Məhkəmə qərarları › İş №1(101)-122/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-122/2020

19.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-122/2020 19.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və X17 ibarət tərkibdə Müdafiəçi katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X23 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs31 və Zərərçəkmiş şəxs32 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2000-ci il aprelin 09-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 mənzil 22 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.cü, 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.2.2.-ci və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, etkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və bir yaşına çatdığı dövrdə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerlərinə qanunsuz daxil olub xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq, yəni özgənin əmlakını qizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs halında insanın həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə təkrarən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama və silah qismində istifadə edilən əşya tətbiq etməklə təkrarən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın cinayətlərini törətmişdir. Belə ki, verilən ittihama görə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə

1. 2014-cü il dekabrın 14-də saat 05 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, nömrəsiz evin birinci mərtəbəsində yerləşən sonuncuya məxsus «İnci» ərzaq mağazasının giriş qapısının dəmir barmaqlığının qıfılını dəmir alətlə sındırıb plastik qapısını həmin dəmir alətlə açaraq qanunsuz içəri daxil olmaqla oradan hər birinin qiyməti 1 manat olan 24 ədəd “Hell” energetik içkisini, 3,8 manat olan 11 ədəd 500 ml-lik “Jaguar” energetik içkisini, 2,8 manat olan 4 ədəd 0,33 ml-lik energetik içkisini, 1 manat olan 4 ədəd 0,250 ml-lik “Jaguar” energetik içkisini, 1,5 manat olan 28 paçka “Winston” XS LSS Blue” markalı siqareti, 1,5 manat olan 16 paçka “Winston” Xstyle LSS Blue” markalı siqareti, 1,5 manat olan 9 paçka “Winston” Xstyle LSS White” markalı siqareti, 2 manat olan 4 paçka “Sobranie” Black” markalı siqareti, 2 manat olan 9 paçka “Sobranie” Blacks” markalı siqareti, 2 manat olan 5 paçka “Sobranie” Whites” markalı siqareti, 2 manat olan 2 paçka “Sobranie” White” markalı siqareti, 2 manat olan 9 paçka “Sobranie” Blue” markalı siqareti, 1,6 manat olan 20 paçka “Kent 8” markalı siqareti, 1 manat olan 10 paçka olan “West Compact” markalı siqareti, 1,2 manat olan 20 paçka “LD” Club Gold” markalı siqareti, 1,2 manat olan 13 paçka “LD” X34” siqareti, 1,2 manat olan 5 paçka “LD” Extra White” markalı siqareti, 1,2 manat olan 10 paçka “LD” Platinum” markalı siqareti, 1 manat olan 10 paçka olan “P&S” markalı siqareti, 1,5 manat olan 2 paçka “Camel” markalı siqareti, 0,7 manat olan 10 paçka “Kent 4” markalı siqareti, 1 manat olan 20 paçka olan “Viceroy” markalı siqareti və 1 manat olan 4 ədəd “Maşa i Medved” şokoladını, habelə qiyməti 1,6 manat olan 1 ədəd “Jaguar” energetik içkisini, 0,7 manat olan 1 paçka “More” markalı siqareti, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 364,4 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa verilən ittihama əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən

2. 2014-cü il dekabrın 16-da saat 02 radələrində Zərərçəkmiş şəxs24 məxsus Bakı şəhəri, Xətai rayonu, Şirvani küçəsi, 14 ünvanında yerləşən ərzaq mağazasının pəncərə şüşəsini dəmir alətlə sındırıb qanunsuz içəri daxil olmaqla oradan cəmi 300 manat dəyərində müxtəlif markalı siqaretləri, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir;

3. 2014-cü il dekabrın 21-də saat 01 radələrində adı istintaqa Vüsal kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 1 nömrəli Zeytun sovxozunun ərazisindəki 175 nömrəli marşrut avtobusunun axırıncı dayanacağının yaxınlığında Zərərçəkmiş şəxs37 məxsus ağ rəngli “Huavei Ascend” markalı Y511 modelli mobil telefonu əlindən alıb təpiklə sinəsindən bir dəfə zərbə endirərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə 150 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq cinayəti etmişdir;

4. 2014-cü il dekabrın 21-də saat 03 radələrində Zərərçəkmiş şəxs30 icarə əsasında işlətdiyi, Bakı şəhəri Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 127-ci sahədə yerləşən aptekin qapısının qıfılını dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq oradan 300 manat dəyərində “Acer” markalı noutbuku, 153 manat nağd pulu və cəmi 10 manat dəyərində 7 ədəd “Pampers” markalı uşaq bezini, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 463 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

5. 2015-ci il yanvarın 02-də saat 04 radələrində Zərərçəkmiş şəxs33 məxsus Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 41 ünvanında yerləşən ərzaq mağazasının nəfəsliyin dəmir barmaqlığını dəmir alətlə qırıb qanunsuz içəri daxil olaraq oradan cəmi 600 manat dəyərində müxtəlif markalı siqaretləri, 500 manat dəyərində sim, cin və nar danışıq kartlarını və 180 manat nağd pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.280 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

6. 2015-ci il yanvarın 09-da saat 22 radələrində Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 1 nömrəli Zeytun sovxozunun ərazisindəki dairəvi yolda Zərərçəkmiş şəxs36 hücum edib boğaz nahiyəsinə silah qismində istifadə etdiyi bıçaq dirəyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın etməklə həmin şəxsə məxsus 60 manat dəyərində “Nokia” markalı X6 modelli mobil telefonu və 5 manat nağd pulu ələ keçirmiş, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 65 manat məbləğində maddi ziyan vurmaqla quldurluq cinayəti törətmişdir;

7. 2015-ci il yanvarın 18-də saat 04 radələrində Zərərçəkmiş şəxs34 məxsus Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki «Atçılıq» yaşayış sahəsində yerləşən mağazanın dam örtüyünü sındırıb qanunsuz içəri daxil olaraq oradan 300 manat nağd pulu, cəmi 30 manat dəyərində müxtəlif danışıq kartlarını və 120 manat dəyərində müxtəlif markalı siqaretləri, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

8. 2015-ci il yanvarın 25-də saat 01-02 radələrində X18 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 830 ünvanında yerləşən inşaat malları mağazasının qarşısındakı köməkçi sahədən hər birinin qiyməti 30 manat olan 2 ədəd əl yük arabasını, 5 manat olan 12 ədəd 2,5 metrlik alüminium profilini, 2 manat olan 5 ədəd qara rəngli plastmas vannanı, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

9. 2015-ci il yanvarın 29-da saat 03 radələrində Zərərçəkmiş şəxs27 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 2 «v» ünvanında yerləşən «Çənlibel» ərzaq mağazasının giriş qapısını dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq oradan 500 manat nağd pulu, cəmi 650 manat dəyərində müxtəlif markalı siqaretləri, energetik içkilərini və şokoladları, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

10. 2015-ci il fevralın 09-da saat 01-02 radələrində tanışları X24 və adı istintaqa Fərid kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 91 ünvanında yerləşən «Münasib» marketinin giriş qapısının qıfılını və önündəki dəmir barmaqlığın asma qıfılını sındırıb qanunsuz içəri daxil olaraq oradan cəmi 400 manat dəyərində müxtəlif markalı siqaretləri, 80 manat dəyərində 40 ədəd “Red Bull” energetik içkisini, 67 manatlıq qəpik pulu, 400 manat dəyərində mobil telefon danışıq kartlalarını və 100 manat dəyərində müxtəlif növ ərzaq məhsullarını, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.047 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

11. 2015-ci il fevralın 11-də saat 03-04 radələrində tanışı X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 «a» ünvanında yerləşən «Ramal» marketinin arxa qapısını sındırıb qanunsuz içəri daxil olaraq oradan cəmi 1.500 manat dəyərində müxtəlif markalı siqaretləri, 40 manat dəyərində çayı, 10 manat dəyərində “Red Bull” energetik içkisini və 50 manat nağd pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

12. 2015-ci il fevralın 12-də saat 01 radələrində tanışları X19, X20 və Həmid Oktay oğlu Adıgözəlov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs22 məxsus Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllə, 96 «s» ünvanında yerləşən ərzaq mağazasının qapısının qıfılını dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq oradan hər birinin qiyməti 1,5 manat olan 5 ədəd çipsi, 1 manat olan 5 ədəd çipsi, 0,3 manat olan 5 ədəd çipsi, 0,4 manat olan 15 paçka tumu, 2,5 manat olan 2 ədəd şəkərburanı, 0,3 manat olan 24 ədəd “Hoşbeş” vaflini, 2,5 manat olan 5 ədəd “Beta” çayını, 1 manat olan 5 ədəd “Champion” çayını, 1 manat olan 5 ədəd “Beta” çayını, 12 manat olan 12 blok saqqızı, 0,8 manat olan 15 ədəd böyük “Snickers” şokoladını, 0,8 manat olan 5 ədəd “Bounty” şokoladını, 1 manat olan 25 ədəd “Alpen gold” şokoladını, 0,5 manat olan 10 ədəd “Ozmo” şirniyyatını, 6 manat olan 24 ədəd “Kinder” şokolad yumurtasını, 2 manat olan 24 ədəd “Red Bull” energetik içkisini, 1 manat olan 24 ədəd “Jaquar” energetik içkisini, 1 manat olan 48 ədəd “Hell” energetik içkisini, 1,6 manat olan 10 paçka “Davidoff” markalı siqareti, 1,7 manat olan 10 paçka “Davidoff” markalı siqareti, 0,8 manat olan 30 paçka “Classic” markalı siqareti, 1 manat olan 10 paçka “Classic” markalı siqareti, 0,7 manat olan 20 paçka “Classic” markalı siqareti, 0,6 manat olan 20 paçka “Viceroy” markalı siqareti, 1 manat olan 20 paçka “Viceroy” markalı siqareti, 2 manat olan 40 paçka “Sobranie” markalı siqareti, 1,6 manat olan 30 paçka “Kent” markalı siqareti, 1,7 manat olan 30 paçka “Kent” markalı siqareti, 1,2 manat olan 10 paçka “West” markalı siqareti, 1 manat olan 20 paçka “West Compact” markalı siqareti, 1 manat olan 20 ədəd sim danışıq kartını, 2 manat olan 15 ədəd sim danışıq kartını, 3 manat olan 10 ədəd sim danışıq kartını, 5 manat olan 10 ədəd sim danışıq kartını, 10 manat olan 5 ədəd sim danışıq kartını, 1 manat olan 25 ədəd cin danışıq kartını, 2 manat olan 25 ədəd cin danışıq kartını, 5 manat olan 10 ədəd cin danışıq kartını, 10 manat olan 5 ədəd cin danışıq kartını, 2 manat olan 20 ədəd nar danışıq kartını, 5 manat olan 10 ədəd nar danışıq kartını, hər bir kiloqramının qiyməti 24 manat olan 1 kq qozu, 0,4 manat olan 5 kq düyünü, 0,9 manat olan 4 kq şəkər tozunu, 6 manat olan 5 kq kolbasanı, 6,7 manat olan 5 kq kolbasanı, habelə qiyməti 0,3 manat olan 1 paçka lavaşı, 0,3 manat olan 1 ədəd “Pop kek” keksini, 2,5 manat olan 1 ədəd “Champion” çayını, 0,5 manat olan 1 ədəd balaca “Snickers” şokoladını, 1,3 manat olan 1 paçka “West” markalı siqareti və 100 manat nağd pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.475,7 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

13. 2015-ci il fevralın 13-də saat 02 radələrində tanışı X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 19 ünvanında yerləşən ayaqqabı mağazasının giriş qapısının qıfılını dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq oradan cəmi 800 manat dəyərində 38 ədəd bir tay və 28 cüt ayaqqabını, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir;

14. 2015-ci il fevralın 13-də saat 03 radələrində Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 34 ünvanında yerləşən ərzaq mağazasının giriş qapısının şüşəsini dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq oradan cəmi 530 manat dəyərində müxtəlif markalı siqaretləri, “Red Bull” energetik içkisini və “Snickers” şokoladlarını, eləcə də 30 manat nağd pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 560 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

15. 2015-ci il fevralın 14-də saat 0230 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 28 ünvanındakı binanın qarşısında yerləşən ərzaq mağazasının plastik qapısının qıfılını dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq oradan cəmi 220 manat dəyərində “Viceroy”, “Kent 8”, “West”, “Davidoff” və “Sobranie” markalı siqaretləri, 170 manat dəyərində sim, cin və nar danışıq kartlarını, 10 manat dəyərində “Hell” energetik içkilərini və 10 manat dəyərində “Snickers” şokoladlarını, eləcə də 250 manat nağd pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 660 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

16. 2015-ci il fevralın 17-də saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllədəki 131 saylı Mənzil-Kommunal İstismar Sahəsinin inzibati binasının pəncərəsinin dəmir barmaqlığını çıxarıb şüşəsini qıraraq qanunsuz içəri daxil olmaqla oradan MKİS-in rəisi Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində 42 dyümlük ekranı olan “Loc” markalı plazma televizorunu və 400 manat dəyərində “Toshiba” markalı noutbuku, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

17. 2015-ci il fevralın 23-də saat 04 radələrində Zərərçəkmiş şəxs23 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolunda yerləşən «Zeynəb» marketinin nəfəsliyini dəmir alətlə açıb qanunsuz içəri daxil olaraq oradan hər birinin qiyməti 2 manat olan 14 paçka ağ rəngli, 8 paçka göy rəngli “Sobranie” markalı siqareti, 2,8 manat olan 16 paçka qara rəngli “Sobranie” siqareti, 1,7 manat olan 24 paçka qara rəngli “Kent 4” markalı siqareti, 1,6 manat olan 15 paçka “Kent 8” markalı siqareti, 1,6 manat olan 12 paçka “Kent 4” markalı siqareti, 1,6 manat olan 22 paçka sarı rəngli, 21 paçka qara rəngli, 15 paçka ağ rəngli, 15 paçka göy rəngli “Davidoff” markalı siqareti, 1,5 manat olan 17 paçka “R1” markalı siqareti, 1,5 manat olan 23 paçka “Winston Compact” markalı siqareti, 1,5 manat olan 18 paçka “Winston” (nazik) markalı siqareti, 1,2 manat olan 34 paçka boz rəngli “LD” markalı siqareti, 1 manat olan 12 paçka “LD” (qalın) markalı siqareti, 0,6 manat olan 10 paçka boz rəngli, 16 paçka göy rəngli “Viceroy” markalı siqareti, 1 manat olan 17 paçka “Viceroy” (nazik) markalı siqareti, 0,8 manat olan 42 paçka “Yava” markalı siqareti, 0,7 manat olan 8 paçka qalın tipli, 0,8 manat olan 27 paçka “Classic” (nazik) markalı siqareti, 1,2 manat olan 28 paçka qalın tipli, 1,3 manat olan 10 paçka “West” markalı siqareti, 0,8 manat olan 20 paçka “Rotnmans” markalı siqareti, 1,5 manat olan 7 paçka “Vogue” markalı siqareti, 10 manat olan 4 ədəd, 5 manat olan 6 ədəd, 3 manat olan 20 ədəd, 2 manat olan 15 ədəd və 1 manat olan 20 ədəd “Azercell” danışıq kartlarını, 2 manat olan 6 ədəd və 5 manat olan 2 ədəd “Nar” danışıq kartlarını, 5 manat olan 2 ədəd və 1 manat olan 18 ədəd “Bakcell” danışıq kartlarını, habelə 800 manat dəyərində “HP” markalı noutbuk tipli kompüteri, 60 manatlıq qəpik və 1 manatlıq əskinaslardan ibarət 30 manat nağd pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.715,9 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

18. 2015-ci il fevralın 27-də saat 0030 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, 25 ünvanında yerləşən ərzaq mağazasının arxa divarının bir neçə mişar daşını dəmir alətlə çıxarıb qanunsuz içəri daxil olaraq oradan cəmi 2.500 manat dəyərində müxtəlif markalı siqaretləri, müxtəlif növ spirtli içkiləri, pivələri, çayları, yağları, kolbasaları, toyuqları və 70 manatlıq qəpik pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 2.570 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

19. 2015-ci il martın 25-də saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, 39 «a» saylı evin həyətyanı sahəsindəki anbarın və tövlənin qapısının qıfılını dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq anbardan 300 manat dəyərində samovar, tövlədən 300 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilini və cəmi 100 manat dəyərində təmir alətlərini, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

20. 2015-ci il martın 31-də saat 01-02 radələrində Zərərçəkmiş şəxs29 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, 8 nömrəli binanın qarşısında yerləşən ərzaq mağazasının giriş qapısının qıfıllarını dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq oradan cəmi 400 manat dəyərində müxtəlif markalı siqaretləri, 350 manat dəyərində mobil telefon danışıq kartlarını və 50 manat dəyərində “Red Bull” energetik içkisini gizli yolla talamış, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

21. 2015-ci il iyunun 12-də saat 23 radələrində tanışları X21, adı istintaqa Fərid kimi məlum olan şəxs və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs28a məxsus ünvan 13 «b» ünvanındakı 93 nömrəli mənzilə eyvanın qapısının kilidini sındırıb qanunsuz daxil olaraq oradan 500 manat dəyərində “Samsung” markalı “LE46D550” modelli televizoru, 35 manat dəyərində şalvar kəmərini, 200 manat dəyərində “Chanel Blue” markalı ətiri, 150 manat dəyərində “Sazz” markalı modemi, 100 manat dəyərində 1 cüt “Gold Step” markalı kişi ayaqqabısını və cəmi 380 manat dəyərində 3 cüt “Armani” markalı kişi ayaqqabısını gizli yolla talamış, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.365 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

22. 2015-ci il iyunun 14-də saat 01 radələrində tanışları X21, X11, adı istintaqa Fərid kimi məlum olan şəxs və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs31 yaşadığı ünvan 13 ünvanındakı 47 nömrəli mənzilə eyvanın dəmir barmaqlığının qıfılını sındırıb qanunsuz daxil olaraq oradan 6.500 manat nağd pulu və 80 manat dəyərində “Lenovo” markalı “G55” modelli noutbuku gizli yolla talamış, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə xeyli miqdar təşkil edən 6.580 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

23. 2015-ci il avqustun 30-da saat 02-03 radələrində tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs25 məxsus Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3 «c» ünvanında yerləşən ərzaq mağazasının pəncərə şüşəsini çıxarıb qanunsuz içəri daxil olaraq oradan 300 manat nağd pulu, cəmi 1.700 manat dəyərində müxtəlif markalı siqaretləri və 150 manat dəyərində müxtəlif növ spirtli içkiləri gizli yolla talamış, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 2.150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

24. 2015-ci il sentyabrın 01-də saat 02 radələrində Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən ərzaq mağazasının qapısının qıfılını sındırıb qanunsuz içəri daxil olaraq oradan 150 manat nağd pulu və cəmi 120 manat dəyərində müxtəlif markalı siqaretləri gizli yolla talamış, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 270 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

25. 2015-ci il sentyabrın 03-də saat 02 radələrində Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki 117 saylı məktəbin yaxınlığında yerləşən ərzaq mağazasının qapısının qıfılını sındırma yolu ilə qanunsuz içəri daxil olaraq oradan hər birinin qiyməti 18 manat olan 5 blok “Winston” (qalın) markalı siqareti, 19 manat olan 5 blok “Winston Compact” markalı siqareti, 9 manat olan 5 blok “Classic” (qalın) markalı siqareti, 10 manat olan 5 blok “Classic” (nazik) markalı siqareti, 10 manat olan 4 blok “Classic Compact” markalı siqareti, 15 manat olan 4 blok “West” (qalın) markalı siqareti, 16 manat olan 4 blok nazik “West” markalı siqareti, 13 manat olan 4 blok “West Compact” markalı siqareti, 20 manat olan 4 blok “Kent 8” markalı siqareti, 20 manat olan 4 blok “Kent 4” markalı siqareti, 19 manat olan 4 blok “Davidoff” markalı siqareti, 8 manat olan 4 blok “Viceroy” (qalın) markalı siqareti, 13 manat olan 4 blok nazik “Viceroy” markalı siqareti, 15 manat olan 4 blok “LD” markalı siqareti, 25 manat olan 5 blok “Sobranie” markalı siqareti, habelə 100 manat nağd pulu, cəmi 60 manat dəyərində müxtəlif şirniyyatları, 90 manat dəyərində müxtəlif kolbasaları, 50 manat dəyərində müxtəlif konservlərı, 70 manat dəyərində müxtəlif süd məhsullarını, 50 manat dəyərində quru süd məhsullarını, 60 manat dəyərində müxtəlif çayları, 20 manat dəyərində müxtəlif suxarıları, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.501 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

26. 2015-ci il sentyabrın 09-da saat 01 radələrində Zərərçəkmiş şəxs35 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, «Bakavtomat yolu» deyilən ərazidəki mağazanın giriş qapısının önündə olan dəmir jalüzinin qıfılını və qapısının qıfılını dəmir parçası ilə sındırıb qanunsuz içəri daxil olaraq oradan hər birinin qiyməti 4 manat olan 4 ədəd şampanı, 4 manat olan 6 ədəd çaxırı, habelə 700 manat nağd pulu, cəmi 40 manat dəyərində müxtəlif markalı siqaretləri, 210 manat dəyərində araqları, 100 manat dəyərində müxtəlif kolbasaları, 60 manat dəyərində müxtəlif bitki yağlarını, 150 manat dəyərində müxtəlif qadın və uşaq paltarını, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

27. 2015-ci il sentyabrın 10-da saat 02 radələrində tanışları X28 və X29 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisində yerləşən «Rəşad» marketinin qapısının qıfılını dəmir parçası ilə sındırıb qanunsuz içəri daxil olaraq oradan hər birinin qiyməti 1,8 manat olan 30 paçka “Kent 4” markalı siqareti, 1,8 manat olan 60 paçka “Kent 8” markalı siqareti, 2 manat olan 30 paçka “Kent 4” (nazik) markalı siqareti, 2,3 manat olan 40 paçka “Sobranie” markalı siqareti, 1,72 manat olan 40 paçka “Winston Compact” markalı siqareti, 1,72 manat manat 40 paçka “Winston” (nazik) markalı siqareti, 1,7 manat olan 20 paçka “Winston” (qalın) markalı siqareti, 1,17 manat olan 100 paçka “West Compact” markalı siqareti, 1,35 manat olan 40 paçka “West” (qalın-nazik) markalı siqareti, 1,35 manat olan 80 paçka “LD” markalı siqareti, 0,92 manat olan 60 paçka “Classic Compact” markalı siqareti, 0,92 manat olan 80 paçka “Classic” (nazik) markalı siqareti, 0,82 manat olan 60 paçka “Classic Compact” markalı siqareti, 0,74 manat olan 60 paçka “Prima” markalı siqareti, 1,17 manat olan 70 paçka “Viceroy” (nazik) markalı siqareti, 0,74 manat olan 60 paçka “Viceroy” (qalın) markalı siqareti, 1,1 manat olan 50 paçka “P&S” markalı siqareti, habelə 50 manatlıq qəpik pulu, 30 manat dəyərində 30 ədəd 1 manatlıq sim danışıq kartını, 30 manat dəyərində 15 ədəd 2 manatlıq sim danışıq kartını, 45 manat dəyərində 15 ədəd 3 manatlıq sim danışıq kartını, 50 manat dəyərində 10 ədəd 5 manatlıq sim danışıq kartını, 50 manat dəyərində 5 ədəd 10 manatlıq sim danışıq kartını, 30 manat dəyərində 30 ədəd 1 manatlıq cin danışıq kartını, 30 manat dəyərində 15 ədəd 2 manatlıq cin danışıq kartını, 75 manat dəyərində 15 ədəd 5 manatlıq cin danışıq kartını, 90 manat dəyərində 9 ədəd 10 manatlıq cin danışıq kartını, 60 manat dəyərində 30 ədəd 2 manatlıq nar danışıq kartını, 100 manat dəyərində 20 ədəd 5 manatlıq nar danışıq kartını, 100 manat dəyərində 10 ədəd 10 manatlıq nar danışıq kartını, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.908,3 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

28. 2015-ci il sentyabrın 10-da saat 0230 radələrində tanışları X28 və X29 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisində yerləşən «Həyat» marketinin qapısının qıfılını dəmir parçası ilə sındırıb qanunsuz içəri daxil olaraq oradan hər birinin qiyməti 2,5 manat olan 20 paçka “Sobranie” (qalın) markalı siqareti, 2,5 manat olan 20 paçka “Sobranie” (nazik) markalı siqareti, 2,9 manat olan 10 paçka “Sobranie” (winchester) markalı siqareti, 1,5 manat olan 20 paçka “West” (qalın) markalı siqareti, 1,7 manat olan 20 paçka “West” (nazik) markalı siqareti, 1,3 manat olan 20 paçka “West Compact” markalı siqareti, 0,9 manat olan 10 paçka “Classic” (qalın) markalı siqareti, 1 manat olan 20 paçka “Classic” (nazik) markalı siqareti, 1 manat olan 20 paçka «“Classic Compact” markalı siqareti, 2 manat olan manat dəyərində 10 paçka “Kent 8” markalı siqareti, 2 manat olan manat dəyərində 10 paçka “Kent 4” qalın) markalı siqareti, 2,2 manat olan 20 paçka “Kent 4” (qalın) markalı siqareti, 2 manat olan 10 paçka “Davidoff” markalı siqareti, 1,8 manat olan 20 paçka “Winston” (qalın) markalı siqareti, 1,9 manat olan manat dəyərində 20 paçka “Winston Compact” markalı siqareti, 1,9 manat olan 20 paçka “Winston” (nazik) markalı siqareti, 0,9 manat olan 20 paçka “More” markalı siqareti, 0,8 manat olan 20 paçka “Viceroy” (qalın) markalı siqareti, 1,3 manat olan 20 paçka “Viceroy” (nazik) markalı siqareti, 1,5 manat olan manat dəyərində 20 paçka “LD” markalı siqareti, 1,5 manat olan 10 paçka “West Micro” markalı siqareti, 1,3 manat olan 10 paçka “P&S” (nazik) markalı siqareti, 1 manat olan 10 paçka “Yava” markalı siqareti, habelə 50 manatlıq qəpik pulu, 30 manat dəyərində 10 ədəd 3 manatlıq sim danışıq kartını, 20 manat dəyərində 4 ədəd 5 manatlıq sim danışıq kartını, 15 manat dəyərində 3 ədəd 5 manatlıq cin danışıq kartını, 20 manat dəyərində 10 ədəd 2 manatlıq nar danışıq kartını, 25 manat dəyərində 5 ədəd 5 manatlıq nar danışıq kartını, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 772 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

29. 2015-ci il sentyabrın 20-də saat 02 radələrində tanışları X15 və adı istintaqa Hüseyn kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs32 məxsus ünvan 15 ünvanının yanında yerləşən mağazanın giriş qapısını dəmir parçası ilə açıb qanunsuz içəri daxil olaraq oradan hər birinin qiyməti 4 manat olan 2 ədəd “Səba” markalı toyuğu, 0,7 manat olan 6 ədəd oyun kartını, 0,6 manat olan 8 paçka tumu, habelə 40 manatlıq qəpik pulu, cəmi 500 manat dəyərində müxtəlif sayda “West”, “Classic”, “Winston”, “LD”, “Viceroy” markalı siqaretləri, 150 manat dəyərində müxtəlif sayda “Hell”, “Red Bull”, “Jaguar” və “Revo” markalı energetik içkiləri, 17 manat dəyərində şirniyyatı, 1 manat dəyərində 1 paçka salfetkanı, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 725 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

30. 2015-ci il oktyabrın 05-də saat 03 radələrində tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs18 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov küçəsi, 13 «a» ünvanında yerləşən «Nail» marketinin qapısının dəmir barmaqlığıın dəmir parçası ilə sındırıb qanunsuz içəri daxil olaraq oradan 200 paçka müxtəlif markalı siqaretləri və 23 ədəd “Hell” energetik içkisini, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

31. 2015-ci il oktyabrın 29-da saat 04 radələrində tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz evin həyətində yerləşən ərzaq mağazasının giriş qapısının dəmir barmaqlığını qıfılını dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq oradan cəmi 700 manat nağd pulu, 600 manat dəyərində “Viceroy”, “Kent”, “Davidoff”, “Classic”, “Prima”, “West”, “Winston” markalı siqaretləri, 300 manat dəyərində sim, cin və nar danışıq kartlarını, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

32. 2015-ci il noyabrın 08-nə keçən gecə saat 0730-dək olan müddət ərzində Zərərçəkmiş şəxs21 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsindəki nömrəsiz evin qarşısında yerləşən ərzaq mağazasının giriş qapısının qıfılını dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq oradan cəmi 120 ədəd müxtəlif markalı siqaretləri, 30 ədəd müxtəlif çeşidli broyler toyuğu, 25 ədəd müxtəlif növ spirtli içkiləri və müxtəlif sort ərzaq məhsullarını, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 2.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

33. 2015-ci il dekabrın 11-də saat 03 radələrində Zərərçəkmiş şəxs26 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, 40 nömrəli evin arxasında yerləşən ərzaq mağazasının pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə çıxardıb qanunsuz içəri daxil olaraq oradan 600 manat dəyərində “Viceroy”, “Kent”, “LD”, “West”, “Classic”, “Prima”, “Winston” markalı siqaretləri, 40 manat dəyərində sim, cin və nar danışıq kartlarını, 70 manat dəyərində kolbasanı və sosisləri, 15 manat dəyərində bir qutudakı 30 ədəd “Snickers” şokoladını, 10 manat dəyərində 10 ədəd “Hell” energetik içkisini, siqaret rəfinin arxasından 300 manat nağd pulu və kassadan 50 manatlıq qəpik pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.085 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

34. 2016-cı il yanvarın 30-da saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qum adasında yerləşən nömrəsiz evə pəncərəni açıb qanunsuz içəri daxil olaraq oradan hər bir metrinin qiyməti 1,5 manat olan 600 metr uzunluğundakı ümumi 900 manat dəyərində elektrik naqilini, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir;

35. 2016-cı il fevralın 06-da saat 02 radələrində Zərərçəkmiş şəxs17 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qum adasındakı nömrəsiz evə zirzəmidən qanunsuz içəri daxil olaraq oradan evin birinci və ikinci mərtəbələrindəki divarda quraşdırılan elektrik naqillərini kəsib özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə 1.000 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir;

36. 2018-ci il martın 23-də saat 02 radələrində tanışları X5 və X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs19 məxsus ünvan 17 ünvanında yerləşən «Məhəllə» marketinin giriş qapısının dəmir barmaqlığını dəmir parçası ilə açıb qanunsuz içəri daxil olaraq oradan hər birinin qiyməti 2,4 manat olan 6 ədəd “Go” energetik içkisini, 1,1 manat olan 3 ədəd kilkə yeməyini, 1,5 manat olan 30 paçka “Winchester” markalı siqareti, 2,5 manat olan 18 paçka “Kent 4” markalı siqareti, 2,3 manat olan 35 paçka “Winston” markalı siqareti, 1,5 manat olan 27 paçka “Manchester” markalı siqareti, 1,8 manat olan 30 paçka “LD” markalı siqareti, 1,4 manat olan 35 paçka “West” markalı siqareti, 1,8 manat olan 38 paçka “Rotnmans” markalı siqareti, 0,5 manat olan 50 ədəd alışqanı, 1 manat olan 2 paçka tumu, 129 manat olan 2 ədəd müşahidə kamerasını, habelə 547 manat nağd pulu və cəmi 100 manat dəyərində danışıq kartlarını, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.332,1 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

37. Bundan əlavə verilən ittiham əsasında Təqsirləndirilən şəxs yetkinlik yaşına çatdığı dövrdə təkrarən 2018-ci il avqustun 11-də saat 02 radələrində tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs20 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozundakı nömrəsiz evinin həyətində yerləşən sonuncuya məxsus tövlənin qapısının qıfılını dəmir parçası ilə sındırıb qanunsuz içəri daxil olaraq oradan cəmi 5.400 manat dəyərində 18 baş qoyun, 450 manat dəyərində 3 baş keçi və 400 manat dəyərində 4 baş çəpişi, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə xeyli miqdar təşkil edən 6.250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.2.2.-ci və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, anası rəhmətə getdiyindən tək xəstə atasının himayəsində olmuş, 2018-ci il avqustun 11-də baş verən axırıncı əməl (37-ci epizod) istisna olmaqla başqa cinayətləri yetkinlik yaşına çatmadığı dövrdə etmişdir. Belə ki, o,

1. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir;

2. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;

3. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs37 ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilib soyğunçuluğu sonuncuya təpik vurmadan, yəni zor tətbiq etmədən tək törədərək məqsədinə nail olmuşdur, ona görə də bu hissədə əməlinin Azərbaycan Respublikasının CM-nin 180.1.-ci maddəsinə tövsif olunmasını xahiş edir; 4-5. zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs30 və Zərərçəkmiş şəxs33 ilə bağlı epizodlar üzrə özünü təqsirli bilmir;

6. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs36 ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilib sonuncuya qarşı quldurluq yox, ancaq zor tətbiq etmədən, yəni bıçaqla hədələmədən soyğunçuluq törətmişdir, ona görə də bu hissədə əməlinin Azərbaycan Respublikasının CM-nin 180.2.2.-ci maddəsinə tövsif olunmasını xahiş edir; 7-9. zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs34, X25 və Zərərçəkmiş şəxs27 ilə bağlı epizodlar üzrə özünü təqsirli bilmir;

10. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilib oğurluğu yalnız X24 ilə birlikdə, yəni Fərid adlı şəxsin iştirakı olmadan törətmişdir; 11-13. zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs22 və Zərərçəkmiş şəxs9 ilə bağlı epizodlar üzrə özünü tam təqsirli bilir;

14. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;

15. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir; 16-18. zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs23 və Zərərçəkmiş şəxs8 ilə bağlı epizodlar üzrə özünü təqsirli bilmir;

19. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir;

20. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs29 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;

21. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs28 ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilib oğurluğu yalnız X21 ilə birlikdə, yəni Fərid adlı şəxsin və qeyisinin iştirakı olmadan törətmişdir; 22-23. zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs31 və Zərərçəkmiş şəxs25 ilə bağlı epizodlar üzrə özünü tam təqsirli bilir;

24. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;

25. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir;

26. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs35 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir; 27-28. zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs14 ilə bağlı epizodlar üzrə özünü qismən təqsirli bilib oğurluqları yalnız X29 ilə birlikdə, yəni X22 iştirakı olmadan törətmişdir; 29-32. zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs21 ilə bağlı epizodlar üzrə özünü tam təqsirli bilir; 33-35. zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs17 ilə bağlı epizodlar üzrə özünü təqsirli bilmir;

36. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir;

37. həmçinin yetkinlik yaşına çatdığı dövrdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs20 ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilib təkbaşına oğurladığı cəmi 19 baş (12 qoyun, 7 keçi) heyvandan 10-nu sataraq 9-nu küçəyə buraxmışdır. İş üzrə məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən

9. Zərərçəkmiş şəxs27 ifadəsində göstərdi ki, 2015-ci il yanvarın 29-da özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 2 «v» ünvanında yerləşən «Çənlibel» ərzaq mağazasından 500 manat nağd pulun, 650 manat dəyərində müxtəlif markalı siqaretlərin, energetik içkilərin və şokoladların oğurlanması nəticəsində ona cəmi 1.150 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polis işçiləri oğurluğu Təqsirləndirilən şəxs adlı yeniyetmənin törətdiyini müəyyənləşdirib həmin oğlanı marketə gətirmişlər. Sonuncu cinayəti etiraf edərək nəyi haradan götürdüyünü yerində göstərmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, Rəhmana qarşı heç bir şikayəti və tələbi yoxdur;

12. Zərərçəkmiş şəxs22 ifadəsində göstərdi ki, 2015-ci il fevralın 12-də özünə məxsus Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllə, 96 «s» ünvanında yerləşən mağazadan müxtəlif növ ərzaq məhsullarının, energetik içkilərin, siqaretlərin, danışıq kartlarının, 100 manat nağd pulun və sair oğurlanması nəticəsində ona cəmi 1.475,7 manat maddi zərər vurulmuş, lakin ilkin ifadəsində məbləğini düzgün hesablamamışdır. Sonradan mağazadan oğurluq edən 4 nəfərin tutulmasını bilmişdir. Həmin şəxslərin valideynləri tərəfindən ona dəyən ziyan tam həcmdə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, Rəhmana qarşı heç bir şikayəti və tələbi yoxdur;

15. Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2015-ci il fevralın 14-də özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 28 ünvanındakı binanın qarşısında yerləşən ərzaq mağazasından 220 manat dəyərində müxtəlif markalı siqaretlərin, 170 manat dəyərində danışıq kartlarının, 10 manat dəyərində «Hell» energetik içkilərinin və 10 manat dəyərində «Snickers» şokoladlarının, 250 manat nağd pulun oğurlanması nəticəsində ona cəmi 660 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polislər oğurluğu Təqsirləndirilən şəxs adlı yeniyetmənin törətdiyini aşkarlayıb həmin oğlanı mağazaya gətirmişlər. Sonuncu cinayəti etiraf edərək nəyi haradan götürdüyünü yerində göstərmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, Rəhmana qarşı heç bir şikayəti və tələbi yoxdur;

17. Zərərçəkmiş şəxs23 ifadəsində göstərdi ki, 2015-ci il fevralın 23-də özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolunda yerləşən «Zeynəb» marketindən müxtəlif markalı siqaretlərin, danışıq kartlarının, 800 manat dəyərində «HP» markalı noutbuk tipli kompüterin, 60 manatlıq qəpiyin və 1 manatlıq əskinaslardan ibarət 30 manat nağd pulun oğurlanması nəticəsində ona cəmi 1.715,9 manat məbləğində maddi ziyan vurulmuşdur. İlkin ifadəsində noutbukun markasını düzgün göstərməmiş, oğurlanan malların dəyərini təxmini yazmışdır;

18. Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 2015-ci il fevralın 27-də özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, 25 ünvanında yerləşən ərzaq mağazasından 2.500 manat dəyərində müxtəlif markalı siqaretlərin, müxtəlif növ spirtli içkilərin, pivələrin, çayların, yağların, kolbasaların, toyuqların və 70 manatlıq qəpik pulun oğurlanması nəticəsində ona cəmi 2.570 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, Rəhmana qarşı heç bir şikayəti və tələbi yoxdur;

19. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2015-ci il martın 25-də özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, 39 «a» saylı evin həyətyanı sahəsindəki anbardan 300 manat dəyərində samovarın, tövlədən 300 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilinin və 100 manat dəyərində təmir alətlərinin oğurlanması nəticəsində ona cəmi 700 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polis əməkdaşları oğurluğu Təqsirləndirilən şəxs adlı yeniyetmənin törətdiyini araşdırıb həmin oğlanı yaşadığı evin həyətinə gətirmişlər. Sonuncu cinayəti etiraf edərək nəyi haradan götürdüyünü yerində göstərmiş, oğurladığı əşyaları metal qəbulu məntəqəsinə satmasını bildirmişdir. Təqsirləndirilən şəxsin qonşuluqda yaşamasını nəzərə almaqla hazırda onunla barışmışdır, Rəhmana qarşı heç bir şikayəti və tələbi yoxdur;

22. Zərərçəkmiş şəxs31 ifadəsində göstərdi ki, 2015-ci il iyunun 14-də yaşadığı ünvan 13 ünvanındakı 47 nömrəli mənzildən 6.500 manat nağd pulun və 80 manat dəyərində «Lenovo» markalı «G55» modelli noutbukun oğurlanması nəticəsində ona cəmi 6.580 manat məbləğində maddi ziyan vurulmuşdur. Bakı şəhərinin Nəsimi Rayon Polis İdarəsində ona 1.710 manat və noutbuk qaytarılmışdır;

25. Zərərçəkmiş şəxs16 ifadəsində göstərdi ki, 2015-ci il sentyabrın 03-də özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki 117 saylı məktəbin yaxınlığında yerləşən mağazadan müxtəlif markalı siqaretlərin, müxtəlif növ ərzaq məhsullarının və 100 manat nağd pulun oğurlanması nəticəsində ona cəmi 1.501 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, Rəhmana qarşı heç bir şikayəti və tələbi yoxdur;

27. Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2015-ci il sentyabrın 10-da özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisində yerləşən «Rəşad» marketindən müxtəlif markalı siqaretlərin, danışıq kartlarının və 50 manatlıq qəpik pulun oğurlanması nəticəsində ona cəmi 1.908,3 manat məbləğində maddi ziyan vurulmuşdur. Marketdən oğurluq edən şəxslərdən biri olan X29 barəsində cinayət işi məhkəməyə göndərilmiş, həmin vaxt Muradın valideynləri tərəfindən 800 manat ödənilmişdir;

29. Zərərçəkmiş şəxs32 ifadəsində göstərdi ki, 2015-ci il sentyabrın 20-də özünə məxsus ünvan 15 ünvanının yanında yerləşən mağazadan müxtəlif növ ərzaq məhsullarının, müxtəlif markalı siqaretlərin, energetik içkilərin və sair oğurlanması nəticəsində ona cəmi 725 manat məbləğində maddi ziyan vurulmuşdur. İlkin ifadə verərkən oğurlanan malların dəyərini nisbətən az göstərmişdir. Oğruların şəxsiyyətlərinin müəyyən olunması barədə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi onu məlumatlandırmış, əmlakının bir hissəsi tapılıb ona qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, Rəhmana qarşı heç bir şikayəti və tələbi yoxdur;

37. Zərərçəkmiş şəxs20 ifadəsində göstərdi ki, 2018-ci il avqustun 11-də yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozundakı nömrəsiz evinin həyətində yerləşən özünə məxsus tövlədən 5.400 manat dəyərində 18 baş qoyunun, 450 manat dəyərində 3 baş keçinin və 400 manat dəyərində 4 baş çəpişin oğurlanması nəticəsində ona cəmi 6.250 manat məbləğində maddi ziyan vurulmuşdur. İlkin ərizəsində və izahatında dəyən zərərin miqdarını düzgün göstərməmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, polis kapitanı olmaqla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 2015-ci il iyunun 14-də saat 0140 radələrində Bakı şəhərinin Nəsimi rayonu ərazisində növbədə olarkən digər polis işçiləri ilə birlikdə reyd keçirdiyi zaman Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində yerləşən «Aura» çay evində şəxsiyyətləri sonradan müəyyənləşdirdikləri X13, X6 və Təqsirləndirilən şəxs ucadan danışıb mübahisə etdiklərini gördükdə yaxınlaşaraq özlərini təqdim etməklə sənədlərini tələb etmiş, oğlanlardan biri əlindəki noutbuku atıb qaçmaq istəyəndə sonuncuları polis idarəsinə gətirmişlər. Saxladıqları şəxslərlə aparılan söhbət əsnasında müəyyən olunmuşdur ki, onlar 2015-ci il iyunun 14-nə kecə saatlarında Zərərçəkmiş şəxs31 kirayə yaşadığı ünvan 18 ünvanındakı 47 nömrəli mənzilə pəncərədən içəri daxil olaraq pul və noutbuk oğurlamışlar, çay evinə gəlməmişdən 5-6 dəqiqə əvvəl Fərid adlı tanışları oranı tərk etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmədə təqsirli bilmədiyi 2-ci (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24), 4-cü (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs30), 5-ci (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs33), 7-9-cu (zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs34, X25 və Zərərçəkmiş şəxs27), 14-cü (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12), 16-18-ci (zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs23 və Zərərçəkmiş şəxs8), 20-ci (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs29), 24-cü (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15), 26-cı (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs35), 33-35-ci (zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs17) epizodlar üzrə özünü təqsirli bilib törətdiyi hadisələri təfsilatı ilə izah etmiş; 3-cü (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs37), 6-cı (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs36), 21-ci (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs28), 27-28-ci (zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs14), 37-ci (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs20) epizodlar üzrə həm ibtidai, həm də məhkəmə istintaqlarında özünü qismən təqsirli bilərək eyni ifadələr vermiş; məhkəmədə qismən təqsirli bildiyi 10-cu (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13) epizod üzrə istintaqdakı ifadəsində törətdiyi hadisədə özünü tam təqsirli bilmişdir (4-cü cild, iş vərəqi 27-28, 104-106 və 132-138; 6-cı cild, iş vərəqi 32-33, 84-85, 144, 249- 250 və 267-271; 8-ci cild, iş vərəqi 112-113; 12-ci cild, iş vərəqi 110-113; 15-ci cild, iş vərəqi 37-39, 44-47 və 277-279). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilən

1. Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2014-cü il dekabrın 14-də yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, nömrəsiz evin birinci mərtəbəsində yerləşən özünə məxsus «İnci» ərzaq mağazasından müxtəlif energetik içkilərin, müxtəlif markalı siqaretlərin və sair oğurlanması nəticəsində ona cəmi 364,4 manat məbləğində maddi ziyan vurulmuşdur. Saxlandıqdan sonra Təqsirləndirilən şəxs oğurladığı məhsulların bir hissəsi ona qaytarılmışdır. Həmin vaxt sonuncunun yeniyetmə olduğunu nəzərə alaraq hazırda Rəhmana qarşı heç bir şikayəti və tələbi yoxdur (14-cü cild, iş vərəqi 246-248);

2. Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, 2014-cü il dekabrın 16-da özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Şirvani küçəsi, 14 ünvanındakı «1001 Xırdavat» ərzaq mağazasından müxtəlif markalı siqaretlərin oğurlanması nəticəsində ona cəmi 300 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polis işçiləri oğurluğu Təqsirləndirilən şəxs adlı yeniyetmənin törətdiyini müəyyənləşdirib həmin oğlanı marketə gətirmişlər. Sonuncu cinayəti etiraf edərək nəyi haradan götürdüyünü yerində göstərmişdir (15-ci cild, iş vərəqi 71-72);

3. Zərərçəkmiş şəxs37 ifadəsində göstərmişdir ki, 2014-cü il dekabrın 21-də saat 1 radələrində Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 1 nömrəli Zeytun sovxozunun ərazisindəki 175 nömrəli marşrut avtobusunun axırıncı dayanacağının yaxınlığında iki nəfər cavan oğlandan biri tərəfindən təpiklə sinəsindən bir dəfə zərbə endirilərək sıyrıq yetirilməklə özünə məxsus ağ rəngli “Huavei Ascend” markalı Y511 modelli mobil telefonun əlindən alınıb açıq talanması nəticəsində ona 150 manat məbləğində maddi ziyan vurulmuşdur (3-cü cild, iş vərəqi 92-94);

4. Zərərçəkmiş şəxs30 ifadəsində göstərmişdir ki, 2014-cü il dekabrın 21-də icarə əsasında işlətdiyi, Bakı şəhəri Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 127-ci sahədə yerləşən aptekdən 300 manat dəyərində “Acer” markalı noutbukun, 153 manat nağd pulun və 10 manat dəyərində 7 ədəd “Pampers” markalı uşaq bezinin oğurlanması nəticəsində ona cəmi 463 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polislər oğurluğu Təqsirləndirilən şəxs adlı yeniyetmənin törətdiyini aşkarlayıb həmin oğlanı aptekə gətirmişlər. Sonuncu cinayəti etiraf edərək nəyi haradan götürdüyünü yerində göstərmişdir (15-ci cild, iş vərəqi 91-92);

5. Zərərçəkmiş şəxs33 ifadəsində göstərmişdir ki, 2015-ci il yanvarın 02-də özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 41 ünvanında yerləşən ərzaq mağazasından 600 manat dəyərində müxtəlif markalı siqaretlərin, 500 manat dəyərində sim, cin və nar danışıq kartlarının və 180 manat nağd pulun oğurlanması nəticəsində ona cəmi 1.280 manat məbləğində maddi ziyan vurulmuşdur (6-cı cild, iş vərəqi 52-53);

6. Zərərçəkmiş şəxs36 ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşayıb «Doğa» şirkətində çalışır. Özbəkistan Respublikasının vətəndaşı olmaqla Azərbaycan və rus dillərini mükəmməl bilir, uzun müddətdir Bakı şəhərində yaşamaqla «Doğa» şirkətində çalışır 2015-ci il yanvarın 09-da axşam saatlarında Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 1 nömrəli Zeytun sovxozunun ərazisindəki avtobus dayanacağının yanından keçərkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs yaxınlaşıb anidən cibindən bıçaq çıxararaq onun boğazına dirəməklə üzərində nə varsa, verməyini tələb etmişdir. Əlindəki “Nokia” markalı X6 modelli mobil telefonu və cibində olan 5 manat pulu oğlana verəndən sonra həmin şəxs qaçıb getmişdir. O da başına gələn hadisə ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə müraciət etmişdir. Səhərisi gün polislər cinayəti törədən şəxsi, yəni Rəhmanı taparaq bölməyə gətirməklə ona təqdim etmişlər (3-cü cild, iş vərəqi 18-19);

7. Zərərçəkmiş şəxs34 ifadəsində göstərmişdir ki, 2015-ci il yanvarın 18-də özünə məxsus Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki «Atçılıq» yaşayış sahəsində yerləşən mağazadan 300 manat nağd pulun, 30 manat dəyərində müxtəlif danışıq kartlarının və 120 manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlanması nəticəsində ona cəmi 450 manat məbləğində maddi ziyan vurulmuşdur (15-ci cild, iş vərəqi 110-111);

8. X25 ifadəsində göstərmişdir ki, 2015-ci il yanvarın 25-də özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 830 ünvanında yerləşən inşaat malları mağazasının qarşısındakı köməkçi sahədən 2 ədəd əl yük arabasının, 12 ədəd 2,5 metrlik alüminium profilinin, 5 ədəd qara rəngli plastmas vannanın oğurlanması nəticəsində ona cəmi 130 manat məbləğində maddi ziyan vurulmuşdur (14-cü cild, iş vərəqi 267-268);

10. Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2015-ci il fevralın 09-da özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 91 ünvanında yerləşən «Münasib» marketindən 400 manat dəyərində müxtəlif markalı siqaretlərin, 80 manat dəyərində 40 ədəd “Red Bull” energetik içkisinin, 67 manatlıq qəpik pulun, 400 manat dəyərində mobil telefon danışıq kartlarının və 100 manat dəyərində müxtəlif növ ərzaq məhsullarının oğurlanması nəticəsində ona cəmi 1.047 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polis əməkdaşları oğurluğu Təqsirləndirilən şəxs adlı yeniyetmənin etdiyini araşdırıb həmin oğlanı marketə gətirmişlər. Sonuncu cinayəti dostları ilə birlikdə törətdiyini etiraf edərək nəyi haradan götürdüyünü yerində göstərmişdir (15-ci cild, iş vərəqi 02-03);

11. Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2015-ci il fevralın 11-də özünə məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 «a» ünvanında yerləşən «Ramal» marketindən 1.500 manat dəyərində müxtəlif markalı siqaretlərin, 40 manat dəyərində çayın, 10 manat dəyərində “Red Bull” energetik içkisinin və 50 manat nağd pulun oğurlanması nəticəsində ona cəmi 1.600 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polis işçiləri oğurluğu X24 və Təqsirləndirilən şəxs adlı yeniyetmələrin törətdiklərini müəyyənləşdirib həmin oğlanları marketə gətirmiş, sonuncular cinayəti etiraf edərək nəyi haradan götürdüklərini yerində göstərmişlər (14-cü cild, iş vərəqi 258-259);

13. Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2015-ci il fevralın 13-də özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 19 ünvanında yerləşən ayaqqabı mağazasından 38 ədəd bir tayın və 28 cüt ayaqqabının oğurlanması nəticəsində ona cəmi 800 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polislər oğurluğu Təqsirləndirilən şəxs adlı yeniyetmənin etdiyini aşkarlayıb həmin oğlanı mağazaya gətirmişlər. Sonuncu cinayəti dostu ilə bərabər törətdiyini etiraf edərək nəyi haradan götürdüyünü yerində göstərmişdir (14-cü cild, iş vərəqi 254-256);

14. Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2015-ci il fevralın 13-də özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 34 ünvanında yerləşən ərzaq mağazasından 530 manat dəyərində müxtəlif markalı siqaretlərin, “Red Bull” energetik içkisinin və “Snickers” şokoladlarının, 30 manat nağd pulun oğurlanması nəticəsində ona cəmi 560 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polis əməkdaşları oğurluğu Təqsirləndirilən şəxs adlı yeniyetmənin etdiyini araşdırıb həmin oğlanı mağazaya gətirmişlər. Sonuncu cinayəti etiraf edərək nəyi haradan götürdüyünü yerində göstərmişdir (14-cü cild, iş vərəqi 270-271);

16. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2003-cü ildən 2016-cı ilə kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 131 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində çalışırdı. 2015-ci il fevralın 17-də iş yerindən özünə məxsus 200 manat dəyərində 42 dyümlük ekranı olan “Loc” markalı plazma televizorunun və 400 manat dəyərində “Toshiba” markalı noutbukun oğurlanması nəticəsində ona cəmi 600 manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsin yeniyetmə olduduğunu nəzərə alıb hazırda sonuncu ilə barışmışdır, Rəhmana qarşı heç bir şikayəti və tələbi yoxdur (13-cü cild, iş vərəqi 234-236);

20. Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, 2015-ci il martın 31-də özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, 8 nömrəli binanın qarşısında yerləşən ərzaq mağazasından 400 manat dəyərində müxtəlif markalı siqaretlərin, 350 manat dəyərində mobil telefon danışıq kartlarının və 50 manat dəyərində “Red Bull” energetik içkisinin oğurlanması nəticəsində ona cəmi 800 manat məbləğində maddi ziyan vurulmuşdur (15-ci cild, iş vərəqi 88-89);

21. Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, o, İran vətəndaşı olsa da azərbaycanlıdır, Azərbaycan dilini sərbəst başa düşür və latın qrafikası ilə oxuya bilir. 2015-ci il iyunun 12-də özünə məxsus ünvan 13 «b», 93 ünvanındakı mənzildən 500 manat dəyərində «Samsung» markalı «LE46D550» modelli televizorun, 35 manat dəyərində şalvar kəmərinin, 200 manat dəyərində «Chanel Blue» markalı ətirin, 150 manat dəyərində «Sazz» markalı modemin, 100 manat dəyərində 1 cüt «Gold Step» markalı kişi ayaqqabısının və 380 (110, 12 və 150) manat dəyərində 3 cüt «Armani» markalı kişi ayaqqabısının oğurlanması nəticəsində ona cəmi 1.365 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polis işçiləri evindən oğurluq edən şəxsləri müəyyən etmişlər və televizoru tapılıb qaytarılmışdır (15-ci cild, iş vərəqi 84-86);

23. Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, 2015-ci il avqustun 30-da özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3 «c» ünvanında yerləşən ərzaq mağazasından 300 manat nağd pulun, 1.700 manat dəyərində müxtəlif markalı siqaretlərin və 150 manat dəyərində müxtəlif növ spirtli içkilərin oğurlanması nəticəsində ona cəmi 2.150 manat məbləğində maddi ziyan vurulmuşdur (15-ci cild, iş vərəqi 74-75);

24. Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, 2015-ci il sentyabrın 01-də özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən ərzaq mağazasından 150 manat nağd pulun və 120 manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlanması nəticəsində ona cəmi 270 manat məbləğində maddi ziyan vurulmuşdur (15-ci cild, iş vərəqi 09-10);

26. Zərərçəkmiş şəxs35 ifadəsində göstərmişdir ki, 2015-ci il sentyabrın 09-da özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, «Bakavtomat yolu» deyilən ərazidəki mağazadan hər birinin qiyməti 40 manat dəyərində şampanla çaxırın, 700 manat nağd pulun, 40 manat dəyərində müxtəlif markalı siqaretlərin, 210 manat dəyərində arağın, 100 manat dəyərində müxtəlif kolbasanın, 60 manat dəyərində müxtəlif bitki yağının, 150 manat dəyərində müxtəlif qadın və uşaq paltarının oğurlanması nəticəsində ona cəmi 1.300 manat məbləğində maddi ziyan vurulmuşdur. İlkin ifadəsindəki oğurlandığını hesab etdiyi sənədlərini sonradan tapmışdır (15-ci cild, iş vərəqi 113-114);

28. Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, 2015-ci il sentyabrın 10-da özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisində yerləşən «Həyat» marketindən 612 manat dəyərində müxtəlif markalı siqaretlərin, 50 manatlıq qəpik pulun, 110 manat dəyərində danışıq kartlarının oğurlanması nəticəsində ona cəmi 772 manat məbləğində maddi ziyan vurulmuşdur. Bakı şəhərinin Xəzər Rayon Polis İdarəsində araşdırma aparılarkən dükanından talanan əmlakının bir qismi, yəni 200 manat dəyərində 269 ədəd müxtəlif markalı siqaretlər və 31,1 manat məbləğində qəpik pul tapılaraq qaytarılmışdır (15-ci cild, iş vərəqi 05-07);

30. Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, 2015-ci il oktyabrın 05-də özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov küçəsi, 13 «a» ünvanında yerləşən «Nail» marketindən 200 paçka müxtəlif markalı siqaretlərin və 23 ədəd “Hell” energetik içkisinin oğurlanması nəticəsində ona cəmi 1.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonradan oğruların şəxsiyyətlərinin müəyyən olunmasını bilmişdir (15-ci cild, iş vərəqi 19-20);

31. Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2015-ci il oktyabrın 29-da yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz evin həyətində yerləşən ərzaq mağazasından 700 manat nağd pulun, 600 manat dəyərində müxtəlif markalı siqaretlərin, 300 manat dəyərində danışıq kartlarının oğurlanması nəticəsində ona cəmi 1.600 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polislər oğurluğu Təqsirləndirilən şəxs və X12 adlı şəxslərin törətdiklərini aşkarlayıb həmin oğlanları mağazaya gətirmişlər. Sonuncular cinayəti etiraf edərək nəyi haradan götürdüklərini yerində göstərmiş, lakin oğurladıqları pulun məbləğini az demişlər, bununla bağlı onların arasında üzləşdirmə də aparılmışdır (11-ci cild, iş vərəqi 272-275; 14-cü cild, iş vərəqi 199-200);

32. Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, 2015-ci il noyabrın 08-də özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsindəki nömrəsiz evin qarşısında yerləşən ərzaq mağazasından 120 ədəd müxtəlif markalı siqaretlərin, 30 ədəd müxtəlif çeşidli broyler toyuğun, 25 ədəd müxtəlif növ spirtli içkilərin və müxtəlif sort ərzaq məhsullarının oğurlanması nəticəsində ona cəmi 2.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polis əməkdaşları oğurluq edən şəxsin kim olduğunu araşdırıb sonuncunu mağazaya gətirəndə həmin şəxs cinayəti etiraf edərək nəyi haradan götürdüyünü yerində göstərmişdir (15-ci cild, iş vərəqi 60-61);

33. Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, 2015-ci il dekabrın 11-də özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, 40 nömrəli evin arxasında yerləşən ərzaq mağazasından 600 manat dəyərində müxtəlif markalı siqaretlərin, 40 manat dəyərində danışıq kartlarının, 70 manat dəyərində kolbasanın və sosislərin, 15 manat dəyərində “Snickers” şokoladlarının, 100 manat dəyərində “Hell” energetik içkilərinin, siqaret rəfinin arxasından 300 manat nağd pulun və kassadan 50 manatlıq qəpik pulun oğurlanması nəticəsində ona cəmi 1.085 manat məbləğində maddi ziyan vurulmuşdur. O, məhəllədə yaşayan «Qarabala» ləqəbli Təqsirləndirilən şəxs şübhələnmişdir. Həqiqətən bir müddət sonra polis işçiləri oğurluğu Rəhmanın törətdiyini müəyyənləşdirib həmin oğlanı mağazaya gətirmişlər. Sonuncu cinayəti etiraf edərək nəyi haradan götürdüyünü yerində göstərmişdir (15-ci cild, iş vərəqi 77-79);

34. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2016-cı il yanvarın 30-da özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qum adasında yerləşən nömrəsiz evdən 600 metr uzunluğundakı elektrik naqilinin oğurlanması nəticəsində ona cəmi 900 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polislər oğrunun Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu aşkarlayıb həmin oğlanı evinə gətirmişlər. Sonuncu cinayəti etiraf edərək oğurladığını haradan götürdüyünü yerində göstərmişdir (13-cü cild, iş vərəqi 238-239);

35. Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, 2016-cı il fevralın 06-da özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qum adasındakı nömrəsiz evin birinci və ikinci mərtəbələrindəki divarda quraşdırılan elektrik naqillərinin oğurlanması nəticəsində ona cəmi 1.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Bir müddət sonra polis əməkdaşları oğurluğu Təqsirləndirilən şəxs adlı yeniyetmənin törətdiyini araşdırıb həmin oğlanı evinə gətirmişlər. Sonuncu cinayəti etiraf edərək oğurladığı naqilləri necə və haradan götürdüyünü yerində göstərməklə dəmir yolu xəttinin yanında yandırıb mis hissəsini ayırdığını və dəmir yığan şəxslərə satdığını bildirmişdir (15-ci cild, iş vərəqi 16- 17);

36. Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, 2018-ci il martın 23-də özünə məxsus ünvan 17 ünvanında yerləşən «Məhəllə» marketindən “Go” energetik içkilərinin, müxtəlif markalı siqaretlərin, 2 ədəd müşahidə kamerasının, 547 manat nağd pulun, 100 manat dəyərində danışıq kartlarının və sair oğurlanması nəticəsində ona cəmi 1.332,1 manat məbləğində maddi ziyan vurulmuşdur (15-ci cild, iş vərəqi 51-53). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma gedişatında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X26 ifadəsində göstərmişdir ki, 2018-ci il iyunun 30-da vəfat edən əri Zərərçəkmiş şəxs33 məxsus Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 41 ünvanında yerləşən ərzaq mağazasından 2015-ci il yanvarın 02-də 600 manat dəyərində müxtəlif markalı siqaretlər, 500 manat dəyərində sim, cin və nar danışıq kartları və 180 manat nağd pul oğurlanmışdır. Ərinin dediyinə görə polis işçiləri yeniyetmə olan həmin oğrunu mağazaya da gətirmişlər və sonuncu mağazadan necə cinayət törətdiyini bildirmişdir. Lətifin dünyasını dəyişməsi ilə bağlı onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur (15-ci cild, iş vərəqi 107-108). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma dövründə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ilin yay aylarında Bakı şəhərindəki «Şamaxinka» adlanan yerdə gecə saatlarında 3 nəfər tanımadığı, Səxavət, Rəhim adlı və başqa bir şəxslərdən gələcəkdə dağa baha qiymətə satmaq niyyəti ilə 100 manata “Samsung” markalı telefizor almışdır. Evdə uşaqlar televizoru görüb çox sevindiklərindən o, fikrindən daşınmışdır. 2015-ci il noyabrın 30-da yaşadığı ünvana iki polis əməkdaşı gələrək onun aldığı televizorun oğurluq olduğunu demişlər (8-ci cild, iş vərəqi 233-236). Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 məhkəmə iclasında dindirilən Şahid2 ilə analoji ifadə vermişdir (14-cü cild, iş vərəqi 238-240). Şahid7 ifadəsində göstərmişdir ki, polis serjantı olmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 2015-ci il sentyabrın 10-da 0435 radələrində 63-56 çağırışlı avtopatrulda xidmət yoldaşı polis nəfəri Şahid6 ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində olarkən Sovxoz yolunda onlara şübhəli görünən qara rəngli VAZ-2109 markalı ** KD *** qeydiyyat nişanlı avtomobili saxlatdırdıqda sürücü ilə iki nəfər sərnişin qaçmağa başlamışlar. Elvin oğlanların dalınca düşsə də çata bilməmişdir. Salona kənardan nəzər yetirəndə içəridə siqaretlə dolu kisə müşahidə edib dərhal 2-ci Polis Bölməsinin növbətçi hissəsinə məlumat vermişlər. Təhqiqatçı onların və iki hal şahidinin iştirakı ilə avtomaşına baxış keçirərkən arxa oturacaqdan 339 ədəd müxtəlif markalı siqaretlər və saxlanc yerindən qəpiklə təxminən 30 manat məbləğində pul aşkar edilərək götürülmüşdür. Sonradan həmin şəxslərdən ikisinin tutulmasını öyrənməklə sonuncuları tanımışlar (15-ci cild, iş vərəqi 24- 26). Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri polis serjantı Şahid6 Şahid7 ibtidai istintaqdakı ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (15-ci cild, iş vərəqi 21-23). Şahid5 ifadəsində göstərmişdir ki, 2015-ci il fevralın 12-də axşam saatlarında görüşdüyü Təqsirləndirilən şəxs, Həmid Oktay oğlu Adıgözəlov, X19 və X20 gecə vaxtı Bakı şəhəri, Xətai rayonu, 29/44-cü məhəllədə yerləşən ərzaq mağazasına daxil olub oradan müxtəlif ərzaq məhsullarının və qeyri malların oğurlayaraq öz aralarında bölüşdürüldüyünü ona bildirmişlər (5-ci cild, iş vərəqi 155). Şahid4 ifadəsində göstərmişdir ki, təqribən bir ildir ünvan 19 ünvanının qarşısında yerləşən ət mağazasında qəssab işləməklə 2018-ci il avqustun 11-də saat 23 radələrində əvvəllər tanımadığı X9 adlı şəxsdən 750 manata iki baş qoyun və dörd baş keçi alıb dükana gətirmişdir. 2018-ci il avqustun 20-də saat 09 radələrində polis işçiləri iş yerinə gələrək onun aldığı heyvanların oğurluq olduğunu bildirəndən sonra o, həmin qoyunları və keçiləri əsl sahibi Zərərçəkmiş şəxs20 təhvil vermişdir (14-cü cild, iş vərəqi 43-46). İş materiallarında olan Bakı Şəhər Baş X27 və Təhqiqat X23in İstintaqı Şöbəsinin 2018-ci il 24 sentyabr tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işininin materiallarından Təqsirləndirilən şəxs barəsində 35 cinayət faktı üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 180.2.1.-ci və 181.2.5.-ci maddələri ilə icraata ********* nömrəli cinayət işi ayrılmışdır (1-ci cild, iş vərəqi 1-6). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 14 iyun tarixli protokolun kserosurətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs31 yaşadığı ünvan 13 ünvanındakı 47 nömrəli mənzilə baxış zamanı içərisinin dağınıq vəziyyətdə olması və geyim dolabındakı qara rəngli qış paltarının cibindən 6.500 manat pulun oğurlanması müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 35-36). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin tərtib etdiyi 2015-ci il 14 iyun tarixli protokolların kserosurətlərindən görünür ki, yetkinlik yaşına çatmayan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış vaxtı üzərindən müvafiq qaydada 610 manat, habelə 500 manat və “Lenovo” markalı noutbuk aşkar olunaraq götürülmüşdür (1-ci cild, iş vərəqi 44 və 46). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2015-ci il 28 iyul tarixli 14085 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs31 məxsus 1 ədəd istifadədə olan Çin istehsallı İntel Pentium “Lenovo” markalı “G55” modelli noutbukun həmin dövrdə orta bazar qiyməti təxminən 80 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 20 manatdır (1-ci cild, iş vərəqi 127-128). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2015-ci il 19 oktyabr tarixli 19274 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, tədqiqata təqdim edilən müxtəlif markalı siqaretlərin 2015-ci il sentyabrın 10-na orta bazar qiyməti 35,5 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 20 manatdır (1-ci cild, iş vərəqi 204-206). İş materiallarındakı qəbzlərdən görünür ki, onlara məxsus marketlərdən vətəndaş Zərərçəkmiş şəxs14 oğurlanan siqaret qutularını və 30 manatlıq qəpik pulu, vətəndaş Zərərçəkmiş şəxs6 – siqaret qutularının bir hissəsini təhvil almışlar (1-ci cild, iş vərəqi 207-208). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 04 sentyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2014-cü il dekabrın 21-də saat 03 radələrində Zərərçəkmiş şəxs30 icarə əsasında işlətdiyi, Bakı şəhəri Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 127-ci sahədə yerləşən aptekin qapısının qıfılını dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq oradan 300 manat dəyərində “Acer” markalı noutbuku, 138 manat nağd pulu və 3 ədəd “pampers” markalı uşaq bezini oğurladığını göstərmiş, fotocədvəllər protokola əlavə edilmişdir (2-ci cild, iş vərəqi 30-33). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 14 fevral və 2015-ci il 04 sentyabr tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 28 ünvanındakı binanın qarşısında yerləşən ərzaq mağazasına baxış zamanı dükandan 220 manat nağd pulun, 220 manat dəyərində müxtəlif markalı siqaretlərin, 5 manat dəyərində “Snickers” şokoladlarının, 210 manat dəyərində sim, cin və nar danışıq kartlarının oğurlanması müəyyən olunmuş, sonradan ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2015-ci il fevralın 14-də saat 0230 radələrində qeyd edilən dükandan 250 manat nağd pulu, 220 manat dəyərində “Viceroy”, “Kent 8”, “West”, “Davidoff” və “Sobranie” markalı siqaretləri, 170 manat dəyərində sim, cin və nar danışıq kartlarını, 10 manat dəyərində “Hell” energetik içkilərini və 10 manat dəyərində “Snickers” şokoladlarını oğurladığını göstərmiş; fotocədvəl və fotoşəkillər müvafiq protokollara əlavə edilmişdir (2-ci cild, iş vərəqi 49-53 və 97-102). İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminaslitik Tədqiqatlar İdarəsinin 2015-ci il 06 aprel tarixli 11/u-627 №-li məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 28 ünvanındakı binanın qarşısında yerləşən ərzaq mağazasındakı oğurluq faktı ilə bağlı olan əl-barmaq izlərindən 5 ədədinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sağ əlinin orta, adsız və çeçələ barmaqları vasitəsilə qoyulması müəyyən edilmiş, çıxarış məktuba əlavə edilmişdir (2-ci cild, iş vərəqi 82-84). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 14 fevral, 2015-ci il 11 aprel və 2015-ci il 14 aprel tarixli protokollardan görünür ki, baxış vaxtı Zərərçəkmiş şəxs23 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolunda yerləşən «Zeynəb» marketindəki əşyaların üzəri tozla örtülü olduğundan əlbarmaq izlərinin götürülməsi qeyri-mümkün olmuş, sonradan ifadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2015-ci il fevralın 23-də saat 04 radələrində oradan bilmədiyi sayda siqaret, nağd pul, danışıq kartları və kompüter; 2015ci il martın 25-də saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, 39 «a» saylı evin həyətyanı sahəsindəki anbardan samovar, tövlədən 100 metrlik elektrik naqili və təmir alətləri oğurladığını göstərmiş; fotocədvəllər müvafiq protokollara protokola əlavə edilmişdir (2-ci cild, iş vərəqi 123-126,145-148 və 205-206). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 27 mart tarixli protokoldan görünür ki, ünvan 20 ünvanına baxış zamanı heç bir əl-barmaq izi müəyyən olunmamış, fotocədvəl protokola əlavə edilmişdir (2-ci cild, iş vərəqi 180- 182). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin tərtib etdiyi 2015-ci il 11 yanvar tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1 nömrəli Zeytun sovxozu, Qala məhləsi, nömrəsiz evdə yaşayan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 1 ədəd “Huavei Ascend” markalı Y511 modelli, 1 ədəd “Nokia” markalı X6 modelli mobil telefonları, 1 ədəd bozqara rəngli metaldan hazarlanan, bir tərəfi küt, digər tərəfi kəsici olan, açılıb-qatlanan, üzərində “Columbia chang jang” yazısı olan bıçağı və 1 ədəd boz rəngli metaldan hazırlanan, bir tərəfi küt, digər tərəfi kəsici olan bıçağı təqdim etmişdir (3-cü cild, iş vərəqi 5). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 11 yanvar tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2015-ci il yanvarın 09-da saat 22 radələrində Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 1 nömrəli Zeytun sovxozunun ərazisindəki dairəvi yolda Zərərçəkmiş şəxs36 hücum edib boğaz nahiyəsinə silah qismində istifadə etdiyi bıçaq dirəyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın etməklə həmin şəxsə məxsus 60 manat dəyərində “Nokia” markalı X6 modelli mobil telefonu və 5 manat nağd pulu ələ keçirərkən quldurluq etdiyini göstərmiş, fotocədvəl protokola əlavə edilmişdir (3-cü cild, iş vərəqi 26-28). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin 2015-ci il 12 yanvar tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (3-cü cild, iş vərəqi 37-38). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 12 yanvar tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs36 təqdim edilən mobil telefonlar arasından ona məxsus “Nokia” markalı X6 modelli mobil telefonu tanımışdır (3-cü cild, iş vərəqi 47-48). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2015-ci il 06 fevral tarixli 1587 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 ədəd 2009-cu ildə Macarıstan istehsallı “Nokia” markalı X6 modelli mobil telefonun orta bazar qiyməti 60 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 20 manatdır (3-cü cild, iş vərəqi 58-59). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2015-ci il 09 fevral tarixli 1557 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən zavod üsulu ilə hazırlanmaqla bir tərəfi kəsici, ucu batıcı xassəyə malik xüsusi təyinatlı turist bıçağı və kustar üsulu ilə hazırlanmaqla bir tərəfi kəsici, ucu batıcı xassəyə malik təsərrüfat-məişət təyinatlı cib bıçağı soyuq silah hesab olunmur, ekspertiza tədqiqatının dəyəri 73 manatdır (3-cü cild, iş vərəqi 61-63). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına dair 2015-ci il 09 aprel tarixli 474 saylı ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmiş; ittiham olunduğu əməl dövründə onda hər hansı bir psixi xəstəliyin əlamətləri və psixi fəaliyyətin müvəqqəti pozulması aşkar edilməmiş, sonuncu həmin müddətdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də o, törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicüyü ehtiyacı yoxdur (3cü cild, iş vərəqi 64-67). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin 2015-ci il 09 fevral tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs götürülən Özbəkistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs36 məxsus 1 ədəd “Nokia” markalı X6 modelli mobil telefon və cinayətin törədilməsində istifadə edilən 1 ədəd “Columbia” markalı bıçaq maddi sübut qismində tanınmışdır (3-cü cild, iş vərəqi 67 «a»). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 17 yanvar tarixli protokoldan görünür ki, təqdim edilən 1 ədəd “Huavei Ascend” markalı Y511 modelli, ağ rəngli korpusu olan mobil telefona baxış keçirilərkən cihazın ortasından əyilməsi, şüşəsinin sındırılması və elektrik mənbəyi olan batereyasının olmaması müəyyən olunmuş, fotocədvəllər protokola əlavə edilmişdir (3-cü cild, iş vərəqi 99-102). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 13 yanvar tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs37 təqdim edilən şəxslər arasından 2014-cü il dekabrın 21-də saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki 1 nömrəli Zeytun sovxozunun ərazisində onun əlindən telefonunu alıb qaçan şəxslərdən biri olan ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs tanımış, sonuncu isə dostu Vüsal adlı şəxs ilə birlikdə tanıyan şəxsin dediyini təsdiq etmiş, fotocədvəlin kserosurətləri müvafiq protokola əlavə edilmişdir (3-cü cild, iş vərəqi 114-115 və 118-122). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2015-ci il 23 fevral tarixli 1586/3924 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilən mobil telefonun üzərində bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik sınma, qopma və əzilmə zədələri mövcuddur, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (3-cü cild, iş vərəqi 148-150). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin 2015-ci il 28 fevral tarixli qərarından görünür ki, “Huavei Ascend” markalı Y511 modelli mobil telefon maddi sübut kimi tanınaraq saxlanılmaq üçün həmin polis idarəsinə verilmişdir (3-cü cild, iş vərəqi 151). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin tərtib etdiyi 2014-cü il 16 dekabr və 2015-ci il 15 yanvar tarixli protokollardan, 2015-ci il 03 mart tarixli qərarından, habelə qəbzdən görünür ki, baxış zamanı və ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan şahid Təqsirləndirilən şəxs 2014-cü il dekabrın 14-də saat 05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, nömrəsiz evin birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus «İnci» ərzaq mağazasından oğurladığını göstərdiyi çoxlu sayda müxtəlif növ mallardan 7 ədəd “Jaguar” və 1 ədəd “Hell” energetik içkiləri, 53 ədəd “Winston”, 20 ədəd “Sobranie”, 6 ədəd “Kent 8”, 10 ədəd «“West Compact”, 48 ədəd “LD”, 10 ədəd olan “P&S”, 1 ədəd “More”, 2 ədəd “Camel”, 3 ədəd “Kent 4”, 20 ədəd “Viceroy”markalı siqaretlər, 4 ədəd “Maşa i Medved” şokoladı maddi sübut kimi tanınaraq zərər çəkmiş şəxsə qaytarılmışdır (3-cü cild, iş vərəqi 167, 196-201 və 232 «a-b»,«c»). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2015-ci il 12 yanvar tarixli 24529 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən ərzaq mallarının 2014-cü ilin dekabr ayına orta bazar qiyməti ümumilikdə təxminən 225,5 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 20 manatdır (3-cü cild, iş vərəqi 203-205). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 31 mart tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, 8 nömrəli binanın qarşısında yerləşən ərzaq mağazasına baxış keçirilərkən hadisə yerindən 1 ədəd qara rəngli bıçaq və 2 ədəd asma qıfıl götürülmüşdür (4-cü cild, iş vərəqi 3-5). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 29 yanvar və 2015-ci il 04 iyun tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs27 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 2 «v» ünvanında yerləşən «Çənlibel» ərzaq mağazasına baxış keçirildikdə 500 manat nağd pulun, “Kent”, “West”, “LD” markalı siqaretlərin və “Snickers” şokoladlarının oğurlanması müəyyən edilmiş, 6 ədəd əl-barmaq izi aşkar olunaraq götürülmüş, sonradan ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2015-ci il yanvarın 29da saat 03 radələrində həmin dükandan çoxlu sayda energetik içki, siqaret və şokolad oğurladığını göstərmiş, fotocədvəllər müvafiq protokollara əlavə edilmişdir (4-cü cild, iş vərəqi 43-51 və 84-87). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 11 fevral, 2015-ci il 17 fevral və 2015-ci il 20 fevral tarixli protokollardan görünür ki, yuxarıda qeyd edilən tarixdə və saatda baş verən oğurluq faktı ilə əlaqədar Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 «a» ünvanında yerləşən «Ramal» marketinə baxış keçirilərkən hadisə yerindən 1.600 manat dəyərində ərzaq məhsullarının oğurlanması müəyyən olunmuş, sonradan ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tanışı X24 ilə bərabər həmin mağazadan çoxlu sayda siqaret və ərzaq malları oğurladığını göstərmiş, fotocədvəllər müvafiq protokollara əlavə edilmişdir (5-ci cild, iş vərəqi 7-10, 40-41 və 65-67). İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminaslitik Tədqiqatlar İdarəsinin 2015-ci il 16 fevral tarixli 11/k-325 №-li və 2015-ci il 19 fevral tarixli 11/k-370 №-li məktublarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, bina 76 «a», «Ramal» və ünvan 21 ünvanında yerləşən «Münasib» marketlərindəki oğurluq faktları ilə bağlı daxil olan əl-barmaq izlərindən birinci halda 2 ədədinin X4 əlinin böyük və sol əlinin böyük barmaqları, ikinci halda 1 ədədinin sonuncunun sağ baş barmağı vasitəsi ilə qoyulması müəyyən olunmuş, çıxarışlar məktublara əlavə edilmişdir (5-ci cild, iş vərəqi 24-26; 6-cı cild, iş vərəqi 111-113). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 12 fevral tarixli protokoldan görünür ki, yuxarıda qeyd edilən tarixdə və saatda baş verən oğurluq faktı ilə əlaqədar Zərərçəkmiş şəxs22 məxsus Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllə, 96 «s» ünvanında yerləşən ərzaq mağazasına baxış keçiriləndə hadisə yerindən 1.423,9 manat dəyərində ərzaq məhsullarının və 100 manat nağd pulun oğurlanması müəyyən olunmuş, fotocədvəlin kserosurəti protokola əlavə edilmişdir (5-ci cild, iş vərəqi 116-119). İş materiallarındakı İ-AZ seriyalı 122324 nömrəli doğum və AZ-İ seriyalı 829158 nömrəli ölüm haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2000-ci il aprelin 09-da anadan olmuş, anası Könül Cümşüd qızı Mgəhərrəmova 2016-cı il avqustun 27-də xəstəlikdən vəfat etmişdir (5-ci cild, iş vərəqi 151; 14-cü cild, iş vərəqi 191). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 24 fevral tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tanışı X24 ilə birlikdə 2014-cü il dekabrın 16-da saat 02 radələrində Zərərçəkmiş şəxs24 məxsus Bakı şəhəri, Xətai rayonu, Şirvani küçəsi, 14 ünvanında yerləşən ərzaq mağazasından çoxlu sayda siqaret oğurladığını göstərmiş, fotoşəkillər protokola əlavə edilmişdir (5-ci cild, iş vərəqi 208-209). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin tərtib etdiyi 2015-ci il 28 yanvar tarixli protokoldan, Bakı şəhəri Xətai Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 02 yanvar, 2015-ci il 23 fevral və 2015-ci il 28 mart tarixli protokollardan görünür ki, baxış vaxtı yuxarıda qeyd edilən tarixlərdə və saatlarda baş verən oğurluq faktları ilə əlaqədar Zərərçəkmiş şəxs33 məxsus Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 41 ünvanında yerləşən ərzaq mağazasından 600 manat dəyərində müxtəlif markalı siqaretlərin, 500 manat dəyərində sim, cin və nar danışıq kartlarının və 180 manat nağd pulun, X18 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 830 ünvanında yerləşən inşaat malları mağazasının qarşısındakı köməkçi sahədən 2 ədəd əl yük arabasının, 12 ədəd 2,5 metrlik alüminium profilinin və 5 ədəd qara rəngli plastmas vannanın oğurlanması müəyyən olunmuş, fotocədvəl müvafiq protokola əlavə edilmiş, sonradan ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs birinci halda 180 manat nağd pul və çoxlu sayda müxtəlif markalı siqaret, ikinci halda 12 ədəd alüminium profili və 5 ədəd kauçuk vanna oğurladığını göstərmiş, fotocədvəl və fotoşəkillər müvafiq protokollara əlavə edilmişdir (6-cı cild, iş vərəqi 9-10, 35-36, 46 və 68-70). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 09 fevral, 2015-ci il 13 fevral, 2015-ci il 05 aprel, 2015-ci il 12 aprel və 2015-ci il 17 aprel tarixli protokollardan görünür ki, baxış zamanı yuxarıda qeyd edilən tarixlərdə və saatlarda baş verən oğurluq faktları ilə əlaqədar Zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 91 ünvanındakı «Münasib» marketindən 400 manat dəyərində müxtəlif markalı siqaretlərin, 80 manat dəyərində 40 ədəd “Red Bull” energetik içkisinin, 67 manatlıq qəpik pulun, 400 manat dəyərində mobil telefon danışıq kartlarının və 100 manat dəyərində müxtəlif növ ərzaq məhsullarının; Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 19 ünvanında yerləşən ayaqqabı mağazasından 800 manat dəyərində 38 ədəd bir tayın və 28 cüt ayaqqabının; Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 34 ünvanında yerləşən ərzaq mağazasından 530 manat dəyərində müxtəlif markalı siqaretlərin, “Red Bull” energetik içkisinin və “Snickers” şokoladlarının, 30 manat nağd pulun oğurlanması müəyyən olunmuş; sonradan ifadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sadalanan malları və nağd pulu birinci halda tanışları X24 və Fərid adlı şəxs, ikinci halda yalnız X24 ilə bərabər, üçüncü halda tək özünün oğurladığını göstərmiş, fotocədvəllər və fotoşəkillər müvafiq protokollara əlavə edilmişdir (6-cı cild, iş vərəqi 94-99, 149-152, 161-162, 201-203, 212-213 və 251-253). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2015-ci il 02 aprel tarixli 4439 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilən ərzaq mallarının 2015-ci ilin fevral ayına orta bazar qiyməti təxminən 22,7 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 20 manatdır (6-cı cild, iş vərəqi 146-149). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 17 fevral, 2015-ci il 06 mart, 2015-ci il 01 sentyabr, 2015-ci il 10 sentyabr və 2015-ci il 17 sentyabr tarixli protokollardan görünür ki, baxış vaxtı yuxarıda qeyd edilən tarixlərdə və saatlarda baş verən oğurluq faktları ilə əlaqədar Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki 131 saylı Mənzil-Kommunal İstismar Sahəsindən 2 ədəd əl-barmaq izi aşkar olunaraq götürülmüş; Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, 25 ünvanındakı ərzaq mağazasında əl-barmaq izləri aşkar olunmamış; Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən ərzaq mağazasına qapısının qıfılının birləşdiyi dəmir halqaların sındırılması yolu ilə girilməsi, Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisindəki «Rəşad» marketinin qapısının açıq olmaqla üzərindəki qıfılın bağlı olması, kassa aparatının açıq vəziyyətdə olması və Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisindəki «Həyat» marketinin sağ küncündə şəkər tozunun dağıntısı ilə boş qutular müəyyən edilmiş; sonradan ifadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki Südçülük sovxozunun ərazisində yerləşən nömrəsiz evin hasarının mişar daşları arasında gizlətdiyi 11 ədəd cin və 2 ədəd sim danışıq kartlarını təqdim edərək bunların, habelə müxtəlif tütün məmulatlarının və qəpiklərin tanışları X28 və X29 ilə birgə adı çəkilən marketlərdən, həmçinin 2015-ci il yanvar ayının əvvəllərində saat 04 radələrində Zərərçəkmiş şəxs34 məxsus Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki «Atçılıq» yaşayış sahəsində yerləşən mağazadan pul, müxtəlif danışıq kartları, tütün məmulatları; 2015-ci il fevralın 17-də saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki 131 saylı Mənzil-Kommunal İstismar X1 Mirzəyevə məxsus 1 ədəd televizor və 1 ədəd “Toshiba” markalı noutbuk; 2015-ci il fevralın 27-də saat 0030 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, 25 ünvanında yerləşən ərzaq mağazasından müxtəlif markalı siqaretlər və qəpik pul; 2015-ci il sentyabrın 01-də saat 02 radələrində Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən ərzaq mağazasından nağd pul və tütün məmulatları; 2015-ci il sentyabrın 03-də saat 02 radələrində Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki 117 saylı məktəbin yaxınlığında yerləşən ərzaq mağazasından nağd pul, müxtəlif ərzaq məhsulları və tütün məmulatları; 2015-ci il sentyabrın 09-da saat 01 radələrində Zərərçəkmiş şəxs35 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, «Bakavtomat yolu» deyilən ərazidəki mağazadan nağd pul, müxtəlif markalı spirtli içkilər, ərzaq məhsulları və tütün məmulatları, paltar oğurladığını göstərmiş; fotocədvəllər və fotoşəkillərin kserosurətləri müvafiq protokollara əlavə edilmişdir (7-ci cild, iş vərəqi 7-10, 16-19, 121-123 130-143, 150-153 və 240-244; 8-ci cild, iş vərəqi 28-33). İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminaslitik Tədqiqatlar İdarəsinin 2015-ci il 26 fevral tarixli 11/n-418 №-li və 2015-ci il 05 sentyabr tarixli 11/k-1535 №-li məktublarından görünür ki, yuxarıda qeyd edilən tarixlərdə və saatlarda baş verən oğurluq faktları ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki 131 saylı Mənzil-Kommunal İstismar Sahəsində aşkarlanmış əl-barmaq izlərinin ümumi və xüsusi əlamətləri, izlərin məkəzi və deltası aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır; Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3 «c» ünvanında yerləşən ərzaq mağazasında aşkar edilən əl-barmaq izlərindən 2 ədədinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sol əlinin ovucu və adsız barmağı ilə eynilik təşkil etməsi müəyyən olunmuş, çıxarış müvafiq məktuba əlavə edilmişdir (8-ci cild, iş vərəqi 34; 9-cu cild, iş vərəqi 45-46). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 15 iyun tarixli və Bakı şəhəri Xətai Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 30 avqust tarixli protokolların kserosurətlərindən görünür ki, baxış zamanı yuxarıda qeyd edilən tarixlərdə və saatlarda baş verən oğurluq faktları ilə əlaqədar Zərərçəkmiş şəxs28a məxsus ünvan 13 «b» ünvanındakı 93 nömrəli mənzildən Samsung” markalı “LE46D550” modelli televizorun, şalvar kəmərinin, “Chanel Blue” markalı ətirin, Sazz” markalı modemin, 1 cüt “Gold Step” və 3 cüt “Armani” markalı kişi ayaqqabısının; Zərərçəkmiş şəxs25 məxsus Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3 «c» ünvanında yerləşən ərzaq mağazasından 300 manat nağd pulun, 1.700 manat dəyərində müxtəlif markalı siqaretlərin və 150 manat dəyərində müxtəlif növ spirtli içkilərin oğurlanması müəyyən olunmuş, fotocədvəllərin kserosurətləri protokollara əlavə edilmişdir (8-ci cild, iş vərəqi 198-204; 9-cu cild, iş vərəqi 34-40). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2015-ci il 14 dekabr tarixli 24436 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, təqdim edilən “Samsung” markalı “LE46D550” modelli televizorun həmin dövr üçün orta bazar qiyməti təxminən 500 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 30 manatdır (8-ci cild, iş vərəqi 242-243). İş materiallarındakı 2015-ci il 12 dekabr tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs28 «Samsung» markalı LE46D550 modelli televizoru təhvil almışdır (8-ci cild, iş vərəqi 244). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2015-ci il 05 oktyabr, 2015-ci il 11 dekabr, 2016-cı il 06 fevral, 2016-cı il 12 fevral, 2016-cı il 13 fevral və 2016-cı il 14 fevral tarixli protokollardan görünür ki, baxış vaxtı yuxarıda qeyd edilən tarixlərdə və saatlarda baş verən oğurluq faktları ilə əlaqədar Zərərçəkmiş şəxs18 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov küçəsi, 13 «a» ünvanındakı «Nail» marketindən 200 ədəd müxtəlif markalı siqaretlərin və 23 ədəd “Hell” energetik içkisinin, Zərərçəkmiş şəxs26 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, 40 nömrəli evin arxasında yerləşən ərzaq mağazasından 600 manat dəyərində “Viceroy”, “Kent”, “LD”, “West”, “Classic”, “Prima”, “Winston” markalı siqaretlərin, 40 manat dəyərində sim, cin və nar danışıq kartlarının, 70 manat dəyərində kolbasanın və sosislərin, 30 ədəd “Snickers” şokoladının, 10 ədəd “Hell” energetik içkisinin, 300 manat nağd pulun və 50 manatlıq qəpik pulun, Zərərçəkmiş şəxs17 məxsus Bakı şəhəri Suraxanı rayonunun Qum adasındakı nömrəsiz evin divarda quraşdırılan elektrik naqillərini kəsilib 1.000 manat məbləğində maddi ziyan vurularaq oğurlanması müəyyən olunmuş; sonradan ifadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin cinayətləri 2015-ci il oktyabrın 05-də saat 03 radələrində tanışı X12 ilə birlikdə, 2015-ci il dekabrın 11-də saat 03 radələrində və 2016-cı il fevralın 06-da saat 02 radələrində təkbaşına törətdiyini bildirsə də ikinci halda müxtəlif markalı siqaretlər, kolbasalar, “Snickers” şokoladları, “Hell” energetik içkisi və 20 manatlıq qəpik pul istisna olmaqla başqa heç nə oğurlamadığını göstərmiş; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs26 ilə üzləşdirilərkən dediklərini təsdiq etmiş; fotocədvəllər və fotoşəkillər, fotocədvəllərin kserosurətləri və surətləri müvafiq protokollara əlavə edilmişdir (10-cu cild, iş vərəqi 9-10, 47-50, 100-105, 119-124 və 189-196). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2016-cı il 31 yanvar tarixli protokoldan görünür ki, baxış zamanı 2016-cı il yanvarın 30-da saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qum adasında yerləşən nömrəsiz evdən 600 metr uzunluğundakı ümumi 900 manat dəyərində elektrik naqilinin oğurlanması müəyyən olunmuş; fotocədvəl protokola əlavə edilmişdir (11-ci cild, iş vərəqi 40-43). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2016-cı il 04 mart, 2016-cı il 21 mart və 2016-cı il 25 may tarixli protokollardan görünür ki, ifadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tanışı X12 ilə bərabər 2015-ci il oktyabrın 29-da saat 04 N radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz evin həyətində yerləşən ərzaq mağazasından müxtəlif markalı siqaretlər və 17 manatlıq qəpik pul; təkbaşına 2016cı il yanvarın 30-da saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qum adasında yerləşən nömrəsiz evdən elektrik naqilləri və 2015-ci il noyabrın 08-nə keçən gecə saat 0730-dək olan müddət ərzində Zərərçəkmiş şəxs21 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsindəki nömrəsiz evin qarşısında yerləşən ərzaq mağazasından müxtəlif markalı siqaretlər, soyuducudakı toyuqları və sair oğurladığını göstərmiş; fotocədvəl və fotoşəkillər protokollara əlavə edilmişdir (10-cu cild, iş vərəqi 258-261; 11-ci cild, iş vərəqi 66-69 və 157-158). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2016-cı il 22 mart tarixli protokoldan, habelə 2016-cı il 23 mart tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən ərzaq mağazasındakı müşahidə kamerasına baxış keçirilərkən 2015-ci il sentyabrın 29-da saat 0422-dən saat 0436-dək olan müddət ərzində 16-20 yaşlarında iki nəfərdən birinin ətrafa nəzər saldıqdan sonra dükanın içərisinə daxil olmaqla kameranın kabelini yerindən çıxarması müəyyən olunmuş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs videogörüntüdəki şəxslərin özü və tanışı X12 olmalarını, kameranın kabelini özünün yerindən sökdüyünü göstərmiş, 1 ədəd CD diski protokola əlavə edilərək maddi sübut kimi tanınmışdır (10-cu cild, iş vərəqi 276-277). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2016-cı il 12 iyul tarixli 14782/83 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilən 1 ədəd göy qaşlı gümüşü rəngli, çəkisi 4,16 qram olan bujiteriya üzüyün həmin dövrə orta bazar qiyməti 1 manat; 1 ədəd sirkon qaşlı, 585 əyarlı, çəkisi 3,23 qram olan qızıl üzüyün – 129 manatdır, ekspertiza tədqiqatının dəyəri 30 manat təşkil edir (11-ci cild, iş vərəqi 228-230). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin tərtib etdiyi 2015-ci il 30 sentyabr tarixli protokoldan, habelə Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin 2016-cı il 05 iyul tarixli tarixli qərarından görünür ki, baxış vaxtı 2015-ci il sentyabrın 20-də saat 02 radələrində Zərərçəkmiş şəxs32 məxsus ünvan 15 ünvanının yanında yerləşən mağazandan hər birinin qiyməti 4 manat olan 2 ədəd “Səba” markalı toyuğun, 0,7 manat olan 6 ədəd oyun kartının, 0,6 manat olan 8 paçka günəbaxan tumun, 40 manatlıq qəpik pulun, 500 manat dəyərində müxtəlif sayda “West”, “Classic”, “Winston”, “LD”, “Viceroy” markalı siqaretlərin, 150 manat dəyərində müxtəlif sayda “Hell”, “Red Bull”, “Jaguar” və “Revo” markalı energetik içkilərin, 17 manat dəyərində şirniyyatın, 1 manat dəyərində 1 paçka salfetkanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması müəyyən olunmuş, fotocədvəlin kserosurəti protokola əlavə edilmiş; həmin faktla bağlı aşkar edillən siqaretlər, energetik içkilər, oyun kartı, tum və 1 ədəd salfetka maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün sahibinə təhvil verilmişdir (12-ci cild, iş vərəqi, 15-17 və 67). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2016-cı il 29 fevral tarixli 4556 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, X7 aşkarlanan siqaretlərin, energetik içkilərin, oyun kartının, tumun və salfetkanın ümumi dəyəri 64,3 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 30 manatdır (12-ci cild, iş vərəqi, 40-42). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2018-ci il 23 mart, 2018-ci il 05 aprel, 2018-ci il 11 iyun, 2018-ci il 11 avqust və 2018-ci il 27 oktyabr tarixli protokollardan, habelə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin tərtib etdiyi 2018-ci il 03 aprel tarixli protokoldan görünür ki, baxış vaxtı yuxarıda qeyd edilən tarixlərdə və saatlarda baş verən oğurluq faktları ilə əlaqədar Zərərçəkmiş şəxs19 məxsus ünvan 17 ünvanında yerləşən «Məhəllə» marketindən xeyli sayda tütün məmulatlarının, energetik içkilərin və pulun; Zərərçəkmiş şəxs20 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozundakı nömrəsiz evinin həyətində yerləşən sonuncuya məxsus tövlədən 5.400 manat dəyərində 18 baş qoyunun, 450 manat dəyərində 3 baş keçinin və 400 manat dəyərində 4 baş çəpişin oğurlanması müəyyən olunmuş; sonradan ifadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs 2018-ci il martın 23-də saat 02 radələrində yuxarıda göstərilən ünvanındakı «Məhəllə» marketindən kağız və dəmir pul, siqaret, konserva, tum; 2018-ci il avqustun 11-də saat 02 radələrində tanışı X9 ilə bərabər yuxarıda qeyd edilən ünvanındakı tövlədən 12 baş qoyun və 7 baş keçi oğurladığını bildirmiş; fotocədvəllər müvafiq protokollara əlavə edilmiş; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 adı çəkilən marketdən oğurlur faktı ilə bağlı verdiyi 1 ədəd CD diski və şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, üzərində “Super Lighter” yazılan 38 ədəd alışqan götürülmüşdür (13-cü cild, iş vərəqi 04-08, 162 və190-196; 14-cü cild, iş vərəqi 06-13 və107-112). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 22 may tarixli 11462 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilən 1 ədəd Çin istehsalı, üzərində “Super Lighter” yazısı olan narıncı rəngli alışqanın 2018-ci ilin mart ayına orta bazar qiyməti 0,5 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 20 manatdır (13-cü cild, iş vərəqi 172-173). İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 2017-ci il dekabrın 25-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (12-ci cild, iş vərəqi 155-156; 13-cü cild, iş vərəqi 167-168). İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2016-cı il 23 avqust tarixli hökmü əsasında X21 Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü və 177.2.4.-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur (12-ci cild, iş vərəqi 186-193). İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2018-ci il 02 fevral tarixli hökmünə əsasən Həmid Oktay oğlu Adıgözəlov Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci və 177.2.3.-cü maddələri, X19 və X20 Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib müvafiq qaydada 3.300 manat, 3.000 manat və 3.000 manat miqdarında cərimə cəzasına məhkum olunmuşlar, Azərbaycan Respublikasının CM-nin 69.4.-cü maddəsinə uyğun olaraq onların hər birinin şübhəli şəxs qismində saxlandığı 2 gün nəzərə alınmaqla həmin şəxslərin cəzaları yüngülləşdirilib üzərlərində qəti olaraq müvafiq surətdə 3.100 manat, 2.800 manat və 2.800 manat miqdarında cərimə cəzası saxlanılmışdır (12-ci cild, iş vərəqi 194-198). İş materiallarından görünür ki, 2016-cı il sentyabrın 29-da X29 Bakı şəhərinin Xəzər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib 4.000 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 69.4.-cü maddəsinə əsaslanaraq sonuncu ev dustaqlığında saxlandığı 2 gün nəzərə alınmaqla həmin şəxsin cəzası yüngülləşdirilib üzərində qəti cəza kimi 1.500 manat miqdarında cərimə saxlanılmışdır (13cü cild, iş vərəqi 240-247). İş materiallarından həmçinin görünür ki, X11 və X15 də məhkəməyə verilərək məhkum olunmuşlar (15-ci cild, iş vərəqi 310). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon X27 Şöbəsinin tərtib etdiyi 2018-ci il 03 aprel tarixli protokoldan və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2018-ci il 05 aprel tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3.-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs kimi tutulduqdan 02 gün sonra barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina olunmaqla o, məhkəmə zalında azad edilmişdir (13-cü cild, iş vərəqi 48 və 140-141). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2018-ci il 27 oktyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəli 2018-ci il oktyabrın 26-dan hesablanmaqla barəsində 02 ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir (14-cü cild, iş vərəqi 137). İş materiallarındakı Bakı Şəhər Baş X27 və Təhqiqat X23in İstintaqı Şöbəsinin 2019cu il 06 iyul tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.2.2.-ci və 181.2.5.-ci maddələri ilə tövsif edilərək ona yeni ittiham elan edilmiş, ********* №li cinayət işinin materiallarından X24 barəsində 16 cinayət faktı üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 177.3.2.-ci və 326.2.-ci; X28 barəsində 2 cinayət faktı üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci və 177.2.3.-cü; X33 barəsində 1 cinayət faktı üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.3.-cü və 177.2.4.-cü; X31 barəsində 5 cinayət faktı üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.ci, 177.2.3.-cü, 177.2.4.-cü və 29,177.3.2.-ci, 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü; X12 barəsində 4 cinayət faktı üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci və 177.2.3.-cü; X30 və X5 barəsində 1 cinayət faktı üzrə Azərbaycan Respublikasının CMnin 177.2.1.-ci və 177.2.3.-cü; X9 barəsində 1 cinayət faktı üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3.-cü; Şahid1 barəsində 2 cinayət faktı üzrə; X10 barəsində 1 cinayət faktı üzrə; Vüsal adlı şəxs barəsində 1 cinayət faktı üzrə; Fərid adlı şəxs barəsində 3 cinayət faktı üzrə; Namiq adlı şəxs barəsində 3 cinayət faktı üzrə və Hüseyn adlı şəxs barəsində 1 cinayət faktı üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü və 177.2.4.-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (15-ci cild, iş vərəqi 115-157). İş materiallarındakı Bakı Şəhər Baş X27 və Təhqiqat X23in İstintaqı Şöbəsinin 2019cu il 06 iyul tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.2.2.-ci və 181.2.5.-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir (15-ci cild, iş vərəqi 168-178). Məhkəməyə təqdim olunan 2019-cu il 30 sentyabr, 2019-cu il 07 oktyabr, 2019-cu il 14 oktyabr, 2019-cu il 21 oktyabr, 2019-cu il 22 noyabr, 2019-cu il 25 noyabr, 2019-cu il 02 dekabr, 2020-ci il 29 yanvar, 2020-ci il 30 yanvar və 2020-ci il 02 fevral tarixli ərizələrdən və teleqramlardan, cinayət işindəki ifadələrdən görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7 (1-cı epizod), Zərərçəkmiş şəxs24 (2-ci epizod), Zərərçəkmiş şəxs27 (9-cu epizod), Zərərçəkmiş şəxs10 (11-ci epizod), Zərərçəkmiş şəxs22 (12-ci epizod), Zərərçəkmiş şəxs5 (15-ci epizod), Zərərçəkmiş şəxs1 (16-cı epizod), Zərərçəkmiş şəxs8 (18-ci epizod), Zərərçəkmiş şəxs3 (19-cu epizod), Zərərçəkmiş şəxs29 (20-ci epizod), Zərərçəkmiş şəxs16 (25-ci epizod), Zərərçəkmiş şəxs35 (26-cı epizod), Zərərçəkmiş şəxs32 (29-cu epizod), Zərərçəkmiş şəxs4 (31-ci epizod) və Zərərçəkmiş şəxs17 (35-ci epizod), zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs33 hüquqi varisi X26 (5-ci epizod) Təqsirləndirilən şəxsla barışmışlar, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.2.2.-ci və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.cü, 181.2.2.-ci və 181.2.5-ci maddələri ilə düzgün tövsif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, sonuncunun qismən etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin və şahidin ifadələri, eləcə də məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı tam və qismən etirafedici, zərər çəkmiş şəxslərin və şahidlərn ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs 37 sayda cinayət əməlinin 36-nı yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərər çəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, gənc olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məq-sədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilib Təqsirləndirilən şəxs həmin Məcəllənin 181.2.2.-ci və 181.2.5-ci maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olun-maqla onun islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan məhkumlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 28 iyun tarixli 2 saylı Qərarının 12-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən, xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi ağır cinayətə görə hökm çıxarılan vaxt yetkinlik yaşına çatdığı üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 2018-ci il aprelin 03-dən 05dək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının CM-nin 180.2.-ci maddəsinin tələblərinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs30 (4-cü epizod) 463 manat, Zərərçəkmiş şəxs36 (6-cı epizod) 5 manat, Zərərçəkmiş şəxs34 (7-ci epizod) 450 manat, X18 (8-ci epizod) 130 manat, Zərərçəkmiş şəxs13 (10-cu epizod) 1.047 manat, Zərərçəkmiş şəxs9 (13-cü epizod) 800 manat, Zərərçəkmiş şəxs12 (14-cü epizod) 560 manat, Zərərçəkmiş şəxs23 (17-ci epizod) 1.715,9 manat, Zərərçəkmiş şəxs28a (21-ci epizod) 865 manat, Zərərçəkmiş şəxs31 (22ci epizod) 4.790 manat, Zərərçəkmiş şəxs25 (23-cü epizod) 2.150 manat, Zərərçəkmiş şəxs15 (24-cü epizod) 270 manat, Zərərçəkmiş şəxs6 (27-ci epizod) 1.108,3 manat, Zərərçəkmiş şəxs14 (28-ci epizod) 540,9 manat, Zərərçəkmiş şəxs18 (30-cu epizod) 1.000 manat, Zərərçəkmiş şəxs21 (32-ci epizod) 2.000 manat, Zərərçəkmiş şəxs26 (33-cü epizod) 1.085 manat, Zərərçəkmiş şəxs2 (34-cü epizod) 900 manat, Zərərçəkmiş şəxs19 (36-cı epizod) 1.313,1 manat, Zərərçəkmiş şəxs20 (37-ci epizod) 5.500 manat məbləğində vurulan maddi ziyan ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, zərər çəkmiş şəxslər cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək dəyən maddi ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikasının CPM-nin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədıyin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs17, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs33 hüquqi varisi X14 Təqsirləndirilən şəxsla barışdışlarını, ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə təhvil verilən oğurluq epizodları üzrə 1 ədəd salfetka, 2 ədəd “Winston”, 4 ədəd “Classic”, 7 ədəd qara “Classic”, 7 ədəd “LD”, 6 ədəd nazik “Viceroy”, 2 ədəd qalın ağ “Viceroy”, 4 ədəd “West Compact”, 3 ədəd qalın “West” markalı siqaretlər, 2 ədəd 250 ml-lik “Hell”, 3 ədəd 250 ml-lik “Red Bull”, 1 ədəd 500 ml-lik “Jaguar”, 1 ədəd “Revo” markalı sərinləşdirici içkilər, 6 ədəd oyun kartı, 2 ədəd “Mister tum” markalı günəbaxan tumu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs32, üzərində “Super Lighter” yazısı olan 38 ədəd alışqan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19; soyğunçuluq epizodu üzrə “Huavei Ascend” markalı Y511 modelli mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs37; quldurluq epizodu üzrə “Nokia” markalı X6 modelli mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs36 qaytarılmalı; quldurluq epizodu üzrə silah qismində istifadə edilməklə 1 ədəd boz-qara rəngli metaldan hazırlanan, açılıb-qatlanan və üzərində “Columbia chang jang” yazısı olan bıçaq məhv edilməli; oğurluq epizodu üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus ərzaq mağazasındakı müşahidə kamerasından videogörüntüyə dair 1 ədəd CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 383 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəməyə təqdim olunan hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 96 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 576 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2018-ci il oktyabrın 26-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü və 177.2.4.-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə, Azərbaycan Respublikasının CM-nin 180.2.1.-ci, 180.2.2.-ci və 180.2.4.-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətinə, Azərbaycan Respublikasının CM-nin 181.2.2.-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2018-ci il aprelin 03-dən 2018-ci il aprelin 05-dək tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2018-ci il oktyabrın 26-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs30 463 manat, Zərərçəkmiş şəxs36 5 manat, Zərərçəkmiş şəxs34 450 manat, X18 130 manat, Zərərçəkmiş şəxs13 1.047 manat, Zərərçəkmiş şəxs9 800 manat, Zərərçəkmiş şəxs12 560 manat, Zərərçəkmiş şəxs23 1.715,9 manat, Zərərçəkmiş şəxs28a 865 manat, Zərərçəkmiş şəxs31 4.790 manat, Zərərçəkmiş şəxs25 2.150 manat, Zərərçəkmiş şəxs15 270 manat, Zərərçəkmiş şəxs6 1.108,3 manat, Zərərçəkmiş şəxs14 540,9 manat, Zərərçəkmiş şəxs18 1.000 manat, Zərərçəkmiş şəxs21 2.000 manat, Zərərçəkmiş şəxs26 1.085 manat, Zərərçəkmiş şəxs2 900 manat, Zərərçəkmiş şəxs19 1.313,1 manat, Zərərçəkmiş şəxs20 5.500 manat məbləğində vurulan maddi ziyan ilə əlaqədar mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə təhvil verilən 1 ədəd salfetka, 2 ədəd “Winston”, 4 ədəd “Classic”, 7 ədəd qara “Classic”, 7 ədəd “LD”, 6 ədəd nazik “Viceroy”, 2 ədəd qalın ağ “Viceroy”, 4 ədəd “West Compact”, 3 ədəd qalın “West” markalı siqaretlər, 2 ədəd 250 ml-lik “Hell”, 3 ədəd 250 ml-lik “Red Bull”, 1 ədəd 500 ml-lik “Jaguar”, 1 ədəd “Revo” markalı sərinləşdirici içkilər, 6 ədəd oyun kartı, 2 ədəd “Mister tum” markalı günəbaxan tumu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs32; üzərində “Super Lighter” yazısı olan 38 ədəd alışqan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19; “Huavei Ascend” markalı Y511 modelli mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs37; “Nokia” markalı X6 modelli mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs36 qaytarılsın; 1 ədəd boz-qara rəngli metaldan hazırlanan, açılıb-qatlanan və üzərində “Columbia chang jang” yazısı olan bıçaq məhv edilsin; 1 ədəd CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (hesab nömrəsi AZ57UBAZ **********0090AZN001, VÖEN: **********) 576 manat köçürülsün. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 383 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar