Məhkəmə qərarları › İş №1(101)-1215/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1215/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1215/2025 04.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 6 iyun 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı Əfv Sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsi yarıyadək azaldılmaqla Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 9 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “İranlı” kimi tanıdığı şəxsin göndərdiyi və “İnstagram” ani mesajlaşma tətbiqi vasitəsilə bildirdiyi istintaqa məlum olmayan ünvandan ümumi təmiz çəkisi 2060,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 21 dekabr 2024-cü il tarixdə saat 23:40-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Sabunçu RPİ-nin 14-cu PŞ-nin inzibati binasına aparılaraq, 22 dekabr 2024-cü il tarixdə saat 02:20-də xidməti otaqda onun üzərinə şəxsi axtarış aparılan zaman əlində saxladığı “Blue Jeans” markalanma nişanı olan rəngli sellofan bağlamanın içərisindən iki ədəd şəffaf sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1020,0 qram və 1040,0 qram, ümumi çəkisi 2060,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan boz rəngli qış gödəkcəsinin iç sol yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 dekabr 2024-cü il tarixdə təxminən saat 22:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi ərazisində yerləşən çay evindən çıxarkən polis əməkdaşları onu saxlamışlar və Məmmədyarov dairəsi ərazisinə aparmışlar. Orada polis əməkdaşları onu təhqir etmiş və döymüşlər. Polislər ondan narkotik vasitələri öz üzərinə götürməyini tələb etmişlər. Onların tələbi ilə razılaşmayacağı təqdirdə yaşadığı evdən təxminən 5 kiloqram narkotik vasitə aşkar edəcəklərini deyərək ona hədə-qorxu gəlmişlər. Hədələrə baxmayaraq o, polis əməkdaşlarının tələbi ilə razılaşmamışdır. Polis əməkdaşları onu Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi ərazisində yaşadığı evə gətirmiş və onunla birlikdə evə daxil olmuşlar. Evdə polis əməkdaşları ailə üzvlərini narkotik vasitələri ilə yükləyəcəklərini deyərək onu hədələmişlər. Məcbur qalıb polis əməkdaşlarının tələbləri ilə razılaşmışdır. Polis əməkdaşları onu yenidən Məmmədyarov dairəsinə aparıb Azər və Tofiq adlı polis əməkdaşlarına təhvil vermişlər. Sonra onlar onu Sabunçu RPİ-nin 14-cu PŞ-nə aparmışlar. Şöbəyə çatmamış Azər adlı polis əməkdaşı ona münasibətdə “sənə hər şeyi izah ediblər, ümid edirəm ki, bizi incitməzsən” - ifadəsini işlətmişdir. Həmin ifadəyə cavab olaraq o, ümumiyyətlə hər hansı bir dövrdə narkotik vasitə ilə bağlı məsələlərdə adının hallanmadığını bildirmişdir. Sonra şöbədə üzərinə videoçəkiliş vasitəsi ilə 3 dəfə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onların dediklərini bildirmədiyi üçün hər səfərində videoçəkiliş dayandırılmış və ona yenidən videoçəkiliş zamanı deyəcəkləri izah olunmuşdur. Orada onu müdafiə etmək üçün vəkil təyin olunmuşdur. Ancaq videoçəkilişdən qabaq polis əməkdaşlarından biri onlara məxsus 1 ədəd tərəzini masanın üzərinə qoyan zaman vəkil bu məsələ ilə bağlı etirazını bildirməmişdir. İbtidai istintaq zamanı o, müstəntiqə bir neçə vəsatət vermişdir. Həmin vəsatətlərə əsasən Azər adlı polis əməkdaşı ilə onun arasında videoçəkilişsiz üzləşmə keçirilmişdir. Həmin üzləşmənin hansı səbəbdən videoçəkilişsiz keçirildiyini müstəntiqdən soruşduqda sonuncu üzləşmənin videoçəkilişlə keçirilmə zərurəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Üzərinə keçirilmiş ekspertiza nəticəsində qanından narkotik vasitə aşkar olunmamışdır. Hadisədən qabaq onun polis əməkdaşları ilə mübahisəsi olmuşdur. Polis əməkdaşları hadisədən bir müddət qabaq gecə saatlarında onun evinin qarşısında əllərində fənərlə gəzmişdilər. O ilk başda onların polis əməkdaşları olduqlarını bilməmişdir. Onlara yaxınlaşmış və gecənin bu vaxtı evinin qarşısında nə etdiklərini soruşmuşdur. Onlar polis əməkdaşları olduqlarını, iş gördüklərini və onlara mane olmamağını ona bildirmişdirlər. O polis əməkdaşları ilə bir qədər mübahisə etdikdən sonra onlar onu saxlayacaqlarını deyərək ona hədə-qorxu gəlib sonra həmin ərazidən uzaqlaşdılar. Sosial şəbəkələrdən istifadə etməmişdir. Tanışları və qohumları ilə telefon vasitəsi ilə əlaqə saxlayırmış. Telefon vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamamışdır. Hadisədən qabaq mübahisə etdiyi polis əməkdaşlarını tanımamışdır. Polis əməkdaşları onu saxlayan zaman çay evində kənar şəxslər olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanıldığını ailə üzvlərinə çay evində olan kənar şəxslər bildirmişdirlər. Polis əməkdaşları onu saxlayan zaman mülki geyimdə olmuşlar. Çay evi ilə yaşadığı evin arasında təxminən 2 kilometr məsafə var. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Şöbəyə gətirildikdən dərhal sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış təxminən 10-15 dəqiqə çəkmişdir. Avtoqəza ilə bağlı törətdiyi cinayət əməli üzrə məhkəmə istintaqını hakim Eldar Mikayılov aparmışdır. Polis əməkdaşları ona qarşı fiziki və psixi təzyiq göstərmişlər. Həmçinin onu ailəsilə hədələmişlər. Təcridxanada onu müayinə etmiş, ancaq xəsarətləri aşkar olunmamışdır. Evinin qapısının qabağında polis əməkdaşları ilə mübahisə etmişdir. Polis əməkdaşları ilə mübahisə etdikdən bir həftə sonra onlar çay evində oturarkən onu saxlamışlar. İbtidai istintaq zamanı adından yazılmış ifadəni qismən təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə tədqiq edilərək qismən sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, anket məlumatlarda göstərilən ünvanda qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Onun üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə hesab edilən marixuana aşkar edilməsi ilə bağlı bildirir ki, saxlanıldıqdan təqribən 3 gün əvvəl “İnstagram”da tanış olduğu, kimliyi barədə məlumatı olmadığı İran vətəndaşının atdığı konum vasitəsi ilə Şamaxı postunun yaxınlığından götürərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanlarında atacağı konumlara qoyaraq qarşılığında 600 manat pul alacağı üçün üzərində gəzdirmişdir. Marixuananı 1 ədəd “Blue Jeans” yazısı olan rəngli sellofana bükərək büküm şəklində üzərində saxlamışdır. 21 dekabr 2024-cü il tarixində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi yol kənarında olan zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O, üzərində gəzdirdiyi narkotik vasitəyə görə narahat olduğundan həmin yerdən uzaqlaşmaq istəmişdir. Bundan sonra polis əməkdaşları onu saxlayaraq 14-cü PŞ-nə dəvət etmişlər. Bölmədə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi ona təklif edilmişdir. Bu səbəbdən də əlində olan rəngli “Blue Jeans” yazısı olan rəngli sellofana bükülmüş narkotik maddə olan marixunanı təqdim etmişdir. Üzərinə şəxsi axtarış aparılan zaman 1 ədəd “İphone 8 Plus” markal, 1 ədəd “Samsung A24” markal telefon və 1 ədəd elektron tərəzi aşkar edildilərək götürülmüşdür. Üzərindən aşkar edilən narkotik maddə olan marixuana qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, onun özü və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir Fiziki zor tətbiq edilməyib. Həmin elektron tərəzi ona məxsus olmamışdır. Belə ki, taksi fəaliyyəti ilə məşğul olduğundan şəxsiyyəti ona məlum olmayan müştərilərdən biri həmin tərəzini onun idarə etdiyi avtomobildə unutmuşdur (cild 1, iş vərəqi 55-57). Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin “onun üzərindən aşkar edilən marixuananı saxlanıldıqdan təqribən 3 gün əvvəl “İnstagram”da tanış olduğu, kimliyi barədə məlumatı olmadığı İran vətəndaşının atdığı konum vasitəsi ilə Şamaxı postunun yaxınlığından götürərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanlarında konumlara qoyacağının qarşılığında 600 manat pul alacağı” barədə hissəsini iş materiallarına uyğun olmayan, digər sübutlarla təsdiqlənməyən və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək sübut hesab etmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin dekabr ayında, təxminən axşam saatlarında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Səhv etmirsə şəxsin sağ əlindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Şəxsi saxladıqdan sonra Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirmişlər. Şöbədə rəhbərliyə məruzə olunduqdan sonra, xidməti otaqların birində videoçəkilişə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Sonra müvafiq sənədləşmə aparılmışdır. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əməliyyat qrupu iki nəfərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsində ərazisində Sabunçu RPİ-nin yaxınlığında tərəfindən saxlanılmışdır. Əvvəllər Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin əməkdaşları tərəflərindən saxlanılmasını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Sabunçu rayonu, Maştağa qəsəbəsinin dəqiq olaraq hansı küçəsində Təqsirləndirilən şəxs saxladıqlarını bildirmişdir. Ancaq hal-hazırda küçənin adını tam olaraq xatırlamır. Səhv etmirsə onlar Təqsirləndirilən şəxs saxlayan gün Sabunçu RPİ-nin 14-cü PŞ-dən başqa digər bölmənin polis əməkdaşları həmin ərazidə əməliyyat tədbirləri görməmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış Sabunçu RPİ-nin 14-cü PŞ-də keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın hansı səbəbdən onun saxlanıldığı ərazidə keçirilmədiyini tam olaraq xatırlamır. Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında və ya sadəcə olaraq yolda hərəkət edən zaman özünü şübhəli apardığına görə saxlayıb-saxlamadıqlarını tam olaraq xatırlamır. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman şəxs ərazidə tək olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış bölmədə keçirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən saxlanılan zaman əlində olan sellofan paketin içərisində narkotik vasitə olduğunu səmimi etiraf etmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı evdə olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş qanunla qadağan olunan maddələr videoçəkiliş zamanı öz əksini tapmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X1 ifadəsindən görünür ki, hadisə günü axşam saatlarında o, yatmışdır. Oyananda bir neçə nəfərin evə daxil olduqlarını və həyat yoldaşı ilə söhbət etdiklərini görmüşdür. Həmin şəxslərdən biri evin həyətində gəzmişdir. O, ilkin olaraq bu şəxslərin Bəxtiyarın dostları olduğunu düşünmüşdür. Şəxslərdən biri ona yaxınlaşaraq, oğlunun üzərindən narkotik vasitə aşkar olunduğunu bildirmiş və oğlunu azad etmək üçün onlardan 20.000 manat məbləğində pul tələb etmişdir. O, hazırda üzərlərində həmin məbləğdə pulun olmadığını demişdir. Bundan sonra həmin şəxs rəhbərliyə zəng edərək “rəis, onlarda pul yoxdur” ifadəsini işlətmiş və evdən çıxıb getmişdir. Şahid X3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, evdə hər hansı narkotik vasitə görməmişdir. Polis əməkdaşları evdə hər hansı axtarış aparmamışlar. Polis əməkdaşları evə daxil olan zaman Bəxtiyar evdə olmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, hadisə günü Bəxtiyar evə çörək aldıqdan sonra kafeyə gedəcəyini ona bildirmişdir. Lakin Bəxtiyarın kafeyə getməsindən xeyli vaxt keçməsinə baxmayaraq, o, geri qayıtmamışdır. Təxminən saat 22:45 radələrində üç nəfər şəxsin Bəxtiyarla birlikdə evə daxil olduqlarını görmüşdür. Əvvəlcə həmin şəxslərin Bəxtiyarın dostları olduğu düşünmüş, lakin üz-üzə gəldikdə onların tamamilə başqa şəxslər olduğunu görmüşdür. Həmin şəxslərdən biri evin həyətində gəzmiş, digərləri isə Bəxtiyarla birlikdə evə daxil olmuşdular. Onlardan biri yaxınlaşaraq onun Bəxtiyarın anası olub-olmamasını soruşmuşdur. O, Bəxtiyarın anası olduğunu bildirdikdə, şəxs oğlunun üzərindən 5 kiloqram narkotik vasitə aşkar olunduğunu demişdir. Lakin həmin şəxslər nə özlərini təqdim etmiş, nə də vəsiqələrini göstərmişdilər. Daha sonra polislər onlara bir qədər evin kənarında gözləmələrini tapşırmışdılar. Şəxslərdən biri rəhbərliyə zəng edərək “rəis, onlarda pul yoxdur” ifadəsini işlətmişdir. Onlar Bəxtiyarı azad etmək müqabilində 20.000 manat məbləğində pul tələb etmişlər. Şahid X4 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, evdən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Evə daxil olan şəxslər ona oğlunun üzərindən narkotik vasitə aşkarlandığı barədə yalan danışmışlar. Evə daxil olan şəxlsərin polis əməkdaşları olduqları barədə məlumatı olmamışdır. Məhkəmə şahidlər X3 və X2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materiallarına uyğun olmayan, digər sübutlarla təsdiqlənməyən, yaxın qohumlarını müdafiə etmək məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirərək onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrini mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan 22 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı sonuncudan içərisində iki ədəd şəffaf sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1020,0 qram və 1040,0 qram, ümumi çəkisi 2060,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana olan “Blue Jeans” markalanma nişanı olan rəngli sellofan bağlama, “İphone 8 Plus” markalı və “Samsung Galaxy A24” markalı mobil telefonlar, o cümlədən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, eyni zamanda şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə “DVD” disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 24-26). Məhkəmə-bioloji ekspertizasının 22 dekabr 2024-cü tarixli, 7/2036 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş 1 ədəd rəngli sellofan bağlamada olan iki ədəd şəffaf sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1020,0 qram və 1040,0 qram, ümumi çəkisi 2060,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin qalıqları (izləri) yoxdur və ona görə müqayisəli tədqiqat aparılmadı (marixuananın təmiz çəkisi 2060,0 qramdır, tədqiqata sərf edildi 0,1 qram (hər obyektdən 0,05 qram), qalıq - 2059,9 qramdır, cild 1, iş vərəqi 33-34). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 538 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə etmə halı olub. Lakin Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 206-207). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntü faylının saxlanıldığı 1 ədəd “DVD” diskə baxış aparılarkən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs içərisində iki ədəd şəffaf sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1.020,0 qram və 1.040,0 qram, ümumi çəkisi 2.060,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana olan “Blue Jeans” markalanma nişanı olan rəngli sellofan bağlamanın və 1 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi faktı bir daha öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 123-129). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" mobil operatoruna aid ***-***-**-** mobil telefon nömrəsinə məxsus texniki məlumatların qeyd edildiyi "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, AZF/LGL-1525/25 nömrəli məktubla daxil olmuş 1 ədəd “CD” diskə “HP” markalı kompüterdən istifadə etməklə aparılmış baxış zamanı müəyyən edilmişdir ki, “CD” diskdə texniki məlumatlar 3 ədəd faylda yerləşdirilmişdir. Fayllarda müştəri zənglərinin detallaşması, zənglərin məxsusluq tarixçəsi və abunəçinin əhatə dairəsi qeyd edilmişdir. Texniki məlumtlar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" mobil operatoruna aid ***-***-**-** mobil telefon nömrəsinin 21.12. 2024-cü il tarixdə saat 21:00-dan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində müxtəlif küçələrdə olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 156-158). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə məxsus texniki məlumatların qeyd edildiyi "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, BKC/LGL-3315/25 nömrəli məktubla daxil olmuş 1 ədəd “CD” diskə “HP” markalı kompüterdən istifadə etməklə aparılmış baxış zamanı müəyyən edilmişdir ki, “CD” diskdə texniki məlumatlar 6 ədəd faylda yerləşdirilmiş,fayllarda müştəri zənglərinin detallaşması, zənglərin məxsusluq tarixçəsi və abunəçinin əhatə dairəsi qeyd edilmişdir.***-***-**-** mobil telefon nömrəsinin əhatə dairəsi xx.xx.2024-cü il tarixdən saat 08:15:05-dən xx.xx.2024-cü il tarixə saat 21:15:51 saniyəyədək olan dövrü əhatə edir. xx.xx.2024-cü il tarixə saat 21:15:51 saniyədə ***-***-**-** mobil telefon nömrəsinin əhatə dairəsi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsini göstərir. (LABS 189706/LABS1897 Mashtag ATS//Sabunchu/ (40.530xx/xx.01016) ***-***-**-** mobil telefon nömrəsinin əhatə dairəsi xx.xx.2024-cü il tarixdən saat 00:36:08-dən xx.xx.2024-cü il tarixə saat 02:06:40 saniyəyədək olan dövrü əhatə edir. xx.xx.2024-cü il tarixə saat 23:39:06 saniyədə ***-***-**-** mobil telefon nömrəsinin əhatə dairəsi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsini göstərir. (LABS 189706/LABS1897 Mashtag ATS//Sabunchu/ (40.530xx/xx.01016) (cild 1, iş vərəqi 176-178). Cinayət işinin materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş iki ədəd şəffaf sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1.020,0 qram və 1.040,0 qram, ümumi çəkisi 2.060,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin gedişatını əks etdirən videogörüntü olan 01 ədəd “DVD” disk, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə məxsus texniki məlumatların qeyd edildiyi 1 ədəd “CD” disk və "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə məxsus texniki məlumatların qeyd edildiyi 1 ədəd “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.059,9 qram marixuana və 1 ədəd elektron tərəzi saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanıldığı kameraya təhvil verilmiş, disklər isə cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 220-238). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə və Əfv sərəncamından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 7875 saylı Əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 9 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddətin başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 86-87 və 220-238). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 15). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 dekabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 79-84). Cinayət işinin materiallarında olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Mehdi Həmzəliyev adlı 1 azyaşlı uşağı vardır (cild 2). Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “İranlı” kimi tanıdığı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlama, daşınması və gələcəkdə satışının həyata keçirilməsi barədə razılığa gəlib, həmin şəxsin göndərdiyi və “İnstagram” ani mesajlaşma tətbiqi vasitəsilə bildirdiyi istintaqa məlum olmayan ünvandan ümumi təmiz çəkisi 2060,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımışdır. İbtidai istintaq zamanı İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxsin anket məlumatları əldə edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib, üzərində saxlayaraq daşımışdır. Buna baxmayaraq istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yanaşı, əsassız olaraq həm də Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı isə ittiham tərəfi məhkəməyə Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən sonuncunun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa bir dənə də olsun belə, sübut təqdim edə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “İranlı” kimi tanıdığı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsini təsdiq edən sübut əldə edilməməsi ilə yanaşı, ittihamda həmin əlbirliyin nədən ibarət olması belə öz əksini tapmamışdır. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlaması təsdiq olunsa da, bu cinayət əməlini şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “İranlı” kimi tanıdığı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törətməsi sübuta yetmədi. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1020,0 qram və 1040,0 qram, ümumi çəkisi 2060,0 qram narkotik vasitə-qurudulmuş marixuananı satmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi sübuta yetmədi. Ona görə də, Azərbaycan Respublikasının 234.4.1-ci maddəsi ilə tövsif edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd şəffaf sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1020,0 qram və 1040,0 qram, ümumi çəkisi 2060,0 qram narkotik vasitə-qurudulmuş marixuananı satmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “İranlı” kimi tanıdığı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi bəndi onun ittihamından çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 67.1 və 66.4-cü maddələrinə əsasən hazırkı hökmlə təyin edilən cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 7 (yeddi) ay 6 (altı) gün hissəsi qismən birləşdirilməklə və əlavə cəza əsas cəzaya birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 6 (altı) gün müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.6cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş 2 ədəd şəffaf sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 2.059,9 qram hissəsi və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -1 ədəd “İphone 8 plus” və 1 ədəd “Samsung Galaxy A24” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalı; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin gedişatını əks etdirən videogörüntü olan 1 ədəd “DVD” disk, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə məxsus texniki məlumatların qeyd edildiyi 1 ədəd “CD” disk və "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə məxsus texniki məlumatların qeyd edildiyi 1 ədəd “CD” disk isə cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 66.4-cü maddələrinə əsasən hazırkı hökmlə təyin edilən cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 7 (yeddi) ay 6 (altı) gün hissəsi qismən birləşdirilməklə və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 6 (altı) gün müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini nəzərdə tutan Azərbaycan Respublikasının 234.4.1-ci maddəsi Təqsirləndirilən şəxs ittihamından çıxarılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş 2 ədəd şəffaf sellofan bağlamada narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 2.059,9 qram hissəsi və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd “İphone 8 plus” və 1 ədəd “Samsung Galaxy A24” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin gedişatını əks etdirən videogörüntü olan 1 ədəd “DVD” disk, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə məxsus texniki məlumatların qeyd edildiyi 1 ədəd “CD” disk və "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə məxsus texniki məlumatların qeyd edildiyi 1 ədəd “CD” disk isə cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı hökm gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar