Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1218/2021 14.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 fevral 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi mərkəzi adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan «Hacı» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda 34, 766 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 14,222 qram çəkidə psixotrop maddə metafetamini əldə edib daşıyaraq üzərində saxlamış, 17 fevral 2021-ci il tarixdə saat 17 radələrində Azərbaycan Respublikası DİN X2 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanında saxlanılaraq, ünvan 3in 7-ci PB-nə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynindəki gödəkçəsinin sağ yan cibindən parçadan hazırlanmış üzərində «Vivanco» sözləri yazılmış, heroinin və metafetamenin izləri olan kiçik ölçülü əl çantasının içərisindən iki ədəd sellofan bükülüdə, onlardan birində külli miqdarda 34,766 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digərində külli miqdarda 14, 222 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamferamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o astma xəstəsi olduğu üçün bədənində mütəmadi olaraq ağrılar olur və buna görə də uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. 2021-ci il 17 fevral tarixində saat 17 radələrində ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman, 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdilər və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsinə dəvət etdilər. O etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getdi. Orada müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildi. Bu zaman üzərində qanunla qadağan olan hər hansı əşya vardırsa, təqdim etməyi xahiş etdilər. Bundan sonra o ilk növbədə əynində olan qara rəngli dəri gödəkcəmin sağ yan cibindən 1 ədəd tünd göy rəngli üzərində “Vivanco" sözləri yazılmış kiçik əl çantanı, 1 ədəd qırmızı rəngli alışqanı, 1 ədəd “Samsung" markalı mobil telefonu, həmin gödəkcənin sol yan cibindən 2 ədəd siqaret qutusunu, həmin gödəkcənin sol iç cibindən 1 ədəd eynəyi, əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən isə 25 manat pulunu təqdim edərək, masanın üzərinə qoydu. Bundan sonra təqdim etdiyi üzərində "Vivanco" sözü yazılmış tünd göy rəngli parçadan hazırlanmış, kiçik ölçülü əl çantasına baxış keçirildi və baxış zamanı həmin çantadan 2 ədəd sellofan büküm aşkar edildi. Həmin sellofan bükümlərdən birində təqribən 34 qram heroin, digərində isə 14 qram metamfetamin var idi. Həmin narkotik vasitələri 2021-ci il 15 fevral tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi mərkəzi adlanan ərazidə Hacı adlı şəxsdən 70 manata almışdı. Narkotik vasitəni satmaq məqsədi olmayıb. Ümumiyyətlə heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Külli miqdarda narkotik vasitə almağına səbəb Hacı adlı şəxsin narkotik vasitəni ona təcili olaraq pul lazım olması ilə əlaqədar ucuz satması olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatında şəxsin yaşayış ünvan dəqiq xatırladığı Bakı şəhəri, Nəsimi rayonu ərazisi kimi göstərilmişdi. Tərəflərindən əməliyyat axtarış tədbirləri keçirildi və həmin şəxsin şəxsiyyəti, zahiri əlamətləri müəyyən edildi. Təqsirləndirilən şəxs ifşa olunması məqsədi ilə Baş İdarədə əməliyyat müvəkkili kimi çalışan digər polis əməkdaşı Şahid2 tərəfindən idarə rəisinə məruzə olundu və əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair Şahid2 tərəfindən qəbul olunmuş qərar təsdiq olundu. O və digər əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradıldı, bu barədə protokol tərtib olundu. Daha sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində onlar Təqsirləndirilən şəxs yerini müəyyən etdilər. 17 fevral 2021-ci il tarixdə, təxminən axşamüstü saat 5-6 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində ona yaxınlaşıb özlərini təqdim etdilər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra onu bölməyə dəvət etdilər. O, heç bir etiraz etməyərək onlarla birlikdə yaxınlıqdakı Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə gəldi. Polis Bölməsində olan zaman Baş Narkotiklərlə Mübrizə İdarəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar varsa onları təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs üzərində olan telefon, pul vəsaiti, alışqan və 2 (iki) ədəd siqaret qutusunu təqdim edərək masanın üzərinə qoydu və 1 ədəd tünd göy rəngli əl çantasını tədim etdi. O, təqdim eldiklərindən başqa üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını bildirdi. Daha onra şəxsin üzərinə şəxsi axtarış keçirilsə də sübut əhəmiyyətli heç bir əşya və ya predmet aşkar olunmadı. Bundan sonra onun təqdim etdiyi siqaret qutularına baxış keçirildi. Siqaret qutularında heç bir qanunsuz əşya və ya maddə olmadığı üçün şəxsin özünə qaytarıldı. Daha sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi kiçik əl çantasına baxış keçirildi və çantanın ciblərindən birində 2 (iki) ədəd sellofan büküm aşkar olundu. Baxış zamanı bükümlərdən birində ağ rəngli metamfetaminə bənzər kütlə, digər bükümdə isə narkotik vasitə heroinə bənzər kütlə müəyyən olundu. Həmin maddələr elektron tərəzi ilə çəkildikdən sonra bükümlər əl çantasına geri qoyuldu, çanta isə ağ rəngli zərfə qoyularaq möhürləndi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni Hacı adlı şəxsdən aldığını bildirdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 17 fevral 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2021-ci il tarixli, 6/712 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində « Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №7» dairəvi möhür əks olunan «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr» sözləri və imzalar qeyd edilmiş üzərində «Vivanco» yazısı olan 15 sm x10sm x 5sm ölçüdə əl çantasının içərisində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 34,766 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 14,222 qram olan ağ rəngli kristal formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metaletamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin» siyahısına (siyahı İ» daxildir, Metafetamm 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin» siyahısına (siyahı İ) daxıldır. Bir ədəd əl çantasında narkotik vasitə və psixotrop maddə olan və metafelaminin izləri vardır. Heroin və metafetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin və metamfetamin Hə müqayisəli tədqiqat aparılması mümkün deyildir.Heroinin təmiz çəkisi 34,766 qram, tətqiqata sərf edildi 0,05 qram qalıq 34,716 qram, metamfetaminin təmiz çəkisi 14,222 qram, tətqiqata sərf edildi 0,05 qram qalıq 14,172 qram. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 29 mart 2021-ci il tarixli, 876 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata almrnast məsləhət görülür. Cinayət işində olan Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən 22.02.2021-ci il tarixli qərari ilə, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən qəbul edilmiş 17 fevral 2021-ci il tarixli «Əməliyyat-axtarış tədbirlərinin həyala keçirilməsinə dair» qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə kı, Nəsimi rayon məhkəməsinin 01.08.2012-ci il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs 19.08.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 17 fevral 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, əməlində cəzanın ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan şəxsi axtarış və götürmə zamanı video görüntülərinin əks olunduğu “xxxx” disk, Bakcell MMC dən daxil omuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən disk cinayət işinin materiallarında saxlanılması nəzərə nəzərə alınmalı və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 34,716 qram olan narkotik vasitə heroin və 14,172 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan şəxsi axtarış və götürmə zamanı video görüntülərinin əks olunduğu “xxxx” disk, Bakcell MMC dən daxil omuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən disk, cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 34,716 qram olan narkotik vasitə heroin və 14,172 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1218/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1218/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver