Məhkəmə qərarları › İş №1(101)-1219/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1219/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1219/2025 25.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, biri azyaşlı olmaqla himayəsində iki yetkinlik yaşına çatmamış uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, yataqxana ev 21 limanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 11 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-164/2025 saylı, 12 fevral 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. İşin faktiki halları: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib idarə etdiyi "Kia Sportage“ markalı, **-MH-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirlisinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 11 fevral 2025-ci il tarixdə, saat 11:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 13:21-dən etibarən özünün razılığı və iştirakı ilə idarə etdiyi “Kia Sportage” markalı, **-MH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunun ön yuxarı hissəsində olan saxlanc yerindən 02 ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 2,505 (iki tam mində beş yüz beş) qram və 3.044 (üç tam mində qırx dörd) qram olmaqla ümumi təmiz çəkisi 5.549 (beş tam mində beş yüz qırx doqquz) qram olan ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Cinayət işinin ibtidai istintaqı zaman təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, saxlanılmazdan 1 həftə əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşayan, “Tofiq” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 100 manata 02 ədəd bükümdə patı almış, pulu həmin şəxsə əlbəəl şəkildə Sabunçu rayonu ərazisində vermiş, sonuncunun təxminən 7-8 ildir ki, tanıdığını, lazım olduqda özü üçün nəşə və patı götürdüyünü, habelə həmin şəxsin mobil telefon nömrəsinin istifadəsində olan mobil telefonda olduğunu və lazım olduqda "WhatsApp" mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq öz istifadəsi üçün narkotik götürdüyünü, lakin anket məlumatlarını dəqiq bilmədiyini qeyd etmişdir. Təxminən 2-3 ildir ki, narkotik vasitələrdən istifadə edir. 02 bükümdə patı almaqda niyyəti gələcəkdə istifadə etmək olmuş, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız şəxsi istifadəsi üçün üzərində daşımış, həmçinin üzərində “şüşə” olmasından heç kimin məlumatı olmamışdır. 11 fevral 2025-ei il tarixdə saat 11:00-da Bakı şəhəri. Nərimanov rayonu, Ə.Əliyev kliçəsi 218 ünvanında yerləşən "Bakı Modern“ məktəbinin yaxınlığında idarə etdiyi “Kia Sportage“ markalı, **-MH-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinavətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim elməyini xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları otum narkotik \asitələrin və psixolrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş "Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, idarə etdiyi avtomobildə 02 bükümdə psixotrop maddə "şüşə” vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət elmiş, o, buna etiraz etməyib polis əməkdaşları ilə idarə eldiyi avtomobillə birlikdə Baş Mütəşəkkil Cinavətlkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirərək əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 03 mobil telefonu, həmin şalvarın sağ yan cibindən avtomobilimin açarını və 51 manat 90 qəpik pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra mobil telefonlara baxış keçirilməyə başlanılmış, ilk öncə təqdim etdiyi “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun qoburasınm içərisində ona məxsus olan 01 ədəd bank kartı aşkar edilmiş, o, telefonun içərisində ***-***-**-** mobil lelelön nömrəsinin olduğunu və ona məxsus olduğunu qeyd etmişdir. Bundan sonra “Samsung” markalı mobil telefona baxış keçirilmiş, onun içərisində heç bir nömrənin olmadığı müəyyən edilmişdir. Daha sonra sadə modifikasiyalı “M-Horse” markalı mobil telefon yoxlanılmış, içərisində mobil telefon nömrəsinin olmadığı müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş 03 ədəd mobil telefon götürülmüş. 51 manat 90 qəpik pul isə ona geri qaytarılmışdır. Daha sonra o. avtomobilində palı saxladığını, baxış keçiriləcəyi halda təqdim edə biləcəyini və baxışın keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, bununla bağlı ərizə yazmış, daha sonra polis əməkdaşları, vəkili və onun iştirakı ilə idarə etdiyi “Kia Sportage” markalı, **- MH-*** qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmış, baxış zamanı ona idarə etdiyi avtomobildə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlayıb- saxlamadığı soruşıılduqda o, hər şeyi tam səmimi etiraf edərək avtomobilin salonunun qabaq üst hissəsində olan, adətən eynəyini saxladığını bildirdiyi saxlanc yerindən 02 ədəd bükümdə patını təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin bükümlərə baxış keçirilməyə başlanılmış, bükümə baxış zamanı sellofan bükümlərin içərisində ağ rəngli, kristal formalı “şüşə” aşkar edilmiş və bundan sonra avtomobildən aşkar olunmuş 02 ədəd bükümdə “şüşə” polis əməkdaşı tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilə baxış prosesi davam etdirilmiş, lakin qanunsuz əşya aşkar edilməmiş, avtomobilə baxış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş və düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 11 fevral 2025-ci il tarixdə Əkbərov Tmin fəqayıl oğlunun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin əməliyyat müvəkkilləri X8, X5 və o daxil edilmişlər. 11 fevral 2025-ci il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs ünvan 6 ünvanının yaxınlığında olacağı müəyyən edilmiş, bunun üçün qrup üzvləri birlikdə həmin ünvana getmiş, həmin saatda eyni ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi "Kia Sportage" markalı. **-MH-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğunu müşahidə etmiş, həmin vaxt sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış elmiş, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş və sonuncu da etiraz etmədən Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, bu zaman videoçəkilişdən istifadə edilmiş və əvvəlcə ona təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qanunsuz əşya olmadığını bildirib əynində olan şalvarın ciblərindən 03 ədəd mobil telefonu, müəyyən məbləğdə pulu və avtomobilin açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonlara baxış keçirilən zaman telefonlardan birinin arxa hissəsində bank kartının olması müəyyən edilmiş, daha sonra üzərindən aşkar edilmiş 03 ədəd mobil telefon və bank kartı götürülmüş, müəyyən məbləğdə pul və avtomobil açarı isə onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmənin həyata keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi "Kia Sportage“ markalı. **-MH-*** qeydiyyat nişanlı avtomobildə "palı" adı ilə tanıdığı narkotik vasitə olduğunu, baxış keçirilərsə, təqdim edə biləcəyini bildirdikdən sonra avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmış və bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi və onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının iştirakı ilə onun idarə etdiyi avtomobilə v ideoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamaması. saxladığı təqdirdə onu təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu avtomobildə "patı" adı ilə tanıdığı narkotik vasitənin olduğunu bildirmiş və avtomobilin qabaq sol qapısını açaraq salonun ön yuxarı hissəsində olan saxlanc yerindən 02 ədəd bükümdə ağ rəngli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddələri təqdim etmişdir. Bundan sonra tədqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrə baxış keçirilmiş, daha sonra içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfn üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə psixotrop maddə metamfetamini 2025-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu ərazisində anket məlumatlarını dəqiq bilmədiyi "Tofiq" adlı şəxsdən 100 manata alaraq gələcəkdə şəxsi istifadəsi üçün avtomobilində daşıdığını, həmin maddələrdən heç kimə satmadığını, pay vermədiyini və bu barədə heç kimin məlumatının olmadığını bildirmişdir, ühmədov Ayaz İlham oğlu Baş İdarəyə daxil olmuş ilkin məlumatda Emin ük bəm v un psixotrop maddələrin satışı ilə məşğul olmasının göstərildiyini, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər-hansı bir faktın aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 11 fevral 2025-ci il tarixli “Avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirlisinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 fevral 2025-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 11:00-da ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi “Kia Sportage” markalı, **-MH-*** qeydiyyat nişanlı avtomobillə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin salonunun ön yuxarı hissəsində olan saxlanc yerindən 02 ədəd sellofan büküm aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 11 fevral 2025-ci il tarixli 6015 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 02 büküm psixotrop maddə metamfetaminə oxşar maddə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.505 qram və 3.044 qram, ümumi təmiz çəkisi 5.549 qram ağ rəngli, kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X10 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2025-ci il tarixli 787 nömrəli rəyinə əsasən, müayinə zamanı Əkbəron Emin fəqayıl oğlunda kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2025-ci il tarixli 666/K nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edildi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X10 daxil olmuş 11 mart 2025-ci il tarixli, 80 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 11-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Sonuncunun bədən səthində aşkar edilmiş qarın nahiyəsinin çapığı müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığıa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyil. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanıldığı gün polis əməkdaşları onun iş yerinə gələrək, güya işlə bağlı şikayət olduğunu və bu məsələ ilə əlaqədar izahat alınması üçün onu polis bölməsinə dəvət etdiklərini bildirmişlər. Lakin yolda məlum olmuşdur ki, onu əslində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparırlar. BMCMİ-də təqsirləndirilən şəxsə qarşı psixoloji təzyiqlər göstərilmiş, ona hədə-qorxu gələrək bildirilmişdir ki, əgər o, irəli sürülmüş ittihamı qəbul etməsə, yaşadığı evin həyətindən narkotik vasitə “tapılacaq”. Daha sonra polis əməkdaşları narkotik vasitəni onun idarə etdiyi avtomobilə yerləşdirmişlər. Təqsirləndirilən şəxs bu şəraitdə özünü təzyiq altında hiss edərək, məcbur qalıb ittihamı qəbul etdiyini bildirmişdir. Saxlanıldığı zaman nə üzərində, nə də avtomobilində hər hansı narkotik vasitə olmayıb. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Tofiq” adlı şəxsi Sabunçu rayonundan tanıyır, onunla birlikdə nəişə çəkib. Yalnız “nəişə” adlandırılan vasitədən istifadə edib, digər narkotik vasitələrdən istifadə etməyib. Tutulmazdan təxminən 10-15 gün əvvəl narkotik vasitə istifadə edib. Barəsində qətimkan tədbiri seçilərkən keçirilən məhkəmə iclasında narkotik vasitənin ona məxsus olmadığını bildirib. Saxlandığı zaman və sonrakı mərhələlərdə ona qarşı psixoloji təzyiqlər göstərilib. Hadisə zamanı avtomobili təqsirləndirilən şəxs yox, əməliyyat müvəkkili idarə edib. Polis əməkdaşları əvvəlcə narkotik vasitəni cibinə qoymağa çalışıblar, o bunu qəbul etməyib, narkotik vasitənin avtomobilə yerləşdirilməsinə razı olub. Avtomobilə baxış başa çatdıqdan sonra ona vəkil təyin edilib. O, səhər saat 10:00-11:30 radələrində saxlanılıb. Onun avtomobilində axtarış 2-3 saat sonra aparılıb. “Patı” adlandırılan narkotik vasitədən istifadə etməyib Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 3 - Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Maddə 8.1 - Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.2 - Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 58.3 - Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 - Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3 - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1 - Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124 - İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145 - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8 - Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2 - Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6 - Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132 - Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1 - Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9 - Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas) - Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi - Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddə qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə hesab edir ki, avtomobilində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olmaması, polis əməkdaşlarının ona psixi təzyiq göstərməsi, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi psixotrop maddənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından 10 aprel 2011-ci il təvəllüdlü X9 və 05 iyun 2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 11 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,349 qram təşkil edən psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarında olan 01 (bir) ədəd “DVD” disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə (29 aprel 2025-ci tarixədək) minənədək Təqsirləndirilən şəxs məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan, həmin qərar qanuni qüvvəyə mindikdən sonra (29 aprel 2025-ci tarixdən sonra) hər saatı 11 manat olmaqla hesablanmalıdır. Məhkəmə müəyyən edir ki, «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 03 saat, həmin tarixdən sonra 09 saat vaxt sərf etmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı 06 (altı) manatdan hesablanmaqla 03 (üç) iş saatı 06 (altı) manatdan hesablanmaqla 18 (on səkkiz) manat, 15 (on beş) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 165 (yüz altmış beş) manat, ümumilikdən 18 (on səkkiz) iş saatı üçün 183 (yüz səksən üç) manat məbləğində vəsait «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Güvən» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,349 qram təşkil edən psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı 06 (altı) manatdan hesablanmaqla 18 (on səkkiz) manat, 15 (on beş) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 165 (yüz altmış beş) manat, ümumilikdən 18 (on səkkiz) iş saatı üçün 183 (yüz səksən üç) manat məbləğində vəsait «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Güvən» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar