Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1222/2022 16.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, 5 oktyabr 1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin iyul-avqust aylarında Şahid1 ilə dostluğundan istifadə edərək onun vasitəsi ilə ortaq tanışları Şahid3 və atası Zərərçəkmiş şəxs1 iş adamı olması, Şəmkir rayonundan meyvə-tərəvəz alaraq Rusiya Federasiyasına göndərməklə gəlir əldə etməsi və həmin işə vəsait yatırdıqları halda qazanc əldə edə biləcəkləri barədə yalan məlumat verməklə bir neçə dəfə Zərərçəkmiş şəxs1 müxtəlif məbləğlərdə pul alaraq artıqlaması ilə qaytarmaqla özünə inandırıb etibarını qazanmış, 2020-ci ilin oktyabr ayının sonlarında ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 arvadı Şahid2 Zərərçəkmiş şəxs1 göstərişi ilə ona məxsus 31.000 ABŞ dollarını həmin dövr üçün milli pul vahidi ilə 52.700 manat məbləğində pulu alaraq Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə edərək, ona kriptovalyuta hesabı sayılan “Bitcoin” alıb əlavə gəlir qazandıracağına dair yalan vəd verib, vahid niyyətlə əhatə olunan qəsdlə 29 iyul 2021-ci il tarixdə saat 14:52-də Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanda fəaliyyət göstərən 51 saylı notariat kontorunda 10.000 manat və 3 avqust 2021-ci il tarixdə saat 12:15-də həmin ünvanda 15.000 manat, ümumilikdə 25.000 manat məbləğində pulu alaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uşaqları Fərid və Fuadla 200 saylı tam orta məktəbdə bir oxumuş, sonuncularla yaxın və səmimi münasibətləri olmuşdur. 2017-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metro stansiyasının yaxınlığında “CARS 066 RENTACAR” avtomobillərin icarəsi ofisində avtomobillərin icarəsi ilə məşğul olmuşdur. Şahid1 Fəridin vasitəsilə tanımış və sonuncular Polis Akademiyasında bir kursda oxumuşlar. 2020-ci ilin oktyabr ayında Rəşada zəng edərək, iş üçün 31.000 ABŞ dolları pul lazım olduğunu və bir həftə ərzində 5.000-10.000 ABŞ dolları xeyiri ilə qaytaracağını demişdir. Rəşad bu barədə Fəridlə danışmış, sonuncudan 31.000 ABŞ dolları götürməsini və pulu əlavə xeyirlə qaytarmasını demişdir. Şahid3 yaşadığı evə gedərək sonuncunun anası Ruzana xanımdan 31.000 ABŞ dolları götürərək borclarına vermiş və bu səbəbdən götürdüyü pulu bir həftə ərzində qaytara bilməmişdir. Təxminən bir ay sonra Fərid pulu Rəşaddan istəmiş, sonuncu da 31.000 ABŞ dolları ondan tələb etməyə başlamışdır. Pulu qaytara bilməmiş və 3-4 ay sonra 500 ABŞ dolları, daha sonra 500 ABŞ dolları, cəmi 1.000 ABŞ dolları Zərərçəkmiş şəxs1 qaytarmış, qalan 30.000 ABŞ dolları isə qaytara bilməmişdir. (həmin pula Şəmkir rayonundan meyvə-tərəvəz alaraq Rusiya Federasiyasına göndərmək niyyəti olmamaış, borclarını qaytarmaq məqsədi olmuş – bu barədə yazmaq lazımdır) Zərərçəkmiş şəxs2 nişanlısı X1 vasitəsi ilə tanımışdır. Sonuncular eyni qrupda ali təhsil almış və tanışlıq yarandıqdan sonra münasibətləri yaxşılaşmış, hər dəfə görüşüb söhbətləşmişlər. Görüşlərin birində Nuranə 90.000 manat pullarının olduğunu, bundan əlavə evlərini satıb həmin pullarla iş görüb, əlavə gəlir əldə etmək istədiklərini demişdir. Sonuncudan 90.000 manatı ona verməyi təklif etmiş, lakin Nuranə razılıq verməmiş və ona 10.000 manat verib, iş görüb xeyr verməyini təklif etmişdir. “Rent A Car” işi gördüyü üçün Nuranə ilə razılaşmış və həmin pulu sosial şəbəkə olan “Bitcoin” adlanan sayta yükləyib oradan gələn gəlirdən pulunu qaytaracağını və hər ikisinə xeyir qalacağını, 10.000 manata görə təxminən 8.000 manat pul verəcəyini demişdir. 29 iyul 2021-ci il tarixdə Nuranə ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 51 saylı notariat kontorunda borc müqaviləsi bağlamış və 10.000 manat pulu almışdır. Bundan sonra Nuranə ilə “Alba” oteldə olarkən, Nuranə 15.000 manat pul təklif edərək, həmin pulu da “Bitcoin” adlanan sayta qoymasını demişdir. 3 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 51 saylı notariat kontorunda notarial qaydada aralarında ikinci borc müqaviləsi bağlanmaqla 15.000 manatı Nuranədən götürmüş və sonuncudan ümumilikdə aldığı 25.000 manata “Rent A Car”da xarab olan avtomobilləri düzəltdirmişdir. Bundan sonra, Nuranə idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə qəza törətmiş və ondan avtomobili təmir etdirməyi xahiş etdiyi üçün avtombili Nəsimi bazarı yaxınlığında yerləşən “Ağçiçəyimin stayankası” deyilən yerdə təmir etdirmiş və təmir xərclərini Nuranədən borc aldığı 2.800 manatla ödəmiş və bu barədə Nuranə ilə razılaşmışlar. Lakin bunu təsdiq edən heç bir sənəd olmamışdır. Bir neçə dəfə Nuranəyə 25.000 manatı qaytarmağı təklif etsə də, sonuncu imtina etmiş, bəzən əldə olunan gəlirdən Nuranəyə vermək istədikdə sonuncu imtina edərək məbləğlərin az olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, toplanmış mümkün sübutlarla və digər sənədlərlə də tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə zamanı Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Şahid1lə oğlu Fəridin tələbə yoldaşı kimi aralarında yaxşı münasibət olmuşdur. Təxminən 2020-ci ilin iyul-avqust aylarında Rəşad oğlu Fəridə Ayxanla meyvə-tərəvəz işindən yaxşı xeyir götürdüklərini demiş və ilkin olaraq Fəriddən 1.000 ABŞ dolları pul istəmiş, Fərid pulu olmadığını və ona deməli olduğunu bildirmişdir. Fərid bu barədə ona demiş və Rəşad əvvəllər də borc alıb vaxtında qaytardığı üçün inanıb həmin pulu verməyə razılıq vermişdir. Fərid ondan 1.000 ABŞ dolları alıb Rəşada vermişdir. Təxminən bir həftə sonra Rəşad 1.000 ABŞ dolları və əlavə 100 ABŞ dolları gətirib vermişdir. Təxminən iki həftə sonra Rəşad yenə Fəriddən 3.000 ABŞ dolları pul istəmiş və sonuncu bu barədə ona dedikdə etiraz etməmiş və Fərid pulu ondan alıb Rəşada vermişdir. Təxminən 15 gün sonra Rəşad gətirib 3.000 ABŞ dollar pulu və əlavə 500 ABŞ dolları Fəridə vermişdir. Təxminən iki həftə sonra Rəşad yenə Fəriddən 5.000 ABŞ dolları pul istəmiş, Fərid yenə bu barədə ona dedikdə etiraz etməmiş, sonuncu pulu ondan alıb Rəşada vermişdir. Təxminən iki həftə sonra Rəşad 5.000 ABŞ dolları və əlavə 1.000 ABŞ dollar pul qaytarmışdır. Təxminən iki həftə sonra Rəşad yenə Fəriddən 15.000 ABŞ dolları pul istəmiş, sonuncu bu barədə ona dedikdə məbləğ çox olduğu üçün pulun batmasından ehtiyat etdiyini demiş, Fərid bu barədə Rəşada dedikdə sonuncu: “Səndən pulu mən alıram, əgər pul batsa, evimi, maşınımı satıb sənin pulunu verəcəyəm, atamında bu işdən xəbəri var”,- demişdir. Rəşad onu və Fəridi inandırıb arxayın etdiyi üçün həmin məbləği Rəşada verməyə razılaşmışdır. Təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində axşam saatlarında Ayxan gəlib 15.000 ABŞ dolları həyat yoldaşı Şahid2 götürmüş və təxminən 10-15 gün sonra qaytararkən əlavə 1.500 ABŞ dolları vermişdir. Rəşad iş üçün Ayxanla hər biri 40.000-50.000 ABŞ dolları pul qoyub, hər biri 15.000-20.000 ABŞ dolları xeyir götürdüklərini Fəridə demişdir. Rəşad pulu qaytaranda Fəridə bir ay iş olmayacağını və iş olanda xəbər verəcəyini demişdir. Təxminən 2020-ci ilin oktyabr ayının axırında Rəşad iş olduğunu və 31.000 ABŞ dollar pul lazım olduğunu Fəridə demişdir. Sonuncu bu barədə ona dedikdə əvvəlcə razılaşmamış, lakin Fərid Rəşada inandığını və sonuncunun onları aldatmayacağını dediyinə görə razılaşmışdır. Rəşad özünün və ya Ayxanın gəlib pulu götürəcəyini demişdir. Ayxan onların yaşadığı evə gəlib həyat yoldaşı Şahid2 31.000 ABŞ dolları pulu götürmüşdür. Rəşad meyvə-tərəvəz işi ilə əlaqədar Rusiya Federasiyasına getdiyini və iki həftə olmayacağını, qayıdandan sonra pulu verəcəyini Fəridə demişdir. İki həftədən bir neçə gün keçdikdən sonra Rəşaddan xəbər çıxmamış, Fərid həm Rəşada həm də Ayxana zəng vursa da, sonuncular zənglərə və mesajlara cavab verməmişdir. Fərid WhatsApp vasitəsi ilə Rəşada “İşdən nə xəbər var?” məzmunlu mesaj yazmış, sonuncu əvvəlcə: «Pulu gətiriblər, pul Xırdalandadır, sabah gətirib verəcəyəm», cavabını yazmış, səhəri gün yenə Fərid Rəşada yazmış, sonuncu isə cavabında: «Sabah saat 12-də pul səndədir»,cavabını yazmışdır. Səhər gün Fərid yenə yazmış, Rəşad isə pulun çatacağını bildirmiş və bu minvalla bir neçə gun keçmiş, daha sonra Rəşad Fəridə zəng vurub: “İqtisad Universitetinin yanına gəl, səni gözləyirəm”,- demiş, Fərid həmin yerə gedərək Rəşadla görüşmüş və sonuncu Fəridə: «Pul batıb, Ayxan bizə atıb”-, demişdir. Fərid bu barədə ona dedikdə, Rəşadın atasına zəng vurmuş, sonuncu Rəşadın pulu Ayxana verdiyini və Ayxanın günahı olduğunu demişdir. Bir neçə ay gözləmiş və bir neçə dəfə Ayxanın və Rəşadın atasına zəng vurmuş, pulun qaytarılması üçün sonunculardan heç bir hərəkət olmadığı üçün şikayət etmişdir. Rəşad və Ayxan onun və oğlu Fəridin etibarından suiistifadə edərək, 31.000 ABŞ dolları pulunu mənimsəmişdir. Sonradan özü araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs meyvə-tərəvəz işi ilə, avtomobillərin icarəsi ilə məşğul olmamışdır, həmin işlərlə məşğul olması barədə onlar fikir yaratmaqda Təqsirləndirilən şəxs məqsədi ona məxsus pulları ələ keçirmək olub. Hesab edir ki, Təqsirləndirilən şəxs onun pullarını mənimsəməsində əsas rolu Şahid1 oynamışdır, belə ki, onun ailəsi Şahid1 tanımış, Rəşad olmasaydı və köməklik göstərməsəydi Ayxan ondan pul ala bilməzdi. Eyni zamanda göstərmişdir ki, Təqsirləndirilən şəxsHəsən oğlu tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı iddiası və tələbi yoxdur. Məhkəmə zamanı Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, X4 ilə Qərb universitetində eyni qrupda təhsil almış və rəfiqə olmuşlar. Onlar görüşüb birlikdə vaxt keçirmiş və görüşlərin birində Nəzrin sevgilisi Təqsirləndirilən şəxs onunla tanış etmişdir. Ayxanla münasibətləri yaxşı olmuş, sonradan Ayxan Nəzrindən ayrılmışdır. Ayxan kriptovalyuta ilə məşğul olduğunu və onun pul verəcəyi təqdirdə həmin pula kriptovalyuta hesab edilən Bitcoin alacağını və həmin Bitcoinin gələcəkdə artaraq əlavə gəlir gətirəcəyini demiş və ondan 10.000 manat pul istəmişdir. Sonuncuya etibar edib inandığı üçün razılaşmış və tam etibar etmək üçün rəsmi sənəd istədikdə, Ayxan notariusa gedib borc müqaviləsi bağlamağı təklif etmişdir. “Kapitalbank”dan 10.000 manat pul çıxarıb, 29 iyul 2021-ci il tarixdə saat 14:52-də Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 132 ünvanda yerləşən 51 saylı notariat kontorunda kredit müqaviləsi bağlayaraq Ayxana vermişdir. Bundan sonra, Ayxan ona pulu artırmağı və daha çox gəlir əldə etməyi təklif etmiş və sonuncuya inanaraq yenidən hesabından 15.000 manat pul çıxarıb kredit müqaviləsi bağlayaraq 3 avqust 2021-ci il tarixdə saat 12:15-də Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 132 ünvanda yerləşən 51 saylı notariat kontorunda Ayxana vermişdir. Ayxanla pul barədə söhbət edərkən Nəzrin onlarla olmuş və Ayxana pul verdiyini anasına demişdir. Təxminən 4-5 gün sonra Ayxan onunla əlaqə saxlayıb təcili 2.800 manata ehtiyacı olduğunu və 2-3 saat sonra qaytaracağını demişdir. Ayxana inandığı üçün həmin gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, Statistika deyilən yerdə görüşüb sonuncuya 2.800 manat vermişdir. Ayxan ondan aldığı pulları qaytarmamış və onu aldatmışdır. Eyni zamanda göstərmişdir ki, X5 tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxsla barışıb, sonuncuya qarşı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Şahid1 ilə polis akademiyasında bir oxumuş və aralarında yaxşı münasibət olmuşdur. Təxminən 2020-ci ilin iyul-avqust aylarında Rəşad ona Ayxanla meyvə-tərəvəz işi görüb yaxşı xeyir götürdüyünü demişdir. Rəşad ondan 1.000 ABŞ dolları istəmiş, özündə pul olmadığı üçün atasına demişdir. Atası Rəşadı tanıdığına və sonuncu əvvəllər onlardan borc alıb vaxtında qaytardığı üçün inanıb həmin pulu verməyə razılıq vermişdir. Atasından 1.000 ABŞ dolları alıb Rəşada vermiş və təxminən bir həftə sonra Rəşad 1.000 ABŞ dolları və əlavə 100 ABŞ dollar pul qaytarmışdır. Təxminən iki həftə sonra Rəşad 3.000 ABŞ dolları istəmiş və yenə atasına demiş və pulu alıb Rəşada vermişdir. Təxminən 15 gün sonra Rəşadın gətirib verdiyi 3.000 ABŞ dolları və əlavə 500 ABŞ dolları alıb atasına vermişdir. Təxminən iki həftə sonra Rəşad 5.000 ABŞ dolları istəmiş, yenə atasına demiş və atasından pulu alıb Rəşada vermişdir. Təxminən iki həftə sonra Rəşad aldığı 5.000 ABŞ dolları və əlavə 1.000 ABŞ dollar pul qaytarmışdır. Təxminən iki həftə sonra Rəşad 15.000 ABŞ dolları istəmiş, atasına bu barədə dedikdə, atası məbləğin çox olduğunu və birdən pulun bata biləcəyini demişdir. Bu barədə Rəşada bildirdikdə sonuncu: “Səndən pulu mən alıram, əgər pul batsa, evimi, maşınımı satıb sənin pulunu verəcəyəm”,demişdir. Rəşad onu inandırıb arxayın etdiyi üçün atasına Rəşadın söz verdiyini, pulun batmayacağını demişdir. Atası inanıb 15.000 ABŞ dolları pulu vermiş və həmin pulu alıb Rəşada vermişdir. Sonuncu təxminən 10-15 gün sonra 15.000 ABŞ dolları gətirib qaytararkən əlavə 1.500 ABŞ dolları vermişdir. Rəşad Ayxanla hər biri 40.000-50.000 ABŞ dolları qoyub, hərəyə 15.000-20.000 ABŞ dolları xeyir götürdüklərini demişdir. Rəşad pulu qaytaranda bir ay iş olmayacağını və iş olanda deyəcəyini bildirmişdir. Təxminən 2020-ci ilin oktyabr ayının axırında Rəşad iş üçün 31.000 ABŞ dolları lazım olduğunu demiş, bu barədə atasına bildirdik də, atası razı olmamış, lakin Rəşada inandığını və onları aldatmayacağını atasına demiş və buna görə atası razı olmuşdur. Rəşad özünün və ya Ayxanın gəlib pulu götürəcəyini demiş və həmin gün Ayxan onların evinə gedib anası Şahid2 31.000 ABŞ dolları pulu götürmüşdür. Rəşad pulu götürəndə meyvə-tərəvəz işi ilə əlaqədar Rusiyaya gedəcəyini, iki həftə olmayacağını, qayıdandan sonra pulu verəcəyini demişdir. Lakin, iki həftədən bir neçə gün keçməsinə baxmayaraq Rəşaddan xəbər çıxmadığına görə sonuncuya və Ayxana zəng vursa da, zənglərinə və mesajlarına cavab verməmişlər. Rəşada WhatsApp vasitəsi ilə yazaraq işdən nə xəbər olduğunu soruşmuş, sonuncu: “Pulu gətiriblər, pul Xırdalandadır, sabah gətirib verəcəyəm”,- cavabını vermişdir. Səhəri gün yenə Rəşada yazmış, sonuncu: “Sabah saat 12-də pul səndədir”, cavabını vermişdir. Lakin bir neçə gün keçmiş Rəşad ona zəng vurub: “İqtisad Universitetinin yanına gəl, səni gözləyirəm”,- demişdir. Həmin yerə gedib Rəşadla görüşdükdə sonuncu: “Pul batıb, Ayxan bizə atıb”, - demiş və Ayxanın guya maşını vurduğunu, maşın yandığı üçün pulun da maşında yandığını deyib telefonları söndürdüyünü bildirmişdir. Atası Rəşadın atasına zəng vurmuş, sonuncu Rəşadın pulu Ayxana verdiyini demişdir. Atası bir neçə ay gözləmiş, Ayxanın və Rəşadın atasına zəng vurmuş, sonuncular pulun qaytarılması üçün heç bir hərəkət etmədiyi üçün atası şikayət etmişdir. Bundan sonra Ayxan atası ilə görüşüb 500 ABŞ dolları və daha sonra əlavə 500 ABŞ dolları qaytarmış, 30.000 ABŞ dolları isə qaytarmamışdır. Sonradan müəyyən etmişdir ki, Ayxanın avtomobili yanmamış, bu barədə Rəşad və Ayxan ona yalan məlumat vremişlər, ümumiyyətlə atası Zərərçəkmiş şəxs1 pulların alınıb mənimsənilməsində əsas rolu Şahid1 oynamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ilə yaxın müddətdə oğlu Fuadın məktəb yoldaşı kimi tanımışdır. Ayxan onların evinə gəlib-getmiş, oğlanları Fuad və Fəridlə dost münasibəti olmuşdur. Ayxan dəfələrlə onlardan borc pul götürüb qaytarmışdır. Şahid1 isə X2 kurs yoldaşı kimi tanımış, sonuncuların dost münasibəti olmuş və Rəşad onların evinə gəlib-getmişdir. 2020-ci ilin oktyabr ayında oğlu Fərid zəng edərək, atası Oqtaya məxsus 31.000 ABŞ dolları hazırlamağını və Ayxanın gəlib pulu götürəyəcəyini bildirmişdir. Həyat yoldaşı Oqtayla telefon əlaqəsi saxladıqda sonuncu pulu verməyini demişdir. Bir neçə saat sonra Ayxan onların yaşadığı ünvan 6 ünvana gələrək 31.000 ABŞ dolları ondan götürmüşdür. Sonradan, Ayxan və Rəşadın hansısa biznes fəaliyyəti ilə məşğul olduqlarını və verdikləri puldan gəlir əldə etməli olduqlarını bilmişdir. Ayxan 31.000 ABŞ dolların işdə batdığını demiş və 1.000 ABŞ dollar qaytarsa da, 30.000 ABŞ dollardan heç bir ödəniş etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ki, Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyırmış, onu tələbə yoldaşı Şahid3 vasitəsilə tanımış, sonradan aralarında dostluq münasibəti yaranmışdır, tez-tez görüşürmüşlər. Ayxanın nə işlə məşğul olmasını bilmirmiş, özü guya FHN-nin hansısa bir özəl şirkətində işləyir, eyni zamanda taxta işi görməsini, Şəmkirdən Rusiya Federasiyasına Şəmkir rayonunda yaşayan qohumları vasitəsilə meyvə-tərəvəz göndərməsini də deyirmiş. Bir gün Ayxan ona demiş ki, «Mənə pul ver, taxta işi görüb, sənin pulunu qaytaracağam». Ayxanın birinci dəfə ondan nə qədər pul istəməsini xatırlamırmış. Ayxanın istəyi ilə o, Ayxana pul vermiş, təxminən bir həftədən sonra Ayxan onun pulunu əlavə qazancla birlikdə geri qaytarmışdır. Bu proses bir neçə dəfə davam etmişdir. 2020-ci ilin iyul ayında Fərid ona az miqdarda pulu olduğunu və Ayxanla onun nə iş gördüyünü soruşmuşdur. Çünki Fərid eşitmişdir ki, o Ayxanın gördüyü biznesə pul yatırıb qazanc əldə edirmiş. O da Ayxandan Fəridin pulu ilə ona gəlir verə biləcəyini soruşacağını bildirmiş. Ayxan da lazım olduqda ona bildirəcəyini demişdir. Bundan sonra Ayxan ondan iş üçün pul istədikdə, onun özündə pul olmadığından Fəriddən Ayxanın gördüyü işə görə pul istəmişdir. Fəridə həmin pulun üzərində də əlavə olaraq 100 ABŞ dolları xeyir qaytaracağını demişdir. Çünki Ayxan ona belə demişdir. İlkin olaraq Fəriddən 1.000 ABŞ dolları pul istəmişdir. Fərid atası ilə danışıb razılaşdıqdan sonra 1.000 ABŞ dollarını evlərinin yaxınlığında ona vermişdir. O da həmin pulu aparıb Ayxana vermişdir. Ayxan da təxminən bir həftə sonra 1.000 ABŞ dolları və əlavə qazanc olaraq 100 ABŞ dollar pulu ona vermişdir. O da həmin pulu Fəridə vermişdir. Ondan təxminən iki həftə sonra Ayxan yenidən ondan 3.000 ABŞ dolları pul istəmişdir. O da bu barədə Fəridə demişdir. Fərid də atası ilə məsləhətləşdikdən sonra pulu alıb evlərinin yanında ona vermişdir. O da pulu aparıb Ayxana vermişdir. Ondan təxminən 15 gün sonra Ayxan 3.000 ABŞ dolları və əlavə gəlir olaraq 500 ABŞ dollarını ona verdi. O da həmin pulu aparıb Fəridə vermişdir. Təxminən iki həftə sonra Ayxan 5.000 ABŞ dolları pul istəmiş, o da bu barədə Fəridə demişdir. Fərid də yenə atası ilə danışdıqdan sonra həmin pulu evlərinin yanında ona vermiş, o da aparıb Ayxana vermişdir. Ondan təxminən iki həftə sonra Ayxan aldığı 5.000 ABŞ dolları və üstündə əlavə olaraq 1.000 ABŞ dollar pul qaytarmışdır. O da həmin pulu aparıb Fəridə vermişdir. Bundan təxminən iki həftə sonra Ayxan 15.000 ABŞ dollar pul istəmiş, o, yenə Fəridə dedikdən sonra Fərid atası ilə danışıb 15.000 ABŞ dolları pulu ona vermişdir. Bu təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində olmuşdur. Ayxan 15.000 dolları aldıqdan təxminən 10-15 gün sonra gətirib qaytaranda üstündə 1.500 dollar vermişdir. O da həmin pulu Fəridə vermişdir. Təxminən 2020-ci ilin oktyabr ayının sonlarında Ayxan 31.000 ABŞ dollar pul lazım olduğunu demişdir. O da bu barədə Fəridə dedikdən sonra atası razılaşmışdır. O, Fəridə pulun gəlib Ayxanın götürəcəyini demişdir. Həmin gün Ayxan özü Fəridin evinə gedib anası Şahid2 31.000 ABŞ dollar pulu götürmüşdür. Ayxan həmin pulu götürəndən sonra vaxtı uzatmağa başlamış və işin dayandığını, ona görə də pulu hələ qaytara bilməyəciyini demişdir. Ondan bir müddət sonra Ayxan yoxa çıxmış, telefonlara da cavab verməmişdir. Dəqiq tarixi xatırlamır, o, atası Böyükkişi, Fərid, Ayxan və Ayxanın anası Nərimanov rayonunda görüşmüşlər. Həmin vaxt Ayxan pulu batırdığını demişdir. O, bundan əsəbləşib təkidlə aldığı pulları haraya xərcləməsini soruşsa da, cavab verməmişdir. Bundan sonra Fərid və atası Oqtay pullarını ondan tələb etməyə başlamışlar. O, biznesi Ayxanın gördüyünü, onun da Ayxan da müəyyən qədər pulunun olduğunu, Ayxanın bütün pulları batırdığını demişdir. Bildiyi qədəri ilə sonradan Ayxan Fəridə 1.000 ABŞ dolları geri qaytarmışdır (3-cü cild iş vərəqi 56-59). İşdə olan Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş 17 sentyabr 2022-ci il tarixli **********870 №li ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən zərəri tam ödəmişdir, onunla barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş 02 dekabr 2022-ci il tarixli **********144 №li ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsqa qarşı iddiası və şikayəti yoxdur, onunla barışıb. İşdə olan və Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (2-ci cild iş vərəqi 54). İşdə olan şübhəli şəxsin tutulması haqqında 23 fevral 2022-ci il tarixli protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (2-ci cild iş vərəqi 143, 154,186, 214-218). Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinin tövsiyyəsini nəzərə alır. Belə ki, qərarda qeyd edilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi ilə bağlı nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına uyğundur. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir (CM-in 15.4-cü maddəsi). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarında qeyd olunur ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Məhkəmə kollegiyası işin hallarını, qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmalı və onun üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq və davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək həbsdə saxlandığı 09 ay 23 gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək həbsdə saxlandığı 09 ay 23 gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmasını, barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddlia və məhkəmə xərcləri yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək həbsdə olduğu 9 (doqquz) ay 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza - 4 (dörd) il 2 (iki) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmənin iclas zalından dərhal həbsdən azad olunsun. İş üzrə maddi sübut, məhkəmə məsrəflərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov
Məhkəmə qərarları › İş №1(101)-1222/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1222/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver