Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1225/2023 08.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə, xx xxxx 1995-ci il tarixdə Hacıqabul rayonunun Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonunun Pirsaat qəsəbəsində qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qeyriləri ilə cinayət əlaqəsinə girərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, o, Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 31 may 2021-ci il tarixdə Türkiyə Respublikasına, oradan isə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının İdlib şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən “Taifatul Mənsura” adlı qanunsuz silahlı sabit qrupa qoşulmuş və 2022-ci ilin fevral ayınadək həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində silahlı münaqişələrdə iştirak etmişlər və həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 oğlu qeyriləri ilə cinayət əlaqəsinə girərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, o, Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 27 mart 2019-cu il tarixdə Gürcüstana, oradan Türkiyə Respublikasına, oradan isə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının İdlib şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən “Taifatul Mansura” adlı qanunsuz silahlı sabit qrupa qoşulmuş və 2022-ci ilin fevral ayınadək həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində silahlı münaqişələrdə iştirak etmişlər və həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2017-ci ilin yaz aylarından İslam dininin Şiə məzhəbi üzrə, 2019-cu ilin iyul ayından etibarən İslam dininin Sünni məzhəbinin sələfi qolu üzrə ibadət etməyə başlamışdır. Atası ibadət etməsini qəbul etmədiyindən mütəmadi mübahisələri olmuşdur. 2021-ci ilin mart ayında “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Fəqan və Xəqan Göylərov adlı iki qardaşla tanış olmuş, sonuncuların təklifilə 31 may 2021-ci il tarixdə Fəqan Göylərovla birlikdə təyyarə ilə Bakıdan Türkiyənin Ankara şəhərinə uçmuşlar. Xəqan Göylərovun hərbi biletinə görə ölkədən çıxışına qadağa qoyulduğu üçün onlarla gedə bilməmişdir. O və Fəqan Ankara şəhərində olarkən sonuncu “Abu Cabir” ləqəbli əslən azərbaycanlı olan adını və soyadını bilmədiyi şəxslə “Telegram” sosial şəbəkəsi vasitəsilə danışmış, həmin şəxs Antakya şəhərinə gəlmələrini onlara tapşırmışdır. Onlar həmin gün Türkiyənin Antakya şəhərinə gedərək dörd gün oradakı məscidlərdən birində qalmışlar. Bundan sonra X7 hansısa ünvanda taksinin onları gözlədiyini və həmin taksiyə oturaraq yarı hissəsinin Türkiyə ərazisinə, digər yarı hissəsinin isə Suriyaya aid olduğu Yayla Dağı adlanan yerə getmələrini tapşırmışdır. Onlar həmin taksini tapmış, taksi onları Yayla Dağına aparmış, orada onları qaçaqçı gözləmişdir. Onlar bir gün Türkiyə ərazisində həmin qaçaqçının evində qalmışlar. Həmin evdə onlardan başqa heç kəs olmamışdır. 05 iyun 2021-ci il tarixdə səhər saatlarında hava qaranlıq ikən həmin qaçaqçı Fəqanı və onu gizlin yollarla Suriya ərazisinə keçirmişdir. Suriya ərazisində onları “Abu Cabir”, eləcə də “Abu Rayan” və “Əli” ləqəbləri ilə tanınan Orxan Ağabəyli adlı əslən azərbaycanlı olan şəxs qarşılamışlar. Həmin şəxslər onları götürərək İdlib ərazisində yerləşən Türkmən Dağının yaxınlığında bir yerə aparmışlar. Həmin ərazi nisbətən hündür yer olmuş, aşağı tərəfdə Türkiyə sərhədi görünmüşdür. Getdikləri kəndin adı Yamadiya olmuş, həmin kəndə çatdıqdan sonra onun mobil telefonunu əlindən alaraq ümumi bir evə yerləşdirmişlər. Həmin evdə təxminən 40- 50 nəfər adam olmuşdur. Evdə olan şəxslərdən “Abu Davud" ləqəbli Şahid1, “Süleyman” ləqəbli Şahid2, “Hamza" dini ləqəbli Emin Qarayev, “Abu İbrahim” dini ləqəbli Ədalət Sabirov, “Abdulbər" dini ləqəbli Oktay Qarayev, “Abu Osman” dini ləqəbli Elşad Əliyev, Həbib Kaltayev, "Abduləziz” dini ləqəbli Əziz Kaltayev, “Abu Usamə” dini ləqəbli Fərhad Rüstəmov, Usamə Rüstəmli, İbrahim Hacıyev, “İdris” dini ləqəbli Kamran Şıxəliyev, Ramil Məmmədov, “Abu Harun” dini ləqəbli Nəsimi Abbasov, “Həsən” dini ləqəbli Gülhəsən Rzayev, “Abdulhey” dini ləqəbli Təqsirləndirilən şəxs2, “Bilal” ləqəbli Əlövsər Baxışovu xatırlayır. Adını və ləqəbini qeyd etdiyi şəxslərdən başqa da orada azərbaycanlı, həmçinin başqa milliyətdən olan şəxslər olmuşdur. Xəqan Göylərov təxminən bir ay sonra onun əvvəlcədən “İnstagram” sosial şəbəkəsi vasitəsilə dindar kimi tanıdığı İntiqam Əsədovla birlikdə gəlmişlər. O, həmin yerə getdikdən sonra isə ora Xəqan Göylərov, İntiqam Əsədov, "Abu Zeyd” ləqəbli Şəmil Abdullayev, “Abu Huzeyfə” ləqəbli Pərviz Orucov gəlmişlər. Tərkibində iştirak etdiyi qruplaşmanın bir adı “Taifatul Mənsura”, digər adları isə “Abu Fatima” və “Cundullah" olmuşdur. Həmin qruplaşmaya təlim keçən şəxs əvvəllər “Abu Fatima” ləqəbli biri olmuş, sonradan isə ölmüşdür. Orada olduğu dövrdə isə qruplaşmanın rəhbəri “Abu Əhməd” ləqəbli Elnur aldı əslən azərbaycanlı şəxs olmuşdur. O, həmin ərazidə “Taifatul Mansura” adlı qanunsuz silahlı qruplaşmanın tərkibində ümumilikdə altı aya yaxın müddətdə olmuş, həmin dövr ərzində yemək və digər ehtiyaclarını “Abu Əhməd” ləqəbli Elnur adlı şəxs təmin etmişdir. Altı ay ərzində o, rebatlara, yəni postlara çıxmışdır. Onlar həmin bölgəni “Cəbhətul Nusra” adlı silahlı birləşmədən qorumuşlar. Onun özünə aid odlu silahı olmamış, üzərində balta və bıçaq saxlamışdır. Qruplaşmanın digər üzvlərindən çoxunda odlu silah, əsasən “Kalaşnikov” tipli avtomat olmuşdur. Onlara ümumi qaydada həmin silahlardan davranış qaydalarını izah etmişlər, amma ona silah verilməmişdir.Təxminən 2021-ci ilin oktyabr ayının 25-də “Cəbhətul Nusra” camaatı onların qruplaşmasına hücum etmiş, həmin vaxt ona yenə də silah verilməmişdir. Buna görə də özünü müdafiə edə bilməsi üçün orada adını xatırlamadığı şəxsdən öz pulu ilə 70 dollar müqabilində CZ-62 markalı “Kalaşnikov” tipli avtomat almış və rebatlara həmin avtomatla çıxmışdır. “Cəbhətul Nusra" onların olduğu yeri iri çaplı silahlarla, o cümlədən toplarla atəşə tutmuş, 28 oktyabr 2021-ci il tarixdə “Abu Əhməd" dini ləqəbli Elnur adlı şəxs məcbur olaraq Nusra camaatına uduzduğunu elan etmiş və onlar iri çaplı silahlarını yerə qoyaraq təslim olmuşlar. Həmin döyüşlər zamanı İbrahim Hacıyev, Nəsimi Abbasov, Gülhəsən Rzayev, Usamə Rüstəmov, Ramil Məmmədov və 1-2 nəfər başqa şəxs vəfat etmişdir. Onlar bir müddət “Cəbhətul Nusra” tərəfindən İdlibin Darkuş bölgəsində nəzarətdə saxlanılmışlar. 15 gün Nusra onları mühasirədə saxladıqdan sonra yenidən hücum edərək tam təslim olmaları üçün 10 dəqiqə vaxt vermişdir. “Cəbhətul Nusra” şərt qoyaraq ya onların tərkibinə qoşulmalarını, əks halda onları Türkiyə polisinə təhvil verəcəklərini demişdir. Bundan sonra aralarından bəziləri, yəni Fəqan və Xəqan Göylərovlar, Abu Əhməd ləqəbli Elnur adlı şəxs, Fərhad Rüstəmov adlı şəxs, “Abu Cabir” ləqəbli şəxs, Orxan Ağabəyli, İntiqam Əsədov, Elşad Əliyev, Kamran Şıxəliyev və bəzi başqa şəxslər “Cəbhətul Nusraya" qatılmışlar. Qalan şəxsləri isə “Cəbhətul Nusra” zindanda saxlamışdır.“Cəbhətul Nusra” bəzi şəxsləri, o cümlədən Şahid1 və Şahid2 pul müqabilində Türkiyəyə geri qaytarmışdır. O, təxminən üç aya yaxın müddətdə zindanda qalmış, daha sonra “Cəbhətul Nusra” onu, Pərviz Orucovu, iki nəfər dağıstanlı və iki nəfər türk olan adlarını xatırlamadığı şəxsləri qaçaqçı vasitəsilə Türkiyə polisinə təhvil vermişdir. O, pulu olmadığına görə daha uzun müddət zindanda qalmış, sonda isə “Cəbhətul Nusra”nın pulsuz olaraq onu Türkiyəyə göndərmişdir. X3 göndərdikləri vaxt Suriyada “Cəbhətul Nusra”nın əsirliyində Əlövsər Baxışov, Şəmil Abdullayev və xatırlamadığı daha dörd nəfər qalmışdır. Əməlindən səmimi peşmandır. Uşaqlıqdan ikinci qrup əlil olmasının, ailəsinin ağır maddi vəziyyətdə yaşamasının, əməlindən səmimi peşman olmasının nəzərə alınaraq ona mümkün qədər ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2019-cu ilin mart ayında uşaqlıqdan tanıdığı ibadət yoldaşları Elnur Hüseynov və Gülhəsən Rzayevla birlikdə avtobusla Türkiyənin Ankara şəhərinə, oradan isə Hatay şəhərinə getmişlər, sonra isə qaçaqçıların köməkliyi ilə qanunsuz yollarla Suriya Ərəb Respublikasına keçmişlər. X5 şəhərində “Taifatul Mənsura" adlı silahlı birləşmənin tərkibinə qoşulmuşlar. Onlara qısa təlim keçdikdən sonra ona “Kalaşnikov” markalı avtomat təhkim edilmiş və onlar rebatlara, yəni postlara çıxmağa başlamışlar. 2021-ci ilin sonlarında “Cəbhətul Nusra", digər adı “X6” silahlı təşkilat onların qruplaşmasının olduğu İdlib şəhəri ərazisində Türkməndağı adlanan yerə hücum etmiş və onlar döyüşmüşlər. Üç günlük döyüşdən sonra onların sıralarından bir neçə nəfər vəfat etmiş, nəticədə onlar təslim olmuşlar və “Cəbhətul Nursa” onları əsir götürmüşdür. 2022-ci ilin fevral ayında Nusra camaatı onu və bir neçə azərbaycanlını Türkiyəyə təslim etmişdir. O, Suriyada olarkən tərkibində iştirak etdiyi qruplaşmada xatırladığı qədəri ilə “Abu Davud" ləqəbli Şahid1, “Süleyman" ləqəbli Şahid2, “Hamza" dini ləqəbli Emin Qarayev, “Abu İbrahim” dini ləqəbli Ədalət Sabirov, “Abdulbər” dini ləqəbli Oktay Qarayev, “Abu Osman” dini ləqəbli Elşad Əliyev, Həbib Kaltayev, “Abduləziz” dini ləqəbli Əziz Kaltayev, “Abu Usamə” dini ləqəbli Fərhad Rüstəmov, Usamə Rüstəmli, İbrahim Hacıyev, “İdris” dini ləqəbli Kamran Şıxəliyev, Ramil Məmmədov, “Abu Harun” dini ləqəbli Nəsimi Abbasov, “Həsən” dini ləqəbli Gülhəsən Rzayev, “Bilal” ləqəbli Əlövsər Baxışov, Xəqan Göylərov, İntiqam Əsədov, “Abu Zeyd” ləqəbli Şəmil Abdullayev, “Abu Huzeyfə” ləqəbli Pərviz Orucov, “Abu Muhəmməd” dini ləqəbli Şahin Salayev və xatırlamadığı başqa şəxslər olmuşdur. Telefonundan aşkar edilmiş fotoşəkillərdən birində görünən “Kalaşnikov” markalı avtomat Suriyada olarkən ona təhkim olunmuş avtomat silahı olmuş, video isə “Cəbhətul Nusra” təşkilatı ilə aparılan döyüşlər zamanı onun özü tərəfindən çəkilmişdir. O, həmin foto və videoları Suriyanın İdlib şəhəri yaxınlığında Türkməndağı adlanan ərazidə çəkmişdir. Əməlindən çox peşmandır. Himayəsində faktiki nikahdan azyaşlı uşağının da olmasını nəzərə alıb ona mümkün olan ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin qismən etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2019-cu ilin may ayının 13-də Balakən rayonundan Bakı şəhərinə getmiş, 14 may 2019-cu ildə gecə saat 2 radələrində X2 Hava Limanından təyyarə ilə Ankara şəhərinə yollanmış, həmin gün orada avtovağzaldan avtobusla Türkiyənin Suriya ilə sərhəddə yerləşən Antakya şəhərinə getmişdir. Antakya şəhərində onu milliyyətcə suriyalı olan bir şəxs qarşılamış, həmin şəxsin qaçaqçı olduğunu anlamışdır. O, təxminən 2-3 gün Antakya şəhərində həmin şəxsin yanında qalmışdır. Sonra həmin şəxs onu qaçaq yollarla Antakya şəhərindən 7-8 nəfər suriyalı ilə birlikdə Suriya ərazisinə keçirmişdir. Sərhədi qaçaq yolla keçdikdən sonra Suriya tərəfdən bir ədəd mikroavtobus tipli avtomobil onları götürərək Suriyanın Cisr şəhərinə, oradan isə “pick up” tipli avtomobillə onu İdlib şəhəri yaxınlığında yerləşən Türkmən dağı adlanan əraziyə yola salmışlar. O, Türkmən dağı adlanan əraziyə çatdıqda orada təxminən 60-70 nəfər şəxsin olduğunu, o cümlədən Abdulhey ləqəbli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görmüşdür. Cəbhətul Nusra adlı təşkilatın hücumu nəticəsində qrupun bir neçə üzvü öldürülmüş, sağ qalanlar isə əsir götürülmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2019-cu ilin aprel ayının 15-i avtovağzaldan İstanbula bilet alıb yola çıxmışdır. Təxminən iki günə İstanbul şəhərinə çatmış, sonra sərnişin daşıyan avtobusla Türkiyənin Suriya ilə sərhəddində yerləşən Antakya şəhərinə getmişdir. Təxminən 1 ay sonra qaçaqçılardan biri ilə gecə saatlarında gizli yolla Suriya ərazisinə keçmişdir. Qaçaqçı onu İdlib şəhərinə yaxın, Lazakiya yaxud Bayırbucaq adlanan yerə aparmışdır. Lazakiyanın yaxınlığında Türkmən dağı adlanan ərazidə Abu cabir və Dağıstandan olan Abduləzim adlı azərbaycanlı onu qarşılamışdır. Təxminən bir ay Abucabir və Abduləzimlə birlikdə Türkmən dağında yerləşən evdə qalmışdır. Cisilşüğurda olan zaman Ramaşka adlı Abu Xəlil ləqəbli şəxsin başçılığı ilə 25 gün həm fiziki təlimlər, həm də silahlı təlimlər keçmişdir. Təlim zamanı “Kalaşnikov” markalı avtomatın, əl qumbarasının istifadə və atma qaydasını öyrənmişdir. Onun daxil olduğu camaat tərcüməsi ərəbcədən Allahın ordusu olan “Taifatul Mansura” adlandırılmışdır. O, 2019-cu ilin iyul ayının əvvəllərində İdlib şəhərindən “Kalaşnikov” markalı avtomat, 8 güllə dolu daraq almışdır. Onun olduğu “Taifatul Mansura” camaatında digər azərbaycanlılarla yanaşı Abdulhey dini ləqəbli Təqsirləndirilən şəxs2 və Ümeyir dini ləqəbli Təqsirləndirilən şəxs1 görmüşdür. Ordakı şəxslər hamısı özünü müdafiə etmək üçün silah-sursat alaraq üzərlərində gəzdirmişlər. 2021-ci ilin oktyabr ayında Cəbhətül Nüsraya bağlı HTŞ terror təşkilatı Türkmən dağına hücum etmiş, təxminən üç gün davam edən qeyri-bərabər döyüşlərdən sonra döyüşçülərlə birlikdə təslim olmuşlar və onlar əsir götürülmüşlər. Qruplaşmanın bir neçə üzvü isə döyüşlər nəticəsində öldürülmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, oğlu Təqsirləndirilən şəxs2 təxminən 10 ildir ki, ibadətlə məşğuldur. Oğlu Azərbaycanda olduğu dövrdə müxtəlif yerlərdə işləmişdir. 2019-cu ilin mart ayında Şıxzadə Suriyaya getmək qərarına gəldiyini bildirmiş, onlar ailəlikcə Şıxzadəni fikrindən daşındırmağa çalışsalar da, sonuncu çox qəti fikirli olmuş və mütləq Suriyaya gedəcəyini bildirmişdir. Şıxzadə 27 mart 2019-cu ildə evdən çıxaraq getmiş və geri qayıtmamışdır. Bundan sonra onun Şıxzadədən xəbəri olmamışdır. Oğlu hazırda əməlindən peşmandır, səhvini başa düşüb, himayəsində azyaşlı uşağı var. Ona görə də məhkəmədən oğluna mümkün olan ən humanist münasibət göstərilməsini xahiş edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Giriş-Çıxış və Qeydiyyat İAMAS üzrə verilmiş sərhəd keçmə tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin X2 Hava Limanındakı dövlət sərhəd-buraxılış məntəqəsindən keçərək təyyarə ilə Türkiyənin Ankara şəhərinə getmiş, xx.xx.2023-cü il tarixdə Türkiyədən Azərbaycan Respublikasına deportasiya edilmişdir, Təqsirləndirilən şəxs2 oğlu xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Qırmızı Körpü dövlət sərhədburaxılış məntəqəsindən keçərək Gürcüstana getmiş, xx.xx.2023-cü il tarixdə Türkiyədən Azərbaycana deportasiya edilmişdir (cild 1, iş vərəqə 89-92). Cinayət işinin materiallarına baxış keçirilməsi haqqında 02 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin icraatında olan ********* saylı cinayət işinə keçirilmiş baxış nəticəsində Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsi və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 15 avqust 2014-cü il tarixli 2170 (2014) saylı qətnamənin kserosurəti çıxarılaraq hazırkı cinayət işinə əlavə edilmişdir. Suriya Ərəb Respublikasının 22 iyun 1949-cu il tarixli Cinayət Məcəlləsi və «Terrorla mübarizə haqqında» 28 iyun 2012-ci il tarixli Qanunun məzmunundan görünür ki, qanunsuz silahlı birləşmədə iştirak etmə Suriya qanunvericiliyində cəza təhdidi altında qadağan edilən cinayət əməlləri kimi nəzərdə tutulmuşdur (cild 1, iş vərəqə 93-159). 02 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid2 ona təqdim edilmiş foto-cədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi tanımış, həmin şəxsin adının Təqsirləndirilən şəxs1, əslən Şirvan şəhərindən olduğunu, Suriyada “Taifatul Mansura” camaatının üzvü olduğunu, özünə təhkim olunmuş silahla rebatlara çıxdığını bildirmişdir. Foto-cədvəldəki şəkillərə dair arayışdan görünür ki, foto-cədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil xx xxxxxxxx 1994-cü ildə Əlibayramlı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 fotoşəkilidir (cild 1, iş vərəqə 162-164). 02 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid2 ona təqdim edilmiş foto-cədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi tanımış, onun əslən Hacıqabul rayonundan olan “Abdulhey” dini ləqəbli şəxs olduğunu, onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olduğunu, onun özünə təhkim olunmuş silahla rebatlara çıxdığını bildirmişdir. Foto-cədvəldəki şəkillərə dair arayışdan görünür ki, foto-cədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil xx xxxx 1995-ci ildə Hacıqabul rayonunun Nəvahi kəndində doğulmuş Təqsirləndirilən şəxs2 oğlunun fotoşəkilidir (cild 1, iş vərəqə 165-167). 05 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 ona təqdim edilmiş foto-cədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi tanımış, onu Muhəmməd dini ləqəbli şəxs kimi tanıdığını, Suriyada “Taifatul Mansura" camaatının üzvü oluğunu, onun da özünə məxsus silahlı rebatlara çıxdığını bildirmişdir. Foto-cədvəldəki şəkillərə dair arayışdan görünür ki, foto-cədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil xx xxxxxxxx 1994-cü ildə Əlibayramlı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 fotoşəkilidir (cild 1, iş vərəqə 170-172). 05 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 ona təqdim edilmiş foto-cədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi tanımış, onu Abu Hamza dini ləqəbli şəxs kimi tanıdığını, Suriyada “Taifatul Mansura” camaatının üzvü oluğunu, onun da özünə məxsus silahlı rebatlara çıxdığını bildirmişdir. Foto-cədvəldəki şəkillərə dair arayışdan görünür ki, foto-cədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil xx xxxx 1995-ci ildə Hacıqabul rayonunun Nəvahi kəndində doğulmuş Təqsirləndirilən şəxs2 oğlunun fotoşəkilidir (cild 1, iş vərəqə 173-175). 31 yanvar 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş foto-cədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi tanımış, onu əslən Hacıqabul rayonundan olan Abdulhəy ləqəbli şəxs kimi tanıdığını, “Taifatul Mansura” camaatının üzvü olduğunu, onun özünə təhkim olunmuş silahla rebatlarda iştirak etdiyini bildirmişdir. Foto-cədvəldəki şəkillərə dair arayışdan görünür ki, foto-cədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil xx xxxx 1995-ci ildə Hacıqabul rayonunun Nəvahi kəndində doğulmuş Təqsirləndirilən şəxs2 oğlunun fotoşəkilidir (cild 2, iş vərəqə 144-146). 31 yanvar 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş foto-cədvəldə 2 şərti nömrəli fotoşəkildəki şəxsi tanımış, onun əslən Balakən rayonundan olan Şahid1 oluğunu və“Taifatul Mansura” camaatının üzvü olduğunu bildirmişdir. Foto-cədvəldəki şəkillərə dair arayışdan görünür ki, foto-cədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil xx xxxx 1991-ci ildə Balakən rayonunun Tülü kəndində doğulmuş Şahid1 fotoşəkilidir (cild 2, iş vərəqə 179-181). 31 yanvar 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş foto-cədvəldə 2 şərti nömrəli fotoşəkildəki şəxsi tanımış, onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olan Şahid2 olduğunu, onun özünə təhkim olunmuş silahla rebatlara çıxdığını, Cəbhətul Nusra təşkilatının hücumu nəticəsində Taifatul Nusra qruplaşmasının digər üzvləri ilə birlikdə əsir düşdüklərini bildirmişdir. Foto-cədvəldəki şəkillərə dair arayışdan görünür ki, foto-cədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş Şahid2 fotoşəkilidir (cild 2, iş vərəqə 194-196). 01 fevral 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu ona təqdim edilmiş foto-cədvəldə 2 şərti nömrəli fotoşəkildəki şəxsi tanımış, onunla birlikdə “Taifatul Mansura" camaatının üzvü olan Şahid2 olduğunu, Orxanın özünə təhkim olunmuş silahla rebatlara çıxdığını, Cəbhətul Nusra təşkilatının hücumu nəticəsində Taifatul Nusra qruplaşmasının digər üzvləri ilə birlikdə əsir düşdüklərini bildimişdir. Foto-cədvəldəki şəkillərə dair arayışdan görünür ki, foto-cədvəldə 2 şərti sayı İlə işarələnmiş fotoşəkil xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş Şahid2 fotoşəkilidir (cild 2, iş vərəqə 197-199). 01 fevral 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu ona təqdim edilmiş foto-cədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi tanımış, onunla birlikdə “Taifatul Mansura" camaatının üzvü olduğunu, dini ləqəbinin Muhamməd, adının isə Vasif olduğunu, onun da özünə təhkim olunmuş silahla rebatlara çıxdığını bildirmişdir. Cəbhətul Nusra təşkilatının hücumu nəticəsində Taifatul Nusra qruplaşmasının digər üzvləri ilə birlikdə əsir düşmüşlər. Foto-cədvəldəki şəkillərə dair arayışdan görünür ki, foto-cədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil xx xxxxxxxx 1994cü ildə Əlibayramlı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 fotoşəkilidir (cild 2, iş vərəqə 212-214). 01 fevral 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu ona təqdim edilmiş foto-cədvəldə 2 şərti nömrəli fotoşəkildəki şəxsi tanımış, onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olan Şahid1 olduğunu, onun da özünə təhkim olunmuş silahla rebatlara çıxdığını, Cəbhətul Nusra təşkilatının hücumu nəticəsində Taifatul Nusra qruplaşmasının digər üzvləri ilə birlikdə əsir düşdüklərini bildirmişdir. Foto-cədvəldəki şəkillərə dair arayışdan görünür ki, foto-cədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil xx xxxx 1991-ci ildə Balakən rayonunun Tülü kəndində doğulmuş Şahid1 fotoşəkilidir (cild 2, iş vərəqə 245-247). Ambulator məhkəmə-psixiatrik ekspertizasınınr 08 fevral 2023-cü il tarixli 331 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 oğlunda hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 oğlunun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs2 oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs2 oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 3, iş vərəqə 63-64). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 yanvar 2023-cü il tarixli 150 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu formasında psixi patologiya aşkar olunur. Bunu anemnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - anamnezində son on ildə qıcolma tutmalarının qeyd olunması, xasiyyətində əsəbilik, qıcıqlara qarşı həssaslıq kimi əlamətlərin meydana çıxması, hərbi xidmətə çağırış zamanı SN Respublika Psixiatriya Xəstəxanası PHŞ-də müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - təqdim etdiyi şikayətləri, əhval- ruhiyyəsinin enməsi, xarici qıcıqlara qarşı həssaslığının artması və s. sübut edir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə də, “üzvi emosional labil-astenik pozuntu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 qeyd olunan “üzvi emosional labil-astenik pozuntu” ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 aşkar edilər “üzvi emosionallabil (astenik) pozuntu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 3, iş vərəqə 66-68). Məhkəmə-tibb ekspertizasının 17 yanvar 2023-cü il tarixli 17/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi müayinəsi zamanı qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi (cild 3, iş vərəqə 72-74). Məhkəmə-tibb ekspertizasının 10 fevral 2023-cü il tarixli 66/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində sol budun əzilmiş-cırılmış yara izi olan çapığı aşkar edildi. Qeyd olunan xəsarət küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdi, müxtəlif şəraitlərdə müayinədən 1,5-2 il əvvəl törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs2 sağlamlıq vəziyyətində məhkəmə-tibbi meyarlara əsasən məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur və zəruri istintaq hərəkətlərinin aparılmasını məhdudlaşdıran patologiya aşkar edilmədi (cild 3, iş vərəqə 76-78). Mobil telefona baxış keçirilməsi barədə 27 mart 2023-cü il tarixli protokoldan görünürki, Təqsirləndirilən şəxs2 oğlunun “Redmi” markalı mobil telefonunun yaddaşından aşağıdakılar aşkar edilmişdir:
1. tovhide.devet adlı fotoşəkil. Fotoşəkildə böyük hərflərlə “TAİFATUL MANSURA” yazıları və avtomat tipli silaha bənzər şəkil həkk edilmiş, habelə dini sözlər yazılmışdır.
2. 14207 adlı fotoşəkil. Fotoşəkildə 1 ədəd dini kitab, 1 ədəd avtomat tipli silah, 1 ədəd kişi cinsli insanın sağ əli və əldə qələm görünür.
3. cundullah adlı video fayl. Videofaylın ümumi həcmi 7.23 MB-dır və 1 dəqiqəlikdir. Videofaylı üzü görünməyən, lakin hərbi geyimdə olan kişi cinsli insan qeydə almışdır. Görüntülərə əsasən həmin şəxs dağlıq və dağıntılar olan ərazidədir, ətrafda çoxlu sayda avtomat silahından ayrılmış gilizlər vardır. Həmçinin videonu qeydə alan şəxsin yanında avtomat tipli silah və avtomat silahı üçün nəzərdə tutulmuş mərmilər vardır. Videonu qeydə alan şəxsin danışdıqları: - Əlhəmdulillah. Bu bizim pozisiyamızdır, burda olan durum da budu Allaha həmd olsun. Yəni döyüş gedir, hal-hazırda qızğın döyüşlər gedir, Əlhəmdulillah. Silahlar zadlar, hamısı, yerdə gilizləri görürsüzdə, sübhanallah. Hər tərəf gilizlərdi. Allah müsəlmanlara cavad versin, amin. Allaha həmd olsun, yəni Allahdan gəlmişik, Allaha da qayıdacağıq, vallahi bizdən əvvəlki topluluqlar necə ki, böyük bir ordularla qarşılaşanda nə dedilər? Dedilər"...” (ərəbcə sözlər ifadə olunur). Vallahi biz səbir edirik, ölənə qədər.
4. muntazira adlı video fayl.Videofaylın ümumi həcmi 3.58 MB-dır və 20 saniyəlikdir.Videofaylı üzü görünməyən şəxs qeydə alır. Qeydə alınan videoda 1 nəfər uzun saçlı, hərbi geyimdə kişi cinsli insan görünür. Həmin şəxs videoda saçlarını darayır, onun üzü görünmür. Videonu qeydə alan şəxsin danışdıqları: - Klipə düşürki. Yaxşıdı aa maşallah.
5. hayatulcihad adlı video fayl.Videofaylın ümumi həcmi 18.7 MB-dır və 45 saniyəlikdir. Videofaylda 2 nəfər kişi cinsli, uzun saçlı, gözlərindən aşağı hissəni qara rəngli maska ilə örtmüş şəxslər görünür. Videofaylda sol tərəfdə olan şəxsin dedikləri: - Əssalamu əleykum və rəhmətulla. Allahın izni ilə burdan bütün müsəlmanlara demək istəyirəm ki, cihad, cihad ibadətini yaşamaq nəşidli videolar paylaşmaqla olmur, cihad ibadəti o nəşiddəki videoları yaşamaqla olur, Allahın izni ilə. Yəni bunu, kim cihad ibadətini yaşamaq istəyirsə ümumiyyətlə bir şeylərini fəda etməlidir, yəni ona Allahdan əziz olmayan nə varsa hamısını fəda etməlidir. Əgər kiminçünsə malı, evladı, zevcəsi, yaxın qohum əqrəbaları Allahdan, onun yolunda cihad etməkdən əzizdirsə, o insanlarla bizim işimiz yoxdur, biz zatən onlardan bəraətimizi almışıq. Yəni sözüm müsəlmanlara aiddir, Allahın dinini dərd eliyənlərə aiddir (cild 3, iş vərəqə 81-85). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 25 yanvar 2023-cü il tarixli, 867 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 mərkəzi sinir sisteminin üzvi xəstəliyinin qalıq əlamətləri,asteno nevrotik sindrom diaqnozu ilə göstərilən xəstəxanada müalicədə olmuşdur (cild 2, iş vərəqə 81). Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli şəhər sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 barəsində yazılı və şifahi şikayətin daxil olmadığı göstərilmişdir (cild 2, iş vərəqə 80). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 213). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 212). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamasını, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olmamasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 11 yanvar 2023-cü il tarixdə X2 hava limanında saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 18, 51-55) Təqsirləndirilən şəxs2 oğlu 30 yanvar 2023-cü il tarixdə X2 hava limanında saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 83, 109-113) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 yanvar 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti İstintaq baş idarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs2 oğlunun ailə üzvlərinə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
hökmetdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283- 1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti İstintaq baş idarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs2 oğlunun ailə üzvlərinə qaytarılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.