Məhkəmə qərarları › İş №1(101)-1217/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1217/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1217/2021 17.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər- Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X42 qızı Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Sahib oğlunun iştirakı ilə 08 noyabr 1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, məhkumluğu olmayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 217.2, 206.4 və 228.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikası ərazisində və Respublika hüdudlarından kənarda ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış silahlı qrupların (bandaların) törətdikləri basqında və sabit silahlı qruplarda (bandalarda) iştirak etmiş, mütəşəkkil dəstə tərkibində qanunsuz olaraq odlu silah əldə edib, saxlayıb gəzdirməklə daşımış, mütəşəkkil dəstə tərkibində odlu silahı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, o, törətdikləri cinayətlərə görə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29.03.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 217.1, 217.2-ci və digər maddələri ilə məhkum olunmuş, Gəncə şəhərində yaşamış Azərbaycan Respublikası vətəndaşları: X9, X68, X93, Şahid2, X47, X32, X75, Bakı şəhərində yaşamış X60, X61, X69, həmin məhkəmənin 01.12.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 217.2-ci və digər maddələri ilə məhkum olunmuş Şahid3, Rusiya Federasiyası Moskva şəhəri Kuzminski rayon məhkəməsinin 20.04.2006-cı il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə), 118-ci maddəsinin 1-ci hissəsi (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) və 316-cı maddəsi (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) İlə məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı X76, Rusiya Federasiyası Samara Vilayət Məhkəməsinin 09.09.2004-cü il tarixli hökmünə əsasən məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı X77, Rusiya Federasiyası vətəndaşları X56 və X43 və başqaları ilə külli miqdarda gəlir əldə etmək, yəni tamah niyyəti ilə Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazilərində yaşayan maddi cəhətdən imkanlı şəxs kimi tanıdıqları ayrı-ayrı şəxslərə silahlı basqınlar etməklə əmlaklarını ələ keçirmək məqsədilə, 2003-cü ilin fevral ayında səsboğucusu olan “Makarov”, “Baykal” konstruksiyalı tapançalar, «6-P-42» modelli qaz tapançası, döyüş sursatları ilə silahlanan, 2002-ci ilin oktyabr ayından yaxından tanıdığı X9 və Şahid2 tərəfindən təşkil olunmuş sabit silahlı qrupda (bandada) həmin tarixdən birləşib, yəni bandanın rəhbəri X9 və qrupun digər üzvlərinin 13 noyabr 2002-ci il tarixdə Bakı şəhəri Buzovna qəsəbəsində bağ evlərində yaşayan X6 evindən və digər yerlərdən cinayət yolu ilə ələ keçirdikləri və saxlamaq üçün X19 verdikləri qızıl-zinət əşyalarını 2003-cü ilin iyun ayının əvvəllərində sonuncudan geri tələb edərkən, həmin əşyaların bir qisminin İltimaz Məmmədova tərəfindən satıldığını, bir çoxunun isə qiymətli daşlarının daha ucuz daşlarla əvəz edildiyini bilərək, İltimaz Məmmədova ilə qrup üzvü Pərviz Mamedov arasında kəskin münaqişə baş verməsi zəminində, sonuncu qisas almaq məqsədilə İltimaz Məmmədovanın həmin vaxt Moskva şəhərində olan oğlu Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda öldürməyi qərara alıb sabit silahlı bandanın digər üzvü Şahid2la birlikdə Moskva şəhərinə getmək barədə razılaşmışlar. Bundan sonra, sabit silahlı qrup-bandanın təşkilatçısı və rəhbəri Pərviz Mamedov 2003-cü ilin iyul ayının əvvəlində Təqsirləndirilən şəxs zəng edərək Zərərçəkmiş şəxs Moskva şəhərində olduğunu bildirmiş və Zərərçəkmiş şəxs qisas məqsədilə cəzalandıracağı barədə sabit silahlı qrupun-bandanın ümumi niyyətini çatdırmaqla sonuncunun Azərbaycan Respublikasına qayıtmasını ləngitməyi tapşırmışdır. Öz növbəsində Təqsirləndirilən şəxs, Pərviz Mamedov və Şahid2 tərəfindən təşkil olunmuş sabit silahlı qrupun (bandanın) və onun törədəcəyi basqında iştirak etməyə razılıq verməklə əldə olunmuş cinayətkar sövdələşməyə uyğun hərəkət edərək, 08 iyul 2003-cü il tarixdə Bakı şəhərindən təyyarə ilə Moskva şəhərinə getmiş Pərviz Mamedov və Şahid2 Moskva şəhərində Hava limanında şəxsən qarşılayaraq birlikdə adı və ünvanı istintaqla müəyyən edilməyən mehmanxanada Pərviz Mamedov, Şahid2la özünün təşəbbüsü iiə Moskva şəhərində yaşayan cinayət meyiili Şahid3, Raul Məmmədov və qeyrilərini dəvət etməklə birlikdə görüşüb uzun müddətdir ki, Moskva şəhərində yaşadığı üçün Zərərçəkmiş şəxs basqın ediləcəyi əlverişli yeri, banda üzvlərini Zərərçəkmiş şəxsla birlikdə həmin yerə aparacaq nəqliyyat vasitələrini, hərəkət marşrutunu və basqının üsullarını qabaqcadan müzakirə etməklə əvvəlcədən razılığa gəlmişlər. 21 iyul 2003-cü il tarixdə yerli vaxtla saat 15 radələrində razılaşdıqları kimi Gəncə şəhərində eyni məntəqədə yaşadığı üçün əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs qonaqlıq adı ilə aldadıb, özləri ilə birlikdə sabit silahlı qrupun-bandanın üzvü X62 məxsus olmaqla İdarə etdiyi «VAZ 21010» markalı, yaşıl rəngli, «710.77 RUS» dövlət nömrə nişanlı və sonuncunun tanışı, erməni millətindən olan X57 məxsus olmaqla idarə etdiyi «QAZ 24» markalı, qara rəngli «218. 77 RUS» dövlət nömrə nişanlı avtomaşınlarla Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında insanların olmadığı meşə massivinə aparmışlar. Orada Zərərçəkmiş şəxs avtomaşından yerə düşdükdən sonra, Təqsirləndirilən şəxs silahlı qrupun-bandanın həmin üzvləri ilə birlikdə basqın edərək bandanın üzvləri Pərviz Mamedov və Şahid2la birlikdə əvvəlcə özləri ilə gətirdikləri yapışdırıcı lentlə Zərərçəkmiş şəxs əl-ayaqlarını bağlayıb meşədə olan ağaca sarıyaraq sonuncunun müqavimət göstərməsinin qarşısını almış, Təqsirləndirilən şəxs isə əvvəlcədən götürməklə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs yaxınlaşıb cəzalandırmaq məqsədilə döş qəfəsinin ön nahiyəsinin sol yarısına ən azı bir zərbə vurmaqla kənara çəkilmiş, sabit silahlı qrupun-bandanın digər üzvləri cinayət əməllərini davam etdirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüşlər. Bundan sonra onlar birlikdə həmin ərazidən uzaqlaşaraq Təqsirləndirilən şəxs banda üzvləri Pərviz Mamedov və Şahid2 Moskva şəhərində istintaqla müəyyən edilməyən ünvanlarda qalmalarını təmin etmişdir. Daha sonra Təqsirləndirilən şəxs sabit silahlı qrup-banda tərəfindən gələcəkdə planlaşdırılan digər cinayət əməllərində istifadə edilməsi məqsədilə ümumi cinayətkar niyyətə uyğun olaraq vahid niyyətlə Pərviz Mamedov, Şahid2 və qeyriləri ilə birlikdə mütəşəkkil dəstə halında Rusiya Federasiyasının Moskva şəhərində istintaqa məlum olmayan mənbədən 2003-cü ilin iyul ayında odlu silah hesab edilən 9 mm kaiibrli “Makarov” tipli tapançanı qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb gəzdirmiş, Pərviz Mamedovun şəxsi əşyalarını saxladığı çantada gizlədərək 03 avqust 2003-cü il tarixdə Pərviz Mamedov və Şahid2la birlikdə mütəşəkkil dəstə halında həmin odlu silahı Azərbaycan Respublikasının Qusar rayonunun Samur qəsəbəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “X140” sərhəd keçid məntəqəsindən və gömrük sərhəddindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirməklə öz üzərlərində saxlayaraq gəzdirməklə daşıyıb Pərviz Mamedovun kirayə yaşadığı ünvan 2 ünvanına gətirib orada saxlamışdır. 22 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən həmin ünvanda keçirilmiş axtarış tədbirləri nəticəsində bir ədəd yivli odlu silah hesab edilən 9 mm. kalibrli “Makarov” konstruksiyalı “QŞ №1865 1963” yazıları həkk olunmuş hmin tapança aşkar edilərək götürülmüşdür. Həmin əməlləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikası ərazisində və Respublika hüdudlarından kənarda ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış sabit silahlı qrupun (bandanın) törətdiyi basqında və sabit silahlı qrupda (bandada) iştirak etmiş, mütəşəkkil dəstə tərkibində qanunsuz olaraq odlu silah əldə edib, saxlayıb gəzdirməklə daşımış, mütəşəkkil dəstə tərkibində odlu silahı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 217.2, 206.4 və 228.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2001-cı ilin yanvar ayında hərbi xidməti bitirdikdən sonra iki ay Gəncə şəhərində yaşamış, sonra isə Moskva şəhərinə gedərək xırda ticaratlə məşğul olmağa başlamışdır. Moskvada həmyerlisi və Gəncə şəhərindən qonşusu olan Elçin Əliyevin vasitəsilə digər Gəncə sakinləri və o cümlərdən: Şahid3, Raul Məmmədov, Vasif Namazovu, Eşqin Əliyevlə tnış olaraq onlarla ünsiyyət saxlamışdır. Moskva şhərində olduğu müddətdə bir sıra cinayət əməllərində iştirakı olduğu üçün 2002-ci ilin oktyabr ayında Moskva şəhərində Azərbaycan səfirliyinə gedərək başqa ad soyadla ölkəyə qayıtmaq üçün rəsmi sənəd almış və Gəncə şəhərinə qayıtmışdır. Bir neçə ay Gəncə şəhərində qalmış və həmin müddətdə Pərviz Mamedovla tanış olmuşdur. Bir neçə dəfə Pərviz Mamedov və onun Anar, Ruslan adlı dostları ilə, eləcə də “Qartal” ləqəbli Zərərçəkmiş şəxsla tanış olmuşdur. Aralarında oluş söhbətlər zamanı ona məlum olmuşdur ki, Pərviz Mamedov və adlarını çəkdiyi digər şəxslər banda halında bir sıra cinayətlər törətmişlər. 2003-cü ilin təxminən yanvar-fevral aylarında Pərviz Mamedov onu Bakı şəhərindən avtobusla Rusiyaya yola salmış və ona yol pulu olaraq 200 ABŞ dolları pul vermişdir. O isə Moskva şəhərinə getdikdən sonra sonra Vasif Namazovla görüşüb kirayə qalmaq üçün ev tutmuşdur. 2003-cü ilin yay aylarında Pərviz Mamedovla telefonla danışarkən sonuncu ona bildirmişdir ki, Moskvaya gələcəklər. Həmin telefon danışığından bir neçə gün sonra X119 şəhər sakini Şahid2la birlikdə təyyarə ilə Bakıdan Moskva şəhərinə gəlmişlər. Hava limanında onları Vasif Namazov və Şahid3 ilə birlikdə qarşılamış və Pərvizlə Anan öz kirayə yaşadığı evə aparmışdır. Növbətii günlərdə o, Pərviz Mamedov, Şahid2, Şahid3, Raul Məmmədov və Vasif Namazov sonuncunun işlətdiyi, Moskva şəhərində adını bilmədiyi kafeyə yığışıb görüşmüşlər. Həmin görüşdə Pərviz Mamedov bildirmişdir ki, Zərərçəkmiş şəxs onların birlikdə törətdikləri cinayətlər barədə başqalarına danışmışdır və onların cinayətlərdə əldə etdikləri qızıl-zinyət əşyaları Zərərçəkmiş şəxs anası İltimas Məmmədova tərəfindən qəsdən dəyişdirilmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs öldürmək lazım olduğunu demişdir. Görüşdə iştirak edənlərin hamısı, o cümlədən X120 Qurbanovun öldürülməsi məsələsini birlikdə planlaşdırmışlar. Bundan sonrakı gün Zərərçəkmiş şəxs qonaqlıq adı ilə aldadaraq o, X9, Şahid2, X76, erməni millətindən olan X65, X77, Şahid3 və Zərərçəkmiş şəxs ilə Vasif Namazovun və Ovik Manuçaryanın müvafiq olaraq «VAZ 2110» və «QAZ 2410» markalı maşınları ilə Yeqoryevsk şəhərinə getməyə razılaşmışlar. Onların oraya getməkdə məqsədi Zərərçəkmiş şəxs öldürmək olmuşdur, lakin Zərərçəkmiş şəxs oraya istirahət etmək adı ilə aparmışlar. Yeqorevsk şəhərinin yaxınlığında onlar bir meşəliyə çatmışlar. Həmin yer kimsəsiz yer olmaqla oradan bir qədər aralıda bir kilsənin yerləşdiyini görmüşdür. Oradakı meşəlik əraziəyə çatandan sonra onlar hamısı maşınlardan düşmüşlər. Bu zaman X108 Qurbanova yaxınlaşaraq Bakı şəhəri Buzovna qəsəbəsində quldurluq zamanı əldə etdikləri brillyantların harada olmasını soruşmuşdur. Əvvəl Zərərçəkmiş şəxs günahsız olduğunu bildirmişdir. Lakein, sonra öldürüləcəyini başa düşərək brillyant qaşların anası tərəfindən dəyişdirildiyini söyləyərək onu öldürməməyi xahiş etmişdir. O, Pərviz Mamedov və Şahid2la birlikdə skotçla Zərərçəkmiş şəxs əllərini ağaca bağladıqdan sonra onun özü o zaman özündə olan açılıb-qatlanan bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyyəsinə cəmi bir dəfə yavaşca vurmuşdur. Onu da bildirmək istəyir ki, həmin zərbəni o, Zərərçəkmiş şəxs öldürmək üçün deyil, sadəcə qorxutmaq üçün yetirmişdir. Bundan sonra X108 Qurbanovla danışmağa başlamış, bir müddət danışdıqdan sonra cibindən bıçağı çıxarıb Zərərçəkmiş şəxs sinə və digər nahiyyələrinə həmin baçaqla təxminən dörd-beş dəfə zərbə endirmişdir. Daha sonra isə Pərviz Mamedov həmin bıçaqla Zərərçəkmiş şəxs dizindəki «666» rəqəmləri olan tatuirovkanı kəsib atımşdır. Bu zaman Şahid2 Ovik Manuçaryanın maşınından benzinlə dolu konistri gətirib Zərərçəkmiş şəxs üstünə tökmüş, Pərviz Mamedov isə artıq ölmüş Zərərçəkmiş şəxs meyitini yandırmışlar. Bundan sonra onlar hamısı avtomaşınlara oturub Moskva şəhərinə qayıtmışlar. Qayıdandan sonra Vasif Namazovun işlədiyi kafeyə getmişlər. Bundan sonrakı günlərdə görüşlərində Raul Məmmədov ona bir neçə qəsdən adam öldürmə cinayətlərini törətdiyi barədə söhbətlər etmişdir. Onu da bildirmək istəyir ki, Zərərçəkmiş şəxs öldürdükdən sonra həmin şəxslər bir neçə gün onunla birlikdə qalmış və bundan bir neçə gün sonra isə o, 2003-cü ilin təxminən avqust ayında o, Pərviz Mamedov və Şahid2la birlikdə Rusiyadan “Samur» sərhəd keçid məntəqəsindən avtobusla Azərbaycan Respublikasına gəlmişlər. O zaman Azərbaycanda bir müddət qaldıqdan sonra o, yənidən Rusiyaya çıxıb getmiş və bir müddət Moskva şəhərində qalmışdır. O zaman ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs öldürülüməsi ilə bağlı Moskva vilayəti Yeqorevsk şəhər prokurorluğunda cinayət işi istintaq olnur və onun özünü həmin prokurorluğu dəvət edərək dindirmişlər və o, hadisə necə baş vermişdirsə eləcə də izahat vermişdir. Orada istintaq aparılandan sonra 2005-ci ilin avaqust ayında Moskva vilayəti, Yeqoryevsk şəhər Məhkəməsinin hökmünə əsasən o, Zərərçəkmiş şəxs öldürülüməsində iştirak etdiyinə görə Rusiya Federasiyası CM-in 111-ci maddəsinin 1-ci hissəsi, yəni onu bıçaqla vurub qəsdən sağlamlığına ağır zərər yetirdiyinə görə iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2006-cı ilin iyul ayında isə xəzasını çəkib qurtardıqdan sonra azadlığa buraxılmışdır. Lakin, bundan sonrakı dövrdə, yəni 2008-ci ilin noyabar ayında o, Moskva şəhəri, Timiryazev rayon məhkəməsinin hökmünə əsasən Rusiya Federasiyası CM-in 222-ci maddəsinin 1-ci hissəsi ilə, yəni qanunsuz olaraq odlu silahı və sursatı əldə edib saxladğına görə, daha sonra isə 2013-cü ilin sentyabr ayında Rusiya Federasiyası Sank-Peterburq şəhər məhkəməsinin hökmünə əsasən Rusiya Federasiyası CM-in 105-ci maddəsinin 2-ci hissəsi, yəni qəsdən adam öldürməyə görə məhkum olunmuş, sonra isə azadlığa buraxılmışdır. Azadlığı buraxıldıqdan sonra X66 şəhərində və digər şəhərlərində xırda alverlə məşğul olmuşdur. Lakin, növbəti dəfə, yəni 18 mart 2021-ci il tarixdə Rusiyadan Azərbaycana gələrkən Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında pois əməkdaşları tərəfindən saxlanılaraq həbs olunmuş və sonra isə ona Azərbaycan Respublikası CM-in 217.2, 120.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Daha sonra isə ona Azərbaycan Respublikası CM-nin 217.2, 206.4 və 228.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Ona qarşı irəli sürülmüş ittihamlarla bağlı özünü təqsirli hesab etmir. Belə hesab edir ki, Zərərçəkmiş şəxs öldürülüməsində iştirak etdiyinə görə artıq məhkum olunduğuna ğörə əsassız olaraq cinayət məsliyyətinə cəlb edilmişdir. = 2003-cü ilin iyul ayının əvvəlində Pərviz Mamedov ona zəng edərək Zərərçəkmiş şəxs Moskva şəhərində olduğunu bildirmişdir. Lakin, Pərviz Mamedov qabaqcadan ona Zərərçəkmiş şəxs cəzalandıracağı barədə bir söz deməmişdir. Pərviz Mamedov ona Ceyhunla əlaqə saxlamasını və onunla söhbəti olduğunu demişdir. X109 şəhərinə gəlib onu və Şahid2 hava limanında qarşılayıb onları kirayə yaşadığı evə apardıqdan sonra X108 Qurbanovu cəzalandırmaq istədiyini ona bildirmişdir. Həmçinin sonrakı günlərdə Pərviz Mamedov, Şahid2, həmçinin tanışları Şahid3, Raul Məmmədov və Vasif Namazov ilə birlikdə Vasif Namazovun işlətdiyi kafedə birlikdə söhbət etdikləri vaxt, Pərviz Mamedov, Zərərçəkmiş şəxs onların birlikdə muxtəlif yerlərdə cinayət yolu ilə etdikləri qızıl-zinyət əşyaların çox hissəsinin Zərərçəkmiş şəxs anası İltimas Məmmədovaya saxlamaq üçün verdiklərini, lakin İltimasın həmin qızılların brilyant qaşlarının dəyişdirərək onu aldatdığını və buna görə də Zərərçəkmiş şəxs cəzalandırmaq, yəni onu öldürmək lazım olduğunu demişdir. Bundan sonrakı gün Pərviz Mamedov və digərləri ilə birlikdə Zərərçəkmiş şəxs qonaqlıq adı ilə Moskva vilayəti Yeqorevsk şəhərinin yaxınlığında olan meşəliyə aparan zaman o, Zərərçəkmiş şəxs həmin yerə öldürmək üçün apardıqlarını bilmişdir. Onu da bildirmək istəyir ki, o, Pərviz Mamedovun Zərərçəkmiş şəxs öldürmək istədiyini bilsə də, onun özünün Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Onun özü Pərviz Mamedov, Şahid2 və qeyrilərindən ibarət bandanın tərkibində heç bir fəaliyyət göstərməmişdir. Zərərçəkmiş şəxs həmin şəxslər tərəfindən qəsdən öldürülücəyini bilsə də, onun özünün Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Həmin hadisə vaxtı onu cəzalandırmaq üçün cəmi bir dəfə ona bıçaqla ona xəsarət yetirmişdir. 2003-cü ilin avqust ayında Pərviz Mamedov və Şahid2la birlikdə Rusiya Rederasiyasından Azərbaycan Respublikasına Qusar rayonunun Samur qəsəbəsində yerləşən “X140” sərhəd keçid məntəqəsindən Azərbaycan Respublikasına gələn zaman Pərviz Mamedovun üzərində 9 mm. kaiibrli “Makarov” tipli tapança olmasından heç bir məlumatı olmamışdır. Həmin tapança silahının əldə olunmasında onun özünün heç bir iştirakı olmamışdır. Bir daha bildirir ki, o, özünü Zərərçəkmiş şəxs öldürülən zaman ona cəmi bir dəfə bıçaqla xəsarət yetirmişdir və həmin əməlini görə peşmançılıq çəkir. Onu da bildirmək istəyir ki, Zərərçəkmiş şəxs öldürülüməsində iştirak etdiyinə görə Moskva vilayəti Yeqoryevsk Şəhər Məhkəməsinin hökmünə əsasən məhkum olunduğunu nəzərə alaraq, ona qarşı iriəli sürülmüş ittiham üzrə ona Azərbaycan Respublikası CM-nin 217.2, 206.4 və 228.3-cü maddələri ilə bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlləini törətməkdə təqsirli olması, işin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X55 oglu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıq yaşlarından tanıyır və Gəncə şəhərində onunla bir məhlədə böyüyüb başa çatmaqla dostluq etmişlər. Təqsirləndirilən şəxslə onun arasında heç bir ədavət və ya düşmənsilik yoxdur. Həmyerlisi Zərərçəkmiş şəxs qəsdən öldürülməsi cinayətini həqiqətən onun özü törətmişdir və bunu istintaq və məhkəmə baxışı zamanı da etiraf etmişdir. Belə hesab edir ki, həmin cinayət hadisəsi Zərərçəkmiş şəxs özünün və sonuncunun anasının ona qarşı etdikləri düzgün olmayan hərəkətlər nəticəsində baş vermişdir. Belə ki, o zaman o, Gəncə şəhər sakinləri X68, X93, Zərərçəkmiş şəxs, Şahid2, X47, X32, Təqsirləndirilən şəxs, X77, X75, Bakı şəhərində yaşayan X60 və digərləri ilə banda şəklində birləşərək Gəncə şəhərinin müxtəlif ünvanlarında, Bakı şəhərinin Buzovna qəsəbəsində və Rusiya Federasiyasında bir sıra qəsdən adam öldürmə cinayətləri törədərək külli miqdarda pul və qızıl-zinyət əşyaları ələ keçirmişlər. Əldə etdikləri brilyant qaşlı qızılları saxlamaq üçün bandanın üzvü Zərərçəkmiş şəxs anası İltimas Məmmədovaya vermişlər. 2003-cü ilin əvvəllərində ona Zərərçəkmiş şəxs bütün gününü qadınlarla saunalarda və qumarxanalarda keçirdiyi, həmçinin Gəncə şəhər sakini Şahid2 bir ədəd «Makarov» konstruksiyalı tapanca silahını 500 ABŞ dollarına alması barədə məlumatlar çatmışdır. Belə ki, o zaman həmin silahı Zərərçəkmiş şəxs ona Gəncə şəhərində «Xanlar avtovağzalı»nın yanında göstərmişdir. O vaxt aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs ona pullarının qurtardığını və Vaqif Qədimovun evindən götürdükləri qiymətli əşyalarla əlaqədar anası X10 onunla görüşmək istədiyini bildirmişdir. Bu söhbətdən sonra o, Zərərçəkmiş şəxsla sonuncunun anası İltimas Məmmədovanın evinə getmişdir. Söhbət zamanı İltimas Məmmədova öz oğlu Zərərçəkmiş şəxs pulların hamısını xərclədiyini bildirərək «mənim oğlumla iş görmüsünüz, o, pulları xərcləyib qutarıb, mən də gedib kirayədə yaşayıram, gətir qızıl və brilyantlara birlikdə baxaq, mənim evimdə də bir neçə gün qalsın» sözlərini demişdir. Həmin günün səhərisi o, yaşadığı evin çardağında gizlətdiyi qiymətli əşyaları götürüb İltimas Məmmədovanın evinə gətirərək sonuncunun qarşısında stolun üstünə tökmüşdür. İltimas Məmmədova bütün əşyalara baxaraq onların siyahısını tutmuş və əşyaların bəzilərinin brilyant olduğunu, bəzilərinin isə brilyant olmadığını ona bildirmişdir. Sonra onlar zərgərə göstərmək və satmaq üçün əşyalardan iki ədəd zənciri və bir komplekt qiymətli əşyanı götürüb «Gəncə» univermağındakı qızıl mağazasında işləyən İlqar adlı zərgərin yanına getmişlər. Həmin vaxt cəmi 1000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları İlqar Cəfərova satmışlar. Həmin puldan 350 ABŞ dollarını onun özü götürmüş, qalan hissəsini isə İltimas Məmmədovaya vermişdir. Vaqif Qədimovun evindən götürülmüş digər əşyalar isə İltimas Məmmədovada qalmışdır. Bundan bir neçə gün sonra o, həmin əşyalardan bir ədəd bilərziyi, bir neçə üzüyü, habelə digər qiymətli əşyaları təkrarən İlqar Cəfərova satmışdır. Əldə etdiyi pulların əksər hissəsini Zərərçəkmiş şəxs götürmüşdür. Bundan bir müddət sonra bandanın üzvü İmran Cənnətov cinayət yolu ilə əldə etdikləri qızıllarla əlaqədar ona zəng edərək həmin qiymətli əşyaları İltimas Məmmədovadan götürüb onun özünün evinə aparmasını ona tapşırmışdır. Buna görə də o, İltimas Məmmədovanın evinə gələrək həmin qızıl əşyaları əşyaları istəmişdir. Həmin vaxt İltimas Məmmədova həmin qızılları başqa yerdə gizlətdiyini bildirərək, onları iki gündən sonra ona qaytara biləcəyini demişdir. Həmin söhbətdən iki gün sonra o, yenidən İltimas Məmmədovanın evinə getmiş və İltimas Məmmədova qızılları onun qarşısına qoymuşdur. Həmin vaxt qızıllara baxdaıqda o, İltimas Məmmədovaya saxlamaq üçün verdiyi qızılların sayı və əlamətlərinin düz gəlmədiini görmüş və İltimas Məmmədovanın onu aldatdığını başa düşmüşdür. sonra isə o, həmin qızıl əşyaları Zərərçəkmiş şəxsla birlikdə sonuncunun anası İltimas Məmmədovadan götürüb «Gəncə» univermağında işləyən İlqar Cəfərovun yanına gedərək, həmin əşyalardan birini, yəni qadın üçün sinəlik bəzəyini ona göstərmişdir. O zaman zərgər İlqar Cəfərov həmin qızıl əşyaları yoxlayan zaman, İltimas Məmmədovanın təxminən on min ABŞ dolları dəyərində brilyant qaşlarının dəyişdirdiyi ona məlum olmuşdur. Belə ki, həmin bəzək əşyasını İlqar Cəfərov bir milyon 180 min manata qiymətləndirmişdir. Bundan sonra o, digər qiymətli əşyaları Bakı şəhərinə gətirib bandanın üzvü İmran Cənnətova verərək İltimas Məmmədovanın onları aldatdığını bildirmiş və bundan sonra Gəncə şəhərinə qayıtmışdır. İltimas Məmmədovanın onları belə aldatmasından bir neçə gün sonra bandanın üzvü Şahid2la belə qərara gəlmişlər ki, Moskvaya gedib X7 Qurbanovu tapıb cəzalandırsınlar. Bu məqsədlə 2003-cü ilin iyul ayının ortalarında o, Şahid2la birlikdə Moskvaya getmişlər. Onları orada onları X77, Təqsirləndirilən şəxs və adını xatırlamadığı bir nəfər şəxs qarşılamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs Moskvada olmuşdur. Belə ki, Moskva şəhərinə getməzdən əvvəl o, Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayaraq Zərərçəkmiş şəxs axtarıldığını və Zərərçəkmiş şəxsla haqq-hesabı olduğunu bildirərək, sonuncunun Azərbaycana qayıtmasına imkan verməməyi tapşırmışdır. Moskva şəhərinə getdikdən sonra o, Zərərçəkmiş şəxsla bir neçə dəfə görüşərək onun anasının yaxşı hərəkətə yol verməyərək saxlanılması üçün ona etibar olunmuş qızıl-zinət əşyalarının qaşlarını dəyişdiyini bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs öz anasının heç bir işdə günahkar olmalığını və ona qarşı heç bir pislik edilmədiyini bildirmiş və hətta ona hədəqorxu gələrək bu söhbətləri yığışdırmağı tələb etmişdir. Bundan sonra o, məcbur olub həmin söhbəti Şahid2 yanında Vasif Namazova danışmış və Zərərçəkmiş şəxs aradan götürmək üçün Vasif Namazovdan köməklik etməyi xahiş etmişdir. Vasif Namazov bu işdə ona köməklik etməyə razılıq vermişdir. Beləliklə, onun, Vasif Namazovun, Şahid2, erməni milliyyətindən olan X44, Təqsirləndirilən şəxs və Şahid3 aralarında qurulan plana əsasən Zərərçəkmiş şəxs aldadılaraq bağ evlərinə quldurluq etmək adı altında Moskvadan kənara Yeqoryevsk şəhərinin ərazisinə aparılmalı və orada qətlə yetirilməli olmasını razalaşmışlar. Bundan sonra, razılaşdıqları kimi, onun özü, Təqsirləndirilən şəxs, Şahid2 və Zərərçəkmiş şəxs Ovik Manuçaryana məxsus qara rəngli «QAZ-24» markalı «Volqa» avtomaşınına, Şahid3 isə Vasif Namazovun tünd göy rəngli «VAZ 21010» markalı avtomaşınına əyləşərək Yeqoryevsk şəhəri istiqamətində yola düşmüşlər. Həmin şəhərə təxminən 10 kilometr qalmış Raul Məmmədov və adını Ramin kimi bildiyi şəxs sonuncunun tünd göy rəngli «BMW» markalı avtomaşını ilə onların qarşılarına gəlmişlər və maşınları saxlayıb onlarla görüşmüşlər. Onu da bildirmək istəyir ki, Raul Məmmədov bundan təxminən bir həftə əvvəl Zərərçəkmiş şəxs qətlə yetirmək planları olmasını bilmiş və orada görüşəndə isə o, gizlincə X110 Qurbanovu öldürməyə aparmaların demişdir. Onu da bildirmək istəyir ki, Raul Məmmədovla o zaman onları qarşalamağa gələn Ramin adlı şəxs Yeqoryevsk şəhərində yaşadığından, onların qarşısına çıxmışdılar ki, yolu onlara göstərsinlər. Orada görüşdükdən sonra onun özü maşından düşüb Raminin «BMW» markalı avtomaşınına əyləşmişdir. Bir qədər yol getdikdən sonra maşınlara benzin vurmaqdan ötrü yanacaqdoldurma məntəqəsinə daxil olaraq, həm Ovik Manuçaryanın, həm də Vasif Namazovun avtomaşınlarına benzin doldurulmuşlar. Həmin vaxğ Vasif Namazov ayrıca olaraq beşlitrlik konistrə benzin doldurmuş, çünki aralarında Zərərçəkmiş şəxs qətlə yetirilməsi planı hazırlanarkən Vasif Namazovun təklifinə əsasən Zərərçəkmiş şəxs öldürdükdən sonra onu yandırmağı qərara almışlar ki, sonra meyit tanınmasın. Onlar bir müddət yol getdikdən sonra Yeqorevskidə yerləşən kafeyə çataraq orada bir az çörək yemişlər və Ceyhunu aldatmaq məqsədi ilə guya quldurluq vaxtını gözləmək adı altında təxminən 1-2 saat oturub orada gözləmişlər. Bundan sonra Raminin «BMW» markalı avtomaşını kafenin qarşısında qalmışdır. Bundan sonra Raul Məmmədov, Ramin adlı şəxs, Şahid3 erməni Ovik Manuçaryanın avtomaşınına əyləşmişlər. Onun özü isə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid2la birlikdə Vasif Namazovun idarə etdiyi avtomaşında əyləşmişdir. Bir qədər yol getdikdən sonra bir meşəyə yaxınlaşaraq orada maşınlardan düşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs əynində qara cins şalvar və qara köynək olmuşdur. Maşından aşağı düşən kimi X131 Qurbanovu boğazından tutub yerə yıxmış, bundan sonra o, Şahid2la Zərərçəkmiş şəxs əl-qolunu skotçla bağlayıb yerdə uzandırmışlar. Bundan sonra o, Zərərçəkmiş şəxsla söhbət edərək Vaqif Qədimovun evindən apardıqları qızıl-brillyantların harda olmasını, eləcə də Vaqif Qədimovun evində olan hadisəni kimlərə danışması barədə soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs həqiqətən də Vaqif Qədimovun evindən çıxan qızıl-zinət əşyalarının qaşlarının anası tərəfindən dəyişildiyini, eləcə də orada olan hadisəni polisdə işləyən Samir adlı şəxsə, həmçinin «Şpİng» ləqəbli Emilə danışdığını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs qucağına götürərək ağaclığın içərisinə aparıb ağaca dirəmiş və Raul Məmmədov əlində olan skotçla Zərərçəkmiş şəxs başını ağzı ilə bərabər ağaca bağlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs hərəsi bir-iki dəfə bıçaq zərbələri endirdikdən sonra o, Zərərçəkmiş şəxs başı və dizində «666» rəqəmləri həkk olunan tatuirovkanı kəsib meşəyə tullamışdır. Bu zaman erməni Ovik Manuçaryan avtomaşından benzinlə dolu konistri gətirərək Vasif Namazova vermiş, Vasif Namazov isə ona vermişdir. Bundan sonra o, konistri açıb benzini Zərərçəkmiş şəxs üstünə tökərək yandırmışdır. Bundan sonra o, Şahid2, Təqsirləndirilən şəxslə birlikdə Moskvadan Azərbaycana qayıdan zaman özləri ilə bir ədəd “Makarov" tipli tapança gətirmişlər. Onu da bildirmək istəyir ki, həmin tpançanı Dağıstandan olan adını xatırlamadığı bir şəxs Təqsirləndirilən şəxs vermişdir. O zamanq onlar Bakı şəhərinə çatan zaman o, həmin silahı özü ilə götürmüş və aparıb yaşadığı evin çardağında gizlətmişdir. Lakin, sonra həmin tapança silahı onun yaşadığı evdən aşkar olunaraq götürülmüşdür. Onun özü, həmçinin Şahid2 və digərləri bandanın tərkibində muxtəlif cinayətlər törətdiklərinə görə 2005-ci ilin mart ayında Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 217.1, 217.2-ci və digər maddələri ilə ömürlük azadlfqdan məhrum etmə cəzasına məhkum olunmuşdur və həl-hazırda həbsxanada cəza çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıq yaşlarından tanıyır və onunla Gəncə şəhərində qonşuluqda yaşamaqla dostluq etmişlər, hal-hazırda da münasibətləri yaxşıdır. Ümumi tanışları olan Zərərçəkmiş şəxs Moskva vilayətində Təqsirləndirilən şəxs və digər tanışları ilə birlikdə hansı şəraitdə öldürdükləri barədə o, iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zapmanı tam etirafedici ifadədər vermişdir. Onun özü ali təhsilli olmaqla 2003-cü ildə o zamankı Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının maşınqayırma texnologiyası fakültəsinin əyani şöbəsini bitirmişdir. O, uşaqlıq yaşlarından X9, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və X68 ilə münasibət saxlayaraq onlarla dostluq etmişdir. 2001 -ci ildən başlayaraq həmin şəxslər və digərlərindən ibarət banda tərkibində «Makarov» tipli tapança və digər odlu silahlardan istifadə etməklə Bakı və Gəncə şəhərlərində bir sıra qəsdən adam öldürmə və sair ağır cinayətlərin törədilməsində iştirak etmişdir. Həmin cinayətlərlə yanaşı, 2003-cü ilin iyul ayında Moskva şəhəri yaxınlığında meşə sahəsində öz həmyerliləri və bandanın üzvü olan Zərərçəkmiş şəxs qəsdən öldürdürmüşlər. Həmin hadisə ilə bağlı bildirmək istəyir ki, 2003-cü ilin iyul ayının əvvəllərində onlar Bakı şəhərində olan zaman X33 Təqsirləndirilən şəxs zəng edərək onunla birlikdə Moskva şəhərinə gələcəyini bildirmişdir. Bundan sonra 04 iyul 2003-cü il tarixdə təyyarə ilə o, Pərviz Mamedovla birlikdə Moskva şəhərinə getmişlər. Orada əslən Gəncə şəhərindən olan və uzun müddət Moskva şəhərində yaşayan X77 və Təqsirləndirilən şəxs onları aeroportda qarşılayaraq hansısa motelə aparmışlar. Orada bir müddət dincəldikdən sonra ailəvi dostu olan X78 onun dalınca «VAZ 2107» markalı avtomaşınla gələrək onu Moskva ətrafında «Lesnoy qorodok» adlanan yerdə «Kryokşina» yaşayış massivindəki evinə aparmış və orada üç gün birlikdə qalmışlar. Sonra yenə qeyd olunan motelə qayıtdıqda orada Pərviz Mamedovdan başqa Zərərçəkmiş şəxs, Vasif Namazovun, Təqsirləndirilən şəxs və həmin vaxta kimi tanımadığı X48 olduqlarını görmüşdür. Təxminən 2003-cü ilin iyul ayının 10-da o, Pərviz Mamedov, Vasif Namazov, Təqsirləndirilən şəxs və X121 şəhərinin «Oxotnıy ryad» adlanan yerin yaxınlığında oturub pivə içən zaman X108 Qurbanovu öldürmək fikrinin olduğunu bildirmişdir. Söhbətin sonunda Təqsirləndirilən şəxs və Raul Şahid1 Mamedova «brat narahat olma, həll edəcəyik» sözlərini deyərək söhbəti bu yerdə saxlamışlar. Səhəri gün o, Pərviz Mamedov, Raul Məmmədov və Təqsirləndirilən şəxs «Starı Arbat» adlanan ərazidə oturub söhbət edən zaman sonuncular Zərərçəkmiş şəxs öldürmək planını müzakirə etməyə başlamış və Zərərçəkmiş şəxs Moskva ətrafında bir evdə quldurluq etmək adı altında aldadıb apararaq orada öldürmək qərarlaşdırılmışdır. Bu zaman X108 Qurbanovu özü öldürəcəyini bildirərək, heç kimin onunla işi olmamasını demiş və Təqsirləndirilən şəxslə Raul Məmmədova, əgər Vasif Namazovu görsələr ona da xəbər vermələrini tapşırmışdır. Bu söhbətin səhəri günü günorta təxminən 12 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Moskvada yaşayan erməni milliyyfətindən olan X45 sonuncunun qara rəngli «QAZ 24» markalı «Volqa» avtomaşını ilə onun və Pərviz Mamedovun qaldıqları motelə gələrək «Baqrationski» adlanan bazarda Vasif Namazovun gözlədiyini bildirib oraya getməyi xahiş etmişlər. O, Pərviz Mamedov, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Ovİk Manuçaryanın avtomaşınına əyləşib «Baqrationski» bazarına getmişlər. Orada bir az gözlədikdən sonra saat təxminən 17 radələrində Raul Məmmədov və Vasif Namazov sonuncuya məxsus tünd yaşıl rəngli «VAZ 21010» markalı avtomaşınla bazara gəlmişlər. Pərviz Mamedov və X133 Namazovun idarə etdiyi avtomaşına, o isə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla birlikdə Ovik Manuçaryanın idarə etdiyi avtomaşına minib Podmoskovye istiqamətində irəliləməyə başlamışlar. Həmişə olduğu kimi Pərviz Mamedovun, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üstlərində bıçaqlar olmuş, lakin Raul Məmmədovun və Vasif Namazovun, eləcədə Ovik Manuçaryanın üstlərində bıçaqın və yaxud digər silahın olub-olmamasını bilməmişdir. Xeyli yol getdikdən sonra Vasif Namazov avtomaşını yolun kənarında qarpız satılan yerdə saxlamış və Raul Məmmədov düşüb bir-iki ədəd qarpız alaraq avtomaşına oturub yol getməyə davam etmişlər. Bir qədər yol gedərək yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsində maşınları saxlayaraq orada avtomaşınlara benzin vurulmuş və əlavə olaraq Vasif Namazov 5-litrlik konistrə də benzin vurdurmuşdur. Yanacaqdoldurma məntəqəsindən çıxandan sonra biraz yol gedib orada yerləşən kafedə əyləşib Zərərçəkmiş şəxs yanında guya quldurluq etmələrinin vaxtını gözləmələrini göstərmək üçün havanın qaralmasını gözləmişlər. Təxminən 1-2 saat kafedə oturandan X122 gəlib Ovik Manuçaryanın maşınında qabaq oturacağında əyləşmiş, o isə Zərərçəkmiş şəxsla və Təqsirləndirilən şəxslə birlikdə həmin maşının arxa oturacağında oturmuşlar. Raul Məmmədov isə Vasif Namazovun maşınında əyləşmişdir. Bir qədər yol getdikdən sonra onlar meşəliyə çatmış, bu zaman hamısı maşınlardan yerə düşmüş, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs irəlidə getməyə başlamışlar. Birdən ani olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxadan boğazından tutub yerə yıxmış, bu zaman Raul Məmmədov və Vasif Namazov onlara çataraq Zərərçəkmiş şəxs yerə uzandırıb əl-ayağını skotçla bağlamış, bu zaman o, təpiklə Zərərçəkmiş şəxs ağzından vurmuşdur. X98 deməsindən Zərərçəkmiş şəxs onun dalınca bir-iki təhqiramiz sözlər işlətmiş və həmin sözlər də onun yaddaşında qalmışdır. Bundan sonra o, Raul Məmmədov və Təqsirləndirilən şəxs kömək edərək Zərərçəkmiş şəxs götürüb meşəyə tərəf aparmışlar. Meşəyə çatanda onlar Zərərçəkmiş şəxs yerə qoymuşlar. Bu zaman Pərviz Mamedov gələrək tək Zərərçəkmiş şəxs götürüb meşəliyin lap içərisinə apararaq ağaca dirəmişdir. X122 və Təqsirləndirilən şəxs yerə çömələrək Zərərçəkmiş şəxs yanında oturmuşlar. Söhbət zamanı Zərərçəkmiş şəxs etiraf etmişdir ki, Bakıda Vaqif Qədimovun evindən oğurlandığı qızılların qaşlarını anası İltimaz Məmmədova dəyişmiş, orada olan hadisə barəsində X49, «Şping» ləqəbli Emin adlı şəxsə danışmışdır. Bu zaman Raul Məmmədov onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs ağzını skotçla ağaca bağladıqdan sonra birinci Təqsirləndirilən şəxs, sonra isə Şahid1 Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən bıçaq zərbələri vurmuş, sonda isə X108 Qurbanovun boğazını, sonra isə dizindəki «666» rəqəmləri həkk olunan tatuirovkanı kəsib kənara tullamışdır. X111 Vasif Namazovun maşınından içərisi benzinlə dolu konistri gətirib Vasif Namazova, o isə həmin konistri Pərviz Mamedova vermişdir ki, sonuncu da benzini Zərərçəkmiş şəxs üstünə tökmüşdür. Bu zaman Pərviz Mamedov ona Zərərçəkmiş şəxs ayaqlarına da benzin tökməyi tapşırmış və o, Pərviz Mamedovun tapşırığını icra etdikdən sonra sonuncu kibriti yandırıb Zərərçəkmiş şəxs üstünə tullayaraq yandırmışdır. Bundan sonra Rauf Məmmədov və Vasif Namazov sonuncunun maşınına, o isə Təqsirləndirilən şəxslə və X112 Manuçaryanın avtomaşınına əyləşərək hadisə yerindən çıxıb getmişlər. Qayıdarkən yarıyoida avtomaşınları saxlayıb orada olan diskobara düşmüşlər. X99 Əliyev orada ayaqyoluna keçərək Təqsirləndirilən şəxs əllərini yuyub əynindəki şalvarım çırpmış, Pərviz Mamedov isə qanlı bıçağını yumuş, həmçinin əynindəki göy rəngli idman paltarını çırparaq təmizləmişdir. Pərviz Mamedovun şalvarına və krossovkilərinə qan ləkələri düşdüyündən cib dəsmalını isladaraq qan ləkələrini təmizləmişdir. Pərviz Mamedovun əynindəki həmin idman paltarını və krossovkiləri bir neçə gün əvvəl «Baqratyonski» bazarından Vasif Namazov və Raul Şahid1 Mamedovun xahişi ilə alıb gətirmişdilər. Gecə saat təqribən 02 radələrində Moskva şəhərindəki motelə çatmışlar. X134 və Ovik Manuçaryan öz evlərinə getmiş, o, Pərviz Mamedov, Raul Məmmədov və Təqsirləndirilən şəxs isə moteldə şam edərək yıxılıb yatmışlar. Onu da bildirmək istiəyir ki, Zərərçəkmiş şəxs qətlində iştirak etmiş şəxslərin hamısının əvvəlcədən Seyhun Qurbanovu qətlə yetircəkləri barədə məlumatları olmuşdur. Həmin hadisədən bir neçə gün sonra onlar Gəncə şəhərinə geri qayıtmağı razılaşmışlar. Bunun üçün Vasif Namazov avtobusa dörd nəfərlik bilet almış və o, Təqsirləndirilən şəxs, Raul Məmmədov və Pərviz Mamedovla birlikdə avtobusla Dağıstan tərəfdən sərhəd buraxılış məntəqəsini keçib Bakı şəhərinə gəlmiş və sonra isə Gəncə şəhərinə çıxıb getmişlər. O zaman Azərbaycana gələn zaman onlarda bir ədəd “Makarov” tipli tapança oluş və onda olan məlumata görə həmin tapança X122da qalmış və həmin tapança tapılıb götürülmüşdür. Onu da bildirmək istəyir ki, onun özü, həmçinin Pərviz Mamedov və digər tanışları o zaman bandanın tərkibində muxtəlif ağır cinayətlər törətdiklərinə görə 2005-ci ilin mart ayında Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 217.1, 217.2-ci və digər maddələri ilə ömürlük azadlfqdan məhrum etmə cəzasına məhkum olunmuşdur və o, həl-hazırda həbsxanada cəza çəkir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərəçəkmiş şəxsin hüquqi varisi X34 ifadəsində göstərmişdir ki, doğma qardaşı Zərərçəkmiş şəxs 2003-cü ilin iyul ayında Moskva şəhərində əvvəldən tanıdığı, üzvləri əsasən Gəncə şəhərindən olan cinayətkar qrup tərəfindən tərəfindən öldürülmüşdür. 2009-cu ildə valideynlərinin hər ikisi də vəfat etmişdir. Onda olan məlumata görə qardaşı Zərərçəkmiş şəxs qəsdən öldürülməsi ilə bağlı bir neçə şəxs tutularaq məhkəmə məsuliyətinə verilmişdir. Hazırda isə ona məlumdur ki, 2003-cü ilin iyul ayında Moskva şəhərində qardaşı Zərərçəkmiş şəxs basqın edən həmin bandanın üzvü Gəncə şəhər sakini olan Təqsirləndirilən şəxs da təqsirlidir və o bu səbəbdən həbs olunmuşdur. Bildirmək istəyir ki, qardaşı Zərərçəkmiş şəxs da öldürülməmişdən əvvəl elə həmin cinayətkar bandaya qoşulmuşdur və ailəsi onu bu əməllərdən çəkindirə bilməmişdir. Təqsirləndirilən şəxs qanunvericiliklə ona hansı cəza tədbirləri nəzərdə tutulubsa həmin tədbirlərin görülməsinin tərəfdarıdır. (cild 2, iş vər. 169-171). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1999-cu ilin aprel ayında hərbi xidməti bitirdikdən sonra bir neçə ay Gəncə şəhərində yaşayıb həmin ilin avqust ayında ticarətlə məşğul olmaq məqsədilə Moskva şəhərinə getmişdir. Moskvada olduğu müddətdə bir sıra azərbaycanlı şəxslərlə tanış olmuş, o cümlədən 2001 -ci ildə Moskvada “Afqanets" adı ilə tanınan bazarda gəncə şəhərindən olan Təqsirləndirilən şəxs, Raul Məmmədov, Vasif Namazov, Eşqin, Xan adı ilə tanınan Xanoğlan və onun qardaşı Vüqar adlı şəxslərlə tanış olmuşdur. Vasif Namazovun həmin vaxtlar Moskvanın Kutuzov rayonunda stadionun yaxınlığında kafesi olmuş və Gəncədən olan uşaqlar əsasən həmin kafedə yığışmışlar. Eyni zamanda həmin kafedə Vasifin qardaşı Xəqanini, erməni millətindən olan Ovik adlı şəxsi də tanımış və bundan sonrakı müddətlərdə tez-tez həmin kafedə həmyerliləri və tanışları ilə görüşmüşdür. 2003-cü ilin təxminən iyul ayında Vasif Namazovun həmin kafesində olarkən Təqsirləndirilən şəxs də kafeyə gəlmiş və Gəncədən Pərviz və Anar adlı dostlarının Moskvaya gələcəklərini bildirmişdir. Həmin günlərdə yenə də kafedə olarkən Sadiq və X113 və Anarın gəldiyini bildirərək onları aeroprtda qarşılayıb hansısa oteldə yerləşdirmişlər. Sadiqin ona bildirdiyinə görə X35rluq və ya hansısa cinayət əməli ilə bağlı gəliblər. Bundan sonra Vasifin həmin kafesində Pərviz Mamedov və Şahid2la bir neçə dəfə görüşmüşdür və sonuncuların Sadiq və Vasiflə birlikdə banda şəklində cinayətlər törətdiklərini hiss etmişdir. 2003-cü ilin iyul ayının axırlarına yaxın Vasif Namazov ona zəng vuraraq X58 rayonunda onlara qonaqlıq verəcəklərini bildirib onun da dəvətli olmasını bildirmişdir. Vasif Namazovun işlətdiyi kafeyə gedərək onunla görüşmüş və sonuncunun yaşıl rəngli 21010 markalı avtomaşını ilə Yeqoryevski rayonuna yola düşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs, Pərviz Mamedov, Şahid2 və Zərərçəkmiş şəxs da Ovik adlı erməninin “Qaz 24” markalı avtomaşını ilə onlarla birgə getmişlər. X79rı qarşılamış və yolüstü bir kafedə yemək yedikdən sonra Raul da onunla birlikdə Vasifin avtomaşını ilə,digərləri isə eyni qaydada Ovikin avtomaşını ilə yola düşmüşlər və magistral yoldan kənara çıxaraq meşəlik əraziyə irəliləmişlər. Meşəlik bir yerdə avtomaşınlar dayanmış və hər kim maşındakı adamların hamısı yerə düşmüşdür. O, Vasifdən bura niyə gəldiklərini soruşduqda Vasif bildirmişdir ki, Pərvizin Ceyhunla işi var onu həll etsinlər qayıdacağıq. Bundan sonra Təqsirləndirilən şəxs qəflətən hücum edib Ceyhunu yerə yıxmış, Pərviz və Vasif də ona kömək edərək Ceyhunun əllərini bağlamışlar. Sonra Sadiq və Pərviz bıçaqla Ceyhunun müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbələri vurmuşlar. O qışqıraraq niyə belə etdiklərini soruşduqda Pərviz ona acıqlanmış və Raul Məmmədov ona yaxınlaşaraq bu işə qarışmamağı, sakit dayanmağı tövsiyə etmişdir. Bundan sonra Ovik avtomaşınından kanistrdə benzin götürərək Pərvizə vermiş, sonuncu isə benzini Ceyhunun üzərinə tökərək yandırmışdır. Sonra eyni şəkildə onlar iki avtomaşınla Vasif Namazovun işlətdiyi kafeyə qayıtmışlar. Həmain kafedə olan zaman Pərviz və digərləri əllərini və paltarlarını təmizləmiş və hər kəs öz yaşadığı yerə getmişdir. (cild 1, iş vər. 198- 202). Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 22 may 2021-ci il tarixli qərardan görünür ki, həmin ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəis müavini, istintaq qrupunun rəhbəri, ədliyyə müşaviri S.İ.Paşayev tərəfindən 03.02.2004-cü il tarixdə Təqsirləndirilən şəxs, X94, X95, X9 və digərlərinin barələrində ilkin istintaq edilmiş 52504 nömrəli cinaəyt işindən sonradan ayrıca icraata ayrılmış 80518 saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 228.3 və 206.4-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılıb icraata qəbul edilərək həmin iş üzrə ibtidai istintaq aparılmışdır. Cinayət işinin materillarından görünür ki, ilkin aparılmış cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq xüsusilə mühüm işlər üzrə müstəntiqi X136 şəhərinə ezam olunmaqla Zərərçəkmiş şəxs meyitinin aşkar olunması faktı üzrə 22.07.2003-cü il tarixdə Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda Rusiya Federasiyası CM-in 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə başlanmış 92877 nömrəli cinayət işinə 07 sentyabr 2004-cü il tarixdə baxış keçirmiş və zəruri materialların, o cümlədən həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər-Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs və erməni millətindən olan X44 dindirilməsi protokollarının kserosurəti çıxarılmaqla hazırki cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə “Cinayət işinə baxış keçrilməsi haqqında” 07 sentyabr 2004-cü il tarixli protkoldan görünür ki, 07 sentyabr 2004-c il traixdə Moskva şəhəri, Leontyev döngəsi 18 ünanında yerləşən Azərbaycan Respublaisıknın Rusiya Federasiyasındakı səfirliyinin binasına gətirilmiş, Yeqoryevsk şəhər Prokurorluğunuj icraatında olan 92877 saylı cinayət işinə təbii və elektrik işığı şəraitində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cinayət işi bir cild , 194 vərəqədən ibarət olmaqla, tikilmiş və nömrələnmiş haldadır. Cinayət işi 22 iyul 2003-cü il tarixdə Rusiya federasiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə başlanmış və Yeqoryevsk şəhər Porkurorluğunun müstəntiqi M.A.Balayev tərəfindən icraata qəbul edilmişdir. Cinayət işi başlanmsı haqqında qərardan görünür ki, 21 iyul 2003-cü il taridə saat 15-30 radələrində X18 rayonunun Nizkoye və Kamenskaya kəndləri arasında yerləşən meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişinin yanmış meyiti aşkar olunmuşdur. (cild 1, iş vər. 5). Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə “Hadisə yerinə baxış haqqında” 21 iyul 2003-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Nizkoye və Kamenskaya kəndləri arasında yerləşən meşə massivində bir sahədir. Kamenskaya kəndindən Nizkoye kəndinə çöl yolu keçir. Nizkoye kəndinin bilavasitə yaxınlığında yola İtərəf 100 m məsafədə və meşə massivinin içərilərinə doğru ağacların arasında yuxarıda qeyd edilən yola paralel vəziyyətdə yanmış kişi meyiti aşkar edilmişdir. Meyitin ətrafında 1 metr radiusda torpaq qara rəngdədir, hamısı yanıb. Baxmağa davam etdikdə meyitin sol ayaq barmağ başının əmgək nahiyəsindən 150 sm məsafədə korpusu deformasiy plastik materialdan hazırlanmış alışqan aşkar olundu. Həmin alışqanın fotoşəkili çəkildi və götürülüb üzərinə izahedici yazı yazılmış, hal şahidləri və müstəntiq tərəfindən imzalanmış vərəqin yapışdırıldığı kağız zərfə qablaşdırıldı. Sonra meyitin sol ayaq barmağından 85 sm. və başının əmgək nahiyəsindən 155 sm. məsafədə üzərinə “PARLAMENT” yazılmış siqaret kötüyü aşkar olundu. Siqaretin filtri 2.5 sm-dir, siqaret kötüyünün ümumi uzunluğu 31 mm-dir. Həmin siqaret kötüyünün fotoşəkli çəkildi və götürülüb üzərinə izahedici yazı yazılmış, hal şahidləri və müstəntiq tərəfindən imzalanmış vərəqin yapışdırıldığı kağız zərfə qablaşdırıldı. Meyitin sol ayağından 840m məsafədə çöl yoluna perpendikulyar olaraq otun üzərində qatlama bıçaq aşkar olundu, bıçağın qəbzəsi sağ tərəfdən qəhvəyi rəngdə xüsusi materialdan örtüklüdür. Bıçağın fotoşəkli çəkildi, bıçağm qəbzəsinin sol tərəfi və tiyəsi əl izlərinin götürülməsi üçün istintaq tozu ilə işləndi. Bıçağm sol tərəfində əl barmağı izlərinin fraqmenti aşkar edildi, həmin iz fraqmenti 4x1.6 sm. ölçülü xüsusi polietilen plyonkaya köçürüldü və üzərinə izahedici yazı yazılmış, hal şahidləri və müstəntiq tərəfindən imzalanmış vərəqin yapışdırıldığı kağız zərfə qablaşdırıldı. Sonrakı baxışm gedişində meyitin bilavasitə bel nahiyəsindən meyitin yanıb külə dönmüş hissələr hamısı yığılıb xüsusi paketə qoyuldu və möhkəm bağlandı, üzərinə izahedici yazı yazılmış, hal şahidləri və müstəntiq tərəfindən imzalanmış vərəqin yapışdırıldığı kağız zərfə qablaşdırıldı. (cidl 1, iş vər. 12-13) Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə “Meyitə baxış haqqında” 21 iyul 2003-cü il tarixli protokoldan görünür ki, kişi meyiti meşə massivində arxası üstə uzanmış vəziyyətdədir, başı arxaya qatlanıb, əlləri arxa tərəfdə bağlanmışdır, lyanyanmış haldadır, “yarı boksçu” pozasında, ayaqları çanaqbud oynaqları və diz İoynaqları nahiyəsində yarı qatlanmış vəziyyətdədir. Bədənin dəri örtüyü tünd qara rəngli hislə örtülüb, ayaq barmaqlarının ucu tünd qara rəngə qədər yanıb, yüngülcə təmasda. dağılıb tökülür. Gözlərinin və burun dəliyində milçəklər var. Cəsədin quruması və dərinin həddən artıq yanması fonunda meyit ləkələri seçilmir. Cəsəd quruması bütün əzələ qruplarında kəskin ifadə olunur. Meyitdə həyat əalməti yoxdur. Meyitin üzərində külə dönmüş, yarı yanmış sintetik köynəyin qalıqları, aşağı baldır nahiyəsindən idman şalvarının fraqmentləri var. Kənarları yanıb ərimiş paltar fraqmentləri görünür. Boynun ön yan səthində kənarları düz olan geniş üfüqi dərin xətti yara var, yaranın dərinliyində yumşaq toxumaların quruması fonunda kənarlarında qan qurumuş udlaq görünür. Meyiti çevirdikdə boynunun kənarlarında torpağın üzərində 2 sm dərinliyə hopmuş 40 sm diametrə qədər dairəvi qan ləkələri aşkar olunur. Meyitin ənsə nahiyəsindən 75 sm aralıda kolların arasında torpağın üzərində yumşaq toxumasının qalınlığı təxminən 0.5sm, minimum ölçüləri 9x9sm olan, üzərində “999” rəqəmi, həmin rəqəmlərin üzərində göy rəngli iki ox işarəsi döyülmüş düz olmayan düzbucaqlı formada dəri parçası aşkar edildi. Parçanın kənarları demək olar ki, dümdüzdür, bəzi dəri dartınmaları var. Naməlum kişi meyiti kafi qidalanmış, düzgün bədən quruluşuna malikdir, orta miqdarda yanıb. Üz cizgiləri qismən deformasiya olunub, qaşları qövsvaridir, azacıq yanıb, gözləri yarımaçıq haldadır, xarici qulaq keçəcəklərində milçəklər var, bumu orta ölçülü, çənəsi dairəvi formalı, qulaq seyvanı kiçikdir, saçları qara rəngdə, qısadır, təxminən 0.5 sm olar. (cild 1, iş vər. 23-25). Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə “Cinayət işinin başlanmsı və icraat qəbul edilməsi haqqında” 22 iyul 2003cü il tarixli qərardan görünür ki, həmin cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətin əlamətləri ilə cinayət işi başlanaraq iş üzrə istintaq aparılmışdır. (cidl 1, iş vər 31). Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə “Əşyalara baxış haqqında” 23 iyul 2003-cü il tarixli protokoldan görünür ki, hadisə yeirnə baxış keçrilmiş, baxış keçiirlməsi nəticəsində ümumi uzunluğu 3 sm olan, üzərinə “Parlament” yazılmış ağ filtrli siqaret kötüyü, Tiyədən və qəbəzdən ibarət qatlama bıçaq, Tiyəsi açıq-boz rəngdədəir, düz xətt formalı, bir ülgüclü, hər iki tərəfi itiu, tiyənin başlanğıcında dabancığın üzərinə “Frost Cultery” və “FLYİNG FALCON” sözləri yazılıb. Tiyənn uzunluğu 90 mm, qalınlığı 2.6 mm. orta hissəsində eni 15 mm. Siqaret yandırmaq üçün qaz tərkibli bənövşəyi rəngli 8x2x0,8 sm. ölçüdə alışqandır. (cidl 1, iş vər. 35-36). Rusiya Səhiyyə Nazirliyi Moskva Vilayəti SN MTE Bürosu Yeqorevsk MTE 332 saylı, meyitin ekspertizası ilə bağlı ekspert rəyindən görünür ki, -Yanmış naməlum kişi meyitinin məhkəmə-tibbi müayinəsi zamanı məhkəmə-kimya və histoloji müayinələrin nəticələrini nəzərə alaraq aşağıdakılar aşkar edilmişdir: a) Boyunun sağ ön yan səthinin sağ boyun venasının, sağ ümumi yuxu İ arteriyasının zədələnməsi ilə kəsilmiş geniş xətti yarası. Yaranın kənarlarında yumşaq toxumalarda sıx və dağınıq yerləşmiş hemoliz olunmuş və qələviləşmiş damarlardan ocaqlı -diffiız qan axmalar, onların arasında ağ qan hüceyrələri görünür, daxili orqanların damarlarının qanla qeyri -bərabər dolğunluğu fonunda hemosiderasiya olmadan qanla dolğunluğu. Qan maye vəziyyətdədir. b) Döş qəfəsinin ön sol yarısında, sol çiynin xarici səthində yeddi yara, bunlardan üçü döş qəfəsinə nüfuz edərək ürəyi və ağ ciyəri kisəsində və sol plevra boşluğunda yaranın ölçüsü kiçikdir. c) Çiynin dərisinin və daxili səthinin yumşaq toxumalarının defekti; d) Bədən dərisinin hislənmə ilə birlikdə qismən yanması; e) Qanda və sidikdə etil spirti aşkar edilməmişdir. f) Qanda karboksihemoqlobin miqdarı 13%-dir. Qeyd olunanlara əsasən və qarşıya qoyulmuş suallara uyğun olaraq ekspert aşağıdakı nəticəyə gəlmişdir: 1).Boyun nahiyəsinin a) bəndində göstərilmiş yarası kəsilmiş yaradır və iti kəsici kənarı olan predmetin təsiri nəticəsində əmələ gəlmişdir, buna düz, çökməmiş, defektsiz kənarları olan, dərinlikdə kəsişməyən geniş xətti yaranın olması, həmçinin yaraların uzunluğu, yaranın dərinliyində udlaq damarlarının xətti kəsilməsi dəlalət edir. 2).b) bəndində sadalanan yaralar kəsici-deşici alətin, ola bilsin ki, bıçaq tiyəsinin təsiri nəticəsində əmələ gəlmişdir, buna düz, çökməmiş kənarları olan, dərinlikdə kəsişməyən 7 ədəd geniş xətti yaranın olması dəlalət edir. 3).Naməlum kişi meyitinin yanmış nahiyələrinin kənarlarında yumşaq toxumalarda qan axmanın olmaması, sağ çiyində dərinin yumşaq toxumalarının defekti əsasında demək olar ki, onlar naməlum kişinin ölümündən sonra əmələ gəlmişdir. Dəri örtüyünün hislənmə sahələrinin olması göstərir ki, d) bəndində sadalanan zədələr yüksək temperatur mənbəyinin -alovun təsiri nəticəsində naməlum kişinin ölümündən sonra əmələ gəlmişdir. 4).Kəsici -deşici alətin daxil olmuş hissəsinin uzunluğu ən azı 1.6 sm. olmuşdur, buna ən böyük yara kanalının uzunluğu dəlalət edir. Həm dərinin, həm də onun alt hissəsində olan yumşaq toxumaların qismən yanması və qismən deformasiyası ilə əlaqədar olaraq xəsarət yetirən iti predmetin digər parametrlərim dəqiq müəyyən etmək qeyri-mümkündür. 5). Cəsədin yanması ilə əlaqədar olaraq məhkəmə- tibb məlumatları əsasında mübarizə, özünümüdafiə və sürümə əlamətləri aşkar edilmədi. 6). Boyunun iri damarlarının zədələnməsi ilə kəsilmiş yara və udlağın nüfuz edici yarası, döş qəfəsinə üç ədəd kəsici -deşici yara həyat üçün təhlükəli olmuş və bu əlamət üzrə sağlamlığa ağır xəsarət olaraq qiymətləndirilir. 7). Naməlum kişinin ölümü qanın yuxu arteriyasından fışqıraraq massiv qan axmaya səbəb olmuş ümumi yuxu arteriyasının və boyun venasının zədələnməsi ilə müşayiət olunun boğazın kəsilmiş yarası nəticəsində inkişaf etmiş kəskin qanaxma nəticəsində baş vermişdir. Beləliklə, naməlum kişinin ölümü onun sağlamlığına ağır xəsarət yetirilməsi ilə birbaşa səbəb- nəticə əlaqəsindədir. 8). Döş qəfəsinə üç nüfuz edici kəsici-deşici yara ölümün baş verməsi ilə birbaşa səbəb- nəticə əlaqəsində deyil. 9). Döş qəfəsinin nüfuz etməyən yarası, sol çiynin yarası sağ insanlarda sağlamlığın 21 gündən çox olmayan müddətə qısa müddətli pozulması əlaməti ilə sağlamlığa yüngül xəsarət olaraq qiymətləndirilir. 10). c, d) bəndlərində sadalanan zədələr ölümdən sonra əmələ gəlmiş xəsarət olduğuna görə ağırlıq dərəcəsinə görə qiymətləndirilmir. 11). Zərərçəkmişin və hücum edənin qarşılıqlı duruş vəziyyətini müəyyən etmək qeyrimümkündür. Lakin, döş qəfəsində solda və sağdakı, boyunun ön yan səthində yaraların yaxınlığını nəzərə alaraq ehtimal etmək olar ki, xəsarət yetirildiyi zərərçəkmişin və - hücum edənin qarşılıqlı duruş vəziyyəti az dəyişmişdir. 12).Məhkəmə-tibb məlumatlarına əsasən təsir gücünü müəyyən etmək mümkün olmadı. 13). Boyunun iri damarlarının zədələnməsi ilə kəsilmiş yara xəsarəti yetirildikdən sonra zərərçəkmişin ölümü çox sürətlə baş vermişdir. 14). Məhkəmə -kimya ekspertizası zamanı qanda və sidikdə etil spirti aşkar edilməmişdir. 15). Qanda karboksihemoqlobin miqdarının 13% olması göstərir ki, naməlum ki, tüstülü mühitə ölümdən sonra, ya da ölümdən çox qısa müddət sonra düşmüşdür. 16). Daxili orqanların yumşaq toxumalarının kəskin autolitik dəyişikliyinin olmaması, isti hava şəraitində çürümə əlamətlərinin olmaması ona dəlalət edə bilər İki, naməlum kişinin ölümü meyitxanada təşrih olunmadan 1-3 gün, təxminən 2-4.5 gün əvvəl (meyitin yanmasını nəzərə almaqla) baş vermişdir. (cidl 1, iş vər. 39.-47, 48-54). RF DİN Moskva Vilayət Baş Daxili İşlər İdarəsi Yeqorevsk rayon Dİİ Ekspertkriminalistika şöbəsi tərəfinfən verilmiş 284 saylı elkspertiza rəyindən görünür ki, 21 iyul 2003-cü ildə Moskva vilayəti Yeqovrevsk rayonu Nizkoye və Kamenskaya kədnləri arasında yerləşən meşə massivində hadisə yerinə baxış zamanı götürülmüş, ekspertizaya təqdim olunmuş siqaret yandırmaq üçün qaz alışqanının Səthində əl izi aşkar olunmamışdır.21 iyul 2003-cü ildə Moskva vilayəti Yeqorevsk rayonu Nizkoye və Kamneskaya kəndləri arasında yerləşən meşə massivində hadisə yerinə baxış zamanı götürülmüş, ekspertizaya təqdim olunmuş açıq rəngli daktilopıyonka parçasının üzərindəki əl izi insanın identifikasiya olunması üçün yarasızdır. (cild 1, iş vər. 57-58, 59-60). RF DİN Moskva Vilayət Baş Daxili İşlər İdarəsi Yeqorevsk rayon Dİİ Ekspertkriminalistika şöbəsi tərəfinfən verilmiş 284 saylı elkspertiza rəyindən görünür ki, 21 iyul 2003-cü ildə Moskva vilayəti Yeqovrevsk rayonu Nizkoye və Kamenskaya kədnləri arasında yerləşən meşə massivində hadisə yerinə baxış zamanı götürülmüş qatlama bıçaq sənaye üsulu ilə hazırlanmış geniş məişət təyinatlı qatlma abıçaqdır və soyuq silaha aid edilmir. (cild 1, iş vər. 63-65, 66-67, 68). Rusiya Federasiyası yanında X101 Ədliyyə nazirliyi Məhkəmə Ekspertizasının 3113/10 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş obyektlərdə buxarlanma nəticəsində dəyişmiş asan alışan neft məhsulu-benzinin iz aşkar edilmişdir. (cild 1, iş vər. 71-74, 75-76, 77). Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə şübhəli və həmçinin təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində törətmiş olduğu cinayət əməli ilə bağlı etirafedici ifadə verməklə göstərmişdir ki, 2001-ci ilin yanvar ayında hərbi xidməti bitirdikdən sonra 2 ay anası ilə bailikdə Gəncə şəhərində yaşamış və oradan Moskva şəhərinə gedərək xırda ticaratlə məşğul olmağa başlamışdır. Moskvada həmyerlisi və Gəncə şəhərindən qonşusu olan Elçin Əliyevin vasitəsilə digər gəncəliləri, o cümlərdən Şahid3, Raul Məmmədov, Vasif Namazovu, Eşqin Əliyevi tanımışdır. Moskvada olduğu müddətdə bir sıra cinayət əməllərində iştirakı olduğu üçün 2002-ci ilin oktyabr ayında Moskva şəhərində Azərbaycan səfirliyinə gedərək başqa ad soyadla ölkəyə qayıtmaq üçün rəsmi sənəd almış və Gəncə şəhərinə gəlmişdir. Bir neçə ay müddətində Gəncə şəhərində olmuş və həmin müddətdə Pərviz Mamedovla tanış olmuşdur. Bir neçə dəfə Pərviz Mamedov və onun Anar, Ruslan adlı dostları ilə, eləcə də “Qartal” ləqəbli Zərərçəkmiş şəxsla tanış olmuşdur və söhbətlərdə ona məlum olmuşdur ki, Pərviz Mamedov və adlarını çəkdiyi digər şəxslər banda halında bir sıra cinayətlər törətmişlər. 2003-cü ilin təxminən yanvar-fevral aylarında Pərviz Mamedov onu Bakıdan avtobusla Rusiyaya yola salmış və ona 200 ABŞ dolları pul vermişdir. O isə Moskvaya gələndən sonra Vasif Namazovla görüşüb kirayə qalmaq üçün ev tutmuşdur. 2003-cü ilin yay aylarında Pərviz Mamedovla telefonla danışarkən sonuncu ona bildirmişdir ki, Moskvaya gələcəklər və bundan bir neçə gün sonra X119li Şahid2la birlikdə təyyarə ilə Bakıdan Moskvaya gəlmişlər. Hava limanında onları Vasif Namazov və Şahid3 ilə birlikdə qarşılamış, Pərvizlə Anarı öz kirayə yaşadığı evə aparmışdır. Növbətii günlərdə o, Pərviz Mamedov, Şahid2, Şahid3, Raul Məmmədov və Vasif Namazov sonuncunun işlətdiyi, Moskva şəhərində adını bilmədiyi kafeyə yığışıb görüşmüşlər. Həmin görüşdə Pərviz Mamedov bildirmişdir ki, Zərərçəkmiş şəxs onların birlikdə törətdikləri cinayətlər barədə başqalarına danışmışdır və onların cinayətlərdə əldə etdikləri qızıl-zinyət əşyaları Zərərçəkmiş şəxs anası İltimas Məmmədova tərəfindən qəsdən dəyişdirilmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs öldürmək lazımdır. Görüşdə iştirak edənlərin hamısı, o cümlədən X120 Qurbanovun öldürülməsi məsələsini birlikdə planlaşdırmışlar. Bundan sonrakı gün Zərərçəkmiş şəxs qonaqlıq adı ilə aldadaraq o, X9, Şahid2, X76, erməni millətindən olan X65, X77, Şahid3 və Zərərçəkmiş şəxs ilə Vasif Namazovun və Ovik Manuçaryanın müvafiq olaraq VAZ 2110 və QAZ 2410 markalı maşınları ilə Yeqoryevsk şəhərinə getməyə razılaşmaşlar. Onların oraya getməkdə məqsədi Zərərçəkmiş şəxs öldürmək olmuş, lakin Zərərçəkmiş şəxs oraya istirahət etmək adı ilə aparmışlar. Yeqorevsk şəhərinin yaxınlığında onlar bir meşəliyə çatmışlar ki, həmin yerdən bir kilsənin yerləşdiyini görmüşdür. Meşəliyə çatanda onlar hamısı maşınlardan düşmüşlər. Bu zaman X108 Qurbanova yaxınlaşaraq Bakı şəhəri Buzovna qəsəbəsində quldurluq zamanı əldə etdikləri brillyantların harada olmasını soruşmuşdur. Əvvəl Zərərçəkmiş şəxs günahsız olduğunu bildirmiş, sonra öldürüləcəyini bilərək brillyant qaşların anası tərəfindən dəyişdirildiyini söyləyərək onu öldürməməyi xahiş etmişdir. O, Pərviz Mamedov və Şahid2la birlikdə skotçla Zərərçəkmiş şəxs əllərini ağaca bağladıqdan sonra özündəki qatlanan bıçaqla Zərərçəkmiş şəxs bir dəfə zəif zərbə endirmişdir. Həmin zərbəni Zərərçəkmiş şəxs öldürmək üçün deyil, sadəcə qorxutmaq üçün yetirmişdir. Bundan sonra X108 Qurbanovla danışmağa başlamış, bir müddət danışdıqdan sonra cibindən bıçağı çıxarıb ona 4-5 dəfə zərbələr endirmiş, sonra isə bıçaqla Zərərçəkmiş şəxs dizindəki «666» rəqəmləri olan tatuirovkanı kəsib atımşdır. Bu zaman Şahid2 Ovik Manuçaryanın maşınından benzinlə dolu konistri gətirib Zərərçəkmiş şəxs üstünə tökmüş, Pərviz Mamedov isə meyiti yandırmışdır. Bundan sonra onlar hamısı avtomaşınlara oturub Moskva şəhərinə qayıtmışlar. Qayıdandan sonra Vasif Namazovun işlədiyi kafeyə getmişlər. Bundan sonrakı günlərdə görüşlərində Raul Məmmədov ona bir neçə qəsdən adam öldürmə cinayətlərini törətdiyi barədə söhbətlər etmişdir. (cild 1, iş vər. 95-105, 106- 107). Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə “Fotoşəkillə tanımaq üçün təqdim etmə haqqında” 02 avqust 2004-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə RF CPM-nin 164-cü maddəsinə, 193-cü maddəsinin birinci, ikinci, beşinci, yeddinci və doqquzuncu hissələrinə uyğun olaraq şahid Təqsirləndirilən şəxs tanıması üçün 92877 saylı cinayət işi üzrə Yeqorevsk rayon Kamenskaya kəndi yaxınlığında meşə massivində aşkar edilmiş naməlum yanmış kişi meyitinin fotoşəklini digər şəxslərin fotoşəkli ilə 7 birlikdə təqdim edilmişdir, tanımaq üçün təqdim edilmiş fotoşəkillərdəki şəxslərdən hər hansı birini görübgörmədiyi, əgər görübsə, nə vaxt və hansı şəraitdə gördüyü barədə suala şahid S.S. Əliyev təqdim edilmiş fotoşəkillərə diqqətlə baxdıqdan sonra bildirdi ki, 1, 2 və 3 nömrəsi ilə nömrələnmiş fotoşəkillərdə olan şəxslərdən saylı 1 fotoşəkildə Ceyhun adlı şəxsi tanıdı. 18.07.2003-cü ildən 21.07. 2003-cü ilə qədər dövrdə axşam saatlarında Şahid1, Şahid2, Manuçaryan Ovik, Raul, Namazov vasif, Zöhrabla birlikdə tanışı Ceyhunu aldadaraq Moskva vilayəti, Yeqorevsk rayonu, Nizkoye və Kamenskaya kəndləri arasında yerləşən meşə Massivinə gətirərək əvvəl aralarında yaranmış münaqişə zəminində baş vermiş mübahisə zamanı Ceyhunu əllə və ayaqla vurmuş, Təqsirləndirilən şəxs isə zərərçəkmişin sinəsinə bıçaqla bir zərbə vurmuş, bundan sonra Şahid1 bıçaqla Ceyhunun boğazım kəsmişdir. Ceyhun bıçaq yaraları ilə əlaqədar olaraq kəskin qanaxma nəticəsində baş vermişdir. (cild 1, iş vər. 111-113). Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə “İfadənin yerində yoxlanması haqqında” 23 avqust 2004-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ceyhun adlı şəxsin öldürüldüyü yeri tanıdığını göstərmişdir. İfadənin yerində yoxlanması nəticəsində müəyyən olunmuşdur ki, hadisə iştirakçıları «VAZ 21093» markalı və «VAZ 2121» markalı avtomobildə Moskva - Yeqorcvks trası ilə Moskva şəhərinin dairəvi avtoyoldan Sovetskaya və Ryazanskaya küçəsi ilə qərb istiqamətində Mojaysk şosesi ilə kəsişməyə qədər getmişdir. Sonra avtomobillər Mojaysk şosesi ilə Kutuzov prospektinə, ordan da Minsk küçəsi ilə kəsişməyə qədər gedib, ordan sağa dönüb Starovolınsk küçəsi ilə |Moskva şəhər 1 saylı xəstəxanasının binasına qədər gedib, orada üzbəüzdə avtobus stansiyasının pavilyonu var. Dayanacağın arxa tərəfində meşə massivi var. S.S. Əliyev göstərdi ki, Şahid1, Şahid2, O.R. Manuçaıyan, Raul, Namazov Vasif, Zöhrabla birlikdə Ceyhun adlı şəxsi dayanacağın arxa tərəfindəki meşə massivinə gətirib yola perpendikulyar istiqamətdə 100m irəli gediblər. Qrup Əliyevin göstərdiyi marşrutla 100 m hərəkət edib S.S. Əliyevin göstərdiyi yerdə dayanıb. Sonra S.S. Əliyev göstərdi ki, kilsədən 100 m aralıda yoldan 17 m məsafədə Ceyhunu oturdub əllərini bağlayıblar. Ceyhun dizi üstə oturmuş, əllərin öndən bağlanmış, ağaca söykənmiş vəziyyətdə olub. Əliyev Ceyhunun sinəsinə bıçaqla bir zərbə vurub. Sonra Məmmədov bıçaqla bir neçə zərbə vurdu, sonra bıçaqla Ceyhunun boğazını kəsdi. Bundan sonra Ceyhunun üstünə benzin töküb yandırmış, sonra da hamısı hadisə yerindən maşınlara minib çıxıb getmişdir. (cild 1, iş vər. 114-121). Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş X67 ifadələrində göstərmişdir ki, 2003-cü ilin iyul ayında X77 ondan Şahid2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Yeqoryevsk şəhərinə aparmağı xahiş etmişdir. Vasif Namazov həmçinin bildirmişdir ki, o da özünün VAZ 2110 markalı avtomaşını ilə oraya gedəcək. O, Vasif Namazovla razılaşmışdır. Həmin gün saat 14 radələrində o, qeyd olunan şəxslərlə Moskva şəhərindən çıxmışlar. Vasif Namazovun avtomaşınına isə X9 və Şahid3 oturmuşlar. X70 geri qalmış, çünki hələ yola çıxmamışdan əvvəl Vasif Namazov ona demişdir ki, yolda harasa dönəcək və ona görə də yolda bir az onu gözləməyi xahiş etmişdir. Yolun yarısına kimi gedəndən sonra Qjel şəhərinə çatmamış o, avtomaşını qarpız satılan yerin yanında saxlamış, Təqsirləndirilən şəxs avtomaşından düşüb qarpız almış və onlar qarpız yeyəyeyə Vasif Namazovun gəlişini gözləmişlər. Vasif Namazov gələndən sonra onlar yolunu davam etməyə başlamışlar. Vasif Namazovun maşınında yeni şəxs oturmamışdır, ona görə də, o, elə fikirləşmişdir ki, Vasif Namazov istədiyi adamı tapa bilməmişdir. Yeqoryevsk şəhərinin girəcəyində onların qarşısına tünd göy rəngli «BMV» markalı avtomaşında X76 və bir nəfər tanımadığı oğlan çıxmışlar. Onlar hamılıqla üç maşında irəliləməyə başlamışlar və yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olmuşlar. Orada uşaqlar maşınlardan düşmüşlər və maşınların üçünə də benzin doldurulmuşdur. Orada uşaqlardan ya Vasif Namazov, ya da Təqsirləndirilən şəxs ondan maşında konistr olubolmamasını soruşduqdan sonra o, maşında olan 5-litrlik yağ konistrini çıxarıb onlara vermişdir. Vasif Namazov konistrə benzin dolduraraq maşının baqajına qoymuşdur. Bundan sonra onlar yoluna davam etmişlər və Raul Məmmədovun təklifi ilə yaxınlıqda yerləşən kafeyə daxil olmuşlar. Kafedə bir az yemək yedikdən sonra çıxıb maşınlara əyləşmişlər. «BMV» markalı avtomaşını kafenin qarşısında qoymuşlar, digər uşaqların hamısı isə Vasif Namazovun və onun avtomaşınlarına oturaraq yoluna davam etmişlər. Onlar yoldan sola dönərək meşəyə tərəf irəliləməyə başlamışlar. Orada bir əraziyə çatan zaman hamı maşınlardan düşmüş, birdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfə 1- 2 dəfə sərt hərəkətlər edərək ona yumruqla zərbə endirmiş və azərbaycan dilində nəsə danışmağa başlamışdır. Bundan sonra uşaqlardan kimsə Zərərçəkmiş şəxs təkrar zərbə endirdiyinə görə sonuncu yerə yıxılmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurandan sonra o, Vasif Namazovun cibindən bıçaq çıxardığını və gedib Zərərçəkmiş şəxs vurmaq istədiyini görmüş, lakin o, Vasif Namazovdan onu (Zərərçəkmiş şəxs) vurmamağı xahiş etdikdən sonra vurmamışdır. Bundan sonra o, uşaqlara yaxınlaşmış və bu zaman Zərərçəkmiş şəxs qarnını tutub yerə uzandığını görmüşdür. Sonra uşaqlar Zərərçəkmiş şəxs əllərini və ayaqlarını skotçla bağlayaraq yaxınlıqda yerləşən ağacın yanına aparmışlar. Bundan sonra uşaqlar Zərərçəkmiş şəxs ətrafında aypara şəklində oturaraq söhbət etməyə başlamışlar. Lakin o, azərbaycan dilini bilmədiyinə görə söhbətin məzmununu bilməmişdir. Bundan sonra Şahid2la Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qoltuğundan qaldıraraq aparıb yaxınlığında olan ağaca söykəmişlər. Bu zaman Təqsirləndirilən şəxs skotçla Zərərçəkmiş şəxs boğazından və qarnından ağaca bağlamışdır. X122 Şahid2 bıçaqı alıb Zərərçəkmiş şəxs bir neçə dəfə bıçaqla zərbələr endirməyə başlamış, sonra isə Zərərçəkmiş şəxs arxasına keçib sonuncunun çənəsindən tutaraq boğazını kəsməyə başlamışdır. Bu zaman Şahid2 Pərviz Mamedovdan bıçağını alaraq bir neçə dəfə Zərərçəkmiş şəxs bıçaq zərbələri endirmişdir. Bundan sonra uşaqlar «benzin, benzin» deyə qışqırmışlar. Bu zaman X114 Əliyev maşının yanına gələrək benzinlə dolu konistri götürmüşlər. Zərərçəkmiş şəxs üstünə benzinin kim tərəfindən töküldüyünü və kim tərəfindən yandırıldığını görməmişdir. Sonra uşaqlar oradan qayıdaraq maşınlara oturub Moskvaya qayıtmışlar. Yolda Şahid2 Zərərçəkmiş şəxs öldürmələrinin səbəbini soruşduqda sonuncu danışmışdır ki, X86 Qurbanov Azərbaycanda quldurluq edərək evdən çoxlu miqdarda pul və qızıl-zinət əşyaları ələ keçirmişlər və həmin qızılları saxamaq üçün Zərərçəkmiş şəxs anasına vermişlər. Lakin Zərərçəkmiş şəxs anası qiymətli əşyaların qaşlarını dəyişərək yerinə saxta qaşlar qoymuşdur. (cild 1, iş vər. 122- 136). “Təqsirləndirilən şəxs qimsində cəlb etmə haqqında” 26 iyun 2004-cü il tarixli qərardan görünür ki, ilkin istintaq edilmiş 52504 saylı cinayət işi üzrə həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qimsində cəlb edilməsi barədə qərar qəbul edilmiş və həmin qərar ona müdafiəsinin iştirakı ilə 18 mart 2021-ci tarix elan edilmişdir. (cild 1, iş vər. 166). “Təqsirləndirilən şəxsə ittiham elan etmək üçün tutulması haqqında” 26 iyun 2004-cü il tarixli qərardan görüünr ki, Təqsirləndirilən şəxs ittiham elan dilməsi üçün barəsində axtraış elan edilməsi və tutulduqda Gəncə şəhər Polis İdarəsinə MST-nə etap edilməsi həmin tərixdə qərara alınmışdır. (cidl 1, iş vər. 167). “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə” 29 iyun 2004-c il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir. (cild 1, iş vər. 172-173). AR DİN Gəncə şəhər Polis İdarəsi tərəfindən verilmiş məktubdan görüünr ki, 52504 saylı cinayət işi üzrə təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs, X71, X72, X50, X36, X76 və X68 Azərbaycan Respublaiskı hüdudlarından kənardadır. (cild 01, iş vər 179) İstintaq orqanı tərəfindən ünvan 2 ünvanında 22 iyun 2004-cü il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində aşkar edilmiş tapançaya dair təyin edilmiş məhkəmə-ballistik ekspertizası üzrə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 18.08.2004-cü il tarixli 6785 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1963-cü il istehsalı olan QŞ seriyalı 1865 saylı “Makarov” tipli tapança 9 mm kalibrli “PM" modelli yivli odlu silahdır-tapançadır, atəşə yararlıdır. (cild 1, iş vər. 186-188). “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 03 dekabr 2004-cü il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikacı CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 149.2.1, 149.2 4 14925 181 zT 181.3.2, 181.3.3. 206.4, 228.3, 217.1, 217.2 318.2, 320.2, 29,177.2*1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə, Şahid2 Azərbaycan Respublikası CM nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 181.3.1, 181 32 181 33 217.1, 217.2, 29,177.2.1, 29,177.2.3, 29,177.2.4, 228.3 və 206.4-cü maddələri ilə, X37 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 217.1, 217.2 və 228.3-cü maddələri ilə, X27 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 217.1, 217.2 və 228.3-cü maddələri ilə, X11 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 217.1, 217.2, 228.3 və 206.4-cü maddələri ilə, X20 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 217.2, 217.2, 177.2.1, 177.2.3, 29,177.2.1, 29.177.2.2, 29,177.2.3, 29 177 2 4 və 228 3-cü maddələri ilə, X63 Azərbaycan Respublikası CM-nin 217.1, 217.2, 32,181.3.1, 32,181.3.2, 32,181.3.3, 32,120.2.1, 32.120 2 4 32 120.2.5, 32,120.2.7 və 32,120.2.11-ci maddələri ilə, X51 Azərbaycan Respublikası CM-nin 217.1, 217.2, 228.3-cü maddələri ilə, X28 Azərbaycan Respublikası CM-nin 217.1, 217.2, 181.3.1, 181.3.2 və 181.3.3-cü maddələri ilə və X21 Azərbaycan Respublikası CM-nin 217.2 və 228.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 52504 saylı cinayət işindən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs, X48, X12, X22, Şahid3, X38, X52, X73, Müzəffərov Vİdadi Arif oğlunun və X39, həmçinin təqsirləndirilən şəxs cismində cəlb edilərək həbsdə saxlanılan X40, X13, X14 və gələcəkdə iş üzrə təqsiriəndirilən şəxs qismində cəlb ediləsi digər şəxslərin barəsində cinayət işi ayrılması qərara alınmışdır. (cild 1, iş vər. 202- 209). Ağır Cinayətlərə dair İşlər üzrə Azərbyacan Respublikası Məhkəməsinin 29 mart 2005-ci il tarixli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 1202.1, 120.2.4,. 120.2:5; T20:2.7, 120.2.10, 20.2.11, 149.2.1, 149.2.4, 149.2.5, 1813.1, 1813.27 18133, 206.4, 2283, 217.1, 217.2, 318.2, 320.2, 29,177.2.1, 29,177.23 və 29,1772.4. maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11 mad. ilə ömürlük azadlıqdan məhrum etmə, CM-nin 149.2.1, 149.2.4, 149.2.5,mad. ilə 8(səkkiz) il müddətinə, CM-nin 1813.1, 18132, 18133,mad. ilə 15 (on beş) il müddətinə, CM-nin 206.4 mad. ilə 8 (səkkiz) il müddətinə, CM-nin 228.3 mad.ilə 8 (səkkiz) il müddətinə, CM-nin 217.1 madälə 14 (on dörd) il, 2172 mad. ilə 12 (on iki) il müddətinə, CM-nin 318.2 mad.ilə 5 (beş) il müddətinə, CM-nin 320.2 mad. ilə 1 (bir) il, CM-nin 29,177.-2.1, 29,177.23 və 29,177.2.4. mad. ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.CM-nin 66.3 maddəsino əsasən ona təyin edilmiş cozalan toplamaq yolu ilə qəti olaraq üzərində ömürlük azadlıqdan məhrumetmə cəzası saxlanılmışıdr. Cəzaçəkmənin əvvəli 26 iyun 2004-cü il tarixdən hesablanmış, barəsində seçilmiş qətimkan tədbiri həbs hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Şahid2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3,217.2, 29,177.2.1,29,177.2.3, 29,177.2.4, 228.3 vo 206.4. maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11 maddəsi ilə ömürlük azadlıqdan məhrum etmə, CM-nin 181.3.1, 181.3.2, 181.3.3-cü maddələri ilə 5 (on beş) il müddətinə, CM-nin 217.2 maddəsi ilə 12 (on iki) il müddətinə, CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4. maddəsi ilə 5 (beş) il müddətinə, CM-nin 228.3 maddəsi ilə 8 (səkkiz) il müddətinə, CM-nin 206.4 mad. ilə 8 (səkkiz) müddətinə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3 maddəsinə əsasən ona təyin edilmiş cəzalan toplamaq yolu ilə qəti olaraq üzərində ömürlük azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.Cəzaçəkmənin əvvəli 24 iyun 2004-cü il tarixdən hesablanmışdır. Barəsində seçilmiş qətimkan tədbiri həbs hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. X68 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 217.2 və 228.3. maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətəməkdə təqsirli bilinib, CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11 mad. ilə ömürlük azadlıqdan məhrum etmə, CM-nin 181.3.1, 181.3.2, 181.3.3,mad. ilə 15 (on beş) il müddətinə, CM-nin 217.2 mad. ilə 12 (on iki) il müddətinə, CM-nin 228.3 maddəsi ilə 7 (yeddi) il müddətinə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3 maddəsinə əsasən ona təyin edilmiş cəzalan toplamaq yolu ilə qəti olaraq üzərində ömürlük azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmənin əvvəli 26 iyun 2004-cü il tarixdən hesablanmışdır. Barəsində seçilmiş qətimkan tədbiri həbs hökm qanuni qüvvəsini alanadək, dəyişdirilmədən saxlanılmışdır. X2 Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 217.2 və 228.3. maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətəməkdə təqsirli bilinib, CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7 120.2.11 maddəsi ilə 12 (on iki) il müddətinə, CM-nin 181.3.1, 181.3.2, 181.3.3-cü maddəsi İlə 12 (on iki) İl müddətinə, CM-nin 217.2 maddəsi ilə 10 (on) müddətınə, CM-nın 228.3 maddəsi ilə 5 (beş) il müddətinə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. CM-nin 66.3 maddəsinə əsasən ona təyin edilmiş cəzalan qismən toplamaq yolu ilə qəti olaraq üzərində 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmənin əvvəli 25 iyun 2004-cü il tarixdən hesablanmışdır. Barəsində seçilmiş qətimkan tədbiri həbs hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. X32 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 1 120.2.5, 120.2.7, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 217.2. və 228.3 maddələri ilə nəzərədə tutulan cinayət əmlini törətməkdə toqsirli bilinib, CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11 mad. ile 14 (on dörd) il müddətinə, CM-nin 181.3.1, 181.3.2, 181.3.3,maddələri ilə 14 (on dörd) il müddətinə, CM-nin 217.2 mad. ilə 12 (on iki) il müddotino, CM-nin 228.3 mad.ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.3 maddəsinə əsasən ona təyin edilmiş cəzalan qismən toplamaq yolu ilə qəti olaraq üzərində 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 24 iyn 2004-cü il tarixdən hesablanmış, barəsində seçilmiş qətimkan tədbiri həbs hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. X20 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4;,120.2.5, 120.2.7, 120.2.11, 181.3.1, 181.3.2,. 181.3.3, 217.2, 177.2.1, 177.2.3, 29,177.2.1, 29.177.2.2, 29,177.2.3, 29,177.2.4 və 228.3. maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətəməkdə təqsirli bilinib, CM-nin 120.2.1, 120.2.4, 120.2.5,- 120.2.7, 120.2.11 mad. ilə 14 (on dörd) il müddətinə, CM-nin 181.3.1, 181.3.2, 181.3.3, mad. ilə 14 (on dörd) il müddətinə, CM-nin 217.2 mad. ilə 12 (on iki) il müddətinə, CM-ninl77.2.1, 177.2.3, mad. ilə 7 (yeddi) il müddətinə, CM-nin 29,177.2.1, 29.177.2.2, 29,177.2.3, 29,177.2.4 mad. ilə 5 (beş) il müddətinə, CM-nin 228.3 mad.ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.CM-nin 66.3 maddəsinə əsasən ona təyin edilmiş cəzalan qismən toplamaq yolu ilə qəti olaraq üzərində 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.Cəzaçəkmənin əvvəli 24 iyun 2004-cü il tarixdən hesablanmışdır. X93 Azərbaycan Respublikası CM-nin 217.2, 32,181.3.1, 32,181.3.2, 32,181.3.3, 32, 120.2.1, 32, 120.2.4, 32, 120.2.5, 32, 120.2.7 və 32, 120.2.11. maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətəməkdə təqsirli bilinib, CMnin 217.2 maddəsi ilə 10 (on ) il müddətinə, CM-nin 32, 181.3.1, 32,181.3.2, 32,181.3.3cü maddəsi ilə 11 (on bir) il müddətinə, CM-nin 32,120.2.1, 32,120.2.4, 32,120.2.5, 32,120.2.7 32.120.2.11-ci maddələri 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3 maddəsinə osason ona təyin edilmiş cəzalan qismən toplamaq yo|u qoti olaraq üzərində 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmənin əvvəli 26 iyun 2004-cü il tarixdən hesablanmışdır. X75 Azərbaycan Respublikası CM-nin 217.2. yo 228.3.maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətəməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CMnin 217.2. mad. ilə 8 (səkkiz) il müddətinə, CM-nin 228.3. mad. ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir CM-nin 66.3 maddəsinə əsasən ona təyin edilmiş cəzalan qismən toplamaq yolu ilo qəti olaraq üzərində 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 07 iyul 2004-cü il tarixdən hesablanmışdır. X61 Azərbaycan Respublikası CM-nin 217.2, 1 32,181.3.1, 32,181.3.2, 32, 181.3.3, 32,120.2.1, 32,120.2.4, 32,120.2.5, 32,120.2.7 və 32,120.2.11. maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətəməkdə təqsirli bilinib CM-nin 217.2, maddəsi ilə 10 (on) il müddətinə, CM-nin 32,181.3.1, 32,181.3.2, 32, 181.3.3, maddəsi ilə 11 (on bir) il müddətinə, CM-nin 32,120.2.1, 32,120.2.4, 32,120.2.5, 32,120.2.7 və 32,120.2.11. maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3 maddəsinə əsasən ona təyin edilmiş cəzalan qismən toplamaq yolu ilə qəti olaraq üzərində 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmənin əvvəli 26 iyun 2004-cü il tarixdən hesablanmışdır. X53 Azərbaycan Respublikası CM-nin 217.2 və 228.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətəməkdə təqsirli bilinib CM-nin 217.2 maddəsi ilə 7 (yeddi) il müddətinə, CM-nin 228.3. mad. ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66 3 maddəsinə əsasən ona təyin edilmiş cəzalan qismən toplamaq yolu ilo 4 qəti olaraq üzərində 8 (səkkiz) il müddətinə azadltqdan məhrumetmə cezası saxlanılsın. Cəzaçəkmənin əvvəli 30 iyun 2004-cü il tarixdən hesablanmış, arəsində seçilmiş qətimkan tədbiri həbs hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Mülki iddia təmin edilsin: təqsirləndirilən, X4, X54 və X31 zərərçəkmiş X15 xeyrinə 100 ABŞ dollan məbləğində milli manat məzənnəsi ilə 490 000 manat və 90.000 manat, təqsirləndirilən, X4, X17, Şahid2 zərərçəkmiş X96 xeyrinə 11.000 ABŞ dollan məbləğində milli manat məzənnəsi ilə 53 900 000 manat, təqsirləndirilən şəxs X4, X31, X25 zərərçəkmiş X29 xeyrinə 141.500 ABŞ dollan məbləğində milli manat məzənnəsi ilə 693 350 000 manat tutulması qərar alınmışdır. Maddi sübut: Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində saxlanılan Xankişi və Yaşar Ələsgərovlann qətlə yetirilmələri ilə bağlı hadisə yerində aşkar olunaraq götürtmüş Xankişi Ələsgərovun qanlı jaketi, qollarına bağlanmış ağ izolyasiyalı qara rəngli qana bulaşmış naqillər, iki ədəd qana bulaşmış kimano kəməri, ayaqlarına bağlanmış qanlı dəri kəməri, qanlı maykası, üstündə olan qanlı yorğanın üzlüyü, bir cüt qanlı ayaqqabısı və corabları, qana bulaşmış jileti, ağzına və boynuna bağlanmış qanlı parça, önlük və qalstuk, qana bulaşmış alt tumanı, qanlı şalvarı, Xankişi Ələsgərov qətlə yetirildiyi otağdan götürülmüş yapışqanlı lent, Yaşar Ələsgərovun qana bulaşmış «Adidas» idman şalvarı və pencəyi, üstündə olan qardı yorğan üzü, qollarına bağlanmış qanlı sıxıcı rezin, yapışqanlı lent, qana bulaşmış kimano kəməri, ayağına bağlanmış ağ naqil, sıxıcı rezin, qana bulaşmış alt tuman və köynəyi, qana bulaşmış bir cüt ayaqqabısı və bir ədəd corabı, ağzına bağlanmış qanlı parça və yapışqanlı lent, Yaşar Ələsgərov öldürülən otaqdan götürülmüş qanlı bez, 7 ədəd açar, bir ədəd cib bıçağı, naqillər və yapışqanlı lentin rulonu, Xankişi Ələsgərovun həyətinə giriş darvazasının qıfılı və açan, Vaqif Qədimovun və Qıztamam Qurbanovanm qətlə yetirilmələri ilə bağlı hadisə yerinin müayinəsi zamanı qarajdan götürülmüş bir ədəd qanlı çəkic və 2 ədəd elektrik şnuru, Vaqif Qədimovun qana bulaşmış paltarları, Vaqif Qədimovun meyiti aşkar olunmuş otaqdan götürülmüş bir ədəd qanlı diş protezi, bir ədəd qana bulaşmış «İndometasin» mazı, Qıztamam Qurbanovanın qanlı paltarları, Qıztamam Qurbanovanın meyiti aşkar olunmuş otaqdan götürülmüş bir ədəd dəmir açar (monitirovka), iki ədəd otvertka, ventilyatorun ağ rəngli kəsilmiş şnuru, bir ədəd qadın cins yubkası, bir cüt göy rəngli qadın çəkməsi, qara rəngli qadın trusiki, qadın kolqotkası, seyfin qıfılının detalları, 13,5 sm və 3 sm ölçüdə 1 ventilyatorun şnurlan, 5 ədəd 12 mm diametrli 2 deşikli düymə, döşəmə silənin «qana bulaşmış 26 sm ölçüdə olan şnuru, Qıztamam Qurbanovanm uşaqlıq yolundan götürülmüş yaxma və tampon, arxa keçəcəyindən götürülmüş tampon, Azərbaycan Resjfublikaşı DİN- nin Kriminalistik Tədqiqatlar İdarəsində saxlanılan Sevinc Məmmədovanın və 2 övladının qətlə yetirilmələri ilə bağlı hadisə yerində aşkar olunaraq götürtmüş bir ədəd üzərində «38-77» rəqəmləri həkk olunmuş giliz, iki ədəd hər birinin üzərində «38-79» rəqəmləri həkk olunmuş gilizlər, bir ədəd üzərində «38-86» rəqəmləri həkk olunmuş giliz və üç ədəd güllə məhv edilməsi qərar alınmışdır. Azərbaycan Respublikan Ba» Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində saxlanılan X3 götürülmüş «Panasonic M-10» markalı videokamera, zərərçəkmış V.X.Ələskərova qaytarılması, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində saxlanılan 6 ədəd müxtəlif ölçüdə qazanlar, 3 ədəd müxtəlif ölçüdə tava, 2 ədəd müxtəlif ölçüdə qazan və 1 ədəd tava dəsti, kiçik ölçülü peç, 6 ədəd xrustal stəkan, 10 ədəd dərin boşqab, 8 ədəd salat boşqabı, 4 ədəd kasa, 6 ədəd kiçik ölçülü derin salat boşqabı, 12 ədəd pendir boşqabı zərərçəkmiş Z.C.İsmaylova qaytarılması, X46 bankının Gəncə İcmal filialında saxlanılan, 1 ədəd qızıl üzük; 1 ədəd qızıl boyunbağı, 1 ədod qızıl qolbağ və 1 odəd qızıl üzük, 1 ədəd qızıl üzük, 1 ədod qızıl zəncir (kulonla birilkdə) və 1 cüt qızıl sırğa zərərçəkmişlər X116, X41 və X23 vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi, X46 bankının Gəncə icmal filialında saxlanılan, X16 götürülmüş 1 ədəd qızıl sinə bəzəyi — kolye X26 qaytarılması, Azerbaycan Respublikasının Rusiya Fcdcrasiyanıdakı səfərliyinin konsul-luq şöbəsi tərəfindən X24 adma verilən 13 may 2004-cü il tarixli 1238-KO saylı Azərbaycan Respublikasına qayıtmaq üçün hüquq verən şəhadətnamə cinayət işinə əlavə edilməsi, Gəncə şəhər polis idarəsində saxlanılan 1 ədəd «Raykal» tipli tapanca, ’daraq və 5 ədəd 9 mm kalibri patron, 1 Ədəd üzərində «QŞ №1865 1963» yazılan hökk olunmuş «Makarov» tipli tapanca, daraq və 5 odod 9 mm kalibrli patron Azərbaycan Respublikası DlN-nə təhvil verilməsi qərar alınmışdır. X46 bankının Gəncə icmal filialında Əliyev Sadiq Sadət oğlunun anası X8 götürülmüş 1 ədəd «Çayka» markalı qızıl qol saatı, bu işdən ayrıca icraata ayrılmış cinayət işinə əlavə edilməsi, RF Moskva vilayət prokurorluğunun Yeqoryevsk şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs qətlə yetirilməsi ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş bir ədəd bıçaq, bir ədod alışqan, «666» roqomlori həkk olunmuş tatuirovka — kəsilmiş dəri hissəsi və Zərərçəkmiş şəxs yanyanmış paltarları RF Moskva Vilayət prokurorluğunun Yeqoryevsk şəhər prokurorluğunda saxlanılması,RF Moskva şəhər prokurorluğunun Cənub-Şərq İnzibati ərazi prokurorluğunda saxlanılan Eyyub Babayevin qətlə yetirilməsi ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş bir ədəd 9 mm kalibrli giliz və bir ədəd meyitdən çıxarılmış güllə, eləcədə Ewub Babayevin qanlı paltarları (qara rəngli kurtka, trusık, svıter, köynək, bır cüt corab, idman şalvarı, cins şalvar, bir cüt çəkmə) RF Moskva ,ohor prokurorluğunun Cənub- Şərq inzibati ərazi prokurorluğunda saxlanılmışdır. RF Samara vilayət prokurorluğunda saxlanılan maddi sübutların taleyi Samara vilayət məhkəməsinin 4 sentyabr 2004 -cü il tarixli hökmü ilə həll edildiyi nəzərə alınması, Ekspertiza xərcləri- 1.750.000 manat P.M.Mamedovdan, Şahid2, İ.R.Cənnətovdan, M.R.Cənnətovdan, A.T.Şükürovdan, E.M.Quliyevdən, A.S.Həsənovdan, EZ.Quliyevdən, Z.Ş.İbrahimovdan və Z.T.Şükürovdan müştərək qaydada dövlətin xeyrinə tutulması qərar alınmışdır. (cild 01, iş vər 1-27) Ağır Cinyayətlərə dair İşlər üzrə Azərbyacan Respublikası Məhkəməsinin 01 dekabr 2005-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs X72 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə təqirli bilinib əmlakı müsadirə olunmadan 8 (səkkiz) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1,120.2.4 və 120.2.11-ci maddələri ilə təqsirli bilinib 13 (on üç) il azadılqdan məhrum emtə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 66.3-cü maddəsinə əsasən qismən toplama yolu ilə Z.Ə.Fazilliyə qəti olaraq 14 (on dörd) il müddətinə azaadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir. (cidl 2, iş vər. 28-32). İşdə olan müvafiq qərarlardan görünür ki, sabit silahlı qrupda (bandada) iştirakı və həmin sabit silahlı qrup tərəfindən Zərərçəkmiş şəxs basqın edilməklə qəsdən öldürülməsi epizodları üzrə törətdiyi cinayət əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 217.2, 120.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 26.06.2004-cü il tarixdə qərar qəbul edilmiş, istintaqdan qaçıb gizləndiyi üçün ittihamı elan etmək mümkün olmadığından eyni tarixdə barəsində axtarış elan edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.06.2004-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həmin cinayət işi üzrə yuxarıda adları qeyd olunan digər təqsirləndirilən şəxslərin tutularaq istintaqa təqdim edilməsi ilə əlaqədar cinayət işinin icraatı bir neçə dəfə dayandırılaraq təzələnmiş, sonuncu dəfə isə iş üzrə 11 dekabr 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən 80518 nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 2, iş vər. 51-53). Təqsirləndirilən şəxs 18.03.2021-ci il tarixdə Azərbaycan Respublikasına gələrkən Heydər Əliyev adına Bakı beynəlxalq Hava limanında saxlanılmış, 80518 nömrəli cinayət işinin icraatı həmin tarixdə təzələnməklə eyni tarixdə ona Azərbaycan Respublikası CM-in 217.2, 120.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. (cild 2, iş vər. 52, 54, 65). Rusiya Federasiyası Moskva Vilayəti, Yeqoryevsk Şəhər Məhkəməsinin 05 avqust 2005-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs RF Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəi ilə nəzərəd tutulmuş cinayət törətməsdinə təqsirli bilinmiş və ona ümumi rejimli koloniyada cəza çəkməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həbsetmənin əvvəli 23 iyul 2004-cü il tarixdən hesablanmışdır. (cild 2, iş vər. 97-99). Hazırki cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizasının 07.05.2021-ci il tarixli 1007 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilmişdir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, halhazırda da öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. O, cinayət əməlini törədərkən affekt halında olmamışdır. Təqsirləndirilən şəxs Narkomaniya və Xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, iş vər. 110-114). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Rusiya Federasiyası, Moskva vilayəti Yeqorevski şəhər məhkəməsinin qanuni qüvvəyə minmiş 05.08.2005-ci il tarixli hökmü olduğundan barəsində Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə cinayət təqibinə 22 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Azərbaycan Respublikası CPM-in 39.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. (cild 2 iş vər. 117-140). İş üzrə 22 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 217.2-ci maddələrindən həmin Məcəllənin 217.2, 206.4 və 228.3-cü maddələrinə tövsif edilmiş, iş üzrə 22 may 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 206.4 və 228.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona müdafiəçisinin iştirakı ilə həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (cild 2, iş vər. 143-146). Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş yuxarıda qeyd sənəd və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı həmin əməllərə görə məhkum olunmuş X9, Şahid2 və qeyrilərindən ibarət silahlı bandanın tərkibində heç bir fəaliyyət göstərmədiyi, Zərərçəkmiş şəxs həmin şəxslər tərəfindən qəsdən öldürülücəyini bilsə də, onun özünün Zərərçəkmiş şəxs öldürmək niyyəti olmadığı, məhz onu cəzalandırmaq üçün cəmi bir dəfə ona bıçaqla ona xəsarət yetirldiyi, 2003-cü ilin iyul ayında Pərviz Mamedov və Şahid2la birlikdə Rusiya Rederasiyasından Azərbaycan Respublikasına Qusar rayonunun Samur qəsəbəsində yerləşən “X140” sərhəd keçid məntəqəsindən Azərbaycan Respublikasına gələn zaman Pərviz Mamedovun üzərində 9 mm. kaiibrli “Makarov” tipli tapança olmasından və həmin odlu silahın qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhəddindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirməsindən heç bir məlumatı olmadığı barədə hissədə olan ifadələrinə tənqidi yanaşaraq, hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onun yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, yuxarıda qeyd edilməklə həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış obyektiv sübutların məcmusu üzrə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 1, 3, 5 və 15-ci bəndlərinin müddəalarına əsasən qəsdən adam öldürmə cinayətlərinin ictimaitəhlükəlilik dərəcəsi nəzərə alınaraq törədilmiş cinayət hadisəsi hərtərəfli, tam və obyektiv araşdırmalı, bu kimi cinayət işləri üzrə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulları, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törədəndən sonrakı daranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə köməklik edən digər hallar araşdırılmalıdır. Təqsirkann niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Belə qruplar bir qayda olaraq cinayəti diqqətlə planlaşdırdıqlarına, əvvəlcədən cinayətin alətlərini hazırladıqlarına, qrup iştirakçıları arasında rol bölgüsü apardıqlarına görə iştirakçıların hamısı cinayət hadisəsindəki rollarından asılı olmayaraq cinayətin icraçıları hesab olunurlar və onların əməlləri tövsif edilərkən CM-nin 32-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verməklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək, hesab edir ki, onun yuxarıda qeyd edilən cinayət əməllərini, yəni onun Azərbaycan Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikası ərazisində və Respublika hüdudlarından kənarda ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış silahlı qrupların (bandaların) törətdikləri basqında və sabit silahlı qruplarda (bandalarda) iştirak etmiş, mütəşəkkil dəstə tərkibində qanunsuz olaraq odlu silah əldə edib, saxlayıb gəzdirməklə daşımış, mütəşəkkil dəstə tərkibində odlu silahı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 217.2, 206.4 və 228.3-cü maddələri maddələri tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli təqsirli bilinərək Qanunvericiliyin müvafiq tələbləri nəzərə alınmaqla ona müvafiq qaydada cəza təyin edilməli və cəza təyini məsələsi həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (Qaçaqmalçılıq, həmin Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, - yeddi ildən on iki il müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulimuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, - həmin Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, - beş ildən on iki il müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulimuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Bununla əlaqədar qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-ci maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Təqsirləndirilən şəxs elan olunmuş hazırkı ittiham üzrə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4 və 228.3-ci maddələri ilə təqsirləndirildiyi cinayət əməllərini 2003-cü ilin avqust ayında törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli ağır cinayətlər cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4 və 228.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müdddəti, yəni on iki il keçdikdən sonra, yəni istintaq orqanının 22 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.2.4 və 217.2-ci maddələrindən həmin Məcəllənin 217.2, 206.4 və 228.3-cü maddələrinə tövsif edilmiş, iş üzrə 22 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci və həmçinin 206.4 və 228.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, həmin cinayət işi üzrə ibtidai istintaq orqanının 26 iyun 2004-cü il tarixli qərarı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 217.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, istintaqdan qaçıb gizləndiyi üçün ittihamı elan etmək mümkün olmadığından eyni tarixdə onun barəsində axtarış elan edilmişdir. İbtidai istintaq orqanını 22 may 2021-ci il tarixli qərarı ilə isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Rusiya Federasiyası, Moskva vilayəti Yeqorevski şəhər məhkəməsinin qanuni qüvvəyə minmiş 05.08.2005-ci il tarixli hökmü olduğundan barəsində Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə, həmin iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 217.2-ci maddəsi üzrə onun istintaqdan qaçıb gizləndiyi üçün həmin ittihamın o zaman ona elan etmək mümkün olmadığı, lakin Azərbaycan Respublikası CM-nin 206.4 və 228.3-cü maddələri ilə isə ona Azərbaycan Respublikası CM-nin 75.1.3-ci maddəsinə nəzərdə ttulmuş, yəni həmin ağır cinayətlərinq törədildiyi gündən on iki il keçdikdən, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətləri bitdikdən sonra irəli sürüldüyü müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin, hazırki cinayət işi üzrə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4 və 228.3 -ci maddələri ilə təqsirləndirildiyi epizod üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarılmalı, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə ona həmin maddənin sanksiyası nəzrə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini qismən etiraf edib peşan olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübutlar: Hadisə yerinə və meyitə baxış zamanı götürülmüş bir ədəd bıçaq, bir ədəd alışqan, «666» rəqəmləri həkk olunmuş tatuirovka-kəsilmiş dəri hissəsi və Zərərçəkmiş şəxs yarıyanmış paltarları 03 dekabr 2004-cü il tarixli qərarla maddi sübut kimi tanınmaqla həmin maddi sübutların Moskva vilayəti, Yeqorevski şəhər prokurorluğunda olan 92877 nömrəli cinayət işinin materiallarına əlavə edildiyi nəzərə alınmalıdır. Gəncə şəhər Polis İdarəsində saxlanılan ünvan 2 ünvanında 22 iyun 2004-cü il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində aşkar edilmiş bir ədəd QŞ seriyalı 1865 saylı “Makarov” tipli 9 mm kalibrli “PM” modelli tapança hazırki cinayət işinin ayrıldığı 52504 nömrəli cinayət işi üzrə maddi sübutların taleyi həll edilənədək saxlanılması təmin edilməlidir. İş üzrə məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-354 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 217.2, 206.4 və 228.3 -ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4 və 228.3-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Hadisə yerinə və meyitə baxış zamanı götürülmüş bir ədəd bıçaq, bir ədəd alışqan, «666» rəqəmləri həkk olunmuş tatuirovka-kəsilmiş dəri hissəsi və Zərərçəkmiş şəxs yarıyanmış paltarları 03 dekabr 2004-cü il tarixli qərarla maddi sübut kimi tanınmaqla həmin maddi sübutların Moskva vilayəti, Yeqorevski şəhər prokurorluğunda olan 92877 nömrəli cinayət işinin materiallarına əlavə edildiyi nəzərə alınsın. Gəncə şəhər Polis İdarəsində saxlanılan ünvan 2 ünvanında 22 iyun 2004-cü il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində aşkar edilmiş bir ədəd QŞ seriyalı 1865 saylı “Makarov” tipli 9 mm kalibrli “PM” modelli tapança hazırki cinayət işinin ayrılmış 52504 nömrəli cinayət işi üzrə maddi sübutların taleyi həll edilənədək saxlanılması təmin edilsin. Cinayət işi üzrə məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar