Məhkəmə qərarları › İş №1(101)-1218/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1218/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1218/2025 25.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X6 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Gürcüstan Respublikasının Bolinisi rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Gürcüstan Respublikası, Bolinisi rayonunda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və satışının həyata keçirilməsi məqsədilə özünü “Rafiq” adı ilə təqdim etmiş şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən gizlədilmiş yerdən əldə edərək sonuncunun tapşırığına əsasən müxtəlif yerlərdə gizlətməsi və bunun müqabilində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından 500 (beş yüz) manat məbləğində pul vəsaiti almaq barədə razılığa gəldikdən sonra 06 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Cəlilabad rayonu ərazisinə yollanıb həmin tarixdə gecə saatlarında şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən gizlədilmiş yerdən külli miqdarda bir ədəd göy rəngli polietilen bağlamada yerləşdirilmiş iki ədəd piolietilen bağlamada qablaşdırılmış, ayrı-ayrılıqda 1075 qram və 1025 qram təmiz çəkilərdə olmaqla 2100 qram ümumi təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacagının ayaqaltına qoyaraq Bakı şəhəri ərazisinə qanunsuz daşıyaraq satış məqsədilə saxlamış, barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 07 oktyabr 2024-cü il tarixdə saat 01:35 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu ərazisində DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 719 saylı statisonar postunun yaxınlığında saxlanılıb, həmin tarixdə saat 01:40 dəqiqədə video çəkiliş vasitəsilə avtomobilə baxış keçirilən zaman “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının ayaqaltında saxladığı bir ədəd göy rəngli polietilen bağlamada yerləşdirilmiş iki ədəd polietilen bağlamada qablaşdırılmış ayrı-ayrılıqda 1075 qram və 1025 qram təmiz çəkilərdə olmaqla, 2100 qram ümumi təmiz çəkidə, külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, marixuana istifadə etmiş, bununla bağlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamışdır. İran vətəndaşının yolladığı “konum” vasitəsi ilə o, Cəlilabad rayonuna şəxsi istifadəsi üçün marixuana əldə etməyə getmişdir. Həmişə getdiyi ünvan olmadığı üçün dəqiq yeri tam xatırlamır. Ünvandan narkotik vasitəni təhvil aldıqdan sonra Bakıya qayıtmışdır. O, həmin ünvana 500 qram marixuana əldə etmək üçün getmişdir. Narkotik vasitəni yol kənarından, açıq sahədən götürmüşdür. Narkotik vasitə sellofan torbada olmuşdur. Cəlilabad rayonuna Fəridin maşını ilə getmişdir. Belə ki, taksi sürücüsü kimi Fəridə pul təklif edərək onu istədiyi ünvana aparmalı olduğunu bildirmişdir. Fəridə həmin ünvana narkotik vasitə təhvil almaq üçün getdiyini deməmişdir, sadəcə olaraq, ona çatası çanta olduğunu, həmin çantanı da dediyi ünvandan götürəcəyini bildirmişdir. O, çox həyəcanlı olduğu üçün sellofanı götürən kimi maşına minmiş, içərisinə açıb baxmamışdır. 500 qram marixuana arxasınca həmin ünvana getsə də, baxış zamanı sellofandan 2 kiloqram çəkidə marixuana aşkar olunmuşdur. Bakıya qayıdan zaman polis əməkdaşları Dövlət X7 Postunun yanında onların önünü kəsmiş, Fəridlə onu maşından düşürdüb, ayrı-ayrı avtomobillərə mindirmiş və dəniz kənarına apararaq videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirmişlər. Baxış zamanı o, hər şeyi etiraf etmişdir, hətta çantasında marixuana olduğunu da polis əməkdaşlarına bildirmişdir. Videoçəkiliş zamanı heç bir problem yaranmamışdır. Onun heç bir zaman satış məqsədi olmamışdır. Sadəcə şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Onun satış məqsədi olduğuna dair heç bir əsaslı sübut yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, 2-3 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. Əvvəllər bostanda da işləmiş, fəhləlik də etmişdir, balıqçılıqla da məşğul olmuşdur. Gündəlik qazancı dəyişkən olmuş, bəzən 30 manat, bəzən də 50 manat gəlir əldə etmişdir. Evi dolandırmaq üçün başqalarından da maddi yardım almış, özü də pul qazanmışdır. Narkotik vasitələri bəzən 20 manata, bəzən 50 manata almışdır. Hər axşam nəşə istifadə etmişdir. Narkotik vasitələri işləyib əldə etdiyi pullarla almışdır. Narkotik vasitələri İran İslam Respublikası vətəndaşından almışdır. Narkotik vasitə aldığı iranlının adı Rafiq olmuş, iranlı ilə telefonun “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Sonuncu dəfə iranlı ilə nə barədə yazışdıqlarını xatırlamır, həmin hadisənin üzərindən 9 aya yaxın müddət keçmişdir. Əvvəllər narkotik vasitə təhvil almaq üçün Cəlilabad rayonuna heç getməmişdir. Narkotik vasitələri həmişə Bakıda təhvil almışdır. İranlıdan əvvəllər 500 qram çəkidə marixuana almamışdır. İranlıdan əvvəllər 10- 15 qram çəkidə narkotik vasitə almışdır. 10-15 qram narkotik vasitə üçün 120-150 manat pul vermişdir. İranlı narkotik vasitənin qramını ən aşağısı 7 manata satmışdır. O, iranlıdan tez-tez nəşə almışdır. Sonuncu dəfə ona yazıb 500 qram çəkidə marixuananı Cəlilabad rayonu ərazisinə yerləşdirdiyini, gedib təhvil ala biləcəyini demişdir. İranlı qarşılığında isə heç nə tələb etməmiş, ona pulları vaxtlı-vaxtında ödədiyini deyərək narkotik vasitələri ödəniş olmadan götürməsində heç bir problem olmadığını bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik və psixotrop maddə qəbul edir. Narkotik vasitəqəbul etdiyi üçün əvəllər məhkum olunmuşdur. Beş-altı ay əvəl “Whatsapp” mobil tətbiqi vasitəsi ilə özünü İran İslam Respublikası vətəndaşı Rafiq kimi təqdim edən şəxslə tanış olmuş, Rafiq onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsində “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış, bir neçə dəfə Rafiqdən şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin almışdır. xx.xx.2024cü il tarixdə saat 20 radələrində Rafiq yenidən onunla telefon əlaqəsi saxlayıb demişdir ki, “Cəlilabad rayonuna get orada sənə bildirəcəyim yerdən narkotik maddəni götürərsən, sənə deyəcəyim vaxtda bildirəcəyim yerə atarsan, bunun müqabilində sənə 500 manat pul verəcəm.” Maddi vəziyyəti ilə bağlı Rafiq adlı şəxsin bu təklifi ilə razılaşmışdır. Cəlilabad rayonuna getmək üçün əvəllər tanıdığı, yaxın münasibətdə olduğu Şahid1 ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Fəridə bildirmişdir ki, “məni Cəlilabad rayonuna apar, orada mənə çatası sumka var, gedək sumkanı götürüb qayıdaq, yanacaqdan başqa sənə 50 manat pul verəcəm.” Fərid bu təkliflə razılaşmış, sonuncunun idarə etdiyi “Opel Astra” markalı, **-UV-*** dövlət nömrə nişanlı avtomaşınla Cəlilabad rayonuna getmişlər. Rafiq adlı şəxsin ona göndərdiyi məkan üzrə gedərək Fəridin yemək almaq üçün maşından aşağı düşdüyünü, onun Fəridə çatacaq sumkanın yaxınlıqda olduğunu, alışveriş edənə qədər onun maşını ilə gedib qayıdacağını bildirmiş, Fərid onun xahişinə etiraz etməmiş və o, maşınla məkan üzrə yaşayış məhəllərinə gedərək küçədə yerdə içərisində iki ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuananı, göy rəngli sellofan torbanı götürərək avtomaşına qayıtmış, daha sonra Fəridin arxasınca getmişdir. Onlar Bakı istiqamətində hərəkətə başlamış, Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən 719 saylı posta yaxınlaşdıqda, postun ərazisindəki avtomobillər tıxac səbəbindən asta hərəkətdə olmuşlar. Onlar tıxacda dayanarkən mülki geyimdə olan dörd nəfər şəxs yaxınlaşıb Baş Narkotilərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib sürücüdən maşını kənara çəkməyi xahiş etmişlər. Sürücü maşını yoldan bir qədər kənara çəkib saxlamış, bu zaman BNMİ-nin əməkdaşları video çəkliş aparmaqla onlara yaxınlaşıb ona narkotik vasitələrin qanunsuz dövriyəsindən şübhəli olduğunu bildirib üstlərini və avtomaşını yoxlayacaqlarını bildirmişlər. Üstlərinin yoxlanılmasına etirazlarının olmadığını bildirdikdən sonra üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ***-***-**-** nömrəsi ilə işlək halda olan “İphone” markalı mobil telefonu çıxarıb təqdim edərək üzərində heç bir əşya olmadığını bildirmişdir. Polis əməkdaşları üsütünü yoxlamış, lakin heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra avtomaşının sürücüsü Şahid1 üzərindəki əşyaları təqdim etməsi təklif olunmuşdur. Fərid əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd üzərində ***-***-**-** nömrəsi ilə işlək halda olan “Samsung” markalı mobil telefonu, şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd plastik bank kartı, 40 manat pul, şalvarın sağ kiçik cibindən bir ədəd avtomobil açarı, şalvarın sol arxa cibindən bir ədəd üzüyü çıxarıb təqdim etmişdir. Bundan sonra Fəridin üstü yoxlanılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onlardan avtomaşında narkotik vasitə saxlayıb-saxlamadıqlarını soruşmuş, həmin vaxt o, polis əməkdaşlarına bildirmişdir ki, avtomaşında narkotik vasitə saxlayır. İlkin soruğu zamanı bildirmişdir ki, sosial şəbəkədə tanıdığı İran vətəndaşı Rafiq adlı şəxsin ona bildirdiyi yerdən yəni Cəlilabad rayonunun adını xatırlamadığı kəndinin ərazisindən narkotik götürdüyünü, Rafiqin ona deyəcəyi yerə atacağını, bunun müqabilində ona 500 manat pul verəcəyini bildirmişdir. Bundan sonra taksi kimi sifariş etdiyi “Opel Astra” markalı **-UV-*** dövlət nömrə nişanlı avtomobilin sağ qabaq qapısını açmış, ayaq altına qoyduğu içərisində narkotik vasitə qurudulmuş marixuana olan göy rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Sellofan torbanın içərisində iki ədəd sellofan bağlama aşkar edilmişdir. Hər iki sellofan bağlamada yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Həmin vaxt polis əməkdaşlarına bildirmişdir ki, Şahid1 Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün getməyi və sellofan torbadakının narkotik vasitə olmasını deməmişdir. Narkotik vasitələr tərəzidə çəkilmiş, bağlamaların birinin 1083 qram, digərinin isə 1189 qram olması müəyyən olunmuşdur. Bundan sonra narkotik vasitəyə oxşar kütlələr göy rəngli sellofan torbaya qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, protokola və bağlamanın üzərinə imzalar etmişlər (cild 1, iş vərəqi 215-219). İfadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs elan edilmiş ifadələrin ona məxsus olduğunu və həmin ifadələri təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş hadisə vaxtı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid4 ifadəsində göstərdi ki, Əmiraslan adlı şəxsin qanunsuz olaraq, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əmiraslan adlı şəxs tərəflərindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin 719 saylı postunun önündə saxlanılmışdır. Onlara daxil olan əməliyyat məlumatında Əmiraslan adlı şəxsin rayondan “Opel” markalı maşınla Bakıya gəldiyi bildirilmişdir. Beləliklə, postun önündə maşın saxlanılmışdır. Əmiraslan saxlanılan zaman yanında sürücü olmuş, sürücü də, Əmiraslan da maşından düşmüşlər. Hər ikisinin üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı hər iki şəxsin üzərindən heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Əmiraslan maşında əyləşdiyi yerin aşağısında narkotik vasitə olduğunu bildirmişdir. Maşına da baxış keçirilmişdir. Baxış zamanı şəxsin əyləşdiyi yerin aşağısında iki büküm aşkar edilmişdir. Həmin bükümlərdə 02 kiloqramdan bir qədər çox marixuana aşkar edilmişdir. Əmiraslan baxış zamanı aşkar olunan narkotik vasitələri İran İslam Respublikası vətəndaşından aldığını, Bakıya qayıtdıqdan sonra iranlının dediyi ünvanlara yerləşdirəcəyini bildirmişdir. Aşkar olunan narkotik vasitələr qablaşdırılıb möhürlənərək ekspertizaya göndərilmişdir. Baxış zamanı Əmiraslana qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Digər polis əməkdaşları tərəfindən şəxsə qarşı fiziki və ya psixi təzyiq göstərildiyinə şahid olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2, Şahid3 və Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid4 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Əmiraslanla sadəcə qiyabi şəkildə tanışlıqları olmuş, hadisə günü Əmiraslan özünü Cəlilabad rayonuna aparmasını ondan xahiş etmişdir. Əmiraslanın dediyinə görə, rayondan yük götürməli imiş. O, əvvəlcədən Əmiraslanı rayona 50 manata aparması barədə razılaşmışdır. Yolda olarkən maşının benzin pulunu da Əmiraslan vermişdir. Beləliklə, onlar rayona tərəf yola düşmüşdür. Yanacaqdoldurma məntəqəsinin yanına çatanda o, marketə düşüb kartdan pul çıxartmışdır, yol üçün su, şirniyyat almışdır. O, marketə düşəndə Əmiraslan da tez maşından düşərək işini həll edib qayıdacağını demişdir. Əmiraslan gedən zaman əlində çanta olmamış, lakin qayıdanda əlində sellofan olmuşdur. Həmin sellofanın içərisində nə olduğundan o, xəbərsiz imiş. İkisi də maşına əyləşib yollarına davam etmişlər. Qaradağ Rayon Dövlət X7 Postunun yanında polis əməkdaşları önlərini kəsmiş, polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra üzərlərinə və maşına baxış keçirməyə başlamışlar. Baxış zamanı maşından sellofan torba aşkar edilmişdir. Həmin vaxt o, maşının kənarında digər polis əməkdaşları ilə danışmışdır. Əmiraslan isə polis əməkdaşlarının maşınında əyləşmişdir. Əmiraslanın hansı səbəbdən polis əməkdaşları tərəfindən saxlanıldığı ona məlum olmamışdır. Sellofan torba açılan zaman içərisindən ot şəklində narkotik vasitə çıxmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 ifadəsində göstərdi ki, Əmiraslanla tanışlığı onun ortaq dostları vasitəsi ilə yaranmışdır. Bir-iki dəfə Əmiraslanı evinə aparmış, özü taksi sürücüsü işlədiyi üçün lazım gələndə dediyi ünvanlara aparmış və pulunu almışdır. Əmiraslanın narkotik vasitəni təhvil aldığı kəndin adını bilməmişdir, sadəcə Cəlilabad rayonu ərazisi olduğunu öyrənmişdir. “Konum” vasitəsi ilə həmin ünvana getmişlər. “Konum” Əmiraslanın telefonuna yollanılmışdır. Əmiraslanı pis bir insan kimi tanımadığından şübhə etməmişdir, bu səbəbdən əlindəki sellofanda nə olduğunu da soruşmamışdır. Sellofanın içərisində narkotik vasitə olduğundan onun məlumatı olmamışdır. O, maşını yanacaqdoldurma məntəqəsinin önündə saxlayıb marketə düşmüş, kartdan pul çıxartmış, su, yemək almışdır. Həmin vaxt Əmiraslan ondan maşınını götürüb “konum”dakı kəndə getməyini, yükünü təhvil almağını xahiş etmişdir. O da Əmiraslanın maşınını götürməsinə icazə vermişdir. Həmin vaxt nədənsə şübhələnməmişdir. Sellofanın içərisində nə olduğunu polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra öyrənmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsız mənbədən daxil olmuş məlumatda xx.xx.2000-ci ildə Gürcüstan Respublikası, Bolinisi rayonunda anadan olmuş, Gürcustan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması bildirilir (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Gürcüstan vətəndaşı olsa da, Azərbaycan Respublikasında təhsil almış, bu səbəbdən tərcüməçiyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 9). - əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, barəsində əməliyyat məlumatı daxil olmuş X2 07 oktyabr 2024-cü il tarixdə saat 01:35 dəqiqədə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 719 saylı stasionar postunun yaxınlığında Şahid1 idarə etdiyi “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman sonuncu ilə birlikdə saxlanılmış, avtomobillərin intensiv hərəkəti nəzərə alınaraq təhlükəsizik məqsədilə saxlanıldığı yerdən 20 metr kənarda üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan "İphone" markalı mobil telefonu təqdim etdi. Daha sonra şəxsin üzəri yoxlandı və sonuncunun üzərindən heç bir əşya, predmet aşkar olunmadı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon sonuncudan götürüldü. Daha sonra üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Şahid1 əynində olan boz rəngli şalvarın sol yan cibından 1(bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan "Samsung" markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1(bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd **********063153 nömrəli plastik bank kartı, 40(qırx) manat pulu, şalvarın sağ kiçik cibindən 1(bir) ədəd avtomobil açarı, şalvarın arxa sol cibindən 1(bir) ədəd üzüyü təqdim etdi. Daha sonra şəxsın üzəri yoxlanıldı və sonuncunun üzərindən heç bir əşya predmet aşkar olunmadı. İş uzrə əhəmiyyət kəsb etdiyı üçün 1(bir) ədəd mobil telefon, 1(bir) ədəd şəxsiyyət vəsiqəsı və 1(bir) ədəd kart sonuncudan götürüldü, digər əşyalar isə sonuncuya geri qaytarıldı. Daha sonra Şahid1 idarə etdiyi “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçırıldı və o, avtomobilin ön sağ oturacağının ayaq altısından 1(bir) ədəd göy rəngli torbanı təqdim etdi. Həmin torbanın içərisindən 2(iki) bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edildi. Sonra kütlələr elektron tərəzidə çəkildi, ümumillikdə çəkisi 2(iki) kq 273(iki yüz yetmiş üç) qram olması müəyyən edildi. Həmin qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırıldı, möhürləndi, saxlanılan şəxs və yanındakı şəxs tərəfindən imzalandı. Daha sonra avtomobilə baxış keçirildi və avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, avtomobildən aşkar edilmiş narkotik vasitələrin qurudulmuş marixuana olmasını, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İR-nın vətəndaşı “Rafiq” adlı şəxsın vasitəsi ilə saxlanılmamışdan 2-3 saat əvvəl Cəlilabad rayonu ərazısındən gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bundan əvvəl bir dəfə narkotik götürərək ünvana çatdırdığını, gördüyü işin müqabilində sonuncudan pul aldığını və yanında saxlanılan Şahid1 narkotik vasitələrdən xəbərsız olduğunu bildirdi. Şahid1 verilən suallara cavab olaraq avtomobildən aşkar edilmış kütlələrdən xəbərsiz olduğunu bildirdi (cild 1, iş vərəqi 10-12). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2000-cı ildə Gurcustan Respublikası, Bolinisi rayonunda anadan olmuş, Gurcüstan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala küçəsində yerləşən nömrəsız fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nışanlı avtomobillə daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirı zamanı sonuncu 07 oktyabr 2024-cü il tarixdə, saat 01:35 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, BDYPİ-nin 719 saylı stasionar postun yaxınlığında, Şahid1 idarə etdiyi “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nışanlı avtomobilin yanında saxlanılaraq üstü yoxlanılmış sərnişin olduğu “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nışanlı avtomobilinə baxış keçırılmış, avtomobildən 2 bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd torbada qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs BNMİ-yə gətirilmişdir. Şahid1 BNMİ-yə dəvət edilmişdir. Üstünü yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd mobil telefon götürülmüşdür. Şahid1 götürülmüş 1 ədəd mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd bank kartı ustünü yoxlama zamanı göturülsə də, sonradan özünə qaytarılmışdır. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVDyə qeyd olunmuşdur (cild 1, iş vərəqi 13). - təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı sonuncu 07 oktyabr 2024-cü il tarixdə, saat 01:35 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, BDYPİ-nin 719 saylı stasionar postunun yaxınlığında, X3 idarə etdiyi “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq üstü yoxlanılmış, sərnişini olduğu “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, avtomobildən 2 bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd torbada qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1(bir) ədəd mobil telefona, 1(bir) ədəd göy torbaya 1(bir) ədəd kisəyə və 1(bir) ədəd DVD-yə baxış keçirildi. Təqsirləndirilən şəxs sərnişıni olduğu “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi, avtomobildən 2 bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar olundu. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 2(iki) ədəd DVD-yə HP markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntulərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsı əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, avtomobildən aşkar edilmiş narkotik vasitələrin qurudulmuş marixuana olmasını, həmın kütlələrı sosial şəbəkədən tanış olduğu İran İR-nın vətəndaşı "Rafiq” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan 2-3 saat əvvəl Cəlilabad rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bundan əvvəl bir dəfə nakrotik götürərək ünvana çatdırdığını, gördüyu işin müqabilində sonuncudan pul aldığını və yanında saxlanılan Şahid1 narkotik vasitələrdən xəbərsız olduğunu bildirmişdir (cild 1, iş vərəqi 15-16). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/1677 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd göy rəngli polietilen bağlamadakı 02 (iki) ədəd polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1075 qram, 1025 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 2100 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 41-44). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, həmin görüntü xx.xx.2024-cü il tarixdə saat 01:40-da Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən BDYPİ-nin 719 saylı stasionar postunun yaxınlığında qeydə alınıb, əməliyyat-axtarış tədbirilənini keçirilməsi, Ə.Əmiraslnaovun üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi Azəbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübariz İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid4, BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 mobil telefon vasitəsi ilə çəkliş aparan baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid5, Təqsirləndirilən şəxs, “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 iştirakı ilə həyata keçirilmişdir. Çəkiliş zamanı Əmiraslan Əmiraslnaova üzərindəki əşyaları təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd ***-***-**-** nömrəsi ilə işlək halda olan "İphone" markalı mobil telefonu çıxarıb təqdim edərək üzərində heç bir əşya olmadığını bildirir, Təqsirləndirilən şəxs üstü yoxlanılır, lakin heç bir əşya və ya predmet aşkar edilmir. Bundan sonra Şahid1 üzərindəki əşyaları təqdim etməsi təklif olunur, Şahid1 əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd üzərində ***- ***-**-** nömrəsi ilə işlək halda olan “Samsung” markalı mobil telefonu, şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd **********063153 saylı plastik bank kartı, 40 manat pul, şalvarın sağ kiçik cibindən bir ədəd avtomobil açarı şalvarın sol arxa cibindən bir ədəd üzüyü çıxarıb təqdim edir, Şahid1 üstü yoxlanılılır, lakin heç bir əşya aşkar edilmir. Bundan sonra polis əməkdaşları hər iki şəxsdən avtomaşında narkotik vasitə saxlayıb-saxlamadıqlarını soruşur, Təqsirləndirilən şəxs polis əməkdaşlarına avtomaşında narkotik vasitə saxladığını, narkotik vasitəni sosial şəbəkədən tanıdığı İran vətəndaşı “Rafiq” adlı şəxsin ona bildirdiyi yerdə, yəni Cəlilabad rayonunda adını xatırlamadığı kəndin ərazisində yerdən götürdüyünü “Rafiq”in ona deyəcəyi yerə atacağını, bunun müqabilində ona 500 manat pul veriləcəyini bildirir, taksi kimi sifariş etdiyi “Opel Astra” markalı, **-UV-*** dövlət nömrə nişanlı avtomobilin sağ qabaq qapısını açır, ayaqaltına qoyduğu içərisində narkotik vasitə qurudulmuş marixuana olan göy rəngli sellofan torbanı təqdim edir. Sellofan torbanın içərisində iki ədəd sellofan bağlama, hər iki sellofan bağlamada yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunur, bağlamalar tərəzidə çəkilir, bağlamaların biri 1083 qram, digəri isə 1189 qram olması müəyyən edilir. Bundan sonra narkotik vasitəyə oxşar kütlələr göy rəngli sellofan torbaya qablaşdırılıb möhürlənir, bağlamanın üstünə imzalar edilir (cild 1, iş vərəqi 63-64). - mobil telefona baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "İphone" markalı mobil telefona baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, həmin telefon ***-***-**-** nömrəsi ilə işlək halda olan "İphone" markalı mobil telefondur, mobil telefon saz vəziyətdədir. Mobil telefonun zəng, sms qutularında və eləcə də “Whatsapp” tətbiqində şühbəli nömrə, sms mətnləri, şəkillər, video və ya fotoşəkilər, sübut əhəmiyyəti kəsb edən hər hansı bir məlumat aşkarlanmadı (cild 1, iş vərəqi 66). - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və disk cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 67-68). - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələrə, mobil telefona və əməliyyat-axtarış tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi zamanı çəkilmiş videoyazı olan bir ədəd diskə baxış və götürmə hərəkəti zamanı qeydə alınmış video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və disk cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 70-71). - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2100 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2099,6 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil təhvil verilmişdir (cild 1, iş vərəqi 76-77). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikaı CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vərəqi 78-79). - Azərbaycan Respublikası Tam Orta Təhsil Haqqında Attestatdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri 168 saylı tam orta məktəbdə təhsil almış və həmin məktəbi 2017-ci ildə bitirmişdir (cild 1, iş vərəqi 103). - Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 12549 nömrəli məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü, ünvan 1 ünvanda Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 136). - Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın satışını həyata keçirən İran İslam Respublikası vətəndaşı “Rafiq” adlı naməlum şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər keçirilməsinə baxmayaraq, hələlik həmin şəxsi müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 137). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Bakcell" MMC-dən daxil olmuş, içərisində anten məlumatları, sms mətnləri, giriş-çıxış zəngləri olan bir ədəd CD diskə baxış baxış keçirilən zaman müəyyən edildi ki, diskin içərisində 03 ədəd fayl vardır. Fayllarda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin sihayısı, zəng edən şəxslərin anket məlumatları onların əhatə dairəsi öz əskini tapmışdır. Həmin diskdə sübut əhəmiyyəti kəsb edən sms mətnləri və ya digər məlumatlar öz əksini tapmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin əhatə dairəsi barədə məlumat tədqiq edilərkən xx.xx.2024-cü il tarixdə saat 19:36:07-dən Bakı şəhərindən Cəlilabad rayonu ərazisinə getməsi və xx.xx.2024-cü il tarixdə saat 01:27:53-də saxlanıldığı yerdə yəni Bakı şəhər, Qaradağ rayonu, Salyan şossesi 47-ci km-də olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 139a). - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** mobil telefon nömrəsinin anten məlumatları, sms mətnləri, giriş-çıxış zənglərinin siyahısının köçürüldüyü 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və disk cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 140). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6915 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 147-148). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin mənbəsi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 187-188). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 194-195). Beləliklə, məhkəmə hərtərəfli tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “Rafiq” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında birləşməsi”ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin Təqsirləndirilən şəxs və “Rafiq” adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“şəxsiyyəti istintaqa məlum olmayan “Rafiq” adlı İran İslam Respublikasının vətəndaşı” ifadəsi dəfələrlə təkrar olunmaqla) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda –CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə məhkəmə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı narkotikləri məhz maddi maraq zəminində müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə etdiyini bildirmiş, onun bu ifadələri məhkəmədə tədqiq edilərkən təasirləndirilən şəxs həmin ifadələrini təsdiq etmişdir. Təkcə bu hal narkotiklərin yayılmasına yönəldilmiş hərəkətlər hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən ifadələrini, ondan aşkar edilmiş narkotikin şəxsi istehlak miqdarlından dəfələrlə çox olduğunu, habelə iş üzrə toplanılmış və məhkəmə zamanı araşdırılmış sübutları əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotikləri şəxsi istifadə məqsədilə əldə etdiyini, narkotiklərin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi sərbəst ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin, onun özünün cinayət məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, məhkəmə hökmündən və qərarından görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(094)- 12/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-1568/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasından 02 (iki) ay 21 (iyirmi bir) gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqi 105-114). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını ağırlaşdıran halı, cəzasını yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində 08 oktyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 123-126, 164- 165, 257-260). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 07 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2099,6 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntünün köçürüldüyü 01 ədəd DVD disk, təqdimetməyə dair 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatları, sms mətnləri, girişçıxış zənglərinin siyahısının köçürüldüyü 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məhkəmə qanunun həmin müddəalarını, habelə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına mane ola biləcək halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ümumi ittihamdan CM-nin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2099,6 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Digər maddi sübutlar - 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəzanı çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar