Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1223/2020 11.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Yasamal rayon məhkəməsinin x xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 26 (iyirmi altı) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilməmiş, ünvan 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamış və daşımışdır. Belə ki, o, 2020-ci ilin təxminən fevral-mart aylarında Baki şəhərində şəxsiyyəti istintaqa məlum olmayan Elşad adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi bitki mənşəli kütlələr tərkibində narkotik maddə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan təmiz çəkisi 10.006,680 qram təşkil edən külli miqdarda qurudulmuş marixuananı ünvan 1 ünvanının yaxınlığında yerləşən söküntü işləri aparılan ünvana daşıyaraq orada yenidənqurma işləri məqsədilə sökülmüş evin divarının küncünə qoyub üzərini ağac budaqları ilə örtüb gizlətməklə saxlamış, bundan sonra təkrarən xx xxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərzisində yerləşən “Papanin” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə təmiz çəkisi 0,160 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdikdən sonra digər narkotik vasitə olan marixuananı gizlətdiyi həmin yerə gəlib orada olan marixuanadan təmiz çəkisi 1,680 qramını da ayırıb götürməklə üzərində saxlayaraq daşımış, həmin gün saat 13:30 radələrində ünvan 1 ünvanının qarşısında Yasamal RPİ-nin CAŞ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,160 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə bitki mənşəli kütlələr tərkibində narkotik maddə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan təmiz çəkisi 1,680 qram təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra ünvan 1 ünvanının yaxınlığında yerləşən söküntü işləri aparılan ərazidə olan yenidənqurma işləri məqsədilə sökülmüş evin divarlarına baxış keçirilərkən divarın küncündə gizlətdiyi, üzəri ağac budaqları ilə örtülmüş 1 ədəd göy rəngli sellofan paketə bükülmüş vəziyyətdə bitki mənşəli kütlələr tərkibində narkotik maddə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan təmiz çəkisi 10.005 qram təşkil edən külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,təxminən 15-20 ildir ki, narkotik aludəçisidir, inyeksiya yolu ilə heroin qəbul etmiş və bəzi vaxtlarda marixuana da çəkmişdir. Təxminən 5-6 ay bundan əvvəl həmin vaxt onunla bir məhəllədə yaşamış, adını Elşad bildiyi şəxs ona göy rəngli böyük ölçülü sellofan paketdə çəkisini dəqiq bilmədiyi marixuana verib saxlamağını xahiş edərək 10-15 günə ondan götürəcəyini demişdir. O da həmin marixuananı aparıb Yasamal rayonu, M.Müşviq küçəsi, “N.Nərimanov” heykəlinin yaxınlığında sökülmüş tikililərin birində gizlətmişdir. Ancaq Elşad adlı şəxslə əlaqəsi kəsilmiş və onu bir daha görməmişdir. Hərdən bir həmin marixuanadan az-az istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu, “Papanin” deyilən ərazidə bir nəfər üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata 1 ədəd ağ rəngli kağızdan olan bükümdə heroin almış və həmin heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Sonra da Elşaddan götürdüyü marixuananı gizlətdiyi yerə gəlmiş və şəxsi istifadəsi üçün həmin paketdən bir az marixuana götürüb kibrit qutusuna doldurmuş, həmin kibrit qutusunu da əynində olan şalvarının sağ yan cibinə, yəni heroini qoyduğu həmin cibə qoymuşdur. Oradan da yaşadığı evə yollanmış və bir qədər yol getdikdən sonra bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək ondan kim olduğunu soruşmuşlar. O da polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Orada ona hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına vəkil ilə təmin olunmaq hüququ izah oldunduqdan sonra ona Bakı şəhəri Mərkəz Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim edilmişdir. O, həmin siyahını nəzərdən keçirib vəkil X6 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan bir qədər sonra həmin vəkil gəlmiş və ona təqdim edilmişdir. Daha sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunsuz əşyanın olub-olmaması soruşulmuşdur. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağızdan olan bükümü təqdim edib içərisində heroin olduğunu demiş və həmin cibindən 1 ədəd kibrit qutusu çıxararaq içərisində marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin bükümə və kibrit qutusuna polislər tərəfindən baxış keçirilmiş, daha sonra heroin olan həmin büküm və marixuana olan həmin kibrit qutusu zərfə qoyulmuş, zərf möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ondan həmin heroinin və marixuananın haradan əldə etdiyi barədə soruşulduqda o, heroini “Papanin” deyilən yerdə tanımadığı şəxsdən aldığını, marixuananı isə 5-6 ay bundan əvvəl Elşad kimi tanıdığı şəxsdən götürdüyü marixuananın üstündən bir az götürüb kibrit qutusuna doldurduğunu demişdir. Ondan Elşad adlı şəxsin verdiyi həmin marixuananı harada gizlətdiyi barədə soruşulduqda o, həmin marixuananı Yasamal rayonu, M.Müşviq küçəsi, “N.Nərimanov” heykəlinin yaxınlığında sökülmüş tikililərin birində gizlətdiyini demişdir. Bundan sonra o, vəkil Kərim Bağırov və polis əməkdaşları birlikdə həmin yerə getmişlər. Orada həmin yerə baxış keçirilmiş və o, polis əməkdaşlarına göy rəngli paketdə olan marixuananın yerini göstərmişdir. Həmin göy rəngli paket polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən möhür olan kağızın üzəri imalanmışdır. Marixuananı ona Elşad adlı şəxs saxlaması üçün vermişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki təsir göstərilməmişdir. Üzərinə baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata 1 ədəd ağ rəngli kağızdan olan bükümdə heroin almışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat müvəkkili işlədiyi Yasamal RPİ-nin CAŞ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xx xxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində ünvan 4 ünvanının qarşısında olduqları zaman saat 13:30 radələrində xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Sonra onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olduğunu bildirərək ünvan 2 ünvanında yaşadığını demişdir. Onlar da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşdıqdan sonra onlarla birlikdə Yasamal RPİ-nin inzibati binasına gəlmişdir. Orada Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququ olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs da ona təqdim edilmiş siyahıdan Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X5 onun hüquqlarını müdafiə etməsini istədiyini demişdir. Bundan sonra X6 müdafiəçi qismində dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi Təqsirləndirilən şəxs bildirilərək üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd üzərində “Victory” yazısı olan kibrit qutusunu və həmin cibindən 1 ədəd ağ rəngli kağızdan olan bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin büküm və kibrit qutusu açılmış, bükümün içərisindən qəhvəyi rəngli və tozşəkilli maddə aşkar olunmuş, kibrit qutusunun içərisində isə bitki mənşəli kütlə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu və həmin maddəni xx xxx 2020-ci il tarixdə saat 12 radələrində “Papanin” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını, kibrit qutusunun içərisində olan kütlənin isə narkotik maddə olan marixuana olduğunu və həmin maddəni həmin tarixdə onlar tərəfindən saxlanıldığı yerin yaxınlığında, yəni ünvan 4 ünvanının yaxınlığında olan söküntü işləri aparılan ərazidə 5-6 ay bundan əvvəl gizlətdiyi marixuananın üstündən götürüb kibrit qutusuna doldurduğunu deyərək marixuananı gizlətdiyi yeri onlara göstərə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm və kibrit qutusu bağlanaraq zərfə qoyulmuş və zərfin üzəri DİN-nin 42 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd edilənlərin hamısı videoyazı ilə qeydə alınmışdır. Bundan sonra o, əməliyyat müvəkkili Şahid2, müdafiəçi Kərim Bağırov, təhqiqatçı Əli Məmmədov və Təqsirləndirilən şəxs birlikdə sonuncunun narkotik vasitə olan marixuananı gizlətdiyi yerə yollanmış və ünvan 4 ünvanının yaxınlığında olan söküntü işləri aparılan əraziyə gəlmişlər. Orada Təqsirləndirilən şəxs onları sökülmüş tikililərdən birinə aparmış və orada olan sökülmüş otaqların birində küncdə səpələnmiş ağac budaqlarını qaldıraraq altından göy rəngli sellofan paket çıxarmışdır. Paket açıldıqda orada bitki mənşəli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik maddə olan marixuana olduğunu bildirərək həmin marixuananı 4-5 ay bundan əvvəl Elşad adlı tanışından saxlamaq üçün götürdüyünü demişdir. Bundan sonra aşkar edilmiş həmin sellofan paket bağlanaraq DİN-nin 42 nömrəli möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd edilənlərin hamısı videoyazı ilə qeydə alınmışdır. Bundan sonra həmin zərfdə olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm və kibrit qutusu, həmçinin onun gizlətdiyi yerdən aşkar edilərək götürülmüş göy rəngli sellofan paket içərisində olan kütlənin tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Argo” markalı siqaret qutusunu və 1 ədəd qara rəngli alışqanı, həmin şalvarın sağ yan cibindən isə 1 ədəd üzərində “Victory” yazısı olan kibrit qutusunu və 1 ədəd ağ rəngli kağızdan olan bükümü çıxarıb təqdim edərək həmin kibrit qutusunda olan kütlənin marixuana olduğunu, bükümdə olan maddənin isə heroin olduğunu bildirmişdir. Həmin hərəkətlər polis əməkdaşları tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır (cild 1, iş vərəqə 30-31). Cinayət işinin materiallarında olan “baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında olan söküntü işləri aparılan ərazidə sökülmüş tikililərin birində divarın küncündə üstü ağac budaqları ilə örtülməklə onun tərəfindən gizlədilmiş göy rəngli sellofan paketi göstərib həmin paketin içərisində olan ot mənşəli kütlənin marixuana olduğunu bildirmişdir. Həmin hərəkətlər polis əməkdaşları tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır (cild 1, iş vərəqə 34-35). Cinayət işinin materiallarında olan protokollardan görünür ki, cinayət işi üzrə keçirilmiş şəxsi axtarış və götürmə, həmçinin baxış zamanı qeydə alınmış videoyazı olan disklərə istintaq zamanı baxış keçirilmişdir (cild 1, iş vərəqə 60-63). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 7/260 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs ...Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” yazısı və imzalar olan 1 ədəd “göy” rəngli polietilen bağlamadakı təmiz çəkisi 10.005 qram (10 kq 5 qram) və üzərində “1.Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 1,680 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 10.006,680 qramdır (10 kq 6,680 qram). Ekspert tədqiqatı zamanı 10.006,680 qram olan ümumi çəkidən 0,3 qram qurudulmuş marixuana sərf edilmiş, tədqiqatdan sonra 10.006,380 qram qurudulmuş marixuana qalıq qalmışdır (cild 1, iş vərəqə 43-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/893 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №42” möhür əksi və “Saxlanılan şəxs...Təqsirləndirilən şəxs...” əl yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,160 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspert tədqiqatı zamanı 0,160 qram olan ümumi çəkidən 0,05 qram heroin sərf edilmiş, tədqiqatdan sonra 0,110 qram heroin qalıq qalmışdır (cild 1, iş vərəqə 49-51). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 7/333 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatı zamanı 10.006,380 qram olan ümumi çəkidən 0,1 qram qurudulmuş marixuana sərf edilmiş, tədqiqatdan sonra 10.006,280 qram qurudulmuş marixuana qalıq qalmışdır (cild 1, iş vərəqə 134-135). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli 2243 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görümüşdür (cild 1, iş vərəqə 144-145). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx xxxxxxxx 2020-ci il tarixli 1885 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki vəziyyətdə psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 185-186). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 10.006,680 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 10.006,28 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,160 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,110 qram narkotik vasitə olan heroin xx xxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, baxış keçirilərkən qeyd alınmış videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R disk, şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R disk və “xxxxxxx” MMC-dən əldə edilmiş 1 ədəd yaddaşında anten məlumatları olan CD disk xx xxxxxx 2020-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 141; 148-155). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10.006,680 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananıəldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 157-158). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxsYasamal rayon məhkəməsinin x xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 26 (iyirmi altı) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 111-123). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “ az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). İş materiallarında olan Yasamal rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 80-81). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxsəməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 249,54 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 10.006,28 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,110 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, baxış keçirilərkən qeyd alınmış videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R diskin, şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R diskin və “xxxxxxx” MMC-dən əldə edilmiş 1 ədəd yaddaşında anten məlumatları olan CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 249,54 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 10.006,28 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,110 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, baxış keçirilərkən qeyd alınmış videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R diskin, şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R diskin və “xxxxxxx” MMC-dən əldə edilmiş 1 ədəd yaddaşında anten məlumatları olan CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1223/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1223/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver