12 ildir ki, yəni Rəşadla evləndiyi vaxtdan Rəşadın pis vərdişlərinə görə əziyyət çəkir, amma ailəsini qoruyub saxlamaqdan ötrü Rəşadın hərəkətlərinə dözmüşdür. Bir neçə dəfə Nigar Rəşaddan boşanmaq istəsə də valideynləri nəvələrinin atasız böyüməməsi üçün buna imkan verməmişlər. Lakin Nigar dəfələrlə Rəşadın ailədə dözülməz vəziyyət yaratdığına görə ata evinə gəlmiş, hətta təxminən 2013-cü ildə bacısı Rəşad tərəfindən evdən qovulduğu üçün uşaqları ilə birlikdə atasının Mərdəkandakı bağına gəlmiş, Rəşad isə bağa gələrək tapança ilə göyə atəş açmış, o, onun qarşısına çıxıb polis çağıracağını dedikdən sonra çıxıb getmişdir. Rəşadın silah olmasından və hər an onlara qarşı həmin silahdan istifadə edə biləcəyindən məlumatlı idi. Lakin Nigarın ailəsinin dağılmaması üçün valideynləri, o və bacısı hər şeyə dözürdülər. Nəhayət 2020-ci ilin son aylarında Rəşadın narkotik maddələrdən istifadə etməsi, spirtli içki aludəçisi olması və bütün bunların nəticəsində evdə dözülməz şərait yaratdığına görə Nigar övladları ilə birlikdə ata evinə köçüb boşanmaq üçün yenidən Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Nigar atasıgildə qaldığı vaxtlarda hər həftə Rəşad öz uşaqlarını görməyə gəlmiş, həm Nigar tərəfindən, həm də valideynləri tərəfindən Rəşada heç bir maneə törətməmişlər. 12 dekabr 2020-ci il tarixdə səhər saatlarında atasının bağında bağban işləyən və daima orada yaşayan Davud ona zəng edərək bildirmişdir ki, atası Rəşadla evdə yüksək səslə mübahisə edir və ondan təcili gəlməsini xahiş etmişdir. O, Davuda telefonda oralarda olmasını, təcili gəldiyini bildirmişdir. Mərdəkandakı bağ evinə çatdıqda isə təcili yardım maşınını görmüş, həyətə keçdikdə həkimlərin Rəşadı müayinə edib sonuncunun öldüyünü bildirmişlər. Atasından və Davuddan nə baş verdiyini soruşduqda onlar demişlər ki, həmin gün səhər saatlarında Rəşad bağa gəlmiş, atası Rəşadı qarşılamış və evə dəvət etmişdir. Rəşad atasıyla evdə yüksək tonla danışmış, atasıyla mübahisə etmiş, atasına qarşı nalayiq ifadələr işlətmiş, atasına aqressiv şəkildə uşaqlarını ona göstərməməkdə ittiham etmiş, sonra evdən çölə çıxdıqda atasına övladlarını, yəni onu və bacısını gedib öldürəcəyin dediyi üçün atası Rəşadı tüfənglə atəş açaraq öldürmüşdür. Rəşadın buna hazır olmasını gəldiyi maşında tapança silahın polis əməkdaşları tərəfindən aşkar olunması da sübut edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında tərtib olunmuş 12 dekabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsidir. Həyətin darvaza qapısı açıqdır və idarəedici (pult) vasitəsilə açılıb-bağlanır. Həyət darvazasının qarşısında küçə hissədə Zərərçəkmiş şəxs məxsus olduğu bildirilən “Lexus GX 460” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin olduğu müəyyən edilmişdir. “Lexus GX 460” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı minik avtomaşının içərisinə baxış keçirilmiş və baxış zamanı ön sol qapının alt hissəsindəki üstü açıq saxlanc yerində 1 ədəd, metal materialdan olan əşya (dubinka) aşkar edilmiş, ön oturacaqlarının arasındakı saxlanc yerində 1 ədəd, üzərində 368481 nömrələri yazılmış, içərisində boş sandıqçası (güllə yeri) olan tapança aşkar edilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Hadisə yerinə baxış zamanı həyət darvazasının girişində darvazanın yaxınlığında metlax örtüyünün üzərində qanabənzər ləkələr aşkar edilmiş və həmin ləkələrdən pambıq vasitəsilə hopdurma yolu ilə nümunə müvafiq qaydada qablaşdınlmaqla götürülmüşdür. Darvazanın yaxınlığında metlax örtüklü yerin üzərində 2 ədəd, metlax örtüklü yerin kənarında torpaq örtüklü yerdə 1 ədəd, ümumi 3 ədəd giliz aşkarlanmış və müvafiq qaydada qablaşdınlmaqla götürülmüşdür. Qeyd olunanlardan başqa, baxış zamanı hadisə yerində iştirak edən Xəzər RPİ-nin rəis müavini, polis polkovniki X15 Cəfərovun könüllü olaraq təqdim etdiyi cinayətin aləti hesab olunan, 1 ədəd, “MÜ 21-12” modelli, «N 7672” nömrəli təklüləli ov tüfəngini və 1 ədəd, içərisində 9 ədəd patron olan patrondaşını təqdim etmiş və 1 ədəd, “MÜ 21-12” modelli, «N 7672” nömrəli təklüləli ov tüfəngi və 1 ədəd, içərisində 9 ədəd patron olan patrondaş müvafiq qaydada qablaşdınlmaqla götürülmüşdür. Baxış zamanı mərhum Zərərçəkmiş şəxs üzərindən aşkar edilmiş, sonuncuya məxsus “Samsung” markalı, qara rəngli mobil telefon, mərhumun üzərində olan bir ədəd boz rəngli palto, bir ədəd qara-ağ rəngli xırda damalı uzunqol köynək, göyümtül- bozumtul rəngli qısaqol köynək, bir ədəd qara rəngli şalvar, şalvarın belində qara rəngli kəmər müvafiq qaydada qablaşdınlmaqla götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış 12 dekabr 2020-ci il tarixli «götürmə aparılması və baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində bir ədəd göy rəngli, uzunqol jaket, bir ədəd göy rəngli cins materialdan şalvar və bir cüt qara rəngli corab olmuşdur. Paltarlar üzərində gözlə görünən hər hansı iz və ya ləkə müşahidə edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında” 15 dekabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, mərhum mərhum Zərərçəkmiş şəxs məxsus “Galaxy J3 Pro” modelli mobil telefonda olan “Watsapp” proqramı vasitəsilə müxtəlif şəxslərlə yazışmalar mövcuddur. Telefonun “Watsapp” proqramında Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid3 ilə yazışmalarında Şahid3 Zərərçəkmiş şəxs ona xəyanət etdiyini, spirtli içki qəbul etməsinə son vermədiyini, aralarındakı ailə münasibətlərini davam etdirə bilməyəcəyini bildirdiyi əks olunmuşdur. “Galaxy J3 Pro” modelli telefonun zənglər bölməsində Zərərçəkmiş şəxs istifadəsində olan 050- ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə 12 dekabr 2020-ci il tarixdə saat 10:14, 10:17, 10:18, 10:19, 10:55 və 10:58-də müvafiq olaraq 2 dəqiqə 39 saniyə, 56 saniyə cavab verilmiş zənglərin olması, bundan sonra cavabsız zənglərin olması, daha sonra 13 saniyə, 45 saniyə cavab verilmiş zənglərin olması və bundan sonra cavab verilməmiş zənglərin olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə olunmuş “CD diskə baxış keçirilməsi haqqında” 27 yanvar 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMCdən daxil olmuş diskin içərisində bir ədəd “1222-21.01.2021.zip” fayl, həmin faylın içərisində “1222-ant.xlsx”, “1222- k.m..xlsx”, “502101767-sms.txt”, “502323250-sms.txt”, “**********67.txt”, “**********50.txt” fayllar mövcuddur. “502101767-sms.txt” adlı faylda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə gələn və gedən mesajlar, “**********67.txt” adlı faylda isə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə gələn və həmin nömrədən edilmiş zənglərin vaxtı, tarixi, müddəti vardır. “502323250-sms.txt” adlı faylda Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsinə gələn və gedən mesajlar, “**********50.txt” adlı faylda isə Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsinə gələn və həmin nömrədən edilmiş zənglərin vaxtı, tarixi, müddəti vardır. Şahid3 Zərərçəkmiş şəxsla olan yazışmalarında sonuncunun ona xəyanət etdiyini, boşanacağını bildirmişdir. “1222k.m..xlsx” adlı faylda hər iki nömrəyə gələn və gedən zənglərin hansı nömrələrdən və kimlərin adına olduğunun siyahısı vardır. “1222-ant.xlsx”, adlı faylda hər iki nömrəyə gələn və nömrələrdən gedən zənglərin anten məlumatları vardır. Anten məlumatlarından görünür ki, Şahid5 istifadəsində olan mobil nömrədən atası Təqsirləndirilən şəxs ilk zəng 12.12.2020-ci il tarixdə saat 10:40-da edilmiş, həmin vaxt Şahid5 anten dairəsi Bakı şəhəri, Heydər Əliyev prospekti, «Şəfa» stadionun yaxınlığı olmuşdur. Həmin CD-in məhkəmədə tədqiqi zamanı diskin “**********67.txt” adlı faylda **********67 telefon nömrəsinin Təqsirləndirilən şəxs məxsus olmaqla 01 iyul 2020-ci il tarixdən 12 dekabr 2020-ci il tarixədək həmin nömrəyə daxil olan və bu nömrədən edilən zənglər haqqında tam məlumatlar öz əksini tapmışdır. Faylda olan məlumatlardan müəyyən olunur ki, 12 dekabr 2020-ci il tarixdə saat 10:13:15-də, saat 10:16:13-də, saat 10:17:58-də, saat 10:54:50-də Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı telefon nömrəsinə zənglər olmuş, 20 dekabr 2020-ci il tarixdə saat 11:19:36-da Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrədən Azərbaycan Respublikası DİN-nin 102 X12 zəng olmuş və 90 saniyə müddətində danışıq aparılmışdır. Beləliklə, ibtidai araşdırma orqanının "xxxx" Telekom MMC-dən əldə edib 27 yanvar 2020-ci il tarixdə baxış keçirdiyi CD-dən məlum olur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmədə verdiyi ifadələrində 12 dekabr 2020-ci il tarixdə ov tüfəngi ilə atəş açaraq kürəkəni Zərərçəkmiş şəxs vurduqdan sonra DİN-nin 102 X12 zəng etməsi tam təsdiqini tapmışdır. Bu faktı həmçinin hadisənin şahidi olmuş və məhkəmədə ifadə vermiş Şahid2 da təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin 17.03.2021-ci il tarixli, 013-8937-1221 saylı məktubundan müəyyən olunur ki, DİN-nin mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş məlumat sistemində Təqsirləndirilən şəxs adına 12 kalibrli, “MÜ 21-12” modelli, 7672 №-li yivsiz ov silahına 01.04.1986-cı il tarixli 242 saylı şəhadətnamə verilmiş, Zərərçəkmiş şəxs adma ov silahı olması barədə heç bir məlumatın olmadığı göstərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 06.05.2021-ci il tarixli, 12/15/3271 saylı məktubundan müəyyən olunur ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 17.09.2007-ci il tarixdən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində əməliyyat müvəkkili vəzifəsində xidmət keçdiyi, 17.12.2007-ci il tarixdə “Hərbi xidmət haqqında” AR Qanununun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq leytenant hərbi rütbəsində Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı, xidmət dövründə ona odlu silah təhkim edilmədiyi göstərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Yasamal rayon məhkəməsinin 22 yanvar 2021-ci il tarixli 143/2021 saylı məktubundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs barəsində Yasamal rayon məhkəməsinin icraatında 2(004)-1005/2021 nömrəli nikahın ləğvinə dair mülki iş olduğu göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və X6» X14 Xəzər rayon şöbəsindən verilmiş 16.12.2020-ci il tarixli, 1340 saylı məhkəmə-tibb ekspertizası rəyi ilə müəyyən olunmuşdur ki, 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X14 Xəzər rayon şöbəsindən verilmiş məhkəmə-tibb ekspertizasının 11.01.2021-ci il tarixli, 164 saylı rəyindən müəyyən olunur ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyiti üzərində sağ ağciyərin zədələnməsi kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən 1 ədəd kor odlu silah-qırma yarası, sol ağciyərin, ürək kisəsinin və ürəyin sol mədəcik əzələsinin, dalağın zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən 1 ədəd kor odlu silah - qırma yarası, sağ qaşüstü nahiyənin səthi əzilmiş yarası (1 ədəd), döş qəfəsinin arxa səthinin sol yarasının aşağı üçdə birində - sol kürəkaltı nahiyəsinin daxilə nüfuz etməyən kor odlu silah - xırda qırma yaraları, xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan odlu silah - qırma yaraları patronu doldurulmuş odlu silahdan açılmış atəş təsirindən törənmişlər, həyatidirlər, törənmə müddətləri meyitin meyitxanada məhkəmə-tibb müayinəsindən əvvəl olmaqla qərarda göstərilən 12.12.2020-ci il tarixə uyğun gəlirlər. Bundan başqa, rəylə təsdiq olunmuşdur ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən, sağ ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd odlu silah - qırma yarasının yara kanalının istiqaməti öndən arxaya, soldan az sağa, yuxarıdan az aşağıyadır. Döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən, sol ağ ciyərin, ürək kisəsinin və ürəyin sol mədəcik əzələsinin, dalağın zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd odlu silah — qırma yarasının yara kanalının istiqaməti öndən arxaya, soldan az sağa, yuxarıdan az aşağıyadır. Döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən, sağ ağciyərin zədələnməsi və döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən, sol ağciyərin, ürək kisəsinin və ürəyin sol mədəcik əzələsinin, dalağın zədələnmələri, kəskin qanitirmə ilə nəticələnmiş odlu silah - qırma yaraları (cəmi 2 ədəd), həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sağ qaşüstü nahiyənin səthi əzilmiş yarası (1 ədəd), döş qəfəsinin arxa səthinin sol yarısının aşağı üçdə birində - sol kürəkaltı nahiyəsinin daxilə nüfuz etməyən kor odlu silah - qırma yaraları (xırda yaralar 20-25 ədəd) həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur, canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqəsi yoxdur. Bundan əlavə, təsdiq olunmuşdur ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin odlu silah - qırma yaraları nəticəsində hər iki ağciyərin, ürək kisəsinin və ürəyin sol mədəcik əzələsinin, dalağın zədələnmələri səbəbindən baş vermiş kəskin qanitimə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhumun meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Döş qəfəsinin ön səthinin sağ və sol yarısının odlu silah - qırma yaralarının xarakterinə əsasən demək olar ki, atəş - atəşin əlavə faktorlarının təsir etdiyi (yaxın) məsafədən açılmışdır. Atəş açılan zaman mərhum Zərərçəkmiş şəxs bədəninin əsasən ön səthi atəş açan şəxsə doğru olmuşdur. Xəsarətlər yetirilən anda mərhum Zərərçəkmiş şəxs atəş açan şəxsə tərəf olmaqla bədənin müxtəlif duruş vəziyyətlərində (əsasən ayaq üstə) ola bilərdi. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsarətlər uyğunluq təşkil edir. Həmçinin həmin rəylə təsdiq olunmuşdur ki, hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış üç atəş nəticəsində yetirilmişdir. Qeyd olunanlardan başqa, həmin rəylə təsdiq olunmuşdur ki, mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,4 benzodiazeprin törəmələrinə aid dərman maddəsi aşkar edilmişdir. Etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı №343 7/K, 25.12.2020). Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məhkəmə-tibbi rəylərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, bu şəxslər arasında hadisə baş verən zaman əlbəyaxa dava-dalaş olmamışdır. Bununla da bir daha təsdiq olunur ki, Zərərçəkmiş şəxs almış olduğu odlu silahdan olan xəsarətlər Təqsirləndirilən şəxs tərəfindən gözlənilmədən və qəflətən yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş kompleks məhkəmə-ballistik, məhkəmə-trasoloji və lifli materialların ekspertizasının 19.02.2021-ci il tarixli 3/188, 189, 190; 6/402 saylı və 23.02.2021-ci il tarixli 6/388 saylı rəylərindən müəyyən olunur ki, üzərində “368481” rəqəmləri həkk olunmuş silah -zavod üsulu ilə hazırlanmış, “Korovin” sistemli, 1926-cı il nümunəli “TK” (“Tulğskiy-Korovina”) modelli, 6,35 mm kalibrli, 368481 №-li, yarımavtomatik tapançadır, zavod nişanlarında pozuntu, dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, lakin konstruksiyasında nəzərdə tutulan, müvafiq təyinatlı 6,35 mm kalibrli patronlar olmadığına görə, ondan eksperimental atəş açmaq mümkün olmadığına görə, həmin silahın hal-hazırda atəş açmaq üçün yararlı olub-olmadığını dəqiq müəyyən etmək mümkün olmadı. Konstruksiyasına uyğun olaraq, həmin tapançadan atəş açmaq üçün tətiyinə 3 kq qüvvə ilə təsir etmək tələb olunur və atəş açılarkən güllə təxminən 400 metr məsafəyə uça və həmin məsafə daxilində hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilər. Təqdim edilmiş, üzərində “MÜ 21-12” rəqəmləri həkk olunmuş silah - zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, “MÜ 21-12” modelli, 7672 №-li, 12 kalibrli, yivsiz odlu ov silahlarında istifadə olunan həmin kalibrə malik patronlardan istifadə etməklə atəş açmaq üçün nəzərdə tutulmuş, özüdolduran, təklüləli tüfəngdir, zavod nişanlarında pozuntu, dəyişiklik, detallarında konstruksiyasını və təyinatını dəyişdirən, o cümlədən qeyriştat patronlardan istifadə olunmaqla atəş açmaq üçün əlavə və ya dəyişiklik edilməmişdir yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, atəş açmaq üçün tətiyinə 3,5 kq qüvvə ilə təsir etmək tələb olunur, atəş açılarkən patronun gilizi sağa, yuxarıya, nisbətən geriyə tərəf istiqamətdə təxminən 1 - 2 metr məsafəyə atılır. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, o cümlədən karteçlər diametrlərindən asılı olmaqla müvafiq məsafələrə, 30-40 dərəcə bucaq altında atılan güllələr təxminən 1000-1500 metr məsafəyə uça və həmin məsafələr daxilində hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilərlər. Tədqiqata, patrondaşa doldurulmuş vəziyyətdə təqdim olunmuş 9 (doqquz) ədəd patron - digər atəş komponentləri ilə birlikdə 02 ədədinə diametrləri 3,25 mm olan (4 №-li), 02 ədədinə diametrləri 3,50 mm olan (3 №-li), 04 ədədinə diametrləri 3,00 mm olan (5 №-li), 01 ədədinə diametrləri 4,00 mm olan (1 №-li) qırmalar doldurulmaqla, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, üzərlərində təyinatlarını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, pistonlarında odlu silahdan atəş açılarkən yaranmağa xarakterik olan izlər yoxdur, atəşə (istifadəyə) yararlıdırlar. Kalibrlərinə görə uyğun gəlmədikləri üçün, həmin patronlardan istifadə olunmaqla, tədqiqata təqdim edilmiş 12 kalibrli, “MÜ 21-12” modelli, 7672 №-li ov tüfəngindən atəş açmaq və eləcə də eyni məqsədlə həmin silahın sandıqçasına və ya patronluğuna doldurmaq mümkün deyildir, üzərlərində müəyyən bərk predmetə dəymə və öz kalibrlərinə və təyinatlarına uyğun silahlara doldurulub-boşaldılma prosesində yaranmağa xarakterik olan səthi sıyrılma və batıq izləri vardır, lakin izlər eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, həmin patronların hansısa konkret bir silahın patronluğuna doldurulub-doldurulmadıqlarını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 3 (üç) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronların atəşlə ayrılmış hissələridirlər gilizləridirlər, üzərlərində təyinatlarını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir. Həmin gilizlər, təqdim edilmiş 12 kalibrli “MÜ 21-12” modelli, 7672 №-li ov tüfəngindən atılmışlar. Təqdim edilmiş, Zərərçəkmiş şəxs meyitindən çıxarıldıqları qeyd olunan 10 (on) ədəd və hadisə yerindən götürüldükləri qeyd edilən 9 (doqquz) ədəd, cəmi: 19 (on doqquz) ədəd metalabənzər bərk predmetlərdən: a) Zərərçəkmiş şəxs meyitindən çıxarıldıqları qeyd olunan predmetlərin 10 ədədindən ‘T’-dən “5”-dək rəqəmlərlə işarələnmiş 05 ədədi və hadisə yerindən götürüldükləri qeyd edilən 09 ədəd predmet - zavod üsulu ilə hazırlanmış, müxtəlif kalibrli, yivsiz (hamar lüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentlərinin öz təyinatına və kalibrinə uyğun olan yivsiz odlu ov silah(lar)mdan atəş nəticəsində atılaraq ayrılmış hissələridirlər diametrləri 4,00 mm olan (1 №-li) qırmalardırlar, gövdələrində təyinatlarını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, onlar təyinatlarına, hazırlanma üsuluna və ölçülərinə görə, təqdim edilmiş 9 (doqquz) ədəd 16 kalibrli patronların 01 ədədinə doldurulmuş, diametrləri 4,00 mm olan (1 №-li) qırmalarla bir-birlərinə uyğun gəlirlər. Təyinatlarına uyğun olaraq, həmin qırmaların, təqdim olunmuş 3 (üç) ədəd 12 kalibrli gilizlərin hər-hansı birinə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patronlardan istifadə olunmaqla, təqdim edilmiş 12 kalibrli, “MÜ 21-12” modelli, 7672 №-li ov tüfəngindən də atəş açılması mümkündür. Lakin qırmaların üzərində doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onların, təqdim edilmiş 3 (üç) ədəd 12 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulubdoldurulmadıqlarını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş 12 kalibrli, “MÜ 21-12” modelli, 7672 №-li ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atılıb- atılmadıqlarını, habelə onların atıldıqları silahın lüləsinin yeyilmə vəziyyətini müəyyən etmək mümkün deyildir; b) Zərərçəkmiş şəxs meyitindən çıxarıldıqları qeyd olunan 10 ədəd predmetin “6”- dan “10”-dək rəqəmlərlə işarələnmiş digər 05 ədədi - bərkləşmiş, daşabənzər maddənin qırıntılarıdırlar, atəş komponentinin hissələri hesab edilmirlər; c) Zərərçəkmiş şəxs meyitindən çıxarıldıqları qeyd olunan predmetlərin 10 ədədindən ‘T’-dən “5”-dək rəqəmlərlə işarələnmiş 05 ədədinin və hadisə yerindən götürüldükləri qeyd edilən 09 ədəd predmetin üzərində aşkar olunmuş əzilmə zədələri (izləri) atəş zamanı atəş komponentlərinin bir-birlərinə sıxılması və bərk predmetə, o cümlədən canlı hədəfin bədən toxumalarına (sümüklərinə) təsir edərkən də yarana bilərdilər. Lakin həmin predmetlərin bilavasitə hansı şəraitdə hədəfə dəydiyini, o cümlədən sivişmə (rikoşet) yolu ilə hədəfdə zədə yaradıb-yaratmadıqlarını və eləcə də Zərərçəkmiş şəxs meyitindən çıxarıldıqları qeyd olunan 10 ədəd predmetin “6”-dan “10”-dək rəqəmlərlə işarələnmiş digər 05 ədədinin hansı şəraitdə zərərçəkmişin bədəninə daxil olduqlarını hadisə yerində müvafiq istintaq hərəkətləri keçirməklə müəyyən etmək olar. Təqdim edilmiş 1 (bir) ədəd metal predmet - kustar üsulla hazırlanmış, vurucu- əzici xassəyə malik olan, dəyənək tipli soyuq silahdır va təyinatı üzrə istifadayə yararlıdır. Tədqiqata taqdim edilmiş, 12 kalibrli “MÜ 21-12” modelli, 7672 №-li təklüləli ov tüfənginin və 6,35 mm kalibrli, “TK” (“Tulğskiy-Korovina”) modelli, 368481 №-li tapançanın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahlardan atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından sonuncu dəfə açılan atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd paltonun ön hissəsində sağ tərəfində yan tikişindən sola doğru 50 mm məsafədə bir ədəd 80x55 mm ölçüdə deşib-keçən zədə, həmin zədədən 40 mm yuxarıda bir ədəd 25x10 mm ölçüdə deşib-keçən zədə, paltonun ön hissəsində sol tərəfdə yan tikişindən sağa doğru 90 mm məsafədə bir ədəd 45x50 mm ölçüdə deşib-keçən zədə, həmin zədədən 10 mm sağa doğru bir ədəd 60x25 mm ölçüdə deşib-keçən zədə, paltonun arxa hissəsində ətəyin son tikişindən 260 mm yuxarı məsafədə 250x200 mm ölçüdə zədə sahəsində 56x13 mm, 20x7 mm, 7x3 mm, 6x3 mm, 3x2 mm, 2x1 mm və s. ölçülərdə çox saylı zədələr vardır. 01 ədəd köynəyin ön hissəsində sağ tərəfində yan tikişindən sola doğru 140 mm məsafədə bir ədəd 70x56 mm ölçüdə deşib-keçən zədə, həmin zədədən 3 mm sağa doğru bir ədəd 90x45 mm ölçüdə deşib-keçən zədə, köynəyin ön hissəsində sol tərəfdə yan tikişindən sağa doğru 90 mm məsafədə bir ədəd 90x80 mm ölçüdə deşib-keçən zədə həmin zədədən 20 mm sağa doğru bir ədəd 45x8 mm ölçüdə deşib-keçən zədə, köynəyin arxa hissəsində qolaltı tikişində 200x170 mm ölçüdə zədə sahəsində 25x35 mm, 5x4 mm, 6x3 mm, 3x2 mm, 2x2 mm, 2x1 mm və s. ölçülərdə çox saylı zədələr vardır. 01 ədəd qısaqol köynəyin ön hissəsində sol qol altı tikişindən 90 mm məsafədə bir ədəd 40x25 mm ölçüdə zədə və həmin zədənin kənarlarında 5x4 mm, 6x3 mm, 3x2 mm, 2x2 mm, 2x1 mm və s. ölçülərdə çox saylı zədələr vardır, köynəyin ön hissəsində boyun son tikişindən 190 mm aşağıda 90x45 mm ölçüdə zədə, həmin zədədən 8 mm sağa doğru bir ədəd 10x10 mm ölçüdə zədə, həmin zədədənin sağ hissəsində 100x90 mm ölçüdə zədə sahəsində 13x10 mm, 5x4 mm, 3x2 mm, 2x2 mm, 2x1 mm və s. ölçülərdə çox saylı zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd paltonun, 01 ədəd köynəyin, 01 ədəd qısaqol köynəyin üzərində olan zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, metal izinin aşkar edilməsinə əsasən, geyim əşyalarının ön hissəsindəki zədələr giriş (iki giriş), arxa hissəsindəki zədələr çıxış (bir çıxış və biri kor zədə) olmaqla, həmin zədələr təqribən 12 kalibrli, yivsiz (hamarlüləli) odlu ov tüfəngindən açılan 2 atəş nəticəsində, öndən arxaya doğru 15 sm-dən 2 m-ə qədər olan məsafə daxilində yerinə yetirilməyə xarakterikdir. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd paltonun, 01 ədəd köynəyin, 01 ədəd qısaqol köynəyin üzərində yaranan zədələrin mərminin sivişmə (rikoşet) nəticəsində dəyməsi ilə yaranıb- yaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd jaketin, 01 ədəd şalvarın və 01 ədəd corabın səthi üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd jaketin, 01 ədəd şalvarın və 01 ədəd corabın səthi üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Qərarda qeyd edilən “...atəş açılan zaman silah lüləsinin ağızlıq kəsiyi ilə maneənin qarşılıqlı yerləşmə vəziyyəti necə olmuşdur, maneə üzərindəki zədəyə, atəş faktorlarının yayılma istiqamətinə əsasən atəş hansı nöqtədən açılmışdır?” sualının cavablandırılmasını istintaq yolu ilə müəyyən etmək mümkündür. Təqdim edilmiş geyim əşyaları üzərində qarşılıqlı mübarizə zamanı fiziki qüvvənin təsirindən yarana bilən hər hansı mexaniki zədə yoxdur. Tədqiqata təqdim olunan 9 ədəd patrondan götürülmüş metal nümunələr (qırmalar), üzərində “Hadisə yerindən aşkar edilmiş 9 ədəd metal parça (qırma) yazıları icra edilmiş zərfdə olan 9 ədəd metal nümunələr və üzərində “Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinasi zamanı meyitindan aşkar edilərək götürülmüş 10 ədəd metal parça (“qırma”)” yazıları icra edilmiş zərfdə olan 10 ədəd metal nümunənin 5 ədədi hər biri qurğuşun əsaslı ərintidən hazırlanmışdır. Onlardan: üzərində “Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı meyitindən aşkar edilərək götürülmüş 10 ədəd metal parça (“qırma")” yazıları icra edilmiş zərfdə olan 10 ədəd metal nümunənin 5 ədədi qurğuşun əsaslı ərintidən hazırlanmışdır. Digər 5 ədəd nümunə isə natrium, kalsium, stronsium va sair əsaslı elementlərdən təşkil olunmuşdur; üzərində “Hadisə yerindən aşkar edilmiş 9 ədəd metal parça (qırma) yazıları icra edilmiş zərfdə olan 9 ədəd metal nümunələr qurğuşun əsaslı ərintidən hazırlanmışdır; patrondaşda təqdim olunan 9 ədəd patrondan götürülmüş metal nümunələr (qırmalar) qurğuşun əsaslı ərintidən hazırlanmışdır.Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd paltonun, 01 ədəd köynəyin, 01 ədəd qısaqol köynəyin, 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd jaketin, 01 ədəd şalvarın və 01 ədəd corabın tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd jaketin, 01 ədəd şalvarın və 01 ədəd corabın səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd paltonun, 01 ədəd köynəyin, 01 ədəd qısaqol köynəyin, 01 ədəd şalvarın tərkib liflərindən yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X11 verilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 03.03.2021-ci il tarixli 116/2021-MTBŞ saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi:O-alfa, beta (İ)-dir. Mərhum Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O-alfa, beta (İ)-dir. Ekspertizaya təqdim edilmiş pambıq topası, 05 (beş) ədəd qırma, Zərərçəkmiş şəxs məxsus palto, uzunqol köynək, şalvar (kəmər ilə), qısaqol köynək üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni O-alfa, beta (İ) qrupunun əsasını təşkil edir. Bu qan ləkələri O-alfa, beta (İ) qruplu şəxsə (şəxslərə), o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs və ya eyni qruplu olan Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa). Ekspertizaya təqdim edilmiş tüfəng və Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş əşya (dubinka), tapança, 07 ədəd patron və 02 ədəd giliz olan patrondaş, 03 ədəd giliz, 09 ədəd qırma və Təqsirləndirilən şəxs məxsus uzunqol jaket, bir cüt corab üzərində şübhəli ləkə aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş əlavə məhkəmə-ballistik ekspertizasının 05.03.2021-ci il tarixli 21/183R saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd 368481 nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 6.35 mm kalibrli TK-Korovin konstruksiyah tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 6.35x15 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli TK-Korovin konstruksiyalı tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yaralıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və giliz DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə- gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 verilmiş 19.02.2021-ci il tarixli 386 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Narkoloji Ekspertiza Mərkəzi» X11 verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 11.03.2021-ci il tarixli 744 saylı rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və ya xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs hazırda narkomaniya və ya xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir, narkomaniya və ya xroniki alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o yaşayş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğudan müəyyən olunur ki, o, əvvəllər məhkum olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarın 21-ci bəndinə əsasən qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Məhkəmə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qızı Şahid3 kürəkəni Zərərçəkmiş şəxs ailə münasibətlərinə müdaxil etməmiş, ata kimi gənc ailənin qorunub saxlanılması, qızı ilə kürəkəni barışması üçün bütün imkanlardan istifadə etmiş, hadisə günü isə Zərərçəkmiş şəxs səhər saatlarında ona bir neçə dəfə zəng edərək bağına maşınının salonunda dəyənək və odlu silah olan tapança ilə gəlib, Təqsirləndirilən şəxs bağ evində sonuncu övladları ilə görüşmək üçün arvadı Şahid3 tərəfindən maneələr yaranmamasına görə kəskin şəkildə mübahisə etmiş və həyətə çıxdıqda mübahisəni davam etdirdikdə qətl hadisəsi baş vermişdir. Törətdiyi əməl barədə Təqsirləndirilən şəxs DİN-nin 102 X12 məlumat vermiş, hadisə yerinə onun məlumatı əsasında gəlmiş hüquq-mühafizə orqanlarının nümayəndələrini cinayətin aləti olan ov tüfəngi və patorndaşı könüllü olaraq təslim etmişdir, yəni cinayətin açılmasına da fəal kömək etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsində göstərilən şəxsin könüllü gəlib təqsirini boynuna alması halı Təqsirləndirilən şəxs tətbiq edilməlidir. Belə ki, həm Təqsirləndirilən şəxs, həm də hadisənin yeganə şahidi olan X4 ifadəsi ilə təsdiq olunmuşdur ki, hadisə barədə DİN-nə məlumatı məhz Təqsirləndirilən şəxs vermiş, bu halı təkzib edən hər hansı dəlil müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli Qərarının məzmununa əsasən «könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur». Təqsirləndirilən şəxs törətdiyi cinayət barədə telefon vasitəsi ilə polisə məlumat verməsi könüllü gəlib təqsirini boynuna almaq anlayışına uyğun olmaqla işin mahiyyətini dəyişmir. Həmçinin Təqsirləndirilən şəxs cinayətin aləti olan of tüfəngi və patrondaşı polisə könüllü təslim etməsi ilə Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinin tələblərinə uyğundur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını və cinayətin alətini könüllü təqdim etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli isə 12.12.2020-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli palto, bir ədəd qara-ağ rəngli xırda damalı uzunqol köynək, göyümtül-bozumtul rəngli qısaqol köynək, bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli kəmər mərhum Zərərçəkmiş şəxs hüquqi varisi X5 təhvil verilməli; Təqsirləndirilən şəxs məxsus və Bakı şəhəri Xəzər prokurorluğunda saxlanılan bir ədəd göy rəngli, uzunqol jaket, bir ədəd göy rəngli cins materialdan şalvar və bir cüt qara rəngli corab X3 Məmməd Azər oğluna təhvil verilməli; mərhum Zərərçəkmiş şəxs məxsus “Lexsus GX 460” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin içərisindən 12 dekabr 22020-ci il tarixdə aşkar olunmuş bir ədəd dəyənəyin və bir ədəd 368481 saylı, 6.35 mm kalibrli TK-Korovin konstruksiyalı, yivli odlu silah olan tapançanın və onn komplekt hissəsi olan bir ədəd darağın baxılan cinayət işindən ayrılan cinayət işi üzrə maddi sübut olmaqla Bakı şəhər Xəzər rayon prokurorluğunda saxlanılması nəzərə alınmalı; Bakı şəhər Xəzər RPİ-də saxlanılan bir ədəd “MÜ 21-12” modelli, «N 7672” nömrəli təklüləli yivsiz odlu ov silahı, içərisində 9 ədəd patron olan 01 ədəd patrondaş, hadisə yerindən götürülmüş 03 ədəd atılmış giliz Azərbaycan Respublikası DİN-nə təhvil verilməli; pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş qan nümunəsi, hadisə yerindən götürülmüş 10 ədəd qırma, Zərərçəkmiş şəxs meyitindən götürülmüş 10 ədəd qırma məhv edilməli; cinayət işində olan 2 ədəd CD disklər isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 461,16 (dörd yüz altmış bir manat on altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12.12.2020-ci il tarixdən il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli palto, bir ədəd qara-ağ rəngli xırda damalı uzunqol köynək, göyümtül-bozumtul rəngli qısaqol köynək, bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli kəmər mərhum Zərərçəkmiş şəxs hüquqi varisi X5 təhvil verilsin; Təqsirləndirilən şəxs məxsus və Bakı şəhəri Xəzər prokurorluğunda saxlanılan bir ədəd göy rəngli, uzunqol jaket, bir ədəd göy rəngli cins materialdan şalvar və bir cüt qara rəngli corab X3 Məmməd Azər oğluna təhvil verilsin; mərhum Zərərçəkmiş şəxs məxsus “Lexsus GX 460” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin içərisindən 12 dekabr 2020-ci il tarixdə aşkar olunmuş bir ədəd dəyənəyin və bir ədəd 368481 saylı, 6.35mm kalibrli TK-Korovin konstruksiyalı, yivli odlu silah olan tapançanın və onn komplekt hissəsi olan bir ədəd darağın baxılan cinayət işindən ayrılan cinayət işi üzrə maddi sübut olmaqla Bakı şəhər Xəzər rayon prokurorluğunda saxlanılması nəzərə alınsın; Bakı şəhər Xəzər RPİ-də saxlanılan bir ədəd “MÜ 21-12” modelli, «N 7672” nömrəli təklüləli yivsiz odlu ov silahı, içərisində 9 ədəd patron olan 01 ədəd patrondaş, hadisə yerindən götürülmüş 03 ədəd atılmış giliz Azərbaycan Respublikası DİN-nə təhvil verilsin; pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş qan nümunəsi, hadisə yerindən götürülmüş 10 ədəd qırma, Zərərçəkmiş şəxs meyitindən götürülmüş 10 ədəd qırma məhv edilsin; cinayət işində olan 2 ədəd CD disklər isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 461,16 (dörd yüz altmış bir manat on altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar