Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1221/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X1, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayədəsi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Müdafiəçi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, himayəsində azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lerik rayonu, Babakücə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə, saat 21 radələrində etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balaxanı-Mehdiabad avtomobil yolunun Balaxanı qəsəbəsi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, hərəkət istiqamətlərini ayıran ağ bütöv üfüqi nişanlama xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxarmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli olduğu halda, bunlara əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etdiyi avtomobili qarşı, yəni avtomobil yolunun Mehdiabad qəsəbəsi istiqamətində olan hərəkət zolağına çıxarmaqla, qarşıdan gələn Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaradıb avtomobil yolunun Mehdiabad qəsəbəsi istiqamətində mərkəzdən 1 metr sağa doğru məsafədə toqquşaraq alınmış zərbədən “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində yaranan dağılmalar nəticəsində mühərrik bölməsinin elektrik qurğularında elektrik təbiətli qəza halının yaranmasından və ya yüksək temperatura qədər qızmış mühərrikin səthlərinin üzərinə alışqan maddənin (yanacağın) tökülməsi nəticəsində alışmasından yanğın avtomobilin mühərrikinin salona yaxın hissəsindən yanar materialın səthi ilə yüksələn xətt istiqamətində genişlənib salon və arxa hissəsinə inkişaf edərək sürücü Zərərçəkmiş şəxs aldığı bədən səthinin ümumilikdə 90-95%-nin İİİ-İV dərəcəli termiki yanığı nəticəsində ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hadisə günü avtomobili ilə Balaxanı yolu ilə üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olmuşdur. Qarşıdan gələn «VAZ 2105» markalı avtomobilin idarə etməni itirərək üzərinə gəldiyini görmüşdür. «VAZ 2105» markalı avtomobillə toqquşmamaq üçün sükanı sağ istiqamətə çevirmişdir. Avtomobili sükanını sağ istiqamətə çevirəndə dərəyə düşəcəyini gördüyü üçün sükanı yenidən sola tərəf çevirmişdir. Avtomobilin sükanını sola çevirəndə isə «VAZ 2105» markalı avtomobillə qoşa xəttin üzərində toqquşmuşlar. «VAZ 2105» markalı avtomobilin arxasında gələn «Mercedes Benz C180» markalı avtomobil «VAZ 2105» markalı avtomobilə dəyərək sonuncunu çevirmişdir. «Mercedes Benz C180» markalı avtomobil «VAZ 2105» markalı avtomobilə dəyib çevirdikdən sonra da onun avtomobilinə dəymişdir. O, suallara cavab olaraq bildirmişdir ki, toqquşma baş verdikdən sonra nə baş verdiyini görməmiş, onu avtomobildən köməkliklə çıxartmışlar. İbtidai istintaqda da məhkəmə istintaqında verdiyi kimi ifadə vermişdir. Qəza zamanı avtomobildə tək olmuşdur. Onun avtomobilinin qapısı açılmamışdır. Onu avtomobildən çıxardanda avtomobillər artıq yanırdılar. “VAZ 2105” markalı avtomobil onun üzərinə hərəkətdə olduğu vaxt sükanı sağa çevirmişdir. Avtomobilinin sükanını sağa çevirəndə dərəyə düşəcəkdi, ona görə də, sükanı sol istiqamətə çevirmişdir. “VAZ 2105” markalı avtomobillə qoşa xəttin üzərində toqquşmuşlar. Baş verən qəza ilə bağlı müstəntiq tərəfindən tərtib olunmuş sxemlə tanış olmuş, sxem doğru olmuş, imza etmişdir. “VAZ 2105” markalı avtomobillə toqquşandan sonra “VAZ 2105” öz hərəkət zolağında yan üstə çevrilmiş, onun isə avtomobilinin qabaq qarşı tərəfin hərəkət zolağına keçmişdir. “Mercedes Benz C180» markalı avtomobil «VAZ 2105» markalı avtomobilə dəyib sonuncunu çevirdikdən sonra da onun avtomobilinə dəyib onun avtomobilini Balaxanı istiqamətinə çevirmişdir. Hadisə məhkəmə istintaq zamanı verdiyi ifadədəki kimi baş vermişdir. “Mercedes Benz C180» markalı avtomobil 1-ci «VAZ 2105» markalı avtomobillə toqquşmuş, daha sonra isə onun avtomobili ilə toqquşmuşdur. VAZ 2105 markalı avtomobilin aşmasına səbəb “Mercedes Benz C180» markalı avtomobilin sonuncu ilə toqquşması olmuşdur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, “Vaz 2105” markalı avtomobil sağsol hərəkət etmiş və o da çaşaraq tək xətdən sonuncunun yoluna çıxmışdır. Balaxanı qəsəbəsindən Koroğlu istiqamətinə hərəkət edirdi. İdarə etdiyi avtomobilin sol tərəfi “Vaz 2105” avtomobilinin sol tərəfinə dəymişdir. İdarə etdiyi avtomobillə “Vaz 2105” avtomobil toqquşduqdan sonra “VAZ 2105” avtomobilin arxası onun yoluna düşmüşdür. “Vaz 2105” avtomobil ilə toqquşduqdan sonra arxadan gələn “Mercedes C180” markalı avtomobil əvvəlcə “VAZ 2105” markalı avtomobili vurmuş və sonuncu yolun bir tərəfinə çevrilmişdir, sonra onun idarə etdiyi avtomobili də vuraraq yolun digər tərəfinə atmışdır. Toqquşmadan əvvəl “Mercedes C180” markalı avtomobili görmüşdür. “Mercedes C180” markalı avtomobillə aralarındakı məsafə 15-20 metr olardı. Hadisə baş verən kimi idarə etdiyi avtomobil tüstülənməyə başlamış və özündə olmadığı üçün onu çıxarmışlar. Zərərçəmiş şəxsin yaxınlarına maddi və mənəvi dəstək etmişlər. Hadisə baş verən tarixdə sürücülük vəsiqəsinin müddəti bitmişdir. Sürücülük vəsiqəsinin müddətinin bitdiyini hadisə baş verəndən sonra bilmişdir. “VAZ 2105” markalı avtomobil onun zərbəsi ilə çevrilməmişdir. İbtidai istintaqda da indi verdiyi ifadəni vermişdir. “VAZ 2105” markalı avtomobil “Mercedes C180” markalı avtomobilin zərbəsi ilə çevrilmişdir. “VAZ 2105” markalı avtomobil çaşaraq sağ-sol manevrlər etmişdir. “VAZ 2105” markalı avtomobilin yanmağa başlamağını xatırlamır. Avtomobil qəzası ani olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni yarımçıq oxumuşdur. İbtidai istintaq zamanı verdiyi ifadədə “VAZ 2105” markalı avtomobilin çevrilməsi ilə bağlı hissəni oxumamışdır. İbtidai istintaq zamanı “VAZ 2105” markalı avtomobilin onun zərbəsi ilə çevrildiyini bildirməmişdir. İdarə etdiyi avtomobillə “VAZ 2105” markalı avtomobil toqquşduqdan sonra “Mercedes C180” markalı avtomobil əvvəlcə “VAZ 2105” markalı avtomobili vurmuşdur. “Lada” markalı avtomobilin sol hissəsi ilə idarə etdiyi avtomobilin sol hissəsi toqquşmuş və daha sonra “Mercedes C180” markalı avtomobil “Lada” markalı avtomobili vurub aşırmışdır. “Vaz 2105” markalı avtomobillə toqquşduqdan sonra sonuncunun hərəkət etdiyi yolda perpendikulyar formada və üz-üzə dayanmışlar. Daha sonra “Mercedes C180” markalı avtomobil gəlib həm o olduğu avtomobili, həm də “Vaz 2105” markalı avtomobili vurmuş və zərbənin təsirindən “Vaz 2105” markalı avtomobil aşmışdır. O, himayəsində az yaşlı uşağının olmasının nəzərə alınaraq ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 04 ildir ki, nəqliyyat vasitəsi idarə edir, “BC” kateqoriyalı sürücülük vəsiqəsinin olmasına baxmayaraq hal-hazırda vəsiqəsinin müddəti bitmiş, vəsiqəni yeniləməyi unutmuşdur. İş yoldaşı olan Şahid4 məxsus “Mersedes Benz E270 minik” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. 30 aprel 2023-cü il tarixdə, saat təxminən 21 radələrində idarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Balaxanı yolu ilə üzü Böyük Şor gölü istiqamətində 60-70 km/saat sürətlə hərəkət etmiş, həmin vaxt yolun əks istiqamətində hərəkət edən “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil sol-sağ manevrlər etdiyi üçün o, həmin avtomobilin onun üzərinə gələcəyini düşünüb idarəetməni itirmiş, bunun nəticəsində həmin avtomobillə yolun əks hissəsinin təxminən 1 metr içərisində toqquşmuşdur. Həmin toqquşmanın nəticəsində idarə etdiyi avtomobil yolun əks hissəsinə dönmüş, vurmuş olduğu avtomobil “VAZ 2105” markalı, **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sağ yanıüstə çevrilib yolun kənarına yaxın çıxmışdır. Bu zaman gözləmədiyi bir anda idarə etdiyi avtomobilin sağ yan hissəsindən “Mercedes C180” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil vurub onun idarə etdiyi avtomobilin istiqamətini tam olaraq Binəqədi rayonu, Balaxanı yolu ilə üzü Mehdiabad qəsəbəsi istiqamətinə döndərmiş və sağ yanıüstə yolun kənarına çıxmış “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətində hərəkəti dəyişib həmin avtomobili tam olaraq yolun kənar hissəsinə çıxarmışdır. “VAZ 2105” markalı, **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobil yanmağa başladıqdan sonra avtomobildən çıxan alov ilk öncə “Mercedes C180” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra “Mercedes E270” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçmişdir. Həmin yanğın nəticəsində “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü vəfat etmişdir. O, hadisədən əvvəl içki və ya psixotrop maddə qəbul etməmişdir. Hadisə zamanı xəsarət almamış, bu səbəbdən də tibbi-ekspertiza müayinəsindən keçmək istəmədiyini bildirmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin olmamışdır. İdarə etdiyi avtomobildə hadisə zamanı hər hansı bir yük olmamışdır. Onun idarə etdiyi avtomobildə heç bir problem və texniki nasazlıq olmamışdır. Hadisə zamanı hava qaranlıq, yol örtüyü asfalt olmaqla, quru olmuşdur. Hadisə zamanı onun idarə etdiyi avtomobilin sürəti təxminən 60-70 km/saat olmuşdur. “VAZ 2105” markalı, **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobillə hərəkət etdiyi zaman solsağ manevrlər etdiyindən o, həmin avtomobilin onun üzərinə gələcəyini düşünüb özünü itirmiş, “VAZ 2105” markalı avtomobil öz hərəkət zolağına qayıtdıqda o, həmin avtomobilin hərəkət zolağına daxil olmuş və toqquşma baş vermişdir. “VAZ 2105” markalı avtomobil öz hərəkət zolağına qayıtdıqdan təxminən 5 metr sonra həmin avtomobillə idarə etdiyi avtomobil toqquşmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 göstərmişdir ki, hadisə baş verən vaxt orada olmamışdır. qardaşı zəng edərək qəza olduğunu bildirmiş, saat 12-yə işləmiş olardı. Qardaşının ölümünü polis idarəsində bilmişdir. Bildiyinə görə, birinci toqquşma olandan sonra arxadan gələn avtomobil vuraraq “VAZ 2105” markalı avtomobili aşırmışdır. Mərhum yanarkən digər avtomobildə olan şəxslər kömək edə bilərmiş, ancaq etməmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, hadisəni bilib polis idarəsinə gələrkən qəza olan yerdən keçmiş və orda heç nə olmamışdır. Həm “Mercedes Benz E270” markalı avtomobildə, həm də “Mercedes C180” markalı avtomobildə olan şəxslər mərhum yanarkən kömək edə bilərdilər. Hadisə yerində olan şəxslər “VAZ 2105” markalı avtomobildən çığırtı səslərinin gəldiyini bildirmişlər. Qəza ilə bağlı bildikləri təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi ilə üst-üstə düşür. Təqsirləndirilən şəxs tərəfdən onlara üzrxahlığa gəlmişlər və dəstək olmuşlar. Təqsirləndirilən şəxsdən hər hansı şikayəti, tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışlar. “VAZ 2105” markalı avtomobilin “Mercedes Benz E270” markalı avtomobilin üzərinə gəldiyini “Mercedes C180” markalı avtomobilin sürücüsündən eşitmişdir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi-Balaxanı yolu ilə Mehdiabad istiqamətində “Mercedes C180” markalı avtomobillə 65-70 sürətlə hərəkət edirdi. Qabağında 14-15 metr məsafə ilə “VAZ 2105” markalı avtomobil hərəkət edirdi. Qarşıdan gələn “Mercedes Benz E270” markalı avtomobil onların yoluna çıxaraq “VAZ 2105” markalı avtomobillə toqquşmuşdur. O, əyləcdən istifadə etməyinə baxmayaraq idarə etdiyi avtomobili saxlaya bilməmiş və “Mercedes Benz E270” markalı avtomobilə vurmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil yolun kənarına sürüşmüşdür. Dostları ilə o, qorxularından düşüb kənara qaçmışlar və yanğın başladığını görmüşlər. O, suallara cavab olaraq bildirmişdir ki, “VAZ 2105” markalı avtomobilin sağ-sol hərəkətlər etməyini görməmişdir. Qəza onun getdiyi yol istiqamətində baş vermişdir. “VAZ 2105” markalı avtomobil öz yolunda hərəkət edirdi. Qarşıdan gələn “Mercedes Benz E270” markalı avtomobil çaşaraq onların yola çıxmışdır. Qəza baş verərkən qabağı ilə hərəkət edən “VAZ 2105” markalı avtomobillə ara məsafələri 6-7 metr olardı. “Mercedes Benz E270” markalı avtomobil və “VAZ 2105” markalı avtomobil toqquşduqda zərbənin təsirindən “Mercedes Benz E270” markalı avtomobil o, hərəkət etdiyi yolda Mehdiabad istiqamətinə dönmüşdür. “VAZ 2105” markalı avtomobil hərəkət etdiyi istiqamətdə yolun sağ kənarına çıxıb sağ tərəfi üstə aşmışdır. Əyləcdən istifadə etsə də idarə etdiyi avtomobili saxlaya bilməmiş və “Mercedes Benz E270” markalı avtomobilin sağ qanad hissəsinə dəymişdir. Bu zərbənin təsirindən hərəkət etdiyi yolun sağ kənarına, “VAZ 2105” markalı avtomobil tərəfə sürüşsə də sonuncuya toxunmamışdır. İdarə etdiyi avtomobil “Mercedes Benz E270” markalı avtomobili vurana qədər yanğının başlayıb-başlamadığını xatırlamır. İlk yanğın “VAZ 2105” markalı avtomobildən başlamışdır. Yanğın sonra onun avtomobilinə və daha sonra “Mercedes Benz E270” markalı avtomobilə keçmişdir. Hava qaranlıq idi deyə yanğın baş verərkən “VAZ 2105” markalı avtomobilin içərisində kimlərinsə olduğunu görməmişdir. O, “Mercedes Benz E270” markalı avtomobili vurduğunu xatırlayır. O, xatırladığına görə “Mercedes Benz E270” markalı avtomobil ilə “VAZ 2105” markalı avtomobil toqquşduqdan sonra “VAZ 2105” markalı avtomobili artıq aşmışdır. Polis əməkdaşları onlar hadisə yerində olarkən gəlmişlər. Hadisə olan yerdə polislərə danışdıqlarını xatırlamır. “VAZ 2105” markalı avtomobil sağ-sol hərəkət etdiyini görməmişdir. Zərərçəkmiş şəxsin evinə getdiyi zaman burda danışdıqlarını danışmışdır. “VAZ 2105” markalı avtomobilə toxunduğunu hiss etməmişdir. “VAZ 2105” markalı avtomobil “Mercedes Benz E270” markalı avtomobillə toqquşduqdan sonra aşmışdır. Əyləcdən istifadə etməyinə baxmayaraq idarə etdiyi avtomobili saxlaya bilməmiş və “Mercedes Benz E270” markalı avtomobili dayanmış vəziyyətdə vurmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlar hərəkət etdikləri avtomobillə Binəqədi rayonu, Balaxanı yolu ilə gedirmişlər. Qabaqları ilə “Lada” markalı avtomobil hərəkət etmişdir. Qarşıdan gələn “Mercedes Benz E270” markalı avtomobil onların hərəkət etdikləri yola çıxaraq qabaqlarında hərəkət edən “Lada” markalı avtomobillə toqquşmuşlar. “Lada” markalı avtomobil yolun sağına aşmış, “Mercedes Benz E270” markalı avtomobil isə yolun ortasında fırlanaraq dayanmışdır. Onlar hərəkət etdikləri avtomobillə “Mercedes Benz E270” markalı avtomobili vurmuşlar. O, suallara cavab olaraq bildirmişdir ki, “Lada” markalı avtomobilin hansı model olduğunu və rəngini xatırlamır. Qabaqları ilə “Lada” markalı avtomobil hərəkət etmişdir. Onların hərəkət etdikləri avtomobili Şahid1 idarə etmişdir. Onlar Mehdiabad qəsəbəsi istiqamətində hərəkət etmişlər. Balaxanı-Mehdiabad yolunda olan buruqlardan sonra düz yolda hadisə baş vermişdir. Hərəkət etdikləri avtomobilin qabaq oturacağında əyləşmişdir. Hərəkətdə olarkən “Lada” markalı avtomobillə aralarında “bir avtomobil” uzunluğu qədər məsafə olardı. Məsafəni metrlə göstərməyi bacarmır. Hərəkət etdikləri avtomobilin sürəti saatda təxminən 60-65 km olardı. Qarşıdan gələn “Mercedes Benz E270” markalı avtomobil onların hərəkət etdikləri yola çıxanda işıqlarını görmüş və “Lada” markalı avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Bu toqquşmadan “Lada” markalı avtomobil yolun sağ tərəfinə aşmışdır. Həmin vaxt olduğu avtomobildə əyləcdən istifadə olunmasına baxmayaraq “Mercedes Benz E270” markalı avtomobilin ön hissəsindən vurmuşlar. “Mercedes Benz E270” markalı avtomobillə Lada markalı avtomobil toqquşub dayandıqdan sonra onlar arasında məsafə zalda müəyyən məsafə göstərərək təxminən 2- 3 metr olardı. “Lada” markalı avtomobil aşmış vəziyyətdə bir hissəsi ehtiyat yolda, bir hissəsi də əsas yolda idi. “Mercedes Benz E270” markalı avtomobil fırlanıb onların hərəkət etdikləri yolun ortasında və istiqaməti Mehdiabad qəsəbəsi tərəf dayanmışdır. Onlar hərəkət etdikləri avtomobilin “Lada” markalı avtomobilə heç bir toxunuşu olmamışdır. Qəza olduqdan sonra avtomobildən çıxıb kənara qaçmışlar və “Lada” markalı avtomobil yanır deyə çığırmışlar. Sağa baxmış və “Lada” markalı avtomobilin yanmağa başladığını görmüşdür. Külək də var idi deyə yanğın daha da artmışdır. Yanğın qəzadan 1 dəqiqə keçməmiş başlamışdır. O, avtomobildən düşəndə artıq yanğın başlamışdır. Onlar hərəkət etdikləri avtomobildə o, Şahid1 və Şahid3 olmuşdur. Hər üçü də avtomobildən düşəndə artıq yanğın başlamışdır. Yanğın “Lada” markalı avtomobilin motor tərəfinin sürücü istiqamətində olan hissəsindən başlamışdır. “Lada” markalı avtomobil aşarkən Mehdiabad qəsəbəsi istiqamətində olmuşdur. Qəza baş verəndən sonra “Lada” markalı avtomobillə onların olduqları avtomobilin arasında məsafə qapını rahat açıb düşəcəyi qədər olmuşdur. “Lada” markalı avtomobildə başlayan yanğın “Mercedes C180” markalı avtomobilə, daha sonra “Mercedes Benz E270” markalı avtomobilə keçmişdir. “Lada” markalı avtomobildən kömək istəyən və ya hər hansı başqa səs eşitməmişdir. “Lada” markalı avtomobilin manevrlər etdiyini görməmişdir. Zərərçəkmiş şəxsin yanmamışdan əvvəl avtomobildən hər hansı əşyaları çölə atmasını görməmişdir. Hadisə baş verən ərəfədə Abşeron rayon, Goradil kəndində olan bağ evlərinə gedirdilər. Onlar hərəkət etdikləri avtomobilin sürəti saatda 60-65 km olardı. Qəza düz olan yolda baş vermişdir. “Mercedes Benz E270” markalı avtomobil onların hərəkət etdikləri yola çıxarkən işıqlarını görmüşdür. Axşam saat 21:00 olardı və avtomobilin işıqlarını yandırmışlar. “Mercedes Benz E270” markalı avtomobil “Lada” markalı avtomobillə toqquşmuş və sağ yanı üstə aşmışdır. Onlar hərəkət etdikləri avtomobillə “Mercedes Benz E270” markalı avtomobili vurduqdan sonra “Lada” markalı avtomobildən daha çox “Mercedes Benz E270” markalı avtomobilə yaxın dayanmışlar. Onlar hərəkət etdikləri avtomobillə sadəcə “Mercedes Benz E270” markalı avtomobilə toxunuş olmuş, “Lada” markalı avtomobilə heç bir toxunuş olmamışdır. “Lada” markalı avtomobilin manevrlər etdiyini görməmişdir. Qəzadan sonra özlərinə gəldikdə artıq gec olmuş və yanğın başlamışdır. Toqquşmadan dərhal sonra yanğın başlamışdır. Qəza baş verəndən sonra “Lada” markalı avtomobillə onların olduqları avtomobilin arasında məsafə qapını rahat açıb düşəcəyi qədər olmuşdur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin bildirdiyi ifadə doğru deyil, onların olduqları avtomobil “Mercedes Benz E270” markalı avtomobili vurduqdan əvvəl “Vaz 2105” markalı avtomobil aşmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, idarə etdiyi tikintidə pompa fəaliyyəti üçün istifadə edilən “Mercedes” markalı avtomobillə öndə, arxada iş yoldaşı beton qarışdıran avtomobillə və sonuncunun arxasında Təqsirləndirilən şəxs “Mercedes Benz E270” markalı avtomobillə Binəqədi rayonu, Balaxanı istiqamətində hərəkət etmişlər. Bu zaman səs eşitmiş və maşını sağa çıxarıb saxlamışdır. Qəza baş verən yerə getmiş və görmüşdür ki, artıq “VAZ 2105” markalı avtomobil yanır. “VAZ 2105” markalı avtomobildə başlamış yanğın digər iki avtomobilə də keçmiş və sonuncular da yanmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, o, idarə etdiyi “Mercedes” markalı avtomobillə öndə, arxada iş yoldaşı beton qarışdıran avtomobillə və sonuncunun arxasında Təqsirləndirilən şəxs “Mercedes Benz E270” markalı avtomobillə Binəqədi rayonu, Balaxanı istiqamətində hərəkət etmişlər. Onunla iş yoldaşının idarə etdiyi beton qarışdıran avtomobilin arası 100 metr olardı. İş yoldaşı idarə etdiyi beton qarışdıran avtomobillə Təqsirləndirilən şəxs arası 30-50 metr olardı. Qarşıdan gələn avtomobilə fikir vermədiyi üçün sonuncunu görməmişdir. Qəza baş verməyini güzgüdə görməmiş, yalnız səsini eşitmişdir. İdarə etdiyi avtomobili sağ tərəfdə saxlayıb qəza olan yerə 5 dəqiqəyə gəlmişdir. Qəza olan yerə çatanda artıq “VAZ 2105” markalı avtomobil yanırdı. Qəzadan sonra “Mercedes Benz E270” və “Mercedes C180” markalı avtomobillərin və “VAZ 2105” markalı avtomobil isə sağ tərəfinə aşmış vəziyyətdə istiqaməti Mehdiabad qəsəbəsi tərəfə yönəlmişdir. Qəzadan sonra hər üç avtomobil bir-birinə söykənmiş vəziyyətində olmuşdur. O, qəza baş verən yerə gələndə “VAZ 2105” markalı avtomobildə artıq yanğın başlamış və digər iki avtomobil də o, orda olarkən yanmağa başlamışdır. Hadisə yerində Təqsirləndirilən şəxs görmüş və özündə olmamışdır. Hadisə olan zaman hava qaranlıq olduğu üçün qəza olan yerdə nəyinsə yolda olub-olmamasına fikir verməmişdir. Hadisə yerinə əvvəlcə polis əməkdaşları, daha sonra yanğınsöndürən avtomobil, ondan sonra isə Təcili tibbi yardım avtomobili gəlmişdir. Əvvəlcə hadisə yerindən Binəqədi RPİ-yə aparılmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs və Şahid1 ilə hadisə yerinə baxış keçirdiyi vaxt o, polis əməkdaşlarının avtomobilində olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Qəza olan yer ilə avtomobili saxladığı yer arasında məsafə 150 metr olardı. Qəzadan sonra hər üç maşının istiqaməti Mehdiabad qəsəbəsi tərəfə olmuşdur. O, qəza baş verən yerə çatanda artıq “VAZ 2105” markalı avtomobildə yanğın başlamışdır. Yanğının avtomobilin hansı hissəsindən başladığını xatırlamır. “VAZ 2105” markalı avtomobilə kömək üçün yaxınlaşmaq istəsə də partlayış baş verirdi deyə yaxınlaşa bilməmişdir. Yanğın “VAZ 2105” markalı avtomobildən əvvəlcə “Mercedes C180” markalı avtomobilə, daha sonra “Mercedes Benz E270” markalı avtomobilə keçmişdir. “VAZ 2105” markalı avtomobil yanarkən hər hansı səs eşitməmişdir. “Mercedes C180” markalı avtomobilin hər iki, sağ və sol tərəfi əzilmişdir. “Mercedes Benz E270” markalı avtomobilin isə sürücü tərəfi çox əzilmişdir. Hadisə yerinə yanğınsöndürən çatanda artıq “VAZ 2105” markalı və “Mercedes C180” markalı avtomobil yanmış, “Mercedes Benz E270” markalı avtomobilin isə bir hissəsi yanmışdır. Hadisə baş verməmişdən əvvəl idarə etdiyi avtomobilin sürəti 60-70 km/saat olardı. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürəti isə təxminən saatda 50 km olardı. Hadisə zamanı beton qarışdıran avtomobili idarə edən iş yoldaşı Vidadinin qəzanı daha yaxşı görə bildiyini düşünür. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, qəza baş verməyinin səsini eşitmiş və Təqsirləndirilən şəxs da ona zəng etmişdir. O, qəzanı görməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Atatürk Universitetində tibb fakültəsinin 3-cü kurs tələbəsidir, təhsilini Türkiyə Respublikasında alır, təxminən 04 ildir ki, Şahid1 tanıyır, sonuncu onun dostudur, sonuncu ilə münasibəti normal olmuş, bu günə qədər aralarında hər hansı problemləri olmamışdır. 30 aprel 2023-cü il tarixdə, saat təxminən 21 radələrində Şahid1 idarə etdiyi “Mercedes C180 minik” **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Balaxanı yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olmuşlar. O, sürücünün yanında olan oturacaqda əyləşmişdir. Həmin vaxt qarşılarında olan “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil də təxminən onlarla eyni sürətdə hərəkət etmiş, həmin avtomobillə onların olduğu avtomobil arasında normal məsafə aralığı olmuşdur. Bu zaman qarşı əks hərəkət zolağından gələn “Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun əks istiqamətinə, yəni “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxması nəticəsində həmin “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sonra “Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətini dəyişib yolun əks istiqamətində, yəni Mehdiabad qəsəbəsi istiqamətində dayanmış, “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Mehdiabad qəsəbəsi istiqamətində yolun sağ tərəfində sağ yanıüstə aşaraq dayanmışdır. Elvin hadisəni görüb əyləci sıxmasına baxmayaraq “Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanad hissəsindən vurmuş, sonra avtomobilin istiqaməti sağa doğru dəyişərək aşmış vəziyyətdə olan “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmışdır. Həmin zaman “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanmasını görüb o, Şahid1 və Şahid2 avtomobildən yerə enib kənara keçmişlər. Həmin avtomobil yanmağa başladıqdan sonra avtomobildən çıxan alov ilk öncə Elvinin idarə etdiyi avtomobilə, daha sonra “Mercedes E270” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçmişdir. Həmin yanğın nəticəsində “VAZ 2105” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü vəfat etmişdir. Hadisə zamanı o, özü heç bir xəsarət almamışdır. Həmin zaman ondan başqa Şahid2 də avtomobildə olmuşdur. Dayanmış vəziyyətdə olan “Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanad hissəsindən dəydikdən sonra sağa doğru istiqaməti dəyişib dayanmışdır. “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməmişdir. “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil həərkətdə olarkən sol-sağ manevrlər etməmiş, öz hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində yaşadığı evdə olarkən qardaşı X5 onun istifadəsində olan mobil nömrəyə zəng edərək qardaşları Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi törətməsini, dərhal qardaşının yaşadığı evə gəlməyini söyləmişdir. O da yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs yaşadığı evə gəlmiş, İmranla görüşmüş, İmran ona qardaşları Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi törətməsini, Anarın istifadəsində olan mobil nömrəyə zəng etdiyi zaman polis əməkdaşının telefona cavab verib bu barədə İmrana bildirməsini, bu səbəbdən Binəqədi RPİ-nə getməli olduqlarını bildirmişdir. Bundan sonra qardaşı İmranla birlikdə Binəqədi RPİ-nə gəlmişlər, polis idarəsində olarkən polis əməkdaşları onlara yol-nəqliyyat hadisəsi nəticəsində qardaşları Zərərçəkmiş şəxs idarə etmiş olduğu avtomobilin yanmasını, nəticədə qardaşı Zərərçəkmiş şəxs ölməsini söyləmişlər. O və qardaşı İmran da bu barədə həmin zaman bilmişlər. X4 bildirmişdir ki, o, hadisənin baş verməsi ilə bağlı heç nə söyləyə bilməmiş, hadisə zamanı orada olmamış, hadisə barədə Binəqədi rayon polis idarəsində olduğu zaman məlumatı olmuşdur. Həmin avtomobili qardaşı Anar 2022-ci ilin dekabr ayında pul ödəyərək almış, həmin zaman da həmin avtomobilə sərəncam verilməsi ilə bağlı qardaşı Anara etibarnamə verilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 01 ildir ki, nəqliyyat vasitəsi idarə edir. Təxminən 01 ildən artıqdır ki, atası X6 məxsus “Mersedes Benz C180 minik” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, avtomobili idarə etmək üçün “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. 30 aprel 2023-cü il tarixdə, saat təxminən 21 radələrində idarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Balaxanı yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində 65-70 km/saat sürətlə hərəkət etmiş, həmin vaxt qarşısında “VAZ 2105” markalı, **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobil də təxminən onunla eyni sürətdə hərəkət etmiş, həmin avtomobillə onun idarə etdiyi avtomobil arasında normal məsafə aralığı olmuşdur. Bu zaman qarşı əks hərəkət zolağından gələn “Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun əks istiqamətinə, yəni “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxması nəticəsində həmin avtomobillə toqquşmuş, toqquşmadan sonra “Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətini dəyişib yolun əks istiqamətində, yəni Mehdiabad qəsəbəsi istiqamətində dayanmış, “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Mehdiabad qəsəbəsi istiqamətində yolun sağ tərəfində sağ yanıüstə aşaraq dayanmışdır. Həmin zaman o, idarə etdiyi avtomobildə əyləcdən istifadə etmiş, lakin avtomobili saxlaya bilməyib “Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanad hissəsindən vurmuş, sonra avtomobilin istiqaməti sağa doğru dəyişərək aşmış vəziyyətdə olan “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmışdır. Həmin zaman “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanmasını görüb o və idarə etdiyi avtomobildə olan sərnişinlər Şahid2 və Şahid3 avtomobildən yerə enib kənara keçmişlər. Həmin avtomobil yanmağa başladıqdan sonra avtomobildən çıxan alov ilk öncə onun avtomobilinə, daha sonra “Mercedes E270” markalı **-RB- *** dövlət qeydiyyat nişanlı avtomobilə keçmişdir. Həmin yanğın nəticəsində “VAZ 2105” markalı **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü vəfat etmişdir. Hadisə zamanı o, özü heç bir xəsarət almamışdır. Avtomobildə hadisə zamanı hər hansı bir yük olmamışdır. Şahid1 bildirmişdir ki, o, hadisədən əvvəl spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almamış, hadisə zamanı avtomobildə tək olmamış, həmin zaman Şahid2 və Şahid3 də olmuşdur. İdarə etdiyi avtomobildə heç bir problem və texniki nasazlıq olmamış, hadisə zamanı hava qaranlıq, yol örtüyü asfalt olmaqla, quru olmuşdur. Hadisə zamanı onun idarə etdiyi avtomobilin sürəti təxminən 65-70 km/saat olmuşdur. “Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında toqquşduqdan sonra “Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqaməti dəyişərək yolun Mehdiabad qəsəbəsi istiqamətinə doğru dayanmış, “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil də toqquşmadan sonra Mehdiabad qəsəbəsi istiqamətində yolun sağ tərəfində sağ yanıüstə aşmış, o, həmin avtomobillərin toqquşmasını gördükdə əyləci sıxmış, lakin idarə etdiyi avtomobil “Mercedes E270” markalı, **-RB- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanad hissəsindən dəyərək istiqaməti sağa doğru dəyişib aşmış vəziyyətdə olan “VAZ 2105” markalı avtomobilin yanında dayanmışdır. O, “Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinin dəyişərək yolun Mehdiabad qəsəbəsi istiqamətinə doğru dayanmasını gördükdən təxminən 5-6 metr sonra Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanad hissəsindən idarə etdiyi avtomobillə vurmuş, toqquşmadan əvvəl avtomobili təxminən 65-70 km/saat sürətlə idarə etmişdir. İdarə etdiyi avtomobil “Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanad hissəsinə dəydikdən sonra sağa doğru istiqaməti dəyişdikdə aşmış vəziyyətdə olan “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməmişdir. “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil həərkətdə olarkən sol-sağ manevrlər etməmiş, öz hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 13 il müddətdir ki, nəqliyyat vasitəsi idarə edir, “Mersedes Benz E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olsa da, avtomobili müvəqqəti idarə etmək üçün iş yoldaşı olan Təqsirləndirilən şəxs etibarnamə olmadan vermişdir. 30 aprel 2023-cü il tarixdə, saat təxminən 21 radələrində idarə etdiyi “Mercedes” markalı tikintidə istifadə edilən pompa fəaliyyətini həyata keçirdiyi **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Balaxanı yolu ilə üzü Böyük şor gölü istiqamətində hərəkət etmişdir. Bu zaman arxa hissədə səsin gəlməsini eşitmiş və idarə etdiyi avtomobili yolun kənarında saxslayıb geriyə qayıdan zaman yol-nəqliyyat hadisəsinin baş veridiyini, “VAZ 2105” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında aşmış vəziyyətdə olub yanmağa başlamasını, ona məxsus olan “Mercedes E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin də toqquşma nəticəsində öz istiqamətini dəyişib yolun əks istiqamətinə çevrildiyini və “Mercedes C180” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin də hadisə yerində toqquşmuş vəziyyətdə orta hissədə dayanmasını görmüşdür. Həmin avtomobil yanmağa başladıqdan sonra çıxan alov ilk öncə “Mercedes C180” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra “Mercedes E270” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçmiş, həmin yanğın nəticəsində “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü vəfat etmişdir. Təqsirləndirilən şəxs onun iş yoldaşı olmuş, Təqsirləndirilən şəxs avtomobil idarəetmə bacarığının olduğunu bildiyi üçün ona məxsus avtomobili Təqsirləndirilən şəxs idarə etməsi üçün vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad – Balaxanı yolunda baş vermişdir. (İ cild, i.v. 5-19) xx.xx.2023-cü il tarixli, 2/12892 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. (İ cild, i.v. 20) xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İ cild,i.v. 66-68) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X17 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə (xx.xx.2022-ci il tarixədək etibarlı olan) AB 548415 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Eyni zamanda “Mercedes Benz E270” markalı, **-RB- *** və “Mercedes Benz C250” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Təqsirləndirilən şəxs adına qeydiyyata alınmamış və ya etibarnamə ilə istifadəsinə verilməmişdir. (İ cild, i.v. 75) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23/424R saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs olması ehtimal edilən meyit ilə X8 arasında 99.99% ehtimalla bioloji valideyn-bioloji övlad qohumluq əlaqəsi mövcuddur. (İ cild,i.v. 84-88) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X15 98 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti alov təsirindən yanıb kömürləşmişdir. Bu fonda meyitin bədənində xəsarətin olub-olmamasını təyin etmək mümkün olmamışdır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb bədən səthinin ümumilikdə 90-95%-nın İİİ-İV dərəcəli termiki yanığı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyiti alov təsirindən yanaraq kömürləşdiyi üçün ilkin meyit əlamətlərini (meyit qacıması, meyit ləkələri və s.) müəyyən etmək, eləcə də ölümün konkret baş vermə müddətini təyin etmək mümkün olmadı. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar olunmamışdır. (İ cild, i.v. 89-94) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X17 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BB 440189 nömrəli “B1, B, C1, C" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. "Mercedes Benz E270 CDİ” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən Şahid4 adında qeydiyyatdadır. Sözügedən nəqliyyat vasitəsinin etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN Baş X17 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. (İ cild, i.v. 161-162) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2243-9/58xx-xx/5695 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mercedes Benz E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddənin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “VAZ-2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. 3. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə, istintaq tərəfindən göstərilən sürücü Şahid1 hərəkəti üçün təhlükənin “Mercedes Benz E 270” markalı, **-RB- *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı andan yaranması real hadisə mexanziminə uyğun deyildir. İstintaq tərəfindən göstərilən sürücü Şahid1 hərəkəti üçün təhlükənin “Mercedes Benz 270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı andan yaranması real hadisə mexanziminə uyğun olmadığından və sürücü Şahid1 hərəkəti üçün real təhlükə yaranan andan “Mercedes Benz C 180” markalı, **-LV- *** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes Benz E 270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma yerindən olduğu məsafə təqdim olunmadığından “Mercedes Benz C 180” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Sürücü Şahid1 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 4.5. “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi avtomobilin mühərrik bölməsində, mühərrikin salona yaxın hissəsində olmuş və yanğın mənbə zonasından yanar materialların səthi ilə yüksələn xətt istiqamətində genişlənərək salon və arxa hissəsinə inkişaf etmişdir. İstintaq tərəfindən müəyyən edilmiş hadisənin baş vermə şəraitini, yəni avtomobil hərəkətdə olarkən yol nəqliyyat hadisəsinin törəndiyini və yanğının avtoqəzadan sonra baş verdiyini nəzərə aldıqda, yanğın törənmiş yol nəqliyyat hadisəsində alınmış zərbədən avtomobilin mühərrik bölməsində yaranan dağılmalar nəticəsində mühərrik bölməsinin elektrik qurğularında elektrik təbiətli qəza halının (qısa qapanmanın) yaranmasından və ya yüksək temperatura qədər qızmış mühərrikin səthlərinin üzərinə alışqan maddənin (yanacağın və s.) tökülməsi nəticəsində alışmasından baş vermişdir. 6. Ekspertiza təyini haqqında qərarda göstərilən avtomobillərin zədələnməmişdən əvvəl, təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 29700,00 manat müəyyən olunur. O cümlədən: - 1999-cu il buraxılışlı, “Mercedes Benz E270” markalı avtomobil-16500,00 manat, - 1982-ci il buraxılışlı, “VAZ 2105” markalı avtomobil-2700,00 manat, - 1999-cu il buraxılışlı, “Mercedes Benz C180” markalı avtomobil-10500,00 manat. (İ cild, i.v. 163-169) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl CM-in 263-1.3-cü maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 186-187) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 193-194) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 210-211) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X9 olmaqla bir nəfər azyaşlı uşağı var. (İ cild, i.v. 214) xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 217) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild,i.v. 219-220) xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və saxlanılması üçün “Siqnal” İLİİ-nin 15 saylı mühafizə olunan duracağına təhvil verilmişdir. (İ cild, i.v. 242-251) Zərərçəkmiş şəxsin hüquqi varisi X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və şikayəti yoxdur. Sonuncu tərəfindən mərhum qardaşı Zərərçəkmiş şəxs ailəsinə maddi yardım göstərilmişdir.Təqsirləndirilən şəxsla barışmışdır. Eyni zamanda Şahid1 həmin hadisədə iştirakına, hadisə zamanı təqsiri olub-olmamasının araşdırılmasını da xahiş etmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs “VAZ 2105” markalı avtomobilin aşmasına səbəb “Mercedes Benz C180”markalı avtomobilin “VAZ 2105” markalı ilə toqquşması yalnız özünün ifadəsində göstərdiyi xüsusatlardan başqa digər sübutlarla müəyyən edilməmiş, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi həmin hallar iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2243- 9/58xx-xx/5695 saylı, xx.xx.2023-cü il tarixli rəyi, şahid ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, zərər çəkmiş şəxsin ailəsinə maddi yardım göstərməsini, özünü təqsirli bilməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 350 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, “Siqnal” İLİİ-nin 15 saylı mühafizə olunan duracağına təhvil verilmiş Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X3 qaytarılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs idarə etdiyi Şahid4 məxsus “Mercedes Benz E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə, Şahid4 qaytarılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və “Siqnal” İLİİ-nin 15 saylı mühafizə olunan duracağına təhvil verilmiş Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2105” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə, X3 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və “Siqnal” İLİİ-nin 15 saylı mühafizə olunan duracağına təhvil verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi Şahid4 məxsus “Mercedes Benz E270” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə Şahid4 qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1221/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1221/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver