Məhkəmə qərarları › İş №1(101)-1216/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1216/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1216/2024 08.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X13 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2023-ci il tarixdə saat 09-da Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 02 ədəd şəffaf sellofan bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 2,276 qram və 1,713 qram ümumi təmiz çəkisi 3,989 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün, yəni 23 sentyabr 2023-cü il tarixdə saat 12:45-də Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi 43 ünvanının qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd şəffaf sellofan bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 2,276 qram və 1,713 qram ümumi təmiz çəkisi isə 3,989 qram olan kimyəvi komponent tərkiblərinə görə eyni olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Qış” parkı ilə üzbəüz həyət evində yaşayır. Saxlanıldığı gün saat 13 radələrində yaşadığı evdən çıxıb məhəllədə dayanmışdır. Bu zaman bir neçə nəfərin evinin pəncərəsini sındıraraq oraya daxil olduğunu görmüşdür. Evinə daxil olan şəxslərin kim olduğunu öyrənmək məqsədilə onlara yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını, onu axtardıqlarını demişlər. Daha sonra tanışları Həmid Teymurov və Ayaz İsmayılov ilə birlikdə polis əməkdaşları tərəfindən Yasamal RPİ-ə aparılmışdır. Polis Bölməsində olan zaman qarşısına 01 qram çəkidə narkotik vasitə heroin qoyulmuş və ona həmin narkotik vasitələri etiraf etməsi deyilmişdir. O, narkotik vasitələrin ona məxsus olmasını dedikdən sonra isə CM-nin 234.1-1 maddəsi ilə rəsmiləşdiriləcəyi deyilmişdir. Narkotik vasitələrin ona məxsus olmasını etiraf etməyəcəyi halda isə evindən 10 kiloqram çəkidə narkotik vasitə çıxacaracağı ilə hədələyərək CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verəcəklərini bildirmişlər. O da təzyiq altında olduğu üçün şəxsi axtarış zamanı polis əməkdaşlarının ona təqdim etdiyi narkotik vasitələri etiraf etmişdir. O, əvvəlcə qarşısına qoyulan narkotik vasitənin 01 qram olmasını desə də, ekspertiza rəyində həmin narkotik vasitənin 3,8 qram olduğunu bilmişdir. O, narkotik vasitə istifadəçisi olduğunu etiraf etsə də, üzərindən ittiham aktında qeyd edilən çəkidə narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, dəqiq tarix xatırlamasa da 2017-ci ildən başlayaraq narkotik vasitə qəbul etmişdir. Bundan əvvəl də bir neçə dəfə qanunsuz olaraq narkotik vasitə əldə etmə daşıma və istifadəsi ilə məşğul olduğu üçün məhkum olunmuş və sonuncu dəfə 2021-ci ilin sentyabr ayında azadlığa buraxılmışdır. Həmin vaxtdan indiyə kimi müxtəlif işlərdə işləyib əldə etdiyi qazancla narkotik vasitə alıb istifadə etmişdir. Narkotik vasitələrdən istifadə ondan asılılıq yaratdığı üçün həmin maddələrdən istifadə etməyəndə dözülməz ağrıları olmuşdur. Bu səbəbdən son vaxtlar ağırları olduqca əsasən “kakos” kimi bilinən narkotik vasitə olan heroin qəbul etmişdir. 23 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində narkotik vasitə almaq üçün Nəsimi rayonu “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən biri 25 manat, digəri isə 15 manat olmaqla ümumilikdə 40 manat pul müqabilində şəxsi istifadəsi üçün şəffaf sellofana bükülmüş iki ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli “kakos” kimi bilinən narkotik vasitə heroini alıb əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. O həmin narkotik vasitə heroin bükümlərini cibində gizlədərək bir müddət şəhərdə gəzinib daha sonra yaşadığı ünvan 2 ünvanının qarşısında olan zaman idman etdiyi vaxtlardan tanıdığı X5 yanına gəlmişdir. Onlar bir yerdə dayanıb söhbət edərkən bir qədər ara ilə Naxçıvandan olan başqa bir tanışı X9 və X8 da yanlarına gəlmişdir. Onlar 23 sentyabr 2023-cü il tarixdə saat 12:45-də onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi 43 ünvanının qarşısında dayanıb söhbət edən zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O həmin şəxslərdən onları hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu və yanındakı tanışlarını polis idarəsinə dəvət etmişlər. O və tanışları etiraz etməyib polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə getmişlər. Polis İdarəsinə çatdıqdan sonra onların hər birini ayrı-ayrı xidməti otaqlara aparmışlar. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçisinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində gizlətdiyi içərisində narkotik vasitə heroin olan 02 ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin iki ədəd büküm onun iştirakı ilə açılan zaman bükümlərin içərisində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükülüdəki maddənin nə olduğunu və qeyd olunan maddəni haradan əldə etdiyini soruşduqda o bildirmişdir ki, həmin bükülüdəki maddə “kakos” kimi bilinən narkotik vasitə heroindir. Həmin maddəni o bu gün, yəni 23 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidə üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən ümumilikdə 40 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş şəffaf sellofana bükülmüş iki ədəd büküm gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişdir. O bildirmişdir ki, üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Nəsimi rayonu “Kubinka” adlana ərazidə təsadüfən qarşılaşdığı qaramtıl dərili, 25-30 yaşlarında, orta köklükdə 170-175 boylarında, saçı düz daranan, üzü tüklü və bığsız şəxsdən ümumilikdə 40 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. O heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunmuş narkotik vasitə heroin bükümlərini də ucuz olduğu üçün iki ədəd bükümdə olmaqla öz şəxsi istifadəsi üçün almışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitə heroinin 02 ədəd bükümdə olması və çəkisinin şəxsi istifadə miqdarından artıq olmasının səbəbi o hər dəfə ağrıları olanda asanlıqla narkotik vasitə tapa bilmədiyi üçün sonradan istifadə etmək məqsədi ilə üzərindən aşkar olunmuş narkotik vasitə heroini bir qədər çox almış, lakin həmin narkotik vasitələri satmaq və ya kiməsə bağışlamaq niyyəti olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması, dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatı əsasında onun rəhbərliyi ilə Şahid2 və X3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 23 sentyabr 2023-cü il tarixdə saat 13:00 radələrində Yasamal rayonu, S.Rəhimov küçəsi 41 ünvanının qarşısında xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsdən şəxsiyyətini dəqiqləşdirmək üçün birlikdə dayanmış dörd nəfər şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərmişlər. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etdikdən sonra həmin dörd nəfər şəxsi Yasamal RPİ-ə dəvət etmişlər. İdarədə Rüfət könüllü olaraq cibindən şəffaf rəngli sellofana bükülü qəhvəyi rəngli kütləni təqdim edərək həmin bükümdə heroin olduğunu bildirmişdir. O, həmçinin bildirmişdir ki, Rüfətin narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar heç bir sübut əldə edilməmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq edilməməsini göstərmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması, dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Şahid1 rəhbərliyi ilə ondan və Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 23 sentyabr 2023-cü il tarixdə saat 13:00 radələrində Yasamal rayonu, S.Rəhimov küçəsi 41 ünvanının qarşısında xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsdən şəxsiyyətini dəqiqləşdirmək üçün birlikdə dayanmış dörd nəfər şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərmişlər. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etdikdən sonra həmin 4 nəfər şəxsi Yasamal RPİ-ə dəvət etmişlər. İdarədə Rüfət könüllü olaraq əynində olan tünd göy idman şalvarının sağ yan cibindən şəffaf seloffana bükülmüş maddəni çıxarıb könüllü təqdim etmişdir. O, həmçinin bildirmişdir ki, Rüfətin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar heç bir sübut əldə edilmədiyini bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq edilmədiyini göstərmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan edilərək araşdırılmış ifadəsindən görünür ki, «Təqsirləndirilən şəxs» oğlu adlı şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi, yəni satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə Şahid1 rəhbərliyi altında onun və Yasamal RPİ-nin NBM-nin kiçik əməliyyat müvəkkili, polis serjantı X3 iştirakı ilə Şahid1 tərəfindən 23 sentyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 23,09.2023-cü il tarixdə saat 12:45-də o və əməliyyat qrupunun digər iştirakçıları Şahid1 və Tural Xənəlizadə ilə birlikdə ünvan 3 ünvanının qarşısında olan zaman orada dayanmış 04 nəfər şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək həmin şəxslərə özlərini təqdim edib xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib sonuncunu Yasamal RPİ-nə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında olan digər şəxslərində özlərini narkotik vasitələrin əldə olunmasında və istifadəsində şübhəli apardığını görüb onlar həmin şəxsləri də polis idarəsinə dəvət etmişdir. Həmin şəxslər də onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə Yasamal RPl-nə gəlmişlər. Bundan sonra Yasamal RPİ-də müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yanında dayanmış digər şəxslərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən şəxslər X5, X9 və X7r. Bundan sonra Təqsirləndirilən şəxs və həmin şəxslər Yasamal rayon Polis idarəsində olan ayrı-ayrı xidməti otaqlara apararaq orada sonunculara hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlər Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülünün içində qəhvəyi rəngli, tozşəkilli maddə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi iki ədəd şəffaf sellofana bükülmüş bükümlər içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən aşkar olunmuş 02 ədəd bükümün içərisində olan maddənin nə olması və həmin maddəni haradan əldə etməsi soruşulduqda Rüfət bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddə “kakos” kimi bilinən narkotik vasitə heroindir, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən biri 25 manat, digəri isə 15 manat olmaqla ümumilikdə 40 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs saxlanılan zama,n habelə üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncuya qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. 23 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Yasaml rayonu, Süleyman Rəhimov küçəsi ev 43-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satması, saxlaması və istifadə etməsi bildirilir. (i.v. 4) 23 sentyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 13:45-də (faktiki saxlanılma saat 12:45-də) Əliyev X11 RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru Ramil Qafarov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 22) 23 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə xalası oğlu X10 məlumat vermişdir. (i.v. 28) 25 sentyabr 2023-cü il tarixli Yasamal rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitənin 0,6-0,7 qram olduğunu bildirərək özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. (İ.v. 87-91) 25 sentyabr 2023-cü il tarixli Yasamal rayon məhkəməsinin qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (İ.v. 57) 23 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 02 ədəd bükümdə narkotik vasitə olan heroini təqdim edərək hər birinin içərsində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 23 sentyabr 2023-cü il tarixdə Nəsimi rayonu “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılaraq ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün” 170 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. (i.v. 37-38) 24 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/5039 nömrəli ekspert rəyindən görünür ki, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri yazılmış zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,276 qram, 1,713 qram ümumi təmiz çəkisi 3,989 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. (i.v. 44-46) 07 oktyabr 2023-cü il tarixli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 166-167) 27 oktyabr 2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının 2422 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “ŞƏXSİYYƏTİN EMOSİONAL-DAVAMSİZ TİP POZUNTUSU” F.60.3 müəyyən edilir bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından xasiyyətcə əsəbi olması, əsəbi gərginlik anlarında özünə xəsarət yetirməsi, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”də müayinədə olması və onda “Şəxsiyyətin affektiv pozuntusu” diaqnozunun qeyd edilməsi) və hal-hazırkı psixatrik müayinənin nəticələri (əhvali-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlıq və s.) sübut edir. Təqsirləndirilən şəxs hal-hazırda “Şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarında qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (i.v. 169-171) 04 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 3,889 qram olan narkotik vasitə heroin Yasamal RPİ-nin maddi sübutların saxlanma anbarına təhviil verilmişdir. (i.v.174-190) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əliyev X11 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılıb və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. (i.v.104-106) Xəzər rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Yasamal rayon Məhkəməsinin 1(004)-290/2021 sayıə 27 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnsitiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. (i.v.133-135) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü masanın üstünə qoymuşdur. O, şəxsi axtarış zamanı həmin bükümlərin narkotik vasitə heroin olduğunu, 23 sentyabr 2023-cü il tarixdə saat 09:00-da Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqlərə məruz qalmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən anadək qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan daha artıq çəkidə narkotik maddə heroin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan heroini könüllü təqdim etmişdir. Həmçinin məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqə məruz qalmadığını bildirmişdir. O, məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən edilən psixoloji təzyiqlər nəticəsində ona məxsus olduğunu etiraf etdiyini göstərmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin sonuncuya məxsus olub-olmaması, həmçinin polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalıb-qalmaması araşdırmalıdır. Belə ki, təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmiş və müdafiəçinin hər hansı psixoloji təzyiq edilib-edilməməsi ilə bağlı sualına “xeyr” cavabını vermişdir. Qeyd edilən xüsusatlar məhkəmə iclası zamanı dindirilmiş şahidlərin ifadələri və digər sübutların məcmusu ilə də təsdiq edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ona edilən psixoloji təzyiqlər nəticəsində narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsini əsaslı hesab etmir. Narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq həmin heroini cibindən çıxarıb təqdim etmiş, məhkəmə baxışı zamanı da ona heç bir fiziki və psixoloji təzyiq olunmadığını bildirmiş, təqdim etdiyi heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin zərfi imzalamış və zərf məhkəmə kimyəviekspertizasına göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri, Azərbaycan Respublikası DİN-nin 42 №-li dairəvi möhür əksi, imzalar olan 1 ədəd zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,276 qram və 1,713 qram, ümumi təmiz çəkisi 3,989 qram olan qəhvəyi rəngli maddə kütləsi müəyyən edildi. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin zərfə qoyulduqdan sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizasına göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolları, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxsda satış məqsədinin olmasını əldə edib saxladığı 3,989 qram narkotik vasitənin külli miqdar təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, narkotik vasitənin külli miqdarda olması özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 3,989 qram heroin külli miqdar təşkil etsə də, şəxs həmin narkotik vasitəni az bir müddətdə ərzində istifadə edə biləcəyindən satış məqsədi olmadan əldə edib saxlamasına dəlalət edir. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, sonradan əməliyyat yolu Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və psixotrop maddələr satması müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ibtiadi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə razılığa gəlməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlayaraq daşıması xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 3,989 qram heroin çəkidə narkotik vasitə heroin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə heroin əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşidirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın yuxarı həddinin yarısından az olmayaraq cəza təyin etməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 23 sentyabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 3,889 qram heroin məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 3,889 qram heroin məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar