Məhkəmə qərarları › İş №1(101)-1223/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1223/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1223/2023 15.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Çərkəz oğlunun iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1986-cı ildə Ermənistan Respublikası Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 5 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 79-da qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı kəndində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 108 ünvanında yerləşən X5 "xxxx" Səhmdar Cəmiyyətinin Zərərçəkmiş şəxs2nə məxsus 30.000 dəyərində 1991-ci il buraxılışlı MKAT-40 (xüsusi) model, 10AG414 dövlət qeydiyyat nişanlı tam yararlı və işlək vəziyyyətdə kranı ayda 2.400 manat icarə haqqı verəcəyini vəd verərək kranı icarəyə götürmək adı ilə qeyd edilən ünvandan götürərək vədinə əməl etməyib sonradan başqa şəxslərə sataraq zərərçəkmiş hüquqi şəxs X5 "xxxx" Səhmdar Cəmiyyətinin Zərərçəkmiş şəxs2nə 30.000 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 108 ünvanında yerləşən X5 "xxxx" Səhmdar Cəmiyyətinin Zərərçəkmiş şəxs2nə məxsus 80.000 manat dəyərində 2008-ci il buraxılışlı “Hitachi ZX330LC” markalı ekskovatoru ayda 5.000 manat icarə haqqı verəcəyini vəd verərək ekskavatoru icarəyə götürmək adı ilə qeyd edilən ünvandan götürərək vədinə əməl etməyib sonradan başqa şəxslərə sataraq zərərçəkmiş hüquqi şəxs X5 "xxxx" Səhmdar Cəmiyyətinin Zərərçəkmiş şəxs2nə 80.000 manat dəyərində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 özünü avtomobil ticarəti ilə məşğul olan şəxs kimi təqdim edib sonuncuya məxsus “MMZ-5549”markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomaşını satıb 15 gün müddətinə avtomşının dəyəri olan 5.500 manat pulu verəcəyini vəd edib ümumilikdə 5.500 manat dəyərində olan “MMZ-5549” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomaşını ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Hamlet İsmayılov Zərərçəkmiş şəxs2ndə işləmişdir. O da atası Hamletin yanında işləyən zaman Zərərçəkmiş şəxs2 direktoru olan Nümayəndə ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 Bakı şəhəri Xətai rayonu Nobel prospekti-108 ünvanda yerləşir. Həmin şirkət özünə məxsus müxtəlif kran, ekskovator və digər texnikaları icarəyə və lizinqə verir. 2021-ci ilin avqust ayında maddi imkanı yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs2ndən “MKAT-40” markalı qaldırıcı kranı icarəyə götürüb sataraq pul əldə etmək qərarına gəlmişdir. Buna görə də, Zərərçəkmiş şəxs2nə gedərək qaldırıcı kran icarəyə götürmək istədiyimi bildirmiş, Əhliyyət müəllim də onu tanıdığı üçün etiraz etməmiş, bundan sonra 30 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə “MKAT-40” markalı qaldırıcı kranın icarəyə götürülməsi barədə müqavilə bağlamışdır. Müqaviləyə əsasən o icarəyə götürdüyü “MKAT-40” markalı qaldırıcı krana görə hər Zərərçəkmiş şəxs2nə 2400 manat pul ödəməli idi. Həmin vaxt icarəyə götürdüyü “MKAT-40” markalı qaldırıcı krana görə şirkətin hesabına 2400 manat pul köçürmüşdür. Əhliyyət müəllimə isə onu inandırmaq üçün kranı Abşeron rayonu Mehdiabad qəsəbəsində tikinti obyektində işlədəcəyimi bildirmişdir. Ona olan inamı görüb yenidən Zərərçəkmiş şəxs2ndən icarəyə ekskavator götürmək qərarına gəlmiş və Əhliyyət müəllimlə razılaşaraq xx.xx.2021-ci il tarixdə o yenidən Zərərçəkmiş şəxs2 ilə «Hitashi ZX330LC» markalı ekskavatoru icarəyə götürməsi barədə icarə müqaviləsi bağlamışdır. Ancaq ekskavatorun mühərriki xarab olduğuna görə şirkət ona bir ay möhlət vermiş, ekskavatoru təmir etdirdikdən sonra ekskavator üçün hər ay 5000 manat, kran üçün isə 2400 manat ödəməli idi. Zərərçəkmiş şəxs2ndən “MKAT-40”markalı qaldırıcı kranı və «Hitashi ZX330LC» markalı ekskavatoru maddi imkansızlığı ucbatından satmaq niyyəti ilə həmin texnikaları Goranboy rayonunda yerləşən «X15» şirkətinə metal kimi satmaq üçün gətirmişdir. Bakı şəhərində «X15» şirkətinin rəhbəri Anar adlı şəxslə görüşüb ona özünə məxsus işlək vəziyyətdə olmayan “MKAT-40” markalı qaldırıcı kran və «Hitashi ZX330LC» markalı ekskavatoru Goranboy rayonunda yerləşən «X15» şirkətinə təhvil verdi . Həmin vaxt gətirmiş olduğu texnikaları Sahib Mehdiyev adlı şəxs qəbul etmişdir. O, ona da, texnikaların özünə məxsus olduğunu, mühərrikinin işləmədiyini, istifadə müddəti bitdiyi üçün metal kimi satdığını bildirmişdir. Sahib də ona inanaraq gətirmiş olduğu texnikaları metal kimi tərəzidə çəkdikdən sonra ona ümumilikdə 27000 manat pul vermişdir. Sahibdən aldığı 27000 manat pulu şəxsi işlərinə xərcləmişdir. Bundan sonra Əhliyyət müəllim ona zəng vurduğu üçün mobil telefonlarını söndürmüşdür ki, o onunla əlaqə yarada bilməsin. Bundan başqa, 2022-ci ilin avqust ayında internet sosial şəbəkəsi olan “Tap.az” saytında elanda “Maz” markalı su avtomaşının satılmasını görmüş, elanda olan ***-***- **-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış, əlaqə saxladığı şəxsin Zərərçəkmiş şəxs1 olduğunu bilmiş, onunla danışıb xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində görüşmüş, orada MAZ markalı avtomaşına baxmış və görmüşdür ki, avtomaşının surət qutusu və mühərriki üzərində yoxdur. Malik-Əjdər ilə danışıb həmin avtomaşını 5.500 manata almağına razılaşmış, lakin pulunu 15 sentyabr 2022-ci il tarixdə verəcəyini bildirmişdir. İlk öncə Malik-Əjdər onunla razılaşmaq istəməmiş, lakin, o ona yaşadığı evini göstərdikdən sonra sonuncu ona inanaraq maşını ona təqdim etmişdir. Sonra o, 156 xidmətinə zəng edib evakuatorla həmin avtomaşını Hövsan qəsəbəsindən Binəqədi rayonu istiqamətinə aparan zaman evakuatorun sürücüsü Təhsin adlı şəxs maşını metal qəbuluna aparmasını bilərək qohumu Vahid adlı şəxsə həmin maşını metal kimi təhvil verməsini təklif etmiş, o da onunla razılaşmışdır. Bundan sonra onlar maşını Vahidin iş yeri olan “Dərnəgül” adlanan yerə aparmışlar. Vahid avtomaşına baxarkən avtomaşının yararsız vəziyyətdə olmasını görərək avtomaşının kimə məxsus olduğunu soruşmuş, o da ona avtomaşının özümə məxsus olduğunu demişdir. Vahid ondan avtomaşına dair sənədləri istədikdə o ona avtomaşına dair sənədləri 2-3 gündən sonra gətirib verəcəyimi bildirmişdir. Bundan sonra Vahid ona bildirdi ki, gətirdiyi avtomaşını metal kimi ala bilər, çünki o özüdə həmin avtomaşını metal kimi satacaqdır. O, Vahidin təklifi ilə razılaşmış, bundan sonra Vahid “Maz” markalı avtomaşını tərəzidə çəkmiş, ona 2.115 manat pul vermişdir. O, pulu Vahiddən aldıqdan sonra Təhsinə xidməti haqqı olaraq 200 manat pul vermişdir. Sonradan Vahid ona zəng vurub avtomaşına dair sənədi istəsə də o ona yalandan başqa rayonda olduğunu, Bakı şəhərinə gələn kimi avtomaşına dair sənədləri ona verəcəyimi bildirmişdir. Daha sonra o, telefon nömrəsini onu axtarmasınlar deyə dəyişmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə vurduğu ziyanları ödəmişdir. Belə ki, Goranboy rayonuna apardığı kran və ekskovator Zərərçəkmiş şəxs2nə qaytarılmış, həmçinin «Maz» markalı su maşınına görə də ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 108 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 direktoru vəzifəsində işləyir. Şirkətdə müxtəlif kran, ekskavator və digər texnikalar vardır ki, həmin texnikaları icarəyə və ya lizinqə verməklə məşğul olur. Təqsirləndirilən şəxs oğlu şirkətə müraciət edərək bir ədəd kran və bir ədəd ekskavator icarəyə götürmək istədiyini bildirmişdir. Vasiflə atası Hamletin yanında görüb tanımışam. Hamlet əvvəllər bizim şirkətdə qaldırıcı kran işlədirdi. Vasif də atası ilə gəlib gedən zamandan onu tanıyırdım. Təxminən 2021-ci ilin avqust ayının axırlarında Təqsirləndirilən şəxs bizim şirkətə gələrək bizdən qaldırıcı kran icarəyə götürmək istədiyini bildirdi. 30 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla “MKAT-40” markalı qaldırıcı kranın icarəyə götürülməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Vasif icarəyə götürdüyü “MKAT-40” markalı qaldırıcı krana görə hər ay şirkətə 2400 manat pul ödəməli idi. Həmin vaxt Təqsirləndirilən şəxs icarəyə götürdüyü “MKAT-40” markalı qaldırıcı krana görə şirkətin hesabına 2400 manat pul köçürdüyü üçün ona inanmışlar. Hətta Təqsirləndirilən şəxs kranı Abşeron rayonu Mehdiabad qəsəbəsində tikinti obyektində işlədəcəyini bildirdi. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs yenidən şirkətə gələrək ekskavator icarəyə götürmək istədiyini bildirmiş, buna görə də, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxsla şirkət arasında icarə müqaviləsi bağlandı və həmin müqaviləyə əsasən ona «Hitashi ZX330LC» markalı ekskavatoru icarəyə vermişlər. Ancaq ekskavatorun mühərriki xarab olduğuna görə Təqsirləndirilən şəxs bildirdi ki, ona bir ay möhlət verilsin ki, o, ekskavatoru təmir etdirsin və bir aydan sonra ekskavator üçün hər ay 5000 manat, kran üçün isə 2400 manat ödəməyə söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin texnikaları şirkətin ərazisinə aparmışdır. Onun Təqsirləndirilən şəxs icarəyə götürdüyü texnikaları metal qırıntısı kimi satması barədə məlumatı olmamışdır. Lakin sonradan «X15» şirkətinin direktoru kimi tanıdığı Anar adlı şəxs ona zəng vuraraq şirkətinə Təqsirləndirilən şəxs bir ədəd ekskavator və bir ədəd kran apararaq qara metal kimi satdığını bildirmişdir. O, Anarla görüşdüyü zaman müəyyən etmişdir ki, həmin texnikalar Təqsirləndirilən şəxs onlardan icarəyə götürdüyü texnikalardır. Bundan sonra hüquqmühafizə orqanlarına müraciət etmişdir. Öz texnikalarını yalnız bir ildən sonra şirkətə qaytara bilmişlər. Bunun üçün 5.000 manat məbləğində şirkətin xərci çıxmışdır. Təqsirləndirilən şəxs həmin texnikaları şirkətə qaytarmaq üçün heç bir tədbir görməmişdir. Ondan texnikanın gətirilməsinə sərf olunan 5.000 manat pulu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı “MMZ-5549” markalı maşınla əlaqədar tanımışdır. Belə ki, onun mülkiyyətində “MMZ-5549” markalı su maşını olmuş, lakin maşının mühərriki və bir çox hissələri olmamışdır. Bu səbəbdən maşını satmaq fikrinə gəlmiş, bununla bağlı sosial şəbəkələrdə elan vermiş, maşının dəyərini 5.500 manat kimi təqdim etmiş, həmin elan əsasında Təqsirləndirilən şəxs ona müraciət edərək su avtomaşını bəyəndiyini və almaq istədiyini bildirmişdir. Xeyli söhbətdən sonra Təqsirləndirilən şəxs ona iki gündən sonra gəlib avtomaşını 5.500 manata alacağını demişdir. 30 avqust 2022-ci il tarixdə təxminən saat 15 radələrində Vasif onun yaşadığı ünvana gəlmiş, həyətində olan məxsus “MMZ-5549” markalı, **- RA-*** dövlət nömrə nişanlı su avtomaşına baxdıqdan sonra avtomaşını almaq istədiyini, lakin 5500 manat pulunu 15 günə verə biləcəyini bildirmişdir. O, maddi çətinlik çəkdiyi üçün məcbur qalıb razılaşmış və Vasif avtomaşını aparmaq üçün evakuator sifariş verərək avtomaşını evakuatora yükləyərək aparmışdır. 15 sentyabr 2022-ci il tarixdə Vasiflə əlaqə saxlayaraq pulunu tələb etmişdir. Vasif isə bir səbrli olmağını, 2-3 gün müddətə pulu verə biləcəyini demişdir. 2-3 gündən sonra Vasifə yenidən zəng vurmuş, lakin Vasif artıq zənglərinə cavab verməmişdir. O zaman Vasifin hərəkətlərindən başa düşmüşdür ki, Vasif onun etibarından sui-istifadə edərək “MMZ- 5549” markalı, **-RA-*** dövlət nömrə nişanlı su avtomaşınımı ələ keçirmişdir. 22 sentyabr 2022-ci il tarixdə o, Vasifin hərəkətləri barədə DİN-nin 102 xidmətinə zəng vurub bildirmiş, 30 sentyabr 2022-ci il tarixdə isə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona olan borcunu hissə-hissə olmaqla tam ödəmiş, bu səbəbdən o, onunla barışaraq şikayət və tələbinin olmamasına dair ərizəsini istintaqa təqdim etmişdir. Həmin ərizəsini bu gün də təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, əvvəllər “Dərnəgül”-də dəmir qəbulu və satışı ilə məşğul olurdu. Onun dayısı oğlu Şahid3 xx.xx.2022-ci il tarixdə idarə etdiyi evakuator maşını ilə onun iş yerinə gəlmiş, maşının üzərində sökülmüş halda olan “MAZ” markalı avtomaşın olmuş, avtomaşının mühərriki, surət qutusu və kardan valı olmamışdır. Təhsinlə birlikdə gələn Təqsirləndirilən şəxs ona bildirmişdir ki, maşın ona məxsusdur, yararsızdır, metala satmaq istəyir. Təhsinə maşının çəkisinin hər kilosuna 45 qəpik ödəyəcəyini demiş, sonuncu razı olduqdan sonra avtomaşını tərəzidə çəkərək ona 2.115 manat pul ödəmişdir. Maşının sənədini isə Vasif çatdıracağını desə də gətirməmişdir. Sonra iş yerinə polis əməkdaşları gəldikdən sonra bilmişdir ki, həmin maşın Vasifə məxsus deyildir. Vasifin verdiyi maşını metallon kimi doğratdırıb poladəritmə zavoduna vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, evakuator deyilən nəqliyyat vasitəsini işlədir. xx.xx.2022-ci il tarixdə işlədiyi şirkətdən ona bildirmişlər ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən, Bakı şəhəri Binəqədi rayonu ərazisinə aparmaq lazımdır. Sifariş əsasında Təqsirləndirilən şəxs bildirdiyi Hövsan qəsəbəsinə getmiş, orada maşının üzərinə sökülmüş, mühərriki, surət qutusu və kardan valı olmayan “MAZ” markalı maşını yükləyərək Binəqədi rayonunda yerləşən metal qəbulu məntəqəsinə aparmış, lakin orada Vasif maşının metal qırıntısına verilməsinə dair qiymətlə razı olmamış, ondan tanıdığı metal qəbulu yerini bildiyini soruşmuş, o da ona demişdir ki, bibisi oğlu Şahid4 Dərnəgüldə metal qəbulu ilə məşğuldur. Vasif ondan onu Vahidin yanına aparmasını xahiş etmiş, o da Vahidə zəng edib razılığını aldıqdan sonra Vahidin yanına getmişlər. Vahidlə Vasifin söhbətində iştirak etməmiş, sonuncular arzılığa gəlib “MAZ” markalı avtomaşını onun maşının üzərindən endirdikdən sonra Vasif ona 300 manat pul ödəmişdir. Vasiflə söhbət zamanı sonuncu ona bildirmişdir ki, həmin maşın ona məxsusdur, yararsız olduğu üçün metallaloma vermək istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Goranboy rayonu Qazanbulaq qəsəbəsində yerləşən «X15» şirkətinin təsisçisidir. Sahib Mehdiyev isə təsisçisi olduğu şirkətin direktor müavini vəzifəsində işləyir. «X15» şirkəti metal tullantılarının qəbulu ilə məşğul olur. Onlar metal tullantıları və istifadədən çıxmış texnikaları metal kimi qəbul edərək polad əritmə zavodlarına satırlar. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, sonuncu ona dəfələrlə gətirib texnika təhvil vermişdir. 2021-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb görüşərək özünə məxsus işlək vəziyyətdə olmayan “MKAT-40” markalı qaldırıcı kran və «Hitashi ZX330LC» markalı ekskavator olduğunu, həmin texnikaları metal kimi satmaq istədiyini bildirmişdir. O da Vasifə bildirmişdir ki, texnikaları Goranboy rayonu Qazanbulaq qəsəbəsində yerləşən «X15» şirkətinə gətirmək lazımdır. Hətta texnikaların rayona daşınmasının pulunu özü ödəyəcəyini Vasifə bildirmişdir. Bundan sonra Vasif “MKAT-40” markalı qaldırıcı kranı və «Hitashi ZX330LC» markalı ekskavatoru yük avtomobili ilə Goranboy rayonunda yerləşən «X15» şirkətə gətirib təhvil verdi. Həmin vaxt Vasifdən gətirmiş olduğu texnikaların sənədlərini tələb etsələr də, Vasif sənədləri iki günə gətirəcəyini bildirmiş, bu səbəbdən ona inanaraq Vasifin gətirmiş olduğu “MKAT-40” markalı qaldırıcı kranı və «Hitashi ZX330LC» markalı ekskavatoru metal kimi tərəzidə çəkib qəbul etmiş, ikisinin birlikdə qiymətinin 27000 manat kimi qiymətləndirmişdir. Həmin pulu Vasifə iki dəfə olmaqla ilk dəfə 12.000 manat , sonra isə 15.000 manat ödəmişdir. Vasif onlara metal kimi satmış olduğu “MKAT-40” markalı qaldırıcı kranı və «Hitashi ZX330LC» markalı ekskavatorun sənədlərini gətirmədiyi üçün onunla əlaqə saxlamağa çalışsa da, o, telefona cavab vermədiyi üçün bu mümkün olmamışdır. Bu texnikalarla internetdə onlayn satış səhifələrə daxil olduqda müəyyən etmişlər ki, bu texnikaları Zərərçəkmiş şəxs2 satışa qoymuş, həmin şirkətin rəhbəri Əhliyyət Əliyevlə əlaqə saxlayaraq müəyyən etmişlər ki, həmin şirkət bu texnikaları Təqsirləndirilən şəxs icarəyə vermişdir. Bundan sonra bu məsələyə hüquq-mühafizə orqanları qarışaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmişlər. Həmin texnikaları Zərərçəkmiş şəxs2nə qaytarmış, Təqsirləndirilən şəxs ona ödənilmiş 27.000 manat puldan 10.000 manatını qaytarmış, qalan məbləği də ödəyəcəyini öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidi ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrindən müəyyən olunur ki, təxminən həmin ilin avqust ayında özünə məxsus **-RA-*** dövlət qeydiyyat nişanlı “MAZ” markalı avtomobili internet saytı vasitəsilə satışa çıxarmışdır, ********** saylı mobil nömrədən ona zəng gəlmiş və həmin nömrənin sahibi Vasif adlı şəxs gələrək avtomobilə baxmış və 5500 manata almasına razılaşmışlar. Vasif apardığı maşının pulunu həmin ilin sentyabrn 15nə qədər verəcəyini bildirmiş, lakin pul gətirməmişdir, Vasifə zənglər olunmasına baxmayaraq mobil telefona da cavab verməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarxli “baxış keçirilməsi” haqqında protokoldan müəyyən olunur ki, baxış keçirilən ərazi Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2-dür. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə “MAZ” markalı avtomobili yaşadığı evin həyətində satmaq üçün Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə onun etibarından sui-istifadə edərək onun pulunu verməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində göstərilən əməli törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəli 29 oktyabr 2022-ci ildən hesablanmaqla barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 27 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 01 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin 091-17043-1222 saylı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, “MAZ” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış X8 tərəfindən xx.xx.2021-ci il tarixli Goranboy RPŞ-nin rəisinə ünvanlanmış ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “HİTASHİ ZX330LC” markalı ekskavatoru və “MKAT 40” markalı avtokarı işlədiyi şirkətin emalatxanasına gətirərək ümumilikdə ondan 25600 manat pul alaraq, həmin texnikalara dair sənədləri təqdim edəcəyini vəd edərək onu altdatmış və sənədləri bu günədək təqdim etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən Goranboy rayon Polis İdarəsinə ünvanlanmış 07 saylı xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixdə 01 ədəd “HİTASHİ ZX330LC” markalı balans dəyəri 82500 AZN olan ekskavatoru işlətmək üçün icarəyə götürmüşdür. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin ekskavatoru Goranboy rayonuna apararaq orada qara metal qəbulu məntəqəsində Anar adlı şəxsə 13000 manata sataraq, ekskavatoru doğradaraq metalloloma təhvil vermək istəmişdir, ancaq “X16” MMC-nin işçilərinin (rəhbər Anar adlı şəxs) sayıqlığı nəticəsində işdən xəbər tutaraq ekskavatorun doğradılmasının qarşısı alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış 11 sentyabr 2021-ci il tarixli “İcarə Müqaviləsi” surətindən müəyyən olunur ki, "xxxx" MMC-nin direktoru icarədar Əliyev Əhliyet bir tərəfdən, digər tərəfdən isə icarəçi adlanacaq Təqsirləndirilən şəxs birlikdə razılığa gələrək, “HİTASHİ ZX330LC” markalı ekskavator aylıq 5000 manat icarə dəyəri müəyyənləşdirilərək icarəçi Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən Goranboy rayon Polis İdarəsinə ünvanlanmış 08 saylı xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə 01 ədəd “MKAT-40” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı balans dəyəri 40673 AZN olan avtokarı işlətmək üçün icarəyə götürmüşdür. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin ekskavatoru Goranboy rayonuna apararaq orada qara metal qəbulu məntəqəsində Anar adlı şəxsə 13000 manata sataraq, ekskavatoru doğradaraq metalloloma təhvil vermək istəmişdir, ancaq “X16” MMC-nin işçilərinin (rəhbər Anar adlı şəxs) sayıqlığı nəticəsində işdən xəbər tutaraq ekskavatorun doğradılmasının qarşısı alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış 30 avqust 2021-ci il tarixli “İcarə Müqaviləsi” surətindən müəyyən olunur ki, "xxxx" MMC-nin direktoru icarədar Əliyev Əhliyet bir tərəfdən, digər tərəfdən isə icarəçi adlanacaq Təqsirləndirilən şəxs birlikdə razılığa gələrək, MKAT-40” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı markalı avtokar aylıq 2.400 manat icarə dəyəri müəyyənləşdirilərək icarəçi Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, baxış keçirilən yer Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 108 ünvanında yerləşən «Azər Lizinq» şirkətidir. Həmin şirkət 70 sot ərazidə yerləşir. Şirkətdə mütəlif növ kran, ekskavator və digər texnikalar vardır ki, şirkət həmin texnikaları icarəyə və lizingə verməklə məşğuldur.Baxışda iştirak edən Nümayəndə bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 30 avqust 2021-ci il tarixdə MKAT-40” markalı qaldırıcı kran hər ayına 2400 manat ödənməklə və “HİTASHİ ZX330LC” markalı ekskavator hər ayına 5000 manat icarə haqqı ödənməklə icarəyə götürülmüşdür. 16 sentyabr 2021-ci il tarixdə “X16” MMC-nin direktoru kimi özünü təqdim edən Anar adlı şəxs ona zəng edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azər Lizinqdən icarəyə götürdüyü MKAT-40” markalı avtokarı və “HİTASHİ ZX330LC” markalı ekskavatoru 27000 manata satmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6361 nömrəli rəyindən müəyyən olunur ki, 2008-ci il buraxılışlı “Hitachi ZX330LC” markalı, mühərrikinin qalovka hissəsində çat olan (təmirinə 3000 manat tələb olunan) ekskovatorun dəyəri 80000 manat, 1991-ci il buraxılışlı MKAT-40 (xüsusi) model, 10AG414 dövlət qeydiyyat nişanlı tam yararlı və işlək vəziyyyətdə kranın dəyəri 30000 manat təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş **********75 saylı xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 13-20-4-04 saylı xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası X5 "xxxx" Səhmdar Cəmiyyəti İxtisaslaşdırılmış Lizing Şirkəti “AəzrLizing” tərəfindən Suraxan RPİ-nə ünvanlanmış məktubdan müəyyən olunur ki, cinayət işi üzrə keçən MKAT-40” markalı avtokar və “HİTASHİ ZX330LC” ekskavator şirkətə məxsusdur, şirkət dövlət şirkətidir və əmlakı dövlətə məxsusdur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 Xüsaməddin oğlu tərəfindən Bakı şəhəri Suraxanı RPİ-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, cinayət hadisəsi nəticəsində ona dəymiş 5500 manatlıq zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Şahid2 tərəfindən Bakı şəhəri Suraxanı RPİ-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, cinayət hadisəsi nəticəsində ona dəymiş 27000 manatlıq zərər X4 tərəfindən ödənilmiş və ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon prokurorunun müavini, ədliyyə müşaviri Elgiz Qənizadənin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasına lüzum olmadığından barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 04 ay müddətində həbsdə olduğu müddət ona cəza təyin edildikdə nəzərə alınmalıdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surəindən müəyyən olunur ki, o, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bililinərək həmin Məcəcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 08 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsində göstərilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4-cü maddəsində isə göstərilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə az ağır cinayət əməli sayılan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bililinərək həmin Məcəcəllənin 69.3-cü ümaddəsi tətbiq edilməklə 01 il 08 ay 06 günü azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 21-2/3-2862 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 01 il 08 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 04 ay 15 gününü çəkmiş, 01 il 03 ay 23 gün isə çəkilməmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs hal-hazırda ittiham olunduğu əməllər üzrə son, 3-cü dələduzluq epizodu Təqsirləndirilən şəxs barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli hökmündən sonra, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş və belə olan halda Təqsirləndirilən şəxs baxılan iş üzrə cəza təyin edildikdə CM-nin 67.1ci maddəsinə əsasən əvvəlki məhkumluğu üzrə çəkilməmiş cəzası hökmlərin məcmusu üzrə tam və ya qismən yeni hökmlə təyin olunacaq cəzaya birləşdirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilərkən əvvəlki hökmlə əsas və əlavə cəzasınının çəkilməmiş hissəsi, yəni 01 il 03 ay 23 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırlmasının iki günü bərabər tutulur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş “Məhkəmə Elektron Sistemi” vasitəsi ilə əldə olunmuş arayışın surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2019, 2009, 2019, 2014 və 2016-cü il təvəllüdlü 5 az yaxşlı övladı vardır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı və məhkəməyə verdiyi ifadələrindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Xüsaməddin oğluna məxsus olan “MAZ” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə internet sosial şəbəkəsi olan “Tap.az” saytında gördükdən sonra ona zəng edərək Suraxanı rayonu Hövsan qəsəbəsinə zərərçəkmişin yaşadığı ünvana getmiş, orada həmin avtomobilə baxış keçirdikdə surətlər qutusu və mühərrikinin olmadığını görmüşdür. Məlik-Əjdərlə 5500 manata razılaşmış, məbləği isə xx.xx.2022-ci il tarixdə verəcəyini bildirmişdir. Zərəçəkmişin ən başda ona inanmayaraq onunla razılaşmaq istəmədiyini gördükdən sonra onu öz yaşadığı Novxanı kəndində yerləşən evinə apararaq inandırmış və onu bu inamından istifadə edərək, etibardan sui-istifadə özgənin əmlakını ələ keçirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası X5 "xxxx" Səhmdar Cəmiyyəti İxtisaslaşdırılmış Lizing Şirkəti “AzərLizing”-ə məxsus balans dəyəri 82500 manat olan “Hitashi ZX330LC” markalı ekskovatoru 11 sentyabr 2021-ci il tarixdə, balans dəyəri 40673 manat olan MKAT-40” markalı qaldırıcı kranı isə 2021-ci ilin avqust ayında işlətmək və aylıq qeyd olunan şirkətə icarə ödəmək məqsədi ilə icarədar qeyd olunan şirkətin baş direktoru Nümayəndə arasında müqavilə bağlayaraq onun etibarından sui-istifadə edərək, əldə etdiyi texnikanı müqavilə üzrə icarəyə vermək əvəzinə Goranboy rayonuna apararaq orada qara metal qəbulu məntəqəsində “Hitashi ZX330LC” markalı ekskovatoru 13000 manata, MKAT-40” markalı qaldırıcı kranı isə 14000 manata satmış və doğradaraq metalloloma təhvil vermək istəmiş, lakin “X16” MMC-nin rəhbəri kimi qeyd olunan Anar adlı şəxsin sayıqlığı nəticəsində doğradılmanın qarşısı alınmışdır. Bütün qeyd olunan hallar, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də ki məhkəmə istintaqı zamanı verdiyi etiraf edici ifadələri ilə, zərərməkmiş şəxs Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və şahidlərin həm ibtidai istintaq zamanı, həm də ki məhkəmə istintaqı zamanı verdiyi ifadələri və ibtidai istintaq orqanına verdiyi şikayət ərizələri və məhkəmədə tədqiq edilmiş cinayət işinin digər sənədlərdən tam müəyyən olunur və sübuta yetirilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsində qeyd olunan əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirmişdir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində az yaşlı övladlarının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 15 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bu zaman Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 ay müddətində, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddət hesaba alınmalı və ona təyin olunmuş cəza müddətindən çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs eyni dələduzluq əməllərinə görə artıq bir dəfə məhkum olunduğunu, ona təyin edilmiş cəzanın tamamlanmadığını, ona hökmlərin məcmusu ilə cəza təyin edilməsi zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş, 01 il 03 ay 23 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 04 (dörd) ay ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar