Məhkəmə qərarları › İş №1(101)-1225/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1225/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1225/2021 20.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Yusif oğlu Nəbiyevin sədrliyi ilə, Əfqan Niyətulla oğlu Hacıyev və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X14, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı2, müdafiəçilər: Bakı şəhər 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Bakı şəhər 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid9 iştirakları ilə xx xxxxxx 1946-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla digər şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Belə ki, o, 25 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdə olarkən gəlini Zərərçəkmiş şəxs əri ölkə hüdudlarından kənarda olduğu üçün dul qadın sayıldığını və günün istənilən vaxtında evdən çıxaraq sərbəst həyat tərzi keçirəcəyini bildirməsi səbəbindən aralarında yaranmış mübahisənin gedişində qısqanclıq zəminində gəlininin hərəkətlərini ailəsinə qarşı edilmiş xəyanət kimi qəbul edərək gəlini Zərərçəkmiş şəxs öldürməklə, təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək məqsədilə ondan qisas almaq qərarına gələrək 26 yanvar 2021-ci il tarixdə saat 15 radələrində yaşadıqları həmin evdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış eyni məzmunlu növbəti mübahisənin gedişində sonuncunu qəsdən öldürməsi üçün uyğun zaman seçərək, yəni evdə birlikdə yaşadığı arvadı Məhərrəmova X6 olmamasından və azyaşlı nəvələrinin digər otaqda telefonla oynamağa başı qarışmasından istifadə edərək törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə qətl hadisəsinin yeri, vaxtı, üsulu və törədilməsi ilə bağlı plan qurmaqla gəlini Zərərçəkmiş şəxs fiziki cəhətdən ondan qüvvətli olmasını düşünüb sonuncuya gücünün çatmayacağını ehtimal edərək yaşadığı evin qaraj kimi istifadə edilən zirzəmisinə düşərək orada masa üzərində olan çəkic formalı aləti götürüb Zərərçəkmiş şəxs olduğu yataq otağına gələrək arxası ona tərəf dayanmış zərərçəkmiş şəxsə yaxınlaşıb sonuncunu öldürmək məqsədilə həyat üçün vacib orqanı olan baş nahiyəsindən əlində olan çəkic formalı alətlə qəsdən öldürmək məqsədilə ardıcıl olaraq iki dəfə zərbə vuraraq xəsarətlər yetirmiş, sonuncunun “ata neyləmişəm məni vurdun?” deməklə inildəyərək aman diləməsinə əhəmiyyət verməyib xüsusi qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə aldığı xəsarətlərdən hərəkətsiz qalan Zərərçəkmiş şəxs əllərindən tutub yerdə sürüməklə əvvəlcə qonaq otağına, oradan isə eyni üsulla pilləkənlərin üstü ilə yaşayış evinin həyətyanı sahəsinə - qaraj kimi istifadə olunan zirzəminin qarşısına gətirib orada arxası üstə uzatmış, daha sonra cinayəkar niyyətini başa çatdırmaq məqsədilə evin mətbəxindən kəsici-deşici xüsusiyyətlərə malik aləti götürüb yenidən Zərərçəkmiş şəxs yanına qayıdaraq həyat və sağlamlığı üçün əhəmiyyətli olan daxili orqanlarının yerləşdiyi qarın nahiyəsi istiqamətindən əlində olan kəsici-deşici alətlə qəsdən öldürmək məqsədilə zərbələr vuraraq xəsarətlər yetirib Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Zərərçəkmiş şəxs öldüyünə əmin olduqdan sonra törətmiş olduğu əməlin ictimai təhlükəliliyini daha da artıraraq, evin zirzəmisindən götürdüyü balta formalı alətlə və zərərçəkmiş şəxsə xəsarətlər yetirdiyi kəsici-deşici alətlə meyitin baş nahiyəsini, dişlər və dillə birlikdə alt çənə sümüyünü, qulaq seyvanlarını, döş qəfəsi və qarının yuxarı 1/3-i olmaqla gövdəsini, dərialtı piy qatı ilə birlikdə qarın nahiyəsinin dərisini, bazu, said, əl və əl barmaqları ilə birlikdə sağ və sol yuxarı ətraflarını, çanaq sümüklərinin az bir hissəsi ilə birlikdə sağ və sol aşağı ətrafın budlarını, ayaq və ayaq barmaqları ilə birlikdə sağ və sol aşağı ətrafın baldırını, daxili orqanlarını, göz almalarını kəsib yerindən çıxarmaqla meyiti hissələrə ayırmış, qarın və üz nahiyəsinin dərisini soymuş, daha sonra isə həmin hissələri bir neçə torbalara yığıb özünə məxsus “Hyundai İX 35” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq həmin gün saat 20 radələrində qeyd edilən avtomobili idarə edib ünvan 2 ünvanda yol kənarında quraşdırılmış məişət tullantıları konteynerlərinə atmaqla meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, oğlu Fariz Məhərrəmov 2015-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin vaxtdan Zərərçəkmiş şəxs da onlarla birlikdə ünvan 3 ünvanında yerləşən evdə yaşamağa başlamışdır. Farizlə Banının birgə nikahından 2016-cı ildə İdris adlı oğlan övladları dünyaya gəlmiş, bundan sonra Zərərçəkmiş şəxs həyat yoldaşı ilə tez-tez ailə-məişət zəminində mübahisə etməyə başlamışdır. Həmin ərəfələrdə Banının anası onlarda olarkən qızının etik olmayan davranışları barədə ona demişdir. 2017-ci ildə Banı ilə oğlu Fariz arasında böyük narazılıqlar yarandığından gəlini 4-5 ay atasının Naxçıvan Muxtar Respublikasının Əliabad kəndindəki evində yaşamışdır. Bir müddət sonra Banının ailəsi və özü peşman olduqlarını bildirərək Banının yenidən qayıtmasını xahiş etmiş, gənc ailənin dağılmaması üçün bunu qəbul etmişlər. Banı gəldikdən təxminən 4-5 ay sonra yenə Farizlə və arvadı Bülbüllə ailə-məişət zəminində mübahisə etməyə başlamışlar. 2018-ci ilin payız aylarında X16 adlı oğlan övladları dünyaya gəlmiş, bundan sonra Banı daha da aqressivləşmiş və digər ailə üzvləri ilə yanaşı onunla da söyüşlə danışmağa başlamışdır. Mübahisələr qarşılıqlı xarakter almış və narazılıq böyümüşdür. Bununla əlaqədar Banının anasına zəng edərək qızını aparmasını demiş, anası gəlib Banını aparmış və Banı bir müddət Bakı şəhərində xalasıgildə yaşamışdır. Banının davranışlarına görə qızları evinə qonaq gələ bilməmişlər. 2020-ci ilin yanvar ayının əvvəllərində Fariz Banını yataq otağında başqa kişi ilə telefonla danışanda tutmuş, lakin Banı telefonun kodunu demədiyi üçün onun kimlə danışmasını bilməmişlər. Oğlu Kanadaya getdikdən təxminən 4-5 ay sonra arvadı Bülbül Banının başqa kişi ilə telefonla danışmasını müəyyən etmiş və bu barədə ona demişdir. Həmin vaxt arvadı oğlanın nömrəsini telefondan götürüb onunla danışmış, Banının əvvəlcə həmin oğlanın dostu ilə telefonla danışması, sonra isə həmin oğlanın özü ilə münasibət qurması müəyyən edilmişdir. 2020-ci ilin yay aylarında Banı Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək qızı Xəyalənin onu şərləyək pulunu götürməsini bildirmiş, lakin onun dedikləri sübuta yetməmişdir. Qızı Xəyalə də Banının belə hərəkətlərinə görə evdən getmiş və ayrılıqda yaşamağa başlamışdır. 17 yanvar 2021-ci il tarixdə Banı arvadı Bülbüllə mübahisə edərək ona “sən burada yaşamayacaqsan, evi boşalt, səni görəndə əsəbləşirəm” demiş, aralarında olan mübahisədən sonra 18.01.2021-ci il tarixdə arvadı Bülbül 6-cı mikrorayonda yaşayan qızı Xəyalənin evinə getmişdir. Qızı “Caspian Hospital”da tibb bacısı kimi növbədə olduğundan 24 yanvar 2021-ci ildə, axşam satlarında arvadı yaşadığı evə gəlmiş, bir gün evdə qalaraq səhəri gün isə getmişdir. 18.01.2021-ci il tarixdən sonra Banıya başqa kişilərlə görüşməsinin qarşısını almaq məqsədilə darvazadan çölə çıxmağa icazə verməmiş, Banı isə uşaqları ona verməyəcəyindən qorxduğu üçün evdən çıxmamışdır. 25.01.2021-ci il tarixdə saat 18 radələrində şəhərdən evə gələndə həyətlərində Banı ilə üzbəüz bir nəfər tanımadığı cavan oğlanın evin pilləkəninin qarşısında söhbət etdiklərini görmüş, oğlandan kim olmasını soruşduqda sonuncu tutularaq cavab verməmiş, Banı oğlanın qarşısına keçərək Məhəmməd dayısının oğlu olmasını demiş, oğlan tələsik getmişdir. Bundan sonra Banıya iradlarını bildirdikdə sonuncu şəxsi həyatının olduğunu, bunu qəbul etmədiyi halda arvadının yanına getməyi məsləhət bildiyini demişdir. Həmin şəxsin Banı ilə qadın kişi kimi görüşməyə gəldiyini başa düşmüş və Banının oğlu ilə ailəli olduğu halda başqa şəxslərlə görüşməsinin ailələrinin adına ləkə gətirdiyi düşünmüşdür. Əvvəllər də Banının boşanacağı halda məcburi qaydada eyni evdə yaşamalı olduğunu kimdənsə eşitmiş və boşanacağı halda birlikdə yaşadığı evdə daha da saymazyana başqa kişilərlə görüşəcəyini fikirləşərək özündə qərarlaşdırmışdır ki, Banını öldürsün. 26.01.2021-ci il tarixdə, səhər saat 08 radələrində yuxudan oyanıb nəvələrinin paltarlarını dəyişmiş, saat 09 radələrində nəvələri İdris və Yunisə yemək vermiş, Banı həmin vaxt öz otağında yatmış, saat təxminən 11 radələrində özünə məxsus “Hyundai, İX 35 markalı”, ** OB *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə tək 6-cı mikrorayonda “Araz market”in qarşısına gəzişməyə getmiş, təxminən bir saat gəzdikdən sonra “Araz market”dən qaymaq, kəsmik və nanəli konfet alıb evə gəlmiş və nəvələri ilə oynamışdır. Nahardan vaxt keçsə də, uşaqlar hələ də nahar etməmişlər. Banının uşaqlara yemək vermədiyindən əsəbiləşmiş və qonaq otağında oturan Banının “mən gedəcəm, bu evdə bir kişi yoxdur ki, məni başa düşə, mən də gəzmək istəyirəm. Kefim istəsə gedəcəm, heç kimdən asılacağım yoxdur” dediyini eşitmişdir. Banıya “özünə hörmət et” demiş, Banının dediklərindən çox əsəbiləşdiyindən onu öldürmək fikri tam qətiləşmiş, Banı canlı, cəsədli olduğu üçün bərk alət tapıb onu başından vurub sonra öldürməyi qərarlaşdırmış, bunun üçün evin həyətinə çıxıb həyətə girəndə sağ tərəfdə masanın üzərində olan təxminən 30 santimetr sarımtıl rəngli taxta dəstəkli, başındakı dəmir hissəsi təxminən 7x5 sm ölçüdə olan çəkici götürüb evə qalxmışdır. Bu vaxt nəvələri yatdığı otaqda telefonla oynamış, qapıları da örtülü olmuşdur. Həmin vaxt saat 15-16 radələri olmuşdur. Banının otağına getmiş və Banının arxası qapıya tərəf dayanıb paltarlar yığdığı zaman ona “Banı nə edirsən?” demiş, Banı ona tərəf dönmədən “paltarları yığışdırıram” demiş, heç bir söz demədən əlində tutduğu çəkiclə Banıya arxadan yaxınlaşıb başının arxa hissəsindən möhkəm iki dəfə çəkiclə vurmuşdur. Banı zərbələrin təsirindən yerə yıxılıb “ata neyləmişəm məni vurdun?” demiş, cavabında Banıya “ailəmizi dağıtmısan, məni biabır etmisən! ona görə də vurdum” deyə cavab vermişdir. Çəkici yerə atıb Banını qollarından tutub sürüyərək qonaq otağına, oradan isə qapıdan kənara çıxartmış, bu vaxt Banı ona “ay ata mən nə etmişəm ki, məni vurdun?” demiş, Banıya “bundan artıq nə edəcəksən, sənə görə oğlum evdən çıxıb getdi, arvadım çıxıb getdi, qızlarım bizə gəlmir! yadına gəlirmi, sənə demişdim ki, sən bu formada kimin evində olsan səni boğub öldürərlər, sən də demişdin ki, ona dux lazımdır, bala indi duxum yerinə gəldi” demişdir. Banı həmin vaxt danışsa da, tərpənə bilməmişdir. Banını pilləkənlərlə həyətə çıxardıqdan sonra mətbəxə keçib dəstəyi göy rəngdə, təxminən tiyəsinin uzunluğu 7 sm, eni 2 sm olan mətbəx bıçağını götürərək Banının yanına qayıtmış və Banını qarajın qarşısındakı su axarı olan yerin üstünə arxası üstə uzatmış, Banının ayaqları pilləkən tərəfə başı isə bağ tərəfə olmuşdur. Əlində olan bıçaqla Banının qarnına dayanmadan xatırlamadığı sayda, təxminən 6-7 dəfə bıçaqla yuxarıdan aşağıya doğru zərbə vurmuş, bıçaq zərbələrinin onun daxilinə keçidiyini hiss etmiş və Banı bu zaman inildəmişdir. Bundan sonra Banının səsi kəsildiyindən başa düşmüşdür ki, o, ölüb. Nəvələri evdə olduğundan bu hadisəni görməmişlər. Əvvəl düşünmüşdür ki, polis bölməsinə gedib Banını öldürdüyünü etiraf etsin. Polis bölməsinə getdiyi halda nəvələrinin evdən çıxıb bu mənzərəni görüb qorxacaqlarını düşünüb arvadı Şahid1 ilə əlaqə saxlayıb uşaqları götürmək üçün gəlməsini istəmiş, Bülbül də qızı Xəyalə ilə yaşadığı evdən çıxıb yaşadıqları ev istiqamətində gələrkən nəvələrini götürüb 30 nömrəli məktəb istiqamətində hərəkət etmişdir. Ya məktəbin yanında, ya da daha irəlidə evlərinin küçəsində nəvələrini Bülblə təhvil vermiş, lakin törətdiyi əməl barədə Bülbülə heç nə deməmişdir. Anası uşaqlara baxmadığı üçün Bülbül fikirləşmişdir ki, onlara yemək vermək və paltarlarını dəyişməkdən ötrü uşaqları ona verir. Evə qayıtdıqdan sonra özünü itirmiş və qərara gəlmişdir ki, Banının meyitini bıçaqla hissələrə ayırıb torbalara yığıb aparıb başqa yerə atsın. Əvvəlcə həmin bıçaqla Banının sağ qolunu çiyin hissədən kəsib ayırmış, sonra həmin qaydada sol qolunu kəsib qopartmışdır. Sonra zirzəmidən təxminən 5 ədəd torba götürüb meyitin yanına gəlmiş, meyiti belə torbalara yerləşdirə bilməcəyini anlayıb qarın boşluğunu bıçaqla tikələyib sellofan torbalara yığmışdır. Su gələn borunu meyitin baş hissəsində qoymuşdur ki, qanı yuyub aparsın. Qarın boşluğunu doğradıqdan sonra bıçaqla onurğanı kəsə bilmədiyindən zirzəmidən kiçik baltanı götürüb onunla onurğanı kəsmiş, bədən aralanmışdır. Bədənlə başın birlikdə sellofana yerləşmədiyini görüb bıçaqla meyitin boğaz hissəni kəsmiş, sümüyə çatanda kiçik balta ilə vurub başı ayırlmışdır. Budan sonra döş hissəsini sellofan torbaya yerləşdirmiş, daha sonra kisəyə yerləşdirib ağzını yapışqan lentlə bağlamışdır. Sonra meyitin dizdən hər iki ayaqlarını kəsib qopartmış və qolları ilə birlikdə kisəyə qoymuşdur. Onun da ağzını yapışqan lentlə bağlayıb kənara qoymuşdur. Bundan sonra bıçaqla budu hissələri ayırmaq üçün cinsiyyət orqanının ortasından kəsib sümük hissələrini kiçik balta ilə vurub budları ayıraraq hərəsini bir kisəyə qoymuşdur. Meyitin baş hissəsinə baxıb əsəbləşdiyi üçün hər iki qulaqlarını, burnunu kəsib üzünün dərisini soymuş, sonra hər iki gözlərini bıçaqla çıxartmışdır. Başını ayrıca sellofana qoyub, qulaqlarını, burnunu, gözlərini və üzünün dərisini başının yanına qoymuşdur. Bundan sonra su ilə yerin qanını yumuş, çəkic, balta və bıçağı ayrıca sellofana qoyub maşınının qabaq oturacağının ayaqaltı hissəsinə qoymuşdur. Banının meyitinin hissələri olan torbaları da maşının yük hissəsinə yığmış, ayağında olan göy rəngli üzərində “adidas” yazılan rezin başmağı və yerdəki iki ədəd eyni formalı göy rəngli rezin başmağı sellofan torbaya yerləşdirib maşına qoymuşdur. Bütün bunlar təxminən 2-3 saat vaxt aparmışdır. Saat 20 radələrində ** OB *** dövlət qeydiyyat nişanlı maşını özü idarə edərək Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi 30/36 ünvanında olan 4-5 ədəd zibil qutusunun qarşısına gəlib qutuların hərəsinin içərisinə beş ədəd meyitin hissələri olan torbanı və başmaqlar olan torbanı atmış, zibil yeşiklərindən 150 metr aralıda olan zibil yeşiyinə sellofan torbada olan bıçaq, çəkic və kiçik baltanı atmışdır. Həmin vaxt hava qaralmağa başlamışdır. Hadisəni törədən zaman əynində göy rəngli idman paltarı (dəst halda) və qolu uzun ağ-göy rəngli köynək olmuşdur. Həmin paltarları evdən çıxarkən çıxarıb yatdığı otaqda çarpayının üzərinə qoymuşdur. Bundan sonra arvadı və nəvələrini götürmək üçün 6-cı mikrorayona qızı Xəyalənin evinə getmişdir. Qızı Xəyalənin növbədə olduğunu öyrəndikdən sonra arvadına evə getməyi təklif etmiş, ilk olaraq Bülbül Banının yenə deyinəcəyini deyib getmək istəmədiyini bildirsə də, sərt formada “deyinməz gedək!” deməsindən sonra Bülbülü nəvələri ilə birlikdə götürüb evə getmiş, yolda “Araz market”dən 2 ədəd “ACE” təmizləyici vasitə almış, evə gəldikdən sonra ev qaranlıq olduğundan arvadı Banının harada olmasını soruşmuş, cavabında arvadına “evə gir deyəcəm” demişdir. Arvadına bu zaman “Banını həyətdə öldürüb atmışam! Qeyrət məni boğurdu, yaşaya bilmirdim, ona görə də öldürdüm” demiş, Bül-Bül isə “nahaq yerə öldürmüsən” dedikdən sonra başqa mövzuda söhbət etmişlər. 27.01.2021-ci il tarixdə, səhər saatlarında polis və prokurorluq orqanlarının əməkdaşları yaşadığı mənzilə gəlib evə baxış keçirmişlər. Hadisə zamanı Banının əynində qaramtıl rəngli şalvar, qırmızımtıl rəngli kofta, mayka və lifçik olmuşdur, lakin paltarları tam xatırlamır. Banının meyitinin qarın nahiyəsini kəsəndə bıçaq kəsmədiyi üçün Banının koftasının qarın hissəsini, daha sonra sağ qol hissəsini, şalvarın qarşısında rezin hissəsini kəsmiş, tursikini dartıb çıxaranda ayağının arasında uşaq pampersinə oxşayan bez olmuşdur. Zərərçəkmiş şəxs öldürərkən evdə nəvələri olsa da, hadisəni görməmiş, 26.01.2021-ci il tarixdə saat 21 radələrində həyat yoldaşına Zərərçəkmiş şəxs öldürməsini demiş, ondan başqa hər hansı şəxsə bu barədə məlumat verməmişdir. Zərərçəkmiş şəxs öldürmək qərarına gəldikdən sonra da bu barədə heç kimə deməmişdir. Banını öldürdükdən sonra huşu özündə olmamış, meyiti hansı qaydada hissələrə parçalayaraq selofan torbalara yerləşdirib avtomobil maşını ilə zibilliyə tullamasını necə etdiyini bilmir, huşu üstündə olsaydı bunu etməzdi. İttiham olunduğu cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı cinayət işinin aşağıda şərh edilən hallarının məcmusu ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Şahid9 ifadəsində göstərdi ki, qızı X15 Məhərrəmovla 2015-ci ildə ailə qurmuş, 2 oğlan övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşadığı müddətdə mütəmadi olaraq ailə-məişət zəminində mübahisəsi olmuş, bu səbəblə qızı Banı 2017-ci ildə bir müddət Naxçıvan şəhərinə gələrək onlarla birlikdə qalmış, bir ay sonra ailəsinin təkidi ilə Banı yenidən öz evinə qayıtmış, bundan sonra da Banının ailədaxili problemləri davam etmiş və bir dəfə də Bakı şəhərinə gələrək onları barışdırmışdır. Fariz Məhərrəmov təxminən 1 il əvvəl Kanadaya köçmüş, bundan sonra da Farizin ailə üzvləri Banını incitmiş, qızı ailə üzvlərindən narazılıq etmişdir. 2020-ci ilin avqust ayında Banı ilə ailə üzvləri mübahisə edərək qayınanası və baldızı ilə küsmüş, Bakı şəhərinə gələrək Banını ailə üzvləri ilə barışdırmağa cəhd etsə də, müsbət nəticə əldə etməmişdir. Hadisə baş verməmişdən 7-8 gün əvvəl Banı ilə telefonla danışmış, sonuncu ümumi vəziyyətinin normal olmasını desə də, ərinin ailə üzvlərindən şikayətlənmişdir. 27.01.2021-ci il tarixdə qızının öldürülüb, meyitinin hissələrə ayrılaraq zibil konteynerlərinə atılması barədə ona məlumat verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 27 yanvar 2021-ci il tarixdə bacısının əri Xudayar Baxışəliyevin ona zəng edərək Zərərçəkmiş şəxs bıçaqlandığını demiş, bundan sonra Şahid3 ilə bununla əlaqədar maraqlanmış, sonuncu isə məlumatının olmadığını demişdir. Saat 16 radələrində Bakı şəhərində yaşayan qardaşı Məhəmmədlə əlaqə saxladığı zaman isə Zərərçəkmiş şəxs öldürülməsini bilmiş, daha sonra sosial şəbəkələrdən Zərərçəkmiş şəxs qayınatası Təqsirləndirilən şəxs tərəfindən öldürülüb meyitinin hissələrə ayrılaraq zibil qabına atılmasını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 27 yanvar 2021-ci il tarixdə saat 01 radələrində işdən gəlib yaşadığı evin ətrafında piyada gəzməyə başlamış, həmin vaxt bir nəfər ona yaxınlaşıb irəlidə olan zibillikdə insan meyiti gördüyünü demiş, həmin şəxslə birlikdə Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi 30/36 ünvanının qarşısında olan məişət tullantıları konteynerlərinin yanına gəlib oraya baxdıqda sellofan torbadan çıxmış insan ayağı görüb dərhal istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Daha sonra sosial şəbəkələrdən öyrənmişdir ki, meyitin məxsus olduğu qadını qayınatasının öldürüb hissələrə ayıraraq həmin yerə atmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs oğlu Fariz Məhhərrəmovdan gizlin telefon işlətməsi müəyyən edildikdən sonra ailədaxili münaqişə yaranmış, lakin mobil telefonun təhlükəsizlik kodunu bilmədiklərindən Zərərçəkmiş şəxs kiminlə əlaqə saxlamasını aydınlaşdırmaq mümkün olmamışdır. Bu hadisədən 4-5 ay sonra Zərərçəkmiş şəxs otağından gizlin işlətdiyi “Samsung” markalı mobil telefonu tapmış, həmin telefonun yaddaşında olan nömrələrin biri ilə danışdığı zaman həmin şəxs Zərərçəkmiş şəxs ona verdiyi 70 manat pul müqabilində telefon aldığını bildirmişdir. Həmin hadisə barədə oğlu Fariz Məhhərəmova telefon vasitəsi ilə məlumat vermiş, oğlu Banını boşamaq istədiyini bildirsə də, nəvələrinin ortada qalmaması üçün oğluna demişdir ki, həyat yoldaşını da özü ilə aparsın. 2020-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ailə üzvlərindən, o cümlədən qızı Xəyalədən polis bölməsinə şikayət etmiş, araşdırma aparılmış, bundan sonra qızı Xəyalə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən evlərinə köçmüşdür. 17 yanvar 2021-ci il tarixdə Banı ilə aralarında məişət zəminində mübahisə baş vermiş, bununla əlaqədar Banının təkidi ilə 18 yanvar 2021-ci il tarixdən qızı Xəyalənin yaşadığı evə köçmüşdür. 24 yanvar 2021-ci il tarixdə yaşadığı evə qayıtmış və növbəti gün yenidən qızı Xəyalənin yaşadığı evə getmiş, bu zaman Banı ilə danışmamışdır. 26.01.2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs onunla telefonla danışdığı zaman nəvələrini götürməsini üçün gəlməsini demiş, qızı Xəyalə ilə birlikdə yaşadığı evdən çıxıb yolun qarşı tərəfinə, oradan 30 nömrəli məktəb istiqamətində piyada hərəkət etmiş, məktəb binasının yanında, ya da daha irəlidə evlərinin küçəsində əri nəvələri İdris və Yunisi ona vermişdir. Uşaqları əvvəllər də qızının evinə gedəndə özü ilə apardığı, həm də anası uşaqlara baxmadığı üçün yemək vermək və paltarlarını dəyişməkdən ötrü İdrisin ona verdiyini düşünüb bu barədə heç nə soruşmamış, İdrisin davranışlarında şübhəli heç nə görməmişdir. Bundan sonra uşaqları qızı ilə qaldığı evə aparmış və orada olmuşlar. Həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs evə gələrək ona “uşaqları da götür gedək!” demiş, İdrisə “getmirəm, getsəm, Banı yenə başlayacaq deyinməyə!” deyə cavab vermiş, İdrisin sərt şəkildə “gedək, deyinməyəcək!” deməsindən sonra maşına əyləşib evə getmişdir. Həyətdə olan tualetdən Banı istifadə etmədiyi üçün oranı heç vaxt təmizləmədiyindən İdrisdən “ACE” təmizlik vasitəsi almasını istəmiş, İdris “Araz” marketin qarşısında avtomobili saxlayıb özü 2 ədəd “ACE” təmizləyici vasitə almışdır. Evə çatdıqdan sonra Banının olmadığını görüb harda olduğunu soruşmuş, İdris isə cavabında “yoxdur ölüb!” demiş, ilkin olaraq Banının yatdığı üçün İdrisin belə danışdığını düşünmüş, təkrar Banının harada olmasını soruşduqda İdris Banını həyətdə öldürüb atdığını demiş və mövzunu dəyişməsini istəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 anası X1 ifadəsində göstərdiklərini təsdiq edərək əlavə olaraq göstərdi ki, hadisə baş verən gün, yəni 26 yanvar 2021-ci il tarixdə hadisə barədə hər hansı məlumatı olmamış, həmin vaxt işdə olmuş, yalnız 27 yanvar 2021-ci il tarixdə polis əməkdaşları ona zəng etdikdən sonra evlərinə gələn zaman öyrənmişdir ki, atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürüb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən gün, yəni 26 yanvar 2021-ci il tarixdə hadisə barədə hər hansı məlumatı olmamış, yalnız 27 yanvar 2021-ci il tarixdə saat 12 radələrində qohumlarından Zərərçəkmiş şəxs bıçaqlanmasını eşitmiş, daha sonra gecə saatlarında bacısı Rəbiyyədən öyrənmişduir ki, Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs öldürüb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 şahid olan arvadı Şahid3 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 şahid qismində dindirilmiş anası X4 ilə eyni məzmunlu ifadə verib bildirdi ki, hadisə baş verən gün, yəni 26 yanvar 2021-ci il tarixdə işlədiyi M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsində növbədə olmuş, həmin gün hadisə barədə hər hansı məlumatı olmamış, yalnız 27 yanvar 2021-ci il tarixdə polis şöbəsində olarkən polis əməkdaşlarından öyrənmişduir ki, Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs öldürüb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 şahid qismində dindirimiş arvadı Şahid3 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş X7 anası X2 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, baş verən gün, yəni 26 yanvar 2021-ci il tarixdə bütün günü yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov 391 ünvanında yerləşən evdə olmuş, hadisə barədə hər hansı məlumatının olmamış, yalnız 27 yanvar 2021-ci il tarixdə saat 12 radələrində bacısı Şahid3 Zərərçəkmiş şəxs bıçaqlanmasını eşitmiş, daha sonra gecə saatlarında polis şöbəsində olarkən polis əməkdaşlarından öyrənmişdir ki, Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs öldürüb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 şahid X5 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Zərərçəkmiş şəxs başqa kişilərlə telefonla əlaqə saxlaması bilindikdən sonra Banı qayınanası və qayınatasına yaxşı etdiyini demiş, onun davranışlarına görə qayınanası və qayınatası ilə birlikdə Banın yaşadığı evə gediş-gəlişləri azalmışdır. 27 yanvar 2021-ci il tarixdə həyat yoldaşı Rəbiyyədən Zərərçəkmiş şəxs bıçaqlandığını eşitmiş, daha sonra axşam radələrində polis bölməsində öyrənmişdir ki, Zərərçəkmiş şəxs qaynatası Təqsirləndirilən şəxs öldürüb. Şahid qismində dindirilmiş X13 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 4cü cildinin 31-34-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs İdris qızını 2011-ci ildən tanımış, onunla bir dəfə yaşadıqları Naxçıvan Muxtar Respublikasının Əliabad qəsəbəsində yerləşən binalarının qarşısında görüşmüşdür. Aralarında sevgi münasibətləri olmasından onun bacısı İlkanənin də məlumatı olmuşdur. 2011-ci ildə Zərərçəkmiş şəxs Bakı şəhərində yaşayan şəxslə ailə qurmasını öyrənmiş, 7- 8 il müddətində Banı ilə heç bir əlaqəsi olmamışdır. 11.01.2020-ci il tarixdə Zərərçəkmiş şəxs “İdrisyunis8” adlı instaqram hesabından istifadə etdiyi “rashad _ahmadov81” adlı instaqram hesabına ad günü münasibəti ilə təbrik yazmış, bundan sonra instaqram hesabı vasitəsi ilə danışıqları olmuşdur. Banı tez-tez instaqram hesabından canlı yayım açaraq dostluğunda olan başqa oğlanla da danışmış, Banıya buna görə iradını bildirib onun ailəli olmasını, başqa oğlanlarla danışmasının doğru olmadığını demişdir. 12.01.2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş, Banıya əvvəlcədən Bakı şəhərinə gələcəyi vaxt barədə məlumat verdiyindən sonuncu İnstaqram vasitəsi ilə ona mesaj yazaraq evlərinə dəvət etmiş, Banının onu evə dəvət etməkdə məqsədinin intim yaxınlıq olmasını başa düşüb müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Banı qayınanasının evdən çıxdığını, geri qayıtmasa onunla 4-5 saat görüşəcəyini demiş, o isə yorğun olduğunu, onun ailəli olmasını bəhanə edərək bundan imtina etmişdir. Daha sonra Banının bacısı İlkanə onun instaqram hesabına yazaraq Banının qayınatası tərəfindən öldürülməsini demişdir. Qayınatasının Banını başqa şəxslərlə əlaqəsinə görə öldürməsini başa düşmüşdür. Zərərçəkmiş şəxsın istifadəsində olmuş “İdrisyunis8” instaqram hesabından onun istifadəsində olan “rashad _ahmadov81” instaqram hesabına 17.01.2021-ci il tarixdə “salam, necəsən? Bu gün qayınanam bacısı gilə gedib, əgər axşam gəlməsə deyəcəm gələrsən. Əgər gəlməsə səni 4-5 saat görə biləcəm. Gündüz qayınatam evdə olur, həm də böyük oğlum qanır, bunlara hər şeyi deyir” məzmunlu mesaj göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2020-ci ilin təxminən yay aylarında sonradan tanıdığı Zərərçəkmiş şəxs istifadəsində olan “yağmur damlası” instaqram hesabından onun istifadəsində olan “ali aliyev 196” instaqram hesabına yazaraq tanış olmuş, Banı ilk olaraq subay olduğunu, ailəsi ilə yaşadığını desə də, sonradan Banının ailəli olmasını və iki uşağının olmasını öyrənmişdir. Banı ərinin Türkiyədə taksi fəaliyyəti ilə məşğul olduğunu, ərindən boşandığını, qayınatası, qayınanası və baldızının onu yola vermədikləri üçün onları evdən qovduğunu demişdir. 2020-ci ilin dekabr ayının sonlarında axşam saatlarında Banı ona yazaraq evdə tək olduğunu bildirib onu evlərinə dəvət etmiş, instaqram hesabında yazışmadan öyrəndiyi ünvana gələrək Banı ilə təklikdə söhbət etdikdən sonra yaxınlıqları olmuşdur. Zərərçəkmiş şəxsın istifadəsində olmuş “yağmur damlası” instaqram hesabından ona məxsus “ali aliyev 196” instaqram hesabına 10.01.2021-ci il tarixdə “ürəyim saat 12-də gəl, çünki kişi o biri otaqdadır. Sən yavaş-yavaş gəl, qayınatam yatmağa hazırlaşır” məzmunlu mesaj, cavabında isə “Harda qaldın ay Banum? Aç da qapını dondum axı” məzmunlu mesaj həqiqətən göndərilmiş, həmin zaman Banının yaşadığı evə gələrək onunla münasibətdə olmuşdur. Cinayət işinin 4-cü cildinin 18-28-ci vərəqlərində olan hadisə yerinə və baxış keçirilməsi haqqında 27 yanvar 2021-ci il tarixli protokollar və fotoşəkillərdən görünür ki, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi 30/36 ünvanının qarşısında yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş konteynlərdən içərisində 4 ədəd kisədə və 2 ədəd sellefon torbada insan bədəninin müxtəlif nahiyələri, 2 cüt tünd göy rəngli başmaq, üzərində qanabənzər ləkələr olan qadın paltarları, 1 ədəd ağ rəngli üzərində açıq qırmızı güllər olan masaüstü örtük, meyitin ayaq hissəsindən 01 (ədəd) ədəd qanabənzər nümunə aşkar edilərək götürülmüşdür. 4-ü kisə, 2-si sellofan torba olmaqla cəmi 6 bağlamada aşkar edilmiş insan əzaları: baş nahiyəsini, dişlər və dillə birlikdə alt çənə sümüyü, döş qəfəsi və qarının yuxarı 1/3-i olmaqla gövdəsi, bazu, said, əl və əl barmaqları ilə birlikdə sağ və sol yuxarı ətrafları, çanaq sümüklərinin az bir hissəsi ilə birlikdə sağ və sol aşağı ətrafın budları, ayaq və ayaq barmaqları ilə birlikdə sağ və sol aşağı ətrafın baldırları, daxili orqanları, göz almaları, sol qulaq seyvanı, qarın və üz nahiyəsinin dəriləri bəzi hissələrdə dərialtı piy və əzələ ilə birlikdə aşkar edilərək təşrih masası üzərində müvafiq ardıcıllıqla düzülmüşdür. Həmçinin qeyd edilən torbaların içərisində üzərində qanabənzər ləkələr olan göy rəngli idman şalvarı, göy rəngli idman koftası, sani rəngli kofta, ağ rəngli mayka, qırmızı rəngli büstqalter, qırmızı rəngli üçbucaq formalı qadın alt tumanı, göy rəngli üçbucaq formalı qadın alt tumanı, göy rəngli cins şalvarın balağı, qəhvəyi rəngli bir cüt corab, ağ rəngli bez, 4 ədəd qara rəngli saç sancağı, qara rəngli saç rezini, yaşıl rəngli konfet və kağızı, bir cüt əlcək aşkar edilmişdir. Cinayət işinin 4-cü cildinin 31-58-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 27 yanvar 2021-ci il tarixli baxış protokolundan görünür ki, ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətdəki hamam otağının pəncərəsindən, qapının çərçivəsindən və divarından ümumilikdə 3 ədəd, avtomobilin yük yerindən 2 ədəd, avtomobilin dayandığı qaraj kimi istifadə edilən zirzəmidən 1 ədəd, həyətdəki sobanın üzərindən 1 ədəd qanabənzər ləkələrdən nümunələr, həyətdən bir ədəd balta qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 185-188-ci vərəqlərində olan İstintaq eksperimenti keçirilməsi haqqında 29 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qəsdən öldürüldüyü ünvan 6 ünvanından meyit hissələrinin atıldığı ünvan 7vanının qarşısındakı məişət tullantıları konteynerlərinin yerləşdiyi yerə qədər avtomobillə 5 dəqiqə 59 saniyə, oradan digər zibil konteynerinə 1 dəqiqə ərzində getmək mümkündür. Cinayət işinin 3-cü cildinin 142-147-ci vərəqlərində olan 21 aprel 2021-ci il tarixli baxış protokolundan görünür ki, TŞ 8-33 nömrəli müşahidə kamerası Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rustaveli küçəsi ilə Musabəyov küçəsinin kəsişməsində, TŞ 8-95 nömrəli müşahidə kamerası Bakı şəhəri, Binəqədi rayonu, X20 küçəsi 82 ünvanının qarşısında, TŞ 8-074 nömrəli müşahidə kamerası Bakı şəhəri, Binəqədi rayonu, X20 küçəsi 9 ünvanı ilə üzbəüz məscidin qarşısında, TŞ 3-031 nömrəli müşahidə kamerası X20 küçəsi ilə Kazımovski küçəsinin kəsişməsində yolun baş tərəfində, TŞ 3-197 nömrəli müşahidə kamerası Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsində 5 nömrəli tam orta məktəb istiqamətində gedən yolun sol tərəfində, məktəbin tam qarşısında zibil konteynerlərinin yaxınlığında yerləşir. Cinayət işinin 3-cü cildinin 142-147-ci vərəqlərində olan Təhlükəsiz şəhər kameralarının qeydə aldığı videogörüntülərə 22 aprel 2021-ci il tarixli baxış protokolun və fotoşəkillərdən görünür ki, hadisə yerinə olan məsafə ardıcıllığı ilə baxıldıqda TŞ 8-095 nömrəli kamera vasitəsilə qeydə alınmış görüntülərin olduğu 6 faylda Baklı şəhəri, Binəqədi rayonu, X20 küçəsi 82 ünvanının qarşısında olan hərəkətlərin həmin kamera vasitəsilə qeydə alındığı, TŞ 8-095 02-2021-26_11 adlı fayldakı görüntünün 13 dəqiqə 23-cü saniyəsində (saat 11:13-də) “Hyundai İX 35” markalı olduğu ehtimal edilən avtomobilin Ş.Rustaveli küçəsindən gələrək X20 küçəsi ilə hərəkət etdiyi görünür. TŞ 8-095 03-2021-26_16 adlı faylda olan görüntünün 4 saat 3 dəqiqə 38-ci saniyəsindən 4 saat 3 dəqiqə 50-ci saniyəsinədək (saat 20:03-də) “Hyundai İX 35” markalı olduğu ehtimal edilən avtomobilin Ş.Rustaveli küçəsi istiqamətindən gələrək X20 küçəsinə dönüb Kazımovski küçəsi istiqamətində getdiyi müəyyən olundu: TŞ 8-095 01-2021-26_16 Eyni faylda olan görüntünün 4 saat 57 dəqiqə 53-cü saniyədə (saat 20:57də) isə “Hyundai İX 35” markalı olduğu ehtimal edilən avtomobilin X20 küçəsi ilə Ş.Rustaveli küçəsi istiqamətində getdiyi müəyyən olundu: TŞ 8-095 01-2021-26_16 adlı faylda olan görüntünün 4 saat 3 dəqiqə 33-cü saniyəsində (saat 20:03də) “Hyundai İX 35” markalı olduğu ehtimal edilən avtomobilin Ş.Rustaveli küçəsi istiqamətindən gələrək X20 küçəsinə dönüb Kazımovski küçəsi istiqamətində getdiyi müəyyən olundu: Bundan sonra TŞ 8-074 nömrəli kamera vasitəsilə qeydə alınmış görüntülərin olduğu 4 fayla baxış keçirildikdə həmin kameralar vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, X20 küçəsi 9 ünvanının qarşısında olan hərəkətin qeydə alındığı, TŞ 8-074 2-2021-01-26_16 adlı faylda olan görüntünün 4 saat 4 dəqiqə 27-ci saniyəsindən 4 saat 4 dəqiqə 54-cü saniyəsinədək (saat 20:04-də) Hyundai İX 35” markalı olduğu ehtimal edilən avtomobilin X20 küçəsi ilə Kazımovski küçəsi istiqamətində hərəkət etdiyi müəyyən edilir. Daha sonra TŞ 3-031 nömrəli kamera vasitəsilə qeydə alınmış görüntülərin olduğu 4 fayla baxış keçirildikdə həmin kameralar vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, X20 küçəsi ilə Kazımovski küçəsinin kəsişməsində olan ərazidə və Kazımovski küçəsinin başlanğıc hissəsində olan görüntülərin qeydə alındığı, TŞ 3-031 1-2021-01-26_16 adlı faylda olan görüntünün 4 saat 4 dəqiqə 59-cu saniyəsindən - 4 saat 5 dəqiqə 09 saniyəsinədək (saat 20:05-də) Hyundai İX 35” markalı olduğu ehtimal edilən avtomobilin X20 küçəsindən Kazımovski küçəsinə dönərək hərəkət etdiyi müəyyən olundu. TŞ 3-031 2-2021-01-26_16 adlı faylda isə 04 saat, 05 dəqiqə, 14 saniyədən – 04 saat 05 dəqiqə 28 saniyəyədək (saat: 20:05-də) Hyundai İX 35” markalı olduğu ehtimal edilən avtomobilin Kazımovski küçəsi ilə hərəkət edib sola dönərək yaşayış binalarının arasındakı məhləyə doğru getdiyi müəyyən olundu: TŞ 3-197 nömrəli kamera vasitəsilə qeydə alınmış görüntülərin olduğu 6 fayla baxış keçirildikdə həmin kamera vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, 5 nömrəli tam orta məktəbin həyətində və qarşısında olan görüntülərin qeydə alındığı, TŞ 3-197 3-2021-01-26_16 adlı faylda olan görüntünün 4 saat 11 dəqiqə 46-ci saniyəsindən 4 saat 12 dəqiqə 30-cu saniyəsinədək (saat 20:11 və 20:12-də) "Hyundai İX 35” markalı olduğu ehtimal edilən avtomobilin 5 nömrəli tam orta məktəbin qarşısından keçib yolun sonundan geriyə doğru dönərək hərəkətini davam etdirdiyi müəyyən olundu: Qeydə alınmış görüntülərdə “Hyundai İX 35” markalı olduğu ehtimal edilən avtomobilin dövlət qeydiyyat nömrəsini və avtomobilin içərisində kimin və ya kimlərin olmasını müəyyən etmək mümkün olmadı. Avtomobilin hərəkət trayektoriyasına əsasən “Google Earth” proqramından çıxarış edilərək aşağıdakı kimi olması müəyyən edildi: Ölçü koordinatları: thttps://earth.google.com/web/search/Bak%c4%b1,Elektron ünvan ,49.82604734,55.01074146a,1294.41190735d,35y,289.78965548h,0t,0r/data=CigiJgokCU2CjAhUN0RAEc0 uDhPpNERAGTKQxaA57EhAİZQ4PxuH5khA Cinayət işinin 2-ci cildinin 121-122-ci vərəqlərində olan Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsinin 27 yanvar 2021-ci il tarixli, 011-775-1221 nömrəli məktubundan görünür ki, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi 30/36 ünvanının qarşısında yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş konteynlərdən aşkar edilmiş qadın meyitinin əl-barmaq əksləri Zərərçəkmiş şəxs məxsusdur. Cinayət işinin 1-ci cildinin 122-128-ci vərəqlərində olan Daxili İşlər Nazirliyinin müvafiq strukturu tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs telefon vasitəsi ilə sosial şəbəkələrdən istifadə etməklə intim münasibətdə olmaq məqsədilə əks cinsin nümayəndələri ilə əlaqələr yaratdığına görə qayınanası və baldızı ilə aralarında mübahisələr olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs “İdrisyunis8” instaqram hesabından Şahid11 istifadəsində olan “rashad_ahmadov81” instaqram hesabına 17.01.2021-ci il tarixdə “salam, necəsən? Bu gün qayınanam bacısı gilə gedib, əgər axşam gəlməsə deyəcəm gələrsən. Əgər gəlməsə səni 4-5 saat görə biləcəm. Gündüz qayınatam evdə olur, həm də böyük oğlum qanır, bunlara hər şeyi deyir” məzmunlu mesaj göndərmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs istifadəsində olmuş “yağmur damlası” instaqram hesabından Şahid12 istifadəsində olan “ali aliyev 196” instaqram hesabına 10.01.2021-ci il tarixdə “ürəyim saat 12-də gəl, çünki kişi o biri otaqdadır. Sən yavaş-yavaş gəl, qayınatam yatmağa hazırlaşır?” məzmunlu mesaj, cavabında isə “Harda qaldın ay Banum? Aç da qapını dondum axı” məzmunlu mesaj göndərilmiş, həmin istifadəçilər arasında digər yazışmaların məzmununda isə Zərərçəkmiş şəxs Şahid12 qayınanasını evdən qovmaqla bağlı məlumat vermiş və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Cinayət işinin 4-cü cildinin 24-45-ci vərəqlərində olan Əməliyyat-texniki tədbirlər nəticəsində əldə edilmiş məlumatlara dair hesabata 11.05.2021-ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus ********** mobil telefon nömrəsi 26 yanvar 2021-ci il tarixdə gün ərzində Bakı şəhəri, Binəqədi rayonu, Musabəyov küçəsi və X17 küçəsində yerləşən hadisə yerində istifadə edilən mobil telefon cihazlarının əhatə dairəsinə düşdüyü antenlərdə istifadə edilmiş, saat 11:06 və 20:21-də Bakı şəhəri, Binəqədi rayonu, Məsud Davudoğlu küçəsi, saat 12:28-12:43-də və saat 20:48-20:49-da Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova və Rəsulzadə qəsəbəsi torpaq sahəsi adlı antenlərin əhatə dairəsində olmuşdur. Saat 16:13-də Bakı şəhəri, Binəqədi rayonu, X20 küçəsi, saat 16:14-də və 20:59-da Bakı şəhəri, Binəqədi rayonu, Musabəyov küçələri ərazisində istifadə edilən antenlərin əhatə dairəsində Bül- Bül Məhərrəmovanın istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrələri paralel istifadə edilmişdir. Bundan başqa 26 yanvar 2021-ci il tarixdə İdris Məhrrəmovun istifadəsində olmuş ********** mobil telefon nömrəsindən ********** mobil telefon nömrəsinə saat 15:49-da və saat 15:51-də 2 cavabsız zəng edilmiş, daha sonra saat 15:52-də ********** mobil telefon nömrəsindən ********** mobil telefon nömrəsinə zəng edilərək 19 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxsin qızları Şahid5 istifadəsində olmuş **********, Şahid2ı istifadəsində olmuş **********, X5 istifadəsində olmuş **********, təqsirləndirilən şəxsin kürəkəni Şahid8 istifadəsində olmuş ********** mobil telefon nömrələri hadisənin baş verdiyi Bakı şəhəri, Ş.Rustaveli küçəsi 4/8 ünvanında 26 yanvar 2021-ci il tarixdə ümumiyyətlə istifadə edilməmişdir. Cinayət işinin 3-cü cildinin 115-118-ci vərəqlərində olan "xxxx" MMC-dən daxil olmuş izahlı disk hesabatına baxış keçirilməsi haqqında 24 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 istifadəsində olmuş ********** mobil telefon nömrəsi hadisənin baş verdiyi Bakı şəhəri, Ş.Rustaveli küçəsi 4/8 ünvanında 26 yanvar 2021-ci il tarixdə ümumiyyətlə istifadə edilməmişdir. Cinayət işinin 3-cü cildinin 163-166-cı vərəqlərində olan "xxxx" MMC-dən prokurorluğa daxil olmuş telefon danışıqlarına dair izahlı disk hesabatına baxış keçirilməsi haqqında 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 istifadəsində olmuş **********, Şahid6 istifadəsində olmuş ********** mobil telefon nömrələri hadisənin baş verdiyi Bakı şəhəri, Ş.Rustaveli küçəsi 4/8 ünvanında 26 yanvar 2021-ci il tarixdə ümumiyyətlə istifadə edilməmişdir. Cinayət işinin 2-ci cildinin 246-248-ci vərəqlərində olan Məhkəmə-tibb ekspertizasının 61 nömrəli, 16.02.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinin 198-211-ci vərəqlərində olan məhkəmə-tibb ekspertizasının 27 fevral 2021ci il tarixli, 11 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin hissələri baş nahiyəsi, gövdəyə aid olan hissələr (döş qəfəsi və qarnın yuxarı 1/3), sol yuxarı ətrafın hissələri (bazu, said, əl və əl barmaqları ilə birlikdə tam), sağ yuxarı ətrafın hissələri (bazu, said, əl və əl barmaqları ilə birlikdə tam), sol aşağı ətrafın hissələri (bud nahiyəsi, çanaq sümüklərinin az bir hissəsi ilə ayrıca və baldır, ayaq və ayaq barmaqları ilə birlikdə tam), sağ aşağı ətrafın hissələri (bud nahiyəsi, çanaq sümüklərinin az bir hissəsi ilə ayrıca və baldır, ayaq və ayaq barmaqları ilə birlikdə tam), alt çənə sümüyü (dişlərlə və dillə birlikdə), darialtı piy qatı və bəzi hissələrdə əzələrlə birlikdə beş ədəd dəri parçası (bu dəri parçalarından biri başın alın nahiyəsinindir, digər dördü isə qarın nahiyəsinindir), sol qulaq seyvanı, iki ədəd göz alması, nazik və yoğun bağırsağın hissələri (müsariqələrlə birlikdə), dalaq, daxili qadın cinsiyyət üzvləri (uşaqlıq,yumurtalıqlar və uşaq boruları ilə birlikdə tam), sağ böyrəkdən ibarətdir. Qeyd edilən meyit hissələri yalnız bir meyitə, yəni Zərərçəkmiş şəxs məxsusdur. Təqdim olunmuş boyunla birlikdə baş nahiyəsində sol təpə nahiyəsinin əzilmiş-cızılmış yarası, sol təpə sümüyün basılmış sınığı, baş beyinə qansızma, üst çənədə İİİ və İV dişlərin tac hissəsindən sınması, İİ və V dişlərin travmatik tökülməsi diş ətinə qansızmalar, təqdim olunmuş gövdədə qarın boşluğu üzvlərindən olan qaraciyərin sağ payında 1,5x0.3 sm ölçüdə dəlib keçən deşilmiş-kəsilmiş yarası qaraciyərin sağ payının ön bayır səthində 1x0,3 sm ölçüdə dəlib keçməyən deşilmiş-kəsilmiş yarası qaraciyərin sol payında 1,2x0,3 sm ölçüdə dəlib keçməyən deşilmiş yarası, təqdim olunmuş sol yuxarı ətrafda saidin orta 1/3 arxa iç səthinin 6x1,5 sm, sol əlin arxa səthinin 2,5x3 sm ölçülərdə sıyrıqları, təqdim edilmiş sol yuxarı ətrafda sağ əlin ovuc səthinin 3,5x2 sm ölçüdə qançırı, təqdim olunmuş alt çənə sümüyünün üzərində sağdan İ,İİ,İİİ,İV dişlərin tac hissəsindən sınması, diş ətinə qansızmalar, təqdim edilmiş 41x22 sm ölçüdə kənarları hamar kəsilmiş dəri, dərialtı piy toxuması və əzələlər olan hissənin üzərində üç ədəd kəsilmişdeşilmiş yara (1. Göbəkdən 6 sm sağda, 1,6x0,3 sm ölçüdə dəlib-keçən kəsilmiş-deşilmiş yara saat sferblatının 11 və 6 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş, aşağı ucu iti, yuxarı ucu kütdür, yara kanalının istiqaməti öndən arxaya bir qədər aşağıdan yuxarıya və azacıq soldan sağa doğrudur, periton boşluğuna nüfuz edir. 2. Göbəkdən 5 sm solda, 5 sm yuxarıda 2,2x0,4 sm ölçüdə dəlib-keçən deşilmiş-kəsilmiş yara saat sferblatının 9 və 3 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş, iç ucu iti, bayır ucu iti, istiqaməti öndən arxaya bir qədər aşağıdan yuxarıya və bir qədər soldan sağa doğrudur, periton boşluğuna nüfuz edir. 3. Göbəkdən 6 sm solda göbək səviyyəsində 1,4x0,5 sm ölçüdə və 2 sm dərinliyində dəlib-keçməyən deşilmişkəsilmiş yara saat sferblatının 10 və 4 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş, iç ucu iti, bayır ucu kütdür.), təqdim edilmiş 25x13 sm ölçüdə kənarları hamar kəsilmiş dəri, dərialtı piy toxuması və əzələlər olan hissənin üzərində üç ədəd kəsilmiş-deşilmiş yara (1. Dəri parçasının sol hissəsində 1,8x0,3 sm ölçüdə dəlibkeçən deşilmiş-kəsilmiş yara saat sferblatının 7 və 1 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş, yuxarı hissəsi küt, aşağı hisəsi iti, istiqaməti öndən arxaya və bir qədər soldan sağa doğrudur, yara kanalının uzunluğu 6 sm-dir, periton boşluğuna nüfuz edir. 2. Yuxarıda qeyd olunan yaradan 11 sm sağda 1,6x0,5 sm ölçüdə dəlib-keçməyən deşilmiş-kəsilmiş yara saat sferblatının 1 və 7 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş, aşağı ucu küt, yuxarı ucu iti, istiqaməti öndən arxaya, aşağıdan yuxarı və bir qədər sağdan sola gedərək dəri qatını keçərək dərialtı piy toxumasında bitir. 3. Yuxarıda qeyd olunan ikinci yaradan 3 sm yuxarıda və 2 sm sağda yerləşmiş 1,6x0,3 sm ölçüdə dəlib keçən deşilmiş-kəsilmiş yara saat sferblatının 8 və 2 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş, aşağı ucu küt, yuxarı ucu iti, istiqaməti öndən arxaya və bir qədər soldan sağa doğrudur, periton boşluğa nüfuz edir.), təqdim edilmiş 26x12 sm ölçüdə kənarları hamar kəsilmiş dəri, dərialtı piy toxuması və əzələlər olan hissənin üzərində dörd ədəd kəsilmiş-deşilmiş, bir ədəd kəsilmiş yara (1. Dəri parçasının üzərində 10x1 sm ölçüdə kəsilmiş yaranın uzunluğu 3, eni 0,2 sm olmaqla, səthidir, yaranın digər 7 sm uzunluqdakı hissəsinin eni 0,3 sm-dir, bu hissədə dərialtı toxuma tam kəsilmişdir.

2. Dəri parçasının yuxarı sağ hissəsində ölüçlər 1,7x0,5 sm ölçüdə dəlib keçən deşilmiş-kəsilmiş yara saat sferblatının 6 və 12 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş, yuxarı ucu küt, aşağı ucu itidir, periton boşluğuna keçir. 3. Digər üç ədəd yara ikinci yaradan 1 sm aşağıda 4x6 sm sahədə yerləşmiş 1,2x0,5, 0,8x0,4 sm və 0,5x0,3 sm ölçülərdə dəlib-keçməyən deşilmiş-kəsilmiş yaralardır, yaraların hər birinin bayır ucu küt, iç ucu itidir, köndələn çəp yerləşmişdir.) vardır. Meyitin digər hissələrinin üzərində hər hansı xəsarət aşkar olunmadı. Banu Məhərrəmovanın meyitinin parçalanmış hissələrində baş beyinin toxumasına, qişalarına qansızma, sol təpə sümüyün basılmış sınığı, sol təpə ənsə nahiyəsində yumuşaq toxumalar altına və sol gicgah əzələsinə qansızma, həmin nahiyənin əzilmiş-cızılmış yarası (ən azı bir zərbə naticəsində bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlməsi istisna olunmur.), üst çənədə İİİ və İV, alt çənədə sağdan İ,İİ,İİİ,İV dişlərin tac hissəsinin sınığı, üst çənədə İİ və İV dişlərin travmatik tökülməsi və qeyd olunan dişlərin diş ətlərinə qansızma (ən azı bir zərbə nəticəsində bərk küt əşyanın təsirindən əmələ gəlməsi istisna olunmur.), qarın nahiyəsinin altı ədəd daxili nüfuz edərək qaraciyəri və bağırsaq müsariqələrini zədələyən deşilmiş-kəsilmiş yaraları, qarın nahiyəsinin beş ədəd daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş və bir ədəd kəsilmiş yarası, sol saidin və sol əlin arxa səthinin sıyrıqları, sağ əlin ovuc səthinin qançırı kimi xəsarətlər aşkar olundu. Qeyd edilən xəsarətlər həyatidir, Banu Məhərrəmovanın ölümüdən az əvvəl 26 yanvar 2021-ci il tarixdə əmələ gəlmişdir, yaralar eyni və oxşar tipli hər hansı bir iti kənarlı (ola bilsin yastı tiyə tipli deşicikəsici) alətin (alətlərin), əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, bədən səthində aşkar olunmuş əzilmiş-cırılmış yara, sol təpə sümüyün sınığı, qançır, sıyrıqlar, sınmış və tökülmüş dişlər eyni və ya oxşar tipli bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər. Banu Məhərrəmovanın meyitini hissələrində aşkar edilmiş sol təpə nahiyəsinin sol təpə sümüyünün sınığı, baş beyinin toxumasına, qişalarına qansızma ilə müşayiət olunan əzilmiş-cırılmış yarası, qara ciyərin 3 yerdən nazik və yoğun bağırsaqların müsariqəsinin 3 yerdən yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Üst çənədə sağdan İİİ və İV dişlərin sınması, İİ və İV dişlərin tökülməsi, alt çənədə sağdan İ,İİ,İİİ,İV dişlərin sınması dərəcəsinə görə ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli hissəsinin daimi itirilməsi ilə müşayiət olunan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malikdir, təqdim edilmiş dəri parçasının üzərində olan 5 ədəd dəlib keçməyən deşilmiş-kəsilmiş yara və 1 ədəd kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir, sol saidin, sol əlin arxa səthinin sıyrıqları, sağ əlin ovuc səthinin qançırı isə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin yumuşaq qişaları altına və toxumasına qansızmalar, sol təpə sümüyünün basılmış sınığı ilə müşayiət olunan, sol təpə nahiyəsinin əzilmiş yarası, qara ciyərin 3 yerdən, nazik və yoğun bağırsaq müsariqəsinin 3 yerdən yaralanması ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən 6 ədəd deşilmiş-kəsilmiş yaraların törətdiyi travmatik və hemorragik şok olmuşdur. Ürəyin endokart qişasının altında qırmızı rəngli zolaqlı qansızmalar (minakov ləkələri) və histoloji müayinədə qara ciyərdə şok əlamətlərinin aşkar edilməsi Zərərçəkmiş şəxs ölümünün travmatik və hemorragik şok nəticəsində baş verməsini sübut edən əlamətlərdir. Zərərçəkmiş şəxs ölümü onun meyit hissələrinin meyitxanada müayinəsi başlanandan (27 yanvar 2021-ci il saat 10:00-dan) təxminən 16-24 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin hissələrə parçalanması qeyri-həyatidir, yəni ölüm baş verdikdən sonra hissələrə parçalanmışdır. Zərərçəkmiş şəxs qara ciyərin, nazik və yoğun bağırsaq müsariqəsinin yaralanması ilə müşayiət olunan 6 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar, baş beyinə qansızma və sol təpə sümüyünün basılmış sınığı ilə müşayiət olunan sol təpə nahiyəsinin əzilmiş yarası yetirildikdən sonra onun ölümü dəqiqələrlə ölçülən qısa zaman kəsiyində baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitini hissələrə parçalayan şəxsin anatomiya elmindən və təşrih texnikasından biliyə malik olması inandırıcı deyildir. Zərərçəkmiş şəxs daxili cinsiyyət üzvlərini, yəni uşaqlıq və uşaqlıq borularının müayinəsi zamanı hamiləlik aşkarlanmamışdır. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və daxili üzv hissələrində məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitul turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenetiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və fosfor üzvü birləşmələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin ağız boşluğu möhtəviyyatından hazırlanmış tamponda məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Cinayət işinin 3-cü cildinin 15-20-ci vərəqlərində olan 25 fevral 2021-ci il tarixli, 21/156 nömrəli rəyindən görünür ki, Məhkəmə-genetik ekspertizasının ekspertizaya təqdim edilmiş 08 ədəd tampon üzərində olan qanabənzər maddələr insan qanıdır. Meyitin doğranmış ayaq hissəsindən götürülmüş 01 (bir) ədəd tampon, ünvan 11 ünvanında yerləşən evin həyətinki “Hyundai İX35” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş 02 (iki) ədəd, qeyd edilən evin hamam otağının pəncərəsindən götürülmüş 01 (bir) ədəd və divarından götürülmüş 01 (bir) ədəd tampon üzərində olan qan nümunələri Zərərçəkmiş şəxs İdris qızına məxsusdur. Cinayət işinin 3-cü cildinin 169-178-ci vərəqlərində olan Məhkəmə-tibbi biloji ekspertizasının 25.02.2021-ci il tarixli, 63/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Abeta/İİ/, Təqsirləndirilən şəxs təqdim edilən şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu A/İİ/, ekspertizaya təqdim edilmiş 4 ədəd tənzif tampon, bir ədəd baltanın dəstəyi, masaüstü örtük, bir cüt rezin əlcək, saç rezini, cins şalvarın kəsilmiş bir ayağı, qadın alt maykası, ev geyim dəstinin şalvarı və koftası, 2 ədəd trusik, 1 ədəd liftçik, bir cüt corab, pampers və narıncı rəngli qadın koftası üzərində insan qanı ləkələri aşkar edildi. Tədqiq edilən qan ləkələrinin anigen və aqqlyutininlərə görə qrup göstərici ABO sistemi üzrə təyin olunduqda “A” anigeni alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər /hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa/. Cinayət işinin 3-cü cildinin 190-197-ci vərəqlərində olan Məhkəmə-tibbi kriminalistik ekspertizasının 24 aprel 2021-ci il tarixli, 47/2021 MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zibil meydançasından götürülmüş büstqalter öndən, 02 ədəd tuman sağ yan hissələrindən, mayka ön orta hissədən, köynək və idman köynəyi sağ qolundan tam, köynək və idman köynəyində sol arxa hissəsindən natamam kəsilmiş zədələr aşkar edildi. Bu zədələr hər hansı bir iti kənara malik kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş zibil meydançasından götürülmüş köynəyin ön tərəfinin aşağı hissəsində 03 ədəd, köynəyin sol qolunun arxa orta hissəsində 01 ədəd, maykanın sağ döş hissəsində 02 ədəd, maykanın sol döş hissəsində 01 ədəd, idman köynəyinin ön tərəfinin sol aşağı hissəsində 02 ədəd, idman köynəyinin ön tərəfinin sağ orta hissəsində 02 ədəd, idman köynəyinin arxa tərəfinin sağ çiyin hissəsində 03 ədəd və idman köynəyinin arxa tərəfinin orta hissəsində 03 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş zədələr Zərərçəkmiş şəxs bədənində olan eyni xarakterli zədələrlə nisbi olaraq üst-üstə düşürlər, lakin bu zədələrdən bəziləri onun meyitinin hissələri üzərində öz əksini tapmamışdır, bunu da meyitin hissələrə parçalanması ilə izah etmək olar. Ekspertizaya təqdim olunmuş baltanın işçi metalik hissəsi, zavod üsulu ilə və dəstəyi kustar üsulla hazırlanmış kəsici-çapıcı, vurucu–dağıdıcı xassəyə malik məişət-təsərüfat təyinatlı baltadır və soyuq silah hesab olunmur. Cinayət işinin 3-cü cildinin 184-189-cu vərəqlərində olan kompleks məhkəmə-psixoloji və psixatrik ekspertizasının 20 aprel 2021-ci il tarixli 840 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl psixi emosinal vəziyyətində qəzəb, gərginlik, bezikmə kimi hallar yaranmış, həmin halın yaranması gəlini Banının neçə vaxtdan bəri ailəyə qarşı etdiyi hərəkətləri (ailə üzvləri ilə daima mübahisə etməsi, qızlarının evə gəlməsinə mane olması, polisə ərizə ilə müraciət edərək qızı Xəyaləni şərləyərək onun pulunu götürməsini bildirməsi, həyat yoldaşın “sən burada yaşamayacaqsan, evi boşalt, səni görəndə əsibləşirəm, əgər evdən çıxıb getməsən polis gedib səni şərləyəcəm” deməsi və həyat yoldaşının evdən çıxıb getməsi, 25 yanvar 2021-ci il tarixdə həyətdə tanımadığı oğlanla söhbət etdiklərini görməsi, ona irad bildirdikdə “ata bu mənim şəxsi həyatımdır, istəmirsən get otur arvadının yanında” cavabını verməsi, “sənin yaşın keçib kişi deyilsən” kimi sözlərlə təhqir etməsi, başqa kişilərlə telefonda danışması, ona məxsus həyətdə başqa kişi ilə görüşməsi, onun üzündən oğlunun evdən çıxıb getməsi, arvadını evdən qovması, qızlarının onlara gəlməməsi və s.) ilə şərtlənmişdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində gəlininin hərəkətlərinə qarşı intiqam hissi yaranmış, keçirdiyi hiss yaşantılarını dərinləşdirmiş, davranışını motivasiya edərək aqressiya yaratmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 2-ci cildinin 213-242-ci vərəqlərində olan 19 fevral 2021-ci il tarixli, 138-xid-21 nömrəli məktubla əlavə edilmiş sənədlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs özünün və övladlarının Məhərrəmova Bül-Bül Məşədi-Abdulla qızı və Şahid2 tərəfindən ölümlə hədələnməsi barədə müraciəti əsasında Bakı şəhər Binəqədi polis idarəsinin 4-cü polis bölməsində aparılmış araşdırmanın nəticəsi üzrə 14 avqust 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və ailə müvafiq qaydada münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Cinayət işinin 2-ci cildinin 156-157-ci vərəqlərində olan Bakı şəhər Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin 15 fevral 2021-ci il tarixli, 083-2900-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Hyundai İX35” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən TŞ 8-95, TŞ 8- 74, TŞ 8-031 nömrəli müşahidə kameraların qeydə aldığı ərazidən keçmişdir. Cinayət işinin 2-ci cildinin 187-188-ci vərəqlərində olan Bakı şəhər Nəsimi rayon polis idarəsinin 19 fevral 2021-ci il tarixli, 083-3313-1221 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs İdris qızının qohumları ailə üzvləri ilə mütəmadi mübahisələri olmuş, Bakı şəhər Binəqədi polis idarəsinin 4-cü polis bölməsində tədqiqat materialı olmuş və münaqişəli ailə kimi qeydiyyata alınmışlar. Cinayət işinin 3-cü cildinin 22-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublikası Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin 26 fevral 2021-ci il tarixli, 1506 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yuxarıda adı qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 3-cü cildinin 27-28-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublikası Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 04 mart 2021-ci il tarixli, 19/51-2573 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yuxarıda adı qeyd edilən xəstəxanada müalicə olunmamışdır və qeydiyyatda yoxdurlar. Cinayət işinin 4-cü cildinin 71-104-cü vərəqlərində olan - iş üzrə 19 may 2021-ci il tarixli qərarla meyitin doğranmış ayaq hissəsindən götürülmüş 01 (bir) ədəd tampon, “Hyundai İX35” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş 02 (iki) ədəd, ünvan 11 ünvanında yerləşən evin hamam otağının pəncərəsindən götürülmüş 01 (bir) ədəd və divarından götürülmüş 01 (bir) ədəd olmaqla cəmi 4 ədəd tampon, “Hyundai İX35” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş 02 (iki) ədəd, maşının bir metr arxasından götürülmüş 01 (bir) ədəd, hamam otağının qapısının çərçivəsindən 01 (bir) ədəd olmaqla 4 ədəd tənzif tampon, bir ədəd baltanın dəstəyi, masaüstü örtük, bir cüt rezin əlcək, saç rezini, cins şalvarın kəsilmiş bir ayağı, qadın alt maykası, ev geyim dəstinin şalvarı və koftası, 2 ədəd trusik, 1 ədəd liftçik, bir cüt corab, pampers və narıncı rəngli qadın koftası maddi sübut hesab edilərək Baş Prokurorluğunun İstintaq idarəsində saxlanılır. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan şahidlər və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, baxış, götürmə protokolları, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə, habelə təqsirləndirilən şəxsin ifadəsi ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən, iş üzrə digər sübutlarla tam təsdiq olunduğundan təqsirləndirilən şəxsin ifadəsini, eyni zamanda, CPM-in 144-146-cı maddəsinə əsasən şərh olunan ifadələri, protokolları və ekspertiza rəyini irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsi öldürdükdən sonra huşunun özündə olmamasını, meyiti hansı qaydada hissələrə parçalayaraq selofan torbalara yerləşdirib avtomobili ilə zibilliyə tullamasını necə etdiyini xatırlamadığını bildirsə də, onun istər məhkəmədə verdiyi, istərsə də ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadələrindən görünür ki, o, ibtidai istintaq zamanı bu barədə ətraflı və müfəssəl şəkildə etdiyi bütün hərəkətlərlə əlaqədar hər bir xırdalıqları təsvir etməklə ifadə vermişdir. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxs öz məsuliyyətini bir qədər yüngülləşdirmək məqsədi ilə zərərçəkmiş şəxsi öldürdükdən sonra huşunun özündə olmamasınha dair iafadə verir. Odur ki, məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakterli hesab edərək onu ittihamı təkzib edən sübut qismində qəbul etmir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işi üzrə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur, Təqsirləndirilən şəxs CM-nin 120.2.4 və 245-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 130-134-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Əvvəllər məhkum olunmaması və yaşının 70-dən çox olması CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, «Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla cəza məsələsini həll edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın CM-də nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə müvafiq olaraq, ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 27 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Maddi sübut olaraq Baş Prokurorluğunun İstintaq idarəsində saxlanılan 19 may 2021-ci il tarixli qərarla meyitin doğranmış ayaq hissəsindən götürülmüş 01 (bir) ədəd tampon, “Hyundai İX35” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş 02 (iki) ədəd, ünvan 11 ünvanında yerləşən evin hamam otağının pəncərəsindən götürülmüş 01 (bir) ədəd və divarından götürülmüş 01 (bir) ədəd olmaqla cəmi 4 ədəd tampon, “Hyundai İX35” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş 02 (iki) ədəd, maşının bir metr arxasından götürülmüş 01 (bir) ədəd, hamam otağının qapısının çərçivəsindən 01 (bir) ədəd olmaqla 4 ədəd tənzif tampon, bir ədəd baltanın dəstəyi, masaüstü örtük, bir cüt rezin əlcək, saç rezini, cins şalvarın kəsilmiş bir ayağı, qadın alt maykası, ev geyim dəstinin şalvarı və koftası, 2 ədəd trusik, 1 ədəd liftçik, bir cüt corab, pampers və narıncı rəngli qadın koftası məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 53,65 (əlli üç manat, doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 245-ci maddəsi ilə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18(on səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olaraq Baş Prokurorluğunun İstintaq idarəsində saxlanılan 19 may 2021-ci il tarixli qərarla meyitin doğranmış ayaq hissəsindən götürülmüş 01 (bir) ədəd tampon, “Hyundai İX35” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş 02 (iki) ədəd, ünvan 11 ünvanında yerləşən evin hamam otağının pəncərəsindən götürülmüş 01 (bir) ədəd və divarından götürülmüş 01 (bir) ədəd olmaqla cəmi 4 ədəd tampon, “Hyundai İX35” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş 02 (iki) ədəd, maşının bir metr arxasından götürülmüş 01 (bir) ədəd, hamam otağının qapısının çərçivəsindən 01 (bir) ədəd olmaqla 4 ədəd tənzif tampon, bir ədəd baltanın dəstəyi, masaüstü örtük, bir cüt rezin əlcək, saç rezini, cins şalvarın kəsilmiş bir ayağı, qadın alt maykası, ev geyim dəstinin şalvarı və koftası, 2 ədəd trusik, 1 ədəd liftçik, bir cüt corab, pampers və narıncı rəngli qadın koftası məhv edilsin. Məhkəmə məsrəfi olan 53,65 (əlli üç manat, doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Mahmud Nəbiyev Əfqan Hacıyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar