Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1220/2023 13.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işi üzrə icraata xitam verilməsi haqqında) Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin hüquqi varisi X1 iştirakı ilə, xx xxxxxx 1963-cü il tarixdə Ağcabədi rayonunun Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağcabədi rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli 1(017)-50/2021 nömrəli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 7(001)-755/2021-002 nömrəli qərarı ilə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, 07 dekabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 12 oktyabr 2023-cü il tarixdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Hazırkı cinayət işi 14 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin hazırlıq iclasının 26 aprel 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, məlum olmayan vaxtda və yerdə, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 9,855 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 7,602 qram çəkidə psixotrop maddə metamfetamini, 6,116 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 6,521 qram çəkidə narkotik vasitə tiryəki, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,040 qram təşkil edən 1 ədəd üzərində “Methadone 40” göstəricili dərman həbini əldə edib özündə saxlamaqla daşımış, 07 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:55-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi, 19-cu Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 1 ədəd selofanın içərisində 2 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,871 qram və 3,245 qram olmaqla ümumi təmiz çəkisi 6,116 qram təşkil edən eyni tərkibli bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana, 1 bükümdə, təmiz çəkisi 7,602 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 1 bükümdə təmiz çəkisi 9,855 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 2 bükümdə bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,750 qram və 4,771 qram olmaqla ümumi təmiz çəkisi 6,521 qram təşkil edən eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 ədəd tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,040 qram təşkil edən üzərində “Methadone 40” göstəricili dərman həbi və narkotik vasitələrin, psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd olunan cinayət əməlini törətməkdə təqsiri özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə, həmçinin şahidlər - Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 07 dekabr 2022-ci il tarixli protokolu, məhkəmə-bioloji, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, əməliyyat tapşırığının cavabı və maddi sübutlarla tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən məhkəməyə 24 oktyabr 2023-cü il tarixdə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə həmin müəssisədə öldüyü bildirilmişdir. Bu barədə 27 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaxın qohumu olan bacısı X2 bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1-ci maddəsində nəzərdə tutulmuş müddəalar izah olunmuşdur. Məhkəmənin 29 noyabr 2023-cü il tarixli məhkəmə iclasında X4 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onun qardaşı olduğunu bildirərək, onun ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Məhkəmənin 29 noyabr 2023-cü il tarixli iclasında xx.xx.1961-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olan X1 (FİN: 43HMCB7) ərizəsi təmin edilmiş və o, qardaşı - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış, həmçinin ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Həmin məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi Aygün Allahverdiyeva ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı - ölmüş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri, Nizami rayon prokurorluğu tərəfindən məhkəməyə daxil olmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 202 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ölümünə səbəb qaraciyərin aşağı diferensiasiyalı hepatosellulyar karsinoması nəticəsində orqanizmin xərçəng intoksikasiyası olmuşdur. Bakı şəhəri, Nizami rayon prokurorluğunun 06 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ölüm faktında cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 39.1.5-ci maddəsinə əsasən, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); - 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir; Həmin Məcəllənin 106-1.1-ci maddəsinin tələbinə görə, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda, cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Həmin Məcəllənin 321.2.1-ci maddəsinin tələbinə görə, müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməli, qətimkan tədbirinin tətbiq edilməsi üçün zərurət aradan qalxdığından seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.2-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4–132.1.7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,056 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 9,805 qram narkotik vasitə heroin, 1 ədəd narkotik vasitə “Metadon” həbinin 0,5 qalığı, 6,421 qram çəkidə narkotik vasitə tiryək, 7,522 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 153 (yüz əlli üç) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.2-ci maddəsinin tələbinə görə, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs öldüyündən, məhkəmə məsrəfləri hesab edilən 153 (yüz əlli üç) manat ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına aid köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmiş, müdafiə xərcləri kimi həmin vəkilə 300 (üç yüz) manat hesablanmışdır. Odur ki, qeyd olunan pul vəsaiti həmin vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43.3-1, 106-1.1, 106-1.3, 106-1, 281, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdikdən sonra öldüyündən onun barəsində başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,056 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 9,805 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd narkotik vasitə “Metadon” həbinin 0,5 qalığı, 6,421 qram çəkidə narkotik vasitə tiryək, 7,552 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən: - 153 (yüz əlli üç) manat ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına aid edilsin; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1220/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1220/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver