Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1220/2025 16.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X22 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçi – Pro Bono vəkil bürosunun vəkili Müdafiəçi2, “Verdiktum” vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də bölmə rəhbəri işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları
1. Təqsirləndirilən şəxs, ona verilmiş ittihama əsasən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə gələcəkdə vahid cinayətkar niyyətini həyata keçirmək üçün qohumu Şahid1 Dünyamalı oğlu tərəfindən yaradılan və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan "Zamin Əmlak" daşınmaz əmlak agentliyi adı altında qanunsuz fəaliyyət göstərən şirkətin rəsmi nümayəndəsi kimi özünü təqdim edib Şahid1, Şahid9, Şahid2, Şahid4, Şahid3, Şahid8, Şahid6, Şahid5, Şahid7 və qeyrileri ilə mütəşəkkil dəstə halında birləşməklə aralarında cinayətkar maraqlarına .və vətəndaşları aldatmağa xidmət edən vəzifə bölgüləri apardıqdan sonra guya şirkətin rəsmi nümayəndəsi qismində fəaliyyət göstərdiyini, hissəli ödəniş şərtləri ilə güzəştli kredit və ya ipoteka şərtləri altında əlverişli qiymətə mənzillərin alınması ilə bağlı özündə həqiqəti əks etdirməyən məlumatları sosial şəbəkə səhifələrində paylaşıb çoxlu sayda vətəndaşların inam və etibar qazanmaqla birgə əməkdaşlığa şirnikləndirməyə, meyilləndirməyə və həvəsləndirməyə nail olmuş, bu məqsədlə şirkətə müraciət edən Zərərçəkmiş şəxs1 Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edi:miş yaşayış binasından güzəştli ipoteka şərti ilə mənzil alınmasına köməklik göstərəcəyi haredə.yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 3 ünvanında 2021 -ci ilin aprel ayının əvvəllərində 2000 manat və 08 aprel 2021-ci il tarixdə isə 18000 manat pulu şəxsən özü nağd şəkildə mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb Zərərçəkmiş şəxs1 ümumilikdə 20000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
2. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə mütəşəkkil dəstə halında eyni üsulla törətdiyi cinayət əməllərinin davamı olaraq Şahid1 rəhbərliyi altında Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş yaşayış binasından İpoteka şərti ilə mənzil alınmasına köməklik göstərəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vəd verilməsini təşkil edib etibardan sui-istifadə etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri Nəsimi rayonu Rəfilbəyli küçəsində bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 30000 (otuz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
3. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə mütəşəki! dəstə halında eyni üsulla törətdiyi cinayət əməllərinin davamı olaraq Şahid1 rəhbərliyi altında Abşeron rayonu Masazır qəsəbəsi İsmət Qayıbov küçəsində yerləşən mənzilin ipoteka şərti ilə alınmasına köməklik göstərəcəyi barədə Zərərçəkmiş şəxs3 yalan vəd verilməsini təşkil edib etibardan sui-istifadə etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin yanvar ayında Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəsində yerləşən "Qaranti Əmlak” daşınmaz əmlak agentliyinin ofisində 3000 manat pulu Oqtay Zərbaliyev vasitəsilə nağd şəkildə, 2022-ci ilin aprel ayında həmin ünvanda 10000 manat pulu şəxsən özü nağd şəkildə, 23 iyun 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Bakı Dövlət Universitetinin qarşısında 4100 manat pulu mütəşəkkil dəstənin üzvü Şahid2 vasitəsi ilə nağd şəkildə, həmin tarixdə 900 manat pulu özünün bank hesabına elektron köçürmə üsulu ilə, 15 avqust 2022-ci il tarixdə 285 manat, 29 avqust 2022-ci il tarixdə 568 manat və 21 sentyabr 2022-ci il tarixdə 1100 manat pulu Bakı şəhəri Nəsimi rayonu ünvan 6 ünvanında yerləşən "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində Şahid2 məxsus mövcud olan bank hesabına elektron köçürmə üsulu ilə alıb ələ keçirərək aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərl etməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 19953 (on doqquz min doqquz yüz əlli üç) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
4. Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 01,02) görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslərdən ibarət mütəşəkkil dəstə tərəfindən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1nm, Zərərçəkmiş şəxs3, X5, X4 və qeyrilərin pulunun ələ keçirilməsi faktları ilə üzrə ölkə hüdudlarından kənarda istintaqdan gizləndiyindən barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan edilmiş Təqsirləndirilən şəxs və qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə ayrılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır.
5. 22.02.2024-cü il tarixli şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan (cild 02, iş vərəqə 157) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır.
6. 22.02.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 02, iş vərəqə 159) görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.
7. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından (cild 02, iş vərəqə 172-176) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu andan başlayacağı bildirilmişdir.
8. 01.05.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan (cild 02, iş vərəqə 177) görünür ki, ********* saylı cinayət işi üzrə icraat ARCM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır.
9. Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş arayışdan (cild 01, iş vərəqə 191) görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federiyası DİO əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə tutularaq Azərbaycan Respublikası ekstradisiya edilmiş və xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.
10. 30.11.2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan (cild 02, iş vərəqə 192-193) görünür ki, cinayət işi üzrə icraat təzələnmiş və istintaqın davam etdirilməsi qərara alınmışdır.
11. Azərbaycan Respublikası DİM-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən (cild 02, iş vərəqə 255) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
12. 10.03.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 03, iş vərəqə 194-219) görünür ki, Təqsirləndirilən şəxs dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə elan miş ittiham qanuni və əsaslı olduğundan, həmin itiham dəyişdirilmədən qüvvəsində saxalnılması, Təqsirləndirilən şəxs resində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193, 308, 309, 310 və ya 341-ci ddələri ilə cinayət təqibinin başlanılması Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci ddəsinə əsasən rədd edilsin və ona elan edilmiş ittihama "qulluq mövqeyindən istifadə məklə tövsifedici əlamətinin daxil edilməməsi nəzərə alınması, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham rə özünü təqsirli bilməyib, ifadəsində Şahid1 Dünyamalı oğlu və ya qeyriləri ilə ütəşəkkil dəstə yaratmaması barədə göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri şıdığından və iş materialları ilə tam təkzib olunduğundan sübut növü kimi qiymətləndirilməsin və vəsatət kimi qəbul edilib rədd edilməsi nəzərə alınması, hazırki cinayət işi materiallarından X6, Rəhimov Ceyhun yyub oğlu və qeyrilərinin muraciətləri əsasında toplanmış materiallar ayrıca icraata ayrılması, Zərərçəkmiş şəxs2 pulunun ələ keçirilməsini təsdiq edən 08.2021-ci il tarixli öhdəlik ərizəsi və 30.000 manat pul vəsaiti ilə bağlı beh haqqında zılaşma, Zərərçəkmiş şəxs1 pulunun ələ keçirilməsini təsdiq edən 18.000 anat pul vəsaitinin ödənilməsi ilə bağlı tarixsiz öhdəlik ərizəsi və beh haqqında razılaşmanın aprel 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə sübut növü kimi tanınması nəzərə alınması,qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxs min Abdullayevin qismən etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin ifadələri, ifadənin yerində xlanılması, digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər ların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, imin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və kun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilməsi qərara alınmışdır.
13. 03 fevral 2026 tarixli X9 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərərin Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyi və şikayət və tələbinin olmadığını bildirmişdir.
14. Elektron məhkəmə sistemindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində Hüseyn Abdulayev adlı xx.xx.2011-ci il təvəllüdlü və Sadiq Abdullayev adlı xx.xx.2014-cü il təvəllüdlü 2 yetkinlik yaşına çatmayan övladı vardır.
15. Elektron Məhkəmə sistemində Təqsirləndirilən şəxs gəlir məlumatlarında onun iş yeri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri, müdiriyyət kimi fəaliyyət göstərir və əmək haqqısı 250 manat təşkil edir.
16. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, VOEN-i ********** olan hüquqi şəxs “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin passivdir və riskli vergi ödəyicisi deyildir.
17. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, VOEN-i ********** olan fiziki şəxs Şahid1 aktivdir, borcu 26044.5 manatdır və riskli vergi ödəyicisi deyildir. Həmçinin elektron Məhkəmə sistemindən görünür ki, Şahid1 vergi ödəyicisi kimi “Zamin Əmlak” adı altında fəaliyyət göstərmişdir.
18. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ildə o, mənzil satın almaq üçün tap.az internet saytının elanlarına baxırdı. Bu zaman “Zaminəmlak” agentliyinin elanlarına rast gəlmişdir. O, saytda qeyd olunmuş mobil nömrə ilə əlaqə saxlamışdır. Daha sonra, 30 iyul 2021-ci il tarixində Nəsimi rayonu, Nigar Rəfibəyli 39 ünvanında yerləşən “Zaminəmlak” agentliyinin ofisinə yaxınlaşmışdır. Qəbulda əyləşən xanım onu Təqsirləndirilən şəxs ilə görüşdürmüşdür. Onlar söhbətdən belə razılığa gəldilər ki, 1 həftə sonra, 06 avqust 2021ci il tarixində yenidən görüşüb, müqavilə bağlasınlar və o da Zamin bəyə beh ödəsin. Həmin tarixdə də beh haqqında razılaşma müqaviləsi bağladılar. Həmin sənəd də iş materiallarında mövcuddur. 3 gün sonra ilkin ödəniş kimi 28000,00 manat ödəniş ödəmişdir. Lakin həmin vaxtlar evlər nağd formada satılır, hissəli ödəniş mümkün deyildi. Evlərin qiyməti isə 60000-70000,00 manatdan başlayırdı, onun isə o qədər pulu yox idi. Bu zaman Təqsirləndirilən şəxs ona “MİDA” yk-də 04 otaqlı, sahəsi 143 kvadrat metr olan bir evi satın almağı təklif etmişdir. O lazım olan bütün sənədləri Zaminə təqdim etmiş, satın alacağı evin də qanunvericiliyin tələbləri çərçivəsində satın alınacağını hesab edirdi. Lakin uzun müddət keçməsinə baxmayaraq, verilən vədlər yerinə yetirilmədi, o da mənzil satın ala bilmədi. Sonuncu dəfə 2023-cü ilin 7-8 yanvar tarixlərində Sumqayıt şəhərində Zamin bəylə, Zaminə məxsus avtomobildə görüşdülər. Bu zaman Zaminə uzun müddətdir kirayədə yaşadığımı bildirdi. Zamin telefonla tanımadığı bir şəxsə zəng etdi. Həmin şəxs lazım olarsa ona pulujnu geri qaytarmağı bildirərək, dələduz olmadıqlarını bildirdi. O daha sonra atası ilə bu barədə məsləhətləşdi.Atası ona gedib pulunu geri götürməyi tövsiyə etmiş, lakin Zamin telefonlara cavab verməmişdir. Bu zaman onun Nərimanov rayonu ərazisində yerləşən ofisinə yollanmışdır. Həmin ofisdə daha əvvəl 2-3 dəfə Zaminlə görüşmüşdü. Lakin bu dəfə qapını tanımadığı şəxslər açmış və artıq Zaminin burada fəaliyyət göstərmədiyini bildirmişlər. Zamini bir müddət axtarmış, lakin tapa bilməmişdir. 2 ay sonra Təqsirləndirilən şəxs barədə polisə şikayət edən zaman, Təqsirləndirilən şəxs Rusiya Federasiyasına qaçdığını öyrənmişdir. O Zaminin atası ilə əlaqə saxlamış, lakin atası Zamin barədə məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona vurduğu zərər nəticəsində hazırda özünün və ailə üzvlərinin banklara 30000,00 manata yaxın kredit borcu var. Təqsirləndirilən şəxs vurduğu zərər nəticəsində bugünə qədər ciddi maddi sıxıntılar çəkmişdir, hələ də çəkməyə davam edir. O sadəcə Zaminin ondan aldığı pulları tələb edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Zaminin telefonla zəng etdiyi şəxsin kim olduğunu bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir.Təqsirləndirilən şəxs həqiqəti danışır.
19. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, satın almaq üçün ev axtarırdı. İnternetdə bu barədə araşdırma apararkən, “Qarantiəmlak”-ın elanlarını görmüşdür. Daha sonra “Qarantiəmlak”ın Nərimanov rayonu ərazisində yerləşən ofisinə yaxınlaşmışdır. Orada Təqsirləndirilən şəxs ilə görüşmüş, Zaminə əlində az miqdarda pul olduğunu bildirmiş, lakin Təqsirləndirilən şəxs kredit və s. üsulla ona ev tapa biləcəyini bildirmişdir. O ilk dəfə Zaminə 3000,00 manat pul vermiş, daha sonra isə ilkin ödəniş kimi 10000,00 manat pul ödəmişdir. Zamin 1 ay 45 gün ərzində sənədlərin hazır olacağını bildirmişdir. Həmin müddət ərzində onlar ev tapmış, lakin Təqsirləndirilən şəxs ilə əlaqə yarada bilməmişlər. Onun telefonlarına zəng çatmırdı. Daha sonra “Qarantiəmlak”-ın Nərimanov rayonu ərazisində yerləşən ofisinə getmişlər, lakin artıq həmin vaxt ofis bağlanmışdı və işçilər də orada yox idi. Bu zaman onlar “Zaminəmlak”-ın ofisinə yaxınlaşmışlar. Orada biz Şahid1, Şahid2 və digərləri ilə qarşılaşdıq. Şahid2 Zamini tanıdığını bildirdi. Ramin ona köməklik göstərə biləcəyini bildirdi. Bundan sonra artıq o ev alqısı ilə əlaqədar Şahid2 ilə kontaktda oldu. Zamin ilə əlaqədə olduğu müddətdə ev alqısı ilə əlaqədar Zamin onun yanında, telefon ilə bir nəfərlə danışırdı. O həmin şəxsin əvvəlcə bank işçisi olduğunu düşündü, sonradan isə onda belə bir təəsürat yarandı ki, həmin şəxs bəlkə də bank işçisi deyil, elə Şahid2 özüdür. Sonrakı dövrdə ev alqısı ilə əlaqədar Şahid2 də ondan 5000,00 manat pul mənimsəmişdir. Həmin 5000.00 manatın bir hissəsini bank köçürməsi üsulu ilə Şahid2, bir hissəsini isə nağd formada Təqsirləndirilən şəxs vermişdi. Lakin sonrakı dövrdə eyni Zamində olduğu kimi, Ramin ilə də əlaqə saxlaya bilməmişlər. Şahid1 və Şahid2 ona işin yaxın müddətdə həll olunacağını bildirsə də, iş həll olunmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid2 görmüşdür. Şahid2 ilə “Zaminəmlak”-da görüşmüşdür. “Zaminəmlak”-ın ofisində Şahid2 ilə Şahid1 otururdu. O “MİDA” YK-dən mənzil almaq niyyətində olmamışdı. Təqsirləndirilən şəxs ona ipoteka krediti ayrılmasında köməklik göstərəcəyini və kredit ayırılması sıralamasında onu qabağa salacağını bildirmişdi. Təqsirləndirilən şəxs ona 8% həcmində ipoteka krediti ayrılmasında köməklik göstərəcəyini bildirmişdi. Zamin ilə əlaqədə olduğu müddətdə ev alqısı ilə əlaqədar Zamin onun yanında, telefon ilə bir nəfərlə danışırdı. O həmin şəxsin əvvəlcə bank işçisi olduğunu düşündü, sonradan isə onda belə bir təəsürat yarandı ki, həmin şəxs bəlkə də bank işçisi deyil, elə Şahid2 və ya Şahid1 özüdür. Şahid2 onun yanında telefon ilə Təqsirləndirilən şəxs ilə danışıb. Şahid2 onun işi ilə əlaqədar telefon ilə Təqsirləndirilən şəxs ilə danışıb. O, Təqsirləndirilən şəxs ilə danışmışdır. Təqsirləndirilən şəxs ondan pul alıb. Yəqin ki Təqsirləndirilən şəxs ondan pul alması barədə Şahid2 məlumat verib. Şahid2 o “Zaminəmlak”ın ofisində görmüşdür İnternetdə apardığı araşdırma nəticəsində “Zaminəmlak” ilə Təqsirləndirilən şəxs arasında hər hansı əlaqə ola biləcəyi qənaətinə gəlmişdir. Şahid2 Zamini tanıdığını bildirdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid2 o ilk dəfə “Zaminəmlak”ın ofisində görmüşdür. Təqsirləndirilən şəxs onu Şahid2 ilə tanış etməyib. O sadəcə Təqsirləndirilən şəxs Şahid2 ilə danışmasını təxmin etdi. Lakin bundan əmin deyildi. O sadəcə müstəntiqin məsləhəti əsasında bu yönümlü ifadə vermişdir. İbtidai istintaq zamanı yalan ifadə verməmişdir. Elan olunan ifadəni təsdiq edir. Zamin çox vaxt telefona cavab vermədiyi üçün, o artıq bu dövrdə Şahid2 ilə əlaqə saxlayırdı. Onun ev alqısı ilə bağlı məsələləri Ramin ilə danışdığını yəqin ki, Zamin də bilirdi. Həqiqətən həmin pulu bank kartı vasitəsilə Zaminə köçürmüşdür. Ona Şahid2 bank kartı göndərmişdir. Həmin bank kartı Təqsirləndirilən şəxs məxsus idi. Şahid1 və digərləri ilə “Zaminəmlak”-da qarşılaşmışdır. Şahid1 və digərləri ona narahat olmamağı, işinin həll olunacağını bildirmişdilər. “Zaminəmlak”-da Təqsirləndirilən şəxs hər hansı rolu barədə ona heç nə deyilməyib. Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs 20000,00 manat tələb edir. Daha dəqiq desə, 19953,00 manat tələb edir. Cavabdeh qismində Zamin, Ramin və yaxud digər şəxsin onun üçün fərqi yoxdur. O sadəcə pulunu tələb edir.
20. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 tanımır. Təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmir. Zərərçəkmiş şəxs2 bank köçürməsi üsulu ilə ona pul verməmişdir. Təqsirləndirilən şəxs ilə qohumluğu vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona heç nə məlum deyil. Bu işə niyə şahid kimi cəlb olunmuşdur, onu da bilmir. O, “Zaminəmlak”-da işləmişdir. Təqsirləndirilən şəxs ümumiyyətlə “Zaminəmlak”-da işləməyib
21. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar dindirilməmiş, şahid kimi ifadə də verməmişdir. Zamin ilə heç bir alış-verişi də olmayıb. Zərərçəkmiş şəxs3 tanıyır. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə tanımır. Zərərçəkmiş şəxs3 bir dəfə internetdən mobil nömrəsini əldə edərək, ona zəng etmişdi. İkram Zamin və işi barədə suallar vermişdi. Daha sonra onunla üzbəüz görüşmüş, Təqsirləndirilən şəxs zəng edərək, İkramın işinin nə yerdə olduğunu soruşmuşdu. Bu zaman Zamin bütün işlərinin yubandığını bildirmişdi. Zərərçəkmiş şəxs3 ilə bir daha görüşməmiş, lakin o daha bir neçə dəfə Raminə zəng etmişdi. Adları çəkilən üç nəfər zərərçəkmiş şəxs ona pul vəsaiti verməyiblər. Zərərçəkmiş şəxs3 bir dəfə Şahid2 bank kartına xatırlamadığı, lakin az miqdarda pul göndərmişdi. İkram onun kartına 2000,00 manat pul göndərmişdi. 20 dəqiqə sonra Zamin özü ona zəng edərək, bu barədə məlumat vermişdi. Həmin pulu da o, Zaminə vermişdir.
22. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsindən görünür ki, o, ümumiyyətlə bu vaxta qədər Nəsimi RPİ-də olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət işi ilə əlaqədar hər hansı məlumatı yoxdur. O bu yaşına qədər bir dəfə belə Nəsimi RPİ-də olmamışdır. Onun təqsirləndirildiyi cinayət işinə Təqsirləndirilən şəxs hər hansı əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs tanımır, onu ilk dəfədir ki, görür. Əlbirlikdə təqsirləndirildiyi şəxsləri də məhkəmədə tanımışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanımır.
23. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınan və Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, kirayədə yaşadığına görə 2021-ci ilin aprel-mart aylarında özünə mənzil almaq qərarına gəlmişdir. Buna görə də ipoteka ilə mənzil axtarmışdır. O, sosial şəbəkədə ipoteka ilə satılan mənzillərə baxarkən ipoteka yolu ilə mənzillərin satışı ilə məşğul olan "Zamin Əmlak" daşınmaz əmlak agentliyi barədə internet resurslarında elan görmüşdür. Elanda "Zamin Əmlakın" bir neçə ofislərinin ünvanları qeyd edilmişdir. O, elanda olan mobil nömrə ilə əlaqə saxlamışdır. Zənginə bir nəfər kişi cavab verərək özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və şirkətdə işlədiyini söyləmişdir. Həmin vaxt Zamin şirkətdə hansı vəzifədə işlədiyini bildirməmişdir. O, həmin şəxsə ipoteka ilə mənzil almaq istədiyini bildirmişdir. Zamin bu məsələ ilə bağlı ondan ünvan 8 ünvanında yerləşən «Zamin Əmlak»ın ofisinə yaxınlaşmağını istəmiş, çünki o, həmin vaxt kirayədə Nəsimi rayonu Y.İbrahimli 16 ünvanında yaşadığı üçün ora ona daha yaxın olmuşdur. Zaminə qulaq asıb o, 31 mart 2021 -ci il tarixdə N.Rəfibəyli küçəsi ev 39 D ünvanında yerləşən «Zamin Əmlak»ın ofisinə yaxınlaşmışdır. Orada o, Zamin ilə görüşmüş və otağına keçmişdir. O, yenə də sərfəli qiymətə ipoteka ilə mənzil almaq istədiyini, aylıq ödənişlərinin aşağı olmasını istəmişdir. Həmin vaxt Zamin buna cavab olaraq Yasamal rayonunda Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən inşa edilən sosial evləri ucuz qiymətə əldə edə biləcəyini söyləmişdir. Zamin şirkətin MİDA ilə əlaqəli şəkildə işlədiyini və keçiriləcək mənzil satışında onun mənzil sahibi ola biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs çox inandırıcı danışmışdır. Təqsirləndirilən şəxs bunun üçün ondan bir çox sənədləri toplamağını istəmişdir. O, Zaminin istəyi ilə dediyi kimi subaylıq haqqında arayış, bank hesabından çıxarış və sair digər sənədləri toplamışdır. Hər dəfəsində hər hansı sənəd götürdükdə o, onları Təqsirləndirilən şəxs ofisində vermişdir. Bütün sənədləri topladıqdan sonra Zamin onunla əlaqə saxlayıb 2.000 manat pul verməli olduğunu söyləmişdir. Zamin həmin pulun yarısının özü üçün çəkdiyi əziyyətinə görə istəmiş, qalan 1000 manatı isə MİDA şirkətinin hansısa əməkdaşına verməli olduğunu bildirmişdir. O da 2021 -ci ilin aprel ayının əvvəllərində, səhv etmirsə 04 aprel 2021 -ci il tarixdə N.Rəfibəyli küçəsi ev 39 D ünvanında yerləşən «Zamin Əmlak>>ın ofisinə yaxınlaşıb Təqsirləndirilən şəxs 2.000 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Pulu verdikdən sonra Zamin bir daha da mənzil məsələsinin tezliklə həll olunacağını bildirmişdir. Pulu verdikdən təxminən 2 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək əlavə olaraq 18.000 manat pul verməyini istəmişdir. Təqsirləndirilən şəxs guya həmin pulun mənzilə görə ilkin ödəniş şəklində ödənilməli olduğunu söyləmiş, Təqsirləndirilən şəxs 2 ay ərzində mənzilin ona təhvil veriləcəyini bildirmişdir. O da Zaminə inanıb «Beynəlxalq Bank»ın Sahil filialına yaxınlaşıb orada hesabından 13.000 manat pul götürüb üstünə də 5.000 manat pul qoymuş və bu barədə Zaminə bildirmişdir. 08 aprel 2021-ci il tarixdə o, 18.000 manat pulu götürüb yenidən N.Rəfibəyli küçəsi ev 39 D ünvanında yerləşən «Zamin Əmlak»ın ofisinə yaxınlaşmışdır. Bu səfər oraya getdikdə iş yoldaşı Zaur Şəfiyevi özü ilə aparmışdır ki, sonuncu orada Zamin ilə bu barədə özü söhbət aparsın və onun Zaminə pul verməyini təsdiq etsin. Ofisə yaxınlaşdıqdan sonra Zamin hər bir şeyi rəsmiləşdirdiyini, xırda işlərin də tezliklə həll olunacağını onlara söyləmişdir. Orada o, Təqsirləndirilən şəxs 18.000 manat pul vermişdir. Pulu verdikdən sonra Zamin ona üzərində "Zamin Əmlak" loqotipi olan sənədləri təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilən bir sənədin üzərində onun Zaminə 2.000 manat pul verməyi barədə yazılar vardır, Zamin sənədi imzalayıb üzərinə masasında olan möhür vasitəsi ilə möhür qoymuşdur. Lakin digər sənəddə Zamin onun daha sonra 18.000 manat pul verdiyini qeyd edərək imza çəksə də sənədi möhürləməmişdir. Bundan sonra onlar sağollaşmış və o, gözləməyə başlamışdır. Lakin uzun müddət keçməsinə yanvar ayınadək davam etmişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmişdir. Sonradan internet resurslarında o, öyrənmişdir ki "Zamin Əmlak" şirkətinin rəhbərləri Oqtay Zərbəliyev və Şahid2 dələduzluq etdiklərinə görə saxlanılmış, həmin şirkət bir çox vətəndaşları aldadaraq pullarını ələ keçirmişdir. O, özü Şahid2 və Oqtay Zərbəliyevi görməmiş, onlarla heç bir danışıq aparmamışdır. Ona 20.000 manat məbləğində maddi ziyan dəymişdir.
24. Məhkəmə istintaqında şahid qismində tanınan və ifadə verən Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, ali təhsili müəsisəsini bitirdikdən sonra o, bir il müddətində həqiqi hərbi xidmətdən keçmiş və evə geri dönüş etmişdir. Bir il müddət ərzində o, işsiz qalmış və təxminən 2018-ci il tarixdə “Boss.az” adlı saytda internet səhfəsində “Zamin Əmlak” agentliyində daşınmaz əmlak üzrə vakansiya görmüşdür. O, həmin işə düzəlmək üçün “CV" göndərmiş və bir müddət sonra ona zəng gəlmişdir. Onu Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “Zamin Əmlak” agentliyinin ofisinə görüş keçirmək məqsədi iiə dəvət etmişlər. Qeyd olunan ofisə getdiyi zaman orada onu özünü həmin şirkətin direktoru kimi təqdim edən Oqatay Zərbalİyev qəbul etmişdir. Görəcəyi iş barədə ona məlumat vermişdir. Oqtayın deməsinə görə onun vəzifəsi gələn m'üştərilərilərə baxıb və seçdikləri mənzillərin alınması üçün alqı- satqı şərtlərin izah edilməsi olmuşdur. İlk vaxt onu işə sınaq müddətində götürmüşdür. O, da özünü doğrultuğu üçün həmin işdə daim işləməyə başlamışdır. O, işdə olduğu zaman çoxlu sayda müştərilər onlara müraciət etmişlər və onlar Yasamal rayonu ərazisində həmin müştərilərə mənzillər təklif etmişlər. Müştərilər mənizllərə adətən Şahid8la baxmış və daha sonra onun yanına gəlmişlər. O, müştərilərə mənzilləri güzəştli ipoteka şərtləri ilə almaq üçün nə etmək lazım olduğunu demişdir. İpoteka şərtləri ilə mənzili almaq üçün müraciət edən müştəriyə hansı məbləğdə İlkin ödəniş etmək lazım olduğunu ilk öncə Oqtay Zərbaliyevdən dəqiləşdirmiş və müştərilərə bildirmişdir. Daha sonra müqavilə tərtib edilmiş və ilkin ödənişi müştəridən alındıqdan sonra aldığı pulu Oqtay Zərbaliyevə vermişdir, Aldığı puldan Oqtay Zərbalİyev ona beş faiz miqdarında komissiya vermişdir. Həmin müqavilələri (ödəniş qəbzləri) Oqtay Zərbalİyev şəxsən özü imza etmiş və otağında olan istifadə etdiyi möhürlə təsdiq etmişdir. Oqtay Zərbaliyevin otağına özündən başqa heç kəs keçməmiş və qapıda elektron qıfıl olmuşdur. Şahid2 də o, həmin agentlikdə işlədiyi zaman tanımış, sonuncu orada direktor müavini vəzifəsində işləmiş və mütəmadi olaraq Şahid1lə birlikdə olmuşdur. Bildiyinə görə Oqtay Ramin ilə əvvəllər “Real Əmlak” agentliyində işləmişlər. Şahid2 də özünün ayrıca müştəriləri olmuş və sonuncu həmin müştərilərdən ilkin ödəniş alıb Şahid1lə birlikdə güzəştli ipoteka şərtlərinə uyğun mənzil satmışlar. Orada ondan başqa Şahid4 da riyeltor vəzifəsində işləmiş və onun gördüyü prosedurları da görmüşdür. Yəni müştərilərlə görüşmüş müqavilər bağlayıb və aldığı ilkin ödənişləri Oqtay Zərbaliyevə vermişdir. Bundan başqa agentliyə adətən qıraqdan müştəriləri komissiya müqabilində İlqar və Ədib (Adil ləqəbli) maklerlər cəlb edilmişlər. Həmin maklerlər də güzəştli ipoteka şərtləri ilə mənzil almaq üçün müraciət edən müştəriləri sözü gedən agentliyə gətirmişiər. Orada da müştərilərdən ilkin ödəniş alınmış və müqavilə bağlanmışdır. Verilən suallara cavab olaraq Şahid3 göstərmişdir ki, mənzil alınması ilə bağlı müraciət edən bir neçə müştəriləri ümumiyyətlə tanımamış, bir neçəsindən mənzil alınmasına görə aldığı pulları tamlıqla Şahid1 vermişdir.
25. Məhkəmə istintaqında şahid qismində tanınan və ifadə verən Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, 2020-ci ilin ikinci yarısında özünə iş axtardığı üçün internet vasitəsi ilə elanlara baxmışdır. Bu vaxt qarşısına iş elanı saytlarından birində "Zamin Əmlak” daşınmaz əmlak şirkətində satış meneceri vəzifəsi vakansiyası çıxmışdır. Ona bu iş maraqlı gəldiyi üçün elanda yerləşdirilmiş mobil telefon nömrəsinə zəng edib həmin şirkətin Xətai rayonu Xocalı prospekti 14 ünvanında yerləşən ofisinə getmişdir. Orada onu “Novruz” adlı şəxs qarşılayaraq şirkətin müdiri kimi təqdim olunan Şahid1 ofisinə ötürmüşdür. Oqtay kabinetdə onu qarşılamış və onlar söhbət etməyə başlamışlar. Şahid1 bu sahədə yeni olduğunu bildirib onun üçün şirkətdə bir həftə ərzində davam edəcək sınaq müddəti təyin etmişdir. Bundan başqa demişdir ki, onunla rəsmi əmək müqaviləsi bağlanacaq və müqavilədəki maaş qrafasında 250 manat məbləği göstəriləcək, lakin bu formal qeyddir və həqiqətdə ona maaş verilməyəcəkdir. Oqtay demişdir ki, “vergiyə görə belə qeyd olunmalıdır.” Oqtay əlavə etmişdir ki, onun qazancı yalnız daşınmaz əmlak alqı-satqısı həyata keçirilən zaman müştərilərdən alınan pulun faizi olacaqdır. O, da buna etiraz etməyib həmin ofisdə işləməyə başlamışdır. Oqtay ona bildirmişdir ki, ofisin xidmətləri müxtəlif sosial şəbəkə səhifələrində reklam olunur və bunun əsasında ofisə daşınmaz əmlak məsələləri ilə bağlı çoxlu sayda vətəndaşlar gəlir. Həmin vətəndaşarı qəbul edib dinləmək, büdcələrinə uyğun mənzillər təklif etmək lazımdır. Şahid1 rəhbərlik etdiyi şirkətdə həm nağd, həm də kredit şəklində mənzillərin satışı həyata keçirilmişdir. Oqtayın xüsusi əmlak bazası olmuş və orada satışa çıxarılmış əmlakların yenilənmiş siyahısı daxil edilmişdir. Bundan başqa şirkətdə bütün işçilərinin üzv olduğu xüsusi “WhatsApp" qrupu olmuşdur. Həmin qrupun vasitəsi ilə şirkətin cari işləri həll olunmuşdur. Şirkətə müraciət edən vətəndaşları o, şirkətin digər əməkdaşları Şahid3 və Şahid2 qəbul edirdi. Şirkətin digər əməkdaşı olan Şahid8 isə vətəndaşlara mənzilləri göstərməklə məşğul olmuşdur. Bir müddət işlədikdən sonra Oqtay onu filial müdiri təyin etmişdir. Lakin bununla bağlı hər hansı bir əmr və ya başqa sənəd imzalanmamışdır. Oqtay ona bununla bağlı xüsusi bir təltifnamə də vermişdir. Şirkətə müraciət edən vətəndaşları qəbul edəndə Oqtayın göstərişi əsasında o, bütün hərəkətlər barədə məruzə edirdi. Belə ki, vətəndaşın üzərində nə qədər pulun olmasını, hansı məbləğdə mənzilin alınmasına razı olduqlarını, nağd və ya kredit şərti ilə mənzil almaq istədiklərini deyirdi. Bu barədə Oqtaya deyəndən sonra sonuncu nə deyirdisə o da o cür edirdi. O, şirkətdə işlədiyi bütün müddət ərzində nağd və ya kredit (ipoteka) şərti ilə mənzil almaq istədiyi bütün vətəndaşlardan nə qədər və hansı şəraitdə pul alıbsa bütün bunları şəxsən Oqtayn özünə öncədən bildirmiş və Oqtayın razılığını aldıqdan sonra pulları alıb şəxsən sonuncuya vermişdir. Oqtay isə verdiyi pulun içərisindən müxtəlif məbləğlərdə faiz qismində ona pul vermişdir. Oqtay vahid bir faiz məbləği ona verməmiş, məbləğdən asılı olaraq ona çatan faizin məbləği dəyişmişdir. İşlədikləri dövr ərzində Şahid1 Bakı şəhəri Nərimanov rayonu ərazisində olan Təhsil Nazirliyinin inzibati binası ilə üzbəüzdə yerləşən “Lüksen plaza” biznes mərkəzinin 11-ci mərtəbəsində sahəsi 200 kvadrat metrdən artıq olan qeyri-yaşayış sahəsini icarəyə götürüb orada da şirkətin bır filialını açmışdır. Həmin filialın müdiri vəzifəsinə isə Oqtay öz qaynı Zamini təyin etmişdir. Onda olan məlumata görə Zamin ölkədən qaçıb getmişdir. Bundan başqa şirkətin müdiri Şahid1 Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Caspian plaza” biznes mərkəzinin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı qeyri- yaşayış sahəsini icarəyə götürüb orada da “Zamin əmlak” şirkətinin daha bir filialını açmışdır. Həmin filiala Şahid3 müdir təyin edilmişdir. Kredit və ya ipoteka şərti ilə mənzil almaq məqsədi ilə şirkətə gələn müştərilərə nəticə etibarı ilə mənzilin hansı yolla, hansı şəraitdə və üsullarla mənzil alınacağını onlar bilməmişlər. Oqtay bu barədə heç vaxt onlara dəqiq məlumat verməmişdir. Oqtay dəmişdir ki: “siz narahat olmayın, müraciət edən vətəndaşlardan pulu, zəruri sənədlərinin surətini alın, qalanını özüm həll edəcəyəm, tanışlarım var onlar yoluna qoyacaqlar.” Ona görə də onların işi rahat olmuş və ancaq vətəndaşları qəbul edib bəyənilən mənzilləri göstərmək, pulu almaq və öhdəlik ərizəsi tərtib edib vətəndaşa verməklə işləri qurtarmışdır. Qalan vacib məsələləri, yəni ipoteka və ya kreditin ayrılması işini Oqtay öz boynuna götürmüşdür. Kredit və ya ipoteka şərti ilə mənzil almaq üçün şirkətə gəlib pul ödəyən adamlarla şirkətin arasında “öhdəlik ərizəsi" adlı götürülə bilməzdir. O, müştərinin pulunu, kreditlə (ipoteka ilə) almaq istədiyi mənzilin sahəsini və yerini Oqtaya deyəndən sonra sonuncu razılıq verdiyi halda şəxsə özü öhdəlik sənədinin birini ona vermiş və o, həmin sənədi vətəndaşın yanında tərtib etmişdir. Bunun ardınca öhdəlik ərizəsini və vətəndaşdan aldığı pulu gətirib Oqtaya vermiş və Oqtay yalnız özündə saxladığı möhürü çıxarıb həmin öhdəlik sənədinə möhür vurmuşdur. Bəzi hallarda şirkətə müraciət edən şəxslər arasında elələri də olmuşdur ki, tərtib olunan öhdəlik ərizəsi əsasında pul verməyə razı olmamışlar və notarial sənəsləşmə tələb etmişlər. Bu cür hallarda istər o, istərsə də digər filial müdirləri Orxan və Ramin əvvəlcədən Oqtaya məlumat vermiş və yalnız sonuncunun razılığını aldıqdan sonra müştərilərlə birlikdə notariat ofisinə gedib aldıqları pullarla bağlı borc müqaviləsi bağlanmışdır. Notarial hərəkətlərin əksəriyyəti şirkətin yerləşdiyi ünvanın yaxınlığında, Xocalı prospektində yerləşən adını bilmədiyi notariat ofisində baş tutmuş, həmin kontorda adamların sayı həddən ziyadə çox olduqda isə ya “Asan Xidməfə, ya da metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı nömrəsini bilmədiyi notariat ofisinə getmişdir. Getdiyi notariat xidmətləri barədə də şəxsən Oqtaya məlumat vermiş, sonuncunun məlumatı olmadan addım atmamışdır. Şirkətin müdiri Şahid1 - şirkətə gələn, onlara kredit və ya ipoteka şərti ilə mənzil almaq üçün müraciət edən, bu məqsədlə pulları alınan, əvəzində öhdəlik ərizələri və ya notarial borc müqavilələri alan bütün müştərilərdən xəbəri olmuşdur. Oqtay ümumiyyətlə şirkətin ofisində hər yerə videomüşahidə kamerası qoymuş və ciddi şəkildə hər şeyə nəzarət etmişdir. Videokameraları internetə qoşulduğu üçün özü ofisdən kənarda olduğu vaxtlarda da ofisdə nələrin baş verdiyini, kimlərin gəlib-getdiyini telefonu vasitəsi ilə izləmiş, zərurət olduqda onlara zəng vurub gələn adamlarla bağlı suallar vermişdir. Oqtayın icazəsi olmadan ofisdə başqa bir addım atıla bilməzdir. Şirkətin qanunsuz fəaliyyəti ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində başqa bir cinayət işinin istintaqı aparıldığı vaxt 2022-ci noyabr ayının əvvəllərində o, müstəntiq tərəfindən həbs edilmiş, həmin ayın sonu isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir. Azadlığa çıxdıqdan dərhal sonra o, şirkətin rəhbəri Şahid1lə görüşüb başına gələnləri müzakirə etmək istəmişdir. Çünki faktiki olaraq vətəndaşlardan aldığı pulların hamısını Oqtaya vermiş və həmin puldan ona çox az miqdarda pul verilmişdir. O, Oqtayla görüşəndə sonuncu təklif etmişdir ki, ya o, ya Şahid2, ya da Şahid3 bütün müştərilərdən alınan pulları boynuna götürsün ki, aralarında cəmi bir nəfər həbs edilsin. Çöldə qalanlar isə zərərçəkənlərə vurulmuş maddi ziyanın ödənilməsini təşkil etsinlər ki, həbs edilən adam yekunda azadlığa çıxa bilsin. O, Oqtaya demişdir ki, “bu mümkün deyil. Çünki elə vətəndaşlar var ki, ümumiyyətlə məni tanımıralar və həmin adamlar Orxan və ya Raminlə iş görüb pulu da elə Raminlə Orxana veriblər. Mən necə onların işini də boynuma götürə bilərəm axı. Sabah həmin adamlar gəlib deyəcəklər ki, biz Natiqi ümumiyyətlə tanımırıq və ona pul verməmişik. Buna heç kim inanmaz.” Bu sözündən sonra isə Oqtay demişdir ki, heç olmasa öz aldığı pullarla bağlı hər şeyi bonuna götürsün və guya Oqtaya heç nə vermədiyini bildirsin. Sonradan eşitmişdir ki, Oqtay bu təklifi ayrı-ayrılıqda Ramin və Orxana da etmişdir. Lakin Orxan və Ramindən bir cavab ala bilməmişdir. Oqtay ona bu təklifi edəndə o, demişdir ki: “əgər elədirsə onda özün hər şeyi boynuna götür get içəri, biz üç nəfər isə çöldə qalıb zərərçəkənlərlə danışıqlar apararıq, ziyanı hissə-hissə ödəyərik”. Oqtay isə bu sözünə cavab olaraq bildirmişdir ki: “mənə tutulmaq olmaz, mənim şəhərdə mənzillərim, restoranlarım, Qəbələ rayonunda villam, bahalı maşınlarım var, mən içəridə olsam bu malları heç kim satıb zərərçəkənələrə pul ödəyə bilməz.” O, bu vəziyyəti görüb Oqtaya bildirmişdir ki: “lap 1 il də həbsdə qalmağa hazıram, ancaq xahiş edirəm ki, zərərçəkən adamlara pullar ödənilsin.” Oqtay isə demişdir ki: “bir il nədi dəlisən sən?! mülklər var 3-4 ay ərzində onları satıb səni içəridən çıxaracağam”. Bu razılaşmadan sonra Oqtay ona bildirmişdir ki, Xətai Rayon Polis İdarəsinə gedib müstəntiqin yanında İfadəsini dəyişsin və hər şeyi boynuna götürsün. O, da müdafiəçinin iştirakı ilə müstəntiq Rövşən Xanbabayevin yanına getmişdir. Orada əvvəl verdiyi ifadəsini dəyişərək yalandan qeyd etmişdir ki, guya vətənaşlardan aldığı pulların hamısını cibinə qoymuş və guya Oqtaya bir manat da belə olsun verməmişdir. İfadəsini verəndən bir neçə həftə sonra isə Şahid1 Xətai Rayon Polis İdarəsinə dəvət edib kredit və ipoteka şərtləri ilə mənzil alınmasına görə şirkətə müraciət edən şəxslərdən aldığı pulları tamlıqla direktor Oqay Zərbaiıyevə verdiyini və sonuncu tərəfindən həmin pullardan ona müəyyən məbləğdə pul verildiyini göstərmişdir.
26. Məhkəmə istintaqında şahid qismində tanınan və ifadə verən Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, təxminən 2014-cü ildən etibarən 28 May küçəsi 42-46 ünvanında yerləşən “Stimul” adlı ofisdə digər makler Şahid6 ilə birlikdə işləmişdir. Təxminən 4 il bundan əvvəl o, Anar adlı şəxslə tanış olmuşdur. Həmin Anar onun makler fəaliyyəti ilə məşğul olduğunu bilib “Zamin Əmlak” şirkəti barədə ona məlumat vermişdir. Anarın sözlərinə görə həmin şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin müvəkkilidir, yəni sözlərinə görə həmin şirkətin vasitəsilə MİDA tərəfindən İnşa edilmiş binalardan rahatlıqla mənzil almaq olar və buna görə alıcı olduğu təqdirdə həmin şirkətə yönəltməklərini istəmişdir. Anarın sözü ilə o və Şahid6 Xətai rayonu, Xocalı prospektində yerləşən “Zamin Əmlak” şirkətinin ofisinə getmişlər. Orada onlar ilkin olaraq Şahid3 ilə tanış olmuşlar. Orxan Anarın sözlərini onlara təsdiq etmiş və şirkətin lisenziyasını təqdim etmişdiri. Həmçinin onlar şirkətin işçisi Şahid2 ilə də tanış olmuşlar. Orada aralarında olan danışıqlara əsasən o və İlqar müştərilər tapıb şirkətə yönləndirdikdən sonra hər mənzilin satışından mənzilin dəyərinin 2 faizi məbləğində onlara pul verilməli idi. Bu minvalla həmin vaxtdan etibarən o və İlqar “Zamin Əmlak” şirkətinə bir neçə müştəri cəlb etmişlər. Belə ki, 2021-ci ilin mart ayında Ağayev Bəhruz adlı şəxs tanışları vasitəsi ilə onun və İlqarın işlədiyi 28 May küçəsində yerləşən ofisin yerini taparaq Yasamal rayonunda yerləşən MİDA tərəfindən inşa edilən mənzil almaq istədiyini söyləmişdiri. Bəhruz Ağayev hərbçi olmuş və sosial mənzil ala biləcəyini bilmişdir. O və İlqar Bəhruzu qəbul edib dinləmiş və məsləhət görmüşlər ki, “Zamin Əmlak” şirkətinə gedib məsələni orada həll etsinlər. Bəhruz ofisə gəldikdən bir neçə gün sonra o və Bəhruzun yoldaşı Pərvanə adlı xanım “Zamin Əmlak” şirkətinin Xocalı prospektində yerləşən ofisinə getmişlər. Yadında olan qədər Bəhruz işdə olduğu üçün özü oraya gələ bilməmişdir. Orada onları Şahid3 qəbul etmiş və onlar otağında söhbət etmişlər. Orada Orxan mənzilin alınması şərtləri barədə məlumat vermişdir. Orxanın sözlərinə görə Bəhruzun yoldaşı Pərvanəyə mənzilin əldə edilməsi üçün ilkin ödəniş şəklində şirkətə xatırladığı qədər ilkin ödəniş kimi 18000 manat verməli olduğunu izah etmişdir. X18 dediyi kimi hamıdan olduğu kimi Bəhruz və Pərvanədən “Asan nömrə” əldə etməyi, əmək haqqından çıxarış, nikah şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyi tələb etmişdir. Pərvanə onun yanında Orxana ofisdə 18000 manat pul vermişdir. 2021 -ci ilin mart ayının sonlarında isə Bəhruz ona zəng edərək Orxanın onunla əlaqə saxlayıb mənzilin sığortasına görə əlavə 5000 manat pul ödəməli olduğu barədə söylədiyini ona demişdir. O, Orxanın sözünə qulaq asıb pulu verməyim məsləhət görmüşdür. Bundan sonra yenə Bəhruzun yoldaşı Pərvanə ofisə yaxınlaşaraq ya Orxan ya da ki Raminə onun iştirakı olmadan 5000 manat pul vermişdir. Daha sonra Orxanın hansı məbləğdə pul almağından məlumatım olmamışdır. Uzun müddət keçdikdən sonra isə Pərvanə onun işlədiyi ofisə gəlib Orxan və Şahid2 böyük məbləğlərdə pul verdiyini, hətta Ramin Nağdəiiyevin bank kartına 3130 manat pul göndərdiyini söyləmişdiri. O, nəyə görə bu barədə ona demədiklərini soruşduqda Pərvanə Ramin və Orxana güvəndikləri üçün ondan soruşmadan pul verdiklərini bildirmişdir. O, Ramin ilə danışmış və nəyə görə məsələnin öz həllini tapmadığını soruşmuşdur. Ramin isə guya Bəhruz və Pərvanə üçün mənzilin hazır olduğunu, bəzi məsələlərə görə işin uzandığını söyləmişdir. Lakin Orxan və Raminin dediyi kimi Bəhruz Ağayevə heç bir mənzil ayrılmamışdır. Həmçinin 2021 -ci ilin may ayında Sumara Əliyeva adlı şəxs onun işlədiyi “28 May” küçəsində yerləşən ofisə gələrək Yasamal rayonunda yerləşən MİDA tərəfindən inşa edilən mənzil almaq istədiyini söyləmişdir. O, Sumaraya “Zamin Əmlak” şirkətinə gedib məsələni orada həll etməyini təklif etmişdir. Həmin gün o və İlqar Sumaram “Zamin Əmlak” şirkətinin Xocalı prospektində yerləşən ofisinə Ramin Nağdəiiyevin yanına aparmışlar. Ramin sosial mənzilin alınması şərtləri barədə Sumaraya məlumat vermiş və dövlət işində sənədləşdirilsin. Həmçinin Surnara nağd şəkildə ipotekasız mənzil almaq istədiyini söyləmiş və Ramin Yasamal rayonu ərazisində yerləşən MİDA tərəfindən inşa edilən mənzillərdən birini 64.000 manat müqabilində ala biləcəyini demişdir. Bundan bir neçə gün sonra Surnara dövlət işində işləyən adı yadında olmayan bacısı qızı ilə birlikdə “28 May” küçəsində olan ofislərinə gəlib 17.000 manat pul gətirdiyini söyləmiş və həmin pulun sayılmasında ona köməklik göstərməklərini istəmişdir. O və İlqar pulu sayaraq 17.000 manat pulu saymış və bundan sonra pulu Sumaradan götürüb Xocalı prospektində yerləşən “Zamin Əmlak” şirkətinin ofisinə aparıb orada tamlıqla Şahid2 vermişlər. Təxminən 10 gün keçdikdən sonra Surnara qalan pulu onun işlədiyi ofisə gətirib saymaqlarını istəmişdir. Onlar pulu sayaraq Surnara tərəfindən 1800 manat pulun artıq gətirildiyini müəyyən etmişlər və həmin 1800 manat pulu sonuncuya qaytarmışlar. Qalan 47.000 manat pul isə həmin gün “Zamin Əmlak”ın ofisində tamlıqla Surnaranın özü tərəfindən o və İlqarın iştirakı ilə Şahid2 verilmişdir. Mənzil ilə bağlı yenə də sms bildiriş göndərilsə də Sumaraya heç bir mənzil ayrılmamışdır. Bundan başqa 2021-ci ilin sentyabr ayında Fuad Osmanov adlı şəxs tanışlarının vasitəsi ilə o və İlqarın işlədiyi ofisi tapıb oraya gəlmişdir. Fuad MİDA tərəfindən inşa edilən binalardan ipoteka şərtləri ilə mənzil almaq istədiyini söyləmişdir. O və İlqar Fuadı qəbul edib dinləmiş və məsləhət görmüşlər ki, “Zamin Əmlak” şirkətinə gedib məsələni orada həll etsinlər. Fuad ofislərinə gəldikdən bir neçə gün sonra o, sonuncu ilə “Zamin Əmlak” şirkətinin Xocalı prospektində yerləşən ofisə getmişlər. Orada onları Şahid2 qəbul etmiş və onlar otağında söhbət etmişlər. Orada Ramin mənzilin alınması şərtləri barədə Fuada məlumat vermişdir. Raminin sözlərinə görə Fuad Osmanov mənzilin əldə edilməsi üçün İlkin ödəniş şəklində şirkətə 18.000 manat ödəməli olmuş və həmin məbləğə mənzilin ipoteka İlə bir illik ödənişinin və mənzilin sığortasının da daxil olduğunu söyləmişdir. Raminin sözlərinə görə Fuad aylıq ödəniş şəklində 288 manat ödəməli olmuşdur. X28 dedikləri ilə razılaşmış və həmin gündən bir neçə gün sonra o və Fuad Xocalı prospektində görüşüb yenidən şirkətə getmişlər. Şirkətdə Fuad onun yanında Şahid2 razılaşdıqları kimi 18.000 manat məbləğində pul vermişdir. Raminin sözlərinə görə bir neçə gün sonra Fuadın mobil nömrəsinə mənzilin ayrılması ilə bağlı sms bildiriş göndərilməli olmuşdur. Raminin dediyi kimi Fuada bir neçə gün sonra MİDA tərəfindən mənzil növbəsinə qeydiyyata alınmağı ilə bağlı sms bildiriş göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Fuad Osmanova mənzil ayrılmamışdır. Fuad özü bir neçə dəfə onunla əlaqə saxlamış, o isə onun Ramin ilə əlaqə saxlamasını istəmişdir. O və Fuad özləri də bir neçə dəfə Raminin yanına şirkətə gedib məsələ barədə soruşmuşlar, lakin Ramin hər dəfəsində bəhanələr edərək məsələni uzatmışdır. Həmçinin o, Fuad ilə birlikdə şirkətin guya direktoru olan Şahid1 yanına getmişlər, Oqtay da ümumi sözlərlə Fuadı aldatmışdır. Bundan başqa 2021-ci ilin dekabr ayında Məmmədqulu Ağamalızadə adlı şəxs tanışları vasitəsi ilə onun və İlqarın işlədiyi ofisin yerini taparaq oraya gəlib MİDA tərəfindən inşa edilən mənzil almaq istədiyini söyləmişdir. O və İlqar Məmmədqulunu qəbul edib dinləmiş və məsləhət görmüşlər ki, “Zamin Əmlak” şirkətinə gedib məsələni orada həll etsin. Məmmədqulu ofisə gəldikdən bir neçə gün sonra o, İlqar və Məmmədqulu “Zəmin Əmlak” şirkətinin Xocalı prospektində yerləşən ofisinə getmişlər. Orada onları Şahid2 qəbul etmiş və onlar otağında söhbət etmişlər. Orada Ramin mənzilin alınması şərtləri barədə Məmmədquluya məlumat vermişdir. Raminin sözlərinə görə Məmmədqulu mənzilin əldə edilməsi üçün ilkin ödəniş şəklində şirkətə 20000 manat ödəniş etməli və həmin məbləğə mənzilin ipoteka ilə bir illik ödənişinin və mənzilin sığortasının da daxil olduğunu söyləmişdir. Həmçinin Ramin hamıdan olduğu kimi Məmmədquludan da “Asan nömrə” əldə etməyini, əmək haqqıdan çıxarış, nikah şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyini tələb etmişdir. Məmmədqulu Raminin dedikləri ilə razılaşmışdır. Həmin gündən bir neçə gün sonra 2021 -ci ilin dekabr ayında o, İlqar və Məmmədqulu yenidən şirkətə getmişlər. “Zamin Əmlak”ın ofisində Məmmədqulu onun yanında Şahid2 razılaşdıqları kimi 20000 manat məbləğində pul vermişdir. Raminin sözlərinə görə bir neçə gün sonra Məmmədqulunun mobil nömrəsinə mənzil növbəsində olması ilə bağlı sms bildiriş göndərilməli idi. Raminin dediyi kimi Məmmədquluya bir, neçə gün sonra MİDA tərəfindən mənzil növbəsinə Bundan başqa 2022-ci ilin mart ayında Sənan Ağayev adlı şəxs tanışları vasitəsi ilə onun və İlqarın işlədiyi “28 May” küçəsində yerləşən ofisi tapıb oraya gələrək Yasamal rayonunda yerləşən MİDA tərəfindən inşa edilən mənzil almaq istədiyini söyləmişdir. Sənan da bütün müraciət edən şəxslər kimi ofisə gəldikdən bir neçə gün sonra “Zamin Əmlak” şirkətinə getmişdir. Oraya onunla birlikdə gedərək Şahid2 ilə görüşmüşdür. Orada Ramin mənzilin alınması şərtləri barədə Sənana məlumat vermişdir. Raminin sözlərinə görə Sənan mənzil əldə etməsi üçün ilkin ödəniş şəklində şirkətə 20000 manat pul verməlidir. Həmin söhbətdən bir neçə gün sonra Sənan pulu düzəldib onunia birlikdə yenidən şirkətin ofisinə getmişdir. Orada onlar Şahid2 ilə görüşmüş və onun yanında Sənan 20000 manat pul vermişdir. Lakin pulu verdikdən uzun müddət keçməsinə baxmayaraq Sənan Ağayevə heç bir mənzil ayrılmamışdır. Bundan başqa 2022-ci ilin mart ayında Şəfiyev Ümid adlı şəxs onun işlədiyi “28 May” küçəsində yerləşən ofisə gələrək Yasamal rayonunda yerləşən MİDA tərəfindən inşa edilən mənzil almaq istədiyini söyləmişdir. X32 görə ona Səbail Rayon İcra Hakimiyyətində əvvəl işləyən Şahid9 zəng etmişdir. Bəxtiyarın sözünə görə Ümid yaxın dostu olan Zahidin bacısı oğludur və buna görə xahiş etmişdir ki, Ümidə mənzil məsələsində köməklik göstərsin. O, da Ümidi qəbul edib dinləmiş və məsləhət görmüşdür ki, “Zamin Əmlak” şirkətinə gedib məsələni orada həll etsinlər. Ümid də bütün müraciət edən şəxslər kimi ofisə gəldikdən bir neçə gün sonra “Zamin Əmlak” şirkətinə getmişdir. Ümidlə birlikdə 2022-ci ilin mart ayında ofisə o, Bəxtiyar və Bəxtiyarın dostu Zahid adlı şəxs gəlmişdir. Orada onları Şahid2 qəbul etmişdir. Ramin sosial mənzilin alınması şərtləri barədə Ümidə məlumat vermiş, sözlərinə görə Ümid mənzil əldə etməsi üçün ilkin ödəniş şəklində şirkətə 30000 manat pul verməlidir. Həmin söhbətdən bir neçə gün sonra Ümid pulu düzəldib o və Bəxtiyar ilə birlikdə yenidən şirkətin ofisinə gəlmişdir. Orada onlar yenidən Şahid2 ilə görüşmüş və onların yanında Ümid sonuncuya 30000 manat pul vermişdir. Bundan sonra Ümid tərəfindən Raminə əlavə olaraq pul verilməsi barədə onun heç bir məlumatı olmamışdır. Ümid tərəfindən pul verildikdən uzun müddət keçməsinə baxmayaraq heç bir mənzil ayrılmamışdır. Həmçinin o, Mehriban Hacı-Məhərrəmovanı mənzil alınması ilə bağlı “Zamin Əmlak” şirkətinə yönləndirmiş və onlar birlikdə oraya gedib Şahid3 ilə görüşmüşlər. Orxan Mehribana mənzilin alınması ilə bağlı söz vermiş və onun yanında Mehribandan 19000 manat pul almışdır. X15 və Valeh Allahyarov onun yanında Orxan və Şahid2 mənzil alınmasına görə pul vermişlər. Vətəndaşlar tərəfindən verilən pullardan ona və İlqara heç bir məbləğdə pul verilməmişdir.
27. Məhkəmə istintaqında şahid qismində tanınan və ifadə verən X1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, daşınmaz əmlakın satışı üzrə vasitəçi kimi fəaliyyət göstərmişdir. Təxminən 12 il bundan əvvəl ünvan 12 ünvanında yerləşən “Stimul’’ adlı ofisi icarəyə götürüb İşlətmişdir. Təxminən bir il bundan əvvəl həmin ofis sahibi tərəfindən satılmışdır. Həmin ofisdə daşınmaz əmlakın satışı üzrə vasitəçilik xidmətilərini göstərmişdir. Təxminən 2015-ci ildə Şahid5 ofisə gələrək onunla birlikdə işləməyə başlamışdır. Təxminən 4 il bundan əvvəl o və Ədib Anar adlı şəxslə tanış olmuşlar. Həmin Anar onun makler fəaliyyəti ilə məşğul olduğunu bilib “Zamin Əmlak” şirkəti barədə onlara məlumat vermişdir. Anarın sözlərinə görə həmin şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin müvəkkilidir, yəni sözlərinə görə həmin şirkətin vasitəsilə MİDA tərəfindən inşa edilmiş binalardan rahatlıqla mənzil almaq olar və buna görə alıcı olduğu təqdirdə alıcıları həmin şirkətə yönəltməklərini istəmişdir. Anarın sözü ilə o və Şahid5 Xətai rayonu, Xocalı prospektində yerləşən “Zamin Əmlak” şirkətinin ofisinə getmişlər. Orada onlar ilkin olaraq Şahid3 ilə tanış olmuşlar. Orxan Anarın sözlərini onlara təsdiq etmiş və şirkətin lisenziyasını təqdim etmişdir. Həmçinin onlar şirkətin işçisi Şahid2 ilə də tanış olmuşlar. Orada aralarında olan danışıqlara əsasən o və Ədib müştərilər tapıb şirkətə yönləndirdikdən sonra hər mənzilin satışından mənzilin dəyərinin 2 faizi məbləğində onlara pul verilməli idi. Bu minvalla həmin vaxtdan etibarən o və Ədib “Zamin Əmlak” şirkətinə bir söyləmişdir. Bəhruz Ağayev hərbçi olmuş və sosial mənzil ala biləcəyini bilmişdir. O və Ədib Bəhruzu qəbul edib məsləhət görmüşlər ki, “Zamin Əmlak” şirkətinə gedib məsələni orada həll etsinlər. Bəhruz ofisə gəldikdən bir neçə gün sonra o, Ədib və Bəhruzun yoldaşı Pərvanə adlı xanım “Zamin Əmlak” şirkətinin Xocalı prospektində yerləşən ofisinə getmişlər. Yadında olan qədər Bəhruz işdə olduğu üçün özü oraya gələ bilməmişdir. Orada onları Şahid3 qəbul etmiş və onlar sonuncunun otağında söhbət etmişlər. Orada Orxan mənzilin alınması şərtləri barədə. Bəhruza məlumat vermişdir. Orxanın sözlərinə görə Bəhruzun yoldaşı Pərvanəyə mənzilin əldə edilməsi üçün ilkin ödəniş şəklində şirkətə ilkin ödəniş kimi 18000 manat verməli olduğunu izah edilmişdir. X18 dediyi kimi hamıdan olduğu kimi Bəhruz və Pərvanədən “Asan nömrə” əldə etməyini, əmək haqqıdan çıxarış, nikah şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyini tələb etmişdir. Pərvanə onların yanında Orxana ofisdə 18000 manat pul vermişdir. 2021 -ci ilin mart ayının sonlarında isə Bəhruz Ədibə zəng edərək Orxanın əlaqə saxlayıb mənzilin sığortasına görə əlavə 5000 manat pul ödəməli olduğu barədə söylədiyini demişdir, Ədib də Orxanın sözünə qulaq asıb pulu verməyini məsləhət görmüşdür. Bundan sonra isə Bəhruzun yoldaşı Pərvanə ofisə yaxınlaşaraq ya Orxan ya da ki Raminə 5000 manat pul vermişdir. Daha sonra Orxanın hansı məbləğdə pul almağından məlumatı olmamışdır. Uzun müddət keçdikdən sonra isə Pərvanə ofisə gəlib Orxan və Şahid2 böyük məbləğlərdə pul verdiyini, hətta Şahid2 bank kartına 3130 manat pul göndərdiyini söyləmişdir. O və Ədib nəyə görə bu barədə onlara demədiklərini soruşduqda Pərvanə Ramin və Orxana güvəndikləri üçün onlardan soruşmadan pul verdiklərini bildirmişdir. O və Ədib Ramin ilə danışmış və nəyə görə məsələnin öz həllini tapmadığını soruşmuşlar. Ramin isə guya Bəhruz və Pərvanə üçün mənzilin hazır olduğunu, bəzi məsələlərə görə işin uzandığım söyləmişdir. Lakin Orxan və Raminin dediyi kimi Bəhruz Ağayevə heç bir mənzil ayrılmamışdır. Bundan başqa 2021-ci ilin may ayında Sumara Əliyeva adlı şəxs onun işlədiyi “28 May" küçəsində yerləşən ofisə gələrək Yasamal rayonunda yerləşən MİDA tərəfindən inşa edilən mənzil almaq istədiyini söyləmişdir. O və Ədib Sumaraya “Zamin Əmlak” şirkətinə gedib məsələni orada həll etməyini təklif etmişlər. Həmin gün o və Ədib Sumaram “Zamin Əmlak" şirkətinin Xocalı prospektində yerləşən ofisinə Şahid2 yanına aparmışlar. Ramin sosial mənzilin alınması şərtləri barədə Sumaraya məlumat vermiş və dövlət işində işləyib-işləmədiyini soruşmuşdur. Sumara dövlət işində işləmədiyini söyləmiş və adına artıq bir mənzilində də olduğunu bildirmişdir. Ramində buna görə Sumaradan dövlət işində işləyən yaxın bir qohum tapmağını təklif etmişdir ki, mənzil qohumun adma sənədləşdirilsin. Həmçinin Sumara nağd şəkildə ipotekasız mənzil almaq istədiyini söyləmiş və Ramin Yasamal rayonu ərazisində yerləşən MİDA tərəfindən inşa edilən mənzillərdən birini 64.000 manat müqabilində ala biləcəyini demişdir. Bundan bir neçə gün sonra Sumara dövlət işində işləyən adı yadında olmayan bacısı qızı ilə birlikdə “28 May” küçəsində olan ofislərinə gəlib 17.000 manat pul gətirdiyini söyləmiş və həmin pulun sayılmasında köməklik göstərməklərini istəmişdir. O və Ədib 17.000 manat pulu saymış və bundan sonra pulu Sumaradan götürüb Xocalı prospektində yerləşən “Zamin Əmlak” şirkətinin ofisinə aparıb orada tamlıqla Şahid2 vermişlər. Təxminən 10 gün keçdikdən sonra Sumara qalan pulu onun işlədiyi ofisə gətirib saymaqlarını istəmişdir. Onlar pulu sayaraq Sumara tərəfindən 1800 manat pulun artıq gətirildiyini müəyyən etmişlər və həmin 1800 manat pulu qaytarmışlar. Qalan 47.000 manat pul isə həmin gün “Zamin Əmlak”ın ofisində tamlıqla Sumaranın özü tərəfindən o və Ədibin iştirakı ilə Şahid2 verilmişdir. Mənzil ilə bağlı yenə də sms bildiriş göndərilsə də Sumaraya heç bir mənzil ayrılmamışdır. Bundan başqa 2021-ci ilin sentyabr ayında Fuad Osmanov adlı şəxs tanışlarının vasitəsi ilə o və Ədibin işlədiyi ofisi tapıb oraya gəlmişdir. Fuad MİDA tərəfindən inşa edilən binalardan ipoteka şərtləri ilə mənzil almaq istədiyini söyləmişdir. O və Ədib Fuadı qəbul edib məsləhət görmüşlər ki, “Zamin Əmlak” şirkətinə gedib məsələni orada həll etsinlər. Fuad ofislərinə gəldikdən bir neçə gün sonra Ədiblə birlikdə “Zamin Əmlak” şirkətinin Xocalı prospektində yerləşən ofisə getmişdir. Orada Şahid2 otağında söhbət etmişlər. Orada Ramin mənzilin alınması şərtləri barədə Fuada məlumat vermişdir. Raminin sözlərinə aörə Fuad Osmannv neçə gün sonra Ədib və Fuad Xocalı prospektində görüşüb yenidən şirkətə getmişlər. X30 yanında Şahid2 razılaşdıqları kimi 18.000 manat məbləğində pul vermişdir. Raminin sözlərinə görə bir neçə gün sonra Fuadın mobil nömrəsinə mənzilin ayrılması ilə bağlı sms bildiriş göndərilməli idi. Raminin dediyi kimi Fuada bir neçə gün sonra MİDA tərəfindən mənzil növbəsinə qeydiyyata alınmağı ilə bağlı sms bildiriş göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Fuad Osmanova mənzil ayrılmamışdır. Fuad özü bir neçə dəfə onlaral əlaqə saxlamış, o və Ədib isə Ramin ilə əlaqə saxlamasını istəmişlər. Bundan başqa 2021-ci ilin oktyabr ayında Aygün Nəbiyeva onların ofisinə yaxınlaşıb Yasamal rayonu MİDA tərəfindən inşa edilən yaşayış binasından mənzil əldə etmək istədiyini bildirmişdir. O Aygünə “Zamin Əmlak” şirkətinə müraciət etməsini məsləhət görmüşdür. Ofisdəki görüşlərindən bir neçə gün sonra o, Aygün ilə birlikdə Xocalı prospektində yerləşən “Zamin Əmlak” şirkətinin ofisinə yaxınlaşmışdır, Orada onları Şahid2 qəbul etmişdir. Ramin sosial mənzil əldə olunmağının şərtləri barədə məlumat vermiş, bunun üçün hansı sənədləri təqdim etməli olduğunu izah etmişdir. Raminin sözlərinə görə ipoteka ilə mənzilin əldə edilməsi üçün ilkin ödəniş şəklində xatırladığı qədər 20000 manat pul ödənilməli olmuşdur. Aygün şərtlər ilə razılaşaraq bir neçə gün sonra həmin pulu düzəldib onunla birlikdə ofisə yaxınlaşaraq Raminin dediyi kimi 20000 manat civarında pulu yanında Şahid2 vermişdir. Raminin sözlərinə görə tezliklə Aygünə mənzil ayrılmalı idi və bu barədə sms bildiriş göndərilməli idi. X31 pulu ödədikdən və zəruri sənədləri təqdim etdikdən uzun müddət keçməsinə baxmayaraq Ramindən heç bir xəbər çıxmamışdır. Ramin ilə əlaqə saxlanıdıqda sonuncu bəhanələr edərək vaxtı uzatmışdır. Bundan başqa 2021-ci ilin dekabr ayında Arzu Cəfərova onların ofisinə yaxınlaşıb Suraxanı rayonu MİDA tərəfindən inşa edilən yaşayış binasından mənzil əldə etmək istədiyini bildirmişdir. Arzu Cəfərova onun uzaq qohumu olmuş və o, Arzuya köməkliyin göstərilməsini öz üzərinə götürmüşdür. O, Arzuya "Zamin Əmlak” şirkətinə müraciət etməsini məsləhət görmüşdür. Ofisdəki görüşlərindən bir neçə gün sonra o, Arzu ilə birlikdə Xocalı prospektində yerləşən “Zamin Əmlak" şirkətinin ofisinə yaxınlaşmışdır. Orada onları Şahid2 qəbul etmişdir. Ramin sosial mənzil əldə olunmağının şərtləri barədə məlumat vermiş, bunun üçün hansı sənədləri təqdim etməli olduğunu izah etmişdir. Raminin sözlərinə görə ipoteka ilə mənzilin əldə edilməsi üçün ilkin ödəniş şəklində xatırladığı qədər 20000-25000 manat civarında pul Ödənilməli olmuşdur. Arzu Cəfərova şərtlər ilə razılaşaraq bir neçə gün sonra həmin pulu düzəldib onunla birlikdə ofisə yaxınlaşaraq Raminin dediyi kimi məbləğini dəqiq xatırlamadığı 20000-25000 manat civarında pulu yanında Şahid2 vermişdir. Raminin sözlərinə görə tezliklə Arzuya mənzil ayrılmalı İdi və bu barədə sms bildiriş göndərilməli idi. X25 pulu ödədikdən və zəruri sənədləri təqdim etdikdən uzun müddət keçməsinə baxmayaraq Ramindən heç bir xəbər çıxmamışdır. Arzu ona zəng etmiş və narazılığını bildirmişdir, o da Raminin nəyə görə belə etdiyini başa düşmədiyini söyləmişdir. O, Ramin ilə əlaqə saxlamağa çalışmış, lakin sonuncu hər dəfəsində bəhanələr edərək guya tezliklə bütün problemləri həll edəcəyini söyləmişdir. Lakin söz verdiyi kimi indiyədək Arzu Cəfərovaya üçün mənzil ayrılmamışdır. X10 adlı şəxs sosial mənzil əldə etməsi üçün onun və Ədibin yanında Şahid2 pul vermişdir. Lakin dediyi kimi həmin puldan nə ona nədə ki Ədibə heçnə verilməmişdir, Ramin tezliklə Valehin mənzil ilə təmin olunacağına dair söz versə də vədinə ərnəl etməmişdir. “Zamin Əmlak” şirkəti vasitəsi ilə heç bir mənzil alıcılara satılmadığı üçün o və Ədibə heç bir məbləğdə pul ödənilməmişdir.
28. Məhkəmə istintaqında şahid qismində tanınan və ifadə verən Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, təxminən 2022-ci il tarixdə qızına ev almaq istəmiş və buna görə də, bacısı Ruqiyyə ilə aralarında olan söhbət zamanı sonuncu onu daşınmaz əmlak üzrə satış mütəxəssisi işləyən Zümrüd adlı qadınla tanış etmişdir. Zümrüd adlı daşınmaz əmlak üzrə satış mütəxəssisinə müraciət etdiyi zaman sonuncu ona demişdir ki, şəhərdə sosial evlərin satışı ilə “Zamin Əmlak" adlı agentlik məşğul olur və orada Şahid2 adlı şəxs var. Zümrüd ona Raminin mobil nömrəsini vermişdir. O, həmin mobil nömrə ilə görüşdüyü zaman o, sonuncuya qızı üçün mənzil almaq istədiyini bildirmişdir. Ramil də ona hazırda Yasamal rayonu, "xxxx" MMC-nə məxsus sosial evlərin güzəştli ipoteka şərtləri ilə satıldığını bildirmiş və bunun üçün ondan 18000 manat pulu ilkin ödəniş kimi istəmişdir. O, razılaşaraq 2021-ci ilin təxminən aprel ayında Bakı şəhəri, Xətai rayonu, Xocalı 14 prospektində yerləşən “Zamin Əmlak" agentliyinin ofisində Şahid2 10000 manat pul vermişdir. Daha sonra 2021-ci ilin təxminən iyun ayında Bakı şəhəri, Xətai rayonu, Xocalı 14 prospektində yerləşən “Zamin Əmlak” agentliyin ofisində 4000 manat pulu Şahid2 vermişdir. 2021-ci ilin dekabr ayında isə 4000 manat pulu Bakı şəhəri, Xətai rayonu, Xocalı 14 prospektində yerləşən “Zamin Əmlak” agentliyin ofisində Raminə Nağdəliyevə vermişdir. Şahid2lə tanış çıxdıqları üçün sonuncuya etibar etmiş və buna görə də, qəbz və digər ödəniş etməyi barədə yazılı sənəd tələb etməmişdir. Həmin zaman uzun müddət ərzində tanıdığı tanışı Varis Hüseynov ona müraciət etmiş və dostu qızının ipoteka şərtlərinə uyğun olaraq mənzil almaq istədiyini bildirmişdir. O, demişdir ki, öz qızı üçün “Zamin Əmlak” agentliyi vasitəsi ilə mənzil almaq üçün Şahid2lə danışmışdır. Həmin vaxt da dostu Varis Hüseynov onu İrşad adlı şəxslə tanış etmişdir. O, İrşadla danışdığı zaman bildirmişdir ki, Ramin Nağdaliyevin vasitəsi ilə qızı üçün güzəştli İpoteka şərtləri ilə mənzil almışdır. Bunun üçün də Şahid2 18000 manat pul ödəmişdir. İrşad da həmin şərtlərlə qızı üçün mənzil almağı ondan istəmişdir. O, İrşada 02 otaqlı mənzilə görə, 18000 manat pulu ilkin ödəniş kimi ödəmək lazım olduğunu demişdir. Təxminən 2022-cİ ilin aprel ayın əvvəllərində Baki şəhəri, Nəsimi rayonu, R.Behbudov prospektində İrşadın qızı Aysel Əhmədova ilə görüşmüşdür. Həmin vaxt Aysel Əhmədova ona 18000 manat pul vermişdir. O, həmin pulu götürərək Şahid2 verəcəyini demişdir. Daha sonra Şahid2 mobil nömrəsini Aysel Əhmədovaya vermişdir. Aldığı pulları isə Şahid2 çatdırmış, sonuncu da söz vermişdir ki, Aysel Əhmədovanın adına güzəştli ipoteka şərtlərinə uyğun olaraq mənzil rəsmiləşdiriləcək. Daha sonra eşitdiyinə görə Şahid2 Aysel Əhmədova ilə telefonla əlaqə saxlamış və bank kartını sonuncuya göndərərik əlavə olaraq 2000 manat məbləğində pul almışdır. Aysel Əhmədovadan aldığı puldan özünə pul götürməmiş eləcə də, Şahid2 ona Ayselin puluna görə pul və digər maddi xeyr verməmişdir. Bundan başqa ona qonşusu X16 yaxınlaşmış və aralarında olan söhbət əsnasında güzəştli ipoteka şərtləri ilə ev almaqda yardım etməyini ondan xahiş etmişdir. O da köməklik edə biləcəyini demiş və onlar Xətai rayonu, Xocalı 14 prospektində yerləşən “Zamin Əmlak" agentliyinin ofisində görüşmüşlər. Orada o, Uğur Həsənovu orada işləyən və oranın direktoru Şahid1 müavini Şahid2lə tanış etmişdir. X19 Uğura Yasamal rayonu, MİDA MMC-nə aid binalardan 04 otaqlı mənzili adına güzəştli ipoteka şərtləri ilə adına rəsmiləşdirəcəyinə söz vermiş və ilkin ödəniş kimi təxminən 25000 manat pul istəmişdir. X36 Nağdəliyevin dedikləri ilə razılaşmışdır. Uğur Həsənov ilk olaraq pulu notarius vasitəsi İlə.verilməsini istəmiş və Şahid2 demişdir ki, pulu onun adına ödəyə bilər. Buna görə də, Uğur Həsənov 12 oktyabr 2021-ci il tarixdə ünvan 13 ünvanında yerləşən 15 saylı notariat kontorunda 10.000 manatı, 15 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24 A ünvanında yerləşən 6 saylı notariat kontorunda 6.000 manatı adına rəsmi qaydada borc müqaviləsi kimi rəsmiləşdirərək vemişdir. Daha sonra o, 25 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən “Qış Parkfnın yaxınlığında 6.000 manat pul almışdır. O, həmin aldığı, pulları Şahid2 vermişdir. Daha sonra bildiyinə görə Uğur Raminə əlavə pul vermişdir. Lakin həmin pullardan onun heç bir məlumatı olmamışdır. O, hazırda Uğur Həsənova ümumilikdə 26000 manat pul ödəmişdir. Bundan başqa Kərim Kərimov ona yaxınlaşaraq güzəştli ipoteka şərtləri ilə mənzil almağa köməklik etməyini xahiş etmişdir. O, məsləhət vermişdir ki, Xətai rayonu, Xocalı 14 prospektində yerləşən “Zamin Əmlak" agentliyinin ofisinə müraciət etsin. Buna görə də, Kərim Kərimovu 2022-ci ilin təxminən mart ayının əvvəllərində həmin ofisə dəvət etmiş və orada Şahid2lə tanış etmişdir. Şahid2 orada X20 rayonu, MİDA MMC-dən 03 otaqlı mənzili adına güzəştli ipoteka şərtlən ilə adına rəsmiləşdirəcəyinə söz vermişdir. Daha sonraki proseslərdə o, iştirak etməmiş və Kərim Kərimovun hansı məbləğdə pulun Şahid2 verməsi barədə heç bir məlumatı olmamışdır.
29. Məhkəmə istintaqında şahid qismində tanınan və ifadə verən Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, 2017-ci ilin təxminən avqustsentyabr aylarından etibarən Emil adlı sosial şəbəkədən tanıdığı şəxslə səhhəti ilə bağlı ona uyğun iş tapmaqda köməklik etməsini xahiş etmişdir. Emil də onu Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən "Zamin əmlak” şirkətinin ofisinə dəvət etmişdir. O, həmin ünvana gedib Emil adlı şəxslə görüşmüşdür. Emil ona rieltor kimi şirkətdə işləməyə dəvət etmişdir. Həmin görüş zamanı Emil ona iş şərtləri barədə məlumat vermişdir. Həmçinin qeyd etmişdir ki, qazanc olaraq satılan əmlakın dəyərinin 1 faizi məbləğini komisyon olaraq alıcıdan, 1-2 faizini isə satıcıdan alacaq. O, da etiraz etməyib razılaşmışdır. O, həmin şirkətə ilk dəfə gedəndə həmin şirkətin təxminən 30-dan çox rieltoru olmuşdur. İşə başladıqdan sonra təxminən 2 ay ərzində heç bir satış edə bilməmişdir. Təxminən 2 ay keçdikdən sonra işə öyrənməyə başlamışdır. Artıq xırda-xırda mənzilləri kirayəyə verməyi, eləcə də satışını təşkil etməyi öyrənmişdir. Həmin şirkətdə işlədiyi müddətdə o, Şahid1 şirkətin direktoru, Şahid2 isə onun müavini kimi tanımışdır. Təxminən bir ay yarım keçdikdən sonra Oqtayla ilk dəfə alqı- satqı etdikdən sonra komisyon olan pulun bölünməsi zamanı Oqtayın otağına girib onunla görüşmüşdür. İlk alqı-satqı zamanı da ona komisyon haqqı olaraq 1250 manat pul verilmişdir. Mütəmadi olaraq o, özü işi öyrəndiyi üçün bütün işləri də şəxsən təşkil etmişdir. İlkin vaxtlarda şirkət tərəfindən o, alqı-satqıda iştirak edib komisyon pulunu almışdır. Həmin ərəfələrdə daxili kredit və ipoteka ilə bağlı heç bir iş görməmişdir. Belə ki, alqı-satqı İşlərində də heç bir problem yaşanmamışdır. Həmin alqı-satqı məsələlərində sənədləşmə üçün bəzən Şahid2lə, bəzən Təqsirləndirilən şəxslə, 1-2 dəfə isə Şahid1lə getmişdir. Alqı-satqı etdiyi mənzillər əsasən Xətai, Nizami və Yasamal rayonlarında olmuşdur. Belə ki, Xətai rayonu ərazisində "xxxx", "xxxx" MTK-dan, Nizami rayonu ərazisin “Pronto”, "xxxx" MTK-dan, Yasamal rayonu ərazisində isə daha çox "xxxx" MTK- nm binalarından mənzillər satmışdır. 2018-ci ildən etibarən o, özü ipotekaya tələbat çox olduğu üçün həmin işi öyrənməyə çalışmışdır. Bir müddət həmin işlə maraqlanıb işi tam öyrənmişdir. Hazır bankda ipoteka yüklü edilmiş mənzilləri satıcıdan alıcıya satılmasını təşkil etmişdir. Alıcı və satıcı öz aralarında qiymət barədə razılaşmış, alqı-satqı olduqdan sonra isə o, hər iki tərəfdən öz komisyon pulunu almışdır. İpoteka yüklü mənzilləri də Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən “Göyqurşağı” yaşayış kompleksində, "xxxx", “Akkord”, "xxxx" MTK-da bir neçə dəfə alqı-satqı etmişdir. Bir müddət keçdikdən sonra ipoteka şərtləri ilə bağlı dəyişikliklər olmuşdur. O, da həmin dəyişiklikləri bilməmişdir. Həmin məsələlərdə də ona köməkliyi Şahid1 göstərişi ilə Şahid2 etmişdir. İlk vaxtlarda da hər hansı problemlər ortaya çıxmamışdır. Təxminən 2019- cu ilin sonlarından etibarən şirkətin bəzi işçiləri şirkətdən ayrılmış, şirkətin də maliyyə vəziyyəti əvvəlki kimi olmamışdır. Həmçinin əmlak şirkətləri də çoxaldığı üçün avtomatik olaraq “Zamin əmlak” şirkətinə olan tələbat da azalmağa başlamışdır. Həmin ərəfələrdə Şahid3 və Şahid4 şirkətə rieltor kimi qoşulmuşlar. Şahid3 daha yaxşı işlədiyinə görə Şahid1 tərəfindən Şahid3 şirkətin filial müdiri təyin olunmuşdur. Şahid4 da yaxşı işlədiyi üçün filial müdiri təyin olunmuşdur. Həmin ərəfədə “Caspian Plaza”-da yerləşən şirkətin ofisi açılmışdır. Orxan həmin filialın direktoru olmuşdur. Eləcə də “28 May” metrostansiyasının yaxınlığında “Zamin əmlak” şirkəti tərəfindən daha bir ofis açılmışdır. Təqsirləndirilən şəxs isə həmin ofisin filial müdiri olmuşdur. 2020-ci ilin ortalarından etibarən Şahid1 ipoteka və daxili kredit şərtləri ilə mənzil satmağa başlamışdır. Həmin vaxt Oqtayın Asif adlı tikinti işləri ilə məşğul olan şəxsə məxsus mənzilləri Oqtay satılmasına köməklik etməyə başlamışdır. O, da Asif adlı şəxsi Oqtayın vasitəsi ilə tanımışdır. İlkin olaraq bir neçə mənzilin ipoteka şərtləri ilə, eləcə də nağd qiymətlərlə satışını təşkil etmişlər. Hər hansı problem yaşanmamışdır. Oqtayın göstərişi ilə o, Asif adlı şəxsi Bakı şəhərinin müxtəlif yerlərində yerləşən mənzilləri satışını həyata keçirmək üçün “yeni əmlak”, “tap.əz”, “arenda.az”, “bina.az” saytlarında həmin mənzillərin elanlarını yerləşdirib şirkətin adına qeydiyyatda olan ona təqdim edilmiş 055- ***-**-** mobil nömrəsini yerləşdirmişdir. Mənzillərin fotoşəkillərini ya o, Oqtaydan götürürmüş,-ya da göstərişi ilə o, gedib şəkilləri çəkirmiş. Həmin mənzillərin kimin mülkiyyətində olması barədə ona hər hansı sənəd göstərilməmişdir. O, elanlarla bağlı ona da Orxan qəbul etmişdir. Əksər müştəriləri Oqtay özü şəxsən qəbul etmişdir. Oqtay işlərin gedişatı, sənədləşmə, aylıq ödəniş məsələləri ilə bağlı da hər bir şeyi müştərilərə izah etmişdir. Pandemiya başladıqdan sonra müəyyən qədər problemlər yaranmağa başlamışdır. Oqtay ona bir daha təklif etmişdir ki, Asif müəllimin əlində daxili kredit və ipotekada olan mənzilləri işləyib satışını təşkil etmək lazımdır. Həmin mənzillər də “Şaiq", “Badu Kubə”, "xxxx" MTK-da yerləşirdi. Həmin mənzillərin də fotoşəkillərini çəkməyə o, Oqtay və Asif birlikdə getmişlər. Mənzillərin satışını təşkil etmək üçün şərtləri Oqtay ona özü demişdir, Lakin bəzən o, görürdü ki, deyilən şərtlər standarta uyğun olmamışdır. O, bu barədə Asiflə danışanda, məsələn, Asif mənzilin ilkin ödəniş qiymətini 15000 manat deyəndə, Oqtay 10000 manat deyirdi. O, həmin ziddiyyəti aydınlaşdırmaq üçün Oqtayla danışanda sonuncu ona demişdir ki, “sən narahat olma, hər şey mənlikdir. Asif müəllimə özüm deyəcəm". Elan saytlarında yerləşdirilmiş elanlarla bağlı müştərilər çox vaxt Oqtayın özü ilə də görüşmüşlər. Ödənişlər də hamısı Oqtaya çatmışdır, Həmin pullardan sadəcə ona komisyon haqqı çatmışdır. Eləcə də Ramin, Orxan və Natiqin şirkətlə birlikdə gördüyü işlərdə də pulların hamısı Oqtaya verilmişdir. Yalnız bundan sonra Oqtay həmin pulların müvafiq olaraq bölgüsünü aparmışdır. Bir müddət keçdikdən sonra mənzillərin satışı ilə bağlı problemlər ortaya çıxmışdır. Belə ki, onun özünə də bir neçə dəfə mənzillərlə bağlı zənglər gəlmiş, eləcə də müştərilərin şirkətə gəlib narazılıq etmələrini də görmüşdür. Həmin ərəfələrdə o, “Zamin əmlak” şirkətinin əməkdaşlarına bu barədə bildirsə də, sözlərinə məhəl qoyulmamışdır. Ona müxtəlif bəhanələr gətirib həmin bəhanələri də müştərilərə deməyini tələb etmişlər. Təxminən 2021-ci ildən etibarən şikayətlərin sayı çox olduğuna görə Bakı şəhəri ərazisində “Xətai” metrostansiyasmın arxasında Şahid1 təşkilatçılığı ilə “Express Home” adlı şirkət fəaliyyətə başlamışdır. Oqtay həmin işi təşkil etməyi Natiqə tapşırmışdır. Belə ki, “Express Home” adlı şirkətin açılmasına səbəb o olmuşdur ki, Oqtay fikirləşmişdir ki, yeni müştəriləri həmin ünvanda qəbul etsin. Çünki köhnə müştərilər “Zamin əmlak” şirkətinin ofisinə mütəmadi gəlib-getdiyi üçün Oqtay istəməmişdir ki, yeni müştərilər bu vəziyyəti görsün. Həmçinin həmin ərəfələrdə artıq şirkətin əməkdaşları olan Ramin, Natiq və Orxan da elan saytlarından gələn zənglərə cavab vermiş, özləri şəxsən vətəndaşlarla danışmışlar. “Express Home" şirkəti də fəaliyyətə başladıqdan sonra şirkətin rəhbəri kimi Natiq olsa da, faktiki olaraq bütün işləri Oqtay etmişdir. Yəni müqavilələrin hazırlanması, müqavilələrə möhürlərin vurulması və digər bütün təşkilati işləri Oqtay özü şəxsən etmişdir. Bundan sonra ilkin olaraq müraciət edən müştərilərin hamısı “Express Home” şirkətinə dəvət olunmuşdur. Pullar da müştərilərdən orada alınmışdır, Belə ki, Fəridə adlı qadından, Fərid adlı bir müştəridən, eləcə də adlarını xatırlamadığı bir neçə müştəridən də orada pul alınmışdır. Müştərilərdən alınan pullar da bir qayda olaraq, şəxsən Oqtaya verilmişdir. Oqtay “Express Home” şirkətini yaradıb fəaliyyətə başladıqdan sonra o, problemi vətəndaşların çox olduğunu görüb daha ora vətəndaş aparmamışdır. Həmçinin bununla bağlı Oqtayla da arasında narazılıq olmuşdur. Həmin vaxtı o, şirkətlə əlaqəsini kəsməməyinə səbəb o olmuşdur ki, müştərilərlə “Zamin əmlak” şirkəti arasında razılaşmaların bir neçəsi borc müqaviləsi əsasında onun adına rəsmiləşdirilmişdir. O, da hər dəfə Oqtay və digərlərindən həmin məsələləri həll etmələrini bildirmişdir. Lakin Oqtay hər dəfə onun müştərilər qarşısında olan öhdəliyini həll edəcəyini desə də, heç bir iş görməmişdir. Hətta o, həmin ərəfədə Oqtayın həyat yoldaşının dayısı Yusif Nəcəfov adlı şəxsə məxsus Baki şəhəri, ünvan 15 ünvanında kirayədə yaşamışdır. Oqtay onu inandırmaq üçün onun adına həmin mənzil üçün çıxarış çıxartdırmışdır. Ona demişdir ki, “narahat olma, sənin adına olan çıxarışı müştərilərə göstərib pul alıb, səni bu məsələlərdən çıxaracam”. O, da Oqtayın bu hərəkətini görüb həqiqətən də inanmışdır ki, Oqtay verdiyi vədi yerinə yetirəcək. Lakin yənə də söz verdiyi işləri həll etməmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır.
30. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham ilə bağlı təqsirli bilərək ifadəsində göstərmişdir ki, O “Qarantiəmlak” ofisinin rəhbəri kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs1 ev satın almaq üçün ona müraciət etmiş, o da İrinaya kömək göstərəcəyini bildirərək, sonuncunun 20000,00 manat pulunu almış, lakin həmin işi həll edə bilməmişdir. Eyni formada Zərərçəkmiş şəxs2 də ev satın almaq üçün ona müraciət etmiş, o da Laçına kömək göstərəcəyini bildirərək, sonuncunun 30000,00 manat pulunu almış, lakin həmin işi də həll edə bilməmişdir. Zərərçəkmiş şəxs3 ev satın almaq üçün ona müraciət etmiş, o da İkrama kömək göstərəcəyini bildirərək, sonuncunun 13000,00 manat pulunu almış, lakin həmin işi də həll edə bilməmişdir. Zərərçəkmiş şəxslərin ödənişlərini də daha sonra onlara geri qaytara bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o kreditlə evlərin satışı ilə məşğul olmuşdur. Lakin 3 nəfər müştərisinə ev ala bilməmişlər. Həmin vaxt satışa ev olmadığı üçün müştərilərə ev satın ala bilməmişdir. “Qarantiəmlak”-ın fəaliyyəti daşınmaz əmlak alqı-satqısından ibarət olub. Təkcə “MİDA” YK deyil, satışda olan bütün evlərin alqısatqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 “MİDA” yaşayış kompleksindən ev almaq niyyətində idi. Bəzən müxtəlif şəxslər kredit və ipoteka borclarını ödəyə bilmədikdə, evlərini satışa çıxarırdılar. Onlar da həmin evləri alıb, başqasına satırdılar. Zərərçəkmiş şəxslərdən aldığı pulları geri qaytara bilməmişdir. Zərərçəkmişlərdən aldığı pulların bir hissəsini öz şəxsi ehtiyaclarına sərf etdiyi üçün, həmin pulları geri qaytara bilməmişdir. Şahid1 ilə yeznə-qayın qohumluq münasibəti vardır. 2016-cı ildə qısa bir müddət Şahid1 yanında işləmişdir. Həmin dövrdə rəsmi əmək müqaviləsi ilə işləmişdir. Şahid1 yanında realtor fəaliyyəti ilə məşğul olmuşdur. Şahid1 ilə iş münasibəti nə zaman başa çatdırdığını bilmir. Bir müddət sonra artıq tək işləmək istədiyi üçün onun yanından ayrılmışdır. 2021- 2022-ci illərdə Oqtay ilə iş münasibəti olmayıb. 2021-2022-ci illərdə Şahid1 öz ofisində fəaliyyət göstərirdi. Zərərçəkmiş şəxslərin Şahid1, Şahid3, Ramil Nağdəliyev və digərləri ilə əlaqəsi yoxdur. Onların arasında hər hansı tanışlıq da yoxdur. Yalnız Zərərçəkmiş şəxs3 Şahid2 tanıyır. O Zərərçəkmiş şəxs3 ödənişlər qəbul edir və ona ev almağa çalışırdı. Lakin bu məsələdə uğurlu ola bilməmişdi. Daha sonra Ramin ondan İkramın işinin nə yerdə olduğunu soruşmuşdu. O İkrama ev almağı bacara bilmədiyini ona demişdir. Ramin bu işi özü həll edəcəyini bildirdi. O da İkramdan aldığı pulları Raminə verdi, bu işin həllini də ona həvalə etdi. “Zaminəmlak” 2016-cı ildə yaradılıb. “Zaminəmlak” yaradılarkən o başqa sahədə işləyirdi. “Zaminəmlak” adını şirkətə qoymaqlarının səbəbi etibarlı, qarant mənalarını ifadə etməsi idi. “Zaminəmlak” adının onun adı ilə hər hansı əlaqəsi yoxdur. “Zaminəmlak” Oqtay tək fəaliyyət göstərirdi. “Qarantiəmlak”-ı Zamin özü təsis etmişdir. “Qarantiəmlak” “Zaminəmlak”-dan sonra yaradılıb. Şahid1 və digərləri Xətai rayonu ərazisindəki ofisdə işləyirdilər. Şahid1 və digərləri onun işçisi olmamışdır. Yalnız Zərərçəkmiş şəxs3 epizodunda Şahid2 alqı məsələsinə aidiyyatı olub. Həmin aidiyyət də yalnız onun kartına İkram tərəfindən köçürülmüş pulun nağdlaşdırılaraq Təqsirləndirilən şəxs verilməsindən ibarət olub. Onun özünün də ayrı işçiləri olub. Onun işçiləri hər hansı cinayət məsuliyyətinə cəlb olunmayıb. Onun nəyə görə Şahid1 və digərləri ilə mütəşəkkil dəstə yaratma cinayəti ilə ittiham olunmağı ona məlum deyil. Cinayət işinin ayrılma səbəbini bilmir.
31. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X2 onun qaynıdır. Şahid2, X14 və Şahid3 isə Oqtay vasitəsi ilə tanımış, onlarla arasında heç bir ədavət və düşmənçilik yoxdur. OqtayBakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 14 ünvanında yerləşən “Zamin Əmlak” daşınmaz əmlak agentliyini yaradıb işlətmişdir. O, özü 2021 -ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində "xxxx" MMC-ni yaradıb işlətməyə başlamışdır. Onun işi mənzillərin alış və satışı ilə məşğul olmaqdan ibarət olmuşdur. Zərərçəkmiş şəxs1 2021-ci il tarixdə İşlədiyi ofisə zəng etmiş və Yasamal rayonu ərazisində yerləşən “Mida" yaşayış kompleksindən ev almaq istədiyini bildirmişdir. O, İrinaya sənədləri toplayıb ofisə gəlməsini demişdir. İrina sənədlərlə birlikdə ofisə gəlmiş və 2021 -ci ilin aprel ayının əvvəllərində İrinadan ilkin olaraq 2000 manat pul almış, daha sonra isə 08 aprel 2021-ci il tarixdə İrina ilə danışmış və sonuncu yenidən ofisə gəlmiş, o, orada İrinadan əlavə olaraq 18.000 manat da pul almışdır. O, İrinadan ümumilikdə 20.000 manat pul almış, bu barədə “Zamin Əmlak” yazısı olan müqavilə vermişdir. Daha sonra İrinanın ev almasına köməklik edə bilməmiş, pulları isə şəxsi işlərinə xərclədiyi üçün qaytara bilməmişdir. Bundan başqa, 2021-ci ilin avqust ayında Hüseynli X12 rayonu Rəfibəyli küçəsi 39 ünvanında yerləşən ofisinə gəlmiş və ipoteka şərtləri ilə ev almaq istədiyini bildirmişdir. O, Laçına bir neçə mənzil təklif etsə də razılaşmamış, daha sonra o, Laçına Yasamal rayonu ərazisində yerləşən “Mida” yaşayış kompleksindən ev alıb verə biləcəyini demişdir. Bundan sonra Laçından 06 avqust 2021-ci il tarixdə 2000 manat və 09 avqust 2021-ci il tarixdə 28000 manat olmaqla 30.000 manat pul almışdır. Bu barədə Laçına “Zamin Əmlak” yazısı olan öhdəlik müqaviləsi yazıb vermişdir. Daha sonra Laçının ev almasına köməklik edə bilməmiş, pulları isə şəxsi işlərinə xərclədiyi üçün qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 2022-ci il yanvar ayında həmin vaxt işlətdiyi Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəsində yerləşən "xxxx" daşınmaz əmlak agentliyinin ofisinə gələrək Abşeron rayonu, Masazır qəsəbəsi, İsmət Qayıbov küçəsində yerləşən evi kreditlə almaq istədiyini demişdir. O da İkrama köməklik edə biləcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayında Nərimanov rayonu Nazim Hacıyev küçəsində yerləşən "xxxx" daşınmaz əmlak agentliyinin ofisində 3000 manat pulu İkramdan almış, bundan sonra 2022-ci ilin aprel ayında həmin ünvanda 10000 manat pul almışdır. 23 iyun 2022-ci il tarixdə 900 manat pulu onun kart hesabına köçürmə üsulu ilə göndərmişdir. Daha sonra İkramın ev almasına köməklik edə bilməmiş, pulları isə şəxsi işlərinə xərclədiyi üçün qaytara bilməmişdir. Bundan sonra o, şəxsi işləri ilə əlaqədar olaraq 03 fevral 2023-cü il tarixdə Rusiya Federasiyasına getmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, “Zamin Əmlak” Oqtay Zərbəliyev tərəfindən yaradılmış və sonuncu tərəfindən fəaliyyət göstərmişdir. Şahid4, Şahid2, Şahid3 və qeyriləri isə orada işçi olmuşlar. Oqtay və işçilərinin ev alqı satqısı ilə əlaqədar problemləri yaranan zaman o, Azərbaycan Respublikasında olmuş və bu barədə məlumatı vardır. Lakin o, onların işlərinə qarışmamışdır. O, özü sərbəst formada fəaliyyət göstərmişdir. İkram 3000 manat və 10.000 manat olmaqla pulları nağd formada ona özünə vermişdir. 900 manat pulu isə kart hesabına atmışdır. Şahid2 verdiyi pullardan onun məlumatı olmamışdır. O, "xxxx" MMC-ni açıb yeni fəaliyyətə başlamış, şirkətin müqavilə blankları hələ hazır deyildir. Buna görə də bəzi müqavilələri “Zamin Əmlak”ın bianklarında hazırlamışdır. Hüquqi məsələlə Azərbaycan Respublikası Cinayət Məcəlləsi
32. Maddə 178.2.2 Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
33. Maddə 178.2.4 Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
34. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
35. Maddə 34.3. Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur.
36. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir
37. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
38. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
39. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
40. Maddə 59.1.14. Cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır.
41. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
42. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarı
43. Maddə 44.1.2 Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.
44. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
45. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
46. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
47. Maddə 134.3. Cinayət barədə şifahi ərizənin qəbulu, təqsirini boynuna almaqla könüllü gəlmə, tutulma, şəxslərə hüquq və vəzifələrini izah etmə protokolları faktı təsdiq edən sübut növü kimi istifadə oluna bilər.
48. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir
49. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
50. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
51. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi
52. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
53. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
54. Maddə 1113.1 Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.
55. Maddə 1113.2. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütanasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarı
57. Bənd 1. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
58. Bənd 2. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür.
59. Bənd 3. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.
60. Bənd 8. Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir.
Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışınını şərh edilməsinə dair 20 aprel 1999cu il tarixli qərarı
61. Azərbaycan Pespublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" dedikdə bir və ya bir neçə cinayətin törədilməsi üçün əvvəlcədən birləşmiş iki və yaxud daha çox şəxslərdən ibarət olan möhkəm cinayətkar qrup başa düşülməlidir; Mütəsəkkil dəstənin möhkəmliyini onun tərkibinin və təşkilati qurumlarının sabitliyi, üzvlərinin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi xarakterizə edir.
62. Mütəşəkkil dəstənin başqa cinayətkar qruplardan fərqləndirilməsi ucün istifadə edilə biləcək digər xüsusiyyətlərlə yanaşı, ilk növbədə aşagıdakı əsas xüsusiyyətlər nəzərə alınmalıdır: dəstədə təşkilatçı və ya başçının irəli sürülməsi və ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; cinayətin törədilmə planının işlənib hazırlanması və bunun üçün mükəmməl hazırlıq görülməsi; cinayət törədilməsində rolların böluşdürülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyəşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət yolu ilə əldə edilmiş mənfəətlərin qrupun strukturlarında olan mövqelərə uyğun bölüşdürülməsi.
Avropa Məhkəməsinin presedent hüququ:
63. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.
Məhkəmənin hüquqi dəyərləndirməsi
64. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs göstərilən məbləğlərdə pul vəsaitini zərərçəkmiş şəxslərdən alarkən məqsədi və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların aydınlaşdırılması və qiymətləndirilməsi onun əməllərinin tövsifində mühüm rol oynayır.
65. Məhkəmə istintaqında sübutların hərtərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə şirkətə müraciət edən Zərərçəkmiş şəxs1 Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş yaşayış binasından güzəştli ipoteka şərti ilə mənzil alınmasına köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 20000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, o, təkrarən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş yaşayış binasından ipoteka şərti ilə mənzil alınmasına köməklik göstərəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vəd verilməsini təşkil edib etibardan suiistifadə etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 30000 (otuz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, bundan başqa, o, təkrarən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Abşeron rayonu Masazır qəsəbəsi İsmət Qayıbov küçəsində yerləşən mənzilin ipoteka şərti ilə alınmasına köməklik göstərəcəyi barədə Zərərçəkmiş şəxs3 yalan vəd verib etibardan sui-istifadə etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 19953 (on doqquz min doqquz yüz əlli üç) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
66. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək bildirmişdir ki, zərərçəkmiş şəxslərə qarşı dəymiş zərər onun tərəfindən yetirilmiş, o başqa heç bir şəxslə əlbir olmamış və sövdələşməmiş, onun "Zamin Əmlak" daşınmaz əmlak agentliyi ilə hər hansı əlaqəsi olmamış, onun tərəfindən “Qaranti Əmlak” daşınmaz əmlak agentliyi təsis edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs ifadəsində "xxxx" daşınmaz əmlak agentliyini yeni yaratdığından həmin agentliyə məxsus blankların mövcud olmaması səbəbindən, müqavilə tələb edən vətəndaşlarla əqd bağlanan za “Zamin Əmlak” daşınmaz əmlak agentliyinin blanklarından istifadə etdiyini bildirmişdir. Onun tərəfindən törədilmiş cinayət əməllərində başqa şəxslərlə əlbirliyi olmamışdır. O, həmin cinayət əməllərini tək başına törətmişdir.
67. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadə iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə üst-üstə düşmüşdür. Bundan başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslər onlara dəymiş zərərin yalnız Zamin Abullayev tərəfindən vurulduğunu, başqa hər hansı şəxsin iştirakı olmadığını, ittiham aktında şahid qismində adı göstərilən şəxsləri tanımadıqlarını və görmədiklərini bildirmişlər.
68. Beləliklə məhkəmə bütün cinayət işi materiallarını, təqsirləndirilən şəxsin, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələrini birgə təhlil edərək ibtidai istintaq orqanın Təqsirləndirilən şəxs əməlinə dügzün hüquqi qiymət verilmədiyi qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsinin tərkibi, yəni mütəşəkkil dəstə tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməli törətməsi yoxdur.
69. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs mütəşəkkil dəstə halında dələduzluq cinayəti törətməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmayaraq bu hissədə qeyd edir ki, ibtidai istintaq orqanı mütəşəkkil dəstənin təşkilatçısı və ya başçısını, Təqsirləndirilən şəxs digər dəstə üzvləri ilə ümumi niyyətdə olmasını, cinayətin törədilməsi planının mövcudluğunu, cinayətin törədilməsində təqsirləndirilən şəxsin digər dəstə üzvləri ilə rollarının bölüşdürülməsi, cinayət yolu ilə ələ keçirilmiş mənfəətin bölüşdürülməsi və s halları müəyyən edə bilməmiş, həmçinin məhkəmə istintaqı zamanı da bu halların mövcudluğu sübuta yetrilməmişdir.
70. Həmçinin məhkəmə “Zamin Əmlak“ agentliyinə məxsus müqavilənin istifadəsi ilə bağlı qeyd edir ki, həmin müqavilədən istifadə edilməsi formal xarakter daşıyır və təqsirləndirilən şəxsin niyyəti qanunsuz əməlini rəsmi qaydada pərdələmək olmuş və bu halın mövcudluğu Təqsirləndirilən şəxs mütəşəkkil dəstə tərkibində cinayət törətməsi halını təsdiq edən sübut kimi qəbul edilə bilməz.
71. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, habelə qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir.
72. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir.
73. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
74. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilməlidir.
75. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır.
76. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın qismən ödənilməsini və bir nəfər zərərçəkmiş şəxslə barışmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. (qərarın 40,41-ci bəndi)
77. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
78. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
79. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır.
80. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 42-ci bəndi)
81. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 36,37,39-ci bəndi)
82. Məhkəmə yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində ədalətli cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
83. Təqsirləndirilən şəxs əvvəllər cinayət törətmədiyindən onun cəzasının çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 38-cı bəndi)
84. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. (qərarın 49,50-ci bəndləri)
85. İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş 37365 manat məbləğində mülki iddia qismən təmin edilməlidir.
86. Məhkəmə mülki iddanın həlli ilə bağlı məsələlər üzrə qeyd edir ki, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı mülki iddia vermiş, ona vurulmuş 30000 manat məbləğində maddi zərərin, həmçinin 7365 manat məbləğində mənəvi zərərin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsini xahiş etmişdir.
87. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 30000 (otuz min) manat məbləğində ziyan vurmaqla ələ keçirib dələduzluq etməsi öz təsdiqini tapmış, bununla da mülki iddianın maddi zərər hissəsində əsaslı olması tam sübuta yetirilmişdir. (qərarın 52,53,54,55-ci bəndi)
88. Məhkəmə mülki iddianı mənəvi zərər hissəsində qismən təmin edir və mənəvi zərərin 7365 manat təşkil etməsi ilə bağlı tələbi həddən artıq şişirdilmiş məbləğ hesab edərək, qərara alır ki, zərərçəkmiş şəxsin ibtidai və məhkəmə istintaqında yaşadığı stres, həyəcənla bağlı uğradığı mənəvi ziyanın həcmini 1000 manat qiymətləndirilməlidir. Bu səbədən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsə 1000 manat məbləğində mənəvi zərər dəydiyindən həmin məbləğ təqsirləndirilən şəxsdən tutulmalıdır.(qərarın 56cı bəndi)
89. İş üzrə maddi sübut, ekspertiza xərci olmaması və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyi nəzərə alınmalıdır.
90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş 37365 manat məbləğində mülki iddia qismən təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 30000 (otuz min) manat, mənəvi zərərin əvəzi olaraq isə 1000 (min) manat, ümumilikdə 31000 (otuz bir min) manat tutularaq mülki iddiaçıya ödənilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov