Məhkəmə qərarları › İş №1(101)-1214/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1214/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1214/2022 17.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X14 iştirakı ilə, 28 mart 1978-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatında olan və ünvan 2 ünvanında yaşayan, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X15 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, X15 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Hacı Bayram» adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyə əsasən «Hacı Bayram» adlı şəxsin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, ümumi təmiz çəkisi 53,822 qram narkotik vasitə olan heroini və külli miqdarda, ümumi təmiz çəkisi 57,264 qram psixotrop maddə olan metamfetamini aralarında olan razılıq əsasında dəyərini sonradan ödəmək şərti ilə əldə edib onlardan 9,811 qram narkotik vasitə heroini və 9,497 qram psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, 44,011 qram narkotik vasitə heroini və 47,767 qram psixotrop maddə metamfetamini isə yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zevin küçəsi, ev 23A ünvanında yaşadığı evdə saxlamış, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 07 fevral 2022-ci il tarixdə saat 17:15 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zevin küçəsi, ev 23A ünvanının yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, şöbədə onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda, yəni 9,811 qram narkotik vasitə olan heroin, bir ədəd sellofan bükümdə 9,497 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş və əməliyyat tədbirlərinin davamı olaraq X9 yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zevin küçəsi, ev 23A ünvanında yaşadığı evində baxış keçirilərkən yataq otağındakı pərdə asılqanın üzərindəki qutunun içərisindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 44,011 qram narkotik vasitə olan heroin, üç ədəd ədəd bükümdə, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 25,475 qram, 9,651 qram, 12,641 qram olmaqla ümumi təmiz çəkisi 47,767 qram psixotrop maddə olan metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan “AOSAİ” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X15 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 7 fevral 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən marketdə olan zaman saxlanılmışdır. Polis əməkdaşları onun qolundan tutub avtomobilə mindirmişlər. Avtomobildə polis əməkdaşları ondan narkotik vasitə istifadəçisi olub-olmadığını soruşmuşlar, o isə onlara narkotik vasitə istifadəçisi olduğunu və evində 50 qram narkotik vasitə olduğunu bildirmişdir. Saxlanılarkən üzərində narkotik vasitə yox imiş, evində isə təqribən 50 qram kakos var imiş. Onu polis bölməsinə aparmışlar. Orada onu ailə üzvlərini də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda məsuliyyətə cəlb edəcəkləri ilə hədələmişlər. Orada özləri üçün videoçəkiliş edəcəklərini bildirərək, üzərinə narkotik vasitə yerləşdirmişlər və ondan videoçəkiliş zamanı həmin narkotik vasitəni çıxarıb onlara təqdim etməyini istəmişlər. O da aldanıb onların dediyi kimi etmişdir. Evindəki 50 qram narkotik vasitəni iranlı şəxsdən almışdır. Həmin şəxs ucuz satdığı üçün ondan narkotik vasitə almışdır. Digər satıcılar bir qram narkotik vasitəni 30-35 manata satırmışlar, belə olan halda çatdırmaq olmurmuş. Narkotik vasitəni 50 qram miqdarda almağına səbəb isə tez-tez narkotik vasitə almaq üçün satıcılarla əlaqə saxlamaq istəməməyi olmuşdur. Həmin iranlı şəxs Hacı Bayram adlı şəxs idi. O, İran İslam Respublikasında yaşayırdı. Hacı Bayram ona Whatsapp mobil tətbiqi vasitəsilə narkotik vasitəni yerləşdirdiyi yerin şəklini çəkib göndərirmiş və o da gedib götürürmüş. Onun evində metamfetamin olmamışdır, həmin ağ rəngli maddəni özləri üzərinə əlavə etmişlər. Narkotik vasitənin qramını 5 manata almışdır. 50 qramı 6-7 ay müddətində istifadə etmək üçün nəzərdə tutmuşdur. O narkotik vasitəni iyləməklə istifadə edirmiş. Üzərində saxlanılarkən narkotik vasitə olmamışdır. Lakin evində öz şəxsi istifadəsi üçün 50 qram kakos olduğunu etiraf edir. Narkotik vasitə satışı ilə heç vaxt məşğul olmamışdır. Əməlindən çox peşmandır. Narkotik vasitə onda asılılıq yaratmışdır. Hazırda bu bəladan uzaqlaşdığı üçün xoşbəxtdir. O artıq cəmiyyətə yararlıdır. O heç vaxt kiməsə narkotik vasitə pay verməmişdir. O qəssab fəaliyyətilə məşğul olurmuş. Günlük qazancı təqribən 20 manat imiş və yerli satıcılar narkotik vasitəni baha satdığı üçün çatdıra bilmirmiş. Buna görə də iranlı şəxsdən ucuz qiymətə alırmış. Narkotik vasitələrdən isifadə etdiyinə görə əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, o Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 fevral 2022-ci il tarixində X9 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə o və idarənin digər əməkdaşı Məmmədov İndardan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17 radələrində Ağaxanov Ramili ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlamışlar. Ona özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanıldığını izah etmişlər. Bundan sonra onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirmişlər. Ağaxanov Ramilə dövlət hesabına müdafiəçi dəvət olunmuş və orada xidməti otaqların birində onun üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın keçirilməsi zamanı Ağaxanov Ramilin üzərində 2 ədəd büküm aşkar edilmişdir. Ağaxanov Ramil yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir və bundan sonra onun evinə baxış keçirilmişdir. Ağaxanov Ramilin evinə baxış keçirilməsi zamanı onun evindən narkotik vasitə olan heroin və tərəzi aşkar edilmişdir. X17 zor tətbiq olunmayıb. Ramil özü də onlara müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18, digər şahid X16 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X9 məhkəmə prosesində narkotik vasitənin üzərində olmaması və narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan 07 fevral 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, X15 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in BNMİ-nin təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X11 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X15 əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan bükümü, sol yan cibindən yaşadığı mənzilə məxsus 02 ədəd açarı, sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki qara rəngli şalvarın sol yan cibindən 31 (otuz bir) manat nəğd pulu, sağ yan cibindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon aparatını, 02 (iki) ədəd, birinin üzərində 4169 7385 4198 8287, digərinin üzərində 4169 7413 4970 0540 rəqəmləri əks olunmuş "xxxx" ASC-yə məxsus plastik bank kartlarını masanın üzərinə qoymuşdur. Bundan X3 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. 01 (bir) ədəd "Samsung" markalı mobil telefon, X12 məxsus şəxsiyyət vəsiqəsi və iki ədəd plastik bank kartı İş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs X9 təqdim etdiyi bükümlərə baxış keçirilən zaman bükümlərdən birinin içərisindən qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitə heroinə bənzər, digərindən isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Kütlələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmiş, bükümlərin qablaşdırma ilə birlikdə çəkisinin 12 (on iki) qram olması müəyyən olunmuşdur. Həmin bükümlər zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. X15 şifahi sorğu zamanı təqdim etdiyi sellofan bükümlərdə olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığının, həmin bükümləri 1 il öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikası vətəndaşı “Hacı Bayram” adlı şəxs vasitəsilə 2-3 gün öncə Sabunçu rayon ərazisindən yolun kənarından götürdüyünü, təqribən 1 il olarki narkotik vasitə istifadə etməyə başladığını, əvvəllər 1-2 dəfə pul qarşılığında narkotik vasitələri satdığını, əldə etdiyi narkotik vasitənin və psixotrop maddənin bir hissəsinin yaşadığı evdə olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd DVD Diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in BNMİ-nin təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş “baxış keçirilməsi və götürmə haqqında” 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, evə baxış keçirilmədən öncə şübhəli şəxs Ramil Ağaxanova evində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra sonuncu mənzilin yataq otağına daxil olaraq, giriş qapısının üst hissəsində olan pərdə asılqanının üzərindən 01 (bir) ədəd göy rəngli parçadan olan qutunu və 01 (bir) ədəd qara rəngli elektron tərəzini təqdim edərək başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirdi. Həmin qutuya və elektron tərəziyə baxış keçirilmişdir. Baxış zamanı qutunun içərisindən 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 03 (üç) ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar edilmiş həmin kütlələr elektron tərəzidə çəkilmiş, 01 (bir) ədəd heroinə bənzər kütlə olan bükümün çəkisinin 50 qram, 03 (üç) ədəd psixotrop maddə metamfetaminə bənzər kütlənin isə 51 (əlli bir) qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin bükümlər qablaşdırılmaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şifahi sorğu zamanı Ramil Ağaxanov həmin sellofan bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri həm satış, həm də öz istifadəsi üçün üzərində saxladığını, İran İslam Respublikası vətəndaşı “Hacı Bayram” adlı şəxsin vasitəsi ilə Sabunçu rayonu ərazisində əldə etdiyini, 1 ilə yaxındır ki, narkotik tərkibli maddələrdən istifadə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, bu əməllərindən həyat yoldaşı Vüsalə Ağaxanova daxil olmaqla heç kimin məlumatının olmadığını bildirmişdir. Daha sonra Ramil Ağaxanovun razılığı əsasında digər otaqlara baxış keçirilsə də sübut əhəmiyyəti kəsb edın heç bir əşya və ya predmet aşkar olunmamışdır. Baxış və götürmə həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd DVD Diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin materialların məhkəmə ekspertizasının 08 fevral 2022-ci il tarixli 6/772 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Ramil Ağaxanovun üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 9,811 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 9,497 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Üzərində “R.Ağaxanovun yaşadığı ünvandan...” və s. yazılar, imzalar olan paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 25,475 qram; 9,651 qram; 12,641 qram; ümumi təmiz çəkiləri 47,767 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 44,011 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ədəd “AOSAİ” markalı elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. X9 üzərindən və yaşadığı ünvandan aşkar olunmuş heroin kütlələri tərkiblərinə görə öz aralarında, metamfetamin kütlələri də həmçinin öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrimin siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 53,822 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 53,722 qram. Metamfetaminin ümumi təmiz çəkisi 57,264 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 57,144 qram. (ekspertizanın dəyəri 110(yüz on) manat) Cinayət işində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 4(008)-109/2022 saylı qərarından görünür ki, X15 barəsində həbsetmənin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X15 Bakı Qarnizon Hərbi Tribunalının 05 iyun 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240-cı (köhnə redaksiyada) maddəsinin A bəndinin 42-ci hissəsi ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəzası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Bundan başqa X6 Qarnizon Hərbi Tribunalının 30 iyun 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci (köhnə redaksiyada) maddəsinin V bəndinin 39-cu hissəsi ilə 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 29 dekabr 2001-ci il tarixində Nərimanov şəhər Məhkəməsinin 26. dekabr 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən cəzasının 02 il 03 ay 28 gün çəkilməmiş hissəsindən şərti azad edilmişdir. 12 may 2003-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli amnistiya İ qərarına əsasən azad edilmişdir. X15 məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan 10 may 2022-ci il tarixli “CD Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən 18 aprel 2022-ci il tarixdə daxil olmuş CD Diskə baxış keçirilmiş, baxış zamanı “X13 **********4***-*******xx-xx.3907”, “X13 **********4***- *******xx-xx.3907”, “SMS Tarixçəsi **********5***-*******75”, “SMS Tarixçəsi **********5***- *******75”, “SMS Tarixçəsi **********5505- 707600909”, “SMS Tarixçəsi **********5***- *******09”, “Zənglərin Detallaşması **********4***-*******xx-xx.3907”, “Zənglərin Detallaşması **********4040- 7064775xx-xx.3907”, “X7 **********5***-*******09-NAR- 10.3907” və “X7 **********5***-*******75-NAR-10.3907” adlı faylların olduğu müəyyən edilmişdir.Faylların içərisinə baxış zamanı aşağıdakılar müəyyən edildi:01) “X13 **********4***-*******xx-xx.3907” - adlı fayla baxış zamanı 070 *** ** ** mobil telefon nömrəsinin X12 məxsus olduğunun qeyd edildiyi müəyyən edilmişdir.02) “X13 **********4***-*******xx-xx.3907” - adlı fayla baxış zamanı 070 *** ** ** mobil telefon nömrəsinin X12 məxsus olduğunun qeyd edildiyi müəyyən edilmişdir.03) “SMS Tarixçəsi **********5***-*******75” - adlı fayla baxış zamanı X12 məxsus 070 *** ** ** mobil telefon nömrəsinə müxtəlif mobil telefon nömrələrindən smslər daxil olduğu, daxil olan smslərin mətnlərindən isə şəxslərin R.S.Ağaxanovdan almaq üçün narkotik vasitə və psixotrop maddə istədikləri müəyyən edilmişdir.04) “SMS Tarixçəsi **********5***-*******75” - adlı fayla baxış zamanı X12 məxsus 070 *** ** ** mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə smslər göndərildiyi, smslərin mətnlərindən isə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə əlaqədar müxtəlif söhbətlər aparıldığı müəyyən edilmişdir.05) “SMS Tarixçəsi **********5***-*******09” - adlı fayla baxış zamanı X12 məxsus 070 *** ** ** mobil telefon nömrəsinə müxtəlif mobil telefon nömrələrindən smslər daxil olduğu, daxil olan smslərin mətnlərindən isə şəxslərin R.S.Ağaxanovdan almaq üçün narkotik vasitə və psixotrop maddə istədikləri müəyyən edilmişdir.06) “SMS Tarixçəsi **********5***-*******09” - adlı fayla baxış zamanı X12 məxsus 070 *** ** ** mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə smslər göndərildiyi, smslərin mətnlərindən isə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə əlaqədar müxtəlif söhbətlər aparıldığı müəyyən edilmişdir.07) “Zənglərin Detallaşması **********4***- *******xx-xx.3907” - adlı fayla baxış zamanı X12 məxsus 070 *** ** ** mobil telefon nömrəsinin anten əhatə dairəsinə dair məlumatların əks olunduğu müəyyən edilmişdir.08) “Zənglərin Detallaşması **********4***-*******xx-xx.3907” - adlı fayla baxış zamanı X12 məxsus 070 *** ** ** mobil telefon nömrəsinin anten əhatə dairəsinə dair məlumatların əks olunduğu müəyyən edilmişdir. 09) “X7 **********5***-*******09-NAR- 10.3907” - adlı fayla baxış zamanı X12 məxsus 070 *** ** ** mobil telefon nömrəsinə zəng edən, eyni zamanda sms yazan və ya sms qəbul edən bəzi şəxslərin anket məlumatlarının əks olunduğu müəyyən edilmişdir.10) “X7 **********5***-*******75-NAR- 10.3907” - adlı fayla baxış zamanı X12 məxsus 070 *** ** ** mobil telefon nömrəsinə zəng edən, eyni zamanda sms yazan və ya sms qəbul edən bəzi şəxslərin anket məlumatlarının əks olunduğu müəyyən edilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 18 may 2022-ci il tarixli 2578 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı X10 Opioidlərin psixostiMulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 25 may 2022-ci il tarixli CD Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X9 üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və bu zaman aşağıdakılar müəyyən edilmişdir: X2 sonra Sabunçu rayon Pİ-nin 12-ci PŞ-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən saxlanılan X12 özünü təqdim etməsi bildirir. Bundan sonra X15 özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. X1 səbəbinin ona aydın olduğunu bildirir. Bundan sonra X8 üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağh etirazının olub-olmaması soruşulur. X15 etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olubolmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X15 əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan bükümü, sol yan cibindən yaşadığı mənzilə məxsus 02 ədəd açarı, sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki qara rəngli şalvarın sol yan cibindən 31 (otuz bir) manat nəğd pulu, sağ yan cibindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon aparatını, 02 (iki) ədəd, birinin üzərində 4169 7385 4198 8287, digərinin üzərində 4169 7413 4970 0540 rəqəmləri əks olunmuş "xxxx" ASC-yə məxsus plastik bank kartlarını masanın üzərinə qoymuşdur. X3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. X9 təqdim etdiyi bükümlər baxış keçirilmişdir. Bükümlərdən birinin içərisindən qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitə heroinə bənzər, digərindən isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş, bükümlərin qablaşdırma ilə birlikdə çəkisinin 12 (on iki) qram olması müəyyən olunmuşdur. Qeyd edilən hərəkətlər edildikdən sonra aşkar edilmiş iki ədəd büküm içərisi boş olan, ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmışdır, şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd "Samsung" markalı mobil telefon, X12 məxsus şəxsiyyət vəsiqəsi və iki ədəd plastik bank kartı sonuncuya bu barədə izah verildikdən sonra götürülmüşdür. X12 məxsus mənzilin iki ədəd açarı və 31 manat pul X12 geri qaytarılmışdır. X15 verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 1 il öncə sosial şəbəkələrdən tanış olduğu, İran İslam Respublikası vətəndaşı “Hacı Bayram” adlı şəxs vasitəsilə 2-3 gün öncə Sabunçu rayon ərazisindən yolun kənarından götürdüyünü, təqribən 1 il olarki narkotik vasitə istifadə etməyə başladığını, əvvəllər 1-2 dəfə pul qarşılığında narkotik vasitələri satdığını, əldə etdiyi narkotik vasitənin və psixotrop maddənin bir hissəsinin yaşadığı evdə olduğunu bildirmişdir. Cinayət işində olan 25 may 2022-ci il tarixli CD Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X9 yaşadığı ünvan 4 ünvanında yerləşən evə baxış və götürmə aparılmasının video görüntüsünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və bu zaman aşağıdakılar müəyyən edilmişdir: evin qarşısına çatdıqdan sonra qapı açılmış və evdə yaşayan, X9 həyat yoldaşı Vüsalə Ağaxanovadan evə baxış keçirilməsi barədə qərarla tanış edilərək, baxış keçirilməsinə razılıq verilməsi ilə bağlı ərizəsi alınmışdır. Evə baxış keçirilməzdən əvvəl X12 evində saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X15 mənzilin yataq otağına daxil olaraq, giriş qapısının üst hissəsində olan pərdə asılqanının üzərindən 01 (bir) ədəd göy rəngli parçadan olan qutunu və 01 (bir) ədəd qara rəngli elektron tərəzini təqdim edərək başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. X9 təqdim etdiyi bir ədəd göy rəngli parçadan olan qutuya baxış keçirilmişdir. Baxış zamanı qutunun içərisindən 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 03 (üç) ədəd psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlələr tərəzidə çəkildə 01 (bir) ədəd heroinə bənzər kütlənin çəkisinin 50 qram, 03 (üç) ədəd psixotrop maddə metamfetaminə bənzər kütlənin isə 51 (əlli bir) qram olduğu müəyyən edilmişdir. Qeyd edilən kütlələr içərisi boş olan, ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra fərdi evin digər otaqlarına baxış keçirilmiş və baxış zamanı qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. X5 zamanı, təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, bükümlərdən birində narkotik vasitə heroin, digərlərinin isə psixotrop maddə metamfetamin olduğunu, onları satmaq və istifadə etmək üçün əldə edərək saxladığını, həmin maddələri İran İslam Respublikası vətəndaşı “Hacı Bayram” adlı şəxsin vasitəsi ilə Sabunçu rayonu ərazisində əldə etdiyini, 1 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, bu əməllərindən həyat yoldaşı Vüsalə Ağaxanova daxil heç kimin məlumatının olmadığını bildirmişdir. Cinayət işinə əlavə olunan portal məlumatlarından görünür ki, təqsirləndirilən şəxs X9 xx.xx.2011-ci il təvəllüdlü X19 və xx.xx.2013-cü il təvəllüdlü X24 adlı iki azyaşlı övladı var. Məhkəmə təqsirləndirilən şəxs X12 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X12 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 07 fevral 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxs X9 narkotik vasitələrdən isifadə etdiyinə görə əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, barəsində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 110 (yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan X9 üzərindən və yaşadığı evdən aşkar edilərərək götürülmüş ümumi təmiz çəkisi qalıq 53,722 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi qalıq 57,144 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd “AOSAİ” markalı elektron tərəzi məhv edilməli, X9 üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefon, 02 (iki) ədəd, birinin üzərində 4169 7385 4198 8287, digərinin üzərində 4169 7413 4970 0540 rəqəmləri əks olunmuş "xxxx" ASCyə məxsus plastik bank kartları onun yaxın qohumuna qaytarılmalı, X22 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və yaşadığı evə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD Disk və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, X15 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, X8 ekspertiza xərci təşkil edən 110 (yüz on) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən X9 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X8 ekspertiza xərci təşkil edən 110 (yüz on) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan X9 üzərindən və yaşadığı evdən aşkar edilərərək götürülmüş ümumi təmiz çəkisi qalıq 53,722 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi qalıq 57,144 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd “AOSAİ” markalı elektron tərəzi məhv edilsin, X9 üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefon, 02 (iki) ədəd, birinin üzərində 4169 7385 4198 8287, digərinin üzərində 4169 7413 4970 0540 rəqəmləri əks olunmuş "xxxx" ASC-yə məxsus plastik bank kartları onun yaxın qohumuna qaytarılsın, X22 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və yaşadığı evə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD Diskin, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar