Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-122/2022 14.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçilər X9 və X3, dövlət ittihamçısı Malışıov Rauf oğlunun, müdafiəçilər, Müdafiəçi1 və Müdafiəçi3 iştirakı ilə xx xxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olann, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda, yəni 498,844 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək yaşadığı ünvan 3 ünvanına daşımaqla orada saxlamış, gələcəkdə satışını həyata keçirmək məqsədi ilə əldə etdiyi narkotik vasitə olan heroini hissələrə bölərək 470,0 qram çəkidə olan hissəsini və elektron tərəzini yaşadığı evdə gizlədərək qalan 28,844 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmaq məqsədilə üzərində daşımaqla saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının realizəsi ilə bağlı 16 fevral 2021-ci il tarixdə saat 00:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 28,844 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, 16 fevral 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, saat 02:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 saylı mənzildə videoçəkilişlə baxış aparılarkən mənzilin girişindən sol tərəfdə yerləşən kondisioner qutusunun içərisindən bir ədəd selofan paketdə külli miqdarda ümumi təmiz çəkisi 470,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 16 fevral 2021-ci il tarixdə axşam saat 20-21 radələrində yaşadığı ünvana girərkən evin yarı tikili hissəsində on iki nəfərdən çox polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları ondan qardaşı Əlinin harada olduğunu soruşmuş və o, Əlinin harada olmasından xəbəri olmadığını bildirmişdir. Polis əməkdaşları ona yaşadıqları ünvanda narkotik vasitənin olduğunu demiş, o, bundan xəbəri omadığını bildirəndə polis əməkdaşları ona şiddət göstərmişlər. Daha sonra axşam saat 23 radələrində onu idarəyə aparmışlar və hər şeyi danışdıqdan sonra vəkil gəlmişdir. Polis əməkdaşları evi axtarmışlar və oradan narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları onun sənədlərini götürmüşlər və qardaşı Əlinin harada olmasını demədiyi təqdirdə özləri ilə gətirdikləri narkotik vasitənin ondan aşkar edildiyini göstərəcəklərini bildirmişlər. O zaman o, məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Belə ki, razılaşmaya görə onun cibindən 10 qram narkotik vasitə çıxacaqmış, lakin ittiham aktında 28 qram cibindən, 470 qram isə guya evindən aşkar olunduğu qeyd olunmuşdur. Həmin gün onun mobil telefonu polis əməkdaşlarında olmuş və onun nömrəsi ilə kimlərəsə mesaj yazmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Maqsud və Tofan adlı şəxsləri tanımır, lakin Tofanın telefon nömrəsi onun telefonunda olmuşdur. Belə ki, qardaşı Əli onun telefon nömrəsi vasitəsi ilə Tofanla əlaqə saxlayaraq ondan 1-2 dəfə narkotik vasitə almışdır. Onun yaşadığı ünvandan narkotik vasitə aşkar olunmamış, narkotik vasitələri polis əməkdaşları özləri ilə gətirmişlər. Polis əməkdaşları tərəfindən onun cibinə narkotik vasitə qoyulan zaman müdafiəçisi iştirak etmişdir. O və qardaşı Əli narkotik vasitə istifadəçisi olmuşlar. Onlar heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışlar. Polis əməkdaşları ona qaradaşı X19 Respublikası vətəndaşından 5 kiloqram narkotik vasitə aldığını və həmin narkotik vasitənin onların yaşadıqları ünvanda olduğunu demişlər. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 may 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 16 fevral 2021-ci İl tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, qardaşı Əlinin evə heroin qoyduğu yerini ondan soruşmuş, daha sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsində aparmış, orada ona heroin verilmiş və çəkiliş zamanı cibindən çıxarmalı olduğunu bildirmişlər. Ona müdafiəçi təyin edilmiş, çəkiliş zamanı sənədlərini və heroini təqdim etmişdir. Daha sonra onu ünvan 4 ünvanında yerləşən evinə aparmış, orada polis əməkdaşları ona su ventilyatorunun qutusunun içərisindən heroin çıxmalı olduğunu, həmin heroinin də, qardaşı Əliyə aid olduğunu deməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarının dediyi kimi etmiş və çəkiliş zamanı heroini və bir ədəd tərəzini təqdim edərək qardaşı Əlidən aldığını bildirmişdir. Saxlanılan zaman üzərində 0,1 qram metamfetamin olmuş, həmin maddənin sənədləşdirilməsi aparılmamış, üzərindən və evindən aşkar edilmiş narkotik vasitələr onun deyildir. O, bütün bunları təzyiq altında etmiş, məcbur olaraq cinayət etdiyini boynuna almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 18 may 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, üzərindən və evindən aşkar edilmiş narkotik vasitənin qardaşı Əliyə məxsus olmasını təzyiq altında demişdir. Özü el arasında “şüşə”, “patı” adları ilə tanınan metamfetamin və “kakos” kimi tanınan heroin istifadə edir. Müxtəlif şəxslərə həmin vasitələri əldə etmək üçün danışmışdır, lakin satmamışdır. Həmçinin özü əldə etdiyi narkotik vasitələri adlarını çəkmək istəmədiyi tanışları ağrıdıqları üçün vermişdir, lakin pul almamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 iyun 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, yalnız şəxsi istifadəsi üçün müxəlif şəxslərdən narkotik vasitələri əldə etmiş, telefon yazışmaları və danışıqları barədə verilmiş suallarla bağlı cavabında “Tofan” və “Maqsud” adlı şəxslərlə telefon əlaqəsinin olduğunu, şəxsən tanımadığını, bəzən ondan narkotik vasitə istəyən olduğu halda əvəzsiz olaraq verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai istintaq zamanı verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə tam təkzib edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid1 fadəsində göstərmişdir ki, 15 fevral 2021 -ci il tarixdə etimad doğuran və qərəzsiz mənbədən xx xxxxxx 1982-ci il təvəllüdlü, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və törədilmiş cinayətin müəyyən edilib aşkar edilməsi və cinayət törətmiş şəxsin qanunla məsuliyyətə cəlb edilməsi məqsədi İlə cinayətin izlərinin aşkar edilərək götürülməsi, habelə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün raportla bu barədə rəhbərliyə məruzə edilmişdir. Bundan sonra 15 fevral 2021 -ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə o, və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra 16 fevral 2021 -ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanın yaxınlığında onlar tərəfindən saxlanılaraq Baş Narkiotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və bu barədə raport tərtib edilmişdir. Təhqiqatçı tərəfindən onun, Şahid2, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə şəxsi axtarışı keçirilən zaman əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə müvafiq qaydada götürülmüş, bu barədə protokol tərtib edilmiş və qablaşdırma aparılaraq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş zərf və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə olan heroindir, həmin kütləni qardaşı Şahid5 əldə etmişdir. Həmçinin başqa qanunla qadağan edilmiş əşya, maddə və yaxud hər hansı predmet saxlaması barədə sual verildikdə, Təqsirləndirilən şəxs bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yaşadığı evində narkotik vasitə olan heroin kütləsi saxlayır. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs razılığı əsasında onun yaşadığı ünvana gedilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına video çəkiliş ilə baxış keçirilən zaman evin giriş qapısının sol tərəfində yerləşən kondisioner qutusunun içərisindən bir ədəd sellofan torbada içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş və DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş zərf və protokol imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş və götürülmüş kütlənin narkotik vasitə heroin olduğunu, həmin vasitəni qardaşı Şahid5 götürdüyünü və həmin vasitəni İran İslam Respublikasından olan “Mənsur” adlı şəxsdən əldə etdiklərini bildirmişdir. Şəxsi axtarış və evə baxış keçirilən zaman videoçəkiliş onun tərəfindən aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ona tanışları “Gümüş” deyə müraciət edir. Təqsirləndirilən şəxs stomoloq kimi, taksi sürücüsü olan tanışı Amilin vasitəsi ilə tanımışdır. Bir dəfə “Ellips" klubda adı yadında qalmayan bir qız yanında “şüşə”, “patı” adlanan narkotik vasitə istifadə etmişdir. Həmin qızın təklifi ilə o da, istifadə etmişdir. Bundan sonra yanında taksi sürücüsü Amil istifadə etmişdr. Amildən öyrənmişdir ki, o, “patı”, “şüşə" adlandırdığı narkotik vasitə olan metamfetamini stomotoloq kimi tanıdığı Firdovsidən əldə edirmiş. O da, Amilin vasitəsi ilə Təqsirləndirilən şəxs 25-30 manat pulun qarşılığında 0,5 qram metamfetamin əldə edib istifadə etmişdir. Bəzən onun mobil telefon nömrəsindən Amil də, özü istifadə edib Firdovsi ilə danışmış və mesajlaşmışdır. Özü əlbə-əl Firdovsidən narkotik vasitə almasa da, yalnız Amilin vasitəsi ilə almış, lakin bu barədə Firdovsi ilə özü şəxsən həm səsli mesajla, həm də sms vasitəsi ilə danışmışdır. Firdovsidən təxminən 20 dəfədən çox metamfetamin almışdır. Firdovsinin həmin vasitəni haradan əldə etməsini bilmir, onunla bu barədə konkret açıq danışmamış, yalnız Amilin vasitəsi ilə narkotik vasitə olan metamfetamin göndərmişdir. Təqsirləndirilən şəxs ondan başqa narkotik vasitə satdığı adamları tanımır, lakin bilir ki, çoxlu adamlara narkotik vasitə satmışdır. Sonuncu dəfə 2021 -ci ilin yanvar ayında Firdovsidən metamfetamin almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Hazırda heç bir yerdə işləmir. 2021-ci ildə Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. +**********04 mobil nömrə 3 ilə qədərdir ki, onun istifadəsindədir. Qardaşı Təqsirləndirilən şəxs heç bir narkotik vasitə verməmişdir, belə bir hadisə olmamışdır. «İnstagram» sosial şəbəkəsindən mobil nömrə satış səhifələrindən onlayn aldığı İran İslam Respublikasının mobil operatoruna aid olan +**********56 mobil nömrəsi ilə «whatsapp business» ani mesajlaşma proqramında qeydiyyatdan keçib 2020- ci ilin dekabr ayından etibarən istifadə etmişdir. O, narkotik vasitə istifadəçisidir, lakin satışı ilə məşğul olmamışdır. Sms yazışmalarla bağlı göstərmişdir ki, “daş” dedikdə metamfetamin adlı narkotik vasitə olan, onun isə “patı” aldandırdığı vasitədən, “torpaq” dedikdə isə heroin adlı narkotik vasitədən, onun isə “kakos" aldandırdığı vasitədən söhbət gedir. O və qardaşı Firdovsi də, narkotik vasitə istifadəçisidir, ona lazım olan, ehtiyacı olan zaman qardaşından narkotik vasitə istəmiş, o, da tapıb ona vermişdir. Yazışmalarda göstərilən İran İslam Respublikasından olan şəxs “Tofan” adlı iranlıdır. Tofan ilə «instagram» sosial şəbəkəsində tanış olmuşdur. Şəxsi istifadəsi üçün narkotik vasitə axtardıqda Tofanın bank kartına pul göndərmiş, o, da Bakı şəhərində olan onun tanımadığı Tofanın narkotik vasitə satan şəxsləri vasitəsi ilə Bakı şəhərində müvafiq yerə qoymuş, o, isə gedib oradan götürürmüşdür. Yəni Tofan ona bir bank kartının şəkilini göndərmiş, o həmin karta ödəmə məntəqəsindən pul yükləmiş, daha sonra isə narkotik vasitənin olduğu yerin fotosu onun mobil telefonuna göndərilirmiş, o, isə gedib həmin yerdən götürürmüşdür. Onun İran vətəndaşından narkotik vasitə almağının səbəbi əldə satılan narkotik vasitələrin qiymətinin baha olmasıdır. “Kola” dedikdə o, narkotik vasitə olan heroini nəzərdə tutur. Bir dəfə qardaşı Firdovsi ilə birlikdə Tofandan qeyd etdiyi formada narkotik vasitə almışlar. Həmin narkotik vasitə olan heroin əlavə tullantı qarışıqlı olduğundan Firdovsi həmin vasitəni təmizləmiş və sonra isə həmin vasitə istifadə üçün yararsız olmuşdur. Maqsud dedikləri şəxs İran İslam Respublikasında olan Tofan adlı şəxsin qardaşıdır. Maqsud və Tofanı o, görməmiş, tanımır, onlarla yalnız “whatsapp” əlaqəsi olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid4 ifadəsində bildirmişdir ki, +**********00 mobil nömrə onun daimi istifadəsindədir. Təqsirləndirilən şəxs əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu X7 vasitəsi ilə tanımışdır. Amili tanıyan zaman o, “Mercedes E Class" və “Ravon” markalı avtomobillər ilə taksi sürücülüyü edərək çörək pulu qazanmışdır. Sonradan isə bilmişdir ki, Amil narkotik vasitələrin qanunsuz dövriyyəsi, əsasən satışı ilə məşğul olan şəxslərə narkotik vasitələrinin satışını həyata keçirən kuryer kimi fəaliyyət göstərir. Amil ilə 2018-ci ildə tanış olmuş, 2020-ci ilin sonlarında isə onunla ayrılmışdır. Amil ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə adlanan ərazidə kirayə yaşamışdır. Amilin qeyd etdiyi qanunsuz işlərlə məşğul olmasını evə günlərlə gəlməməsindən, daima “həkim” deyə müraciət etdiyi Təqsirləndirilən şəxs ilə birlikdə olmasından bilmiş və Amilin özündən bu işlə məşğul olduğunu şəxsən eşitmişdir. Konkret olaraq isə Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərə narkotik vasitə satmasında köməklik, kuryerlik etməsi, ona müştərilər tapmasını bilmişdir. Firdovsidən başqa da, digər “bariqa”lara bu işdə birbaşa kuryerlik etdmiş, lakin onların adını bilmir. İlk dəfə Təqsirləndirilən şəxs ilə onu Amil diş həkimi kimi tanış etmiş, onun yaşadığı kiçik bir otaqdan ibarət evə aparmışdır. Orada bilmişdir ki, Təqsirləndirilən şəxs düz əməlli bir adam deyil. Sonra Amil özü ona demişdir ki, “həkim” iranlılardan mal alacaq mən aparıb dediyi adamlara çatdıracağam burda yaxşı pul vardır, nə var ki”. Bu sözləri Amil ona 2020-ci ilin sonlarında demiş və həmin zaman artıq ondan ayrılmışdır. Amil ilə münasibəti olan son zamanlarda artıq Amil evdə “patı” adlanan narkotik vasitəni qəbul etmişdir. Həmçinin Amil dəfələrlə Təqsirləndirilən şəxs evində narkotik vasitə qəbul etmişdir. Nə zaman Amilə zəng etmişdirsə o, "həkim” gildə olduğunu demiş, gecələr evə gəlməmiş, evə gələndə də, yanında 2-3 nəfər özü kimi narkotik vasitə aludəçisi ilə birlikdə gəlmişdir. Bütün bunlardan artıq bezdiyi üçün Amildən ayrılmışdır. Dəfələrlə Amil ona narkotik vasitələri qəbul etməyi təklif etmiş, lakin o rədd etmişdir. Amilin Firdovsidən aldığı narkotik vasitələri bacısının yaşadığı Babək və Gümüş adlı şəxslərə satmasını eşitmişdir. Dəfələrlə Amil ya onun istifadə etdiyi mobil telefon nömrəsindən ya başqa özünün istifadəsində olan mobil nömrələrdən Firdovsiyə zəng edib “yarı hazırla, bütov hazırla adam var aparıb verəcəyəm” kimi danışıqlar etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qardaşı Əlidən və İran İslam Respublikasının vətəndaşlarından almışdır. Bildiyi qədər Firdovsi əsasən “patı” adlanan narkotik vasitəni, bəzən isə “kakos" adlanan narkotik vasitəni satmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2021-ci il tarixli 6/675 nömrəli rəyindən görünür ki; tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd kağız paketin içərisində olan: üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." sözləri və imzalar qeyd eidlmiş bir ədəd kağız paketdə olan bir bükümdə təmiz çəkisi 28,844 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 470,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işinə əlavə olunmuş məhkəmə komputer-texniki ekspertizasının 01 aprel 2021 -ci il tarixli 5/208 nömrəli rəyindən görünür ki; 1) Təqdim edilmiş bir ədəd sensor ekranlı "Android 9” əməliyyat sisemi ilə təhciz olunmuş «Samsung Galaxy J3» markalı, «SM-J330F» modelli **********03292, **********03299 İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2) Tədqiq olunan «Samsung Galaxy J3» markalı, «SM-J330F» modelli mobil smartfonun yaddaşında (kontaktlar, qəbul olunmuş zənglər, yığılmış zənglər, “SMS” mesajlar, multimedia (audio, foto, video) fayllar, «whatsapp», «whatsapp business» proqram təminatları, «Facebook», «Skype» və «Telegram» sosial şəbəkələri vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) mövcüd olan yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 08 may 2021 -ci il tarixli 1441 nömrəli rəyindən görünür ki; müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə’’ Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən nakomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş 23 fevral 2021-ci il tarixli “mobil telefon aparatına baxış keçirilməsi və məlumatların “CD” diskə köçürülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan cinayət işinin materiallarına əlavə edilmiş içərisində +**********48 və +**********00 mobil nömrələri olan «Samsung Galaxy J3 (2017)» markalı, «SM-J330F» modelli, R58K55NCSMA seriya nömrəli **********03292 və **********03299 İMEİ kodlu smartfon tipli mobil telefon aparatının foto və videoçəkilişlər üçün nəzərdə tutulmuş kamerası və əməliyyat sistemində «whatsapp», «whatsapp business» və «telegram» ani mesajlaşma proqramları vardır. Mobil telefon aparatının ekranının kilidi «500a» şifrəsidir. Baxış keçirilən zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mobil telefonunun abunəçilər bölməsində olan bir neçə şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olaraq qabaqcadan aralarında razılaşdırılmış formada üstü örtülü olaraq narkotik vasitələrin adlarını «patı», «koku», «ot», «kola», «torpaq», «meti», «folqa», «daş» kimi adlandıraraq danışıqlar aparmışdır. Təqsirləndirilən şəxs mobil telefonunun abunəçilər bölməsində «Esma Kedi» adı ilə qeyd etdiyi +**********67 mobil nömrənin istifadəçisi ilə «whatsapp» ani mesajlaşma proqramında etdiyi danışıq və yazışmalar: Tarix: 13 fevral 2021-ci il «Təqsirləndirilən şəxs»: Necesen «Esma Kedi»:Belede Oturmuşam. Sen neynisen. Abimle piveliyirik. Qizda yatir. Ot varindi? «Təqsirləndirilən şəxs»: Neye gelmiwdi yatmağa «Esma Kedi»:Nem. bilim «Təqsirləndirilən şəxs»: Yoxe awkim ot yoxumdu. Bayaq özümdə olan torpağıda turuwa verdim. Oda sen derme ozucun yox. Metiyle deyiwib babek ucun isitirmiw. Bir az daw tapdım hardsa 03-04 indi ele turuwun yanindayam. Gir bidene dinceltde onu «Esma Kedi»:Kimi. Hel lap yaxwı. Mendede hecne yoxdu. Draznit olmusam «Təqsirləndirilən şəxs»: Caan Neyniyim lampada qalani getirim? «Esma Kedi»:Var icinde? «Təqsirləndirilən şəxs»: Elebele bir iki tustu «Esma Kedi»:Ona gore eziyyet cekme «Təqsirləndirilən şəxs»: Qoy bele soraq edim «Esma Kedi»:Tm «Təqsirləndirilən şəxs»: Gorum var nese tapsam pas ataram sene «Esma Kedi»:Tm Salam. Necesen hekim «Təqsirləndirilən şəxs»: Sagol erkey serce sen necesen «Esma Kedi»:Belede. Gic kimi «Təqsirləndirilən şəxs»: Niye ureyim? «Esma Kedi»:Teze durmusam Yerde ustu aciq yatmisam «Təqsirləndirilən şəxs»: Zaryatka bitib? «Esma Kedi»:He «Təqsirləndirilən şəxs»: Bir gun men yaninda olmadim velesende. Men yatmamisam geceni tezdennende kucelerde «Esma Kedi»:Heqqi. Niye Men yoxamda ona gore yatmamisan «Təqsirləndirilən şəxs»: Lew kimiyem indi he «Esma Kedİ»: Mende «Təqsirləndirilən şəxs»: Soraq edim gorum ne tapa bilirem «Esma Kedi»:Turus necedi. Yaxşıdı. Tm «Təqsirləndirilən şəxs»: Ne bilim gah aglayir gah gulur «Təqsirləndirilən şəxs»: İndi geldim yanina deyim gorum necedi gece 1 sora 1 bugunde 1+ yari derman dondermiwiy babeke. Men buğun seher saat 9 dan derman dalica getmiwem soyuq kesib meni. Lewem «Esma Kedi»:Can Can «Təqsirləndirilən şəxs»: Mendede zakon podlosti. O uwagin mali yanib ona gore cox cetinlik yaranib. Gorum bidene soraq edim ne tapa billem «Esma Kedi»:Tm can Tarix: 14 fevral 2021-ci il «Təqsirləndirilən şəxs»: Sevgililer gunun mubarek «Esma Kedi»:Cox sagol seninde neyniyirsen «Təqsirləndirilən şəxs»: Bekarciliq lomkaciliq iki gundu qolyatciliqdi el ayagima birwey dolawmir. Sende ne var ne yox İwdesen evde? «Esma Kedi»:Evde Nese tapdin «Təqsirləndirilən şəxs»: Yoxe serce agriyiram cikkili-cikkili. O uwagin mali tutuldu yandi. Menim kanalim quruyub. Belede pul vermey istemirem elde bahadi. Gorum neyniye billem. Sende halsizsan? Meni koku incidir pati olmasada otuwmey olur «Esma Kedi»:Olurem. Dura bilmirəm ayaqa «Təqsirləndirilən şəxs»: Gorum birwey tapa billem Tapsam gelib deyerem sene «Esma Kedi»:20 m pulda verim. Gor tapa bilsen vallah pisem «Təqsirləndirilən şəxs»: Billeme demeye ehtiyac yoxdu. Gorum neyniye bilirem «Esma Kedi»:Tm can Təqsirləndirilən şəxs mobil telefonunun abunəçilər bölməsində «X17 3» adı ilə qeyd etdiyi +**********68 mobil nömrəsinin istifadəçisi ilə «whatsapp» ani mesajlaşma proqramında etdiyi danışıq və yazışmalar: «X17 3»: Qaqa necesen. Neynisen. Salamatcılıqdı «Təqsirləndirilən şəxs»: Wukur qaqa. Belede «X17 3»: Nese tapmadin qaqa dedin axdaram. Hele o terefelere yolun dusmuyub «Təqsirləndirilən şəxs»: Yoxe qaqa «X17 3»: Basim bedenim oldurur aqridan olurem «Təqsirləndirilən şəxs»: Hem ozumde pul yoxdu «X17 3»: Dedim getsen 20 liy menimcun. Dunen yatıram dura bilmirem aqridan. Olurem «Təqsirləndirilən şəxs»: Hemde uwaga mal atan iliwib «X17 3»: Lapatkanin kayfini buğun tutmusam. Hee bildim qaqa. Allahaqi. Qolum qalxmiree qaqa bildiyin meliyirem. Neynisen. Qaqa Yatmisan. «Təqsirləndirilən şəxs»: Salam qaqa. Yox yatmamiwam. Amma evde deyilem. Salamatciliqdi. Ne yaxwi bu vaxt «X17 3»: He qaqa seherden gelirdim dedim evdesense derdewey biraz «Təqsirləndirilən şəxs»: Bildim qaqa amma evde deyilem uzurlu say «X17 3»: Narahat olma qaqa «Təqsirləndirilən şəxs»: Ok qaqa. Gecen xeyre «X17 3»: Xeyre qarsi qaqa Tarix: 15 fevral 2021 -ci il Təqsirləndirilən şəxs +**********54 mobil nömrəsinin istifadəçisi ilə «whatsapp» ani mesajlaşma proqramında etdiyi danışıq və yazışmalar: Tarix: 13 fevral 2021 -ci il «+**********54»: Salam kiwi necsan «Təqsirləndirilən şəxs»: Sagol kiwi yaxwiyam. Sen necesen? «+**********54»: Ma iwh gorusan. Sanan bi xabar yoxdu «Təqsirləndirilən şəxs»: Taniya bilmedim kim idi ? «+**********54»: İrannan Tofan «Təqsirləndirilən şəxs»: He qardaw Tofan necesen «+**********54»: Janin bawin yaxwidi «Təqsirləndirilən şəxs»: Men bezi sebeblere gore adlari silmiwdim «+**********54»: Bildiyim qardawim «Təqsirləndirilən şəxs»: Polis saxlamiwdi meni. Bitun nomreleri sildim. Özün yaxwisan? «+**********54»: Polisdan uzaq ol. Qadalim sanin kiwi «Təqsirləndirilən şəxs»: Tofan mene metadon lazim bir list. Varin buralarda?. Pulun verem ata «+**********54»: Sabah «Təqsirləndirilən şəxs»: Hede sabah lazimdi. İndi gecdi. Qiymet nece olar bilim. Dost uwaq var ona gore lazimdi. «+**********54»: 80 sana gora «Təqsirləndirilən şəxs»: Cox sagol qardaw opurem. Sabah saat necede almar. «+**********54»: Axsham saat 8 «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) «+**********54»: (yazdığı mesajı silir) «Təqsirləndirilən şəxs»: He qardaw duzdu «+**********54»: Oldu «Təqsirləndirilən şəxs»: Burda çox qariwiqliqdi. «+**********54»: Salam qardawim. Pul ver mali atim. Tez bazaar ela «Təqsirləndirilən şəxs»: Tofan zeng edirem bayaqdan acmir. Olar geceden axtarirdi. Deyirem belke seher tapıblar. Acsa bidene deqiq xeber bilərdim. 5 deq sebr ele «+**********54»: (səsli mesaj göndərir) «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) «+**********54»: (səsli mesaj göndərir) Təqsirləndirilən şəxs mobil telefonunun abunəçilər bölməsində «X14» adı ilə qeyd etdiyi +**********25 mobil nömrəsinin istifadəçisi ilə «whatsapp business» ani mesajlaşma proqramında etdiyi danışıq və yazışmalar: Tarix: 11 fevral 2021 -ci il «Təqsirləndirilən şəxs»: Gel gel cix gorek neyniyirik «X14»: İnwallah can «Təqsirləndirilən şəxs»:İki baci oturaq dertlewek. Fikirlewek patilatax ottuyax. Axir ki durquzaq «X14»: (Gülüş işarəsi göndərir) «Təqsirləndirilən şəxs»:Demesinlərki iki baci bir.... durquza bilmir «X14»: Yoxe baxma durquzariq «Təqsirləndirilən şəxs»:Gel gel gorey «X14»: Gelirem inwallah Allahin izniyle «Təqsirləndirilən şəxs»:İnwallah «X14»: Sen neyniyirsen Hardasan «Firdovsi Abduliayev»:Baxma bakiya duwennen sonra yadina duwmerem. Evdeyem. Arsizligima salmiwam. Cox yorulmuwam «X14»: Can her wey tersine gedir niye bele «Təqsirləndirilən şəxs»:Gelende ordan biraz Turkiye patisi getirde. Bir iki cekimlik diwimizin dibini deyiwek «X14»: Baş uste «Təqsirləndirilən şəxs»:Bawin guller uste Təqsirləndirilən şəxs mobil telefonunun abunəçilər bölməsində «M/S İlahe» adı ilə qeyd etdiyi +**********86 mobil nömrəsinin istifadəçisi ilə «whatsapp business» ani mesajlaşma proqramında etdiyi danışıq və yazışmalar: Tarix: 22 dekabr 2020-ci il «M/S İlahe»: Axşam cixaciq 20 yanvara deyibler ora gətirəcəm dayını görək nə deyiller. Sizə bir məsləhət eliyim amma aramizda qalsin. «Təqsirləndirilən şəxs»: Buyur ayib olar «M/S İlahe»: Adil İranlı kimdi «Təqsirləndirilən şəxs»: Tanimiram valla ne meseledi de maraqlanib. Problem deyil. Ne maraqlanim ne soruwum oni de «M/S İlahe»: Mənim dəli bacim. Mənim nömrəmi verib onlara ər arvatdilar. Nedile bilmirem. Mənə yazib ki çinar deyir mən ilahəni yola gətirə bilmirəm. Siz deyin gəlsin bura mənlə iwdiyek. Nə iwidi «Təqsirləndirilən şəxs»: Nə iw goreceksen? Senin bacinin bawi temiz qacib. O iwler şenlik deyil. Baci senindi tanitmaga ehtiyac yoxdu. «M/S İlahe»: Ona görə dədə sizə dedim «Təqsirləndirilən şəxs»: Mal alir mal satir «M/S İlahe»: He Yaqin menide öz kimi edecek. Duwunce yoxdu. Onda «Təqsirləndirilən şəxs»: Seni 10 gune gonderer iceri sen tutulunca da belinnen 3- 4 min qattiyar «M/S İlahe»: He lijbi Maqaya baxsin. Mən tutulub gedib xalam xesde Dayim 3 uwax ortada qalsin «Təqsirləndirilən şəxs»: İlow qurban sene 10deq yaziram «M/S İlahe»: Yaxwi. Atdim bloka o İran nomresini. «M/S İlahe»: Her vaxtin xeyir «M/S İlahe»: Sehere yaxın çıxaciq ki saat 9 da orda olaq «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) «M/S İlahe»: He ankoloji. A yox ey men qələt eeliyərəm qadına yaraşmaz hərəkətdir olar «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) «M/S İlahe»: Hə bildim buda baci mənə gör eyi təklif eliyir. Bilirem narahat olmuyun mənə nəsə lazım olsa deyecem sizi. Çox sağolun «Təqsirləndirilən şəxs»: Deymez «M/S İlahe»: İnşallah yaxşı olar dayımda. Sabahda qayidariq evə «Təqsirləndirilən şəxs»: Men bacin hamileydi deye olara komek etdim vezyetden cxsinlar. Allahimwahiddi 1 manatda xeyirim olmayib ordan. Cinide bilir Maqada. Menim elimde olan wans kimde olsaydi milyoner olardi «M/S İlahe»: Bəs niye olmadiz. Olara verdiz olarda yidi «Təqsirləndirilən şəxs»: Men o pulnan evime 1 corekde almaram. Men uwaqlarima alnimin teriyle elimin qabariyla corek yedirmiwem. O pul haram puldu Təqsirləndirilən şəxs mobil telefonunun abunəçilər bölməsində «X20 teze» adı ilə qeyd etdiyi +**********47 mobil nömrəsinin istifadəçisi ilə «whatsapp business» ani mesajlaşma proqramında etdiyi danışıq və yazışmalar: Tarix: 03 fevral 2021-ci il «X20 teze»: Xala oqlu «Təqsirləndirilən şəxs»: Daniwa bilmirem «X20 teze»: Gir pinupa. Onun ucun yiqiram. Orda sauk cvb ver. Cavablari deyim 80m bonus versin? «Təqsirləndirilən şəxs»: Qalsine tural sora söhbet ederik Tarix: 05 fevral 2021-ci il «X20 teze»: Qaqa oyaqsan «Təqsirləndirilən şəxs»: Yoo qaqa yatmiwam coxdaan. Be sen oyaqsan? Alo Tarix: 07 fevral 2021 -ci il «X20 teze»: Fedi qaqa necesen qaqa qızdan danisiram Bayılda qalir sen qaldiqin ne yer gedir Fedim «Təqsirləndirilən şəxs»: Bayil «X20 teze»: Billem sen teref qaldiqin yer qaqa «Təqsirləndirilən şəxs»: Ftaroy «X20 teze»: He bildim gorum «Təqsirləndirilən şəxs»: Hayanda qalir. Teze xanedi? «X20 teze»: Pul para tapsam axsam gelecem «Təqsirləndirilən şəxs»: İnwallah. Hardan tapmisan? Azardan «X20 teze»: Yo imodan görüm neynirem)) nece necur) «Təqsirləndirilən şəxs»: Soruw gor xalasi qizi var «X20 teze»: Gelse narahat olma divij edersen görüm 2-3 dene qiz tapib getire bilemmi. Hamsini qoyacam yaniva «Təqsirləndirilən şəxs»: Kim gelse hara gelse? «Tura! Xala Oglu teze»: Koti «Təqsirləndirilən şəxs»: Bize eve? «X20 teze»: Gətirmiyim qaqi)) «Təqsirləndirilən şəxs»: Hele daniw gor axwama biwire bilirsen «X20 teze»: Poxuy Men tutdumsa he hedi yox ............................ (söyüş) Naziynan oynamiram «Təqsirləndirilən şəxs»: Menim özümü...(söyüş) lazımdı «X20 teze». İVten tovbeliyem oqlana) «Təqsirləndirilən şəxs»: Mende iwemeye ucundu uje xalaoğlu. Men oglan deyilemki kiwiyem «X20 teze»: Hahahaha «Təqsirləndirilən şəxs»: Tfu ogrew gede. Gor mene ne deyir «X20 teze»: Bir poxduda yediy özün netersen yaxsisan «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) «X20 teze»: Ses açılmır bilmirem niye «Təqsirləndirilən şəxs»: Deyirem bakidasan yoxsa sumqayitda? «X20 teze»: Sumqayitda «Təqsirləndirilən şəxs»: Kotİyle goruntulu daniwirsan «X20 teze»: Yo «Təqsirləndirilən şəxs»: Bayilda qalandi? «X20 teze»: İMO yukle «Təqsirləndirilən şəxs»: Dedim belke goruntuludu dyeceyedim skrin et baxim belke taniyiram. Menim imoyla baw qatan yawimdi? «X20 teze»: Ele o vaxtindi «Təqsirləndirilən şəxs»: Sebrim çatmaz ele weylere «X20 teze»: Yasin gedib qaqa senin)) «Təqsirləndirilən şəxs»: He zuzulub uje yasim «X20 teze»: Qaqa görüm pul para tapa bilsem gelecem yaniva «Təqsirləndirilən şəxs»: İnwallah «X20 teze»: Tema zad yoxduda yoxsa goturub gelerdim. Qaqa görüm tapsam tema tek gelecem oturaq hafizdende daniwaq o işi awirdaq «Təqsirləndirilən şəxs»: Mendede qalyatciliqdi iki gundu dilxorculuqdu «X20 teze»: Mendede «Təqsirləndirilən şəxs»; O iwi men tam başa duwmedimki «X20 teze»: Cenem agriyir yungul vari gelim danisariq onu hell edey «Təqsirləndirilən şəxs»: O ne teklif edirdi bilmedim gelersen daniwariq «X20 teze»: Yaxwi gelim ureim qutban sene «Təqsirləndirilən şəxs»: O ne deyirdi? Deyirdi zapcatslari gonderim orda yigin vezyete getirin deyirdi? «X20 teze»: Yo onda her şey hazirdi deyir danisaq taniyaq meslehet olsa yoladaq satin «Təqsirləndirilən şəxs»: Men ele bawa duwdum deyir resepti verim deqiq şorada zapcatslari gonderim burda yigaq ele bildim teklifi oydu «X20 teze»: Yo «Təqsirləndirilən şəxs»: Gelersen emelli daniwariqda «X20 teze»: Yaxsi qaqam «X20 teze»: Fedi necesen qaa «Təqsirləndirilən şəxs»: Salam qaa wukur yaxwi sen necesen «X20 teze»: (səsli mesaj göndərir) «Təqsirləndirilən şəxs»: Hec qaqa bekarciliq «X20 teze»: Fedi salam «Təqsirləndirilən şəxs»: Salam necesen İnnet (internet) gedib yoxdu indi kont yukledim «X20 teze»: Belede dilxor nastrenya 0 (sıfır). Qehbenin balasi tema atib atram falqaya pokkulduyur saralir bozarir ne poxdu basim çixmadi «Təqsirləndirilən şəxs»: Bele nedeyim bilmirəm gormemiw birwey demey olmur xala ogli «X20 teze»: Qaqa görüntülü yiqaram gorsederem birazdan «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) «X20 teze»: Yatmiwdim indi dururam «Təqsirləndirilən şəxs»: Bawqa ne var ne yox salamatciliqdi neyaman cox yatirsan Tarix: 11 fevral 2021-ci il «X20 teze»: He eləmirəm deyə fedi ancaq yatiram gedim evdəsən? İwde usaqa nomrevi vermiwdim diwini duzeltdirmek İsteyirdi birdene tez yazda mene «Təqsirləndirilən şəxs»; Tez yazdim «X20 teze»: Hahahahaha «Təqsirləndirilən şəxs»: Sora ne yazim? hahaha «X20 teze»: İndi gec yazsanda olar)) Qaqa usaq yiqdi «Təqsirləndirilən şəxs»: Gec «X20 teze»: Diwine göre? Qaqa o temani 25den verirəm usaqa hamsini bəziləri cicey kimidi bəziləri poqquiduyur saralir catmadi mene «Təqsirləndirilən şəxs»: Hansi uwaq? Kim yigmalidi meni «X20 teze»: Diwine gore nomrevi verdim diwini duzeltmem istirdi dedim qewey diw ..... (söyüş) xala oqlum var get bidene iteleyib cixartsin duzelecej. Gelende yaniva surtersen «Təqsirləndirilən şəxs»: Qariwiq maldida ona gore fikir versən görəcəksən «X20 teze»: He temizdemey olur onu? Bawim cixmir ki menim «Təqsirləndirilən şəxs»; (səsli mesaj göndərir) «X20 teze»: He qaqa bicdilerde qaqa «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) «X20 teze»: Ordan saxlamisam senə 1 denə 15 denəsi hasini verirəm 25 e usaq gəlir goture qoy ........... (söyüş) özümdü çekmirəm onsuz 3 gündü başını buraxdım oqluma sen ol dedim «Təqsirləndirilən şəxs»: Baxda neter meslehetdi «X20 teze»: Balamnan artiq deyil ki «Təqsirləndirilən şəxs»: Lap yaxşı «X20 teze»: (səsli mesaj göndərir) Tarix: 12 fevral 2021 -ci il «Təqsirləndirilən şəxs»: Xala oglu salam bidene svyaza cix tecilidi məti lazimdi 2- 3 denə dost uwaqdi təcili xəbər de mene «X20 teze»: Salam qaqa ona kanal yoxduki «Təqsirləndirilən şəxs»: Bidene soraq ele belke hay huy ele belke tapilar Tarix: 14 fevral 2021-ci il «X20 teze»: Fedi necesen qaqa fedi qaqa «Təqsirləndirilən şəxs»: Qaqa yaziram 3 nefere «X20 teze»: Basiva donerem bidene alindirsan yaxsi olar gedib 20 dene goturerdim «Təqsirləndirilən şəxs»: Xeber gozleyirem «X20 teze»: Yaxsi qaqam Tarix: 15 fevral 2021-ci i! «X20 teze»: Fedi necesen mennen elaqe saxliya bilersen qaqa xala oqlu btdene bax telefona Tarix: 16 fevral 2021 -ci il «Təqsirləndirilən şəxs»: He indi bazdim telefona Eliye yazmiwdim belken patin ola dedi yoxdu dedi tural gildeaxtarir «X20 teze»: Mende var pati kola usaq istirdi irannidan pul vurub göturmey dedim özünde olsa lap bele «Təqsirləndirilən şəxs»: Eli dedi evde var kola istese ver Turala «X20 teze»: Fedi 18 den istiyirler Tunarin cani men hecne tutmuramda 10 dene istiyir «Təqsirləndirilən şəxs»: Gözle «X20 teze»: Qaqa otmenit oldu tapib özü pati istiyirsen cekmeye sen Təqsirləndirilən şəxs mobil telefonunun abunəçilər bölməsində «X10 Xadimi» adı ilə qeyd etdiyi +**********56 mobil nömrəsinin istifadəçisi ilə «whatsapp business» ani mesajlaşma proqramında etdiyi danışıq və yazışmalar: Tarix: 09 fevral 2021 -ci il «X10 Xadimi»: Petreddin oyaqsan gotun wiwdi he wiwsinde nolacaq iyne bataracam piss elyecdy (bu mesajdan sonra sellofan torbalarda qablaşdırılmış narkotik vasitəyə bənzər kütlələrin fotolarini göndərir) «Təqsirləndirilən şəxs»: Cox bilinir «X10 Xadimi»:Bu yetim qan atgliyir gönderdiyi yarim kla (kilo) getdi bilarin icunde peti qoz qoymuesanda konkret hee «Təqsirləndirilən şəxs»: Yoxe niye qoymuram «X10 Xadimi»:Video göndərir «Təqsirləndirilən şəxs»: Qoyuram qozda findxida «X10 Xadimi»:Findux his elemedum qoz gelifcatdi findix yoxdu «Təqsirləndirilən şəxs»: Bir nefer var idi ona yazirdim ona gore «X10 Xadimi»:Men iki neferemki mende bir neferemde «Təqsirləndirilən şəxs»: Eli ne salam necesen ne var ne yox bayaq adam geldi yaza bilmedim Eli dunen bawim biraz qarisiq idi senle yazisa bilmedim sora söhbet ederik dunenki meseleni prosta bir söhbet ewitdim gece bugunde biraz ucundan qulaginnan maraqlandim yenede tam olaraq catmadi mene dedim gorum sen Ceferle elaqe saglayir axirindi hacan danismisan Ceferle mene yaz vaxt edende sozum var «X10 Xadimi»:Fie yaz yatmiwdim dunen kef hal elemisem yaziwmisix alo «Təqsirləndirilən şəxs»: Salam burdasan «X10 Xadimi»:Fle yaz ? meni 8-ci bolmeye cagriblar gelecem birazdan «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) «X10 Xadimi»:Protokola yazacaqlar he pisd dagtdma gore yoldayam taksiyle rahata dansamram sen ses at osdisen (eşidirsən?) men yazm «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) «X10 Xadimi»:Ok çatana yaxn deyerem sene «Təqsirləndirilən şəxs»: Ok «X10 Xadimi»:A patin qalir? «Təqsirləndirilən şəxs»; İkidene yarim vermiwem göze yari «X10 Xadimi»: (Gülmek isaresi gönderir) «Təqsirləndirilən şəxs»: 25+25 (Gülmek isaresi gönderir) «X10 Xadimi»: Pulumu verdabe «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) Varindi? Birwey atabilmir? «X10 Xadimi»:Yoxe malin tutyblar demedim yarmklo ogun yanfi «Təqsirləndirilən şəxs»: He bildim onu dedim belke sora nese dvij olub olar ucun yarim kilo nediki orda 4 m alillar torpagi 6 m dawi Tarix: 11 fevral 2021 -ci il «X10 Xadimi»:Fiki yukledim a kontr catdu sene «Təqsirləndirilən şəxs»: He catdi sagol bayaqdan sms gozleyirem oda gelmir sene vzv verdim dedim belke yadinnan cixib yadina salim sora dedim bidene balansa girim girdim baxdim ki knt yuglenib ele onda dedim GUGUMP «X10 Xadimi»: (şəkil göndərir) GGUUGGUPPP «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) Tarix: 12 fevral 2021-ci il «Təqsirləndirilən şəxs»: Salam necesen neyniyirsen sene zeng edibrem gozduyur gozduyur sora deyir zeng catmir menle elaqe saxlayarasan adam nigaran qalir xeber eter olmayanda iwdi Amil yigib eder seni konkret yola ver ok yaxinina buraxma birden nese istiyer eliyer menle elaqe saxlayarsan daniwariq. Tarix: 14 fevral 2021-ci il «Təqsirləndirilən şəxs»: Aluu necesen Təqsirləndirilən şəxs mobil telefonunun abunəçilər bölməsində «Eli» adı ilə qeyd etdiyi +**********04 mobil nömrəsinin istifadəçisi ilə “whatsapp business” ani mesajlaşma proqramında etdiyi danışıq və yazışmalar: Tarix: 12 fevral 2021-ci il «Təqsirləndirilən şəxs»: Salam necesen neyniyirsen sene zeng edibrem gozduyur gozduyur sora deyir zeng catmir menle elaqe saxlayarasan adam nigaran qalir xeber eter olmayanda iwdi Amil yigib eder seni konkret yola ver ok yaxinina buraxma birden nese istiyer eliyer menle elaqe saxlayarsan daniwariq. «Eli»: Ok «Təqsirləndirilən şəxs»: Eli daniwa bilmirem «Eli»:Ok yaxsu salamatcilixsu «Təqsirləndirilən şəxs»: Yanimda bawka adam var he salamatciliqdi mende « Eİ i»: O k «Təqsirləndirilən şəxs»: Sende ? «Eli»: He «Təqsirləndirilən şəxs»: Yanimdaki goruntulu daniwir. Bilmiler yaninda adam var one men sesimi cixara bilmirem daniwa bilmirem birazdan burdan cixacam yixaram daniwariq «Eli»: Hardasan neiw gorsen amil neynib ne meseledi onsizde yola verem ona....... (söyüş) başında veren deylem «Təqsirləndirilən şəxs»: Eli bawqa yerdeyem biraz elim wirelidi (gülüş işaresi göndərir) «Eli»:Wire versen koladan hec temizlemsen? Qiznansan? (şəkil göndərir) «Təqsirləndirilən şəxs»: Amil hecne babekin evde karti olub anasi verib 10 m pul atirmiw onu evden ogurluyub evde soz söhbet «Eli»:Dunen gumuwnen ygmiwdi meni deyb gulurduwr kefleri saziydi kola pati axatirdi dedim yoxdu «Təqsirləndirilən şəxs»: Onnan sora pal paltarin yigiwdirib bacisi deyib cix evden «Eli»;Agzinda .....(söyüş) «Təqsirləndirilən şəxs»: Buda deyib gorerik kim cixacaq polisleri tokub ora. Babek mawin qacirmiwdi bayildan axtariwdaydi polisteri tokub ora deyib budu burdadi ozude narkamandi kola edir pati edir evde yatdigi yerde gelib hop stop edibler karoci bil yigib elese acma o hereketi eden qehpeden herwey gozlemey olar «Eli»:He senol babek icerdedi indi? «Təqsirləndirilən şəxs»: He evsde «Eli»:Cixibdi? Sen hardasan (gülüş işaresi göndərir) agsaqqlar kimi devet elemeyibler eve sen?? Babek tutuldu amol qawdo (gülüş işaresi göndərir) . Bundan sonra “koladan temizlemsen” verdiyi sualini işarə edib yene sual verir «Təqsirləndirilən şəxs»: Men bayildayam «Eli»:Varundi cekmeye «Təqsirləndirilən şəxs»: Amma biraz qarisiqliqdi adam zad var bir uwaq var onun evineyem söhbet var yungul vari daniwariq söhbet ederem burdan « Eli »:Ok «Təqsirləndirilən şəxs»: Eli inansan bir saat oturdum ew ew bezdim 7-8 qram zir zibil cixdi 0.5 temiz cixmadi « Eİİ»: Bİ a «Eli»:....(söyüş) onun.......(söyüş) «Təqsirləndirilən şəxs»: Men bu qehpeni nece vaxti fikir verirem hec yerde daniwilmayan sohbetleri melumatlar bunnan cixirdi ona goren kecen defe sene dedim yadinda dedim bunda melumatlar bawqadi «Eli»: Hde Tarix: 14 fevral 2021 -ci il «Təqsirləndirilən şəxs»: Eli neynirsen Eli meti tapmaq olar «Təqsirləndirilən şəxs»: Salam necesen bidene yazda mene Təqsirləndirilən şəxs +**********44 mobil nömrəsinin istifadəçisi ilə «whatsapp business» ani mesajlaşma proqramında etdiyi danışıq və yazışmalar: Tarix: 11 fevral 2021 -ci il +**********44 : Selam aga necursen agayi ferdoss GUGUPP sissiz? «Təqsirləndirilən şəxs»: (səsli mesaj göndərir) Tarix: 12 fevral 2021-ci il +**********44: Buraz yaz kanail yoxdu metiye «Təqsirləndirilən şəxs»: Obiri npmreni iwletmirsen Gugup +**********44: İwledrem bunan yazda burdayam inagore «Təqsirləndirilən şəxs»: Bu nedi be gunde bir nomre +**********44: Moddu bele merin neynisen «Təqsirləndirilən şəxs»: Meti deyirsen tapmaq alınmaz kanal yoxdu +**********44: Yox kanal yixdu «Təqsirləndirilən şəxs»: Lazimidi qiz istir +**********44: Bildiyim satanda yoxdu hec yox senol «Təqsirləndirilən şəxs»: Mesuda bidene yazasan belke olar gonderirde +**********44: Ne dehm? Neceden lazmdiki «Təqsirləndirilən şəxs»: Burda kime veribler onnan goturejde +**********44: Burda mennen bawqa heckme vermir axi hemde meti gondermir «Təqsirləndirilən şəxs»: Qiymetine baxirda ucuz olsa artiq gonderir +**********44: Kime gonderir men bilmirem «Təqsirləndirilən şəxs»: İki defe weklin atibki yolluyuram +**********44: Meti? «Təqsirləndirilən şəxs»: He +**********44: Mene gelb ciyb cixmib ona gore dedim dansaram indi indiye lazmdi «Təqsirləndirilən şəxs»: Belke onu bawqa kanala oturut +**********44: 2-3 dene metin heckm atmaz aci «Təqsirləndirilən şəxs»: Ozum gormuwem sen bide soruw olar olmaz olmazda amma gormuwem ozu wekil atib +**********44: Birxet duwur yazmiram yazmiwüam cavab yazsin deym Tarix: 13 fevral 2021-ci il +**********44: Petreddin hardasan «Təqsirləndirilən şəxs»: Evde deyilem niye nolub? Salamatciliqdi? +**********44: He «Təqsirləndirilən şəxs»: Eli bide yadimdayken deyim, Dunen memmede zeng edibler 8den deyiblər gel bolmeye. Oda getməyib qacib burdan bibisigile +**********44: Buğun memmeden mene zey geldi adboy eledim avmadim «Təqsirləndirilən şəxs»: Hem men buğun ewitdim dedim yadimdayken deyim sene +**********44: Kola nagargaa burun baw cixir yweinnwn «Təqsirləndirilən şəxs»: İnanirsan esirem bu deqqe +**********44: (söyüş) kimi? «Təqsirləndirilən şəxs»: Eeve getsem ancaq o toz torpaqinnan atim falqaya +**********44: Hewdad «Təqsirləndirilən şəxs»: Erimir cehenneme weimesin esas odu tustu gelsin vezyetden cixim ali zeng edirdin? Tel sessizdeydi ? +**********44: He «Təqsirləndirilən şəxs»: Salamatciliqdi +**********44: Getmemisen eve? «Təqsirləndirilən şəxs»:? Yoxe +**********44: Hele salamatxlsi «Təqsirləndirilən şəxs»: Ne yaxwi elebele? +**********44: Burnum bawm dayair he dedim gorm gelsenese geledum kola cekem biraz «Təqsirləndirilən şəxs»: Neqeder vaxta gelersen +**********44: Sen iwin nevax qitarar beke gem acari gitrum alinir «Təqsirləndirilən şəxs»: Problem deyil gel +**********44: Hara gelim «Təqsirləndirilən şəxs»: Biryerde qalxaqeve +**********44: Hansi terefxesen tajsi zakaz veren inda «Təqsirləndirilən şəxs»: Praqresin yanina cat xeber Ok +**********44: Ok «Təqsirləndirilən şəxs»: Neynirsen cixmisan evden? Geliesen +**********44: He mehledeyem taksi catr cxram «Təqsirləndirilən şəxs»: Ok +**********44: Men aznefdn krqndayam bu taksn yola salm ordan otrax birne gedek «Təqsirləndirilən şəxs»: Nece istirsen proqresin +**********44: Yavas yavas cixda 5 deq ordayam «Təqsirləndirilən şəxs»: Cixiram sen proqresde duw +**********44: Ok burdayam gersen çox durmuyaq burda it qurd doludu «Təqsirləndirilən şəxs»: He 1 deq ordayam +**********44: Gor ne deyirem xaw geder ? «Təqsirləndirilən şəxs»: Kec apteke teref +**********44: Ok eli marketdeyem men +**********44: “Unibank ASC” Kommersiya bankının “albalı plus” adlı, “MR İlgar Aliyev”ə məxsus olan 5243 7644 1044 5181 nömrəli bank kartının fotosunu göndərir +**********44: Zey vurmusan esitmemisem taksdeuydm «Təqsirləndirilən şəxs»: Nomreleri silirdim elim deydi +**********44: Ok +**********44: (Səsli mesaj göndərir) «Təqsirləndirilən şəxs»: Netersen he yaxin buraxma +**********44: Yoxeso «Təqsirləndirilən şəxs»: Qoy... (söyüş) paykavoy qehpe +**********44: Ok «Təqsirləndirilən şəxs»: Aluu burdamisin +**********44: Hefidi yatmiwfsm «Təqsirləndirilən şəxs»: Salam nevar neyox +**********44: Wukur senneynisen «Təqsirləndirilən şəxs»: Eli o tural vardie naxcivanni mehle +**********44: He «Təqsirləndirilən şəxs»: Onun nomresi var sende +**********44: Yox neynisen o nu «Təqsirləndirilən şəxs»: Adam varidi onu soruwacaqdim +**********44: Uo yoxdu Tarix: 14 fevral 2021 -ci il «Təqsirləndirilən şəxs»: Belede menemde bekarciliq kimnen tapa bilerik yada o uwaq varidie sen evsde olanda menle danieib edirdi polia. Men taxka gonderende smende olan polis +**********44: Bildim onunda nomesi yoddu yox orxan nomresi var +**********44: Kim axtarir «Təqsirləndirilən şəxs»: Gumuw axtarir +**********44: Onada qoydu «Təqsirləndirilən şəxs»: Soruwdu mennen amil sizde dedim bize gelmir Tarix: 15 fevral 2021 -ci il +**********44: (5 səsli mesaj göndərir) +**********44: Neynisen ne iw gorsen «Təqsirləndirilən şəxs»: Hec bekarciliq lomkaciliq +**********44: Niye lomkacilz «Təqsirləndirilən şəxs»: Nebilim hewzad yoxdu +**********44: İnwala saba atmalidi patinda yoxdu? «Təqsirləndirilən şəxs»: Sen neyniyirsen ne iw gorursen +**********44: Saba olmalidi «Təqsirləndirilən şəxs»: Yoooo 0,1 ancaq dunen o qiz pus gundeydi getdim evterine dedim biryerde oturaruq 20 m pulum var demiedi. Getdim gordum evde elave 2 qiz . baxim 0.5 p 4 nefer adam dedim men telesirem iwim var qapidan qayitdim +**********44: Hecne gece tutmuwdular usdumde 8 qr pati. Masqaya gore saxladilar ...... (söyüş) bularin varyoxdun apatdilar bolmeye elimde saxlamiwdim hecure ara bilmedim mecbur uddum. Olumnen qayitdim gece 5 de tutdular 7 de cixdim qcdum eve yarm liytr duruyagi çekdim bawma yarm litrede gotume saldim putulkan vawin pramoy iceri. Qusdum qusanda geldi duwdu «Təqsirləndirilən şəxs»: Bilseydim tek deyil 0.5 aparmazdim +**********44: enol bexdum getrdi de usdunu wmon elediler bolmede «Təqsirləndirilən şəxs»: Allah kutarib seni. Maska niye taxmirsanki ne poxduki tax problem yaranmasinda +**********44: Fidi gulu sene yazsa ki hardasan neymisen eli gildeyem dene diresb ki helm size dedim fidi bizde qalacaq bugin. Evde qiz var ona gore qirdim «Təqsirləndirilən şəxs»: Ok +**********44: Tural peysere yaz mene yazmiwdi ki elimde tema var. Getrsinde uc vew denesin «Təqsirləndirilən şəxs»: Osturaq ogun dedi mal zaydi. 25 den verirem getsin. 1 dene sene salamiwam dedi. Xeber eter cixmadi. Yoxd oldu. Dunende yigib meni 1 50 azn deyir ver mene. Axwama 20 dene atfirim pulum catmir. Sabah qaytarim pulu. Dedim mende 150 ne .........................................(söyüş). +**********44: Fidi set zeyfdi yifdun tutmadi «Təqsirləndirilən şəxs»: Neynirsen zeng edipsen ewitmemiwem. Flardasan. bilirem bayaq dedin yoxdu. Amma mende vopwe hecne yoxdu. İmkan olsaydi hec olmasa 0.5 pati vererdin +**********44: Senol beyaq pulnan 45 manata gotrdum bidene. cekib qutarmiwam pawti/ 02 zad qala qalmya. İsdisen verim onu. Sumqaytda gormusem. «Təqsirləndirilən şəxs»: Nedeyim olsaydi pis olmazdi sen ozun neyniyessen 0.2 +**********44: Flecne qiznanam otrmhwx evde kola cektem «Təqsirləndirilən şəxs»: Men nece goture bilmedim patini +**********44: Mendekini? «Təqsirləndirilən şəxs»: Evi tanimiram +**********44: 10 manat oyana 10 buyana taksi verince 20 manatdix nese gotrsen onan yaxsidi ki qoy seki atm bax hor qalan budu «Təqsirləndirilən şəxs»: Flede dedin 0.2 ona gore +**********44: 02 qram yoxe 02 cet. Bir dene balaca daw. Dayan atm «Təqsirləndirilən şəxs»: Bildim +**********44: Turala yaz kola isdir soxa torpagi «Təqsirləndirilən şəxs»: Ok yazarsm Təqsirləndirilən şəxs mobil telefonunun abunəçilər bölməsində «Taleh Cin» adı ilə qeyd etdiyi +**********98 mobil nömrəsinin istifadəçisi ilə «whatsapp business» ani mesajlaşma proqramında etdiyi danışıq və yazışmalar; «Taleh Cin»; Bildim «Təqsirləndirilən şəxs»: Dedim sene ver karti bele denayliq ne atacayiqsa ataq ordan cixarsin Bawqa o karta hardan pul gelecekki? Dedim sene Şehla gile verme menim kartimnan ada familyamnan pul gondereller irana zada pox pusur pulu. Sora menim bawim agritar. Menim adimadi olaru yox meni axtarib tapacaqlar. «Taleh Cin»: Yox vermerem one hecne vermerem «Təqsirləndirilən şəxs»: Ok (səsli mesaj göndərir) «Taleh Cin»: (səsli mesaj göndərir) Təqsirləndirilən şəxs +**********16 mobil nömrəsinin istifadəçisi ilə «whatsapp business» ani mesajlaşma proqramında etdiyi danışıq və yazışmalar; +**********16: (səsli mesaj göndərir) Yari gotur pulunu verremde oldum ey «Təqsirləndirilən şəxs»: Yanimda adam var adboy verirem birde yiyigirsan. Alinmir tapa bilmirem +**********16: Olmurem axi «Təqsirləndirilən şəxs»: Yoxdu uwaqda +**********16: Puluyla isdeyirdim ey men deyende hec vaxt tapilmirda onsuzda Təqsirləndirilən şəxs "facebook” sosial şəbəkəsində etdiyi yazışmalar; «İlhamə»: Elim deydi o 150 «Təqsirləndirilən şəxs»: Ok bildim getirerem baxarsan «Təqsirləndirilən şəxs»: Niye yatmirsan bu saatda «İlhamə» :Flazirlawiram «Təqsirləndirilən şəxs»: Pati qoyursan yetim «İlhamə»:Ne «Təqsirləndirilən şəxs»; Flecne «Təqsirləndirilən şəxs»; Qrupda idim gecen xeyre «İlhamə»;Mende kinoya baxirdim xeyre qarwi Təqsirləndirilən şəxs mobil telefonunun yaddaşından «whatsapp» və «whatsapp business» ani mesajlaşma proqramlarının səsli mesajlar adlı qovluqlarında aşağıda göstərilən səsli mesajlar aşkar edilmişdir; - PTT-20210208-WA0000 adlı səs yazısı 10 saniyədən ibarətdir, 08 fevral 2021 -ci il tarixdə «Gümüş» adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs göndərilmişdir Mobil telefonun abunəçilər bölməsində «Gümüş» adlı şəxsin mobil telefon nömrəsi +**********28 qeyd edilmişdir. Səsli mesajın mətni: «Ay həkim mənəme Gümüşdü hardan qaldın ? birde gör nə deyirəme gör alınırsa belə pulnan 0.5 götürdə təmiz daş olsun bir dənə xəbər elə mənə» - PTT-20210210-WA0003 adlı səs yazısı 27 saniyədən ibarətdir, 10 fevral 2021-ci il tarixdə göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərilən yazışmalara uyğun məna və məntiqi ardıcıllığına görə mobil telefonunun abunəçilər bölməsində «X10 Xadimi» adı ilə qeyd etdiyi +**********56 mobil nömrəsinin istifadəçisinə «whatsapp business» ani mesajlaşma proqramında göndərilmiş səsli mesajdır. Səsli mesajın mətni: «Onunda ki, iyirmibeşi biri gəldi nağdı oldu, prosta bir dənəsini gəririb verməyibdə pulunu böyün verəcək. Mən onu şeyini balaca az qalıvb dünən bir az Elmanın yanına getdim saçımı zadımı qırxdırdım onnan sora bir uşaqnan spöhbət elədim elə ortalıqda getdi az bir şey qalıb əslində» - PTT-20210210-WA0004 adlı adlı səs yazısı 20 saniyədən ibarətdir, 10 fevral 2021-ci il tarixdə göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərilən yazışmalara uyğun məna və məntiqi ardıcıllığına görə mobil telefonunun abunəçilər bölməsində «X21 teze» adı ilə qeyd etdiyi +**********47 mobil nömrəsinin istifadəçisinə «whatsapp business» ani mesajlaşma proqramında göndərilmiş səsli mesajdır. Səsli mesajın mətni: «Şey eliyrsən problem yoxdu evdəyəm indi yəqin nəsə qarışacağı zadı varda nə deyim. Olsa mən sənə azaldıb yoxlamaq olar görüntülü heşnə də, yığarsan baxarıq» - PTT-20210211-WA013 adlı adlı səs yazısı 1 dəqiqə 4 saniyədən ibarətdir, 11 fevral 2021-ci il tarixdə göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərilən yazışmalara uyğun məna və məntiqi ardıcıllığına görə mobil telefonunun abunəçilər bölməsində «X20 teze» adı ilə qeyd etdiyi +**********47 mobil nömrəsinin istifadəçisinə «whatsapp business» ani mesajlaşma proqramında göndərilmiş səsli mesajdır. Səsli mesajın mətni: «Hamısın eyni deyildə deyirsən gah saralır bəziləri təmiz qalır neyniyir belə bir şeydi?. Sən ona fikir versən o mala i iki cür mal olub biri zay olub biri normal, onu qatışdırıblar bir birinə. Qatışdırıblar ki bu geydirməni sata bilsinlər başa düşdün. Onu belə oturub baxsan belə töksən balaca stolun üstünə zada, qara rəngdə bir şeyin üstünəı töksən, telefonun ekranın üstünə adi orda seçəsən özün görəsən ki orda iki cür variantda yanı ki, biri ya parlaqdı ya biri matdı, ya məsələn biri belə nazik uzun-uzun fasondu içləri, biri düyü kimi yumru-yumru. İki cür malı qatıblar bir-birinə ona görə». - PTT-20210211-WA014 adlı adlı səs yazısı 38 saniyədən ibarətdir, 11 fevral 2021-ci il tarixdə göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərilən yazışmalara uyğun məna və məntiqi ardıcıllığına görə mobil telefonunun abunəçilər bölməsində «X20 teze» adı ilə qeyd etdiyi +**********47 mobil nömrəsinin istifadəçisinə «whatsapp business» ani mesajlaşma proqramında göndərilmiş səsli mesajdır. Səsli mesajın mətni: «Baxda vaxt aparan şeydi olur təmizdəməyə niyə olmur ki. Ona görə sənə dedimdə baxsam deyərəm. Belə yoxsa falqada yanmağına əriməyinə belə baxmağına belə əlimdə baxıb deyərəm. Nəynən əribin çəkirsən. Təmizdəsən neçəyə verərsən məsələn təmizini. Təmizdiyib versən belə bir zir-zibilini verərsən iyirmi beşə, bu birini arıtdıyıb verərsən baha təmizdə. Niyə boşu-boşuna pox qiymətinə verirsən». - PTT-20210211-WA015 adlı adlı səs yazısı 25 saniyədən ibarətdir, 11 fevral 2021-ci il tarixdə göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərilən yazışmalara uyğun məna və məntiqi ardıcıllığına görə mobil telefonunun abunəçilər bölməsində «X20 teze» adı ilə qeyd etdiyi +**********47 mobil nömrəsinin istifadəçisinə «whatsapp business» ani mesajlaşma proqramında göndərilmiş səsli mesajdır. Səsli mesajın mətni: «Mən onu oxudum şeydi dedime baxda nətər məsləhətdi mən onu şeyi deyirdim aylırmağa seçməyə, əgər qiymətini fərqli verəcəydinsə deyirdim mən seçdirərdim. Yoze əlbəttə ki balannan artıq deyil atrava nə olan şeydi ki, balannan artıq ola. Normal bir işnən gujnən məşğul olsan əlbəttə ki, axırı poxduda bunun bilmirsən». - PTT-20210211-WA0006 adlı adlı səs yazısı 12 saniyədən ibarətdir, 11 fevral 2021-ci il tarixdə göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərilən yazışmalara uyğun məna və məntiqi ardıcıllığına görə mobil telefonunun abunəçilər bölməsində «Amil Bacisi» kimi qeyd etdiyi +**********50, «X12» kimi qeyd etdiyi +**********73 mobil nömrələrin sahibinə göndərdiyi səsli mesajdır. Səsli mesajın mətni: «Nəsə lazımdı aptekdən alım ətirib ya belə nəyisə nə bilim ağrıyırsan dedim bir şey tapım». - PTT-20210211-WA0012 adlı adlı səs yazısı 1 dəqiqə 8 saniyədən ibarətdir, 11 fevral 2021 -ci il tarixdə qəbul edilmişdir. «X12» kimi qeyd etdiyi +**********73 mobil nömrənin sahibi tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş səsli mesajdır. Səsli mesajın mətni: «Adam sıxılıre. Ee şey bilirsən nəyə görə Babəkin həm belə şeylərinə görə həm anasiynan düşüb üstünə polis axtarır get gir içəri cəzanı çək nə bilim nə . Mən də, Amil belə paz olub mənə hər şey qalıb üstümə. İki dənə uşaqdı mamadı. Mən də ki, işləməliyəm başqa yolub yoxdu. Babəkdə otur yanımda otur otur hə otur otur yaxşı kimsə gətirib oturduğun yerdə pul verəcək nəsə. Yox. Aldığıvıda aparıb verirsən zibilə bəs mən mən neyniyim bu uşaqlara nəynən baxım. Məktəbləri var paltarları var yeməkləri var. Mən belə işləməliyəm ki, bu uşaqlaa baxmalıyam axı çıqqılı iki dənə biri oturub börümdə bir də, o börümdə oturub baxıllar ağzıma ki bu nə danışacaq. Bulara pul lazımdı axı səhər günorta axşam ağızlarını açı Mar gör. Şeydi nəsə deyirdimə hədə bu nömrə o birisi nömrə////». - PTT-20210211-WA0011 adlı adlı səs yazısı 1 dəqiqə 39 saniyədən ibarətdir, 11 fevral 2021 -ci il tarixdə göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən yuxanda göstərilən yazışmalara uyğun məna və məntiqi ardıcıllığına görə mobil telefonunun abunəçilər bölməsində «Amil Bacisi» kimi qeyd etdiyi +**********50, «X12» kimi qeyd etdiyi +**********73 mobil nömrələrin sahibinə göndərdiyi səsli mesajdır. Səsli mesajın mətni: «Hmm bildim həə dedim bəlkə yenə də, nəsə lazımdısa aptekdən zaddan dedim bəlkə nəsə ağrı verirsə istəsən şey tapıb gətirərəm. Problem yoxdu çıxılmaz vəziyyət onu deyirəm ki, sənsən da çıxılmaz vəziyyət. Bağlannam sənə deyəsən özdə pis nağaracam bilmirəm. O mənada deyirəm ki, çıxılmaz vəziyyət bir başqa variantnan zadnan gülürsən deyirsən tanıyırsan biri də var ki qardaşını tanımışam, sənnən yaşıyan oğlanı tanımışam, sora səni tanımışam ona görə deyirəm çıxılmaz vəziyyətdı. Səni görməyəndə də, şey oluram nə bilirəm darıxıram. Gəlib görən də, normal görə bilmirəm, bir yerdə başqa biri var ki, gəldin bir dəqiqə keçdin o yana bu yana gördün vəssalam yazdığım kimi yalan doğru ola ola bilirəm ki uzaqdasan əlim çatmır. Ona görə deyirəm çıxılmaz vəziyyətə düşmüşəm». - PTT-20210213-WAOOOO adlı adlı səs yazısı 33 saniyədən ibarətdir, 13 fevral 2021 -ci il tarixdə göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərilən yazışmalara uyğun məna və məntiqi ardıcıllığına görə mobil telefonunun abunəçilər bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +**********54 mobil nömrəsinə göndərdiyi və «Tofan» deyərək müraciət etdiyi şəxsə göndərdiyi səsli mesajdır. Səsli mesajın mətni: «Tofan axşamın xeyir qardaşım nə var nə yox. Bağışda sənidə bu vaxtı narahat edirəm, prosta nömrəni tapa bilmirdim səhər yazam. Elə hiol xəstəmiz var müalicə almaq istəyirdə, imkan daxilində tez lazımdıə ağrısı zadı çoxdu. Sabah inşallah neçə üçün əlaqə saxlayım neçə üçün düzələrə. Böyün bitəhər bir dənə iki tapmışıq ki, şeyləsin ağrızı keşsində, səhərə yüz faiz lazımdı». - PTT-20210213-WA0007 adlı adlı səs yazısı 26 saniyədən ibarətdir, fevral 2021-ci il tarixdə göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərilən yazışmalara uyğun məna və məntiqi ardıcıllığına görə mobil telefonunun abunəçilər bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +**********54 mobil nömrəsinə göndərdiyi və «Tofan» deyərək müraciət etdiyi şəxsə göndərdiyi səsli mesajdır. Səsli mesajın mətni:«Tofan zəng eliyirəm indi açmır o oğlan kimə ki, lazım idi o. Olar prosta gecədən axtarırdlar deyirəm bəlkə kimnənsə səhər götürüblər. Bir dənə açsa dəqiq xəbər bilərdim də, bir beşcə dəyqə səbr elə bir dənə cavab versin yazıram. İki nömrəsi vardı iki nömrənin ikisinə də, yığdım. Bir dənə cavab versin mən deyim. Mən yəni belə götürsəm ona lazımdı o gedib gecə götürər». - PTT-20210213-WA0008 adlı adlı səs yazısı 3 saniyədən ibarətdir, «Tofan» adlı şəxs tərəfindən 13 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs göndərilir. Səsli mesajın mətni: «Bildim qardaş bildim. Bir az tez-bazar eləsin da. Xabar bilannan sora». - PTT-20210213-WA0006 adlı adlı səs yazısı 3 saniyədən ibarətdir, «Tofan» adlı şəxs tərəfindən 13 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs göndərilir. Səsli mesajın mətni: «////səs yollaye yazısı bilmədin nə yazıbsan başa düşmədim». Baxış zamanı Təqsirləndirilən şəxs müxtəlif növ narkotik vasitələrdən istifadə etməklə bərabər, protokolda barələrində məlumatlar qeyd edilmiş şəxsiyyətləri istintaqla araşdırılacaq şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həmin maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı və pay verilməsi barədə söhbətlər aparması, məlum olmuşdur. Həmçinin müxtəlif şəxslərə narkotik vasitələri qəbul etmələri və narkotik vasitələri təmizləyib daha baha qiymətə satmaq bağlı təkliflər etməsi, müxtəlif şəxslərin istifadəsi üçün narkotik vasitələrin əldə edilməsi məqsədi ilə vasitəçilik etməsi, İran İslam Respublikası ilə əlaqələri olan şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparması, müxtəlif şəxsləri İran İslam Respublikasından olan şəxslərlə tanış edib onların pul qazanmasına köməklik etməsi, İran İslam Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərlə mütəmadi əlaqədə olması, özünün narkotik vasitələri əldə etdiyi şəxsin sifariş verdiyi narkotik vasitə kütlələrinin hüquq mühafizə orqanları tərəfindən aşkar edilməsi kimi hallar müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 20 aprel 2021-ci il tarixli “telefon danışıqları barədə məlumatlara baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus +**********48 və +**********00 mobil nömrələrə dair "Bakcell” MMC-dən BKC/LGL- 4371/21 nömrəli 09.04.2021-ci il tarixli məktubla daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs müxtəlif növ narkotik vasitələrdən istifadə etməklə bərabər, protokola əlavə edilmiş telefon danışıqları barədə məlumatlarda göstərilmiş mobil telefon nömrələrinin istifadəçiləri olan müxtəlif şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həmin maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı və pay verilməsi barədə söhbətlər aparması, məlum olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 27 aprel 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan mobil telefon aparatının yaddaşından pozulmuş məlumatların bərpa edilməsi məqsədi ilə 18 fevral 2021-ci il tarixdə təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizasının 01 aprel 2021-ci il tarixli 5/208 saylı rəyinə əlavə edilmiş elektron məlumat daşıyıcısına baxış zamanı «whatsapp» ani mesajlaşma proqramında Təqsirləndirilən şəxs +**********73 mobil nömrəsinin İstifadəçisi ilə etdiyi aşağıdakı yazışmalar aşkar edilmişdir; -Necəsən qaqa -Axşamın xeyir -Kilosu 2000 manat? -He qardaw 1 kq 2000azn -Bunnan awagi kimse dese men bawimnan cavabeh malin yolda yeyilecek.pul versen pulun yeyilecek -Bilesuvarda istiyirsense.1700 azn. -Ozun gedibi gotureceksen. -Qaqa əziyət çəkdin öyrəndin çox sağol Ama lap məni qoyaq qırağa Ama Biləsuvardan - Kilosu 300 dollara Dayanmadan işliyillə Xalam oğluna mal ordan gəlir.qaqa -Gətirib Bərdədə verillər -100 faiz deyirəm sənə -O yolu cala mene her kilosunda 100 m verim sene -O yolla mənim tanışlığım yoxdu ama xalam oğluna deyərəm prablem olmaz məncə calıyar -Məndən demək -Kilo kiloduda ne ferqi var ot.tiryek.daw torpaq. -Kilosuna pulun alsin -300 $ oranin 100 n da senin. -Orası elədi ama ya 20 kilo zakaz verməlisən. Ya da neçə kilo demisənsə Üsdünün tamamlanmasını gözləməlisən ki 20 k bitsin -Qayda budu -Men pulu sene verirem sen Berdede malimi bir yere qoydur.weklin at.menim adamim gotursun -Orasi melum meseledi -Olar prablem yoxdu danışıb sənə deyərəm qaqa -Ok. -He yox de.men ele irannilarin oz malin keçirdim bura.her kilida 200 $ mene qalar -Okey danışıb sənə xəbər edərəm. -Ok Cinayət işinin materiallarında olan 16 fevral 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Mərkəz vəkil bürosunun vəkili X4, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təqiqat Qrupunun təhqiqtçısı, polis baş leytenantı X8, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü. baş əməliyyat müvəkkili, polis kapitanı, Şahid1 tərəfindən videoçəkilişdən isifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cinindən 1 bükümdə, qəhvəyi rəngli, spesefik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus xarici pasport, şəxsiyyət vəsiqəsi və əlillik vəsiqəsi, əynində olan şalvarın sol yan cibindən 1 ədəd açar aşkar olunaraq götürüldü. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet maddə aşkar olunmadı. Sonra həmin 1 bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 30 qram oldu. Sonra həmin kütlə içərisi boş olan, ağ rəngli zərfə qoyuldu, həmin zərf möhürləndi, üzərində müvafiq qeydlər aparıldı, iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini qardaşı Şahid5 əldə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, əlavə olaraq Bakı şəhəri, Səbail rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını və ona verilən sualları tam başa düşdüyünü bildirdi. Bundan başqa, cinayət işinin materiallarında olan 16 fevral 2021-ci il tarixli “Evə baxış və götürmə haqqında” protokoldan görünür ki, Mərkəz vəkil bürosunun vəkili X4, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təqiqat Qrupunun təhqiqtçısı, polis baş leytenantı X8, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü. baş əməliyyat müvəkkili, polis kapitanı, Şahid1 tərəfindən videoçəkilişdən isifadə etməklə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilir və Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bundan sonra Fidovsi Abdullayev həmin mənzilin girişindən sol tərəfdə yerləşən kondisioner qutusunun içərisindən 1(bir) ədəd sellofan paketdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd elektro tərəzi təqdim edir. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi 499 qram oldu. Daha sonra həmin heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, möhürlənərək götürülür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilir və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, yaşadığı mənzildən aşkar olunmuş heroini qardaşı Şahid5 ona saxalamaq üçün verdiyini, sonradan gəlib götürəcəyini, həmin narkotik maddələri qardaşı X19 Respublikası vətəndaşı “Mənsur” adlı şəxsin vasitəsi ilə əldə etdiyni bildirir. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid5 istintaqa təqdim etdiyi ərizəsindən görünür ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız narkotik vasitələrin alüdəçisidir. Bu səbəbdən qardaşı Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün müxtəlif növ narkotik vasitələr istəmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qardaşı olduğu üçün onunla üzləşmək istəmir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 14 mart 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı 09 fevral 2007-ci il təvəllüdlü X1 və bir az yaşlı uşağı 28 iyun 2010-cu il təvəllüdlü X2 vardır. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadə üçün guya qardaşı Şahid5 əldə etməsi ilə bağlı ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür. Bundan başqa məhkəmə Şahid5 məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Şahid5 məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələri Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür. Belə ki, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olması və evindən elektron tərəzinin də çıxması onun həmin narkotik vasitələri satış məqsədi ilə əldə edib üzərində və evində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərini cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2021-ci il tarixdən hesablanmalı, 16 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün təyin ediləcək cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 498,744 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Cinayət işinin materiallarında olan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus olan «Samsung Galaxy J3» markalı, «SM-J330F» modelli **********03292, **********03299 İMEİ kodlu mobil smartfon ailə üzvlərinə qaytarılmalıdır İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd “ CD” disk və 01 ədəd “DVD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 125 (yüz iyirmi beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün ona təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 498,744 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus olan «Samsung Galaxy J3» markalı, «SM-J330F» modelli **********03292, **********03299 İMEİ kodlu mobil smartfon aliə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd “ CD” disk və 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 125 (yüz iyirmi beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-122/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-122/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver