Məhkəmə qərarları › İş №1(101)-1218/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1218/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1218/2023 18.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1993-cü ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2015 və 2018-ci il təvəllüdlü iki uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Nehmət” adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, “Nehmət” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 15873,119 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2025 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 5235 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu bölmək məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin külli miqdarda 48,119 qram hissəsini bölüb 01 ədəd bükümə yığmaqla qanunsuz olaraq üzərində saxlayaraq daşımış, narkotik vasitələrin qalan hissəsini törədilən cinayət əməli barədə məlumatı olmayan X6 idarə etdiyi “Toyoto Prius” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilin salonunda saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə saat 05:20-də Salyan rayonu ərazisindən keçən Ələt-Astara magistral avtomobil yolunun 61-ci kilometrliyində “Toyoto Prius” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 48,119 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 08 yanvar 2023-cü il tarixdə saat 09:00-dan etibarən törədilən cinayət əməli barədə məlumatı olmayan Arif Nəsirovun idarə etdiyi “Toyoto Prius” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən 01 ədəd qara rəngli sellefon torbada 13 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1060 qram, 1270 qram, 1160 qram, 1330 qram, 1250 qram, 1020 qram, 1260 qram, 1110 qram, 1240 qram, 1240 qram, 1385 qram, 1200 qram və 1300 qram olmaqla ümumilikdə külli miqdarda 15825 qram çəkidə narkotik vasitə heroin, 02 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1020 qram və 1005 qram olmaqla ümumilikdə külli miqdarda 2025 qram çəkidə narkotik vasitə tiryək, 05 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1015 qram, 1050 qram, 1045 qram, 1060 qram və 1065 qram olmaqla ümumilikdə külli miqdarda 5235 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olmaqla orada yaşayır. Evlidir, azyaşlı uşağı vardır. Təxminən 2 il bundan qabaq sosial şəbəkələrdə “Nehmət” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, onunla ünsiyyəti yaranmış, Nemət ona narkotik vasitə və psixotrop maddələrinin satışında kömək etməyi, bu işdə yaxşı qazancın olmasını bildirmişdir. Maddi vəziyyəti ağır olduğu üçün o, Nehmətin təklifi ilə razılaşmış və Nehmət bundan sonra Azərbaycan Respublikasına İran İslam Respublikasından narkotik vasitə göndərmişdir. Belə ki, Nehmət bir neçə dəfə Yardımlı rayonu ərazisinə narkotik vasitə göndərmiş və o, həmin narkotik vasitələri götürüb sonradan müxtəlif ünvanlara qoymuşdur. Nehmət isə bunun əvəzində kart vasitəsi ilə ona aid olan karta 300-500 manat məbləğində pul göndərmişdir. Sonuncu dəfə 2023-cü ilin yanvar ayının 6-da Nehmət ona yaşadığı Mirimli kəndindən narkotik vasitələri götürməyini və Bakı şəhərinə çatdırıb müxtəlif ünvanlara qoyacağı halda 3000 manat məbləğində pul verəcəyini demişdir. Həmin vaxt o Bakı şəhərində olduğu üçün Nehmət ona özünün tanış sürücüsü vasitəsilə Bakıdan Mirimli kəndinə aparacağını bildirmişdir. Həmin gün, yəni xx.xx.2023-cu il tarixdə saat 23 radələrində Baksol Yolu adlanan ərazidən Nehmətin tanışı olan taksi sürücüsü Arif Nəsirov onu həmin yerdən götürüb idarə etdiyi «Toyoto Prius» markalı maşını ilə kəndlərinə aparıb düşürmüşdür. Nehmətin verdiyi nişanə ilə kəndin kənarında yüksəklikdə olan bir yerdən sellofan torbanı taparaq bu barədə Nehmətə məlumat vermiş və sonuncunun tapşırığı ilə həmin yerin yaxınlığına gələn Arifin maşınına həmin torbanı qoymuş və həmin maşınla yola çıxmışlar. Torbanı avtomobilin arxa oturacağının üzərinə qoymuşdur. Torbada olan narkotiklər barədə taksi sürücüsünə hər hansı məlumat verməmişdir. Taksi sürücüsünün söhbətindən bilmişdir ki, o, Nehməti uzun müddət tanıyır, hətta Nehmətin köməkliyi ilə xəstə qohumlarını İranda müalicə etdirmişdir. 08 yanvar 2023-cü il tarixdə saat 05:20 radələrində Salyan rayonunda Arif su almaq üçün maşını yolun kənarında bir mağazanın yanında saxlayıb mağazaya gedən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis idarəsinə dəvət etmişlər. Bundan sonra onu, Arifi və sonuncunun maşınını BMCMİ-yə aparıb təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı müdafiəçi dəvət edərək onun üzərinə, sonra isə avtomobilə baxış keçirmişdir. Üzərinə baxış zamanı heroin aşkar edilmiş, maşından isə arxa oturacaqda olan sellofan torbadan bükümlərdə olan heroin, tiryək və qurudulmuş marixuana aşkar edilmişdir. Tərtib olunmuş protokolları özü könüllü imzalamış, həmin qanunsuz əşyalar ona məxsus olmaqla düzgün müəyyən edilmiş, polis əməkdaşlarına qarşı heç bir şikayəti və tələbi yoxdur. Bununla belə bildirmək istəyir ki, o, sadəcə kuryer olmuş, yəni Nehmətin verdiyi bu əşyaları sonuncunun dediyi ünvanlara sadəcə qoymalı idi, heç kəsə heç nə satmamalı idi. Etdiyi əməldən peşmandır. Əlavə etmək istəyir ki, sellofan torbanı Mirili kəndinin ətrafından götürmüş, İİR-nən ərazisinə keçməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, 07 yanvar 2023-cü il tarixdə Baş İdarəyə Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun rəhbəri olmaqla idarənin əməkdaşları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb Vüsal Əliyevin olacağı Ələt-Astara magistral avtomobil yolu ilə hərəkət etmişlər. 08 yanvar 2023-cü il tarixdə saat 05:20-də Salyan rayonu ərazisindən keçən Ələt-Astara magistral avtomobil yolunun 61-ci kilometrliyində “Toyoto Prius” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilin yanında 2 nəfər şəxsin dayanmasını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Müəyyən olunmuşdur ki, bu şəxslərdən biri barəsində əməliyyat-axtarış tədbiri keçirdikləri Təqsirləndirilən şəxs, digəri isə “Toyoto Prius” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X8r. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və yanında olan X9 idarə etdiyi avtomobil ilə birlikdə Baş İdarəyə gətirmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər keçirildikdən sonra Təqsirləndirilən şəxs dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə, sonra isə “Toyoto Prius” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın cibindən 01 ədəd “Samsung” markalı, 01 ədəd “Nokia” markalı mobil telefonlar, pul qabının içərisindən 10 manat pul, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Aşkar olunmuş kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Həmin kütlə 50 qrama yaxın olmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşya, predmet və pul özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Nehmət” adlı şəxsin vasitəsi ilə Yardımlı rayonu, Mirimli kəndi ərazisindən əldə etdiyini, A.Nəsirovun bu işə heç bir aidiyyatı olmadığı, sadəcə sonuncu idarə etdiyi “Toyota prius” markalı, ** GP *** nömrəli avtomobil ilə onu kəndin yanından Bakı istiqamətinə gətirmişdir. Avtomobildə narkotik saxlaması barədə sürücü Arif Nəsirovun məlumatı olmamışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş tədbirin davamı olaraq 08 yanvar 2023-cü il tarixdə saat 09:00-dan etibarən Təqsirləndirilən şəxs və Arif Nəsirovun icazəsi ilə sonuncunun idarə etdiyi və idarənin həyətində saxlanılan “Toyoto Prius” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs və sürücü X9 bu barədə qərarla tanış edərək sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X11 özündə olan açarla maşının kilidlərini açmış və Təqsirləndirilən şəxs həmin avtomobilin salonundakı arxa hissəsindən 01 ədəd qara rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən 13 ədəd bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 5 ədəd nisbətən böyük bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər, 2 bükümdə, qəhvəyi rəngli, tiryəkə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Bu kütlələrin ümumi çəkisi 20 kq-dan çox olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Nehmət” adlı şəxsin vasitəsi ilə Yardımlı rayonu, Mirimli kəndi ərazisindən əldə etdiyini, Bakı şəhərində deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, avtomobildə narkotik vasitə saxlaması barədə sürücü Arif Nəsirovun məlumatının olmadığını, onu əvvəllər tanımadığını və əlaqəsinin olmadığını bildirmişdir. Arif Nəsirov verilən suallara cavab olaraq idarə etdiyi “Toyota prius” markalı, ** GP *** nömrəli avtomobildə Vüsal tərəfindən narkotik maddə saxlanılmasından məlumatı olmadığını, onu əvvəllər tanımadığını və əlaqəsinin olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İstər saxladıqları zaman, istərsə də idarəyə gətirildiyi zaman Təqsirləndirilən şəxs qarşı onun və həmkarları tərəfindən heç bir fiziki zor və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, 07 yanvar 2023-cü il tarixdə həmkarı Şahid1 Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında yaradılmış əməliyyat qrupuna o və digər həmkarı Şahid3 da daxil edilmişlər. Bundan sonra əməliyyat qrupu Vüsal Əliyevin olacağı Ələt-Astara magistral avtomobil yolu ilə hərəkət etmişlər. 08 yanvar 2023-cü il tarixdə saat 05:20-də Salyan rayonu ərazisindən keçən Ələt-Astara magistral avtomobil yolunun 61ci kilometrliyində “Toyoto Prius” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilin yanında 2 nəfər şəxsin dayanmasını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Müəyyən olunmuşdur ki, bu şəxslərdən biri barəsində əməliyyat-axtarış tədbiri keçirdikləri Təqsirləndirilən şəxs, digəri isə “Toyoto Prius” markalı, **- GP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X8r. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və yanında olan X9 idarə etdiyi avtomobil ilə birlikdə Baş İdarəyə gətirmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər keçirildikdən sonra Təqsirləndirilən şəxs dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə, sonra isə “Toyoto Prius” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın cibindən 01 ədəd “Samsung” markalı, 01 ədəd “Nokia” markalı mobil telefonlar, pul qabının içərisindən 10 manat pul, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Aşkar olunmuş kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Həmin kütlə 50 qrama yaxın olmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşya, predmet və pul özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Nehmət” adlı şəxsin vasitəsi ilə Yardımlı rayonu, Mirimli kəndi ərazisindən əldə etdiyini, A.Nəsirovun bu işə heç bir aidiyyatı olmadığı, sadəcə sonuncu idarə etdiyi “Toyota prius” markalı, ** GP *** nömrəli avtomobil ilə onu kəndin yanından Bakı istiqamətinə gətirmişdir. Avtomobildə narkotik saxlaması barədə sürücü Arif Nəsirovun məlumatı olmamışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş tədbirin davamı olaraq 08 yanvar 2023-cü il tarixdə saat 09:00-dan etibarən Təqsirləndirilən şəxs və Arif Nəsirovun icazəsi ilə sonuncunun idarə etdiyi və idarənin həyətində saxlanılan “Toyoto Prius” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs və sürücü X9 bu barədə qərarla tanış edərək sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X11 özündə olan açarla maşının kilidlərini açmış və Təqsirləndirilən şəxs həmin avtomobilin salonundakı arxa hissəsindən 01 ədəd qara rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən 13 ədəd bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 5 ədəd nisbətən böyük bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər, 2 bükümdə, qəhvəyi rəngli, tiryəkə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Bu kütlələrin ümumi çəkisi 20 kq-dan çox olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Nehmət” adlı şəxsin vasitəsi ilə Yardımlı rayonu, Mirimli kəndi ərazisindən əldə etdiyini, Bakı şəhərində deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, avtomobildə narkotik vasitə saxlaması barədə sürücü Arif Nəsirovun məlumatının olmadığını, onu əvvəllər tanımadığını və əlaqəsinin olmadığını bildirmişdir. Arif Nəsirov verilən suallara cavab olaraq idarə etdiyi “Toyota prius” markalı, ** GP *** nömrəli avtomobildə Vüsal tərəfindən narkotik maddə saxlanılmasından məlumatı olmadığını, onu əvvəllər tanımadığını və əlaqəsinin olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İstər saxladıqları zaman, istərsə də idarəyə gətirildiyi zaman Təqsirləndirilən şəxs qarşı onun və həmkarları tərəfindən heç bir fiziki zor və təzyiq olmamışdır. xx.xx.2023-cu il tarix İİR-nın vətəndaşı və onun tanışı olan Seyid onunla watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb Bakı şəhərində olan tanışlarından birini götürüb Yardımlı rayonuna çatdırmağını xahiş etmişdir. Seyid ona həmin şəxsi Yardımlı rayonuna aparacağı halda 200 manat məbləğində pul verəcəyini söyləmişdir. Seyid ona həmin şəxsin Yardımlı rayonunda xəstəsinin olmasını və təcili ona göndərəcəyi konuma uyğun ünvana gedib onu götürməyini tapşırmışdır. Bundan sonra Seyid konum göndərmişdir. O da idarə etdiyi “Toyoto Prius” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobil ilə konuma uyğun olaraq Bakı şəhərində Boksol yolu adlanan əraziyə gəlmişdir. Konuma uyğun olaraq orada avtobus dayanacağının yanında avtomobilini saxlamışdır. 5-10 dəqiqə keçdikdən sonra Seyidlə əlaqə saxlayıb qeyd olunan ünvanda olduğunu və adamın harada olmasını soruşmuşdur. Seyid isə ona adamın həmin yerdə olduğunu demişdir. Ətrafa baxan zaman avtobus dayanacağında bir nəfər şəxsin durmasını görmüşdür. Həmin şəxsi səsləmiş və o, avtomobilə tərəf gəlmişdir. Ondan Seyid deyən adam olduğunu soruşmuşdur. O isə təsdiq edərək avtomobilə oturmuşdur. Artıq saat 23 radələrində Bakı şəhərindən çıxıb Yardımlı rayonu istiqamətində hərəkət etmişlər. Yolboyu yanında əyləşən şəxs ilə ümumi söhbətləri olmuşdur. Həmin şəxs Seyidi haradan tanıdığını soruşmuşdur. O isə Seyid ilə 6-7 ilə yaxın müddət ərzində tanışlıqlarının olduğunu söyləmişdir. Seyidin yaxşı adam olmasını və müəyyən işlərində köməklik etdiyini bildirmişdir. xx.xx.2023-cu il tarixdə saat 03 radələrində Yardımlı rayonu ərazisinə çatmışlar və həmin şəxsi Yardımlı rayonunun dəqiq xatırlamadığı kəndində düşürtmüşdür. Bundan sonra geriyə Masallı rayonuna gəlib səhərin açılmasını gözləmışdir. Masallı rayonundan 3 nəfər şəxsi müştəri kimi götürüb adambaşına 10 manat alıb Bakı şəhərinə gətirmişdir. Seyid həmin gün 200 manat məbləğində pulu kartına göndərmişdir. Həmin gün evə gedib istirahət etmişdir. Axşam tərəfi yenidən taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı şəhəri ərazisində hərəkət etmişdir. Axşam saat 23 radələrində yenidən Seyid onunla əlaqə saxlayıb həmin şəxsi qoyduğu yerdən götürüb Bakıya qaytarmalı olduğunu bildirmişdir. Yenidən Bakıdan çıxıb Yardımlı rayonu istiqamətində hərəkət etmişdir. Artıq xx.xx.2023-cü il tarixdə saat 03 radələrində həmin şəxsi götürmək üçün Yardımlı rayonu ərazisində yerləşən məktəbin yanına getmişdir. Seyid ona həmin şəxsin düşürtdüyü yerdə olacağını bildirmişdir. Həmin ünvana çatmış və həmin şəxsin orada dayanmasını görüb avtomobili onun yanına sürmüşdür. Yanında olan qara rəngli torbanı avtomobilin arxa oturacağının üzərinə qoymuşdur. Ondan həmin torbada nə olduğunu soruşmamış və avtomobili üzü Bakı şəhəri istiqamətində hərəkət etdirmişdir. Salyan rayonu ərazisində “Hacıoğlular” ticarət mərkəzinə çatan zaman yanında əyləşən şəxsə mağazadan su alacağını və onun nə istədiyini soruşmuşdur. Həmin şəxs ona “Go” adlanan spirtli içki almağını xahiş etmişdir. Mağazaya girib su alanda avtomobilin ətrafında bir neçə şəxsin olmasını görmüşdür. Oraya yaxınlaşanda həmin şəxslər özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını və avtomobildə narkotik vasitələrin olmasından məlumatlı olduqlarını demişlər. Polis əməkdaşları onu və yanında əyləşən sərnişini Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən bir qədər müddət keçdikdən sonra idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Vüsal Əliyev avtomobilin arxa oturacağının üzərinə narkotik vasitələr olan bağlamanı qoyduğunu bildirib həmin torbanı təqdim etmişdir. Torbanın içərisinə baxış zamanı oradan qurudulmuş marixuana, narkotik vasitə heroin və tiryək olan bağlamalar aşkar edilmişdir. O, həmin narkotik vasitələri Yardımlı rayonu ərazisindən İran İslam Respublikası ərazisinə keçərək götürdüyünü bildirmişdir. Avtomobildə narkotik vasitələrin olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə BMCMİ-nin əməkdaşları olan Şahid1, Şahid3 və Şahid2 ibarət oğlundan ibarət əməliyyat qrupu yaradılmış və keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə, saat 05:20-də Salyan rayonu ərazisindən keçən Ələt- Astara magistral avtomobil yolunun 61-ci kilometrliyinin yaxınlığında Arif Nəsirovun idarə etdiyi “Toyoto Prius” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilmiş, avtomobil isə duracağa yerləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 yanvar 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, vedoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, şalvarının cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “Nokia” markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Nehmət” adlı şəxsin vasitəsi ilə Yardımlı rayonu, Mirimli kəndi ərazisindən əldə etdiyini, Bakı şəhərində deyiləcək yerlərə çatdırıb pul almaq məqsədi olduğunu, A.Nəsirovun idarə etdiyi “Toyota prius” markalı, ** GP *** nömrəli avtomobildə narkotik vasitə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, avtomobildə narkotik saxlaması barədə sürücü Arif Nəsirovun məlumatının olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi və götürmə haqqında” 08 yanvar 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, X6 idarə etdiyi “Toyoto Prius” markalı, **- GP-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonunun arxa hissəsinə Təqsirləndirilən şəxs tərəfindən qoyulan 01 ədəd qara rəngli torbanın içərisində olan 13 ədəd bükümdə narkotik vasitə heroinə, 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya, 2 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Qərarın məzmunundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxş edərək narkotik vasitənin ona İİR-sı vətəndaşının göndərdiyini, ona 3000 manat verməli olduğunu, narkotik vasitəni Yardımlı rayonundan götürdüyünü, Salyan rayonundan Bakı şəhərinə gələn zaman polis əməkdaşaları tərəfindən saxlanıldığını, narkotik vasitəni könüllü təqdim etdiyini və əməlindən peşman olduğunu bildirmişdir Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2023cü il tarixli, 6/89 saylı rəyindən müəyyən olunurki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd qara sellefon torbanın içində bir ədəd ağ rəngli parça torbada olan: -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 48,199 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomobilin...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli sellefon torbada olan ağ rəngli parça torbada 13 ədəd bağlamada təmiz çəkisi 1060 qram, 1270 qram, 1160 qram, 1330 qram, 1250 qram, 1020 qram, 1260 qram, 1110 qram, 1240 qram, 1240 qram, 1385 qram, 1200 qram, 1300 qram ümumi təmiz çəkisi 15825 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1020 qram, 1005 qram ümumi təmiz çəkisi 2025 qram olan spesifik tiryək iyli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Təqdim edilmiş 14 ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına(Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 08 yanvar 2023cü il tarixli, 7/21 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan qara rəngli sellefon torbadakı 05(beş) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1015 qram; 1050 qram; 1045 qram; 1060 qram; 1065 olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5235 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1264 saylı rəyində müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Vəliyev X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «baxış kesirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, MAPS-uçot xəritəsinə baxış zamanı Təqsirləndirilən şəxs 2016-2017-ci illərdə bir neçə dəfə ölkə ərazisini İİR-sı istiqamətində tərk etmiş və yenidən ölkə ərazisinə qayıtmış, bir daha ölkə ərazisini tərk etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Samsung” və 01 ədəd “Nokia” markalı telefonun yaddaşına keçirilən baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar olunmamış, bu səbəbdən Təqsirləndirilən şəxs məxsus mobil telefonlar ailə üzvlərinə təhvil verilməlidir. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən 5907 saylı məktubla daxil olmuş CD diskə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Vəliyev Vüsal Eldar oğlundan aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkiləri 15872,769 qram natkotik vasitə olan heroin, 2024,9 qram tiryək və 5234 qram qurudulmuş marixuana saxlanması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, üzərinə keçirilən şəxs axtarış və götürmə, avtomobilə baxış və götürmə zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edlmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” və 01 ədəd “Nokia” markalı mobil telefon ailə üzvlərinə qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğudan müəyyən olunur ki, o, əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış 5-81/2-253/2023 saylı xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Aparatından daxil olmuş xasiyyətnamə və arayışlardan müəyyən olunur ki, Yardımlı rayonu Mirimli kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, arayışda isə yoldaşı X12, övladları X7 və X4 ibarət ailə üzvlərinin olduğu qeyd olunur. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs dair ********* saylı cinayət işinin materiallarından başqa cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə özünü təqsirli bilərək təxminən 2 il bundan qabaq sosial şəbəkələrdə “Nehmət” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olduğunu, onunla ünsiyyəti yaratdığını, Nemət ona narkotik vasitə və psixotrop maddələrinin satışında kömək etməyi təklif etdiyini və bu işdə yaxşı qazancın olmasını bildirdiyini, maddi vəziyyəti ağır olduğu üçün Nehmətlə razı olduğunu, Nehmətin bir neçə dəfə Yardımlı rayonu ərazisinə narkotik vasitə göndərməklə onun vasiəsilə həmin narkotik vasitələri müxtəlif ünvanlara qoydurması, bunun əvəzində kart vasitəsi ilə ona aid olan karta hər dəfə 300-500 manat məbləğində pul göndərməsi, sonuncu dəfə 2023-cü ilin yanvar ayının 6-da Nehmətin tapşırığı ilə yaşadığı Mirimli kəndinə taksi ilə gedərək narkotik vasitələri götürüb Bakı şəhərinə çatdırıb müxtəlif ünvanlara qoyacağı halda 3000 manat məbləğində pul alacağı Təqsirləndirilən şəxs cinayət əməlini məhz əlbir olan bir qrup şəxs halında törətməsini, yəni CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini tam sübuta yetirir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 15873,119 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2025 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 5235 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlayaraq daşımasını, yəni CM-nin 234.4.3-cü madəsində nəzərdə tutulan əməli törətməsini şübhə etmir. Belə ki, Təqsirləndirilən şəxs ayrı çeşidlər olan narkotik vasitə və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda və külli miqdar daxil olmaqla aşağı hədlərindən olduqca qat-qat artıq miqdarlarda əldə etməsi onun bu əşyaları həm külli miqdarda, həm də məhz satış məqsədilə əldə edilməsini tam sübuta yetirir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə halları olmuşdur, lakin hal-hazırda onda narkomaniya xəstəliyi aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1264 saylı rəyində müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Vəliyev X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə uyğun olaraq, himayəsində iki az yaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 08 yanvar 2023-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş saxlanması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkiləri 15872,769 qram natkotik vasitə olan heroin, 2024,9 qram tiryək və 5234 qram qurudulmuş marixuana məhv edilməli, üzərinə keçirilən şəxs axtarış və götürmə, avtomobilə baxış və götürmə zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” və 01 ədəd “Nokia” markalı mobil telefon ailə üzvlərinə qaytarılması nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 143 (yüz qırx üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X13 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi X13 üçün isə 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2023-cı il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkiləri 15872,769 qram natkotik vasitə olan heroin, 2024,9 qram tiryək və 5234 qram qurudulmuş marixuana məhv edilsin, üzərinə keçirilən şəxs axtarış və götürmə, avtomobilə baxış və götürmə zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” və 01 ədəd “Nokia” markalı mobil telefon ailə üzvlərinə qaytarılması nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərcləri olan 143 (yüz qırx üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X13 üçün 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar