Məhkəmə qərarları › İş №1(101)-1222/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1222/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1222/2024 23.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “Mərkəz” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1979-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2002 və 2003-cü il təvəllüdlü uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, 4-cü Əhmədli küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,132 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 34-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında şöbənin əməkdaşlarının keçirdikləri tədbir zamanı 06 oktyabr 2023-cü il tarixdə saat 09:20-də ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2i RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən külli miqdarda, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,132 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü narkotik vasitə heroindən istifadə etmişdir. Bununla əlaqədar 2015-ci ildə məhkum olunmuş, 2017ci ildə cəzasının sonu ilə əlaqədar azad olunmuş və bir daha narkotikdən istifadə etməmişdir. O, ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, 4-cü Əhmədli küçəsi fərdi evdə yaşayır. Ailəsi iki böyük övladından, həyat yoldaşı, anası və qardaşının ailəsindən ibarətdir. 06 oktyabr 2023-cü il tarixdə saat təxminən 08 radələrində yatdığı zaman anası onu oyadaraq həyətlərində kənar şəxslərin olduğunu bildirmişdir. Həyəti müşahidə edən kameranın evindəki manitoruna baxaraq görmüşdür ki, hasarın üzərində 3 nəfər, hasardan kənar isə daha bir neçə şəxs olmuşdur. Həyətə çıxaraq hasarın üzərinə çıxan şəxslərdən kim olmalarını soruşmuş, sonuncular polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, həyət qapısını açmış və 7-8 nəfər mülki geyimdə olan şəxslər həyətə daxil olmuş, ondan evində qanunsuz əşya saxlaması ilə maraqlanmış, o, onlara evində heç bir qanunsuz əşya olmadığını bildirsə də polislər onu həyətdə saxlamaqla evinə baxış keçirmiş, lakin onları maraqlandıran heç bir əşya tapa bilməmişlər. Buna baxmayaraq onlar müşahidə kameralarını və monitoru götürməklə onu Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nə aparmışlar. Orada onu ilkin olaraq İVS-ə salaraq başda Fuad adlı polis əməkdaşı olmaqla 3 nəfər polis onu möhkəm döymüşlər. Məqsədləri isə üzərinə qoyacaqları narkotik vasitəni özünə məxsus vasitə kimi qəbul etdirmələri olmuşdur. Polislər ilk olaraq 3 kq heroini üzərinə götürməyi tələb etmişlər. O, onlarla razı olmadıqda mərhələ-mərhələ 3 qrama enmişlər. Artıq buç əki ilə razılaşmalı olmuşdur. Çünki razı olmadığı halda Fuad onun yetkinlik yaşına çatmayan oğlunu da narkotilə məsuliyyətə cəlb edəcəyini bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş və o, Fuadın ona verdiyi 3,132 qram sellofana bükülmüş heroini təhqiqatçıya təqdim etmişdir. Qeyd etmək istəyir ki, evindən götürülmüş müşahidə kamerası və monitor 2 aydan sonra yararsız vəziyyətdə ailəsinə qaytarılmışdır. Bu səbəbdən kamera görüntülərini məhkəməyə təqdim edə bilmir. Döyülməsi ilə bağlı prokurorluğa şikayət etmiş, ibtidai istintaq təcridxanasına daxil olan zaman xəsarətləri qeydə alınmış, bununla bağlı prokurorluqdan İT-na əməkdaş gələrək izahatını almışdır. Lakin araşdırmanın nəticəsi barədə ona məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞnin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti ərazisi olan Bakı şəhəri, Xətai rayonu, 4-cü Əhmədli küçəsində yaşayan sakin kimi tanımışdır. Belə ki, o, 7 ilə yaxındır ki, Xətai RPİ-nin 34-cü PŞ-də xidmət edir.. Əvvəllər Təqsirləndirilən şəxs barəsində hər hansı bir məlumatı olmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin şəxsi istifadəsi ilə məşğuldur. Bu məlumatı yoxlamaq məqsədilə əməliyyat tədbiri keçirilmiş, əməliyyat qrupuna şöbə rəisinin əmri ilə ondan başqa sahə inspektoru işləyən, polis leytenantı Şahid2 da daxil olunmuşdur. Elə həmin gün saat 10 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında küçədə saxlayaraq PŞ-nə gətirmişlər. Ona özlərini təqdim etmiş və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhəli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə gəlmiş, orada Vüqarı təhqiqatçıya təqdim etmişlər, sonuncu müdafiəçi dəvət edərək müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və onun üzərinə vəkilin və onların iştirakı ilə baxış keçirmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd sellofan bükümü təqdim edərək bildirmişdir ki, həmin sellofanda kakos, yəni heroin vardır, onu bir gün əvvəl Xalqlar Dostluğu metrostansiyasından 60 manata şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən çəkilmiş və çəkisi xatırladığı qədər 3 qram civarında olmuşdur. Həmin büküm qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçıların imzaları ilə təsdiq edilmişdir. O və həmkarı Şahid2 Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki təzyiqlər etməmiş, onun üzərinə heç bir qanunsuz əşyalar qoymamışlar. Onların şöbəsində Fuad adlı əməkdaş işləmir, elə bir şəxs Təqsirləndirilən şəxs saxlanılaraq şöbəyə gətirilməsində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞnin sahə inspektoru, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti ərazisi olan Bakı şəhəri, Xətai rayonu, 4-cü Əhmədli küçəsində yaşayan sakin kimi tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin şəxsi istifadəsi ilə məşğuldur. Bu məlumatı yoxlamaq məqsədilə əməliyyat tədbiri keçirilmiş, rəhbərliyin əmri ilə ondan və həmkarı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün saat 10 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında küçədə saxlayaraq PŞ-nə gətirmişlər. Ona özlərini təqdim etmiş və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhəli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə gəlmiş, orada Vüqarı təhqiqatçıya təqdim etmişlər, sonuncu müdafiəçi dəvət edərək müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və onun üzərinə vəkilin və onların iştirakı ilə baxış keçirmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd sellofan bükümü təqdim edərək bildirmişdir ki, həmin sellofanda kakos, yəni heroin vardır, onu bir gün əvvəl Xalqlar Dostluğu metrostansiyasından 60 manata şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən çəkilmiş və çəkisi xatırladığı qədər 3 qram civarında olmuşdur. Həmin büküm qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçıların imzaları ilə təsdiq edilmişdir. O və həmkarı Şahid1 Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki təzyiqlər etməmiş, onun üzərinə heç bir qanunsuz əşyalar qoymamışlar. Onların şöbəsində Fuad adlı əməkdaş işləmir, elə bir şəxs Təqsirləndirilən şəxs saxlanılaraq şöbəyə gətirilməsində iştirak etməmişdir. Şahidlər Şahid1 və Şahid2 verdikləri ifadələrlə əlaqədar Təqsirləndirilən şəxs bildirdi ki, o, bu şahidləri saxlanılan zaman görməmiş, onları yalnız bölmədə görmüşdür. Onu saxlayan və təzyiq göstərən Fuad adlı polis əməkdaşı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur. xx.xx.2023-cü il tarixdə səhər evdə özü, oğlu Vüqar və gəlini olmuşdur. Bu vaxt qapı döyülmüş, qapı açıldıqda içəri 4-5 nəfər mülki geyimli polis əməkdaşları daxil olmuş, evdə narkotik axtarmış, hətta təzə gəlinin cehizlərini dağıtmışlar. Bundan sonra polislər giriş qapısının ağzında olan kameranı və onun yaddaş cihazını götürüb oğlu Vüqarın da qolunu burub özləri ilə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Qardaşı tutulub polisə aparıldığı xx.xx.2023-cü il tarixdə evdə olmamış, lakin anasından bilir ki, polislər Vüqarı apardıqda giriş qapısının üzərində olan kamera, həmin kameranın yaddaş cihazını və qardaşının mobil telefonunu aparmışlar. İstintaq orqanına müraciət etdikdən sonra kameranı ona qaytarmışlar. Telefon isə bu günə qədər qaytarılmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşı Şahid1 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması, qəbulu ilə məşğul olması barədə məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və eyni tarixli əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlaması, istifadə etməsi və gəzdirməsi barədə ehtimal doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması barədə Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 olmaqla, sahə inspektoru polis leytenantı X5 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin gün saat 09:20-də ünvan 5 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, bu istintaq hərəkəti videoçəkiliş aparılmaqla və müdafiəçisinin iştirakı ilə həmin tarixdə saat 10:25-dən saat 10:33-dək həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya sənədin təqdim edilməsi təklif olunduqdan sonra o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ şəffaf rəngli sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli toz halında olan kütləni çıxararaq təqdim etmiş, sorğu əsasında həmin kütlənin kakos (heroin) olmasını, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyası yaxınlığında anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 60 manata aldığını bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə çəkisinin 3,63 qram olduğu müəyyən edilmişdir. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5233 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün № 152” dairəvi möhür əksləri, “... (imza) Əkbərov...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,132 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 7577 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-638/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi xx.xx.2023-cü il tarixli ifadəsindən müəyyən olunur ki, 7 ildən çoxdur narkotik vasitələrdən istifadə edir və əvvəllər məhkumluğu olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyası yaxınlığında anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 60 manata almış və şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində yaşadığı Bakı şəhəri Xətai rayonu, 4-cü Əhmədli küçəsi ev 1-in qarşısında olan zaman 1 nəfər mülki geyimdə və digəri polis formasında olan şəxslər ona yaxınlaşaraq özlərin təqdim etmiş və onu Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Şöbədə ona üzərində qanunla qadağan edilmiş əşya varsa onu təqdim edilməsi təklif edildikdən sonra o əyninda olan qara rəngli şalvarın sağ yan cibində olan toz halında sellofan kəsiyə bükülmüş qəhvəyi rəngli heroini təqdim etmişdir. İzahatın düzgünlüyü Təqsirləndirilən şəxs və müdafiəçi Bayramov Sevdiyar tərəfindən təsdiq edilmiş, onlar tərəfindən heç bir əlavə edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-nin rəisinin 22/41 saylı 15.1001012-cü il tarixli məktunbdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Xətai rayon prokurorluğunun qərarından müəyyən edilir ki, araşdırma zamanı izahatı alınmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 2001-ci ildən DİO da işləyir. 2017-ci ildən isə qeyd olunan ərazidə əməliyyat müvəkkilidir. 2023-cü ilin oktyabr ayının əvvəlində şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs Təqsirləndirilən şəxs digər polis əməkdaşı ilə birgə tutaraq Xətai RPİ-nin 34-cü PŞ-nə gətirmişdir. O və digər polis əməkdaşı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zorakılıq tətbiq etməmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etdikdən sonra istintaq şöbəsinə təhvil verilmişdir.Araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və onun polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən 538-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan ***-***-**-**; ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələr yoxlanılaraq uzun müddət istifadəsiz qalması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər hallardan onun Cəlilabad rayonunda anadan olduğu, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşadığı, yaşayış yerində müsbət xarakterizə olunduğu və himayəsində 2002 və 2003-cu il təvəllüdlü uşaqlarının olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 14 sentyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, X11 əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən, həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş, onun üzərindən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 13,330 qram qalmış psixotrop maddə metafetamin və 01 ədəd borucuq maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, X8 götürülmüş “Samsung” markalı mobil telefon Əli Səfərlinin qohumlarına qaytarılmış, Əli Səfərlinin üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərinin əks edildiyi bir ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etmə mənbəyini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs tələbnamədən müəyyən olunur ki, o, Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 185.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixli Xətai rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 06 ay 04 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2022-ci il tarixində cəza müddətinin sonu ilə Bakı şəhər Probasiya İdarəsində qeydiyyatdan çıxarılmışdır. Belə ki, o hal-hazırda baxılan iş üzrə cinayət əməlini xx.xx.2023-cü il tarixdə, yəni məhkumluğu ödənilmədiyi dövrdə törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarlarından müəyyən olunur ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yenidən qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Göründüyü kimi, residivin əsas elementlərindən biri əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsidir. “Məhkum olunmuş şəxs” isə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olan şəxs hesab edilir. Bu halda, cəza, CM-in 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, yəni residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi və şahidlərin ifadələri, şəxsi axtarış protokolu və bu axtarışı əks etdirən CD-də olan videogörüntü, digər istintaq protokolları, “cinayət işinin başlanmasının rədd edilməsi” qərarı, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə fiziki təzyiqlər nəticəsində qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyi, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 08 №-li qərarının 10-cu bəndinə əsasən şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop 11 maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, hal-hazırda Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Bakı şəhər Xətai RPİ-də məsul saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 3,032 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd CD-R disk cinayət işinin materiallarına əlavə edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhər Xətai RPİ-də məsul saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 3,032 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd CD-R disk cinayət işinin materiallarına əlavə edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar