Məhkəmə qərarları › İş №1(101)-1220/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1220/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1220/2021 17.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 və X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1993-cü il tarixdə Quba şəhəri, Timiryazev qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Quba rayonu, Alekseyevka ərazi dairəsi, Timiryazev kəndində pasport qeydiyyatında olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlun olmayan İran İslam Respublikasının vətəndaşı “Vaqif’ adlı şəxslə qabaqcadan əlbir ola bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasının vətəndaşı “Vaqif’ adlı şəxs tərəfindən ünvan 1 ünvanda yerləşən “Evromed” klinikasının yanında olan “Narmobile” reklam lövhəsinin altına qoyulmuş bir ədəd bağlamada təmiz çəkisi 2951 qram və bir ədəd bükümdə təmiz çəkisi 71,5 qram olmaqla ümumi təmiz çəkisi 3022,5 qram (3 kq 22,5 qr) külli miqdar təşkil edən narkotik vasitə heroini 26 fevral 2021-ci il tarixdə saat 22 radələrində satış məqsədilə əldə edərək özündə saxlamaqla daşımış və həmin gün saat 22:50-də Nəsimi RPİ-nin CAŞ-m əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən “Evromed” klinikasının qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əlində olan bir ədəd üzərində “Etra Boutiqe” sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisindən külli miqdarda həmin narkotik vasitə heroin bükümləri aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Quba rayonu, Alekseyevka ərazi dairəsi, Timiryazev kəndində ailəsi ilə birlikdə yaşamış, hazırda heç bir yerdə işləmir. Hadisədən təxminən 5-6 ay əvvəl, 2020-ci ilin sentyabr-oktyabr aylarında təsadüfən instagram sosial şəbəkəsində Vaqif adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və Vaqiflə bir neçə dəfə “whatsapp” ani mesajlaşma vasitəsilə danışmışdır. Vaqif ona fevral ayının sonlarında telefon vasitəsilə pay göndərəcəyini demiş, lakin, nə pay göndərməsini deməmişdir. 26 fevral 2021-ci il tarixdə saat təxminən 18 radəsində Vaqif ona zəng edərək demişdir ki, Bakı şəhərinə gəlsin. O, öz avtomaşını ilə Bakıya gəlməzdən əvvəl həmyerlisi və usta Şahid6 xahiş etmişdir ki, onunla Bakı şəhərinə gəlsin, birdən yolda maşın xarab olsa ona kömək etsin. Siracda yerli kimi razılaşmış. O, Bakı şəhərinə saat təxminən 22 radəsində çatmış, Bakı şəhərinə gələndən sonra Vaqiflə aralarında olan danışığa əsasən o, Nəsimi rayonu, Evromed kimi tanınan yerin yanında olan “NAR” mobil lövhəsinin yanına gəlmiş, belə ki, Vaqif ona demişdi ki, həmin lövhənin yaxınlığına yerə salofan torba qoyacaqdır. Həmin yerdə o, avtomobildən düşüb ora gəlmiş, Sirac isə avtomobildə gözləmişdir. Orada olan salofam götürmüş, maşınının yanına gedib çatan zaman, ona Bakı şəhəri Nəsimi rayonu, “Evromed” kimi tanınan klinikanın qarşısında ona mülki geyimdə bir neçə nəfər polis əməkdaşları yaxınlaşmışlar, özlərini təqdim edərək Nəsimi RPİ-nin əməkdaşları olmasını bildirmişlər, həmin vaxtı onun əlində salofan torbada heroin olmuş, bu zaman mülki geyimdə olan polis əməkdaşları özlərini ona təqdim etmişlər və onlarda barələrində əməliyyat məlumatı olduğu üçün onu Nəsimi RPİ-nə dəvət etmişlər, oda polislərin dəvəti ilə Nəsimi RPİ-nin inzibati binasına gəlmişdir. Polis İdarəsində polis əməkdaşları üzərində axtarış aparacaqlarını bildirmişlər və bunun üçün video çəkilişdən istifadə edəcəklərini demişlər. O, buna etiraz etməmiş, daha sonra, axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarışda iştirak etmək üçün 5 nəfər şahidi, video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər, ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o, əlində olan ağ rəngli, üzərində “Etra Boutiqe” yazılan sellofan torbanı masanın üzərinə qoymuş, bundan sonra onun üzərində hər hansı bir əşyanm olub- olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşyanın olmadığım bildirmişdir. Sonra isə onun üzərində axtarış aparılmağa başlanılmış, sonra isə onun üzərindən aşkar edilmiş ağ rəngli sellofan torbanın içərisindəkinin “heroin” olduğunu bilmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, Vaqif adlı şəxsdən aldığını bildirmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Quba rayonu, Alekseyevka ərazi dairəsi, Timiryazev kəndində ailəsi ilə birlikdə yaşayır. Məlum hadisə baş verməmişdən təxminən 5 ay öncə narkotik vasitə istifadəçisi olmuşdur. Ağrıları olduğu üçün “tramadol” adlı dərman qəbul edirmiş. Belə ki, bu dərman apteklərdə yalnız resept olduğu təqdirdə müştərilərə satılırdı və o da bir neçə dəfə onu bu cür almışdır. Lakin sonradan sözügedən dərmanı ala bilməmişdir. Qubadan olan bir tanışı bildirmişdir ki, bir tanış var və ona bu ağrıkəsici dərmanı verə bilər. Bundan sonra ona Vaqiflə əlaqə saxlamağı və həmin dərmanı ondan almağı bildirmişdir. Buna görə də sonuncunun nömrəsini ona vermiş, o da Vaqifləilə əlaqə saxlamışdır. 26.02.2021-ci il tarixdə idarə etdiyi ağ rəngli “VAZ 2113” markalı **-ZL-*** dövlət nömrə nişanlı avtomaşınla Bakıya gəlməzdən əvvəl həmyerlisi və usta Şahid6 onunla birgə gəlməsini xahiş etmişdir. Belə ki, sonuncuya bildirmişdir ki, dərman almaq üçün Bakıya gedir. Orada heroin olmadığı üçün o, yalnız dərman götürmək üçün Qubadan Bakıya gəlmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Rafiq oğlu ifadəsində göstərmişdir ki, o, hal-hazırda Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 fevral 2021-ci il tarixdə ona daxil olmuş məlumata əsasən məlum oldu ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması ilə məşğul olur. Həmin məlumat əsasında tərəfindən rəhbərliyə məruzə olunmuş, rəhbərliyin göstərişi və onun rəhbərliyi ilə, Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X5, Nəsimi RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid4, Nəsimi RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid3, Nəsimi RPİ-nin CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid5 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, onlar birlikdə müəyyən edilmiş yerə getmişlər və Təqsirləndirilən şəxs müşahidəyə götürmüşlər, həmin günü, saat təxminən 23 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanda Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və onlar Təqsirləndirilən şəxs polis işçiləri olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə dəvət etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs avtomobil yolunu keçərkən bildirmişdir ki, ona məxsus olan avtomaşında həmyerlisi Şahid6 əyləşibdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid6 onların təkliflərini qəbul edərək onlarla birlikdə Nəsimi RPİ-nin inzibati binasına gəlmişlər. Nəsimi RPİ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparacağını bildirmişlər və bunun üçün video çəkilişdən istifadə ediləcəyini demişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarış zamanı, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əlində olan ağ rəngli, üzərində “Etra Boutiqe” yazılan sellofan torbanı masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması soruşmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olmadığım bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış ilk öncə Təqsirləndirilən şəxs geyindiyi qara rəngli gödəkcənin boynuna, sağ, sol və iç ciblərinə baxılmış gödəkcənin sol qoltuq cibindən 641 AZN pul aşkar edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ-sol ciblərinə baxılmış və şalvarının sol yan cibində 2 ədəd mobil telefon, yəni 1 ədəd Samsung A10 və 1 ədəd Redmİ Note 9 markalı mobil telefonlar aşkar edilmiş, Təqsirləndirilən şəxs ayaqqabısının və corabının içərisinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs ayaqqabılarını, corablarını geyinməyi və üst-başım səliqəyə salmağı tələb edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli sellofan torbanın içərisindəkinin nə olduğunu deməklə təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs sellofan torbanın içərisində tünd qəhvəyi rəngli, toz halında, spesifik iyə malik olan maddənin “heroin” olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə Təqsirləndirilən şəxs uzun Vaqif adlı şəxsdən satış məqsədi ilə aldığını və gələcəkdə sataraq gəliri böləcəyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin bir ədəd sellofanın içərisində olan 02 ədəd bükümdə tünd qəhvəyi rəngli toz halında, spesifik iyə malik olan narkotik vasitənin ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə böyük zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs aşkar olunan sellofan torbaya bükülmüş 02 ədəd sellofanda içərisində narkotik maddə olan heroin zərfə qoyularaq, zərfin ağzı möhürlənmiş və hər bir iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmış, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış zamanı 'Sony" markalı videokameradan istifadə edilmiş, şəxsi axtarış və götürmə zamanı tərəfindən və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Bundan sonra həmçinin Şahid6 üzərinə videçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı Şahid6 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən siqaretin sellofanına bükülmüş yaşımtıl rəngli, ota bənzər vasitə aşkar olunmuş, Şahid6 həmin vasitənin marixuana olmasını bildirib 26 fevral 2021-ci il tarixdə Quba şəhərində bazarın yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını demiş, bundan başqa Şahid6 əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd Samsung A6 markalı mobil telefon aşkar edilmiş, bundan başqa Şahid6 üzərindən heç bir əşya aşkar olunmamışdır. Şahid6 üzərindən aşkar edilmiş sellofan torbaya bükülmüş 01 ədəd narkotik vasitəyə bənzər marixuana zərfə qoyularaq, zərfin ağzı möhürlənmiş və hər bir iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmış, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmiş şəxsi axtarış və götürmə zamanı tərəfindən və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şahid6 üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq olmamış, həmçinin Şahid6 həmin narkotik vasitəni özü üçün əldə edərək satmaq niyyəti olmadığını bildirmişdir. Onda Təqsirləndirilən şəxs və Şahid6 narkotik vasitəni nə vaxtsa belə hər-hansısa şəxsə satmaları barədə konkret məlumat olması barədə suala cavab olaraq bildirmişdir ki, xeyr onda Təqsirləndirilən şəxs və Şahid6 narkotik vasitəni konkret olaraq hər-hansısa şəxsə satmaları barədə məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid1 və Şahid4, istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid3, Şahid2 Rafiq oğlunun ifadəsinə uyğun ifadə vermişlər. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, o, Quba rayonu, Alekseyevka kəndində yaşayır, hazırda fərdi əməklə, yəni Quba rayonu, Timiryazey kəndində avtotəmir sexində usta köməkçisi işləyir. Təqsirləndirilən şəxs bir həmyerli kimi tanıyır, münasibəti yaxşıdır. 26 fevral 2021-ci il tarixdə saat təxminən 20 radələrində Hikmət idarə etdiyi avtomaşını ilə iş yeri olan Quba rayonu, Timiryazev kəndində olan avtotəmir sexinə gəlib ondan xahiş etmişdir ki, onunla Bakı şəhərinə getsin, belə ki, Hikmət demişdir ki, birdən yolda maşın xarab olsa ona kömək etsin. Oda həmyerli kimi Hikmətlə razılaşmış və onlar birlikdə Bakı şəhərinə Hikməti maşını ilə gəlmişlər, saat təxminən 22 radəsində onlar Bakı şəhəri, Nəsimi rayonu, əcəmi dairəsi yaxınlığına çatandan sonra Hikmət maşından düşüb ona demişdir ki, onu gözləsin bir azdan gəlir. Oda Hikmətin maşınında əyləşmiş, o, maşında əyləşən zaman, yəni Hikmətin getməsindən təxminən 5 dəqiqə sonra bir neçə nəfər mülki formada polis əməkdaşları ona yaxınlaşmışlar, nə məqsədə Bakı şəhərinə gəlməyini soruşmuşlar, oda həmyerlisi Hikmətlə gəldiyini demiş, bundan sonra polislər onu Nəsimi RPİ-nə gətirmişlər, bundan sonra üzərinə axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibinin üzərində olan kiçik cibindən siqaretin salofanına bükülmüş marixuananı aşkar etmişlər. O, polislərə bildirmişdir ki, ondan aşkar olunan narkotik vasitə olan marixuanadır, həmin marixuananı 26 fevral 2021-ci il tarixdə Quba rayonunda tanımadığı, 30-35 yaşlı, qarayanız, bığsız kişidən 10 manata şəxsi istifadəsi üçün almış, bundan sonra ondan aşkar olunan narkotik vasitəni ekspertizaya göndərmişlər, ondan aşkar olunan narkotik vasitənin miqdarı az olduğundan polislər onu tutmamışlar. O, Hikmətin Bakı şəhərinə nə məqsədlə gəlməsini bilməmiş, sonradan bilmişdir ki, Hikmətdən aşkar olunan heroinə görə Hikməti tutublar. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, təsadüfi olaraq narkotik vasitə aldıqdan sonra yadından çıxdığından şalvarının cibində saxlamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs protokolla götürülmüş bir ədəd “Redmi Note-8” markalı 867-522-049-560-969 və 867-522-049-560-977 İMEY kodlu mobil telefona və 1 ədəd Samsung markalı A-10 modelli 357-376-101-897-448 və 357- 377-101-897-446 İMEY kodlu mobil telefona 12 mart 2021-ci il tarixdə baxış keçirilmişdir. Telefonun vatsap yazışmasına baxdıqda iş üçün əhəmiyyət kəsb edən Vaqif adlı şəxsin +989-101-835-575 vatsap nömrə ilə işlətməsi, həmin Vaqif adlı şəxsində “X10” adı ilə profil səhifəsi olması aşkarlanır. Telefonda olan X10 ilə Təqsirləndirilən şəxs arasında olan vatsap yazışması 12.02.2021-ci il tarixdən 27.02.2021-ci il tarixədək olan müddət ərzində olan Vatsap yazışmasına baxış keçirildi. Baxışda Təqsirləndirilən şəxs (bundan sonra H) və X10 (bundan sonra V) arasında olan vatsap yazışmaları olmuşdur. İstintaq zamanı zəruri ekspertizalar keçirdilərək müvafiq rəylər alınmışdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2021-ci il tarixli № 6/833 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş narkotik maddəyə bənzər kütlə” yazısı olan paketdəki bir ədəd bağlamada təmiz çəkisi 2951 və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 71,5 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 3022,5 qram (3 kq 022,5 qr) təşkil edir. Heroin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işi üzrə keçirilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 09 mart 2021- ci il tarixli № 6/847 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏM MEM-nin “Tədqiqat Obyekti № 59” ştamp əksi olan torbadakı vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bağlamada və bir ədəd bükümdə heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 16.03.2021-ci il tarixli 573 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməldir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansi psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəkliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal- hazırda psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci məddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual İmkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. İntellektual imkanlarına görə öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Kobudluq, inadkarlıq, nümayişkaranəlik, emosional qeyri- sabitlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmadı, lakin fərdi-psixi xüsusiyyətlərinə görə özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyam öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əmələ görə cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Fmosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2021-ci il tarixli 970 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, narkotik vasitəni satış məqsədi olmadan əldə etməsini bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə onun ifadəsinə bu hissədə tənqidi yanaşır və onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi dəlillərin işin faktiki hallarına uyğun olmadığından, həmin dəlillərin digər mötəbər sübutlarla təkzib olunduğundan onun ifadəsini inandırıcı hesab etmir. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, vassap mesajları, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu, 26 fevral 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nəsimi RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkiləri 3022,1 qram heroin məhv edilməlidir. İş üzrə evkspertiza xərcləri 228 (iki yüz iyirmi səkiz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nəsimi RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkiləri 3022,01 qram heroin məhv edilsin. İş üzrə evkspertiza xərcləri 228 (iki yüz iyirmi səkiz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar