Məhkəmə qərarları › İş №1(101)-1221/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1221/2021

10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1221/2021 10.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, ev 25-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni sahədə nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi xalis çəkisi - 3,635 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi xalis çəkisi - 0,632 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə daşıyaraq üstündə saxlamış, 23 mart 2021-ci il tarixdə, saat 15:30 radələrində Xəzər RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni sahədə yerləşən yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş və həmin gün saat 17:10 radələrində Xəzər RPİ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd “Rothmons” markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan kağız borucuq, həmin siqaret qutusundakı kibrit qutusunun içərisindən şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümdə və siqaretin gümüşü kağızına bükülmüş 1 (bir) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,350 qram və 2,285 qram olan, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 3,635 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin kibrit qutusunda salfetkaya bükülmüş 1 (bir) ədəd bükümdə və ağ kağıza bükülmüş 1 (bir) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,031 qram və 0,601 qram olan, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 0,632 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metanfetamin qəbul etmişdir. O, narkotik vasitə və psixotrop maddələri üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən alaraq şəxsi istehlak üçün istifadə etmişdir. 21 mart 2021-ci il tarixdə o, bu üsulla narkotik vasitə heroin və psixotrop maddə metanfetamin əldə etmişdir. Lakin həmin vaxt onun ağrıları olmadığından o, əldə etdiyi narkotik vasitə və psixotrop maddələri istifadə etməmişdir. O, 23 mart 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin qarşısında olarkən mülki geyimli 2 (iki) nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitə və psixotrop maddələrin satışında şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nə dəvət etmişlər. Xəzər RPİ-də inzibati otaqların birində onun üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə baxış keçirilmişdir. Həmin vaxt onun üzərindən cəmi 1 (bir) büküm narkotik vasitə heroin və 1 (bir) büküm psixotrop maddə metamfetamin aşkar edilmişdir. Hər bir bükümdə olan maddənin çəkisi təxminən bir qram yarım olmuşdur. Onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmiş və sonra bu barədə protokol tərtib edilmişdir. O, tutulduğu gündən ibtidai istintaqın sonunadək üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin müstəntiq onun deidklərinə məhəl qoymadan və satışla bağlı heç bir sübut əldə etmədən onun üzərindən aşkarlanmış heroini və metamfetamini guya satış məqsədi ilə onun əldə etdiyini yazmışdır. O, bununla razı deyil. O, heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. O, heç kəslə narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı danışıq aparmamışdır. Onun üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddə ona məxsus olmuşdur. Lakin o, həmin vasitə və maddəni öz istifadəsi üçün almışdır. Onun narkotik vasitə və psixotrop maddələri satmaq kimi niyyəti olmamışdır. O, yalnız narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xəzər RPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 mart 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, “İsmixan” adlı şəxs narkotik vasitələrin qəbulu və istifadəsi ilə məşğul olmuşdur. Daxil olan əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı olmamışdır. Onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs yalnız narkotik vasitələrdən istifadə etməsi ilə bağlı olmuşdur. Onlar bu məsələni araşdıran zaman Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşadığını müəyyən etmişlər. 23 mart 2021-ci il tarixdə, saat 15:00 radələrində Türkan qəsəbəsində Yeni sahə adlanan yerdə onlar Təqsirləndirilən şəxs hərəkət etdiyini müəyyən etmişlər. O, əməliyat qrupuna daxil olan digər əməkdaş ilə birlikdə İsmixana yaxınlaşmışlar. Onlar əvvəlcə İsmixana özlərini təqdim edərək Xəzər RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər və bundan sonra İsmixanı Xəzər RPİ-nə dəvət etmişlər. İsmixan onlara heç bir etiraz etməyib onlarla birlikdə Xəzər rayon Polis İdarəsinə getmişdir. Onlar Polis İdarəsində Təqsirləndirilən şəxs Xəzər RPİ-nin baş müstəntiqi polis polkovnik-leytenantı Neman Şirinova təhvil vermişlər. Bundan sonra Xəzər Rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində müstəntiq Neman Şirinov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin, onun və əməliyyatda iştirak edən digər polis əməkdaşı Aslan Hikmətovun iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı əşya və predmet varsa təqdim edilməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd siqaret qutusunu, 1 (bir) ədəd boş dırnaq dəsti qabını və 1 (bir) ədəd alışqanı, əynində olan qara rəngli şalvarın cibindən isə 106 (yüz altı) manat pulu çıxarıb onlara təqdim etmişdir. Birinci siqaret qutsunun içərisindən siqaret dənələri, ikinci siqaret qutusunun içərisindən isə 1 (bir) ədəd kağız borucuq və 1 (bir) ədəd kibrit qutusu aşkarlanmışdır. Həmin kibrit qutusunun içərisindən isə 1 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, 1 (bir) ədəd salfetkaya bükülmüş kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə və 1 (bir) ədəd ağ kağıza bükülmüş kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükümlərin ikisinin içində “kakos” kimi tanınan narkotik vasitə heroinin və digər iki bükümün içində “şüşə” kimi tanınana psixotrop maddə metamfetaminin olduğunu, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini iki gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 30 (otuz) manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə və psixotrop maddələrə bənzər kütlələr qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuşdur. Sonra isə həmin protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Xəzər RPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 mart 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, “İsmixan” adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olur. Araşdırma zamanı məlum olmuşdur ki, “İsmixan” adlı şəxs xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, ev 25-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur və sonuncunun ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o və Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis polikovnik-leytenantı Şahid2 iştirak etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə getmişlər. Onlar orada müşahidələr aparmağa başlamışlar və saat 15:30 radələrində Türkan qəsəbəsi, Yeni sahədə Təqsirləndirilən şəxs hərəkət etdiyini müəyyən etdikdən sonra sonuncuya yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs Xəzər RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etməyib onlarla birlikdə Polis İdarəsinə getmişdir. Onlar Baş İdarədə olarkən Təqsirləndirilən şəxs Polis İdarəsinə gətirilməsi barədə rəhbərliyə raportla müraciət etmişlər və bundan sonra Təqsirləndirilən şəxs Xəzər RPİ-nin baş müstəntiqi polis polkovnik-leytenantı Neman Şirinova təhvil vermişlər. Sonra Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində müstəntiq Neman Şirinov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X3, onun və Şahid2 iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş və sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı əşya və predmet varsa təqdim edilməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd «Rothmons» markalı siqaret qutusunu, 1 (bir) ədəd boş dırnaq dəsti qabını və 1 (bir) ədəd alışqanı, əynində olan qara rəngli şalvarın şağ cibindən isə 106 (yüz altı) manat pulu çıxarıb onlara təqdim etmişdir. «Rothmons» markalı siqaret qutusunun birinin içərisindən siqaret dənələri, digərinin isə içərisindən 1 (bir) ədəd kağız borucuq və 1 (bir) ədəd kibrit qutusu aşkarlanmışdır. Həmin kibrit qutusunun içərisindən isə 1 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, 1 (bir) ədəd salfetkaya bükülmüş kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə və 1 (bir) ədəd ağ kağıza bükülmüş kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs qeyd olunan maddələrdən 2 (iki) ədəd bükümünün “kakos” deyilən narkotik vasitə heroin, digər 2 (iki) ədəd bükümünün isə “şüşə” deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin bildirmişdir ki, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 21 mart 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 30 (otuz) manat müqabilində aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr qablaşdırılaraq möhürlənmiş, sonra bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün həmin protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 8) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və onun ifşa olunması istiqamətində əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:30-da Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Sözügedən qərardan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına səbəb onun narkotik vasitələrin qəbulu ilə məşğul olması olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 25-26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və o, şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd «Rothmons» markalı siqaret qutusunu, 1 ədəd boş dırnaq dəsti qabını və 1 ədəd alışqanı, əynində olan qara rəngli şalvarın şağ cibindən isə 106 manat pulu çıxarıb təqdim etmişdir. 1 ədəd «Rothmons» markalı siqaret qutusunun içərisindən siqaret dənələri, 1 ədəd «Rothmons» markalı siqaret qutusunun içərisindən 1 ədəd kağız borucuq və 1 ədəd kibrit qutusu aşkarlanmışdır. Həmin kibrit qutusunun içərisindən isə 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə, 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə, 1 ədəd salfetkaya bükülmüş kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə və 1 ədəd ağ kağıza bükülmüş kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1162 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 34-37) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N° 43” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,350 qram, 2,285 qram, ümumi təmiz çəkisi 3,635 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,031 qram, 0,601 qram, ümumi təmiz çəkisi 0,632 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Kağız borucuqda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 50-51) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 mart 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-113/2021 saylı qərarından (cild 1, iş vərəqə 64-65) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 81) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2021-ci il tarixli, 1928 saylı məhkəmə-narkoloji ekspertizası rəyindən (cild 1, iş vərəqə 94-95) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1335 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 97-100) görünür ki, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 65” dairəvi möhür əksləri olan bir ədəd kağız paketə qablaşdırılmış üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,572 qram olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Digər iki ədəd bükümdə ümumi təmiz çəkisi 3,535 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2021-ci il tarixli Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 055-52039 saylı cavab məktubundan (cild 1, iş vərəqə 92) görünür ki, Təqsirləndirilən şəxs 23.02.2021-ci il tarixdən 23.03.2021-ci il tarixədək olan müddət ərzində telefon danışıqları əldə edilərək müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin iş üzrə əhəmiyyətli olan heç bir hal, yəni onun başqa şəxslərlə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə bağlı danışıq, o cümlədən yazışmalar aparması müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 107-113) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 3,455 qram təşkil edən narkotik vasitə heroinin və 0,552 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc otağına verilməsinin nəzərə alınması, habelə 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 123-124) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 91) görünür ki, Təqsirləndirilən şəxs haqqında yaşadığı yer üzrə mənfi halların baş verməsi və onun barəsində şikayətin daxil olması barədə məlumat yoxdur, başqa sözlə, o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 92) görünür ki, Təqsirləndirilən şəxs X5 ilə nikaha daxil olmuş, onların birgə nikahdan 2010-cu və 2012-ci il təvəllüdlü iki azyaşlı uşaqları var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2008-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 106) görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2008-ci il tarixdə X5 ilə nikaha daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 104) görünür ki, Təqsirləndirilən şəxs 07.03.2010-cu il tarixdə Röya adlı qızı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 105) görünür ki, Təqsirləndirilən şəxs 20.03.2020-ci il tarixdə Rahil adlı oğlu anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, məlum olmayan mənbədən, məlum olmayan növdə və çəkidə, habelə sayı məlum olmayan bükümlərdə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin onun qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etməsi öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə istintaqında onun narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz şəkildə əldə etdikdən sonra üzərində saxlayaraq daşıması da öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt, hansı növdə və çəkidə dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə bir neçə dəfə əməliyyat tapşırıqları verilsə də, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Bu səbəbdən də ibtidai istintaq orqanının Təqsirləndirilən şəxslə bağlı gəldiyi nəticə ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmişdir. Lakin 23 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd “Rothmons” markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd üzərində narkotik vasitə heroin izləri olan kağız borucuğun, həmin siqaret qutusundakı kibrit qutusunun içərisindən şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümdə və siqaretin gümüşü kağızına bükülmüş 1 (bir) ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,350 qram və 2,285 qram, ümumi təmiz çəkisi 3,635 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, eləcə də həmin kibrit qutusunda salfetkaya bükülmüş 1 (bir) ədəd bükümdə və ağ kağıza bükülmüş 1 (bir) ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,031 qram və 0,601 qram, ümumi təmiz çəkisi 0,632 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək göstərilmiş növdə və çəkidə narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmasını səmimi şəkildə etiraf etmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,632 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərinin, tutulma şəraitinin və tutulması üçün səbəblərin ayrı-ayrılıqda, habelə məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 23 mart 2021-ci il tarixdə tutulanadək onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması və narkotik vasitə/psixotrop maddələrlə bağlı qanunsuz “alqı-satqılarda” iştirak etməsi, habelə onun satış məqsədi ilə narkotik vasitələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Əksinə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etməsi və həmin vasitələrdən istifadə etməsi ilə bağlı olmasını bildirmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə olmamışdır. Bundan başqa, şahid qismində dindirilmiş polis əməkdaşı bildirmişdir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması əməliyyat yolu ilə yoxlanılsa da, bu fakt öz təsdiqini tapmamışdır. Yəni 23 mart 2021-ci il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs kiməsə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri satması barədə yoxlanılmış və dəqiq məlumat olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən 2 (iki) bükümdə külli miqdarda narkotik vasitə heroinin aşkarlanması özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 23.02.2021-ci il tarixdən 23.03.2021-ci il tarixədək olan dövrd ərzində telefon danışıqları əməliyyat yolu ilə yoxlanılsa da, telefon danışıqlarında onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, eləcə də onun kiməsə həmin maddələri satması və bu məqsədlə danışıqlar aparması, mesajlar alıb-göndərməsi ös təsdiqini tapmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 23 mart 2021-ci il tarixdə onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 3,635 qram təşkil edən narkotik vasitə heroinin və ümumi təmiz çəkisi 0,632 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitəni və ümumi təmiz çəkisi 0,632 qram təşkil edən psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə və ümumi təmiz çəkisi 0,632 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilməsi, habelə onda məhz üzərindən aşkar edilmiş vasitə və maddələrin sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyinin aşkar edilməsi bir daha ona dəlalət edir ki, o, üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddəni məhz öz şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinə gəldikdə isə məhkəmə belə hesab edir ki, 3,635 qram narkotik vasitə heroinin və 0,632 qram psixotrop maddə metamfetaminin çəkisi uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin bir neçə dəfəlik (bir neçə günlük) istifadə dozasını təşkil edir. Bundan başqa, onun üzərinə şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə və psixotrop maddələrdə istifadə etmək məqsədi ilə istifadə edilən borucuğun aşkar edilməsi də, ona dəlalət edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəsi olduğundan həmin narkotik vasitə və psixotrop maddəni məhz öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlayaraq daşımışdır. Belə ki, onun üzərindən aşkarlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsi daha ağlabatan və inandırıcıdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu aşkarlanmış narkotik vasitə və psixotrop maddələri öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Eyni zamanda təqsiriləndirilən şəxs 23 mart 2021-ci il tarixdə tutulduğu andan ibtidai istintaqın sonunadək, eləcə də məhkəmə istinaqında bildirmişdir ki, onun üzərindən aşkarlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini o, məhz şəxsi istifadəsi üçün əldə etmişdir. Hazırki cinayət işi üzrə şahid ifadəsi kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadəsi əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini, onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqında təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamı mübahisələndirərək onun heç vaxt narkotik vasitə və psixotrop maddələri satmadığını bildirmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş küli miqdarda narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizədə polis əməkdaşlarının rolunu yüksək qiymətləndirir. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə ən üst səviyyədə olmalıdır. Lakin cinayətkarlıqla mübarizə - şəxslərin təməl hüquqlarına, o cümlədən şəxslərin məhkəmə müdafiə hüququna xələl gətirməməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız şəkildə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi səhv nəticə olmaqla yanaşı, həmçinin kobud hüquq pozuntusudur. Bu səbəbdən də ibtidai istintaq orqanının təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin tövsifində yol verdiyi səhv və kobud hüquq pozuntusu məhkəmə qaydasında aradan qaldırılmalıdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək eyni məzmunlu ifadələr verərək ondan aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu, həmin vasitə və maddəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən edib təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ağır ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs tərətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, evli olmaqla yanaşı, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, habelə özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 mart 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan 15 aprel 2021-ci il tarixli, 1928 saylı məhkəmə-narkoloji ekspertizası rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,455 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 0,552 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 130 (yüz otuz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və qalıq çəkisi 3,455 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 0,552 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar