Məhkəmə qərarları › İş №1(101)-1216/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1216/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1216/2023 24.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X8 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Binəqədi rayonu 83 saylı məktəb-liseyin direktor müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami rayonunda yerləşən 251 saylı orta məktəbə direktor təyin edilməsi barədə 2022-ci ilin oktyabr ayının əvvəllərində X3 müraciəti ilə əlaqədar sonuncuya özünün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində yüksək vəzifələrdə işləyən qohumu cinayətdən xəbərsiz Şahid4 və Şahid5 ilə yaxın əlaqələrinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda ayrı-ayrı şəxsləri müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə guya yüksək vəzifədə işləyən qohumlarına xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Mövsüm Arifzadəni aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, həmin adla 2022-ci ilin oktyabr ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən yaşadığı evin yaxınlığında cinayətdən xəbərsiz Şahid2 iştirakı ilə Mövsüm Arifzadədən 7.000 (yeddi min) manat, 2022-ci ilin oktyabr ayının əvvəllərində Elmlər Akademiyası metrosunun yaxınlığında 3.000 (üç min) manat, 2022-ci ilin oktyabr ayının əvvəllərində Mərkəzi Hərbi Hospitalın yaxınlığında 5.000 (beş min) manat olmaqla ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini Mövsüm Arifzadədən alıb şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Mövsüm Arifzadəni vahid niyyətlə təhrik etmiş, sonuncu aldadılmasını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Mərdəkan qəsəbəsində yerləşən uşaq bağçasının müdiri vəzifəsində işləmiş X1 yenidən həmin bağçaya işə bərpa olunması üçün sonuncunun qohumu Zərərçəkmiş şəxs2 X5 müraciəti ilə əlaqədar 2022-ci ilin oktyabr ayının ortalarında sonuncuya yenidən özünün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində yüksək vəzifələrdə işləyən qohumu cinayətdən xəbərsiz Şahid4 və Şahid5 ilə yaxın əlaqələrinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda ayrıayrı şəxsləri müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə guya yüksək vəzifədə işləyən qohumlarına xidməti vəzifəsinin icrası ilə əlaqədar Gülxar Məmmədovanın xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Mövsüm Arifzadəni aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, X10 Əliyevadan hissə-hissə olmaqla, ayrı-ayrı vaxtlarda aldığı 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini onun "xxxx" ASC-nin, **********842372 nömrəli bank kart hesabına, yəni 17 oktyabr 2022-ci il tarixdə, ünvan 2 ünvanda yerləşən “Rahat” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə saat 14:57-də 2.000 (iki min) manat və saat 14:59-da 1.000 (bir min) manat, 19 oktyabr 2022-ci il tarixdə, ünvan 3 ünvanda yerləşən “Al” marketdə quraşdırılmış “Emanat” elektron ödəmə sistemi vasitəsilə saat 12:57-də 1.500 (bir min beş yüz) manat, 21 oktyabr 2022-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının girişində quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə saat 23:41-də 1.500 (bir min beş yüz) manat, 25 oktyabr 2022-ci il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə saat 17:30-da 2.000 (iki min) manat və saat 17:32-də 1.000 (bir min) manat olmaqla, ümumilikdə 9.000 (doqquz min) manat məbləğində köçürülən pul vəsaitini Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, sonuncu dəfə Səbail rayonu ərazisində yerləşən bankomat vasitəsilə nağdlaşdırıb həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Gülxar Məmmədovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Mövsüm Arifzadəni vahid niyyətlə təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 18 oktyabr 2019-cu il tarixdən 28 dekabr 2021-ci il tarixədək Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsində təsərrüfat qrupunun rəisi vəzifəsində, 08 iyun 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək "xxxx" MMC-də mütəxəssis vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs2, Gülxar Məmmədovanın və Zərərçəkmiş şəxs1 adları ona məlumdur. Lakin həmin şəxslərlə heç bir görüşü, tanışlığı olmamışdır. 2022-ci ilin iyun ayında "xxxx" MMC-də işlədiyi vaxt Şahid3lə tanış olmuş, həmin vaxt Zöhrabın arvadının Bakı şəhərində yerləşən orta məktəblərin birində müəllim işlədiyini və sonuncunun tam ştata keçməklə bağlı problemi olduğunu bilmiş, söhbət zamanı Zöhraba Təhsil Nazirliyində işləyən tanışları vasitəsilə ona köməklik edə biləcəyini demişdir. Zöhrab isə ona bildirmişdir ki, ehtiyac yoxdur, arvadı bu yaxınlarda imtahan verib özü tam ştata keçəcəkdir. Bu söhbətdən 2-3 ay keçdikdən sonra, 2022-ci ilin təxminən sentyabr ayında Zöhrab ona zəng edib Əfqan adında bir dostunun yaxının Təhsil Nazirliyində iş məsələsini həll etmək lazım olduğunu demiş, Zöhrabdan Əfqanın mobil nömrəsini alaraq ona zəng etmiş, söhbət zamanı sonuncu Mövsüm adlı dostunun tanışı olan və Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 83 saylı orta məktəbin direktor müavini işləyən Aybəniz adlı birini Bakı şəhəri, Xətai rayonunda yerləşən 251 saylı orta məktəbə direktor təyin etdirmək lazım olduğunu demiş, cavabında Əfqana onun Təhsil Nazirliyində işləyən Şahid4 və Şahid5 adında iki xalası oğlanlarının işlədiyini, onlar vasitəsilə bu işi 35.000 (otuz beş min) manata həll edəcəyini bildirmişdir. Bu telefon danışığından bir neçə dəqiqə sonra Əfqan yenidən ona zəng edib demişdir ki, adam 30.000 (otuz min) manata razıdır, ancaq deyir ki, 15.000 (on beş min) manatını əvvəl, yerdə qalan pulu isə iş həll olunandan sonra verəcəkdir. Həmin vaxt o, Əfqanın bu təklifi ilə razılaşmış, təxminən iki gün sonra sonuncu idarə etdiyi “Mercedes” markalı avtomobili ilə Mövsüm adlı şəxslə birlikdə Balaxanı qəsəbəsinə, yaşadığı ünvanın yaxınlığına gəlmiş, həmin vaxt onlarla iş barəsində ətraflı söhbət etmiş, Mövsümdə inam oyatmaq üçün xalası oğlu Talehin Nazirin köməkçisi işlədiyini və Təhsildə istənilən məsələni həll edə biləcəyini demiş, bir az söhbət etdikdən sonra Mövsüm Əfqanın yanında 7.000 (yeddi min) manat pulu sayıb ona vermişdir. Bir neçə gün sonra isə Hərbi Hospitalın yanında Mövsümlə təklikdə görüşüb sonuncudan 5.000 (beş min) manat pulu almışdır, ertəsi gün isə Mövsüm 3.000 (üç min) manat pulu “MilliÖn” vasitəsilə onun "xxxx" kart hesabına köçürmüşdür. O, Mövsümlə mütəmadi olaraq telefonla danışdığı vaxt sonuncu ondan tanışı X4 rayonu, Nardaran qəsəbəsində yerləşən uşaq bağçasına yenidən işə bərpa olunma məsələsini xahiş etmişdir. Həmin vaxt Mövsümdən bu işin həlli üçün 9.000 (doqquz min) manat yox, 6.000 (altı min) manat pul istəmişdir. Mövsüm bu təkliflə razılaşdıqdan sonra, sonuncu həmin 6.000 (altı min) manatı hissə-hissə olmaqla, ayrı-ayrı vaxtlarda “MilliÖn” vasitəsilə onun "xxxx" kart hesabına köçürmüşdür. O, Mövsümə hər iki məsələnin 15 noyabr 2022-ci il tarixədək həll olunacağını desə də, vədinə əməl etməmiş, aldığı ümumilikdə 21.000 (iyirmi bir min) manat pulu borclarının qaytarılmasına və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Sonrakı vaxtlarda Mövsümün telefon zənglərinə cavab verməmiş və sonuncu onun barəsində prokurorluğa şikayət etmişdir. Mövsüm Arifzadənin tanışları olan Gülxar Məmmədova və Zərərçəkmiş şəxs1 adlı qadınların Təhsil nazirliyində iş məsələlərinin həlli müqabilində Mövsümdən aldığı ümumilikdə 21.000 (iyirmi bir min) manat məbləğində pulun bir hissəsini borclarına vermiş, qalanını isə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin puldan nə Şahid3, nə Mövsüm Arifzadəyə, nə də ki, başqa birinə heç bir pul verməmişdir. Sonuncularla aralarında bununla bağlı hər hansı bir sövdələşmə, yəni pulu alıb bölüşdürmə planı olmamışdır. Mövsümün “MilliÖn” vasitəsilə ona məxsus "xxxx" bank kartına köçürdüyü pulların bir qismini Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, sonuncu dəfə isə ünvanını dəqiq xatırlamadığı Səbail rayonu ərazisində yerləşən bankomatdan çıxarıb xərcləmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Onun tərəfindən zərərçəkmiş şəxslər vurulmuş ziyan tam olaraq ödənilmişdir. Vurduğu ziyana görə dövlət büdcəsinə də ödəniş etmişdir. Ona görə də barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işi üzrə məsuliyyətdən azad edilməsini, eyni zamanda dövlət ittihamçısının onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə olan ittihamdan imtinasını təmin edilməsini, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiadan imtinasının qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. O, 1991-2003-cü illər ərzində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən 5 nömrəli və 12 nömrəli orta məktəblərdə rus dili müəllimi, 2003-2005-ci illər ərzində 10 nömrəli uşaq bağçasında direktor, 2006-cı ildən hal-hazıradək isə Bakı şəhəri, Binəqədi rayonu 83 saylı məktəb-liseydə direktor müavini vəzifəsində işləyir. O, Mövsüm Arifzadəni tanışı Şahid6 vasitəsi ilə tanımışdır. Bir neçə ildir ki, hansısa məktəblərin birinə direktor keçmək istəyi olduğundan bu barədə yaxınlarına, eləcə də Mövsümə məlumat vermiş, sonuncu 2022-ci ilin təxminən oktyabr ayının əvvəllərində ona zəng edərək Elm və Təhsil Nazirinin xalası oğlu olan və həmin Nazirlikdə işləyən Şahid4 adlı tanışının olduğunu, Talehin vasitəsilə onu Bakı şəhəri, Nizami rayonunda yerləşən 251 saylı orta məktəbə direktor təyin etdirə biləcəyini bildirmişdir. Həmin vaxt o, Mövsümün bu təklifini qəbul etmişdir. Bir neçə gün sonra Mövsüm ona yenidən zəng edib demişdir ki, işin həll olunması üçün Təhsil Nazirliyində işləyən şəxslə danışıb, həmin şəxs 35.000 (otuz beş min) manat pul istəyir. O isə ilkin olaraq 10.000 (on min) manat, iş həll olunandan sonra isə qalan pulu çatdıracağını Mövsümə bildirmişdir. Təxminən 2 gün sonra Mövsüm onun iş yerinə gəlmiş, xidməti otağında Şahid6 yanında Mövsümə 10.000 (on min) manat pul vermiş, iki gün sonra Mövsüm yenidən ona zəng edib daha 5.000 (beş min) manat pulu tez zamanda vermək lazım olduğunu demiş, ertəsi gün Mövsümlə işlədiyi məktəbin qarşısında görüşüb ona əlavə 5.000 (beş min) manat pulu təkilkdə vermişdir. Bundan sonra Mövsümlə mütəmadi olaraq telefon danışıqları, “WhatsApp” üzərindən həm səsli, həm yazılı əlaqələri olmuş, danışıqlar və yazışmalar zamanı Mövsüm ona məsələnin 20 noyabr 2022-ci il tarixədək həll olunacağını bildirmiş, lakin həmin vaxt çatanda iş həll olunmamışdır. Bu zaman o, Mövsümün onu aldatdığını hiss etmiş, sonuncudan pulları təcili geri qaytarmağı tələb etsə də, Mövsüm telefonlara cavab verməmiş və onunla danışıqdan boyun qaçırmışdır. Bundan sonra o aidiyyatı üzrə şikayət etmişdir. O cəmi 15000 (on beş min) manat pulu Mövsüm Arifzadəyə vermişdir. Təqsirləndirilən şəxs tanınmamışdır. Hazırda ona dəymiş ziyan tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. O, Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. X6 tanıyır, sonuncu ilə 2022-ci ilin mart ayında Novxanıda yaşayan, soyadını bilmədiyi Rövşən adlı qonşusunun vasitəsilə tanış olmuşdur. 2021-ci ildə Mərdəkan qəsəbəsində yerləşən uşaq bağçasından yaş həddinə görə təqaüdə çıxmış və bir illik də olsa, yenidən işə bərpa olunmaq istəyən qohumu Gülxar Məmmədovanın iş məsələsi ilə əlaqədar 2022-ci ilin oktyabr ayında tanışı Mövsümlə telefon danışığı zamanı, sonuncuya bu barədə müraciət etmiş, Mövsüm həmin vaxt ona bildirmişdir ki, Təhsil Nazirliyində işləyən Şahid4 və Təqsirləndirilən şəxs adlı tanışları var. Həmin şəxslərin vasitəsilə 9.000 (doqquz min) manata bu məsələni həll edə bilər. Bundan sonra o, qohumu Gülxarın qızı Kəmaləyə zəng etmiş, Mövsümün ona dediklərini Kəmaləyə bildirmiş, sonuncu onunla razılaşaraq ertəsi gün ətraflı söhbət etmək üçün onlara gəlmiş və nağd şəkildə ona 4.000 (dörd min) manat pul vermiş, qalan pulu isə yaxın vaxtlarda hissə-hissə verəcəyini demişdir. Səhəri gün Mövsümə zəng edib onunla “Nərimanov parkı”nda təklikdə görüşüb 4.000 (dörd min) manat pulu və Gülxarın şəxsiyyət vəsiqəsinin surətini vermiş, həmin gün axşam saatlarında yerdə qalan pulun 2.500 (iki min beş yüz) manatını “MilliÖn” aparatı vasitəsilə Mövsümün **********743457 “Leo Bank” kartına, digər 2.500 manatı isə Kəmalə özü Mövsümün kartına köçürmüşdür. Bu hadisədən təxminən 3 həftə keçməsinə baxmayaraq iş məsələsi düzəlməmiş, ona görə də məcbur olub 2022-ci ilin noyabr ayının əvvəlində 9000 manat pulu qohumu Kəmaləyə tam olaraq qaytarmışdır. Kəmalə anası Gülxarın xəbəri olmadan, sonuncuya sürpriz etmək istəyi səbəbindən Gülxarın bu işdən heç bir xəbəri olmamış və Kəmalə ilə Gülxar Mövsümü heç vaxt görməmiş, onun barəsində hər hansı məlumatları olmamışdır. Sonrakı vaxtlarda Mövsümdən pulu tələb etsə də, Mövsüm telefonlarına cavab verməyərək ondan qaçıb gizlənmiş, vədinə əməl etməmişdir. Ona görə də aidiyyatı üzrə şikayət etmişdir. Ona dəymiş 9000 manat məbləğində maddi ziyan məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunduğundan ona qarşı heç bir şikayət və tələbi yoxdur, mülki iddiasından da imtina edir. Bununla bağlı Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanıyır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. 2022-ci ilin iyun ayının əvvəllərində ailəvi dostu olan Şahid2 ilə Biləcəri qəsəbəsində yerləşən çayxanaların birində görüşüb söhbət etdiyi vaxt Əfqana tanışı Zöhrab zəng edib, Təqsirləndirilən şəxs adlı birinin Təhsil Nazirliyində yüksək vəzifədə işləyən qohumu vasitəsilə həmin Nazirlikdə istənilən məsələni həll etmək imkanı olduğunu, hətta rektor təyin etdirə biləcəyini demiş, buna görə də Əfqana sonuncunun arvadı Vüsalənin işlədiyi məktəbə Xaspoladın əli ilə tam ştata keçirmək imkanı yarandığını bildirmiş, Əfqan həmin vaxt Zöhrabın bu təklifdən imtina etmiş və arvadının özü imtahan verib tam ştata keçə biləcəyini demişdir. Bu söhbətdən təxminən 2-3 ay sonra tanışı Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 83 saylı orta məktəbin direktor müavini işləyən Zərərçəkmiş şəxs1 ona zəng edib Bakı şəhəri, Xətai rayonunda yerləşən 251 saylı orta məktəbə direktor keçmək istədiyini deyib, bu işdə ona köməklik etməsini xahiş etmişdir. O da Aybənizə dostu Əfqanın Zöhrab adlı tanışının Təhsil Nazirliyində əlaqələri olduğunu, həmin şəxslə əlaqə qurub danışdıqdan sonra xəbər edəcəyini bildirmişdir. Bundan sonra Əfqana zəng edib Aybənizin xahişini ona çatdırmış, bir neçə dəqiqə sonra Əfqan ona geri zəng edib Zöhrabın dediyi adamla, yəni Təqsirləndirilən şəxslə danışdığını və sonuncunun işin həll olunması üçün 35.000 (otuz beş min) manat pul istədiyini demişdir. Xaspoladın işin həlli üçün tələb etdiyi məbləği Aybənizə bildirdikdə, sonuncu ilkin olaraq 10.000 (on min) manat, iş həll olunandan sonra isə qalan pulu verəcəyini demişdir. Yenidən Əfqana zəng edib Aybənizin təklifini bildirdikdə Əfqan ona Xaspoladın razı olduğunu, amma ilkin olaraq 15.000 (on beş min) manat pul istədiyini demiş, tanışı Aybəniz Xaspoladın bu təklifi ilə razılaşmışdır. Təxminən iki gün sonra Aybənizin iş yerinə getmiş, Aybənizin otağında təklikdə ondan 10.000 (on min) manat pul almış, həmin gün Əfqanla birlikdə Xaspoladın Balaxanı qəsəbəsində yaşadığı evə getmiş, sonuncu ilə ilk dəfə tanış olacağına görə Xaspolada həmin vaxt 7.000 (yeddi min) manat pul vermişdir. Bundan üç gün sonra Xaspoladla yenidən təklikdə Elmlər Akademiyası metrosunun yanında görüşüb 3.000 (üç min) manat vermiş, görüş zamanı Xaspolad ona yaxın günlərdə 5.000 (beş min) manat pulu da çatdırmaq lazım olduğunu bildirmiş, Xaspoladla görüşüb ayrılandan sonra Aybənizə zəng edib 5.000 (beş min) manatı tez zamanda vermək lazım olduğunu demiş, təxminən beş gün sonra Aybənizlə təklikdə sonuncunun işlədiyi məktəbin qarşısında görüşüb 5.000 (beş min) manat pulu almış, həmin gün Xaspolada zəng edib Hərbi hospitalın qarşısında görüşərək 5.000 (beş min) manat pulu ona çatdırmışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində başqa bir tanışı Zərərçəkmiş şəxs2 ilə telefon danışığı zamanı, sonuncu ona təqaüddə olan Gülxar adında bir qohumu olduğunu və Gülxarın vaxtilə Nardaranda yerləşən uşaq bağçasında müdir işlədiyini, yenidən həmin bağçaya bir illik işə bərpa olunmaq istədiyini demişdir. Bundan sonra o, Xaspolada zəng edib Könülün xahişini çatdırmış, Xaspolad cavabında ona heç bir problem olmadığını, Təhsil Nazirliyində işləyən vəzifəli şəxslə danışıb bir neçə dəqiqəyə xəbər edəcəyini demiş, bir neçə dəqiqə sonra Xaspolad zəng edib işin həlli üçün ondan 9.000 (doqquz min) manat pul istəmişdir. Bundan sonra o, Könülə zəng edib Xaspoladın dediklərini çatdırmış və Könül onunla razılaşmışdır. Təxminən üç gün sonra Könüllə Nərimanov parkında görüşüb 4.000 (dörd min) manat pul almışdır. Həmin gün də Xaspolada zəng edib pulun onda olduğunu bildirmiş, sonuncu həmin 4.000 (dörd min) manat pulu özünün "xxxx" tam kart **********842372 nömrəli bank kartına köçürməyi ondan tələb etmişdir. O, da “MilliÖn” cihazı vasitəsilə həmin 4.000 (dörd min) manat pulu Xaspoladın kartına köçürmüşdür. Bu hadisədən bir neçə gün sonra Könül yerdə qalan pulları hissə-hissə onun **********743457 nömrəli “Leo Bank” kartına köçürmüş, o, da həmin pulları eyni üsulla şəhərin müxtəlif yerlərində yerləşən bankomatlardan çıxarıb “MilliÖn” cihazı vasitəsilə Xaspoladın yuxarıda qeyd etdiyi kart hesabına köçürmüşdür. Bundan sonra təxminən bir neçə həftə keçməsinə baxmayaraq Xaspolad nə Aybənizin, nə də ki, Könülün qohumu Gülxarın iş məsələlərini həll etməmişdir. Xaspolad iki dəfə onu yalandan Təhsil Nazirliyinə aparıb-gətirmiş, hər iki halda Xaspolad nazirliyə qəbul otağı tərəfdən içəri daxil olmuş, o, isə həmin vaxt təxminən 30-40 dəqiqə çöldə gözləmiş, Xaspolad hər dəfəsində Nazirlikdən çıxanda ona qohumu, Nazirin müşaviri olan Şahid4la danışdığını və tezliklə Aybənizlə Könülün qohumu Gülxarın iş məsələsinin düzələcəyini demiş, bundan sonra Xaspoladın onu mütəmadi olaraq aldatmış, noyabr ayının 15-dən sonra isə telefonlara cavab verməyərək qaçıb ondan gizlənmişdir. Onun bu işlərdə heç bir maddi marağı olmamış, ona verilmiş pulları tam olaraq Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə tanımır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Mövsüm Arifzadə ilə 10 ildən artıqdır ki, tanışdır. Təqsirləndirilən şəxs isə 2022-ci ilin ortalarında iş yoldaşı Şahid3 vasitəsilə tanımışdır. Belə ki, 2022-ci ilin iyun ayının əvvəllərində Mövsümlə Biləcəri qəsəbəsində yerləşən çayxanaların birində görüşüb söhbət edən zaman Zöhrab ona zəng etmişdir ki, Xaspolad adlı biri var, qohumu Təhsil Nazirliyində yüksək vəzifədə işləyir, təhsildə istənilən məsələni həll etmək imkanı var, istəyirsə, arvadının məktəbə tam ştata keçirilmə məsələsini Xaspolada desinlər. Həmin vaxt o Zöhraba demişdir ki, lazım deyil, yoldaşı özü imtahan verəcək və tam ştata keçəcək. Zöhrabla danışandan sonra Mövsümə Zöhrabın ona təklifi barədə demişdir. Bu söhbətdən təxminən 2-3 ay keçmiş, 2022-ci ilin təxminən sentyabr ayında Mövsümlə görüşü zamanı sonuncu ona demişdir ki, onun tanışları var, Təhsil Nazirliyində işlərini həll etmək istəyir, imkan varsa, Zöhraba desin, bu işdə onlara kömək etsin. O da Zöhraba zəng etmiş və Mövsümün dediklərini ona çatdırmışdır. Bir qədər sonra tanımadığı nömrədən onun “WhatsApp” nömrəsinə zəng gəlmişdir. Zəng edən özünü Zöhrabın tanışı Xaspolad kimi təqdim etmişdir. Onun yanında Mövsüm Xaspoladla danışmış və Mövsüm Xaspolada tanışı Aybəniz xanımı hansısa məktəbə direktor təyin etmək lazım olduğunu demişdir. Xaspolad isə bu işi Təhsil Nazirliyində yüksək vəzifədə işləyən yaxın qohumu vasitəsilə düzəldə biləcəyini və 35.000 manat pul lazım olduğunu demişdir. O, Xaspoladın bu işləri kimin vasitəsilə gördüyünü bilməmiş, sonradan Xaspoladın xalası oğlunun yüksək vəzifəsi olduğunu və adının Taleh olduğunu öyrənmişdir. Ancaq Xaspoladın işləri onun vasitəsilə etdiyini və ya etmədiyini bilməmişdir. Təxminən 2-3 gün sonra Mövsümlə birlikdə onun idarə etdiyi avtomobillə Xaspoladın yaşadığı Balaxanı qəsəbəsinə getmişdirlər. Orada Xaspoladla görüşmüş, Mövsüm onun yanında Xaspolada 7000 manat pul vermişdir. Sonrakı söhbətlərdə o iştirak etməmişdir. Mövsümdən bildiyinə görə X2 işinə görə 15000 manat, başqa bir iş üçün isə 9000 manat pul alıb, lakin heç bir iş görməmişdir. Bu hadisədən ay yarım sonra o Xaspolada yığmış və ona zəng çatmamışdır. 2022-ci ilin noyabr ayında Zöhraba zəng edib demişdir ki, Xaspolad Mövsümün pulunu alıb, ancaq işi həll etməyib, Mövsümdən gizlənir, desin ki, təcili pulları geri qaytarsın. Təxminən bir neçə dəqiqə sonra Xaspolad ona zəng edib demişdir ki, pulları xərcləmişdir. Hara istəyirlərsə, şikayət etsinlər. Bundan sonra Xaspolad zənglərə cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə tanımır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Xaspoladla 2022-ci ilin iyun ayında "xxxx" Şirkətində təchizat şöbəsində işlədiyi vaxt tanış olmuşdur. Xaspolad özünü təhsildə yaranacaq problemləri aradan qaldıran şəxs kimi tanıtmışdır. Mövsüm Arifzadəni isə onunla dostu Şahid2 tanış etmişdir. Əfqanla o 10 ildən artıqdır ki, tanışdır və əvvəllər müxtəlif tikinti işlərində bir yerdə işləmişdirlər. O Əfqanın yoldaşının işini düzəltmək istəmişdir. Xaspolad da ona bu işi danışacağını və köməklik edəcəyini demişdir. O, 2022-ci ilin iyun ayının əvvəllərində Əfqana zəng edib demişdir ki, Təqsirləndirilən şəxs adlı biri var, qohumu Təhsil Nazirliyində yüksək vəzifədə işləyir, təhsildə istənilən məsələni həll etmək imkanı var, istəyirsə, arvadının məktəbə tam ştata keçirilmə məsələsini Xaspolada deysinlər. Həmin vaxt o Əfqan arvadının iş məsələsini həll etmək üçün adam axtardığından məlumatı olmuşdur. Ona görə də o Xaspolad barədə Əfqana məlumat vermişdir. Əfqan isə ona demişdir ki, lazım deyil, yoldaşı özü imtahan verib tam ştata keçəcək. Bir gün Əfqan, o və Xaspolad “28 Mall” Ticarət Mərkəzinin yanında görüşmüşdürlər. Əfqanla Xaspolad arasında söhbət olmuş, söhbət zamanı Xaspolad adamının olduğunu və köməklik edə biləcəyini demişdir. Xaspolad işi 6000-7000 arası məbləğdə düzəldə biləcəyini demiş, ancaq Əfqan ona pulunun olmadığını demişdir. Bu söhbətdən təxminən 2-3 ay keçəndən sonra, təxminən 2022-ci ilin sentyabr ayında Əfqan ona zəng edib demişdir ki, Mövsüm adlı yaxın dostunun tanışlarının Təhsil Nazirliyində iş məsələsini həll etmək lazımdır, Xaspolad həll edə bilərmi?. O da demişdir ki, qoy Xaspoladla danışsın, sonra ona xəbər edər. Həmin vaxt o Xaspolada zəng etmiş və məsələni ona danışmışdır. Xaspolad da heç bir problem olmadığını demiş və o da Əfqanın telefon nömrəsini Xaspolada vermişdir. Daha sonra olanlarla maraqlanmamışdır. 2022-ci ilin noyabr ayının təxminən axırlarında Əfqan ona zəng edib demişdir ki, Xaspolad Mövsümdən pul alıb, lakin işi görməyib, Mövsüm pulları geri qaytarmağı tələb etsə də, Xaspolad pulu qaytarmır. Həmin gün axşam saatlarında Əfqan Mövsümlə onun yaşadığı evə gəlmişdirlər. Mövsüm ona olanları danışmış və onlara kömək etməyini xahiş etmişdir. Bundan sonra o Xaspolada zəng etmiş və pulları qaytarmasını demişdir. Lakin Xaspolad vəd versə də, pulları qaytarmamış və onun da telefonlarına cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 tanımır. Zərərçəkmiş şəxs1 tanıyır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Mövsüm Arifzadəni onunla dostu tanış etmişdir. Aralarında dostluq münasibətləri var. Mövsüm Arifzadə hərbçi olduğundan ona inanmışdır. Zərərçəkmiş şəxs1 ilə ailəvi yaxınlıqları vardır. Zərərçəkmiş şəxs1 uzun illərdir müəllim və məktəbdə müavin vəzifəsində işləyir. Aybənizlə söhbətləri zamanı dəfələrlə sonuncunun direktor vəzifəsinə təyin olunmasını istədiyini eşitmişdir. Ona görə də Aybənizin məktəb direktoru təyin olunması məsələsini Mövsüm Arifzadəyə demişdir. Mövsüm Arifzadə də ona demişdir ki, onun belə bir tanışı var təhsillə bağlı, 35000 manata bu işlə bağlı köməklik edə bilər. Mövsüm tanışı ilə bağlı ad çəkməmişdir. O bu barədə Zərərçəkmiş şəxs1 bildirmişdir. Aybənizin razılığı ilə o, Aybəniz və Mövsüm məktəbdə, Zərərçəkmiş şəxs1 iş otağında görüşmüş, məsələni müzakirə etmişlər. Həmin görüşdə Zərərçəkmiş şəxs1 onun yanında Mövsüm Arifzadəyə 10000 manat pul vermişdir. Sonrakı görüşdə isə iştirak etməmişdir. Lakin Zərərçəkmiş şəxs1 dediyinə görə 15000 manat pul vermişdir. Mövsüm Arifzadə işin kimin görəcəyini deməmiş, adını çəkilməmişdir, sadəcə demişdir ki, təhsil sistemində ciddi bir adamdır. Söhbətləri zamanı Təqsirləndirilən şəxs adında adamın vasitəçi kimi adının hallandığını bir dəfə eşitmişdir. Məhkəmə baxışı zamanı Dövlət ittihamçısı1 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4 və 32.4, 312.2-ci maddələrlə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirmişdir. Dövlət ittihamçısı imtinasını onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini tələb etmiş, vahid niyyətlə üç dəfəyə - 7.000 (yeddi min), 3.000 (üç min) və 5.000 (beş min) manat olmaqla ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ələ keçirmiş, bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 33-cü bəndinə əsasən şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən, həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs birinci epizod üzrə zərərçəkmiş şəxsdən xeyli miqdar hesab edilən 35.000 manat məbləğində pul vəsaiti əldə etməyə cəhd etsə də, yenə xeyli miqdar hesab edilən 15.000 manat əldə etmişdir. Qeyd olunan Plenum qərarının tələblərinə əsasən Təqsirləndirilən şəxs əməlində CM-nin 29,178.2.4-cü maddəsinin tərkibi mövcud deyil. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. İşdən görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham ilə bağlı əldə edilən pul vəsaitləri üzrə onun bu və ya digər qərar qəbul etdirmək üçün real imkan və səlahiyyətləri, eləcə də zərərçəkmiş şəxslərə köməklik göstərmək niyyəti olmamış, təqsirləndirilən şəxs rüşvət vermədə yalançı vasitəçilik etməklə əməlləri korrupsiya cinayətinin obyektinə - dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində də təsbit edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Nəzərə alınmalıdır ki, bir sıra hallarda dələduzluq cinayəti özgə əmlakını ələ keçirmək niyyətində olan təqsirkar tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi, yəni rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə, lakin həmin niyyətdə olmayıb pul və ya sair nemətləri ondan alıb ələ keçirilməsində ifadə olunan aldatma üsulu ilə həyata keçirilir və həmin hal cinayətin üsulu kimi çıxış etdiyinə görə təqsirkarın əməlinin əlavə olaraq CM-nin 32.4, 312-ci maddəsi ilə tövsif edilməsi cinayət məsuliyyətinin prinsipi kimi ədalətlilik prinsipinin tələbləri ilə uzlaşmır. Belə ki, CM-nin 8.2-ci maddəsinin tələbləri baxımından heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. CM-nin 178 və 312-ci maddələrində nəzərdə tutulan cinayətlərin qəsd etdiyi ictimai münasibətlərin xarakteri baxımından xüsusilə vurğulanmalıdır ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri, rüşvət vermə cinayətinin obyekti qismində ilə dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər çıxış edir. Cinayətin obyekti cinayətlərin tövsifi üçün sistem yaradan meyar rolunu oynadığından, cinayətlərin fərqləndirilməsinin əsaslarından biri sayıldığından vədinə əməl etmək niyyətində olmayan şəxs tərəfindən rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə pul və ya sair nemətləri ələ keçirən şəxsin əməli ilə yalnız mülkiyyət münasibətlərinə qəsd edilir ki, həmin halda əməl ilə əlavə olaraq qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərə ziyan yetirilmir. Qanunverici tərəfindən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə CM-nin 178-ci maddəsində xüsusi olaraq nəzərdə tutulduğu halda, vədinə əməl etmək niyyətində olmayan şəxs tərəfindən rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə pul və ya sair nemətləri ələ keçirən şəxsin əməlinin həm də həmin Məcəllənin 32.4, 312-ci maddəsi ilə rüşvət verməyə təhrik etmə kimi tövsif edilməsi CM-nin 17.4-cü maddəsinin tələbi ilə uzlaşmır. CM-nin 17.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Bu müddəanın tələblərinin yerinə yetirilməsi, CM-nin 8.1-ci maddəsində ifadə olunan ümumhüquq ədalət prinsipinin təmin edilməsinin vacib bir zəmanətidir. Eyni zamanda nəzərə alınmalıdır ki, CM-nin 17.4-cü maddəsində müəyyən edilmiş qayda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsindən irəli qəlir. Həmin normaya əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Yekun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin qeyd edilən qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq, Təqsirləndirilən şəxs əməli yalnız bitmiş dələduzluq kimi qiymətləndirilməli və ona verilmiş ittihamdan CM-nin 29,178.2.4 və 32.4,312.2-ci maddələri çıxarılmalıdır. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair iş üzrə zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Halhazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və onun ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və onun ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyə ödəniş qəbzi təqdim edərək onun tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam olaraq ödənilməsini, onlarla barışmasını, vurduğu ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilələrək cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 15775 nömrəli ödəniş qəbzindən görünür ki, cinayət məsuliyyətindən azad olmaq üçün təyinatı üzrə Təqsirləndirilən şəxs tərəfindən 6000 manat pul dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 59). Məhkəmə ilk növbədə dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4 və 32.4, 312.2-ci maddələrlə irəli sürülmüş ittihamdan imtina etməsinə qiymət verərək hesab edir ki, həmin imtina qəbul edilərək Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4 və 32.4, 312.2-ci maddələrlə olan cinayət təqbinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. - 84.6.9-cu maddəsinə əsasən bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək dövlət ittihamçısının hüququdur. - 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Onun həmin əməlləri törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). - 40.3-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. - 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. - 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə cinayət işi üzrə olan mülki iddia ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o Təqsirləndirilən şəxs qarşı mülki iddiasından imtina edir. Hazırki iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası olan 9000 manat mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən və mülki iddiaçı iddiasından imtina etdiyindən məhkəmə hesab edir ki, iş zərərçəkmiş şəxs – mülki iddiaçı X7 iddiadan imtinası qəbul edilərək onun təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs **********842372 nömrəli bank kart hesabına X9 tərəfindən ümumilikdə 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin köçürülməsinə dair "xxxx" ASC-nin bank çıxarış sənədi və 01 dekabr 2022-ci il tarixdə X9 tərəfindən istintaqa təqdim olunmuş 06 vərəqdən ibarət elektron ödəmə sisteminə dair ödəmə çekləri iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 42 (qırx iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Dövlət ittihamçısının ittihamdan hissəvi imtina barədə vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcələlsinin 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və bu hissədə onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiadan imtinası qəbul edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs **********842372 nömrəli bank kart hesabına X9 tərəfindən ümumilikdə 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin köçürülməsinə dair "xxxx" ASC-nin bank çıxarış sənədi və 01 dekabr 2022-ci il tarixdə X9 tərəfindən istintaqa təqdim olunmuş 06 vərəqdən ibarət elektron ödəmə sisteminə dair ödəmə çekləri iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar