Məhkəmə qərarları › İş №1(101)-1218/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1218/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1218/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 17 avqust 1990-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdaş şəhəri H.Əliyev prospekti 130 ünvanında qeydiyyatda olmaqla, ünvan 2v 139-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Hüseyn» və «Bəhnam» adlı şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada külli miqdarda ümumi çəkisi 1321,405 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi çəkisi 90,78 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, ümumi sayı 27 ədəd ümumi çəkisi 3,98 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrini, ümumi çəkisi 82,743 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və iki ədəd elektron tərəzini qanunsuz olaraq əldə edib bir hissəsini üzərində bir hissəsini isə yaşadığı ünvan 3 ünvanına daşıyaraq İran İslam Respublikası vətəndaşı «Hüseyn» və «Bəhnam» adlı şəxslərin ona sonradan deyəcəyi ünvanlara çatdırıb yerləşdirməklə istintaqa məlum olmayan digər şəxslərə satmaq niyyəti ilə saxlamış, 08 sentyabr 2023-cü il tarixdə saat 01:00 radəiərində Abşeron RPl-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı ünvan 4 ünvanının qarşsısında olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Abşeron RPİ-yə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində «15 kola və 5 daş» yazısı olan şəffaf rəngli sellofan bükümün içərisindən qara rəngli sellofan bükümdə çəkisi külli miqdarda 4,941 qram psixotrop maddə olan metamfetamin, şəffaf rəngli sellofan bükümdə isə külli miqdarda 13,777 qram narkotik vasitə olan heroin, sol yan cibindən isə 1 ədəd üzərində qırmızı rəngli mürəkkəblə «20 ədəd gül» yazısı olan 18,69 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilrək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün yaşadığı ünvan 3 ünvanına axtarış keçirilən zaman evin mətbəx hissəsində yerləşən kiçik ölçülü şkafın içərisindən qara rəngli sellofan bağlamanın içərisindən ayrı-ayrılıqda çəkiləri 62,9 qram və 14,902 qram olmaqla külli miqdarda ümumi çəkisi 77,802 qram psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda çəkiləri 227,9 qram və 45,904 qram, 29,424 qram və 1004,4 qram olmaqla külli miqdarda ümumi çəkisi 1307,628 qram narkotik vasitə heroin, bir ədəd bükümdə 72,09 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 27 ədəd ümumi çəkisi 3,98 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri və və üzərində heroin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, sentyabrın 7-si günorta saat 6-7 radələrində bacısıoğlu ilə birgə Razin ərazisində yerləşən marketə gedən zaman polis əməkdaşları onu saxlamışdır. Ona Samir adlı polis əməkdaşı yaxınlaşmış, əvvəl ondan yol soruşmuş, sonradan bir neçə əməliyyatçı yaxınlaşıb onu maşına oturtmuşlar. Onda narkotik olub-olmadığını soruşduqda o narkotik olmadığını bildirmişdir. Onu yanındakı uşaqla təhdid etmişlər. Əgər narkotikin onda olduğunu boynuna almasa yanındakı uşağı aparacaqları ilə hədələmişlər. Sonra evə əməliyyatçılarla birgə girib, evində ona məxsus olan 20 qram marixuana və 2 list metadonu polisə vermişdir. O “kokos” və “nəşə” istifadə edirmiş, dərmanın da birini istifadə etmişdir. O iran mobil operatoruna məxsus nömrədən istifadə etmiş, nömrəni də ona orada yaşayan dostu vermişdir. Həmin nömrə ilə başqa şəxslərlə yazışmaları da olmuşdur. Ona narkotik vasitənin satışı ilə bağlı müraciətlər edildiyini xatırlamır. Mənzilə baxış zamanı ailə üzvlərini başqa otağa keçirib və onların iştirakı olmadan evə baxış olmuşdur. Şəxsi axtarış zamanı vəkilin yanından onu aparıb atasını da ona “padelnik” qoşmaqla bağlı təhdid etmişlər. Başqa şəxslərin sifarişi ilə başqalarına məxsus narkotik vasətini bir yerdən başqa yerə ona ödəniş olmadan daşıdığı olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, Təqsirləndirilən şəxsi saxlayan zaman tanımışdır. Şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması, iranlılara məxsus narkotik vasitəni saxlayıb daşıması, kuryerlik etməsi barədə məlumat daxil olmuşdur. Şəxsi Balaxanı qəsəbəsində evlərinin yaxınlığında saxlamışdır. Bundan sonra şəxsi yaxınlıqdakı idarəyə aparmışlar. Üzərinə baxış zamanı 1 büküm sağ cibindən və 1 büküm sol cibindən narkotik vasitə aşkar edilmişdir. Sağ cibindən 1 büküm marixuana, soldakı cibindən isə 2 büküm, yəni metamfetamin və heroin aşkar edilmişdie. Şəxsin evinə də baxış olmuş və külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Demişdir ki, narkotik vasitəni iranlıdan əldə edib və narkotik vasitəni bir yerdən başqa yerə daşıyır. Şəxsə qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır, təqsirləndirilən şəxs də onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 08 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Abşeron RPİ-nin təhqiqatçısı polis kapitanı X2 tərəfindən tərəfindən tərtib olunmuş 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsn üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, şalvarının sağ cibindən aşkar olunmuş həmin bükümün içərisində isə ayrı-ayrılıqda 1 bükümdə narkotik vasitə olan heroin və 1 bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şalvarının sol cibindən bir ədəd şəffaf rəngli bükümdə el arasında gül adlanan narkotik vasitə marixuananı cibindən çıxarıb masanın üzərinə qoymuş, şalvarının arxa cibindən isə bir ədəd özünə məxsus Samsung J3 markalı mobil telefonu və bir ədəd azadlığın məhdudlaşdırılması ilə əlaqədar ona verilmiş elektron aparatı cibindən çıxarıb masanın üzərinə qoymuş, bundan sonra təqdim etdiyi bükümlərin içərisindəkinin nə olduğunu soruşduqda sol cibindən aşkar olunmuş maddənin narkotik vasitə marixuana, sağ cibindən isə aşkar olunmuş bükümün içərisində olan kiçik bükümlərin isə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddələrin hamısını bir yerdə saxlanılmamışdan 5 gün əvvəl xx.xx.2023-cü ii tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsindən tanımadığı İran vətəndaşı olan Hüseyn adlı şəxsdən nisyə aldığını demiş, bütün bunlardan sonra üzərində başqa hər-hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində başqa qanunsuz hər-hansı bir əşya olmadığını, lakin yaşadığı ünvanda yəni Sabunçu rayonu, ünvan 5arkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Müşfiq küçəsi 139-da keçirilmiş axtarış və baxış zamanı həmin evin birinci mərtəbəsində olan mətbəxdə qoyulmuş kiçik ölçülü dolabın arxa hissəindən kağız torbanı çıxarıb mətbəxdə yerləşən masanın üzərinə qoyur, kağız qutunun içərisindəkiləri masanın üzərində boşaltdıqda bir ədəd skoçt, bir ədəd qayçı, içərisi boş sellofan torbalar və ayrıayrılıqda içərisində narkotik vasitələrə və psixotrop maddələrə bənzər olan 8(səkkiz) ədəd sellofan paket, 02 ədəd tərəzi aşkar olunur, Təqsirləndirilən şəxs 8(səkkiz) ədəd sellofan paketin içərisində aşkar olunan maddələrin narkotik vasitələr və psixotrop maddələr olduğunu, aşkar olunmuş 02 ədəd tərəzinin isə narkotik vasitələr və psixotrop maddələri hissələrə bölərkən qramlarını ölçmək üçün istifadə etdiyini bildirir, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindən aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddələrə bənzər maddələr, həmçinin 02 ədəd elektron tərəzi 02 ədəd qara rəngli sellofan paketlərə qoyularaq qablaşdırılır, DİN-in 56 saylı möhürü ilə möhürlənir, üzəri iştirakçılar, şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanır. Hər iki baxış videogörüntüdə 2 ədəd diskə əks olunaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4778 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №56” dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd qara rəngli sellofan bağlamada olan:üzərində "Şübhəli şəxs ..(imza)...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,941 qram olan ağ rəngli kristatlik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 13,777 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.üzərində “Şübhəli şəxs ..(imza)...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli sellofan bağlamada iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 62,9 qram, 14,902 qram ümumi təmiz çəkisi 77,802 ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 227,9 qram, 45,904 qram tünd qəhvəyi rəngli, 29,424 qram, 1004,4 qram açıq qəhvəyi rəngli ümumi təmiz çəkisi 1307,627 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Təqdim edilmiş iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 227,9 qram və 45,904 qram heroinlər bir-biri ilə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir.Təqdim edilmiş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi təmiz çəkisi 29,424 qram, 1004,4 qram və 13,777 qram olan heroinlər bir-biri ilə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir.Təqdim edilmiş iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 227,9 qram və 45,904 qram heroin ilə üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 29,424 qram, 1004,4 qram və 13,777 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər.İki elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin İz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir.Qeyd: Heroinin ümumi təmiz çəkisi- 1321,405 qram, tədqiqata sərf edildi-0,25 qram, qalıq-1321,155 qram.Metamfetaminin ümumi təmiz çəkisi -82,743 qram, tədqiqata sərf edildi-0,15 qram, qalıq- 82,593 qram.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına (Siyahı İ) daxildir. (ekpertiza tədqiqatın dəyəri 65 manatdır) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə -bioloji ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 3-16-16/2-7/1263 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 72,09 qram və zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 18,69 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 90,78 qramdır. Təqdim edilmiş ümumi sayı 27 (iyirmi yeddi) ədəd ümumi çəkisi 3,98 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Qevd: 1) Tədqiqatlar «Çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar» Bakı 2005-ci ii metodikvəsaitində göztərilmiş metodlarla aparıldı. Marixuananın ümumi çəkisi -90,78 qram tədqiqata ümumi sərf edildi 01, qram ( hər obyektdən 0,05 qram), qalıq -90,68 qramdır. Bitki hissələrinin ümumi çəkisi 3,98 qram tədqiqata cəmi sərf edildi 0,5 qram qalıq -3,93 qramdır. (ekpertiza tədqiqatın dəyəri 72 manatdır) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 06 dekabr 2023-cü il tarixli 7984 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 08 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilrərək götürülmüş «Samsung J 3» markalı ağıllı telefona baxış keçirilmiş və məlum olmuşdur ki, üzərində ***-***-**-** saylı mobil nömrəsi vardır, mobil telefona giriş üçün gizlilik kodu olmuşdur, telefon ona təqdim olunduqdan sonra o, telefonun gizlilik kodunu açmış, bundan sonra telefonu açıb telefonda olan «whatsapp» mobil tətbiqinə daxil olmuş, mobil tətbiq İran İslam Respublikasına aid olan +**********18 saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs həmin telefonda sonuncu dəfə yazışması olan «Husu» adlışəxsin İran islam Respublikasının vətəndaşı olan Hüseyn adlı şəxs olmasını bildirmiş, «Husu» adlı şəxsin ikinci mobil nömrəsi +**********03 saylı nömrə olmuşdur. Onunla olan yazışmalara, səs yazılarına və şəkililər baxış keçirdikdə həqiqətən də Hüseyn adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını sübut edən səs yazılarının, narkotik vasitələrin qoyulduğu yerlərin işarə ilə düzəldilmiş şəkillərinin, narkotiklərin «patı, kola və gül» adı kimi şərti adlarla yazışmalarda qeyd olunmasını müəyyən edilir. O, şərti ad olan «patı»nın metamfetamin, «ko!a»nın heroin və «gül»ün isə marixuana olduğunu açıqlamışdır. Daha sonra «whatsapp» mobil tətbiqində ikinci sırada olan «Behnam Baba» adı ilə qeydiyyatdan keçmiş mobil nömrənin də İran İslam Respublikasının vətəndaşı Bəhnam adlışəxs olduğunu bildirmişdir. Həmin şgəxs +**********45 saylı nömrə ilə qeydiyyatdan keçmişdir. Həmin şəxslə də səs yazıları mövcuddur. Başqa mobil nömrələrin isə özünə və ailə üzvlərinə aid olmasını bildirmişdir. Telefonun şəkillər olan bölməsinə də daxil olduqda narkotik vasitələrin qoyulduğu yerlərin işarə ilə düzəldilmiş şəkillərinin və tərəzidə çəkilmiş vəziyyətdə olan narkotik vasitələrin şəkillərinin olmasını aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi rayon məhkəməsinin hökmü ilə təqsirli bilinib, 01 il 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən sorğu edilərək əldə olunan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 9 ay 13 gün hissəsi çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən məhkəmə onun hazırki əməlini residiv kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnaməninn sürətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 08 sentyabr 2023-cü il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, barəsində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonraq qalıq qalmış 1321,155 qram heroin, 82,593 qram metamfetamin, 90,68 qram marixuana, 3,93 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və mənzilə baxış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 137(yüz otuz yeddi) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, hökmü ilə təyin eilmiş 01 il 14 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 9 ay 13 gün Azərbaycan Respublikası CM-nin 68.1.1-1-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün hesablanmaqla, 4 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 08 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 137(yüz otuz yeddi) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonraq qalıq qalmış 1321,155 qram heroin, 82,593 qram metamfetamin, 90,68 qram marixuana, 3,93 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və mənzilə baxış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar