Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1222/2021 15.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Xankişiyev Mirzə Aslan oğlu (sədrlik edən), Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, vövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X3 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 1 yanvar 1995-ci il tarixdə Lerik şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış massivi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 2,806 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1,052 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 11 mart 2021-ci il tarixdə, saat 22:35-də Xəzər rayon Polis İdarəsinin PPXB-nün əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Məscidin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət olunmuş və həmin gün saat 23:25-də Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasında yerləşən xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,386 qram, 0405 qram və 2,015 qram, ümumi təmiz çəkisi 2,806 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,307 qram və 0,745 qram, ümumi təmiz çəkisi 1,052 qram kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildirki narkotik vasitə istifadə edir, narkotik vasitələri müxtəlif yerlərdən alıb İstifadə etmişdir. Sonuncu dəfə 11 mart 2021-ci il tarixdə, saat 15:30 radələrində narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsinə, idarə etdiyi «KİA» markalı, avtomobillə getmiş, orada adını bilmədiyi, təsadüfən tanış olduğu 45-50 yaşlarında, bir şəxsdən 55 manat müqabilində şəffaf sellofana bükülmüş 03 büküm narkotik vasitə heroin və 02 büküm psixotrop maddə metamfetamin almış və həmin narkotik vasitələri əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq yaşadığı Binə qəsəbəsinə gəlmişdir. Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Məscidin yaxınlığında yolun kənarında idarə etdiyi avtomobillə dayandığı zaman, təxminən saat 22:30 radələrində Xəzər RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, sorğu zamanı ondan şübhələndikləri üçün onu saxlayıb idarə etdiyi avtomobillə birlikdə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə aparmışlar. Bölmənin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Baxış zamanı cibində olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır. O, həmin narkotik vasitələri yalnız öz istifadəsi üçün əldə etmiş və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 mart 2021-ci il tarixdə, saat 22:30 radələrində digər polis nəfəri Şahid2 ilə birlikdə avtopatrulla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Məscidin yaxınlığında xidmət aparan zaman mərkəzi yolda «KİA» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək səslə danışdığını və tibbi maskadan istifadə etmədiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib sakit olmağını və tibbi maskadan istifadə etməyini bildirmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq tibbi maskadan imtina etdiyinə görə tərəflərindən həmin şəxs idarə etdiyi «KİA» markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Xəzər RPİ-nin 3-cü PB-nə aparılmışdır. Sorğu-sual zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğu və narkotik vasitə istifadəçisi olduğu məlum olmuşdur. Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 3-cü PB-nin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü təhqiqatçı Rəhman Məmmədova həvalə edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Rəhman Məmmədov Təqsirləndirilən şəxs və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 05 ədəd bükümü təqdim edərək həmin bükümlərdən üçünün narkotik vasitə heroin və ikisinin psixotrop maddə metamfetamin olduğunu və öz istifadəsi üçün 11 mart 2021-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ümumilikdə 55 manata aldığını bildirmişdir. Həmin bükümlərdən üçünün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, ikisinin içərisindən isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, başqa qeyri-qanuni heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 02 ədəd bükümdə psixotrop maddə metamfetamə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan maddə zərfə qoyularaq möhürlənmiş və baş verənlər barədə protokol tərtib edilmişdir. Bundan sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi «KİA» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman təhqiqatçı Rəhman Məmmədov Təqsirləndirilən şəxs avtomobilində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etmişdir. Təqsirləndirilən şəxs avtomobilində qanunsuz heç bir əşya olmadığını bildirmişdir.. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2021-ci il tarixli, 6/1017 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş «...Təqsirləndirilən şəxs üzərində...» sözləri yazılmış zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,386 qram, 0,405 qram, 2,015 qram, ümumi təmiz çəkisi 2,806 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,307 qram, 0,745 qram, ümumi təmiz çəkisi 1,052 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 2,806 qr, təhqiqata sərf edildi – 0,090 qr qalıq – 2,716 , Metamfetaminin ümumi təmiz çəkisi – 1,052 qr, təhqiqata sərf edildi – 0,100 qr qalıq – 0,952 qram olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 22 aprel 2021-ci il tarixli, 1202 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılıhq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiyjntoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətində tənqidi münasibətin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2,806 qram (0,386 qram + 0,405 qram + 2,015 qram) çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,052 qram (0,307 qram + 0,745 qram) çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq hazırkı çəkisi 2,716 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və hazırkı çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Xəzər RPİ-də saxlanılır. İş üzrə əldə olunmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk və avtomobilinə baxış zamanı çəkilmiş vidiogörüntülər olan 01 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil yalnız şəxsi istifadəsi üçün əldə etməsinə dair vermiş olduğu ifadəsi həqiqəti əks etdirmir, o, fərqli ifadə verərək yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Məhkəmə cinayət əməlinin hüquqi tövsüf məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xəzər rayon məhkəməsinin 13 mart 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 mart 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq olan 2,716 qram narkotik vasitə olan heroin və 0,952 qram psixotrop maddə olan metafetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeyd edildiyi 2 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,716 qram narkotik vasitə olan heroin və 0,952 qram psixotrop maddə olan metafetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeyd edildiyi 2 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1222/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1222/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver