Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1216/2022 23.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X10, X5 və Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhər «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsi, ev 23-də, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 1125,458 qram (1 kq 125.458 qr) təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində və yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsi ev 23 №-li evində saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 02 fevral 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsi 23 saylı evin yaxınlığında keçirmiş olduqları əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin bölməinin əməkdaşları tərəfindən saxlanılaraq 31-ci Polis Bölməsinin inzibati binasına gətirilərək, üzərinə keçirilən baxış zamanı, əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkisi 6,061 qram, 5,104 qram, 4,721 qram, 4,172 qram, 5,400 qram olmaqla ümumilikdə 5 ədəd bükümdə təmiz çəkisi 25,458 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən heroin aşkar edilib götürülmüş və həmin gün əməliyyat-axtarış tədbirinin davamı olaraq saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsi 23 saylı fərdi yaşayış evinin zirzəmisində olan karton qutularının içərisindən bir ədəd polietilən torbada təmiz çəkisi 1100 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə üzərindən aşkar olunmuş heroinlərlə eynilik təşkil edən heroin, bir ədəd polietilən torbada arxasında “500 g x 0,1 g” yazısı olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 02 fevral 2022-ci il tarixdə səhər saat təxminən 09-09:30 radələrində masada yemək yeyən zaman mülki geyimdə olan 6-7 nəfər içəri daxil olmuşlar. Həmin vaxt ailəsi uşaqları yataqdan qalxmamışlar. Həmin şəxslər qolunu buraraq, “Səndən şikayət var, xəstəsən, iynə vurursan” demişlər. O isə cavabında “Hə, vururam” demişdir. Bundan sonra pəncərənin qabağında içərisində istifadə edilmiş boş şprislər və 01 ədəd ampula olan sellofanı da götürüb evi axtarmışlar, lakin heç nə tapmayaraq onu özləri ilə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmılar. Orada cibinə 5-6 ədəd büküm qoyaraq videoçəkiliş aparmışlar. Daha sonra ona həyətində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O isə heç nə olmadığını bildirməsinə baxmayaraq, yaşadığı evin həyətindən də təxminən 01 kiloqram narkotik vasitə çıxarmışlar. O, dəmir yığmaqla 3-5 manat pul qazanır və belə ki, ailəsini çətinliklə dolandırır. Həmin narkotik vasitələr ona məxsus deyil. Polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qaldığı üçün boynuna götürərək dedikləri sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olumuş ifadəsində göstərmişdir ki, o, istintaq zamanv ifadəsində bildirmişdir ki, xeyli müddət olar narkotik vasitə olan heroini qəbul edir. Həmin narkotik vasitəni İran vətəndaşından alır və sonuncu dəfədə ondan almışdır. Onun istifadəsində olan 050 *** ** ** nömrələri ilə əlaqə saxlamışdı. Həmin şəxsin nömrəsini isə hazırda xatırlamamışdır. Həmin nömrəni özünə məxsus olan «Kneksi» markalı mobil telefonlarda istifadə etmişdir. Ona narkotik vasitə lazım olan zaman o İranh əlaqə saxlamışdır. Sonra həmin narkotik vasitəni yaşadığı evə gətirmiş və zirzəmidə karton qutuda saxlamışdır. Həmin narkotikadan onun ailə üzvələrinin hər hansı birinin xəbəri olmamışdır. Həmin narkotik vasitəni özünün istifadə üçün almış və bəzi hallarda o narkotik vasitə ilə əlaqədar olaraq müraciət edən şəxslərə həmin narkotik vasitələrini satmışdır. Ona müraciət edən şəxslər onun mobil nömrəsinə zəng etmiş və bundan sonra o onlarla görüşmüş narkotik vasitəni onlara vermiş və pulunu almışdır. 02 fevral 2022-ci il tarixdə təxminən saat l1:00-də yaşadığı evin yaxınlığında olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, özünü şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Ona Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyini bildirilmişdir. Xidməti otaqda əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 05 (beş) ədəd gümüş rəngli bükümə bükülmüş büküm, həmin gödəkçəsinin sol yan cibindən «KENEKSİ» markalı mobil telefon, qara rəngli şalvarın sol yan cibindən 5 azn pul əskinası təqdim etmiş və gümüş rəngli bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni onlayn şəkildə iran vətəndaşından alıb, saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan əlavə çəkiliş zamanı yaşadığı ünvanda həyət yanı sahədə ona aid narkotik vasitə olan heroin olduğunu bildirmiş və onu saxlayan şəxslərlə və ona təyin edilmiş vəkil ilə birlikdə ünvana gedərək içəri daxil olmuş və içəri daxil olduqdan sonra həyət yanı sahədən girişdən sağ hissədə olan evin zirzəmisinə daxil olmuş və orda karton qutuların arasında olan tərəzi və narkotik vasitəsni təqdim etmiş və aşkar olunmuş bükümdəki narkotik vasitə heroin onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Həmin narkotik vasitələr, maddələr və elektron tərəzi onun gözü qarşısında qablaşdırılmış, möhürlənmiş və tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfimdən imzalanmışdır. Etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş və ona hər hansı bir təziq və təsir olmamışdır. Həmin hallar vidomüşahidə vasitəsi ilə qeydə alınmış və həmçinin polislər həmin qeyd edilən hərəkətləri edən zaman onun müdafiəçisini dəvət etməklə ona təqdim etmişlər və onun üzərində olan heroini təqdim etməsi, ondan əvvəl və sonra baş verən bütün hallar videomüşahidə vasitəsi ilə qeydə alınmış və həmin görüntüdə olan şəxs özü olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, polis leytenantıdır. 02 fevral 2022-ci ildə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat müvəkkili Şahid1, kiçik inspektor Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar 02 fevral 2022-ci il tarixdə saat l1:00-da Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bayramov küçəsinə, yəni, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına gələrək əməliyyat mövqeyi tutub qeyd edilən ünvanı müşahidəyə götürmüşlər. Həmin gün təxminən saat 11 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs Bayramov küçəsi, ev 23 ünvanın yaxınlığında görüşlər. Bundan sonra ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib onun həqiqətən də Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onu Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, gödəkçəsinin cibindən 05 ədəd büküm çıxarıb həmin bükümün içərisindəki kütlələrin heroin olduğunu və onu İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahədə narkotik vasitə heroin olduğunu bildirmişdir. Ona görə evində axtarış aparılmasına etirazı olmadığını və evində olan narkotik vasitələri özü təqdim edəcəyini bildirərək ərizə yazmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına gəlmişlər və həyətyanı sahəyə daxil olduqda evin divarına bitişik və aşağı hissəsində zirzəmi olaraq istifadə olunan tikilidə karton kağızların olduğu yeri Təqsirləndirilən şəxs göstərib kağız kardonların altında narkotik vasitə olmasını bildirmişdir. Kardonların altına baxan zaman oradan 01 ədəd bağlama aşkar olunmuş və həmin bağlamaya baxış keçirən zaman içərisində olan kütlənin heroin olduğunu bildirmişdir. Bundan başqa həmin yerdən bir ədəd polietilən torbada bir ədəd elektron tərəzi aşkar olunmuş, aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 12 ildir evlidir, birgə nikahdan 6, 7 və 11 yaşlı 3 uşaqları var. Ailə qurandan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir. Hadisə günü təxminən 10 nəfərə yaxın polis əməkdaşları səhər saat 09 radələrində Etibar yemək yediyi zaman evi basmışlar. Həmin vaxt evdə anası X4 da olmuşdur. Polislər Təqsirləndirilən şəxs stuldan yerə yıxaraq sürüyüb otağa salmışlar, onları isə başqa otağa salmışlar. Polis əməkdaşlarının evdən narkotik vasitə tapdıqlarını görməmişdir. Onların Evlərində hamam yoxdur, uşaqları çimizdirmək üçün odun yandırır, əri tutulandan övladlarını evdə tək qoyaraq işləmək məcburiyyətində qalmışdır. Polislər Etibara hədə-qorxu gələrək ona məxsus olmayan narkotik vasitəni boynuna götürmədiyi halda onu da əlbir kimi tutacaqlarını və 3 uşağı yetim qalacağını bildirmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, qızı İlahə Etibarla uzun müddətdir ki, evlidir, birgə nikahdan 3 uşaqları var. Etibarın narkoman olduğunu bilməmiş, belə ki, narkotik vasitədən onun yanında istifadə etməmişdir. Qızı Etibarın narkotik vasitə istifadəçisi olmasıilə bağlı ona deməmişdir. Qızı İlahəgillə evləri yaxındır deyə hər səhər qızına baş çəkir, belə ki, qızıgil aşağıda, onlar isə yuxarıda olur, o yoldaşı, oğlu gəlini və nəvələri ilə birgə yaşayır. Məlum hadisə baş verən gün səhər saat təxminən 11-ə işləmiş qızıgilə gəlmiş, həmin vaxt evi 10 nəfər qara geyimli şəxslər basmışdır. Polis əməkdaşları Etibarı süfrə başında yemək yeyərkən əlini buraraq təpikləyə-təpikləyə yerə yıxmışlar, daha sonra evdən çıxarmılar və maşına basıb aparmışlar. Səbəbini soruşduqda gələn şəxslərdən biri ona bildirmişdir ki, Etibar camaatı ağ ölümlə zəhərləyir, elə eləməsin, onu basar Etibarın yanına. Təqsirləndirilən şəxs ağ ölümlə məşğul olduğunu deyən şəxs ağbəniz, kök, balacaboy oğlan olmuş. Onun kürəkəninə şər atırlar, Etibar özü xəstədir, sellofan, kardon yığmaqla birtəhər ailəsini dolandırır. Qızıgil pis gündə yaşayır, əgər o, narkotik vasitələrin satışı ilə məşğul olsaydı, özünə bir şərait qurardı. Etibar Qarabağ əlilidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin qeydə alındığı CD disk sübut hesab olunmuş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 03 fevral 2022-ci il tarixli 6/675 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı və imzalar olan 2 ədəd paketdəki, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,061 qr., 5,104 qr., 4,721 qr., 4,172 qr., 5,400 qr, ümumi təmiz çəkisi 25,458 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bağlamada təmiz çəkisi 1100 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 №-li zərfdəki bir ədəd elektron tərəzidə narkotik vasitə heroinə məxsus izlər vardır.İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Bir ədəd arxasında “500 g x 0,1 g” yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5 (beş) ədəd bükümdə və 1 (bir) heroinin ümumi təmiz çəkisi 1125,458 qram (1 kq 125,458 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkibində və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vəsitələrin”in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 25,458 qram və təmiz çəkisi 1100 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər, bir ədəd arxasında '‘500 g x 0,1 g” yazısı olan qara rəngli elektron tərəzi maddi sübut hesab olunmuş və tədqiqatdan sonra qalıq 25,258 qram heroin, tədqiqatdan sonra qalıq qalmış 1099,8 qram heroin Suraxanı rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 05 may 2022-ci il tarixli 2257 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Norkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Kompleks ambulator psixiatrik məhkəmə psixoloji ekspertizanın 02 aprel 2022-ci il tarixli 789 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs ittiham elan olunan dövr ərzində cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl xroiniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xətəlik müəyyən edilməyib, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1, 21.3 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsilə bağlı məhkəmə belə qənaətə gəlir ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək həyətyani sahəsindən aşkar olunmuş narkotik vasitənin ona aid olmaması, ifadələrinə psixi təzyiq altında imza etməsi, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmaması barədə ifadə verərkən yalnız məsuliyyətini yüngüləşdirmək məqsədi güdmüşdür. Məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır və inandırıcı hesa etmir. Eləcə də məhkəmə iş üzrə əlavə şahid qismində dindirilmiş X8 və X2 ifadələri ilə bağlı məhkəmə hesab edir ki, onlar Təqsirləndirilən şəxs evindən və ya üzərindən hər hansı bir narkotik vasitə olmadığını bildirməkdə yalnız Etibar Əhədovun məsuliyyətini yüngülləşdirilməsi məqsədini güdmüşlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi, şahidlərin ifadələri, şəxsi axtarış və diskə baxış protokolları, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, ibtidai istntaq zamanı vermiş olduğu etirafedici ifadələri, habelə digər toplanmış istintaq materialları ilə tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsüf edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş mateiallarından görünür ki, Əhmədov X7 Rayon Məhkəməsinin 16 fevral 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına, məhkum olunmuşdur, 05 aprel 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış və məhkumluğu ödənilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən o, məhkumluğu olmayan şəxs hesab olunur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən himayəsində üç azyaşlı övladının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmıdır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı 02 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar; - Bakı şəhər Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 25,258 qram heroin, tədqiqatdan sonra qalıq 1099,8 qram heroin və bir ədəd arxasında “500 g x 0,1 g” yazısı olan qara rəngli elektron tərəzi məhv edilməlidir. -Bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhər «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar; - Bakı şəhər Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 25,258 qram heroin, tədqiqatdan sonra qalıq 1099,8 qram heroin və bir ədəd arxasında “500 g x 0,1 g” yazısı olan qara rəngli elektron tərəzi məhv edilsin. -Bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1216/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1216/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver