Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1223/2024 26.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1990-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesinin 3-cü kilometrliyində yerləşən “Bakı Beynəlxalq Avtovağzal” kompleksinin ərazisində istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,707 qram çəkidə narkotik vasitə olan heroini 03 ədəd qızılı rəngli kağız bükümdə alıb əldə edərək üzərində saxlamaqla daşımış, 29 avqust 2023-cü il tarixdə saat 09:30-da Binəqədi RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesinin 3-cü kilometrliyində yerləşən “Bakı Beynəlxalq Avtovağzal” kompleksinin sağ tərəfində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-yə gətirilib üzərinə həmin gün saat 11:45-də şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofanın içində, 03 ədəd qızılı rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,666 qram, 2,945 qram və 1,096 qram olmaqla, ümumi təmiz çəkisi 6,707 qram olan, külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş ifadəsində göstərmişdir ki, 29 iyul 2023-cü ildə Sabirabad rayon Məhkəməsinin qərarı ilə 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilmiş, Binəqədi rayonunda yerləşən İnzibati həbs olunanların müvəqqəti saxlama məntəqəsinə göndərilmişdir. 29 avqust 2023-cü il tarixdə İnzibati həbs olunanların müvəqqəti saxlama məntəqəsinin qarşısından polis əməkdaşları onu saxlayaraq Binəqədi RPİ-ə gətirmişlər. Polis əməkdaşları idarədə narkotik vasitə təqdim edərək boynuna götürməsin tələb etmiş, o buna etiraz etdikdə polis əməkdaşları onu döymüş, fiziki təzyiqlər etmiş və sonda təzyiqlərə dözməyərək narkotik vasitənin guya özünə məxsus olmasını etiraf etmək məcburiyyətində qalmışdır. Döyülməsi ilə bağlı araşdırmalar aparılmış, təcridxanaya daxil olarkən və barəsində həbs qətimka tədbirinin seçilməsi məsələsinə baxılarkən məhkəməyə bu barədə məlumat vermişdir. Narkotik vasitə istifadəçisi olsa da heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü qismən təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, 29 avqust 2023-cü il tarixdə səhər saat 07 radələrində qeydiyyatda olduğu Sabirabad rayonunda getmək üçün, evdən çıxaraq Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 3-cü kilometrliyində yerləşən “Bakı Beynəlxalq AvtovağzaP’ına getmişdir. Həmin günü saat 09 radələrində qeyd olunmuş Avtovağzalda olan zaman, rayon istiqamətində taksi fəaliyyəti ilə məşğul olan avtomobilləri gözləyirmiş. Avtovazalm sağ tərəfində piyada gəzərkən, yerdə parıltılı şeffaf sellefonın içində qızıl rəngli əşya görmüşdür. Sağa-sola baxdıqdan sonra həmin içində qızıl rəngli olan, şəffaf sellefona bükülmüş əşyanı yerdən götürmüşdür. Həmin əşyamı götürdükdən sonra açaraq içinə baxmışdır. Sellofanın içində 03 ədəd qızılı rəngli kağız büküm var idi. O bükümləri bir-bir açmış və görmüşdür ki, içində qəhvəyi rəngli, toz şəkilli maddələr var. Ondan sonra bükümlərin içində olan həmin maddənin narkotik vasitə olduğundan şübhələnmişdir. Həmin vaxt ətrafda çoxsaylı vətəndaşların hərəkət etdiyindən, yerdən tapdığı əşyanı təkrar yerə atmağa tərəddüd etmişdir. Daha sonra özündən aslı olmayaraq onda həyacanlı vəziyyət yaranmışdır. Qərara gəlmişdir ki, yerdən tapdığı əşyanı yaxınlıqda olan polis bölməsinə təqdim etsin, Avtovağzal kompleksi”nin sağ tərəfində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və bildirmişlər ki, Binəqədi RPİ-nin əməkdaşlarıdır. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-yə dəvət etmişlər. Həmin vaxt o polis əməkdaşlarına narkotik vasitə heroin tapdığını deməmiş və etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nİn inzibati binasına getmişdir. Orada ona hüquq və vəzifələrim izah olunmuş, təqdim edilən siyahıda Özünün seçdiyi vəkil RPİ-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O ərizə verərək müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sol cibindən 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, ümumilikdə 15 manat pulu və həmin şalvarın sağ yan cibində saxladığı, 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 01 ədəd şəffaf rəngli bükümü açdıqda içindən 03 ədəd qızılı rəngli kağız büküm aşkar edİmişi və bükümlər açıldıqda narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddələri 29 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 3-cü kilometrliyində yerləşən Bakı Beynəlxalq Avtovağzal” kompleksinin ərazisində tapmışdır. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd şəffaf rəngli sellofan bükümün içindən aşkar edilmiş 03 ədəd qızılı rəngli kağız büküm içərisindəki heroin ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzərinə möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olubolmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 75-78). Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra 29 avqust 2023-ci il tarixdə saat 09:30 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesinin 3-ci kilometrliyində yerləşən “Bakı Beynəlxalq Avtovağzal” kompleksinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-nin inzibati binasına dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd olunan maddələri xx.xx.2023-cii il tarixdə “Bakı Beynəlxalq Avtovağzal” kompleksinin ərazisində tapmışdır və polisə təhvil verməsi üçün üzərində saxlamışdır. İş üzrə şahid qisimində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xtisusatları tam təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki şübhəli şəxsin tutulması haqqında 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 22-23). Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 89-93). Şəxsi axtarış və götürmə aparılması haqqında 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:45-də şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofanın içində, 03 ədəd qızılı rəngli kağız bükümdə, narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs qeyd olunan maddəni 29 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesinin 3-cü kilometrliyində yerləşən “Bakı Beynəlxalq Avtovağzal” kompleksinin ərazisində yerdən tapdığını və sonra Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanıldığını bildirdiyi, aşkar edilən narkotik vasitə heroinə bənzər kütlənin zərfdə qablaşdırılıb möhürləndiyi müəyyən edilmişdir. (cild 1, iş vərəqi 34-36). Məhkəmə-kimyəvi ekspertizası üzrə 29 avqust 2023-cü il tarixli 6/4598 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,666 qram, 2,945 qram, 0,431 qram, 0,606 qram, 1,096 qram ümumi təmiz çəkisi 6,707 qram olan açıq-qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üç ədəd bükümdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər (cild 1, iş vərəqi 44-49). Məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2023-cü tarixli 5853 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasın; nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkolojİ dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1 iş vərəqi 119-120). Azərbaycan Respublixası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür Kİ, X1 əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqi 104). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edərək daşyıb üzərində saxladığı külli miqdarda ümumi təmiz çəkisi 6,707 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 6,707 qram çəkidə narkotik vasitə heroinin sonuncunun məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi, yəni şəxsi axtarış zamanı təqdim etdiyi heroini satış məqsədi ilə əldə edilməsi təsdiq edilmədiyindən, onun əməli həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaqın ilkin mərhələsində izahat və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, üzərindən aşkar edilərək götürülmüş heroini yerdən tapdığını və yaxınlıqda olan polis idarəsinə təhvil vermək üçün götürdüyünü qeyd etmişdir. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı barədə «fikir bildirməmiş», Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitlərin satılmasına dair əməliyyat xarakterili məlumatların olmasına istinad etsələr də, Təqsirləndirilən şəxs narkotik vasitənin satışını həyata keçirməsinə dair iş üzrə sübut əhəmiyyətinə malik olan faktlar təqdim etməmişlər, ümumiyyətlə iş üzrə nə ibtidai istintaq, nə də ki məhkəmə baxışında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr almış şəxs müəyyən edilməməmiş, alıcı (istehlakçı) ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq narkotik vasitəni satış məqsədi ilə əldə etmiş və satmış şəxslər barədə məlumat təqdim edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsini cinayət işinin digər materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, sonuncunun 6,707 qram çəkidə narkotik vasitə heroini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və ya daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qanunda qeyd olunan 3 amildən heç biri hazırkı cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Əlavə olaraq, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə İnzibati həbs olunanların müvəqqəti saxlama məntəqəsinin qarşısında saxlanılması, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ümumiyyətlə narktotik vasitə və psixotrop maddə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş 6,707 qram çəkidə külli miqdarda narkotik vasitə heroinin videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və etiraz etdikdə təqdirdə polis əməkdaşları təəfindən döyülməsi, fiziki təzyiqlərə məruz qalması, narkotik vasitə istifadəçisi olsa da heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamasııbarədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması, polis əməkdaşları tərəfindən 29 avqust 2023-cü il tarixdə İnzibati həbs olunanların müvəqqəti saxlama yerinin qarşısında saxlanılması barədə bildirməmişdir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 29 avqust 2023-cü il tarixdə üzərinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitəni yerdən tapdığını bildirmiş; şəxsi axtarış keçirilməsi barədə 29 avqust 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması, polis əməkdaşları tərəfindən 29 avqust 2023-cü il tarixdə İnzibati həbs olunanların müvəqqəti saxlama yerinin qarşısında saxlanılması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesinin 3-cü kilometrliyində yerləşən “Bakı Beynəlxalq Avtovağzal” kompleksinin yaxınlığında saxladıqlarını, Kamil Məhərrmova qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Bakı İstintaq Təcridxanasından daxil olmuş 16 aprel 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs bədənini sağ saidin ön tərəfinin və qarın nahiyyəsinin bir neçə yerindən səthi kəsilmiş qərtməkli yaralar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və fiziki təzyiqlərə məruz qalması ilə bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı polis əməkdaşlarının Təqsirləndirilən şəxs zor tətbiq etmələri, döymələri sübuta yetirilməmiş; araşdırma zamanı Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin müvəqqəti saxlama yerində olarkən istintaqın gedişinə etiraz əlaməti olaraq siqaretin filtrini yandırmaqla özünə xəsarət yetirməsini bildirmiş; məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli ekspert rəylərində Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin sonuncunun Binəqədi RPİ-nin müvəqqəti saxlama yerində olarkən yandırmaqla bərk formaya salınmış siqaret filtrinin kəsici kənarının təsirindən əmələ gələ bilməsi, həmin xəsarətlərin xarakterini və əlçatan nahiyyələrdə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs özü tərəfindən yetirilməsi üçün xarakterik olması göstərilmişdir; qeyd edilənlər, polis əməkdaşlarının ifadələri və araşdırmanın digər halları nəzərə alınaraq toplanmış material üzrə Azərbaycan Respublublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində ittihamda qeyd edildiyi kimi 29 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesinin 3-cü kilometrliyində yerləşən “Bakı Beynəlxalq Avtovağzal” kompleksinin yaxınlığında saxlanılmaması, əslində polis əməkdaşları tərəfindən 29 avqust 2023-cü il tarixdə İnzibati həbs olunanların müvəqqəti saxlama yerindən çıxarkən məntəqənin qarşısında saxlanılması barədə bildirdiklərinə tənqidi yanaşır və işin faktiki hallarına uyğun olmayan özünü müdafiə kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə edilmiş Sabirabad rayon Məhkəməsinin 29 iyul 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilmiş və həbs etmənin əvvəli 29 iyul 2023-cü il tarixdən, saat 17:55-dən hesablanmışdır. Sabirabad Rayon Polis Şöbəsinin 07 may 2023-cü il tarixli məktubundan görünür ki, Sabirabad MSY-də inzibati həbs olunanların sayının çoxluğu səbəbindən Təqsirləndirilən şəxs inzibati həbs müddətini çəkmək üçün Bakı şəhərində yerləşən inzibati həbs olunanların saxlama məntəqəsinə göndərilmişdir. Göstərilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs inzibati həbs müddəti məhkəmə tərəfindən 30 (otuz) gün müddət müəyyən edilmiş, həbs etmənin əvvəli 29 iyul 2023-cü il tarixdən hesablandığından onun inzibati həbs müddətinin son günü 28 avqust 2023-cü il tarixə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbs müddəti 28 avqust 2023-cü il tarixdə bitdiyindən o, həmin tarixdə inzibati həbs olunanların müvəqqəti saxlama yerindən buraxılmış və 1 gün sonra, yəni 29 avqust 2023-cü il tarixdə ittihamda qeyd edilən yerdə və şəraitdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan əlavə şübhəli şəxsin tutulması haqqında 29 avqust 2023-cü il tarixli protokolda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu yer və tarix barədə qeydlər aparmamış, əksinə tutulma protokolu ilə tanış olaraq tutulma barədə qərarın surətini, hüquq və vəzifələrinə dair yazılı bildirişi almasını imzası ilə təsdiq etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin təmiz çəkisinin aşağı həddi 2 qram olmaqla külli miqdar təşkil edir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 6,707 qram olmaqla külli miqdar təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesinin 3-cü kilometrliyində yerləşən “Bakı Beynəlxalq Avtovağzal” kompleksinin ərazisində məlum olmayan mənbədən məlum olmayan şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 6,707 qram çəkidə narkotik vasitə olan heroini 03 ədəd qızılı rəngli kağız bükümdə alıb əldə edərək üzərində saxlamaqla daşımış, 29 avqust 2023-cü il tarixdə saat 09:30-da Binəqədi RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesinin 3-cü kilometrliyində yerləşən “Bakı Beynəlxalq Avtovağzal” kompleksinin sağ tərəfində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-yə gətirilib üzərinə həmin gün saat 11:45-də şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofanın içində, 03 ədəd qızılı rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,666 qram, 2,945 qram və 1,096 qram olmaqla, ümumi təmiz çəkisi 6,707 qram olan, külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirlən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 29 may 2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 29 may 2023-cü il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 29 avqust 2023-cü il tarixli 6/4598 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 6,707 qram narkotik vasitə olan heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 6,557 qram narkotik vasitə heroin məhv edilməli; təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması hərəkətlərinin videoçəkilişinin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi RPİnin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 6,557 qram narkotik vasitə heroin məhv edilsin; təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması hərəkətlərinin videoçəkilişinin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1223/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1223/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver