Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1219/2022 28.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X23 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1971-ci il tarixdə Lerik rayonu, Soru kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, akademik Z.Əliyeva küçəsi, ev 78/18, mənzil 57-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, “WhatsApp” proqramı vasitəsilə tanış olduğu “Musa” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitə heroin əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, “Musa” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə heroini mənfəət olaraq 10 qram narkotik vasitə heroin və 300 manat pul müqabilində Bakı şəhərində satışını həyata keçirəcəyi barədə “Musa” adlı şəxslə razılığa gəlib sonuncunun tapşırığı ilə xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Kral” şadlıq sarayının yanındakı həyətdə tüstü bacasına şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1705 qram (1 kq 705 qram) qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin gün, yəni 23 fevral 2022-ci il tarixdə saat 23:45 radələrində ünvan 1 ünvanının yaxınlığında Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasına dəvət olunub orada üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkcəsinin sol yan hissəsinin iç tərəfindən 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1705 qram (1 kq 705 qram) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi, ev 78/18, mənzil 57-də qeydiyyatda olsa da, tutulana kimi ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə həyat yoldaşı X12 və uşaqları ilə birlikdə yaşamışdır. Tutulmazdan 5-6 ay əvvəl narkotik vasitə heroin və tiryəkdən istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitələri həmişə İran İslam Respublikasının vətəndaşlarından almışdır. Narkotik vasitələri aldığı İran İslam Respublikasının vətəndaşları ilə İran İslam Respublikasında olduğu zaman tanış olmuşdur. Həmin tanışlarından biri də Musa olmuşdur. Arabir Musadan da narkotik vasitə almışdır. 23 fevral 2022-ci il tarixdə Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Kral” şadlıq evinin yaxınlığında olan zaman mülki geyimdə olan 5-6 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını və harada yaşadığını soruşduqda onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhələndiklərini deyib onlarla Nərimanov RPİ-nə getməli olduğunu bildirmiş və onu Nərimanov RPİ-nə gətirmişlər. Polis idarəsində ona bildirilmişdir ki, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərinə görə axtarış və götürmə aparacaqlar. Həmin vaxt üzərində şəxsi axtarış aparılsa da, qanunsuz heç nə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşlarından biri ona büküm verib həmin bükümü təhqiqatçıya verməyini demişdir. Bundan sonra isə videoçəkiliş başlamışdır. Həmin videoçəkiliş həyata keçirilərkən bükümün içərisində narkotik vasitə olmasından və həmin bükümün ona məxsus olduğunu bildirdiklərindən xəbəri olmamışdır. Buna görə də videoçəkiliş zamanı heç nəyə etiraz etməmişdir. Hadisə günü Musa ona haradansa narkotik vasitə götürmək lazım olduğunu bildirməmişdir. Guya üzərindən aşkar olunduğu qeyd edilən büküm ona məxsus olmamışdır. Videoçəkiliş zamanı narkotik vasitəni kimdən, necə əldə etdiyi barədə heç nə deməmişdir. Tutulanadək şadlıq saraylarında dizayn işləri ilə məşğul olmuşdur. Ona 5-6 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Tutulan gün “Kral” şadlıq sarayının yaxınlığına usta Eldarla işlə bağlı görüşmək üçün getmişdir. Narkotik vasitə olan tiryəkdən ümumilikdə 2-3 dəfə istifadə etmişdir. Narkotik vasitəni mərhum qardaşı xərçəng xəstəsi olduğundan ağrıları olan zaman onun üçün almışdır. Musanı tanıyır, sonuncu ilə əvvəllər birlikdə işləmişlər. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Ondan narkotik vasitəni götürdüyü yeri göstərməsi tələb edilməmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı sənədlərə imza etməsi, irəl sürülən ittihamın sonradan dəyişdiriləcəyi deyilmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış videoçəkliş aparılmaqla həyata keçirilmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, tutulana kimi Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi, ev 78/18, mənzil 57-də qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə həyat yoldaşı X12 və uşaqları ilə birlikdə yaşamışdır. Bir ilə yaxındır ki, narkotik vasitə heroin və tiryəkdən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri həmişə İran İslam Respublikasının vətəndaşlarından almışdır. Narkotik vasitələri aldığı İran İslam Respublikasının vətəndaşları ilə İran İslam Respublikasında olduğu zaman tanış olmuşdur. 23 fevral 2022-ci il tarixdə saat 20:30 radələrində həmin tanışlarından biri olan Musa onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “Whatsapp” proqramına zəng edib onunla danışaraq bildirmişdir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Kral” şadlıq evinin yaxınlığındakı həyətlərin birinin qarşısında olan tüstü bacasının üzərində sellefona bükülmüş narkotik vasitə heroin qoyulacaq və o həmin heroini oradan götürüb Musanın ona deyəcəyi şəxsə çatdırmalı və bunun müqabilində Musa ona 10 qram heroin və 300 manat pul verməli olmuşdur. Musa adlı şəxsin təklifi ilə razılaşmış və təxminən saat 23:30 radələrində Musanın ona dediyi ünvana gəlmiş və həqiqətən də, Musanın dediyi tüstü bacasının üstündə 1 ədəd şəffaf rəngli sellofan bağlama olduğunu görmüş və həmin bağlamanı götürüb içərəsində olan maddənin narkotik vasitə heroin olduğunu tanımış, bağlamanı əynində olan tünd göy rəngli gödəkcəsinin sol tərəf iç hissəsinə qoyub yerə düşməsin deyə sol əlini həmin gödəkcəsinin sol tərəf yan cibinə qoyaraq əli ilə narkotik vasitəni saxlayıb piyada küçə ilə hərəkətini davam etdirmişdir. Təxminən 50 metr məsafə qət etdikdən sonra mülki geyimdə olan 4 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını və harada yaşadığını soruşduqda soruşduqda o onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhələndiklərini deyib onlarla Nərimanov RPİ-nə getməyini xahiş etdikdə həmin şəxslərlə Nərimanov RPİ-nə getmişdir. Polis idarəsində ona bildirilmişdir ki, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərinə görə axtarış və götürmə aparacaqlar. Ona görə də ona hüquqlarını izah edib vəkil siyahısı təqdim etmişlər ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilər. Təqdim olunmuş siyahıdan X11 hüquqlarının müdafiəsi üçün seçmiş və polis əməkdaşı vəkil İlham Məmmədovu dəvət etmişdir. Vəkil gəldikdən sonra onun və onu Nərimanov RPİ-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etdikdə o, əynində olan tünd göy rəngli gödəkcəsinin sol tərəf iç hissəsinə qoyduğu içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellefona bükülmüş bükülünü könüllü təqdim etmişdir. Bundan əlavə əynində olan həmin gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Samsung A 10” modelli mobil telefon aparatını və həmin gödəkcənin sol yan cibində olan göy rəngli, üzərində “SİLVERER” yazıları olan 1 ədəd alışqanı, əynində olan qara rəngli vilvet şalvarının sağ yan cibində olan A 27673194 nömrəli 5 manatlıq pul əskinasını, eyni zamanda sol qolunun bilək nahiyəsinə bərkitdiyi, içərisində “RADO” sözləri yazılmış, haşiyəsi qara rəngli olan 1 ədəd qol saatını və sol əlinin adsız barmağında olan 1 ədəd gümüşü rəngli üzüyünü də təqdim etmişdir. Polis əməkdaşı onun könüllü təqdi etdiyi içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellefona bükülmüş bükülünü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib edib ucadan oxumuşdur. O və onun hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Daha sonra onun könüllü təqdim etdiyi üzərində “SİLVERER” yazıları olan 1 ədəd alışqanı, A 27673194 nömrəli 5 nominalla əskinazını, içərisində “RADO” sözləri yazılmış 1 ədəd qol saatını və 1 ədəd gümüşü rəngli üzüyü özünə qaytarmışlar (cild 1, iş vərəqə 66-68 və 83-86). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 fevral 2022-ci il tarixdə CAŞ-nə xx xxxxxxxx 1971-ci ildə Lerik rayonunda anadan olmuş, ünvan 5 ünvanında qediyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi ünvanında nömrəsiz fərdi həyət evində kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində onların dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Nərimanov RPİ-nin rəisinə 23 fevral 2022-ci il tarixdə onun tərəfindən raportla məruzə olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında müvafiq qərar təsdiq edildikdən sonra Nərimanov RPİ-nin rəisinin əmri ilə qrup rəhbəri Nərimanov RPİ-nin əməliyyat işləri üzrə rəis müavini X5, CAŞ-nin rəisi X10, CAŞ-nin əməliyyat müvəkkili X6, CAŞ-nin baş əməliyyat müvəkkili X1, CAŞ-nin kiçik inspektorları X3, polis serjantı Şahid3, polis serjantı Şahid4 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri Təqsirləndirilən şəxs barəsində təlimatlandırıldıqdan sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə onun, həmçinin əməliyyat qrupunun üzvləri olan Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektorları X4, Şahid3 və Şahid4 Bakı şəhəri, Nərimanov rayonu ərazisində əməliyyat mövqeləri müəyyən edilmişdir. 23 fevral 2022-ci il tarixdə saat təxminən 23:45 radələrində ünvan 7 ünvanın yaxınlığında olan zaman bir nəfər piyada hərəkətdə olan şəxsin əlamətləri ilə Təqsirləndirilən şəxs əlamətlərinin oxşar olduğunu görüb ona yaxınlaşmış, xidməti vəsiqələrini həmin şəxsə göstərərək Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirib həmin şəxsdən özü haqqında məlumat verməsini tələb etdikdə saxlanılan şəxs onlara Təqsirləndirilən şəxs olduğunu demişdir. Saxlanılan şəxsin Təqsirləndirilən şəxs olmasını öyrəndikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və satışı ilə bağlı şübhəli olduğunu izah edib onu ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasına gətirmiş və bu barədə Nərimanov RPİ-nin rəisinə raportla məruzə edilmişdir. Raport əsasında araşdırmanın aparılması Nərimanov RPİ-nin baş təhqiqatçısı Rafiq Ağaəliyevə həvalə edilmişdir. Nərimanov rayon Polis İdarəsinin inzibati binasında olan otaqlardan birinə daxil olduqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı izah edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış iştirakçılarına hüquq və vəzifələri izah edildikdən sonra videokameradan istifadə edilməklə şəxsi axtarışa başlanılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz əşya və maddə varsa təhvil versin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcəsinin sol tərəf iç hissəsində əli ilə tutaraq saxladığı şəffaf rəngli sellefona bükülmüş, içərisində toz halında, qəhvəyi rəngli maddə olan 1 ədəd sellofan bükülünü könüllü təqdim edib bildirmişdir ki, təqdim etdiyi həmin bükülünün içərisində heroin var. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində olan heroini İran İslam Respublikasının vətəndaşı olan "Musa" adlı şəxsdən istifadəsində olan “WhatsApp" proqramında danışdıqdan sonra "Musa" adlı şəxsin ona dediyi ünvandan gedib götürmüş, Musanın deyəcəyi şəxsə və ya ünvana çatdırmalı olmuş, bunun müqabilində isə “Musa” adlı şəxs ona 10 qram heroin və 300 manat pul verəcəyinə söz vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Samsung A 10” modelli mobil telefon aparatını və həmin gödəkcəsinin sol yan cibindən göy rəngli, üzərində “SİLVERER” yazıları olan 1 ədəd alışqanı, əynində olan qara rəngli vilvet şalvarının sağ yan cibindən A 27673194 nömrəli 5 nominalla əskinasını, eyni zamanda sol qolunun bilək nahiyəsinə bərkitdiyi, içərisində “RADO” sözləri yazılmış, haşiyəsi qara rəngli olan 1 ədəd qol saatını, sol əlinin adsız barmağında olan 1 ədəd gümüşü rəngli üzüyünü də könüllü təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi A 27673194 nömrəli 5 nominalla əskinası, üzərində “SİLVERER” yazıları olan 1 ədəd alışqan, içərisində “RADO” sözləri yazılmış, haşiyəsi qara rəngli olan 1 ədəd qol saatı və 1 ədəd gümüşü rəngli üzük cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığına görə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi şəffaf rəngli sellafona bükülmüş içərisində qəhvəyi rəngli, toz halında maddə olan 1 ədəd bükülü və mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etdiyinə görə təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir. Təhqiqatçı tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə haqqında protokolla iştirakçılar tanış olduqdan sonra hər bir iştirakçı protokola imza etmişdir. Bundan başqa Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərarla “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış Nərimanov RPİ-də həyata keçirilmiş, təqsirləndirilən şəxsin tutulduğu yer şəxsi axtarışın həyata keçirilməsi üçün əlverişsiz olmuşdur. Təqsirləndirilən şəxs tutulan zaman qaçmağa cəhd etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülünü İran İslam Respublikasının vətəndaşı olan "Musa" adlı şəxsin vasitəsi ilə əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs əvəllər tanımamışdır. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuşdur. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və görtürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və əynində olan göy rəngli gödəkcəsinin sol yan hissəsinin iç tərəfindən 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1705 qram (1 kq 705 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə “DVD” disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 29-31). Cinayət işinin materiallarında olan “baxış aparılması” haqqında protokoldan görünür ki, “DVD” diskə aparılan baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin sol yan hissəsinin iç tərəfindən 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1705 qram (1 kq 705 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı bir daha öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 164-169). Cinayət işinin materiallarında olan “baxış aparılması” haqqında protokoldan görünür ki, 20 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş “Android 10 ” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A10” markalı “SM- A105F” modelli **********23994”, “**********23997”imei kodlu mobil smartfona “HP” markalı kompüterdən istifadə etməklə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılmışdır. Baxış zamanı mobil telefon aparatının qalereya bölməsində elektron tərəzinin və 2 ədəd sellofan bağlamanın fotoşəkilinin olduğu aşkar edilmiş və Təqsirləndirilən şəxs baxış zamanı bildirmişdir ki, elektron tərəzi və 2 ədəd sellofan bağlamanı əks etdirən fotoşəkilləri ona İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Musa adlı şəxs ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə ona göndərmiş və “Musa” adlı şəxsin deməsinə görə həmin sellofan bağlamalardan birində heroin və digər bağlamada isə metafetamin olmuş, lakin həmin fotoşəkillərdəki heroin və metafetamin olan bağlamaları Bakı şəhərində satmaq üçün ona göndərmək niyyətində olsa da, “Musa” adlı şəxs həmin bağlamaları ona göndərməmiş və sadəcə heroin və metafetamin olan bağlamaların fotoşəkillərini ona göndərməklə kifayətlənmişdir. Bununla da baxış zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Musa adlı şəxsə məxsus narkotik vasitəni Bakı şəhərində satışını təşkil etməsi bir daha təsdiq edilmişdir (cild 1, iş vərəqə 170-171). Cinayət işinin materiallarında olan “baxış aparılması haqqında” protokoldan görünür ki, 1 ədəd “DVD-R” diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılmış, baxış zamanı 1 ədəd diskdə olan “Android 10 ” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli **********23994”, “**********23997”imei kodlu mobil smartfonun galereya bölməsində elektron tərəzinin və 2 ədəd sellofan bağlamanın fotoşəkilinin olduğu aşkar edilmiş və Təqsirləndirilən şəxs baxış zamanı bildirmişdir ki, həmin fotoşəkillərdə olan bağlamaları ona İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Musa adlı şəxs ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “WhatsApp” proqramı vasitəsilə ona göndərmiş və “Musa” adlı şəxsin deməsinə görə həmin sellofan bağlamalardan birində heroin və digər bağlamada isə metafetamin olmuş, lakin həmin fotoşəkillərdəki heroin və metafetamin olan bağlamaları Bakı şəhərində satmaq üçün ona göndərmək niyyətində olsa da, “Musa” adlı şəxs həmin bağlamaları ona göndərməmiş və sadəcə heroin və metafetamin olan bağlamaların fotoşəkillərini ona göndərməklə kifayətlənmişdir. Bununla da baxış zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Musa adlı şəxsə məxsus narkotik vasitəni Bakı şəhərində satışını təşkil etməsi bir daha təsdiq edilmişdir (cild 1, iş vərəqə 172-173). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 24 fevral 2022-ci il tarixli 6/1160 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bağlamada təmiz çəkisi 1705 qram (1 kq 705 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1705 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram, qalıq 1704,8 qram, cild 1, iş vərəqə 54-57). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 30 mart 2022-ci il tarixli 5/290 nömrəli rəyindən görünür ki, təqdim edilmiş sensor ekranlı “Android 10 ” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli **********23994”, “3 **********3 997”imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış, foto, audio, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olunmuşdur (bax rəyə əlavə olunmuş DVD -R diskə). Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatın (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı, digər sosisal şəbəkələr vasitəsilə aparılmış məlumat mübadiləsi və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Təqdim edilmiş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış məlumat (çat seansı, buraxılmış, qəbul olunmuş, çıxan səsli zənglər və çıxan video zənglər) mübadilələri müəyyən olunmuş, lakin “Tədqiqi hissəsinin” 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Təqdim edilmiş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli mobil smartfonun yaddaşında narkotik vasitələrə və ya psixotrop maddələrə aid faylların olub-olmaması barədə məlumat ekspert rəyinə əlavə olunmuş “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə edilmiş hesabatda öz əksini tapmışdır (cild 1, iş vərəqə 146- 149). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 12 mart 2022-ci il tarixli 647 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Əqli intelektual imkanlarına görə o, iş üçün əhəmiyyətli halları qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Hadisə baş verən vaxt psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqə 151-153). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X2 14 aprel 2022-ci il tarixli 1806 nömrəli rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 154-155). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1704,8 qram çəkidə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutarın saxlama kamerasına təhvil verilmiş, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə maddi kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 179-193). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 122). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 106-110). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 194 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1704,8 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -“Şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 194 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1704,8 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -“Şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1219/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1219/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver