Məhkəmə qərarları › İş №1(101)-1216/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1216/2021

24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1216/2021 24.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X11 oəlunun, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası 5 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.05.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19.07.2012-ci il tarixli qərarı ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 il 6 ay müddətinə endirilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14.11.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 03 il 6 ay müddətə azadlıqdan məhum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkməsinin 07.09.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 8 ay 7 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 13 fevral 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 8,406 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, üç ədəd bükümdə ümumi təmiz çəkisi 0,556 qram olan yaşımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, üzərində “M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, hər birində təsiredici maddəsinin miqdarı 0,04 qram olan cəmi 4 (dörd) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən sintetik narkotik vasitə olan metadon preparatını və iki ədəd bükümdə ümumi təmiz çəkisi 1,788 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib qırmızı rəngli dəmir qabın içərisinə yerləşdirməklə üzərində saxlamaqla daşımış, 18 fevral 2021-ci il tarixdə, saat 12:40 dəqiqədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 15 ünvanın qarşısında saxlanılaraq 29-cu PŞ-nin inzibati binasına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən qırmızı rəngli dəmir qabın içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 8,406 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,556 qram olan yaşımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, üzərində “M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, zavod üsulu ilə hazırlanmış, hər birində təsiredici maddəsinin miqdarı 0,04 qram olan cəmi 4 (dörd) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən sintetik narkotik vasitə olan metadon preparatı və iki ədəd bükümdə ümumi təmiz çəkisi 1,788 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin bədənində ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə etmişdir. 18 fevral 2021-ci il tarixdə səhər tezdən mağazaya getmiş və mağazaya girərkən arxasınca dörd nəfər əvvəllər tanımadığı şəxslərin gəldiyini görmüşdür. Ona demişlər ki, onlarla birlikdə Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə getməlidir, Rasim müəllim onu gözləyir. O, həmin şəxslərlə razılaşmış, öz idarə etdiyi avtomaşına əyləşmək istədikdə, həmin şəxslər onların idarə etdiyi avtomaşınla gedəcəyini demişlər və bu səbəbdən o, həmin şəxslərin idarə etdiyi avtomaşına əyləşmişdir. Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsində Rasim müəllimin yanında olduğu zaman, Rasim müəllim ona barəsində şikayət olunduğunu demiş və ondan evində narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda, o, evində narkotik vasitənin olmadığını bildirmişdir. Yasamaı rayon polis idarəsinin 29-cu polis şöbəsinin rəisi Rasim müəllim ona demişdir ki, evində axtarış olacaq, əgər narkotik vasitə aşkarlanmasa 48 saat şöbədə saxlanıldıqdan sonra azad olunacaqdır. Bundan sonra 5 nəfər polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə getmişlər. Qapını oğlu açmış və video görüntülü çəkiliş ilə evə daxil olmuşlar. Polis əməkdaşları evdə otaqlarda axtarış aparmağa başlamışlar. Evdə axtarış etdikdəns sonra, evin arxa tərəfindəki bağ sahəsinin ona məxsus olub-olmamasını soruşmuşlar və o, həmin bağ sahəsinin ona məxsus olduğunu bildirmişdir. O, oğluna bağın açarını gətirməsini dedikdə, bir nəfər polis işçisinin qapını sındıraraq bağa daxil olduğunu görmüşdür. Bir nəfər polis əməkdaşı bağda giriş qapısından bir qədər aralıda qoyulan qabın içərisinə əl ataraq, burdadı-burdadı demiş və həmin qabın içərisindən narkotik vasitə və tərəzi çıxartmışdır. Lakin həmin narkotik vasitə və tərəzi ona məxsus deyildir. Ona məxsus bağda qapının yuxarı hissəsində müşahidə kamerası olmuşdur, polis əməkdaşları həmin kameranı və yaddaş qurğusunu da qopararaq özləri ilə aparmışlar. Sonra Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə gəldikdə, Rasim müəllim ondan bu məsələnin nə olduğunu soruşmuş, o, Rasim müəllimə bağda aşkar edilmiş narkotik vasitə və tərəzinin ona məxsus olmadığını, orada narkotik vasitə və tərəzi olmasından ümumiyyətlə xəbəri olmadığını demişdir. Rasim müəllim ona demişdir ki, sənədlərə imza et, bütün bunları öz üzərinə götür, o, isə cavabında olmayana görə imza edib üzərinə götürməyəcəyini demişdir. Bundan sonra, Rasim müəllim kənarda dəyanmış polis işçilərinə onun ailəsini gətirmələrini dedikdə, o, məcburiyyət qarşısında qalaraq bütün sənədlərə imza etmişdir. O, heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, ağrıları olduğu üçün narkotik vasitənin istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun həmin ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Cinayət işi üzrə ibtidai istintaqın ilkin mərhələsində Təqsirləndirilən şəxs əvvəlcə şübhəli şəxs, daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 2012-ci ildə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş və 2017-ci ildə azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra yenə də, narkotik maddələrdən istifadə etmişdir. Nartotik maddələri tanıdığı və ya tanımadığı şəxsdən alıb özü istifadə edir. Tutulmamışdan 5 gün əvvəl “Papanin” adlanan yerdən üzdən tanıdığı, adını, soyadını, yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istehlakı üçün 300 manata bir büküm narkotik vasitə olan “heroin”, iki ədəd bükümdə metamfetamin, 03 ədəd bükümdə marixuana və 04 ədəd həb formasında metadon almışdır. Həmin narkotik vasitələri üzərində gəzdirdiyi qırımızı rəngli dəmir qabın içərisində, dəmir qabı da əynində olan göy rəngli cins şalvarının sol yac cibinə qoyaraq özü istifadə etmək üçün saxlamışdır. 18 fevral 2021-ci il tarixdə saat 12:40-da yaşadığı ünvan 3 ünvanının qarşısında olarkən bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edəndən sonra onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər, o da, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişlər. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Dəvət olunmuş vəkilin, polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindin video çəkilişlə saat 13:20-də üstünə şəxsi axtarış keçirilərkən ona üzərində hər hansı qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən qırmızı rəngli dəmir qabı və arxa sol cibindən elektron tərəzini çıxararaq stolun üzərinə qoymuşdur. Dəmir qabın içərisinə qoyduğu 01 ədəd bükümdə narkotik vasitə heroini, 03 ədəd bükümdə narkotik vasitə marixuananı, 02 ədəd bükümdə psixotrop maddə metamfetamini və 04 ədəd həb formasında narkotik vasitə olan metadonu təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitələri və psixoptrop maddəni “Papanin” adlanan yerdə üzdən tanıdığı şəxsdən 300 manata öz istehlakı üçün aldığını bildirmişdir. Aşkar edilən narkotik vasitələr və psixotrop maddə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, o, vəkilin və polis əməkdaşlarının iştirakları ilə tərtib edilmiş protokolu və zərfi imzalamışdır. Törətdiyi əməldən peşman olmuşdur. O, əldə etdiyi narkotik vasitələrdən özü istifadə etmək üçün almış, heç kəsə narkotik vasitə satmamış və hədiyyə verməmişdir. O, üzərindən aşkar edilmiş elektron tərəzini öz istehlakı üçün aldığı narkotik vasitələri və psixotrop maddəni ölçmək məqsədi ilə, həmçinin özü istifadə edərkən dəqiq qramlara ayırmaq üçün istifadə etmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilərkən və ya Polis şöbəsində polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 fevral 2021-ci il tarixdə xidmət etdiyi şöbəyə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vastənin qanunsuz dövriyyəsində, yəni satış məqsədilə əldə edərək saxlaması və daşınmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal tərəfindən raport əsasında şöbənin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, 18 fevral 2021-ci il tarixdə polis əməkdaşları ilə birlikdə idarədən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin gün saat 12:40-da əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumatların olduğunu bildirərək ondan onlarla Yasamal RPİ-nin 29-cu PŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdir. Şöbədə video yazan texniki vasitə kimi «Samsung» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da həmin təklifi qəbul edərək özü əynindəki göy rənglı cıns şalvarının sol yan cibindən bır ədəd qırmızı rəngli dəmir qabın içərısındə 4 ədəd metadon həbləri, 4 ədəd açıq rəngli, bır ədəd qara rəngli və 1 ədəd ağ göy zolaqlı sellofon bükümlərdə narkotık vasitələrə bənzər maddələr aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı təqdim etdiyi sellofan bükümlərdə olan maddələri və 4 ədəd metadon həblərini «kakos», «şüşə», metadon və nəşə kımi tanıdığını və həmin maddələrin narkotik vasitə olmasını, həmin narkotik maddələri təxminən 5 gün bundan öncə «Papanin» adlanan ərazıdə uzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ümumilikdə 300 manat pula aldığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını, 18 fevral 2021-ci il tarixdə saat 12:40-da polis əməkdaşları tərəfindən ünvan 5 ünvanının qarşısında saxlanılmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən səxsi axtarış zamanı həmçinin elektron tərəzi aşkar edılərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmələr zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları və xüsusatları təkzib edərək üzünə qarşı yuxarıda göstərilən məzmunda olan ifadələrində göstərdiyi halları tam təsdiq etmişlər. Cinayət işinin materiallarında olan 18 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılarkən tərtib edilmiş protokoldan görünür ki, 18 fevral 2021-ci il tarixdə saat 12:40 radələrində ünvan 6 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PB-nin polis əməkdaşları tərəfindən saxlanılıb, həmin PB-nə gətirilərək üstünə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rənglı cıns şalvarının sol yan cibindən bır ədəd qırmızı rəngli dəmir qabın içərısındə 4 ədəd açıq rəngli, bır ədəd qara rəngli, 1 ədəd ağ göy zolaqlı sellofon bükümlər, 4 ədəd narkotık maddəyə bənzər 4 ədəd metadon həbləri aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş sellofanlar bükümlərdə olan maddələr «kakos», «şüşə» kimi, 4 ədəd metadon həblərinin nəşə kımi tanıdığı narkotik maddələr olduğunu, bu narkotik maddələri təxminən 5 gün bundan öncə «Papanin" adlanan ərazıdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ümumilikdə 300 manat pula aldığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını, 18 fevral 2021-ci il tarixdə saat 12:40-da polis əməkdaşları tərəfindən ünvan 5 ünvanının qarşısında saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən təqdim etdiyi narkotik vasitəyə bənzər qeyd olunan vasitələr 6 ədəd sellofan bükümlər qablaşdıraraq Azərbaycan Respublikası DİNnin “zərflər üçün”169 saylı möhrü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilən səxsi axtarış zamanı həmçinin elektron tərəzi aşkar edilərək götürülmüş və bu barədə polis əməkdaşları, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakları ilə təhqiqatçı Tural Abdullayev tərəfindən müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən texniki vasitə kimi «Samsung» markalı mobil telefonun video kamerasından istifadə edilərək aparılmış videoçəkiliş elektron maqnit məlumat daşıyıcısı olan 1 ədəd “CD” markalı diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı 18 fevral 2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılarkən «Samsung» markalı mobil telefon vasitəsi ilə qeydə alınmış və 01 ədəd “CD” markalı diskə köçürülmüş videogörüntüyə müstəntiq tərəfindən 01.03.2021-ci il tarixli protokol əsasında baxış keçirilib izlənərkən müəyyən olunmuşdur ki, həmin 01 ədəd CD markalı diskdə Təqsirləndirilən şəxs üstunə sonuncunun hüquqlarını müdafiə edən vəkil X4, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, əməliyyat müvəkklili polis leytenantı Şahid2 və əməliyyat müvəkkili polis leytenantı X5 iştirakları ilə şəxsi axtarış və götürmə aparılarkən mobil telefon vasitəsi ilə qeydə alınmış videogörüntülər vardır. CD-R markalı diskinin yaddaşına videogörüntülər 01 ədəd faylda yerləşdirilmişdir. Həmin faylda yerləşdirilmiş 10 dəqiqə 28 saniyə müddəti ərzində qeydə alınmış video görüntü izlənilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları təhqiqatçı Tural Abdullayev tərəfindən izah olunmaqla ona üstündə olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunması təklif edilir və bundan sonra Təqsirləndirilən şəxs özü əynindəki göy rənglı cıns şalvarının sol yan cibindən bır ədəd qırmızı rəngli dəmir qabı çıxararaq masanın üzərinə qoyur, həmin qabın içərisində 4 ədəd açıq rəngli, bır ədəd qara rəngli, 1 ədəd ağ göy zolaqlı sellofon bükümləri, 4 ədəd narkotık maddəyə bənzər 4 ədəd metadon həbləri aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş sellofan bükümlərdə olan maddələr «kakos», «şüşə», 4 ədəd metadon həblərini nəşə kımi tanıdığı narkotik maddələr olduğunu, bu narkotik maddələri təxminən 5 gün bundan öncə «Papanin» adlanan ərazıdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ümumilikdə 300 manat pula aldığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını, 18 fevral 2021-ci il tarixdə saat 12:40-da polis əməkdaşları tərəfindən ünvan 5 ünvanının qarşısında saxlanıldığını bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən təqdim etdiyi narkotik vasitəyə bənzər qeyd olunan vasitələr 6 ədəd sellofan bükümlər qablaşdıraraq zərfə qoyularaq qablaşrırılaraq möhürlənərək götürülməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilən səxsi axtarış zamanı həmçinin elektron tərəzi aşkar edilərək götürülməsi müşahidə olunur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 7/203-6/736 nömrəli 19.02.2021-ci il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd qırmızı rəngli dəmir qabın içərisində1(bir) ədəd bükümdə təmiz çəkisi 8,406 qram qəhvəyi rəngli maddə kütləsi narkotik vasitə-heroin, iki ədəd bükümdə ümumi çəkisi 1,788 qram ağ rəngli kristalşəkilli maddə maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 1(bir) ədəd yarı yanmış vəziyyətdə düzəldilmiş papirosda və 1 ədəd qara rəngli sellofan kəsiyi bükümündə ümumi çəkisi ümumi çəkisi 0,556 qram olan yaşılımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik kütlə mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd üzərində M40 yazılan konvalyut kəsiyində 4 ədəd dairəvi formalı, qəhvəyi rəngli həb sintetik narkotik vasitəmetadondur. 4 ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,16 qram təşkil edir. (1 ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qram olmaqla). Ekspertiza tədqiqatına həmin marixuanadan cəmi 0,06 qram hissələri sərf edilmiş, qalıq 0,496 qram, həmin heroindən 0,05 qram hissəsi sərf edilmiş, qalıq 8,356 qram, həmin metamfetaminin 0,06 qram hissələri sərf edilmiş, qalıq 1,728 qram və həmin metodon M40 həblərindən 1 ədədi sərf edilmiş, 3 ədəd metadon M40 həbləri aşkar olunduqları 1 ədəd ürək formalı qırmızı rəngli dəmir qaba yerləşdirilərək zərfə qoyularaq möhürlənib qaytarılmışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 1430 saylı 08.05.2021-ci il tarixli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 16.03.2021-ci il tarixli 564 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda emolsional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında məhrum etsin. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs emolsional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olmaması, onları polis əməkdaşlarının ona təqdim etməsi, psixoloji təzyiq altında sənədlərə imza etməsi barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılarkən tərtib edilmiş protokolda göstərilənlərlə, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizanın rəyləri, maddi sübutlar və özünün ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrində göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli Qərarında göstərilən tövsiyyələri də nəzərə almışdır. Adı şəkilən Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əldə etmiş olduğu maddələrin həm narkotik vasitə heroindən, marixuanadan, metadondan, həm psixotrop maddə metamfetamindən ibarət olması, heroinin çəkisinin külli miqdarda olması, marixuana və metamfetaminin ayrı-ayrı bükümlərdə olması, üzərindən narkotik və psixotrop maddələrin çəkilməsi üçün tərəzinin aşkar olunması məhz onun tərəfindən qeyd olunan maddələri satış məqsədi ilə əldə edilməsini, saxlanmasını və daşınmasını təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinə əlavə edilmiş hökm, qərar və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.05.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzaçəkmə müddətinin əvvəli 13.10.2011-ci il tarixdən hesablanmaqla 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19.07.2012-ci il tarixli qərarı ilə ona təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 il 6 ay müddətinə endirilmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14.11.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında 03 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkməsinin 07.09.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 8 ay 7 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və cəzasını tam çəkdiyindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2., 18.2.2-ci maddələrinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 83.3., 83.3.4-cü maddələrinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, “Nəzərə almaq lazımdır ki, keçmiş cinayət qanunvericiliyi fərqli olaraq yeni cinayət qanunvericiliyində (CM-nin 83-cü maddəsi) “məhkumluğun ödənilməsinin axımı müddətinin kəsilməsi” kimi müddəa yoxdur. Bu, o deməkdir ki, birinci cinayətə görə məhkum edilən şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmir. Yəni hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanmalıdır.”. Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı əvvəlki məhkəmə qərarları ilə müəyyən olunur ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.05.2012-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 19.07.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə, yəni ağır cinayətin törədilməsinə görə cəzaçəkmə müddətinin əvvəli 13.10.2011-ci il tarixdən hesablanmaqla, 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi müddət ərzində yenidən cinayət törətdiyindən ona Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14.11.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında 03 il 6 ay müddətə azadlıqdan məhum etmə cəzası təyin edilmişdir. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ağır cinayətin törədilməsinə görə təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 2017-ci ilin aprel ayında başa çatmışdır. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini 13 fevral 2021-ci il tarixdə, yəni ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs olaraq, cəzasını çəkib qurtardığı gündən altı il keçməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən cinayətin təhlükəli residivini yaratmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin ona cəza təyin edilməsi zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.02.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 18.02.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cinayətin təhlükəli residivini yaratdığından Azərbaycan Respublikası CPM-nin 56.1.3-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan 1 ədəd ürək formalı qırmızı rəngli dəmir qab, ekspertiza tədqiqatından qalıq qalmış 0,496 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 8,356 qram çəkidə narkotik vasitə heroin, 1,728 qram çəkidə psixotrop maddə metamfetamin, 3 ədəd sintetik narkotik vasitə metadon M40 həbləri və bir ədəd elektron tərəzi məhv edilməlidir. Digər maddi sübutlar olan 03 ədəd disk cinayət işinin materillarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 88 manat 70 qəpik (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan 1 ədəd ürək formalı qırmızı rəngli dəmir qab, ekspertiza tədqiqatından qalıq qalmış 0,496 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 8,356 qram çəkidə narkotik vasitə heroin, 1,728 qram çəkidə psixotrop maddə metamfetamin, 3 ədəd sintetik narkotik vasitə metadon M40 həbləri və bir ədəd elektron tərəzi məhv edilsin. Digər maddi sübutlar olan 03 ədəd disk cinayət işinin materillarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 88 manat 70 qəpik (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar