Məhkəmə qərarları › İş №1(101)-1215/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1215/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1215/2024 02.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X7, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi, “M.B.M” Vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 28 avqust 1987-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesi ilə məşğul olduğunu bildirib, həmin biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 06 oktyabr 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin həyətində 9.000 manat, 05 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2071 ünvanında yerləşən “Santral Elektrik” mağazasının qarşısında 3.500 manat, 24 may 2021-ci il tarixdə Nərimanov rayonu, N.Hacıyev küçəsi 3 ünvanında yerləşən “Dostlar” kafesinin qarşısında taksi fəaliyyəti ilə məşğul olan Şahid4 vasitəsilə 8.500 manat, 2021-ci ilin dekabr ayında Nərimanov rayonu, N.Hacıyev küçəsi 3 ünvanında yerləşən “Dostlar” kafesində 20.000 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində Nərimanov rayonu, Həsənoğlu küçəsi 4A ünvanında yerləşən “Neptun” marketin qarşısında 12.000 manat, 2022-ci ilin yanvar ayının ikinci yarısında Nərimanov rayonu, Həsənoğlu küçəsi 4A ünvanında yerləşən “Neptun” marketin qarşısında 10.000 manat, 2022-ci ilin mart ayında Nərimanov rayonu, Həsənoğlu küçəsi 4A ünvanında yerləşən “Neptun” marketin qarşısında 30.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 93.000 manat olmaqla, külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 12 oktyabr 2020-ci il tarixdə 3.000 manat, 01 sentyabr 2021- ci il tarixdə 20.000 manat, 2021-ci il ilin sentyabr ayının ortalarında 4.000 manat, 2021-ci il ilin oktyabr ayının əvvəllərində 4.000 manat, 07 dekabr 2021-ci il tarixdə 10.000 manat, 16 yanvar 2022-ci il tarixdə 20.000 manat, 20 yanvar 2022-ci il tarixdə 3.000 manat, 05 fevral 2022-ci il tarixdə 30.000 manat, 14 fevral 2022-ci il tarixdə 10.000 manat, 25 mart 2022-ci il tarixdə 5.000 manat, 2022-ci ilin aprel ayının əvvəllərində 10.000 manat, 27 aprel 2022-ci il tarixdə 30.000 manat, 05 may 2022-ci il tarixdə 7.000 manat, 08 may 2022-ci il tarixdə 8.000 manat, 09 may 2022-ci il tarixdə 7.000 manat, 15 may 2022-ci il tarixdə 6.000 manat, 06 iyun 2022-ci il tarixdə 3.000 manat, 10 iyun 2022-ci il tarixdə 10.000 manat və 5.000 manat olmaqla, cəmi 15.000 manat, 19 iyun 2022-ci il tarixdə 8.000 manat, 26 iyun 2022-ci il tarixdə 1.000 manat pulunu ünvan 2 ünvanında yerləşən “Dostlar” kafesində tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 204.000 manat olmaqla, külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin noyabr ayının ikinci yarısında ünvan 2 ünvanında yerləşən “Dostlar” kafesində 15.000 manat pulunu tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 15.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin noyabr ayının ikinci yarısında 10.000 manat, 02 yanvar 2022-ci il tarixdə 10.000 manat, 2022-ci ilin mart ayınm ikinci yarısında 20.000 manat pulunu ünvan 2 ünvanında yerləşən “Dostlar” kafesində tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 40.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 07 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Dostlar” kafesinin qarşısında 20.000 manat pulunu tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 20.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin yanvar ayında 5.000 manat, 14 fevral 2022-ci il tarixdə 10.000 manat, 25 mart 2022-ci il tarixdə 12.500 manat, 22 aprel 2022-ci il tarixdə 10.000 manat, 2022-ci ilin may ayının əvvəllərində 16.000 manat, 2022-ci ilin may ayının axırlarında 4.000 manat pulunu ünvan 2 ünvanında yerləşən “Dostlar” kafesinin qarşısında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 57.500 manat olmaqla, külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi’’ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin yanvar ayının ortalarında 5.000 manat, 2022-ci ilin fevral ayının əvvəllərində 3.000 manat, 2022-ci ilin may ayının sonlarında 5.000 manat, 2022-ci ilin iyun ayının əvvəllərində 7.600 manat, 2022-ci ilin iyun ayının ortalarında 5.000 manat pulunun bir hissəsini taksi fəaliyyəti ilə məşğul olan Şahid4, bir hissəsini isə tanışı X4 vasitəsilə ünvan 2 ünvanında yerləşən “Dostlar” kafesində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs7 ümumilikdə 25.600 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin fevral ayınm əvvəllərində 8.000 manat, 2023-cü ilin mart ayında 5.000 manat pulunu ünvan 2 ünvanında yerləşən “Dostlar” kafesində tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs8 ümumilikdə 13.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 12 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Neptun” marketin qarşısında 10.000 manat, 15 aprel 2022-ci il tarixdə 10.000 manat, 29 aprel 2022-ci il tarixdə 9.000 manat, 01 iyun 2022-ci il tarixdə 20.000 manat, 20 iyun 2022-ci il tarixdə 9.000 manat pulunu ünvan 2 ünvanında yerləşən “Dostlar” kafesinin qarşısında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs9 ümumilikdə 58.000 manat olmaqla, külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs10 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin may ayının ikinci yarısında ünvan 3 ünvanında yerləşən “Neptun” marketin qarşısında 50.000 manat pulunu tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs10 50.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs11 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin iyun ayında ünvan 2 ünvanında yerləşən “Dostlar” kafesində 5.000 manat pulunu tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs11 5.000 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs12 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 19 iyul 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Dostlar” kafesinin qarşısında 5.000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs12 5.000 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Xaliqi lap erkən dövrlərdən tanımış, bir kənddə böyümüşlər. Xaliqlə məktəbdə eyni sinifdə oxumuşlar. Onun pula ehtiyacı olduğu üçün Xaliqdən ona pul verməsini xahiş etmiş və Xaliqdən 2-3 min manat pul istəmişdir. Son zamanlar vəziyyəti ağır olduğu üçün Bakıya gəlib Xaliqlə birgə işləmək istəmişdir. Sədərək ticarət mərkəzində “Meyvəli bazar” deyilən yerdə işləmək üçün Xaliq 5%-lə bankdan 8.000 manat pul götürmüşdür. Götürdüyü pulu ödədikdən sonra təkrar yenidən kredit götürmüşlər. O, Xaliqdən başqa heç kimdən pul götürməmişdir. Əgər kiminsə onda pulu olmuşdursa da, həmin pulu da ona Xaliq vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs heç kimdən pul almadığını, nə almışsa Xaliqdən aldığını, ümumi nə qədər pul götürdüyünü xatırlamadığını bildirdi. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir, orta məktəbdə bir sinifdə oxumuş və münasibətləri həmişə yaxşı olmuşdur. Xaliqlə əvvəllər aralarında heç bir qərəzli münasibəti olmamışdır. Əvvəllər yük avtomaşını idarə etməklə məşğul olub ailəsini dolandırmışdır. 2019-ci ilin ortalarından etibarən Bakı şəhərinə köçüb yaşamışdır. Bakı şəhərində yaşadığı müddətdə Zərərçəkmiş şəxs1la tez-tez görüşməyə başlamışdır. Həmin vaxt X22 Nazirliyinin Yanğından Mühafizə Hissəsində işləmişdir. Özü isə Bakı şəhərinə təzə gəldiyi üçün pula ehtiyacı olmuşdur. Xaliqlə sinif yoldaşı və dost olduqları üçün biri-birilərinə etibarları olmuşdur və Xaliq ona tam güvənmişdir. Maddi vəziyyətdən sıxıntı çəkdiyi üçün qərara gəlmişdir ki, Xaliqdən müəyyən məbləğdə pul alıb öz problemlərini həll etsin və daha sonra Xaliqin pulunu qaytarsın. Bu məqsədlə Xaliqə demişdir ki, guya “Meyvəli bazarı”nda topdan meyvətərəvəz alqı-satqısı ilə məşğul olur, eləcə də meyvə-tərəvəz işi ilə məşğul olan şəxslərə faizə pul verib yaxşı qazanc əldə edir. Xaliqə təklif etmişdir ki, o da həmin işə pul qoysun və aylıq qazanc əldə etsin. Xaliq ilk vaxtlarda pulunun olmadığını deyib, bu işə şübhə ilə yanaşsa da, sonradan Xaliqi inandırmış və təklif etmişdir ki, bankdan pul götürüb ona versin, həmin pulun aylıq ödənişlərini özü edib bankın borcunu bağlayacaqdır və daha sonra əsas pulu onunla aralarında böləcəklər. Xaliq də onunla razılaşmış və bankdan kredit götürüb xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində ona 8.000 manat pul vermişdir. O, pulu götürüb Xaliqə bir daha söz vermişdir ki, hər şey yaxşı olacaq və həmin pulu meyvətərəvəz işinə qoyub pul qazanacaqlar. Əslində isə pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və hər hansı işə yatırmamışdır. Lakin, Xaliqlə aralarında narazılıq olmaması üçün, eləcə də lazım olduqca Xaliqdən əlavə pul ala bilməyi üçün hər ay Xaliqin banka olan borcunu ödəmişdir. Bankın pulunu bağladıqdan sonra Xaliqə əlavə 4.000 manat pul vermişdir ki, guya əlavə qazanclarıdır. Beləliklə, Xaliqin ona olan inamı daha da artmışdır. 2020-ci ilin oktyabr ayında Xaliqlə danışıb işə qoymaq üçün əlavə pula ehtiyac olduğunu demiş və ondan 10.000 manat pul istəmişdir. Xaliqə demişdir ki, guya həmin pulla aylıq 2.000-3.000 manat civarında qazanc əldə edəcəkdir və ona da aylıq 1.500 manat qazanc verə bilər. Bundan sonra Xaliq xx.xx.2020-ci il tarixdə bankdan kredit götürüb elə həmin gün Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin həyətinə gələrək ona 9.000 manat pul vermişdir. Qeyd etdiyi kimi həmin pulları heç bir işə yatırmamış, eləcə də heç kimə faizə pul verməmişdir. Sadəcə Xaliqi inandırmaq üçün bu variantlardan istifadə etmiş və aldığı pulları, öz şəxsi ehtiyaclarına sərf etmişdir. Xaliqdən aldığı pulların bir hissəsini aylıq qazanc adı ilə Xaliqin özünə qaytarmış, Xaliq isə elə güman etmişdir ki, iş görüb pul qazanır. Bunu da Xaliqin dost-tanışı, iş yoldaşları bilib Xaliqin vasitəsi ilə ona müraciət edərək işə yatırmaq üçün pul vermək istədiklərini demişlər. Özü isə sonunu düşünmədən onlara razılıq vermiş və həm Xaliqdən, həm də onun iş yoldaşlarından, qohum-əqrabalarından müəyyən məbləğlərdə pullar almışdır. Qeyd etdiyi pullardan başqa Xaliqdən xx.xx.2021-ci il tarixdə, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2071 ünvanında yerləşən “Santral Elektrik” adlı elektrik mağazasının qarşısında 3.500 manat pul almış, daha sonra 2021-ci ilin may ayında yenidən eyni adla Xaliqdən pul istəmiş və Xaliq xx.xx.2021-ci il tarixdə ona zəng edərək 8.500 manat pul düzəldə bildiyini demişdir. Həmin zaman Masazır qəsəbəsində olduğu üçün taksi fəaliyyəti ilə məşğul olan tanışı Sərxana zəng edib Xaliqin nömrəsini vermişdir ki, gedib ondan həmin pulu götürüb özünə çatdırsın. Sərxan da Nərimanov rayonunda yerləşən “Dostlar” kafesində Xaliqdən 8.500 manat pulu götürmüş və elə həmin yerdən ona zəng edərək pulun onda olduğunu bildirmişdir. Daha sonra Sərxan həmin pulu yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində ona çatdırmışdır. Bunun müqabilində Sərxana 10 manat pul vermişdir. Aldığı pulların müqabilində Xaliqə aylıq qazanc adı ilə müəyyən məbləğdə pul vermişdir ki, həm Xaliq bizneslə məşğul olduğuna inansın, həm də lazım olanda ondan yenə də pul ala bilsin. Bundan başqa Xaliqdən 2021-ci ilin dekabr ayında Nərimanov rayonu, N.Hacıyev küçəsi 3 ünvanında yerləşən “Dostlar” kafesində 20.000 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində Xaliqin yaşadığı ünvanın yaxınlığında, ünvan 4n qarşısında 12.000 manat, 2022-ci ilin yanvar ayının ikinci yarısında yenə də “Neptun market”in qarşısında 10.000 manat, 2022-ci ilin mart ayında isə yenə də həmin ünvanda 30.000 manat pul almışdır. Beləliklə, meyvə-tərəvəz biznesinə yatırmaq, eləcə də həmin bizneslə məşğul olan şəxslərə faizə pul verib qazanc əldə etmək adı ilə Xaliqdən ümumilikdə 93.000 manat pul almış və həmin pulun bir hissəsini öz şəxsi ehtiyaclarına xərcləmiş, bir hisəsini isə aylıq qazanc adı ilə Xaliqin özünə qaytarmışdır. Aldığı pulların bir hissəsini aylıq qazanc adı ilə Xaliqə verdiyi üçün onun dost tanışları elə bilmişlər ki, həqiqətən də meyvə-tərəvəz biznesi ilə məşğul olur. Buna görə də onlar Xaliqin vasitəsi ilə ona müraciət edib pul vermək istəmişlər ki, mütəmadi aylıq qazanc əldə edə bilsinlər. Beləliklə, meyvə-tərəvəz biznesinə yatırmaq, eləcə də həmin bizneslə məşğul olan şəxslərə faizə pul verib qazanc əldə etmək adı ilə Xaliqdən və Xaliqin iş yoldaşları, dostları və qohumlarından ümumilikdə 750.000 manata yaxın pul almışdır. Həmin pulları heç bir biznes sahəsinə və ya qazanc əldə edə biləcəyi bir işə yatırmamış, həmin pulların bir hissəsini öz şəxsi ehtiyaclarına sərf etmiş, bir hissəsini isə aylıq qazanc adı ilə həmin şəxslərin özlərinə qaytarmışdır. “Dostlar” kafesini Xaliqin iş yoldaşı işlətdiyi üçün demək olar ki, əksər hallarda həmin kafedə görüşüb iş barədə söhbət etmiş, pulların əksər hissəsini Xaliqdən həmin kafedə almışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs2 Xaliqin iş yoldaşı kimi tanımışdır. Əvvəllər onunla aralarında heç bir qərəzli münasibəti olmamışdır. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edir. Həqiqətən də 12 oktyabr 2020-ci il tarixdən 26 iyun 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla ümumilikdə 204.000 manat pul almışdır. Həmin pullan aldığı tarixləri dəqiq xatırlamasa da, ümumi məbləğin 204.000 manat olduğunu bilir. Orxandan aldığı pulları Xaliqin vasitəsi ilə almışdır. Belə ki, Orxan pulları Xaliqə verdikcə Xaliq bu barədə ona məlumat vermiş və “Dostlar” kafesində Xaliqlə görüşüb həmin pulları ondan götürmüşdür. Eyni zamanda Orxanın özü ilə də dəfələrlə görüşmüş, hətta bir neçə dəfə aylıq qazanc adı ilə Orxana verdiyi pulları Orxan şəxsən özü gəlib ondan götürmüşdür. Pulları ondan Xaliqin əli ilə alsa da, Orxanla dəfələrlə söhbətləri olmuş və o, həmin pulların ona çatdığını bilmişdir. Lakin, sonradan Orxan ona qaytarmaq üçün pulunun olmadığını görüb Xaliqin barəsində şikayət etmişdir. Əslində isə Xaliqin bu işlərdə heç bir günahı olmamışdır. Həm Xaliqi, həm də Xaliqdən istifadə edib onun dost-tanışlarını, qohumlarını aldadıb pullarını almışdır. Zərərçəkmiş şəxs3 həmkəndlisidir. Ramiz əvvəllər Xaliqlə birlikdə “Gilan Holdinq”də işləmiş, özü isə bir ay onlarla birlikdə işləmişdir. Ramizlə aralarında heç bir qərəzli münasibət olmamışdır. Təxminən 2021-ci ilin noyabr ayında Xaliq ona zəng edib bildirmişdir ki, Zərərçəkmiş şəxs3 də onlara dediyi biznesə pul qoymaq istəyir. Bundan sonra Ramizin özü ilə də telefonla danışmış və heç bir problem olmadığını bildirmişdir. Ramiz 15.000 manat pul verə biləcəyini dedikdə o, həmin pulun müqabilində aylıq 750 manat qazanc verə biləcəyini bildirmişdir. Ramizlə razılaşdıqdan sonra Ramiz qeyd etdiyi məbləği Xaliqə vermiş və təxminən 2021-ci ilin noyabr ayının ikinci yarısında “Dostlar” kafesində Xaliqlə görüşüb Ramizə məxsus 15.000 manat pulu ondan almışdır. Bundan sonra Xaliqin ad günündə Ramizlə görüşmüş və ümumi dərdləşib bir az söhbət etdikdən sonra Ramiz işlərin nə yerdə olduğunu soruşduqda ona heç bir problem olmadığını, hər şeyin qaydasında olduğunu bildirmişdir. Lakin qeyd etdiyi kimi artıq 2022-ci ilin iyul ayının ikinci yarısından etibarən heç kimin qazancını ödəyə bilməmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 15.000 manat pulu alıb ələ keçirmiş və aldığı pulları öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 Xaliqin iş yoldaşı və “Dostlar” kafesini işlədən şəxs kimi qiyabi olaraq tanımışdır. Əqdəmi bir neçə dəfə “Dostlar” kafesində və bir dəfə də Xaliqin təşkil etdiyi ad günü məclisində görmüşdür. Aralarında hər hansı münasibəti, eləcə də ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs4 göstərdiklərini təsdiq edir. Belə ki, həqiqətən də 2021-ci ilin noyabr ayının 2-ci yarısında 10.000 manat, xx.xx.2022-ci il tarixdə 10.000 manat və 2022-ci ilin mart ayının 2-ci yarısında 20.000 manat olmaqla Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 40.000 manat pulu ələ keçirmişdir. Həmin pulları şəxsən Əqdəm özü ona verməsə də, Xaliq həmin pulların Əqdəmə məxsus olduğunu bildirmişdir. Xaliqdən həmin pulların hamısını “Dostlar” kafesində almışdır. Bundan başqa Zərərçəkmiş şəxs5 şəxsən tanımır, sonuncunun Zərərçəkmiş şəxs2 qohumu olduğunu bilir. Aralarında hər hansı münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Xaliq onunla hər hansı meyvə-tərəvəz biznesi ilə məşğul olmamışdır. Zamiqi özü aldatmışdır ki, guya həmin bizneslə məşğul olub yaxşı gəlir əldə edir, həmçinin həmin işlə məşğul olan şəxslərə ehtiyac olduqca faizə pul verib aylıq qazanc əldə edir. Ola bilsin ki, Xaliq onun dediyi sözlər əsasında Zamiqə meyvə-tərəvəz işi ilə məşğul olduğunu demişdir. Xaliqin tanışlarından kimsə qeyd etdiyi işə pul yatırmaq istədikdə Xaliq bu barədə ona demiş və həmin pulu götürüb-götürməməsini, götürdüyü təqdirdə ona aylıq hansı məbləğdə qazanc verəcəyini bildirmişdir. Zamiqin məsələsində də Xaliq ona zəng edib onun Orxanın qohumu olduğunu bildirmiş və aylıq qazanc əldə etmək üçün onun dediyi biznesə 20.000 manat pul yatırmaq istədiyini bildirmişdir. O, aylıq 1.800 manat civarında qazanc verə biləcəyini demiş, Xaliq də onun razılığına əsasən Zamiqdən 20.000 manat pulu götürüb xx.xx.2022-ci il tarixdə “Dostlar” kafesinin qarşısında həmin pulu ona vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 ilə bir neçə dəfə görüşmüşdür. Meyvə- tərəvəz biznesi ilə məşğul olmaq adı ilə Zərərçəkmiş şəxs6 57.500 manat pul aldığını təsdiq edir. Belə ki, Ümid həmin pulları Xaliqin vasitəsi ilə ona vermişdir. Ümid Xaliqə pul verəndə Xaliq bu barədə ona məlumat vermiş və özü də elə həmin gün Xaliqlə görüşüb həmin pulu götürmüşdür. Həqiqətən də 2022-ci ilin yanvar ayında 5.000 manat, 14 fevral 2022-ci il tarixdə 10.000 manat, 25 mart 2022-ci il tarixdə 12.500 manat, 22 aprel 2022-ci il tarixdə 10.000 manat, 2022-ci ilin may ayının əvvəlində 16.000 manat, həmin ilin may ayının axırında isə 4.000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs6 məxsus 57.500 manat pulu “Dostlar” kafesinin qarşısında Xaliqdən götürmüşdür. Lakin Ümidlə iş barədə hər hansı söhbət etməmişdir. Çünki, Xaliqi tanıdığından ondan istifadə edib digər şəxslərdən pulları almışdır. Həmin şəxsləri yaxından tanımadığı üçün özü onlarla görüşməmiş və pulları Xaliqin vasitəsilə almışdır. Bundan başqa Zərərçəkmiş şəxs7 Xaliqin iş yoldaşı kimi qiyabi olaraq tanımışdır. Əbdüləlini Xaliqin təşkil etdiyi ad günü məclisində görmüşdür. Aralarında hər hansı münasibəti, eləcə də ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs7 göstərdiklərini təsdiq edir. Həqiqətən də 2022-ci ilin yanvar ayından həmin ilin iyun ayının ortalarınadək olan müddət ərzində Xaliqdən istifadə edərək Əbdüləliyə məxsus 25.600 manat pulu alıb ələ keçirmişdir. Həmin pulun bir hissəsini öz şəxsi işlərinə, bir hissəsini isə aylıq qazanc adı ilə Əbdüləliyə göndərmişdir. Xaliq həmin pulların bir hissəsini onun tanışı olan Sərxan adlı taksi sürücüsünün vasitəsi ilə ona göndərmiş, bir hissəsini isə “Dostlar” kafesinin qarşısında özü şəxsən gedib Xaliqdən götürmüşdür. “Dostlar” kafesini Xaliqin iş yoldaşı işlətdiyi üçün onlar özləri çox vaxt orada görüşüb oturmuşlar. Xaliq də pulların çox hissəsini elə “Dostlar” kafesində ona vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs9 Xaliqin iş yoldaşı kimi qiyabi olaraq tanımış və aralarında heç bir münasibəti, ədavəti olmamışdır. Zərərçəkmiş şəxs9 da pullar almışdır. Həmin pullan şəxsən Elşən özü ona verməsə də pulların ona veriləcəyini əvvəlcədən bilmişdir. Çünki demək olar ki, bütün hallarda Xaliq pul vermək istəyən şəxslərin yanından ona zəng edib kimin nə qədər pul vermək istədiyini demiş və özü də həmin şəxsə təxminən aylıq nə qədər pul qazanacaqlarını demişdir. Beləliklə də arada razılıq olduqdan sonra Xaliq pulu götürüb ona çatdırmışdır. Elşənin məsələsində də Xaliq Elşənin yanından ona zəng etmiş və ilk olaraq onun 10.000 manat pul vermək istədiyini dedikdə 10.000 manat pul müqabilində ona aylıq 800 manat qazanc verə biləcəyini demişdir. Bundan sonra Xaliq Elşəndən 10.000 manat pulu götürmüş və xx.xx.2022-ci il tarixdə Xaliqin yaşadığı evin yaxınlığında, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi 4A-da yerləşən “Neptun” marketin qarşısında Xaliqlə görüşüb həmin pulu ondan götürmüşdür. Bundan sonra Elşənə qazanc adı ilə aylıq 800 manat pul vermişdir. Daha sonra Elşən xx.xx.2022ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 9.000 manat, xx.xx.2022-ci il tarixdə 20.000 manat və xx.xx.2022-ci il tarixdə 9.000 manat pulu Xaliqə vermiş və həmin pulları elə həmin tarixlərdə “Dostlar” kafesində Xaliqdən götürmüşdür. 2022-ci ilin iyul ayında isə artıq aldığı pulların qazancını verə bilməyəcəyini görüb telefonu söndürüb Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndinə getmişdir. Orada olduğu müddətdə isə Xaliqlə danışıb hər şeyi etiraf etmiş, əslində heç bir bizneslə məşğul olmadığını, heç kimə faizə pul vermədiyini, aldığı pulları öz şəxsi işlərinə xərclədiyini demişdir. Zərərçəkmiş şəxs9 ümumilikdə 58.000 manat pulunu alıb ələ keçirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs10 onun həmkəndlisidir və Zərərçəkmiş şəxs1 bacısının həyat yoldaşıdır. Əvvəllər aralarında heç bir qərəzli münasibət olmamışdır. Zərərçəkmiş şəxs10 ifadəsində dediklərini təsdiq edir. Belə ki, təxminən 2022-ci ilin may ayında Xaliq ona zəng edib qaynı Mehmanın da onun biznesinə 50.000 manat pul yatırmaq istədiyini demişdir. Xaliqə problem olmadığını deyərək şəxsən Mehmanın özü ilə telefonda danışıb əmin etmişdir ki, heç bir problem olmayacaq və Mehmana aylıq 2.000 manat civarında qazanc verə biləcəkdir. Bundan sonra Mehman onunla razılaşmış və təxminən 2022-ci ilin may ayının ikinci yarısında Xaliq ona zəng edib Mehmanın pulu ona verdiyini bildirmişdir. Özü də elə həmin gün Xaliqin yaşadığı evin yaxınlığında, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi 4A ünvanında yerləşən “Neptun market”in qarşısında Xaliqlə görüşüb Mehmana məxsus 50.000 manat pulu götürmüşdür. Daha sonra həmin pulu da özü üçün xərcləmişdir. Bir ayın tamamında isə aylıq qazanc adı ilə Mehmana 1.700 manat pul göndərmişdir. Növbəti aylarda isə artıq heç kimin pulunu verə bilmədiyi üçün telefonu söndürüb Naxçıvana getmişdir. Zərərçəkmiş şəxs10 ümumilikdə 50.000 manat pul ahb ələ keçirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs11 şəxsən tanımır. X30 Qasımovun qohumu olduğunu bilir. 2022-ci ilin iyun ayının əvvəllərində Xaliq ona zəng edib Oraxanın qohumu olan Yunis adlı şəxsin də meyvə-tərəvəz biznesinə pul qoymaq istədiyini demiş, həmin vaxt pula ehtiyacı olduğu üçün həmin şəxsə aylıq 750 manat qazanc verə biləcəyini demişdir. Xaliq Yunis adlı şəxsdən 5.000 manat pulu almış və daha sonra “Dostlar” kafesində Xaliqlə görüşüb həmin pulu götürmüşdür. Bir ayın tamamında Yunisə qazanc adı ilə 750 manat pul vermişdir. Lakin, artıq əlində pul qalmamışdır. Bir hissəsini özünə xərcləmiş, bir hissəsini isə aylıq qazanc adı ilə pul verən şəxslərin özlərinə vermişdir. Buna görə də vəziyyətdən çıxış yolu tapa bilməyib telefonu söndürmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs12 tanıyır. Zərərçəkmiş şəxs12 Xaliqin bacısı oğludur. Əvvəllər aralarında heç bir qərəzli münasibət olmamışdır. Zərərçəkmiş şəxs12 ifadəsində göstərdiklərini təsdiq edir. Belə ki, Xaliq bacısı oğlu Elxanın da onun biznesinə 5.000 manat pul yatırmaq istədiyini demişdir. Həmin zaman Xaliqə Elxan üçün aylıq 300 manat civarında qazanc verəcəyinə söz vermişdir. xx.xx.2022-ci il tarixdə Xaliqlə birlikdə “Dostlar” kafesində oturmuş, bu vaxt Xaliqin bacısı oğlu Elxan gəlmiş və kafedən çıxaraq kafenin qarşısında onunla görüşmüşdür. Həmin vaxt Elxan ona 5.000 manat pul vermişdir. Həmin pulu götürüb hər ay qazancını Xaliqin vasitəsi ilə göndərəcəyini bildirmişdir. Lakin, həmin vaxt artıq işlər qarışmış, heç kimə qazanc verə bilməmiş və pulları da xərclədiyi üçün heç kimin pulunu qaytara bilməmişdir. Buna görə də Elxandan pulu aldıqdan sonra ona heç nə ödəməmişdir. Həmin pulu da öz şəxsi işlərinə sərf etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 bacısı oğlu Şahid3 35.000 manat, Xaliqin bacısının həyat yoldaşı Əbülfəz Rzayevdən 70.000 manat, Xaliqin iş yoldaşları Emil Ağayevdən 21.000 manat, Zərərçəkmiş şəxs8 13.000 manat, Zaur Qurbanlıdan 15.000 manat, Zamin Quliyevdən 10.000 manat pul alıb ələ keçirmişdir. Həmin şəxsləri də eyni qaydada meyvə-tərəvəz biznesinə yatırım etmək adı ilə aldatmış və Xaliqin vasitəsi ilə onlara məxsus qeyd etdiyi məbləğlərdə pulları alıb ələ keçirmişdir. Yuxarıda qeyd etdiyi şəxslərdən aldığı həmin pulları öz şəxsi işlərinə xərcləmişdir. Heç bir biznes fəaliyyətinə pul yatırmamış və heç bir əmlak almamışdır. Həmçinin həmin pullardan istər qardaşı Yasifə, istər qohumu Şakir Əliyevə, ümumiyyətlə hər hansı bir şəxsə hər hansı bir məbləğdə pul verməmişdir. Onun nə işlə məşğul olmağı barədə onların dəqiq məlumatları olmamışdır. Eyni zamanda Xaliqin özünə məxsus ona verdiyi pulların müqabilində ona qazanc adı ilə aylıq müəyyən məbləğdə pullar vermişdir. Lakin, digər şəxslərin Xaliqin vasitəsi ilə ona verdikləri pullardan Xaliqə hər hansı məbləğdə pul verməmişdir. Xaliq onu və onun vasitəsi ilə digər şəxsləri aldadacağını bilməmişdir. Əks halda o, qohum-əqrabasına, dostlarına məxsus pulların ona verilməsinə imkan verməzdi. Qeyd etdiyi faktlardan başqa heç bir cinayət hadisəsi törətməmişdir (cild 4, iş vərəqi 60- 67). Məhkəmədə elan olunmuş ifadəsi ilə bağlı verilən sualları cavablandıran Təqsirləndirilən şəxs götürdüyü pulları faizlə qaytardığını, ümumilikdə nə qədər pul götürdüyünü xatırlamadığını, zərərçəkmiş şəxsləri tanıdığını, pulları artıq ödəyə bilmədiyini, aylıq faizdən günlük faizə keçdiyini, zərərçəkmişlərə pullarını Xaliqin qaytardığını, onun heç kimə pul qaytarmadığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Muxtar oğlu ifadəsində göstərdi ki, 2019-cu ilin yay aylarında Təqsirləndirilən şəxs ona zəng vurmuş, pul lazım olduğunu bildirmiş, iş qurmaq istədiyini demişdir. O, Rahibdən nə işi quracağını soruşmuş, sonuncu, “Meyvəli”də işləyəcəyini, ticarətlə məşğul olacağını demişdir. O da şübhələnmiş, pul vermək istəməmiş, bankın ona pul vermədiyini demişdir. Bir az keçəndən sonra Rahib ondan yenə pul istəmişdir. O, banka gedib qalan borcunu ödəmiş, 8.200 manat pul götürmüş, Rahibə zəng edib xəbər vermişdir. Rahib “Sədərək Ticarət Mərkəzi”nin qarşısında olduğunu, gəlib pulu verməsini demişdir. O, Rahibin dediyi ünvana getmiş, görüşüb pulu sonuncuya vermişdir. Rahib hər dəfə pulu ödəyəndə onun da xeyir götürəcəyini demişdir. Sonra iş yoldaşları da Rahibə pul vermək istədiklərini və xeyir götürmək istədiklərini demiş, o da zəng edib Rahiblə danışmışdır. Rahib həmin şəxslərin ona verəcəkləri hər 10 min manat müqabilində, onlara 5 min də xeyir verib, 15 min manat qaytaracağını demişdir. İş yoldaşları Orxan və Ümid də razılaşmışlar, banka gedib pul götürüb Rahibə zəng edib pulu götürməsini bildirmişlər. Onlar Nərimanovda “Dostlar” kafesinin yaxınlığında görüşmüş, Zərərçəkmiş şəxs2 Rahibə 10 min manat, Zərərçəkmiş şəxs6 3 min manat bir, 5 min manat da bir vermişdir. Rahib hər ay pulu göndərmiş, yəni Orxangilin pulunu 1 il ərzində qaytarmış, sonra yenə pul götürmüşdür. Bir müddət Rahib bir çox adamdan pul alıb, geri qaytarmışdır. 2022-ci ildə Rahib bir gün zəng edərək pul olmadığını demişdir. O pul yox idisə niyə belə bir iş gördüyünü soruşmuşdur. Rahib hər şeyin yalan olduğunu demişdir. O özü Rahibə 90 min manata yaxın pul vermiş, demək olar ki, pulu qaytarmamışdır, Rahib 1 il ərzində banka 6 min manat ödəmiş, qalanını isə özü ödəmişdir. Zərərçəkmiş şəxs2 Rahibə 204 min manat pul vermiş, Rahib onun pulunu qaytarmışdır. Zərərçəkmiş şəxs3 də 15 min manata yaxın pul vermiş, onun da pulunun bir hissəsini qaytarmışdır. Zərərçəkmiş şəxs4 40 min manat pul vermiş, onun pulunun çox hissəsi qaytarılmışdır. Zamin də 20 min manata yaxın pul vermiş, onun da 12 min manatı qaytarılmışdır. Ümid də 57 min manat vermiş, onun təxminən 30 min manatı qaytarılmışdır. Zərərçəkmiş şəxs8 da Rahibə 13 min manat pul vermiş, onun 4 min manatı Rahib tərəfindən qaytarılmışdır. X16ynıdır, onunla heç əlaqəsi olmamışdır. Yunislə Orxan özü danışmışlar. Zərərçəkmiş şəxs12 də Rahibə 5 min manat pul vermiş, ona heç nə qaytarılmamışdır. Rahib bu pullar ilə “Sədərək”də iş gördüyünü demişdir. Məhkəmədə verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 Muxtar oğlu ayda 730 manat maaş aldığını, 93 min manat pulun 30 min manatını qayınatasından, 20 min manatını əmisioğlu Elşəndən aldığını, 8 min manat bacısıoğlu Şahid1 adına, 5 min manatı bacısıoğlu Şahid3 adına, 15 min manat öz adına bankdan götürdüyünü, 15 min manatı da bacanağı Rzadan aldığını, Rahibin zərərçəkənlərin hamısını yaxşı tanıdığını, Rahib pul yoxa çıxanda kəndə qaçdığını, Elşənin 20 min manat pul verdiyini, 1 həftə sonra geri istədiyini, təzədən həmin 20 min manatı ona qaytardığını, sonra təzədən özü zəng vurduğunu, yenə pul vermək istədiyini, Elşənə 8-9 min manat pul qaytarıldığını, Rahibin ona bankdan götürdüyü pulu bağlayacağını, ona da xeyir verəcəyini dediyini, Rahibin ona “Sədərək”də iş gördüyünü dediyini, hətta onu da iş yerinə aparıb gəzdirdiyini, bunun da onda güvən yaratdığını, pul versə ona faizlə geri qaytaracağını, Rahibə pul verib faizlə pul qaytaracağında maraqlı olduğunu, Rahibə camaatın pulunu tələb etdiyini dediyini, Rahib də ona pulun olmadığını bildirdiyini, Rahiblə danışan zaman bəhanələrlə məsələni bağlamaq istədiyini, Rahibin ona verdiyi pulun qarşılığında xeyir kimi ona pul vermədiyini, Rahibin onun banka olan borcunu bağlamaq üçün 6-7 min pul verdiyini, Rahib onun verdiyi pulu qaytardığını, digər zərərçəkmiş şəxslərdən aldığı pulları Rahibə verdikdən sonra Rahib ona heç bir qazanc və ya faiz vermədiyini, zərəçəkmiş şəxslərdən aldığı pulların hamısını Rahibə verdiyini, Rahibə sonuncu dəfə pul verdikdən 1 həftə sonra artıq pulların batdığını bildiyini qeyd etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1lə 8 il bir yerdə işləmişdir. Xaliq ona demişdir ki, lombardı var, bir az ona kömək etsə, qazancdan ona da verəcəkdir. O, Xaliqə 13 min manat pul vermişdir. Onun pulu qaytarılmayıbdır. Bununla yanaşı, Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 8 ildir ki, tanıyır. Xaliqlə birlikdə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsində işləmişdir. Təxminən 2021- ci ilin sonu, 2022-cin ilin əvvəllərində iş yoldaşlarından eşitmişdir ki, Xaliq "Meyvəli" bazarından topdan meyvə-tərəvəz alveri ilə məşğul olur və yaxşı qazanc əldə edir. Bəzi iş yoldaşları da Xaliqə müəyyən məbləğlərdə pullar vermişlər və Xaliq həmin şəxslərə verdikləri pula uyğun olaraq aylıq müəyyən məbləğlərdə qazanc verir. Həmin iş yoldaşlarından maraqlandıqda hamısı razılıq etmiş və Xaliqin vaxtı-vaxtmda onların qazancını verdiklərini bildirmişlər. Hətta bəzi işçilər artıq bir ildir ki, Xaliqlə pul vermiş və yaxşı qazanc əldə etmişlər. Buna görə də, Xaliqlə danışıb həmin biznesə pul qoymaq qərarına gəlmişdir. Xaliq isə bildirmişdir ki, dostu ilə birlikdə "Meyvəli" bazarından topdan meyvə-tərəvəz alveri ilə məşğul olur. Xaliq ondan hansı məbləğdə pul qoymaq istədiyini soruşduqda ona azyaşlı oğlunun müalicəsi ilə əlaqədar öz avtomobilini satdığını və 8.000 manat pulunun qaldığını bildirmiş və 8.000 manat pul verə biləcəyini demişdir. Xaliq isə şəriki ilə danışıb xəbər edəcəyini demişdir. Aradan bir neçə gün keçdikdən sonra Xaliq şəriki ilə danışdığını və 8.000 manat pul müqabilində ona aylıq 300-500 manat məbləğində qazanc verə biləcəklərini demişdir. Bundan sonra o, razılaşmış və 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, H. Əliyev prospektində yerləşən FHN-nin Nizami rayonu X14 Hissəsində Xaliqə 8.000 manat pul vermişdir. Bundan sonra Xaliq ona bir neçə ay qazanc vermiş, lakin Xaliqin ona aylıq hansı məbləğdə qazanc verdiyini xatırlamır. Təxminən 2023-cü ilin mart aymda əlavə 5.000 manat pul düzəldib yeniən iş yerində Xaliqə vermişdir. Artıq Xaliq ona verdiyi 13.000 manat uyğun olaraq qazanc verməyə başlamışdır. Lakin, 2022-ci ilin iyul-avqust aylarından etibarən Xaliq ona qazanc verməmişdir. Xaliqdən işlə bağlı maraqlandıqda sonuncu bildirmişdir ki, bütün işləri sinif yoldaşı Rahib həll edirmiş, onun və digər şəxslərin verdikləri pulların hamısını Rahibə vermişdir. Rahib isə telefonu söndürüb aradan çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, Rahib əslində "Meyvəli" bazarından topdan meyvə-tərəvəz alveri ilə məşğul olmamış, bu adla Xaliqi aldadıb sonuncunun və onun vasitəsilə onun, eləcə də, digər iş yoldaşlarının pullarını ələ keçirmişdir. Lakin, bəzi iş yoldaşları pulları Xaliqə verdikləri üçün öz pullarını Xaliqdən tələb edərək onun barəsində şikayət etmiş, özü isə Xaliqin pulları Rahibə verdiyini və sonuncunun onları aldatdığını bildiyi üçün Xaliqin barəsində şikayət etməmişdir. Hazırda isə uşağının əməliyyat olunması ilə bağlı pula ehtiyacı olduğu üçün şikayət etmişdir (cild 4, iş vərəqi 3-5). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Xaliqlə dostluq etmişdir, Rahibi isə tanımamışdır. Xaliqə 25 min 600 manat pul vermişdir. Bu pulları ayrı-ayrı vaxtlarda vermişdir. Xaliq “Sədərək”də uşaqlıq dostu Rahibdən “Meyvəli bazarı”nda iş görmüş, ona görə pul istəmişdir. Onun pulunun hamısı polis tərəfindən qaytarılmışdır. Polisə pulu kimin verdiyini bilməmişdir. Məhkəmədə verilən sualları cavablandıran Zərərçəkmiş şəxs7 Rahibi tanımadığını, bir dəfə Xaliqin uşağının ad günündə gördüyünü, pulu iş yerində Xaliqə verdiyini, Rahibin pul verilən yerdə olmadığını, Xaliqin də gətirib qaytardığını, meyvə-tərəvəz söhbətini də Xaliqin sözlərindən bildiyini, Rahibin Xaliqi aldatdığını bilmədiyini, pulların ona qaytarıldığını, heç bir tələb və şikayətinin olmadığını bildirdi. Bununla yanaşı, Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onunla eyni idarədə, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin XRXX-nin X31 İdarəsinin XB-də xilasedici vəzifəsində xidmət etmişdir. 2022-ci ilin yanvar ayında Xaliqlə əməliyyat növbəsində olduqları zaman sonuncu bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində, yəni “Sədərək” ticarət mərkəzinin yaxınlığında yerləşən “Meyvəli” adlanan topdan satış bazarında meyvə-tərəvəz biznesi ilə məşğul olur və bunun yaxşı gəlir gətirir. Daha sonra həmin biznesə müəyyən məbləğdə pul yatırdığı halda ona yüksək qazanc verə biləcəyini bildirmişdir. Söhbət zamanı Xaliq Rahib adlı uşaqlıq dostu ilə bu işə girdiyini və işləri Rahibin apardığını demişdir. O, bu barədə fikirləşib məlumat verəcəyini demiş, həmçinin Xaliqdən biznesin mahiyyətinin nədən ibarət olduğunu soruşduqda sonuncu bildirmişdir ki, Dövlət Gömrük Komitəsinin hesabında olan və gömrük rüsumları ödənilməyən tonlarla meyvə-tərəvəz yük maşınlarında gömrük rüsumları ödənilmədiyindən xarab olub batır və Rahib də həmin meyvə-tərəvəzləri ucuz qiymətə topdan alıb “Meyvəli” bazarda satışını təşkil edərək xeyli gəlir əldə edir. Xaliqlə artıq 2011-ci ildən eyni idarədə xidmət etdiyindən və sonuncunu intizamlı, sözündə bütöv şəxs kimi tanıdığı üçün bu işdə heç bir problem olmadığını düşünüb Xaliqin təklifi ilə razılaşmışdır. Beləliklə 2022-ci ilin yanvar ayının ortalarında Heydər Əliyev prospektində yerləşən FHN-nin Nizami rayonu X15 Hissəsində 5.000 manat, 2022-ci ilin fevral ayının əvvəllərində yenə də FHN-nin Nizami rayonu X15 Hissəsində 3.000 manat, 2022-ci ilin may ayının sonlarında ünvan 5 ünvanında yerləşən “Dostlar” kafesinin qarşısında 5.000 manat, 2022-ci ilin iyun ayınm əvvəllərində yenə də “Dostlar” kafesinin qarşısında 7.600 manat, iyun ayının ortalarında isə yenə həmin ünvanda 5.000 manat olmaqla meyvətərəvəz biznesi ilə məşğul olması üçün Xaliqə ümumilikdə 25.600 manat pul vermişdir. İlk vaxtlar Xaliq ondan aldığı pulların müqabilində hər ay ona müəyyən məbləğdə qazanc vermişdir. Lakin, 2022-ci ilin iyul-avqust aylarından etibarən Xaliq ona qazanc verməmişdir. Xaliqlə görüşüb qazancını ondan istədikdə sonuncu ona pulun batdığını və qazancın olmadığını deyib pul verməmişdir. Bundan sonra Xaliqdən ümumilikdə vermiş olduğu 25.600 manat pulunu tələb etməyə başlamış, Xaliq isə demişdir ki, guya işi görən Rahib adlı dostu onu da aldadaraq pulları ələ keçirmişdir. Lakin, o, pulu Xaliqə verdiyi üçün ondan da tələb etmişdir. Xaliq telefonlarına cavab vermədiyi üçün pul vermiş digər iş yoldaşları ilə birlikdə Xaliqin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “Neptun” marketin arxa tərəfindəki 17 mərtəbəli binanın 1-ci blokunun 12-ci mərtəbəsindəki mənzilinə getmiş, lakin ailə üzvləri hər dəfə Xaliqin evdə olmadığını demişlər. Bundan sonra Xaliqin barəsində şikayət etmək qərarına gəlmişlər. Şikayət etdikdən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində araşdırma aparılmış, həmin vaxt ona məlum olmuşdur ki, həqiqətən də Xaliq pulları Rahib adlı dostuna vermişdir. Rahib isə heç bir meyvə-tərəvəz biznesi ilə məşğul olmamışdır. Rahib Xaliqi aldadaraq həmin işlə məşğul olduğunu demiş və Xaliq özü də Rahibə müəyyən məbləğlərdə pullar vermişdir. Beləliklə, Rahib hər kəsi aldadaraq pulları alıb ələ keçirmişdir. Lakin, Xaliqi tanıdıqları üçün və pulları ona verdiklərindən, Xaliq onlardan aldığı pulları özü qaytarmışdır. Hazırda pulu ödənildiyi üçün Zərərçəkmiş şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur (cild 3, iş vərəqi 53-56). Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxslə barışması, ona vurulan ziyanın ödənilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Xaliqi 10 ildir tanıyır, onunla iş yoldaşı olmuşdur. O, ilk dəfə Xaliqə “Neptun market”in yaxınlığında 10 min manat pul vermişdir. Sonra onun iş yerinin qarşısında bir dəfə də 20 min manat pul vermişdir. Bu pulu iş görmək məqsədi ilə vermişdir. Xaliq ona demişdir ki, lombardı var və “Meyvəli bazarı”nda işləyir. O, Xaliqə ümumilikdə 50 min manat pul vermişdir. Xaliq vəd vermişdir ki, qazancları olacaq, həmin zaman o da qazanacaq. Onlar hesablamışlar ki, Xaliq ona 8 min manat dəyərində qazanc verib. O da 58 min manatdan 8 min manatı çıxmış, qalan 50 min manatı istəmişdir. Həmin zaman Xaliq demişdir ki, iş batıb. Xaliqin dediyinə görə o, pulları Rahib adlı şərikinə vermişdir. O, Rahibi heç vaxt görməmişdir. O, pulunu Xaliqdən tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, Fövqəladə Hallar Nazirliyində işləmiş, Xaliq onun iş yoldaşı olmuşdur. Xaliq bir gün bir işlə məşğul olduğunu, pul qazandığını, indi ticarət üçün pul lazım olduğunu demişdir. O həmin işdən nə qədər pul qazansa, ona 1000 manat pul verəcəkmiş. O, Xaliqə ümumilikdə 40 min manat pul vermişdir. Bir müddət keçəndən sonra Xaliq gəlib pulun olmadığını demişdir. O, pulu ödənildiyinə görə şikayətini geri çəkmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1lə onun əvvəldən tanışlığı olmuşdur. Xaliq ona iş gördüyünü, pul lazım olduğunu demişdir. O, ümumilikdə xaliqə 57 min 500 manat pul vermişdir. Xaliq bir neçə dəfə bu pulu qaytarıb yenidən almışdır. Təqsirləndirilən şəxs olan Rahibi də Xaliqin oğlunun toyunda tanımışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, Xaliq onun sinif yoldaşı olmuşdur. Onun maşını olmuşvə maşını satmışdır. Bir gün Xaliq ona zəng edərək, Rahiblə bir iş qurmaq istədiyini, əgər maşının pulunu xərcləməmişsə, pulu onlara verməsini, ona da qazanc verəcəklərini demişdir. O da 1-2 aylıq pulu verəcəyini, sonra isə özünə texnika alacağını demişdir. O, bir dəfə 20 min manat, bir dəfə də 30 min manat olmaqla, ümumilikdə 50 min manat pulu “Nərimanov”da Xaliqə vermişdir. Xaliq onun yanında Rahiblə danışmış, pulun onda olduğunu, gəlib götürməsini demişdir. Məhkəmədə verilən sualları cavablandıran Zərərçəkmiş şəxs10 Xaliqin lombard işlətdiyini, onun Rahiblə heç bir görüşünü olmadığını, ona 50 min manat zərər dəydiyini, ona dəyən zərəri tələb etmədiyini, bağışladığını bildirdi. Zərərçəkmiş şəxs10 təqsirləndirilən şəxslə barışması, ona vurulan ziyanın ödənilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, Xaliq onun dayısıdır. Xaliqin Rahiblə işlədiyini bilmişdir. O, Nərimanov rayonunda Xaliqin yanında Rahibə 5 min manat pul vermişdir. Rahib bu pulun qarşılığında ona qazanc veriləcəkmiş. O, Xaliqdən ona dəymiş zərəri tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, X3 Xilasetmə xidmətində bölmə rəisi vəzifəsində çalışır. Xaliq onun iş yoldaşı olmuşdur. Onlar bir yerdə xilasedici işləmişlər. Xaliq gəlib ona “Sədərək”də iş gördüyünü, mal vurub mal çıxardıqlarını, onlara bu qədər pul veriləcəyini demişdir. İşin adı “Sədərək” Ticarət Mərkəzində mal çıxartmaq olmuş, malın nə olduğunu bilməmişdir. Xaliq malı məhəllə dostu ilə ilə vuracağını, dostunun adının Rahib olduğunu demişdir. Onlar ailə dostu olduqları üçün, o, Xaliqə inanmış və pul vermişdir. O bütövlükdə Xaliqə 204 min manat pul vermiş, o, məhkəməyə şikayət ərizəsi yazmış, sonra polis alıb onun 204 min manatı qaytarmışdır, amma konkret kimdən aldığını bilməmişdir. Məhkəmədə verilən sualları cavablandıran Zərərçəkmiş şəxs2 pulu Nərimanov rayonu ərazisində müxtəlif vaxtlarda verdiyini, məhkəməyə müraciət etməmişdən qabaq pulu istədiyini, sonra məcbur qalıb məhkəməyə müraciət etdiklərini, Rahibi müxtəlif vaxtlarda gördüyünü, Xaliqlə iş yerinin yanına gəldiyini, yığıncaqlarda, xeyir işlərdə-Xaliqin oğlunun toyunda gördüyünü, Xaliqin ona zəng vurub bu qədər pulu Rahibə verməli olduğunu dediyini, onun da aparıb verdiyini, pulları qohumlarından aldığını, Xaliqdən qazancla bağlı pul alıb pulu aldığı adamlara qaytardığını, ümumilikdə nə qədər qazandığını bilmədiyini, bəzi hallarda Xaliin gətirib pulu qaytardığını, sonra təkrar istədiyini, onun da aparıb verdiyini, bu söhbətlərin olduğu ərəfədə Xaliqin ona pulun Rahibdə olduğunu dediyini, meyvə-tərəvəz aparılması ilə bağlı Rahiblə danışmadığını, Rahibdən də heç bir şikayəti olmadığını bildirdi. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışması, ona vurulan ziyanın ödənilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Rahib, Xaliq və o bir yerdə böyümüşlər. O, ümumilikdə 15 min manat pulu Xaliqə vermiş, Xaliq də pulu Rahibə vermişdir. O, 2 ay ərzində 800 manat pul almışdır. Ondan sonra Rahib yoxa çıxmışdır. O gündən bu günə Xaliq onunla əlaqə saxlayıb, amma Rahibi hələ indi görmüşdür. Onun pulu qaytarılmamışdır. Xaliqdən pulun niyə qaytarılmadığını soruşmuşdur. Rahibdən pul istəməmiş, heç bu barədə söhbəti olmamışdır. Məhkəmədə verilən sualları cavablandıran Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Xaliqə pul verməmişdən qabaq onun Rahibə pul verdiyi ilə bağlı məlumatı olmadığını, görüşəndə Xaliqin Rahibə pul verdiyini bildiyini, amma dərinliyinə qədər bilmədiyini, onlarla görüşdüyünü, pul veriləndən sonra pulun Rahibdə olduğunu bildiyini, Rahiblə özünün görüşdüyünü, Rahib pulun onda olduğunu təsdiq etdiyini, Rahib pulu qaytarılacağını təsdiqlədiyini, onun tələbinin 15 min manat pulunun qaytarılması olduğunu bildirdi. Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qaynı Zərərçəkmiş şəxs2 vasitəsi ilə 2020-ci ilin təxminən mart ayında tanımışdır. Belə ki, qaynı Zərərçəkmiş şəxs2 FHN-nin XRXX bölmə rəisi işləmiş, Zərərçəkmiş şəxs1 da onun iş yoldaşı olmuşdur. O, həmin ərəfədə Bakı şəhərində mühafizəçi işləmiş və Bakı şəhərində yaşamışdır. Xaliqlə yaxın münasibəti olmasa da onu ara-sıra qaynı Orxanın yanında gördüyündən ünsiyyəti yaranmışdır. Təxminən 2022-ci ilin iyun ayında istifadəsində olan “Renault” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilini 5.000 manata satmışdır. Elə həmin ərəfədə qaynı Orxanla söhbət zamanı sonuncu bildirmişdir ki, Xaliq meyvə tərəvəz işi ilə məşğul olur və ona işlə bağlı pullar lazım olur. Əgər əlində olan pulunu həmin işə yatırsa özü də aylıq müəyyən məbləğdə qazanc əldə edə bilər. Bundan sonra 2022-ci ilin iyun ayında Nərimanov rayonunda yerləşən “Baku Beer” restoranının qarşısında Zərərçəkmiş şəxs1la görüşmüş, söhbət zamanı Xaliq Rahib adlı sinif yoldaşı ilə birlikdə “Meyvəli bazar”da topdan meyvə-tərəvəz alqı-satqısı işinə girişdiyini və yaxşı qazanc əldə etdiyini deyərək həmin biznesə 5.000 manat yatırım etdiyi halda, verdiyi həmin məbləğ yerində qalmaqla hər ay ona əlavə olaraq 750 manat qazanc verə biləcəyini demişdir. Xaliqi yaxından tanımasa da, qaynı Orxanın iş yoldaşı olduğu üçün, eləcə də Orxan həmin işə külli miqdarda pul vəsaiti qoyub gəlir əldə etdiyi üçün ona inanmış və elə həmin gün sözü gedən restoranın, yəni Nərimanov rayonu ərazində yerləşən “Baku Beer” restoranının qarşısında 5.000 manat pulu Orxanm iştirakı ilə Xaliqə vermişdir. Bundan sonra 2022-ci ilin iyul ayında Xaliq dediyi kimi, qaynı Orxanın vasitəsi ilə ona 750 manat qazanc göndərmişdir. Orxan həmin pulu ona Nərimanov rayonu ərazisində yerləşən “Dostlar” kafesində vermişdir. Lakin avqust ayında Xaliq ona hər hansı məbləğdə qazanc verməmişdir. Xaliqlə maraqlandıqda Xaliq işlərin yaxşı getmədiyini, artıq ona qazanc verə bilməyəcəyini deyərək qısa vaxt ərzində pulunu qaytaracağına söz vermişdir. Lakin Xaliqin söz verdiyi vaxt gəlib çatsa da, ondan aldığı 5.000 manat pulu geri qaytarmamışdır. Xaliq isə yenidən ona vaxt verməyini və yaxın müddət ərzində həmin pulu ona qaytaracağını bildirmişdir. Bunun üstündən bir neçə müddət keçsə də, Xaliq ona verdiyi pulu qaytarmamışdır. Hər dəfə Xaliqdən verdiyi pulu tələb etdikdə sonuncu müəyyən bəhanələr gətirərək Rahib adlı şərikinin onu aldatdığını, pulların Rahibdə olduğunu demişdir. Xaliq söz vermişdir ki, ya Rahibdən pulunu alıb qaytaracaq, əgər Rahib verməsə belə onlardan aldığı pulları özü qaytaracaqdır. Lakin, Xaliq bu dəfə də sözünə əməl etməmiş və pullarını qaytarmamışdır. Xaliq eyni adla, yəni meyvə-tərəvəz biznesinə pul yatırımı etmək adı ilə öz iş yoldaşlarından, qohumlarından və digər tanışlarından külli miqdarda pullar alaraq Rahibə vermiş, Rahib də onu aldadaraq pulları ələ keçirmişdir. Orxan və onun digər iş yoldaşları qərara gəlmişlər ki, Xaliqin barəsində şikayət etsinlər. Çünki, Xaliqi tanıyıb ona etibar etmişlər və pulları Xaliqlə vermişlər. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində araşdırma aparılan zaman Xaliq ona verilən pulları tam şəkildə qaytarmışdır. Həmçinin məlum olmuşdur ki, Xaliqin dediyi Rahib adlı şəxs əslində heç bir meyvə-tərəvəz biznesi ilə məşğul olmamış, bu adla həm Xaliqi, həm də Xaliqin vasitəsi ilə onları aldadaraq pullarını ələ keçirmişdir. Hazırda pulu ödənildiyi üçün hadisə ilə bağlı heç bir şikayət və tələbi yoxdur (cild 3, iş vərəqi 78-81). Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 bibisi oğlu Zərərçəkmiş şəxs2 vasitəsi ilə təxminən 4 ilə yaxın müddətdir ki, tanıyır. Onunla yaxın münasibəti olmasa da, düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən 2022-ci ilin yanvar ayında Orxan və onun tanışları olan Xaliq, Ümid, Əbdüləli və digərləri ilə oturub söhbət edən zaman eşitmişdir ki, Xaliq sonradan adını bildiyi Rahib adlı tanışı ilə “Sədərək” bazarında meyvə alqı-satqısı ilə məşğul olub pul qazanırlar. Dost-tanışları isə ona pul verir və Xaliq əldə etdiyi qazncdan onlara da müəyyən məbləğdə pul verir. Xaliqdən bu barədə maraqlandıqda sonuncu bildirmişdir ki, “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Meyvəli bazarı”nda Rahib adlı dostu ilə birlikdə topdan satışla meyvə alıb satır və yaxşı qazanc əldə edir. Həmçinin Xaliq bildirmişdir ki, ona 20.000 manat verdiyi təqdirdə hər ay 1.800 manat qazanc verə bilər. O, Xaliqi bibisi oğlu Orxanın iş yoldaşı kimi tanımış və onunla münasibəti normal olduğundan, ona inandığı üçün 20.000 manat pulu verməyə razılıq vermişdir. Beləliklə də, 2022-ci ilin yanvar ayının 7-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Dostlar” kafesinin qarşısında Xaliqlə görüşüb 20.000 manat pulu Xaliqə vermişdir. Bir ayın tamamında Xaliq ona 1.800 manat qazanc vermişdir. Lakin sonrakı aylarda Xaliqdən pul ala bilməmişdir. Söhbət zamanı Xaliq bildirmişdir ki, Rahib onu aldadıb, pullar batıb. Artıq nəinki qazancı, hətta verdiyi pulu da qaytara bilmir. Bundan sonra Xaliqdən pulun ödənilməsini tələb etmiş, çünki özü Rahib adlı şəxsi tanımamışdır və pulu Xaliqə vermişdir. Xaliq isə narahat olmamağı və Teymur adlı dayısının köməkliyi ilə pulları qaytaracağını demişdir. Beləliklə, Xaliq hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış və aldığı pulları geri qaytarmamışdır. Özündən başqa digər tanışlarının da pulunu qaytarmadığı üçün qərara gəlmişlər ki, Xaliq barəsində şikayət etsinlər. Şikayət etdikdən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində araşdırma aparılmış və məlum olmuşdur ki, əslində Xaliq pulları Rahib adlı şəxsə vermiş və Rahib adlı şəxs həm Xaliqi, həm də onları aldadaraq pulları ələ keçirmişdir. Lakin, Xaliqi tanıdıqları üçün və pulları ona verdiklərindən Xaliq onlardan aldığı pulları özü qaytarmışdır. Hazırda pulu ödənildiyi üçün Zərərçəkmiş şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur (cild 3, iş vərəqi 44-46). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2021-ci ildə dayısı Xaliqin “Meyvəli bazarı”nda meyvə alqı-satqısı ilə məşğul olduğunu bilmiş, bununla əlaqədar dayısı ondan bankdan borca pul götürüb özünə verməyini xahiş etmiş və vaxtlı-vaxtında ödəyəcəyinə söz vermişdir. O, Azərbaycan Beynəlxalq Bankın Babək prospektində olan Sənaye filialından 8.500 manat pul götürüb Xaliqə vermişdir. İlk zamanlarda Xaliq vaxtlı-vaxtında borcu ödəmiş, laki sonralar kreditin ödənişində axsamalar yaranmışdır. Xaliqdən borc barədə soruşduqda sonuncu, pulu birgə iş gördüyü həmkəndlisi Rahib adlı şəxsə verdiyini söyləmişdir. Onun Rahibə qarşı heç bir şikayəti yoxdur. Məhkəmədə verilən sualları cavablandıran Şahid1 pulu dayısı Xaliqə verdiyini, Rahibin “Meyvəli bazarı”nda iş gördüyü üçün pula ehtiyacı olduğunu dediyini, ona qarşı dələduzluq edilmədiyini, sadəcə adına kredit götürüb dayısı Xaliqə verdiyini, Rahibi bir-iki dəfə gördüyünü, Rahibi həmkəndli kimi tanıdığını, Rahibin onlara “Meyvəli” ticarət mərkəzində meyvə ticarəti ilə məşğul olduğunu dediyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Rahibin “Meyvəli bazarı”nda meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olduğunu öyrənmişdir. Rahib alverçilərlə müəyyən məbləğdə pulları faizə verib qazanc götürürmüş. Dayısı Xaliqə Azərbaycan Beynəlxalq Bankdan 3.000 manat pul götürüb vermişdir. Rahibin özü ilə də görüşüb Rahibə də 5.000 manat pul vermişdir. Onun heç kimə qarşı şikayəti yoxdur. Məhkəmədə verilən sualları cavablandıran şahid Quliyev X17 “Meyvəli bazar”da ticarət məqsədi ilə verdiyi pul qarşılığında müəyyən bir hissəsini faizlə alacağını dediyini bildirdi. Şahid4 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, mobil tətbiq vasitəsilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, həmkəndlisi kimi tanımışdır. Eyni zamanda Rahibin qardaşı Sami kimi tanınan Yasif onun yaxın dostu olmuşdur. 2021-ci il tarixdə Rahib Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivində yaşadığı müddətdə onu tez-tez görmüş və aralarında münasibətləri yaranmışdır. Həmin zaman Rahib tez-tez Yasifin işlətdiyi lombardda oturmuşdur. Zərərçəkmiş şəxs1 isə yaxından tanımamışdır. Xaliqlə heç bir şəxsi münasibəti, ədavəti olmamışdır. 2021-ci il ərzində taksi fəaliyyəti ilə məşğul olduğu zaman dəqiq xatırlamadığı vaxtlarda Rahib ona Xaliqin mobil nömrəsini verib onda pulunun olduğunu deyərək sonuncudan götürüb ona gətirməyini bildirmişdir. Bundan sonra o gedib məbləğini dəqiq bilmədiyi pul vəsaitini Xaliqdən götürüb aparıb Rahibə vermişdir. Bu fəaliyyətin qarşılığında Rahib ona yalnız taksi pulu ödəmişdir. Rahibin həmin pul vəsaitlərini haraya xərcləməsi, həmin pullarla nə kimi fəaliyyətlərlə məşğul olması barədə heç bir məlumatı olmamışdır. 2022-ci il ərzində Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində yaşamışdır. Həmin müddət ərzində və Bakı şəhərinə qayıtdıqdan sonra Rahiblə heç bir əlaqəsi olmamışdır (cild 2, iş vərəqi 210-213). Şahid X11 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Rahib əvvəllər müxtəlif yerlərdə sürücü kimi işləmişdir. Zərərçəkmiş şəxs1 da uzun müddətdir tanıyır. Belə ki, Xaliq onun həmkəndlisi və qonşusu olmuşdur. X24 Nazirliyinin əməkdaşı olmuşdur. Rahiblə Xaliq öz işlərindən kənar “Sədərək” və “Meyvəli” bazarlarında işləyən müxtəlif şəxslərə faizə pul verərək gəlir əldə etmişlər. Həmin pulları da müxtəlif şəxslərdən götürüb qazanclarından müəyyən bir qismini həmin şəxslərə ödəmişlər. Onların dəqiq olaraq kimlərdən pullar almaları və ya qaytarmamaları barədə məlumatı olmamışdır. 2022-ci ilin ortalarından Rahiblə Xaliqin söhbətlərindən onların aldıqları pulları qaytara bilmədiklərini eşitmişdir. Daha sonra Rahib Naxçıvan MR Nehrəm kəndinə gedib bir müddət orada yaşamışdır. Bakı şəhərinə qayıtdıqdan sonra Rahib ona da heç bir məlumat verməmişdir. Sonuncu dəfə Rahibin Lökbatan qəsəbəsində yaşadığı barədə məlumatı olmuşdur. Təxminən 15-20 gün bundan əvvəl Lökbatan qəsəbəsində Rahiblə görüşmüşdür. Bundan sonra Rahiblə əlaqəsi olmamışdır. Şəxsiyyət vəsiqəsində əsil adı Yasif kimi qeyd edilsə də, hər kəs onu Sami kimi tanımışdır. Masazır qəsəbəsində 2020-ci ildən lombard açmışdır. Xaliq və Rahibin onun faəliyyətinə heç bir təsiri olmamışdır. Onlar birlikdə işlədikləri müddətdə bir neçə dəfə Xaliq pullar gətirib Rahibin götürməsi üçün onun lombard mağazasına qoymuşdur. Həmin pulları bir kənara qoyub Rahibə təhvil vermiş və onlarla heç bir pul alış-verişi olmamışdır (cild 2, iş vərəqi 165-168). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Fövqəladə Hallar Naziri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş materialdan görünür ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Zərərçəkmiş şəxs2 və digərləri həmin xidmətin sabiq əməkdaşı Zərərçəkmiş şəxs1 tərəfindən aldadılaraq pulları alınmışdır (cild 1, iş vərəqi 6-43). - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Fövqəladə Hallar Nazirliyindən daxil olmuş materialda Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq əməkdaşı Zərərçəkmiş şəxs1 iş görmək adı ilə Zərərçəkmiş şəxs2 204.000 manat, Zərərçəkmiş şəxs6 57.500 manat, Zərərçəkmiş şəxs7 25.600 manat, Zərərçəkmiş şəxs4 40.000 manat, eləcə də tanışları Zərərçəkmiş şəxs5 20.000 manat, Zərərçəkmiş şəxs11 5.000 manat pul alaraq ələ keçirdiyi göstərilmişdir (cild 1, iş vərəqi 57). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 65). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 75). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 83). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 90). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 97). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 105). - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 iş görmək adı ilə 204.000 manat pul verdiyini bildirmiş, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 204.000 manat pul alaraq bir həftə ərzində ödəyəcəyinə söz verdiyini təsdiqləmişdir (cild 1, iş vərəqi 112-114). - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs1 “Sədərək Ticarət Mərkəzi” yaxınlığında yerləşən “Meyvəli bazarı”nda iş görəcəyi adı ilə müxtəlif tarixlərdə ümumilikdə 57.000 manat pul verdiyini bildirmiş, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs6 ayrı-ayrı vaxtlarda ümumilikdə 57.000 manat pul aldığını təsdiqləmişdir (cild 1, iş vərəqi 115-118). - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs11 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs11 Zərərçəkmiş şəxs1 “Sədərək Ticarət Mərkəzi” yaxınlığında yerləşən “Meyvəli bazarı”nda iş görəcəyi adı ilə müxtəlif tarixlərdə ümumilikdə 5.000 manat pul verdiyini, Xaliqin ona 750 manat pulu geri qaytardığını, lakin 4250 manatı hələ də ödəmədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 Yunisdən 5.000 manat pul alaraq bir həftə ərzində ödəyəcəyinə söz verdiyini təsdiqləmişdir (cild 1, iş vərəqi 119-121). - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 “Sədərək Ticarət Mərkəzi” yaxınlığında yerləşən “Meyvəli bazarı”nda iş görəcəyi adı ilə müxtəlif tarixlərdə ümumilikdə 40.000 manat pul verdiyini, Xaliqin ona qazanc olaraq 23.400 manat pul ödədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 40.000 manat pul aldığını, 23.400 manat qazanc olaraq geri ödədiyini, qalan pulu isə bir həftə ərzində ödəyəcəyinə söz verdiyini təsdiqləmişdir (cild 1, iş vərəqi 122-125). - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs7 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs1 “Sədərək Ticarət Mərkəzi” yaxınlığında yerləşən “Meyvəli bazarı”nda iş görəcəyi adı ilə müxtəlif tarixlərdə ümumilikdə 26.000 manat pul verdiyini, Xaliqin ona qazanc olaraq 4.750 manat pul ödədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs7 26.000 manat pul aldığını, 4.750 manat qazanc olaraq geri ödədiyini, qalan pulu isə bir həftə ərzində ödəyəcəyinə söz verdiyini təsdiqləmişdir (cild 1, iş vərəqi 126-128). - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs1 iş görmək adı ilə 20.000 manat pul verdiyini bildirmiş, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs5 20.000 manat pul alaraq bir həftə ərzində ödəyəcəyinə söz verdiyini təsdiqləmişdir (cild 1, iş vərəqi 129-131). - Zərərçəkmiş şəxs6 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona Zərərçəkmiş şəxs1 tərəfindən 57.500 manat maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs1 heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur (cild 1, iş vərəqi 133). - Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 40.000 manat maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs1 heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur (cild 1, iş vərəqi 135). - Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 204.000 manat maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs1 heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur (cild 1, iş vərəqi 137). - Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 20.000 manat maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs1 heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur (cild 1, iş vərəqi 139). - Zərərçəkmiş şəxs7 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 25.600 manat maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs1 heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur (cild 1, iş vərəqi 141). - Zərərçəkmiş şəxs11 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 5.000 manat maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs1 heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur (cild 1, iş vərəqi 143). - cinayət işinin materiallarında olan “Whatsapp” proqramı vasitəsilə edilmiş yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs1 pul istəmiş, həmçinin bəzi hallara nalayiq formada ona külli miqdarda pul vəsaitləri tapmasını bildirmişdir (cild 2, iş vərəqi 141-154). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qarşısında əyləşən şəxs həm həmkəndlisi, həm də orta məktəbdən sinif yoldaşı olan Təqsirləndirilən şəxsdur. Həmin şəxsi uzun illərdir ki, tanıyır. Təqsirləndirilən şəxslə heç bir qohumluğu, qərəzliyi, düşmənçiliyi olmamışdır. Şahid Təqsirləndirilən şəxs qarşısında əyləşən şəxsin həmkəndlisi, həm də orta məktəbdən sinif yoldaşı olan Zərərçəkmiş şəxs1dur. Həmin şəxsi uzun illərdir ki, tanıyırmış. Zərərçəkmiş şəxs1la ilə heç bir qohumluğu, qərəzliyi, düşmənçiliyi olmamışdır. Şahid Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, FHN-nin XRXX-nin X31 İdarəsində işlədiyi zaman, yəni 2019-cu ilin yay aylarından başlayaraq Təqsirləndirilən şəxs ilə Bakı şəhərində olan zaman əlaqə saxlamış və üç-dörd dəfədə Bakı şəhərində müxtəlif yerlərdə görüşmüşdür. 2019-cu ilin yay aylarında Rahib onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib ona biznes qurduğunu bildirmişdir. O da ondan hansı biznes olduğunu soruşduqda, əlində pul olduğu halda və yaxud da ona 10.000 manat pul verdiyi halda Bakı şəhərində yerləşən "Sədərək" və "Meyvəli" ticarət mərkəzində işləyən alverçilərə müəyyən məbləğdə faizə verib pul qazana biləcəklərini və 10.000 manat pulun müqabilində isə ona hər ay üçün 500 manat qazanc verəcəyini demişdir. O da pulu olmadığını bildirmişdir. Rahib ona bankdan pul götürməyini və bu işə yatırım etməyi təklif etdikdə, ona bankdan pul verilmədiyini bildirmişdir. Bundan təxminən 10 gün sonra Rahib onunla telefon əlaqəsi yaradıb ona Bankdan pul götürməyi və bu işi birlikdə görməyi yenidən təklif edəndə o da "X26 rayon filialına müraciət etmiş və problemli kreditini həmin bankda həll edib banka olan 85 manat borcunu bağlamışdır. 13.11 2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankından 8.200 manat kreditə pul götürüb həmin günü təxminən saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzində Rahibə ona təklif etdiyi biznes işini görmək üçün 8000 manat pul vermişdir və Rahib hər ay üçün ona 400 manat qazanc verəcəyini bildirmişdir. Rahib bir müddət ona faizləri vaxtında verirmişdir. Bu barədə ifadəsində qeyd etdiyi iş yoldaşlarına danışdıqda, onlar da pul verib qazanc əldə etmək istədiklərini bildirmişlər. Daha sonra Rahiblə danışıb iş yoldaşlarından müxtəlif məbləğlərdə pullar götürüb Rahibə vermişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 özləri Rahiblə telefonla da danışmışlar. Bundan başqa, Zərərçəkmiş şəxs6 özü də Rahibə 5.000 manat pulu əlbəəl vermişdir. Bundan başqa, bacısıoğlu Şahid3 adına Azərbaycan Beynəlxalq Bankdan 3.500 manat kredit götürüb həmin pulu Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, Ziya Bünyadov prospektində yerləşən "Santral Elektrik" adlanan elektrik malları mağazasının qarşısında Rahibə vermişdir. Daha sonra o, bacısı oğlu Şahid1 adına Azərbaycan Beynəlxalq Bankdan 8.500 manat kredit götürüb həmin məbləğdə pulu Nərimanov rayonunda yerləşən "Dostlar" kafesinin yanında Rahibin göndərdiyi Sərxan adlı taksi sürücüsünə Rahibə aparması üçün vermişdir. Rahib ona zəng edib, əlavə də pul lazım olduğunu deyirdi ona görə də, o, yaxınlarından pullar alıb onların da qazanc əldə etməsi üçün Rahibə verirmiş. Belə ki, bacısı oğlu Şahid3 25.000 manat pulunu götürüb Rahibə vermiş, Orxan özü də 10.000 manat pulunu əlbəəl Rahibə vermiş, həmçinin bacısıoğlu Zərərçəkmiş şəxs12 də 5.000 manat pulunu Rahibə əlbəəl özü vermişdir. Daha sonra kürəkəni Əbülfəz Rzayev 70.000 manat, Mehman İbrahimov 50.000 manat pulunu da Pahibə vermişdir. Bundan başqa, tanışları Zərərçəkmiş şəxs9 50.000 manat, Emil Ağayevdən 21.000 manat, Zərərçəkmiş şəxs8 13.000 manat, Zaur Qurbanlıdan 15.000 manat, Zamin Quliyevdən 10.000 manat və Zərərçəkmiş şəxs3 də 15.000 manat pulunu götürüb Rahibə vermişdir. Eyni zamanda, özü də şəxsən 90.000 manat pulunu Rahibə vermişdir. Rahib ilk vaxtlar verdiyi pulların faizini ona qaytaraq inam yaratmışdır. Lakin, sonradan pulu olmadığını deyib qaytarmaqdan imtina etmişdir. O, Təqsirləndirilən şəxs təxminən 850.000 manat məbləğində pul vəsaiti vermişdir. Rahib bir müddət ona yalnız verdiyi məbləğlərə uyğun olaraq pulların faizlərini vermiş, o da Rahibdən aldığını pulun sahiblərinə vermişdir. Yalnız özü pulunun faizini özünə götürmüşdür. Rahib ona əlavə heç bir pul vəsaiti verməmişdir Şahid Təqsirləndirilən şəxs şahid Zərərçəkmiş şəxs1 göstərdiklərini təsdiq edirmiş və bildirmək istəyirmiş ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanımışdır. O, əvvəllər müxtəlif yerlərdə yük avtomaşını sürücüsü kimi işləmişdir. Hazırda heç bir yerdə işləmir. 2019-ci ilin ortalarından Bakı şəhərinə köçüb burada yaşamışdır. 2019-ci ilin ortalarından Bakı şəhərində yaşadığı müddətdə Zərərçəkmiş şəxs1la tez-tez görüşməyə başlamışdır. Xaliqlə söhbəti zamanı müxtəlif şəxslərə, "Sədərək" və "Meyvəli" ticarət mərkəzində işləyən alverçilərə faizə pul verib yaxşı qazanc əldə etdiyini və onun da ona pul verməsi halında qazanc verə biləcəyini bildirmişdir. Təxminən 2 il ərzində Xaliqdən ona hissə-hissə olmaqla ümumilikdə, təxminən 850.000 manata yaxın məbləğdə pul vəsaitlərini almışdır. Xaliqin ona verdiyi həmin pul vəsaitlərini kimlərdən götürməsi barədə dəqiq məlumatı olmamışdır. Xaliqin pul vəsaitlərinin bir qismini iş yoldaşlarından və qohumlarından götürdüyünü bilmişdir. Xaliqdən aldığı pulları heç kəsə verməmişdir. Pul verməsi üçün ilkin olaraq hər ay 10 faiz, daha sonra isə 15-20 faiz qazanc verəcəyini demişdir. Həmin pulların bir qismini faiz kimi özünə qaytarmış, digər hissəsini isə, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Faiz adı ilə qaytardığı pullar da Xaliqin ona verdiyi puldan olmuşdur. Ona görə də, Xaliq onun iş gördüyünü düşünüb əlavə pul vəsaiti də gətirib vermişdir. Pullarla heç bir biznes qurmamış və hər hansı fəaliyyətlə məşğul olmamışdır. Xaliqə verdiyi pulların faizlər olduğunu bildirirmiş. Xaliq də həmin pulu götürdüyü şəxslərə vermişdir. Xaliqin şəxsi olaraq özünə pul verməmişdir (cild 2, iş vərəqi 200-204). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verilmiş, onun zərərçəkmiş şəxs qismində tanınması haqqında qərar qəbul edilmişdir (cild 2, iş vərəqi 214-217). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 218-219). - materialların cinayət işinə birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, HK-1/1781 saylı material Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 3, iş vərəqi 1-2). - hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki,Zərərçəkmiş şəxs9 pulları sonuncu dəfə Xaliq adlı şəxsə verdiyi yeri göstərə bilməsi, soruşulduqda o, hadisə yerinə aparılacağı halda həmin yeri göstərəcəyini bildirmişdir. Odur ki, birlikdə xidməti avtomobillə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən FHN-nin Nizami rayon Yanğından Mühafizə İdarəsinin qarşısına gəlmişlər. Həmin yer yol kənarıdır (cild 3, iş vərəqi 9-10). - hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu “Naxçıvan dairəsi” adlanan yer köhnə tikili dörd mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Qeyd olunan ünvanda başqa digər küçələrdə kəsişmə var (cild 3, iş vərəqi 21-23). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, iş vərəqi 63). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, iş vərəqi 101). - Zərərçəkmiş şəxs10 məxsus ərizədən görünür ki, Təqsirləndirilən şəxs onu aldadaraq “Meyvəli” bazarında meyvə-tərəvəz işinə məşğul olmaq adı ilə ondan 50000 manat pul alıb ələ keçirmişdir. Onun da zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir (cild 3, iş vərəqi 109). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, iş vərəqi 111). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, iş vərəqi 119). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istiqamətləndirməsi ilə Nərimanov rayonu, Həsənoğlu küçəsi 4A ünvanında yerləşən "Neptun" ərzaq mağazasının qarşısına gəlinmiş, həmin yerdə Təqsirləndirilən şəxs "Neptun" adlı marketin qarşısını təqdim edərək Zərərçəkmiş şəxs1 meyvə-tərəvəz biznesinə yatırım etmək adı ilə aldadaraq 2022-ci ilin yanvar ayının əvvəllərində 12.000 manat, 2022-ci ilin yanvar ayının ikinci yarısında 10.000 manat, 2022-ci ilin mart ayında isə 30.000 manat pulu məhz həmin ünvanda Zərərçəkmiş şəxs1 aldığını, həmçinin xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 məxsus 10.000 manat pulu, 2022-ci ilin may ayının ikinci yarısında Zərərçəkmiş şəxs10 məxsus 50.000 manat pulu da məhz həmin yerdə Xaliqdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs istiqamətləndirməsi üzrə Nərimanov rayonu, N.Hacıyev küçəsinə gəlinmiş, Təqsirləndirilən şəxs həmin yerdə N.Hacıyev küçəsi 3 ünvanında yerləşən "Dostlar" kafesini təqdim edərək 2021-ci ilin dekabr ayında 20.000 manat pulu Zərərçəkmiş şəxs1 məhz həmin yerdə aldığını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs meyvə-tərəvəz biznesinə yatırım etmək adı ilə aldadaraq Zərərçəkmiş şəxs6 məxsus 57.500 manat pulu, Zərərçəkmiş şəxs2 məxsus 204.000 manat pulu, Zərərçəkmiş şəxs4 məxsus 40.000 manat pulu, Zərərçəkmiş şəxs7 məxsus 25.600 manat pulu, Zərərçəkmiş şəxs5 məxsus 20.000 manat pulu, Zərərçəkmiş şəxs9 məxsus 48.000 manat pulu, Zərərçəkmiş şəxs11 məxsus 5.000 manat pulu, Zərərçəkmiş şəxs3 məxsus 15.000 manat pulu, Zərərçəkmiş şəxs12 məxsus 5.000 manat pulu, Şahid3 məxsus 35.000 manat pulu, Əbülfəz Rzayevə məxsus 70.000 manat pulu, Emil Ağayevə məxsus 21.000 manat pulu, Zərərçəkmiş şəxs8 məxsus 13.000 manat pulu, Zaur Qurbanlıya məxsus 15.000 manat pulu və Zamin Quliyevə məxsus 10.000 manat pulu məhz kafedə və kafenin qarşısında alıb ələ keçirdiyini bildirmişdir (cild 3, iş vərəqi 150-152). - X9 məxsus ərizədən görünür ki, onun 7.000 manat pulu Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmişdir. Bununla bağlı heç bir şikayət və tələbi yoxdur (cild 3, iş vərəqi 188). - Şahid3 məxsus ərizədən görünür ki, onun 35.000 manat pulu Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmişdir. Bununla bağlı heç bir şikayət və tələbi yoxdur (cild 3, iş vərəqi 188). - Zərərçəkmiş şəxs12 məxsus ərizədən görünür ki, Təqsirləndirilən şəxs onu aldadaraq “Meyvəli” bazarında meyvə-tərəvəz işinə məşğul olmaq adı ilə xx.xx.2022-ci il tarixdə ondan 5.000 manat pul alıb ələ keçirmişdir. Onun da zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir (cild 3, iş vərəqi 190). - təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə xx.xx.2023-cü i tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 3, iş vərəqi 191-194). - doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı azyaşlı uşaqları vardır (cild 3, iş vərəqi 214-219). - Zərərçəkmiş şəxs8 məxsus ərizədən görünür ki, Rahib adlı şəxs onun etibarından sui-istifadə edib “Meyvəli bazar”da topdan meyvə-tərəvəz biznesi ilə məşğul olmaq adı ilə onu aldadaraq 2022-ci ilin fevral ayının əvvəllərində ondan 13.000 manat pul alıb ələ keçirmişdir. Rahib adlı şəxs barəsində qanuni tədbir görülməsini və ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir (cild 4, iş vərəqi 1). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 4, iş vərəqi 3). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 4, iş vərəqi 12). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (cild 4, iş vərəqi 48- 52). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinpə ifadə vermiş zərərçəkmiş şəxslərə və şahidlərə müdafiəçisi vasitəsi ilə suallar vermiş, eyni zamanda öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmiş şəxslərdən pullar aldığını, lakin pulları zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 vasitəsilə aldığını, aldığı pulların məbləğini bildirməklə dolayısı ilə törətdiyi cinayəti etiraf etmişdir. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törədilmiş cinayətin halları barədə verdiyi ətraflı ifadəsini də sübut kimi qəbul edir. Belə ki, onun həmin ifadəsi işin digər halları ilə məntiqi ardıcıllıqla tam uzlaşır və həqiqətə tam uyğundur. Belə ki, məhkəmədə dindirilmiş çoxsaylı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə tədqiq olunmuş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ittiham aktında göstərilmiş külli miqdarda pul məbləğlərini aldatma və etibardan sui-istifadə etmə yolu ilə alver etmək və həmin şəxslərə qazancdan xeyir vermək adı ilə alıb ələ keçirmiş, lakin həmin istiqamətdə heç bir iş fəaliyyəti aparmamış və əldə etdiyi məbləğləri öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrinə və digər sübutlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən altısına dəymiş ziyanı ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, himayəsində 3 azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Müstəntiqin 28 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 3, iş vərəqi 165-166, 233-237, 238-243). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlandığı 3 (üç) gün cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunacaq cəzadan çıxılmalı və cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmiş, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlandığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 5 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi 02 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar