Məhkəmə qərarları › İş №1(101)-1214/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1214/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1214/2025 06.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxxx 1980-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 29,178.4-cü maddələri ilə xx xxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, “X10 Azerbaijan” MMC-də hüquqşünas vəzifəsində işləyən, əvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 29,178.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 14:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə 2024-cü ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs təsisçisi olduğu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Natiq Quliyev 62C ünvanında yerləşən “Şəfa” restoranın istifadəsində olan, lakin xüsusi mülkiyyətində olmayan bitişik yerləşən 0,40 ha torpaq sahəsinin və onun üzərində olan tikililərin özəlləşdirilməsi və sənədləşmə işlərinin aparılmasına köməklik göstərilməsi üçün cinayətdən xəbərsiz Şahid3 vasitəsilə Təqsirləndirilən şəxs2, sonuncunun isə özünə müraciəti ilə əlaqədar sonuncu ilə öncədən aralarında olan razılaşmaya əsasən həmin torpaq sahəsinə baxış keçirib təxmini ölçüsünü və koordinatlarını müəyyən edərək Zərərçəkmiş şəxs qeyd olunan ərazinin sənədləşməsinin mümkün olduğunu, özünün guya müxtəlif dövlət orqanlarının yüksək vəzifədə işləyən tanışlarının olmasını, həmin əlaqələrindən istifadə edərək ümumilikdə 0.40 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan tikililərə çıxarış alacağını əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə, yəni torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində olan tikililərə çıxarış alınması üçün torpağın 0.1 ha sahəsinə görə 40.000 manat olmaqla cəmi 1.600.000 (bir milyon altı yüz min) manat məbləğində pul vəsaitinin bir hissəsinin dövlət rüsumu, bir hissəsinin rüşvət qismində və digər ödənişlər adı ilə verilməsinin zəruri olmasını Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun həmin məsələnin həlli üçün ilkin olaraq 900.000 manat, çıxarış götürməyə hazır olan zaman 300.000 manat, sənədlər götürüləndən sonra isə rüşvət qismində 400.000 manat məbləğində pul vəsaitini verə biləcəyi barədə razılığını Təqsirləndirilən şəxs2 vasitəsilə alaraq sövdələşdikdən sonra, həmin niyyətlə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən ofisində sonuncudan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə 900.000 manat məbləğində pul vəsaitini alıb, əldə etdiyi həmin məbləğdə pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək, şəxsi ehtiyaclarına sərf edib, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 900.000 (doqquz yüz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, sonradan Zərərçəkmiş şəxs qalan məbləğdə pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini sonuncudan ala bilməyib, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 1.600.000 (bir milyon altı yüz min) manat məbləğində pul vəsaitini ona xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. 3.Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. 4.Belə ki, Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə 2024-cü ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs təsisçisi olduğu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Natiq Quliyev 62C ünvanında yerləşən “Şəfa” restoranın istifadəsində olan, lakin xüsusi mülkiyyətində olmayan bitişik yerləşən 0,40 ha torpaq sahəsinin və onun üzərində olan tikililərin özəlləşdirilməsi və sənədləşmə işlərinin aparılmasına köməklik göstərilməsi üçün cinayətdən xəbərsiz Şahid3 vasitəsilə özünə müraciəti ilə əlaqədar Təqsirləndirilən şəxs1lə öncədən aralarında olan razılaşmaya əsasən həmin torpaq sahəsinə baxış keçirib təxmini ölçüsünü və koordinatlarını müəyyən edərək Zərərçəkmiş şəxs qeyd olunan ərazinin sənədləşməsinin mümkün olduğunu, əlbir olduğu Təqsirləndirilən şəxs1 guya müxtəlif dövlət orqanlarının yüksək vəzifədə işləyən tanışlarının olmasını, sonuncunun həmin əlaqələrindən istifadə edərək ümumilikdə 0.40 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan tikililərə çıxarış alacağını Zərərçəkmiş şəxs yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün Təqsirləndirilən şəxs1 yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə, yəni torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində olan tikililərə çıxarış alınması üçün torpağın 0.1 ha sahəsinə görə 40.000 manat olmaqla cəmi 1.600.000 (bir milyon altı yüz min) manat məbləğində pul vəsaitinin bir hissəsinin dövlət rüsumu, bir hissəsinin rüşvət qismində və digər ödənişlər adı ilə verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun həmin məsələnin həlli üçün ilkin olaraq 900.000 manat, çıxarış götürməyə hazır olan zaman 300.000 manat, sənədlər götürüləndən sonra isə rüşvət qismində 400.000 manat məbləğində pul vəsaitini verə biləcəyi barədə razılığını alaraq sövdələşdikdən sonra, həmin niyyətlə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən ofisində sonuncudan 900.000 manat məbləğində pul vəsaitini alıb, əldə etdiyi həmin məbləğdə pul vəsaitini Təqsirləndirilən şəxs1lə aralarında bölərək, şəxsi ehtiyaclarına sərf edib, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 900.000 (doqquz yüz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, sonradan Zərərçəkmiş şəxs qalan məbləğdə pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini sonuncudan ala bilməyib, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 1.600.000 (bir milyon altı yüz min) manat məbləğində pul vəsaitini ona xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. 5.Dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 29,178.4-cü maddələri ilə irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmaqla barələrində cinayət təqibinin Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə davam etdirilməsini xahiş etmişdir. Sübutların tədqiqi: 6.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 29,178.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, tutulan vaxtadək 15-20 il makler kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs2 hadisədən 5-6 ay əvvəl dostu vasitəsilə tanımış, ona torpaqla bağlı sənədləşdirmədə köməklik edə biləcəyini və torpağa çıxarış alacağını demişdir. Zərərçəkmiş şəxsi ümumiyyətlə görməmiş və zərərçəkmiş şəxsə aid işlərin görülməsi ilə bağlı bütün danışıqları Mahmudla aparmışdır. Pulları zərərçəkmiş şəxsin ofisinin yanında və bundan sonra isə “Neapol” dairəsi deyilən ərazidə Mahmudla birgə götürmüşdür. Mahmudla danışıqları Fəxrəddinə aid torpaqlara sənəd alınması ilə bağlı olmuşdur. Torpaqla bağlı işlərin görülməsi üçün Mahmuddan ümumilikdə doqquz yüz min manat almış, həmin pulu 0.43 hektar torpaq sahəsinin sənədləşdirilməsi üçün götürmüş, pulu aldıqdan on gün sonra torpaqla bağlı əvvəllər də narazılıqlar olduğu məlum olmuş və bundan dərhal sonra verilən puldan iki yüz mini qaytarmışdır. Pul vəsaitini özünün şəxsi borcları üçün almış və həmin pulu şəxsi məqsədlərinə xərcləməsi barədə Mahmuda heç bir məlumat verməmişdir. "xxxx" şirkəti adından Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti o etməmiş və həmin şirkətin adından işlərin görülməsi ilə bağlı ona heç bir etibarnamə verilməmişdir. Mahmuda müraciətin qeydiyyata alınması ilə bağlı səs yazısı yollamışdır, lakin müraciətin qeydiyyata alınması ilə bağlı statusunu istənilən şəxs yoxlama imkanına malikdir. Oktyabr ayından başlayaraq vurulmuş ziyanı ödəmiş və dekabr ayına kimi bütün pulu qaytarmışdır. Ümumilikdə təxminən səksən üç min manat pulu qaytara bilməmiş və həmin məbləği də tutulduğu üçün qaytara bilməmişdir. Qaytarılmayan məbləğ zərərçəkmiş şəxsə deyil, Hikmətə qaytarmalıdır. Geri qaytardığı məbləğdən sadəcə iki yüz mini birbaşa zərərçəkmiş şəxsə qaytarmış və qalan məbləğləri Hikmətə vermişdir. O, Mahmudun görülən işlərlə bağlı marağının nə olmasını bilmir və pulları Mahmudla birlikdə aparıb Hikmətə qaytarmışdır. Hikmət adlı şəxsi Mahmudun vasitəsilə tanımışdır. Görülən işlərlə bağlı zərərçəkmiş şəxsdən doqquz yüz min manatdan əlavə yeddi yüz min manat istəməmiş, bu barədə Mahmuda heç bir təklif etməmiş və Mahmudun həmin vəsaiti istəyib-istəməməsi barədə heç bir məlumatı olmamışdır. 7.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, müxtəlif tikinti yerlərində sahə rəisi (briqadir) kimi işləmiş, yəni özünün usta komandası olmuş, sifariş götürərək tikinti və təmir işləri aparmışdır. Təxminən 5-6 ildən çox olar ki, Zakirlə avtoservisdə tanış olmuşlar. 2024-cü ilin əvvəllərində, təxminən mart ayında Zakir onu öz tanışı Təqsirləndirilən şəxs2 ilə tanış etmiş, məqsəd isə Təqsirləndirilən şəxs2 əlində torpaqları olmuş, orada tikinti və təmir işləri apararaq satıb pul qazanacaqlarmış. O, həmçinin, Mahmuda torpaq sahəsinin sənədləşməsi lazım olarsa, müraciət etməsini, dövlət rüsumu köçürməklə torpaq sahələrini özəlləşdirə biləcəklərini, bu işlə məşğul olan adam olduğunu demişdir. Bu işlə məşğul olan adam deyəndə tanışı makler Sənanı nəzərdə tutmuşdur. Sənan özü bunu ona demiş, lakin hansı formada düzələcəyini deməmişdir. Təxminən 2024-cü ilin sentyabr ayında Mahmud onunla əlaqə saxlayaraq Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan adını sonradan bildiyi “Fəxrəddin K" MMC-nin rəhbəri Zərərçəkmiş şəxs olduğunu, həmin şəxsin Bakı şəhəri, Səbail rayonu, “Şıxov çimərliyi” adlanan ərazidə 0,40 ha torpaq sahəsi üzərində iaşə obyektinin olduğunu, həmin torpağın və obyektin sənədlərinin natamam olduğunu bildirərək xüsusi mülkiyyətə dair çıxarış almağına köməklik göstərməyini xahiş etmiş, o da, bu məlumatları Sənana vermiş, Sənan bunun mümkün olduğunu, lakin sənədləşmənin çox vaxt aparacağını demiş, Sənan kimlə danışacağını, necə həll edəcəyini deməmişdir. Həmçinin Sənan ona kimdənsə hansısa məbləğdə pul almağı bildirməmiş, o, özündən Mahmuda bu məsələlərin həlli üçün 900.000 manat almağı, oradan rüsum verəcəklərini demiş, çünki kifayət qədər borcları olmuş, atası ankoloji xəstə olmuş, sonradan atası rəhmətə getmiş, onun müalicəsinə çox pul sərf etmiş, hətta xəstəxanalara da, borcu qalmış, yoldaşı da, ankoloji xəstə olmuş, onun müalicəsinə külli miqdarda pul xərcləmişdir. Aldığı pula borclarını bağlayacağını, torpağın da, sənədlərini qanuni formada düzəltdirəcəyini düşünmüşdür. O, bunu Mahmuda demiş, bir müddətdən sonra Mahmud ona geri dönərək sənədləşməyə razılıq verildiyini bildirmiş, o, Mahmuda yerə baxaraq harada yerləşməsini bilmək istədiyini demiş, Mahmud orada torpağın sotunu 40.000 manatdan düzələcəyini deməyi bildirmiş, həmçinin Mahmud ona 40 sota görə 1.600.000 manat deməyi, 900.000 manatı o, götürəndən sonra qalan 700.000 manatın ona çatacağını, oradan da, ona nə isə verəcəklərini bildirmiş, o, razı olmuşdur. 2024-cü ilin sentyabr ayında Mahmudla birlikdə həmin yerə gedib baxmışlar, orada onları adını sonradan bildiyi inzibatçı işləyən “Neman” adlı şəxs qarşılamış və yeri göstərmişdir. Özəlləşdiriləcək yer dənizə tərəf olmuş, digər tərəfin sənədləri olmuş, Mahmud oradan işçinin telefonu ilə Fəxrəddinlə danışmış, vəziyyəti izah etmiş, sonra onlar oradan getmişlər, sonradan təxmini ölçüləri müəyyən etmək üçün əmlakın işçisi kimi tanıdığı Vüsaldan xahiş etmiş ki, koordinatları və təxmini ölçünü onun üçün baxaraq desin. Vüsalı əmlaka müraciət edərkən 1-2 işlə bağlı sonuncu gəldiyindən tanımış, başqa şəxsi münasibətləri olmamışdır. Vüsal onun xahişini yerə salmamış və oranın təxmini ölçülərini və koordinatını demiş, çünki Mahmudun deməsinə görə həmin torpaq üzərində tikinti işləri də, aparılacaqmış və tikinti ona həvalə ediləcəkmiş. Obyekti ayıran hasar çəkilmiş, Əmlak Komitəsi onu sökməyi demiş, amma Fəxrəddingİl sökməmişdir. Torpağın təxmini ölçüsü 42-43 sot olmuş, amma onlar danışdıqları kimi 40 sot kimi qəbul etmişlər, 2-3 sotun pulunu nəzərə almamışlar. xx.xx.2024-cü il tarixdə Nəsimi rayonunda Mahmud görüşərək pulu götürəcəyini bildirmiş, Mahmud görüşəcəkləri yeri demiş, o da, ora gedərək onu gözləmiş, Mahmud pulu götürüb avtomobilə əyləşmiş, 900.000 manat həm dollarla, həm də, manatla verilmiş, amma dəqiq hansı mələğdə olmalarını xatırlamamış, 900.000 manatı götürərək getmişlər, yolda Mahmud Fəxrəddinlə aralarında razılaşdırma yazıldığını, kağızın arxasına onun da, pulu götürməsi barədə yazmağını bildirmiş, avtomobili “Neapol” dairəsinin yanında yerləşən “Qəsr” restoranının qarşısında saxlamış və həmin razılaşmanın sonuncu vərəqində razılaşdırmada göstərilən işləri görməsi və 900.000 manat pulu götürməsi barədə yazıb imzalamış, sonra isə Mahmudu düşürərək çıxıb getmiş, pulu alandan qısa müddət sonra, yəni təxminən 20 gün sonra Mahmud zəng edərək həmin hasarın söküldüyünü, onu dayandırmağı bildirmiş, o, hasarın sökülməsinin ona aidiyyətinin olmadığını, buna baxmayaraq qarşısını almağa çalışacağını demiş, sonra Mahmud adamın pulu geri tələb etdiyini bildirmiş, o, artıq 700.000 manat pulu borclarına vermiş, xərcləmişdir. Həmin puldan 120.000 dolları qaldığından 200.000 manata ekvivalent kimi götürərək Mahmudla birlikdə Nərimanov rayonu ərazisində, “Nəlbəki” kafesinin yaxınlığında Hikmətə vermiş, Hikmət müəllimi ilk dəfə həmin vaxt görmüş və qısa müddətə pulu qaytaracağına dair söz vermiş, daha sonra isə Hikmətə əlavə 130.000 manat pul vermiş, yəni dostuna məxsus torpaq alqı-satqısı etmiş, pulu isə torpağı alan adam Hikmət müəllimə vermiş, təxminən noyabr ayının əvvəlində tanışı Elşad vasitəsilə 80.000 və 20.000 manat pul göndərmiş, təxminən 15 gün sonra, noyabr ayının sonlarında 200.000 manat və 100.000 manat yenə Elşad vasitəsilə Hikmət müəllimə vermiş, hissə-hissə yenə pul qaytarmış, hazıradək Hikmət müəllimə onun hesablamasına görə 115.000 manat borcu qalmışdır. O, Fəxrəddini tanımamış, heç vaxt onunla danışmamış, bu vaxta qədər isə belə bir şəxsin kimliyi barədə heç bir məlumatı olmamış, yalnız Mahmud vasitəsilə əlaqə saxlamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində torpağa baxmağa gedərkən Şahid1 telefonu ilə Zərərçəkmiş şəxsla danışması barədə T.Mahmudlunun dedikləri ilə bağlı göstərmişdir ki, bu tamamilə yalandır, Mahmud Fəxrəddinlə danışmış, o, heç vaxt Fəxrəddinlə ünsiyyətdə olmamışdır. 900.000 manat pulu 2024-cü ilin sentyabr ayının 25-də Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Fəxrəddinə məxsus ofisdən çıxan Mahmuddan almış, ikisi olmuş, pulu almaqda məqsədi o, olmuşdur ki, sözügedən torpaq sahəsinin xüsusi mülkiyyətə dair çıxarış alınmasına köməklik göstərsin və borclarını ödəsin. Şahid3 və Mahmud Taharh heç vaxt bu kimi məsələlərlə bağlı ona müraciət etməmiş, nə də ki, onlarla əvvəllər belə bir işi olmamış, Hikməti ümumiyyətlə tanımamışdır. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaq sahəsinin özəlləşdirilməsi barədə məlumatının olmadığını bildirmişdir. Sənədləşməni Əmlak Komitəsi ilə qanuni formada həll edəcəkmiş, daha dəqiq Sənana deyəcəkmiş, sonuncu həll edəcəkmiş, qaydasın Sənan bilmişdir. İlk əvvəl Sənandan torpağı özəlləşdirməyi soruşanda indi çətin olduğunu demiş, amma Sənan pul almasını bilməmiş, sonuncuya heç nə deməmişdir. Qeyd olunan məsələ ilə bağlı sənədləşmə üçün 900.000 manat məbləğində pul verilməsinin cinayət əməli sayılması barədə hər hansı məlumatı olmamış, belə ki, torpaq sahəsinin qiyməti baha olduğundan çox hissəsini düşünmüş ki, rüsüm kimi ödəyər, o, hər şeyin qanuni formada olacağını düşünmüşdür. Təqsirləndirilən şəxs2 ifadəsində pul alınmamışdan əvvəl həmin pulu qara kassa işi ilə məşğul olan, “Paşa”nın qeyri- rəsmi işçisi olan “David” adlı şəxsə verəcəyi barədə bildirdikləri ilə bağlı qeyd etmişdir ki, bunu özündən uydurmuş, inam yaratmaq üçün belə demiş, belə bir adam tanımır. O, özünü Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı qismində təqdim etmədiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 ifadəsində onun 0.40 ha torpaq sahəsinin özəlləşdirilməsinin müqabilində rüsum, eləcə də, digər xərclər adı altında ümumilikdə 1.600.000 manat pul vəsaitinin lazım olduğunu, ilkin olaraq 900.000 manat pul vəsaitinin dövlət rüsumu şəklində ödəniləcəyini, torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “birka” verildikdən sonra iş alınacağı təqdirdə Zərərçəkmiş şəxs əlavə verəcəyi 700.000 manat pul vəsaitindən vasitəçilik etdikləri üçün 100.000 manatı Mahmuda, daha 100.000 manatı isə Şahid3 verəcəyi barədə göstərdikləri ilə bağlı bildirmişdir ki, belə bir söhbət olmamış, o, 900.000 manat pul demiş, torpaq böyük olduğundan və bahalı yer olduğundan ora rüsum çox olacaqmış, həmin 900.000 manatdan 100.000 manat civarında ona qalacaqmış, 1.600.000 manatdan yerdə qalan 700.000 manat Mahmuda veriləcəkmiş, oradan da, ona pul veriləcəkmiş, amma konkret məbləği danışmamışlar, 100.000 manatın Mahmuda və Hikmətə çatmasından məlumatı olmamış, ümumiyyətlə Hikməti ona 200.000 manatı qaytarana qədər tanımamış, görməmiş, danışmamış, əlaqələri olmamışdır. Mahmud ona əlavə 700.000 manat deməyi bildirmiş, alınacağı təqdirdə Mahmuda verəcəkmiş, götürdüyü 900.000 manatdan heç kimə heç bir məbləğdə verməmiş, 700.000 manatını xərcləmiş, 200.000 manatı qaldığından qaytarmışdır. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ‘Tazılaşdrıma”nın əsli və ona əlavə edilmiş 4 ədəd şəxsiyyət vəsiqəsinin surəti ilə tanış olaraq orada olan əlyazma və imzanın onun tərəfindən icra olunduğunu, 900.000 manatı Mahmuddan götürərkən yazdığını bildirmişdir. O, götürdüyü 900.000 manat puldan borca görə konkret olaraq kimə və nəqədər pul qaytarması barədə suala cavab olaraq bildirmişdir ki, xırda-xırda borcları çox olmuş, müxtəlif adamlara qaytarmış, hətta borca görə evini də, satmış, hazırda Sarayeva küçəsində kirayədə qalır (İİ cild, səh. 66-71). 8.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 29,178.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Zakir adlı şəxsin vasitəsilə tanımış və həmin Zakir adlı şəxs də hamının Hacı Nuran adı ilə tanıdığı şəxsin köməkçisi olmuşdur. Zakir onunla telefonla əlaqə saxlayaraq əvvəlcə başqa cür müraciət etmiş və tikinti işləri ilə məşğul olan Murad adlı şəxsin “Əhmədli” ərazisində, “Heydər Park” üzərində torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində tikinti ilə məşğul olması üçün maliyyə çətinliyi yaşadığını bildirmişdir. Əgər tikinti sahəsində çalışan müştəri tanıyırsa həmin torpaq sahəsini həmin adamın adına keçirəcəyini, əvəzində həmin adamın adına keçirildiyi üçün tikinti işlərini aparacağını, tikinti işlərini isə Muradın briqadasının edəcəyini demişdir. Mənzillər satılarkən onların aralarında mənfəət bölgüsü olacağını və bununla bağlı vasitəçilik etdikləri üçün onlara da pay düşəcəyini bildirmişdir. Muradı haradan tanıdığını soruşanda Zakir 4-5 ildir tanıdığını demişdir. O, iyul ayının əvvəllərində Muradla görüşmüşdür. Görüş zamanı Murad başqa yerdə tikinti apardığını və bununla bağlı olaraq maddi sıxıntısı olduğunu demişdir. Birlikdə “Əhmədli” ərazisində olan “Heydər Park”ın yaxınlığındakı torpaq sahəsinə baxış keçirmiş və sonradan torpaq sahəsinin tamamilə başqa şəxslərin adına olduğu məlum olmuşdur. Bundan başqa Murad ona şəhərdə olan iri həcmli torpaq sahələrini də göstərərək rəsmi sənədləri olan torpaq əraziləri olduğunu və lazım olsa onların da satışını edə biləcəyini demişdir. Tanışı Şahid3la əlaqə saxlamış, Muradın dediyi təklifləri ona çatdırmış və ətrafında həmin şərtlərlə razı olan olsa əlaqə saxlamalarını bildirmişdir. Bir müddət sonra Hikmət əlaqə saxlayıb “Atatürk” parkında olduğunu, dediyi şərtlərlə razı olan şəxsin olduğunu və görüşmək istədiyini bildirmişdir. Görüş zamanı “Şıxov” ərazisində torpaq sahəsinin icarəyə götürmək istənildiyi deyilmiş, bundan başqa həmin ərazidə 1 hektar torpaq sahəsinin 0,58 ha. hissəsinin artıq özəlləşdirildiyi və özəlləşdirilməyən hissənin özəlləşdirilməsini istədiyi deyilmişdir. Bununla bağlı Muradla əlaqə saxlayanda ona həmin torpaq sahəsinin dəniz kənarında olması, həmin ərazilərdə restoranların yerləşməsi və torpaq sahəsinin şəhərin mərkəz hissəsinə yaxın olduğuna görə bununla bağlı dövlət rüsumunun yüksək olacağını bildirmişdir. Bundan sonra Hikmət müəllim onları Zərərçəkmiş şəxs yönəldəcəyini və torpaq sahəsinə birlikdə gedib baxmağı təklif etmişdir. Muradın maşını ilə həmin torpaq sahəsinə baxış keçirmiş və Fəxrəddin adlı şəxs olmadığından Neman adlı şəxs onları qarşılamışdır. Torpaq sahəsində olarkən telefon vasitəsi ilə Fəxrəddinlə danışmış, bundan sonra bir müddət danışıqları Hikmət adlı şəxsin vasitəsilə aparılmış və daha sonra isə Fəxrəddinlə birbaşa özləri danışmağa başlamışlar. Torpaq sahəsinin özəlləşdirilməsinin neçəyə başa gələcəyini soruşanda Murad torpağın sotunun otuz mindən özəlləşdirilməsinin mümkün olacağını bildirmişdir. Murad sotunun qırx mindən deyiləcəyini, həmin on min manatın onun özü, Murad və Hikmətin arasında bölünəcəyini bildirmişdir. Zərərçəkmiş şəxsə işi Muradın vasitəsilə görəcəyini və Muradın isə həmin işi Hacı Davud adlı çox hörmətli şəxs tərəfindən görüləcəyini bildirmişdir. Həmn şəxsin barəsində Zakir adlı şəxsdən soruşduqda o da həqiqətən belə bir şəxsin olduğunu təsdiq etmişdir. Ümumilikdə ölçüb həmin ərazinin 42 sot olması müəyyən olunmuş, 40 sot torpaq sahəsi ilə bağlı ümumilkdə bir milyon iki yüz min vəsaitin lazım olduğunu Fəxrəddinə bildirmiş, Fəxrəddin isə o qədər vəsaitin əlində olmadığını və depozit hesabından çıxararaq verəcəyini demişdir. Bundan başqa, Fəxrəddin torpaq sahəsində yerləşən mətbəx və uşaq meydançası olan yarımtikililərin də özəlləşdirilməsinin aparılmasını da bildirmişdir. Murada məbləğin həddindən artıq çox olduğunu, əvvəlcə iki yüz-üç yüz min vəsaitin verilərək işə başlamağı, bundan sonra geri qalan məbləği verməyi bildirəndə Murad pulun verilməli olduğunu və kiminsə yerinə pulu verə bilməyəcəyini demişdir. Murad bəri başdan doqquz yüz minin gətirilməsini, bundan sonra sənəd hazır olduqdan sonra “ASAN Xidmət”dən götürülən zaman üç yüz min verilməsini və yerdə qalan məbləği isə dekabr ayının 5-ə kimi ödənilməli olduğunu demişdir. Sonda ilkin olaraq doqquz yüz min, sonra üç yüz min və dekabr ayında da geri qalan məbləğin ödəniləcəyi barədə razılıq olmuşdur. Bundan sonra sentyabr ayında Fəxrəddinin ofisində özü, Rafiq, Neman, Fəxrəddin və Hikmət görüşmüş, həmin vaxt Murad da çöldə maşını ilə gözləmişdir. Pulu verərkən Fəxrəddin Hikmətə müraciət edərək Mahmudu yox, onu tanıdığını bildirmişdir. Hikmət pulu Mahmuda verməsini və ona zamin duracağını bildirmişdir. Aralarında saziş imzalanmış, sazişdə doqquz yüz min manat müqabilində torpağın özəlləşdirilməsinin aparılacağı, onun üzərində olan yarımtikililərin də özəlləşdirilməsini aparılacağı qeyd edilmiş və məbləğin qalan hissəsinin də nə vaxt ödəniləcəyi göstərilmişdir. Pulu götürdükdən sonra Muradın maşınına oturarkən ofisdə olan hamı çölə çıxmış və hər kəs biri-birini görmüşdür. Bundan sonra Muradla birlikdə “Neapol” dairəsi ərazisində həmin sazişin arxasına qeyd etmişdir ki, sazişdə olan işlərin icrası ilə bağlı verilmiş pulu Murada təhvil vermiş və Murad da həmin vəsaiti təhvil almışdır. Bundan sonra torpağın işi ilə bağlı mühəndislər əraziyə gəlib orada ölçü işləri aparmış, təxminən 10-14 gün sonra Fəxrəddin əlaqə saxlayıb Əmlak Komitəsinin nümayəndələrinin gələrək həmin torpaq sahəsində olan hasarı sökdüklərini bildirmişdir. Bununla bağlı Murada müraciət edərkən problemi həll edəcəyini demişdir. Bir müddət keçdikdən sonra problem həll olunmadığı üçün Fəxrəddin əlaqə saxlayaraq prosesi dayandırdığını, pulunu geri istədiyini, onu və Hikməti “Atatürk” parkı ərazisində olan “Qızılgül” restoranına dəvət etdiyini demişdir. Həmin vaxt restoranda özü, Fəxrəddin, Rafiq, Hikmət və Neman olmuşdur. Fəxrəddin sərt şəkildə ona pulunun verilməsini, artıq hansısa işin görülməsini istəmədiyini bildirmiş və o, pulu işin icrası ilə bağlı Murada veridiyini demişdir. Həmin vaxt çölə çıxıb Muradla danışmış və Murad narahat olmamasını, sabah ya divarın söküntüsünün dayandırılacağını, əks halda isə ödənişi qaytaracağını demişdir. Həmin vaxt Fəxrəddin onu heç bir yerə buraxmayacağını, onu telefonda videoya çəkib, pulu aldığını, pula cavabdehlik daşıdığını, problem yaranacağı halda cinayətkar olmasını və dövlət orqanları tərəfindən cinayət əməli ilə bağlı məsuliyyət daşıdığını bildirmişdir. Həmin səhnə ona telefonla çəkdirilmişdir. O, videoçəkiliş aparılmadığı halda pulun alınması ilə bağlı məsuliyyəti öz üzərinə götürməyəcəkdi. Dərhal çıxan kimi Muradla əlaqə saxlayıb ona görə soyuq silahla hədələndiyini və gəlib pulu verməsini demişdir. Ona zərərçəkmiş şəxs tərəfindən soyuq silah çəkilməsi barədə heç bir yerə şikayət etməmişdir. Səhəri gün Muradla “Neapol” dairəsi deyilən ərazidə görüşmüş və Muradın yüz iyirmi min ABŞ dolları gətirdiyi məlum olmuşdur. Muraddan pulun harada olmasını soruşanda, narahat olmamasını, pulu ödəyəcəyini bildirmişdir. Şahid3 ofisində görüşən zaman Hikmət pulun hamısının verilməli olduğunu demiş, Murad isə pulun geri qalan hissəsini gətirmək üçün getdiyini deyəndə, onu da Muradla birlikdə göndərmiş, özü isə Fəxrəddinlə görüşə getdiyini bildirmişdir. Murad 5-6 yerə borc üçün müraciət etsə də pul tapa bilməmiş, həmin vaxt Muradı restorana görüşməyə yollamış, özü də başqa tanışlarından kimdən borc ala biləcəyini maraqlanmağa başlamışdır. Murad ona restorana girməyə qorxduğunu və girmək istəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsgil də Hikməti götürüb evinə aparmış, Hikmət də həmin borcun qalan hissəsinin bir hissəsini pul ilə qalan hissəsini isə daşınmaz əmlakla verdiyini bildirmişdir. İki yüz min qalıq borcla bağlı Hikmət və Fəxrəddin arasında borc müqaviləsi imzalanmışdır. Bu müddət ərzində də Muradla əlaqə saxlamış, Murada heç olmasa geri qalan iki yüz min manatı ödəməsini və Fəxrəddinlə problemlərini həll etməsini bildirmişdir. Murad da əvvəlcə yüz otuz min, daha sonra da Elşad adlı şəxs vasitəsilə səksən min yollamışdır. Zərərçəkmiş Fəxrəddinin bütün borcları bununla bağlanmışdır. Bu hadisələrin hər biri cinayət işi başlanana kimi olmuş və bundan sonra Şahid3 öz pulunun qaytarılması ilə bağlı şikayət etmişdir. 9.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, “X10 Azerbaijan” MMC-də 2023-cü ilin noyabr ayından işləyir, bundan əvvəl isə 2022-2023-cü illərdə "xxxx" MMC-də, "xxxx" MMC-də hüquqşünas, eləcə də, 2016-2020-ci illərdə "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləmişdir. 2024-cü ilin sentyabr ayının 15-də tanışı Şahid3 onunla Bakı şəhərində görüşərək sahibkarlıq fəaliyyəti İlə məşğul olan "xxxx" MMC-nin rəhbəri Zərərçəkmiş şəxsla tanış olduğunu, həmin şəxsin Bakı şəhəri, Səbail rayonu, “Şıxov çimərliyi” adlanan ərazidə 0,40 ha torpaq sahəsi üzərində iaşə obyektinin olduğunu, həmin torpağın və obyektin sənədlərinin natamam olduğunu bildirərək xüsusi mülkiyyətə dair çıxarış almağına köməklik göstərməsini xahiş etmiş, çünki o, qanuni formada əmlaka dair sənədlərin hazırlanması ilə bağlı bir tanışının olduğunu, bununla bağlı müraciət edə biləcəklərini Hikmət müəllimə demişdir. Bu tanışı "Təqsirləndirilən şəxs1” adlı şəxs olmuşdur. O, bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, Muradla 2024-cü ilin iyul ayının axırlarında tanış olmuş, Muradı onunla Zakir tanış etmiş, görüş zamanı Murad dövlət rüsumu köçürməklə torpaq sahələrini özəlləşdirə bildiyini demiş, o, belə bir işin olacağı təqdirdə ona müraciət edəcəyini ona demiş, o da, etiraz etməmişdir. O da, bu haqda Şahid3 demiş, Şahid3 da, hər hansı sahibkarın belə məzmunlu müraciətin olacağı təqdirdə onlara yönəldəcəyini demişdir. O, Murada ilkin məlumatlar vermiş, Murad ona geri dönüş edib mümkün olduğunu demiş, o, yenidən Hikmət müəllimə bunu dedikdə Hikmət müəllim özlərinin Fəxrəddinlə danışaraq həll etmələrini bildirmiş və sonuncunun nömrəsini vermiş, o, Fəxrəddin müəllimə danışmış, torpağın ölçüsü və şərtləri ilə tanış olduqdan sonra Muradla əlaqə saxlamış, Murad 0.40 ha torpaq sahəsinin özəlləşdirilməsinin müqabilində rüsum, eləcə də, digər xərclər adı altında ümumilikdə 1.600.000 manat pul vəsaitinin lazım olduğunu, ilkin olaraq 900.000 manat pul vəsaitinin dövlət rüsumu şəklində ödəniləcəyini, torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “birka” verildikdən sonra iş alınacağı təqdirdə Zərərçəkmiş şəxs verəcəyi 300.000 manat pul vəsaitindən vasitəçilik etdikləri üçün 100.000 manatı ona, daha 100.000 manatı isə Hikmətə verəcəyini bildirmişdir. Amma Murad bu sözü ona demiş, onun Hikmət müəllimlə əlaqəsi olmamış, o, bunu, yəni iş alınandan sonra 100.000 manat Hikmət müəllimə verəcəklərini və danışılanları sonuncuya deməmiş, düşünmüş ki, əgər işləri alınarsa və sənədlər düzələrsə Murad oradan pul verəcəyi təqdirdə Hikmət müəllimə deyər və ya pulu verər. Bir müddət sonra Muradla birlikdə torpaq sahəsinin yerləşdiyi əraziyə getmişlər və orada Fəxrəddinin özəlləşdirmək istədiyi torpaq sahəsi ilə yerində tanış olmuşlar, lakin Fəxrəddin orada olmamış, onun işçisi Neyman onları qarşılamış, Neyman da, Muradı orada görmüş, Fəxrəddinlə işçisinin telefonu vasitəsilə əlaqə saxlayaraq torpağın 1.600.000 manata özəlləşdiriləcəyini və digər detalları demişlər, hətta Fəxrəddin də, Muradla telefonla danışmış, Fəxrəddin razılaşmışdır. Torpaq sahəsinin dəqiq ölçülərinin götürülməsi üçün Murad ona xatırlamadığı mobil telefon nömrəsini verib demiş ki, həmin nömrəni Fəxrəddinə versin, Fəxrəddin onlarla əlaqə saxlayıb torpaq sahəsində tanımadığı və görmədiyi şəxsləri qarşılasın, torpaq sahəsinin ölçüləri götürülsün. O da, həmin nömrəni Fəxrəddinə vermiş, daha sonra Fəxrəddin onunla əlaqə saxlayıb Muradın dediyi adamların torpaq sahəsinə gəldiyini, təxmini ölçü və koordinatları götürdüyünü bildirmişdir. 2024-cü ilin sentyabr ayının 25-də Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən ofisdə Fəxrəddin, o, Hikmət, Fəxrəddinin tanışları Rafiq və Nemanla birlikdə görüşmüşlər, görüş zamanı ilkin olaraq qeyd olunan məbləğin 900.000 manatını Fəxrəddin sözügedən şəxslərin iştirakı ilə ona əlbəəl vermiş, qalan məbləği isə işin gedişatı zamanı hissə-hissə verməyi öhdəsinə götürmüş və bununla bağlı aralarında yazılı razılaşdırma imzalanmışdır. Murad ofisin qarşısına gəlmiş, o, orada görüşəcəkləri barədə sonuncuya məlumat vermiş, oradan çıxandan sonra Murad idarə etdiyi “X9”, “10GU123” nömrəli avtomobildə gözləmiş, sonuncu ilə görüşərək 900.000 manatın hamısını ona vermiş, razılaşdırma onda olduğundan elə oradaca Murad “Bu sözləşmədə göstərilən hərəkətlərin yerinə yetirilməsi məqsədilə 900.000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 aldım” qeydini yazıb imzalamış və pulu götürmüşdür. Bundan bir neçə gün sonra, yəni təxminən oktyabr ayının 4-də Fəxrəddin sözügedən obyektin divarının Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən tikilinin söküləcəyi ilə bağlı xəbərdarlıq ediləndən sonra onunla əlaqə saxlayaraq baş verənlər barədə məlumat vermiş və təcili olaraq tədbir görülməsini tələb etmiş, o, dərhal Murada zəng edərək baş verənləri danışmış, Murad heç bir narahatçılığın olmadığını, söküntünün dayandırılacağını bildirmişdir. Buna baxmayaraq, həmin vaxt ərazidə olan dövlət xidmətinin əməkdaşları Fəxrəddinə söküntünün dayandırılması ilə bağlı rəhbərlik tərəfindən hər hansı göstərişin verilmədiyini demişlər, Fəxrəddin isə söküntü işlərinin özü tərəfindən aparılması üçün qeyd olunan əməkdaşlardan bir neçə gün möhlət istəmişdir. Bundan sonra təxminən oktyabr ayının 13də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Qızıl Gül” adlı restoranda Fəxrəddin, o, Hikmət, Fəxrəddinin tanışları Rafiq və Nemanla birlikdə görüşmüşlər, görüş zamanı Fəxrəddin ondan və Hikmətdən verdiyi pulu tələb etdikdə, o, həmin pulu işin icrası ilə bağlı Murada verdiyini bildirmiş, çölə çıxaraq Muradla telefon əlaqəsi saxladıqda sonuncu ona həmin divarın söküntüsünün dayandırılmasına nail olacağını, əks təqdirdə həmin vəsaiti geri qaytaracağını qeyd etmişdir. Buna baxmayaraq, Fəxrəddin təkidlə pulunu geri tələb etdikdə, o, videoçəkiliş müşayiəti altında Fəxrəddinə söz verərək 1 gün içində pulu tam şəkildə geri qaytaracağını, məsuliyyətin onun üzərində olduğunu bildirmiş və görüşləri başa çatmışdır. Bundan sonra o, təkidlə Muraddan pulu geri tələb etdikdə Murad həmin puldan cəmi 200.000 manat ekvivalentində təxminən 120.000 ABŞ dolları pulu onunla birlikdə Nərimanov rayonu ərazisində, “Nəlbəki” kafesinin yaxınlığında Hikmət müəllimə vermişlər, Murad qalan pulu isə çalışıb qısa müddət ərzində qaytaracağına söz vermişdir. Hikmət isə Fəxrəddinin onu işi ilə hədələməsindən ehtiyatlanaraq elə həmin gün qeyd olunan məbləğin üzərinə əlavə 100.000 manat qoyaraq ümumilikdə 300.000 manatı Fəxrəddinə “Qızılgül” kafesində vermiş, amma o, orada olmamışdır. Bundan 1 gün sonra, yəni oktyabr ayının 17-də Hikmət əlavə olaraq 150.000 manat dəyərində mənzili və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən, qaynanası Sevda Ələsgərovanın adma olan 250.000 manat dəyərində 6 sot torpaq sahəsini Fəxrəddinin adına keçirmiş, daha sonra isə Murad Hikmətə əlavə 130.000 manat pul vermiş, yəni Murad torpaq alqı-satqısı etmiş, pulu isə torpağı alan adam Hikmət müəllimə təqdim etmiş, Hikmət də, həmin pulu Fəxrəddinə ödəmişdir. Daha sonra Murad təxminən noyabr ayının əvvəlində tanışı tanımadığı “Elşad” adlı şəxs vasitəsilə 80.000 manat pul göndərmiş, o, həmin pulu aparıb Fəxrəddin müəllimə vermişdir. Təxminən 15 gün sonra, noyabr ayının sonlarında 200.000 manat və 100.000 manat Elşad Hikmət müəllimə vermişdir. Bu günədək o və Hikmət Muradla görüşərək, eləcə də, telefon vasitəsilə əlaqə saxlayaraq Muraddan qalan pulu dəfələrlə geri qaytarmasını tələb etmələrinə baxmayaraq, Murad həmin pul vəsaitini qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hikmət müəllim Muradı əvvəllər tanımamış, problem yaranandan sonra onu tanımışdır. O, Fəxrəddini Hikmətin vasitəsilə tanımış və ilk dəfə sentyabr ayının 25-də görüşmüşlər, ondan əvvəl isə bir neçə dəfə telefon vasitəsilə danışmışlar, həmin vaxta qədər isə belə bir şəxsin kimliyi barədə heç bir məlumatı olmamışdır. 900.000 manat pulu 2024-cü İlin sentyabr ayının 25də Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Fəxrəddinə məxsus ofisdə sonuncudan Hikmət, habelə Fəxrəddinin tanışları Rafiq və Nemanın iştirakı ilə almış, pulu almaqda məqsədi Fəxrəddinin istifadəsində olan sözügedən torpaq sahəsinin və torpaq sahəsinin üzərində yerləşən obyektə görə xüsusi mülkiyyətə dair çıxarış alınması olmuş və həmin pulu əlbəəl olaraq Murada vermişdir. Həmin vaxt Fəxrəddinlə onun arasında imzalanmış razılı razılaşma sənədinin arxa hissəsinə Murad tərəfindən “sözləşmədə göstərilən hərəkətlərin yerinə yetirilməsi məqsədilə 900.000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 aldım” qeydini yazıb imzalamışdır. Fəxrəddindən 900.000 manat pul vəsaitini götürüb orada gözləyən Muradın “Land Rover” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə oturmuş və o, avtomobili “Neapol” dairəsinin yanında yerləşən “Qəsr” adlı restoranının qarşısına sürmüşdür. Orada Murad avtomobili saxlamış və avtomobildə ona 900.000 manat pul vəsaitini vermişdir. Murada avtomobildə pulu verərkən yanlarında hər hansı şəxs olmamışdır. Həmin puldan nə ona, nə də ki, Hikmət müəllimə heç bir məbləğdə pul verilməmişdir. Əvvəllər Hikmət müəllim heç vaxt bu kimi məsələlərlə bağlı ona müraciət etməmiş, nə də ki, o, Muradla əvvəllər belə bir işi olmamışdır. Fəxrəddinin qeyd olunan məsələ ilə bağlı Murada çatdırılması məqsədilə 900.000 manat məbləğində pulu ona verməsinin cinayət əməli sayılması barədə hər hansı məlumatı olmamışdır. Belə ki, Murad ərazidə yerləşən torpaq sahələrinin qiymətinin baha olduğunu və həmin pulun dövlət rüsumu kimi köçürüləcəyini bildirmiş, o, hər şeyin qanuni formada olduğunu düşünmüşdür. Murad həmin pulu hər hansı vəzifəli şəxsə verəcəyini deməmişdir. Murad hələ pul alınmamışdan əvvəl həmin pulu qara kassa işi ilə məşğul olan, “Paşa”nın qeyrirəsmi işçisi olan “David” adlı şəxsə verəcəyini demişdir. Bu məsələ ortaya çıxandan sonra, yəni Fəxrəddin onlardan pulu tələb etməyə başladıqdan sonra isə Murad fikrini dəyişərək pulu heç kimə vermədiyini, özünün xərclədiyini bildirmişdir. O, Hikmətə demiş ki, pul “David” adlı şəxsə veriləcək, Fəxrəddinə isə bu barədə heç nə deməmiş, sonuncu da, pulun hara veriləcəyi ilə bağlı sual verməmişdir. Murad Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı qismində özünü təqdim etməmiş, sonuncu torpaq sahəsinin özəlləşdirilməsi və xüsusi mülkiyyətə dair çıxarışların alınması işi ilə məşğul olduğunu demiş, Murad həmin işləri “David" adlı şəxs vasitəsilə etdiyini bildirmiş, o, Muraddan Davidlə onu tanış etməsini desə də, o, Davidin onu tanımadığına görə görüşmək istəməyəcəyini, sonuncu ilə adətən şəhərin mərkəzində yerləşən “Çinar” adlı restoranda görüşdüyünü, bu iş bitdikdən sonra onu Davidlə tanış edəcəyini demiş, o, Davidi heç vaxt görməmiş, danışmamış və tanımamış, maraqlandıqda isə belə bir adamın olmadığını müəyyən etmişdir. Şahid3 vasitəçilik etdiyinə görə 100.000 manat pul vəsaitinin verilməsi ilə bağlı sonuncunun Muradla danışığı olmamış, ümumiyyətlə Hikmətin Muradla birbaşa əlaqəsi olmamış, Murad ona demiş ki, əgər iş alınsa deyilən formada onlara hörmət edəcək, o da, düşünmüş ki, iş alınandan sonra Hikmətə bunu deyər, həm də, onun bu işdə marağı olmamış, yəni vasitəçilik edərək üstünə pul qoyub Fəxrəddinə deməmiş, Murad bunu ona deyəndə düşünmüş ki, versə də, olar verməsə də, onsuz zatən Murad bunu deyəndə marağı olmamış, alınmasa onun üçün heç bir qəbahəti olmamışdır. Murad aldığı 900.000 manatdan nə ona, nə də ki, Hikmətə heç bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntülərlə tanış olaraq bildirmiş ki, görüntülərin birində danışan şəxs o, olmuş, “Qızılgül” restoranında görüşərkən çəkiliş edilmiş, orada onları pulu geri qaytarmaq üçün çağırmışlar, o da, pulu götürməsi və sair barədə danışmış, ondan başqa, Hikmət, Fəxrəddin, Neyman və Rafiq orada iştirak etmişdir (İİ cild, səh. 40- 45). 10.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bibiheybət qəsəbəsi ərazisində balıq restoranı olan iaşə oyektinə bitişik torpaqda tikinti işləri apardığı vaxtda Əmlak Xidmətindən gələrək torpaq sahəsi özəlləşmədiyindən orada tikinti işləri apara bilməyəcəyini bildirilmişlər. Bundan əvvəl Masallıda tədbir zamanı KOBİA əməkdaşı kimi Hikmət müəllimi tanımışdır. Həmin şəxs əgər torpaq sahələri ilə bağlı özəlləşdirmə məsələləri olsa kömək edə biləcəyini demişdir. Bununla bağlı müraciət edərək Hikmət müəllimlə görüşmüş, məsələni izah etmiş, Hikmət isə cavabında ona bir yoldaşı tanıdığını, məsələni ona deyəcəyini və onun kömək edəcəyini bildirmişdir. Səhəri gün “Qızılgül” restoranında görüşmüş və Mahmud da orada iştirak etmişdir. Bütün məsələlər izah edilmiş, yerə baxmış və ona qiymət deyilmişdir. Qiyməti sotu qırx mindən deyilmiş və o da buna razılıq vermişdir. Mahmud bildirmişdir ki, belə özəlləşdirmələr olarkən adətən onlar hər bir işi görüb sənədləşdirmə işlərinin aparılması üçün pulu ödəmək lazım olanda pul olmadığı deyilir. Əvvəldən doqquz yüz mini tapa bilirsə həmin pulu verməlidir, həmin pul ünvanını dediyi kassaya yerləşdiriləcək, bununla bağlı ona çek veriləcək, eyni zamanda torpaq ərazisində olan söküntü işi dayandırılacaqdır. Əmlak Xidməti torpaq sahəsini özəlləşdirəcəklərini görəndə artıq torpaq sahəsi sökülməyəcək. Görüləcək işlərlə bağlı mülkiyyətçi ona məxsus olan "xxxx" şirkətinin olması razılaşdırılmış, lakin həmin şirkətlə bağlı əməliyyatların aparılması üçün Mahmuda heç bir etibarnamə verməmişdir. Bir milyon altı yüz min manat məbləği torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı dövlət rüsumu kimi ödəmişdir. Ona deyilmişdir ki, ƏMDX-nin əməkdaşı və “123” nömrə ilə Murad adlı şəxs gələcək onu qarşılamaq lazımdır, o da işçisi Nemana bu barədə tapşırmışdır. Həmin şəxslər gəlib baxış keçirdikdən sonra razılaşmışdır ki, 35-40 sot torpaq sahəsini özəlləşdirəcək. Bundan sonra bildirilmişdir ki, söküntü işlərinin tez dayandırılması üçün pullar tez çatdırılmalıdır. Bununla bağlı ofisdə görüşmüş və həmin vaxt Mahmud da orada iştirak etmişdir. Razılaşmaları doqquz yüz min verdikdən sonra, bununla bağlı çeklər ona təqdim ediləndən sonra üç yüz min, bütün işlər tamamlanandan sonra isə əlavə üç yüz min də ödəmək olmuşdur. Doqquz yüz min məbləğin az pul olmadığını və buna görə də pulun verilməsi ilə bağlı akt tərtib edilməsini demişdir. Aktın tərtib edilməsində o və Mahmuddan başqa həmin gün onu görməyə gələn dostu Rafiqi də şahid kimi əlavə etmişlər. Hikmət müəllimi həmin akta əlavə etmək istəsə də o, buna etiraz etmiş və özü təklif etmişdir ki, Hikmət Rafiqi vəkil təyin etsin, o da Hikmətin adından bunu imzalasın. Pulu təhvil verəndən sonra bildirmişdir ki, Mahmudu maşına kimi ötürsünlər. Ona məlumat verilmişdir ki, ofisdən 200-300 metr aralıda Mahmud “123” nömrəli maşına əyləşmişdir. İşlərin görülməsi ilə bağlı vəsaiti dövlət rüsumu kimi vermişdir. Bundan sonra günlər keçsə də söküntü işləri davam etmişdir. Hikmət Mahmudu ona ƏMDX-nin əməkdaşı kimi təqdim etdiyindən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı bütün sənədləri Mahmuda təqdim etmişdir. 25-30 gündən sonra heç bir işin aparılmadığını görəndən sonra həmin şəxslərlə görüşmüş, artıq binanın söküldüyünü və pulunun geri qaytarılmasını tələb etmişdir. Ona sabah saat 6-a kimi işin həll olunacağı, əks halda pulun qaytarılacağı deyilmişdir. Həmin vaxt onlara təklif etmişdir ki, ona səsli şəkildə mesaj yollasınlar ki, sabah saat 6-a kimi pulu iş alınmayacağı halda geri qaytarılacaq, həmin vaxtda da Nemanın onları kameraya çəkməsinə icazə verməsini bildirmişdir. Həmin şəxslər buna razılıq vermişlər. Saat 12-ə kimi onlardan xəbər çıxmayandan sonra onların videosunu və səsli mesajlarını təkrarən Hikmətə yollamışdır. Hikmət ona cavab yazmışdır ki, saat 6-da yer deyəcək və orada görüşəcəklər. Həmin vaxt Hikmət üç yüz mini vermiş, pula özünün cavabdeh olduğunu, həmin şəxslərin onu aldatdığını, pulun hamısını verəcəyini bildirmiş və əlavə də yüz əlli min gətirəcəklərini demişdir. Bundan sonra onlar yüz əlli mini də gətirə bilmədiklərinə görə Hikmətin adına olan mənzili onun adına rəsmiləşdirəcəkləri deyilmişdir. Bundan sonra səhəri gün yüz əlli minə bir mənzil, daha sonra Badamdar ərazisində iki yüz əlli minə başqa mənzili adına rəsmiləşdirilmişdir. Hikmətə pulu geri qaytaracağı halda mənzilləri ona geri qaytaracağını bildirmiş, bundan sonra hissə-hissə doqquz yüz min ümumilikdə ona qaytarılmışdır. Hikməti onun iş yerinə məlumat verməsi barədə hədələməmişdir. Daha sonra Hikmət müraciət etmişdir ki, onları aldatmaları barədə şikayət etsin. O isə cavabında pulunu aldığını və onlardan heç bir şikayətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti yoxdur. Ona dəymiş ziyan Hikmət tərəfindən özünə qaytarılmışdır. 11.Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Masallı rayonunda kərpic zavodu var, həmin zavodun fəaliyyəti ilə məşğul olur. Təxminən sentyabr ayının 13-də Azərbaycan Respublikasının Kiçik və X8 Agentliyinin rəhbər şəxsləri Masallı rayonuna səfər etmişlər, zavodun fəaliyyəti ilə bağlı o, KOBİA-nın İdarə Heyətinin sədr müavini Şahid3la tanış olmuş və sonuncu ilə səmimi münasibətləri yaranmışdır. Hikmət rayonu tərk edərkən ona demiş ki, sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı bir problemi olarsa müraciət edə bilər. "xxxx" MMC-yə məxsus Səbail rayonu, Bibiheybət qəsəbəsi, Natiq Quliyev 62C ünvanında 1.66 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində “Şəfa” adlı balıq restoranı olmuş, 1.66 ha torpaq sahəsindən 0.54 ha torpaq sahəsi xüsusi mülkiyyətdə, qalan torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla MMC-nin istifadəsində olmuşdur. MMC tərəfindən texniki pasportda göstərilmiş sərhədlərdən kənarda hasar və yarımçıq tikili quraşdırılmış, lakin bir müddət sonra Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları gələrək həmin tikililərin qanunsuz olduğuna görə sökülməli olduğunu bildirərək ona 10 gün vaxt vermişlər. O, bu səbəbdən təxminən sentyabr ayının 22-də Hikmətə torpaq sahəsinin özəlləşdirilməsində köməklik etməsini, belə ki, həmin torpaq sahəsinə çıxarış almayacağı təqdirdə tikililərin söküləcəyini, belə olan halda sahibkarlıq fəaliyyətinə xələl gələcəyini bildirmiş, Hikmət, tanışının bu işdə köməklik edə biləcəyini demiş və Mahmudun torpaq sahəsinin özəlləşdirilməsi işləri ilə məşğul olduğunu bildirmişdir. Mahmud 0.01 ha torpaq sahəsi 40.000 manat olmaqla, ümumilikdə 1.12 ha torpaq sahəsindən dənizin mühafizə zolağını çıxmaqla 0.40-0.45 ha torpaq sahəsini ümumilikdə 1.600.000 manata özəlləşdirə biləcəyini, pulu dövlət rüsumu kimi dövlətə keçirəcəyini, pulu 2 dəfəyə verəcəyini, özəlləşdirmə qəbzini ona təqdim etdikdən sonra isə ona pulun qalan hissəsini ödəyəcəyini demiş, eyni zamanda, Mahmud 3 gün ərzində söküntü işlərinin dayandırılacağını, ən geci 45 günədək torpağa dair bütün sənədlərinin hazır olacağını demişdir. O, razılaşmış və sentyabr ayının 25-də Mahmuda Nəsimi rayonu, S.Vurğun küçəsi, Ş.Abdullayev 50 ünvanında yerləşən ofisində görüş təyin etmiş ki, pulu ona versin. Eyni zamanda, Hikmətə də, həmin görüşdə iştirak etməsini demiş, belə ki, o, Mahmudu Hikmətə görə tanımış, sentyabr ayının 25-də o, tanışı Şahid2, "xxxx" MMC-nin əməkdaşı Şahid1 bir tərəfdən, digər tərəfdən isə Təqsirləndirilən şəxs2 və Şahid3 onun ofisində görüşmüşlər. O, pulu Təqsirləndirilən şəxs2 vermiş və aralarında razılaşma imzalanmış ki, Təqsirləndirilən şəxs2 ondan ilkin olaraq 900.000 manat pul vəsaiti götürmüş, o, isə öz növbəsində çek verildikdən sonra ona 300.000 manat, eləcə də, digər sənədlər götürüləndən sonra dekabr ayının 1-dək 400.000 manat pul vəsaitini ödəməlidir. Həmin razılaşma onun, Mahmudun, Rafiqin və Nemanın iştirakları ilə imzalanmışdır. Hikmət isə özü razılaşmanı imzalamaq istəmədiyinə görə Neman onun nümayəndəsi qismində iştirak etmişdir. Belə ki, aktda da, Nemanın “X" şəxsin nümayəndəsi kimi iştirak etdiyi göstərilmiş, lakin Mahmud dediyi vaxta söküntü işlərini dayandırmadığına, eləcə də, pulu götürdüyü vaxtdan artıq 20-25 gün vaxt keçdiyinə görə Hikmətlə əlaqə saxlayıb pulları geri qaytarmalarını tələb etmiş, onu aldatdıqlarını düşünmüş, çünki verilən vədlər yerinə yetirilməmişdir. Oktyabr ayının təxminən 15-də Hikmətlə Mahmudu “Qızıl Gül” restoranına çağırmış, həmin görüşdə razılaşmışlar ki, növbəti gün saat 18:00- dək ya onlar onun işini həll etsinlər, ya da pullarını geri qaytarsınlar. İşini həll etmək dedikdə, onlar söküntü işlərini dayandırmalı idilər. Mahmud və Hikmət öz razılıqları ilə və öz telefonları ilə videoçəkiliş altında söz vermişlər ki, ya işini həll edəcəklər, ya da pullan geri qaytaracaqlar. Həmin videoçəkilişdə o, Mahmud, Hikmət, Neman və Rafiq olmuşlar. Növbəti gün pulu qaytarılmadığına və işi həll olunmadığına görə videonu bir xəbərdarlıq kimi Mahmuda və Hikmətə göndərmişdir. Hikmət, onunla əlaqə saxlayaraq pulun çox hissəsini düzəltdiyini və onunla görüşmək istədiyini demiş, o da, onu “Qızıl Gül” restoranına dəvət etmiş, oktyabr ayının 16-də Hikmətlə axşam saatlarında restoranda görüşmüşlər və Hikmət nağd olaraq ona 300.000 manat pul vermiş, 1 saata isə 150.000 manatın bir nəfərin, 50.000 manatın isə başqa bir adamın gətirəcəyini demiş, bir müddət sonra Hikmətin çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan “Murtuza” adlı tanışı gəlmiş, Murtuza mənzili satıb pul düzəldə bilmədiyini demiş, bu səbəbdən də, Murtuza Nemanın adına Xətai rayonu N.Tusİ küçəsində çoxmənzilli yaşayış binasında yerləşən 87 kv.m ölçüdə olan mənzil rəsmiləşdirmiş, onlar da, həmin mənzili 150.000 manata dəyərləndirmişlər. Həmin günün səhərisi, yəni oktyabr ayının 17-də Binəqədi rayonunda yerləşən 11 saylı notariat ofisində Hikmət Badamdar qəsəbəsində qohumuna məxsus 250.000 manat dəyərində olan 0.06 ha torpaq sahəsini Nemanın adına rəsmiləşdirmiş, oğlu ilə Hikmətin arasında isə sonuncunun noyabr ayının 17-dək 200.000 manatın qaytaracağı ilə bağlı borc müqaviləsi bağlanmış, 08 noyabr 2024-cü i] tarixdə isə Şahid3 ona daha 120.000 manat pul qaytarmışdır. Hikmətlə şifahi razılığa gəlmiş ki, adlarına rəsmiləşdirdiyi əmlakları onun razılığı olmadan satmayacaq və gözləyəcək ki, götürdüyü pullan tam şəkildə geri qaytarsın. Hazır ki, vaxta qədər Hikmət ona 900.000 manatı qaytarmış, lakin bu 900.000 manatdan 150.000 manatı əmlak formasında, 750.000 manat isə pul formasında qaytarılmışdır. Mahmud pulları kimə və ya hansı quruma verəcəyi barədə heç nə deməmiş, ancaq onu demiş ki, pullar dövlət rüsumu şəklində müvafiq qurumun hesabına köçürüləcək və ödənilmiş pullara dair ona qəbzlər təqdim ediləcək. 900.000 manat pulu Mahmuda verdiyi görüşdə Hikmət görüşün başa çatmasına 10 dəqiqə qabaq ofisi tərk etmiş, Mahmud pulu götürüb ofisdən çıxarkən şirkətin əməkdaşları Mahmudun “Land Rover” markalı, “**-GU-***” dövlət qeydiyyat nişanlı avtomobilə oturduğunu görmüşlər. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 olmuş, belə ki, MMC-nin əməkdaşı Neman Muradın torpaq sahəsinə gəlib torpaq sahəsinin ölçülərini götürdüyünü gördüyündən onu tanımışdır. Eyni zamanda, “Land Rover” markalı, “**-GU-***” dövlət qeydiyyat nişanlı avtomobil Muradın adına olmuş, lakin Mahmud pulu Murada və ya hər hansı bir başqa şəxsə verməsi barədə heç nə deməmiş, işləri öz adından görəcəyini demiş, o da, maraqlanmamışdır. O, Muradla görüşməmiş və onun harada işləyibişləməməsi barədə məlumatı olmamışdır. Bundan başqa, oktyabr ayının təxminən 15-də Hikmət və Mahmudla görüşüb onlara pulu qaytarmalarına 1 gün vaxt verdiyi zaman Hikmət Muradın deməsinə görə pulun “Paşa”nın kassasında olduğunu və pulun qaytarılmasının qeyri-mümkün olduğunu bildirmişdir. Şahid3 və Təqsirləndirilən şəxs2 işi daha sürətli görə biləcəkləri üçün onlara müraciət etmiş, Mahmud pulu dövlət rüsumu qismində ödəniş edəcəyini və ona buna dair qəbz təqdim edəcəyini bildirmişdir. Mahmuda pul verdiyi vaxtdan bir neçə gün sonra sonuncu torpaq sahəsinin ölçülərini götürmək üçün torpaq sahəsinə Daşınmaz Əmlak Məsələləri Xidmətinin əməkdaşlarının gələcəyini demişdir. Torpaq sahəsinə gəlmiş şəxslərdən birinin adı Vüsal olmuş, Vüsal, Nemana zəng vurub torpaq sahəsinə gəlmiş və torpaq sahəsinin təxmini ölçülərini və koordinatlarını götürmüşdür. Hikmət və Mahmudu təxminən 1 aydır ki, tanımış və əvvəllər onlarla heç bir münasibəti olmamışdır (İ cild, səh. 90-93). 12.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin sentyabr-oktyabr aylarında Fəxrəddin müəllim zəng edərək iki nəfərin restorana yaxınlaşacağını və torpağa baxış keçirəcəyini demişdir. Bundan sonra iki nəfər şəxs, yəni Murad və Mahmud yaxınlaşaraq torpağa baxış keçirmiş, telefonla bəzi danışıqlar aparıb getmişlər. Həmin şəxslər özlərini ƏMDX-nin işçisi kimi təqdim etməmiş və özlərinin oraya göndərildiyini bildirmişlər. Səhəri gün tanımadığı bir nəfər şəxs gəlib torpağı ölçüb getmişdir. Təqsirləndirilən şəxslərin torpaq ərazisini özəlləşdirəcəyini eşitmiş, lakin bir müddət sonra işləri görə bilmədiklərini eşitmişdir. Zərərçəkmiş şəxs tərəfindən pul Mahmuda verilmiş, həmin pulun verilməsində iştirak etmiş və aktı özü tərtib etmişdir. Həmin pulun verilməsində özü, Fəxrəddin, Mahmud, Rafiq və Hikmət iştirak etmiş, bundan sonra Murad gələrək pulu götürüb Mahmudla getmişdir. Aktda Mahmudgilin sənədləşdirməni öz üzərinə götürdükləri qeyd edilmişdir. Hikmət müəllim vəzifəli şəxs olduğundan adının qeyd edilməsini istəməmiş və ona görə də onun adından aktı özü imzalamışdır. Məbləğin nə qədər olmasını dəqiq xatırlamır, amma böyük məbləğ olmuş və həmin vəsaitin guya kiminsə kassasına qoyulacağı deyilmişdir. Mahmuda doqquz yüz min manat pul verilmişdir. Mahmud həmin pulu “Paşa” bankda kiminsə kasassına qoyacağını və həmin adamın pulu orada görəndən sonra torpağın sənədləşmə işinin həll olunacağını demişdir. Fəxrəddin ona ofisdə olmasını demiş və ona görə də həmin vaxt pulun verilməsinin şahidi olmuşdur. Pulun qaytarılmasında iştirak etmiş və qaytarılan məbləğlər müxtəlif olduğundan dəqiq məbləği xatırlamır. Həmin pullar Hikmət tərəfindən qaytarılmışdır. Mahmud və ya başqa şəxs tərəfindən pulun qaytarılmasını görməmişdir. Restoranda videoçəkiliş aparılmasında iştirak etmiş və çəkilişi özü aparmışdır. Videoçəkiliş təzyiqlə yox, könüllü şəkildə aparılmışdır. Pulun alınması və verilməsində Muradın birbaşa iştirakını görməmiş, Murad tərəfindən hansısa məbləğin götürülməsini görməmişdir. Nə Təqsirləndirilən şəxs2, nə də Hikmət onların videolarının çəkilməsinə etiraz etməmişdir. Videoçəkilişin olduğu vaxtda Fəxrəddin verilmiş pulu Hikmətdən tələb etmişdir. Pulun Mahmuda verilməsinə baxmayaraq Hikmətdən ona görə tələb olunmuşdur ki, Hikməti tanıdıqlarından pul Mahmuda verilmişdir. 13.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, “X11”ndə inzibatçı vəzifəsində də, işləyir, həmin restoran "xxxx" MMC-nin mülkiyyətindədir, MMC-nin təsisçisi Zərərçəkmiş şəxsdur. "xxxx" MMC-yə məxsus Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev 62C ünvanında 1.66 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində “X11” yerləşir, 1.66 ha torpaq sahəsindən 0.54 ha torpaq sahəsi xüsusi mülkiyyətdə, qalan torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla MMC-nin istifadəsindədir. MMC tərəfindən texniki pasporta göstərilmiş sərhədlərdən kənarda təxminən 0.07 ha torpaq sahəsi üzərində hasar və yarımçıq tikili quraşdırılmış, lakin bir müddət sonra Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları gələrək həmin tikililərin qanunsuz olduğuna görə sökülməli olduğunu bildirmişlər. Fəxrəddin müəllim də, sahibkarlıq fəaliyyətini davam etdirmək məqsədilə həmin tikililərin sökülməməsi üçün torpaq sahəsini qanuni formada özəlləşdirmək istəmişdir. Təxminən sentyabr ayının axırlarında Fəxrəddin müəllim ona zəng edərək iki nəfər şəxsin əraziyə gələcəyini, həmin şəxsləri qarşılayıb onlara özəlləşdirmək istədikləri torpaq sahəsini göstərməyini demiş, növbəti gün axşam saatlarında iki nəfər şəxs, daha sonra adlarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxslər əraziyə gəlmişlər, onlara özəlləşdirmək istədikləri torpaq sahəsini göstərmiş, Təqsirləndirilən şəxs1 orada xeyli müddət kiminləsə telefon vasitəsilə danışmış, daha sonra isə onlar “Land Rover” markalı, “**-GU-***" dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib getmişlər. Sentyabr ayının 25-də Fəxrəddin müəllim ona zəng edərək ünvan 7 ünvanında yerləşən ofisinə gəlməyini demiş, ofisdə torpaq sahəsinin özəlləşdirilməsi məsələsi ilə bağlı görüş təyin edilmişdir. Görüşdə o, Fəxrəddin müəllim və onun tanışı Şahid2 bir tərəfdən, digər tərəfdən isə Təqsirləndirilən şəxs2 və Şahid3 iştirak etmişlər. Şahid3 ilk dəfə orada görmüşdür. Fəxrəddin müəllimlə Təqsirləndirilən şəxs2 və Şahid3 arasında razılaşdırılmış ki, sonuncular 1.600.000 manat pul müqabilində 0.40-0.45 ha torpaq sahəsinə çıxarış alacaqlar, ilkin olaraq 900.000 manat pul vəsaiti alıb həmin pulu dövlət rüsumu şəklində harasa köçürəcəklər, torpaq sahəsinə aid sənədlər hazır olduqdan sonra Zərərçəkmiş şəxs pulun qalan hissəsini ödəyəcəkdir. Bununla bağlı aralarında razılaşma imzalanmışdır. Həmin razılaşma aktını o, tərtib etmişdir. Razılaşmanı Fəxrəddin müəllim, Şahid2, o və Təqsirləndirilən şəxs2 imzalamışlar. Şahid3 dövlət işində işlədiyinə görə razılaşdırıram imzalamadığı üçün onun əvəzinə həmin görüşdə iştirak etməsinin şahidi kimi o, imzalamışdır. Daha sonra Zərərçəkmiş şəxs 900.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 pul vəsaitlərini götürüb ofisdən çıxarkən onun Təqsirləndirilən şəxs1 idarə etdiyi “Land Rover” markalı, “10-GU- 123" dövlət qeydiyyatlı nişanlı avtomobilə əyləşdiyini görmüşdür. Eyni zamanda, razılaşdırmaya əsasən söküntü işləri 1-2 gün ərzində dayandırmalı olmuş, lakin söküntü işləri dayandırılmadığına görə oktyabr ayının ortalarında eyni tərkibdə “Qızıl Gül" restoranında görüşmüşlər. Həmin görüşdə də, Mahmud və Hikmət növbəti gün saat 18:00-dək ya işi həll edəcəklərini, ya da, Fəxrəddin müəllimin pullarını geri qaytaracaqlarına dair söz vermişlər. Mahmud və Hikmət öz razılıqları və telefonları ilə videoçəkiliş aparılmışdır. Növbəti gün o, Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 “Qızıl Gül" restoranında yenidən görüşmüşlər. Hikmət nağd olaraq Fəxrəddin müəllimə 300.000 manat pul vermiş, 1 saata İsə 150.000 manatın bir nəfərin, 50.000 manatın isə başqa bir adamın gətirəcəyini demiş, bir müddət sonra Hikmətin çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan “Murtuza” adlı tanışı gəlmiş, Murtuza mənzili satıb pul düzəldə bilmədiyini, bu səbəbdən də, Xətai rayonu N.Tusi küçəsində çoxmənzilli yaşayış binasında yerləşən 87 kv.m ölçüdə olan mənzili 150.000 manatın əvəzinə Fəxrəddin müəllimin adına rəsmiləşdirə biləcəyini demişdir. Fəxrəddin müəllim də, razılaşmış və növbəti gün həmin mənzil onun adına rəsmiləşdirilmişdir. Həmin günün sabahı Binəqədi rayonunda yerləşən 11 saylı notariat ofisində Hikmət Badamdar qəsəbəsində qohumuna məxsus 250.000 manat dəyərində olan 0.06 ha torpaq sahəsini pulun əvəzi olaraq onun adına rəsmiləşdirmişdir. Eyni zamanda, Hikmətlə Fəxrəddin müəllimin oğlu Baxışov Elsevərin arasında Hikmətin noyabr ayının 17-dək 200.000 manatı qaytaracağı ilə bağlı borc müqaviləsi bağlanmışdır. 08 noyabr 2024-cü il tarixdə isə Şahid3 Fəxrəddin müəllimə daha 120.000 manat pul qaytarmışdır. Hadisə barədə bildiyi bu qədər olmuşdur. Fəxrəddin müəllimin pulu Hikmət müəllim tərəfindən qaytarılmış, Fəxrəddin müəllim pulu əlbəəl Mahmuda vermişdir. Mahmudun harada işləməsi, eləcə də, pulları hər hansı vəzifəli şəxsə verib-verməməsi barədə heç bir məlumatı olmamış, ancaq iştirak etdiyi görüşdə Mahmudun deməsinə görə bilmiş ki, o, həmin pulu dövlət rüsumu şəklində köçürəcək. Bir sözlə verilən pul qanuni formada alındığı deyilmiş, onlar da, həmin pulun rüsum kimi köçürüləcəyini düşünmüşlər. Görünür ki, Hikmət müəllim də, Muradın dələduzluq əməllərindən məlumatlı olmamışdır. Bildiyinə görə Fəxrəddin müəllim Şahid3la sonuncu KOBİA-nın İdarə Heyətinin sədr müavini kimi Masallı rayonuna etdiyi səfər zamanı tanış olmuşdur. Təqsirləndirilən şəxs2 da, Şahid3 tanışıdır. Mahmud tünd rəngli sellofanda olan 900.000 manat pulu ofisdən götürüb avtomobilin qabaq oturacağında oturmuş, pul da, onun üstündə olmuş, Murad isə avtomobili İdarə etmişdir. Razılaşdırma bağlandıqdan sonra Mahmud torpaq sahəsinə Daşınmaz Əmlak Məsələləri Xidmətinin nümayəndələrinin gələcəyini, özəlləşdirmək istədikləri torpaq sahəsinin ölçülərini götürəcəklərini demişdir. Torpaq sahəmizə gəlmiş 2 nəfər şəxs gəlmiş və birinin adı Vüsal olmuş, Vüsaldan haradan gəldiyini və haranın işçisi olduğunu soruşduqda o, İdarədən gəldiyini, hər hansı şəxsi tanımadığını, torpaq sahəsinin koordinatlarını götürəcəyini bildirmişdir (İ cild, səh. 108-111). 14.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Mahmudla münasibətləri hadisələr baş verməzdən təxminən bir il əvvəl yaranmışdır. Əvvəllər işində olduğu müddətlərdə səfərlərinin birində Fəxrəddinlə tanış olmuşdur. Həmin ərəfədə Mahmudu tanımış və Mahmud ona daşınmaz əmlakla bağlı sənədləşmə üçün hansısa problem olacağı halda köməklik edə biləcəyini demişdir. Həqiqətən də həmin dövr ərzində Mahmud onun xahişi ilə İsmayıllı ərazisinə getmiş, orada bir torpaq sahəsinin GPS sistem vasitəsilə koordinatlarını çəkmiş və hazır sənədi vermişdir. Bir neçə dəfə Mahmud ondan narazılıq da etmişdir ki, o uzun yolu İsmayıllıya kimi gedir, ölçülər götürür, amma sənədləşdirmə aparılmır. Fəxrəddinlə söhbətləri əsnasında belə məsələ ortaya çıxmışdır ki, Fəxrəddin özəlləşdirmək istədiyi torpaq sahəsinin olduğunu, lakin onu özəlləşdirə bilmədiyini demiş, o da bununla bağlı tanıdığı insanların olduğunu və bu barədə onlara deyəcəyini bildirmişdir. Sentyabr ayının 15-dən sonra o, Mahmud və Fəxrəddin arasında görüş keçirilmiş, Fəxrəddin və Mahmudu biribirilə əlaqələndirmiş, hansı şəkildə məsələni həll etmələri barədə danışmalarını demişdir. Həmin müddət ərzində də Mahmudgil torpaq sahəsinə baxış keçirmiş və dövlət rüsumu ilə bağlı danışıqlar aparılmışdır. Danışıqlar zamanı işi “Paşa Holding” şirkətində işləyən adamların həll edəcəyi bildirilmişdir. Fəxrəddin də sırf ona güvəndiyindən bu danışıqları Mahmudla aparmışdır. Təqsirləndirilən şəxs1 Fəxrəddin artıq narazılıq edəndə, pulunu geri istəyəndə tanımış və pulun verildiyi vaxt isə onu tanımamışdır. İşi görəcək şəxslərin adlarının kim olması ilə bağlı dəfələrlə soruşsa da Təqsirləndirilən şəxs2 ona işlərin çox yüksək səviyyədə olan şəxslər tərəfindən həll edildiyi, həmin şəxsləri adını deyə bilmədiyini bildirmiş və ona Əmlak Məsələləri Dövlət Xidmətində tanışlarının olmasını demişdir. Bildiyi qədər işlərin görülməsi ilə bağlı zərərçəkmiş şəxsdən bir milyon altı yüz min pul istənilmişdir, əvvəldən məlumatlı olmasa da sonradan Mahmud alınan puldan adambaşı yüz min özlərinə götürəcəklərini demişdir. Oktyabr ayının əvvəllərindən başlayaraq zərərçəkmiş şəxs pulunu tələb etmiş və həmin ayın 17-dən işdən çıxması ilə bağlı ərizə təqdim etmişdir. Həmin müddətdə zərərçəkmiş şəxslə münasibətləri getdikcə gərginləşmiş, zərərçəkmiş şəxs ona iş yerinə şikayət edəcəyini və onu tutduracağını demişdir. Həmin dövrdə zərərçəkmiş şəxsə bu işlərdə heç bir günahının olmadığını, problemi həll edəcəyini demiş və zərərçəkmiş şəxs isə Mahmudu videoya çəkmişdir. Videoçəkiliş olmazdan əvvəl Fəxrəddin onunla əlaqə saxlayaraq pulunu geri istəmiş, o isə bu barədə Mahmuda bildirəndə səhəri gün pulu verəcəklərini demişdir. Növbəti gün Mahmud iki yüz min manat pul düzəldə bildiklərini demiş və özü də yüz min manat düzəldib Fəxrəddinin yanına getmişdir. Zərərçəkmiş şəxs isə onu aldatdıqlarını, buna görə videoçəkilişin aparılacağını, videonu özündə saxlayacağını bildirmiş, bundan sonra isə çəkilişin olmasına etiraz etmiş olsa da çəkiliş olmuşdur. Torpaq sahəsinin özəlləşdirməsində özünün heç bir maddi marağı olmamış və məqsədi köməklik etmək olmuşdur. Dəymiş zərəri də adına xələl gəlməməsi üçün özü qaytarmışdır. 15.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2022-ci ilin noyabr ayından 15 oktyabr 2024-cü il tarixədək Azərbaycan Respublikasının Kiçik və X8 X2 sədr müavini vəzifəsində işləmiş, həmin tarixdə isə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. 2024-cü ilin sentyabr ayının 15-də işi ilə bağlı Masallı rayonuna səfəri zamanı tədbirdə həmin rayonda fəaliyyət göstərən "xxxx" MMC-nin rəhbəri Zərərçəkmiş şəxsla tanış olmuş, Fəxrəddin, onu qeyd olunan cəmiyyətə məxsus kərpic zavodunun fəaliyyəti və zavodda görülən işlərlə tanış etdikdən sonra Bakı şəhəri, Səbail rayonu, "Şıxov çimərliyi" adlanan ərazidə 40 sot torpaq sahəsi üzərində "Şəfa” balıq restoranının olduğunu, həmin torpağın və obyektin sənədlərinin natamam olduğunu bildirərək xüsusi mülkiyyətə dair çıxarış alınmasına köməklik göstərməsini xahiş etmiş, yəni sənədləşmə aparılmasında ona kömək edəcək etibarlı şəxslə tanış etməyi bildirmişdir. Tanışı hüquqşünas Təqsirləndirilən şəxs2 sənədləşmə ilə bağlı çətinlik olarsa müraciət edə biləcəyini deyindən o da, Fəxrəddinə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 bu məsələdə köməklik göstərə biləcəyini bildirdikdən sonra onlar arasında əlaqə yaratmışdır. Təqsirləndirilən şəxs2 2021-ci ildən tanımış, Mahmudun həyat yoldaşı Mətanət onun tanışına məxsus şirkətdə çalışdığından sonuncunun vasitəsilə təsadüfən Mahmudla tanış olmuş və onunla münasibətləri yaranmışdır. O, ilkin olaraq Mahmudla bu məsələ ilə bağlı danışmış və ona çıxarış almaqda köməklik edə bilib-bilməyəcəyini soruşmuş, yəni ilkin məlumatları Mahmuda vermiş, Mahmud qısa müddət ərzində geri dönərək sənədləşmənin aparıla bilinməsinin mümkün olduğunu bildirmişdir. Mahmud bir neçə gün ərzində həmin torpaq sahəsinin kimə məxsus olması, torpaq sahəsinin ölçüləri, Zərərçəkmiş şəxs qonşu torpaq sahibləri ilə olan münasibətlərini ətraflı şəkildə bildirdikdən sonra onun bu məsələni həll edə biləcəyinə əmin olmuş, çünki Mahmud inandırıcı danışmış və Fəxrəddinlə onu tanış etmişdir. Arada qalmamaq üçün onları əlaqələndirmiş ki, özləri danışıb həll etsinlər. Çünki belə işlər ona aid olmadığından və öz işləri çox olduğundan buna vaxtı olmamışdır. Təxminən sentyabr ayının 24-25-də Fəxrəddin ona zəng vuraraq bildirmiş ki, onu Mahmudla tanış etdiyi gündən bir neçə gün keçdikdən sonra Mahmudla görüşmüş və sonuncu qeyd olunan torpaq sahəsinin, onun üzərindəki tikililərin, eləcə də, inşa edilməsi nəzərdə tutulan qeyriyaşayış sahəsinin layihəsinin təsdiq edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinə rüsum qismində çatdırılması məqsədilə 1.600.000 manat məbləğində pul verilməli olduğunu demiş, o da, bu təkliflə razılaşaraq ilkin olaraq həmin pul vəsaitindən 900.000 manatı sentyabr ayının 25-də Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən, özünə məxsus ofisdə Mahmuda verməlidir və onun da, həmin görüşdə iştirak etmsini xahiş edir. O, həmin görüşə getmək istəməmiş, çünki özləri sənədləşmə ilə bağlı danışaraq razılaşmışlar, o, buna qarışmamış, yəni onların sənədləşmə ilə bağlı 1.600.000 manata danışmaları, 900.000 manat ilkin ödəniş olması ilə bağlı danışıqlarından məlumatı olmamışdır. Lakin Fəxrəddin israr etmiş, səbəb isə onları o, tanış etdiyindən orada olması olmuş, o da, razılaşmış və sentyabr ayının 25-də Nəsimi rayonu, S.Vurğun küçəsi ərazisində yerləşən Fəxrəddinin ofisində Fəxrəddinin tanışları Rafiq və Neman, o və Mahmud görüşmüşlər, həmin vaxta qədər Rafiq və Nemanı tanımamışdır. Fəxrəddin məbləğin 900.000 manatını onların iştirakı ilə Mahmuda əlbəəl vermiş və qalan məbləği İş yekunlaşdırıldıqdan sonra verəcəyinə, Mahmud isə 80 iş günü ərzində çıxarışın hazır olacağına dair vəd vermiş, bununla bağlı aralarında, yəni Fəxrəddin, Rafiq, Neman və Mahmudun arasında yazılı razılaşdırma imzalanmış, hansı ki, Fəxrəddingil hazır yazıb gətirmişlər. Bu ana qədər o və qarşı tərəf Mahmudun bu məsələni həll edəcəyini düşünmüşlər, çünki bu görüşdə başqa heç kim iştirak etməmiş, Mahmud ortada hörmətli bir şəxsin olduğunu, onun həll edəcəyini demiş, amma həmin şəxsin adını deməmişdir. Onun işi yalnız onları tanış etmək və bu görüşdə iştirak etməkdən ibarət olmuşdur. Razılaşdırmanı isə özləri görüşüb qərarlaşmışlar, məbləği razılaşdırmışlar, o, həmin razılaşdırmanı imzalamamış, çünki qeyd etdiyi kimi, yalnız Fəxrəddinin xahişinə görə gəlib iştirak etmiş, bu işin ona aidiyyəti olmamışdır. Bundan bir neçə gün sonra, yəni təxminən oktyabr ayının 4-də Fəxrəddin onunla əlaqə saxlayaraq sözügedən obyektin divarının Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən sökülməyə başlanmasından sonra Mahmudla danışıb baş verənlər barədə ona məlumat verməklə tədbir görülməsini tələb etdiyini, Mahmudun da, onu sakitləşdirərək adıçəkilən dövlət xidmətinin yüksək vəzifəli şəxsləri tərəfindən söküntüyə müdaxilə ediləcəyini dediyini, lakin yekunda heç bir müdaxilə olmadığını demiş, o, Mahmudla əlaqə saxlayıb söküntünü dayandırmasını bildirmiş, sonuncu həmin torpaq sahəsi ilə bağlı bəzi problemlərin olduğunu, yaxın günlər ərzində məsələnin öz həllini tapacağını desə də, məsələ həll olunmamış və divarın bir hissəsi sökülmüşdür. Bundan sonra Fəxrəddin onunla olan telefon danışığı zamanı bütün bunları bildirdikdən sonra bu məsələdə yalnız onu tanıdığını, onun vasitəsi ilə onları tanıdığını, onu aldatdıqlarını bildirərək Mahmuda verdiyi 900.000 manatı ondan tələb etmiş, əks təqdirdə aidiyyəti qurumlara şikayət edəcəyini bildirmiş, o, tutduğu vəzifəyə görə narahatlıq keçirərək adına ləkə düşməməsi, nüfuzuna xələl gəlməməsi üçün oktyabr ayının 13-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Qızıl Gül” adlı restoranda Fəxrəddin, Mahmud və Fəxrəddinin tanışı Nemanla birlikdə görüşmüşlər, görüş zamanı o, Fəxrəddinin Mahmuda verdiyi pulu sonuncudan tələb etdikdə, Mahmud həmin pulun özünü Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsi kimi təqdim edən, lakin daha sonra hər hansı vəzifədə olmadığını müəyyən etdiyi, sadəcə olaraq bir sıra şəxslərin xüsusi mülkiyyətə dair çıxarış almalarında vasitəçi rolu oynayan Təqsirləndirilən şəxs1 vasitəsilə qeyd olunan dövlət xidmətinin vəzifəli şəxslərinə çatdırıldığını, pulun geri alınmasının mümkün olmadığını, yaxın vaxtlarda sənədləşmə işlərinin yekunlaşacağını bildirmiş, buna baxmayaraq, Fəxrəddin təkidlə pulunu geri tələb etdikdə Mahmud videoçəkiliş müşayiəti altında Fəxrəddinə söz verərək 1 gün içində pulu tam şəkildə geri qaytaracağına dair vəd vermiş və bundan sonra görüşləri başa çatmış, söz verilən 1 gün keçdikdən sonra Fəxrəddin Mahmudun pulunu qaytarmadığına görə təkrar onunla əlaqə saxlayaraq, pulun hələ də, ona çatdırılmadığını, barəsində müxtəlif qurumlara şikayətlər ünvanlayacağı ilə onu hədələmiş, o, Mahmudla əlaqə saxlayaraq təcili həmin pulun geri qaytarılmasını tələb etmişdir. Oktyabr ayının 16- da Mahmudla təkrar olaraq Nərimanov rayonu ərazisində, “Nəlbəki” kafesinin yaxınlığında görüş zamanı Mahmud 200.000 manat, yəni 120.000 dollar məbləğində pul verərək getmiş, sonradan bilmiş ki, Mahmudun yanında Murad da, olmuş, lakin sonuncu restoranın İçərisinə daxil olmamış və pulun verilməsində iştirak etməmişdir. Həmin vaxt o, Muradla da, danışmış, o, yaxın müddət ərzində pulun qaytarılacağına söz vermişdir. O, Fəxrəddinin narahatçılığından ehtiyatlanaraq həmin gün qeyd olunan məbləğin üzərinə özündən əlavə 100.000 manat qoyaraq ümumilikdə 300.000 manatı “Qızıl gül” restoranında Fəxrəddinə vermişdir. Bundan 1 gün sonra, yəni oktyabr ayının 17-də çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan "xxxx" MTK-nın rəhbəri “Murtuza” adlı tanışı ilə görüşüb ona baş verənləri danışmış və ona 150.000 manat məbləğində borc verməsini xahiş etmiş, Murtuza isə bu qədər vəsaitin onda olmadığını, əvəzində Fəxrəddinə 150.000 manat dəyərində mənzil verə biləcəyini demiş, o da, bu barədə Fəxrəddinlə danışıb razılaşmışlar və həmin gün Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən, yeni tikilmiş çoxmənzilli yaşayış binasından qeyd olunan dəyərdə mənzili Fəxrəddinə verib sonuncunun dostu Rafiqin adına sənədləşdirmişlər. Həmçinin, elə həmin gün Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən və qaynanası Sevda Ələsgərovanın adına olan 250.000 manat dəyərində olan 0,06 ha torpaq sahəsini Binəqədi rayonu ərazisində yerləşən 11 saylı notariat ofisində alqı-satqı müqaviləsinə əsasən Fəxrəddinin adına keçirmiş, eləcə də, yerdə qalan 200.000 manatı noyabr ayının 17-dək ona qaytaracağı ilə bağlı Fəxrəddinlə aralarında borc müqaviləsi bağlanmışdır. Daha sonra isə Murad ona 130.000 manat pul vermiş, yəni Murad torpaq və ya obyekt alqı-satqısı etmiş, pulu isə torpağı alan adam ona təqdim etmişdir. Daha sonra Murad təxminən noyabr ayının əvvəlində sonuncunun tanışı tanımadığı “Elşad" adlı şəxs vasitəsilə 80.000 manat pul göndərmiş, Mahmud həmin pulu Fəxrəddin müəllimə vermişdir. Təxminən 15 gün sonra, noyabr ayının sonlarında 200.000 manat və 100.000 manat Elşad ona vermişdir. İzahatında göstərdiklərindən sonra o, Mahmud və həmçinin müraciətində adı keçən Muradla dəfələrlə əlaqə saxlayaraq qalan 700.000 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, onlar isə hər dəfə müxtəlif bəhanələr gətirib 2-3 gün ərzində pulu geri qaytaracaqlarına dair söz vermişlər. O da, bu səbəblərdən, yəni bu işdə hər hansı marağı olmadığından və onları tanış etdiyi üçün ona xələl gəlməsin deyə şikayət etmək qərarına gəlmişdir. Adına xələl gəlməsin deyə Murad və Mahmud tərəfindən götürülən 900.000 manatın 700.000 manatını Fəxrəddinə nağd və əmlak formasında qaytarmış, 200.000 manatını isə Muradgil pul formasında qatarmışlar. Bir sözlə Fəxrəddinin hazırda bütün pulu qaytarılmış, ona dəymiş ziyan ödənilmişdir. Bugünədək Muradgil onun verdiyi 700.000 manatdan 400.000 manat qaytarmış, 300.000 manat isə hələ də, qaytarılmamışdır. Fəxrəddinlə onun arasında 200.000 manat borc müqaviləsi bağlanmış, sonuncunun pulu geri qayıtdıqdan sonra bu müqavilə ləğv olunmuşdur. Muradı yalnız sadaladığı məsələlər baş verdikdən sonra Mahmudun tanışı, habelə daşınmaz əmlaklara çıxarış alınmasında vasitəçilik rolu oynayan, heç bir vəzifə sahibi olmayan şəxs kimi tanımışdır. Fəxrəddinə köməklik göstərməkdə heç bir maddi və ya digər hər hansı şəxsi marağı olmamış, yeganə məqsədi yeni tanış olduğu sahibkara köməklik göstərmək olmuş, işlədiyi dövr ərzində respublikanın rayonlarına tez-tez səfərləri olmuş və bu səfərlər zamanı bir sıra sahibkarlarla görüş əsnasında onların müxtəlif xarakterli problemlərinə həm rəsmi, həm də, qeyri-rəsmi hər zaman köməklik göstərməyə çalışmışdır. Muradın və ya Mahmudun ona vasitəçilik etdiyinə görə 100.000 manat pul verəcəkləri ilə bağlı hər hansı danışıqları olmamış və ona belə bir vəd edilməmiş, bu tamamilə yalan olmuş, bundan başqa, Fəxrəddinlə Mahmud onun iştirakı olmadan özləri məbləğ və beh barədə danışaraq razılaşmışlar. Sadəcə pulun verilməsində onu da, çağırmışlar ki, gələcəkdə problem olarsa özlərini siğortalasınlar. Əsasən də, Fəxrəddin onu dəvət etmiş ki, gələcəkdə baş verəcək mənfi hala görə onun yaxasından tutsun, onun vasitəsi ilə təzyiq göstərsin, Nəticədə də, pul alınandan sonra vəd yerinə yetirilmədiyi üçün Fəxrəddin əvvəldən düşündüyü kimi etmiş, yəni pulu ondan tələb etməyə başlamışdır. Fəxrəddin onu qeyd olunan məsələ ilə bağlı şifahi şəkildə müraciət etdiyindən və Mahmudun hüquqşünas olması və daha əvvəllər bu kimi məsələlər ilə bağlı bır sıra şəxslərə köməklik göstərməsi barədə məlumatlı olduğundan onları tanış etmişdir. Mahmudla bir neçə dəfə ünsiyyətləri zamanı özü bu barədə ona məlumat verərək, Əmlak Məsələləri Dövlət Xidmətində tanışlarının olduğunu, həmin quruma aid olan məsələlərlə bağlı nə kimi çətinlik olarsa qanuni formada köməklik edə biləcəyini demişdir. Mahmud Fəxrəddindən 900.000 manat pu! vəsaitini sözügedən torpaq sahəsi və üzərindəki iaşə obyektinə xüsusi mülkiyyətə dair çıxarış verilməsi üçün alaraq Təqsirləndirilən şəxs1 vermiş, sonuncu da, həmin məbləği Əmlak Məsələləri Dövlət Xidmətinin yuxan vəzifəli şəxslərinə çatdırdığını bildirmişdir. Pulun alınması İlə bağlı Mahmudla Muradın arasında yazılı razılaşma olmuşdur. O, Muradla problem yaranana qəsdər ünsiyyəti və tanışlığı olmamış, problem yaranandan sonra bir neçə dəfə görüşmüş və əlaqə saxlamış, o da yaxın günlər ərzində ona pulu qaytaracağını demiş, lakin Murad ona Mahmuddan aldığı 900.000 manat pul vəsaitini kimə verməsi barədə heç nə deməmiş, Mahmudun deməsinə görə Murad həmin pulu “Paşa Holdinq”-də işləyən “Davud” adlı şəxsə vermiş, lakin o, özü bu məsələni araşdırmış və “Paşa Holdinq”- də "Davud” adlı şəxsin işləmədiyini müəyyən etmişdir. O, heç vaxt Mahmuda hər hansı bir sənədin düzəldilməsi ilə bağlı kiməsə köməklik göstərilməsi üçün müraciət etməmiş, bu ilk müraciəti olmuşdur (İ cild, səh. 69-74). 16.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, uzun illər Fəxrəddinlə dost olmuşdur. Hadisə olduğu gün Fəxrəddinin otağına girəndə yanında qonağının olduğunu görmüş, həmin vaxt Fəxrəddin ona onlara lazım olduğunu demiş, bu zaman otaqda Mahmud və Hikmətin oturduğunu görmüşdür. Həmin vaxt pul söhbəti edildiyini eşitmiş, Mahmudgil pulu aparıb kassaya qoymalı olduqlarını və bundan sonra arxayın şəkildə işlərə başlayacaqlarını bildirmişlər. Bu barədə danışan daha çox Mahmud olmuşdur. Pulun haranın kassasına qoyulmasını isə bilməmişdir. Bundan sonra akt tərtib edilmiş, Fəxrəddin də ondan şahid kimi aktı imzalamasını xahiş etmiş və o da aktı imzalamışdır. Aktı imzalamazdan əvvəl onu oxumuş, həmin aktı onun özü, Fəxrəddin, Mahmud və Hikmətin adından Neman tərəfindən imzalanmışdır. Hikmətin aktı niyə imzalamadığını isə bilməmişdir. 17.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 94-96). 18.«Baxış keçirilməsi barədə» 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 02 ədəd CD disklərə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 video çəkən qurğu qarşısında digər şəxslərlə, o cümlədən Şahid3 və Zərərçəkmiş şəxsla birlikdə əyləşərək 25 sentyabr 2024-cü il tarixdə Şahid3, Şahid1 və Şahid2 iştirakı ilə Zərərçəkmiş şəxs məxsus ofisdə sonuncunun Bibi-Heybət qəsəbəsi ərazisində yerləşən restoranının 0.40-0.43 ha torpaq sahəsinin 0.01 ha torpaq sahəsi 40.000 manat olmaqla özəlləşdirilməsini həyata keçirə biləcəyini dediyini və buna görə 900.000 manat pul götürdüyünü, müqavilədə bunun üçün 80 gün vaxt istədiyini, amma şifahi olaraq bunu 45 gün ərzində həll etməyə çalışacağını, obyektin divarının söküntüsünü 3 gün ərzində dayandıra bilmədiyinə görə oktyabr ayının 15-də “Qızıl Gül” restoranında görüşüb Fəxrəddindən növbəti gün saat 18:00-dək işin həlli ilə bağlı ondan götürdüyü 900.000 manat pul vəsaitinin geri qaytarılmasına vaxt istədiyini, pulu qaytara bilməyəcəyi təqdirdə törətdiyi böyük bir cinayəti etiraf edəcəyini, haqqında dövlət tərəfindən müvafiq tədbirlərin görülməsinə etiraz etməyəcəyini, qanunda nəzərdə tutulmuş cəzanı çəkməyə hazır olacağını və Zərərçəkmiş şəxs onu bağışlaması ilə bağlı qohumlarının sonuncuya müraciət etməyəcəklərini bildirmişdir. 2-ci diskdə olan videoyazıya baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 video çəkən qurğu qarşısında əyləşərək Təqsirləndirilən şəxs2 tərəfindən 900.000 manat pulun alındığını, bu gün 300.000 manat pul vəsaiti qaytardığını, qalan 600.000 manat pulun qarşılığında bir obyektin və yaxın qohumuna məxsus torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin sabah onun özünə veriləcəyini, növbəti gün də istənilən notariat ofisində hər iki obyekti onun (Zərərçəkmiş şəxs) adına keçirəcəyini və ya borc müqaviləsi bağlayacağını deyir (İ cild, səh. 59-60). 19.«Mobil telefon operatorlarından götürülmüş müxtəlif danışıq kartlarına dair danışıq məlumatlarını əks etdirən disklərə baxış keçirilməsi haqqında» 13 mart 2025-ci il tarixli protokoldan görünür ki, “Azercell” və “Bakcell” mobil telefon operatorlarından götürülmüş müxtəlif danışıq nömrələrinə dair məlumatları əks etdirən disklərə baxış keçirilmiş, keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan **********89 və **********23 mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********00 və **********63 mobil telefon nömrələri arasında olan zənglərin detallaşması zamanı tərəflər arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək çox saylı danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan **********89 və **********23 mobil telefon nömrələri ilə Şahid3 məxsus **********25 və **********74 mobil telefon nömrələri arasında olan zənglərin detallaşması zamanı isə tərəflər arasında xx.xx.2024-cü il tarixə qədər aralarında danışıq olmamış, yalnız həmin tarixdən sonra (daha dəqiq “razılaşdırma” müqaviləsi bağlanaraq pul alındıqdan sonra) telefon danışıqları olsa da, az sayda olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan **********00 və **********63 mobil telefon nömrələri ilə Zərərçəkmiş şəxs istifadəsində olan **********20 mobil telefon nömrəsi arasında olan zənglərin detallaşması zamanı tərəflər arasında xx.xx.2024-cü il tarixdən başlayarq bir neçə dəfə danışıqların olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan **********89 və **********23 mobil telefon nömrələrinə məxsus zənglərə baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan **********20 mobil telefon nömrəsi aralarında hər hansı bir zəngin olması aşkar edilməmişdir (İ cild, səh. 237). 20.İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 278,8 kvm. əmlak kompleksi 0,5415 ha ölçüdə torpaq sahəsi üzərində olmaqla hüquqi şəxs olan "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir (İ cild, səh. 32). 21.İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli “razılaşdırma”dan görünür ki, Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 62c ünvanında yerləşən "xxxx" MMC-yə məxsus X11nin istifadəsində olan təxminən 40 sot ərazinin, bu ərazinin üzərində olan tikililərin xüsusi mülkiyyətlə çıxarış alınmasına və ərazidəki mətbəxin üzərindəki 2-ci mərtəbənin İcazəsinin alınması (aşağıdan keçən yolun açılması da, bu razılaşmada qeyd olunur) məqsədilə özəlləşdirməyə cavabdeh şəxs - Təqsirləndirilən şəxs2 (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE0******* - FİN kodu xxxxxxx) tərəfindən Şahid2 və Şahid1 iştirakı ilə Zərərçəkmiş şəxs bir sotu üçün 40.000 (qırx min) manat olmaqla ümumilikdə 1.600.000 (bir milyon altı yüz min) manata həyata keçirilməsinə razılaşmışlar.İlkin olaraq 900.000 manat ödənilir, sənədlər götürməyə hazır olan zaman, çek veriləndə - 300.000 manat, sənədləri götürəndən sonra dekabrın 1-nə qədər 400.000 manat ödəniləcək. İşin tamamlanması isə 80 gün nəzərdə tutulmuşdur (İ cild, səh. 103). 22.İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli “razılaşdırma”nın qoşması - Şahid1 şəxsiyyət vəsiqəsinin surətinin arxa tərəfində olan əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs1 900.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 götürərək razılaşdırmada göstərilən işləri həll etməyi öhdəsinə götürür (İ cild, səh. 107). 23.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 09 dekabr 2024-cü il tarixli, 14969 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar (İ cild, səh. 113). 24.«Sübutların qiymətləndirilməsi haqqında» 13 mart 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli “razılaşdırma”, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 02 ədəd CD disklər, “Azercell” və “Bakcell” mobil telefon operatorlarından götürülmüş 02 ədəd CD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İİ cild, səh. 1-25). 25.«Qətimkan tədbirinin seçilməsi haqqında» 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 10 fevral 2025-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 176-177). 26.Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 1(101)-1214/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli “həbs" növündə qətimkan tədbiri seçilmişdir. 27.«Qətimkan tədbirinin seçilməsi haqqında» 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 13 mart 2025-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 46-47). 28.İş materiallarında olan 08 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 130). 29.İş materiallarında olan Teleqramlardan görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək, cinayət işi üzrə dəymiş zərər tam ödənildiyindən heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. 30.İş materiallarında olan 04 avqust 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərin hər ikisi ilə barışdığını, onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 31.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il təvəllüdlü bir uşağı vardır. 32.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2005-ci il, xx.xx.2009-ci il və xx.xx.2018-ci il təvəllüdlü üç uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 33.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 34.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 35.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 36.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 37.Belə ki, Dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 29,178.4cü maddələri ilə irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmaqla barələrində cinayət təqibinin Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə davam etdirilməsini xahiş etmişdir. 38.Dövlət ittihamçısı vəsatətində qeyd etmişdir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs 1.600.000 manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd edərək həmin məbləğin 900.000 manat hissəsini ələ keçirmişlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 33-cü bəndinə əsasən şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən, həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsin 1.600.000 manat pul vəsaitini ələ keçirmyə cəhd etsə də, xüsusilə külli miqdarda hesab edilən 900.000 manat məbləğində pul vəsaitlərini ələ keçirmişlər. Qeyd olunan plenum qərarının tələblərinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsi çıxarılmalıdır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 29,178.4-cü maddələri ilə irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalı, barələrində cinayət təqibi Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə davam etdirilməlidir. 39.Məhkəmə, göstərilən halları və işin faktiki hallarını nəzərə alıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissənin xaric olunmasını əsaslı sayır. 40.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 41.Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onların məhkəmə istintaqında verdikləri ifadələrində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 42.Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, təqiq edilmiş istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdikləri dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 43.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 44.Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmə cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 45.Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmə cinayət əməlini törətmələri mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onların törətmiş olduqları ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə tövsif edilməlidir. 46.Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmələrində təqsirliliklərinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 47.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 50.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 51.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 52.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.12-ci və 59.1.13-cü maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 53.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 54.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.12-ci və 59.1.13-cü maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 55.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 56.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. 58.Məhkəmə hesab edir ki, təqsirləndirilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 59.Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 60.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsində qeyd olunur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. 61.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 5-ci bəndinə qeyd olunur ki, «Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir». 62.Qeyd olunan Plenum qərarının 8-ci bəndində qeyd edilmişdir ki, «CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. 63.Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. 64.Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması kimi yüngülləşdirici halların məcmusunu müstəsna hal kimi nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, ittiham olunduğu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. 65.Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 66.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 67.Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində hazırki cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 68.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 69.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı hazırki cinayət işi üzrə onun azadlığının faktiki məhdudlaşdırıldığı - 28 aprel 2025-ci il tarixdən hesablanmalıdır. 70.Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması kimi yüngülləşdirici halların məcmusunu nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələnə bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs2 barəsində olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. 71.Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. 72.Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. 73.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 74.Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 75.Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. 76.Məhkəmə, Təqsirləndirilən şəxs2 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 77.Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. 78.Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 79.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndinə qeyd olunur ki, «Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir». 80.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 81.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 82.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 83.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 02 ədəd CD formatlı diskin, “Azercell” və “Bakcell” mobil telefon operatorlarından götürülmüş 02 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 84.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 85.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı 28 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 02 ədəd CD formatlı disk, “Azercell” və “Bakcell” mobil telefon operatorlarından götürülmüş 2 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar