Məhkəmə qərarları › İş №1(101)-1223/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1223/2021

20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1223/2021 20.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X9 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X5, Zərərçəkmiş şəxsin hüquqi varisi: X8 iştirakı ilə Təqsirləndirilən şəxs– xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 4-də qeydiyyatda olmaqla, Xətai rayonu, Cavanşir küçəsi, ev 15b ünvanında yerləşən ayrı tikilidə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan mərhum etmişdir. Belə ki, o, 15.02.2021-ci il tarixdə saat 03 radələrində yaşadığı evə ondan narkotik maddə almaq üçün gəlmiş tanışı Zərərçəkmiş şəxs özündə narkotik maddə olmadığını deyib gecə saatlarında evinə gəldiyinə görə iradını bildirdiyindən evinin qarşısında aralarında yaranmış mübahisə zəmnində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə evinə qayıdaraq götürdüyü zavod üsulu ilə istehsal edilmiş, tiyəsinin uzunluğu 125 mm, orta hissədən eni 20 mm, maksimal qalınlığı 1,5 mm, dəstəyinin uzunluğu 110 mm, orta hissədən eni 23 mm, orta hissədən qalınlığı 1,5 mm olan bir tərəfi kəsici xassəyə malik olan, soyuq silah hesab edilməyən, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə vuraraq ona döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döş xətti ilə sağ döşyanı xətlər arasında, sağ Vİ qabırğa səviyyəsində, həmin qabırğanı kəsərək daxilə döş boşluğuna keçib, ətraf yumşaq toxumaları, sağ ağciyəri və ürəyi zədələyən, kəskin, çoxlu qanitirmə və sağ tərəfli hemopnevmotoraks ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmanın əlamətinə malik bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş xəsarət və alt çənə nahiyəsinin ön səthinin sağ yarısında kəsilmiş səthi dəri yarası, sol almacıq və burun belinin sol yan səthi nahiyələrində sıyrıqlar, sağ qaş üstü, sağ göz orbitasının bayır səthi, sağ yanaq və sağ mil-bilək oynağı nahiyələrində qançırlar kimi isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, O, ünvan 1 ünvanında atası Şamillə birlikdə yaşamışdır. Atası həmin ünvanda tikilmiş birmərtəbəli bir otaqlı kiçik evdə yaşamış, özü isə həmin evdən 15-20 metr aralıda yerləşən köhnə anbarın içində müxtəlif ev əşyaları qoyaraq ev kimi istifadə etdiyi yerdə yaşamışdır. 15.02.2021-ci il tarixdə gecə saat 03 radələrində yaşadığı evin içərisində iki nəfəri görüb, onlardan onun evində nə işləri olduğunu soruşmuş, İsmayıl evin içində giriş qapısının yanında duraraq ona “səndən söz soruşmaq istəyirəm” demişdir. O isə “gecə vaxtı məndən nə söz soruşursan?” deyə cavab verib və evindən çıxmasını tələb etmişdir. İsmayıl onunla kobud danışmış, İsmayılın yanında da sonradan adını Çinar kimi tanıdığı şəxs olmuşdur. Onlar evdən çölə çıxanda İsmayıl ona əl-qol atmağa başlamışdır. İsmayılın səs-küyünə atası yatdığı evdə işığı yandırıb pəncərədən baxıb ondan nə baş verdiyini soruşmüş, o isə heç nə olmadığını, atasına gedib yatmasını bildirmişdir. Atası da işığı söndürüb pəncərədən çəkilmişdir. Sonra İsmayıla demişdir ki, sabah gələrsən görüşərik. İsmayıl isə ona «nədir sözüm xoşuna gəlmədi?» demişdir. O, İsmayıl və Çinarı həyətdən də çıxarmış, İsmayıl yenidən əlinə daş götürüb qayıdaraq ona söyüş söyməyə başlamışdır. İsmayıl əl çəkməyərək uca səslə ona qarşı söyüşlər söyüb paltarından tutub onu dartıb və yerə yıxmışdır. Həmin vaxt İsmayılın ayağının yanında, yerdə bir ədəd qara dəstəkli bıçaq görmüş və bıçağın İsmayıla aid olduğunu başa düşüb, İsmayılın ona bıçaqla xəsarət yetirmək fikrinin olduğunu düşünərək yerdə olan bıçağı götürüb, özünü müdafiə etmək məqsədilə bıçağı əlində İsmayıla tərəf yelləmişdir. Sonra İsmayıl və Çinar birlikdə oradan qaçıb uzaqlaşmışlar. O, evdən çıxıb müxtəlif ərazilərdə gəzib, sonra Hövsan qəsəbəsində yerləşən qəbirstanlığa gedib anası və qardaşının qəbirlərini ziyarət etmiş, oraya gedərkən polis əməkdaşı ona zəng edib onu 36-cı polis bölməsinə çağırmışlar, o isə “bilirəm məni niyə çağırırsız, anamla qardaşımın qəbrini ziyarət edib bölməyə gələcəyəm”. Ziyarətdən sonra qəbirstanlıqdan çıxıb 36-cı polis bölməsinə getmiş və orada İsmayılın öldüyünü bilmişdir. O, İsmayılı qəsdən öldürmədiyini bildirmişdir. Məhkəmdə şahid qismində ifadə vermiş X12 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. İsmayılın əvvəllər məhkumluğu olmuş, cəzaçəkmə müəssisəsində olduğu üçün oranı çox pis xatırlamış və həmişə cinayətdən uzaq olmuşdur. Yaşadıqları ərazidə Çinar adlı qonşuları olmuş, Çinar İsmayıl ilə bəzən onların evində yemək də yemişdir. 15.02.2021-ci il tarixdə saat 06 radələrində Çinar onun evinə gedərək ona sakit tonla demişdir ki, “bibi, qorxma, bir xəbər deyəcəm, İsmayıl bir nəfərlə dava edib, nəticədə İsmayıla bıçaqla yüngül zədə yetiriblər, hazırda İsmayıl Sabunçu xəstəxanasındadır”. O, Çinara xəstəxanaya getmələrini demiş, Çinar da üzərindəki paltarları dəyişib gələcəyini deyib getmişdir. O, evdə əynini geyinib Çinarı gözləmiş, lakin Çinar gəlməmişdir. Səhər açılan kimi polis əməkdaşları gələrək bildirmişlər ki, İsmayıl vəfat etmişdir. Sonra morqda gedərək həqiqətən İsmayılın vəfat etdiyini bilmişdir. Bundan sonra eşidib bilmişdir ki, İsmayılı qətlə yetirən Famil adlı şəxsdər. O, Təqsirləndirilən şəxs şikayətçi olmasını və ona ən ağır cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, bacısına məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ev 27, mənzil 16-da bacısı Gülər, keçmiş həyat yoldaşı X6, oğlu Akif və qızı Xədicə ilə birlikdə yaşayır. Həyat yoldaşından 2017-ci ildə ayrılsa da birlikdə yaşayırlar. 2008-ci ilə qədər Sanqaçal terminalında elektrik vəzifəsində işləmiş, 2008-ci ildə keçirdiyi avtomobil qəzasından sonra qabırğalarında yaranan sınıqlarla bağlı sinəsinə plastik millər qoyulmuşdur. Həmin qəzadan sonra heç yerdə işləmir, yalnız son zamanlar avtomobillərin parklanması yerlərində parklama fəaliyyəti ilə məşğul olub pul qazanır. 2 il müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, təxminən 2018-ci ilin əvvəllərində törətdiyi oğurluq əməli səbəbi ilə şərti məhkumluq cəzası almışdır. 2018-ci ilin sonlarında yaşadığı ərazidə Zərərçəkmiş şəxs ilə tanış olmuş və onunla birlikdə narkotik vasitə olan marixuana, heroin və digər narkotik maddələr alıb istifadə etmişlər. 14.02.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Araz” supermarketin qarşısında olan avtomobil parklama yerində parklama fəaliyyəti ilə məşğul olmuşdur. 14.02.2021-ci il tarixdə saat 24 radələrində İsmayıl onun yanına gəlmiş və sellofan torbada onun İsmayıla geyinməyi üçün verdiyi gödəkcəni gətirib saxlaması üçün ona verib demişdir ki, “bu qalsın burda, gedib bir qədər pul da tapım, Samirdən narkotik alım”. O da gödəkcəni götürüb yanında saxlamış və işi ilə məşğul olmuşdur. Bundan 2 saat sonra, yəni 15.02.2021-ci il tarixdə saat 02 radələrində İsmayıl yenə də onun yanına gəlib ondan narkotik maddə almaq üçün 7 manat pul istəmiş, o isə o qədər pulunun olmadığını bildirmişdir. İsmayıl ondan sellofandakı gödəkcəni götürüb demişdir ki, “narkotiki gedib Famildən alaq”. İsmayıldan Familin kim olduğunu soruşanda, İsmayıl demişdir ki, “bir yerdə həbsdə olmuşuq, o da narkotik maddə satır”. O, İsmayıl ilə birlikdə Familin yaşadığı evə getmişdir. Familin yaşadığı ev onun işlədiyi yerdən təxminən piyada 10 dəqiqəlik məsafədə yerləşmişdir, Famil yaşayış binalarından bir qədər aralıda olan qaraj tipli evdə yaşamışdır. İsmayıl Familin evinin qapısını döymədən içəri girib kobud formada Famili çağırmış, Famil yataq paltarı ilə qapıya çıxıb İsmayıla bu formada evinə girdiyinə görə sərt formada irad bildirmişdir. İsmayıl narkotik maddə almaq üçün Familə sellofanda gətirdiyi ona məxsus gödəkcəni və 2 manat pul təklif etmiş, Famil isə ilk olaraq 10 manat tələb etsə də, sonra narkotik maddə qalmadığını, yalnız birini özü üçün saxladığını bildirmişdir. Bu zaman İsmayıl Famil ilə kobud formada danışaraq söyüb təhqir etmiş, hər ikisi evdən çölə çıxmış, İsmayıl Familin sinəsindən yumruq vurmuş, o isə onları ayırmışdır. Famil “gedim əynimi dəyişim çıxım söhbət edək” sözlərini deyib, evinə girib əynini dəyişib əlində bıçaqla çölə çıxmışdır. Yenə də İsmayılla Famil mübahisə etməyə başlamış, o isə ayırmağa çalışsa da, onu özlərindən uzaqlaşdırmışlar, aralarına heç kimin girməməyi üçün söyüş söymüşlər və o, kənara çəkilib dayanmışdır. İsmayıl yerdən daş götürüb cibinə qoymuş və Famili çox pis söyüşlərlə təhqir etmişdir. Bu zaman Famil İsmayılın döş qəfəsinə bir dəfə bıçaqla zərbə vurmuş, İsmayıl isə geri çevrilib qaçmış, onunla Famil də İsmayılın arxasınca əsas yol istiqamətində, yəni Cavanşir küçəsi istiqamətində qaçmağa başlamışlar. Famil qaça-qaça qışqırmışdır ki, “dayan, qaçma sənə kömək edək, olmaz qaçmaq”. Lakin, İsmayıl dayanmadan qaçmış, onlar çata bilməmişlər. Əsas yolu keçdikdən, yəni hadisə baş verən yerdən təxminən 400 metr məsafə qaçdıqdan sonra, İsmayıl sağ yanı üstə yerə yıxılmış və sifətinin sağ tərəfi yerə dəymişdir. O, dərhal İsmayıla yaxınlaşıb başını qaldırıb qoluna qoymuş, bu zaman İsmayılın ağzından qan gəldiyini, gödəkcəsinin sinə hissəsində deşik olduğunu və oradan qan axdığını görmüşdür. Həmin vaxt saat artıq 03 radələri olmuşdur. O, qışqırıb kömək çağırmağa başlamışdır. Familin isə orada olmadığını görmüş, sonuncunun hansı anda getdiyini görməmişdir. Bir neçə dəqiqə sonra tanımadığı ortayaşlı kişi və ortayaşlı xanım onlara yaxınlaşmış, onlardan biri təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım maşını gəldikdən sonra o, İsmayılı maşına yerləşdirməyə kömək etmiş və İsmayılı xəstəxanaya aparmışlar. O, iş yerinə qayıdıb iş geyimini çıxarmış, daha sonra mərhum İsmayılın anası Arzu xanımın yanına gedərək, Familin İsmayılı bıçaqla vurmasını və İsmayılın Sabunçu xəstəxanasında olduğunu bildirmişdir. Daha sonra saat 08 radələrində hadisə barədə polisə məlumat vermişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilmişdir. O həmin ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən kiçik tikili evdə 10 ildən çoxdur ki, tək yaşayır. Evindən sağ tərəfdə, təxminən 15-20 metr aralıda köhnə anbar var. Həmin anbarda oğlu Təqsirləndirilən şəxs ev kimi şərait qurub tək yaşamışdır. Oğlu Famil subaydır, heç vaxt ailə qurmamış, övladı yoxdur, təxminən 2 dəfə dəqiq bilmədiyi Cinayət Məcəlləsinin maddələri ilə məhkum olunmuşdur. Famil sonuncu dəfə həbsdən təxminən 3 il əvvəl azadlığa çıxmışdır. O, oğlu ilə küçələrdən plastik materiallar toplayıb sataraq pul qazanıb dolanmışlar. 15 fevral 2021-ci il tarixdə gecə saat 03 radələrində o, öz evində uzanmış, lakin yatmamışdır. Çöldən ucadan danışan şəxslərin səslərini eşidərək, evin pəncərəsini açıb çölə baxanda görmüşdür ki, Famil və 2 nəfər tanımadığı, adlarını sonradan bildiyi İsmayıl və Çinar adlı şəxslər uca tonla bir-biri ilə söhbət edirlər. Famil onlardan çıxıb getmələrini tələb edir. O, pəncərədən səslənərək Famildən nə baş verdiyini soruşmuş, Famil ona demişdir ki, “ata, problem yoxdur, get yat”. O da pəncərəni bağlayıb, çarpayısında uzanmışdır. Təxminən 20 dəqiqə sonra Famil onun evinə girib, giriş qapısının solunda yerləşən stolun üstünə 1 ədəd qara dəstəkli mətbəx bıçağı qoyaraq “ata, bu bıçaqla adam vurmuşam” demişdir. Həmin mətbəx bıçağını onların evində istifadə edilər bıçaq olmuşdur. O, Familə polisə məlumat verməyini və təslim olmağını bildirmişdir. Oğlu isə təslim olacağını deyərək, evdən çıxıb getmişdir. O, sonradan öyrənmişdir ki, həmin mübahisə zamanı Famil İsmayıl adlı şəxsi bıçaqla bir dəfə vurmuş, İsmayıl isə oradan qaçaraq təxminən 300-400 metr aralıda ölmüşdür. O, həmçinin hadisə zamanı səs-küy eşitdiyinə görə pəncərədən baxan zaman Famil, İsmayıl və Çinarın əlində heç bir predmet görmədiyini, oğlunun nə narkotik maddə istifadə etməsi, nə də narkotik maddə satması barədə məlumatının olmadığını, oğlunun yanına başqa şəxslərin gəlib-getdiyini də heç vaxt görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan "cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 15.02.2021-ci il tarixli protokoldan müəyyən olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Xətai rayon məhkəməsinin 17 fevral 2021-cu il tarixli 4(011)-50/2021 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15 fevral 2021-ci il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 12.05.2011-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 04.10.2011-ci il tarixli hökmü ilə 01 (bir) il 05 (beş) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 19.05.2014-cü il tarixli hökmü ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 02.07.2014-cü il tarixli hökmü ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Appelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26.02.2018-ci il tarixli qərarı ilə 15.12.2017-ci il tarixli qərar dəyişdirilib, təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası 03 (üç) il 09 (doqquz) aya endirilib və cəzasını çəkib qurtardığından məhkəmə zalından azad edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinə əsasən tutulduğu 4 gün cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 ay (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02.03.2021-ci il tarixli 16 saylı rəyindən görünür ki, - Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşağıdakı qrup xəsarətlər aşkar edilmişdir: Döş qəfəsinin ön səthinin sağ yarısında , sağ döş xətti ilə sağ döşyanı xətlər arasında, sağ Vİ qabırğa səviyyəsində, həmin qabırğanı kəsərək daxilə - döş boşluğuna keçib, ətraf yumşaq toxumaların, sağ ağ ciyəri və ürəyi zədələyən, kəskin, çoxlu qanitirmə və sağ tərəfli hemopnevmotoraks ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş - kəsilmiş yara, alt çənə nahiyəsinin ön səthinin sağ yarısında kəsilmiş səthi dəri yarası, sol almacıq və burun belinin sol yan səthi nahiyələrində sıyrıqlar, sağ qaş üstü, sağ göz orbitasının bayır səthi, sağ yanaq və sağ mil-bilək oynağı nahiyələrində qançırlar; Qeyd olunan xəsarətlərdən döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döş xətti ilə sağ döşyanı xətlər arasında, sağ Vİ qabırğa səviyyəsində, həmin qabırğanı kəsərək daxilə - döş boşluğuna keçib, ətraf yumşaq toxumaların, sağ ağ ciyəri və ürəyi zədələyən, kəskin, çoxlu qanitirmə və sağ tərəfli hemopnevmotoraks ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş - kəsilmiş yara və alt çənə nahiyəsinin ön səthinin sağ yarısındakı bir ədəd kəsilmiş səthi dəri yarası, xüsusiyyətləri və tibbi kriminalistik tədqiqatlara əsasən onlar ülgücə və küpə malik yastı tiyə tipli hər-hansı bir deşici-kəsici alətin (alətlərin), əşyanın (əşyaların) təsirindən, sol almacıq və burun belinin sol yan səthi nahiyələrindəki sıyrıqlar, sağ qaş üstü, sağ göz orbitasının bayır səthi, sağ yanaq və sağ mil-bilək oynağı nahiyələrindəki qançırla isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Sıyrıqlarda və qançırlarda zədə yetirən əşyanın (əşyaların) fərdi xüsusiyyətləri əks olunmadığından, eləcə də forma və xarakterinə əsasən nə kimi küt əşyanın (əşyaların) təsirindən yaranmasını dəqiq müəyyən etmək mümkün deyildir. - Qeyd edilən xəsarətlər həyati olub, ölüm baş verməmişdən az əvvəl (dəqiqələrlə ölçülən vaxt vahidi ilə) yetirilmişdir, qərarın təsviri hissəsində göstərilən 15.02.2021-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yaralar ülgücə və küpə malik yastı tiyə tipli hərhansı bir deşici-kəsici alətlə (alətlərlə), əşya ilə (əşyalarla), sıyrıqlar və qançırlar isə küt əşya və ya əşyalarla yetirilə bilərdilər . Xəsarətlər qısa müddət ərzində yetirildiyindən onların ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyil, paltarların üzərində olan xəsarətlə vət. Zərərçəkmiş şəxs meyitində olan xəsarət bir-birinə uyğun gəlir. - Dərəcələrinə görə Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən - döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döş xətti ilə sağ döşyanı xətlər arasında, sağ Vİ qabırğa səviyyəsində, həmin qabırğanı kəsərək daxilə - döş boşluğuna keçib, ətraf yumşaq toxumaların, sağ ağciyəri və ürəyi zədələyən, kəskin, çoxlu qanitirmə və sağ tərəfli hemopnevmotoraks ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir, alt çənə nahiyəsinin ön səthinin sağ yarısında kəsilmiş səthi dəri yarası , sol almacıq və burun belinin sol yan səthi nahiyələrində sıyrıqlar, sağ qaş üstü, sağ göz orbitasının bayır səthi, sağ yanaq və sağ mil-bilək oynağı nahiyələrində qançırlar isə ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə səbəbli əlaqəsi yoxdur. - Zərərçəkmiş şəxs döş boşluğunun müayinəsi zamanı döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döş xətti ilə sağ döşyanı xətlər arasında, sağ Vİ qabırğa səviyyəsində, həmin qabırğanı kəsərək daxilə - döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yaranın yara kanalının istiqaməti yuxarıdan bir qədər aşağıya, bir qədər sağdan sola və boşluqda qurtardıqlarına görə bu yara kanalının uzunluğunu dəqiq təyin etmək olmadı.- Zərərçəkmiş şəxs ölümünə səbəb - almış olduğu daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara nəticəsində baş vermiş kəskin çoxlu qanitirmə olmuşdur. Mərhumun ölümünün baş vermə müddəti, meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 4-6 saat əvvələ uyğun gəlir.- Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin öz-özünə yetirməsinə xarakterik deyildir. - Mübarizə və özünümüdafiə məfhumları hüquqi məfhumlar olub məhkəmə-tibb ekspertin səlahiyyətinə aid deyil. - Xəsarətlər yetirilən anda zərərçəkmiş və hücum edən (edənlər) dinamikada (hərəkətdə) olduqları üçün hansı duruş vəziyyətində olmaqlarını dəqiq müəyyən etmək mümkün deyil. Lakin xəsarətlər Zərərçəkmiş şəxs bədəninin ön səthində yerləşdiyindən xəsarətlər yetirilən zaman onun özü və xəsarətlər yetirən şəxsin (şəxslərin) əsasən üzbəüz olması istisna olunmur. - Aldığı xəsarətlərdən sonra Zərərçəkmiş şəxs yeriyə və ya məqsədyönlü hərəkətlər edə bilib-bilməməsi hər bir insanın fərdi xüsusiyyətlərindən asılıdır. - Xəsarətlər yetirilən zaman zərərçəkmiş şəxsin hansı vəziyyətdə olması təhqiqat və istintaq yolu (hərəkətləri ilə) aydınlaşdırıla bilməsi daha məqsədə müvafiqdir. - Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4- benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18.02.2021ci il tarixli 136 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik və trasoloji ekspertizasının 02.04.2021-ci il tarixli 3/449; 3/450 saylı rəyində göstərilir ki, - Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesabı edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. - Tədqiqata bir ədəd göy rəngli, iki yan, iki arxa cibə malik cins şalvar təqdim edilmişdir. Şalvarın uzunluğu -1130 mm, bel hissəsindən eni -410 mm-dir. Təqdim edilmiş şalvarın vizual və lupa vasitəsilə tədqiqi zamanı üzərində zədə aşkar edilmədi. - Tədqiqata bir ədəd boz rəngli idman şalvarı təqdim edilmişdir. Şalvarın uzunluğu- 980-mm, bel hissəsindən eni -360 mm-dir. Təqdim edilmiş idman şalvarının vizual və lupa vasitəsilə tədqiqi zamanı üzərində zədə aşkar edilmədi. - Tədqiqata bir ədəd üzərində göy-ağ-qara rəngləri olan alt tumanı təqdim edilmişdir. Tumanın uzunluğu -360 mm, bel hissəsindən eni -220 mm-dir. Təqdim edilmiş tumanın vizual və lupa vasitəsilə tədqiqi zamanı üzərində zədə aşkaredilmədi. İİ. Üzərində “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı onun qaldığı evindən…….” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş paltarların tədqiqi: - Tədqiqata bir ədəd qəhvəyi rəngli uzunqol sviter təqdim edilmişdir. Sviterin uzunluğu - 690 mm, çiyin hissəsindən eni -600 mm-dir. Təqdim edilmiş sviterin vizual və lupa vasitəsilə tədqiqi zamanı üzərində zədə aşkar edilmədi. - Tədqiqata bir ədəd göy rəngli cins şalvar təqdim edilmişdir. Şalvarın uzunluğu -1100 mm, bel hissəsindən eni - 400 mm-dir. Təqdim edilmiş cins şalvarın vizual və lupa vasitəsilə tədqiqi zamanı üzərində zədə aşkar edilmədi. İİİ. Üzərində “Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman əynində olan....” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş paltarların tədqiqi: - Tədqiqata bir ədəd tünd sarı rəngli ön yuxarı hissəsi zəncirbəndli uzunqol sviter təqdim edilmişdir. Sviterin uzunluğu -690 mm, çiyin hissəsindən eni -540 mm-dir. Təqdim edilmiş sviterin vizual və lupa vasitəsilə tədqiqi zamanı üzərində zədə aşkar edilmədi. - Tədqiqata bir ədəd göy rəngli cins şalvar təqdim edilmiş. Şalvarın uzunluğu -1000 mm, bel hissəsindən eni – 400mm-dir. Təqdim edilmiş cins şalvarın visual və lupa vasitəsi ilə tədqiqi zamanı üzərində zədə aşkar edilmədi. - Tədqiqata bir ədəd tiyə və dəstək hissədən ibarət olan bıçaq təqdim edilmişdir. Təqdim edilən bıçağın texniki xüsusiyyətləri rəyin balistik hissəsində qeyd olunmuşdur. Təqdim edilmiş bıçağın vizual və lupa vasitəsilə tədqiqi zamanı üzərində aşağıdakı zədə aşkar edildi. - Bıçağın tiyəsinin uc hissəsində 6 mm uzunluqda zədə vardır. - Tədqiqata təqdim edilmiş üzərində “X1....” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş qara rəngli gödəkçənin, qara rəngli sviterin, yaşıl rəngli sviterin, göy rəngli köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Tədqiqata təqdim edilmiş üzərində “X1........” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş qara rəngli gödəkçənin səthində olan “a” zədəsi, qara rəngli sviterin, yaşıl rəngli sviterin, göy rəngli köynəyin səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin təqdim edilmiş üzərində “X1....” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş qara rəngli gödəkçənin səthində olan “a” zədəsində, qara rəngli sviterin, yaşıl rəngli sviterin, göy rəngli köynəyin səthindəki zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Üzərində “X1.........” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş qara rəngli gödəkçənin, qara rəngli sviterin, yaşıl rəngli sviterin, göy rəngli köynəyin səthində olan zədələrdə zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. - Təqdim edilmiş üzərində “X1.........” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş gödəkçənin səthində olan “b”, “c” zədələri isə ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Xüsusi ədəbiyyatlarda yuxarıda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından bu zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. - Qərarda göstərilən “Paltarların səthindəki zədələr bir predmetin təsirindən yaranmışdırmı?” sualına cavab vermək mümkün deyil. - Qərarda göstərilən “Zərbələr endirilən anda zərərçəkənlə zərbəni endirən şəxs hansı qarşılıqlı vəziyyətdə olmuşlar?” sualına istintaq eksperimenti aparılmaqla cavab vermək mümkündür. - Təqdim edilmiş bıçağın tiyəsinin üzərində sınma zədəsi vardır. Bıçağın tiyəsinin üzərində olan sınma zədəsinin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün olmadı. - Təqdim edilmiş digər geyim əşyalarının səthində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarında olan Lifli materialların tədqiqi üzrə kriminalistik ekspertizasının 31.03.2021-ci il tarixli 6/946 saylı rəyində göstərilir ki, - Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkcənin, 01 ədəd sviterin, 01 ədəd poliverin, 01 ədəd maykanın, 01 ədəd idman şalvarının, 01 ədəd qısaqol köynəyin, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şübhəli şəxs qismində tutulan zaman əynində olan 01 ədəd şalvarın, 01 ədəd sviterin; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən ifadəsinin hadisə yerində yoxlanması zamanı onun qaldığı evdən götürülmüş 01 ədəd poliverin, 01 ədəd şalvarın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. - Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən ədəd sviterin səthi üzərindən aşkar edilmiş tünd qəhvəyi rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şübhəli şəxs qismində tutulan zaman əynində olan sviterin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 30.04.2021-ci il tarixli 172-MTKŞ saylı rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun döş qəfəsinin ön səthinin sağ yarısında aşkar edilmiş daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yaranın və alt çənə nahiyəsinin ön səthinin sağ yarısında olan bir ədəd kəsilmiş yaranın ekspertizaya təqdim edilmiş, bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə (bıçağın tiyəsinin xəsarət yetirən anda ucunun deformasiyaya uğramaması nəzərə alınmaqla) törənməsi inkar olunmur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 19.04.2021-ci il tarixli 184/2021-MTBŞ saylı rəyində göstərilmişdir ki, - Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta /İ/. - Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/. /Sonuncunun şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən/. - Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcə, pulover, sviter, cins şalvar, qısaqol mayka üzərində insan qanı ləkələri aşkar olundu Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin bəzi ləkələrdə alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi üzrə inkar olunmur /əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa/. - Təqdim edilən Zərərçəkmiş şəxs məxsus idman şalvarı üzərindəki ləkələrdə və 01 ədəd mətbəx bıçağı üzərində qan, Təqsirləndirilən şəxs məxsus iki ədəd şalvar, iki ədəd pulover, Zərərçəkmiş şəxs məxsus trusik üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işinin materiallarında olan Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji ekspertizasının 22.05.2021-ci il tarixli 1009 saylı rəyində göstərilir ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə: - Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. - Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. - Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. - Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. - Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Məhkəmə-psixoloji ekspertizası üzrə: - Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Qıcığa qarşı həssaslıq, hövsələsizlik, kobudluq, tez özündən çıxmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. - Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. - Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmışdır. - Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-narkoloji ekspertizasından rayon prokurorluğuna daxil olan 08.05.2021-ci il tarixli AKT-da qeyd edilmişdir ki, “Xətai rayon prokurorluğunun müstəntiqi Araz Tağıyevin icraatında olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X2 məcburi narkoloji tibbi yoxlama komissiyası tərəfindən müayinə olunmaq üçün 08 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsinə gətirilmişdir. Lakin Təqsirləndirilən şəxs müayinə olunmaqdan qəti surətdə imtina etmiş və bununla əlaqədar olaraq onu müayinə etmək mümkün olmamışdır” Cinayət işinin materiallarında olan 15.02.2021-ci il tarixdə hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs hadisədən sonra yaralı vəziyyətdə aşkar edildiyi ərazi Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 nömrəli yaşayış binasının qarşısında yerləşir. Hadisə yerinə baxış zamanı hər hansı bir maddi sübut götürülməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X10 Şəxsdən rayon prokurorluğuna daxil olan 03.04.2021-ci il tarixli 2787 saylı məktubda qeyd edilmişdir ki: “xx.xx.1985-ci il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə 22.11.2010- 30.11.2010-cu il, 06.12.2010-10.12.2010-cu il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Diaqnoz: Qısamüddətli depressiv reaksiya, adaptasiya pozulması nəticəsində”. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinə əsasən tutulduğu 4 gün cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 ay (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq cinayət işi üzrə maddi sübut kimi tanınmış - Mərhum Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı onun hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli sviter, bir ədəd yaşıl rəngli zolaqlı sviter, bir ədəd boz rəngli idman şalvarı, bir ədəd cins şalvar və bir ədəd mavi rəngli qısaqol mayka, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman əynində olan bir ədəd tünd sarı rəngli sviter, bir ədəd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanması zamanı onun qaldığı evdən götürülmüş bir ədəd qəhvəyi rəngli sviter, bir ədəd göy rəngli cins şalvar və onun yaşadığı evdən 15-20 metr aralıda yerləşən atasının yaşadığı evdən götürülmüş bir ədəd bıçaq hökm qanunu qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs və Şahid1 ifadələrinin yerində yoxlanılmasını əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 282 manat 16 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İbtidai araşdırma zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi 90 (doxsan) manat, X3 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 17 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğlna təyin edilmiş 1 (bir) il 11 ay (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılaraq üzərində qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- 17 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi Mərhum Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı onun hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli sviter, bir ədəd yaşıl rəngli zolaqlı sviter, bir ədəd boz rəngli idman şalvarı, bir ədəd cins şalvar və bir ədəd mavi rəngli qısaqol mayka, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman əynində olan bir ədəd tünd sarı rəngli sviter, bir ədəd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanması zamanı onun qaldığı evdən götürülmüş bir ədəd qəhvəyi rəngli sviter, bir ədəd göy rəngli cins şalvar və onun yaşadığı evdən 15-20 metr aralıda yerləşən atasının yaşadığı evdən götürülmüş bir ədəd bıçaq hökm qanunu qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs və Şahid1 ifadələrinin yerində yoxlanılmasını əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 282 manat 16 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Vəkillər Kollegiyası vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi 90 (doxsan) manat, X3 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar