Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1216/2025 16.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X5 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Ağdam rayonu Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, ünvan 1 fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə saat 22:40 radələrində qeyri rəsmi ailə həyatı qurduğu Şahid2 qardaşı Zərərçəkmiş şəxs ilə yaşadığı ünvan 1 fərdi yaşayış evinin qarşısında aralarında yaranmış ailə məişət zəminindəki mübahisə zamanı biri-birilərilə əlbəyaxa olarkən sonuncunun yaxın qohumları atası Şahid3, bacısı X2 və arvadı Şahid4 həmin hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda onların gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni xüsusi amansızlıqla yerdən götürdüyü daş parçası ilə sonuncunun alın və burun nahiyəsindən vuraraq ona, baş beyin silkələnməsi, alın sümüyünün qəlpəli, basılmış, yerdəyişmiş və burun sümüyünün yerdəyişmiş, qəlpəli sınıqları, alın və burun nahiyələrinin əzilmiş yaraları, sağ said nahiyəsinin sıyrığı ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətləri kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, axşam vaxtı saat 21-22 radələrində yolda o həyat yoldaşı ilə qarşılaşmışdır. O həyat yoldaşından hardan gəldiyini soruşmuş, yoldaşı da öz növbəsində gəlinlərigildən gəldiyini demişdir. Daha sonra evlərinin darvazasına yaxınlaşanda yoldaşının qohumlarının darvazanın qarşısında durduğunu görmüşdür. Burada yoldaşının qohumları ilə 1 dəqiqə ərzində davaları olmuşdur. Arvadının qohumları onu itələyə-itələyə yıxmışlar. O yerə yıxılan zaman əlinə kiçik bir daş keçmiş və həmin daşla Zərərçəkmiş şəxs başından vurmuşdur. Daha sonra arvadının qohumları aralanıb getmişlər. Sonradan ondan polisə şikayət etmişlər. Hadisədən bir az keçəndən sonra polis əməkdaşları onu 15-ci bölməyə aparmışlar. O bölmədə 6 gün qalmışdır. Daha sonra onu buraxmışlar və işin idarəyə gedəcəyini bildirmişlər. Bir müddət sonra onu idarədən çağırmışlar və orada 48 saat saxlamışlar. Bundan sonra onu məhkəməyə aparmışlar. Məhkəmədə onu azadlığa buraxmışlar. Bir ay sonra ona Sabunçu RPİ-dən zəng gəlmiş və ona GPS taxılacağını demişlər. Daha sonra onu idarədən 9-cu mkr. adlanan ərazidə 7-ci Polis Bölməsinin yanında bir yerə göndərmişlər. Həmin yerdə ona GPS taxmaq üçün hər hansı bir əsas olmadığını bildirmişlər və o evinə qayıtmışdır. O, hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxsla ailə problemləri səbəbilə dava etmişlər. Onun başqa qadınla münasibəti olduğunu öyrəndikləri üçün qapısına gəlmişlər. Dava edən zaman hamısı birlikdə onun üstünə yerimişlər. Ziyad və yanında olan digər şəxslər onun üstünə cumub yerə yıxmışlar. Onun da əlinə həmin vaxt daş keçdiyi üçün daşla Ziyadı vurmuşdur. O, Ziyadı yalnız özünü qorumaq məqsədilə vurmuşdur. O, Ziyadı vuran zaman yanında olan şəxslərə əzab verdiyinin fərqində olmamış və ona qarşı heç bir xüsusi amansızlıq göstərməmişdir. O Ziyadın yanında olan digər şəxsləri vurmamış, lakin orada olan digər şəxslər onu vurmuşdur. Hal-hazırda zərər çəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. O evə gələn zaman həmin qadının orada olduğunu görməmişdir. Qapıya çatanda Ziyad və sonuncunun həyat yoldaşı, qaynatası və baldızı hamısı toplu halda onun evinin qarşısında dayanmışdırlar. Daha sonra həmin şəxslər hamısı birlikdə onun üstünə hücum etmişlər. O da məcbur qalıb özünü müdafiə etmək üçün daşla zərbə vurmuşdur. O Zərərçəkmiş şəxs həyat yoldaşını tanıyır, Şahid4 Ziyadın həyat yoldaşı olmasını bilir. Mübahisə edən zaman əvvəlcə zərərçəkmiş şəxs onu vurmuş, sonra o zərərçəkmiş şəxsi vurmuşdur. Dava edən zaman hadisə yerində zərərçəkmiş şəxsin iki bacısı, həyat yoldaşı və atası olmuşdur. O, uşaqlarından ikisinə atalıq verməmişdir. Həmin vaxt 35 yaşı tamam olmuş, şəxsiyyət vəsiqəsinin müddəti bitmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid2 ilə 2006-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Birgə nigahlarından iki qız övladları vardır. Aynurə və atasıgil təxminən iki ilə yaxındır ki, başqa bir qadınla münasibətini öyrəndikləri üçün onlarla aralarında münasibətləri pozulmuşdur. Buna görə Aynurə ilə mübahisələri yaranırdı. Zərərçəkmiş şəxs Şahid2 qardaşıdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində evdə yemək yeyib yaxınlıqda olan “Al marketə” gedib siqaret aldıqdan sonra evə gələn zaman Aynurənin gəldiyini görmüşdür. Ondan haradan gəlməsini soruşduqda, Aynurə yaxın tanış qızgildən gəldiyini demişdir. Aynurə həmin zaman ondan qabaqda gedirdi, Aynurə qardaşı Ziyada zəng etmiş, evə çatan zaman Aynurənin atası Aftandil, qardaşı Ziyad, Ziyadın arvadı Gülnarə, baldızı Elnurə və Aynurəni qapının qarşısında görmüşdür. İkinci dəfə qeyri rəsmi ailə həyatı qurduğu X3 onlar evə çatana kimi evinin qarşısından gəlib keçmişdir. Nahidə onlarla qonşuluqda yaşayır. Qapıya çatdıqda Ziyad Nahidəyə görə onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ziyadla əlbəyaxa olmuş, həmin vaxt yerə yıxılmış və bundan sonra yerdən daş parçasını götürüb ayağa duraraq Ziyadın sifətinə bir dəfə vurub xəsarət yetirmişdir. Onlar Ziyadın xəsarət aldığını görüb ondan kənarlaşmışlar. Bundan sonra yenidən marketə gedib evə qayıtmışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 22:40 radələrində yuxarıda qeyd etdiyi yaşadığı evin yəni, ünvan 1 ünvanın qarşısında baş vermişdir. Hadisə zamanı orada Aynurə, qayınatası Aftandil, qaynı Ziyad, baldızı Elnurə və Ziyadın arvadı Gülnarə olmuşdur. Hadisə zamanı heç bir səs küy olmamış və kənar heç kəs toplaşmamışdır. Hadisə zamanı Ziyada xəsarət yetirdiyi həmin daş parçasını Ziyada atdıqdan sonra yaxınlığa yerə düşmüşdür. Sonra hadisə yerindən çıxıb getdiyindən və həmin yerdə çoxlu daşlar olduğundan yəqin digər daşların arasına qarışıbdır. Hadisə zamanı heç bir xəsarət almamışdır, ona görə də, həmin şəxslərdən heç bir şikayət və tələbi yoxdur. (cild 1, iş vərəqə 128-127) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, onlar Səyyaf Nəcəfovla qonşuluqda yaşayırlar. Səyyaf onun bacısının həyat yoldaşıdır. Evində olanda həyətdə səs-küy olduğunu eşitmişlər və çölə çıxmışlar. Bu zaman Səyyafın “gəzdiyi” qadın qapıda olmuşdur. Bu səbəbdən aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Səyyafın atdığı daş onun başına dəymişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Səyyafla dava edən zaman ikisi də yerə yıxılmışlar. Səyyaf yerdən qalxdıqdan sonra daşla bir dəfə onun başına vurmuşdur. Səyyafın münasibətdə olduğu qadın qapıya gəldiyi üçün o öz iradını bildirmiş və burada nə işi olduğunu soruşmuş, daha sonra mübahisə etmişlər. Səyyaf ona qarşı xüsusi amansızlıq göstərməmişdir. Səyyafla davaları təxminən 01 dəqiqə çəkmişdir. Dava etdikləri zaman Səyyaf digər şəxslərə qarşı nalayiq sözlər işlətməmiş və üzərlərinə yeriməmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı cəza almasını istəmir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs bacısı Şahid2 ilə 2006-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində bacısının övladı Dərya xalası Elnurəyə zəng edib atası Səyyafın anası Aynurə ilə mübahisə etdiyini bildirmişdir. Bundan sonra atası Aftandil, bacısı Elnurə və arvadı Gülnarə ilə evdən çıxıb onların yaşadığı evin qarşısına getmişlər. Orada olan zaman Səyyafın başqa bir qeyri-rəsmi münasibətdə olduğu X1 idarə etdiyi avtomobillə Səyyafın qapsının qarşısında görmüşlər.Onun avtomobilinə yaxınlaşan zaman Nahidə maşınını sürüb getmişdir. Bundan sonra Səyyafa yaxınlaşıb nəyə görə onun gəlməsini soruşduqda, Səyyaf onun ünvanına nalayiq sözlər işlədib yaxşı edib gətirirəm deyib onunla mübahisə etmişdir. Mübahisə zamanı Səyyafla əlbəyaxaya olmuşlar. Bu zaman Səyyaf yerdən daş parçasını götürüb onun sifətinə vurduğu zaman burun və alın nahiyəsindən xəsarət almışdır. Bundan sonra arvadı Gülnarə DİN-in 102 Xidməti Zəng Mərkəzinə və təcili yardım xəstəxanasına xəsarət almağı barədə məlumat vermişdir. Hadisə zamanı Səyyafı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. (cild 1, iş vərəqə 29-30) Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra Zərərçəkmiş şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Səyyaf onun başına daşı vuranda özündə olmamış, bu səbəbdən ətrafda başqa insanların olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə hökm çıxarılan zaman cəza qismində təqsirləndirilən şəxsin həbs edilməməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Evdə oturan zaman həyətdən səslər eşitmişlər. Çölə çıxan zaman Təqsirləndirilən şəxs münasibətdə olduğu qadının orada olduğunu görmüşlər. Daha sonra Ziyad bu qadının burada nə işi olduğunu soruşmuşdur. Sonra Ziyad və Səyyaf arasında mübahisə düşmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Səyyaf və Ziyad hər ikisi yerdə bir-birilərini döyürmüşlər. O Səyyafın Ziyadı daşla necə vurmasını görməmişdir. Səyyaf onun özünə əzab verməmişdir. Səyyaf və Ziyad arasında dava təxminən 3-5 dəqiqə çəkmişdir. Səyyaf və Ziyadı onlar aralamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, həyətdə səs-küy eşitmişlər. Onlar çölə çıxarkən Təqsirləndirilən şəxs münasibətdə olduğu qadının qapıda olduğunu görmüşlər. Bu səbəbdən onların arasında mübahisə yaranmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X2 bildirmişdir ki, o Təqsirləndirilən şəxs baldızıdır, Zərərçəkmiş şəxs isə bacısıdır. Əvvəllər Təqsirləndirilən şəxsla heç bir dava-dalaşları olmamışdır. Səs eşitdikdə əvvəlcə o çıxmış, çöldə Səyyafın münasibətdə olduğu qadını görmüşdür. Həmin qadın nalayiq ifadələr işlətmiş, daha sonra isə getmişdir. Sonradan Ziyad və həyat yoldaşı da çölə çıxmışlar. Səyyaf və Ziyad arasında mübahisə düşmüşdür. O Səyyafın Ziyadı daşla vurmasını görməmişdir. Səyyaf tərəfindən heç bir xüsusi qəddarlıq olmamışdır. O özü şəxsən əzab çəkməmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə qeyri rəsmi ailə həyatı qurmuşlar və birgə nigahlarından iki azyaşlı qız övladları vardır. Bir müddətdir ki, Səyyafın qonşuluqda yaşayan Nahidə adlı qadınla qeyri rəsmi münasibətdə olduğunu öyrənmişdir. Bu barədə atasına və qardaşına da məlumat vermişdir. Bundan sonra Səyyafla aralarında olan münasibətləri pozulmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində rəfiqəsigildən gələndə küçədə Səyyafla rastlaşmış, həmin vaxt Səyyafın həmin qeyri rəsmi münasibətdə olduğu Nahidə adlı qadın da küçədə evlərinin qarşısında avtomobilinin içərisində olduğunu görmüşdür. Buna görə də, Səyyafla küçədə evlərinin qarşısında sözlə mübahisə etməyə başlamışdır. Az sonra yaxınlıqda yaşayan atası Aftandil, qardaşı Ziyad, bacısı Elnurə və gəlinləri Gülnarə gəlmiş, bu zaman Nahidə avtomobilini sürüb getmişdir. X6 mübahisə etdiyini görmüş və Səyyafa bildirmişdir ki, nə üçün həmin Nahidə adlı qadın buradadır. Bunun üstündə Səyyafla Ziyad mübahisə etməyə başlamış, mübahisə zamanı onlar biribirilərilə əlbəyaxa olmuşlar. Həmin zaman Səyyaf yerdən daş parçası götürüb Ziyadın sifət nahiyəsindən vurmuşdur. Həmin zaman Ziyad burun və alın nahiyələrindən xəsarət almışdır. Bundan sonra Səyyaf hadisə yerindən çıxıb getmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 22:40 radələrində Səyyafın yaşadığı ünvan 1 ünvanın qarşısında küçədə baş vermişdir. Hadisə zamanı orada qardaşı Ziyad, gəlinləri Gülnarə, atası Aftandil, bacısı Elnurə və Səyyaf olmuşdur. Hadisə ani bir vaxtda bir neçə saniyə ərzində baş verib qurtarmışdır. Heç bir səs küy olmadığından, kənar heç kəs hadisə yerinə toplaşmamışdır. Həmçinin hadisə zamanı Səyyafı heç kəs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. (cild 1, iş vərəqə 90-92) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs isə qızı Şahid2 əridir. Bir müddətdir ki, Səyyaf qonşuluğunda yaşayan başqa bir qadınla münasibətdə olduğu üçün aralarında münasibətləri pozulmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadıqları evdə olan zaman Aynurənin qızı Dərya Elnurəyə zəng vurub Səyyafla anası Aynurənin küçədə mübahisə etdiklərini bildirmişdir. Bundan sonra o, oğlu Ziyad, gəlini Gülnarə və qızı Elnurə birlikdə evdən çıxıb Səyyafın yaşadığı evin qarşısına getmişlər. Həmin vaxt küçədə görmüşlər ki, Səyyafın münasibətdə olduğu qadın onların evinin qarşısında avtomobilin içərisindədir. Səyyafla Aynurə isə sözlə mübahisə edirlər. Onlar oraya çatan kimi həmin qadın avtomobili sürüb getmişdir. Bu vaxt oğlu Ziyad Səyyafa yaxınlaşıb nə üçün həmin qeyri rəsmi münasibətdə olduğu qadının oraya gəldiyini bildirmişdir. Bunun üstündə Səyyafla Ziyadın aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Səyyafla Ziyad əlbəyaxa olmuşlar. Həmin vaxt Səyyaf yerdən daş parçası götürüb oğlu Ziyadın üzündən vurmuşdur. Həmin daş parçası Ziyadın burun və alın nahiyələrinə xəsarət yetirmiş və Ziyad yerə yıxılmışdır. Bundan sonra Səyyaf hadisə yerindən çıxıb getmişdir. Hadisə zamanı o, oğlu Ziyad, gəlini Gülnarə, qızları Elnurə, Aynurə və Səyyaf olmuşdur. Hadisə ani bir vaxtda bir neçə saniyə ərzində baş verib qurtarmışdır. Heç bir səs küy olmadığından, kənar heç kəs hadisə yerinə toplaşmamışdır. Hadisə zamanı Səyyafı heç kəs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Səyyaf Ziyada vurduğu daş parçası Ziyadın üzünə dəydikdəşn sonra yaxınlıqda yerə düşmüş və orada qalmışdır. Həmin yer daşlıq olduğundan orada olan digər daşların arasına qarışmışdır. (cild 1, iş vərəqə 93-95) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Sabunçu RPİnin 15-ci PB-nə müraciət edərək xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs onu təhqir etdikdən sonra əlində olan daş parçası ilə alın və burun nahiyəsinə vuraraq xəsarət yetirdiyini bildirmişdir. (cild 1, iş vərəqə 3) Baxış keçirilməsi və götürmə haqqında 27 avqust 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisənin Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən yaşayış evlərinin yanında küçədə baş verdiyi məlum olmuşdur. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edən foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 1, iş vərəqə 6-7) Məhkəmə-tibbi ekspertizasının 03 sentyabr 2024-cü il tarixli 2142 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, alın sümüyünün qəlpəli, basılmış, yerdəyişmiş və burun sümüyünün yerdəyişmiş qəlpəli sınıqları, alın və burun nahiyələrinin əzilmiş yaraları, sağ said nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılması nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (cild 1, iş vərəqə 13-15) Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 24-28) Şübhəli şəxsin tutulması haqqında 26 oktyabr 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2024-cü il tarixdə, saat 12:00-da Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 32, 42-43) 26 oktyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələbi və şikayəti yoxdur. (cild 1, iş vərəqə 52) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 53-54) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-667/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, ev dustaqlığında saxlama müddətinin əvvəli 26 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 72-79) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Məmmədov X4 rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 177.2.2-ci maddələrilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002- ci il tarixli qərarı ilə cəzası 5 (beş) il 6 (altı) aya endirilmiş, xx.xx.2005-ildə vaxtından əvvəl şərti azad olunmuşdur. (cild 1, iş vərəqə 83-84) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi xx.xx.2024-cü il tarixli, 13951 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 89) Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild 1, iş vərəqə 99-100) Cinayət işi üzrə icraatın dayandırılması haqqında 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 1, iş vərəqə 103-104) Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə, saat 11:20-də könüllü olaraq Sabunçu RPİ-nə getmişdir. (cild 1, iş vərəqə 106) Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. (cild 1,iş vərəqə 107-108) Toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsindən, həmin Məcəllənin 126.2.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununda dəyişiklik edilərək ona, həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Şahid4 soyadı Məmmədova kimi qeyd olunmuşdur, ona məxsus olan AA******* nömrəli şəxsiyyətini təsdiq edən sənədə əsasən həmin şəxsin Şahid4 olması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.2.4 və 228-ci maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. (cild 1, iş vərəqə 110-114) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. (cild 1, iş vərəqə 116- 117) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1,iş vərəqə 128-129) Məhkəmə iclasında Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onunla barışdığını və sonuncuya qarşı hər hansı şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən (AZEMİS) çıxarışdan görünür ki, xx.xx.2023-cu il təvəllüdlü Əsmanur adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs xüsusi amansızlıqla zərərçəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətləri kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya görə Azərbaycan Respublikasının CM-in 126.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs xüsusi amansızlıqla zərərçəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətlər kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla zərərçəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətləri kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, Zərərçəkmiş şəxs yaxın qohumları olan atası Şahid3, bacısı X2 və arvadı Şahid4 öz hərəkətləri ilə əzab verdiyini dərk etməklə onların gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni xüsusi amansızlıqla yerdən götürdüyü daş parçası ilə Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətləri kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 7-ci bəndində göstərilmişdir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-in 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Qeyd edilən qərarın həmin müddəalarına və CM-in 126.2.3-cü maddəsinin mənasına görə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxs qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə cinayəti törətmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadələrdən görünür ki, o axşam vaxtı saat 21-22 radələrində evlərinin darvazasına yaxınlaşanda yoldaşının qohumlarının darvazanın qarşısında durduğunu görmüşdür. Burada yoldaşının qohumları ilə 1 dəqiqə ərzində davaları olmuşdur. Arvadının qohumları onu itələyə-itələyə yıxmışlar. Dava edən zaman hamısı birlikdə onun üstünə yerimişlər. Ziyad və yanında olan digər şəxslər onun üstünə cumub yerə yıxmışlar. Onun da əlinə həmin vaxt daş keçdiyi üçün daşla Ziyadı vurmuşdur. O, ancaq Ziyadı özünü müdafiə etmək üçün vurmuşdur. O, Ziyadı vuran zaman yanında olan şəxslərə əzab verdiyinin fərqində olmamış, xüsusi amansızlıq göstərməmişdir. O Ziyadın yanında olan digər şəxsləri vurmamış, lakin orada olan digər şəxslər onu vurmuşdur. Məhkəmədə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadələrdən görünür ki, onlar Səyyaf Nəcəfovla qonşuluqda yaşayırlar. Səyyaf onun bacısının həyat yoldaşıdır. Öz evində olan zaman həyətdə səs-küy olduğunu eşidərək çölə çıxmışlar. Bu zaman Səyyafın gəzdiyi qadın qapıda olmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Səyyafla o yerə yıxılmışlar. Səyyaf daşla bir dəfə onun başına vurmuşdur. Səyyaf ona qarşı xüsusi amansızlıq göstərməmişdir. Səyyafla davaları təxminən 01 dəqiqə çəkmişdir. Dava etdikləri zaman Səyyaf digər şəxslərə qarşı nalayiq sözlər işlətməmiş və üzərlərinə yeriməmişdir. Məhkəmədə dindirilmiş şahid Gülnarə Nəvəfovanın verdiyi ifadələrdən görünür ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Evdə oturan zaman həyətdən səslər eşitmişlər. Çölə çıxan zaman Təqsirləndirilən şəxs münasibətdə olduğu qadının orada olduğunu görmüşlər. Daha sonra Ziyad bu qadının burada nə işi olduğunu soruşmuşdur. Sonra Ziyad və Səyyaf arasında mübahisə düşmüşdür. Səyyaf və Ziyad hər ikisi yerdə birbirilərini döyürmüşlər. O Səyyafın Ziyadı daşla necə vurmasını görməmişdir. Səyyaf onun özünə əzab verməmişdir. Səyyaf və Ziyad arasında dava təxminən 3-5 dəqiqə çəkmişdir. Səyyaf və Ziyadı onlar aralamışlar. Məhkəmədə dindirilmiş şahid Elnurə Nəcəfovanın verdiyi ifadələrdən görünür ki, o Təqsirləndirilən şəxs baldızıdır, Zərərçəkmiş şəxs isə bacısıdır. Əvvəllər Təqsirləndirilən şəxsla heç bir dava-dalaşları olmamışdır. Həyətdə səs-küy eşitmişlər. Çölə çıxıb görmüşlər ki, Təqsirləndirilən şəxs münasibətdə olduğu qadın qapıdadır. Bu zaman Səyyaf və Ziyad arasında mübahisə düşmüşdür. O, Səyyafın Ziyadı daşla vurmasını görməmişdir. Səyyaf tərəfindən heç bir xüsusi qəddarlıq olmamışdır. O, özü şəxsən əzab çəkməmişdir. Eyni zamanda məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs verdiyi ifadələrində də bildirmişdir ki, Şahid2 ilə 2006-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Birgə nigahlarından iki qız övladları vardır. Aynurə və atasıgil təxminən iki ilə yaxındır ki, başqa bir qadınla münasibətini öyrəndikləri üçün onlarla aralarında münasibətləri pozulmuşdur. Buna görə Aynurə ilə mübahisələri yaranırdı. Zərərçəkmiş şəxs Şahid2 qardaşıdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində evdə yemək yeyib yaxınlıqda olan “Al marekef’ə gedib siqaret aldıqdan sonra evə gələn zaman Aynurənin gəldiyini görmüşdür. Ondan haradan gəlməsini soruşduqda, Aynurə yaxın tanış qızgildən gəldiyini demişdir. Aynurə həmin zaman ondan qabaqda gedirdi, Aynurə qardaşı Ziyada zəng etmiş, evə çatan zaman Aynurənİn atası Aftandil, qardaşı Ziyad, Ziyadın arvadı Gülnarə, baldızı Elnurə və Aynurəni qapının qarşısında görmüşdür. İkinci dəfə qeyri rəsmi ailə həyatı qurduğu X3 onlar evə çatana kimi evinin qarşısından gəlib keçmişdir. Nahidə onlarla qonşuluqda yaşayır. Qapıya çatdıqda Ziyad Nahidəyə görə onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ziyadla əlbəyaxa olmuş, həmin vaxt yerə yıxılmış və bundan sonra yerdən daş parçasını götürüb ayağa duraraq Ziyadın sifətinə bir dəfə vurub xəsarət yetirmişdir. Onlar Ziyadın xəsarət aldığını görüb ondan kənarlaşmışlar. Bundan sonra yenidən marketə gedib evə qayıtmışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 22:40 radələrində yuxarıda qeyd etdiyi yaşadığı evin yəni, ünvan 1 ünvanın qarşısında baş vermişdir. Hadisə zamanı orada Aynurə, qayınatası Aftandil, qaynı Ziyad, baldızı Elnurə və Ziyadın arvadı Gülnarə olmuşdur. Hadisə zamanı heç bir səs küy olmamış və kənar heç kəs toplaşmamışdır. Hadisə zamanı Ziyada xəsarət yetirdiyi həmin daş parçasını Ziyada atdıqdan sonra yaxınlığa yerə düşmüşdür. Sonra hadisə yerindən çıxıb getdiyindən və həmin yerdə çoxlu daşlar olduğundan yəqin digər daşların arasına qarışıbdır. Hadisə zamanı heç bir xəsarət almamışdır, ona görə də, həmin şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayətin bilavasitə törədilməsi zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atası Şahid3, bacısı X2 və arvadı Şahid4 yanında daşla xəsarət yetirməsi sonunculara iztirab vermək kimi niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində baş vermiş qarşılıqlı münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurma niyyəti ilə tam əhatə olunmuş, onun həmin anda niyyətinin sadəcə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmaq olması yuxarıda göstərilən xüsusatlarla tam olaraq öz təsdiqini tapmışdır. Belə olan halda Təqsirləndirilən şəxs Şahid3, bacısı X2 və arvadı Şahid4 yanında zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmasının məhz zərərçəkmiş şəxsin yaxınlarına xüsusi iztirab vermək, yaxud zərərçəkmiş şəxsin yaxınlarına xüsusi iztirab yetirdiyini dərk edərək ona ağır xəsarət yetirmək kimi qiymətləndirilməsi və bununla da Təqsirləndirilən şəxs istər birbaşa, istərsə də dolayı qəsdlə cinayəti məhz xüsusi amansızlıqla törətməsi istisna olunur. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun qəsdən sağlamlığına ağır zərər vurması ilə bağlı öz əməlinin mümkün ictimai təhlükəli nəticəsini qabaqcadan görmüş, bunu arzu etməklə, həmin ictimai təhlükəli nəticəyə münasibətdə onun birbaşa qəsdi mövcud olmuşdur ki, qeyd olunan əməl cinayət olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə əhatə olunur. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin verdikləri ifadələrdə, eyni zamanda şahidlərin verdikləri ifadələrdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumlarına öz hərəkətləri ilə əzab verdiyini dərk edərək onların gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni xüsusi amansızlıqla zərərçəkmiş şəxsi vurmasına dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmu halında Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. Cinayət işinin materiallarından da görünür ki, hazırkı cinayət işi ibtidai istintaq orqanı tərəfindən CM-in 126.1-ci maddəsi ilə başlanılmış, xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin ibtidai istintaqın yekun mərhələsində - xx.xx.2025-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması” haqqında qərarla yetərli hesab olunacaq mötəbər sübutlar əldə olunmadan Təqsirləndirilən şəxs əməli CM-in 126.2.3-cü maddəsinə tövsif edilsə də bu kifayət qədər əsaslandırılmamışdır. Həmin ittiham elan edildikdən sonra ibtidai istintaq orqanı tərəfindən sonrakı müddət ərzində toplanmış sübutlar heç biri Təqsirləndirilən şəxs ağır xəsarəti məhz xüsusi amansızlıqla zərərçəkmiş şəxsə yetirməsini təsdiq etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. İlk öncə qeyd etmək zəruridir ki, əməlin tövsifi bilavasitə törədilmiş cinayət hadisəsinin müvafiq sübutlar əsasında düzgün rekonstruksiyası olmadan mümkün deyildir. Belə ki, hazırki əməlin AR CM-nin 126.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün cinayət tərkibinin bütün zəruri elementləri ilə sözügedən normanın dispozisiyasının zəruri elementlərinin uyğunluğu ilk öncə müəyyən edilməlidir. Əksinin olması əmələ düzgün olmayan hüquqi qiymət verilməsi və cinayət mühakimə icraatının vəzifəsinin tam yerinə yetirilməməsi ilə nəticələnə bilər. Hökmün təsviri hissəsində istinad edilən zərər çəkmiş şəxs, şahidlərin və təqsirləndirilən şəxslərin istintaq və məhkəmə baxışı zaman verilmiş, habelə məhkəmədə elan edilmiş ifadələri törədilmiş cinayət hadisəsini rekonstruksiya etməyə imkan verməklə əməli AR CM-nin 126.2.3-cü maddəsindən 126.1-ci maddəsinə tövsif etməyə əsas verir. Belə ki, xüsusi amansızlıq sözugedən cinayət tərkibinin subyektiv cəhətinin zəruri elementi olduğundan əməlin AR CM-nin 126.2.3 maddəsi ilə tövsifi zamanı dəqiq şəkildə müəyyən edilməlidir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində əks olunmuş hüquqi mövqeyə görə xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi Plenum qərarının 8-ci bəndi zərər çəkmiş şəxsin yaxın qohumlarının yanında xüsusi əzab verdiyini dərk etməklə öldürməninin xüsusi amansızlıqla adam oldürmə kimi ifadə oluna bilcəyini qeyd etsə də(hazırki vəziyyətdə saglamlığa zərər vurma da analoji qaydada tətbiqi imkanını nəzərə alsaq) burada məhkəmənin işin faktiki halları əsasında situativ qiymətləndirmə imkanı aradan qalxmır. Belə ki, AR CM-nin 126.2.3-cü maddəsində əks edilmiş cinayət tərkibinin subyektiv cəhətinin zəruri elementi olan xüsusi amansızlıq elementi iki şərtlə müşayət edilməlidir.
1. Əməlin zərər çəkmiş şəxsin yaxın qohumlarının yanında törədilməsi.
2. Təqsirləndirilən şəxsin əməlin zərərçəkmiş şəxslərin yanında törədilməsinin onlara xüsusi əzab verdiyinin dərk edilməsi-iradi meyar. Məhkəmə kollegiyası hesab edir ki, işin sadalanan faktiki hallarından münaqisənin zərər çəkmiş şəxs və təqsirləndirilən şəxs arasında yaranan şəxsi münasibətlər zəminindən yaranan münasibətin əlbayaxa olmalarına keçid etməsi nəticəsində yaranmış, hadisənin qısa müddət ərzində təqsirləndiriln şəxsin üstunlüyünə keçməsi ilə nəticələnmiş, sonda təqsirləndirilən şəxs hadisənin sonrakı axarı nəticəsində qısa müddət ərzində üstünlüyü ələ alaraq yerdən götürdüyü daşla zərər çəkmiş şəxsin alın və burun nahiyəsinə zərbə endirmişdir. Bu zaman davam edən qısa müddət ərzində zərər çəkmiş şəxsin yaxın qohumları orda olsa da, təqsirləndirilən şəxs xüsusi əzab verdiyini dərk etməmiş və zaman intervalı baxımından dərk etmək imkanında da olmamışdır. Həmçinin, xüsusi amansızlıq ünsürü zərərçəkmiş şəxsin, şahidlərin istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələr ilə də inkar edilir. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xüsusi amansızlıqla əlaqədar” deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və ona 126.1-ci maddəsi ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir və ağır cinayət hesab olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun CM-in 126.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.1.12, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halların məcmusunu və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində müddətin əvvəli 26 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 31 yanvar 2025ci il tarixdə təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat dayandırılmış, 01 aprel 2025-ci il tarixdə axtarışda olan təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəlmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət Beyləqan rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, xüsusi müsadirə edilməli olan əmlak, mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fəxri Məmmədov
Hakimlər Anar Sadıqov
Mahirə Kərimova