Məhkəmə qərarları › İş №1(101)-1224/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1224/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1224/2021 05.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakı ilə, 3 iyun 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdə saat 18 radələrində Xətai rayonu, R.Quliyev küçəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə 200 manat pul müqabilində aldığı 20 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,172 qram, 0,226 qram, 0,190 qram, 0,152 qram, 0,135 qram, 0,153 qram, 0,170 qram, 0,091 qram, 0,083 qram, 0,169 qram, 0,145 qram, 0,152 qram, 0,089 qram, 0,162 qram, 0,233 qram, 0,139 qram, 0,095 qram, 0,133 qram, 0,122 qram və 0,135 qram olmaqla ümumi təmiz çəkisi 2,946 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 16 fevral 2021-ci il tarixdə, saat 19 radələrində Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb ünvan 4 RPİ-nin 36-cı PB-nə gətirilərək üzərinə keçirilən şəxsi-axtarış zaman əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 20 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,172 qram, 0,226 qram, 0,190 qram, 0,152 qram, 0,135 qram, 0,153 qram, 0,170 qram, 0,091 qram, 0,083 qram, 0,169 qram, 0,145 qram, 0,152 qram, 0,089 qram, 0,162 qram, 0,233 qram, 0,139 qram, 0,095 qram, 0,133 qram, 0,122 qram və 0,135 qram olmaqla ümumi təmiz çəkisi 2,946 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroini təxminən 1 ilə yaxın inyeksiya yolu ilə qoluna vurmuşdur. Narkotik vasitəni tanımadığı şəxslərdən alaraq bədənində olan ağrıları sakitləşdirməkdən ötrü istifadə etmişdir. 14 fevral 2021-ci il tarixdə saat 18 radələrində “Radiozavod” deyilən ərazidə olan zaman bir nəfər üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən narkotik vasitə olan heroinin olub-olmadığını soruşmuşdur. Həmin şəxs də üzərində narkotik vasitə olduğunu bildirdikdə öz istifadəsi üçün 20 büküm narkotik vasitə almaq istədiyini demiş və həmin şəxs cibindən 20 büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş heroini ona vermişdir. O həmin şəxsə hər bükümə görə 10 manat olmaqla cəmi 200 manat pul verərək ağrıları olan zaman istifadə etmək məqsədi ilə 20 büküm heroin alaraq əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibinə qoyub oradan uzaqlaşmışdır. 16 fevral 2021-ci il tarixdə saat 19 radələrində Cavanşir küçəsi 30 saylı ünvanın qarşısında olan zaman 3 nəfər tanımdağı şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyərək narkotik vasitənin istifadəsində və daşınmasında şübhəli olduğunu bildirib onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. O da razı olduqdan sonra polis əməkdaşları ilə birlikdə qeyd olunan bölməyə getmişdir. Təxminən bir neçə dəqiqədən sonra polis bölməsində xidməti otaqların birinə vəkil dəvət olunmuşdur. Polis əməkdaşlarından biri ona videoçəkiliş ilə üzərinə şəxsi axtarış aparılacağını bildirdikdə o etiraz etməmiş və hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmadığı soruşularaq üzərindəki əşyaları çıxarıb masanın üzərinə qoyması təklif edilmişdir. O da əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 20 ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərin içərisində nə olduğu soruşulduqda o, narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Üzərindən aşkar edilən bükümlər qablaşdırılıb möhürlənərək o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra da üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilib ucadan oxunmuş və düzgünlüyü imzalarla təsdiq edilmişdir. Narkotik vasitə heroindən 1 il istifadə etmişdir. O, narkotik vasitə heroini kiməsə pay verməmiş və bağışlamamışdır. Narkotik vasitəni yalnız öz istifadəsi üçün almış və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Gündəlik heroindən 0,5-1 qram istifadə etmiş və istifadədən sonra 5-6 saat ağrıları azalmışdır. Həmin bükümləri 3-4 gün istifadə etmək üçün almışdır. Əvvəllər narkoloji dispanserdə bir neçə dəfə müalicə almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Xətai rayonunun inzibati ərazisində Samir adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 16 fevral 2021-ci il tarixdə o, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və sonra onlar birlikdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsinə getmişlər. Həmin gün saat 19:00-da orada onlara şifahi məlumat əsasında məlum olmuş şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini istədikdə o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsə narkotik vasitə qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 36-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da müqavimət göstərmədən razılıq verdikdən sonra birlikdə həmin polis bölməsinə getmişlər. Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdə o, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 20 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyaraq bükümlərin içərisindəki maddələrin narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün “Radiozavod” adlanan ərazidən tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən hər biri 10 manata olmaqla cəmi 200 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin əlavə heç nə aşkar edilməmişdir. Aşkar olunaraq götürülmüş 20 ədəd büküm qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş, sonra da qablaşdırma və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılsa da, qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri şəxsi istifadəsi üçün aldığını və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs vəziyyətindən narkotik vasitə qəbul etdiyi anlaşılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan 16 fevral 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qara rəngli gödəkcənin sağ cibindən 20 ədəd siqaretin gümüşü kağıza bükülmüş bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni masanın üzərinə qoymuşdur (cild 1, iş vərəqə 29- 30). Cinayət işinin materiallarından görünür ki, Xətai rayon məhkəməsinin 25 fevral 2021ci il tarixli 5(011)-152/2021 nömrəli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Bakı şəhəri, Xətai RPİ-nin rəisi İlqar Məmmədov tərəfindən təsdiq edilmiş 16 fevral 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 92-93). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2021-ci il tarixli 6/696 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki 20 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,172 qram, 0,226 qram, 0,190 qram, 0,152 qram, 0,135 qram, 0,153 qram, 0,170 qram, 0,091 qram, 0,083 qram, 0,169 qram, 0,145 qram, 0,152 qram, 0,089 qram, 0,162 qram, 0,233 qram, 0,139 qram, 0,095 qram, 0,133 qram, 0,122 qram və 0,135 qram olmaqla ümumi təmiz çəkisi 2,946 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Arəzbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir (Qeyd: Heroinin təmiz çəkisi 2,946 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 2,746 qram (cild 1, iş vərəqə 38-41). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 19 aprel 2021-ci il tarixli 1154 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, mütəmadi olaraq hər gün, gün ərzində təxminən 0,5-1 qram narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 133- 134). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 20 ədəd bükümdə ilkin təmiz çəkisi 2,946 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq çəkisi 2,746 qram narkotik vaitə olan heroin saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 135-141; 143-144). Cinayət işinin materiallarında olan “cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi barədə” 25 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə etdiyi mənbə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 146-147). İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdə saat 18 radələrində Xətai rayonu, R.Quliyev küçəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə 200 manat pul müqabilində aldığı 20 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,172 qram, 0,226 qram, 0,190 qram, 0,152 qram, 0,135 qram, 0,153 qram, 0,170 qram, 0,091 qram, 0,083 qram, 0,169 qram, 0,145 qram, 0,152 qram, 0,089 qram, 0,162 qram, 0,233 qram, 0,139 qram, 0,095 qram, 0,133 qram, 0,122 qram və 0,135 qram olmaqla ümumi təmiz çəkisi 2,946 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxalayraq daşımış, 16 fevral 2021-ci il tarixdə, saat 19 radələrində Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb ünvan 6 RPİ-nin 36-cı PB-nə gətirilərək üzərinə keçirilən şəxsi-axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 20 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,172 qram, 0,226 qram, 0,190 qram, 0,152 qram, 0,135 qram, 0,153 qram, 0,170 qram, 0,091 qram, 0,083 qram, 0,169 qram, 0,145 qram, 0,152 qram, 0,089 qram, 0,162 qram, 0,233 qram, 0,139 qram, 0,095 qram, 0,133 qram, 0,122 qram və 0,135 qram olmaqla ümumi təmiz çəkisi 2,946 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübut əldə etməmiş, məhkəmə baxışında da təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı şahid ifadələri, kimyəvi və narkoloji ekspertiza rəyləri ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Cinayət işinin materiallarında olan 16 fevral 2021-ci il tarixli raportdan görünür ki, Bakı şəhərində yaşayan Samir adlı şəxsin mütəmadi olaraq narkotik maddələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqə 4). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və cinayət işinin materiallarında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət işinin materiallarında olan “videodiskə baxış keçirilməsi” haqqında olan 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini öz istifadəsi üçün aldığını bildirmişdir (cild 1, iş vərəqə 66). Cinayət işinin materiallarında olan 19 fevral 2021-ci il tarixli “axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır (cild 1, iş vərəqə 80-85). Cinayət işinin materiallarında olan “telefon danışıqları siyahısına baxış keçirilməsi haqqında” protokollardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satmasını təsdiq edən hallar aşkar edilməmişdir (cild 1, iş vərəqə 130- 131). Cinayət işinin materiallarında olan narkoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş və məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin 5 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2017 - 1 may 2017-ci il, 24 sentyabr 2018- 27 sentyabr 2018-ci il və 28 sentyabr 2018 - 20 oktyabr 2018-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində stasionar müalicədə olmuşdur (cild 2). Həmçinin cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, bədənində olan ağrıları azaltmaq məqsədi ilə narkotik vasitə heroindən istifadə etmişdir. Məhkəmə bu halları da nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin onun şəxsi istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrə aidiyyəti barədə məlumatı əldə etmiş və narkotik vasitənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirinə rəhbərlik edərək həyata keçirmiş polis əməkdaşı Şahid1 ilə birlikdə digər polis əməkdaşları Şahid2 və Şahid3 da məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə məlumat daxil olduğunu, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “həmin bükümləri şəxsi istifadəsi üçün aldığını və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını deməsini” bildirmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin 2,946 qram çəkidə və 20 ədəd bükümdə olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dair fikir istintaq orqanının mülahizəsidir ki, o da ittihamın əsasına qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 94). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etməklə yanaşı onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). Bundan başqa iş materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 fevral 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 75-78). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “az ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 fevral 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,746 qram olan narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197,198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,746 qram olan narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar