Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-122/2023 31.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, müdafiəçilər: «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, «VERDİKTUM» Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə açıq məhkəmə iclasında
1. xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, himayəsində 2013 və 2016-cı il təvəllüdlü iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Şuşa rayonu, Xəlfəli kəndində qeydiyyatında olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi, ev 113-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə
2. xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 132-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq,
müəyyən etdi:
Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında ona təyin edilmiş hökmün dəyişdirilərək 01 il 03 ay 28 gün azadlıqdan məhrum etmə cəza ilə əvəz edilməsinə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 05 ay 07 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən tanışı Təqsirləndirilən şəxs2 və cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 2540 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 6470 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxil edilən təsiredici maddəsinin ümumi miqdarı 16 qram olan narkotik vasitə metadonu və Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş külli miqdarda “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil edilən təsiredici maddəsinin ümumi miqdarı 27 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalini əldə edib, narkotik vasitə heroinin külli miqdarda 60 qram çəkidə hissəsini üzərində, külli miqdarda 30 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs2 öz üzərində, qalan kütlələri Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hundai Elantra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobilin yük hissəsində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 noyabr 2021-ci il tarixdə, saat 01:00-da Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanının yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hundai Elantra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə BNMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 60,0 qram, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 30,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 28 noyabr 2021-ci il tarixdə saat 06:40-dan etibarən Təqsirləndirilən şəxs1 öz könüllü razılığı və iştirakı ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hundai Elantra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin yük hissəsində əldə edib, saxlayaraq daşıdıqları bir ədəd qara rəngli torbanın içərisində olan iki ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1180,0 qram və 1270,0 qram olmaqla ümumi çəkisi 2450,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd torbanın içərisində olan 05 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1350 qram, 1300 qram, 1000 qram, 1420 qram, 1400 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 6470 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 16 qram olan 400 ədəd metadon həbləri və təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 27 qram üzərində “Preqabalin-150” göstəricisi olan 180 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 2540 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 6470 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İ siyahısına daxil edilən təsiredici maddəsinin ümumi miqdarı 16 qram olan narkotik vasitə metadonu və Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş külli miqdarda “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil edilən təsiredici maddəsinin ümumi miqdarı 27 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalini əldə edib, narkotik vasitə heroinin külli miqdarda 30 qram çəkidə hissəsini üzərində, külli miqdarda 60 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, qalan kütlələri Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hundai Elentra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobilin yük hissəsində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 28 noyabr 2021-ci il tarixdə, saat 01:00-da Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanının yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hundai Elantra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə BNMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 30,0 qram, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 60,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 28 noyabr 2021-ci il tarixdə saat 06:40-dan etibarən Təqsirləndirilən şəxs1 öz könüllü razılığı və iştirakı ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hundai Elantra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin yük hissəsində əldə edib, saxlayaraq daşıdıqları bir ədəd qara rəngli torbanın içərisində olan iki ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1180,0 qram və 1270,0 qram olmaqla ümumi çəkisi 2450,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd torbanın içərisində olan 05 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1350 qram, 1300 qram, 1000 qram, 1420 qram, 1400 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 6470 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 16 qram olan 400 ədəd metadon həbləri və təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 27 qram üzərində “Preqabalin-150” göstəricisi olan 180 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, bir yerdə Buzovna qəsəbəsində orta məktəbdə oxumuş və həmin qəsəbədə yaşayırlar. O, neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana və şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edirdi. Narkotik vasitə istifadəçisi olduğu üçün məhkum olunmuş, cəzaçəkmə müəssisəsindən adını xatırlamadığı bir iranlı ilə tanış olmuşdur. İranlı da cəza çəkirdi. Həmin iranlı “Səxi” adlı həmyerlisi olduğunu, Səxinin istənilən həcmdə və çeşiddə narkotik vasitə çatdıra biləcəyini demişdir. O, CÇM-dən azad olunduqdan sonra özünə iş axtarmış, dövlətin verdiyi məvacibi xərcləmiş, lakin bir iş tapa bilməmişdir. Buna baxmayaraq ara-sıra mənzillərdə təmir işləri ilə məşğul olmuşdur. Bu ərəfədə cəza çəkdiyi müəssisədə tanış olduğu iranlı da azad olunaraq ölkəsinə getmiş və bir gün həmin iranlı onun telefonuna Whatsapp mesajlaşma proqramı vasitəsi ilə danışmış və ona Səxinin yanında olduğunu bildirərək telefonu danışmaq üçün Səxiyə vermişdir. Bu danışıq zamanı Səxi ilə sonuncunun narkotik vasitələrin Azərbaycan ərazisinə gətirib burada ona verəcəyi barədə razılığa gəlmişlər. “Səxi” onun ilkin tapşırığını problemsiz yerinə yetirərək onun etimadını doğrultduğu halda onunla işləyə biləcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə “Səxi” ona Whatsappla zəng edərək Beyləqandan çıxan yolun 2-ci yol işarəsinin yanına narkotik vasitlər qoyacağını bildirmiş və ondan həmin narkotik vasitələri oradan götürərək onun sonra deyəcəyi yerə qoymasını tapşırmışdır. Səxi bu xidmətinə görə ona pul və narkotik verəcəyini demiş, lakin pulun məbləği haqqında bir söz deməmişdir. Beyləqana tək getməmək üçün dostu Təqsirləndirilən şəxs2 “Səxi”-nin zəngi barədə demiş, Samirə onunla birlikdə Beyləqana gedib Səxinin bildirdiyi yerdən əşyanı götürüb Bakıya qayıtmağa təklif etmişdir. Samir onunla razılaşmış və xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə özünün idarə etdiyi «Hundai Elentra» markalı, **- TX-*** qeydiyyat nişanlı avtomobili ilə Beyləqan rayonu istiqamətində yola düşmüşlər. Yolda Samir ona demişdir ki, onu İmişliyə bacısıgilə aparıb orada düşürsün, qayıdanda isə onu götürsün. Bu səbəbdən o, Samiri İmişlidə düşürüb Beyləqan rayonu ərazisinə gedib Səxinin bildirdiyi yol nişanını altından bir çantanı götürüb maşının yük yerinə qoymuşdur. Çantanı açıb içinə baxmamışdır. Bundan sonra yenidən İmişliyə gedərək Samiri oradan götürüb Bakıya yollanmışlar. Samirə Səxinin dediyi çantanı götürdüyünü, maşının yük yerinə qoyduğunu demişdir. 28 noyabr 2021-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Səbail rayonun ərazisində «Bibiheybət» məscidinin yanında avtomobili polislər saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Təqsirləndirilən şəxs2 ayrı-ayrı maşınlarda yaşadıqları Buzovna qəsəbəsinə apararaq evlərinə baxış keçirmiş, lakin onun evindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Digər polis əməkdaşları isə Samirin yaşadığı ünvanda axtarış etsələr də heç bir qanunsuz əşya aşkar etməmişlər. Bunu ona görə bilir ki, qəsəbədən yola düşdükdə Samirlə olan polis əməkdaşları onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər, orada onun avtomobilini duracağa yerləşdirmişlər. Bundan sonra o, təhqiqatçıya təqdim edilmiş, sonuncu müdafiəçinin iştirakı olmadan onu şübhəli şəxs qismində tutmuş, sonra onun üzərinə baxış keçirmiş, polislərin onun cibinə qoyduğu narkotik vasitə heroini guya özünə məxsus vasitə kimi təqdim etməyə məcbur etmişlər. Eyni məsələ Təqsirləndirilən şəxs2 da başına gəlmişdir. Samirin də üzərinə baxış keçirilmiş və ondan da guya heroin aşkar edilmişdir. Səhərə yaxın maşına baxış keçirilmiş və Səxinin ona çatdırdığı çantanın içindən bir ədəd polietilen torba aşkar olunmuş, həmin torbanın içindən heroin, qurudulmuş marixuana, 400 ədəd metadon, 180 ədəd pregabalin həbi aşkar olunmuşdur. Qeyd etmək istəyir ki, üzərinə və maşınına baxış keçirən zaman videoçəkiliş aparılmış, müvafiq protokollar tərtib edilmiş, həmin protokolları qorxduğu üçün imzası ilə təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, məhkəmədən xahiş edir ki, burada verdiyi ifadəsini həqiqi ifaadə kimi qəbul etsin. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 yaşadığı Buzovna qəsəbəsindən qonşusu kimi tanıyır, onunla dostluq münasibətləri vardır. O, İİR-sı vətəndaşı olan Səxi adlı şəxsi tanımamışdır. Lakin Ricadın mobil telefonu bağlı olduğu üçün Ricad onun telefonu ilə Vatsap proqramı vasitəsi ilə Səxi adlı şəxslə əlaqə saxlamışdır. X23 ilə nə barədə əlaqə saxladığını bilməmişdir. 26 noyabr 2021-ci il tarixdə Ricad ona bildirmişdir ki, Beyləqanda kimdənsə alacağı pul var, həmin rayona getmək istəyir. O isə Ricaddan xahiş etmişdir ki, onu da yol üstü İmişli rayonuna aparıb bacısıgilə düşürsün, Beyləqandan qayıdanda isə onu da götürsün. Belə də oldu. Ricad öz maşını ilə onu İmişli rayonunda bacısının yaşadığı kəndə aparıb özü isə yolunu davam etmiş, təxminən 30-40 dəqiqədən sonra Ricad qayıdıb onu kənddən götürmüş və ikisi birlikdə Bakı şəhərinə yollanmışlar. Bakı şəhərinin girəcəyində Bibiheybət məscidinin yanında onları polis əməkdaşları saxlamış, bildirmişlər ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələr əldə edib daşımasından şübhəlidirlər. Bundan sonra polis əməkdaşları onu öz maşınlarında, Ricadı isə özünün maşını ilə Buzovna qəsəbəsinə yaşadıqları ünvanlara apararaq ayrı-ayrılıqda evlərində axtarışlar etmişlər. Hətta polislər onları saxlayan zaman elə Bibiheybət məscidinin yanında üzərlərini axtarmış, lakin qanunsuz heç bir şey aşkar etməmişlər. Polislər həmçinin onun yaşadığı ünvanda da qanunsuz heç bir şey aşkar etməmişlər. Bildiyi qədər, Ricadın ünvanında da qanunsuz heç bir əşya aşkar olunmamışdır. Bundan sonra onu BNMİ-nə aparmışlar. Ricadı da orada görmüşdür. Orada tanımadığı polis əməkdaşları onu döyərək cibinə bir büküm narkotik vasitə qoyub tələb etmişlər ki, üzərinə videoçəkilişlə baxış keçirilən zaman həmin bükümü ona məxsus olan əşya kimi təqdim etsin. O da qorxaraq onlara tabe olmuşdur. Təhqiqatçının videoçəkiliş aparılmaqla keçirdiyi axtarış zamanı həmin bükümü gödəkcənin sağ cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Özünü təqsirli saymır, həmçinin saxlanıldığı zaman təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmamış, üzərinə baxış keçirilən zaman da vəkil iştirak etməmişdir. ibtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadəni təzyiq altında vermişdir. İfadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən və şüşə kimi tanıdığı psixotrop maddə olan metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs1 təxminən 10 ildir ki tanıyır və onunla dostluq münasibəti vardır. Aralarında indiyə qədər düşmənçilik, ədavət və qərəzli münasibət olmayıb və hazırdada yoxdur. Təqsirləndirilən şəxs1 azadlığa çıxdıqdan sonra İİR vətəndaşı “Səxi” adlı şəxs barədə ona danışmışdır və onunla birlikdə işləyərək narkotik vasitənin satışını təşkil edəcəkləri halda qazanc əldə edə biləcəklərini bildirmişdir. Belə olub qiyabi olaraq onu da “Səxi” adlı şəxs ilə telefon vasitəsi ilə tanış etmişdir və həmin vaxtdan “Səxi” adlı şəxs ilə onunda münasibəti yaranmışdır. xx.xx.2021-ci il tarixdə Ricad ilə birlikdə olduqları vaxt İİR vətəndaşı “Səxi” adlı şəxs ona +98 919-221-7642 saylı nömrəsi ilə Whatsapda zəng edərək Füzuli rayonu ərazisinə narkotik vasitələr qoyacağını bildirmiş və onların da həmin narkotik vasitələri oradan götürərək onun dediyi yerlərə qoymalarını qeyd etmişdir. “Səxi” adlı şəxsində bu işi Ricadın onunla birlikdə görəcəyi barədə məlumatı olmuşdur. Çünki Ricad “Səxi” adlı şəxdsən qazanc olaraq əldə etdiyi pulun bir hissəsini aralarında olan razılığa əsasən işi görüb qurtardıqdan sonra ona verəcəkdi. Onun qeyd etdiyi işi görəcəkləri təqdirdə bunun qarşılığı olaraq müəyyən qədər pul əldə edəcəklərdi. Lakin pulun məbləği barədə “Səxi” adlı şəxs dəqiq məlumat verməmişdir. O, bu təklif ilə razılaşmışdır. Bu məqsdəd ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə onun idarə etdiyi Hundai Elantra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobil ilə Füzuli rayonu istiqamətində yola düşmüşlər. Yolda olduqları zaman "İİR vətəndaşı “Səxi” adlı şəxs Ricada yenidən zəng edərək görəcəkləri işin həmin günü alınmayacağını, həmin işi onun dediyi başqa bir vaxta görəcəklərini bildirmiş və onların geri qayıtmalarını qeyd etmişdir. Onlar da iş alınmadığı üçün geri qayıtmışlar. xx.xx.2021-ci il tarixdə İİR vətəndaşı “Səxi” adlı şəxs yenidən Ricada zəng edərək Beyləqan rayonu ərazisi istiqamətində hərəkət etmələrini və narkotik vasitələri qoyduğu yeri telefonla onlara tanıdacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 və o bununla razılaşaraq həmin tarixdə saat təxminən 15 radələrində Ricadın idarə etdiyi “Hundai Elantra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobil ilə Beyləqan rayonu istiqamətində hərəkət etməyə başlamışlar. “Səxi” adlı şəxs telefonla narkotik vasitələri Beyləqan yolunda sürət həddini göstərən tablonun yaxınlığına qoyduğunu Ricada bildirmiş və həmin yeri telefonla tanıtmışdır. Onlarda onun dediyi yerdə narkotik vasitələrin olmasını görmüşlər. Həmin narkotik vasitələrin içərisində 2 ədəd sellofan torbada kiçik ölçüdə olan və “Səxi” adlı şəxs tərəfindən onların özləri üçün nəzərdə tutulan narkotik vasitə olmuşdur. Belə ki, “Səxi” adlı şəxs qazanc olaraq verəcəyi puldan əlavə pay olaraq həmin bükümlərdə olan narkotik vasitələri onlar üçün nəzərdə tutmuşdur. Ricad həmin 2 ədəd sellofan torbada olan bükümləri götürmüş və onlardan bir qədər çox olanını öz üzərində saxlamış, digər kiçik ölçüdə sellofanda olan bükümü isə ona vermiş, o da həmin bükümü öz üzərində saxlamışdır. “Səxi” adlı şəxsin dediyi yerlərə qoymaq üçün nəzrədə tutlan külli miqdarda narkotik vasitələri isə Ricadın idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuşlar və Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. 28 noyabr 2021-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Səbail rayonun ərazisində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə onun idarə etdiyi «Hundai Elantra» markalı ** TX *** nömrəli avtomobilin qarşısında dayanarkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Təqsirləndirilən şəxs1 Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, avtomobili isə duracağa yerləşdirmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun və Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ricada və daha sonra ona üzərlərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Ricad əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1(bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən 1(bir) ədəd avtomobil açarı, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd, “SAMSUNG” markalı mobil telefon, 1(bir) ədəd **********780284 nömrəli plastik bank kartı, həmin şalvarın sağ yan cibindən 10(on) AZN pul aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 64 qram(altmış dörd qram) olmuşdur. Sonra o, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 1(bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində olan şalvarın sol yan cibindən “REDMİ” markalı mobil telefon və 5(beş) AZN aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 30 qram (otuz qram) olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçilər, Racid Babayev və onun tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar və plastik bank kartı götürülmüş, 1(bir) ədəd açar və pullar aidiyyatı üzrə geri qaytarılmışdır. Ricad sorğu zamanı aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Səxi” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə onunla ilə əlbir olduğunu, həmçinin «Hundai Elantra» markalı ** TX *** nömrəli avtomobildə narkotik maddə saxladıqlarını, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər. Bununla bağlı onunda ərizəsi alınmışdır. Bundan sonra onlar polis əməkdaşlarının iştirakı ilə «Hyundai Elantra» markalı, ** TX *** nömrəli avtomobilə baxış keçirilməsi üçün getmişlər. Ricad həmin avtomobilin yük hissəsində üzərini nar meyvələri ilə örtərək gizlətdikləri 1(bir) ədəd polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən 2(iki) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 5(beş) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana, 400 (dörd yüz) ədəd metadon, 180 (yüz səksən) ədəd pregabalin həbi aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq 495 qram(iki kq dörd yüz doxsan beş qram) olmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 kq 685 qram(altı kq altı yüz səksən beş qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Bu ifadəsində olan hallardan yalnız özünün əvvəllər narkotik vasitələr istifadəçisi olduğunu və Ricadın onun telefonu ilə İİR-sı vətəndaşı olan Səxi adlı şəxslə danışmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkil vəzifəsində olmuş, hal-hazırda isə həmin idarədə şöbə rəisidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 28 noyabr 2021-ci il tarixdə ona “Ricad” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs2 barəsində isə heç bir məlumat olmamışdır. Daha sonra həmin məlumatın yoxlanılması üçün 4 nəfərdən yəni, ondan, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və polis nəfəri, polis serjantı Şahid4 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Ricad” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1990-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş və Baş İdarənin həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilməklə Təqsirləndirilən şəxs1 olduğu yerinin müəyyən edilməsi üçün tədbirlər həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanının yaxınlığında Bibiheybət məscidinin yanından keçən yol ətrafında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə olması müəyyən edilmişdir. Əməliyyat qrupu dərhal həmin ünvana çıxaraq xx.xx.2021-ci il tarixdə saat 01:00-da Təqsirləndirilən şəxs1 həmin ərazidə idarə etdiyi “Hyundai Elantra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobilin qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlamışlar. Həmin vaxt onlar özlərini və qərarı bu şəxslərə təqdim edərək Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib hər ikisinin üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla razılaşıb Baş İdarəyə gəlmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 idarə etdiyi“Hyundai Elantra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobil də idarənin duracağına gətirilmişdir. Saxladıqları yerdə bu şəxslərin heç birinin üzərinə baxış keçirilməmiş, onları Baş idarəyə gətirib baş təhqiqatçı Nəcəf Aburşuya təqdim etmişlər. Nəcəf Aburşu hər iki şəxsin şübhəli şəxs qismində tutulması barədə qarar çıxarmış, sonunculara vəkil dəvət etmiş, vəkillərin iştirakı ilə bu şəxslərin tutulmasına dair ayrı-ayrılıqda protokollar tərtib etmiş, hər ikisinə hüquq və vəzifələri izah edilmiş, bundan sonra təhqiqatçının şübhəli şəxslərin barəsində çıxardığı qərarlar əsasında üzərlərinə şəxsi axtarış və götürmə keçirilmiş, həmin hərəkətdə o, həmkarları Şahid2, Şahid3 və Şahid4 iştirak etmişlər. Həmçinin şübhəli şəxslərin vəkilləri də üzərlərinə şəxsi axtarış və götürmə də iştirak etmişlər. Təhqiqatçı tərəfindən şəxsi axtarışın videoçəkilişlə keçirilməsi təmin edilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi təyin edilmişdir. Bundan sonra baş təhqiqatçı şübhəli şəxslərə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları və üzərlərində külli miqdarda satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə edib saxlayaraq gəzdirməkdə şübhəli bilindikləri və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onların üstlərinin yoxlanılacağı və üzərlərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 buna etiraz etməmiş, üzərlərinin yoxlanmasına razı olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının onlara aydın olduğunu bildirmişlər. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncun əynində olan həmin gödəkçənin sol yan cibindən bir ədəd avtomobil açarı, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd “SAMSUNG” markalı mobil telefon, bir ədəd plastik bank kartı, həmin şalvarın sağ yan cibindən 10 manat pul aşkar olunmuşdur. Sonra təhqiqatçı tərəfindən heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 64 qram olduğu müəyyən edilmişdir. Ardınca təhqiqatçı Təqsirləndirilən şəxs2 tərəfindən əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs2in üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən “REDMİ” markalı mobil telefon və 5 manat aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 30 qram olduğu müəyyən edilmişdir. Sonra hər iki şübhəli şəxsin təqdim etdiyi həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, həmin zərflər şübhəli şəxslər, müdafiəçilər, o və digər iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar və plastik bank kartı götürülmüş, bir ədəd açar və pullar aidiyyatı üzrə şübhəli şəxslərə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olumuş heroini İran İslam Respublikası vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən götürdüyünü , onu “Səxi” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, qazanacağı pulun bir qismini Təqsirləndirilən şəxs2 verəcəyini, sonuncunun üzərində aşkar olunan heroini ona gördüyü işin əvəzində verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 tam səmimi olaraq özü təhqiqatçıya idarə etdiyi, «Hundai Elantra» markalı, ** TX *** nömrəli avtomobildə narkotik maddə saxladıqlarını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmiş, üzərindən aşkar olumuş heroini ona Təqsirləndirilən şəxs1 vermişdir. Üzərlərinə şəxsi axtarış və götürmə aparılmasına dair baş təhqiqatçının tərtib etdiyi protokolu sonuncu həmin protokolu ucadan oxuyandan sonra hamısı, o cümlədən şübhəli şəxslər imzalamışlar. Onun və həmkarları tərəfindən təhqiqatçının apardığı şəxsi axtarış və götürmə hərəkətinə heç bir müdaxilə olunmamış, şübhəli şəxslər tam səmimi olaraq narkotik vasitəyə bənzər kütlələri təqdim etmiş, tərtib olunmuş protokolun məzmununa etiraz və qeydlər etmədən imzalamışlar. Bundan sonra yuxarıda qeyd etdiyi bütün şəxslər idarənin duracağına gedərək orada Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hundai Elantra» markalı, ** TX *** nömrəli avtomobilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs1 həmin baxışa etiraz etmədiyinə dair təhqiqatçıya ərizə təqdim etmiş, «Hundai Elantra» markalı, ** TX *** nömrəli avtomobildə narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 28 noyabr 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1, həmin avtomobilin yük hissəsində gizlətdiyi, üzərini nar meyvələri ilə örtdüyü bir ədəd polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən iki bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 5 bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, çoxlu sayda metadon və preqabalin həblərinə bənzər dərmanlar aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq-dan, qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 7 kq-a yaxın olmuşdur. Artıq həmin tədbirdən xeyli vaxt keçdiyi və bu tədbirdən sonra bir çox tədbirlər keçirdiyi üçün çəkiləri dəqiq xatırlamır, lakin baxış protokollarında əks olunan bütün halları təsdiq edir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Avtomobildə əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 baş təhqiqatçının verdiyi suallara cavab olaraq, üzərindən və avtomobildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Səxi” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, qazanacağı pulun bir qismini Təqsirləndirilən şəxs2ə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, həmin narkotik maddəni Ricadın deyəcəyi yerə çatdırmaq üçün sonuncu ilə birlikdə əldə etdiyini, bu işə görə Ricad ona pul verəcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığı üçün həmin protokol hamı tərəfindən könüllü və sərbəst imzalanmışdır. Bildirmək istəyir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları ünvanlara getməmişlər, həmin ünvanlarda axtarış etməmişlər. Həmçinin Baş İdarədə bu şəxslərin üzərindən aşkar olunmuş vasitələr onların üzərinə kimsə tərəfindən qoyulmamış, onlara qarşı fiziki zor və təzyiqlər edilməmiş, göstərdikləri bu şəxslərin üzərinə və maşina baxışı əks etdirən videoçəkilişlərdə tam olaraq öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 28 noyabr 2021-ci il tarixdə həmkarı Şahid1 “Ricad” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, daha sonra həmin məlumatın yoxlanılması üçün qərar və 4 nəfərdən yəni, Şahid1, əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2, polis serjantı Şahid4 və ondan ibarət qrup yaradılmışdır. Həmin qrupa Şahid1 rəhbərlik etmişdir. Məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanının yaxınlığında Bibiheybət məscidinin yanından keçən yol ətrafında saxlanılmışlar. Bu şəxslər yolun kənarında Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı, dövlət qeydiyyat nişanını artıq xatırlamadığı avtomobilin yanında olmuşlar. Həmin vaxt onlar özlərini və qərarı bu şəxslərə təqdim edərək Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib hər ikisinin üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla razılaşıb Baş İdarəyə gəlmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobil də idarənin duracağına gətirilmişdir. Saxladıqları yerdə bu şəxslərin heç birinin üzərinə baxış keçirilməmiş, onları Baş idarəyə gətirib baş təhqiqatçı Nəcəf Aburşuya təqdim etmişlər. Nəcəf Aburşunun dəvət etdiyi vəkillərin iştirakı ilə videoçəkiliş aparılmaqla hər iki şəxsin üzərinə baxış keçirilmiş və hər iki şəxs özləri könüllü olaraq narkotik vasitə heroinə bənzər olan maddənin olduğu bükümləri təhqiqatçıya təqdim etmişlər. Xatırladığı odur ki, Təqsirləndirilən şəxs1 təxminən 60 qram, Təqsirləndirilən şəxs2 isə 30 qram olmuşdur. Təqsirləndirilən şəxs1 tam səmimi olaraq özü təhqiqatçıya idarə etdiyi, «Hundai Elantra» markalı, ** TX *** nömrəli avtomobildə narkotik maddə saxladıqlarını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmiş, üzərindən aşkar olumuş heroini ona Təqsirləndirilən şəxs1 vermişdir. Üzərlərinə şəxsi axtarış və götürmə aparılmasına dair baş təhqiqatçının tərtib etdiyi protokolu sonuncu həmin protokolu ucadan oxuyandan sonra hamısı, o cümlədən şübhəli şəxslər imzalamışlar. Onun və həmkarları tərəfindən təhqiqatçının apardığı şəxsi axtarış və götürmə hərəkətinə heç bir müdaxilə olunmamış, şübhəli şəxslər tam səmimi olaraq narkotik vasitəyə bənzər kütlələri təqdim etmiş, tərtib olunmuş protokolun məzmununa etiraz və qeydlər etmədən imzalamışlar. Bundan sonra yuxarıda qeyd etdiyi bütün şəxslər idarənin duracağına gedərək orada Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hundai Elantra» markalı, ** TX *** nömrəli avtomobilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs1 həmin baxışa etiraz etmədiyinə dair təhqiqatçıya ərizə təqdim etmiş, «Hundai Elantra» markalı, ** TX *** nömrəli avtomobildə narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 28 noyabr 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1, həmin avtomobilin yük hissəsində gizlətdiyi, üzərini nar meyvələri ilə örtdüyü bir ədəd polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən iki bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 5 bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, çoxlu sayda metadon və preqabalin həblərinə bənzər dərmanlar aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq-dan, qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 7 kq-a yaxın olmuşdur. Bu tədbirdən xeyli vaxt keçdiyi və bu tədbirdən sonra bir çox tədbirlər keçirdiyi üçün çəkiləri dəqiq xatırlamır, lakin baxış protokollarında əks olunan bütün halları təsdiq edir. Təqsirləndirilən şəxs1 baş təhqiqatçının verdiyi suallara cavab olaraq, üzərindən və avtomobildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Səxi” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, qazanacağı pulun bir qismini Təqsirləndirilən şəxs2ə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək bu maddə və vasitələri Ricadla birlikdə sonuncunun maşını ilə Bakıya gətirdiklərini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığı üçün həmin protokol hamı tərəfindən könüllü və sərbəst imzalanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələri həqiqətə uyğun deyildir. Burada bu şəxslər etdikləri əməlləri təkzib edir, narkotik vasitələrini guya onların üzərinə və maşina kənar müdaxilə nəticəsində qoyulduğunu bildirirlər. Həmçinin bu iki şəxs onun və həmkarlarının guya təqsirləndirilən şəxslərin yaşadıqları ünvanlara getməklə axtarış aparmalarını göstərmişlər. Lakin onların göstərdikləri yalandır. Özlərini məsuliyyətdən yayındırmaq üçün belə ifadələr verirlər. Halbuki üzərlərinə və maşina baxış keçirilən zaman qanunsuz əşya və vasitələrin onlara məxsus olmasını, iranlı Səxi adlı şəxsin Beyləqan rayonunda yol nişanının yanına qoyduğu yerdən götürüb Bakıya gətirdiklərini etiraf etmişlər. Onların göstərdikləri hallar baxış zamanı videoçəkilişə alınmış CD disklərdə əks olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, o, polis serjantıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifşa olunmaları üçün keçirdikləri əməliyyat tədbirində iştirak etmiş və ilk dəfə həmin şəxsləri bu tədbir zamanı görmüşdür. 28 noyabr 2021-ci il tarixdə həmkarı Şahid1 daxil olmuş məlumat əsasında Baş İdarədə qərar qəbul edilmiş, daha sonra Şahid1, əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2, Şahid3 və ondan ibarət qrup yaradılmışdır. Həmin qrupa Şahid1 rəhbərlik etmişdir. Məlumat əsasında 28 noyabr 2021-ci il tarixdə saat 01 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanının yaxınlığında Bibiheybət məscidinin yanından keçən yol ətrafında saxlanılmışlar. Bu şəxslər yolun kənarında Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı, dövlət qeydiyyat nişanını artıq xatırlamadığı avtomobilin yanında olmuşlar. Həmin vaxt Surxan Əliyev tədbirin keçirilməsinə dair qərarı bu şəxslərə təqdim edərək Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib hər ikisinin üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla razılaşıb Baş İdarəyə gəlmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 idarə etdiyi“Hyundai Elantra” markalı, **- TX-*** qeydiyyat nişanlı avtomobil də idarənin duracağına gətirilmişdir. Saxladıqları yerdə bu şəxslərin heç birinin üzərinə baxış keçirilməmiş, onları Baş idarəyə gətirib baş təhqiqatçı Nəcəf Aburşuya təqdim etmişlər. Nəcəf Aburşunun dəvət etdiyi vəkillərin iştirakı ilə videoçəkiliş aparılmaqla hər iki şəxsin üzərinə baxış keçirilmiş və hər iki şəxs özləri könüllü olaraq narkotik vasitə heroinə bənzər olan maddənin olduğu bükümləri təhqiqatçıya təqdim etmişlər. Xatırladığı odur ki, Təqsirləndirilən şəxs1 təxminən 60 qram, Təqsirləndirilən şəxs2 isə 30 qram olmuşdur. Təqsirləndirilən şəxs1 tam səmimi olaraq özü təhqiqatçıya idarə etdiyi, «Hundai Elantra» markalı, ** TX *** nömrəli avtomobildə narkotik maddə saxladıqlarını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmiş, üzərindən aşkar olumuş heroini ona Təqsirləndirilən şəxs1 vermişdir. Üzərlərinə şəxsi axtarış və götürmə aparılmasına dair baş təhqiqatçının tərtib etdiyi protokolu sonuncu həmin protokolu ucadan oxuyandan sonra hamısı, o cümlədən şübhəli şəxslər imzalamışlar. Onun və həmkarları tərəfindən təhqiqatçının apardığı şəxsi axtarış və götürmə hərəkətinə heç bir müdaxilə olunmamış, şübhəli şəxslər tam səmimi olaraq narkotik vasitəyə bənzər kütlələri təqdim etmiş, tərtib olunmuş protokolun məzmununa etiraz və qeydlər etmədən imzalamışlar. Bundan sonra yuxarıda qeyd etdiyi bütün şəxslər idarənin duracağına gedərək orada Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hundai Elantra» markalı, ** TX *** nömrəli avtomobilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs1 həmin baxışa etiraz etmədiyinə dair təhqiqatçıya ərizə təqdim etmiş, «Hundai Elantra» markalı, ** TX *** nömrəli avtomobildə narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 28 noyabr 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1, həmin avtomobilin yük hissəsində gizlətdiyi, üzərini nar meyvələri ilə örtdüyü bir ədəd polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən iki bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 5 bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, çoxlu sayda metadon və preqabalin həblərinə bənzər dərmanlar aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi xatırladığı qədər 2 kq, qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 7 kq-a yaxın olmuşdur. Bu tədbirdən xeyli vaxt keçdiyi və bu tədbirdən sonra bir çox tədbirlər keçirdiyi üçün çəkiləri dəqiq xatırlamır, lakin baxış protokollarında əks olunan bütün halları təsdiq edir. Təqsirləndirilən şəxs1 baş təhqiqatçının verdiyi suallara cavab olaraq, üzərindən və avtomobildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Səxi” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, qazanacağı pulun bir qismini Təqsirləndirilən şəxs2ə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək bu maddə və vasitələri Ricadla birlikdə sonuncunun maşını ilə Bakıya gətirdiklərini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığı üçün həmin protokol hamı tərəfindən könüllü və sərbəst imzalanmışdır. Bildirir ki, təqsirləndirilən şəxslərə qarşı o və həmkarları heç bir qanunsuz hərəkət etməmiş, onların yaşadıqları ünvanlara getməmiş və baxış keçirməmiş, Baş İdarədə bu şəxsləri təhqiqatçıya təqdim etmiş, bundan sonrakı istintaq hərəkətləri təhqiqatçı tərəfindən dəvət olunmuş müdafiəçilərin iştirakı ilə keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə İmişli rayonunun Otuziki kəndində yaşayır. Təqsirləndirilən şəxslərin hər ikisini tanıyır, onlardan Təqsirləndirilən şəxs2 onun qaynıdır, Təqsirləndirilən şəxs1 isə bir dəfə sonuncu qaynı ilə onlara keçən ilin noyabr ayının sonlarında qaynı ilə birlikdə onun evinə gələn zaman görmüşdür. Keçən ilin noyabr ayının sonlarında qaynı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hundai Elantra» markalı maşınla onlara gəlmiş məqsədi isə bacısı olan Nuranəni Bakı şəhərinə atasının 40-na aparmaq olmuşdur. Həmin vaxt o və yoldaşı Nuranə işdə olmuşlar. Samir ona zəng etdikdən sonra o da Nuranəyə zəng edib qardaşının gəlməsini, evə getməsini demişdir. Özü isə evinə gedərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə görüşmüş, Təqsirləndirilən şəxs1 öz işləri üçün harasa getmiş, o və qaynı isə evə keçmişlər. Təxminən 1 saatdan sonra Ricad da gəlmiş və onlar axşam yeməyini birlikdə yemişlər. Nuranəni işlədiyi qadın salonunun müdiriyyəti həmin gün Bakıya buraxmamışdır. Belə ki, 40 mərasimi 2-3 gündən sonra olmalı olduğu üçün müdiriyyət Nuranəni Bakıya getməsini məhz həmin günlərdə icazə verəcəyini bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 axşam saat 23 radələrində Bakı şəhərinə getmişlər. Bundan sonra o yatmağa getmiş, o yatdığı zaman qaynanası arvadı Nuranəyə zəng edib bildirmişdir ki, Samiri tutublar. Bundan sonra arvadı Nuranə ilə Bakı şəhərinə, qaynanasıgilə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 qardaşıdır. Təqsirləndirilən şəxs1 isə cəmi 1 dəfə Samirlə birlikdə kəndə gələn zaman görmüşdür. Belə ki, 2021-ci ilin noyabr ayının sonunda, tarixi dəqiq xatırlamır qardaşı Samir Təqsirləndirilən şəxs1 idarə etdiyi maşınla onun yaşadığı İmişli rayonu 32 kəndinə onu Bakıya, atasının 40-na aparmağa gəlmişdir. Qardaşının gəlişi haqqında əvvəlcədən bilirdi, bu haqqda zəngləşib danışmışdılar. Əri ona Samirin gəlişi haqqında xəbər verdikdən sonra o evinə gedib yemək hazırlamış, axşam Samir və Ricad yemək yeyib yola çıxmışlar. O, isə müdiriyyətdən icazə ala bilmədiyi üçün həmin gün Bakıya gedə bilməmişdir. Artıq yatdığı zaman anası onun telefonuna zəng edərək, ağlayaağlaya bildirmişdir ki, Samiri tutublar. Dərhal əri ilə birlikdə, Bakı şəhərinə getmiş və orada bilmişdir ki, anasının evində, yəni qardaşının da qaldığı evdə axtarış etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirlilikləri qismən özlərinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla müdafiəçilərin iştirakı ilə tərtib edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin yan cibindən 01 bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd avtomobil açarı, əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd **********780284 nömrəli plastik bank kartı və şalvarın sağ yan cibindən 10 manat pul aşkarlanmışdır. Heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş qablaşdırılma ilə birlikdə çəkisi 64 qram olduğu müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon və 5 manat pul aşkarlanmışdır. Heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş qablaşdırılma ilə birlikdə çəkisi 34 qram olduğu müəyyənləşdirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik maddəni İİR vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik vasitələri “Səxi”-nin göstərişi ilə müəyyən edilən ərazilərə çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olub, qazanacağı pulu bir qismini ona verəcəyini, sonuncunun üzərində aşkar olunmuş heroini ona özünün gördüyü işin əvəzində verdiyini bildirmiş, idarə etdiyi “Hyundai Elantra” markalı avtomobildə narkotik maddə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə sorğu zamanı Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmiş və onunla əlbir olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən heç bir şikayət, təklif və qeydlər daxil olmamış və onlar imzaları ilə protokolun düzgünlüyünü təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, idarə etdiyi “Hyundai Elantra” markalı **- TX-*** nömrəli avtomobilə baxış keçirilməsinə etiraz etməmiş, həmin ərizə özü və müdafəçisi tərəfindən imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilməsi nəzərdə tutulan avtomobil “Hyundai Elantra” markalı və **-TX-*** dövlət qeydiyyat nışanlı avtomobildir, baxış və götürmə video çəkiliş aparılmaqla müdafiəçilərin iştirakı ilə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin avtomobilin yük yerindən, üzərini nar meyvələri ilə örtdüyü 01 ədəd polietilen torba təqdim etmiş, torbanın içərisindəndən 02 bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə heroinə bənzər, 05 bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər, 400 ədəd metadon, 180 ədəd pregabalin narkotik həbinə bənzər kütlələr aşkar edilmişdir. Heroinə bənzər kütlələr tərəzi çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq 495 qram, marixuanaya bənzər kütlələr tərəzi ilə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 kq 685 qram müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş maddələri İİR vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik vasitələri “Səxi” nin göstərişi ilə müəyyən edilən ərazilərə çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olub qazanacağı pulun bir qismini ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamış və və protokol iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməklə şübhəli bilinərək tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 28 noyabr 2021-ci il tarixli, 6/5282 saylı rəyindən müəyyən olunur ki; - üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan....” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisində bir ədəd sellofan bükümdə üzərində “Təqsirləndirilən şəxs1” qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 60,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üzərində “Təqsirləndirilən şəxs2” qeyd edilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 30,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli torbada iki ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1180,0 qram, 1270,0 qram, ümumi təmiz çəkisi 2450,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Tədqiqata təqdim edilmiş ümumilikdə dörd ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. -Təqdim olunmuş ümumi sayı 400 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 16,0 qram (1 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir. - üzərində “Preqabalin-150” göstəricisi olan ümumilikdə 180 ədəd göy-narıncı rəngli kapsulun tərkibində preqabalinin üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 27,0 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edildi. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Təqdim edilmiş metadon həbləri xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş preqabalin kapsulları xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Həmin rəyin qeyd hissəsindən görünür ki; Heroinin təmiz çəkisi (Təqsirləndirilən şəxs2)-30,0 qram, cəmi tədqiqata sərf edildi- 0,05 qram, qalıq-29,95 qramdır. Heroinin təmiz çəkisi (Təqsirləndirilən şəxs1) – 2510,0 qram, cəmi tədqiqata sərf edildi-0,15 qram, qalıq-2509,85 qramdır. Metadon həblərinin ümumi sayı – 400 ədəd, tədqiqata sərf edildi – 10 ədəd, qalıq-390 ədəddir. Preqabalin kapsullarının ümumi sayı – 180 ədəd, tədqiqata sərf edildi – 10 ədəd, qalıq 170 ədəddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 28 noyabr 2021ci il tarixli, 7/1227 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN- Zərflər üçün N7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil...” yazı və imzalar olan torbada 05 ədəd bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 1350,0 qram, 1300,0 qram, 1000,0 qram, 1420,0 qram, 1400,0 qram olmaqla ümumi təmiz çəkisi 6470,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 221 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 224 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Hyundai Elantra” markalı, **-TX-*** nömrəli avtomobil xx.xx.2021-ci il tarixdə saat 15:50-də Bakı- Qazax yolu 29.5 km Qazax istiqamətində, xx.xx.2021-ci il tarixdə saat 16:18-də İmişli- Beyləqan yolu 53 km Beyləqan istiqamətində, saat 16:27-də İmişli-Beyləqan yolu 62 km Beyləqan istiqamətində, saat 19:06-da İmişli-Beyləqan yolu 108 km Beyləqan istiqamətində, saat 19:32-də İmişli-Beyləqan yolu 108 km Beyləqan istiqamətində, saat 22:07 İmişli- Beyləqan yolu 70 km Sabirabad istiqamətində, saat 23:55 Sabirabad-Hacıqabul yolu 7.6 km Bakı istiqamətində olduğu müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə Fizuli rayonu, xx.xx.2021-ci il tarixdə Beyləqan rayonu istiqamətində hərəkət etmələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadələri ilə üst-üstə düşdüyündən tam olaraq təsdiq olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrə altında istifadə olunan telefonun Whatsapp ani mesajlaşma proqramına daxil olunduqda Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərlə narkotik vasitənin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmaların və səs yazılarının olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefon aparatına baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrə altında istifadə olunan telefonun Whatsapp ani mesajlaşma proqramına daxil olunduqda Təqsirləndirilən şəxs2 müxtəlif şəxslərlə narkotik vasitənin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmaların və səs yazılarının olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “ata neynirsən mənəm Ələkbərdi. Ata əlin çatan yer var yarı daş varsa birdə qiymətini de. Xalaoğlu gedib dənizə düşürlər ağız açdı birdənə cavab yazarsanda mənə”. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “Qaqaş ot olacağ yoxsa yox? Bir cavab denən camaat gözləyir məni”. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “Zarafatsız daş haradan tapa bilərik özüm üçün istəyirəm qaqa 5 manat pulum var”. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “Qaqam gör gələndə imkan elə ot götürdə qardaş”. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “Ayqa salam. Ayqa mənə bir-iki daş verə bilərsən?”. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “ata neynirsən nə var nə yox. Ata əlin nəyəsə çatır? Mənəm Ələkbərdi. Ata sabaha qədər yarı daş götürə bilərsən mənə?”. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “Ot lazımdır tez yığ”. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrənin istifadəçisinə “Brat 3 dənə 05 elə biri daşdı mənə verərsən, Elçinə bir yarım hazır elə gəlirəm. 15 dənə K, 10 dənə P”. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrənin istifadəçisinə “Hə şamama çet var böyük yoxdu” məzmunlu mesajlar mətnlərinin olması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “Ay qaqa varsa mənə birdənə daş verə bilərsən imkan var?” məzmunlu mesaj mətnlərinin göndərilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə yuxarıda qeyd olunan mobil nömrələrin istifadəçiləri arasında olan mesajlaşmalar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “bank məlumatları barədə sənədlərə və diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məxsus 5404 0858 3878 0284 nömrəli karta mədaxil və məxaric əməliyyatları aparılmış, lakin iş üzrə kəsb edən hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «Respublika Psixiatriya Xəstəxanası» X19 1471 saylı, xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına əsasən qeyd edilən xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış «Respublika Narkoloji Mərkəzi» X20 xx/xx-14704 və xx/xx-14707 saylı, xx.xx.2021-ci il tarixli məktublarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan mərkəzdə müalicədə və qeydiyyatda olmamışlar. Məhkəmədə elan edilib araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəisinin 008-3742-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri külli miqdarda narkotik vasitələri və narkotik vasitələrə və ya psixotrop maddələr aid olmayan güclü təsir edən maddələri - “Səxi” adlı İİR vətəndaşının şəxsiyyətini, olduğu yerin və Azərbaycan Respublikasındakı əlaqələrinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici vasitələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici vasitələri əldə etmələri, saxlamaları, daşımaları və satmalarında iştirakı olan cinayətin digər iştirakçılarının şəxsiyyətinin, onların bu cinayətdə iştirakının və rolunun müəyyən edilməsi istiqamətində keçirilmiş tədbirlər nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş «Kapital Bank» ACS-yə məxsus plastik kart Təqsirləndirilən şəxs1 anası X4 təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış doğum haqqında şəhadətnamələrin surətlərindən, arayışlarıdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində 2013 və 2016-ci il təvəllüdlü iki uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış aparılan zaman və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş tədqiqatlardan sonra qalıq qalmış 2539,8 qram qalmış narkotik vasitə heroin, 6469,75 qram narkotik vasitə qurudulmuş marixuana, 390 ədəd metadon həbləri və 170 ədəd preqabalin kapsulları Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, 02 ədəd DVD disk, 01 ədəd CD disk, 01 ədəd “Samsung” markalı, 01 ədəd “Redmi” markalı mobil telefon aparatları cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Baş Prokurorluğundan məhkəməyə daxil olmuş 05/2436 xid saylı, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edidlməsi haqqında» qərardan müəyyən olunur ki, araşdırma zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi formada işgəncəyə məruz qalması barədə məhkəmə baxışında göstərdikləri xüsusatlar toplanmış materiallarla təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.5, 29,318.2-ci maddəsi ilə təqsili bilinərək 02 il azadlıqdan məhrum etmə cəasınal şərti 02 il sınaq müddəti iləməhkum edilmiş, təyin edilmiş cəzadan azad edildiyindən xx.xx.2018-ci ildə qeydiyyatdan çıxarılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Bakı şəhəri Xcəzər rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında hökm dəyişdirilərək 01 il 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 05 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı Şəhər Probosiya İdarəsinin 21-1/3-20860 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 cəza müddəti başa çatdığı üçün xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur, yəni Təqsirləndirilən şəxs1 məhkumluğu xx.xx.2023-cü il tarixdə ödənilmiş hesab ediləcəkdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs1 əməlində CM-nin 18-ci maddəsinə əsasən residiv mövcud deyil, lakin CM-nin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilməməsi nəzərə alınmalıdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tululmuş əməlləri qismən öz ifadələri, həmçinin şahid ifadələri, cinayət işində olan baxış protokolları, məhkəmə ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmiş, təqsirləndirilən şəxslər həmin maddələrlə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Belə ki, onların CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli olmaları ibtidai istintaq zamanı narkotik vasitə və psixotrop maddələrin, güclü təsir edən maddələrin İran İslam Respublikasının vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiklərini, həmin narkotik vasitələri “Səxi”-nin göstərişi ilə müəyyən edilən ərazilərə çatdırıb əvəzində pul alacaqlarını, bu işləri görməkdə əlbir olub, qazanacağı pulu böləcəkləri barəjdə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobildə narkotik maddə saxladığına dair ifadələri ilə, 28 noyabr 2021-ci il tarixdə şəxsi axtarış və avtomobilə baxış keçirilməsinin nəticəsini əks etdirən protokollar və protokoldakı izahılar ilə, 28 noyabr 2021-ci il tarixdə axtarış keçirən polis əməkdaşlarının ifadələri ilə, axtarışın gedişini əks etdirən CD diski ilə, ekspertiza rəyləri, “Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış diskdə olan görüntülərlə və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yanaşı onlara ibtidai istintaq orqanı tərəfindən CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ona görə də ittiham verilmişdir ki, onlarabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik vasitəni və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, DİN-nin BNMİ-nin əməkdaşları X17, X15 və X1 Ricad Elxan oğlu və Təqsirləndirilən şəxs2 yalnız 28 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanıdıqlarını, onların narkotik vasitələr əldə etmə, saxlama, daşıma, satma barədə daxil olmuş məlumat əsasında əməliyyat axtarış tədbirləri keçirildiyini bildirmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 həmin maddələrin İran İslam Respublikasının vətəndaşı “Səxi” kimi bildiyi şəxsin sözü ilə qanunsuz əşyaları Beyləqan rayonu ərazisində gizlədilən yerdən götürdüyünü, onu “Səxi” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, qazanacağı pulun bir qismini Təqsirləndirilən şəxs2 verəcəyini, sonuncunun üzərində aşkar olunan heroini ona gördüyü işin əvəzində verdiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərin satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroin, qurudulmuş marixuana, metadon, narkotik vasitəlrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etdiyi mənbə olan “Səxi” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitəni Respubilka ərazisinə keçirən şəxsi və yaxud şəxsləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasından İİR-na sərhəd məntəqəsindən giriş-çıxış etməsinə dair cinayət işinin materiallarında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasına uyğun olaraq qaçaqmalçılığın törədilmə üsulu kimi mal və əşyaların gömrük sərhədindən kənar və ya gizli, yaxud da aldatma yolu ilə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli qərarın 17-ci bəndinə əsasən qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyanın gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Həmin Plenumunun 19-cu bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyəti istisna edilir. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Baxılan iş üzrə təqsirləndirilən şəxsə psixotrop maddə narkotik vasitələrin və digər qanunsuz maddələrin saxlanıldığı yer barədə o zaman məlumat verilmişdir ki, artıq narkotik vasitələr qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş və Beyləqan rayonuna çatdırılmışdır. Yəni təqsirləndirilən şəxsin İİR-dan Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə gətirilməsinə şərait yaratması, onu keçirdiyi yerdə qəbul etməsi və ölkəyə gətirilməsi ilə bağlı kiməsə vədlər verməsi, bu istiqamətdə müəyyən hərəkətlər etməsi, bu məqsədlə kimlərləsə qabaqcadan əlbir olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirilməsi cinayət əməlinin törədilmələrində təqsirli olmalarını təsdiq edən sübutlar olmadığından, məhkəmə onlara verilmiş Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə əməllərində cinayət tərkibi olmadığı üçün bəraət verməli və onların əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə tövsif edir. Məhkəmədə tədqiq edilmiş «telefon danışıqlarına baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli protokollərdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 şəxsi istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olan ***-***-**-** mobil telefonu ilə ayrı-ayrı şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar və səs yazmaları olmuşdur. Beləliklədə telefon danışıqlarına baxış keçirilməsi barədə protokolla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması bir daha sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özlərini təqsirli bilməmələrinə dair ifadələri ibtidai istintaq zamanı verdikləri ilkin ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması barədə”, “avtomobilə baxış keçirilməsi haqqında” və «Təhlükəsiz Şəhər Xidmətinin» təqdim etidiyi diskə baxış protokolları, məhkəmə-kimyəvi, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, telefon danışıq məlumatlarını özündə əks etdirən "xxxx" MMC-yə məxsus CD diskləri, mobil telefona baxış protokolları və cinayət işinin digər materialları ilə tam təkzib olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Həmin siyahıda narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarı – 0,15 qram, külli miqdarı isə 2 qramdan artıq olması, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı – 5 qram, külli miqdarı isə 500 qramdan artıq olması, metadonun şəxsi istehlak miqdarından artıq miqdarı – 0,02 qram, külli miqdarı isə 1,6 qramdan artıq olması, preqabalinin külli miqdarı 5 qramdan artıq olması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələr və narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələr və narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin şəxsi istehlak miqdarından dəfələrlə çox olması onların qeyd olunan narkotik vasitələri və narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmələrini sübut edir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri onların və şahidlərin ifadələri, baxış, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, “Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış görüntülərələ və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində və Təqsirləndirilən şəxs2 isə kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasının ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduqları tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış aparılan zaman və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş tədqiqatlardan sonra ümumi təmiz çəkisi 2539,8 qram qalmış narkotik vasitə heroin, 6469,75 qram narkotik vasitə qurudulmuş marixuana, 390 ədəd metadon həbləri və 170 ədəd preqabalin kapsulları məhv edilməli, 02 ədəd DVD, 01 ədəd CD disklər, 01 ədəd “Samsung” və 01 ədəd “Redmi” markalı mobil telefon aparatları cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 153,70 (yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM»Vəkil Bürosının vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi4 üçün hər birinə ayrı-ayrılıqda 540 AZN (beş yüz qırx manat) «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə 10 (on) il müddətə, CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə, əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə 09 (doqquz) il müddətə, CM-nin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə, əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, tədqiqatlardan sonra qnalıq qalmış 2539,8 qram qalmış narkotik vasitə heroin, 6469,75 qram narkotik vasitə qurudulmuş marixuana, 390 ədəd metadon həbləri və 170 ədəd preqabalin kapsulları məhv edilsin, 021 ədəd DVD, 01 ədəd CD disklər, 01 ədəd “Samsung” və 01 ədəd “Redmi” markalı mobil telefon aparatları cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 153,70 (yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmədə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi3 və Müdafiəçi4 üçün hər birinə ayrı-ayrılıqda 540 AZN (beş yüz qırx manat) «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.