Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1220/2022 01.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 8-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu 4 ünvanında yaşamış, hazırda barəsində «həbs» qətimkan tədbiri seçilməklə AR ƏN Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Baba adlı İran islam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 yanvar 2022-cı il tarixdə, gündüz saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq 3,883 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 5,748 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və 1,123 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı ünvanda saxlamış, 30 yanvar 2022-ci il tarixdə, saat 20:10-da Binəqədi Rayon Polis idarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu 4 ünvanında piyada olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü Polis şöbəsinə gətirilmiş və orada həmin günü saat 22.35-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik və böyük ciblərindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffaf sellofan bükümdə və 1 ədəd göy qapaqlı şəffaf qutuda ayrı-ayrılıqda təmiz çəkisi 0,434 qram və 0,409 qram, ümumi təmiz çəkisi 0,843 qram olan ağ rəngli kristallik halda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldükdən sonra Təqsirləndirilən şəxs verdiyi məlumat əsasında 31 yanvar 2022-ci il tarixdə, saat 00:35-də onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı evin telefon təmiri ilə məşğul olduğu otağında masanın altında tünd qəhvəyi rəngli qutuda saxladığı bir ədəd şəffaf plastik qabda 10 ədəd şəffaf sellofan və 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,934 qram, 0,394 qram, 0,452 qram, 0,444 qram, 0,162 qram, 0,409 qram, 0,459 qram, 0,439 qram, 0,399 qram, 0,397 qram, 0,416 qram, umumi təmiz çəkisi 4,905 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 10 ədəd şəffaf sellofan və 1 ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,705 qram, 0,269 qram, 0,277 qram, 0,366 qram, 0,388 qram, 0,333 qram, 0,275 qram, 0,315 qram, 0,291 qram, 0,300 qram, 0,037 qram, ümumi təmiz çəkisi 3,556 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 4 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,240 qram, 0,380 qram, 0,263 qram və 0,240 qram, ümumi təmiz çəkisi 1,123 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 3 ildir ki, X6 ilə rəsmi nikahdadır, valideynləri başqa ünvanda yaşayırlar. 12 ildir kı, «28 May» metrosu yaxınlığında «İphone» mobil servisində telefon ustası kimi işləyir. Bundan əlavə yaşadığı evin yaxınlığında özünə məxsus Bınəqədi rayonu DSK yolu 4 ünvanında yerləşən mobil telefonların təmiri mağazası da olmuşdur. Tutulmamışdan əvvəl son 7 ay qabaq, psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, qeyd olunan vasitələri dəqiq adlarını bilmədiyi şəxslərdən əldə etmiş, hər dəfə metamfetamın almışdır. O, həmin psixotrop maddələri yaşadığı evdə iş otağında saxlamış, ümumiyyətlə həmin psixotrop maddəni yalnız öz istifadəsi üçün əldə etmiş və öz istifadəsi üçün də saxlamışdır. 30 yanvar 2022-ci il tarixdə saat təxminən 18-19 radələrində o, dükanından yaşadığı evə gələrkən həyətdə mülki geyimdə iki nəfər şəxs olduğunu görmüş, onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onu saxlamışlar. Sonra polis əməkdaşları ondan öncə yaşadığı mənzilə daxil olmuş, bir qədər sonra isə onun özünü mənzilə gətirmişlər. Polis əməkdaşları evdən narkotik vasitələri və psixotrop maddələri götürmüş, lakin, onda ittihamda qeyd edildiyi kimi, 10 ədəd şəffaf sellofan və 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilən 0,934 qram, 0,394 qram, 0,452 qram, 0,444 qram, 0,162 qram, 0,409 qram, 0,459 qram, 0,439 qram, 0,399 qram, 0,397 qram, 0,416 qram, umumi təmiz çəkisi 4,905 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 10 ədəd şəffaf sellofan və 1 ədəd qara rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,705 qram, 0,269 qram, 0,277 qram, 0,366 qram, 0,388 qram, 0,333 qram, 0,275 qram, 0,315 qram, 0,291 qram, 0,300 qram, 0,037 qram, ümumi təmiz çəkisi 3,556 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 4 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,240 qram, 0,380 qram, 0,263 qram və 0,240 qram, ümumi təmiz çəkisi 1,123 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vəsitə qurudulmuş marixuana olmamış, həmin narkotik vasitələr və psixotrop maddələr mənzilə güman edir ki, polis əməkdaşları tərəfindən yerləşdirilmişdir. Belə ki, həmin gün onda yalnız təxminən bir qramdan da az çəkidə psixotrop maddə metamfetamin olmuş, daha sonra polislər onu 4-cu Polis şöbəsinə gətirmişlər. Bölmədə polis əməkdaşlarından biri evindən götürülən bükümlərdən 3 bükümünü şalvarının cibinə qoyması və çəkiliş zamanı təqdim etməsi üçün ona vermişdir. O, da polis əməkdaşlarının təkidi ilə razı olmuş və videoçəkiliş zamanı həmin 3 bükümü cibindən çıxarıb təqdim etmişdir. Bundan sonra yenidən polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş, çəkilişdən əvvəl polis əməkdaşları bükümləri qoymuş, sonra çəkiliş başlamış və çəkiliş zamanı həmin bükümlər yenidən aşkar edilmişdir. Evində olan çəkiliş zamanı evdə başqa heç kim olmamış, belə ki, həyat yoldaşı həmin günlərdə ailə vəziyyəti ilə əlaqədar atasının evində qalmışdır. Polis əməkdaşları ona təzyiq göstərdikləri üçün həmin narkotik vasitələrin və psixotrop maddələrin hamısının ona məxsus olmasını boynuna almalı olmuşdur. Polislər tərəfindən ona qarşı zor tətbiqi olmasa da, amma ona qarşı nalayiq ifadə işlədilmiş, həmçinin üst geyimi evdə qaldığı üçün ona soyuq olmuşdur. «Bakcell» şirkətindən daxil olmuş məlumatlarda onun istifadəsində olan 055 *** ** ** saylı nömrəyə daxil olan və həmin nömrədən çıxan onun müxtəlif şəxslərlə mesajları narkotik vasitələrin satışı ilə bağlı olmamaışdır. Belə ki, o, özü psixotrop maddə istifadəçisi olduğu üçün onun ətrafında olan dost-tanışları da narkotik istifadəçiləri olmuş. Onlar adətən özlərində narkotik olmayanda, yəni tapıb ala bilməyəndə dost kimi bir-birilərindən istəmiş və kimdə varsa biri-digərinə təmənnasız olaraq psixotrop maddə vermişdir. Göstərilən mesajlarda da bəzi hallarda o, dostlarından narkotik istəmiş, bəzi hallarda isə dostları ondan narkotik istəmiş və o, vermişdir. Bu işlərdə onun mənfəəti və maddi marağı olmamışdır. Həmçinin o, telefon təmiri və alqı-satqısı ilə məşğul olduğu üçün adına çoxlu nömrələr alıb satmış, müştərilərlə də bəzən telefon təmiri və alqı-satqısı ilə bağlı danışıqları olmuşdur. O, heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq edildiyindən istintaq zamanı düzgün ifadə verə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə 30 yanvar 2022-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olan və Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 nömrəsiz fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, istifadə etməsi və saxlaması barədə ona əməliyyatı məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı dərhal raportla bölmə rəhbərliyinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Bundan sonra isə ondan və 4-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Tərəflərindən əməliyyat tədbirləri həyata keçirilərək 30 yanvar 2022-ci ıl tarixdə saat 20:10-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında piyada olan zamanı saxlanılmış və onu 4-cu Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis Şöbəsində təhqiqatçı tərəfindən lazım olan zəruri prosessual hərəkətlər həyata keçirilmişdir. Bundan sonra isə artıq onların da iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan balaca cibindən 02 ədəd şəffaf selofana bükülmüş bükümləri çıxardaraq masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olduğu soruşulduqda o, həmin bükümlərdən birində narkotik vasitə olan «kakos» kimi tanınan heroin, digərində isə «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamın olduğunu demişdir. Həmin bükümlərə baxıldıqda onlardan birində ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması, digərində isə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olması məlum olmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən göy qapaqlı şəffaf qutunu təqdim edərək həmin qutunun içərisində də «şüşə» kimi tanıdığı psixotrop maddə olan metamfetamın olduğunu bildirmişdir. Həmin kütləyə də baxan zaman ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən «Nokia 101» markalı mobil telefonu da təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa hər hansı qanunsuz əşya tapılmamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs bükümlərdə olan maddənin haradan əldə etdiyini soruşmuş, Saleh də bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, həmin bükümləri İran vətəndaşından “whatsapp" proqramı vasitəsilə danışaraq almış və İran vətəndaşı bükümləri Xırdalan dairəsinə qoymuş və o da götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında yerləşən nömrəsiz fərdi tikilmiş evində də narkotik vasitələr və psixotrop maddələr olmasını məlumat vermişdir. Həmin narkotik vasitələr və psixotrop maddələri də İran İslam Respublikasının vətəndaşının "Kapital Bank’a məxsus nömrəsini xatırlamadığı bank hesabına 200 manat pul göndərərək aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və "Nokia 101” markalı mobil telefon zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs özünün yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında yerləşən nömrəsiz fərdi tikilmiş evində də narkotik vasitələr və psixotrop maddələr olmasını bildirdiyindən bütün iştirakçılarla və vəkillə birlikdə həmin ünvana getmişlər. Təhqiqatçı tərəfindən lazım olan zəruri prosessual hərəkətlər həyata keçirilmiş, Təqsirləndirilən şəxs da qeyd olunan nömrəsiz fərdi tikilmiş evində baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra isə artıq onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs qeyd olunan evinə baxış keçirilmiş, evə baxış zamanı Təqsirləndirilən şəxs evində olan narkotik vasitələri və psixotrop maddələri özünün könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da fərdi yaşayış evinə daxıl olarkən sol tərəfdə yerləşən mobil telefonları və kompyüterləri təmir etdiyi təmir otağında olan tünd qəhvəyi rəngli qutunun içərisində saxladığı şəffaf plastik qabı təqdim etmişdir. Həmin plastik qabın içərisində olan ümumilikdə 26 ədəd büküm olmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, onlardan 10 ədədi şəffaf selofan və 01 ədəd siqaretin qara rəngli kağız bükümündə narkotik vasitə olan heroin, digər 04 ədəd şəffaf selofan bükümlərdə qurudulmuş marixuana, 10 ədəd şəffaf selofan və 01 ədəd də gümüşü rəngli kağız bükümlərdə isə psıxotrop maddə olan metamfetamın olmuşdur. Bükümlərə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs heroin olaraq təqdim etdiyi bükümlərdə qəhvəyi rəngli maddə, metamfetamın olaraq təqdim etdiyi bükümlərdə ağ rəngli kristal formalı maddə, marixuana olaraq təqdim etdiyi bükümlərdə yaşıl rəngli kütlə vardır. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən başqa hər hansı qanunsuz əşya tapılmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən götürülən bükümlər zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin baxışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatları olmuş, onlar Salehin narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində 30 yanvar 2022-ci il tarixdə saat təxminən 18-19:00 radələrində o, dükandan yaşadığı evə gələrkən həyətdə mülki geyimdə iki nəfər şəxs olduğunu görməsi, onların özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmələri və ondan evin qapısını açmağı tələb etmələri, polis əməkdaşlarının ondan daha öncə evə daxil olaraq, əlavə olaraq heroin və metamfetamın bükümlərini, marixuananı evə yerləşdirmələri, daha sonra onunla birlikdə 4-cu Polis şöbəsinə gətirmələri, bölmədə polis əməkdaşlarından birinin evindən götürülən bükümlərdən 3 bükümünü ona verərək şalvarının cibinə qoyması və çəkiliş zamanı təqdim etməsi, onun da razı olaraq videoçəkiliş zamanı həmin 3 bükümü cibindən çıxarıb təqdim etməsi, bundan sonra yenidən polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmələri, çəkilişdən əvvəl polis əməkdaşlarının bükümləri götürdükləri yerə qoymaları, sonra çəkilişin başlaması və çəkiliş zamanı həmin bükümlərin yenidən aşkar edilməsi, polislər tərəfindən ona zor tətbiqi olmasa da, amma nalayiq ifadələr işlədilməsi, həmçinin üst geyimi evdə qaldığı üçün ona soyuq olması barədə göstərdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılması, üzərinə və evinə baxış keçirilməsi hazırda ifadəsində göstərdiyi kimi olmuş, Təqsirləndirilən şəxs qarşı heç kim nalayiq ifadə işlətməmiş, həmçinin onun üst geyimi də əynində olmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını qeyd edərək, narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmasını, şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 30 yanvar 2022-ci il tarixdə 4-cü Polis Şöbəsinə ünvan 8 ünvanında qeydiyyatda olan və Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 nömrəsiz fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxıl olmuşdur. Həmin əməliyyat məlumatı dərhal raportla bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Bundan sonra ondan və 4-cı Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 yanvar 2022-cı il tarixdə saat 20 10-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında piyada olan zamanı saxlanılmış və onu 4-cü Polis Şöbəsinin inzibatı binasına gətirmişlər. Polis Şöbəsində təhqiqatçı tərəfindən lazım olan zəruri prosessual hərəkətlər həyata keçirilmiş və bundan sonra isə artıq onların da iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan balaca cibindən 02 ədəd şəffaf selofana bükülmüş bükümləri çıxardaraq masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olduğu soruşulduqda o, həmin bükümlərdən birində narkotik vasitə olan «kakos» kımı tanınan heroin, digərində isə «şüşə» kimi tanıdığı psıxotrop maddə metamfetamin olduğunu demişdir. Həmin bükümlərə baxıldıqda onlardan birində ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması, digərində isə qəhvəyi rəngli narkotik vasitə heroınə oxşar maddə olması məlum olmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən göy qapalı şəffaf qutunu təqdim edərək həmin qutunun içərisində də «şuşə» kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin kütləyə də baxan zaman ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən «Nokia 101» markalı mobil telefonu da onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa hər hansı əşya tapılmamış, təhqiqatçı Təqsirləndirilən şəxs bükümlərdə olan maddəni haradan əldə etdiyini soruşduqda Saleh bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, həmin bükümləri İran vətəndaşından “whatsapp” proqramı vasitəsilə danışaraq almış və İran vətəndaşı bükümləri Xırdalan dairəsinə qoymuş və o da götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında yerləşən nömrəsiz fərdi tikilmiş evində də narkotik vasitələr və psixotrop maddələr olmasını məlumat vermişdir. Həmin narkotik vasitələr və psixotrop maddələri də İran İslam Respublikasının vətəndaşının "Kapital Bank”a məxsus nömrəsini xatırlamadığı bank hesabına 200 manat pul göndərərək aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və "Nokia 101” markalı mobil telefon zərfə qoyulub möhürlənmiş, onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs özünün yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında yerləşən nömrəsiz fərdi tikilmiş evində də narkotik vasitələr və psıxotrop maddələr olmasını bildirdiyindən bütün iştirakçılarla və vəkillə birlikdə həmin ünvana getmişlər. Təhqiqatçı tərəfindən lazım olan zəruri prosessual hərəkətlər həyata keçirilmiş, Təqsirləndirilən şəxs da qeyd olunan nömrəsiz fərdi tikilmiş evində baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra isə artıq onların iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs qeyd olunan evinə baxış keçirilmiş, evə baxış zamanı Təqsirləndirilən şəxs evində olan narkotik vasitələri və psixotrop maddələri özünün könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da fərdi yaşayış evinə daxil olarkən sol tərəfdə yerləşən mobil telefonları və kompyüterləri təmir etdiyi təmir otağında olan tünd qəhvəyi rəngli qutunun içərisində saxladığı şəffaf plastik qabı təqdim etmişdir. Həmin plastik qabın içərisində olan ümumilikdə 26 ədəd büküm olmuş, Təqsirləndirilən şəxs bildirmişdir kı, onlardan 10 ədədi şəffaf selofan və 01 ədəd siqaretin qara rəngli kağız bükümündə narkotik vasitə olan heroin, digər 04 ədəd şəffaf selofan bükümlərdə qurudulmuş marixuana, 10 ədəd şəffaf selofan və 01 ədəd də gümüşü rəngli kağız bükümlərdə isə psixotrop maddə olan metamfetamin vardır. Bükümlərə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs heroin olaraq təqdim etdiyi bükümlərdə qəhvəyi rəngli maddə, metamfetamin olaraq təqdim etdiyi bükümlərdə ağ rəngli kristal formalı maddə, marixuana olaraq təqdim etdiyi bükümlərdə yaşıl rəngli kütlə olmuşdur. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən başqa hər hansı qanunsuz əşya tapılmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən götürülən bükümlər zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin baxışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatları olmuş, onlar Salehin narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirirlər. Təqsirləndirilən şəxs ifadəsində 30 yanvar 2022-ci il tarixdə saat təxminən 18-19:00 radələrində o, dükandan yaşadığı evə gələrkən həyətdə mülki geyimdə iki nəfər şəxs olduğunu görməsi, onların özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmələri və ondan evin qapısını açmağı tələb etmələri, polis əməkdaşlarının ondan daha öncə evə daxil olaraq, əlavə olaraq heroin və metamfetamın bükümlərini, marixuananı evə yerləşdirmələri, daha sonra onunla birlikdə 4-cu Polis şöbəsinə gətirmələri, bölmədə polis əməkdaşlarından birinin evindən götürülən bükümlərdən 3 bükümünü ona verərək şalvarının cibinə qoyması və çəkiliş zamanı təqdim etməsi, onun da razı olaraq videoçəkiliş zamanı həmin 3 bükümü cibindən çıxarıb təqdim etməsi, bundan sonra yenidən polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmələri, çəkilişdən əvvəl polis əməkdaşlarının bükümləri götürdükləri yerə qoymaları, sonra çəkilişin başlaması və çəkiliş zamanı həmin bükümlərin yenidən aşkar edilməsi, polislər tərəfindən ona zor tətbiqi olmasa da, amma nalayiq ifadələr işlədilməsi, həmçinin üst geyimi evdə qaldığı üçün ona soyuq olması barədə göstərdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılması, üzərinə və evinə baxış keçirilməsi hazırda ifadəsində göstərdiyi kimi olmuş, Təqsirləndirilən şəxs qarşı heç kim nalayiq ifadə işlətməmiş, həmçinin onun üst geyimi də əynində olmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 6/619 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №173» dairəvi möhür əksi və soyadlar və imzalar qeyd edilmiş: 1 №-lı paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vəsitə heroindir, digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,434 qram, 0,409 qram umumi təmiz çəkisi 0,843 olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 2 №-lı paketdə bir ədəd plastik qabda on bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,934 qram, 0,394 qram, 0,452 qram, 0,444 qram, 0,162 qram, 0,409 qram, 0,459 qram, 0,439 qram, 0,399 qram, 0,397 qram, 0,416 qram ümumi təmiz çəkisi 4,905 qram olan maddə kustar usulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər on bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,705 qram, 0,269 qram, 0,277 qram, 0,366 qram, 0,388 qram, 0,333 qram, 0,275 qram, 0,315 qram, 0,291 qram, 0,300 qram, 0,037 qram ümumi təmiz çəkisi 3,556 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş ümumilikdə on üç ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş ümumilikdə on iki ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Metamfetamin 2005-cı ıl 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublılasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrvın siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-cı il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublilasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxıldır. Heroinin ümumi təmiz çəkisi - 3,883 qram, tədqiqata sərf edildi - 0,24 qram, qalıq - 3,643 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 5,748 qram, tədqiqata sərf edildi - 0,26 qram, qalıq - 5,488 qram. (iş vərəqə 50-54) İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 01 fevral 2022-ci il tarixli, 7/94 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «1 Şahid1 imza 5.Təqsirləndirilən şəxs.imza...» yazı və imzalar olan zərfdə 4 ədəd şəffaf sellofan bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,240 qr, 0,380 qr, 0,263 qr və 0,240 qram olmaqla umumi çəkisi 1,123 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi 1,123 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,12 qram (hər bir obyektdən 0,03 qram olmaqla), qalıq - 1,003 qram. (iş vərəqə 181-184) İş üzrə Ambulator X2 xx.xx.2022-cı il tarixli, 2489 saylı rəyindən görünür ki ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psıxostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 186-187) İş materiallarında olan Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-cı ıl tarixli, 1254 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlukəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 195-196) İş materiallarında olan 30 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd "Nokia 10T' markalı mobil telefonunu çıxarıb stolun üzərinə qoyur, daha sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü və göy qapaqlı şəffaf qutunu təqdim edir. Həmin bükümlərə baxıldıqda onlardan birində ağ rəngli kristal formalı kütlə, digərində qəhvəyi rəngli kütiə, şəffaf qutuda da ağ rəngli kristal formalı kütlə olduğu məlum olur. Təhqiqatçı bükümlərdə nə olduğunu soruşur. Təqsirləndirilən şəxs həmin bükümlərdə patı və kakos adlandırdığı metamfetamin və heroin olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs suala cavab olaraq bildirir ki, həmin bükümlərdə olan metamfetamin və heroini öz istifadəsi üçün İran vətəndaşından almışdır və evində də əlavə metamfetamin və heroin vardır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakın başqa hər hansı əşya tapılmır. (İş vərəqə 33-35) İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu. DSK yolu 4 ünvanında yerləşən evində axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən müəyyən edilmişdir ki, təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinin qapısını açır və iştirakçılar içəri keçir, Təqsirləndirilən şəxs həyət qapısının yanında içəri tərəfdə yerdə gizlədilmiş mənzilin açarını götürür və mənzili açır. İştirakçılar mənzilə daxil olurlar. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs evində axtarış aparılmasına etirazı olmadığını bildirir. Təqsirləndirilən şəxs mənzilə girişdən sol tərəfdə olan telefon təmiri ilə məşğul olduğu otaqdakı masanın altında tünd qəhvəyi rəngli qutuda saxladığı bir ədəd şəffaf plastik qabı təqdim edir və məlum olur ki, həmin qabda 10 ədəd şəffaf sellofan və 1 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ kristallik maddə, 10 ədəd şəffaf sellofan və 1 ədəd qara rəngli kağız bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə və 4 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar yaşıl rəngli bitki mənşəli maddə vardır. Həmin bükümlər polis əməkdaşı tərəfindən bir-bir açılıb baxılır və sayılaraq yenidən qaba yığılır. Təqsirləndirilən şəxs həmin bükümlərdə heroin, metamfetamin və marixuana olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə 26 ədəd bükümü ağ zərfə qoyub qablaşdırıb möhürləyir. (iş vərəqə 39-41) İş materiallarında olan «Bakcell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs Ağamırzə oğlunun adına və istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəsinə 01 iyul 2021-ci il tarixdən 31 yanvar 2022-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilərkən aşağıdakı mesajlar aşkar edilmişdir: xx-xx-2021 05:17:30 1.1.**********48 1.1.**********56 o xeqani bize 2 к 1 p lazımdı.negd gele mene. xx-xx-2021 05:50:15 1.1.**********48 1.1.**********56 qeqanı senda gec alınacaqsa de bilek.3 к 1 p az deyil ha.alinmirsa deyim getsinlar xx-xx-2021 07:12:41 1.1.**********48 1.1.**********56 qeqani yari к у p isteyen getmak isteyen var.gecsen qaqani xx-xx-2021 08:42:25 1.1.**********48 1.1.**********56 bu nomredan basqa menim yigdiim nomreleri blok ele. xx-xx-2021 21:33:45 1.1.**********48 1.1.**********56 ay qeqani pul duzeldi sen taksıye min gelda.qaqa men 2 teref taksiye pul vermeyim.evdayik ikimiz.1 k.1 p getir gel atam xx-xx-2021 12:20:33 1.1.**********48 1.1.**********56 Qeqani taksi pulunu verecem gel tez.dunennen 30 azn saxlamisam gelmedin.indide seni gozleyir temaya gore uşaqlar xx-xx-2021 01:27 08 1.1.**********14 1.1.**********48 Axwamın xeyir qaqa patya el catir goturmeye qonaq var ona gornarahat edırem imkan varsa elaqe saxlada menen xx-xx-2021 12:58:15 1.1.**********69 1.1.**********48 20 lik duzeler xx-xx-2021 19:21:35 1.1.**********97 1.1.**********48 Qaqa men size gelırdim elcnı gordum qaydım menim paymı gotur sağla onan xx-xx-2021 19:46:19 1.1.**********72 1.1.**********48 Saley sen kisisen (söyüş) xx-xx-2021 10:32:14 1.1.**********72 1.1.**********48 Sales anaslnln canlna and icıb söznün üsdnde durmyub qardaslsan bu xx-xx-2021 10.32:18 1.1.**********72 1.1.**********48 söze ne deye bilersen söz kisinin axznan cxlr telfonda acmlr söz verdiyi gunmen sora 3 gün gelmsem getmsem xx-xx-2021 13 38 06 1.1.**********09 1.1.**********48 Teli ac gelırer qapiviza uzumu yursag gormusen he saley xx-xx-2021 03 52.09 1.1.**********56 1.1.**********48 Yetim bayaqkı' kagizin arasina bir tike qoy pencereden verde mene olurem axi bu getdi xx-xx-2021 16:35:04 1.1.**********55 1.1.**********48 Qaqam ordan mene bir das ayıraa 02-1 1-2021 02 29 28 1.1.**********57 1.1.**********48 Salam qaqa oyagsansa danıwag vacibdi qonağım var xx-xx-2021 18 24:58 1.1.**********55 1.1.**********48 Kolanı yarim yarim ele yoldayam 10dey ordayam xx-xx-2021 00:43:38 1.1.**********20 1.1.**********48 Saleh mənəm Mehman xx-xx-2021 01 03:17 1.1.**********88 1.1.**********48 Qardawim seher saat 9 tamamda yanındayam 10000%heresinen 3~3saxla gelih goturecem xx-xx-2021 01:38:25 1.1.**********06 1.1.**********48 saleh mənm dededi 30 manat pul var hardasan cavap de. xx-xx-2021 20:09 51 1.1.**********88 1.1.**********48 Saleh gagaw agridan oluruk zengde catmir sene saat 1 re dimıwdin saata bax yig meni tecılı xx-xx-2021 01:11:20 1.1.**********65 1.1.**********48 Saleh sene sen istediyinen birdene verim sende o.birisinen ver deyisek olar xx-xx-2021 01:11:35 1.1.**********91 1.1.**********48 onan isdiyən var xx-xx-2021 01.16:22 1.1.**********88 1.1.**********48 qardasim niye hörmətsizlik elıyırsenki Saleh men sene qarsi nece olmusam nece hormet qoymusam ama senin eledıyın herekete bax senede yarasmir qaqaw dostum Huseynde seni o qeder terifliyib mende bir yannan ama bele hereketin gozden salir qaqaw basa duski ehtiyyacdi Saleh ya mennen elaqe saxla ya da usagnan geliriy xx-xx-2021 14:23:35 1.1.**********07 1.1.**********48 Saleh qacmaqn ne adi var qaçmaqla olmaz yoxdur di yoxdur ac teli bir cevab ver ewitdiyme gore bu gun olacaq .eyer meni frladrnaqdrsa meqredin bawqa mesele xx-xx-2021 20:45:39 1.1.**********64 1.1.**********48 menem nurlan birazdan yigacam seni diyecem 10 lug pati sende 5 diy pt 5diyde xmi qoyarsan xalaoğlu xx-xx-2021 19’28:44 1.1.**********57 1.1.**********48 qaqa onan xala oğluda isdıyır 10lug alinar pul goturum gelim mene xeberele xx-xx-2021 21:31.29 1.1.**********57 1.1.**********48 qaqaw acda k. isdiyen var xx-xx-2021 01:17:28 1.1.**********88 1.1.**********48 Xeyir veriremde brat butov lazmdi xx-xx-2021 16:22.03 1.1.**********57 1.1.**********48 qaqawım vacibdi ac k. Gelırem xx-xx-2021 08:41:49 1.1.**********57 1.1.**********48 gelırem size qaqawım vezyetimpısdi xx-xx-2021 09:13:01 1.1.**********57 1.1.**********48 qardawim axı senin ureyın yol vererki bu qeder yolu pewqom gelem bu vezyetde sen meni qapıdan uzu qara qaytarasan qardawim men senin yaxwiliginı ınsanıyetıyıvı gormuwem unudulmur qardawim xx-xx-2021 13'18:08 1.1.**********21 1.1.**********48 Qram var qapas xx-xx-2021 19:42'58 1.1.**********64 1.1.**********48 qaqaw mesestra gelir bize sistemimi kocurmeye sora cıxa bılmiyecem qardawımsan gelim pencereden ver tez qayidim gelimde xx-xx-2021 22:05:47 1.1.**********64 1.1.**********48 qaqaw allahaqqı dıyırem sabah verecemde pulu fırlatmada sen cani gelim gotrum? birazdanda pulum olacaq klent aparacam lap 10 manatlıq kontur vuraram sene xx-xx-2021 22:05:51 1.1.**********64 1.1.**********48 saat 12 den sonra ya sabah getrib pulu ozuve vererem xx-xx-2021 19:53:52 1.1.**********60 1.1.**********48 qardasim calis 40a alindir ureyim qurban 20 25 deqeyede cıxib gelecem harda lazimdir goruwek qadanalim qaga xx-xx-2021 13:58:50 1.1.**********10 1.1.**********48 Saleh bir zeng vermax beble cetindı qardaş.hacı 5İ is leri ka 5İ is m xx-xx-2021 18:37:09 1.1.**********21 1.1.**********48 Kakos var. Neciyedi xx-xx-2021 18:39:45 1.1.**********27 1.1.**********48 Saleh brat atam gil yanımda maşında ona göra danışa bilmiram.30 kola .10 manatdıqda patı. Sana quzu kasim qonaxım var narmalnı elada. xx-xx-2021 11:48:03 1.1.**********57 1.1.**********48 acda qaqaw xeyirin var 05. kola var gelim? xx-xx-2022 14:37:53 1.1.**********64 1.1.**********48 Qaqaw bidamcida ximi qoyda mene xx-xx-2022 01:39:37 1.1.**********02 1.1.**********48 Menem saleh ac telfonu xx-xx-2022 23:19:53 1.1.**********71 1.1.**********48 Qaqa men sene dedimki mene biraz el tut hay huy edim her gunde pulunu getrim verim gotrum amma sen meni 3 gundu sabah sabah deyirsen qaqa menim de 5 6 neferim varday olarda (söyüş) neynirem day sora temanı qaqa xx-xx-2022 02:18:41 1.1.**********71 1.1.**********48 Men senden hecne ısdemedim ey brat dedimki bıcagı vererdım mene biraz vezıyyetden cixmaga bir sey verdin yeqinki lomka nece olur de qaqa oprem xx-xx-2022 02:40:40 1.1.**********71 1.1.**********48 Lomkadayam de yetim ona gore deyirdim xx-xx-2022 12:33:23 1.1.**********71 1.1.**********48 Yetim axsam sen dediyivi duzeltmisem de hazirdi duran kimi yigde gelim isdiyen var.gozleyir xx-xx-2022 18:25:35 1.1.**********07 1.1.**********48 Salam saleh süleymandr qaqaw puluynan neynse varndr mene bir xeber ver he ya yox bilim iwimi yqram acmrsan msj yazdım o birdene de artq olanda verersen xx-xx-2022 19:49:58 1.1.**********88 1.1.**********48 Brat tebii dermanli heresinen bir dene lazimdi gelim qapidan vere bilersen telesırem xx-xx-2022 00:12:19 1.1.**********30 1.1.**********48 Adaw men gelmiwem burdayam qaqa bidend clx xx-xx-2022 02:36:46 1.1.**********15 1.1.**********48 salam dobru qaqas.uzum gelmedı zeng eliyım,veziyyet yaxci deyil.keçib 1 dene yari goture bilerem sabah pulun sendedi, bu gecelık qaqasva el yetire bilersen7 xx-xx-2022 15:20:22 1.1.**********15 1.1.**********48 ay brat bele helelik baw qatmağa heresinden 5 10 manatlig varsa gelim goturum gelendede danlewi goturerikdr xx-xx-2022 16:23:03 1.1.**********15 1.1.**********48 saleh bu ne koladi veribseh mene sen cani gua koladi bu cox sagol vallah soxum 5 10 manata uoxdur de yocdur day bu nedıki veribsen xx-xx-2022 15:17:20 1.1.**********15 1.1.**********48 yetim day ac gorum srocnu yaxsi mallar var masinin gotune vurub getirirem elaqe saxla menle srocnu xx-xx-2022 12:25:02 1.1.**********57 1.1.**********48 Qaqaş quzu kəsim sanə narmalnı düzaltda ikisinida xx-xx-2022 19:52:28 1.1.**********89 1.1.**********48 Qaqas kotur yoxdu pulsuz meaaj di Ferruxdu imkan var bir balaca menimcun pati gonderesen qaqasımsan xx-xx-2022 06 46:16 1.1.**********57 1.1.**********48 salam qaqa 05 k. var barter alinar p. İle (iş vərəqə 178) Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan “Nokia” markalı TA-1114 modelli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefonun üzərində 055 *** ** ** saylı nömrə vardır. Telefonun kontaktlarında **********73 saylı nömrə ‘iran1’ adı ilə qeyd edilmişdir. (iş vərəqə 180) Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X10 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X10 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, polis əməkdaşlarının ondan öncə yaşadığı mənzilə olaraq, əlavə olaraq narkotik vasitələri və psixotrop maddələri mənzilə yerləşdirmələri, saxlanıldığı gün onda yalnız təxminən bir qramdan da az çəkidə psixotrop maddə metamfetamin olması, polislər tərəfindən ona zor tətbiqi olmasa da, amma nalayiq ifadələr işlədildiyindən istintaq zamanı düzgün ifadə verə bilməməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə hesab edir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi, iş üzrə şahidlərin ifadələri, 30 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, 31 yanvar 2022-ci il tarixli mənzilə baxış keçirilməsinə dair protokol, videogörüntülərə baxış keçirilməsi haqqında» protokollar, «Bakcell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs Ağamırzə oğlunun adına və istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəsinə 01 iyul 2021-ci il tarixdən 31 yanvar 2022-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilməsi barədə protokol, məhkəməbioloji ekspertizasının 01 fevral 2022-ci il tarixli, 7/94 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 6/619 nömrəli rəyi və digər mötəbər sübutlarla tam təkzib olunur. Həmçinin, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müqavilə əsasında ona hüquqi yardım göstərən müdafiəçi X3 iştirakı ilə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən, ifadəsində göstərmişdir ki, 3 ildir ki, X6 ilə rəsmi nikahdadır, lakın övladları yoxdur. Valideynləri və ondan böyük iki qardaşı başqa ünvanda yaşayırlar. O, özü hərbi xidmətdə olmuş, əvvəllər heç bir psixi xəstəliyi olmamış və hazırda da yoxdur. 12 ildir kı, «28 May» metrosu yaxınlığında «İphone» mobil servisində telefon ustası kimi şləyir. Bundan əlavə yaşadığı evin yaxınlığında özünə məxsus Bınəqədi rayonu DSK yolu 4 ünvanında yerləşən mobil telefonların təmiri mağazası da vardır. Tutulmamışdan əvvəl son 7 ay idi ki, psixotrop maddə metamfetamın və narkotik vasitə heroin əldə edib çəkmə yolu istifadə etmişdir. O, qeyd olunan vasitələri dəqiq adını bilmədiyi, lakın Baba adı ilə müraciət etdiyi İran İslam Respublikasının vətəndaşından votsap vasitəsilə danışaraq əldə etmiş, həmin şəxsi o, özü heç vaxt bilavasitə şəxsən görməmişdir. Belə ki, təxminən 7-8 ay əvvəl həmin şəxs özü ona «instagram» sosial şəbəkəsində tanışlıq yaradıb mesaj yazaraq narkotik vasitə təklif etmiş, o, da almağa razılıq vermişdir. O, ilk dəfə olaraq həmin iranlıdan narkotik alıb istifadə etməyə başlamışdır. Sosial şəbəkədə tanışlıq yarandıqdan sonra iranlı ilə vatsap vasitəsilə danışmağa başlamışlar. O, iranlıdan narkotik istəyəndə iranlı ona kart çəkb göndərmiş, o, da ödəmə terminalı vasitəsilə həmin karta pul yükləmiş və sonra iranlı Xırdalan dairəsinə narkotik vasitəni bir yerə atmış və yerin şəklin çəkib ona göndərmiş, o, da həmin narkotıki tapıb götürmüşdür. İranlı ona hər dəfə müxtəlif bank kartlarının şəklini göndərmiş, kartların üzərində olan adlara fikir verməmiş, iranlı ilə ozunə məxsus olan 055 *** ** ** saylı mobil nömrə ilə danışmışdır. Bildirir ki, o, hər dəfə iranlıdan təxminən 200 manat müqabilində umumılıkdə 10 qram çəkidə heroin və metamfetamın almış, təxminən 3 ay müddətinə 10 qram istifadə edib qurtarmış və yenidən həmin çəkidə almışdır. Bildirir kı, o, əvvəllər İranlıdan cəmi 2 dəfə heroin və metamfetamin almışdır. Sonuncu dəfə isə o, 2021-ci ilin yanvar ayının təxminən 28-i, gündüz saatlarında yenə həmin iranlının göndərdiyi karta 200 manat pul yükləyib 5 qram heroin, 5 qram metamfetamin və az miqdarda marixuana almışdır. Yenə həmin vasitələri Xırdalan dairəsindən götürmüşdür. Həmin vasitələr büküm halında olmuş və cəmi 20 büküm olarmış. O, həmin bükümləri yaşadığı evdə iş otağında saxlamışdır. O, ümumiyyətlə həmin bükümləri yalnız öz istifadəsi üçün əldə etmiş və öz istifadəsi üçün də saxlamışdır. O, bu günlər ərzində həmin heroin və metamfetamındən bir qədərinı özu istifadə etmişdir. 30 yanvar 2022-ci il tarixdə saat təxminən 18-19:00 radələrində o. dükanından yaşadığı evə gələrkən həyətdə mülki geyimdə iki nəfər şəxs olduğunu görmüş, onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ondan evin qapısını açmağı tələb etmişlər. Polis əməkdaşları evi axtarmış və ış otağında saxladığı narkotik bükümlərini tapmışlar. Onlar həmin bükümləri götürüb onunla birlikdə 4-cu Polis şöbəsinə gətirmişlər. Bölmədə polis əməkdaşlarından biri evindən götürülən bükümlərdən 3 bükümünü şalvarının cibinə qoyması və çəkiliş zamanı təqdim etməsi üçün ona vermişdir. O, da razı olmuş və videoçəkiliş zamanı həmin 3 bükümü cibindən çıxarıb təqdim etmişdir. Bundan sonra yenidən polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş, çəkilişdən əvvəl polis əməkdaşları bükümləri götürdükləri yerə qoymuş, sonra çəkiliş başlamış və çəkiliş zamanı həmin bükümlər yenidən aşkar edilmişdir. Evində olan çəkiliş zamanı evdə başqa heç kim olmamış, belə kı, həyat yoldaşı həmin günlərdə ailə vəziyyəti ilə əlaqədar atasının evində qalmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, iranlının nömrəsi +**********73-dür, iranlı ilə yazışdığı mobil telefonu tutulmamışdan bir neçə gün əvvəl sınmış, hazırda həmin nömrə onun tutularkən üzərində olan telefonda işləyir. Tutularkən üzərində olan mobil telefonda vatsap proqramı yoxdur. O, heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. Polis tərəfindən ona qarşı zor tətbiqi olmayıb, amma ona qarşı nalayiq ifadə işlədilib, həmçinin üst geyimi evdə qaldığı üçün ona soyuq imiş. «Baksell» şirkətindən daxil olmuş məlumatlarda onun istifadəsində olan 055 *** ** ** saylı nömrəyə daxil olan və həmin nömrədən çıxan onun müxtəlif şəxslərlə pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə və psıxotrop maddə satışı ilə məşğul olmasını təsdiq edən mesajların aşkar edilməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, o, özü narkotik istifadəçisi olduğu üçün onun ətrafında olan dost-tanışları da narkotik istifadəçiləridir. Onlar adətən özlərində narkotik olmayanda, yəni tapıb ala bilməyəndə dostlardan istəyir və kimdə varsa birıdigərinə təmənnasız narkotik verir. Göstərilən mesajlarda da bəzi hallarda o, dostlarından narkotik istəmiş, bəzi hallarda isə dostları ondan narkotik istəmiş və o. vermişdir. Bu işlərdə onun mənfəəti və maddı marağı olmamışdır. Həmçinin o, telefon təmiri və alqısatqısı ilə məşğul olduğu üçun adına çoxlu nömrələr alıb satdığını bildirmişdir. (iş vərəqə 90-92) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxıl olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsindən daxil olmuş məktubdan görünür kı, Təqsirləndirilən şəxs Tər-Tər Hərbi Məhkəməsinin 10 fevral 2009-cu ıl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinib N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və N ay şərti sınaq müddəti təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2009-cu il tarixli Amnistiya Qərarına əsasən azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Tər-Tər Hərbi Məhkəməsinin 29 sentyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-ın 331.2-cı maddəsi ilə ona təyin edilmiş 200 manat cəriməni cəzasını xx.xx.2012-ci il tarixdə tam ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 xx.xx.2022-ci il tarixdə “opiumla zəhərlənmə” səbəbindən vəfat etmişdir. İş materiallarında olan Ə.D. Məlikov adına X14 X11 arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X8 xx.xx.2022-ci il tarixdə həmin tibb mərkəzinin reanimasiya şöbəsində vəfat etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X17»-inin Ambulator X1 xx.xx.2022-cı il tarixli, 2489 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, ona narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş ekspertiza tədqiqatlardan sonra qalıq çəkiləri 3,643 qram olan narkotik vasitə heroin, 5,488 qram olan psixotrop maddə metamfetamin və 1,003 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, mənzildə axtarış və götürmə istintaq hərəkətləri aparılarkən aparılmış videoçəkilişləri əks etdirən 02 ədəd DVD disk və «Baksell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən 01 ədəd "CD” diski cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş saxlanılarkən üzərində olan 055 *** ** ** saylı nömrə ilə işləyən "Nokia" markalı TA-1114 modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 153 manat 70 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 103/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (cild iş vərəqə 22; 101-105) Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 3,643 qram narkotik vasitə heroin, 5,488 qram psixotrop maddə metamfetamin və 1,003 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD disk və 01 ədəd "CD” diski cinayət işinin materiallarında saxlanılsın, Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan üzərində 055 *** ** ** saylı nömrə olan "Nokia" markalı TA-1114 modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcləri – aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 153 manat 70 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-1220/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1220/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver