Məhkəmə qərarları › İş №1(101)-1224/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1224/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1224/2022 03.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri, böyük prokuror-metodist Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1999-cu il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 14 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti naməlum İran İslam Respublikası (bundan sonra: İran və ya İİR) vətəndaşı “Qurban” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, naməlum vaxtda və yerdə “Qurban” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 5010 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 14 fevral 2022-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin (bundan sonra: RPİ, CAŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:20-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-yə aparılmış və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı bir ədəd qara rəngli böyük ölçülü sellofan torbanın içərisindən təmiz çəkisi 5010 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamış, əvvəllər məhkum olunmamışdır. O, Bakı şəhərinə təxminən 10 ay əvvəl işləmək üçün gəlmiş və tək yaşamışdır. Daimi yaşayış yeri olmadığından müxtəlif evlərdə günlük kirayədə yaşamışdır. Narkotik vasitələrin qəbulu ilə məşğul olsa da, satışı ilə heç vaxt məşğul olmamışdır. Təxminən 2 ay əvvəl tanımadığı və özünü İran vətəndaşı Qurban adlı şəxs kimi təqdim edən bir nəfər onun ***-***-**-** saylı «WhatsApp» nömrəsinə yazaraq ona narkotik vasitə sata biləcəyini bildirmişdir. O da həmin Qurban adlı şəxsdən 1 dəfə 5 qram olmaqla narkotik vasitə heroin almışdır. Lakin həmin heroinə görə həmin şəxsə hansısa məbləğdə pul ödəməmişdir. Daha sonra həmin şəxslə hansısa bir əlaqələri olmamışdır. 14 fevral 2022-ci il tarixdə İran vətəndaşı olan Qurban adlı şəxs «WhatsApp» mobil tətbiqi vasitəsi ilə danışarkən o, Qurbana pulu olmadığını bildirmiş, ona nisyə narkotik vasitə verməsini xahiş etmişdir. Qurbandan imkan olduğu təqdirdə nisyə 50 qram heroin istəmişdir. Qurban ona narkotik maddə verə biləcəyini demişdir. Qurban həmçinin, ona əlavə verəcəyi heroin narkotik vasitəsini sifariş edilən ünvana, deyəcəyi şəxsə çatdırmaq lazım olduğunu bildirmişdir. O, razılaşdıqda az bir müddət sonra Qurban narkotik vasitəni atdırdığı yerin şəklini ona göndərmiş və o da Qurbanla razılaşaraq sonuncunun sifarişi əsasında Xətai rayonu ərazisindən tanımadığı «Lada» markalı taksi avtomaşını ilə Nəsimi rayonu, H.Sarabski küçəsində olan ünvana getmişdir. Saat təxminən 21:15-də taksidən düşmüş, sürücüdən onu gözləməsini xahiş etmişdir. Narkotik maddənin söküntü ərazisində qara sellofanda olduğunu bildiyi üçün həmin ünvana yaxınlaşaraq qara sellofan torbanın içərisinə baxan zaman orada başqa sellofanın içərisində olan bükülünü görmüş və həmin bükülüdə Qurbanın ona dediyi narkotik maddənin olduğu ona aydın olmuşdur. O, naroktik vasitə olan qara kisəni götürərkən kisənin içərisində onun Qurbandan istədiyi 50 qram heroinin olduğunu ehtimal etmişdir. Lakin götürdüyü kisənin içərisində təqribən 5 kq narkotik vasitə olmasını ağlına belə gətirməmişdir. O, qara rəngli torbanın içərisində olan narkotik maddəni götürərək Xətai rayonuna qayıtmaqdan ötrü taksi avtomaşınına gedən zaman ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis kimi təqdim etdikdən sonra onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu saat 21:20 radələrində Nəsimi RPİ-yə dəvət etmişlər. Xidməti otaqlardan birində olarkən ondan üzərində saxladığı, üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra, o, əlində saxladığı qara rəngli böyük ölçülü sellofan torbanın içərisindəki digər sellofana bükülərək üzəri sarımtıl rəngli, enli yapışqanlı skoçla skoçlanmış böyük ölçüdə, içərisində tünd qəhvəyi rəngli spesifik iyi olan maddəni təqdim etmişdir. Şəxsi axtarış zamanı həmin maddənin nə olduğu və nə məqsədlə üzərində gəzdirdiyini va haradan əldə etdiyini sual edildikdə, o, həmin maddənin narkotik maddə “kakos” olduğunu, yəni heroin olduğunu, 14 fevral 2022-ci il tarixdə İran vətəndaşı kimi əvvəlcədən tanıdığı “Qurban” adlı şəxslə əlaqə saxlayaraq Qurban adlı şəxsin sifarişi əsasında sonuncunun deyəcəyi şəxsə çatdırmasından ötrü narkotiki Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsində söküntü aparılan ərazidə qoyulduğu ünvandan götürərək sifarişin çatdırılacağı yerə aparmaq məqsədi ilə üzərində saxladığını bildirmişdir. Eyni zamanda sorğu zamanı narkotiki götürdükdən sonra sifarişi Qurban adlı şəxsin dediyi şəxsə də çatdırmayaraq onu da aldadacağını demişdir. Daha sonra onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd işlək vəziyyətdə olan Xiaomi Redmi-X2 markalı mobil telefon, şalvarının arxa cibindən bir ədəd qara rəngli dəridən olan, içərisində 13 manat 1 ədəd 10 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinasları, bir ədəd plastik metro kartı, bir ədəd plastik Leobank kredit kartı olan pul kisəsini, əynində olan qara rəngli gödəkcəsinin sol yan qoltuq cibindən bir cüt qara rəngli qulaqcıq və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd mənzil açarı, bir ədəd vinçestr siqaret və bir ədəd alışqanı, boynunda olan bir ədəd metal gümüşü boyunbağını, sağ əlində olan bir ədəd metal gümüşü qolbağı və həmin əlində olan bir ədəd metal gümüşü rəngli üzüyü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra iştirakçılara sellofanda bükülmüş vəziyyətdə olan narkotik maddə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə boş karton qutunun içərisi iştirakçılara göstərilmiş və həmin qutunun içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ona məxsus qara rəngli sellofanın icərisindəki digər sellofanda skoçla bükülmüş narkotik maddə boş qutunun içərisinə qablaşdırılaraq qutu skoçla tam olaraq bağlanılmış və narkotik qablaşdırılmış qutunun üzəri hər istiqamətdən Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Eyni zamanda onun İİR vətəndaşı Qurban adlı şəxsi haradan tanıdığını və onunla əvvəllər də narkotik maddələrin sifariş əsasında ünvanlara çatdırılıb-çatdırılmaması barədə sual edildikdə, o, Qurban adlı İran vətəndaşını bir neçə müddətdir ki, tanıdığını, telefon vasitəsi ilə danışdığını və əvvəllər Qurbandan öz şəxsi istifadəsi üçün 5 qram heroin alaraq istifadə etdiyini bildirmişdir. Həmin narkotik maddələri satış məqsədi ilə əldə etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Sadəcə ifadəsində göstərdiyi kimi İran vətəndaşı «Qurban» adlı şəxsdən əldə etdiyi narkotik vasitə heroini sonuncunun dediyi yerdən başqa şəxsə çatdırılması üçün götürmüş, lakin həmin narkotik vasitəni «Qurban» adlı şəxsi aldadıb özündə saxlamaq fikri olmuşdur. İran vətəndaşı «Qurban» adlı şəxslə heç vaxt görüşməmiş, sonuncunu görməmiş, yalnız sosial şəbəkədə «WhatsApp» mobil tətbiqi ilə həmin şəxslə yazışıb narkotik vasitəni həmin şəxsin dediyi yerdən götürmüşdür. «Qurban» adlı şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan, istifadəsində olan mobil telefon nömrəsi barədə heç bir məlumatı olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Taksi sürücüsünun onun hansı məqsədlə Nəsimi rayonu, H.Sarabski küçəsinə getməsindən məlumatı olmamışdır. «Qurban» adlı şəxs narkotik vasitəni çatdırması müqabilində ona istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Lakin, o, həmin narkotik vasitəni “Qurbanın” bildirdiyi ünvana təhvil vermək fikrində olmamış, Qurbanı aldatmaq istəmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 14 fevral 2022-ci il tarixdə xidmətdə olarkən Elvin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, və bölmənin kiçik əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri Şahid3 və Şahid2lə əldə etdikləri məlumat əsasında saat 21 radələrində ünvan 6 ünvanın qarşısında özlərinə mövqe seçib gözləməyə başlamışlar. Bir neçə dəqiqə sonra həmin ünvanda iki nəfəri - Elvin və Elsevər adlı şəxsləri görüb onlara yaxınlaşaraq özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, onların hər ikisini Nəsimi RPİ-yə dəvət etmişlər. Orada olarkən onların hər ikisinin şəxsiyyəti barədə məlumatlar müəyyənləşdirilmiş, birinin Təqsirləndirilən şəxs, digərinin isə Şahid4 olması müəyyən olunmuşdur. Şübhəli bilinən hər iki şəxs onlarla birlikdə Nəsimi RPİ-yə gətirilmişdir. RPİ-yə gəldikdən sonra onun tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması baş təhqiqatçı Babək Mirzəyevə həvalə olunmuşdur. Baş təhqiqatçı Babək Mirzəyev tərəfindən ilk öncə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması soruşulmuş, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlində olan bir ədəd qara rəngli böyük ölçülü sellofan torbanın içərisindəki sellofandan narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanda olan maddənin nə olması soruşulduqda, sonuncu həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 14 fevral 2022-ci il tarixdə İİR vətəndaşı «Qurban» adlı şəxsin sifarişi əsasında başqa şəxsə çatdırılması üçün Nəsimi rayonu, H.Sarabski küçəsində söküntü aparılan ərazidə qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm baş təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs sonra baş təhqiqatçı Babək Mirzəyev tərəfindən Şahid4 şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Şahid4 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Şahid4 üzərindən narkotik vasitə və ya psixotrop maddə, o cümlədən başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhərində etibarnamə əsasında idarə etdiyi «Lada Kalina» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. 14 fevral 2022-ci il tarixdə, axşam saatlarında «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında olarkən bir nəfər əvvəllər tanımadığı 22-25 yaşı olan oğlan ona yaxınlaşaraq Nəsimi rayonu «Kubinka» ərazisində «Zabitlər bağı»nın yaxınlığında olan ünvana gedib yenidən «Xalqlar Dostluğu»na qayıtmaq istədiyini demişdir. Buna görə yol haqqı olaraq ona 20 manat pul ödəyəcəyini bildirmişdir. O da müştəri ilə razılaşıb həmin şəxsi Nəsimi rayonu ərazisində Sarabski küçəsinə gətirmişdir. Həmin şəxs maşından düşüb tikili olan yerə getmiş və ondan bir az gözləməyini xahiş edərək 5 dəqiqəyə qayıdacağını bildirmişdir. O, yerə düşmədən həmin şəxsi avtomaşında gözləmişdir. Həmin şəxsin biraz gec gəldiyini görüb maşından düşərək getdiyi istiqamətə baxaraq gözləmiş, hətta yol haqqı verməmək üçün yayındığını da ağlına gətirmişdir. Az sonra adını bilmədiyi həmin şəxsin əlində olan qara sellofan torba ilə qayıtdığını görmüşdür. O, həmin şəxsin artıq gəldiyini görüb öz maşınına tərəf getməyə başladıqda 2- 3 nəfər mülki geyimli şəxslər əlində qara rəngli torba olan həmin şəxsə yaxınlaşıb saxlamışlar. O, həmin şəxsdən gediş haqqını istəyərək gedib-getməyəcəyini soruşanda onu saxlayan şəxslərin polis əməkdaşları olduqları ona məlum olmuşdur. Polislər həmin şəxsin narkotik maddələrin daşınmasında və istifadəsində şübhəli olduğu barədə onlarda əməliyyat məlumatının olduğunu bildirmişlər. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onlar onun hərəkətlərinin də şübhəli olduğunu bildirərək, onu da idarə etdiyi avtomaşınla birlikdə Nəsimi RPİ-yə aparmışlar. Nəsimi RPİ-nin inzibati binasında xidməti otaqda olarkən ona hüquqları izah edilmiş və o, dövlət hesabına vəkil dəvət edilməsini xahiş etmişdir. Bundan sonra onun istəyi ilə dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd avtomobil açarını və göy rəngli cins şalvarının sağ yan cibindən 16 manat - bir ədəd 5 manatlıq, bir ədəd 10 manatlıq və bir ədəd bir manatlıq pulu çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra ondan üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Baxış zamanı videoçəkilişin onun idarə etdiyi «Lada Kalina» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılacağı bildirildikdə o, heç bir etiraz etməmişdir. Daha sonra Nəsimi RPİ-nin inzibati binasının həyətində süni işıqlandırmadan istifadə edilməklə idarə etdiyi «Lada Kalina» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşına vəkilinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsindən hər hansı bir qeyri-qanuni əşya və saxlanılması qadağan edilmiş narkotik maddə və ya qanunsuz əşya aşkar edilməmişdir. O, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, sonuncu ilə heç bir münasibəti olmamış, müştəri qismində müraciət etdiyi üçün o da Təqsirləndirilən şəxs sifariş etdiyi ünvana aparmış, sonuncunun narkotik maddə alacağı və ya götürəcəyi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə Nəsimi RPİ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əlində saxladığı bir ədəd qara rəngli böyük ölçülü sellofan torbanın içərisindəki sellofandan narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (iş vərəqə: səh. cild İ, 50-57). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan baxış prosesini özündə əks etdirən bir ədəd CD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, tədqiq olunan CD diskə yüklənmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə aparılması barədə protokola uyğundur (iş materiallarına əlavə olunmuşdur). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 15 fevral 2022-ci il tarixli, 6/929 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №186» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş…» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd karton qutuda bir ədəd qara rəngli bağlamada təmiz çəkisi 5010 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (iş vərəqə: cild İ, səh. 61-65). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 07 may 2022-ci il tarixli, 2297 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 193-194). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, ambulator məhkəməpsixiatrik ekspertizasının 25 aprel 2022-ci il tarixli, 1032 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 195-197). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, baxış keçirilməsi haqqında 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus olan mobil telefon «Mi» markalı olmaqla, mobil telefonun qarşı hissəsi sensorlu ekrandan ibarətdir, arxa hissəsi açıq qəhvəyi rəngində olmaqla yuxarı sol hissəsində şəkil çəkmək üçün kameraları vardır. Mobil telefonun arxa yuxarı orta hissəsində mobil telefonu barmaq izi ilə açmaq üçün qurğu vardır. Mobil telefon işlənmiş vəziyyətdədir. Mobil telefonun sensor ekranından istifadə edilməklə menyü bölməsinə daxil olunub, həmin menyüdə olan məlumatlara, yəni SMS, zəng və «WhatsApp» tətbiqinə baxış keçirilən zaman telefonun «WhatsApp» tətbiqində «Qurban» adı ilə qeyd olunan, lakin mobil telefon nömrəsi gizlədilmiş İran İslam Respublikası vətəndaşı ilə yazışmaları aşkar edilmişdir. Həmin yazışmalardan görünür ki, «Qurban» adlı şəxs 14 fevral 2022-ci il tarixdə saat 20:40-da Təqsirləndirilən şəxs «WhatsApp» tətbiqinə xəritə ilə işarələnmiş yer göndərmiş, daha sonra isə «Ceyhun Hacıbəyli küçəsində İstanbul meyhanə ilə üz üzə yol girir sağda Milli mətbəxt kafe var onun arxasına dönən kimi sağda söküntünün qırağında kubiklərin sağında qara salafanda» mesajını göndərmiş, daha sonra isə qara sellofan əks olunan fotoşəkil göndərmişdir (iş vərəqə: cild İ, səh. 185-186). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, verilmiş əməliyyat tapşırığına Nəsimi RPİ-nin 28 mart 2022-ci il tarixli, 83-1786 saylı cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin İİR vətəndaşı «Qurban» adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 183). Cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli böyük ölçülü sellofan torbada, təmiz çəkisi 5010,00 qram olan narkotik vasitə heroin və sonuncunun istifadəsində olmuş 01 ədəd “Mi” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 5009,95 qram narkotik vasitə heroin və 01 ədəd “Mi” markalı mobil telefon saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 198-207; 233). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etmiş, məhkəməyədək icraat mərhələsində şəxsiyyəti müəyyənləşdirilməmiş “Qurban” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 209-210). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən 2500 dəfədən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlaması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cildİ, 177-178). Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 07 may 2022-ci il tarixli, 2297 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Azərbaycan Respublikası DİN-in Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5009,95 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir; - Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Xiaomi” markalı, “Mi 2” modelli mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5009,95 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Xiaomi” markalı, “Mi 2” modelli mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar