Məhkəmə qərarları › İş №1(101)-122/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-122/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-122/2021 08.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, müdafiəçi – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1962-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, üzərində məhkumluğu olmayan, həbs olunanadək “xxxx” MMC-nin direktoru vəzifəsində işləmiş, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 4, mənzil 86-da qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmiş, bundan başqa, vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxxx 2010cu il tarixdən ünvan 1 ünvanında fəaliyyət göstərən “xxxx” MMC-nin qanuni təmsilçisi, yəni direktoru vəzifəsində işləyərkən həmin MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46, məhəllə 558 ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış binasından vətəndaşlara «“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqavilələrə əsasən satılmış mənzilləri yenidən başqa şəxslərə satmaqla, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin yaşayış binasının 2ci girişinin 3-cü mərtəbəsində yerləşən və sahəsi 156 kv.m təşkil edən 82 nömrəli mənzili xx xxxx 2010-cu il tarixli müqavilə ilə Şahid5 117.000 (yüz on yeddi min) manata satıldığını bildiyi halda, həmin binadan mənzil almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 qeyd olunan mənzili təqdim etməklə həmin mənzilin satılmadığını bildirib aldatmaqla qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından istifadə edərək xx xxxx 2012-ci il tarixdə göstərilən mənzili yenidən 156.000 (yüz əlli altı min) manata Zərərçəkmiş şəxs1 qanunsuz olaraq satıb, həmin pul vəsaitini MMC-nin göstərilən ünvanındakı ofisində sonuncudan aldıqdan sonra qeyd olunan mənzilin ilkin olaraq guya cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs1 satılması və dəyərinin cəmiyyətə ödənilməsi barədə tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - xx xxxx 2012-ci il tarixli «“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqaviləni və eyni tarixli maliyyə arayışını tərtib edib, həmin sənədləri cəmiyyətin direktoru kimi imzası və möhürü ilə təsdiq etdikdən sonra Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Zərərçəkmiş şəxs1 2017-ci ilin əvvəllərində özünə məxsus olduğunu hesab etdiyi həmin mənzildə təmir işlərini aparmaq istəyərkən mənzilin Şahid5 aid olduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 bunu bildikdən sonra Təqsirləndirilən şəxs ona binanın mərtəbələrinin dəyişik salınmasını bəhanə gətirərək həmin mənzili səhv nəticəsində satdığını bildirib, Zərərçəkmiş şəxs1 inandırmaq məqsədilə qeyd olunan binanın 4-cü mərtəbəsində faktiki olaraq xx xxx 2011-ci il tarixli «“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqavilə ilə Şahid2 89.820 (səksən doqquz min səkkiz yüz iyirmi) manata satılmış ümumi sahəsi 156 kv.m təşkil edən 3 otaqlı 86 nömrəli mənzilin ilkin olaraq guya cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs1 satılması və dəyərinin cəmiyyətə ödənilməsi barədə cəmiyyətin yuxarda göstərilən ünvanda yerləşən ofisində tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - xx xxxx 2012-ci il tarixli «“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqaviləni və eyni tarixli maliyyə arayışını tərtib edib, həmin sənədləri cəmiyyətin direktoru kimi imzası və möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs1 təqdim edib, sonuncuya məxsus 156.000 (yüz əlli altı min) manat məbləğində külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq cinayətini törətmiş, həmçinin tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxxx 2005-ci il tarixdən ünvan 1 ünvanında fəaliyyət göstərən “xxxx” MMC-nin xx xxxxxx 2010-cu il tarixdən direktoru vəzifəsində işləyərkən 7.011450 (yeddi milyon on bir min dörd yüz əlli) manat məbləğində borcun Zərərçəkmiş şəxs2, 261.450 (iki yüz altmış bir min dörd yüz əlli) manat məbləğində borcun Zərərçəkmiş şəxs3, 743.900 (yeddi yüz qırx üç min doqquz yüz) manat məbləğində borcun Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)-176/2014 saylı qətnaməsinin, 45.000 (qırx beş min) ABŞ dolları (manatla məzənnəsi ilə 41.301 (qırx bir min üç yüz bir) manat) məbləğində borcun Zərərçəkmiş şəxs9 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-1066/2016 saylı qətnaməsinin, 36.000 (otuz altı min) ABŞ dolları (manatla məzənnəsi ilə 33.040,8 (otuz üç min qırx manat səkkiz qəpik) məbləğində borcun Zərərçəkmiş şəxs8 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)- 1062/2016 saylı qətnaməsinin, 39.600 (otuz doqquz min altı yüz) ABŞ dolları (manatla məzənnəsi ilə 36.344,88 (otuz altı min üç yüz qırx dörd manat səksən səkkiz qəpik) məbləğində borcun Zərərçəkmiş şəxs10 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(004)-1078/2016 saylı qətnaməsinin, 72.600 (yetmiş iki min altı yüz) ABŞ dolları (manatla məzənnəsi ilə 66.632,28 (altmış altı min altı yüz otuz iki manat iyirmi səkkiz qəpik) məbləğində borcun Zərərçəkmiş şəxs7 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(004)-1079/2016 saylı qətnaməsinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3088/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, “xxxx” MMC-nin üzərinə Zərərçəkmiş şəxs5 tərəfindən ödənilmiş 150.000 (yüz əlli min) manat və Zərərçəkmiş şəxs6 tərəfindən ödənilmiş 175.000 (yüz yetmiş beş min) manat pul vəsaitinin qaytarılması vəzifəsinin qoyulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-467/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərardadının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1542/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində inzibati qaydada cərimə olunmasına baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək qətnamələr üzrə borcdan heç bir məbləğdə pul vəsaitini qeyd edilən zərərçəkmiş şəxslərə ödəməməklə sonunculara maddi ziyan vurmaqla vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini və qərardadını qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 “cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin tutulması haqqında” tələbinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iddia ərizəsi icraata qəbul edilmiş, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə mülki iddiaçı qismində, onun nümayəndəsi Nümayəndə1 isə cinayət işi üzrə mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Məhkəmə istintaqı davam etdiyi zaman zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 dələduzluq cinayəti nəticəsində vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə1 bu barədə ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, habelə onun mülki iddiadan imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı cinayətini törətməsi, eləcə də vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin materiallarında olan sair mötəbər və obyektiv sübutlarla aşağıda şərh olunan qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, o, Ömərov Ələsgəri 2004-cü ildən tanımışdır. Həmin vaxt Ələsgər Ömərov tikinti şirkətlərinin birini işlətmişdir. O da Ələsgərin yanında olmuş və Ələsgərin tapşırıqlarını yerinə yetirmişdir. 2010-cu ildə Ələsgər Ömərov “xxxx” MMC-nin təsisçisi olmuşdur. “xxxx” MMC tikinti ilə məşğul olmuşdur. Ələsgər “xxxx” MMC-nin təsisçisi olduqdan sonra onu yanına çağırmış və həmin MMC-də onu direktor vəzifəsinə təyin etmişdir. Ələsgər Ömərov həmin MMC-nin yeganə təsisçisi olduğundan onu şəxsən direktor təyin etmişdir. O, həmin MMC-də direktor olmağa razılıq vermişdir. Lakin o, direktor olsa da, bütün işləri şəxsən Ələsgər Ömərov özü həll etmişdir. Hətta “xxxx” MMC-nin möhürü həmişə Ələsgər Ömərovun özündə olmuşdur. Lazım olduqda o, MMC-lə bağlı sənədləri Ələsgər Ömərovun tapşırığına əsasən imzalayırmış, lakin həmin sənədlərə möhürü şəxsən Ələsgər Ömərov vururmuş. Ələsgər Ömərov Araz adlı qaynını həmin MMC-də mənzillərin alqı-satqısı ilə məşğul olmaq üçün təyin etmişdir. Mənzil almaq istəyən şəxslərlə Ələsgərin qaynı Araz görüşürmüş, mənzilləri müştərilərə Araz göstərirmiş və mənzillərlə bağlı bütün danışıqları şəxsən Araz aparırmış. Arazla müştərilər arasında razılıq əldə edildikdə müqavilələr hazırlanırmış və o, direktor kimi həmin müqavilələri imzalayırmış. O, “xxxx” MMC-də formal direktor kimi fəaliyyət göstərmişdir. O, direktor işlədiyi dövrdə heç kəslə danışıq aparmamış və heç bir müqaviləni imzalamamışdır. Bir adam deyə bilməz ki, o, hər hansı bir müştəridən pul almışdır. O, Zərərçəkmiş şəxs1ı 2012-ci il tarixdə tanımışdır. Zərərçəkmiş şəxs1 2010-cu il tarixdə Ələsgər Ömərova 8 faizlə borca pul vermişdir. Lakin o, Xuramanın Ələsgərə hansı məbləğdə borca pul verməsini bilməmişdir. Xuramanın Həbib adında əri olmuşdur. Həbibin iki arvadı olmuşdur. Həbib və onun iki arvadı faiz işi ilə məşğul olmuşlar. Həbibin bir arvadının adı Mehriban, digərinin adı isə Xuraman olmuşdur. Ələsgər Həbibgildən və digər şəxslərdən aldığı borc hesabına bina tikdirirmiş və sonra binadakı satışdan öz borclarını qaytarırmış. 2012-ci ilin əvvəlində Xuraman Ələsgərin yanına gələrək borca verdiyi pulu tələb etmişdir. Sonra Ələsgər onu özünə məxsus “Aysel” adlı kafeyə çağıraraq bildirmişdir ki, “Xuraman məni bezdirib. Borca verdiyi pullar yığılıb, mən də qaytara bilmirəm”. O, Ələsgərdən Xuraman haqqında soruşduqda, Ələsgər ona demişdir ki, “mənə borc verib, mən də indi qaytara bilmirəm. Ona görə Xuraman məni tutdurmaq istəyir”. X14 bir daha danışaraq 2012-ci ilin aprel ayınadək yaranmış borcunu ödəyəcəyini bildirmişdir. Daha sonra Ələsgər rəhmətə getmişdir. Ələsgər öldükdən sonra Ələsgərin qardaşı İsmayıl Ömərov onları Ələsgərin evinə çağırmış və borclu olduqları şəxslərin siyahısını çıxarıb orada onlara göstərmişdir. Həmin siyahıda Zərərçəkmiş şəxs1 da adı olmuşdur. İsmayıl Ömərov Xuramanın borcunun ödənilməsinin lazım olduğunu bildirmişdir. Həmin vaxt “xxxx” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində tikdirdiyi binada Rəhim adlı şəxsin iki evi olmuşdur. İsmayıl Ələsgərin bacanağından Rəhimin telefon nömrəsini almış və zəng edərək görüşmək istədiyini bildirmişdir. Sonra İsmayıl Ömərov Rəhimin adına olan iki mənzildən birini Xuramanın borcu müqabilində sonuncuya verilməsinin lazım olduğunu bildirmişdir. İsmayılın qohumu Alim Rəhimlə danışmış və razılığa əsasən Rəhimə məxsus bir ev Xuramanın borcu müqabilində sonuncuya verilmişdir. Bunun əsasında Xuramanın adına müqavilə bağlanmış və Xuramanın yaşadığı evdə həmin müqavilə Xuramana verilmişdir. X21 aid müqavilədə mənzilin nömrəsini səhv yazmışdır. Onun yadında qaldığına görə Araz mənzilin nömrəsini 82 əvəzinə səhvən 86 nömrəli mənzil kimi yazmışdır. Sonradan ona məlum olmuşdur ki, Ələsgərin Xuramana 156.000 (yüz əlli altı min) manat məbləğində borcu qalmışdır. 156.000 (yüz əlli altı min) manat əvəzində İsmayıl Ömərov Zərərçəkmiş şəxs1 Rəhimə məxsus mənzilin birini vermişdir. Bax belə İsmayıl Ömərov onun başına oyun açmışdır. O, Xuramanı şəxsən tanımamış, sonuncudan heç vaxt pul almamış və heç bir mənzili verməyi öhdəsinə götürməmişdir. Onu bu “oyuna” İsmayıl Ömərov salmışdır. İsmayıl Ömərov Xuramanla danışaraq demişdir ki, “get pulu Ramizdən al”. Ona görə Xuraman ondan həmin pulu tələb etməyə başlamışdır. Xuraman məhz İsmayılın dediyinə görə həmin məbləğdə pulu ondan tələb etmişdir. Xuramanın 156.000 (yüz əlli altı min) manatına onun heç bir aiddiyatı olmamışdır. Onun Xuramanla heç bir münasibəti olmamışdır. Xuramana mənzil verilməsi ilə bağlı müqaviləni o, məhz İsmayıl Ömərovun göstərişi əsasında imzalamışdır. O, formal direktor olduğu və Xuramandan heç bir məbləğdə pul almadığı halda bununla bağlı müqaviləni imzalamaqda özünü təqsirli hesab etmişdir. O, heç kimlə müqavilə bağlamamış və heç bir müştəri ilə görüşməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə qətnamələri ilə “xxxx” MMC-dən zərərçəkmiş şəxslərin xeyrinə pulun tutulması qət edilmişdir. O, həmin qətnamələr üzrə borclu kimi çıxış etməmişdir. İbtidai istintaq orqanı əsassız şəkildə onu məsuliyyətə cəlb edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri üzrə ittiham irəli sürmüşdür. Bu səbəbdən də o, həmin maddələr üzrə özünü təqsirli hesab etmir. Bütün bu məsələlər Ələsgər Ömərov öldükdən sonra yaranmışdır. Ələsgər Ömərov öldükdən sonra Ələsgərin çoxlu borcu qalmışdır. Ona görə də Ələsgər öldükdən sonra Ələsgərin qardaşı İsmayıl Ömərov onu çağıraraq borcların qaytarılmasını ondan tələb etmişdir. İsmayıl Ömərov qardaşı Ələsgərin borclarını onun üstünə yıxmışdır. Onun heç bir zərərçəkmiş şəxslə münasibəti olmamışdır. O, zərərçəkmiş şəxslərdən heç bir məbləğdə pul almamışdır. Həmin şəxslər Ələsgər Ömərov öldükdən sonra pullarını Ələsgərin qardaşı İsmayıldan ala bilməmişlər. Bundan sonra həmin şəxslər ondan öz pullarını tələb etməyə başlamışlar. Məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxs, həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs1 vurulmuş ziyan onun ailə üzvü tərəfindən tam şəkildə ödənilmiş, nəticədə zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri ilə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi və cinayət törətməməsi ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və məhkəmə istintaqında təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutların məcmusu, o cümlədən qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiklərinin həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunlu ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2012-ci ildə o, Bakı şəhərində mənzil almaq istəmişdir. Bu məqsədlə o, 2012-ci il tarixdə “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında yerləşən yaşayış binasında 82 saylı mənzili 156.000 (yüz əlli altı min) manata almışdır. “xxxx” MMC-nin ofisi həmin binanın birinci mərtəbəsində yerləşmişdir. Həmin ofisdə o, MMC-nin direktoru kimi tanıdığı Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs yanında həmin ofisdə Qara adlı bir şəxs də olmuşdur. Qara müəllim Təqsirləndirilən şəxs köməkçisi olmuşdur. O, 2012-ci ildə ofisə gedərək MMC-nin direktoru Təqsirləndirilən şəxs həmin tikilidən 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu həmin tikilinin 4-cü mərtəbəsinə aparmış və orada 3 otaqdan ibarət, ümumi sahəsi 156 kv.m olan 82 saylı mənzili ona göstərmiş və mənzilin satışı barədə bütün şərtləri ona izah edərək mənzilin 1 kv.m-nin qiymətinin 1.000 (min) manat, mənzilin ümumi dəyərinin isə 156.000 (yüz əlli altı min) manat təşkil etdiyini bildirmişdir. O da həmin mənzili bəyənmiş və qiyməti ilə razılaşmışdır. Bir neçə gündən sonra o, Ramizin fəaliyyət göstərdiyi ofisə getmişdir. O, ofisdə Təqsirləndirilən şəxs ilə görüşmüş və sonuncuya 156.000 (yüz əlli altı min) manat məbləğində pulu şəxsən vermişdir. Təqsirləndirilən şəxs da onun yanında həmin pulu saydıqdan sonra 82 saylı mənzilə dair müqaviləni hazırlayaraq imzalanması üçün ona təqdim etmişdir. O, 82 saylı mənzilə dair müqaviləni imzaladıqdan sonra Təqsirləndirilən şəxs özü də həmin müqaviləni imzalamış və “xxxx” MMC-nin möhürü ilə müqaviləni təsdiqləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs mənzilin dəyərinin ödənilməsi barədə ona maliyyə arayışı vermişdir. O, 82 saylı mənzili aldığı vaxt binanın tikintisi hələ başa çatmamışdır. Təqsirləndirilən şəxs binanın istifadəyə veriləcəyi barədə ona məlumat verəcəyini bildirmişdir. Binanın tikintisi xeyli vaxt aparmışdır. 2017-ci ilin əvvəllərində o, həmin binada liftlərin quraşdırıldığını öyrənmişdir. Bundan sonra o, 82 saylı mənzildə təmir işlərini aparmaq qərarına gəlmişdir. O, həmin mənzilə cüzi məbləğdə xərc çəkdikdən sonra ona məlumat verilmişdir ki, onun aldığı mənzilin qapısının qıfılını kimsə qırmış və mənzili zəbt etmişdir. Bu xəbəri aldıqdan sonra o, ofisə gedərək Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir ki, ona mənzil verildikdə mənzilin yerləşdiyi mərtəbə düzgün hesablanmamış və buna görə onunla bağlanmış müqavilədə mənzilin nömrəsi səhv göstərilmişdir. O, Təqsirləndirilən şəxs bu məsələyə aydınlıq gətirməsini istəmişdir. Təqsirləndirilən şəxs da ona bildirmişdir ki, o, mənzil aldıqda binanın mərtəbəsi yaşayış sahələrinin yerləşdiyi mərtəbədən hesablanmamışdır. Sonra o, Təqsirləndirilən şəxs ilə razılaşmış və binanın 4-cü mərtəbəsində yerləşən 82 saylı mənzilin həmin binanın 5-ci mərtəbəsində yerləşən 86 saylı mənzil ilə əvəz edilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs 86 saylı mənzilə dair müqaviləni və maliyyə arayışını hazırladıb ona göndərəcəyini bildirmişdir. O da çıxıb getmişdir. Sonra Təqsirləndirilən şəxs “xxxx” MMC-də işləyən, hazırda adını unutduğu bir qadınla ona 86 saylı mənzilə dair müqaviləni və maliyyə arayışını imzalanmış və möhürlənmiş şəkildə göndərmişdir. Bundan sonra o, 86 saylı mənzildə təmir işlərinə başlamaq istəmişdir. Bir müddətdən sonra onun mənzil aldığı binada mühafizəçi işləyən bir cavan oğlan ona zəng edərək məhkəmə icraçılarının ona məxsus olan 86 saylı mənzilin qıfılını qırdıqlarını bildirmişdir. O, dərhal həmin mənzilə getmiş və görmüşdür ki, həqiqətən də mənzilin qıfılı qırılmış, lakin həmin vaxt mənzildə heç kəs olmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə görüşmüş və bu məsələ üstündə Ramizlə mübahisə etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt ona İsmayıl Ömərovun bir nəfər şəxsdən 100.000 (yüz min) manat məbləğində borc aldığını və borcun müqabilində 86 saylı mənzili həmin şəxsə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin İsmayıl Ömərovun həmin borcu qaytara bilmədiyini və borclu oluduğu şəxsin məhkəmə qərarı ilə həmin mənzili aldığını ona demişdir. Lakin Təqsirləndirilən şəxs ona narahat olmamağı, bir müddət gözləməyi və sonra həmin mənzilin ona veriləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs inanaraq bir müddət gözləmişdir. Lakin sonradan dəfələrlə Təqsirləndirilən şəxs müraciət edərək 86 saylı mənzilin ona verilməsini tələb etsə də, həmin mənzil ona verilməmişdir. Sonradan o, mənzilin əvəzində ödədiyi pulun qaytarılmasını Təqsirləndirilən şəxs tələb etsə də, Təqsirləndirilən şəxs direktor olaraq onun pulunu qaytarmaqdan imtina etmişdir. O da məcbur qalaraq polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun 156.000 (yüz əlli altı min) manat məbləğində pulunu alsa və bunun müqabilində ona mənzil satsa da, həmin mənzili ona verməmişdir. O, dəfələrlə mənzili və ya mənzilə görə ödədiyi pulu Ramizdən tələb etsə də, ona heç nə verilməmişdir. O, “xxxx” MMC-nin direktoru kimi ancaq Təqsirləndirilən şəxs tanımış, 156.000 (yüz əlli altı min) manat məbləğində pulu ofisdə şəxsən Təqsirləndirilən şəxs vermişdir. Onun alış-verişi ancaq Təqsirləndirilən şəxs ilə olmuşdur. O, Ələsgər Ömərovu və İsmayıl Ömərovu şəxsən tanımamış və onun həmin şəxslərlə mənzil alış-verişi olmamışdır. O, həmçinin ifadəsində mülki iddia ərəzisinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqının gedişində zərərçəkmiş şəxs və mülki iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın tamamilə ödənildiyini, onun təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, təxminən 10 il əvvəl o və dayısı oğlu Zərərçəkmiş şəxs5 dayısı X6 onlara “xxxx” MMC tərəfindən Bakı şəhəri, Hüseyn Cavid prospekti 46 ünvanında tikilən binadan mənzil alınması üçün pul vermişlər. Eyni zamanda o, dayısına mənzilin alınması üçün etibarnamə vermişdir. Onun işləri olduğundan və mənzillə bağlı sənədləşmə işindən başı çıxmadığından mənzilin alınması məsələsini o, dayısı Elçinə həvalə etmişdir. Onların bəyəndikləri mənzil üç otaqdan ibarət olmaqla, Bakı şəhəri, Hüseyn Cavid prospekti 46 ünvanında tikilən binanın 10-cu mərtəbəsində yerləşirmiş. Mənzilin sahəsi 149.7 kv.m, qiyməti isə təxminən 160.000 (yüz altmış min) manat olmuşdur. Mənzilin məbləği onun pulu hesabına dayısı Elçin vasitəsi ilə tam şəkildə birdəfəyə ödənilmişdir. Pul ödənildikdən sonra müqavilə bağlanmış və bu barədə maliyyə arayışı verilmişdir. Dayısı müqavilə bağladıqdan 4 il sonra bina hazır olmuşdur. Bina tikilib tam təhvil verilənə yaxın o, mənzilə baxmaq istəmiş və bu məqsədlə həmin binaya getmişdir. O, mənzilin qapısını döymüş, qapını açan şəxs mənzilin özünə satıldığını və mənzilin sahibi olduğunu bildirmişdir. Sonra o, mənzilin ondan əvvəl başqa şəxsə satıldığını başa düşmüşdür. Bundan sonra o, bu barədə dayısına müraciət etmişdir. Dayısı da “xxxx”MMC-nin direktoru olan Təqsirləndirilən şəxs ilə müəyyən danışıqlar etməyə cəhd etmişdir. Lakin aparılan danışıqlar müsbət nəticə vermədiyindən onlar məhkəməyə müraciət etmişlər. Bundan sonra onlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsində mənzilin ona qaytarılmasına dair “xxxx” MMC-yə qarşı iddia qaldırmışlar. Onlar mənzilin qaytarılmasına dair iddianı Təqsirləndirilən şəxs qarşı deyil, “xxxx”MMC-yə qarşı qaldırmışlar. Onun iddia tələbi təmin olunmuşdur. Lakin indiyə qədər onun xeyrinə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra olunmamışdır. Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiklərinin nəzərə alınmasını, mənzilə görə ödədiyi pulun qaytarılmasını və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o və bibisi oğlu Zərərçəkmiş şəxs6 onun atası X6 “xxxx” MMC tərəfindən Bakı şəhəri, Hüseyn Cavid prospekti 46 ünvanında tikilən binadan mənzil alınması üçün pul vermişlər. Həmin mənzil dörd otaqdan ibarət olmaqla, sahəsi 190 kv.mdən artıq, qiyməti isə təxminən 200.000 (iki yüz min) manat olmuşdur. Mənzilin məbləği tam şəkildə birdəfəyə ödənilmiş, müqavilə bağlanmış və bu barədə maliyyə arayışı verilmişdir. Bu barədə o, atası Elçin Babayevə etibarnamə vermişdir. Bina 4 ilə hazır olmuşdur. Sonradan onlar eşitmişlər ki, həmin binadan eyni mənzillər, o cümlədən onun adına alınmış mənzil bir neçə şəxsə satılmışdır. Sonra onlar “xxxx” MMC-nin təsisçisi Ələsgər Ömərov ilə danışmışlar. Lakin danışıqlar nəticə verməmiş və onlar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində ya mənzilin qaytarılması ya da mənzilə görə ödənilmiş pulun qaytarılması barədə iddia qaldırmışlar. Məhkəmə tərəfindən onların xeyrinə qətnamə çıxarılmışdır. Lakin indiyə qədər onların xeyrinə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra olunmamışdır. Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiklərinin nəzərə alınmasını, mənzilə görə ödədiyi pulun qaytarılmasını və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, xx xxxx 2010-cu il tarixdə “xxxx” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında inşa etdiyi çox mənzilli yaşayış binasının 1ci girişində 1-ci mərtəbəsində 100 kv.m qeyri-yaşayış sahəsini və həmin binanın 1-ci girişinin 6-cı mərtəbəsində 162.6 kv.m-dən ibarət mənzili almaq üçün “xxxx”MMC-yə 500.000 (beş yüz min) və 243.900 (iki yüz qırx üç min doqquz yüz) manat məbləğində pul ödəmiş və buna dair onunla “xxxx” MMC arasında alqı-satqı müqaviləsi tərtib olunmuşdur. O, cəmi 743.900 (yeddi yüz qırx üç min doqquz yüz) manat məbləğində pulu nağd şəkildə ödəsə də, “xxxx” MMC həmin əmlakları ona təhvil verməmişdir. Bu səbəbdən də o, sonradan iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qaydasında onun iddia tələbi təmin edilsə də, “xxxx” MMC tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmiş və ona heç nə ödənilməmişdir. Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərinin nəzərə alınmasını, mənzilə görə ödədiyi pulun qaytarılmasını və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 Novruz oğlu və X5 dəfələrlə məhkəmə iclasına rəsmi qaydada dəvət olunsalar da, onların (Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 Novruz oğlu və X1 Federasiyasının ərazisində yaşayırlar) məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Qeyd edilən zərərçəkmiş şəxslərin iradə ifadəsi cinayət işinin materiallarında olan və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə preyudisial qaydada təsdiq edildiyindən, habelə cinayət işinə baxılmasının tezliyini təmin etmək məqsədi ilə qeyd edilən zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələr sübut növü kimi məhkəmə istintaqında elan edilərək araşdırılmışdır. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, xx xxxxxx 2010-cu il tarixdə onunla “xxxx” MMC arasında həmin şirkətin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında inşa etdiyi çox mənzilli yaşayış binasında bir neçə yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı barədə müqavilə tərtib olunmuşdur. O, bütün bunlara görə “xxxx” MMC-yə 7.011450 (yeddi milyon on bir min dörd yüz əlli) manat pul ödəmişdir. Lakin “xxxx” MMC ona həmin əmlakları təhvil verməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmiş, məhkəmə onun iddia tələbini təmin etmişdir. Lakin “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, xx xxxxxx 2010-cu il tarixdə onunla “xxxx” MMC arasında həmin şirkətin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında inşa etdiyi çox mənzilli yaşayış binasında bir neçə yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı barədə müqavilə tərtib olunmuşdur. O, həmin əmlaklara görə “xxxx” MMC-yə 261.450 (iki yüz altmış bir min dörd yüz əlli) manat pul ödəmişdir. Lakin “xxxx” MMC ona həmin əmlakları təhvil vermədiyi üçün o, bununla bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə onun iddia tələbini təmin etmiş, lakin “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2006-cı ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46, məhəllə 558 ünvanında inşası yeni başlanan tikili ilə maraqlanmış və həmin tikintinin “xxxx” MMC tərəfindən inşa edildiyi ona məlum olmuşdur. O, “xxxx” MMC-nin ofisində mənzillərin şərtləri ilə tanış olduqdan sonra oradan mənzil almaq qərarına gəlmişdir. O, bu məqsədlə “xxxx” MMC-nin tikilməkdə olan binasının 1-ci blokunda, 10-cu mərtəbəsində yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 66.9 kv.m sahəni əhatə edən 52 nömrəli bir otaqlı mənzili 16.000 (on altı min) ABŞ dolları, həmçinin yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 112.1 kv.m sahəni əhatə edən 53 saylı iki otaqlı mənzili 20.000 (iyirmi min) ABŞ dolları və 1-ci blokun 13-cü mərtəbəsində yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 140.7 kv.m sahəni əhatə edən 69 saylı üç otaqlı mənzili 30.000 (otuz min) ABŞ dollarına almış və həmin gün pulu ödədikdən sonra müqavilələri götürmüşdür. Uzun müddət keçməsinə baxmayaraq, bina tikilmədiyi üçün o, mənzilləri ala bilməmişdir. O, 2010-cu ildən sonra “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs binanın tikintisinin bir qədər gecikdiyini ona demiş və tikinti yekunlaşdıqdan sonra mənzilləri ala biləcəyi barədə ona söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onun aldığı əmlakları verməmişdir. O da məcbur olub bu barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və “xxxx” MMC onun aldığı əmlakları vermədiyi üçün məhkəmədən onun MMC-yə ödəmiş olduğu pulun onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən onun “xxxx” MMC-yə qarşı irəli sürdüyü iddia tələbi təmin edilmiş və 66.000 (altmış altı min) ABŞ dolları və dəymiş ziyan kimi 6.600 (altı min altı yüz) ABŞ dolları, ümumilikdə 72.600 (yetmiş iki min altı yüz) ABŞ dolları məbləğində pulun “xxxx” MMC-dən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmışdır. Lakin “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs məhkəmənin qətnaməsini icra etməyərək onun ödədiyi pulları qaytarmamışdır. Həmçinin onunla birlikdə yaxın qohumluq münasibətində olan Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 da “xxxx” MMC-dən mənzil almaq üçün pul ödəmişlər. “xxxx” MMC bu müddət ərzində onların da nə mənzillərini, nə də ki, pullarını geri qaytarmamışdır. Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 da eyni qaydada Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər, məhkəmə onların da iddiasını təmin etmişdir. Lakin “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs məhkəmənin qətnaməsini icra etməkdən boyun qaçırmışdır. Zərərçəkmiş şəxs9 Novruz oğlunun məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, xx xxxxxx 2006-cı il tarixdə “xxxx” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46, 558-ci məhəllə ünvanında inşa etdiyi binanın 1-ci blokun 11-ci mərtəbəsində ümumi sahəsi 140.7 kv.m olan 57 nömrəli mənzilini müqavilə əsasında almış və ilkin olaraq MMC-yə 30.000 (otuz min) ABŞ dolları pul ödəmişdir. O, dəfələrlə MMC-yə müraciət etsə də “xxxx” MMC müqavilədə qeyd olunmuş mənzili ona təqdim etməmişdir. O da məcbur olub mənzilin ona verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə xx xxxxxx 2016-cı il tarixdə onun tərəfindən MMC-yə ödənilmiş 30.000 (otuz min) ABŞ dolları və 10 il müddət üzrə 5 faiz hesablanmaqla 15.000 (on beş min) ABŞ dolları, cəmi 45.000 (qırx beş min) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 27.60 (iyirmi yeddi manat altmış qəpik) manat pulun “xxxx” MMC-dən alınıb ona verilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2011-ci il tarixdə rəhmətlik atası Şahid3la birlikdə mənzil almaq üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində olan tikililərlə maraqlanmışdır. Həmin vaxt atasının Alim adlı tanışı onları Ələsgər Ömərov və Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Ələsgər Ömərov onlara tikilməkdə olan binanın 4-cü mərtəbəsində, blokun sol tərəfində yerləşən 3 otaqdan ibarət 86 saylı və 2 otaqdan ibarət 87 saylı mənzilləri almağı təklif etmişdir. Onlar həmin mənzillərə baxıb bəyənmişlər. Onlar mənzilləri bəyəndikdən sonra atası pul gətirmək üçün onu evə göndərmişdir. O, evə gedib evdə olan 100.000 (yüz min) manat pulu nağd şəkildə gətirib atasına vermişdir. Bundan sonra onun adına iki müqavilə bağlanmış və ona iki maliyyə arayışı verilmişdir. Bina hazır olandan sonra onlar mənzilləri təmir etmək istəmişlər. Lakin onlara təmir etməyə icazə verilməmişdir. Sonra onun adından vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və onun iddia tələbi təmin edilmişdir. Bundan sonra 86 və 87 saylı mənzillər ona verilmişdir. Həmin mənzillərlə bağlı sonradan heç bir problem yaranmamışdır. Onun heç kəsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, onun atası Ömərov Ələsgər Abbas oğlu 2012-ci ilin mart ayında ürək çatışmamazlığından rəhmətə getmişdir. Atası Ələsgər “xxxx” MMC-nin təsisçisi olmuş və Bakı şəhəri ərazisində müxtəlif yerlərdə hündürmərtəbəli yaşayış komplekslərinin tikintisi ilə məşğul olmuşdur. Atası rəhmətə getdikdən sonra MMC-nin nizamnamə kapitalı vərəsəlik qaydasında ona keçmişdir. Atası öldükdən sonra atasının bir neçə şəxsə borcu qaldığından o, 2016-ci ilin mart ayında “xxxx” MMC-ni 100 faiz payı ilə birlikdə alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Ömərov Ələsgər Abbas oğlu onun doğma dayısı olmuşdur. Dayısı Ələsgər Ömərovun yas mərasimində o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Yas mərasiminə qədər o, Təqsirləndirilən şəxs dayısının yanında işlədiyini bilsə də, həmin anadək onun Ramizlə heç bir münasibəti olmamışdır. Dayısı Ələsgər Ömərovun “xxxx” MMC-dəki fəaliyyəti ilə bağlı onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, 2005-ci ildən 2013-cü ilədək İctimai Televiziyanın Baş direktoru olan İsmayıl Ömərovun köməkçisi vəzifəsində işləmişdir. Həmin vaxt televiziyanın baş direktoru Ömərov İsmayıl Abbas oğlu olmuşdur. 2013-cü ildə o, öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. Təqsirləndirilən şəxs ilə onun şəxsi tanışlığı olmasa da, o, Təqsirləndirilən şəxs 2012-ci ildən tanımışdır. Belə ki, Ələsgər Ömərov rəhmətə getdikdə o, yas mərasimində iştirak edərkən Təqsirləndirilən şəxs Ələsgər Ömərovun şirkətində direktor işlədiyini öyrənmişdir. Bundan başqa onun heç bir məlumatı yoxdur. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2014-cü ildə “xxxx” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46, məhəllə 558 ünvanında inşa etdiyi binadan üç otaqlı mənzil almış, mənzili aldıqdan uzun müddət keçməsinə baxmayaraq, binada tikinti işlərinin dayandığını görmüş və həmin binadan ev almış bir neçə sakinlə binanın qarşısında görüşüb yaranmış vəziyyətlə bağlı müzakirə etməyə başlamışdır. O, bir neçə dəfə aidiyyatı qurumlara müraciət etmiş, bununla bağlı “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs soruşduqda, Ramiz vəsaitin olmadığı səbəbindən tikintinin dayandığını bildirmişdir. O, qonşularla hər dəfə yığışıb binanın gələcəyi ilə bağlı söhbət edərkən həmin sakinlərin demək olar ki, bir çoxu ilə tanış olmuşdur. Həmin ərəfədə MMC-nin direktoru Təqsirləndirilən şəxs nəsə lazım olduqda, sakinlərlərin əksəriyyətini tanıdığı üçün onun vasitəsi ilə sakinlərlə əlaqə saxlamışdır. O, Zərərçəkmiş şəxs1 əvvəllər üzdən görməsə də, sonuncunu təxminən 2016-cı ildən tanımışdır. Belə ki, o, həmin vaxt binadan ev alan sakinlərlə birlikdə binanın qarşısında toplaşdığı zaman Həbib adlı bir nəfər şəxslə tanış olmuş, daha sonra Həbibə binanın tikinti işləri ilə bağlı bəzi problemlər yarandığı üçün bir neçə sakinin aidiyyatı qurumlara müraciət edəcəklərini, əgər istəsə Həbib də evə dair sənədləri təqdim etməklə qoşula biləcəyini demişdir. Həbib bir neçə gün sonra müqavilənin surətini gətirib ona vermişdir. O, həmin müqaviləyə diqqət etdikdə müqavilədə Həbibin həyat yoldaşı Zərərçəkmiş şəxs1 adının qeyd olunduğunu görmüşdür. Həmin vaxt o, Xuramanı qiyabi olaraq tanısa da, sonuncunu ilk dəfə 2017-ci ilin yanvar-fevral ayında binanın qarşısında olarkən görmüşdür. Belə ki, 2017-ci ilin yanvar-fevral ayında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş xx xxxx 2012-ci il tarixli 86 nömrəli mənzilin satılmasına dair müqaviləni ona vermiş və ondan həmin müqaviləni Həbibə çatdırmağını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs müqavilənin nə üçün xx xxxx 2012-ci il tarixi ilə imzalandığını soruşduqda, Ramiz texniki səhv olaraq Zərərçəkmiş şəxs1 86 nömrəli deyil, 82 nömrəli mənzilin verildiyini, hazırki müqavilədə həmin səhvi düzəldərək 86 nömrəli mənzilin verildiyini bildirmişdir. Həmin gün o, binanın qarşısında olarkən bir nəfər qadın yaxınlaşaraq, özünü Həbibin həyat yoldaşı olduğunu bildirib ondan müqaviləni istəmiş və o da Ramizin ona verdiyi həmin müqaviləni Zərərçəkmiş şəxs1 vermişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Ömərov Ələsgər Abbas oğlunu bir neçə il əvvəl iş adamı kimi tanımış və sonuncu ilə hərdən görüşüb hal-əhval tutmuşdur. Lakin Təqsirləndirilən şəxs dediyi kimi guya onun Ələsgər Ömərova hər hansı məbləğdə faizlə pul verməsi və ya Ələsgər Ömərovla faiz məsələsinə görə mübahisə etməsi halı olmamışdır. O, ümumiyyətlə “xxxx” MMC-dən 2010-cu ildə hər hansı ev və ya qeyri-yaşayış sahəsi almamışdır. Təqsirləndirilən şəxs bu mövzuda həqiqətə uyğun olmayan ifadələr işlətməklə məsuliyyətdən boyun qaçırmağa çalışmışdır. Əslində isə “xxxx” MMC-dən mənzil alqı-satqısı xx xxxx 2012-ci il tarixdə Ramizin iş otağında olmuş, həmin vaxt Təqsirləndirilən şəxs onlardan 156.000 (yüz əlli altı min) manat pul alaraq 82 nömrəli mənzilin satılması barədə müqavilə yazıb imzaladıqdan sonra möhürlə təsdiq edib onlara vermişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2011-ci ilin may ayının əvvəllərində ev almaq üçün Yasamal rayonu ərazisində yeni tikilən binalara baxmış, uzun müddət əvvəldən dostluq münasibəti olduğu Alim Ömərovdan Ələsgər adlı qohumunun Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində bina tikdiyini eşitmiş, oğlu İbrahimlə birlikdə oraya gedib həmin binaya baxmış və binanın yerləşməsi xoşuna gəlmişdir. Həmin vaxt o, Ələsgər Ömərovla görüşüb tanış olmuş və Alimlə dost olduğunu demişdir. O, Ələsgərin yanında Ramiz adlı bir nəfər şəxsi görmüş, sonradan Ramizin Ələsgərin şirkətində direktor işlədiyini bilmişdir. Ələsgər təcili pula ehtiyacı olduğunu və ucuz qiymətə ev sata biləcəyini ona demişdir. Lakin o, son qərarı vermək üçün bir qədər vaxt lazım olduğunu Ələsgərə bildirmişdir. Bundan sonra Ələsgər sevinərək ucuz qiymətə 2 otaqlı və 3 otaqlı mənzillər götürməyi ona təklif etmiş və Ramizlə birlikdə binanın 4-cü mərtəbəsində, blokun sol tərəfində yerləşən 86 saylı 3 otaqlı və 87 saylı 2 otaqlı mənzilləri ona göstərmişdir. O da həmin mənzillərə baxıb bəyənmişdir. Həmin gün, yəni xx xxx 2011-ci il tarixdə onun üstündə bir miqdar pul olsa da, həmin məbləğin çatmayacağı üçün oğlu İbrahimi evə əlavə pul gətirməsi üçün göndərmişdir. İbrahim də evə gedib evdə olan 100.000 (yüz min) manatı gətirmişdir. Sonra o, üstündə olan pulu və oğlunun gətirdiyi pulu cəmləyib 86 saylı mənzilə görə 89.820 (səksən doqquz min səkkiz yüz iyirmi) manat və 87 saylı mənzilə görə isə 45.240 (qırx beş min iki yüz qırx) manat pulu şəxsən Ələsgərə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs İbrahimin adına 86 saylı və 87 saylı mənzillərlə bağlı müqavilə və maliyyə arayışları tərtib edib ona vermişdir. Beləliklə, o, xx xxx 2011-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46, məhəllə 558-də yerləşən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən 86 saylı və 87 saylı mənzilləri almışdır. 2012-ci ilin mart ayında Ələsgər Ömərov vəfat emişdir. O, mütəmadi olaraq aldığı mənzillərə gedib baxmışdır. Lakin Ələsgər Ömərovun tikinti şirkətinin direktoru olan Təqsirləndirilən şəxs hələ tikinti aparılmasının mümkün olmadığını demişdir. 2016-cı ildə binada bəzi sakinlərin təmir aparmağa başladıqları ona məlum olmuşdur. O, bu barədə Ramizə dedikdə, sonuncu hələ təmir aparmağa icazə olmadığını demişdir. O, Ramizin bu hərəkətlərindən şübhələnərək iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməyi qərara almışdır. Məhkəmə onun iddiasını təmin edərək mənzilin ona, yəni oğlu Şahid2 təhvil verilməsi barədə qətnamə çıxarmış, hətta məhkəmə icraçıları gəlib MMC-nin qoyduğu qapının qıfılını dəyişərək mənzilin açarını ona təqdim etmişlər. Daha sonra o, həmin mənzildə təmir işləri aparmış və yeni qapı qoyub bağlamışdır. O, Ələsgər Ömərovdan borcun əvəzində girov kimi mənzillər götürməmişdir. O, 86 nömrəli mənzili xx xxx 2011-ci il tarixdə Ələsgər Ömərova pul ödəməklə almış, buna dair müqaviləni də həmin gün Təqsirləndirilən şəxs imzalayaraq və möhürləyərək ona təqdim etmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs dediklərinin yalan olduğunu bildirməklə Alim Ömərovla aralarında heç vaxt Ramizin göstərdiyi mövzuda danışıqların olmadığını göstərmişdir. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2011-ci ilin yay aylarında Bakı şəhəri, Yasamal rayonu, «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında özünə yeni yaşayış binasından ev almaq məqsədilə həmin ərazidə evlərə baxmağa başlamışdır. Həmin ilin dekabr ayının əvvəllərində o, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yaşayış binasının tikintisinin aparıldığını görüb ora yaxınlaşmışdır. O, binanın tikintisini aparan “xxxx” MMC-nin ofisinə gedərkən orada Ələsgər Ömərov və qohumu “Qara” ləqəbli Araz adlı şəxsləri görüb sonuncularla tanış olaraq mənzil almaq istədiyini bildirmişdir. Araz adlı şəxs ona binanın 3cü mərtəbəsində yerləşən və sahəsi 156 kv.m təşkil edən 82 nömrəli mənzili göstərmişdir. Həmin vaxt binanın 14 mərtəbəsi artıq tikilmişdir. O, mənzilə baxıb bəyənmiş və qiymət barədə Ələsgər Ömərovla danışıb 1 kv.m 750 (yeddi yüz əlli) manata razılaşmış, 1 kv.m 800 (səkkiz yüz) manatdan olsa da, endirim edərək 750 (yeddi yüz əlli) manatdan verəcəyini demişdir. O, ilkin ödəniş kimi xx xxxxxx 2011-ci il tarixdə Hüseyn Cavid prospektində yerləşən həmin binanın 1-ci mərtəbəsində olan ofisdə Ələsgər Ömərova 50.000 (əlli min) manat pul vermişdir. Hazırlanmış sənədləri direktor Təqsirləndirilən şəxs adından imzalanmış və möhürlənmiş şəkildə ona «Qara» ləqəbli Araz adlı şəxs vermişdir. Bundan sonra da o, hissə-hissə olmaqla xx xxxxxx 2011-ci il tarixdən xx xxxxx 2015-ci il tarixə kimi olan dövr ərzində qalan məbləği, yəni ümumilikdə 117.000 (yüz on yeddi min) manat pulu ödəmişdir. Ələsgər Ömərov vəfat etdikdən sonra 2012-ci ilin iyun ayından başlayaraq qalan ödənişləri Araz adlı şəxsə ödəmişdir. Həmin mənzilin, yəni 82 saylı mənzilin başqa şəxsə də satılması barədə onun məlumatı olmamışdır. O, həmçinin Zərərçəkmiş şəxs1 tanımamışdır. Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2002-ci ildən Ömərov Ələsgər Abbas oğlu vəfat edən günədək sonuncunun sürücüsü işləmişdir. O, Təqsirləndirilən şəxs Ələsgər Ömərovun rəhbərlik etdiyi tikinti şirkətində direktor işlədiyi üçün tanımışdır. Təqsirləndirilən şəxs tikinti obyektlərinin alqı-satqısını həyata keçirimişdir. O, Ələsgər Ömərovun sürücüsü işlədiyi müddətdə sonuncunun borca görə heç kəslə mübahisəsi olmamış, həmçinin Həbib və ya Xuraman adlı şəxsləri tanımamış, o cümlədən Ələsgər Ömərovun heç vaxt Həbib adlı şəxslə mübahisə etdiyinin şahidi olmamışdır. Ələsgər Ömərov 2012-ci ilin mart ayında vəfat etmişdir. Həmin vaxtadək Ələsgər Ömərov yalnız onun idarə etdiyi avtomobillə gəzmiş, avtomobilin açarı özündən başqa heç kimə verilməmişdir. Ələsgər Ömərov vəfat edən günədək avtomobildə heç vaxt möhür olmamışdır. O, Ələsgər Ömərovun avtomobildə sənədləşmə işini aparmasını görməmişdir. Ələsgər Ömərov sənədləşmə işini yalnız ofisdə aparmışdır. Bu barədə Təqsirləndirilən şəxs yalan ifadə vermişdir. Belə ki, Ələsgər Ömərov vəfat etdikdən sonra o, avtomobili sonuncunun ailəsinə təhvil vermiş və təhvil verərkən avtomobildən özünə aid əşyaları götürmüşdür. Həmin vaxt avtomobildə hər hansı bir möhür olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş zərərçəkmiş şəxslərin və şahid ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2010-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən (cild 1, iş vərəqə 56) görünür ki, “xxxx” MMC ilə Şahid5 arasında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46, məhəllə 558-də tikiləcək binada 82 saylı mənzilə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tikilicək binanın 2-ci girişində, 4-cü mərtəbəsindəki üç otaqdan, ümumi sahəsi 156 kv.m olan mənzil “xxxx” MMC tərəfindən Şahid5 verilməli, sonuncu da həmin mənzilə görə ümumilikdə 117.000 (yüz on yeddi min) manat pulu “xxxx” MMC-yə ödəməli idi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2010-cu il tarixli maliyyə arayışının surətindən (cild 1, iş vərəqə 57) görünür ki, Şahid5 117.000 (yüz on yeddi min) manat pulu “xxxx” MMC-yə ödəmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2010-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən (cild 1, iş vərəqə 101) görünür ki, “xxxx” MMC ilə X11 arasında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46, məhəllə 558-də tikiləcək binanın zirzəmisindəki 520 kv.m olan qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsi “xxxx” MMC tərəfindən X7 verilməli, sonuncu da həmin mənzilə görə ümumilikdə 1.310920 (bir milyon üç yüz on min doqquz yüz iyirmi) manat pulu “xxxx” MMC-yə ödəməli idi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2010-cu il tarixli maliyyə arayışının surətindən (cild 1, iş vərəqə 102) görünür ki, X11 1.310920 (bir milyon üç yüz on min doqquz yüz iyirmi) manat pulu “xxxx” MMC-yə ödəmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2012-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən (cild 1, iş vərəqə 38) görünür ki, “xxxx” MMC ilə Zərərçəkmiş şəxs1 arasında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46, məhəllə 558-də tikiləcək binada 82 saylı mənzilə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tikilicək binanın 2-ci girişində, 4-cü mərtəbəsindəki üç otaqdan, ümumi sahəsi 156 kv.m olan mənzil “xxxx” MMC tərəfindən Zərərçəkmiş şəxs1 verilməli, sonuncu da həmin mənzilə görə ümumilikdə 156.000 (yüz əlli altı min) manat pulu “xxxx” MMC-yə ödəməli idi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2012-ci il tarixli maliyyə arayışının surətindən (cild 1, iş vərəqə 39) görünür ki, Zərərçəkmiş şəxs1 156.000 (yüz əlli altı min) manat pulu “xxxx” MMC-yə 82 saylı mənzilə görə ödəmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2012-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən (cild 1, iş vərəqə 40) görünür ki, “xxxx” MMC ilə Zərərçəkmiş şəxs1 arasında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46, məhəllə 558-də tikiləcək binada 86 saylı mənzilə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tikilicək binanın 2-ci girişində, 4-cü mərtəbəsindəki üç otaqdan, ümumi sahəsi 156 kv.m olan mənzil “xxxx” MMC tərəfindən Zərərçəkmiş şəxs1 verilməli, sonuncu da həmin mənzilə görə ümumilikdə 156000 (yüz əlli altı min) manat pulu “xxxx” MMC-yə ödəməli idi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2012-ci il tarixli maliyyə arayışının surətindən (cild 1, iş vərəqə 41) görünür ki, Zərərçəkmiş şəxs1 156.000 (yüz əlli altı min) manat pulu “xxxx” MMC-yə 86 saylı mənzilə görə ödəmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2012-ci il tarixli çıxarışdan (cild 2, iş vərəqə 103) görünür ki, “xxxx” MMC xx xxxxxx 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2014-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-176/2014 saylı qətnaməsinin surətindən (cild 2, iş vərəqə 16-19) görünür ki, iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbləri təmin edilmiş, 7.011450 (yeddi milyon on bir min dörd yüz əlli) manat pulun iddiaçı Zərərçəkmiş şəxs2, 261.450 (iki yüz altmış bir min dörd yüz əlli) manat pulun isə iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə cavabdeh “xxxx” MMC-dən tutulması qət edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2014-cü il tarixli icra vərəqəsindən (cild 2, iş vərəqə 25) görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-176/2014 saylı qətnaməsi qanuni qüvvəsini almış və qətnamənin icrası ilə əlaqədar icra vərəqəsi verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2014-cü il tarixli icraata başlamaq haqqında qərardan (cild 2, iş vərəqə 39) görünür ki, 2(004)-176/2014 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1078/2016 saylı qətnaməsinin surətindən (cild 2, iş vərəqə 14-15) görünür ki, iddiaçı X2 cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbi qismən təmin edilmiş, 39.600 (otuz doqquz min altı yüz) ABŞ dolları məbləğində pulun cavabdeh “xxxx” MMC-dən iddiaçı X2 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1066/2016 saylı qətnaməsinin surətindən (cild 2, iş vərəqə 9-10) görünür ki, iddiaçı Zərərçəkmiş şəxs9 cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbi qismən təmin edilmiş, 45.000 (qırx beş min) ABŞ dolları məbləğində pulun cavabdeh “xxxx” MMC-dən iddiaçı Zərərçəkmiş şəxs9 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsindən (cild 2, iş vərəqə 21) görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1066/2016 saylı qətnaməsi qanuni qüvvəsini almış və qətnamənin icrası ilə əlaqədar icra vərəqəsi verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1062/2016 saylı qətnaməsinin surətindən (cild 2, iş vərəqə 11-13) görünür ki, iddiaçı Zərərçəkmiş şəxs8 cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbi qismən təmin edilmiş, 36.000 (otuz altı min) ABŞ dolları məbləğində pulun cavabdeh “xxxx” MMC-dən iddiaçı Zərərçəkmiş şəxs8 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsindən (cild 2, iş vərəqə 22) görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1062/2016 saylı qətnaməsi qanuni qüvvəsini almış və qətnamənin icrası ilə əlaqədar icra vərəqəsi verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2016-cı il tarixli icra vərəqəsindən (cild 2, iş vərəqə 23) görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1078/2016 saylı qətnaməsi qanuni qüvvəsini almış və qətnamənin icrası ilə əlaqədar icra vərəqəsi verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1079/2016 saylı qətnaməsinin surətindən (cild 2, iş vərəqə 7-8) görünür ki, iddiaçı Zərərçəkmiş şəxs7 cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbi qismən təmin edilmiş, 66.000 (altmış altı min) ABŞ dolları və dəymiş ziyan kimi 6.600 (altı min altı yüz) manat pulun cavabdeh “xxxx” MMC-dən iddiaçı Zərərçəkmiş şəxs7 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2016-cı il tarixli icra vərəqəsindən (cild 2, iş vərəqə 20) görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1079/2016 saylı qətnaməsi qanuni qüvvəsini almış və qətnamənin icrası ilə əlaqədar icra vərəqəsi verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2633/2016 saylı qətnaməsinin surətindən (cild 1, iş vərəqə 52-55) görünür ki, iddiaçı Şahid2 cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbinin təmin edilməsi və Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, məhəllə 558-də ünvanında yerləşən 86 və 87 saylı mənzillərin “xxxx” MMC tərəfindən Şahid2 təhvil verilməsi qət edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2016-cı il tarixli icraata başlamaq haqqında qərardan (cild 2, iş vərəqə 33) görünür ki, 2(004)- 1062/2016 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2016-cı il tarixli icraata başlamaq haqqında qərardan (cild 2, iş vərəqə 35) görünür ki, 2(004)-1078/2016 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2016-cı il tarixli icraata başlamaq haqqında qərardan (cild 2, iş vərəqə 29) görünür ki, 2(004)-1079/2016 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2016-cı il tarixli icraata başlamaq haqqında qərardan (cild 2, iş vərəqə 31) görünür ki, 2(004)-1066/2016 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-377/2016 saylı hökmünün surətindən (cild 2, iş vərəqə 90-95) görünür ki, Qazaxlı X13 Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsindən (cild 2, iş vərəqə 24) görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3088/2016 saylı qətnaməsi qanuni qüvvəsini almış və qətnamənin icrası ilə əlaqədar icra vərəqəsi verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2017-ci il tarixli müəssisəsinin alqı-satqısı müqaviləsindən (cild 2, iş vərəqə 105-1) görünür ki, Şahid6 “xxxx” MMC-dəki öz payını tam şəkildə X3. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan (cild 2, iş vərəqə 37) görünür ki, 2(004)- 3088/2017 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında ******* saylı protokoldan (cild 2, iş vərəqə 76-78) görünür ki, “xxxx.” MMC-nin direktoru vəzifəsini daşıyan Təqsirləndirilən şəxs 2(004)-1079/2016 saylı, 2(004)-1066/2016 saylı, 2(004)-1062/2016 saylı, 2(004)-1078/2016 saylı, 2(004)- 3088/2017 saylı, 2(004)-176/2014 saylı icra vərəqəsini qərəzli şəkildə icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsinə dair tədbir görülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1542/2018 saylı qərarından (cild 2, iş vərəqə 80-81) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə ilə təqsirli bilinmiş və 1.200 (min iki yüz) manat məbləğində cərimələnmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 74-82) görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46, məhəllə 558-də tikilmiş binaya və həmin binada yerləşən 82 saylı mənzilə baxış keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 167- 168) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 2, iş vərəqə 175-176) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri sçeilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli iltizamdan (cild 2, iş vərəqə 177) görünür ki, həmin gün Təqsirləndirilən şəxs iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tələbnaməsindən (cild 1, iş vərəqə 125-127) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi, xx xxxxxxxx 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 192.2.2 və 213.2.2-ci maddələri ilə məhkum edilsə də, onun həmin cinayətlərə görə məhkumluğu ödənilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 139) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində şübhəli bilindiyinə görə həmin gün tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 148- 149) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-678/2019 saylı qərarından (cild 1, iş vərəqə 162-163) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli əməlin tövsif edilməsi və cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında qərardan (cild 1, iş vərəqə 164-165) görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.3.2, 308.1 və 313-cü maddələrinə tövsif edilmiş və cinayət işi Bakı şəhər prokurorluğuna göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə qərardan (cild 2, iş vərəqə 207- 208) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi onun həmin Məcəllənin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli məhkəmə-sənədlərinin texniki ekspertizası barədə rəydən (cild 3, iş vərəqə 8-11) görünür ki, “xxxx” MMC ilə Şahid5 arasında 82 nömrəli mənzilin satışına dair bağlanmış xx xxxx 2010-cu il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, “xxxx” MMC ilə Zərərçəkmiş şəxs1 arasında 82 nömrəli mənzilin satışına dair bağlanmış xx xxxx 2012-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, “xxxx” MMC ilə Zərərçəkmiş şəxs1 arasında 86 nömrəli mənzilin satışına dair bağlanmış xx xxxx 2012-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, həmçinin “xxxx” MMC ilə Şahid2 arasında 86 nömrəli mənzilin satışına dair bağlanmış xx xxx 2011-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmaqla, “xxxx” MMC-yə məxsus eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli məhkəmə-xətşünaslıq ekspertizası barədə rəydən (cild 3, iş vərəqə 8-11) görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında bağlanmış 82 nömrəli mənzilin satışına dair xx xxxx 2010-cu il tarixli müqavilədəki «“xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs» sözlərinin qarşısındakı imza və həmin mənzilin satışı ilə bağlı Şahid5 tərəfindən 117.000 manat borcun ödənilməsinə dair xx xxxx 2010-cu il tarixli Maliyyə Arayışındakı “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs» sözlərinin qarşısındakı imza, həmçinin 82 nömrəli mənzilin satışına dair Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli müqavilədəki «“xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs» sözlərinin qarşısındakı imza, və həmin mənzilin satışı ilə bağlı Zərərçəkmiş şəxs1 tərəfindən 156.000 manat borcun ödənilməsinə dair xx xxxx 2012-ci il tarixli Maliyyə Arayışındakı “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxsS” sözlərinin qarşısındakı imza, eləcə də 86 nömrəli mənzilin satışına dair Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli müqavilədəki «“xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs» sözlərinin qarşısındakı imza və saylı mənzilin satışı ilə bağlı Zərərçəkmiş şəxs1 tərəfindən 156.000 manat borcun ödənilməsinə dair xx xxxx 2012-ci il tarixli Maliyyə Arayışındakı «“xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs» sözlərinin qarşısındakı imza, o cümlədən 86 nömrəli mənzilin satışına dair Təqsirləndirilən şəxs ilə Şahid2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli müqavilədəki «“xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs» sözlərinin qarşısındakı imza və həmin mənzilin satışı ilə bağlı Şahid2 tərəfindən borcun ödənilməsinə dair xx xxx 2011-ci il tarixli Maliyyə Arayışındakı «“xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs» sözlərinin qarşısındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 221-223) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 306.2-ci maddələri yeni məzmunda ittiham elan edilmiş və o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-7/2020 saylı qərarından (cild 2, iş vərəqə 248-251) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 3 (üç) ay müddətinə, yəni xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 145-173) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri üzrə yeni məzmunda ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 175-177) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən (cild 3, iş vərəqə 207) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xəstəlik haqqında çıxarışdan (cild 3, iş vərəqə 208) görünür ki, Təqsirləndirilən şəxs arvadı X12 onkoloji xəstəlikdən uzun müddət əziyyət çəkir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən (cild 4, iş vərəqə 182) görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu bütün zərər onun arvadı X12 tərəfindən tam şəkildə ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin o, cinayət mühakimə icraatı qaydasında verdiyi mülki iddadan imtina etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx xxxxxxxx 2020-ci il tarixli, 17/387288 saylı cavabından (cild 4, iş vərəqə 183) görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlandığı müddətdə müayinələrə cəlb edilməsi və müayinələrin nəticəsi olaraq Təqsirləndirilən şəxs “Aorta-şuntlama cərrahiyyə əməliyyatından sonrakı qalıq əlaməti”, “Şəkərli diabet İİ tip insulin tələbsiz” diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. X17 Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında özünün seçdiyi müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçisi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmiş, habelə onun müdafiəçisi təqsirləndirilən şəxsin müdafiə hüququnun realizə edilməsi məqsədi ilə müxtəlif xarakterli vəsatətlər vermişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirməmiş, lakin ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibardan sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmiş, bu məqsədlə və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmiş, bundan başqa, vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “xxxx” MMC-nin direktoru olmaqla MMC-nin nizamnaməsi əsasında fəaliyyət göstərmiş və MMC-nin məsul şəxsi olmuşdur. O, məsul şəxs kimi MMC-nin adından üçüncü şəxslərlə mülki hüquq münasibətlərinə daxil olmaq, o cümlədən MMC-nin fəaliyyəti ilə bağlı müxtəlif növ əqdlər bağlamaq səlahiyyətinə malik olmuşdur. “xxxx” MMC ünvan 1, məhəllə 558 ünvanında yerləşən ərazidə hündürmərtəbəli bina tikintisi ilə məşğul olduğundan Təqsirləndirilən şəxs həmin binada tikiləcək yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısını həyata keçirmək səlahiyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ünvan 1, məhəllə 558 ünvanında tikilməsi nəzərdə tutulmuş hündürmərtəbəli binanın 2-ci girişinin 3-cü mərtəbəsində yerləşən, sahəsi 156 kv.m olan 82 nömrəli mənzili xx xxxx 2010-cu il tarixli müqavilə əsasında Şahid5 satıldığını bildiyi halda, həmin mənzili Zərərçəkmiş şəxs1 qeyd olunan mənzilin satılmadığını bildirib aldatmaqla öz qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından istifadə edərək xx xxxx 2012-ci il tarixdə göstərilən mənzili yenidən qanunsuz şəkildə 156.000 (yüz əlli altı min) manata Zərərçəkmiş şəxs1 satmış, bu barədə müqavilə və maliyyə arayışı hazırlamış, səlahiyyətli şəxs kimi həmin müqaviləni öz imzası və direktoru olduğu MMC-yə aid möhürlə təsdiq etmişdir. Təqsirləndirilən şəxs xx xxxx 2012-ci il tarixli «“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqavilə və maliyyə arayışının məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədlər hazırlamış və Zərərçəkmiş şəxs1 aldığı pulun müqabilində mənzilin guya ona satılması barədə həmin müqavilə və maliyyə arayışını sonuncuya təqdim etmişdir. Təqsirləndirilən şəxs artıq satılmış 82 nömrəli mənzili yenidən Zərərçəkmiş şəxs1 satmaqla və sonuncudan 156.000 (yüz əlli altı min) manat məbləğində ödənişi qəbul etməklə özgənin külli miqdarda pulunu qanunsuz olaraq ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 82 nömrəli mənzilin ona satıldığını güman edərkən həmin mənzil üzərində artıq Şahid5 əşya hüququ (gözlənilən mülkiyyət hüququ) mövcud olmuşdur. Zərərçəkmiş şəxs1 özünə məxsus olduğunu hesab etdiyi (aldığını güman etdiyi) 82 nömrəli mənzili sahibliyinə və istifadəsinə qəbul etmək istədiyi zaman həmin mənzilin başqa şəxsə məxsus olduğunu bilmişdir. Bu məsələ barədə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında narazılıq yaranmışdır. Yaranmış narazılığı həll etmək məqsədi ilə Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs1 aldadaraq binanın mərtəbələrinin dəyişik salınmasını bildirmiş və səhv nəticəsində 82 nömrəli mənzilin ona satdığını bildirib, Zərərçəkmiş şəxs1 inandırmaq məqsədilə qeyd olunan binanın 4-cü mərtəbəsində faktiki olaraq xx xxx 2011-ci il tarixli «“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqavilə ilə Şahid2 89.820 (səksən doqquz min səkkiz yüz iyirmi) manata satılmış ümumi sahəsi 156 kv.m təşkil edən 3 otaqlı 86 nömrəli mənzilin ona veriləcəyini bildirmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs yenidən məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri, yəni xx xxxx 2012-ci il tarixli «“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqaviləni və eyni tarixli maliyyə arayışını tərtib edib, həmin sənədləri cəmiyyətin direktoru kimi imzası və möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 86 nömrəli mənzilə dair saxtalaşdırılmış müqaviləni və maliyyə arayışını aldıqdan sonra həmin mənzil üzərində sahiblik və istifadə hüququnu realizə etmək istəmişdir. Lakin bu dəfə də Zərərçəkmiş şəxs1 ona satılmış 86 nömrəli mənzilin tamamilə başqa şəxsə satıldığını bilmişdir. O, dəfələrlə səlahiyyətli şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs ödədiyi pulun müqabilində mənzil və ya mənzilə görə ödədiyi pulun qaytarılmasını tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs1 qanuni tələblərini icra etməkdən qanunsuz olaraq yayınmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mənzilin sonuncuya satılması adı ilə 156.000 (yüz əlli altı min) manat pul vəsaitini alsa da, tərəflər arasında bağlanmış müqavilə şərtinə əsasən ona mənzil verməli olduğu halda bunu etməmişdir. Əksinə mənzilin alqı-satqısı barədə müqavilənin və ödəniş barədə maliyyə arayışının məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədlər hazırlamış, nəticədə isə özgənin külli miqdarda pul vəsaitini qanunsuz olaraq ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayətini törətmədiyini bildirsə də, sonradan Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödədilməsi ilə bağlı həyata keçirilmiş hərəkətlər ona dəlalət edir ki, o, həqiqətən də öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmiş, bu məqsədlə və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə bağlı ittihama gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə çıxış edən digər zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında onlarla “xxxx” MMC arasında daşınmaz əmlakların alınması ilə bağlı mülki hüquq münasibətlərindən irəli gələn məsələlərlə bağlı səlahiyyətli məhkəmələrə müraciət etmişlər, onların xeyrinə müvafiq məhkəmə qətnamələri çıxarılmış və həmin qətnamələr qanuni qüvvəsini alaraq icraya yönəldilmişlər. Preyudisial əhəmiyyətə malik olan və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə qətnamələrindən görünür ki, digər bütün zərərçəkmiş şəxslər pozulmuş hüquqlarının bərpası məqsədi ilə Təqsirləndirilən şəxs qarşı deyil, məhz “xxxx” MMC-yə qarşı iddia tələbi irəli sürmüşlər və məhkəmə qətnamələri ilə zərərçəkmiş şəxslərin mənafeləri məhz “xxxx” MMC hesabına təmin edilmişdir. Başqa sözlə, qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında iki müstəqil subyekt çıxış etmiş, iddiaçı qismində zərərçəkmiş şəxslər, cavabdeh qismində isə hüquqi şəxs qismində çıxış edən “xxxx” MMC. İcraya yönəlmiş məhkəmə qətnamələri əsasında icraatı başlanmış icra işlərində də iki subyekt çıxış etmiş, tələbkar qismində zərərçəkmiş şəxslər, borclu qismində isə “xxxx” MMC. Məhkəmə qətnamələrinin icrası qaydasında zərərçəkmiş şəxslər qarşısında borclu kimi Təqsirləndirilən şəxs deyil, məhz “xxxx” MMC çıxış edir. Belə olduğu halda məlum məhkəmə qətnamələrinin şəxsən Təqsirləndirilən şəxs tərəfindən icrası, o cümlədən məcburi icrası mümkün deyil. Eyni zamanda cinayət işinin materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən açıq-aşkar görünür ki, mənafeləri qorunmuş digər zərərçəkmiş şəxslər (Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə nisbətdə) müstəqil subyekt qismində çıxış edən “xxxx” MMC ilə mülki hüquq münasibətlərinə hələ Təqsirləndirilən şəxs “xxxx” MMC-nin direktoru təyin edilməmişdən əvvəl daxil olmuşlar və almaq istədikləri daşınmaz əmlakların dəyərini həmin hüquqi şəxsin rəhbəri Ələsgər Ömərova ödəmişlər. Başqa sözlə, qeyd edilən zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında bilavasitə mülki hüquq münasibətləri yaranmamış, həmin şəxslər Təqsirləndirilən şəxs pul verməmişlər və sonuncu zərərçəkmiş şəxslər qarşısında hər hansı öhdəlik götürməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Mülki Məcəllənin 53.2-ci maddəsinə əsasən Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Mülki qanunvericilikdə təsbit edilmiş maddi hüquq normalarının tələbinə baxmayaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin zəruri əlamətləri var. Belə ki, cinayət işində olan xx xxxxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında ******* saylı protokoldan görünür ki, “xxxx.” MMC-nin direktoru vəzifəsini daşıyan Təqsirləndirilən şəxs 2(004)-1079/2016 saylı, 2(004)-1066/2016 saylı, 2(004)-1062/2016 saylı, 2(004)-1078/2016 saylı, 2(004)-3088/2017 saylı, 2(004)-176/2014 saylı icra vərəqəsini qərəzli şəkildə icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsinə dair tədbir görülmüş, xx xxxxxxx 2018-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 1542/2018 saylı qərarı əsasında o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə ilə təqsirli bilinmiş və 1.200 (min iki yüz) manat məbləğində cərimələnmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.2ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsini istisna edən hal mövcud deyil. Əks nəticəyə gəlmək üçün məhkəmə heç bir halı və ya halları müəyyən edə bilmədi. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna, mexanizminə və nəticəsinə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə təqsirkar şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə bağlı məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən həmin cinayət əməli 2017-ci il tarixdə törədildiyindən, qeyd edilən cinayət böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aid edildiyindən və cinayət əməlinə görə təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müddəti keçdiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri ilə təqsirli bilinməli, lakin Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətindən azad olunmalı, Cinayət Məcəlləsinin 178.3.2 və 306.2-ci maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Qazaxlı X13 əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli müstəqil qaydada başa çatmış cinayətdir. Cinayətlərin təsnifatına görə onun törətmiş olduğu dələduzluq cinayət əməli ağır cinayət, vəzifə saxtakarlığı cinayət əməli az ağır cinayət, vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməməsi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun Cinayət Məcəlləsinin 178.3.2 və 306.2-ci maddələri üzrə cinayət məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməsə də, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, arvadının uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkməsini, özünün də müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın tamamilə ödənilməsini, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışmasını, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, ali təhsilli və yaşadığı yer üzrə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən – həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinin sanksiyası həddində əlavə cəza kimi dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası, həmin Məcəllənin 178.3.2 və 306.2-ci maddələrinin sanksiyası həddində Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, cinayətlərin məcmusu qaydasında qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməlidir və ona həmin maddə üzrə cəza təyin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında təyin ediləcək qəti azadlıqdan məhrum etmə cəzasından onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2021ci tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin ediləcək qəti əsas cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni dələduzluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın tamamilə ödənilməsini, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışmasını, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, maddi ziyan qismində ödənilmiş məbləğin kifayət qədər böyük məbləğ təşkil etməsini (156.000 (yüz əlli altı min) manat), habelə onun evli olmasını, arvadının uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkməsini, özünün də müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, ali təhsilli olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında qəti əsas cəza kimi təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun özünə və ailə üzvlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək qəti azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Yasamal rayon Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı cinayət mühakimə icraatı qaydasında mülki iddia versə də, məhkəmə istintaqı davam edən zaman ona vurulmuş ziyan tamamilə ödənildiyindən o, mülki iddiadan imtina etmişdir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia verilməmiş hesab edilməlidir. Belə ki, Cinayət Prosessual Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Digər zərərçəkmiş şəxslərə gəldikdə isə məhkəmə hesab edir ki, onların əmlak hüquqları və mənafeləri bilavasitə pulun tutulmasına dair iddia tələbləri üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən irəli gəldiyindən həmin zərərçəkmiş şəxslərin pul tələbinə dair təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları mövcud deyil. Bəli ki, həmin zərərçəkmiş şəxslər artıq bu hüquqlarından istifadə etmişlər və onların xeyrinə məhkəmə qətnamələri çıxarılmışdır. Bundan başqa iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 341.52 (üç yüz qırx bir manat əlli iki qəpik) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 341.52 (üç yüz qırx bir manat əlli iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 306.2-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və ona həmin maddə üzrə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza həmin Məcəllənin 306.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza ilə qismən toplanılsın, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2021-ci tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddət ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 5 (beş) il 3 (üç) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 5 (beş) il 3 (üç) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən hazırki iş üzrə hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Yasamal rayon Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 341.52 (üç yüz qırx bir manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar